Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-951/2023 21.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlunun sədrliyi ilə, Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X15 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Amnistiya aktının tətbiq edilməsi barədə” 16 noyabr 2021-ci il tarixli qərarla “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 iyul 2023-cü il tarixdə, saat 15:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır.
2. Belə ki, o, məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 0,957 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 1 oktyabr 2022-ci il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin X3 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinə gətirilərək həmin idarənin inzibati binasında həmin tarixdə saat 10:30 radələrində üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,957 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 1 oktyabr 2022-ci il tarixdə, təxminən səhər saat 8-9 radələrində evdən çıxıb mülkiyyət hüquqları ilə atasına məxsus olmaqla özünün idarə etdiyi “Mercedes 220CDİ minik” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmək istəyən zaman polis əməkdaşları onu saxlayaraq məcburi qaydada polis əməkdaşlarına məxsus “Fiat-Doblo” markalı avtomobilə əyləşdirib polis idarəsinə aparmışlar. Polis idarəsində külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı etiraf etməsi üçün təzyiqlərə məruz qalmış və vəhşicəsinə döyülmüşdür. Lakin o, bunu qəbul etməmişdir. Daha sonra avtomobilində çəkiliş aparılaraq külli miqdarda narkotik vasitələr aşkar edilməsi kimi sənədləşdirmə aparılmaq istənilmiş, lakin o, buna da etiraz etmişdir. Bundan sonra ailə üzvlərinə harada olması barədə məlumat verə bilmək üçün polis əməkdaşlarını inandırmaqdan ötrü evində külli miqdarda narkotik vasitələrin olmasını boynuna götürəcəyini söyləyərək polis əməkdaşlarını evində çəkiliş etməyə razı salmışdır. Məqsədi anasının onun tutulmasını görməsi olmuşdur. Buna görə də, polis əməkdaşlarını öz evinə deyil, anasının yaşadığı evə aparmışdır. Belə ki, polis əməkdaşları onunla birlikdə anasının yaşadığı ünvan 4 ünvanındakı evə getmişlər. Evdə də təzyiqlərə və döyülməyə məruz qalmışdır. Saxlanılan zaman üzərində təxminən bir qrama yaxın özünün istifadə etməsi üçün əldə etdiyi narkotik vasitə heroin olmuşdur.
4. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, anasının yaşadığı evdə hər hansı narkotik vasitə olmamış, ümumiyyətlə özü həmin evdə yaşamamışdır. Belə ki, o, ailə üzvləri ilə birgə anasının evinə yaxın ərazidə, lakin başqa ünvanda, yəni istintaq sənədlərində də qeyd edilmiş Həmzə Babaşov küçəsi, ev 10, mənzil 48-də yaşamışdır. Anasının yaşadığı ev isə Həmzə Babaşov küçəsi, ev 4, mənzil 29 olmaqla həmin evlə onun yaşadığı ev arasında təxminən 100 metr məsafə vardır. Narkotik vasitə aşkar olunması qeyd edilən evdə anası və qardaşı ailə üzvləri ilə birgə yaşayır. Polis əməkdaşlarını həmin evə aparmaqda məqsədi anasının və qardaşının onun polis tərəfindən saxlanılmağını öyrənmələrini istəməsi olmuşdur. İş materiallarında həmin evdə məhz qardaşının ailə üzvləri ilə birgə yaşaması barədə arayış da vardır. Sonralar döyülməsi və təzyiqlərə məruz qalması ilə bağlı müxtəlif qurumlara, o cümlədən prokurorluq orqanlarına və “Ombudsman”a şikayətlər etmişdir. Tutularkən ailə üzvləri ilə əlaqə saxlamağa şərait yaradılmamışdır. Həmçinin atası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə avtomobilinin polis idarəsində saxlanılması barədə şikayət də etmişdir.
5. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, polis əməkdaşları onu saxlayan zaman saxlanmasının səbəbi barədə ona hər hansı məlumat verməmişlər. O, yaşadığı evin qarşısında avtomobilinə əyləşən zaman polis əməkdaşları avtomobilə basqın edərək onu polis idarəsinə aparmışlar. Polis əməkdaşları onu saxlayan zaman dörd nəfər olmuş, onlardan birinin adı Samir, digərinin adı isə Muxtar idi. Digər iki nəfərin isə adlarını xatırlamır. Onun üzərində polis idarəsindəki inzibati otaqlardan birində video çəkilişlə edilmiş şəxsi axtarış anasının evindən qayıtdıqdan sonra aparılmışdır. Belə ki, onun anasının evində də etiraf etmədiyini görən polis əməkdaşları onu yenidən polis idarəsinə aparmışlar. Polis əməkdaşları əvvəl guya narkotik vasitələrin ondan aşkar olunması ilə bağlı avtomobildə video çəkiliş aparılmasını istəmiş, lakin o, etiraz etdiyindən video çəkilişin polis idarəsində ediləcəyini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə evə gedən zaman evdə yalnız anası Şahid4 olmuşdur. Həmin vaxt təxminən saat 9-10 radələri olardı. Evdə də polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Üzərində şəxsi axtarışla bağlı video çəkiliş evdən polis idarəsinə qayıtdıqdan sonra olmuşdur. O, saxlanılan zaman qaçmamış, bədəni üzərində aşkar olunan xəsarətlər isə polis əməkdaşları tərəfindən anasının evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə bağlı ondan etiraf edici ifadə alınması məqsədi ilə döyülməsi ilə əlaqədar yaranmışdır. Belə ki, polis əməkdaşları onun avtomobilinə basqın edərək onu polis idarəsinə apararkən və sonradan onlar tərəfindən döyülməsi ilə əlaqədar xəsarətlər almışdır.
6. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, istintaqda hər hansı sənədi və ya ifadəni imzalamaqdan imtina etməmiş, uzun müddət müstəntiq onunla ümumiyyətlə görüşməmişdir. Məhkəməyədək icraat zamanı bir sıra istintaq və prosessual sənədlərdə guya onun həmin sənədləri imzalamaqdan səbəbsiz yerə imtina etməsi kimi qeyd edilməsi tamamilə səhvdir. Belə ki, belə hallar olmamışdır. Özünü yalnız üzərindən aşkar edilmiş şəxsi istifadə məqsədi ilə saxladığı narkotik vasitəyə görə təqsirli hesab edir və həmin törətdiyi əməldən çox peşmandır. İfadəsinin sonunda anasının evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə bağlı ona bəraət verilməsini, üzərindən təxminən bir qrama yaxın şəxsi istehlak məqsədi ilə narkotik vasitə aşkar edilməsini nəzərə alaraq məhkəmədən ona CM-in 234.1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi.
7. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi izahat və təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra verdiyi birinci və işdə olan yeganə ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadə elan edilərək tədqiq edilmiş və o, göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaxınlıqda yerləşən Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, ev 4, mənzil 29 ünvanında yaşayan anasının evinə isə tez-tez gedib-gəlmişdir. Təxminən 5-6 aydır narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 28 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınlığında Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində yerləşən “Zərifə Əliyeva” adına parkda təsadüf nəticəsində əvvəldən tanımadığı şəxslə söhbət zamanı sonuncu ona üzərində narkotik vasitə heroinin olmasını bildirmişdir. Tanımadığı həmin şəxs 15 manat müqabilində həmin narkotik vasitəni ona sata biləcəyini qeyd etmişdir. Həmin şəxslə razılaşaraq ona 15 manat pul vermiş, həmin şəxs isə ona şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə - təxminən 1 qram miqdarında heroin olan büküm vermişdir. Həmin bükümü ehtiyacı olduğu təqdirdə şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Həmin vaxtdan qeyd edilən narkotik vasitə olan heroin bükümünü üzərində daşımış, lakin həmin narkotik vasitədən istifadə etməmişdir. 1 oktyabr 2022-ci il tarixdə, saat 8:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində olarkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olduğu üçün onlarla birlikdə Binəqədi rayon Polis İdarəsinə getməyi ona təklif etmiş və ondan əllərini ciblərinə salmamağı tələb etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Binəqədi rayon Polis İdarəsinə getmişdir. İdarədə ona dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Daha sonra o, müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə icazə vermişdir. Daha sonra video çəkiliş ilə onun üzərinə baxış keçirilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli “Samsung” markalı mobil telefonu, bir ədəd iyirmi manatlıq əskinası, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra onun əynindəki paltarların ciblərinə baxış keçirilmiş və başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ondan üzərindən aşkar edilmiş bir ədəd bükümü haradan əldə etdiyini və hansı məqsədlə üzərində daşıdığı sual edildikdə, o, həmin bükümü 28 sentyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında “Zərifə Əliyeva” adına parkda gəzişərkən təsadüfən rastlaşdığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırılaraq möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, istifadə etdiyini bildirmişdir. ünvan 6 ünvanda axtarış zamanı otağın giriş qapısı ilə üzbəüz divarın ortasında olan qəhvəyi rəngli kiçik dolabın üzərində bir ədəd gümüşü rəngli, üzərində markası olmayan elektron tərəzi, həmin otaqdakı dolabın içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd böyük ölçülü ağ rəngli sellofan torbanın aşkar edilməsindən xəbəri olmadığını bildirmişdir. Anası Şahid4 həmin tərəzinin və sellofanın ona məxsus olmasını bildirməsinə münasibət bildirərkən demişdir ki, həmin elektron tərəzi, narkotik vasitə, psixotrop maddə onun deyildir. Anası Şahid4 həmin sellofanın içərisində olanlar barədə məlumatının olub-olmaması soruşulduqda sonuncu sellofanların içində nə olmasını bilmədiyini, onun həmin evə gələnə qədər belə bir sellofanın evdə olmadığını, ümumiyyətlə həmin otağa girməyinə oğlu Namiq tərəfindən icazə verməməsi barədə anasının bildirdiklərinə heç bir münasibət bildirməmişdir. Bu barədə ifadə vermək istəmədiyini bildirmişdir (cild 1, i.v 40-41, 83-86 ).
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 10, 48 saylı mənzildə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Binəqədi RPİ-nin əməkdaşı Şahid3 əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət başında yaxalanması üçün Binəqədi RPİ-nin X3 əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən idarə rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Şahid3 tərəfindən qəbul olunmuş qərar idarə rəisi tərəfindən təsdiq olunmuş, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə Şahid3, ondan və digər polis əməkdaşı olan kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs 1 oktyabr 2022-ci il tarixdə, təxminən saat 8:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim etməklə onun da özünü təqdim etməsini və onlarla birlikdə polis idarəsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs özünü itirərək qaçmağa başlamış və qaçan zaman əlini cibinə salaraq cibində olanı yerə tullamağa cəhd etmək istəmişdir. Bununla belə onu qaçmaqla təqib etməyə başlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən o, müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Yıxılarkən Təqsirləndirilən şəxs başı səkiyə dəymiş və o, yıxılması nəticəsində xəsarət almışdır. Bununla belə onu saxlamağa müvəffəq olmuşlar və o, cibindəkini tullamağa imkan tapmamışdır. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nə gətirmişlər. Polis idarəsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, bir ədəd iyirmi manatlıq əskinası, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış və şəxsi axtarış zamanı onun üzərindən hər hansı başqa bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərində olan bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Mobil telefon qaburasından çıxarılmış, telefon ilə qaburası arasında hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş bükümün içərisində heroin adlanan narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü haradan və kimdən əldə edildiyi soruşulduqda sonuncu bildirmişdir ki, üç gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən “Zərifə Əliyeva” adına parkda tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitənin olmasını bildirmiş, həmin şəxsdən on beş manat müqabilində həmin narkotik vasitəni almış, narkotik vasitəni satan şəxs bükümün içərisində bir qram heroin olmasını bildirmiş, həmin müddətdən etibarən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitəni aldığı müddətdən etibarən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində bir ədəd şəffaf sellofana bükülmüş büküm qablaşdırılaraq zərflər üçün nəzərdə tutulmuş “172” nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs tutulması ilə bağlı ailə üzvlərinə məlumat verildikdə onun anası Hüseynli X5 RPİ-nə gələrək bildirmişdir ki, son vaxtlar oğlu Namiqin hərəkətləri onda şübhə yaratmışdır. Belə ki, oğlu Namiqin narkotik vasitələrdən istifadə etməsindən məlumatlı olmuşdur. Oğlu Namiq 2022-ci ilin sentyabr ayının sonlarında onun yaşadığı ünvan 7 ünvanına gəlmişdir. Namiq evə gələrkən mənzilin yataq otağında qalmış və orada gecələmişdir. Namiq evdən çıxıb gedəndən sonra evin yataq otağını açarla bağlayıb çıxıb getmişdir. Namiqin otağın qapısını açarla bağlaması onda şübhə yaratmış və bu barədə Namiqə bildirmişdir. Namiq isə ona narkotik vasitələrdən istifadə etmədiyini demişdir. Namiqin həmin hərəkətindən onun evində narkotik vasitə saxlamasından şübhələnmiş və bu barədə polisə bildirmişdir. Anası evində axtarış aparılmasını xahiş edərək bu barədə ərizə ilə müraciət etmişdir. Bununla bağlı onlar 1 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində Şahid4 yaşadığı ünvan 7 ünvanına getmişlər. Qeyd edilən mənzildə yaşayan Şahid4 könüllü icazəsi ilə mənzilə daxil olmuşlar. Təhqiqatçı tərəfindən müvafiq prosessual hərəkətlər aparılmışdır. Şahid4 oğlu Təqsirləndirilən şəxs son dövrlər onunla birlikdə yaşadığını qeyd edərək sonuncunun yaşadığı mənzilə daxil olduqda sol tərəfdə yerləşən yataq otağını göstərmişdir. Şahid4 və iştirakçılar ilə birlikdə həmin otağa daxil olmuşlar. Şahid4 icazəsi ilə həmin otaqda axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı otağın giriş qapısı ilə üzbəüz divarın ortasında olan qəhvəyi rəngli kiçik dolabın üzərində bir ədəd gümüşü rəngli, üzərində markası olmayan elektron tərəzi aşkar edilmişdir. Elektron tərəzinin üzərində müxtəlif qalıqlar olması müəyyən edilmişdir. Şahid4 həmin elektron tərəzinin ona məxsus olub-olmadığı soruşulduqda sonuncu elektron tərəzini əvvəl görmədiyini, oğlu evinə gələnə qədər elektron tərəzinin evində olmadığını qeyd etmişdir. Daha sonra həmin dolabın qapağı açılaraq içərisinə baxış keçirilmişdir. Dolabın içərisində bir ədəd qara rəngli “Asus” markalı qeyri-işlək vəziyyətdə olan mobil telefon, bir ədəd böyük ölçülü ağ rəngli sellofan torba, bir ədəd yapışqan (skotç), müxtəlif ölçülü sellofan kəsikləri olması müəyyən edilmişdir. Şahid4 mobil telefonun oğlu Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Böyük ölçülü ağ rəngli sellofana baxış keçirilərkən içində bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan büküm, bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm və bir ədəd hər birində bir ədəd qəhvəyi rəngli toz şəkilli maddə, bir ədəd ağ rəngli kristal şəkilli maddə olan bükümlərin olduğu müəyyən edilmişdir. Şahid4 həmin sellofanın içərisində olanlar barədə məlumatının olub-olmaması soruşulduqda sonuncu içərisində nə olmasını bilmədiyini, oğlu Təqsirləndirilən şəxs evinə gələnə qədər belə bir sellofanın evində olmadığını, oğlu Təqsirləndirilən şəxs ümumiyyətlə həmin otağa girməsinə ona icazə vermədiyini bildirmişdir. Aşkar edilmiş sellofan içərisindəkilər ilə birlikdə örtülüb yapışqan lentlə əhatə olunaraq bağlanıb möhürlənmişdir. Bağlamanın üzərində qeydlər olan vərəqə hər bir iştirakçı tərəfindən imzalanmışdır. Aşkar olunmuş bir ədəd markası olmayan gümüşü rəngli elektron tərəzi digər bir kağız zərfə qoyulub qablaşdırılmışdır. Həmçinin dolabda aşkar edilmiş “Asus” markalı qara rəngli qeyri-işlək vəziyyətdə olan mobil telefon maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra mənzilin bütün otaqları üzrə ardıcıl axtarış aparılmağa başlanmışdır. Mənzilin digər otaqlarında aparılmış axtarış nəticəsində maddi sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmədiyini, ilk dəfədir həmin şəxsdən narkotik vasitə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs anasının yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə onlara heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs sonradan onlara üzərində narkotik vasitə olduğu üçün cibindəki narkotik vasitəni tullamaqdan ötrü qaçmaq istədiyini, lakin buna müvəffəq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlayarkən yerə yıxılması nəticəsində xəsarət almışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki zor tətbiq olunmamışdır, sonuncu yerə yıxılması və başının səkiyə dəyməsi nəticəsində xəsarət almışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu və şahidlər Şahid1 və Şahid2la oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, hadisə vaxtı Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 10, 48 saylı mənzildə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr saxlaması və istifadəsi barədə ona daxil olmuş mötəbər əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün tərəfindən idarə rəisinə məruzə olunmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar idarə rəisi tərəfindən təsdiq olunmuş, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə ondan, polis əməkdaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs 1 oktyabr 2022-ci il tarixdə, təxminən saat 8:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim etməklə onun da özünü təqdim etməsini və onlarla birlikdə polis idarəsinə getməyinin vacibliyini ona bildirmişlər. Həmin vaxt özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs evinin qarşısında “Mercedes” markalı avtomobilə əyləşmək istəyərkən onları görüb özünü itirərək qaçmağa başlamış və qaçan zaman əlini cibinə salaraq cibində olanı yerə tullamağa cəhd etmək istəmişdir. Bununla belə onu qaçmaqla təqib etməyə başlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən o, müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Anasına Təqsirləndirilən şəxs saxlanılması barədə məlumat verilmiş və anası polis idarəsinə gələrək Təqsirləndirilən şəxs evdə narkotik vasitələr saxlaması barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, polis idarəsində Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən bir bükümdə təxminən bir qram olmasını bildirdiyi narkotik vasitə aşkar edilmişdir. Sonradan anasının ərizəsi əsasında sonuncunun evində də təhqiqatçı və digər polis əməkdaşları tərəfindən axtarış aparılmış, bildiyinə görə anasının evindən də külli miqdarda narkotik vasitə və psixotrop maddələr, bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və müvafiq qaydada sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən zor tətbiq olunmamış, o cümlədən fiziki, psixi və sair zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətləri onun yıxılması nəticəsində almışdır.
13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs onunla eyni küçədə yaşamış və tez-tez evinə gəlib-getmişdir. Hadisə baş verən gün küçədən səs-küy gəlməsini eşidib pəncərədən baxarkən dörd nəfər şəxsin Namiqi döydüyünü görmüşdür. Namiq evə doğru qaçdığından qapını açaraq Namiqi evə salmış, həmin o, dörd nəfər şəxs də evə daxil olmuşdur. Evdə də Namiqi amansızcasına döymüşlər. Daha sonra həmin şəxslər evin qapısını bağlamış və onun polisə şikayət etmək istədiyini görüb mobil telefonunu əlindən almışlar. Həmin dörd nəfər şəxsdən iki nəfəri Namiqlə birlikdə getmiş, digər iki nəfər isə onun evində qalmışdır. Evini töküb-dağıtmış, lakin hər hansı kənar əşya aşkarlaya bilməmişlər. Bir müddət keçdikdən sonra isə bir nəfər əlində sellofan torba ilə evinə gəlmiş və daha sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində dörd saat saxlandıqdan sonra ona “Biz nə deyirik onu elə” demişlər. Həmin polis əməkdaşlarından iki nəfərin adını xatırlayır. Belə ki, onlardan biri Anar, digəri isə Samir adlı polis əməkdaşları olmuşdur. Polis əməkdaşları onu polis bölməsinə apararkən evinin açarı Anar adlı polis əməkdaşında qalmışdır. Onu polis bölməsinə oğlu Namiqin müvəqqəti idarə etdiyi atasına məxsus avtomobillə aparmışlar. Həmin avtomobili polis əməkdaşı idarə etmişdir. Onu polis bölməsindən evə buraxdıqdan bir müddət sonra evdə olarkən qapının döyülməsini eşidib açarkən polis əməkdaşlarını görmüş və həmin polis əməkdaşları onu təkrarən polis bölməsinə aparmışlar. Polis bölməsində ona evində axtarış keçirilməsinə razılıq verməli olması izah edilmiş və o isə qorxduğu üçün razı olmuşdur. Evində video çəkiliş aparılan zaman polis əməkdaşı Şahid3 ona nə və hansı formada izah edibsə elə etməklə demişdir.
14. Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları birinci dəfə evində axtarış aparkən hər hansı qanunsuz əşya aşkar edə bilməmiş, lakin ikinci dəfə evindən narkotik vasitələr aşkar olunduğunu bildirmişlər. O, övladı Namiq polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ombudsmana bu barədə şikayət etmişdir. Oğlu Namiq onunla eyni evdə yaşamır. Belə ki, Namiq atası ilə yaxınlıqdakı digər evdə, yəni Həmzə Babaşov 10 ünvanında yaşayır. Onun evinin açarı oğlu Namiqdə heç vaxt olmamışdır. Namiq saxlanılmamışdan əvvəl o, polisə oğlundan şikayət etməmiş, hadisədən əvvəl son dövlərdə Namiqin narkotik vasitə istifadə edib-etməməsi barədə məlumatı da olmamışdır.
15. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi, ittiham aktında sübut növü kimi istinad edilmiş izahatı arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat elan edilərək tədqiq edilmiş və o, izahatında göstərmişdir ki, ünvan 7 ünvanında tək yaşayır. Emin və Namiq adlı oğulları yaşadığı ünvana tez-tez gedib gəlir və ona baş çəkirlər. Oğlu Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin sonradan ona artıq istifadə etmədiyini, narkotiklərdən birdəfəlik imtina etdiyini bildirmişdir. Lakin son vaxtlar Təqsirləndirilən şəxs arıqlaması sonuncunun yenidən narkotiklərə qurşanmasına dair onda şübhələr yaratmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsini soruşduqda sonuncu qəti şəkildə inkar etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, Həmzə Babaşov küçəsi, ev 10, 48 saylı mənzildə qeydiyyatda olub ailəsi ilə yaşasa da, 2022-ci ilin son dövrlərində onun evində qalmışdır. Namiqdən narkotiklərlə bağlı soruşduqda narkotiki yadına salmamağını xahiş etmişdir. Namiq əsasən gecələr evə gələrək, 1-2 saat qaldıqdan sonra çıxıb getmişdir. Belə ki, Namiq yataq otağında qalmış və çıxıb gedəndən sonra yataq otağının qapısını çox vaxt açarla bağlayıb, açarı da özü ilə götürüb getmişdir. Həmçinin onu da həmin otağa daxil olmağa qoymamışdır. Namiqin həmin hərəkəti, davranışları, açarı özü ilə aparması, onu otağa buraxmaması onda Namiqin yenidən narkotikdən istifadə etməsi ilə bağlı şübhələrini artırmışdır. Bu səbəbdən Namiqdən tələb etmişdir ki, “ağlını başına yığsın, yenə də həbs həyatı yaşamasın”. Namiq doqquz il həbsdə olmuşdur. Namiq isə ona israrla demişdir ki, narkotikdən istifadə etmir. Qapını açarla bağlamasının, onu otağa daxil olmağa icazə verməməsinin səbəbini soruşduqda isə Namiq ona heç nə deməyib çıxıb getmişdir. 1 oktyabr 2022-ci il tarixdə Namiqin narkotik gəzdirməsində şübhəli olduğuna görə polislər tərəfindən saxlanıldığını bildikdə həmin şübhələri daha da artırmışdır. Belə ki, Binəqədi RPİ-dən zəng edib bildirmişlər ki, Namiq narkotiklə tutulub və bundan sonra o, Binəqədi RPİ-nə gedərək, oğlu Namiqin onun evində narkotik saxlamasından şübhələndiyini bildirmişdir. O, polislərdən evində axtarış aparılmasını xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Polislər isə ona axşam evə gələcəklərini bildirmişlər. Həmin gün axşam saat 18 radələrində üç nəfər polis əməkdaşı evinə gəlmişlər. O könülü olaraq onları evə buraxmış və evi axtarmalarını xahiş etmişdir. Mənzilində polis əməkdaşlarına Namiqin son vaxtlar qaldığı yataq otağını göstərmişdir. Onun icazəsi ilə həmin otaqda axtarış aparılmış, axtarış zamanı yataq otağındakı dolabdan elektron tərəzi, narkotk vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Həmin tərəzi oğlu Namiq onun evindəki otaqda qalanadək orada olmamışdır (cild 1, i.v 54-55).
16. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs tutulduqdan sonra atası X2 məxsus olmaqla faktiki olaraq etibarnamə əsasında Namiqin idarə etdiyi “Mercedes Benz- 220CDİ minik” markalı **-KM-*** saylı avtomobil təxminən on gün müddətində Binəqədi rayon Polis İdarəsində saxlanılmışdır. Belə ki, qardaşı Təqsirləndirilən şəxs saxlanılan gün, yəni 1 oktyabr 2022-ci il tarixdə həmin avtomobil polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin inzibati binasının yerləşdiyi əraziyə aparılmışdır. Təxminən on gün Binəqədi RPİ-nin inzibati binasının yerləşdiyi ərazidə saxlanıldıqdan sonra həmin avtomobili Binəqədi RPİ-nin X30 Şöbəsinin avtomobillərin saxlanıldığı müvəqqəti duracağına aparmışlar. Atasının şikayətindən sonra, yəni təxminən 25 gün sonra isə iş üzrə istintaqı aparmış müstəntiq Şahid5 verdiyi buraxılış vərəqəsi əsasında həmin avtomobili Binəqədi RPİ-nin DYPŞ-nin müvəqqəti avtomobil duracağından təhvil almışdır.
17. Məhkəmədə iş üzrə ibtidai istintaq aparmış, Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Şahid5 izahat verərək bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən aparılmışdır. Cinayət işi icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs qardaşı Emin Məhəmmədovun müraciəti əsasında sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs **-KM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz-220CDİ” minik markalı avtomobil Binəqədi RPİ-nin X30 Bölməsinin müvəqqəti duracağında saxlanılır. Bu səbəbdən həmin avtomobilin duracaqdan buraxılmasına dair müvafiq məktub tərtib etmişdir. Lakin iş üzrə hər hansı zərurət hesab etmədiyindən, həmin məktubu iş materiallarına əlavə etməmiş və bu barədə araşdırma da aparmamışdır.
18. Məhkəmədə iş üzrə məhkəməyədək icraat zamanı təhqiqat aparmış, Bakı şəhəri, Binəqədi RPİ-nin TŞ-nə ezam edilmiş, 5-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Şahid6 müdafiə tərəfinin vəsatəti ilə Təqsirləndirilən şəxs **-KM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz-220CDİ” minik markalı avtomobilinin Binəqədi RPİ-nin X30 Bölməsinin müvəqqəti duracağında saxlanılması və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələblərini pozaraq cinayət işi başlamadan yaşayış evində axtarış və götürmə istintaq hərəkəti edilməsi xüsusatlarının aydınlaşdırılması məqsədi ilə izahat verməsi üçün qanuna müvafiq qaydada məlumat verilməsinə, Şahid6 məhkəməyə gələcəyini bildirməsinə baxmayaraq, sonuncu məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə də hər hansı məlumat verməmişdir.
19. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
20. “Cinayət işinin başlanması haqqında” 2 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Şahid5 tərəfindən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən ümumilikdə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr və bir ədəd elektron tərəzi aşkar edilməsi faktına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraatına qəbul edilərək istintaqı aparılmışdır. (cild 1, i.v 1)
21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 10:30-dan 10:50-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinə ezam olunmuş 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid6 tərəfindən həmin İdarənin Cinayət- Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, İdarənin KTQ-nin inspektor-kriminalisti, polis mayoru X7 iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, bir ədəd iyirmi manatlıq əskinası və həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq həmin bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsa da, başqa heç bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə orada qəhvəyi rəngli maddənin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş şəffaf sellofan bükümdə olan maddə narkotikdir və onu üç gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən “Zərifə Əliyeva” adına parkda tanımadığı şəxsdən on beş manat pul müqabilində almışdır. Həmin şəxs qeyd edilən bükümün içərisində bir qram heroin olmasını bildirmişdir. Həmin vaxtdan etibarən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış və ondan istifadə etməmişdir. Təhqiqatçı sellofan bükümü ağ zərfə qoyaraq möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı video kameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir (Cild 1, i.v 32, 36-38).
22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 9 dəqiqə 10 saniyə və 22 saniyə müddətində davam edən iki ədəd video yazıya həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 15 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əynindəki geyiminin səliqəli olmaqla onun rahat, sakit, sərbəst olması və saqqız çeynəməsi müşahidə edilməklə bədəni üzərində gözlə görülə bilən hər hansı xəsarətin olması müəyyən edilmir (Cild 1, i.v. 180- 182).
23. Şahid4 tərəfindən Binəqədi RPİ-nə ünvanlanmış 1 oktyabr 2022-ci il tarixli ərizədə göstərilmişdir ki, oğlu Təqsirləndirilən şəxs ilə son zamanlarda müvəqqəti olaraq birlikdə yaşadığı mənzildə axtarış və götürmə aparılmasına heç bir etirazı yoxdur. Mənzil Binəqədi rayonu, 9-cu mikrorayon H.babaşov küçəsi, ev 4, mənzil 29-da yerləşir.
24. “Axtarış və götürmə aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təhqiqatçı Şahid6 tərəfindən qəbul edilmiş həmin qərarın təsviri-əsaslandırıcı hissəsinin birinci abzasında Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunması, sonuncunun anasının ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, son günlər onun yaşadığı ünvan 8 ünvanına tez-tez gəlib-getməsindən oğlu Təqsirləndirilən şəxs evində narkotik vasitələr saxlamasından şübhələnməsinə görə evində axtarış aparılmasını istədiyini bildirməsi qeyd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsinin ikinci abzasında isə iş üzrə həqiqətin müəyyən olunması üçün əhəmiyyəti olan predmetlərin, şeylərin, əşyaların və bilavasitə psixotrop maddələrin Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 18 ünvanında X21 tərəfindən saxlanılmasına və gizlədilməsinə güman etməyə kifayət qədər əsas verdiyindən, həmin mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılmasının zəruri olması göstərilmişdir. Qeyd edilən qərarın nəticə hissəsində isə X14 yaşadığı ünvan 10 ünvanında təxirəsalınmaz axtarış və götürmə aparılması, nəticəsi barədə Azərbaycan Respublikasının CPM-in 443.2-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. Qərarın maraqlı şəxslərə, o cümlədən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə elan edilməklə tanış olmaları və ya surətlərinin verilməsi barədə hər hansı qeyd və ya məlumatın iş materiallarında olması müəyyən edilməmişdir (Cild 1, i.v. 43).
25. “Mənzildə axtarış aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 18:10-dan 18:50-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinə ezam olunmuş 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid6 tərəfindən həmin İdarənin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, İdarənin KTQ-nin inspektorkriminalisti, polis mayoru X7 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi bina 4, mənzil 29-da Şahid4 razılığı ilə axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Şahid4 mənzildə axtarış aparılmasına etirazı olmadığını bildirmiş, polis əməkdaşları mənzilə keçib bütün otaqlarda axtarış aparmış, Şahid4 oğlu Təqsirləndirilən şəxs son dövrlər onunla birlikdə yaşadığını qeyd edərək mənzilə daxil olduqda sol tərəfdə yerləşən yataq otağını göstərib həmin otaqda oğlu Təqsirləndirilən şəxs qaldığını bildirmişdir. Həmin otağa daxil olaraq axtarış nəticəsində otağın giriş qapısı ilə üzbəüz divarın ortasında olan qəhvəyi rəngli kiçik dolabın üzərində bir ədəd gümüşü rəngli, üzərində markası olmayan elektron tərəzi aşkar edilmişdir. Elektron tərəzinin üzərində müxtəlif qalıqlar olması müəyyən edilmişdir. Şahid4 həmin elektron tərəzini əvvəllər görmədiyini, oğlu Təqsirləndirilən şəxs evinə gələnə qədər elektron tərəzinin evində olmadığını bildirmişdir. Daha sonra dolabın qapağı açılaraq içərisində axtarış keçirilmiş, dolabın içərisində bir ədəd qara rəngli “Asus” markalı qeyri-işlək vəziyyətdə olan mobil telefon, bir ədəd böyük ölçülü ağ rəngli sellofan torba, bir ədəd yapışqan (skoç) və müxtəlif ölçülü sellofan kəsikləri olması müəyyən edilmişdir. Şahid4 mobil telefonun oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Böyük ölçülü ağ rəngli sellofana baxış zamanı içində bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristal şəkilli maddə olan büküm və dörd ədəd hər birində bir ədəd qəhvəyi rəngli toz şəkilli maddə, bir ədəd ağ rəngli kristal şəkilli maddə olan bükümlərin olduğu müəyyən edilmişdir. Şahid4 həmin sellofanın içərəsində olanlar barədə məlumatının olmadığını, oğlu Təqsirləndirilən şəxs onun evinə gələnə qədər həmin selloffanı görmədiyini və ümumiyyətlə oğlu Təqsirləndirilən şəxs həmin otağa daxil olmasını icazə vermədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin sellofanı və bir ədəd markası olmayan gümüşü rəngli elektron tərəzi qablaşdırılmış, “Asus” markal mobil telefon isə götürülmüşdür. Daha sonra Azərbaycan Respublikasının CPM-in 247.1.9-cu maddəsinə əsasən mənzilin bütün digər otaqları üzrə ardıcıl axtarış aparılmış, hər hansı sübut əhəmiyyəti kəs edən əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı axtarışın başa çatdığını elan etmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı video kameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir (Cild 1, i.v. 44-47).
26. “Mənzildə axtarış aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 18 dəqiqə 58 saniyə və 26 saniyə müddətində davam edən iki ədəd video yazıya həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 15 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Şahid4 məxsus olmaqla təqsirləndirilən şəxsin yaşadığı iddia edilən mənzildə axtarış və götürmə zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Qeyd edilən videogörüntülərə məhkəmə iclasında baxış zamanı “Axtarış və götürmə aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli qərarın ümumiyyətlə mənzil sahibi Şahid4 təqdim edilməsi və ya bu barədə ona məlumat verilməsi müəyyən edilmir (Cild 1, i.v. 180-182).
27. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi RPİ-nin NBM-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən ünvan 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayev tərəfindən təsdiq edilmiş və Şahid3 rəhbərliyi ilə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kiçik əməliyyat müvəkkili, polis serjantanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v 3-8).
28. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən qəbul edilmiş və Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayev tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Həmin qərarın məzmunundan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi bina 4, mənzil 29-da axtarış və götürmə aparılmasının qanuniliyinin yoxlanılması müəyyən edilmir (Cild 1,i.v.67-69).
29. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5663 saylı, 2 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №172 dairəvi möhür əksləri, imzalar olan iki ədəd zərfdə və bir ədəd bağlamada təqdim olunmuş: üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində “... Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...” sözləri olan 2 №-li zərfi açdıqda içərisində bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı; üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı...” sözləri olan bağlamadakı 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16,570 qram, 16,027 qram, 10,150 qram, ümumi təmiz çəkisi 958,567 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,848 qram, 7,136 qram, 4,650 qram, 4,580 qram, 5,054 qram, ümumi təmiz çəkisi 126,268 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 1 №-li zərfdəki bir ədəd bükümdə olan narkotik vasitə heroinlə bağlamadakı 5 ədəd bükümdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. 1 № li zərfdəki heroinin təmiz çəkisi – 0,957 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,857 qram. Bağlamadakı metamfetaminin ümumi təmiz çəkisi – 126,268 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 126,168 qram. Bağlamadakı heroinin ümumi təmiz çəkisi – 958,567 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 958,467 qram. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır (Cild 1, i.v. 56-62).
30. Təqsirləndirilən şəxs ilə iş üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid1 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı həm təqsirləndirilən şəxs N.Q. Məhəmmədov, həm də polis əməkdaşları ifadələrini bir-birinin üzünə qarşı deməklə təsdiq etmişlər. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tərtib edilmiş protokolları imzalamaqdan səbəbsiz olaraq imtina etməsi qeyd edilmişdir. Qeyd edilən protokollardakı Təqsirləndirilən şəxs ifadələri onun məhkəməyədək icraat zamanı verdiyi hökmün 7-ci bəndində göstərilən yeganə ifadəsinin məzmunu ilə sözbəsöz eyni olmaqla yalnız bütün protokolların sonunda “Anamın evindən aşkar olunmuş narkotik vasitədən xəbərim yoxdur” cümləsi əlavə edilmişdir (cild 1, i.v. 132-148)
31. “Ambulator məhkəmə psixiatrik ekspertizası”nın 31 oktyabr 2022-ci il tarixli, 2886 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (Cild 1, i.v 191-193).
32. “Ambulator məhkəmə-narkoloji ekspertizası”nın 22 oktyabr 2022-ci il tarixli, 6256 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v. 194-195).
33. “Sübutların qiymətləndirilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ona məxsus bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram narkotik vasiə olan heroin, yaşadığı ünvandan aşkar olunmuş 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16,570 qram, 16,027 qram, 10,150 qram, ümumi təmiz çəkisi 958,567 qram olan narkotik vasitə heroin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,848 qram, 7,136 qram, 4,650 qram, 4,580 qram, 5,054 qram, ümumi təmiz çəkisi 126,268 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış üzərindən aşkar edilmiş 0,857 qram narkotik vasitə heroin, evindən aşkar edilmiş 126,168 qram psixotrop maddə metamfetamin, 958,467 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir.
34. Həmçinin həmin qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, habelə mənzildə axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin elektron daşıyıcısı bir ədəd “DVD-R” diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (Cild 1, i.v. 210-219, 240).
35. “Cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə etdiyi mənbənin və onun əlbir olduğu naməlum şəxslərin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 1, i.v 221-222).
36. “Canlı şəxsin məhkəmə-tibbi müayinəsinin və məhkəmə-tibbi ekspertizası”nın 3 oktyabr 2022-ci il tarixli 2095 saylı və 20 yanvar 2023-cü il tarixli 5/2095 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ qaşüstü nahiyənin əzilmiş yarası, döş qəfəsinin sol yarısının arxa səthinin, sol gözaltı nahiyənin, boyun nahiyəsinin, sağ və sol qulaq seyvanı nahiyələrinin, sağ bazu oynağı nahiyəsinin qançırları, sağ bazu nahiyəsinin, sol said nahiyəsinin, bel nahiyyəsinin, xaya nahiyəsinin, sağ və sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ qaşüstü nahiyənin əzilmiş yarası, sağ və sol mil bilək oynağı nahiyələrinin sıyrıqları müayinədən (3 oktyabr 2022-ci il tarixdən) 1- 2 gün əvvəl əmələ gəlmişdirlər. Digər xəsarətlər isə müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən 1 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilmələri istisna olunur. Həmin xəsarətlərdən sağ qaşüstü nahiyənin əzilmiş yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayr-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ qaşüstü nahiyənin əzilmiş yarası qərarda göstərilən tarixdə və şəraitdə, yəni 1 oktyabr 2022-ci il tarixdə onun polis əməkdaşlarından qaçarkən yıxılaraq başının səkiyə dəyməsi nəticəsində, sağ və sol mil-bilək oynağı nahiyələrinin sıyrıqları isə həmin nahiyələrin qandalla sıxılması zamanı əmələ gələ bilərdilər. Digər xəsarətlər isə müxtəlif şəraitlərdə, o cümlədən insan bədəninin hissələrinin təsirindən (əl, ayaq və s.) əmələ gələ bilərdilər (cild 1, i.v 149-150; 200-205).
37. Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun müstəntiqi X22 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli qərarda göstərilmişdir ki, 5 noyabr 2022-ci il tarixli 2334 saylı məhkəmə-tibbi ekspertizası rəyinə əsasən, Təqsirləndirilən şəxs sağ qaşüstü nahiyəsinin üzəri qartmaqlı əzilmiş yarası 1 oktyabr 2022-ci il tarixdə polis əməkdaşlarından qaçmağa cəhd edərkən yıxılaraq qeyd olunan nahiyənin bərk (sərt) örtüyə - səkinin kənarına dəyməsi nəticəsində əmələ gələ bilərdi, digər xəsarətlərin isə hər biri onun saxlanıldığı 1 oktyabr 2022-ci il tarixdən əvvəlki tarixlərə uyğun gəlir. Toplanmış material üzrə Təqsirləndirilən şəxs işgəncəyə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyulmasına dair müraciəti öz təsdiqini tapmadığından Şahid3 və qeyrilərinin barəsində cinayət işinin başlanması rədd edilmişdir. Habelə Şahid3 və qeyrilərinin əməlində qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkib əlamətləri olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir (cild 1, i.v 206-209).
38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 22 oktyabr 2022-ci il tarixli tələbnamənin cavabından, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 28 fevral 2012-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli, 1(101)-666/2012 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 28 fevral 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli 8 fevral 2012-ci il tarixdən hesablanmışdır. 16 noyabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə”qərarla “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 5 noyabr 2021-ci il tarixli amnistiya haqqında Qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (Cild 1, i.v.160-161; 183-190, Cild 2, 108)
39. AZ-İ 408473 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 29 may 2008-ci ildə Təqsirləndirilən şəxs ilə X8 nikahı Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 420 nömrə altında qeydə alınmışdır (Cild 1, i.v.101).
40. AZ-İİİ 057955 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 may 2009-cu ildə X9 doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X10r (Cild 1, i.v.102).
41. AZ-İİ 115717 nömrəli doğum haqqında şəhadətnamənin və AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 4 oktyabr 2003-cü ildə X11 doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X10r (Cild 2, i.v.62;64).
42. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 108 saylı Mənzil-Kommunal İstismar sahəsinin 28 mart 2023-cü il tarixli, 53 saylı arayışından görünür ki, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 4 saylı evin 29 nömrəli mənzilində Şahid4 oğlu X16 ilə qeydiyyatdadır (Cild 2, 71).
43. X12 məhkəməyə təqdim etdiyi sənədin surətindən görünür ki, 18 oktyabr 2022-ci il tarixdə atası X1 Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət 001-73313M-4122 nömrəsi ilə qeydiyyata alınmışdır. Bu barədə sms-bildiriş X1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuşdur (Cild 2, 68).
44. AB 601973 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ƏN-V 426834 saylı etibarnamədən görünür ki, X2 məxsus olan “Mercedes Benz-220CDİ minik” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 oktyabr 2020-ci il tarixdən 1 iyul 2030-cu il tarixədək Təqsirləndirilən şəxs idarə etmək üçün etibarnamə ilə verilmişdir (Cild 2, 72-73).
45. Təqsirləndirilən şəxs öz əlyazması ilə məhkəməyə təqdim etdiyi vəsatətlərdə saxlanıldığı zaman üzərində olan 0,957 qram narkotik vasitə heroini özünün istifadə etməsi üçün əldə etdiyini, anasının evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin isə ona məxsus olmamaqla polis əməkdaşları tərəfindən qoyulduğunu, hər hansı şəxslə hər hansı formada əlbir olmadığını göstərmişdir (Cild 2, 27; 46; 90).
46. Məhkəmədə sənədlərin tədqiqi zamanı müdafiə tərəfi məhkəməyə vəsatətlə (Müdafiəçi 3 may 2023-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında bu barədə yazılı vəsatət vermiş, təqsirləndirilən şəxs həmin vəsatəti müdafiə etdiyini bildirmişdir.) müraciət edərək 1 oktyabr 2022-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” qərar əsasında Təqsirləndirilən şəxs anasına məxsus ünvan 7-da Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 242-247-ci maddələrinin tələblərinə əsasən həyata keçirilmiş həmin tarixli “Mənzildə axtarış aparılması haqqında” protokol və ona əlavə edilmiş diskdəki videogörüntülərin sübutların siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdi.
47. Müdafiəçi həmin vəsatətində göstərmişdir ki, 1 oktyabr 2022-ci il tarixli “Axtarış və götürmə aparılması haqqında” qərar və “Mənzildə axtarış aparılması haqqında” protokol Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 177.3.6 və 207.4-cü maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən həmin sənədlərin sübutların siyahısından çıxarılması barədə qərar qəbul edilməlidir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 207.4-cü maddəsinin tələbinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır.
49. CPM-in 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
50. CPM-in 125.2-ci maddəsinin tələblərinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
51. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.
52. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Mənzildə axtarış aparılması haqqında” 1 oktyabr 2022-ci il tarixli protokol, yəni qeyd edilən tarixdə, saat 18:10-dan 18:50-dək Bakı şəhəri, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinə ezam olunmuş 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Şahid6 tərəfindən aparılmış Təqsirləndirilən şəxs anasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi, bina 4, mənzil 29-da axtarış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən, müdafiə tərəfinin həmin istintaq hərəkətinin həyata keçirilməsi nəticəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş diskdəki videogörüntülərin sübut qismində qəbul edilməsinə etiraz etməsinə dair vəsatətinə əsasən həmin protokol və ona əlavə edilmiş diskdəki videogörüntülər, eləcə də, həmin halla bağlı digər materiallar (ifadə, üzləşdirmə, digər istintaq hərəkəti protokolları və sair) sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs ittihamının sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alına bilməz.
53. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə ibtidai istintaq orqanı tərəfindən anasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon H.Babaşov küçəsi, bina 4, mənzil 29-da axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş hallar sübuti əhəmiyyətini itirmiş hesab olunduğundan ittihamın sübuta yetirilməsində, onun əməlinin tövsif edilməsində və cəza təyini zamanı nəzərə alına bilməz. Qeyd edilənlərə və tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
54. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
55. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
56. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
57. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
58. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
59. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
60. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
61. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
62. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
63. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, naməlum şəraitdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda 959,524 qram narkotik vasitə heroini, ümumilikdə külli miqdarda 126,268 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, 1 oktyabr 2022-ci il tarixdə həmin narkotik vasitə olan heroinin 0,957 qram çəkidə olan hissəsini üzərində saxlayarkən saat 08.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsində Binəqədi RPİ-nin X3 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nə gətirilmiş və həmin idarənin inzibati binasında həmin tarixdə saat 10:30 radələrində üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,957 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürüldükdən sonra həmin tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzilə baxış keçirilən zaman yataq otağındakı dolabın üstündən üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, dolabın içərisindən şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,848 qram, 7,136 qram, 4,650 qram, 4,580 qram, 5,054 qram olmaqla, ümumi təmiz çəkisi 126,268 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16,570 qram, 16,027 qram, 10,150 qram olmaqla, ümumi təmiz çəkisi 958,567 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
64. Lakin məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzilə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,848 qram, 7,136 qram, 4,650 qram, 4,580 qram, 5,054 qram olmaqla, ümumi təmiz çəkisi 126,268 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16,570 qram, 16,027 qram, 10,150 qram olmaqla, ümumi təmiz çəkisi 958,567 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan heroini qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin şəxsdən satış məqsədi ilə əldə edərək daşımaqla saxlamaya görə” verilmiş ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
65. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
66. Halbuki, hökmün 20 və 24-26-cı bəndlərində də göstərildiyi kimi, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işi 2 oktyabr 2022-ci il tarixdə başlanılmasına baxmayaraq, cinayət işi başlanılmasından əvvəl “mənzildə axtarış və götürmə” istintaq hərəkəti həyata keçirilmişdir. Qərarın məzmunundakı kobud səhvləri (işə aid olmayan X14 yaşadığı ünvanda axtarış və götürmə aparılması ilə bağlı) qeyd etməklə yanaşı, həmin qərarın həm adından (axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında qərar), həm də məzmunundan görünür ki, qərarda axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinin hüquqi əsaslarına (CPM-in 242-245-ci maddələri) istinad edilməklə təqsirləndirilən şəxsin yaşadığı ünvana təxisalınmaz axtarış və götürmə keçirilməsi qərara alınmışdır. Bu barədə tərtib edilmiş protokolun həm adı, həm də məzmunundan, habelə qeyd edilən protokola əlavə edilmiş diskdəki video görüntülərdən də təhqiqatçı tərəfindən məhz axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi və axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinin hüquqi əsaslarına (CPM-in 177.6, 242-243-cü maddəsi) istinad edilməsi müəyyən edilir.
67. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin iştirak etməməsi müəyyən edilməklə yanaşı, ümumiyyətlə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə qeyd edilən istintaq hərəkətinin həyata keçiriləcəyi və orada iştirak etməyə dəvət edilmələri barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və CPM-in 92.10.1ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. CPM-in 92.10.3cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.
68. Həmçinin hökmün 24-cü bəndində göstərilən qərarın cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud pozulması ilə qəbul edilməsi qeyd edilməklə yanaşı, məhkəmə onu da vurğulayır ki, qərarın Şahid4 ərizəsi əsasında qəbul edilməsi və həmin ərizədə guya “sonuncunun anasının ərizə ilə Binəqədi RPİ-nə müraciət edərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, son günlər onun yaşadığı ünvan 8 ünvanına tez-tez gəlib-getməsindən oğlu Təqsirləndirilən şəxs evində narkotik vasitələr saxlamasından şübhələnməsinə görə evində axtarış aparılmasını istədiyi” kimi göstərilməsinə baxmayaraq, iş materiallarında olan həmin ərizədə yuxarıda qeyd edilən qərardakı xüsusatların olması müəyyən edilmir. Bu isə həmin qərarın sonradan qəbul edilməsinə dair haqlı şübhələr yaradır.
69. Eyni zamanda iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi və uzadılmasına dair, həmçinin texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinə dair vəsatət, təqdimat və qərarlarda, habelə cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında, məhkəmə-narkoloji, məhkəmə ambulator-psixiatrik və məhkəmə-tibbi ekspertizalarının təyin edilməsi haqqında, vəsatətin tam rədd edilməsi haqqında və bir sıra digər qərarlarda işin faktiki halları təsvir edilərkən müstəntiq tərəfindən işdə olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan qismən fərqli məzmunda verilmişdir. Belə ki, qeyd edilən sənədlərdə “...şübhəli şəxs qismində tutulduqdan sonra üstünə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,957 qram həmin narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı kimi Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzilə baxış keçirilən zaman..” kimi göstərilsə də, 3 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda isə həmin hissə “...sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,957 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürüldükdən sonra həmin tarixdə saat 18.10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzilə baxış keçirilən zaman...” kimi göstərilmişdir. Bu isə 3 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda sonradan düzəlişlər edilməsinə dair haqlı şübhələrin yaranmasına səbəb olur. Əks təqdirdə həmin qərara əlavə edilmiş qərarın elan edilməklə tanış olunmasına dair qeydi imzalamış təqsirləndirilən şəxsin həmin qərardan dərhal sonra tərtib edilmiş müxtəlif prosessual sənədləri imzalamaqdan səbəbsiz yerə imtina etməsi məntiqə uyğun deyildir (i.v 70-71; 94-97; 125-126; 153-154; 164-172).
70. Bundan başqa, Təqsirləndirilən şəxs iş materiallarında olmaqla dörd səhifədən ibarət olan yeganə ifadəsinin məhz anasının evindən aşkar edilmiş predmetlərlə bağlı sualdan ibarət olan səhifəsində imzasının olmaması da məhkəməyə aydın deyildir. Halbuki, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində ibtidai istintaqda hər hansı sənədi və ya ifadəni imzalamaqdan imtina etmədiyini, uzun müddət müstəntiqin onunla ümumiyyətlə görüşmədiyini, məhkəməyədək icraat zamanı bir sıra istintaq və prosessual sənədlərdə guya onun həmin sənədləri imzalamaqdan səbəbsiz yerə imtina etməsi kimi qeyd edilməsinin tamamilə yanlış olduğunu və belə halların olmadığını bildirmişdir.
71. Qeyd edilənlərdən əlavə, müstəntiq həm ittiham aktında, həm yuxarıda qeyd edilmiş 3 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzildə baxış keçirilməsini qeyd etməklə, özü də cinayət işi başlanılmadan təhqiqatçı tərəfindən mənzildə axtarış və götürmə istintaq hərəkətinin edilməsinin qanunvericiliyin tələblərinin kobud pozulması halı olmasını dolayısı ilə qəbul etmişdir.
72. Məhkəmə bir daha qeyd edir ki, axtarış və götürmə keçirilməsinin əsasları və qaydaları CPM-in 242-245-ci maddələrində nəzərdə tutulmaqla həmin Məcəllənin 177-ci maddəsinə əsasən istintaq hərəkətinin növlərindən biridir.
73. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi faktına görə cinayət işi başlanılması haqqında qərarın 2 oktyabr 2022-ci il tarixdə qəbul edilməsini, mənzildə isə axtarış və götürmə istintaq hərəkətinin bir gün əvvəl, yəni 1 oktyabr 2022-ci il tarixdə keçirilməsini nəzərə alaraq məhkəmə CPM-in 125.2-ci və 207.4-cü maddələrinin tələblərini əsas tutaraq hesab edir ki, yaşayış yerində qanuni əsas olmadan axtarış və götürmə istintaq hərəkəti keçirildiyindən həmin istintaq hərəkəti nəticəsində əldə edilmiş və şəxsin törədilməsində ittiham olunduğu cinayətin predmetini təşkil edən ümumi təmiz çəkisi 126,268 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 958,567 qram narkotik vasitə olan heroin sübut hüquqi qüvvəsi olmayan hesab edilməklə ona qarşı irəli sürülmüş satış məqsədilə külli miqdar təşkil edən ümumi təmiz çəkisi 126,268 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 958,567 qram narkotik vasitə olan heroinin əldə edilməsi, saxlaması və daşıması ilə əlaqədar ittihamın əsasına qoyula bilməz.
74. Məhkəmə onu da qeyd edir ki, formal tələblərə xidmət etsə də, təqsirləndirilən şəxsin anasının yaşadığı mənzildə axtarış və götürmə keçirilməsinə etiraz etməməsi barədə ərizəsi qeyd olunan istintaq hərəkətinin həyata keçirilməsi üçün qanuni əsas ola bilməzdi.
75. Məhkəmə eyni zamanda qeyd edir ki, hökmün 29-cu bəndində qeyd edilmiş məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5663 saylı, 2 oktyabr 2022-ci il tarixli rəyinə əlavə edilmiş aktdan görünür ki, ekspertiza rəyində qeyd edilmiş predmetlər ekspertə 2 oktyabr 2022-ci il tarixdə saat 11:05-də təqdim edilmiş və həmin gün saat 16:30-da isə geri qaytarılmışdır. Cinayət işində olan “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan isə görünür ki, iş materialları istintaq orqanına məhz qeyd edilən rəydən sonra göndərilmişdir. Təqsirləndirilən şəxs 1 oktyabr 2022-ci il tarixdə saat 8:30-da tutulması nəzərə alınmaqla həmin hal hökmün 20-ci bəndində qeyd edilmiş qərarın da pozuntularla qəbul edilməsinə səbəb olmuşdur (cild 1, i.v 1; 65; 23-24). Belə ki, CPM-in 148.4-cü maddəsinin tələbinə görə cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır.
76. Beləliklə, məhkəmə ibtidai istintaq orqanı tərəfindən 1 oktyabr 2022-ci il tarixli “Mənzildə axtarış aparılması haqqında” protokolda göstərilən predmetlərin (üzərində heroin izləri olan bir ədəd elektron tərəzi, dolabın içərisindən şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,848 qram, 7,136 qram, 4,650 qram, 4,580 qram, 5,054 qram olmaqla, ümumi təmiz çəkisi 126,268 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16,570 qram, 16,027 qram, 10,150 qram olmaqla, ümumi təmiz çəkisi 958,567 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin) qeyd edilən istintaq hərəkətinin hökmün 48-52-ci bəndlərində göstərilən CPM-in tələblərinin kobud pozulması ilə həyata keçirilməsinə görə hesab edir ki, həmin predmetlərlə bağlı olan digər sübutlar Təqsirləndirilən şəxs ittihamın sübuta yetirilməsində, onun əməlinin tövsif edilməsində və cəza təyini zamanı nəzərə alına bilməz.
77. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.
78. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
79. CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.
80. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
81. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
82. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
83. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
84. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
85. Göstərilənlərə əsasən məhkəmə tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və CPM-in 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs “yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzilə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 104,848 qram, 7,136 qram, 4,650 qram, 4,580 qram, 5,054 qram olmaqla, ümumi təmiz çəkisi 126,268 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin, şəffaf polietilendə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 900 qram, 15,820 qram, 16,570 qram, 16,027 qram, 10,150 qram olmaqla, ümumi təmiz çəkisi 958,567 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə onun eyni tərkibli narkotik vasitə olan heroini əldə edərək daşımaqla saxlamaya görə” verilmiş ittihama təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməklə həmin hissədə ona bəraət verilməlidir.
86. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən ümumi təmiz çəkisi 126,268 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 958,567 qram narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar hissədə Təqsirləndirilən şəxs elan edilmiş ittihamının əsasını təşkil edən sübutun qanunsuz yolla əldə olunması müəyyən edildiyindən, bir-biri ilə ziddiyyət təşkil edən Şahid4 övladı Təqsirləndirilən şəxs müvəqqəti olaraq yaşadığı mənzilində narkotik vasitə və psixotrop maddələr saxlaması barədə ibtidai istintaq zamanı verdiyi izahatına və məhkəmə iclasında polis əməkdaşlarının evinə narkotik vasitə və psixotrop maddələr gətirərək qoyması, habelə oğlu Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməsi barədə ifadəsinə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşlarının anasının yaşadığı evindən və özünün idarə etdiyi avtomobilindən narkotik vasitə və psixotrop maddələrin aşkar edilməsi üçün ona fiziki zor tətbiq etməklə videoçəkiliş aparmağa cəhd etmələrinə dair ifadəsində göstərdiklərinə və üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə anasının yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroinin eyni tərkibli olması barədə ekspert rəyinə, idarə etdiyi avtomobilin polis əməkdaşları tərəfindən polis idarəsinə aparılaraq müvəqqəti duracağa yerləşdirilməsi xüsusatlarına hüquqi qiymət verilməsinə zərurət yoxdur.
87. Bununla yanaşı, məhkəmə, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilən narkotik vasitənin özünə məxsus olması və yalnız şəxsi istehlak məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıması barədə həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələrinə, habelə bu barədə məhkəməyə ünvanlanmaqla tədqiq edilmiş ərizə və vəsatətlərində göstərdiklərinə tənqidi yanaşaraq onun törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Həmçinin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı ona qarşı fiziki zor tətbiq edilməsinin səbəbinin üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı deyil, avtomobilində və evində külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin olmasını etiraf etməsi üçün edilməsini bildirməsi ilə əlaqədar məhkəmə bir daha qeyd edir ki, istintaq orqanı tərəfindən ümumi təmiz çəkisi 126,268 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 958,567 qram narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar hissədə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın əsasını təşkil edən sübutun qanunsuz yolla əldə olunması müəyyən edildiyindən həmin xüsusatlara hüquqi qiymət verilməsinə zərurət yoxdur.
88. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
89. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
90. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
92. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
93. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
94. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 0,957 qram miqdarda narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 6 dəfə artıq olması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
95. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır.
96. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
97. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
98. Hökmün 97-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
99. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “naməlum şəraitdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxladığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, nə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində, nə polis əməkdaşlarının ifadələrində, nə də iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar öz təsdiqini tapmır.
100. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
101. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
102. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
103. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
104. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
105. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və CPM-in 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq həmçinin belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “naməlum şəraitdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə ümumilikdə külli miqdarda 959,524 qram narkotik vasitə heroini və ümumilikdə külli miqdarda 126,268 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evdə saxlamaya görə” verilmiş ittiham da təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməklə həmin hissədə də ona bəraət verilməlidir.
106. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
107. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.
108. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir.
109. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,957 qram narkotik vasitə heroinin şəxsi istehlak məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşıması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qeyd edilən öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən mötəbər və mümkün sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
110. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır və ağır cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ilin noyabr ayında isə amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (bax 38-ci bəndə)
111. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
112. Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
113. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
114. Həmin Məcəllənin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən az ağır və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən müvafiq olaraq iki və altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
115. Hökmün 38 və 111-114-cü bəndlərində göstərilənlərə və “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli amnistiya haqqında Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməllərinə görə cəzasının çəkilməmiş hissəsindən azad edildikdən təxminən bir ilədək müddət keçdikdən sonra hazırki cinayət əməlini törətməsinə görə onun əməlində cinayətlərin residivi vardır. Belə ki, həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Lakin Təqsirləndirilən şəxs hökmün 38-ci bəndində göstərilmiş məhkumluqlarından biri ağır cinayətlər kateqoriyasına aid olduğundan o, hazırki cinayət əməlinə münasibətində məhkumluğu olan şəxs hesab edilir.
116. Azərbaycan Respublikasının CM-in 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
117. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər
118. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin tələblərini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
119. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
120. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
121. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
122. CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır.
123. CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
124. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddə yaxın həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
125. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
126. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
127. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 1 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 1 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 1 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v 23-24, 109-114, 262-265; Cild 2)
128. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 1 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır.
129. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
130. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
131. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi.
132. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan – Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,857 qram olan narkotik vasitə heroin məhv edilməli, yaşadığı evində aparılmış axtarış zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 126,168 qram olan psixotrop maddə metamfetamin və 958,467 qram olan narkotik vasitə heroin, habelə 1 (bir) ədəd elektron tərəzi Təqsirləndirilən şəxs ittihamın həmin hissəsi üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satmış şəxsin (şəxslərin) barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işindən narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* №-li cinayət işinə əlavə edilməli və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, 1 (bir) ədəd disk isə hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
133. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
134. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs anasının yaşadığı mənzildən axtarış zamanı ümumi təmiz çəkisi 126,268 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 958,567 qram narkotik vasitə olan heroinin aşkar edilməsinin iddia edilməsinə və qeyd olunan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi məsələsinə məhkəmə istintaqı qaydasında hüquqi qiymət verilə bilməməsi, həmin fakt üzrə cinayəti törətmiş şəxs (şəxslərin) müəyyən edilməmiş qalması səbəbindən hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
135. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
136. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
137. İş üzrə mülki iddia verilməmişdir.
138. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.
139. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
140. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
141. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 344-347, 349-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs verilmiş ittihamın onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 4, 29 saylı mənzildə külli miqdarda olan 958,467 qram narkotik vasitə heroin və külli miqdarda olan 126,168 qram psixotrop maddə metamfetaminin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması və həmin predmetlərin qeyd edilən mənzildə axtarış zamanı aşkar edilməsinin iddia edilməsi hissəsində, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 1 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,857 qram olan narkotik vasitə heroin məhv edilsin, yaşadığı evində aparılmış axtarış zamanı aşkar edilməsi iddia olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 126,168 qram olan psixotrop maddə metamfetamin və 958,467 qram olan narkotik vasitə heroin, habelə 1 (bir) ədəd elektron tərəzi Təqsirləndirilən şəxs ittihamın həmin hissəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona bəraət verildiyindən qeyd edilən predmetlər həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satmış şəxsin (şəxslərin) barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işindən narkotik vasitə və psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədi ilə ayrılmış ********* №-li cinayət işinə əlavə edilsin və bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsin, 1 (bir) ədəd disk isə hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.