Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-953/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X3, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 329 saylı Hərbi Hissəsində təmir sexində çilingər vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 06 avqust 2023-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında qonşusu Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı üzərində olan zavod üsulu ilə hazırlanmış “kəpənək” tipli cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vuraraq, sonuncuya qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan daxili qanaxma ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə Ələmdarın içkili olması səbəbindən yaranmış, aralarında söyüşlər olmuş, qorxutmaq məqsədilə də ona bıçaq zərbəsi atmışdır. Zərbəsi Sənanın qarın nahiyəsindən tutmuş və qanaxma içəri vermişdir. Həmin vaxt zərbədən xəbəri olmamış, evə gedəndən sonra vəziyyəti ağırlaşmışdır. Özü səhər xəbər tutmuş, sonra gedib polisə təslim olmuşdur. Hadisə təxminən saat 10-11-də baş vermişdir. Telefonla hadisədən 20 dəqiqə qabaq danışmış, heç bir səbəb olmadan yığmışdır. Telefonla içkili olmasını hiss etməmişdir. Zərərçəkmiş şəxslə razı deyil, telefonda da aralarında söyüşlər olmuşdur. Görüşəndə ikisindən başqa heç kim olmamışdır. Görüşəndə də yenə söyüş söymüşdür. Bir-birlərini itələmişlər. Əvvəl zarafatlaşmışlar, sonra söyüşlər söyməyə başlamışdır. Özlərinə qarşı söymüşlər. Sonra zərərçəkmiş şəxs onun şəhid olmuş atasını söymüşdür. Bıçağı 2-3 ay qabaq sədərəkdən almış, maşınına atmışdır. Maşından düşəndə götürmüşdür. Bıçağı götürməkdə məqsədi qorxutmaq olmuşdur. Əlbəyaxa gücü çatmayacağına görə bıçaqla vurmuşdur. Telefonda da Sənan onunla söyüşlə danışmış, ona görə də bıçağı götürmüşdür. Bıçağın üstündə qan qalmamış, hadisədən sonra qorxmuş, maşına minib çıxıb getmişdir. Səhər işdə xəbər tutmuş, bütün xəstəxana xərclərini boynuna götürəcəyini demiş və polisə təslim olmuşdur. Xəstəxana xərclərini ödəmiş, barışmışlar. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, Ələmdar ondan 10-12 yaş böyükdür, onunla eyni məhlədə qonşuluqda qalır. Əvvəllər aralarında normal münasibət olmuş, heç bir düşmənçilik və ya ədavət olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 06 avqust 2023-cü il tarixdə axşam saat təxminən 22 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində olarkən Ələmdar mobil telefonuna zəng vurub onunla zarafat etməyə başlamış, Ələmdarın səsindən özündə olmadığını, yəni sərxoş olduğunu hiss etmişdir. Ələmdar telefonda onunla danışan zaman zarafat kimi nalayiq söyüşlərlə onu təhqir edirmiş. Lakin Ələmdar özü də bilirmiş ki, o, heç bir zaman söyüşlə zarafat etməmişdir. Telefonda Ələmdara demişdir ki, danışığına fikir ver, o, kiminləsə söyüşlə zarafat etməmişdir. Lakin Ələmdar ona cavab olaraq bildirmişdir ki, ürəyi istədiyi şəxslə söyüşlə danışır. Ələmdarın bu sözündən sonra harada olmasını soruşmuş, Ələmdar yaşadıqları məhəllədə olduğunu demişdir. O, Ələmdarın hansı səbəbdən ünvanına nalayiq söyüşlər söyməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə onunla görüşmək qərarına gəlmişdir. Ələmdara onu yaşadığı binanın qarşısında gözləməyini demişdir. O, idarə etdiyi “Hyundai” markalı avtomobilinə əyləşib məhləyə, yəni Ələmdarın yaşadığı binanın qarşısına getmişdir. O, ora çatdıqda Ələmdarın binanın qarşısında dayandığını görmüşdür. Onu da qeyd etmişdir ki, Ələmdar fiziki cəhətdən ondan böyük və iri olduğu üçün avtomobilində olan cib bıçağını da özü ilə götürmüşdür. Avtomobildən düşüb Ələmdarla binanın işıq düşməyən qaranlıq tərəfində görüşmüş və Ələmdara onunla nə problemi olduğunu, fikrinin nə olduğunu soruşmuşdur. Ələmdar yenə ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, üzərində olan bıçaqla Ələmdarın qarın nahiyəsindən bir dəfə vurmuş, vurandan sonra avtomobilinə əyləşmiş, Ələmdar da onun avtomobilinə əyləşmək istəmişdir. O, yenidən aralarında mübahisə yaranacağından ehtiyat edib ona avtomobilə minməyə icazə verməmiş və sürüb evə getmişdir. Ələmdar da yaşadığı evə tərəf getmişdir. 07 avqust 2023-cü il tarixdə eşitmişdir ki, Ələmdarı bıçaqla vurduğuna görə artıq həmin cinayət hadisəsini polis əməkdaşları araşdırır. Bu səbəbdən 10-cu Polis Şöbəsinə gedib Ələmdarı vurduğu bıçağı da təqdim edərək təslim olmuşdur. Əlavə verilmiş suallara cavab olaraq dava-dalaşın 06 avqust 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 43 saylı binanın qarşısında baş verdiyini, münaqişə təxminən 2-3 dəqiqə davam etdiyini, həmin bıçağı təxmini 2-3 ay əvvəl “Sədərək” ticarət mərkəzindən suvenir kimi aldığını, həmin vaxtdan maşınında qaldığını, bıçağı götürməkdə məqsədinin Ələmdarın ünvanına söyüş söydüyü üçün cəza verməkdən ibarət olduğunu, Ələmdarı bir dəfə qarın nahiyəsindən bıçaqla vurduğunu, Ələmdarı bıçaqla bir dəfə vurduqdan sonra onu yenə də vurmaq imkanının olduğunu, Ələmdarı öldürmək niyyətinin olmadığını, söyüş söydüyünə görə cəzalandırmaq olduğundan daha sonra Ələmdarı bıçaqla vurmasına şəraitin olmasına baxmayaraq təkrarən onu vurmadığını, hadisəni kənar şəxslərdən heç kimin görmədiyini, hadisə zamanı Ələmdarla ondan başqa heç kimin olmadığını, Ələmdarla düşmənçilik və ya ədavətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Sənanla uşaqlıqdan dostluq etmişlər. Hadisə eyni Sənanın dediyi kimi olmuş, o, zəng eləmiş, telefonda bir az deyib-gülmüş, zarafatdan sözləri ciddiyə fırlanmışdır. Söyüşlü ifadəyə görə məhəllədə görüşmüş, bir az itələşmişlər. Sənan da qorxutmaq üçün bıcağı ona atmış və bıçaq ona dəymişdir. Bıçağı hansı məqamda çıxartdığı yadında deyil. Çox güman ki, bıçağı söyüşdən sonra çıxartmışdır Görüşdükdən 5-10 dəqiqə sonra hadisə baş vermişdir. Hadisə baş verən zaman itələşmişlər. Hadisə vaxtı ikisi olmuşdur. Hadisədən sonra evə gəlmiş, halının pisləşdiyini görmüş, təcili yardıma zəng etmişdir. Onu xəstəxanaya aparmışlar, xəstəxanada bunun necə olduğunu soruşanda yadında olmadığını demiş, sonra Sənan özü təslim olmuşdur. Sənana qarşı şikayət və tələbi yoxdur, barışmışlar. Lakin o, həmin hadisə zamanı Sənanın atasını söyməmişdir. Sənan xəstəxanada köməklik etmiş, xərcləri çəkmişdir. Sənanla aralarında 10 yaş fərq var. Telefon danışıqları mahiyyəti üzrə anlaşılmamazlıq olmuşdur. İbtidai araşdırma zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni məhlədə qalır, onu uzun müddətdir ki, tanıyır. Aralarında dostluq münasibəti olmuşdur, düşmənçilik və ya ədavət olmamışdır. 06 avqust 2023-cü il tarixdə saat təxminən 22 radələrində işdən qayıdarkən yaşadığı binanın qarşısında durub hal-əhval tutmaq üçün Sənana zəng vurmuş, Sənandan nə etdiyini, nə üçün görsənmədiyini soruşmuş və bir qədər söyüşlə zarafat etmişdir. Lakin Sənan əsəbi olduğu üçün zarafatı düzgün qəbul etməmiş və aralarında mübahisə düşmüşdür. Bundan sonra Sənan onun yaşadığı binanın qarşısına gəlmişdir. Sənan əsəbi olduğu üçün gələn kimi ona “sən bilmirsən mənim heç kimlə söyüş zarafatım yoxdur” sözlərini demiş, o, da Sənana daha əvvəl də zarafat etdiyini, ondan 12-13 yaş böyük olduğunu, nahaq yerə mübahisə etdiyini bildirmiş, lakin Sənan yenidən ona heç kim onunla söyüşlə zarafat etmədiyini deyəndə, yenidən Sənanı zaraftyana söymüşdür. Bundan sonra Sənanla əlbəyaxa olmuş, münaqişə zamanı Sənan qəflətən bıçaq çıxardaraq onun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Sənan onu bıçaqla vurandan sonra ondan kənarlaşmış və avtomobilinə əyləşmişdir. O, isə Sənanın avtomobilinə yaxınlaşıb əyləşmək istəsə də Sənan buna imkan verməmiş və yaşadığı evə getmişdir. O, da öz yaşadığı evə getmiş, evdə olan zaman özünü yaxşı hiss etmədiyindən X11 zəng vurmuş, həkimlər yarasına baxdıqdan sonra onu X9 aparmış və orada əməliyyat olunmuşdur. Əlavə verilmiş suallara cavab olaraq münaqişə 06 avqust 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində ünvan 2 ünvanının qarşısında baş verdiyini, təxminən 2-3 dəqiqə davam etdiyini, Sənanla aralarında düşmənçilik və ya ədavətlərinin olmadığını, Sənana əsəbləşib ona qarşı nalayiq ifadə işlətdiyini və əlbəyaxa olduğunu, bu zaman Sənanın üzərində olan bıçaqla onun qarın nahiyəsindən qəsdən bir dəfə vurduğunu, Sənanın onu bir dəfə bıçaqla vurduqdan sonra bıçaqla vurmaq imkanın olmasına baxmayaraq onu yenidən vurmadığını, həmin vaxt Sənanla binanın qaranlıq yerində dayandığını və ətrafda kənar şəxslərdən heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Ələmdar onun bacısının kürəkənidir, həmin gün o, evdə olmuşdur. Ələmdar ona zəng vurmuşdur ki, dayı məni vurublar gəl bizə, o da getmişdir. Ələmdar içəri evdə əlini yaranın üstünə tutub oturmuşdur. Yarada bir az qan görünmüşdür. O, görmüşdür ki, qan içəri – daxilə axır.Onu maşına qoyub X11 aparmışdır. Onu kimin vurduğunu soruşanda, həyətdə maşını bərk sürən şəxslərə qışqırıb maşını saxlatdırdığını, onların maşından düşdüyünü və söhbətlərinin düz gəlməyib onu vurduqdan sonra qaçıb getdiklərini demişdir. Onu Rauf müstəntiq çağırmışdır. Rauf özü yazıb peçatlamış, o da qol çəkmişdir. O, latın əlifbası ilə nə oxuya bilir, nə də yaza bilir. İndi eşidir ki, guya o demişdir ki, Ələmdar ona Sənanın onu bıçaqladığını demişdir. O, and içər ki, elə söz deməmişdir. Həmin vaxt o, Ələmdarın içkili olmasını bilməmişdir. Orda elə bir vəziyyət olmamışdır ki, o, Ələmdarın özünü idarə edibetmədiyini görsün. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının kürəkənidir. xx.xx.2023-cü il tarixdə Ələmdarın yaşadığı evdə olarkən saat təxminən 22:30 radələrində Ələmdar yaralı vəziyyətdə evə gəlmiş, onun qarnından qan gəldiyini görüb nə baş verdiyini soruşduqda Ələmdar məhlə uşağı və dostu olan Sənan adlı şəxsə zarafat üstündə aralarında mübahisə yarandığını, Sənanın onu bıçaqla vurduğunu demişdir. Ələmdar yaxşı olmadığından təcili yardım çağırmış və onu Semaşko xəstəxanasına aparmışlar. O, Sənanı Ələmdarın qonşusu kimi tanıdığını, konkret olaraq hadisəni görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X5 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası nəvəsidir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Sənan ona zəng vurub qonşusu və dostu olan Ələmdarla onunla söyüş zarafat etdiyi üçün mübahisə etdiyini, mübahisə zamanı Ələmdarı bıçaqla vurduğunu bildirmişdir. O, Sənana həyacanlamamasını, 10-cu Polis Şöbəsinə gedib hadisəni olduğu kimi danışmasını bildirmiş, Sənan da hadisənin səhəri günü 10-cu Polis Şöbəsinə könüllü gedib hadisəni törətməsini səmimi etiraf etmişdir. O, Sənanla Ələmdar arasında baş vermiş hadisəni görmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət alaraq həkimə müraciət etməsi barədə Polis Bölməsinə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Götürmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 ədəd qara rəngli qatlanan cib bıçağını (kəpənək tipli) istintaqa təqdim etmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Həmin Məcəllənin 126.1-cı maddəsinə tövsif edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2023-cü il tarixli 599 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət - qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan daxili qanaxma kəsici-deşici əşya (alət) ola bilsin bıçaq təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2023-cü il tarixli 394-MTKŞ/2023 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədəlar küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və bir cüt corab üzərində zədə və zədələr izi aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı “kəpənək” tipli, deşici-kəsici xassəyə malik cib bıçağıdır və soyuq silah hesab edilmir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞnin xx.xx.2023-cü il tarixli 561/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:A/İİ/-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, mayka və köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərində qana şübhəli ləkə aşkar edilmədi. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan ərizədən və ifadələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin atası X4 15 dekabr 2020-ci il tarixdə ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 30 dekabr 2020-ci il tarixdə isə “Sücaətə görə” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs şəhid ailəsidir (şəhid ailəsi üzvünün vəsiqəsi - 000755). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs soltərəfli residiv hidronefroz, 3-4-cü dərəcə böyrək fəaliyyətinin kəskin zəifləməsi diaqnozu ilə mülaicə almışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 329 saylı Hərbi Hissəsində təmir sexində çilingər vəzifəsində işləyir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin səhhətini, şəhid ailəsi olmasını (təqsirləndirilən şəxsin atasının şəhid olmasını), təqsirini etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamaqla onunla barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu və cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə isə tutulmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə dəyişdirilməli (əvəz edilməli) və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Qaradağ RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd (kəpənək tipli) bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərərçəkmiş şəxsə məxsus və hadisə zamanı onun əynində olmuş 1 ədəd şalvar, 1 ədəd mayka, 1 ədəd köynək və 1 cüt corabın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən (daimi) yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun (daimi) yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin (əvəz edilsin). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Qaradağ RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd (kəpənək tipli) bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərərçəkmiş şəxsə məxsus və hadisə zamanı onun əynində olmuş 1 ədəd şalvar, 1 ədəd mayka, 1 ədəd köynək və 1 cüt corabın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-953/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-953/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver