Məhkəmə qərarları › İş №1(101)-952/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-952/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-952/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri- Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: xx xxxxxx 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama, daşıma, satma, habelə qaçaqmalçılıq, yəni narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı olduğu ehtimal edilən «Fərşud» adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqla müəyyən olunmamış İran İslam Respublikasının vətəndaşı «Fərşud» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Fərşud adlı şəxsin satış məqsədilə qanunsuz olaraq əldə edib qaçaqmalçılıqla Azərbaycan Respublikasına göndərdiyi, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirdiyi külli miqdarda 1 kq 111,485 qram narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryəki, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həblərini və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini 2020-ci ilin yanvar ayının 19dan 20-nə keçən gecə əvvəlcədən razılaşdıqları kimi Biləsuvar rayonunda yol kənarında məlumatlandırıcı yol nişanı ilə olan dirəyin altından götürməklə qanunsuz əldə edib icarəyə götürdüyü avtomobildə daşıyaraq qeydiyyatda olduğu ünvan 1 ünvandkakı evinə gətirib saxlamış,səhər isə həmin miqdarda narkotik vasitələr, psixotrop maddələri Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyindəki kirayədə yaşadığı evə daşımış və bir müddət saxladıqdan sonra saat 16 radələrində «Fərşud» adlı şəxsin tapşırığı ilə həmin narkotik vasitələrdən 1108 qramını satılması üçün avtomobilində Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsinə daşımaqla həmin ünvanda yerləşən məişət tullantıları qabının yanında gizlətmiş, qalan ayrı-ayrı bükümlərdə olan 3,485 qram heroin, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryək, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamin, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həblərini və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini özündə saxlamış və həmin gün narkotik vasitəni alan Təqsirləndirilən şəxs2 Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində istintaqla müəyyən edilməmiş Əlihüseyn adlı şəxsdən 2000 manat müqabilində satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1108 qram narkotik vasitə heroini əldə etdikdən sonra 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis bölməsinə gətirilmiş və onda olan polietilen torbada külli miqdarda 1108 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və əməliyyat tədbirlərinin davam etdirilərək Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Gənclər şəhərciyinin həyətində saxlanılaraq 13-cü PB-nə aparılmış, orada onun üstünə baxış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin, psixotrop maddələrin qalan hissəsi külli miqdarda, yəni bir ədəd bükümdə 3,485 qram heroin, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryək, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamin,01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həbləri və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həbləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməmiş Əlihüseyn adlı şəxslə 2000 manat dəyərində narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroin alınmasını razılaşdırdıqdan sonra, xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə heroini götürmək üçün Əlihüseynin bildirdiyi ünvana yəni, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsinə gəlmiş və orada «Sərham» marketin yaxınlığında istintaqla müəyyən edilməmiş Əlihüseyn adlı şəxsə 2000 manatı verərək 1 ədəd polietilen torbada olan külli miqdarda 1108 qram kustar üsulla hazırlanmış heroini götürməklə qanunsuz olaraq satış məqsədilə əldə edib əlində torbada daşıyaraq uzaqlaşarkən barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ 13-cü PBnin əməkdaşlarıın keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ 13-cü PB-nə aparılmış, orada əlindəki göy rəngli salafan torbaya baxış keçirilərkən içərisindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 1108 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə cinayət işinin ilkin öyrənilməsindən görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroini xx xxxxxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla qanunsuz daşıması ilə bağlı toplanmış ilkin təhqiqat materialı olmuşdur. Cinayət işi Təqsirləndirilən şəxs2 barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama, daşıma, satma, habelə qaçaqmalçılıq, yəni narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı olduğu ehtimal edilən «Fərşud» adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqla müəyyən olunmamış İran İslam Respublikasının vətəndaşı «Fərşud» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Fərşud adlı şəxsin satış məqsədilə qanunsuz olaraq əldə edib qaçaqmalçılıqla Azərbaycan Respublikasına göndərdiyi, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirdiyi külli miqdarda 1 kq 111,485 qram narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryəki, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həblərini və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini 2020-ci ilin yanvar ayının 19dan 20-nə keçən gecə əvvəlcədən razılaşdıqları kimi Biləsuvar rayonunda yol kənarında məlumatlandırıcı yol nişanı ilə olan dirəyin altından götürməklə qanunsuz əldə edib, icarəyə götürdüyü avtomobildə daşıyaraq qeydiyyatda olduğu ünvan 1 ünvandakı evinə gətirib saxlamış, səhər isə həmin miqdarda narkotik vasitələr, psixotrop maddələri Abşeron rayonu Masazır qəsəbəsi Gənclər şəhərciyindəki kirayədə yaşadığı evə daşımış və bir müddət saxladıqdan sonra saat 16 radələrində «Fərşud» adlı şəxsin tapşırığı ilə həmin narkotik vasitələrdən 1108 qramını satılması üçün avtomobilində Bakı şəhəri, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsinə daşımaqla həmin ünvanda yerləşən məişət tullantıları qabının yanında gizlədib saxlamaqda ittiham olunub onun əməlləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilmişdir. Məhkənin hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə müraciət edərək bildirdi ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ, eləcə də ittiham aktının tərtibi ilə bağlı tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 289.3.1 maddəsinə əsasən müstəntiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları, göstərməli, CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər qeyd olunmaqla ittihamın mahiyyəti göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə ölkə ərazisinə istintaqa müəyyən olmayan vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə gətirilmiş 1 kq 111,485 qram narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryəki, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həblərini və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini əldə etmiş, daşımış və satılması üçün üzərində gəzdirdiyi narkotik vasitə olan heroindən 1108 qramını Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində məişət tullantıları qabının yanında gizlətmişdir. 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Tramadol” dərman preparatları “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. Azərbaycan Respublikası CMnin 234-cü maddəsi özündə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi hərəkətləri ehtiva etdiyi halda, həmin Məcəllənin 240.1-cı maddəsi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma kimi hərəkətləri ehtiva edir. Belə olduğu halda, Təqsirləndirilən şəxs1 yeni məzmunlu ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində onun güclü təsir edən maddələrin satış məqsədi ilə əldə etməsi qeyd edilsə də, həmin qərarın nəticə hissəsində cinayət qanunun norması göstərilməmişdir. Qeyd edilən prosessual pozuntu nəticəsində şəxsə elan edilmiş ittihamın nədən ibarət olduğu aydın olmamış, elan edilmiş ittihamın məzmunu ilə elan edilmiş cinayət qanunun norması arasında anlaşılmayan fərq yaranmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, həmin ittihamın məzmunu “ .... habelə qaçaqmalçılıq, yəni narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı olduğu ehtimal edilən «Fərşud» adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqla müəyyən olunmamış İran İslam Respublikasının vətəndaşı «Fərşud» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında Fərşud adlı şəxsin satış məqsədilə qanunsuz olaraq əldə edib qaçaqmalçılıqla Azərbaycan Respublikasına göndərdiyi, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla Azərbaycan Respublikasına keçirdiyi külli miqdarda 1 kq 111,485 qram narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə 0,738 qram narkotik vasitə tiryəki, 01 ədəd bükümdə 0,135 qram psixotrop maddə hesab olunan metamfetamini, 01 ədəd kağız bükümdə üzərində «M 40» sözləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd metadon həblərini və güclü təsir edən maddə hesab olunan təsiredici maddəsinin ümumi miqdarı 0,675 qram təşkil edən 3 ədəd tramadol həblərini 2020-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə əvvəlcədən razılaşdıqları kimi Biləsuvar rayonunda yol kənarında məlumatlandırıcı yol nişanı ilə olan dirəyin altından götürməklə qanunsuz əldə edib...” kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi iddia olunan cinayət əməlinin vaxtı və şəraiti ittihamda öz əksini tapmamışdır. Belə olan halda təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmişdir ki, bununla da onun müdafiə hüququ kobud formada pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüququdur ki, o, nədə təqsirləndiyini bilsin (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi). İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Bundan əlavə CPM-nin 289.3.1-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hakırkı cinayət işi üzrə tərtib edilmiş ittiham təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs1 güclü təsir edən maddələrə aid 3 ədəd tramadol həbini satış məqsədi ilə üzərində daşıdığı göstərilsə də, nəticə hissəsində cinayət qanunun norması göstərilməmişdir. Qanunla həmin hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadığı, ittiham aktı Azərbaycan Respublikası CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədiyi halda CPM-in 303.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan başqa Azərbaycan Respublikası CPM-nin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), həmçinin də ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas hesab olunduğundan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirnin bir ay müddətinə uzadılması məsələsi həll edilməlidir. Müdafiəçilər - Müdafiəçi2 və Müdafiəçi1 cinayət işinin baxılmasına xitam verilib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 cinayət işinin baxılmasına xitam verilib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə qeyd edir ki, qərarda göstərilən “Tramadol” dərman preparatları xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz hazırlanması, emal edilməsi, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs1 yenidən ittiham elan etmək haqqında xx xxxx 2020-ci il tarixli qərarın təsviriəsaslandırıcı hissəsində onun güclü təsir edən maddələrin satış məqsədi ilə əldə etməsi qeyd edilsə də, həmin qərarın nəticəvi hissəsində cinayət qanunun norması göstərilməmişdir. Bu səbəbdən də ittiham dəqiq olmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda onun törətdiyi iddia olunan qaçaqmalçılıq cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraiti öz əksini tapmamışdır. Yuxarıda sadalanan pozuntular nəticəsində Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın nədən ibarət olduğu dəqiq olmamış, elan edilmiş ittihamın məzmunu ilə elan edilmiş cinayət qanunun norması arasında fərq yaranmış, təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmiş və onun müdafiə hüququ kobud pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs nədə təqsirləndiyini bilməlidir. Əks halda onun öz müdafiəsini hazırlamaq və həyata keçirmək kimi hüquqları məhdudlaşardı. Məhkəmə həm, cinayət ittiham tərəfinin vəsatətəni müzakirə edib vəsatətdə göstərilən halları, o cümlədən də, ittiham aktı tərtib olunarkən prosessual qaydalara əməl edilməməsinin, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs1 güclü təsir edən maddələrə aid 3 ədəd tramadol həbini satış məqsədi ilə üzərində daşıdığı göstərilsə də, nəticə hissəsində cinayət qanunun norması göstərilmədiyinin, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın nədən ibarət olduğu ona aydın olmaması və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda onun törətdiyi iddia olunan cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraiti ittihamda öz əksini tapmaması nəticəsində təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, nəticədə onun müdafiə hüququ kobud pozulması və ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289cu maddəsinin tələblərinə əməl olunmadan tərtib olunmasının təsdiqini tapdığı qənaətinə gəlir. Məhkəmə yuxarıda göstərilən hallarıın məhkəmədə aradan qaldırılmasının mümkün olmadığını, bu səbəbdən də dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CPM-nin 303.1, 303.3.1, 303.3.6 və 307-ci maddələrində göstərilən kobud pozuntulara yol verilməsi əsası ilə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə barədə vəsatətinin təmin edilməli olmasını əsaslı sayır. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası CPM-nin 303-cü maddələrində göstərilən kobud pozuntulara yol verilməsi əsası ilə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilərkən məhkəmə cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Odur ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 barəsində xüsusi qərar çıxarılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdə qətimkan tədbiri qismində həbsə alma seçildiyini, həbsin əvvəlinin onun tutulduğu- xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı olduğunu, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdə qətimkan tədbiri qismində həbsə alma seçildiyini, həbsin əvvəlinin onun tutulduğu- xx xxxxxx 2020ci il tarixdən hesablanmalı olduğunu, məhkəmənin hazırlıq iclasında xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan təbirinin seçildiyini, lakin həbsin müddətinin müəyyənləşdirilmədiyini nəzərə alıb cinayət işinə baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması qərarına gəldiyindən həmin müddətin müəyyən edilməsini əsaslı sayır. Çünkü təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbsdən fərqli qətimkan tədbirin seçilməsi üçün əsaslar müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini və bu müddətin 1 (bir) ay müddətinə, yəni xx xxxxxxx 2020-ci il tarixə qədər uzadılmasını əsaslı sayıır. Məhkəmə, yuxarda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPM-nin 300.1, 300.1.5, 303.1, 303.3.1, 303.3.6 -cı maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat materiallarına baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barəsində dövlət ittihamçısının vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair hazırki cinayət işi üzrə icraat materiallarına baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxs1 elan olunmuş və dövlət ittihamçısının vəsatətində göstərdiyi hallar dəqiqləşdirilsin.

4. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirnin müddəti 1(bir) ay müddətinə, yəni xx xxxxxxx 2020-ci il tarixə qədər uzadılsın, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəli onun tutulduğu- xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəli onun tutulduğu- xx xxxxxx 2020-ci il tarixdən hesablansın.

5. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 barəsində xüsusi qərar çıxarılsın.

6. Hazırkı qərarın surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin.

Sədrlik edən: Novruz Kərimov

Hakimlər: Rasim Sadıxov

Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar