Məhkəmə qərarları › İş №1(101)-951/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-951/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-951/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, Puta qəsəbəsi, Hərbi şəhərcikdə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddədində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, yəni dələduzluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kimi təqdim edərək hüquq mühafizə orqanlarında işləyən yaxın əlaqələrə malik olduğu şəxslərin olmasını və həmin şəxslər vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirlərlə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib özünə qarşı inam yaratmaqla külli miqdarda narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş sonuncunun əri X2 cinayət məsuliyyətindən azad edilməsini, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılmasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq ibtidai istintaq dövründə işin istintaqını aparan müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb baxılması üçün məhkəməyə göndərildikdən sonra isə məhkəmənin sədrinə, işə baxan hakimin köməkçisinə vermək və digər texniki məsələləri həll etmək adı ilə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 2022-ci ilin iyun ayının əvvəllərində 7500 manat, 2022-ci ilin iyun ayının ortalarında 20.000 manat, 2022-ci ilin iyun ayının sonlarında 3.000 manat məbləğində nağd pul vəsaitini, 2022-ci ilin oktyabr ayında 21.000 manat dəyərində qızıl-zinyət əşyalarını və 2.500 məbləğində bahalı ev quşlarını, 2022-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yaxınlığında 10.000 manat məbləğində, 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində, ayrı-ayrı vaxtlarda beş dəfə olmaqla bir dəfə 10.000 manat, dörd dəfə isə 5000 manat olmaqla cəmi 30.000 məbləğində nağd pul vəsaitini, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs çatdırmaq adı ilə Elçin Nəhmətovun müdafiəçisi olmuş vəkil X4 ünvan 5 ünvanında yerləşən “Kral” şadlıq evinin yaxınlığında 5000 manat və 2000 manat məbləğində nağd pul vəsaitini aldıqdan və 11 iyun 2022-ci il tarixdə saat 10:02 dəqiqədə və 09 yanvar 2023-cü il tarixdə saat 12:54 dəqiqədə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “MilliÖn” ödəmə sistemi vasitəsilə istifadəsində olan “Unibank” Kommersiya Bankına aid “Leobank” mobil bankçılıq xidmətinə məxsus 4098 5844 5886 5696 nömrəli plastik bank kartına hər dəfə 1000 manat olmaqla iki dəfəyə 2000 manat məbləğində pul vəsatinin köçürülməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini şəxsi məqsədləri üçün istifadə edərək ümumilikdə 2022-ci lin iyun ayının əvvəllərindən 09 yanvar 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus külli miqdarda -103.000 (yüz üç min) manat məbləğində özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir Məhkəmə istintaqında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 103000 (yüz üç min) manat məbləğində pul vəsaitinin vurulmuş zərər kimi və ödənilmiş 393.59 (üç yüz doxsan üç manat əlli doqquz qəpik) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddia tələbinə etiraz ərizəsi verərək iddianın rədd ediməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs yoldaşını tanımışdır. Zərərçəkmiş şəxs yoldaşının Bakı istintaq təcridxanasından azad olunması ilə bağlı köməklik etmək məqsədilə tanıdığı müəyyən adamlar olmuşdur. Zərərçəkmiş şəxs yoldaşına kömək etmək məqsədilə həmin şəxsin dediyi məbləğləri ondan alaraq həmin şəxsə vermişdir. O hər hansı pulu mənimsəməmişdir. O, pulu alarkən Zərərçəkmiş şəxs, sonuncunun qızı və o olmuşdur. O özü həmin puldan heç nə xərcləməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər hərbçi işləmiş, 2020-ci ildə isə işdən çıxmışdır. Natamam ali təhsillidir. Tamilla xanımın yoldaşı barəsində cinayət işi narkotik vasitələrlə bağlı olmuşdur. Həmin cinayət işi həm ibtidai istintaq dövründə, həm də məhkəməyə verildikdən sonra o Tamilla xanımla əlaqə saxlamışdır. Cinayət işinin ibtidai istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmışdır. Onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışları var. Onlar Ağakərimlə eyni sinifdə oxumuşlar. Tamilla xanımın yoldaşının işi ilə bağlı Ağakərimlə maraqlanmışdır. Ancaq iş başqa adam vasitəsilə həll olunmuşdur. Tamilla xanımın yoldaşını buraxmamışlar. O özü də aldadılmışdır. Tamilla xanım, əri və uşaqları ilə əvvəllər yaxınlığı olmamışdır. Tamilla xanımın əri ilə onun atasının münasibətləri olmuşdur. Tamilla xanımı ev alqı-satqısı yerində tanımışdır. Belə ki, Tami Nəhmətova evini satırmış. Tamilla xanım evi satmalarını səbəbini özləri ona danışmışlar. O Tamilla xanıma tanışlarının olduğunu bildirmişdir. Ona pulu hissə-hissə vermişlər. Ona ilk dəfə 4500 (dörd min beş yüz) manat pul vermişlər. Ümumi məbləğ heç 80000 (səksən min) manat olmamışdır. O pulları özündə saxlamamış və eyni zamanda özü üçün istifadə etməmişdir. O Tamilla xanıma pulları kiməsə verdiyini bildirmişdir. İbtidai istintaq zamanı verilən ifadələri zor tətbiqi altında imzalamışdır. Həmin şəxs pulları ona qaytarmamışdır. Tamilla xanımgilə İmranın yanında yaxınlaşmışdır. Qızılları univermaqda ucuz qiymətə istəmişlər və Tamilla xanımla məsləhətləşdikdən sonra qızılları Tamillanın oğlu ilə birlikdə satmışdır. Qızıllar 6500 (altı min beş yüz) manata satılmışdır. Mahmud onun uşaqlıq dostudur. Dostunu və dayısı oğlunu Tamilla xanımgilə aparmağında hər hansı bir niyyəti olmamışdır. Belə ki, həmin şəxslər onunla birgə gedib-gəlmişlər. Aldığı pulları Ağadadaş və Mahmud kiməsə verməmişdir. Eyni zamanda, həmin şəxslərə həmin pullardan verməmişdir. Pulun 25000- 26000 (iyirmi beş min-iyirmi altı min) manatını iş ibtidai istintaqda olanda, qalan hissəsini isə məhkəmə dövründə almışdır. Özü məhkəmə proseslərində iştirak etmiş və dəfələrlə Elçinin yanına gedib-gəlmişdir. Pulu verdiyi adamın adını deyə bilməz. Şahid1 danışıqlarından qızıllar və quşlar barədə deyilən hissə düzgün deyil. 72500 manat pulu Tamilla xanımdan götürdüyünü etiraf edir və heç bir ziyan ödəməmişdir. Qızılları oğlu ilə birlikdə satmış, lakin onların dəyəri düzgün qiymətləndirilməmişdir. Göyərçinləri elə həyətdə sosial şəbəkədən göyərçin alqı-satqısı ilə məşğul olan şəxsə satmışdır. Pulları Pərvanənin atasının işini həll etmək üçün almışdır. Törətdiyi əməl barədə İmranın heç bir məlumatı olmamışdır. Şikayət edildiyinə görə Ağakərim onu Ələtdə tutmuşdur. Ağakərim onu öz təqsirini boynundan atmaq üçün tutmuşdur. O ailəsi ilə təhdid edilmiş, psixi və fiziki təzyiqlər altında olduğundan təqsirli olduğunu qəbul etməyə məcbur qalmışdır. Onun bədənində xəsarəti olmuş, lakin qeyd edilməmişdir. Həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclası keçirilərkən xəsarət olub-olmaması ilə bağlı heç bir şey soruşulmamışdır. Həmin vaxt məhkəmədə ifadə verməmişdir. Pərvanə xanımla ralarında münasibətləri olmuşdur. Pərvanə ilə münasibətləri ev alqı-satqısından sonra yaranmışdır. Zərərçəkmiş şəxsin ona verdiyi puldan Pərvanə xanım üçün heç nə xərcləməmişdir. Pərvanə ilə münasibətləri o tutulana qədər davam etmişdir. Zərərçəkmiş şəxslə söhbətlərindən Ağadadaşın xəbəri olmamışdır. Ağadadaş Tamilla xanımın evində olarkən Tamilla xanımın ona nəsə verdiyini görmüş, lakin verdiyi predmetin pul olduğunu bilməmişdir. Pərvanə onun özünə də yazmış, harda olduğunu soruşmuş, o da Pərvanəyə evdə olduğunu bildirmişdir. Bundan sonra səhəri gün görüşmək üçün razılaşmışlar. Səhəri gün o saxlanıldığı üçün görüşə bilməmişlər. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2018- 2020-ci illərdə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində çavuş rütbəsində, elektromexaniki döyüş hissəsinin mühərrikçisi vəzifəsində işləmişdir. O, işdə rəhbərliklə problemləri olduğu üçün ərizə yazıb işdən çıxmışdır. O, bundan sonra Ələt beynəlxalq dəniz limanında elektrik işləmişdir. Bundan sonra Socarın bir zavodunda podratçı şirkətin işçisi qismində naqilləşmə işində işləmişdir. O, 2022-ci ilin əvvəllərindən işləmir. Onun bacısı Qasımova Xəzinənin həyat yoldaşı Şahid3 “Yaşam Əmlak” əmlak alqı-satqı işi ilə məşğul olur və onun ofisi Yasamal rayonunda H.B.Zərdabi prospekti 55 ünvanında yerləşir. O, işdən çıxandan sonra qeyri-rəsmi qaydada İmrana işlərində köməklik etmişdir. Həmin ofisin yanında olmuş, İmran oranı da işlətmişdir. X1 adında bir şəxs də həmin kafeyə gəlib getmişdir deyə həmin şəxsi tanımış və Elçinin İmranla münasibətləri olmuşdur. Səhv etmirsə İmran Yasamal rayonunda yerləşən Elçinə məxsus mənzilin alınmasında da köməklik etmişdir. 2022-ci ilin mart ayında bir qadın uşaqları ilə gəlib Yasamal rayonu, H.B.Zərdabi prospektində mənzillərini təcili satmaq istədiklərini demiş, İmran onları tanımış, Elçinin ailəsi olduğunu bilmişdir. Orada demişlər ki, Elçin külli miqdarda narkotiklə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Elçinin istintaqı BMCMİ-nin İstintaq İdarəsində aparılır. O, həmin vaxt buna əhəmiyyət verməmiş və onlar mənzillərini başqa şəxsə satmışlar. 19 aprel 2022-ci ildə o, İmranın Yasamal rayonunda yerləşən “Yaşam Əmlak” adlı ofisində olarkən Elçinin həyat yoldaşı Zərərçəkmiş şəxs uşaqları ilə birlikdə gələrək İmranı soruşmuşlar. O, İmranın olmadığını demiş, İmranı gözləmələrini xahiş etmişdir. Onlar ofisdə mənzili alan şəxsin onlara verəcəyi 500 manat pulu gözləyirmişlər. Həmin vaxt o, onlarla söhbət edib özünü təqdim etmiş, İmranın qaynı olduğunu demişdir. O, onlarla danışıqda özünü guya X6 əməkdaşı kimi təqdim etmiş, Elçini tanıdığını da bildirmişdir. O, Tamillanın həyat yoldaşı Elçinin BMCMİ-də istintaq olunan cinayət işi üzrə həbsdə olduğunu bilmiş, sinif yoldaşının həmin idarədə işlədiyini və onu müstəntiqin yanına göndərib vəziyyəti öyrənib onlara məlumat verəcəyini bildirmişdir. Onlar Tamilla və qızı ilə bir-birilərinin telefon nömrələrini götürüb sağollaşıb ayrılmışlar. O, əsasən Tamillanın qızı Pərvanə ilə telefonla danışmışdır. O, Pərvanə ilə danışanda Pərvanə ona demişdir ki, atasının işi ilə bağlı vəkil onlardan 24.500 manat pul almışdır. O, dərhal vəkilin onları aldatdığını demiş, vəkil Kənan Əliyevin nömrəsini onlardan almışdır. O, vəkil Kənan Əliyevə zəng etmiş, ondan verilən pulu geri istməmişdir. Vəkil pulu qaytarmaq istədikdə ondan pulu ona verməsini tələb etmişdir. Vəkil razılaşmamış, pulu yalnız Elçinin ailə üzvlərinə verə biləcəyini demişdir. Onlar vəkil X8 qəsəbəsində görüşmüşlər, görüşə Tamilla xanım və uşaqları da gəlmişdir. Orada vəkil onun təkidilə 7500 manat pulu Tamillaya qaytarmışdır. Vəkil 5000 manat pulu səhəri gün verəcəyini dedikdə o, pulu almağı öz öhdəsinə götürmüşdür. Həmin səhər o, Kənanla görüşmüş, ondan 5000 manatı almışdır. Artıq onun ağlında Tamillanı və ailəsini aldadıb onların pullarını ələ keçirmək fikri olmuşdur. O, işdən çıxdığından maddi vəziyyəti pis olmuş, Tamilla və uşaqları hər sözə inanan sadəlövh adamlar olduğundan onları aldatmağın asan olduğunu başa düşmüşdür. Bu məqsədlə o, vəkildən pulu alandan sonra Tamillanın ailəsi ilə birlikdə Kürdəxanı qəsəbəsində yerləşən evlərinə getmişlər, onlara artıq həyat yoldaşının azad olunma məsələsini öz öhdəsinə götürdüyünü bildirmişdir. Onlar da onun yalan vədlərinə inanmağa başlamışlar. O, Tamillaya vəkilin verdiyi 7500 manat pulu götürüb özündə olan 5000 manatın da üzərinə 500 manat pul qoyub guya 13.000 manatı Tamillanın əri Elçin Nəhmətovun işinə kömək üçün prokurorluq orqanlarına verəcəyini bildirmişdir. Tamilla da onun 500 manatı özündən qoyacağına inanmış, həmin pulu qaytaracağına söz vermişdir. O, onlardan ilk dəfə pulu almağa 2022-ci ilin iyun ayından başlamışdır. Onun yanında adətən bacısıoğlu Şahid2 da olmuşdur. Ağadadaş onun Tamillagildən pul almağını görmüş, lakin onun pulu hansı məqsədlə almağından məlumatı olmamışdır. Ağadadaş Bakı Mühəndislik Akademiyasının tələbəsi olmuş və boş olanda onun yanına gəlmişdir. Bundan sonrakı vaxtlarda o, Tamilla və uşaqlarını aldadıb Elçin Nəhmətovun guya azadlığa çıxacağı ilə bağlı yalan vədlər verib müxtəlif tarixlərdə pullar almağa başlamışdır. Belə ki, ilk dəfə aldığı puldan təxminən iki həftə sonra o, Tamilladan BMCMİ-nin müstəntiqinə vermək adı ilə əlavə 20.000 manat da pul almışdır. Ondan bir həftə sonra BMCMİ-nin kargüzarlığında guya sənədlər gecikməyə düşməsi adı ilə onlardan 4.000 manat da əlavə almışdır. Həmin pulun 1000 manatını Zərərçəkmiş şəxs və ailəsi onun 4098 5844 5886 5696 nömrəli Leobank kartına göndərmişlər. O, əsasən puları Zərərçəkmiş şəxs Kürdəxanı qəsəbəsində yerləşən evində almışdır. O, zərərçəkmişlərə yalandan 2022-ci ilin avqust ayında Elçinin azadlığa çıxacağını demişdir. Həmin ərəfədə BMCMİ-nin müstəntiqi işi yekunlaşdırıb Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. İttiham aktı 2022-ci ilin iyul ayının sonunda tərtib edilmişdir. Tamilla və qızı Pərvanə bunun necə baş verdiyini soruşanda o, yeni yalan fikirləşib demişdir ki, Elçinlə bağlı danışıb, məhkəmə bəraət verib buraxacaqdır. 2022-ci ilin avqust ayının əvvəlində Elçinin hazırlıq məhkəməsi başlayan zaman o, Zərərçəkmiş şəxs və ailəsinə demişdir ki, hakimə vermək məqsədi ilə təcili 10.000 manat pul verilməlidir. Həmin şəxslərə təcili olduğunu dediyindən, onlar da tez bir zamanda 10.000 manat pulu Bakı Ağır Cinayətlər məhkəməsinin yaxınlığında gətirib ona vermişlər. Bundan sonra o, məhkəməyə vermək adı ilə 2022-ci ilin avqust ayının əvvəlindən sentyabr ayının əvvəlinədək Zərərçəkmiş şəxs ümumilikdə 30.000 manat da pul almışdır. Həmin pulu o, bir dəfə 10.000 manat və 4 dəfə 5000 manat olmaqla almışdır. Sonrakı müddətdə o, özündən yeni yalanlar uydurmağa başlamışdır. Hər dəfə pulu qurtaran kimi, təzə bir bəhanə ilə Tamilla və qızına zəng edib bir adla onlardan pul almışdır. Lakin artıq Tamillanın da pulu qurtarmış, sonuncu məcbur olub 2022-ci ilin oktyabr ayında 21.000 manat dəyərində qızıllarını və 2500 manat dəyərində bahalı ev quşlarını ona vermişdir. O, da onları dəyər-dəyməzə tanımadığı şəxslərə satıb özünə pul etmişdir. 2023-cü ilin yanvar ayında o, sonuncu dəfə guya Elçinin barəsində bəraət hökmü verilməsi adı ilə Tamilladan 1000 manat da pul almışdır. Həmin pulu 09 yanvar 2023-cü il tarixdə onun 4098 5844 5886 5696 nömrəli Leobank kartının hesabına köçürmüşlər. 2023-cü ilin mart ayında Elçin Nəhmətov barəsində 10 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə hökm çıxarılmışdır. Bundan sonra o, telefonunu söndürüb Tamilla və ailə üzvləri ilə bütün əlaqəni kəsmişdir. O, 103.000 manat pulu Tamilla Nəhmətovdan əri Elçinin həbsdən azad olunması üçün aldığını, onlara yalandan məhkəmədə mübahisələndirilən torpaqlarını alıb verəcəyini dediyini, lakin bu adla pul almadığını bildirmişdir. (cild 1, iş vərəqə 141-144) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs bildirdi ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döymüşlər. Lakin bununla bağlı heç bir yerə şikayət etməmişdir. O, barəsində həbs qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmədə danışmamışdır. İbtidai istintaq zaman verdiyi ifadə ona məxsus deyildir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadə ona oxunmamış, sadəcə deyilən yerlərə o qol çəkmişdir. O, torpaq işi olduğu üçün Tamilla xanımın quşlarını satmışdır. Həmin quşların dəyəri 500 (beş yüz) manat olmamışdır. O prokurorluq əməkdaşını tanımır. O, pulu verdiyi şəxsin kimliyini Tamilla xanıma deməmişdir. O pulu verdiyi adamla pulu qaytarması barədə dəfələrlə danışmış, həmin adam da ona pulları qaytaracağını bildirmişdir. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəyəcəkdir. Tamilla xanımın nə qədər məbləğdə pul tələb etdiyini bilməmişdir. Torpaq sahəsindən və quşlardan aldığı pulu vəkili İmrana vermişdir. Elçinin barəsində hökm çıxdıqdan sorna vəkil İmran da onun telefonlarına cavab verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxsə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncunun pullarını qanunsuz şəkildə ələ keçirməməsi, ibtidai istintaq zamanı döyülməsini və döyüldüyünə ibtidai istintaq zamanı etirafedici ifadə verməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş və mülki iddiaçı qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, o Nurlanı ilk dəfə mart ayının 19-da yeznəsinin yanında tanımışdır. Belə ki, o evini alqı-satqı etmişdir. Qızı evdə qeydiyyatda olduğu üçün yeznəsi 500 (beş yüz) manat pulunu kəsmişdir. 1 ay vaxt keçəndən sonra o qızını qeydiyyatdan çıxarmışdır. Evi Taleh adında şəxsə satdığını bildirmişdir. O Nurlana yoldaşının şərlənərək tutulduğunu dedikdə Nurlan ona sinif yoldaşı Ağakərimin olduğunu bildirmişdir. Nurlan həmin şəxsə zəng edərək məsələni deyəcəyini bildirmişdir. Üstündən 1 saat müddət keçdikdən sonra Taleh adlı şəxs gələrək onların 500 (beş yüz) manat pulunu vermişdir. Onlar da qeydiyyatdan çıxmaları barədə sənədi göstərib evə dönmüşlər. Nurlan onun qızının nömrəsini götürmüşdür. Nurlan zəng etmiş və ilk dəfə onlardan 4500 (dörd min beş yüz) manat məbləğində pul almışdır. Üstündən təxminən 1-2 həftə keçdikdən sonra Nurlan 20000 (iyirmi min) məbləğində pul almışdır. Nurlan həmişə Ağadadaşla biryerdə gəlirmiş. Belə ki, müxtəlif vaxtlarda Nurlan 5000 (beş min), 10000 (on min), 20000 (iyirmi min), 30000 (otuz min) məbləğində pul almışdır. O, Təqsirləndirilən şəxs bir dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında 10000 (on min) manat məbləğində, Yasamalda yaşadığı evdə isə sonuncuya 10000 (on min) manat məbləğində pul vermişdir. Pulları qurtardıqdan sonra artıq qızıllara keçmişlər. Belə ki, o, bütün qızıl-zinət əşyalarını oğlu ilə birlikdə Nurlana vermişdir. O qızılları Ağadadaş və Elvin adlı şəxslərin yanında Nurlana vermişdir. Nurlan onun qızıllarını satmışdır. Bundan sonra Nurlan torpağın əldən getdiyini bildirərək ona pul tapmağını bildirmişdir. O, ən sonunda həyətində 2500 (iki min beş yüz) manatlıq quşlarını aparmışdır. Nurlan quşları aparmış və pulu 1 həftədən sonra verəcəklərini bildirmiş, o da bununla razılaşmışdır. Nurlan 1 həftədən sonra gələrək İmranla sözünün düz gəlmədiyini bildirmişdir. Nurlan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini bildirdiyini və ondan 10000 (on min) manat məbləğində pul tələb edildiyini, lakin 2500 (iki min beş yüz) manat məbləğində pul verərək işi həll etdiyini bildirmişdir. Nurlan artıq 103000 (yüz üç min) məbləğində ona ziyan vurduqdan sonra hakim Rasim Sadıxovun “şirinlik” üçün 1000 (bir min) manat pul istədiyini bildirmişdir. Oğlu atasının dostlarına zəng edərək pul istəmiş, atasının da dostları karta pul atmışlar. Oğlu əməliyyat olduğu üçün bu işə qarışmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirdi ki, o evi satmaq üçün getmiş və Nurlan “Bibi, siz Elçinin nəyisiniz?” “Mürvət sizin nəyinizdir?” deyə soruşmuşdur. O isə Elçinin yoldaşı, Mürvətin də yoldaşının dayısı oğlu olduğunu bildirmişdir. Nurlan Mürvətin oğlu ilə əsgərlikdə olduğunu və Elçini yaxşı tanıdığını bildirmişdir. Onlar Nurlana ərini həbsdən qurtarmaq üçün evi satdıqlarını bildirmişlər. Nurlan dostu Ağakərim vasitəsilə onlara köməklik edəcəyini bildirmişdir. Nurlan onlara hazırda işləmədiyini və iş axtardığını demişdir. Nurlan ilk dəfə ondan 4500 (dörd min beş yüz ) manat məbləğində pulu işin düz aparılmadığı və bunun üçün də arxivin sənədlərini dəyişəcəyi üçün aldığını bildirmişdir. O, Nurlana hissə-hissə pul vermişdir. O, sonuncu dəfə Nurlana 3000 (üç min) manat məbləğində pul vermiş və pulların cəmi məbləği cəmi 103000 (yüz üç min) manat olmuşdur. Həmin pullardan 20000 (iyirmi min) manat qızılın, 2500 (iki min beş yüz) manat isə quşların pulu olmuşdur. 3000 (üç min) manat məbləğində pulu isə o, başqalarından almışdır. Nurlan onlara ərinə məhkəmə tərəfindən bəraət hökmü çıxarılacağını bildirmişdir. Ona Nurlan tərəfindən ziyan ödənilməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçidir. Nurlan görüşə Mahmud Kərimov və Ağadadaş Ağayevlə birlikdə gəlirmiş. O pulları Nurlana verirmiş. Nurlana pulları dəqiq olaraq hansı tarixlərdə və hansı miqdarda verdiyini xatırlamır. Bu barədə məlumat cinayət işinin materiallarında var. Pulu ilk dəfə verəndə əri Bakı istintaq təcridxanasında olmuş, belə ki, cinayət işi hələ məhkəməyə göndərilməmişdir. Nurlana iyun ayının əvvəllərindən pul verməyə başlamış, avqust ayında artıq pul qurtarmış və sentyabr ayının 20-də qızıllara keçmişlər. Nurlan müstəntiq Ayaza pul vermək üçün 20000 (iyirmi min) manat məbləğində pul almışdır. O qızıllarını baha almış, Nurlan isə ucuz qiymətə satmışdır. Onun 20000 (iyirmi min) manatlıq qızılları getmişdir. O, Nurlanın kartına 3000 (üç min) manat məbləğində pul atmışdır. O pulları ancaq Nurlana vermişdir. Nurlandan başqa heç kəsə pul, qızıl və quş verməmişdir. Ağadadaş tez-tez gəlirmiş, Mahmudu isə 1-2 dəfə Nurlanla görmüşdür. Ağadadaş Nurlanın bacısı oğludur. Ağadadaş onunlka söhbət zamanı ona “dayım iş görəndir” demişdir. Avqust ayında 80000 (səksən min) manat məbləğində pul vermiş, qalanını isə avqust ayından sonra vermişdir. Evi satmaqda məqsədləri yoldaşını cəzadan qurtarmaq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nurlanla 2023-cü ilin aprel ayının 19-da evi satan zaman tanış olmuşlar. Onlar Nurlandan məsləhət almaq üçün onun nömrəsini götürmüşlər. Nurlan ona BMCMİ-də Ağakərim adlı şəxsi tanıdığını və işlərini həll edə biləcəyini demişdir. Nurlanla tanış olmaqda məqsədləri atasının işini həll etmək olmuşdur. İyun ayında Nurlanla yenidən görüşmüşlər. Həmin vaxt Nurlanın bacısı oğlu Ağadadaş da yanlarında olmuşdur. Nurlan deməsinə görə Ağakərimlə danışmış və Ağakərimin səsini açaraq ona da dinlətmişdir. Səsdəki şəxs Nurlana müstəntiqlə danışması üçün şərait yaradacağını demişdir. Bunları eşitdikdən sonra anası ilə danışması üçün birlikdə evə gəlmişlər və məsələ barədə ətraflı danışmışlar. Səhəri gün də BMCMİ-yə girə bilməsi üçün kart hesabına 1000 manat pul göndərmişdir. Bir neçə gün keçdikdən sonra Nurlan təkrar onlara gəlmiş və müstəntiqə çatdırmaq adı ilə anasından 3000 manat məbləğində pul almışdır. Bir müddət sonra Nurlan dostu Mahmudla təkrar gəlmiş və Qarayev metrostansiyası yaxınlığında anası 20000 manat vermişdir. Nurlan oktyabr ayına qədər hissə-hissə pul almış və onları atasının məhkəmədə bəraət alacağına arxayın etmişdir. Atasının işindən əlavə onların torpaq işləri də olmuş və Nurlan bununla bağlı da işi həll edəcəyinə söz vermişdir. Torpaq işi ilə bağlı anası satması üçün qızıllarını Nurlana vermiş və Nurlan qardaşı ilə birlikdə qızılları satmışlar. Onun atası cins yarış quşları saxlayırmış. Həmin quşların qiymətləri təxminən 2000 manat olmuşdur. Nurlan həmin quşları da satmışdır. Beləliklə, Təqsirləndirilən şəxs onların 103000 manat pullarını alaraq qarşılığında heç bir şey etməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Nurlanı ev alqısatqısı zamanı İmran vasitəsilə tanımışlar. İmranın özünü isə illərdir tanıyırlar. Nurlan özünü onlara BMCMİ-nin əməkdaşı kimi təqdim etmişdir. Nurlan Ağakərim adlı şəxslə onları görüşdürməmiş, sadəcə onun səsinə qulaq asmışdır. O Nurlana həmişə pul veriləndə demək olar ki, anasının yanında olmuşdur. Təqribən 80000-90000 manat pulun verilməsində isə şəxsən iştirak etmişdir. Onlara Nurlan tərəfindən heç bir ziyan ödənilməmişdir. Nurlan pul almaq üçün görüşlərə tək gəlmirmiş. Belə ki, onun yanında ya Ağadadaş, ya da dostu Mahmud olurmuş. Ağakərim adlı şəxs Nurlanın sinif yoldaşı olmuşdur. Nurlan tutulandan sonra BMCMİ-yə gedərkən müstəntiq Ağakərimi onlara təqdim etmişdir. Hətta Ağakərim özü də zəng edib demişdir ki, “onun onların məsələsi ilə heç bir əlaqəsi yoxdur, pul almayıb və tələb etməyib, Nurlan sadəcə olaraq onun adından istifadə edib. O, sadəcə Nurlanı bir dəfə məsələnin nə yerdə olmasını soruşması üçün müstəntiqlə görüşdürüb. Nurlan 90000 (doğsan min) min manat atasının işi ilə bağlı, qalan pulları isə torpaq məsələləri ilə bağlı onlardan almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Elçini 2015-ci ildən tanıyır. 2023-cü ildə evlərinin satışında iştirak etmişdir. Alqı-satqı olduqdan sonra onların başqa əlaqələri olmamışdır. Pərvanə xanım evdə qeydiyyatda olduğu üçün 1 ay ərzində ofisinə gediş-gəlişləri olurmuş. Hesab edir ki, Nurlanla da həmin ərəfələrdə ofisdə tanış olmuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Nurlan əvvəllər MAXE işləmişdir. Nurlanın iş həll etməsi barədə heç bir məlumat eşitməmişdir. Nurlan onun işlədiyi ofisə sadəcə 3-5 ay gəlib-getmişdir. Baş vermiş hadisə barədə Elçin barəsində məhkəmə tərəfindən hökm çıxarıldıqdan sonra Pərvanə ona deyəndə bilmişdir. Həmin vaxt Nurlanın onlara nə qədər ziyan vurduğunu deməmiş və o da bu barədə heç nə soruşmamışdır. Nurlan törətdiyi əməllə bağlı ona heç bir məlumat verməmişdir. Evi koronavirus epidemiyası səbəbilə satırmışlar. Elçinin tutulduğu barədə ev satılanda xəbəri olmamışdır. Belə ki, bu barədə onun sonradan sənədləşdirmə zamanı məlumatı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, baş vermiş hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, dayısı Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs evinə getmişdir. Bildiyi məlumata görə zərərçəkmiş şəxsin qızı Pərvanə ilə dayısı Təqsirləndirilən şəxs arasında sevgi münasibəti olmuşdur. O özü tələbədir, həm işləyir, həm də oxuyur. Boş vaxtlarında isə dayısı Təqsirləndirilən şəxsla vaxt keçirirmiş. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o dayısı Nurlanla 5-6 dəfə Kürdəxanıya Tamilla xanımın evinə getmişdir. Həmin evdə hansı söhbətlər olduğunu xatırlamır. Pərvanə ilə dayısı Nurlan arasında sevgi münasibəti olmuşdur. Həmin vaxt Pərvanənin atasının həbsdə olduğunu bilirmiş. Dayısı ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfə getmişdir. Dayısının burada hansısa işinin olmasından xəbəri olmamışdır. Pərvanə onun vasitəsi ilə dayısını tapmağa çalışmışdır. Pərvanə, ona sosial şəbəkə vasitəsilə yazmış, lakin o dayısının yerini bilmirmiş. O, zərərçəkmiş şəxsin evinə getmişdir. Onun yanında pul haqq-hesabı olmamışdır. Dayısı ilə o zərərçəkmiş şəxsin evinə qonaq kimi gedirmişlər. Onları evlərində həmişə yaxşı qarşılamışlar və süfrə açırmışlar. Həmin evdə baş verən söhbətləri xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dayısıdır. O, Bakı Mühəndislik Akademiyasının 4-cü kurs tələbəsidir. 2022-ci ilin ortalarında o, Yeni Yasamalda yerləşən Araz marketdə kassir işləmişdir ki, bu səbəbdən Bakı şəhərində kirayədə yaşamışdır. Dayısı Nurlan onun xalasının yoldaşı İmrana məxsus ofisin yerləşdiyi binada kirayədə yaşamışdır ki, o, da sonradan Nurlanın yanına gedib birlikdə qalmışlar. O, həmin ilin yay aylarında işdən çıxmışdır, lakin universitetə gedib gəldiyi üçün dayısı ilə bərabər kirayədə qalmışdır. Onun boş vaxtları çox olmuşdur ki, dayısı Nurlan da işsiz olduğundan onlar birlikdə vaxt keçirmişlər. 2022-ci ilin iyun ayında dayısı Nurlan ona demişdir ki, tanışı Pərvanəgilin Kürdəxanı qəsəbəsində yerləşən evlərinə getməlidir. Ona da dayısı ilə getməsini təklif etmişdir ki, o, etiraz etməmişdir. Nurlan Pərvanə və anası Tamilla ilə nədənsə danışmışlar ki, o, onlara əhəmiyyət verməmişdir. O, Nurlanla 5-6 dəfə birlikdə Kürdəxanı qəsəbəsinə getmişdir. Nurlan hansısa tanışları vasitəsi ilə Pərvanənin atasını həbsdən buraxdıracağını demişdir. Onların arasında pul məsələsi də olmuşdur ki, o, Nurlana pulun hansı məqsədlə verilməsini bilməmişdir, soruşanda dayısı Nurlan ona sənlik deyil demişdir. O, Nurlanla eyni zamanda 2-3 dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə də getmişdir. O, çöldə gözləmiş, Nurlan ora daxil olub geri qayıtmışdır. Bir müddət sonra o, kirayədən çıxıb Ələtdə atasıgilnən qalmağa başlamışdır. Onun dayısı Nurlanla da əlaqələri kəsilmişdir. Sonradan Pərvanə ona zəng edib demişdir ki, Nurlanı tapmağa ona köməklik etsin. O, Pərvanəyə Nurlanı görmədiyini deyib hansı səbəbdən axtardığını soruşmuş, Pərvanə ona demişdir ki, Nurlan atası Elçini həbsdən buraxdıracağı adı ilə onlardan 103.000 manat pul almışdır. O, Nurlanın özündə olan nömrələrini yığmış, lakin zəng çatmamışdır. O, Nurlanın valideynlərinə, yəni babasına və nənəsinə bu barədə məlumat vermişdir. Onun deməsinə görə dayısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və sonuncunun ailəsi ilə nə kimi əlaqələrinin, danışıqlarının olmasından və ya onları aldadıb pullarını ələ keçirməsindən heç bir məlumatı olmamışdır. (cild 1, iş vərəqə 88-91) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, dayısı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlmiş, lakin içəri girməmiş və çöldə gözləmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) Zərərçəkmiş şəxs tərəfindən DİN-nin BMCM-nə verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Elçin Nəhmətovun barəsində bəraət hökmü çıxardacağına vəd verərək 2022-ci ilin may ayından həmin ilin sentyabr ayınadək ümumlikdə 103000 manat pulunu etibarından sui-istifadə edərək aldadıb ələ keçirməsi ilə bağlı DİN-nin BMCM-nə müraciət edərək Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 7) Şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə, saat 18:30-da Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 19, 28) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 39) 10 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə törətdiyi əməli etiraf etmişdir. (cild 1, iş vərəqə 48-52) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 53-54) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 70-74) Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, 11 iyun 2022-ci il tarixdə saat 10:02 dəqiqədə və 09 yanvar 2023-cü il tarixdə saat 12:54 dəqiqədə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “MilliÖn” ödəmə sistemi vasitəsilə istifadəsində olan “Unibank” Kommersiya Bankına aid “Leobank” mobil bankçılıq xidmətinə məxsus 4098 5844 5886 5696 nömrəli plastik bank kartına hər dəfə 1000 manat olmaqla iki dəfəyə 2000 manat məbləğində pul vəsati köçürülmüşdür. Qəbzdən də göründüyü kimi, pul köçürülən hesab kartı Nurlan Manafonun adına olan hesab olmuşdur. (cild 1, iş vərəqə 81-84) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 92-102) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 107-108) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay müddətə, yəni 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 118-122) Sübutların qiymətləndirilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308, 309, 310 və 32.4,312 və 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatla bağlı barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, vəkil X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qüvvədə olan qərarın olması nəzərə alınmışdır. (cild 1, iş vərəqə 123-131) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (cild 1, iş vərəqə 133-135) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə mülki iddianı və ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kimi təqdim edərək hüquq mühafizə orqanlarında işləyən yaxın əlaqələrə malik olduğu şəxslərin olmasını və həmin şəxslər vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirlərlə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib özünə qarşı inam yaratmaqla külli miqdarda narkotik vasitələrin və psixotop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş sonuncunun əri X2 cinayət məsuliyyətindən azad edilməsini, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmünün çıxarılmasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq ibtidai istintaq dövründə işin istintaqını aparan müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, cinayət işi üzrə ibtidai istintaq tamalanıb baxılması üçün məhkəməyə göndərildikdən sonra isə məhkəmənin sədrinə, işə baxan hakimin köməkçisinə vermək və digər texniki məsələləri həll etmək adı ilə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 2022-ci ilin iyun ayının əvvəllərində 7.500 manat, 2022-ci ilin iyun ayının ortalarında 20.000 manat, 2022-ci ilin iyun ayının sonlarında 3000 manat məbləğində nağd pul vəsaitini, 2022-ci ilin oktyabr ayında 21.000 manat dəyərində qızılzinyət əşyalarını və 2500 məbləğində bahalı ev quşlarını, 2022-ci ilin avqust ayında ünvan 3 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yaxınlığında 10.000 manat məbləğində, 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində, ayrı-ayrı vaxtlarda beş dəfə olmaqla bir dəfə 10.000 manat, dörd dəfə isə 5000 manat olmaqla cəmi 30.000 məbləğində nağd pul vəsaitini, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs çatdırmaq adı ilə Elçin Nəhmətovun müdafiəçisi olmuş vəkil X4 ünvan 5 ünvanında yerləşən “Kral” şadlıq evinin yaxınlığında 5000 manat və 2000 manat məbləğində nağd pul vəsaitini aldıqdan və 11 iyun 2022-ci il tarixdə saat 10:02 dəqiqədə və 09 yanvar 2023-cü il tarixdə saat 12:54 dəqiqədə Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən “MilliÖn” ödəmə sistemi vasitəsilə istifadəsində olan “Unibank” Kommersiya Bankına aid “Leobank” mobil bankçılıq xidmətinə məxsus 4098 5844 5886 5696 nömrəli plastik bank kartına hər dəfə 1000 manat olmaqla iki dəfəyə 2000 manat məbləğində pul vəsatinin köçürülməsinə nail olduqdan sonra həmin pul vəsaitlərini şəxsi məqsədləri üçün istifadə edərək ümumilikdə 2022-ci lin iyun ayının əvvəllərindən 09 yanvar 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus külli miqdarda - 103.000 (yüz üç min) manat məbləğində özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək zərərçəkmiş şəxslə görüşdüyünü, onun evinə getdiyini, zərərçəkmiş şəxsin ərinin işində ona kömək edərək ərinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işində ərinə bəraət hökmü çıxartdıracağına söz verdiyini, müəyyən vaxtlarda zərərçəkmiş şəxsdən hissə-hissə pul aldığını etiraf etmişdir. Lakin həmin pulları xərcləmədiyini, özü istifadə etmədiyini, zərərçəkmiş şəxsdən almış olduğu pulları bir nəfə başqa şəxsə verdiyini, həmin şəxsin də onu aldatdığını və sonradan telefonlarını açmadığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən qeyd edilən məbləğlərdə pul vəsaitini aldığını təsdiq etsə də, həmin pulu özü üçün almadığını, həmin pulları başqa şəxsə verdiyini və həmin şəxs tərəfindən elə özünün aldadıldığını qeyd etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə 103000 manat məbləğində pul vəsaitini alması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs bütün mümkün üsullardan istifadə edərək zərərçəkmiş şəxsi aldadaraq, həmçinin yalan məlumat verməklə şəxsin qanunsuz şəkildə pul vəsaitlərini ələ keçirmək üçün zərərçəkmiş şəxsdən aldığı pulu başqa şəxsə verməsi ilə bağlı həqiqətə uyğun olmayan sözlər verərək aldatma yolu ilə özgənin pul vəsaitlərini qanunsuz şəkildə ələ keçirmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətməsini təsdiq edən hal ondan ibarətdir ki, o, faktiki olaraq işsiz olmuş, əksinə özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kimi təqdim edərək hüquq mühafizə orqanlarında işləyən yaxın əlaqələrə malik olduğu şəxslərin olmasını və həmin şəxslər vasitəsilə istənilən məsələni həll etmək imkanının olması barədə yalan məlumatlar verməklə zərərçəkmiş şəxsi aldadaraq sonuncunun pul vəsaitini qanunsuz şəkildə ələ keçirmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərək özünü təqsirli bilmiş, törətdiyi cinayət əməlini etiraf etmiş, lakin məhkəmə istintaqında ifadə verərkən ifadəsini dəyişmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini fiziki və psixi təsir altında verdiyini və döyüldüyünü bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-2586/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. DİN-nin BMCMİ-nin xx.xx.2024-cü il tarixli 3-13-6/2-4280/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10-11 aprel 2023-cü il tarixlərdə BMCMİ-nin MSY-də saxlanılmış və qəbul olunduğu zaman onda gözlə görünən xəsarətlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-110/2- 056217/2024 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması barədə məhkəməyə verdiyi məlumatla bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində araşdırma aparılmış, göstərilən xüsusatlar təsdiqini tapmadığından material üzrə xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalaraq döyülməsi və ibtidai istintaq zamanı fiziki və psixi təsir altında ifadə verməsi barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolu, ödəniş qəbzləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli külli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini (hər hansı məbləğdə pul vəsaitini qaytarmamasını) məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətin törədilməsi tam şəkildə sübuta yetirildiyindən və həmin cinayət əməli nəticəsində vurulmuş ziyanla bağlı mülki iddia verildiyindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs 103000 (yüz üç min) manat məbləğdə pul və mülki iddia üçün ödənilmiş 393,59 (üç yüz doğsan üç manat əlli doqquz qəpik) manat məbləğdə dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 103000 (yüz üç min) manat məbləğdə pul və mülki iddia üçün ödənilmiş 393,59 (üç yüz doğsan üç manat əlli doqquz qəpik) manat məbləğdə dövlət rüsumu Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 672 (altı yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərcinin və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar