Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-953/2021 28.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Nurəddin oğlunun iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi küçəsində qardaşı Zərərçəkmiş şəxs ilə evlə bağlı aralarında yaranmış mübahisə zamanı yaxınlıqda yerləşən evindən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs sinəsindən qəsdən bir dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin ön səthinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilirək ifadələrində göstərdi ki, 2002-ci ildən etibarən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs onun kiçik qardaşıdır və onunla qonşuluqda yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Zərərçəkmiş şəxslə münasibətləri normal olub aralarında ədavətləri olmamışdır. Son vaxtlar evlə bağlı Ziyadla aralarında tez-tez mübahisələr düşmüşdür. Belə ki, Ziyad ona normal şəraiti olan ev tikərək verəcəyinə söz versə də, sözünün üstündə durmayaraq onu yaşadığı evdən çıxartmağa çalışmışdır. Bu səbəbdən aralarında tez-tez mübahisələri düşmüşdür. Mübahisə zamanı Ziyad onun ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. 19 noyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında yerləşən kafedə pivə, araq içərək sonra yaşadığı evə gələndə evin yaxınlığında qardaşı Ziyadla qarşılaşmışdır. Ziyadı gördükdən sonra evlə bağlı onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ziyad yumruqla onun sifət nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Ziyadın zərbəsindən o, daha da əsəbiləşmiş və yaşadığı evə keçərək açılıb-qatlanan bıçağı götürərək çölə çıxmışdır. O, Ziyadın orada dayanaraq onu gözlədiyini görüb onun üzərinə gedib ona bir dəfə bıçaqla zərbə endirmişdir. Zərbədən sonra Ziyad sinəsini tutaraq yerə oturdu. Bundan bir neçə dəqiqə sonra qonşuluqda yaşayan bacısı Roza ora gəldi. Roza gəldikdən bir müddət sonra Ziyadın həyat yoldaşı Məlahət də ora gəldi. Məlahət gəldikdən sonra X6 avtomobili çağırıldı. Ziyadı xəstəxanaya apardılar. Onunla Ziyad arasında olan münaqişə təqribən 5-6 dəqiqə davam etdi. Həmin vaxtda münaqişə yerində heç kim yox idi. Onun Ziyadı vurmaqda məqsədi onun nəlayiq ifadələri işlətməsinə, eyni zamanda onu vurmasına görə cəzalandırmaq olmuşdur. Törətdiyi əməldən peşimandır. İndi qardaşı ilə barışmışdır. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavətləri olmamışdır. Vladimir onunla eyni həyətdə yaşayır. 19 noyabr 2020-ci il tarixdə, saat 22:00 radələrində evdə olduğu zaman Vladimir gəldi. O, sərxoş idi və söyüş söyürdü. O, Vladimirə söyüş söyməməyi, evdə uşaq-qadın olduğunu demişdir. Vladimir isə bıçaqla onun sol tərəfdən sinəsindən vurdu. Əvvəlcə o, heç nə hiss etməmiş, lakin sonradan vəziyyəti pisləşdiyindən X6 çağıraraq onu xəstəxanaya aparmışlar. Orada onu əməliyyat etmişlər. Aralarında ani mübahisə olmuşdur. Mübahisə də 19 noyabr 2020-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt həyətdə ondan və qardaşından başqa heç kim olmamışdır. O, Vladimir onu bıçaqla vurmamışdan qəbaq Vladimirin sinəsinin sol tərəfindən bir dəfə yumruqla vurmuşdur. Mübahisəyə səbəb isə Vladimirin onun ünvanına söyüşlər söyməsi olmuşdur. Vladimir ondan ona ev tikməsini istəmişdir. Onun da buna imkanı yoxdur. Bunun üstündə tez-tez aralarında mübahisələri olmuşdur. Həmişə də mübahisənin səbəbkarı Vladimir olmuşdur. İndi isə onu bağışlayır. Şahid X4 ifadələrində göstərdi ki, 2005-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Təqsirləndirilən şəxs onun qaynıdır. Ziyad ailə qurmazdan əvvəl qaynı Vladimirlə birlikdə ata evində yaşamışlar, lakin sonradan Ziyad kirayəyə çıxaraq başqa yerdə yaşamışdır. 2008-ci ildə qaynatasının evi yandığından Vladimir idarə binasında yaşamağa başlamışdır. Daha sonra onlar qaynatasının həyətində ev tikmişlər. Onlar ev tikdikləri zaman Vladimir idarə binasında yaşamaqda davam etmişdir. Sonradan Vladimir içki düşkünü olduğundan onu kontordan da çıxarmışlar. Vladimir həyətlərində olan bir otaqlı evdə yaşamağa başlamışdır. Ziyad və qaynı Vladimir hər gün spirtli içki qəbul edirlər. Ziyad spirtli içki qəbul etdikdən sonra özünü normal aparsa da Vladimir günlərlə evə gəlmirdi. Gələndə də dava-dalaş salırdı. Onlar 2021-ci ilin yanvar ayında həyətyanı sahələrindən torpaq sahəsi satmışlar. Satmaqda məqsədləri həm evlərini təmir etdirmək, həm də Vladimirə bir otaqlı ev tikmək olmuşdur. Ancaq evin pulunu tam ala bilmədiklərindən işləri yarımçıq qalmışdır. Vladimir hər gün içərək Ziyadla mübahisə edir və ona bir otaqla ev tikməyi tələb edirdi. Qardaşlar arasında tez-tez mübahisələr olurdu. Mübahisə zamanı Vladimir söyüş söyərək Ziyadı təhqir edirdi. 19 noyabr 2020-ci il tarixdə saat 21:00 radələrində Vladimir sərxoş vəziyyətdə yenə də əri Ziyadla mübahisə etməyə başladı. Mübahisə zamanı Vladimir küçə söyüşləri söyürdü, Ziyad isə buna görə ona öz iradını bildirdi. O, mübahisənin mənasız olduğunu görərək ərini evə salmış və ona mübahisə etməyin əhəmiyyətinin olmadığını bildirmişdir. Daha sonra oğlunu da götürüb yaxınlıqda yaşayan baldızının qudası evinə getmişdir. Qohumlarının həyət qapısına çatdığı zaman baldızının oğlu Sənan evdən çıxmış və ona maşına əyləşməyi, yolda söz deyəcəyini bildirdi. Onunla evlərinə tərəf getmiş və həyətlərinə girdiyi zaman əri Ziyadın əli ilə sinəsini tutub rəngi ağarmış, baldızı Rozanın və qaynı Vladimirin onun yanında dayandıqlarını görmüşdür. Ziyaddan ona nə olduğunu soruşduğu zaman o, Vladimirin bıçaqla onu vurduğunu dedi. Bundan sonra təcili yardım maşını çağırıb Ziyadı xəstəxanaya aparmışlar. Xəstəxanada Ziyadı əməliyyat etdilər və orada bıçağın Ziyadın döş qəfəsinə daxil olduğunu bilmişlər. Hadisədən qabaq Vladimirin mütəmadi olaraq sərxoş vəziyyətdə evə gələrək onlardan ev tikməyi tələb edirdi, lakin satdıqları torpağın pulunu ala bilmədikləri üçün ev tikə bilməmişlər. Şahid2 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qardaşlarıdır. Qardaşları onun qonşuluğunda yaşayırlar. Onun evinin pəncərəsi qardaşları yaşayan fərdi evə doğru baxır. 19 noyabr 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində o, evdə oturduğu zaman qardaşının həyətindən səs-küy gəlmişdir. O, pəncərədən baxanda qardaşı Ziyadın əli ilə sinəsini tutub oturduğunu, Vladimirin isə əlində bıçaqla ayaq üstə dayandığını görmüşdür. O, əvvəlcə nə baş verdiyini anlamamış, Ziyaddan Vladimirin onu vurubvurmamasını soruşmuşdur. Ziyad isə Vladimirin onu vurduğunu dedi. Təxminən 4-5 dəqiqə sonra Ziyadın həyat yoldaşı Məlahət ora gəldi və Ziyadla birlikdə xəstəxanaya getmişlər. O, Ziyadın Vladimir tərəfiəndən vurulmasını görməmişdir. Hadisədən qabaq Vladimir mütəmadi olaraq sərxoş vəziyyətdə evə gəlib söyüş söyürdü, tüfeyli həyat tərzi keçirirdi. O, həmişə tüfeyli olmuşdur. Hadisə baş verən gün də Vladimir sərxoş vəziyyətdə həyətə gəlib söyüş söymüşdür. Mübahisə də bu səbəbdən baş vermişdir. Məhkəmədə elan edilib araşdırılmış, məkəmə-tibbi kriminalistik ekspertizasının 11 dekabr 2020-ci il tarixli, 596 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd poluverin sol qolun ön səthində 02 ədəd, sol qolun arxa səthində 01 ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilər. Məhkəmədə elan edilib araşdırılmış məkəmə-ballistik ekspertizasının 16 dekabr.2020-ci il tarixli, 3/1972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı maddi sübut kimi tanınmış və məsul saxlanc üçün Sabunçu RPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış edilmiş məkəmə-tibbi bioloji ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 922/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B/İİİ/ (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd sviter üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız B antigeni alındı. Göstərilən qan ləkələri B/İİİ/ qruplu şəxslə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məkəmə-psixiatrik ekspertizasının 02 fevral 2021-ci il tarixli, 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məkəmə-tibb ekspertizasının 22 fevral 2021-ci il tarixli, 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilir. Xəsarət deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən şəxsin qeyd etdiyi 19 noyabr 2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmə, yuxarıda sadalanan sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin baş verməsini, həmin əməlin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 noyabr 2020-ci il tarixdə, saat 22-00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi küçəsində yerləşən evlərinin həyətində qardaşı Zərərçəkmiş şəxs ilə evlə bağlı aralarında yaranmış mübahisə zamanı yaxınlıqda yerləşən evindən götürdüyü, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sinəsindən bir dəfə qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin ön səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sağlamlığa ağır zərər vurması sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə cinayət qanunnda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə ibtidai istintaq zamanı məhkəmə-ballistik ekspertizasının keçirilməsinə 64 (altmış dörd) manat sərf edildiyi müəyyən olundu. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Çünkü Təqsirləndirilən şəxs həmin ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 ( yüz səksən ) manat ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin məbləği ödəmək qabiliyyətinin olmaması müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs bu məbləğin ödənilməsindən azad edilməsini və həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməli olmasını əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən iş üzrə maddi sübut kimi tanınıb məsul saxlanc üçün Sabunçu RPİ-nin anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 (bir) ədəd bıçağın istehlak dəyərini itirdiyi üçün məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 09 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 oktyabr 2012-ci il tarixində cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 20 noyabr 2020-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış 05 may 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, şahidlərin ifadələrində Təqsirləndirilən şəxs spirtli içkiyə, davadalaş salmağa, söyüş söyməyə meyilli olmasını xarakterizə edən halları nəzərə alıb onun qanuna münasibətədə riskli olması qənaətinə gəlir və bu halları onun şəxsiyyətini xarakterizə edən və ona təyin ediləcək cəzaya təsir edən amillər kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 20 noyabr 2020-ci il il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb məsul saxlanc üçün Sabunçu RPİ-nin anbarına təhvil verilmiş Vladimir Nurəddin oğlunun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı istehlak dəyərini itirdiyi üçün məhv ediləsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-953/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-953/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver