Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-952/2022 29.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Saray qəsəbəsi, Xaqani küçəsi, döngə 1, ev 2-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.5 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə tamah niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ona 2019-2021-ci illər ərzində müxtəlif vaxtlarda ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulu sələmə verməsindən sonra həmin pulu hissə-hisə qaytarmaqda çətinlik çəkdiyini görüb özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məasədi ilə sonuncuya avtomobil alıb taksi kimi icarəyə vermək işini qurmağı təklif etmiş və həmin işdən əldə etdiyi gəlirdən Zərərçəkmiş şəxs hər ay müxtəlif məbləğlərdə qazanc kimi pul verməyi vəd verərək bu barədə razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında 5.500 manat ilkin ödəniş etdirməklə dövlət qeydiyyat nişanı **-PH-*** olan “Ravon Nexia” markalı və 4.000 manat ilkin ödəniş etdirməklə dövlət qeydiyyat nişanı **-PS-*** olan “Peugeot 405” markalı, 2021ci ilin iyun ayında 7.800 manat ödəniş etdirməklə 2 (iki) ədəd dövlət qeydiyyat nişanları **- PT-*** və **-PY-*** olan “Xəzər SD” markalı, 2021-ci ilin iyul ayında yenidən 7.800 manat ödəniş etdirməklə əlavə olaraq 2 (iki) ədəd dövlət qeydiyyat nişanları **-PU-*** və **-PY- *** olan “Xəzər SD” markalı avtomobil olmaqla, cəmi 6 (altı) ədəd avtomobili ümumilikdə 25.100 manat ilkin ödəniş etdirməklə aldırıb lizinq müqaviləsi əsasında öz adına qeydiyyata saldırmış, 2021-ci ilin avqust ayında isə vədinə əməl etməyərək həmin avtomobilləri lizinq müqaviləsi əsasında müxtəlif qiymətlərə satıb cəmi 18.000 manat pul əldə edərək Zərərçəkmiş şəxs ümumilikdə 25.100 manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs ondan borcunu və avtomobillərini geri istəməsi ilə bağlı tələbindən yaxa qurtarmaqdan ötrü tamah niyyəti ilə qəsdən öldürmək qərarına gəlib zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçağı qabaqcadan əldə edib borcunu qaytarmaq adı ilə sonuncu ilə xx.xx.2021-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsinin arxasında olan “CNG Autogas” sıxılmış təbii qaz avadanlıqlarının quraşdırılması və servis xidməti məntəqəsinin dəhlizinə gələrək üzərində gəzdirdiyi bıçağı gödəkçəsinin sol cibindən çıxararaq Zərərçəkmiş şəxs üzərinə hücum edib sol bazunun deşilmiş-kəsilmiş yarası ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid 1 (bir) ədəd, ağır dərəcəli posthemorragik şokla (çoxlu qanitirmə) və sol tərəfi hemotoraksla (sol döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan diafraqmanın, yoğun bağırsağın, böyük piyliyin və sol böyrəyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd, ümumilikdə 2 (iki) ədəd bədən xəsarətləri yetirmiş, bu zaman kənardan gələn şahidlərin onun əlindən bıçağı almağa nail olmasından və növbəti zərbələri yetirə bilməməsi səbəbindən, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən öləcəyini zənn edərək hadisə yerini tərk etdiyindən, habelə sonuncunun hadisə yerində olan şəxslər tərəfindən vaxtında “X15” çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs tamah niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Hacı Zeynalabdin küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşamışdır. O, 2015-ci ildə Qorxmaz İbişovla şərik olaraq “28 May” metro stansiyasının yaxınlığında kitab satışı ilə məşğul olmuşdur. Həmin vaxtlar Qorxmaz İbişovun yanına əsgər yoldaşı Zərərçəkmiş şəxs gəlmişdir. Qorxmaz onu Aydınla tanış etmiş və beləliklə onunla Aydın arasında dostluq münasibətləri yaranmışdır. O, 2017-ci ildə kitab satışından qazanc əldə edə bilmədiyi üçün Qorxmaz İbişovdan ayrılmışdır. Bundan sonra onun Qorxmaza borcu yaranmışdır. Ona pul lazım olduğu üçün o, həmin vaxt Zərərçəkmiş şəxs 1.500 manat faizə pul götürmüşdür. O, Aydından aldığı 1.500 manatı 3-4 aydan sonra Aydına qaytarmışdır. 2018-ci ildə o, “Opel Astra” markalı avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, 2018-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi, Hacı Zeynalabdin küçəsində kirayədə yaşamağa başlamışdır. 2019-cu ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək demişdir ki, “gəl görüşək, bir çay içib söhbət edək”. O da Aydınla razılaşmış və onlar Abşeron rayonu, Masazır qəsəbəsində olan kafelərin birində görüşüb söhbət etmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs ona demişdir ki, “işdən çıxmışam, bir iş qurmaq istəyirəm”. O da Aydına demişdir ki, “mən taksi fəaliyyəti ilə məşğul oluram”. Bundan sonra onlar biraz söhbət edib ayrılmışlar. 2019-cu ilin dekabr ayında ona pul lazım olduğu üçün o, Zərərçəkmiş şəxsla Abşeron rayonu, Masazır qəsəbəsində olan kafedə görüşmüşdür. O, Aydına demişdir ki, “mənə faizə 8.000 manat lazımdır”. Aydın da onunla razılaşıb demişdir ki, “10 faizə sənə borc verə bilərəm”. Bundan sonra onlar kafedən çıxmışlar və Aydının “Qurtuluş-93” yaşayış kompleksində yaşadığı evinə tərəf getmişlər. Ora çatdıqda Zərərçəkmiş şəxs evə getmiş və sonra qayıdaraq 8.000 manatı ona verərək demişdir ki, “8.000 manata görə 10 faiz olmaqla, ayda 800 manat pul verməlisən”. O da Aydınla razılaşaraq Aydından 8.000 manatı almışdır. O, həmin 8.000 manat pulu Aydından aldıqdan sonra həmin pul hesabına şəxsi borclarını qaytarmışdır. Təxminən 3-4 gündən sonra o, Zərərçəkmiş şəxs yenidən 10 faiz olmaqla 5.000 manat pulu sələmə istəmişdir. Bu dəfə də Zərərçəkmiş şəxs ona 10 faiz olmaqla 5.000 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində vermişdir. Təxminən 3-4 gündən sonra o, tanışının adından Aydından 10 faiz olmaqla, 6.000 manat istəmişdir. Zərərçəkmiş şəxs bu dəfə də ona 10 faiz olmaqla, 6.000 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93" yaşayış kompleksində vermişdir. O, təxminən 3-4 gündən sonra yenidən tanışlarının adından Zərərçəkmiş şəxs 10 faiz olmaqla. 3.200 manat istəmişdir. Zərərçəkmiş şəxs yenidən ona 10 faiz olmaqla, 3.200 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində vermişdir. Təxminən bir ay ərzində o, Zərərçəkmiş şəxs üst-üstə 27.000 manat pulu ayda 10 faiz ödəməklə borc almışdır. O, həmin pulları şəxsi borclarının ödənilməsinə xərcləmiş və əlində pul qalmamışdır. Borcu qaytarmaq vaxtı çatdıqda, Zərərçəkmiş şəxs ona demişdir ki, “pulun faizini ver”. O da Aydına demişdir ki, “indi pulum yoxdur, mənə bir az müddət ver, sənin puluvu faizləri ilə birlikdə qaytaracam”. Təxminən 2-3 gündən sonra Zərərçəkmiş şəxs yenə də ondan verdiyi pulların faizlərini tələb etməyə başlamışdır. Onun isə aldığı pulu qaytarmağa imkanı olmamışdır. Ona görə də o, Zərərçəkmiş şəxsla Abşeron rayonu, Masazır qəsəbəsində görüşərək sonucuya borclu olduğu pulu bir müddətdən sonra qaytaracağını bildirmişdir. Bir müddətdən sonra o, kreditlə aldığı “Opel Astra” markalı avtomobili sataraq 3.000 manat pul düzəldib həmin pulu Aydına vermişdir. Bundan sonra o, qohumlarımdan borca 4.000 manat alıb Aydına vermişdir. Beləliklə, o, Aydından aldığı 27.000 manatın 7.000 manatını sonuncuya geri qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs bu pulları əsas borcdan silməmiş, əksinə 7.000 manat pulu faiz pulu kimi hesablayaraq borcunun ümumi məbləğinin azalmadığını bildirmişdir. Hətta Zərərçəkmiş şəxs faizlərlə birlikdə 30.000 manat borcunun qaldığını ona demişdir. Bundan sonra o, Aydına olan borcunu qaytara bilməmişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs ona “Votsap” proqramı vasitəsilə bir nömrə göndərib demişdir ki, ““Tap.az” sosial şəbəkəsində iş yeri tapmışam, taksi sürücüsü axtarılır, zəng vur danış və get işlə”. O, həmin nömrəyə zəng vurmuş və ona taksi sürücüsü kimi işləmək təklif edilmişdir. O da razılaşmışdır. Sonra onu taksi sürücüsü kimi işə götürmüşlər. Bundan sonra o, taksi sürücüsü kimi işləyərək hər ay Zərərçəkmiş şəxs 800-1.000 manat arası pul ödəməyə başlamışdır. Zərərçəkmiş şəxs həmin pulları faiz borcuna görə hesablamışdır. 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ona demişdir ki, “sən əsas puldan vermirsən, hər ay mənə 4.000 manat ver, əsas pul azalsın”. O da Zərərçəkmiş şəxs demişdir ki, “çalışdığım qədər sənə pul verirəm, mənim sənə ayda 4.000 manat verməyə imkanım yoxdur, lakin çalışaram bir yerdən tapıb sənə verim”. 2021-ci ilin yanvar ayında o, 4.000 manat düzəldərək Zərərçəkmiş şəxsla görüşüb 4.000 manat pulu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs hər ay 4.000 manat pul verdiyi təqdirdə pulun faizlərini azaldacağını ona bildirmişdir. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs kreditə avtomobil alıb ona verəcəyini və həmin avtomobilləri taksi fəaliyyətinə qoşmaqla bunun müqabilində hər ay təxminən 800-900 manat pulu özünə verməyini bildirmişdir. O da Zərərçəkmiş şəxs fikri ilə razılaşmışdır. Aydına borcu olduğuna görə sonuncu həmin avtomobilləri almışdır ki, o, həmin avtomobillərlə taksi fəaliyyətini işlədə bilsin və Aydına olan borcunu qaytarsın. O, avtomobillər alınanadək əslində Aydına qalan 20.000 manat borcunu da ödəmişdir. Çünki o, 5 (beş) dəfə hər dəfəsində 4.000 manat olmaqla, Zərərçəkmiş şəxs pul vermişdir. Lakin Aydın onun ödədiyi pulları faiz borcundan silmişdir. Buna görə də onun Aydına olan ümumi borcu azalmamışdır. O, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarına getmişdir. Maşın bazarında Zərərçəkmiş şəxs “Ravon” markalı avtomobilə görə ilkin olaraq 5.000 manat vermişdir. Zərərçəkmiş şəxs qeydiyyatı Şəki rayonunda olduğundan avtomobili onun adına sənədləşdirmişdir. Zərərçəkmiş şəxs isə həmin avtomobilə görə zamin durmuşdur. Zərərçəkmiş şəxs “Ravon” markalı avtomobili alaraq onun istifadəsinə vermiş və o da həmin avtomobil ilə taksi fəaliyyətinə başlamışdır. O, taksi ilə qazandığı puldan hər ay 800 manat pulu Zərərçəkmiş şəxs vermişdir. Təxminən bir aydan sonra Zərərçəkmiş şəxs əlavə olaraq bir avtomobil də almasını və həmin avtomobili də taksi fəaliyyətinə qoşmağı təklif etmişdir. O da Aydınla razılaşmış və onlar birlikdə yenidən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarına getmişlər. Zərərçəkmiş şəxs bu dəfə “Peugeot” markalı avtomobilə görə ilkin olaraq 3.500 manat vermiş və yenə də həmin avtomobili onun adına sənədləşdirmişdir. Zərərçəkmiş şəxs adı isə zamin kimi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs “Peugeot” markalı avtomobili ona vermiş və o da həmin avtomobili taksi fəaliyyətinə qoşmuşdur. Bu avtomobillə də qazandığı puldan o, hər ay 800 manat pulu Aydına vermişdir. 2021-ci ilin aprel ayında Aydın ona demişdir ki, “danışdığımız kimi hər ay 4.000 manat verməlisən ki, əsas pul azalsın”. O, Aydına pulunun olmadığını demişdir. Zərərçəkmiş şəxs isə cavabında bu məsələnin özünə aidiyyatının olmadığını deyib borcun qaytarılmasını ondan tələb etmişdir. Bundan sonra o, Aydının kreditə aldığı “Ravon” markalı avtomobili satıb avtomobilin pulunu Aydına vermək qərarına gəlmişdir. O, kreditdə olan “Ravon” markalı avtomobili 4.000 manata satıb həmin 4.000 manatı Zərərçəkmiş şəxs vermişdir. O, “Ravon” markalı avtomobilin satılması barədə Zərərçəkmiş şəxs heç bir məlumat verməmişdir. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs əlavə olaraq 2 (iki) avtomobil almasını və bu avtomobilləri də taksi fəaliyyətinə qoşmağı təklif etmişdir. O bu dəfə də Aydınla razılaşmışdır. Sonra onlar birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarına getmişlər və Zərərçəkmiş şəxs oradan 2 (iki) ədəd “Xəzər” markalı avtomobilə görə ilkin olaraq 7.800 manat ödəməklə həmin avtomobilləri onun adına almışdır. Zərərçəkmiş şəxs bu avtomobillərə görə də zamin durmuşdur. Aydın bu avtomobilləri aldıqdan sonra ona vermişdir. O da həmin avtomobilləri taksi fəaliyyətinə qoşmuşdur. Bundan sonra o, hər ay həmin avtomobillərdən qazandığı puldan 1.900 manat pulu Aydına vermişdir. 2021-ci ilin iyun ayında Aydın ondan yenidən 4.000 manat pul tələb etmişdir. O da Aydına demişdir ki, indi pulu yoxdur. Lakin Aydın ondan təcili olaraq borcun qaytarılmasını tələb etmişdir. Çıxılmaz vəziyyətdə qaldığından o, “Xəzər” markalı avtomobildən birini satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, avtomobillərdən birini 3.500 manata satıb, üstünü də düzəldib 4.000 manat pulu Zərərçəkmiş şəxs vermişdir. Həmin "Xəzər” markalı avtomobilin satılmasını o, Aydına bildirməmişdir. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs daha 2 (iki) avtomobil almasını və həmin avtomobilləri də taksi fəaliyyətinə qoşmağı təklif etmişdir. O da Aydına razılıq vermişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarına getmişlər və Aydın oradan 2 (iki) “Xəzər” markalı avtomobilə görə ilkin olaraq 7.800 manat pul vermişdir. Aydın həmin avtomobilləri də onun adına sənədləşdirmişdir. Bu avtomobillərə görə də Aydın zamin durmuşdur. Zərərçəkmiş şəxs bu 2 (iki) ədəd "Xəzər” markalı avtomobili alıb ona verdikdən sonra o, həmin avtomobilləri taksi fəaliyyətinə qoşmuşdur. O,qazandığı puldan hər ay 1.900 manat pulu Aydına vermişdir. 2021-ci ilin iyul ayında bir daha Aydın danışdıqları kimi hər ay 4.000 manat pulu qaytarılmasını ondan tələb etmişdir. O, həmin vaxt çox pis vəziyyətdə olmuş və borcunu qaytara bilmədiyini Aydına demişdir. Lakin Aydın onu yenidən sıxışdıraraq 4.000 manat pulu ödəməyini tələb etmişdir. Ona görə də o, yenidən “Xəzər” markalı avtomobilin birini 3.500 manata satıb, üstünü də düzəldərək ümumilikdə 4.000 manat pulu Aydına yaşadığı evin həyətində vermişdir. Növbəti ay Aydın ondan bütün borcu birdəfəlik qaytarmağını tələb etmişdir. O, çox pis vəziyyətdə olmuş və heç yerdən pul tapa bilməmişdir. Ona görə də Aydının onun adına aldığı avtomobilləri satıb Aydına olan borcunu qaytarmaq qərarına gəlmişdir. Sonra o, avtomobilləri satıb Aydına olan borcunu qaytarmışdır. Lakin Aydın yenə ondan əl çəkməmiş və borcunun olduğunu bildirmişdir. O, artıq Aydından bezmişdir. Aydın ondan pulu tələb etmiş, o da qaytara bilməmişdir. Ona görə də Aydın onu müxtəlif şəkildə alçatmış, təhqir etmiş, hədə-qorxu gəlmişdir. Aydın hər gün onu görüşə çağıraraq bezdirib ki, “borcunu qaytar”. O, artıq Aydından canını qurtarmaq istəmişdir. Növbəti dəfə Aydın onunla görüşüb pulunu tələb etdikdə o, Aydına Rəşad adlı şəxsdən pul alacağını və ona verəcəyini demişdir. Əslində isə Rəşad ona pul verməli olmamışdır. O, bu yolla Aydını aldadıb hesablaşmaq istəmişdir. Çünki Zərərçəkmiş şəxs hər gün ona zəng vurub pulunu tələb etmiş və bununla da artıq onu cana yığmışdır. Hadisə baş verən gün saat 11:00 radələrində Aydın ona zəng vuraraq yenidən pulunu tələb etməyə başlamışdır. O da Aydına demişdir ki, “gəlib səni götürüm, gedək Zabrata, orada Rəşaddan pulu alıb sənə verim”. Sonra o, gedib Aydını götürmüş və onlar birlikdə Abşeron rayonu, Masazır qəsəbəsindən Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində fəaliyyət göstərən “SOCAR” yanacaq doldurma məntəqəsinə getmişlər. Yanacaq doldurma məntəqəsinin arxasında bir qaz doldurma yeri olmuşdur. Onlar ora çatdıqda avtomobildən düşmüşlər. Sonra o, əvvəlcədən aldığı şirniyyatı avtomobildən götürmək üçün avtomobilə geri qayıtmışdır. O, avtomobildən şirniyyatı götürmüş, eləcə də avtomobilin qapısının cibində olan 1 (bir) ədəd mətbəx bıçağını götürüb həmin bıçağı əynində olan gödəkcəsinin cibinə qoymuşdur. Onun bıçağı götürərkən məqsədi həmin bıçaqla Aydını qorxutmaq olmuşdur ki, Aydın ondan əl çəksin. Onun həmin vaxt Aydını öldürmək kimi fikri olmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs arxasınca getmiş və onlar birlikdə təbii qaz doldurma yerini keçmişlər. Zərərçəkmiş şəxs ondan Rəşadın nə vaxt gələcəyini soruşmuşdur. O da Aydına bir az gözləməyini, qısa zaman içərisində Rəşadın gələcəyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsla dəhlizdə gəzişməyə başlamışdır. Sonra o, Aydını dəhlizdə qorxudub çıxıb getmək istəmişdir. Bundan sonra o, dəhlizdə olan boş otaqların birinə keçmiş və əynində olan gödəkcənin cibindən bıçağı çıxararaq Aydının olduğu tərəfə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs dəhlizdə gəzmişdir. Aydın geri dönüb ona tərəf gələn zaman o, əlində olan bıçaqla Aydını qorxutmaq istəmişdir. Lakin özü də bilmədən əlindəki bıçaq Aydına dəymişdir. Onun Aydına xəsarət yetirmək kimi məqsədi olmamışdır. Sonra Zərərçəkmiş şəxs ondan uzaqlaşaraq divara tərəf çəkilib kürəyini divara söykəmişdir. O, Aydına 1 (bir) dəfə bıçaq zərbəsi vurmuşdur. O, Aydına 2 (ikinci) dəfə zərbə vurmamışdır. O, ekspertiza rəyində 2 (iki) xəsarətin niyə yazıldığını anlaya bilmir. Həmin vaxt onun əli də kəsilmişdir. Lakin o, əlinin kəsilməyini hiss etməmişdir. Sonra Aydın qışqırmağa başlamış və Aydının səsinə 5-6 nəfər maşın ustaları, eləcə də bir nəfər mühafizəçi gəlmişdir. Gələn şəxslər onları ayırmışlar. Bundan sonra o, qorxaraq tez avtomobilinə qayıtmış və avtomobili sürərək oradan uzaqlaşmışdır. Bir müddətdən sonra o, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis bölməsinə gedib təslim olmaq və törətdiyi əməli etiraf etmək qərarına gəlmişdir. Bu vaxt bir nəfər ona zəng edərək polis olduğunu deyərək onun harada olduğunu soruşmuşdur. O da həmin şəxsə 17-ci Polis şöbəsinə getmək istədiyini bildirmişdir. Polis əməkdaşı isə ona Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gəlməyini demişdir. Bundan sonra o, könüllü şəkildə 12-ci Polis şöbəsinə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Cinayət Məcəlləsinin 29,120.2.5-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini, eləcə də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, bunun əksinə olaraq özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs tamah niyyəti ilə qəsdən öldürməyə cəhd etməməsi və dələduzluq cinayətini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin qeyd edilən hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tamah niyyəti ilə qəsdən öldürmək kimi niyyətinin olmaması, sonuncunu qəsdən öldürməyə cəhd etməməsi və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərinin yalan olması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi, ev 14A, mənzil 17-də ailəsi ilə birlikdə kirayədə yaşayır. O, 2012-ci ildə “28 May” metro stansiyası yaxınlığında əsgər yoldaşı olmuş Qorxmaz İbişovu görmüşdür. Söhbət zamanı ona məlum olmuşdur ki, Qorxmaz İbişov kitab satışı ilə məşğul olur və Təqsirləndirilən şəxs ilə şərik işləyir. Həmin vaxt Qorxmaz onu şəriki olan Təqsirləndirilən şəxslə tanış etmişdir. Bundan sonra Şahinlə onun arasında dostluq münasibətləri yaranmışdır. Sonra, yəni 2015-ci ildə Qorxmaz ilə Şahinin işləri yaxşı getmədiyindən ayrılmışlar. O, hərdən Şahinlə görüşmüşdür. O, 2016-cı ildə “Evroline” tikinti şirkətində anbardar işləməyə başlamışdır. 2018-ci ildə Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə köçüb kirayədə yaşamağa başlamışdır. Həmin ərəfədə o, Şahinlə tez-tez görüşmüşdür. Təqsirləndirilən şəxs özünə məxsus “Opel Astra” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 2019-cu ildə işlədiyi “Evroline” tikinti şirkətindən ayrılmışdır. 2019-cu ildə onun bacısı Aygün Əhmədova “Qurtuluş-93” yaşayış kompleksində olan iki otaqlı mənzili ona hədiyyə etmişdir. Bundan sonra o, həmin mənzili 43.500 manata satmışdır. Bundan başqa, onun əlavə olaraq 28.000 manat da pulu olmuşdur. İşdən çıxdığına görə o, özü üçün kiçik biznes qurmaq qərarına gəlmişdir. O, dost-tanışlarından öyrənmişdir ki, taksi işində yaxşı qazanc var. Ona görə də o, avtomobil alıb taksi sürücülərinə gündəlik icarəyə vermək istəmişdir. Eyni zamanda həmin vaxt “Qurtuluş-93” yaşayış kompleksində 35.000 manata iki otaqlı təmirsiz mənzil satışda olmuş və o, həmin mənzili 35.000 manata almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs əlində 36.500 manat pulunun olduğunu, həmin pulla avtomobil alıb taksi sürücülərinə gündəlik icarəyə vermək istədiyini bildirmişdir. Şahin isə onun bu fikirini dəstəkləyərək bu işdə yaxşı qazanc olduğunu bildirmişdir. Şahin həmin vaxt onun əlində pul olduğunu bildiyindən əmisi oğlunun mağazasında malları artırmaq məqsədi ilə ondan 15 gün müddətinə 30.000 manat pul istəmişdir. O, Şahinə özünə pul lazım olduğunu, aldığı mənzilin təmirinə pul tələb olunduğunu, ona görə də həmin mənzili təmir edəcəyini, eləcə də avtomobil alacağını demişdir. Bundan sonra Şahin bir neçə dəfə əmisi oğlu üçün ondan pul verməyini təkidlə xahiş etmişdir. O da Şahinə inandığı və etibar etdiyi üçün pul verməyə razılıq vermişdir. Belə ki, 2019-cu ilin dekabr ayında o, qohumu Etibarla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Sərin” kafesində Təqsirləndirilən şəxslə görüşmüşdür. Həmin vaxt Şahin əmisi oğlu kimi təqdim etdiyi Rabil adlı şəxslə birlikdə gəlmişdir. Onlar dördü kafedə oturmuşlar və o, Təqsirləndirilən şəxs 3 günlük borca 8.000 manat pul vermişdir. Şahin həmin şəxslərin yanında ondan 8.000 manat pulu alaraq 3 günə qaytaracağını bildirmişdir. İki gündən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, “sən mənə 30.000 manat borc verməli idin, ancaq 8.000 manat vermisən. Mənə 8.000 manat da əlavə olaraq ver, mən işlərimi yoluna qoyum”. O, bu dəfə də Şahinə inanmış və bu söhbətdən təxminən 2 gün sonra Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində Şahin ilə görüşərək yenidən sonuncuya 8.000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs növbəti dəfə 8.000 manat pulu verdikdə demişdir ki, “mən 8.000 manat pulu qohumum Etibardan almışam, bu pul onun puludur, işlərini gör və tez bir zamanda pulu qaytar”. Təxminən iki gündən sonra Şahin yenə də onunla görüşərək demişdir ki, “sən mənə 30.000 manat borc verməli idin, ancaq 16.000 manat vermisən, buna görə də işlərim getmir. İşlərimi yoluna qoymaq üçün mənə əlavə olaraq 8.000 manat pul lazımdır”. İki gündən sonra o, Təqsirləndirilən şəxslə yenidən Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində görüşərək Şahinə əlavə olaraq 8.000 manat pul vermişdir. Həmin pulun da Etibarın pulu olduğunu o, Şahinə demişdir. Amma əslində isə 8.000 manat özünə məxsus olmuşdur. O, Şahinə belə demişdir ki, sonuncu məsuliyyətli olsun və aldığı pulu qaytarsın. İki gündən sonra Şahin yenidən ona müraciət edərək əlavə olaraq pul istəmişdir. O, Şahinin işləri alınsın və pulu tez bir zamanda qaytarsın deyə Təqsirləndirilən şəxslə yenidən Masazır qəsəbəsində yerləşən “Qurtuluş- 93” yaşayış kompleksində görüşərək Şahinə 4.000 manat pul vermişdir. Həmin vaxtadək o, Şahinə ümumilikdə 28.000 manat pul vermişdir. Bir müddətdən sonra o, Şahindən pulunu tələb etdikdə, Şahin müxtəlif bəhanələr gətirərək aldığı pulları qaytarmaqdan imtina etmişdir. O, dəfələrlə Şahindən pulun qaytarılmasını tələb etsə də, Şahin pulu qaytarmamışdır. Nəhayət 2020-ci ilin mart ayında Şahin aldığı puldan ona 3.400 manat pulu geri qaytarmışdır. O, Şahindən pulun tam şəkildə qaytarılmasını tələb etdikdə, sonuncu qalan pulu qaytara bilmədiyini bildirmişdir. Bundan sonra o, narahat olmuş və Şahinə iş tapmaq istəmişdir. Belə ki, Şahin pulu qaytarmamasının səbəbi kimi işləmədiyini bildirmişdir. O, Şahinə iş tapmaq istəmişdir ki, Şahin işləyərək pulunu qaytarsın. 2020-ci il aprel ayında o, “Tap.az” internet səhifəsində taksi sürücüsü üçün nəzərdə tutulmuş iş elanı taparaq Şahinə vermişdir. Şahin də taksi sürücüsü kimi işləyərək pulu az-az qaytarmağa başlamışdır. Şahin hər ay təxminən 300-360 manat pulu geri qaytarmışdır. 2020-ci ilin sonlarında o, “Qurtuluş-93” yaşayış kompleksində aldığı təmirsiz evi 39.800 manata satmışdır. 2021-ci ilin mart ayında Şahin ona işlədiyi taksi şirkətinin müdirinin X5 getdiyini, bütün işi Şahinə tapşırdığını, şirkətdə 17 ədəd avtomobilin taksi fəaliyyəti göstərdiyini və onun pulunu qısa zamanda qaytaracağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu yerə getmiş və orada həqiqətən də taksi sürücülərinin avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olduqlarını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs onu ziyana saldığını və xəcalətindən çıxmaq istədiyini bildirmişdir. O, Şahindən xəcalətindən necə çıxa biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona avtomobil alaraq aylıq icarəyə verib, ayın sonunda yaxşı qazanc əldə edəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmışdır. 2021-ci ilin mart ayında o, Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarı kimi tanının yerdə “Ravon” markalı avtomobilinə görə ilkin ödəniş kimi 5.500 manat, “Peugeot” markalı avtomobilinə görə ilkin ödəniş kimi 4.000 manat verib almışdır. Lakin o, həmin avtomobilləri Şahinin təklifi ilə sonuncunun adına rəsmiləşdirmiş, özü isə həmin avtomobillərə görə zamin durmuşdur. Avtomobilləri Şahinin adına rəsmiləşdirilməsinin səbəbi ondan ibarət olmuşdur ki, o, Şəki rayonunda, Təqsirləndirilən şəxs isə Bakı şəhərində qeydiyyatda olmuş, buna görə də avtomobillər Təqsirləndirilən şəxs adına qeydiyyata salınmışdır. Buna görə də avtomobillərin sənədləşdirilməsi onun razılığı əsasında Təqsirləndirilən şəxs adına tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ona hər avtomobilə görə ayda 800 manat, iki avtomobilə görə isə ümumilikdə 1.600 manat verəcəyini, avtomobilləri taksi fəaliyyəti kimi işə buraxacağını və avtomobillərin aylıq pulunu özünün ödəyəcəyini bildirmişdir. O, Şahinə razılıq verərək avtomobilləri sonuncuya təhvil vermişdir. Həmin avtomobillərin qeydiyyat şəhadətnaməsi isə onda qalmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından 2021-ci ilin iyun ayına kimi hər ay ona iki avtomobilə görə 1.600 manat pul vermişdir. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ona iki ədəd əlavə avtomobil almağını və həmin avtomobilləri də eyni qaydada işə buraxaraq əlavə qazanc qazanmağı təklif etmişdir. O, bu dəfə də Şahinlə razılaşaraq 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarı kimi tanınan yerdə iki ədəd “Xəzər” markalı avtomobilinə görə ilkin ödəniş kimi 7.800 manat vermiş və həmin avtomobillər də Təqsirləndirilən şəxs adına sənədləşdirilmiş, özü isə zamin kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs yeni alınmış avtomobillərə görə hər avtomobil üçün ayda 950 manat olmaqla, ümumilikdə 1.900 manat verəcəyini, avtomobilləri taksi fəailiyyəti kimi işə buraxacağını və avtomobillərin aylıq pulunu ödəyəcəyini bildirmişdir. O, Şahinə razılıq vermiş və avtomobilləri Təqsirləndirilən şəxs təhvil vermişdir. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona yenə də iki ədəd əlavə avtomobil almağını və həmin avtomobilləri yenə eyni qaydada işə buraxmağını və əlavə pul qazandıracağını təklif etmişdir. O, Şahinə razılıq vermiş və 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Səbail rayon, Badamdar qəsəbəsində yerləşən “Maşın” bazarı kimi tanınan yerdə iki ədəd “Xəzər” markalı avtomobilinə görə ilkin ödəniş kimi 7.800 manat vermiş və həmin avtomobilləri də Təqsirləndirilən şəxs adına sənədləşdirmiş, özü isə zamin kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs ona hər avtomobilə görə 950 manat, ümumilikdə 1.900 manat verəcəyini, avtomobilləri taksi fəaliyyəti kimi işə buraxacağını və avtomobillərin aylıq pulunu özü ödəyəcəyini demişdir. O, Şahinə razılıq vermiş və avtomobilləri Təqsirləndirilən şəxs təhvil vermişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onda olan iki ədəd qeydiyyat şəhadətnaməsini özünə verməyini, “Bolt” şirkətində yoxlama olduğunu, qeydiyyat şəhadətnamələrini yoxlayan şəxslərə göstərəcəyini bildirmişdir. O, Şahinə inanmış və razılıq verərək “Ravon” markalı və “Peugeot” markalı avtomobillərin qeydiyyat şəhadətnamələrini Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin iyul ayının axırından sentyabr ayının axırına kimi Təqsirləndirilən şəxs ona söz verdiyi puldan az miqdarda, yəni ayda 300-500 manat verməyə başlamışdır. O, Şahindən niyə əsas borcu və avtomobillərin pulunu vermədiyini soruşduqda, Şahin ona işlərin zəiflədiyini, buna görə biraz möhlət verməyini istəmişdir. O da Şahinə biraz möhlət vermişdir. Bir müddət keçdikdən sonra o, yenə Təqsirləndirilən şəxs əsas borcunu və avtomobillərin pulunu verməsini istəmişdir. Təqsirləndirilən şəxs yenə ona işlərin zəiflədiyini bildirmiş və biraz da möhlət istəmişdir. 2021-ci ilin sentyabr ayının ortaları Təqsirləndirilən şəxs ona borclu olduğu 20.000 manat pulu qaytaracağını, avtomobillərin isə taksi kimi fəaliyyətdə qalmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs ona borclu olduğu 20.000 manat pulu qaytarmasını, 6 ədəd avtomobili taksi fəaliyyətindən çıxarıb özü işlədəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs pulu istəyən zaman sonuncu ona hər dəfə bir bəhanə gətirib pulu qaytaracağını desə də, pulu qaytarmamışdır. O, xx.xx.2021-ci il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxslə Abşeron rayonu, Masazır qəsəbəsində görüşmüş və borclu olduğu pulu Şahindən istəmişdir. Təqsirləndirilən şəxs ona Rəşad adlı tanışından 20.000 manat pul alıb onun pulunu qaytaracağını bildirmişdir. O da Şahinlə razılaşmışdır. Həmin gün o, Təqsirləndirilən şəxslə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən “SOCAR Petroleum” yanacaq doldurma məntəqəsinin yanına getmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış və ona Rəşadla növbəti gün səhər görüşəcəyini bildirmişdir. O, Şahindən niyə Rəşadla görüşmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs cavabında bu gün Rəşadla “Maşın” bazarında birlikdə olduğunu, bugün Rəşaddan pul istəməyə üzü gəlmədiyini, bu məsələnin sabaha qalmasını istədiyini bildirmişdir. O, Şahinə onu doladığını, bu qədər yolu nəyə görə gəldiklərini soruşmuşdur. Şahin Rzavev də özünə söyüş qoyub sabah pulu qaytaracağını demişdir. O, Şahinə səhərədək gözləyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə qayıtmış və orada onlar ayrılmışlar. xx.xx.2021-ci ildə, saat 11:00 radələrində o, Təqsirləndirilən şəxslə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində görüşərək birlikdə Şahinin idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər sosesində yerləşən “SOCAR Petroleum” yanacaq doldurma məntəqəsinin arxasında olan avtomobillərə təbii qaz doldurma məntəqəsinin yanına getmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona bura hər dəfə gəldiyində xadiməçi xanımlara şirniyyat alıb verdiyini, indi əli boş gəldiyini, gedib marketdən şirniyyat alıb gəlmək istədiyini bildirmişdir. O da Şahinə heç bir söz deməmişdir. Sonra o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə oturmuş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili irəlidə olan marketə tərəf sürmüşdür. Sonra Şahin avtomobildən düşüb marketə girmişdir. O isə avtomobildə oturub Şahini gözləmişdir. Təxminən beş dəqiqədən sonra Şahin geri qayıtmışdır. Həmin vaxt Şahinin əlində balaca sellofan torba olmuşdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə “SOCAR Petroleum” yanacaq doldurma məntəqəsinin arxasında olan avtomobillərə təbii qaz doldurma məntəqəsinin yanına getmişlər. Onlar ora çatdıqda avtomobildən düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində şirniyyat sellofanı olmadığını, gedib şirniyyatı avtomobildən götürməsini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə qayıdıb nəsə götürmüş, lakin o, Şahinə fikir verməmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs qaz doldurma məntəqəsinin dəhlizinə keçmişlər və orada avtomobillərə təbii qaz quraşdıran ustaların işlədiyini görmüşlər. Bundan sonra onlar dəhlizdə gözləməyə başlamışlar. O, Təqsirləndirilən şəxs Rəşad adlı şəxsin nə vaxt gələcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs beş dəqiqəyə Rəşadın gələcəyini bildirmişdir. Həmin vaxt o, dəhlizdə gəzişməyə başlamışdır. Təqsirləndirilən şəxs də onun yanına gələrək onunla birlikdə dəhlizdə gəzişməyə başlamışdır. Sonra Təqsirləndirilən şəxs dəhlizdə olan digər otağa girmiş, o isə dəhlizdə qalmışdır. Sonra Təqsirləndirilən şəxs əlini arxasına qoyub girdiyi otaqdan çıxmışdır. O, Şahinə tərəf gedən zaman gözləmədiyi halda Şahin sağ əlini yuxarı qaldırıb onun sol tərəfindən sinəsinə vuran zaman Şahinin əlində bıçaq olduğunu gömüşdür. O, bıçağı görüb qorxaraq divara tərəf çəkilmişdir. Bu vaxt o, sol tərəfindən döş qəfəsindən qan gəldiyini görmüşdür. O, kürəyini divara söykəyən zaman Şahin yenidən sağ əlində olan bıçaqla onun üstünə cumaraq bıçaqla onu vurmaq istəmişdir. Lakin o, bu vaxt özünü müdafiə etmək üçün Şahinə müqavimət göstərərək bıçaqdan yayınmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində olan bıçaq onun sol qoluna dəymişdir. Şahin yenidən əlindəki bıçaqla onu vurmaq istəmişdir. O, Şahinin bıçaqla yenidən sinəsindən vurmaq istədiyini görüb əli ilə Təqsirləndirilən şəxs sağ əlini tutmuşdur ki, Şahin onu bıçaqla vura bilməsin. Həmin vaxt birdən onun gözləri qaralmışdır. O, gücünün zəiflədiyini hiss etmiş və qışqıraraq köməyə ustaları çağırmışdır. Onun səsinə kənardan 3-4 nəfər gəlmişdir. Həmin şəxslər cəld şəkildə Təqsirləndirilən şəxs sağ əlində olan bıçağı tutmuşlar ki, Təqsirləndirilən şəxs onu vurmasın. Həmin şəxslər Şahini tutmasaydılar, Şahin onu öldürücəkdi. Bundan sonra Təqsirləndirilən şəxs dəhlizdən çıxıb avtomobilə əyləşib getmişdir. O isə dəhlizdən çıxıb yola tərəf getmişdir ki, bir avtomobilə əyləşib özünü xəstəxanaya çatdırsın. O, özünü pis hiss etdiyi üçün yerə uzanmış və istifadəsində olan mobil telefonla təcili tibbi yardım xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən 10 dəqiqədən sonra o, Təqsirləndirilən şəxs qayınatası Şahinin onun başının üstündə olduğunu görmüş və bu zaman Şahin onu xəstəxanaya aparacağını söyləmişdir. Onun halı olmadığı üçün o, Şahinə heç bir söz deməmişdir. Həmin vaxt Şahin öz oğlu Ceyhunu çağırmışdır. Bu zaman Ceyhun və Şahin onu yerdən götürərək öz avtomobillərinə qoyanda təcili tibbi yardım avtomobili gəlmiş və onu təcili tibbi yardım avtomobilinə qoymuşlar. Sonra onu Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həmin vaxt onun vəziyyəti pis olduğu üçün o, birbaşa cərrahiyyə otağına aparılmış və sol tərəfindən döş qəfəsində olan yaranı və sol qolunun bazu nahiyəsində olan yaranı cərrahiyyə əməliyyatı etmişlər. O, hər dəfə Şahinə pulları sələmə deyil, borca vermişdir. Lakin sonradan Şahin həmin pulu qaytarmaqda çətinlik çəkdiyindən sonuncuya iş birliyi təklif etmişdir. Belə ki, o, kreditə və ya lizinqə avtomobillər alıb həmin avtomobilləri Şahinin işlədiyi taksi şirkətində taksi fəaliyyətinə qoşaraq həm sonuncunun aylıq qazanc əldə etməsinə, həm də ona olan borclarının qaytarmasına şərait yaratmağa çalışmış, həm də Şahin ilə iş birliyi qurmaq istəmişdir. O, bu məqsədlə bir neçə ay ərzində 6 ədəd avtomobil alaraq Şahinə təhvil vermişdir ki, şahin işləsin və ona olan borcunu qaytarsın. O, Şəki rayonunda qeydiyyatda olduğu üçün avtomobilləri Şahinin adına qeydiyyata alınmasına razılıq vermiş, çünki Təqsirləndirilən şəxs Bakı qeydiyyatında olmuşdur. O, 2021-ci ilin mart ayında “Ravon” markalı avtomobili ilkin ödənişlə 5.500 manata və “Peugeot” markalı avtomobili ilkin ödənişlə 4.000 manata lizinqə almışdır. Razılığa əsasən Şahin ona həmin avtomobillərə görə hər ay 1.600 manat pul verməli imiş. May ayınadək həmin pulları Şahin ona vermişdir. 2021-ci ilin iyun ayında Şahin ona yenidən əlavə olaraq 2 ədəd avtomobil almaqlarını, biznesi genişləndirməklərini təklif etmişdir. O, Şahinlə razılaşaraq iyun ayında 2 ədəd “Xəzər” markalı avtomobilləri lizingə ilkin ödənişlə 7.800 manata almış və Şahinin istifadəsinə vermişdir. Bu dəfə də həmin avtomobillər Şahinin adına qeydiyyata alınmışdır. Şahin bu avtomobillərə görə isə ona aylıq 1.900 manat verməli olmuşdur. 2021-ci ilin iyul ayında Şahin yenidən ona əlavə olaraq 2 ədəd avtomobil almağı və biznesi genişləndirməklərini təkiif etmişdir. O da etiraz etməyərək 2 ədəd “Xəzər” markalı avtomobilləri yenə də lizingə ilkin ödənişlə 7.800 manata almış və Şahinin istifadəsinə vermişdir. Eyni qaydada bu avtomobillərə görə də Şahin ona aylıq 1.900 manat verməli olmuşdur. Şahin ifadə verərkən avtomobilləri sataraq pullarını ona verdiyini bildirsə də, Şahinin söylədiklərinin hamısı yalandır. Şahin həmin avtomobilləri satmış, lakin ona heç bir məbləğdə pul verməmişdir. Şahinin məqsədi elə əvvəlcədən ona qarşı dələduzluq etmək olmuuşdur. Belə ki, Şahinin niyyəti avtomobilləri onun pulları ilə öz adına aldırtdırıb sonra isə dələduzluq yolu ilə həmin avtomobilləri ələ keçirmək olmuşdur. Belə ki, iyul ayın axırlarında artıq 6 ədəd avtomobili onun vasitəsi ilə aldıqdan sonra Şahin həmin avtomobillərin taksi fəaliyyəti ilə məşğul olduqları dövrdə ona heç bir ödəniş etməmişdir. Hətta avqust ayında həmin avtomobillərin sənədlərini ondan şirkətdə yoxlama gələcəyi adı ilə almışdır. Ümumilikdə avtomobillərlə bağlı ona 29.300 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində təqsirləndirilən şəxslə barışmadığını, ona vurulmuş ziyanın ödənilmədiyini, habelə ona vurulmuş ziyanın təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. 2011-ci ildə qızı X10 Rzayevlə ailə qurmuşdur. Həmin vaxtlar onun kürəkəni Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsində,3 otaqlı evdə yaşamışdır. Təqsirləndirilən şəxs borcu olduğu üçün Şahin 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsində olan 3 otaqlı evi sataraq borcunu qaytarmışdır. Həmin vaxtdan Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, X11 küçəsində nömrəsiz evdə kirayədə yaşamağa başlamışdır. 2018-ci ildə Təqsirləndirilən şəxs kreditə “Opel Astra” markalı avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs “Opel Astra” markalı avtomobili borcun əvəzinə verdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Aydın adlı şəxsə borcu olduğu ona məlum olmuşdur. O, qohumlarla birlikdə Təqsirləndirilən şəxs borcunu verməsi məqsədilə Şahinə pul vermişlər. Təqsirləndirilən şəxs pulu alıb Aydına verəndən sonra Təqsirləndirilən şəxs yenə Aydın adlı şəxsə borcunun qaldığı ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş və ailəsinə çörək pulu qazanmışdır. xx.xx.2021-ci ildə, saat 12:00 radələrində o, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Altun” şadlıq sarayında il mərasimində iştirak etmişdir. Həmin vaxtı onun oğlu Şahid1 onun mobil telefonuna zəng vurmuşdur. Oğlu Ceyhun ona Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yanında bir nəfərlə dalaşdığını və həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. O, tez çölə çıxmış və özünə məxsus “Chevrolet Cruze” markalı avtomobilə əyləşərək birbaşa Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən "SOCAR” yanacaq doldurma məntəqəsinin həyətinə getmişdir. O, həmin yerdə bıçaqla vurulan şəxsi görməmişdir. Bundan sonra o, oğlu Şahid1 zəng vuraraq "SOCAR” yanacaq doldurma məntəqəsinin həyətində olduğunu, burada bıçaqla vurulan şəxs olmadığını bildirmişdir. Oğlu Şahid1 Aydının kim olması barədə soruşmağını ona demişdir. Həmin vaxt o, “SOCAR” yanacaq doldurma məntəqəsinin arxa tərəfindən təbii qaz doldurma məntəqəsi tərəfdə yerdə bir nəfər şəxsin uzandığını görmüşdür. O, tez həmin yerə getmiş və yerdə uzanan şəxsdən Aydın olub-olmamasını soruşmuşdur. Bu zaman oğlu Şahid1 də həmin yerə gəlmişdir. O, oğlu Şahid1 gəlib ona kömək etməsini, yaralını xəstəxanaya aparmaqlarının vacib olduğunu bildirmişdir. Oğlu Şahid1 yaxınlaşmış və onlar Aydını qaldırıb avtomobilə qoyaraq xəstəxanaya aparmaq istəyən həmin yerə zaman təcili tibbi yardım avtomobli hadisə yerinə gəlmişdir. Onlar Aydını təcili tibbi yardım avtomobilinə qoymuşlar və təcili tibbi yardım avtomobili Aydını Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanaya aparmışdır. Bundan sonra o, oğlu Şahid1lə birlikdə Bakı şəhəri 3 saylı Şəhər Kiiniki Xəstəxanasına getmişdir. Onlar Aydının vəziyyəti ilə maraqlanmışlar və orada Aydının cərrahiyyə otağına aparıldığını, əməliyyat olunduğu onlara bildirmişlər. Həmin vaxt xəstəxanaya Sabunçu rayon Polis İdarəsinin polis əməkdaşları gələrək onlardan Təqsirləndirilən şəxs barəsində soruşmuşlar. Bundan sonra onun oğlu Şahid1 Təqsirləndirilən şəxs zəng vuraraq Sabunçu RPİ-nin 12-ci Polis bölməsinə gəlməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasının yanına gəlmişdir. Onlar orada Şahinlə görüşmüşlər. Təqsirləndirilən şəxs Aydının Şahini söydüyünə görə Aydını bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsinə gedib könüllü təslim olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borca pul aldığını bilmiş, ancaq pulun nə qədər olduğunu bilməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs hansı məqsədlə Zərərçəkmiş şəxs borca pul aldığını da bilməmişdir. Təqsirləndirilən şəxs ona və oğlu Şahid1 Zərərçəkmiş şəxs Şahinə qarşı söyüş söydüyü üçün bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. 2011-ci ildə onun bacısı X10 Rzayevlə ailə qurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsində 3 otaqlı evdə yaşamışdır. Təqsirləndirilən şəxs borcu olduğu üçün 2018-ci ildə Şahin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Alatava küçəsində olan 3 otaqlı evi sataraq borcunu vermişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, X11 küçəsində nömrəsiz evdə kirayədə yaşamağa başlamışdır. 2018-ci ildə Təqsirləndirilən şəxs kreditə “Opel Astra” markalı avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs “Opel Astra” markalı avtomobili borcun əvəzinə verdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Aydın adlı şəxsə borcu olduğu ona məlum olmuşdur. Onlar qohumlarla birlikdə Təqsirləndirilən şəxs borcunu qaytarması məqsədilə pul vermişlər. Təqsirləndirilən şəxs həmin pulu alıb borclarını verəndən sonra Təqsirləndirilən şəxs yenə Aydın adlı şəxsə borcunun qaldığı ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş və ailəsinə çörək pulu qazanmışdır. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs bir ədəd “Ravon” markalı, sonra isə “Peugeot” markalı, 2021-ci ilin iyun ayında iki ədəd “Xəzər” markalı, 2021-ci ilin iyul ayında iki ədəd “Xəzər” markalı avtomobillərlə onun yanına gələrək, həmin avtomobilləri yeni aldığını və həmin avtomobilləri taksi fəaliyyətinə qoşmaq istədiyini ona demişdir. O da həmin avtomobillərin kredit müaqavilələrinə baxmış və həqiqətən də görmüşdür ki, həmin 6 ədəd avtomobil Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobilləri taksi fəaliyyətinə qoşaraq fəaliyyət göstərmişdir. Sonra Təqsirləndirilən şəxs həmin avtomobilləri onun dostu Fikrət Yusifova satmışdır. Fikrən Yusifov 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs “Ravon” markalı avtomobilə görə 5.000 manat, iki ədəd “Xəzər” markalı avtomobilə görə isə 7.600 manat pul verərək həmin avtomobilləri Təqsirləndirilən şəxs almışdır. Bundan təxminən 2- 3 gündən sonra Təqsirləndirilən şəxs iki ədəd də “Xəzər” markalı avtomobil 7.500 manata Fikrət Yusifova satmışdır. Fikrət Yusifov da həmin avtomobilləri satın alaraq taksi fəaliyyətinə qoşmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saat təxminən 12:00 radələrində ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yanında Aydın adlı şəxsi bıçaqla vurduğunu bildirmişdir. O da Aydına demişdir ki, “olduğun yerdə qal, ora gəlirəm”. Bundan sonra elə həmin gün saat 12:00 radələrində o, atasına mobil telefon vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yanında bir nəfərlə dalaşdığını və həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Atası da buna görə özünə məxsus olan avtomobilə əyləşərək birbaşa Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən "SOCAR” yanacaq doldurma məntəqəsinin həyətinə gəlmişdir. Orada bıçaqla vurulan şəxsi görmədiyinə görə atası bir daha ona zəng etmiş və demişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən "SOCAR” yanacaq doldurma məntəqəsinin həyətindəyəm, lakin bıçaqlanan şəxsi tapa bilmirəm”. O da atasına demişdir ki, “Aydının kim olmasını soruş”. Atası da soruşaraq “SOCAR” yanacaq doldurma məntəqəsinin arxa tərəfindən təbii qaz doldurma məntəqəsi tərəfdə bir nəfər şəxsin uzandığını yerə getmişdir. O da tez həmin yerə getmişdir. O, atası ilə birlikdə Aydını uzandığı yerdən qaldırıb avtomobilə qoyaraq xəstəxanaya aparmağa çalışmışlar. Onlar Aydını qaldırıb avtomobilə qoyaraq xəstəxanaya aparmaq istədikləri zaman təcili tibbi yardım avtomobli hadisə yerinə gəlmişdir. Onlar Aydını təcili tibbi yardım avtomobilinə qoymuşlar və təcili tibbi yardım avtomobili Aydını Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanaya aparmışdır. Bundan sonra o, atası ilə birlikdə Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Onlar xəstəxanada Aydının vəziyyəti ilə maraqlanmışlar və orada Aydının cərrahiyyə otağına aparıldığını, əməliyyat olunduğu onlara bildirmişlər. Həmin vaxt xəstəxanaya Sabunçu Rayon Polis İdarəsinin polis əməkdaşları gələrək onlardan Təqsirləndirilən şəxs barəsində soruşmuşlar. Bundan sonra o, yeznəsi Təqsirləndirilən şəxs zəng vuraraq Sabunçu RPİ-nin 12-ci Polis bölməsinə getməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasının yanına gəlmişdir. Onlar orada Şahinlə görüşmüşlər. Təqsirləndirilən şəxs Aydının Şahinə söyüş söydüyü üçün Aydını bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsinə gedib könüllü təslim olmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borca pul aldığını bilmiş, ancaq pulun nə qədər olduğunu bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs hansı məqsədlə Zərərçəkmiş şəxs borca pul aldığını bilməmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs Şahini söydüyünə görə bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2020-ci ilin iyun ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi üzərində yolun sağında yerləşən “Socar” yanacaqdoldurma mərkəzinin daxilində yerləşən qaz quraşdırma avtoservisində usta işləyir. Onun iş vaxtı hər gün səhər saat 09:00-dan axşam saat 18:00-dəkdir. O, Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Belə ki, o, bir neçə dəfə Şahinə məxsus avtomobildə quraşdırılmış qaz aparatını təmir etmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs isə o, ümumiyyətlə tanımamışdır. Hadisə vaxtı ilk dəfə idi ki, o, Zərərçəkmiş şəxs öz iş yerində görmüşdür. O, Şahini sadə insan kimi tanımışdır. O, Şahinin kiminləsə mübahisə etdiyini və dalaşdığını görməmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə o, işdə olmuşdur. Həmin gün o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla servisə gəldiyini görməmişdir. Onun işlədiyi servis ümumi zaldan, paltar dəyişmə otağından, sanitar qovşağından ibarətdir. Saat 12:00 radələrində o, servisdə müştərinin avtomobilinə qaz aparatı quraşdırmışdır. Həmin vaxt servisdə ondan başqa Emil və Fizuli adlı ustalar da olmuşdur. O, müştərinin avtomobilinə qaz aparatı quraşdıran zaman qəflətən paltar dəyişmə otağından qışqırıq səsinin gəldiyini eşitmişdir. O, həmin səsə əhəmiyyət verməmişdir. Lakin təxminən 5-6 saniyədən sonra o, yenidən qışqırıq səsi eşitmişdir. Bu dəfə qışqırıq səsi daha ucadan gəlmişdir. Ona görə də o, təcili şəkildə qışqırıq səsi gələn yerə getmişdir. O, ora çatdıqda Şahinin Aydınla üzbəüz dayandığını, həmin vaxt Şahinin əlində bıçaq olduğunu, Aydının isə əli ilə Şahinin bıçaq olduğu əlini tutduğunu görmüşdür. O, Şahingilə yaxınlaşdıqda, Şahinin arxası ona tərəf olmuşdur. O, cəld şəkildə Şahinə arxadan yaxınlaşıb arxadan Şahini tutaraq əlindəki bıçağı almağa çalışmışdır. O, bıçağı Şahinin əlindən almağa gücünün çatmayacağını görüb artıq iki əli ilə bıçağı almağa cəhd etmişdir. Bir neçə saniyədən sonra onun cəhdləri uğurla nəticələnmiş və o, Şahinin əlindəki bıçağı əlindən dartıb çıxarmağa müvəffəq olmuşdur. O, bıçağı aldıqdan sonra çölə çıxaraq bıçağı kənara tullamışdır. Sonra o, yenidən otağa daxil olmuşdur. Həmin vaxt onun əli qana batmışdır. O, içəri daxil olduqda, Şahini artıq orada görməmiş, Aydın isə ayaq üstə dayanıb əlini bədənin üstünə tutmuşdur. Bundan sonra Aydın da çölə çıxaraq yerdə uzanmışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım vasitəsi gələrək Aydını xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Sabunçu qəsəbəsi istiqamətində, Şəhər Şossesinin sağında yerləşən “Socar” yanacaq doldurma mərkəzində növbə rəisi vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. xx.xx.2021-ci il tarixdə, saat 12:30 radələrində növbədə olduğu vaxt yanacaq doldurma məntəqəsinin arxasında siqaret çəkmişdir. O, siqareti çəkib operatorların yanına qayıtdıqda, adını sonradan bildiyi Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin bıçaqlandığını və yerdə uzandığını görmüşdür. “Socar” yanacaq doldurma mərkəzinin arxasında yerləşən “CNG Autogas” sıxılmış təbii qaz avadanlıqlarının quraşdırılması və servis xidməti məntəqəsinin işçiləri Şahid3 və Şahid4 həmin şəxsə köməklik göstərərək yanacaq doldurma məntəqəsinin arxasına aparmışlar. O, bunu görən kimi DİN-nin “102” qaynar xəttinə və təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra məntəqənin həyətinə bir naməlum maşın daxil olaraq Zərərçəkmiş şəxs yanına sürmüşdür. Həmin maşından bir neçə şəxs düşərək Aydına yaxınlaşmışlar. Həmin şəxslər Aydının tanışları olmuşlar. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. O, Zərərçəkmiş şəxs bıçaqlandığı anı və cinayət hadisəsinin necə baş verdiyini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 12:22 radələrində özünü təqdim etməyən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək 1 (bir) nəfər naməlum şəxsin (kişinin) bıçaqlandığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün Zərərçəkmiş şəxs döş qəfəsinin və sol bazunun kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli geyim əşyalarının götürülməsi haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş paltarların xəstəxəanadan götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 19-23) görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli qolsuz mayka və 1 (bir) ədəd uzunqol qara rəngli gödəkçə sellofan torbaya qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 42-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-760/2021 saylı qərarından (cild 1, iş vərəqə 59-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 74) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X16 Şəxsin Sabunçu Rayon Şöbəsinin 1655 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 111-114) görünür ki, Zərərçəkmiş şəxs ağır dərəcəli posthemorragik şokla (çoxlu qanitirmə) və sol tərəfli hemotoraksla (sol döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan diafraqmanın, yoğun bağırsağın, böyük piyliyin və sol böyrəyin (böyrək cərrahi üsulla çıxarılmışdır) zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Dərəcəsinə görə xəsarətlərdən ağır dərəcəli posthemorragik şokla (çoxlu qanitirmə) və sol tərəfli hemotoraksla (sol döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan diafraqmanın, yoğun bağırsağın, böyük piyliyin və sol böyrəyin (böyrək cərrahi üsulla çıxarılmışdır) zədələnməsinə səbəb olan dös qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs adına 3 saylı ŞKX-də tərtib olunan xəstəlik tarixində yara kanallarının uzunluğu barədə heç bir qeydiyyat yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X16 Şəxsin 625/2021-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 121-128) görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus maykanın və gödəkçənin ön səthinin sol yarısının orta hissəsində 1 (bir) ədəd, həmçinin gödəkçənin sol qolunun ön səthinin yuxarı hissəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və kafi dərəcədə büruzə olunan küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2561 nömrəli rəyindən (cild 1, iş vərəqə 130-132) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliiyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçililik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, tənqid və təhqirə qarşı həssaslıq fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında gərginlik, hirslilik, qəzəb kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X16 Şəxsin 758/2021-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 116-119) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB (İV, şəxsiyət vəsiqəsinin ksera sürətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısa qol mayka, qollu mayka, idman gödəkçəsi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ÄBO sistemi üzrə tədqiq olunduqda A vəB antiqenləri alındı. Həmin qan ləkələri AB (İV) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1075/2021 saylı qərarından (cild 1, iş vərəqə 97-100) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-74/2022 saylı qərarından (cild 1, iş vərəqə 169-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 fevral 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 172-173) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 2, iş vərəqə 20-28) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolu, Şəhər Şossesinin sağ tərəfində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsinin arxasında olan “CNG Autogas” sıxılmış təbii qaz avadanlıqlarının quraşdırılması və servis xidməti məntəqəsində baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 34-35) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2022-ci il tarixli Abşeron Rayon Məhkəməsinin cavab məktubundan (cild 2, iş vərəqə 56) görünür ki, 2019-2021-ci illər üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində inzibati, mülki və cinayət işlərinə dair hər hansı təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 103-104) görünür ki, diskdə xx.xx.2021-ci il tarixdə, saat 11:58:25-dən saat 12:01:30-dək olan “Socar Petroleum” yanacaq doldurma məntəqəsinin arxasındakı təbii qaz doldurma məntəqəsinin paltar soyunma otağına məxsus kameradan videogörüntülər əks olunmuşdur. Kamerada paltar dəyişmə otağın bir hissəsi və dəhlizin sonu əks olunur. Videogörüntülərdə kənar səs yazıları qeydə alınsa da, hadisəyə aid daxili səs yazılar əks olunmamışdır. Disk “HP PRO” markalı kompüter vasitəsi ilə baxış keçirərkən müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə saat 11:58:25-dən 11:59:12-dək olan müddətdə Zərərçəkmiş şəxs “Socar Petroleum” yanacaq doldurma məntəqəsinin arxasındakı təbii qaz doldurma məntəqəsinin dəhlizində gəzişir. Saat 11:59:12-də dəhlizdə Təqsirləndirilən şəxs peydə olur və Zərərçəkmiş şəxsla dəhlizin sonunda addımlamağı əks olunur. Saat 12:00:30-da Təqsirləndirilən şəxs paltar soyunma otağına daxil olaraq sağ əlini əynindəki gödəkçənin daxili sol cibinə salıb üzünü giriş qapı tərəfə çöndərir. Saat 12:00:40-da gödəkçənin daxili sol cibindən uzunluğu təxminən 25-26 sm, dəstəyi tünd qonur rəngli, tiyəsi bozumtul-gümüşü rəngli olan bıçağı çıxararaq sağ əli ilə arxasında gizlədərək giriş qapısından çıxaraq dəhlizə geri dönür. Saat 12:00:55-də Təqsirləndirilən şəxs sağ əlindəki həmin bıçaqla onunla üzbəüz dayanan Zərərçəkmiş şəxs bədən nahiyəsinə 1 (bir) dəfə zərbə endirir. Bu zərbədən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xilas olmaqdan ötrü geriyə dəhlizin sonuna geriyə çəkilir. Bir neçə saniyə müddətinə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs kameranın görüş dairəsindən kənara dəhlizin sonuna hamam otağına çəkilirlər. Həmin müddətdə baş verilənlər videogörüntülərində əks olunmur. Saat 12:01:10 radələrində Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs paltar soyunma otağının qapısı qarşısına geri dönərək ayaq üstə çəkişmələri görünür. Həmin zaman Təqsirləndirilən şəxs yenidən sağ əli ilə Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək bıçaq zərbələri endirməyə cəhd etsə də, sonuncu sol əli ilə Təqsirləndirilən şəxs sağ biləyindən tutaraq zərbələri endirməyə mane olmağa və canını qurtarmağa çalışır. Eyni anda Təqsirləndirilən şəxs sol əli ilə Zərərçəkmiş şəxs yaxasından tutsa da, sonuncu sağ əli ilə Təqsirləndirilən şəxs sol dirsəyindən tutaraq hər hansı hərəkət etməsinə mane olur. Bu zaman şəxsiyyəti kamera görüntülərində əks olunmayan, lakin istintaq zamanı həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq dindirilmiş Şahid3 oğlu arxadan Təqsirləndirilən şəxs yaxınlaşaraq Şahinin sağ əlində olan bıçağı əli ilə dartıb əlindən almağa cəhd edir. Təqsirləndirilən şəxs kənardan gələn Şahid3 imkan verməyərək var gücü ilə yenidən Zərərçəkmiş şəxs hücum çəkib xəsarət yetirərək öldürməyə cəhd etdiyi videogörüntülərdə əks olunur. Şahid3 yenidən cəhd edərək Təqsirləndirilən şəxs əlindən bıçağı almağa nail olur. Bıçağı Təqsirləndirilən şəxs əlindən aldıqdan sonra onlar aralaşırlar. Ardınca isə şəxsiyyəti kamera görüntülərində əks olunmayan, lakin istintaq zamanı həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq dindirilmiş Şahid4 hadisə baş vermiş yerə yaxınlaşır. Zərərçəkmiş şəxs sol əli bədən nahiyəsindən tutub addımlayaraq hadisə yerindən uzaqlaşır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 118-140) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2. 126.1, 179 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs məxsus 1 (bir) köynəyin, 1 (bir) maykanın, 1 (bir) ədəd gödəkçənin, cinayətin aləti olmuş 1 (bir) ədəd bıçağın maddi sübut kimi tanınması və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılması, cinayət hadisəsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 148-150) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 29,120.2.5 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 199-202) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ilə X4 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 106) görünür ki, 22 avqust 2013-cü il tarixdə X14 doğulmuş, onun anası X8, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 105) görünür ki, 25 aprel 2015-ci il tarixdə X13 doğulmuş, onun anası X8, atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan və xasiyyətnamədən (cild 2, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı 1993-cü il təvəllüdlü X8, oğlu 2013-cü il təvəllüdlü X14, qızı 2015-ci il təvəllüdlü X6 ibarətdir. Həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 89) görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, eləcə də müxtəlif vəsatətlər vermişdir. Bundan başqa, təqsirləndirilən şəxs şəxsən və müdafiəçisi vasitəsilə onun əleyhinə olan sübutlara dair etiraz edərək irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 oktyabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə tamah niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ona 2019-2021-ci illər ərzində müxtəlif vaxtlarda ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulu sələmə verməsindən sonra həmin pulu hissə-hisə qaytarmaqda çətinlik çəkdiyini görüb özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs avtomobil alıb taksi kimi icarəyə vermək işini qurmağı təklif etmiş və həmin işdən əldə etdiyi gəlirdən Zərərçəkmiş şəxs hər ay müxtəlif məbləğlərdə qazanc kimi pul verməyi vəd verərək, habelə bu barədə razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayında 5.500 manat ilkin ödəniş etdirməklə dövlət qeydiyyat nişanı **-PH-*** olan “Ravon Nexia” markalı və 4.000 manat ilkin ödəniş etdirməklə dövlət qeydiyyat nişanı **-PS-*** olan “Peugeot 405” markalı, 2021-ci ilin iyun ayında 7.800 manat ödəniş etdirməklə 2 (iki) ədəd dövlət qeydiyyat nişanları **-PT-*** və **-PY-*** olan “Xəzər SD” markalı, 2021-ci ilin iyul ayında yenidən 7.800 manat ödəniş etdirməklə əlavə olaraq 2 (iki) ədəd dövlət qeydiyyat nişanları **-PU-*** və **-PY-*** olan “Xəzər SD” markalı avtomobil olmaqla, cəmi 6 (altı) ədəd avtomobili ümumilikdə 25.100 manat ilkin ödəniş etdirməklə aldırıb lizinq müqaviləsi əsasında öz adına qeydiyyata saldırmış, 2021-ci ilin avqust ayında isə vədinə əməl etməyərək həmin avtomobilləri lizinq müqaviləsi əsasında müxtəlif qiymətlərə satıb cəmi 18.000 manat pulu əldə edərək Zərərçəkmiş şəxs ümumilikdə 25.100 manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə 25.100 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi, qeyd edilən məbləğdə ziyanın həqiqətən də zərərçəkmiş şəxsə vurulması, pulun ələ keçirilməsi ilə bağlı tərəflər arasında münasibətlərin yaranması məhkəmə istintaqında tam şəkildə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs bu hissədə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə aldığı pul vəsaitini tam şəkildə geri qaytarmasını iddia etsə də, nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə istintaqı zamanı iddia etdiyi hallarla bağlı, yəni Zərərçəkmiş şəxs aldığı pulları geri qaytarmasına dair heç bir sübutu təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında pulun verilməsi və alınması ilə bağlı məsələlər mütləq qaydada mötəbər sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulları tam şəkildə geri qaytarmasını bəyan etməklə faktiki olaraq Zərərçəkmiş şəxs qarşı xeyli məbləğdə zərər vurmaqla 25.100 manat məbləğində pul vəsaitini qanunsuz şəkildə ələ keçirməsini təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bəyan etmişdir ki, o, zərərçəkmiş şəxsdən aldığı pul vəsaitini tam şəkildə, hətta artıqlaması ilə geri qaytarmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs pul vəsaitini geri qaytarması ilə bağlı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda yalnız təqsirləndirilən şəxsin bu hissədə vermiş olduğu ifadəsi onun tərəfindən zərərçəkmiş şəxsdən aldığı pulları qaytarması nəticəsinə gəlməyə kifayət etmir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayətini törətməklə sonuncuya ümumilikdə 25.100 manat məbləğində zərər vurmuş və hal-hazıradək də vurduğu ziyanı ödəməmiş, habelə başqa şəkildə aradan qaldırmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 25.100 manat məbləğində zərər vurmaqla, yəni xeyli məbləğdə zərər vurmaqla dələduzluq cinayətini törətməsini təsdiq edən digər hal onun sonradan törətdiyi cinayət əməli ilə də tam şəkildə təsdiq olunur. Belə ki, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqında ayrı-ayrılıqda vermiş olduqları ifadələrdən görünür ki, Zərərçəkmiş şəxs hər dəfə Təqsirləndirilən şəxs verdiyi pulları, başqa sözlə, ona vurulmuş maddi zərəri tələb etdikdə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək möhlət istəmiş, nəticədə zərərçəkmiş şəxs tərəfindən ona möhlət verilmiş, Təqsirləndirilən şəxs isə pulu geri qaytaracağına dair dəfələrlə vəd verməsinə baxmayaraq, borclu olduğu pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs isə öz növbəsində təqsirləndirilən şəxsdən əl çəkməyərək pulun ödənilməsini təkidlə tələb etmişdir. Zərərçəkmiş şəxsin qanuni tələblərindən bezən təqsirləndirilən şəxs çıxışı yolunu zərərçəkmiş şəxslə “haqq-hesab” etməkdə görmüşdür. Bu məqsədlə Zərərçəkmiş şəxs növbəti dəfə öz pulunu Təqsirləndirilən şəxs tələb etdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalan məlumat verərək, yəni guya tanışı Rəşad adlı şəxsdən pul alıb Zərərçəkmiş şəxsya verəcəyini bildirmişdir. Bu məlumat əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayətkar niyyətini törətmək istiqamətində ilkin addım atmışdır. Bundan sonra, yəni 01 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsinin arxasında olan “CNG Autogas” sıxılmış təbii qaz avadanlıqlarının quraşdırılması və servis xidməti məntəqəsində guya tanışı Rəşad adlı şəxsən pul alıb Aydına verəcəyi adı ilə həmin ünvana getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla həmin ünvana getməmişdən əvvəl soyuq silah hesab olunmayan 1 (bir) ədəd mətbəx bıçağı ilə silahlanmışdır. Onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsinin arxasında olan “CNG Autogas” sıxılmış təbii qaz avadanlıqlarının quraşdırılması və servis xidməti məntəqəsinin dəhlizində olarkən Təqsirləndirilən şəxs qəflətən, yəni Zərərçəkmiş şəxs gözləmədiyi anda üzərində gəzdirdiyi bıçağı əynindəki gödəkçəsinin sol cibindən çıxararaq Zərərçəkmiş şəxs üzərinə hücum edib sol bazunun deşilmiş-kəsilmiş yarası ilə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid 1 (bir) ədəd, ağır dərəcəli posthemorragik şokla (çoxlu qanitirmə) və sol tərəfi hemotoraksla (sol döş boşluğuna sərbəst qanın yığılması) müşayiət olunan diafraqmanın, yoğun bağırsağın, böyük piyliyin və sol böyrəyin zədələnməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd, ümumilikdə 2 (iki) ədəd bədən xəsarəti yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə əməlin tövsifi ilə bağlı dəhlizdə baş verən hadisənin təhlilini zəruri hesab edir. Belə ki, baş vermiş hadisənin təhlili və Təqsirləndirilən şəxs fəal hərəkətlərinin ardıcılığı ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə “CNG Autogas” sıxılmış təbii qaz avadanlıqlarının quraşdırılması və servis xidməti məntəqəsinə gedərkən niyyəti əslində Rəşad adlı tanışından pulu alıb Zərərçəkmiş şəxs vermək olmamış, əksinə mətbəx bıçağı ilə silahlanaraq Zərərçəkmiş şəxs qisas almaq olmuşdur. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, məhkəmə istintaqında Şahinin Rəşad adlı şəxsdən pul alıb Aydına verməsi məqsədi ilə hadisə yerinə getməsi təsdiq olunmamışdır. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulu qaytarmaq adı ilə yalan məlumat verməklə Zərərçəkmiş şəxs özü üçün əlverişli məkana getməsinə nail olmaqla, həmin yerdə əvvəlcədən əldə edib üzərində saxladığı bıçaqla xəsarət yetirmək istəmişdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edilmişdir ki, Şahin hadisə vaxtı dəhlizdə qəflətən Aydına 1 (bir) dəfə xəsarət yetirmiş, həmin vaxt Aydın Şahinə ciddi müqavimət göstərərək Təqsirləndirilən şəxs cinayət əməlinin qarşısını almaq istəmiş, buna baxmayaraq, Şahin yenidən Aydına bıçaqla ikinci dəfə xəsarət yetirmişdir. Bu hallar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən məqsədi öz ifadəsində göstərdiyi kimi Zərərçəkmiş şəxs qorxutmaq deyil, əksinə daha çox bıçaqla xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək olmuşdur. Əks halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müqaviməti nəticəsində sonuncuya ikinci dəfə xəsarət yetirməzdi. Lakin iş üzrə ən əhəmiyyətli hal şahid qismində çıxış edən Şahid3 cinayət hadisəsi vaxtı Təqsirləndirilən şəxs qanunsuz əməllərinin qarşısının alınmasına yönəlmiş təqdirəlayiq davranışı çıxış edir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz əməllərinin qarşısını ala bilmədiyini gördükdə qışqıraraq həmin vaxt orada olan şəxsləri (ustaları) köməyə çağırmışdır. Həmin vaxt orada işləyən Şahid3 qışqırıq səsi eşidərək hadisə baş verən yerə getmişdir. Lukyanov X1 yerə çatdıqda sonuncular birbirilərinə nisbətdə üzbə-üz dayanmışlar, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən tutaraq sonuncunun ona bıçaqla xəsarət yetirməsinin qarşısını almağa çalışmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs müqavimətini qırmaqla təkrarən əlindəki bıçaqla xəsarət yetirmək istəmişdir. Bunu görən Şahid3 dərhal Təqsirləndirilən şəxs arxa hissədən yaxınlaşaraq Şahinin əlindəki bıçağı almaq istəmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməyə cəhd etmişdir. Bu dəfə Şahid3 iki əli Təqsirləndirilən şəxs əlindəki bıçağı tutaraq həmin bıçağı Şahinin əlindən almağa müvəffəq olmuşdur. Şahid3 hadisə yerinə gələrək Şahinin əlindəki bıçaqla növbəti zərbələrin Aydına endirməsinin qarşısını alması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə müvəffəq olmamışdır. Ən əhəmiyyətli məqam isə ondan ibarətdir ki, hadisə vaxtı Şahid3 Təqsirləndirilən şəxs əlindəki bıçağı almağa çalışsa da, Təqsirləndirilən şəxs Şahid3 də müqavimət göstərərək həmin vaxt Zərərçəkmiş şəxs növbəti bıçaq zərbəsi endirməyə çalışmış, sonda isə Rostislav iki əli ilə Şahinin əlindəki bıçağı almaqla və həmin bıçağı alaraq çölə çıxarıb hadisə yerindən kənara atmaqla Təqsirləndirilən şəxs qanunsuz əməlinə son qoymuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi əməllərinin ardıcılığı və mahiyyəti onu göstərir ki, hadisə baş verməmişdən əvvəl o, Zərərçəkmiş şəxs qəsdən öldürməyi planlaşdırılmış və cinayətkar niyyətini həyata keçirmək istiqamətində kifayət qədər ciddi fəal hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədinə gəldikdə isə məhəkəmə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, aşağıda göstərilən və izahı verilən hallar əməlin tövsifi ilə əlaqədar kifayət qədər əhəmiyyətli hallardır. Göstərilən xüsusatlar aşağıdakılardır: - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk bıçaq zərbəsini qəflətən endirməsi, - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ciddi müqavimət göstərməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ikinci dəfə Zərərçəkmiş şəxs bıçaqla zərbə endirməsi, - Şahid3 Təqsirləndirilən şəxs əlindəki bıçağı almağa cəhd etdiyi vaxt Təqsirləndirilən şəxs Şahid3 də müqavimət göstərməsi və bununla da təkrarən əlindəki bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməyə cəhd etməsi, - Məhz Şahid3 Təqsirləndirilən şəxs əlindəki bıçağı alması nəticəsində sonuncunun qanunsuz əməllərinin qarşısının alınması. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2 (iki) dəfə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra növbəti bıçaq zərbələrini məhz kənar şəxsin, yəni Şahid3 fəal hərəkətlərinin nəticəsində endirə bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Zərərçəkmiş şəxs ondan pulu qaytarmasını tələb etməsindən sonra bu hərəkətlərdən “bezərək” həmin pulu, yəni dələduzluqla ələ keçirdiyi pulu geri qaytarmamaq məqsədi ilə Zərərçəkmiş şəxs əvvəlcədən planlaşdırılmış şəkildə bıçaqla xəsarət yetirmişdir. Yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərkən onun niyyəti dələduzluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyi borcu qaytarmaqdan qurtulmaq olmuşdur. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhz tamah niyyəti ilə qəsdən adam öldürməyə, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət etməyə cəhdin, adətən üç obyektiv əlaməti fərqləndirilir. Birinci əlamət - əməlin bilavasitə cinayət törətməyə yönəldilməsidir. Yəni bu o deməkdir ki, cinayət etməyə cəhddə törədilən əməllə dispozisiyada göstərilən cinayətin obyektiv cəhəti qismən icra edilmiş olur. Cinayət etməyə cəhdin ikinci obyektiv əlaməti - əməlin başa çatmamasında ifadə olunur. Bu isə o deməkdir ki, cinayət etməyə cəhddə cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Məhz bu əlamət cinayət etməyə cəhdi başa çatmış cinayətlərdən fərqləndirir. Cinayət etməyə cəhdin başa çatan cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin qurulmasından asılıdır. Əgər cinayət etməyə yönələn cəhd maddi quruluşa malik olan tərkiblərdə nəzərdə tutulan cinayətin törədilməsinə yönəldilmişdirsə, ictimai təhlükəli nəticə baş vermir. Məsələn, başqasını öldürmək məqsədi ilə hər hansı silahdan istifadə edilərək zərərçəkmiş şəxsə xəsarət və ya xəsarətlər yetirilirsə, bu zaman zərərçəkmiş şəxsin ölümü baş vermir. Yəni cinayət etməyə cəhddə qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan nəticə çıxarmaq olmaz ki, cinayət etməyə cəhddə ümumiyyətlə nəticə olmur. Cinayət etməyə cəhdin üçüncü obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Cinayətə cəhdi başa çatdırmağa imkan verməyən hallar olduqca müxtəlif ola bilər. Bu, cinayəti başa çatdırmaq üçün şəxsin hazırladığı alət və vasitənin yararsız olması ilə, cinayətin predmetinin olmaması ilə, zərərçəkmiş şəxsin ciddi müqavimət göstərməsi və digər hərəkətləri ilə əlaqədar ola bilər. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri mövcuddur, həmin cinayətlər həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bu cinayətlərin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri Cinayət Məcəlləsinin 29,120.2.5-ci maddəsinə nisbətdə başa çatmamış cinayət, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə nisbətdə isə başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən o, Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli Qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələri üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, hər bir cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə iki müstəqil cinayət əməlini törətməsi həmin Məcəllənin 17.1 maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət əməlini törətmiş, həmçinin o, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu olduğundan ona Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələri ilə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzalar Cinayət Məcəlləsinin 63.3 və 66.3-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən- cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd gödəkçə, cinayətin aləti olmuş 1 (bir) ədəd bıçaq məhv edilməli, cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.5 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 29,120.2.5-ci maddəsi üzrə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd gödəkçə, cinayətin aləti olmuş 1 (bir) ədəd bıçaq məhv edilsin, cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-952/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-952/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver