Məhkəmə qərarları › İş №1(101)-952/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-952/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-952/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, İİ qrup əlil, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Balandin 42 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-heroin və külli miqdarda psixotrop maddə-metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2023-cü il mart ayının ortalarında şəxsiyyəti istintaqa məlum olmayan özünü «Murtuz» adlı İran vətəndaşı kimi təqdim etmiş şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1323,285 qram narkotik vasitə-heroin və külli miqdarda ümumi təmiz çəkisi 715,0 qram psixotrop maddə-metamfetamin əldə edərək yaşadığı ünvanda və üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 mart 2023-cü il tarixdə, saat 14:50 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb DİN-nin BNMİ-nin inzibati binasına aparılaraq orada üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 13,285 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 19:15 radələrində yaşadığı ünvan 2 ünvanının həyətyani sahəsinə keçirilmiş baxış zamanı həyətdə olan su çəninin arxa hissəsindən birbiriləri, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən bir ədəd bağlamada və bir ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qram və 990,0 qram, ümumi təmiz çəkisi külli miqdarda 1310,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil bir ədəd bağlamada təmiz çəkisi külli miqdarda 715,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə, səhər-səhər dərmanlarını götürmək üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar. Onu polisin xidməti maşını ilə yaşadığı qəsəbədə gəzdirdikdən sonra evinə gətirmişlər. Evin qapısı bağlı olmuş və arvadı uşağı ilə birlikdə evdə olmamışdır. Arvadına zəng edib polis əməkdaşlarının evə gəldiyini və şahid olsunlar deyə sonuncunun da evə qayıtmağını istəmiş, arvadı və uşağı da gəlmişlər. Polis əməkdaşları evi dağıdaraq, zirzəmini qazaraq, həyəti də alt-üst edərək axtarış həyata keçirmişlər. Sonra onu, arvadı və uşağını da BNMİ-yə aparmışlar. BNMİ-yə apararkən avtomobildə elektroşok vermişlər. BNMİ-də onu döyüb dişlərini sındırmışlar. Ona arvadının, uşağının başlarına oyun açacaqlarını bildirmişlər. Yenidən yaşadığı evin həyətinə gətirib həyətdə olan çənin arxasında olan çantanı götürməyini bildirmişlər. Onu arvadı və uşağı ilə hədələdikləri üçün polis əməkdaşlarının dediklərini etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, 1 saylı Şəhər Klinik Xəstəxanasına QİÇS xəstəliyi ilə bağlı dərmanları almaq üçün getmişdir. 13 ildir ki, orada xəstə kimi qeydiyyatdadır. Onu polis əməkdaşları evdən təxminən 200 metr məsafədə, dəmiryolunun aşağı tərəfindən saxlamışlar. Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır. Polis əməkdaşları onu saxladıqdan sonra 1 saat yaşadığı qəsəbədə gəzdirmişlər və sonra evinə gətirmişlər. Evə aparanda başqa əməkdaşlara da gəlmələri üçün xəbər etmişlər. Evinə çatdıqda artıq evin önündə 2 ədəd polisin xidməti avtomobili olmuş və bir avtomobil də onu gətirdikləri olmuşdur. Evini və həyəti axtarmışlar, daha sonra onu, arvadı və uşağını da BNMİ-yə aparmışlar. Saxlanılan zaman saat 11:00 olardı. Polisin xidməti avtomobilində ona elektroşok verən əməkdaş Şahid1 olmuşdur. Avtomobildə Şahid1 başqa 2 nəfər də olmuşdur. Onu saxlayan və BNMİ-də üzərinə baxış keçirən polis əməkdaşlarının arasında Şahid2 olmamışdır. Evinə baxış keçirilərkən Şahid2 iştirak etmiş ola bilər. Evə axşam saat 18:00-19:00 iradələrində baxış keçirilmişdir. Şahid3 tərəfindən ona qarşı fiziki təzyiq olmamışdır. Şahid3 onun saxlanılmağında iştirak etmiş, lakin, Şahid2 iştirak etməmişdir. Ona qarşı Şahid1 tərəfdən təzyiq olmuşdur. Yaşadığı evin qarşısına cavanlar nəsə tullayıb götürürdülər, o da bununla bağlı ətrafdakılara etirazlar bildirmişdir. Tulladıqlarının narkotik vasitə olduğunu bilmişdir. Onu yəqin ki, narkotik vasitələrin götürülməsinə bildirdiyi bu etirazlarla bağlı barəsində verilmiş şikayətlərə görə tutulmuşdur. Ola bilər ki, kimsənin etdiklərini onun üstünə atıblar. Baş verənlərlə bağlı məlumat vermiş, lazımi tədbirlər görüb tututdular, amma yenə də edirdilər. Özü narkotik vasitə istifadə etməmişdir. Əvvəllər narkotik vasitə marixuananın istifadəçisi kimi məhkum olunmuşdur. Sonuncu dəfə tutulanda qardaşının yanına cəzaçəkmə müəssisəsinə daxil olanda pul kisəsində narkotik vasitə marixuananın toxumu qalmış və toxuma görədə ittiham olunmuşdur. Toxum dedikdə narkotik vasitə marixuana yadından çıxıb pul kisəsində qalmışdır. Murtuz adlı şəxsi tanımır. Saxlanıldığı vaxt polis əməkdaşları nə deyiblər onu yazmışdır. 15 nəfər polis əməkdaşı yaşadığı evə daxil olub baxış keçirdən zaman heç nə olmayıb. Arvadını və özünü 3 dəfə aparıb gətirdikdən sonra qırmızı rəngli uşaq çantası evində ortaya çıxıb. Üzərində aparılan şəxsi axtarış günorta radələrində aparılıb. Günorta radələrində polis əməkdaşları müdafiəçini çağırıb onun iştirakı ilə üzərindən narkotik vasitə çıxardıblar. Arvadının xəstə olmasını, yaşının, səhhətinin, az yaşlı övladının olmasının nəzərə alinmaqla barəsində ədalətli qərar verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 25 mart 2023-cü il tarixdə, saat 14:50də yaşadığı ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. BNMİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş, bu barədə yazılı bildiriş təqdim edilmiş və üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində əldə olunub saxlaması və daşınması qanunla qadağan olunmuş hər-hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə heroini çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan 1 ədəd «Redmi» markalı mobil telefon, 1 ədəd açar, 1 ədəd şəxsiyyət vəsiqəsi, üzərində 4169 7388 8739 2649, 4169 7388 7030 4957, 4169 7388 8848 9378 nömrələri olan plastik bank kartları və 15 manat pul aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 16 qram olmuşdur. Həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərini imzalamışdır. 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd şəxsiyyət vəsiqəsi və 3 ədəd plastik bank kartı da götürülmüş, 1 ədəd açarı və 15 manat pulu özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni «Murtuz» kimi tanıdığı İran vətəndaşı vasitəsi ilə 7 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən deyiləcək ünvanlara qoymaq məqsədi ilə götürüb əldə etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs haqqında narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlayaraq BNMİ-ə gətirmişlər. BNMİ-də üzərinə baxış keçirilmiş və üzərində narkotik maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik maddə saxladığı məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib evinə baxış keçirilmiş və oradan da narkotik maddələr aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkarlanan narkotik maddələr heroin və metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 15- 16 qram narkotik maddə heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman 1 kq 400 qramdan artıq heroin, 700-750 qram metamfetamin olan narkotik maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında saxlamışlar, lakin hansı gün və günün hansı saatı olmasın xatırlamır. Təqsirləndirilən şəxs saxlanıldığı yer yaşadığı ünvanın yaxınlığı, qatar yolu olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, BNMİ-yə aparılan zaman, BNMİ-də üzərinə baxış keçirlən zaman və evinə baxış keçirilən zaman, həmçinin aşkar olunan narkotik maddələrin miqdarı ilə bağlı hər hansı narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs barəsində məlumat onun adına daxil olmuşdur. Daxil olan məlumat Təqsirləndirilən şəxs narkotik maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məkan göndərmiş və Təqsirləndirilən şəxs sonuncunun dediyi yerlərə göndərmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman orada polis əməkdaşlarından başqa şəxsin olmasını xatırlamır. Təqsirləndirilən şəxs saxlayan zaman tək və piyada olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman və BNMİ-yə aparılan zaman sonuncuya qarşı hər hansı fiziki, psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman telefon və iki ədəd bank kartı da aşkarlanmışdır. Həmin telefonda İran İslam Respublikası vətəndaşı ilə əlaqəsinin olmağı barədə sübutlar olmalı idi. Təqsirləndirilən şəxs etdikləri əmələ görə sonuncunun üzərində aşkarlanan bank kartlarına İran İslam Respublikası vətəndaşı pul göndərmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman təxminən günorta saat 15:00-16:00 olardı. Təqsirləndirilən şəxs onunla birlikdə 2 nəfər polis əməkdaşı Şahid2, Şahid3 saxlamışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra BNMİ-yə dəvət etmiş və BNMİ-yə gedib orada üzərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs vəkil ilə təmin olunaraq videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o, Şahid2, Şahid3, təhqiqatçı və vəkil iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkarlanan narkotik maddə 1 bükümdə təxminən 15-16 qram heroin olmuşdur. Təqsirləndirilən şəxs evində ayrı-ayrı bükümlərdə 1 kq 400 qramdan artıq heroin və 750 qrama yaxın metamfetamin olan narkotik maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış həyata keçiriləndən sonra evinə baxış keçirilməsi üçün yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs saxlanılan vaxtdan 1 saat ərzində BNMİ-yə aparılmış və orada üzərinə baxış keçirməklə birlikdə qalma müddəti 40 dəqiqə olardı, daha sonra Təqsirləndirilən şəxs evinə 40 dəqiqə və ya 1 saat ərzində getmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq olmamış, özü də hər şeyi etiraf etmişdir. Təqsirləndirilən şəxs saat 11:00-da saxlamamışlar. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olan məlumat əsasında Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs BNMİ-yə gətirildikdən sonra üzərinə baxış həyata keçirilmiş və daha sonra evinə də baxış keçirilmişdir. Hər iki baxışda narkotik maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini və müalicəsi qarşılığında həmin şəxsin qeyd etdiyi yerlərə həmin narkotik maddələri çatdırmasını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik maddələr Təqsirləndirilən şəxs üzərində və evinin həyətində olan ağ balonun arxasından aşkarlanmışdır. Təqsirləndirilən şəxs saxlayarkən tək olmuşdur. Evə baxış həyata keçirilərkən Təqsirləndirilən şəxs arvadı da iştirak etmiş və sonuncu hər hansı bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs təxminən günorta saat 14:00-15:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan və BNMİ-ə aparılan zaman hər hansı narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki-psixi təzyiq olmamış və aşkarlanan narkotik maddələri şəxs özü təqdim etmişdir. Üzərinə baxışda bank kartı, açar və telefon da aşkalanmışdır. Təqsirləndirilən şəxs üzərindən çıxan açar evin açarı olmalı idi. Evə baxış üçün getdikdə Təqsirləndirilən şəxsla birlikdə getmişlər və onlar sonuncunun yaşadığı ünvana çatdıqda Təqsirləndirilən şəxs arvadı evdə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman üzündə hər hansı xəsarət olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Evə baxış həyata keçirilərkən Təqsirləndirilən şəxs arvadı da iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlayarkən tək olmuşdur. Aşkar olunan narkotik maddə heroin və metamfetamin olmuşdur. Metamfetamin Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən aşkarlanmışdır. Xatırladığı narkotik maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini və müalicəsi qarşılığında həmin şəxsin qeyd etdiyi yerlərə həmin narkotik maddələri çatdırmağıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 adına məlumat daxil olmuş və 25 mart 2023-cü il tarixində günorta radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayon, Bülbülə qəsəbəsində yaxınlaşmışlar və BNMİ-yə dəvət etmişlər. BNMİ-də təhqiqatçı Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Üzərindən bir büküm heroin olan narkotik maddə aşkarlanmışdır. Daha sonra evdə saxladığı narkotik maddələrin olduğunu və təhvil verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və evinin həyətində olan çənin arxasında saxladığı narkotik maddələri çıxarıb təhvil vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsi doğrudur. Təqsirləndirilən şəxs günorta radələrində saxlamışlar, amma hansı saat olduğunu xatırlamır. Təqsirləndirilən şəxs onunla səmimi danışıb və QİÇS xəstəliyinin olduğunu da bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman arvadı da iştirak etmişdir. Təqsirləndirilən şəxs arvadının və ya uşağının BNMİ-yə gəlməyini xatırlamır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman özünün və ya yoldaşının hər hansı narazılığı olmamış və Təqsirləndirilən şəxs saxladığı narkotik maddələri özü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs evinə onlardan əvvəl başqa polis əməkdaşları getməmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirmək üçün sonuncunun özü ilə getmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq olmamışdır. E.X12 Respublikası vətəndaşı olan “Murtuza” adlı şəxslə işlədiyini və qarşılığında Təqsirləndirilən şəxs xəstəliyinin müalicəsinə kömək edəcəyini etiraf etmişdir. Təqsirləndirilən şəxs arvadı BNMİ-yə aparılmamışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman 3 nəfər polis əməkdaşı, Şahid1, Şahid2 və o, iştirak etmişlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən DİN-nin BNMİ-nə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə İdarə rəisinə məruzə etmiş, İdarə rəisinin əmri ilə, onun rəhbərliyilə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edib Şahid2 və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2023-cü il tarixdə, saat 14:50-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda və qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu DİN-nin BNMİ-nə dəvət etmişlər. BNMİ-nin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilib üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynidəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə heroinə oxşar kütləni çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, onun əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd içərisindlə ***-***-**-** və 051- ***-**-** sim kart nömrələri olan «Redmi» markalı mobil telefon, 01 ədəd açar, 01 ədəd şəxsiyyət vəsiqəsi, üzərində 4169 7388 8739 2649, 4169 7388 7030 4957 və 4169 7388 8848 9378 nömrələri olan plastik bank kartları, bir ədəd açar və 15 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 16 qram olmuşdur. Həmin kütlə bir ədəd boş zərfə qoyularaq zərf möhürlənmiş, bir ədəd «Redmi» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, üç ədəd plastik bank kartı Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, bir ədəd açar və 15 manat pul isə onun özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin ona məxsus olduğunu, həmin kütləni «Murtuz» adı ilə tanıdığı İran vətəndaşı vasitəsi ilə yeddi gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin kütləni deyiləcək ünvanlara qoyacağını, bunu müqabilində isə «Murtuz» adlı İran vətəndaşının onu İranda müalicə etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonuda yaşadığı evində də narkotik vasitə olduğunu və evinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs özünün, müdafiəçisi Lalə Mənsurovanın, Təqsirləndirilən şəxs arvadı Elnarə İsmayılovanın iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində olan su çəninin arxa hissəsindən 01 ədəd bükümdə və 01 ədəd qabda açıq qəhvəyi rəngli, spesfik iyli narkotik vasitə olan heroinə oxşar kütləni, 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə oxşar kütlənin, ümumilikdə çəkisi 1 kiloqram 463 qram, psixotrop maddə metafetaminə oxşar kütlənin çəkisi isə 728 qram olmuşdur. Həmin kütlələr boş zərfə qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin ona məxsus olduğunu, həmin kütləni «Murtuz» adı ilə tanıdığı İran vətəndaşı vasitəsi ilə yeddi gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, həmin kütləni deyiləcək ünvanlara qoyacağını, bunu müqabilində isə «Murtuz» adlı İran vətəndaşının onu İranda müalicə etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı işə məşğul olması və satış məqsədi ilə əldə edib daşıması barədə qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən saxlanılmış, saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı, həmçinin həyat yoldaşı və əmisinin gəlininə qarşı heç bir fiziki zor və ya psixi təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs bu barədə göstərdikləri qərəzlidir və özünü müdafiə xarakteri daşıyır. E.İsayılovun üzərindən və evindən aşkar elib götürülən kütlələri bükülü halda çəkildiyindən və ekspertiza tədqiqatı zamanı kütlələr bükülüdən boşaldılaraq çəkildiyi üçün çəkilər arasında fərq yaranmış, ekspert tərəfindən verilən çəkilər dəqiq çəkilərdir. Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 6) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 8-9) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:50-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 14:50-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 32) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 055 ***-**-** və 051 ***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefon, 1 ədəd açar, 1 ədəd şəxsiyyət vəsiqəsi, üzərində 4169 7388 8739 2649, 4169 7388 7030 4957 və 4169 7388 8848 9378 nömrələri olan plastik bank kartları və 15 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 16 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Murtuz” adlı şəxsin vasitəsi ilə 7 gün bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Murtuz” adlı şəxsin onu xəstə olduğundan İran İslam Respublikasında müalicə etdirəcəyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 34-36, 230) xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində su çəninin arxa tərəfindən 1 ədəd bükümdə və 1 ədəd qabda açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 ədəd bükümdə ağ rəngli, kristallik şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin ümumilikdə çəkisi 1 kq 463 qram, metamfetaminə bənzər kütlənin çəkisi 728 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Murtuz” adlı şəxsin vasitəsi ilə 7 gün bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Murtuz” adlı şəxsin onu xəstə olduğundan İran İslam Respublikasında müalicə etdirəcəyini, yaşadığı evdə narkotik vasitə saxlamsından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 41-43, 231) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1717 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd çəhrayı rəngli çantada olan: üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi…” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,285 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi…” sözləri, soyad və imzalar qeyd edilmiş çəhrayı rəngli çantada bir ədəd bağlamada təmiz çəkisi 715,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bağlamada və bir ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 320,0 qram, 990,0 qram ümumi təmiz çəkisi 1310,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş heroinlər bir-biri ilə xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. (İ cild i.v. 50-55) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(010)-149/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul eilmiş 25 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İ cild i.v. 61) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 62-63) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(010)-140/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 14:50-dən hesablanmışdır. (İ cild i.v. 85-89) Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5 adlı azyaşlı uşağı vardır. (İ cild, i.v. 120) xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X3 Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2013-cü il tarixdən İİV – infeksiyası İİİ klinik mərhələ. Ağız boşluğunun kandidozu. Aftoz stomatit. Postxolesistektoniya sindromu. Eroziv qastrit. Viruslu hepatit C diaqnozu ilə qeydiyyata götürülmüşdür. (İ cild, i.v. 121) xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində xx.xx.2010-cu il tarixdən İİV – infeksiyası İİ kliniki mərhələ. Anqulyar xeylit. Generalizə olunmuş limfadenopatiya. Viruslu hepatit “B” və “C”. Keçirilmiş ağ ciyər vərəmi. Emosional tip davranış pozuntuları “impulsiv tip” diaqnozu ilə qeydiyyata götürülmüşdür. (İ cild, i.v. 122) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(010)-291/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay həddində olmaqla, 25 sentyabr 2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(010)-372/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay, yəni 25 oktyabr 2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(010)-407/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 14 noyabr 2023cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 149-153, 211-214, 287-291) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X13 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4014 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydə alınması məsləhət görülür. (İ cild i.v.154-155) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyət pozuntusu o dərəcədə də ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X4 məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 158-160) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-213/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 181.1.1, 181.2.3, 181.2.5, 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1, 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (İ cild, i.v. 218-225) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli üzləşdirmə-dindirmə protokollarından görünür ki, şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İ cild i.v. 232-246) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda hər-hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (İ cild i.v. 247-249) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkiləri 1323,285 qram nakrotk vasitə heroin, 715,0 qram psixotrop maddə metamfetmin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1323,135 qram narkotik vasitə heroin, 714,95 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild i.v. 249-262) Məhkəmənin sorğusu əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmçinin, verdiyi izahat zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini və xəsarət yetirilmədiyini bildirmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi baxış zamanı o, zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Səbail Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Səbail Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən tutulan zaman fiziki və psixoloji təsirlərə məruz qalmasına dair göstərdiyi xüsusatlarla əlaqədar Suraxanı rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi səbəbindən rayon prokurorluğunda toplanmış 287-C-23 nömrəli araşdırma materialı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan və amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Qərar ilə “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, BNMİ-də onu döyüb dişlərini sındırmaları, yaşadığı evin həyətinə gətirib həyətdə olan çənin arxasında olan çantanı götürməyini bildirmələri, onu yoldaşı və uşağı ilə hədələdikləri üçün polis əməkdaşlarının dediklərini etməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, evə baxış keçirilməsi və götürmə haqqında protokol, məhkəmə sorğusu əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsindən, 3 saylı İstintaq Təcridxanasından, Səbail Rayon Prokurorluğundan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadəsi (şəxsi axtarışla bağlı hissədə) iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı və evə baxış zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən və evindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı olan “Murtuz” adlı şəxsin vasitəsi ilə 7 gün bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Murtuz” adlı şəxsin onu xəstə olduğundan İran İslam Respublikasında müalicə etdirəcəyini səmimi etiraf edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər az yaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını, özünün və arvadının xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1, 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2, 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən götürülmüşdür. Belə ki, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndindən görünür ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs məhkum olunduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 15.3cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlər hesab olunduğundan onun məhkumluğu götürülmüşdür. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:50-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 14:50-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 14:50-dən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay həddində olmaqla, 25 sentyabr 2023-cü il tarixədək uzadılmış, Məhkəmənin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay, yəni 25 oktyabr 2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 14 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1323,135 qram narkotik vasitə heroin, 714,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1323,135 qram narkotik vasitə heroin, 714,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar