Məhkəmə qərarları › İş №1(101)-952/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-952/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-952/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X18 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs İran İslam Respublikasının X8 Korpusunun (SEPAH) əməkdaşı Azərbaycan Respublikasının ərazisində təxribat əməllərinə hazırlıq hərəkətləri edən X15 cinayət əlaqəsinə cəlb etdiyi İran İslam Respublikasının vətəndaşı X5 vasitəsilə verdiyi tapşırıq əsasında maddi maraq zəminində, qəsdən 23 noyabr 2023-cü il tarixdə istifadəsində olmuş smartfon tipli mobil telefondan istifadə etməklə “SOCAR”-ın istismarında olan 1000 mm diametrli Qaradağ-Qazıməmməd qaz boru kəmərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Ceyrankeçməz çayı üzərindən keçən hissəsinin foto və videolarını çəkərək həmin materialları +**********18 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqram təminatı vasitəsilə sonuncunun istifadəsində olan İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus +**********58 telefon nömrəsinə göndərməklə casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından (cild 1, iş vərəqə 16-17) görünür ki, Şahid1 ətrafında qərar qəbul olunduğu gündən başlayaraq 06 ay müddətində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə , qurğulara və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerlərinin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmışdır.

4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-773/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından (cild 1, iş vərəqə 18-19) görünür ki, X1 ətrafında qərar qəbul olunduğu gündən başlayaraq 06 ay müddətində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanıallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə , qurğulara və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerlərinin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmışdır.

5. 06.04.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 28-29) görünür ki, İran İslam Respublikası vətəndaşı X4 Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 214-3.2 və 28, 282.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır.

6. 06.04.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 30-31) görünür ki, İran İslam Respublikası vətəndaşı X4 haqqında axtarış elan edilməsi qərara alınmışdır.

7. 09.04.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 41-43) görünür ki, 03 aprel 2024-cü il tarixli 9-1012 nömrəli məktubla daxi olmuş yaddaş qurğusunda olan Şahid1 məxsus 01 (bir) ədəd “Samsung Galaxy A23” markalı mobil telefonun yaddaşının bərpası. Xarici yaddaş qurğusu “Dell” markalı kompüterə daxil edildikdə orada “EXTRACTİON_FFS” adlı qovluğun olduğu, “EXTRACTİON_FFS” adlı qovluğun daxilində “AccountPackage” adlı qovluğun, “CellebriteReader” adlı proqramın və “EXTRACTİON_FFS_2023-11-12_Report”.ufdr adlı faylın olduğu müəyyən edilmişdir. “CellebriteReader” adlı proqrama daxil olduqda orada 24 noyabr 2023-cü il saat 12:24-də yaradılmış “Screenshot_20231124_162359_Whastapp”.jpg adlı fotoşəkil müəyyən edilmiş və həmin fotoşəkildə boru kəməri əks olunmuşdur.

8. 10.04.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 44-45) görünür ki, 01 (bir) ədəd kompakt disk. 01 ədəd disk "DELL" markalı kompüterə quraşdırıldıqda onun daxilində "Qanboy Xoşhal danışıq.m4a" adlı, "Əli Bordbar sas.m4a" adlı, "Əli Bordbar ses 2.m4a", adlı, "Əli Bordbar ses 3.m4a" adlı, Əli Bordbar ses 4.m4a" adlı, "Əli Bordbar səs 5.m4a" adlı səs faylları olduğu müəyyən edildi. "Qanboy - Xoşhal danışıq.m4a" adlı səs faylına daxil olduqda orada 2 dəqiqə 44 saniyədən ibarət olan iki kişi cinsindən olan şəxs arasındakı telefon danışığı müəyyən edildi. Həmin danışıqda ilkin olaraq kişi cinsinə mənsub olan hər iki şəxs biri-biri ilə hal-ehval tutur. Daha sonra həmin şəxlərdən birincisi alimenti ödəmədiyinə görə 20 sutka müddətinə həbs oldunduğunu, buna görə də telefon danışığındakı digər şəxslə əlaqə saxlaya bilmədiyini bildirir. Bundan sonra həmin şəxlərdən ikincisi əlaqəsi vasitəsi ilə aldığı məlumata görə birinci şəxsin onu satdığını öyrəndiyi bildirir. Birinci səsin sahibi isə təkid ilə heç kimə, heç nə demədiyini, ikinci səsin sahibinin eşitdiklərinin yalan olduğunu bildirir və işin necə olacağını maraqlanır. Bundan sonra ikinci səsin sahibi yolda olduğunu rahat danışa bilmədiyini, daha sonra rahat olanda zəng vuracağını qeyd edərək telefon danışığını yekunlaşdırır. "Əli Bordbar ses.m4a" adlı səs faylına daxil olduqda orada 14 saniyədən ibarət olan kişi cinsindən olan şəxsin səs yazısı müəyyən edildi. Həmin səs yazısında kişi cinsindən olan şəxs Hamid adlı şəxsə kiməsə bilet alaraq olduğu yerə gətirəcəyini nə isə iş öyrədəcəyini bildirir. "Əli Bordbar ses 2.m4a" adlı səs faylına daxil olduqda orada 11 saniyədən ibarət olan kişi cinsindən olan şəxsin səs yazısı müəyyən edildi. Həmin səs yazısında kişi cinsindən olan şəxs Hamid adlı şəxsdən kiminsə nə zaman gələ biləcəyini soruşur. "Oli Bordbar ses 3.m4a" adlı səs faylına daxil olduqda orada 19 saniyədən ibarət olan kişi cinsindən olan şəxsin səs yazısı müəyyən edildi. Həmin səs yazısında kişi cinsindən olan şəxs Hamid adlı şəxslə hal-əhval tutaraq Tehranda olduğunu həftə sonu kim iləsə Hamidin olduğu yerə gələcəyini bildirir. "Əli Bordbar ses 4.m4a" adlı səs faylına daxil olduqda orada 19 saniyədən ibarət olan kişi cinsindən olan şəxsin səs yazısı müəyyən edildi.Hemin səs yazısında kişi cinsindən olan şəxs Hamid adlı şəxsdən olduqları yerə gələcək şəxs üçün təyyarə biletinin qiymətini, bilet pulundan əlavə 200-300 manat xərcləmək üçün pulun verilməsini, Bakı-İstanbul İstanbul-Təbriz biletin neçəyə olacağını maraqlaraq bildirməsini deyir."Əli Bordbar ses 5.m4a" adlı ses faylına daxil olduqda orada 12 saniyədən ibarət olan kişi cinsindən olan şəxsin səs yazısı müəyyən edildi. Həmin səs yazısında kişi cinsindən olan şəxs digər şəxsə saatı soruşmağı, Təbrizdə otel tutmağı, kiminsə hansısa işi öyrədəcəyini bildirir. Bundan başqa kompakt diskin daxilində iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir.

9. İstintaq baş idarəsinə 06 may 2024-cü il tarixli 3-39-9/1-1364/24 nömrəli məktubla daxil olmuş məktubun məzmunundan (cild 1, iş vərəqə 62-64) görünür ki, Azərbaycan Respublikasının Strateji X12 Agentliyinə xx.xx.2024-cü il tarixli 3-39-9/2-1798/24 məktubla göndərilmiş fotoşəkildə əks olunmuş boru kəməri “SOCAR”-ın istismarında olan Qaradağ- Qazıməmməd 1000 mm-lik ölçülü qaz boru kəmərinin “Ceyrankeçməz” çayı üzərindən keçən hissəsi olub, Qobustan Dövlət X7 yaxınlığında yerləşir və həmin qaz kəmərinə yaxın məsafədən paralel istiqamətdə keçən “SOCAR”-a məxsus diametrləri 1200 mm, 1000 mm və 720 mm olan daha üç boru kəməri təbii qaz ixracı üçün istismar edilir.

10. 12.06.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 67-68) görünür ki, ünvan 4 ünvanıdna baxış keçirilmiş, baxış keçirilən ünvanı beş mərtəbəli binanın beşinci mərtəbəsi olmuş, 2 otaqlı mənzildir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan mənzildə 06 aydır kirayə yaşayır və yaşadığı mənzildə hər hansı bir qanunsuz əşya və ya predmet yoxdur.

11. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin 5(009)-753/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında qərar qəbul olunduğu gündən başlayaraq 06 ay müddətində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlaırna qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerlərinin müşahidə edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmışdır.

12. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.

13. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-308/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-3.2 və 28, 282.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai istintaq müddətinin sonunadək 01 ay 24 (iyirmi dörd) gün müddətə, yəni 05 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmışdır.

14. "xxxx" MMC-dən 24 may 2024-cü il tarixli 3-39-9/1-1602/24 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış prokolundan (cild 1, iş vərəqə 163) görünür ki, baxış zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs X3 məxsus olduğu bilinən +**********58 mobil nömrəsi ilə iş üzrə digər Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********18 saylı mobil nömrə arasında 11 sentyabr 2023-cü il tarixdə saat 20:56-da 25 saniyə davam edən, saat 21:31-də 10 saniyə davam edən, saat 23:38-də 12 saniyə davam edən ümumilikdə 3 telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir.

15. 25 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinə verilmiş sorğunun cavabından və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-634/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən (cild 1, iş vərəqə 168- 170, cild 2, iş vərəqə 18--25) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 12 dekabr 1999-cu il hökmü ilə Azərbaycan Respublikasının keçmiş Cinayət Məcəlləsinin 93-3-cü maddəsi ilə məhkum edilmiş, lakin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə verilmiş müvafiq sorğunun cavabına əsasən həmin hökm məhkəmənin arxivində aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 11 oktyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan əlavə o, Bakı şəhəri, Xətai rayonu Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

16. "xxxx" MMC-dən 09 iyul 2024-cü il tarixli 3-39-9/1-2024/24 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 202-232) görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********18 saylı mobil telefon nömrəsinin ərazi üzrə anten məlumatlarına baxış nəticəsində sonuncunun 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətinə və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, Aviakassa ətrafı istiqamətinə hərəkəti müəyyən edilmişdir.

17. Məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2024-cü il tarixli 5015 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən(cild 1, iş vərəqə 254-255) görünür ki, Təqsirləndirilən şəxs-də eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

18. 01.08.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-401/2024 saylı qərarından (cild 02, iş vərəqə 8-11) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 05 dekabr 2024-cü il tarixədək uzadılmışdır.

19. 12.09.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan (cild 2, iş vərəqə 33) görünür ki, 01 (bir) ədəd "Samsung Galaxy A23" markalı mobil telefon aparatı ağ rəngdə olmaqla yanaşı qara rəngli qoruyucu "kabro"dan ibarət olmuşdur. Telefonun ekran hissəsinə qoruyucu şüşə yerləşdirilmişdir. Mobil telefonun arxa və ön tərəfində foto və video çəkilişləri aparmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü kamera quraşdırılmışdır. Telefon 2 (iki) sim kartlı olmuş, telefonun üzərinə "Azercell" mobil rabitə operatoruna məxsus +994 51 *** ** ** və +994 51 *** ** ** saylı mobil telefon nömrələri quraşdırılmışdır. Daha sonra telefon işlək vəziyyətə gətirilmiş və telefonun əsas menyusuna baxış keçirilmişdir. Mobil telefonun əsas menyusuna baxış keçirilən zaman "WhatsApp", "WA Business" "İnstagram", "Qalereya", "Tik Tok" və digər mobil tətbiqlər müəyyən olunmuşdur. Mobil telefona yazılmış "WhatsApp" mobil tətbiqinə daxil olunmuşdur. "WhatsApp" mobil tətbiqində Şahid1 +994 51 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən olundu. "WhatsApp" mobil tətbiqində hər hansı əhəmiyyət kəsb edən danışıq və yazışmalar aşkar edilməmişdir. Həmçinin mobil telefona yazılmış "WA Business" mobil tətbiqinə daxil olunmuşdur. "WA Business" mobil tətbiqində Şahid1 +994 51 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. "WA Business" mobil tətbiqində hər hansı əhəmiyyət kəsb edən danışıq və yazışmalar aşkar edilməmişdir. Bununla da baxış sona çatmışdır.

20. Məhkəmə-psixiatrik ekspertizasının 23 iyul 2024-cü il tarixli 2139 saylı rəyindən (cild 02, iş vərəqə 34-36) görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunan əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntusu olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür.

21. 27.09.2024-cü il tarixli xasiyyətnamədən (cild 02, iş vərəqə 52) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

22. Məhkəmə-kompüter texniki ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 5/1069 nömrəli rəyindən (cild 02, iş vərəqə 65-69) görünür ki, təqdim edilmiş sensor ekran və “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli “**********40055, **********40052” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” mobil smartfonun yaddaşından “UFED 4PC” adlı proqram təminatı vasitəsi ilə toplanmış (Kontaktlar, zəng qeydləri, SMS mesajlar, məkan koordinatları, veb səhifələrə baxış tarixçəsi, foto, audio, video fayllar, “Telegram” platformasında, “Whatsapp”, “Whatsapp Business” proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar əldə olunmuş və həmin məlumatlar “Ekspertiza 5-1069” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək, ekspert rəyinə əlavə olundu. Tədqiq olunan mobil smartfonun yaddaşında “Telegram” platformasında, “Whatsapp” və “Whatsapp Business” proqram təminatlarında aparılmış mövcud olan və silinmiş məlumat mübadilələri “UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış “Hesabatda (Report)” öz əksini tapmışdır.

23. 04 oktyabr 2024-cü il tarixli 3-39-9/1-2946/24 nömrəli məktubdan (cild 02, iş vərəqə 70- 74) görünür ki, 20 sentyabr 2024-cü il tarixli 5/1069 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuş iş üzrə Şahid1 məxsus 01 (bir) ədəd “Samsung Galaxy A23” markalı mobil telefonun yaddaşının bərpasına baxış zamanı orada olan “Files” adlı qovluqda “İmage” adlı alt qovluğa daxil olduqda orada 24 noyabr 2023-cü il saat 12:24-də yaradılmış “Screenshot_20231124_162359_Whastapp”.jpg adlı və 24 noyabr 2023-cü il saat 13:00-da yaradılmış “İMG-20231124-WA0006”.jpg adlı fotoşəkil faylları müəyyən edilmişdir. Baxış zamanı hər iki fotoşəkil eyni təsvirə malik olmaqla həmin fotoşəkillərdə Qobustan Dövlət X7 yaxınlığında yerləşən Qaradağ-Qazıməmməd 1000 mm-lik ölçülü qaz boru kəmərinin “Ceyrankeçməz” çayı üzərindən keçən hissəsinin əks olunduğu müəyyən edilmişdir.

24. 09 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan ( cild 02, iş vərəqə 79) görünür ki, iş üzrə Şahid1 məxsus “Samsung Galaxy A23” markalı “SM- A235F/DSN” modelli mobil telefon cihazı, ona quraşdırılmış +994 51 *** ** ** saylı mobil telefon nömrəsi və 20 sentyabr 2024-cü il tarixli 5/1069 №-li məhkəmə kompüter-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuş həmin mobil telefonun yaddaşının bərpası köçürülmüş üzərində “SanDisk” sözü əks olunan xarici yaddaş qurğusu iş üzrə maddi sübut kimi tanınmışdır.

25. İfadələrin yerində yoxlanılması haqqında 23 oktyabr 2024-cü il tarixli protokoldan (Cild 2, iş vərəq: 86-92) görünür ki, Təqsirləndirilən şəxs Mamed adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşı X2 tapşırığı ilə Qobustan Dövlət X7 yaxınlığında yerləşən Qaradağ- Qazıməmməd 1000 mm-lik ölçülü qaz boru kəmərinin “Ceyrankeçməz” çayı üzərindən keçən hissəsi yerləşən əraziyə gəldiyini və sonuncunun tapşırığı ilə həmin qaz boru kəmərinin fotoşəklini çəkdiyini təsdiq etmişdir.

26. 28.11.2024-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-631/2024 saylı qərarından (cild 02, iş vərəqə 108-111) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 may 2025-ci il tarixədək uzadılmışdır.

27. "xxxx" MMC-dən 12 dekabr 2024-cü il tarixli 3-39-9/1-3773/24 nömrəli məktubla daxil olmuş kompakt diskin yaddaşına baxış keçirilməsi haqqında protokoldan (Cild 2, iş vərəq: 131) görünür ki, iş üzrə şahid X14 istifadəsində olmuş +**********78 saylı mobil telefon nömrəsinin ərazi üzrə anten məlumatlarına baxış nəticəsində sonuncunun 23 noyabr 2023-cü il tarixdə saat 14:10 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində olması müəyyən edilmişdir.

28. 16.12.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında (cild 02, iş vərəqə 132- 148) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilməsi barədə qərar qəbul edilməsi, iş üzrə Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığına görə xitam verilməsi, iş üzrə şahid X24 barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, yəni cinayət törədilməsinə aidiyyəti olmadığına görə xitam verilməsi, hazırkı cinayət işinin materiallarından təqsirləndirilən şəxslər İran İslam Respublikasının vətəndaşları X5, X22 və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 214-3.2 və 28,282.1-ci maddələri ilə başqa cinayət işi ayrılması barədə qərar qəbul edilməsi qərara alınmışdır.

29. 18.12.2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icrata qəbul edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 168-171) görünür ki, İran İslam Respublikasının vətəndaşları X5, X22 və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 214-3.2 və 28,282.1-ci maddələri ilə başqa cinayət işi ayrılması qərara alınmışdır.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-634/2023 asylı, xx.xx.20223-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası çəkilməmişdir.

31. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi (cild 1, iş vərəqə 110-112,135-137, cild 2, iş vərəqə 80-81,164-166) elan edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o bir müddət narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri isə İran İslam Respublikası vətəndaşları ilə əlaqə saxlamaqla əldə etmişdir. Belə ki, həmin şəxslərlə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Onların ona təqdim etdikləri bank kartlarına pul vəsaiti göndərdikdən sonra onlar Azərbaycan Respublikası ərazisində narkotikin qoyulduğu yerin koordinatlarını həmin tətbiq vasitəsilə ona göndərirmişlər. Onun narkotik vasitə aldığı şəxslərdən biri də Mamed adlı şəxs olmuşdur. Mamedin əsl ad soyadını isə bilməmişdir. Hamed Khoshhal adlı şəxs bəlkə də özünü ona Mamed kimi təqdim etmişdir. İranda ondan başqa heç kimi tanımamışdır. O İranda yaşayan və özünü ona Mamed kimi təqdim edən şəxsi təxminən 1 ildir ki, tanımış, həmin şəxsi heç vaxt üzbəüz görüşməmiş, həmin şəxsin mobil nömrəsini tanışlarının birindən almışdır. Həmin şəxsi əvvəlcə narkotik satan şəxs kimi tanımışdır. O Mameddən yalnız şəxsi istifadə üçün metadon almışdır. Mamed adətən ona “WhatsApp” mobil tətbiqi üzərindən “məkan” göndərib metadonu gedib həmin ünvandan götürə biləcəyini demişdir. O ödənişləri Mamedə əvvəlcədən “MilliÖn” aparatı vasitəsilə göndərmişdir. Mamed adətən narkotiki Hövsan, Neftçilər və Bakının digər ərazilərinə qoyulmasını təşkil edir və ona həmin yerin “məkan” göstəricisini “WhatsApp” mobil tətbiqi üzərindən göndərmidir.Bundan başqa ifadəsini davam etdirərək bildirmişdir ki, o, Qobustan milli parkı ərazisindən keçən qaz borusunun foto şəklini özü 2023-cü ilin sentyabr-oktyabr aylarında çəkmişdir, lakin dəqiq nə vaxt çəkdiyini xatırlamamışdır. Ona Mamed vatsap vasitəsi ilə məkan məlumları göndərmişdir. Mamedin həmin məkana gedib oranın şəkilini çəkməyini tapşırdığını və buna görə ona 2000 AZN pul verəcəyini demişdir. Əvvəllər Mamed kimi tanıdığı həmin şəxsin heç vaxt ona belə bir iş tapşırmamışdır. Mamed heç vaxt onu Bakıdan kənara göndərməmiş və heç yerin şəklini çəkməyi tapşırmamışdır. O əvvəlcə Mamedin niyyəti barədə düşünüb bir az qorxmuş, çünki Mamedin iranlı olduğunu bildiyi üçün belə bir tapşırığın narkotik taciri üçün uyğun olmadığını anlamışdır, Mamedin daha çox həmin ölkənin səlahiyyətli orqanları tərəfindən verilə biləcək kəşfiyyat tapşırığına oxşatmışdır, buna baxmayaraq pul məsələsi onu şirnikləndirmiş və razılaşmışdır. Mamed həmin ərazinin həmçinin videosunu çəkməyini tapşırmışdır. Həmin videoda isə ərazidə olan bütün qurğular görünməli idi. Beləliklə o Emin adlı dostunun idarə etdiyi avtomobillə həmin məkan göstərən yerə telefonunda olan xəritə ilə gedərək həmin ərazinin şəkilini, yəni ona təqdim olunan şəkili çəkmiş və qısa video da çəkib, həm foto həm də videonu Mamedin vatsapına atmışdır. O dostu Emin İsgəndərova foto çəkməyi ona Mamedin tapşırdığını, Mamedin narkotik alverçisi olduğunu bildirmişdir. Emin özü də narkotik istifadəçisi olmuşdur. O Eminə bu fotonu çəkməyinə görə Mamedin ona pul verəcəyini və həmin 2000 AZN pulun yarısını Eminə verəcəyini vəd etmişdir. Emin razılıq vermişdir. O həmin əraziyə dostu Eminin (*** *** ** **) idarə etdiyi Eminə məxsus KİA markalı avtomobil ilə sonuncu ilə birlikdə getmişdir. O Mamedin ona göndərdiyi ünvanın yaxınlaşdıqda, həmin nöqtənin avtomobil yolundan uzaqda olduğunu görmüş və Eminə onu gözləməyi tapşırıb avtomobildən enmişdir. Piyada təxminən 2 kilometr məsafəni qət etdikdən həmin yerə çatmış və orada olan neft-qaz borularının foto və videolarını istifadəsində olan smartfonla çəkmişdir. Bundan sonra geri qayıtmışdır. Emindən aralanıb təzədən geri qayıtmağı təxminən 1 saat vaxt çəkmişdir. O həmin yerin şəkilini çəkdikdə Mamedin niyyətinin narkotik olmadığını dəqiq bilmişdir. Ona elə gəlmişdir ki, şəklini çəkdiyi həmin boru tam deyildi və kəsilmiş idi. Yaddaşında elə qalmışdır. Mamed həmin söz verdiyi 2000 AZN pulu ona göndərməmiş və bundan sonra aralarına mübahisə yaranmışdır. Sonralar isə Mamedin ona göndərdiyi metadonu Bakı şəhərində dediyi yerdən götürən zaman polislər onu tutduqda başa düşmüşdür ki, Mamed ona tələ qurub tutdurmaq istəmişdir. Polislər sonradan onu azadlığa buraxmışdır. O bundan sonra Mamedlə əlaqələrini kəsmişdir. Mamedlə təxminən 6 aydır ki, əlaqə saxlamamışdır. Bundan əlavə Qobustan milli parkı ərazisindən keçən Hirkan milli qoruğundan keçən qaz borusunun foto şəkilini çəkdiyi telefonu təxminən 6 aydır ki, 28 may metrostansiyasının yaxınlığında telefon dükanına satmışdır. Telefonun markasını xatırlamamışdır. Telefonunda həmin vaxt ***-***-**-** nömrəsi olmuşdur. İstifadəsində olmuş +**********18 saylı mobil telefon nömrəsinin anten məlumatlarına keçirilmiş baxış nəticəsində onun 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətinə və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, Aviakassa ətrafı istiqamətinə hərəkətinin müəyyən edilməsi barədə suala cavab olaraq o, 28 may metrosu yaxınlığından tanışı Eminin maşına minərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətinə hərəkət etdiyini, əvvəlki ifadəmdə qeyd etdiyi kimi o həmin istiqamətə İran İslam Respublikası vətəndaşı Mamed adlı tanışının ona vatsap vasitəsi ilə göndərdiyi məkan məlumatları əsasında getdiyini, onu ora getməkdə məqsədinin Mamedin tapşırığı ilə Qobustan milli parkının yaxınlığında olan qaz boru kəmərinin fotoşəklini, eləcə də videosunu çəkmək olduğunu, həmin yerə nə vaxt getdiyini xatırlamadığını, amma dəqiq o həmin əraziyə gedərkən ilin payız fəsli olduğunu, oraya gedərkən narkotik vasitənin təsiri altında olduğunu, qaz boru kəmərinin fotoşəkil və videosunu çəkdikdən sonra yenidən Eminin maşınına minərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətindən Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrosunun yaxınlığına qayıtdığını, orada maşından düşərək getdiyini, istifadəsində olmuş +**********18 saylı mobil telefon nömrəsinin anten məlumatlarının 23 noyabr 2023-cü il tarixdə həmin istiqaməti göstərməsinin həmin tarixdə onun orada olması ilə əlaqədar olduğunu bildirmişdir.

32. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları onunla əlaqəyə girərək, ona pul qarşılığında onlarla cinayət əlaqəsinə girməyi və Azərbaycanda yerləşən neft kəmərini partlatmağı təklif etmişlər. Onlar bu xidmətlərin qarşılığında ona 50000,00 Azərbaycan manatı məbləğində pul verməyi təklif etmişdilər. O isə dərhal Dövlət Təhlükəsizlik Xidmətinə yaxınlaşaraq bu barədə məlumat vermişdir. Ona Amil adlı bir şəxs bu təklifi etmişdir. Sonradan xüsusi xidmət orqanları onları İrana dəvət etmişlər. Onlar da DTX-nın göstərişi və nəzarəti altında İrana getmişlər. Daha sonra isə DTX tərəfindən onlar geri çağırılmışlar. Onunla birlikdə Amidə də məlumat vermişdilər. İş ilə bağlı bildikləri bundan ibarət olmuşdur. O təqsirləndirilən şəxsi tanımır. Təqsirləndirilən şəxs barəsində ümumiyyətlə heç nə bilmir. İbtidai istintaq zamanı veridyi ifadəsini təsdiq edir. DTX-ya partlayış olacağı ilə bağlı məlumat vermişlər. DTX tərəfindən məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirilmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs tanımamışdır və həmin işin ona həvalə edildiyini də bilməmişdir. İran İslam Respublikasından onlara bu işi görmək barədə təklif gəlmişdir. O, Amidi tanımışdır.O, xırda sahibkardır və şəxsi çörək bişirmə sexi vardır. Təqsirləndirilən şəxsi ilk dəfədir məhkəmə zalında görmürşdür. Zəng edən adamı tanımışdır. O adam Amiddir. Amid narkokuryerdir. Amid neft kəmərini partlatmağı və ona qarşılığında 50000,00 Azərbaycan manatı məbləğində pul verəcəyini vəd etmişdir. Partladılması nəzərdə tutulan obyekt neft kəməri olmuş, neft kəməri Azərbaycanda yerləşmişdir. Neft kəmərinin yerləşdiyi ərazinin dislokasiya ünvanını ona göndərmişdirlər. Neft kəməri Qobustan rayonu ərazisində yerləşmişdir. 50000,00 Azərbaycan manatı məbləğində pulu işi bitirdikdən sonra ona verməli olmuşdur. Onun İrana getməyi aralarındakı danışıq ilə qət olunmuşdur. İranda partlayış planı barədə Amid ilə danışmışdır. Görüşdə Amiddən başqa, Əli və daha 1 nəfər şəxs olmuşdur. Həmin şəxslər özlərini ona dövlət işçisi kimi təqdim etmişlər. O, neft kəmərini partladacağı barədə razılıq vermişdir. Daha sonra Azərbaycana qayıtmış və İranda baş verənlər barədə dərhal DTX-ya məlumat vermişdir. Daha sonra baş verənlər barədə məlumatı olmamışdır. Bomba 14 gün ərzində İrandan Azərbaycana gətirilməli olmuşdur. Həmçinin neft kəmərinin şəkillərini əvvəlcədən çəkib Amidə göndərən şəxs də ona bu işdə köməklik göstərəcəkdir. Amid həmin şəxsin rus vətəndaşı olduğunu, adətən motosiklet ilə hərəkət etdiyini və onun bu işdə tərəf müqabili olduğunu bildirmişdir. Həmin şəxs fotoları tapşırıq əsasında çəkmişdir. Bu tapşırığı Amid ona vermişdir. Yəqin ki, həmin şəxs Amid və digərlərinin niyyətindən xəbərdar olmuşdur. Amid ona plan uğurlu olmasa, yəni o neft kəmərini partlada bilməsə, bu zaman həmin şəxsin bu işi başa çatdıracağını bildirmişdir. Həmin şəxs haqqında Amid ona başqa heç nə deməmişdir. Həmin şəxsin deyilənə görə yoldaşı baxıcı (falçı) idi, özü isə yaşlı bir insan olmuşdur İran İslam Respublikasının xüsusi xidmət orqanları onunla əlaqəyə girərək, ona pul qarşılığında onlarla cinayət əlaqəsinə girməyi və Azərbaycanda yerləşən neft kəmərini partlatmağı təklif etmişlər. Onlar bu xidmətlərin qarşılığında ona 50000,00 Azərbaycan manatı məbləğində pul verməyi təklif etmişdilər. O da dərhal Dövlət Təhlükəsizlik Xidmətinə yaxınlaşaraq bu barədə məlumat vermişdir. Sonradan xüsusi xidmət orqanları onları İrana dəvət etmişlər. Onlar da DTX-nın göstərişi və nəzarəti altında İrana getmişlər. Daha sonra isə DTX tərəfindən onlar geri çağırılmışlar. O, təqsirləndirilən şəxsi heç vaxt görməmişdir.

33. Məhkəmədə şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, münasibətdə olduğu xanım Təqsirləndirilən şəxs həyat yoldaşı olmuşdur. İvanın həyat yoldaşı yoqa idman sənəti ilə məşğul olmuş və yoqa müəllimi olmuşdur. Eyni zamanda o taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. İvanı da tanışlıqlarından sonra, bir neçə dəfə öz avtomobili ilə Qaradağ istiqamətində, Qobustan rayonu ərazisinə aparmışdır. Daha sonra İvanı yenə geriyə, şəhər ərazisinədə o gətirmişdir. Hadisə ilə bağlı bildikləri bundan ibarətdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların İvanla getdiyi yer, dağlar arasında bir ərazi idi. O, İvanın oraya hansı səbəblə getdiyini bilməmişdir. İvan avtomobildən düşərək bir qədər uzağa gedir və bir müddət sonra geri qayıdırdı. Həmin ərazidən boru kəmərinin keçib-keçmədiyini bilməmişdir. O, həmin ərazidə boru kəməri görməmişdir. İvanın oraya nə məqsədlə getdiyi ona məlum deyildir. İvana bu barədə sual verməmişdir. İvan oraya bir nəfər tanışı ilə görüşmək məqsədilə getdiyini demişdir. İvanın həmin əraziyə dəqiq neçə dəfə getdiyini xatırlamır. Avtomobildən endikdən sonra İvan gözdən itmiş və o, İvanın haraya getdiyini bilməmişdir. Həmin ərazidə zavodlar olmuş, lakin həmin zavodların təyinatı ona məlum olmamışdır. İvan avtomobildən endikdən təxminən 30 dəqiqə sonra geri qayıtmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, İvan ona orada “işi olduğunu” demiş, sonuncunun oraya nə məqsədlə getdiyini bilməmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

34. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, cinayət işi materiallarına əlavə olunmuş fotoşəkilləri o çəkməmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun evinə gələrək, narkotik maddə axtarmağa başlamışlar. Onlar daha sonra narkotiki tapa bilməmişlər və həmin şəkilləri ona göstərərək, fotoları onun çəkdiyini bildirmişlər. Daha sonra polis əməkdaşları onu idarəyə aparmışlar. Dövlət Təhlükəsizlik Xidmətində ona yenidən həmin şəkilləri göstərərək, onun çəkdiyini bildirmişlər. Daha sonra onu həmin əraziyə, yəni qaz kəmərlərinin olduğu yerə aparmışlar. O, DTX-nın əməkdaşlarına bu ərazidə daha əvvəl olmadığını bildirmişdir. Bu cinayətin ona heç bir aidiyyatı yoxdur və o, bu cinayəti törətməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, alpinist işləmişdir, lakin hazırda işləmir. O, Mamed adlı şəxsi tanımışdır.Belə ki, Mamed deyilənə görə İran İslam Respublikası vətəndaşı olmuşdur. Mamedin nömrəsini ona Şahlar vermişdir. O, Mameddən psixotrop dərman almışdır. Mamed ondan başqa bir ərazinin şəklini istəmişdir. Mamed ona həmin ərazinin şəklinin onda olduğunu, lakin solğun şəkil olduğunu bildirmiş və ondan ərazinin yeni şəklini çəkməsini istəmiş, qarşılığında isə ona narkotik verəcəyini bildirmişdir. Mamedin ondan istədiyi şəkillər qaz kəmərinin keçmədiyi ərazilərin şəkli olmuşdur. O, daha əvvəl, sentyabr ayında narkotik almaq üçün Mamedə pul göndərmişdir. Daha sonra deyilən əraziyə getdikdə narkotik həbləri tapmamış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin o narkotik vasitə üçün yox, psixotrop maddə üçün oraya getmişdir. Bu faktı məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə də demişdir. Daha sonra o, Mamed ilə bu səbəbdən mübahisə də etmişdir. Məhkəmə tərəfindən əvvəllər 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmışdır. Cinayət işində qeyd olunan telefon ona məxsus olmamışdır. Həmin telefonun kimə məxsus olması, üzərindəki sim nömrənin neçə olması ona məlum deyildir. Telefon ilə qaz kəmərinin şəkli çəkilməyib, sadəcə daş-kolluq şəkli çəkmişdir. Cəmi 1 dəfə Qobustan ərazisinə gedərək, şəkillər çəkmişdir. Emin onun tanışıdır. Şəkillər çəkilən əraziyə onu Emin aparmışdır. Eminin bu işdə hər hansı marağı olmamışdır. Emin bildirmişdi ki, Mamed ona pul borcludur. Mamed ona şəkillərin qarşılığında pul təklif etməmişdir. Mamedin ona borcu var idi. Çünki o Mamedin ucbatından həbs olunmuşdu və hüquqlarının müdafiəsi üçün xərc çəkmişdir. O Mameddən həmin xərci tələb etmişdir.O, Mameddən 2000,00 Azərbaycan manatı məbləğində pul tələb etmişdir. Mamed ona hazırda pul verə bilməyəcəyini bildirmişdir. O, ən azından pulu olmasa belə ona çatası psixotrop dərmanları verməsini istəmişdir. Mamed onunla razılaşmışdır. O, dərmanları indi, pulu isə sonra verəcəyini bildirmişdir. Alıasgar Bordbar adlı şəxsi tanımır. İran İslam Respublikasından heç kimi tanımır. +994-***-***-**-** mobil nömrəsi ona məxsusdur. O, şəkilləri Mamedə göndərmiş, yəqin ki həmin mobil nömrə də Mamedə məxsusdur. O, əvvəl Xəzər dənizindəki platformada işləmişdir. Oradakı işindən ayrıldıqdan sonra, alpinist kimi hündürmərtəbəli binaların şüşələrini təmizləmişdir. O, İran İslam Respublikası ilə hər hansı əlaqəyə girməmişdir. O, daha əvvəl İranda olmamışdır. O, heç bir İran vətəndaşı ilə, hər hansı formada, münasibətdə olmamışdır. Mamed adlı şəxs İranlıdır. O, telefon nömrəsini Emin adlı şəxsdən almışdır. Emin ilə ad günü məclisində tanış olmuşlar. O, narkotik əldə etmək üçün Emin ilə əlaqəyə girmişdir. Belə ki, o, narkotik istifadəçisidir. Təxminən son 02 ildir ki, narkotik istifadə etmişdir. O, heroin istifadəçisidir. O “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə Mamed ilə əlaqə saxlamışdır. Mamed ona narkotikin yerləşdirildiyi ünvanı göndərmiş, O da gedib oradan narkotiki götürmüşdür. O, metadon həblərindən istifadə etmişdir. Pulu “Milliön” nağdsız hesablaşma terminalı vasitəsilə Mamedə göndərmişdir. O, ilk dəfə Mameddən narkotik götürmüş, ikinci dəfə isə ona dediyi ünvana gedən zaman orada onu DTX-nın əməkdaşları qarşılamışdır.O, bəhs olunan əraziyə bir dəfə getmiş, həmin ərazilərin fotolarını çəkmiş və həmi fotoları özünü ona İran vətəndaşı kimi təqdim edən şəxsə göndərmişdir. O, həmin ərazidə, ətrafda olan daşlıq və kolluğun fotolarını çəkmişdir. Boru kəmərinin fotolarını çəkməmişdir. Həmin İran vətəndaşı ona , əraziyə “zakladka” yerləşdirdiyini bidirmişdir. O da ərazinin fotolarını çəkərək, həmin “zakladka”-nın yerini müəyyənləşdirməyə çalışmışdır. O İran vətəndaşına bu məzmunlu mesaj yazmamışdır. O daş, kol-kos fotoları çəkmişdir. Ərazidən keçən boru kəmərlərinin fotolarını çəkməmişdir.

Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

35. Maddə 274. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə cinayəti törədildikdə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

36. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

37. Maddə 18.4.4. Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

38. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

39. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

40. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

41. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

42. Maddə 61.1.6. Cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran haldır.

43. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

44. Maddə 68.1.1-1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

45. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

46. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

47. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

48. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

50. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

51. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

52. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

53. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

54. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

55. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham iş üzrə şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr, istintaq hərəkəti protokolları və toplanmış digər sübutlarla tam olaraq təsdiq olunur.

56. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi , suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət olmuşdur və bu da irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. İbtidai istintaq, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndəsi X10 Azərbaycan Respulikasının ərazisində terrorçuluq və təxribat cinayətlərinin törədilməsi üçün cinayət əlaqəsinə girmiş olduğu İİR-nın vətəndaşı X6 vasitəsilə verdiyi tapşırığa əsasən qəsdən 2023-cü ilin sentyabr-oktyabr aylarında sonuncu tərəfindən vəd edilmiş 2000 manat qarşılığında istifadəsində olan smartfon markalı telefondan istifadə etməklə X26-bədii Qoruğunu Cingir dağı yaxınlığında yerləşən və “Socar”ın istismarında olan Qaradağ Qazıməmməd 1000 mm-lik ölçülü qaz-boru kəmərinin “Ceyrankeçməz” çayı üzərindən keçən hissəsinin foto və videolarını çəkmiş, həmin materialları 051 *** ** ** mobil nömrəsinin quraşdırıldığı “Whatsapp” tətbiqi vasitəsilə sonuncunun istifadəsində olan +**********58 mobil nömrəsinə göndərməklə casusluq formasında dövlətə xəyanət etmişdir.

57. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli hesab etmir və məhkəmə istintaqında ona irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətmədiyinə dair verdiyi ifadələri onun özünümüdafiəsi, cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəni işin hallarına uyğun olan, səmimi ifadə kimi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, o, ibtidai istintaq dövründə ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə ifadəsində o, Qobustan milli parkı ərazisindən keçən qaz borusunun foto şəklini özünün 2023-cü ilin sentyabr-oktyabr aylarında çəkdiyini, lakin dəqiq nə vaxt çəkdiyini xatırlamadığını bildirmişdir. Ona Mamed watsapp vasitəsi ilə məkan məlumları göndərmişdir. Mamedin həmin məkana gedib oranın şəkilini çəkməyini tapşırdığını və buna görə ona 2000 AZN pul verəcəyini demişdir. Əvvəllər Mamed kimi tanıdığı həmin şəxsin heç vaxt ona belə bir iş tapşırmamışdır. Mamed heç vaxt onu Bakıdan kənara göndərməmiş və heç yerin şəklini çəkməyi tapşırmamışdır. O, əvvəlcə Mamedin niyyəti barədə düşünüb bir az qorxmuş, çünki Mamedin iranlı olduğunu bildiyi üçün belə bir tapşırığın narkotik taciri üçün uyğun olmadığını anlamışdır, Mamedin daha çox həmin ölkənin səlahiyyətli orqanları tərəfindən verilə biləcək kəşfiyyat tapşırığına oxşatmışdır, buna baxmayaraq pul məsələsi onu şirnikləndirmiş və razılaşmışdır. Mamed həmin ərazinin həmçinin videosunu çəkməyini tapşırmışdır. Həmin videoda isə ərazidə olan bütün qurğular görünməli idi. Beləliklə o Emin adlı dostunun idarə etdiyi avtomobillə həmin məkan göstərən yerə telefonunda olan xəritə ilə gedərək həmin ərazinin şəkilini, yəni ona təqdim olunan şəkili çəkmiş və qısa video da çəkib, həm foto həm də videonu Mamedin watsap[ına atmışdır.

58. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsd etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 45,46,47-ci bəndlərindəki normativ aktlara əsasən).

59. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 43-cü bəndi).

60. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

61. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 36, 38, 39,41,42-ci bəndləri).

62. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Probasiya idarəsinin məktubundan və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-634/2023 asylı, xx.xx.20223-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkuma təyin olunmuş cəza çəkilməmişdir.

63. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır (qərarın 37-ci bəndi).

64. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cinayətin tamah məqsədilə törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məndər oğluna təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

65. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-634/2023 saylı, xx.xx.20223-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanmış azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

66. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 40-cı bəndi).

67. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Odur ki, ona narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

68. İşdə olan məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-308/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 50 və 51-ci bəndləri).

69. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

70. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

71. İş üzrə maddi sübut olan, cinayət işi materiallarında saxlanılan iş üzrə Şahid1 məxsus “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli mobil telefon cihazı, ona quraşdırılmış +994 51 *** ** ** saylı mobil telefon nömrəsi sahibi Şahid1 qaytarılmalıdır. (qərarın 48-ci bəndi).

72. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 52-ci bəndi).

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-634/2023 saylı, xx.xx.20223-cü il tarixli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə ona qəti olaraq 16 (on altı) il 01 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxshəbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işi materiallarında saxlanılan iş üzrə Şahid1 məxsus “Samsung Galaxy A23” markalı “SM- A235F/DSN” modelli mobil telefon cihazı, ona quraşdırılmış +994 51 *** ** ** saylı mobil telefon nömrəsi sahibi Şahid1 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar