Məhkəmə qərarları › İş №1(101)-952/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-952/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-952/2021 10.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, şatış məqsədilə, qanunsuz olaraq, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək əldə edib, tanışı Şahid1 ilə aralarında narkotik vasitə və psixotrop maddənin satışı ilə bağlı razılaşmaya uyğun olaraq Şahid1 ***-***-**-** nömrəli mobil telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsi ilə istifadəsində olan “xxxx”ASC-ə məxsus 4169-7385-7501-7870 nömrəli plastik kartın fotoşəklini göndərmiş, 28 sentyabr 2020-ci il tarixdə Şahid1 həmin hesaba 150 manat məbləğində pul köçürdükdən sonra, 08 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,484 qram; 0,224 qram; 0,407 qram; 0,305 qram; 0,374 qram; 0,246 qram; 0,375 qram və 0,332 qram olmaqla ümumi çəkisi külli miqdar hesab edilən 2,747 qram narkotik vasitə heroini, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkilləri 0,414 qram və 0,477 qram olmaqla ümumi çəkisi 0,891 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə 3,035 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində dəqiq müəyyənləşdirilməmiş yerdə ağacın altında qoyub, qoyduğu yerin şəkilini və koordinatını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Şahid1 ***-***-**-** nömrəli mobil telefonuna göndərməklə satmış, Şahid1 narkotik vasitələri və psixotrop maddəni əldə etdikdən sonra 06 oktyabr 2020-ci il tarixdə saat 21:45 dəqiqədə ünvan 2 ünvanının qarşısında yaxalanmış və həmin narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Bundan sonra o, təkrarən istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, şatış məqsədilə, qanunsuz olaraq, külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin əldə edib, üzərində daşıyaraq 14 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının qarşısına gəlmiş, həmin vaxt Xətai RPİ-in 34-cü PŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 5 ünvanında yerləşən 34-cü PŞ-in inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd ağ rəngli sellofan paketin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 67,316 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd ağ rəngli sellofan paketin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 39,156 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, öhdəliyində üç övladı vardır və taksi fəaliyyəti ilə məşğuldur. Özü astma xəstəsidir, bununla yanaşı narkotik vasitə istifadəçisidir, lakin əvvəllər məhkum olunmamışdır. Təxminən 2 ay olar ki, Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən narkotik vasitə marixuana əldə edib, çəkmə üsulu ilə istifadə edir. 14 yanvar 2021-ci il tarixdə saat 14 radələrində narkotik vasitə əldə etmək məqsədi ilə yaşadığı ünvan 6 ünvanından çıxmışdır. Bu məqsədlə üzərində təxminən 720 (yeddi yüz iyirmi) manat məbləğində pul götürmüşdür. Qeyd etmiş ki, narkotik vasitə aldığı şəxslə internetdə xatırlamadığı sosial şəbəklərdən birində tanış olmuşdur. Həmin şəxsin adını xatırlamır. Həmin şəxsdən bir neçə dəfə Bakı şəhəri, Xətai rayonu, H.Hadi küçəsində yerləşən “X13”in yaxınlığında görüşüb, narkotik vasitə əldə etmişdir. Beləliklə yaşadığı mənzildən çıxıb, sürücüsünü tanımadığı taksi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsidə yerləşən “X13”in yaxınlığına gəlmişdir. Qeyd etmiş ki, idarə etdiyi avtomobili isə yaşadığı yerə yaxın saxlamışdır. Qeyd etdiyi həmin şəxslə orada görüşüb, 700 (yeddi yüz) manat müqabilində 02 ədəd sellofan bükümdə narkotik vasitə “şüşə” adlandırılan metamfetamin və “kakos” adlandırılan heroin almışdır. Həmin şəxslə sağollaşmış və əldə etdiyi bükümləri əynindəki qara rəngli gödəkçənin iç sol cibinə qoymuşdur. Daha sonra yol kənarında taksi tapıb, yaşadığı mənzilə getmək məqsədi ilə piyada “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanından dönüb, Babək prospekti ilə Neapol dairəsi istiqamətində siqaret çəkərək hərəkət etmişdir. Babək prospekti ilə piyada hərəkət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edib, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində xidmət etdiklərini bildirmişlər. Daha sonra barəsində axtarış elan edildiyini deyib, onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkaşları ilə razılaşmış və xidməti avtomobil vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin inzibati binasına gəlmişlər. Orada xahişi ilə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona qanunla müəyyən edilmiş hüquqları izah edilmişdir. Bundan sonra üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuşdur, olduğu halda təqdim etməyi tövsiyyə edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 02 ədəd sellofan paketə bükülmüş bükülünü könüllü surətdə təqdim etmişdir. Həmin 02 ədəd sellofan paket polis əməkdaşı tərəfindən növbə ilə açılmışdır. Belə ki, bükümlərdən birinin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşı tərəfindən həmin maddənin nə olması soruşulduqda o, “şüşə” adlanan narotik vasitə olduğunu demişdir. İkinci büküm açıldıqda içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Həmin maddənin “heroin” adlandırılan narotik vasitə olduğunu demişdir. Bundan başqa baxış zamanı əynindəki cins şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq, 8 ədəd 1 manatlıq əskinaslardan ibarət nağd pulu, şalvarının arxa cibindən 01 ədəd “Maqna” markalı siqaretin qutusunu və 01 ədəd yandırnanı, əynindəki qara rəngli gödəkçənin sol və sağ yan ciblərindən 02 ədəd astma xəstələri üçün nəzərdə tutulmuş dərman preparatını təqdim etmişdir. Polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilsə də başqa əşya aşkar edilməmişdir. Əynindəki qara rəngli gödəkçənin iç sol cibindən aşkar edilmiş içərisində narkotik vasitə olan 02 ədəd bükümü polis əməkdaşı bir ədəd zərfə yerləşdirmiş, həmin zərfin üzəri möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. Digər əşayalar isə ona qaytarılmışdır. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və həmin protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vaisətləri könüllü surətdə polis əməkdaşına təqdim etmişdir. Bununla bağlı ona heç bir fiziki və ya psixi təsir edilməmişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 məxsus olan “SAMSUNG DUOS” markalı mobil telefona baxış zamanı müəyyən edilmiş şəkildəki 4169-7385-7501-7870 seriya nömrəli “xxxx”-a aid “bir kart” bank kartı ona məxsusdur və onun istifadəsində olmuşdur. Həmçinin “kor” ləqəbli Şahid1 o, təxminən 2017-ci ildən etibarən narkotik vasitə istifadəçisi və satışını həyata keçirən şəxs kimi tanımışdır. Ondan bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Xatırlamadığı tarixlərdəŞahid1 istifadə etmək üçün qarşılıqlı olaraq təmənnasız narkotik vasitə vermişdir. Lakin Şahid1 aşkar edilmiş narkotik vasitələri sonuncuya o, verməmişdir. Ona məlum deyildir ki, hansı şəraitdə Şahid1 mobil telefonunda ona məxsus bank kartının fotoşəkili peydə olmuşdur. İstifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsi ilə aralarında qarşılıqlı olaraq göndərilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms-ləri hazırda xatırlamır. Həmçinin bildirmişdir ki, Şahid1lə aralarında narkotik vasitələrin dövriyyəsi ilə bağlı çoxlu sayda smslər göndərilmişdir. Müxtəlif tarixlərdə istifadəsi üçün narkotik vasitə əldə etdiyi şəxsləri xatırlamır. Bundan başqa hansı sosial şəbəkə vasitəsi ilə onlarla tanış olduğunu xatırlamır. O, narkotik vasitələrin satışını həyata keçirmir. Bir neçə dəfə Şahid1 narkotik vasitəni təmənnasız vermişdir. Sonuncu isə öz növbəsində ona eyini formada narkotik vasitə vermişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitələri hissələrə bölərək istifadə etmək niyyətində olmuşdur. Şahid1 ona pul borcu olduğundan, Vüqar ona məxsus bank kartına pul vəsaiti göndərmişdir. Ailənin yeganə qazanc gətirəni olmasının, əməlindən səmimi peşman olmasının, ailəsinin onun qayğısına ehtiyacının olmasının, iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasının, həmçinin qızının ağır xərçəng xəstəsi olmasının nəzərə alınmasını və onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Özü subaydır və heç bir yerdə işləmir. Narkotik vasitələrin istifadəçisidir. Əvvəllər məhkum olmamışdır. Təxminən 01-02 oktyabr 2020-ci il tarixdə “insteqram” sosial şəbəkəsində narkotik vasitələrin satışı elanı verilmiş səhifə aşkar etmişdir. Orada qeyd edilmiş hazırda xatırlamadığı mobil nömrəyə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng etmişdir. Onun zənginə bir nəfər kişi cinsinə mənsub olan tanımadığı şəxs cavab vermişdir. O özünü təqdim etməyən həmin şəxsə 10-15 büküm “kakos” adlanan narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs ona həmin bükümlərin 150 manat qiymətində olduğunu bildirmişdir. Həmçinin ona həmin şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi hesab nömrəsi göndərmişdir. Hazırda həmin hesab nömrəsini xatırlamır. Həmin şəxs bildirmişdir ki, “hesab nömrəsinə elektron qaydada pul köçür, daha sonra sənə narkotik vasitənin qoyulduğu yeri əks etdirən fotoşəkil və elektron xəritədə yer göndəriləcəkdir”. O həmin şəxsin dediyi kimi hazırda xatırlamadığı mağazaların birindən “Milli ön” portalı vasitəsi ilə verilmiş hesab nömrəsinə 150 manat pul köçürmüşdür. Bir neçə dəqiqə sonra onun mobil telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsi foto şəkil və elektron xəritədə yer gəlmişdir. Məlum olmuş ki, 7-ci MKR adlanan yerdə hazırda xatırlamadığı küçədə olan ağacın altında narkotik vasitə onun üçün artıq qoyulmuşdur. O dərhal həmin yerə getmişdir və həmin yeri müəyyən edib, orada qoyulmuş bir bükümdə narkotik vasitə olan heroini, iki bükümdə “şüşə” adlanan metamfemini, bir bükümdə tiryəki götürmüşdür. Həmin bükümləri üzərində olan özünə məxsus pul kisəsinin içərisinə qoymuş və yaşadığı evə getmişdir. Həmin bir bükümdəki heroini evdə ona məxsus olan elektron tərəzidən istifadə etməklə bir neçə hissəyə bölmüşdür. Həmin heroinin bir hissəsini istifadə etmişdir. Qeyd etmiş ki, həmin tərəzi onda əvvələrdə olmuşdur. Həmin tərəzidən narkotik vasitə istifadə edərkən dozanı bilmək üçün istifadə edirdi. 06 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən gəzmək məqsədi ilə çıxıb, Əhmədli metrostansiyasının yanına piyada getmişdir. Bu zaman üzərində pul kisəsinin içərisində aldığı həmin narkotik vasitələr və elektron tərəzi var idi. Orada yolun kənarında dayandığı zaman əvvəllər bir məhlədə yaşadığı X5 görmüşdür. Salehlə söhbət edərkən onu yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən evinə qonaq kimi dəvət etmişdir. O Salehlə razılaşmış və onlar birlikdə həmin ünvana getmişlər. Qeyd etmiş ki, Salehin də onun kimi narkotik vasitə istifadəçisi olduğunu bilirdi. Salehin mənzilində olarkən o üzərində olan pul kisəsindən aldığı narkotik vasitə olan heroinin iki bükümünü götürüb, sanitar qovşağına getmişdir. Orada həmin narkotik vasitəni qaynadıb, özü ilə gətirdiyi şprislərə əlavə etmişdir. Bundan sonra qonaq otağında əyləşmiş Salehin yanına gedib, sonuncuya şprisin birini vermişdir. Digər şprisi isə özü götürmüşdür. Onlar birlikdə həmin narkotik vasitəni qəbul etmişlər. Bundan sonra həmin gün saat 21 radələrində Salehlə birlikdə küçəyə binanın qarşısına çıxıb, hava almaq qərarına gəlmişlər. Bu məqsədlə onlar binanın qarşısına getmişlər. Qeyd etmiş ki, mənzildən çıxamamışdan qabaq o, içərisində heroin olan 08 ədəd bükümü, içərisində metamfetamin olan 02 ədəd bükümü və 01 ədəd bükümdə tiryəki pul kisəsinin içərisində qonaq otağında yerləşdirilmiş masanın üzərində qoymuşdur. Həmçinin pul kisəsinin içərisindən elektron tərəzini çıxarıb, pul kisəsinin üstünə qoymuşdur. Binanın qarşısında olarkən onlara polis əməkdaşları yaxınlaşmışlar. O, polis əməkdaşlarını görmüş və məsuliyyətdən yaxa qurtarmaq üçün qaçmağa cəhd etmişdir. Lakin polis əməkdaşları onu saxlamışlar. Saleh isə yerdən şüşə parçası götürüb, özünə xəsarət yetirmişdir. Belə ki, sonuncu şüşə parçası ilə üz və boğaz nahiyələrinə bir neçə dəfə xəsarətlər yetirmişdir. Lakin polis əməkdaşları onu saxlayıb, ilkin tibbi yardım göstərmişlər. Bundan sonra Salehlə o polis əməkdaşları tərəfindən 34-cü polis şöbəsinin inzibati binasına xidməti avtomobillə gətirilmişlər. Orada xahişi ilə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona qanunla müəyyən edilmiş hüquqları izah edilmişdir. Bundan sonra üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi tövsiyyə edilmişdir. Bundan sonra polis əməkdaşı üzərinə baxış keçirmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Ona verilmiş sualları cavablandırarkən narkotik vasitə istifadəçisi olduğunu, həmin gün Salehin yaşadığı ünvan 9 ünvanında sonuncu ilə birlikdə narkotik vasitə qəbul etdiyini, həmçinin mənzildə hazırda narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Salehin yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı polis əməkdaşları, vəkillər, o və Saleh birlikdə ünvana getmişlər. Həmin mənzildə baxış keçirilməsinə Saleh icazə vermişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə onlar birlikdə baxış keçirilməsi üçün mənzilə daxil olmuşlar. İlk olaraq qonaq otağına baxış keçirilmişdir. Baxış zamanı narkotik vasitənin harada olması onlardan soruşulmuşdur, bu zaman o həmin otaqda yerləşdirilmiş masanın üzərindəki, özünə məxsus qara rəngli pul kisəsini göstərərək qalıq qalmış narkotik vasitənin həmin pul kisəsinin içərisində olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşı pul kisəsinin üzərində olan bir ədəd markasız elektron tərəzini götürmüşdür və həmin tərəzinin nə üçün istifadə edildiyini soruşmuşdur. O isə narkotik vasitəni həmin elektron tərəzidən istifadə etməklə çəkisini müəyyən etdiyini bildirmişdir. Daha sonra pul kisəsi polis əməkdaşı tərəfindən açılmış və içərisindən kiçik sellofan paketdə çoxlu sayda bükümlər aşkar edilmişdir. Həmin bükümlərin nə olması soruşulduqda o narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin həmin narkotik vasitələrin haradan əldə edildiyi soruşulduqda o “Milli ön” portalı vasitəsi ilə ödəniş edib, əldə etdiyini bildirmişdir. Həmin bükümlər masanın üzərinə düzüldükdən sonra ondan nə olmaları soruşulmuşdur. O isə şəffaf rəngli içərisində isə qəhvəyi rəngli maddə olan sellofan bükümü göstərərək “kakos” olduğunu bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümlər sayıldıqda səkkiz ədəd olması müəyyən edilmişdir. Daha sonra orada olan iki ədəd şəffaf rəngli və içərisində ağ rəngli maddə olan sellofan bükümün nə olması soruşulduqda o “şüşə” olduğunu bildirmişdir. Bundan sonra pul kisəsinin içərisindən çıxmış bir ədəd şəffaf rəngli və içərisində tünd qəhvəyi rəngli maddə olan sellofan bükümdə nə olması soruşulduqda o “tiryək” olduğunu bildirmişdir. Polis əməkdaşı orada olan elektron tərəzidə həmin bükümləri çəkməyə başlamışdır. Belə ki, içərisində hər növ narkotik vasitəyə bənzər maddə olan bükümlərin ayrı-ayrılıqda çəkiləri müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər götürülmüş və bir ədəd zərfdə qablaşdırılmışdır. Mənzildə baxış keçirilərkən digər qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, həmin narkotik vasitələri o, sosial şəbəkədə müəyyən etdiyi səhifədə yazılmış mobil nömrəyə zəng etməklə əldə etmişdir. Belə ki, həmin nömrəyə zəng etmiş və ona hesab nömrəsi verilmişdir. Həmin hesab nömrəsinə xatırlamadığı mağazada “Miili ön” portalı vasitəsi ilə 150 manat pul köçürmüşdür. Daha sonra mobil telefon vasitəsi ilə həmin narkotik vasitənin 7-ci MKR adlanan yerdə ağacın altında olduğu bildirilmişdir. O hazırda həmin yeri xatırlamır. Həmin narkotik vasitələri oradan götürüb, bir hissəsini istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir, sadəcə istifadə edir. Həmin narkotik vasitələri öz pulu ilə almışdır. Salehin bundan heç bir xəbəri yox idi. Əldə etdiyi narkotik vasitələri yaşadığı evdə elektron tərəzidən istifadə edilməklə müxtəlif hissələrə istifadə edərkən dozanı bilmək üçün ayırmışdır. Saleh Dadaşovla birlikdə istifadə etdiyi şprisləri küçədə olarkən tullamışlar. X10 narkotik vasitələrin satışı ilə məşğul deyildir, sonuncu da onun kimi istifəçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Xətai rayon polis idarəsinin 34-cü polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. 09 yanvar 2021-ci il tarixdə barəsində 111299/21 saylı axtarış işi açılmış xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək aidiyyəti üzrə təhvil verilməsi istiqamətində həmin şöbənin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 14 yanvar 2021-ci il tarixdə saat 15 radələrində əməliyyat yolu ilə əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının qarşısında saxlanılaraq xidməti avtomobil vasitəsi ilə ünvan 11 ünvanında yerləşən Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən özünü şübhəli aparmış və onlarda sonuncunun üzərində narkotik vasitəni saxlamasına əsas verən şübhələr yaranmışdır. Polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub-olmamasını müəyyən etmək üçün sonuncunun barəsində şəxsi axtarış istintaq hərəkətinin yerinə yetirilməsi zərurəti yaranmışdır. Beləliklə ilkin olaraq saxlanılmış Təqsirləndirilən şəxs xahişi ilə sonuncuya hüquqlarının müdafiə edilməsi üçün həmin şöbənin təhqiqatçısı, polis baş leytenantı X3 qərarı ilə Bakı şəhəri 13 saylı vəkil börosundan vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən şübhəli şəxsə qanunla müəyyənləşdirilmiş hüquqları izah edilmişdir. Bundan sonra üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olubolmaması soruşulmuş, olduğu halda təqdim etməyi tövsiyyə edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 02 ədəd sellofan paketə bükülmüş bükülünü təqdim etmişdir. Həmin 02 ədəd sellofan paket təhqiqatçı tərəfindən növbə ilə açılmış və müəyyən olunmuş ki, birinin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə vardır. Həmin maddənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs “şüşə” adlanan narotik vasitə olduğunu bildirmişdir. İkinci bükümün içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə vardır. Həmin maddənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs “heroin” adlandırılan narotik vasitə olduğunu bildirmişdir. Bundan sonra 01 ədəd şəffaf rəngli sellofan paketdə olan və Təqsirləndirilən şəxs “heroin” adlandırdığı maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və müəyyən olunmuş ki, 42.23 qram təşkil edir. Digər 01 ədəd şəffaf rəngli sellofan paketdə olan və Təqsirləndirilən şəxs “şüşə” adlandırdığı maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və müəyyən olunmuş ki, 39.06 qram təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq, 8 ədəd 1 manatlıq əskinaslardan ibarət nağd pulu, arxa cibindən 01 ədəd “Maqna” markalı siqaretin qutusunu və 01 ədəd yandırnanı, əynindəki qara rəngli gödəkçənin sol və sağ yan ciblərindən 02 ədəd asma xəstələri üçün nəzərdə tutulmuş dərman preparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı digər əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddələr olan 02 ədəd büküm ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və bütün baxış iştirakçıları tərəfindən imzalanmışdır. Digər əşyalar isə şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra müvafiq protokol tərtib edilmiş və bütün baxış iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs üzərində saxladığı içərisində narkotik vasitəyə bənzər maddələr olan 02 ədəd bükümü könüllü surətdə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən xidmət etdiyi şöbənin təhqiqatçısı Fərid Abbasova 01 ədəd markasız elektron tərəzini sonuncunun xahişi ilə o, vermişdir. Həmin elektron tərəzi Çin istehsalı idi və köhnə idi. Bu səbəbdən də şəxsi axtarış zamanı bükümlərin çəkisi dəqiq müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və bərbər fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır və son vaxtlar taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Bununla yanaşı Ramil evlidir və öhdəliyində üç övladı vardır. Raminin qızı Maral Musayeva ölümcül xəstədir. Son vaxtlar Ramin və arvadı Reyhanənin ailə münaqişəsi ucbatından mübahisələri yarandığından Raminin arvadı Reyhanə uşqaları ilə birlikdə atasıgilə köçmüşdür. Eşitdiyinə görə Ramin narkotik vasitə istifadəçisi olmuşdur. Belə ki, onda olan məlumata əsasən Ramin marixuana növündə narkotik vasitəni çəkirdi. Bər-Bər olduğundan Ramininin bir neçə dəfə saçını kəsərkən gözlərinin qızardığını görmüşdür. Bununla bağlı sonuncudan soruşquda Ramin bildirmişdir ki, bir neçə dəfə narkotik çəkib və hazırda isə tərgitmək niyyətindədir. Lakin Raminin narkotik vasitəni haradan əldə etməsi və yaxud kiməsə narkotik vasitə satması barədə məlumatı yoxdur. 14 yanvar 2021-ci il tarixdə Raminin ailə üzvlərindən eşitmişdir ki, Ramin polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuşdur.Həmçinin verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs haradan narkotik vasitə əldə etməsi barədə məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs kimlərə sə natkotik vasitə satması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs mənzilində, avtomobilində və ya üzərində natkorik vasitə görməmişdir. Təqsirləndirilən şəxs əvvəllər Socar şirkətində usta işləyirdi, sonralar taksi fəaliyyəti ilə məşğul olurdu. Təqsirləndirilən şəxs başqa gəlir mənbəyi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs həyat şəraiti normal səviyyədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 6/182 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 1(bir) ədəd bükümdə təmiz çəkisi 67,316 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 39,156 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (cild 02, iş vərəqə: 135-139) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2020-ci il tarixli, 6/2082 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N152” dairəvi möhür əksi, “ Şübhəli şəxs:...Şahid1...” və s. yazılar, imzalar olan zərfdəki 08 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.484 qram; 0.224 qram; 0.407 qram; 0.305qram; 0.374 qram; 0.246 qram; 0.375 qram; 0.332 qram; ümumi təmiz çəkiləri 2.747 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 08 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.414 qram; 0.47 qram; ümumi təmiz çəkiləri 0.891 qram ağ rəngl, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 3.035 qram tünd rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. (cild 01, iş vərəqə 77-80) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 01 fevral 2021-ci il tarixli, 292 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 230-231) İş materiallarında olan “xxxx” MMC-dən 02 noyabr 2020-ci il tarixli, BKC/LGL- 23013/20 saylı məktubla daxil olmuş 01 ədəd kompakt diskdə əks olunmuş məlumatlara baxış keçirilməsi barədə 02 noyabr 2020-ci il tarixli protokolla aşağıdakılar müəyyən edilmişdir: 24-07-2020-ci il tarixdə saat 01:38:41 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar olem mene aksenfort hem tema getirde brat gozdurem seni cvb de bilm sora gel a” mətnli sms göndərilmişdir. 24-07-2020-ci il tarixdə saat 02:59:12 saniyədə **********66 mobil nömrəsindən **********49 mobil nömrəsinə “Bu.pula ne duwur ala biler 130Azndi. 5Kola. 1Pati.alinir tez bazar wekilinde yes” mətnli sms göndərilmişdir. 24-07-2020-ci il tarixdə saat 04:34:37 saniyədə **********66 mobil nömrəsindən **********49 mobil nömrəsinə “Bir.ucu.deir pati mendedi seher verimde deyw lo duwcek yoxsa” mətnli sms göndərilmişdir. 24-07-2020-ci il tarixdə saat 11:15:51 saniyədə **********66 mobil nömrəsindən **********05 mobil nömrəsinə “Qaqaw yoxumduda hardan alim ozum olem aqridan olanda veremde brat” mətnli sms göndərilmişdir. 24-07-2020-ci il tarixdə saat 12:42:39 saniyədə **********66 mobil nömrəsindən **********05 mobil nömrəsinə “Qaqaw meni gozdeme gerem xestexanaya prablem yaranib yolna qoyannan sonra ozum zeng elicem bela elamaynan goruwek demeynen olmuyan weyi neca verim sene” mətnil sms göndərilmişdir. 24-07-2020-ci il tarixdə saat 16:15:34 saniyədə **********66 mobil nömrəsindən **********05 mobil nömrəsinə “Xestexanadayamda Qaqaw temada yoxdu olmadiki mennen bawqqa yer yoxdu alinmirda mende zengin menasi yoxdu brat yoxumdu bawa duwde olanda xeber eliyerem” mətnli sms göndərilmişdir. 25-07-2020-ci il tarixdə saat 20:54:23 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Bu ne daniwiqdi indi gorem nie goturmuyumki ewidmemiwem istesen 5kofe 5derman1denede pati alinsa gotur gel” mətnli sms göndərilmişdir. 27-07-2020-ci il tarixdə saat 19:08:34 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Qaqawm neyniyim Gozdemiyim yani menim boorcum coxduda bilem yavaw yavaw vercem bew dene de istiyen var neqdi pula” mətnli sms göndərilmişdir. 29-07-2020-ci il tarixdə saat 19:11:05 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar olem tema getir gelde” mətnli sms göndərilmişdir. 09-08-2020-ci il tarixdə saat 20:47:57 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar MENE vereceyinen 8 dene artiq getir neqdi pula isteyen var.Getirirken pulu alim?cavab ver.” Mətnli sms göndərilmişdir. 10-08-2020-ci il tarixdə saat 00:42:29 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Qaqaw men ora gele bilmiyecem,itlernen problemin var.bele de 120 manat pul var 6 qr köfte ederim pati qalar.” mətnli sms göndərilmişdir. 11-08-2020-ci il tarixdə saat 22:12:11 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Kofe 6dene.2dene pati bidene derman list” mətnli sms göndərilmişdir. 11-08-2020-ci il tarixdə saat 23:04:32 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Ramin imkan vardisa pulu vurdurardim inen bela ancaq tek iw gorcem MENE cvb deyerdinde” mətnli sms göndərilmişdir. 16-08-2020-ci il tarixdə saat 19:25:50 saniyədə **********66 mobil nömrəsindən **********75 mobil nömrəsinə “Adaw terezi lazmdi vcb gonderde gozdurem” mətnli sms göndərilmişdir. 28-08-2020-ci il tarixdə saat 22:34:00 saniyədə **********66 mobil nömrəsindən **********11 mobil nömrəsinə “Anar imkan varsa gel mende gedim yavaw yavaw pulu vurum senede bir pati dord bew denede kofeden duz qow eliyimde” mətnli sms göndərilmişdir. 30-08-2020-ci il tarixdə saat 05:18:59 saniyədə **********66 mobil nömrəsindən **********18 mobil nömrəsinə “Ramin yeqinki narahat elamiremde dunende bu vaxt idide patini goturende pulu getimedin pula ehtiyac var ozde neca yoxsa seher acilardi zeng vurardimda qaqawm” mətnli sms gönərilmişdir. 10-09-2020-ci il tarixdə saat 18:27:09 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “Ramin gelim pati verde mene evdedi” mətnli sms göndərilmişdir. 18-09-2020-ci il tarixdə saat 20:55:05 saniyədə **********66 mobil nömrəsindən **********23 mobil nömrəsinə “**********017870” mətnli sms göndərilmişdir. 21-07-2020-ci il tarixdə saat 10:39:46 saniyədə **********40 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Qaqa salam.ay brat 1-dene yari goture bileruy?pulunu Behremnen gonderim de.alindirda qardasimsan.” mətnli sms göndərilmişdir. 23-07-2020-ci il tarixdə saat 16:36:04 saniyədə **********05 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Brat didiyim kimi alinmirsa 1dene dobru cet duz qow gelim goturum qonagim var vuqar lap ozunde de olmasa duy qow qardawun pis veziyetde qalmasin” mətnli sms göndərilmişdir. 24-07-2020-ci il tarixdə saat 03:04:56 saniyədə **********49 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Nə deyir sən ramin deyir ki 5 dən kola 1dən patı düşür gətirim” mətnli sms göndərilmişdir. 25-07-2020-ci il tarixdə saat 22:11:18 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Sene mal dasiyan deyilem.yaxin hiss eleme ozuvi” mətnli sms göndərilmişdir. 27-07-2020-ci il tarixdə saat 08:34:23 saniyədə **********40 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Qaqas 1-dene yari gotre bileruy? 20manat pulum var.senol qaqas pulumda duzdu.temiz yari alinar bidene.kont yoxdur he-yox de bilim.” mətnli sms göndərilmişdir. 29-07-2020-ci il tarixdə saat 10:11:05 saniyədə **********10 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Sade nokia di Birde 5 manat verim sene Biraz pati biraz kola verde imkan varsa he yox dinen” mətnli sms göndərilmişdir. 04-08-2020-ci il tarixdə saat 22:36:38 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Vuqar elin catirsa menede gotur 4, dene kaki 1dene pati” mətnli sms göndərilmişdir. 11-08-2020-ci il tarixdə saat 22:12:12 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Kofe 6dene.2dene pat” mətnli sms göndərilmişdir. 11-08-2020-ci il tarixdə saat 22:20:18 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “Hardadi qaranti tutulsan meni 11mtr qoymayasan” mətnli sms göndərilmişdir. 11-09-2020-ci il tarixdə saat 10:33:16 saniyədə **********85 mobil nömrəsindən **********66 mobil nömrəsinə “VUQAR ANARDİ QAQA 1 DENE KOLA LAZİMDİ QAQA” mətnli sms göndərilmişdir. 18-09-2020-ci il tarixdə saat 20:54:54 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “**********017870” mətnli sms göndərilmişdir. 28-09-2020-ci il tarixdə saat 21:35:31 saniyədə **********23 mobil nömrəsindən **********66 mobil nömrəsinə “4169 7385 7501 7870” mətnli sms göndərilmişdir. **********11 mobil nömrəsi Anar Əsədova məxsusdur. **********85 mobil nömrəsi Rəhman Tanrıverdiyevə məxsusdur. (cild 01, iş vərəqə 198-201) İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 məxsus olan “SAMSUNG DUOS” markalı mobil telefonun daxilindəki fayllara sonuncunun və müdafiəçisi X2 iştirakları ilə baxış keçirilməsi haqqında 08.10.2020-ci il tarixli protokoldan görünür ki, 4169-7385-7501-7870 seriya nömrəli “xxxx”-a aid “bir kart” bank kartının şəkili müəyyən edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs Şahid1 bildirmişdir ki, onun istifadəsində olan mobil telefona şəkil formasında göndərilmiş həmin bank kartına narkotik vasitə əldə etmək üçün xatırlamadığı mağazaların birindən “Milli ön” portalı vasitəsi ilə pul köçürmüşdür. Baxış zamanı həmin şəkilin hansı abonent tərəfindən göndərilməsini müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vərəqə 102) İş materiallarında olan “xxxx”ASC-dən daxil olmuş, 19 oktyabr 2020-ci il tarixli, 157000/2-4265 saylı məktubdan görünür ki, 416973******7870 nömrəli plastik kartın (hesab: ********************) Təqsirləndirilən şəxs istifadəsində olduğu məlum olmuşdur. Həmçinin “xxxx”ASC-dən daxil olmuş, 19 oktyabr 2020-ci il tarixli, 157000/2-4265 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 416973******7870 nömrəli plastik karta 28 sentyabr 2020-ci il tarixdə terminal vasitəsi ilə 150 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. (cild 01, iş vərəqə 185-191) İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin protokoluna əlavə edilmiş kompakt diskdə əks olunmuş məlumatlara baxış keçirilməsi haqqında 09.10.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai RPİ-in 34-cü PŞ-in təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən həmin şöbənin inzibati binasında xidməti iş otağında vəkil X4, həmin polis şöbəsinin əməkdaşları: Şahid2 və Şahid3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Görüntüdən görünür ki, təhqiqatçı X23 Musayev barəsində şəxsi axtarışın 14 yanvar 2021-ci il tarixdə saat 15:35 dəqiqədə baş tutduğunu bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsə qanunla müəyyənləşdirilmiş hüquqlarını izah etməklə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmamasını soruşmuş, olduğu halda təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 02 ədəd sellofan paketə bükülmüş bükülünü təqdim etmişdir. Həmin 02 ədəd sellofan paket növbə ilə açılmış və müəyyən olunmuşdur ki, birinin içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə vardır. İkinci bükümün içərisində iç-içə keçirilmiş sellofan paket və salfetin arasında olan 01 ədəd şəffaf rəngli sellofan paketin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə vardır. Bundan sonra 01 ədəd şəffaf rəngli sellofan paketdə olan və Təqsirləndirilən şəxs “heroin” adlandırdığı maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və müəyyən olunmuşdur ki, 42.23 qram təşkil edir. Digər 01 ədəd şəffaf rəngli sellofan paketdə olan və Təqsirləndirilən şəxs “şüşə” adlandırdığı maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və müəyyən olunmuşdur ki, 39.06 qram təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən 2 ədəd 5 manatlıq, 8 ədəd 1 manatlıq əskinaslardan ibarət nağd pulu, arxa cibindən 01 ədəd “Maqna” markalı siqaretin qutusunu və 01 ədəd yandırnanı, əynindəki qara rəngli gödəkçənin sol və sağ yan ciblərindən 02 ədəd asma xəstələri üçün nəzərdə tutulmuş dərman preparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı digər əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddələr olan 02 ədəd büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. (cild 01, iş vərəqə 150-151) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə qismən təqsirli bilərək, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi, həmçinin Şahid1 aşkar edilmiş narkotik vasitələri sonuncuya onun verməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir və baxış protokolları, şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər istintaq sənədləri ilə tam təkzib olunur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X18 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X18 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 08.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 90). İş materiallarında olan 12 saylı Mənzil-kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 223) İş materiallarında olan AA1286917, AZE10811885 və AZE10811895 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.08.2004-cü il təvəllüdlü X12, 22.07.2005-ci il təvəllüdlü X11 və 12.10.2009-cu il təvəllüdlü X8 olmaqla, iki yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı vardır. (cild 02, iş vərəqə 227-229) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasının 21.08.2019-cu il tarixli “xəstənin stasionar tibb kartından çıxarışından” görünür ki, Təqsirləndirilən şəxs qızı X6 10.08.2019-cu il tarixdə “median suboksipital kranioektomiya beyincik soxulcanının şişinin xaric olunması” cərrahi əməliyyatı icra olunmuşdur. (cild 02, iş vərəqə 226) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 26.08.2019cu il tarixli Ambulator kartdan çıxarışından və digər xəstəlik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs qızı X9 “baş beynin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi” diaqnozu qoyulmuşdur. (cild 02, iş vərəqə 224-225) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin iki yetkinlik yaşına çatmayan övladının olmasını, qızının ağır xərçəng xəstəsi olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 01 fevral 2021-ci il tarixli, 292 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “xxxx” MMC-dən 02 noyabr 2020-ci il tarixli, BKC/LGL-23013/20 saylı məktubla daxil olmuş 01 ədəd kompakt disk və Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış istintaq hərəkətinin protokoluna əlavə edilmiş 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri, Xətai RPİ-in Növbəti Hissəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 67,316 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitəheroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 39,156 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 14 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.01.2021-ci il tarixli, 4(011)-14/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 117; 197-200) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – cəmi 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri, Xətai RPİ-in Növbəti Hissəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 67,316 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 39,156 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar