Məhkəmə qərarları › İş №1(101)-953/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-953/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-953/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:20-də X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Novruzlu kəndində qeydiyyatda olmaqla, həbs edilənədək faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən digər evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs və onunla birlikdə kirayədə yaşayan şəxslərlə, sonunculara məxsus avtomobillərin düzgün park olunmamasına görə sözügedən ünvanda yaşayan digər qonşularla birlikdə irad bildirmiş, Zərərçəkmiş şəxs və onunla bir ünvanda kirayədə yaşayan şəxslərin qonşularının haqlı iradına qeyri-adekvat davranması məsələnin mübahisəyə çevrilməsinə zəmin yaratmış, bundan sonra mübahisənin miqyası böyümüş, nəticədə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Cumalı oğlu biri-birlərini söyüb təhqir etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs küçəyə çağırıb mübahisəni davam etdirərkən aralarında yaranmış mübahisə zəmnində yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə vuraraq evindən götürdüyü, dəstəyinin uzunluğu 135 mm, tiyəsinin uzunluğu 105 mm olan zavod üsulu ilə hazırlanmış, xüsusi təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı İlə sonuncunun sol döş qəfəs nahiyəsindən iki dəfə vuraraq ona sağ əl və bel nahiyələrində piqmentasiyalara keçmiş sıyrıq ilə müşayiət olunan sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən, tək qabırğa sınığı, (solda İV qabırğa superior (üst) səhfəsində yerdəyişdirməmiş kiçik xətti sınığı, (solda Vİ qabırğa küt xətti sınığı)) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, döş qəfəsinin (iki ədəd) açıq yarası, travmatik pnevmotoraks, travmatik hemotoraks ilə qeyd olunan döş qəfəsinin sol yan səthi nahiyəsində daxilə-döş boşluğuna keçən iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, həbs edilənədək valideynləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 14 ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs qonşuluqda tanışları ilə birlikdə kirayədə yaşayan şəxs kimi tanımış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 27 sentyabr 2024-cü il tarixdə gecə saatlarında evdə yatan zaman qonşusu Elçinlə Əziz və yanında olan 4-5 nəfər tanışının sözlü mübahisəsini eşidib yuxudan oyanmışdır. Onların mübahisə etdikləri yer onun yatdığı otaqdan 10 metr məsafədə yerləşdiyi üçün o yatağından ayağa qalxıb, əynini geyinib, evdən bayıra çıxmış, qonşusu Elçinlə onlarla eyni ünvanda kirayədə yaşayan Zərərçəkmiş şəxs və onun tanışlarının mübahisə etdiyini, Elçinin sonunculara avtomobillərini düzgün park etməməsi, bu səbəbdən həyətə girişin bağlanması, əgər hər hansı fövqaladə hal, kiminsə səhhətinin pisləşdiyi təqdirdə həyətə təcili yardım avtomaşınının daxil ola bilməyəcəyi ilə bağlı iradına görə Əziz və onun tanışlarının Elçini münaqişəyə çəkdiyini görüb, qonşusu Elçinin haqlı mövqeyini müdafiə etmişdir. Onun bu mövqeyi Zərərçəkmiş şəxs və onun tanışları tərəfindən normal qəbul olunmamış və sonuncular onu təhqir etməyə başlamışlar. Əziz ona əsəbi halda “sözün var idi əvvəldən deyərdin, biz həmişə belə saxlamışıq” demiş, sonuncuların onu təhqir etməsi Əzizlə onun arasında mübahisə yaranmasının və gedişatda mübahisənin böyüməsinə səbəb olmuşdur. Nəticədə o və Əziz əlbəyaxa olmuşlar. Əzizgilin sayca çox olduğunu görüb evə keçmiş, paltarını dəyişmiş və evdən özünə məxsus olan açılıb bağlanan bıçağını götürüb bel nahiyəsinə qoyub, mübahisəyə aydınlıq gətirmək üçün Əziz və tanışlarının yanına getmişdir. Haqlı mövqeyini müdafiə etdikdə Əziz onunla yenidən mübahisə etməyə başlamış və onu yenidən təhqir etmişdir. Əzizlə əlbəyaxa olmuş, bu zaman Əzizin yanında olan şəxslərdən kimsə onu tutmuş, o, müvazinətini itirib yerə yıxılmış, Əziz də onun üzərinə çıxmışdır. Həmin vaxt o, üzərində gətirdiyi açılıb bağlanan bıçağı çıxarıb, Əzizi bıçaqla vurmuşdur. Əzizi bıçaqla vurduqdan sonra Əziz onun üstündən ayağa qalxaraq uzaqlaşmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, əməlindən olduqca peşmandır. Əzizin yanında 4-5 nəfər tanışları olduğu üçün o, təklənəcəyindən ehtiyyat edib özünü müdafiə etmək məqsədilə bıçaq götürmüşdür. O, özü də mübahisə zamanı yerə yıxılaraq xəsarət almışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman müqavimət göstərməmiş və qaçmağa cəhd etməmişdir. Yerə yıxılan zaman çiyni və qolu əzilmiş, lakin onu tibbi ekspertizada müayinə olunmaq üçün aparmamışlar. O, Əzizi bıçaqla vurduqdan sonra çıxıb evə gəlmişdir. Sonradan onun halının necə olmasını öyrənmək üçün evlərinə yaxınlaşmış, üzünə qapını açan olmamışdır və o, Əzizin xəstəxanaya aparılmasını anlamışdır. O, Əzizin vəziyyətini öyrənmək üçün qardaşını xəstəxanaya göndərmişdir. Zərərçəkmiş şəxsla barışmış, müalicə xərclərini qarşılamış, bu səbəbdən zərərçəkmiş şəxs müvafiq orqanlara ona qarşı şikayəti, tələbi olmaması ilə bağlı ərizələr ünvanlamışdır. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Ayın müəyyən günlərində işləmək üçün ünvan 3 ünvanında yerləşən evdə kirayədə yaşamışdır. Özünə məxsus “Opel Astra” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, Bakı şəhərində olan zaman həmin avtomobili müvəqqəti yaşadığı evin həyətində saxlamışdır. 2024-cü ilin avqust ayının əvvəllərində o, iş tapdığı üçün ünvan 4 ünvanında yerləşən kirayə qaldığı evdə yaşamağa başlamışdır. X3 Qurbanın evində qalan zaman tanımış, Ayxanla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində Qurban şəxsi işləri ilə əlaqədar rayona getmiş, o və Qurbanın bibisi oğlu Yavər evdə qalmışdır. 26 sentyabr 2024-cü il tarixdə tanışı Samir və Qurbanın tanışı Dadaş ilə birlikdə gecə saatlarında saat 01 radələrində evə geri qayıtmış və avtomobili həyətdə saxlamışdır. Bu zaman orada yaşayan Elçin adlı şəxs evdən çıxaraq o, Yavər və Samir avtomobili həyətdə saxladığı üçün onlara irad bildirib yer olmadığını demiş, üç maşının dar həyətdə saxlanılması həyətə giriş-çıxışa maneə yaratdığını bildirmişdir. Bu zaman Elçin Dadaşla sözlə mübahisə etməyə başlamış, o da onlarla Elçinlə danışıb avtomobili həyətdən kənarda saxlayacağını demişdir. Dadaş bildirmişdir ki, digər ərazidə avtomobili park edən zaman parklanmaya pul ödənilməli olduğunu əsas gətirib maşınları kirayədə yaşadıqları evin qabağında saxlayacaqlarını demişdir. Bu vaxt Ayxan evdən çıxaraq onlara yaxınlaşmış, Elçini müdafiə edib onlara məxsus maşınların yolu kəsdiyini bildirmiş, Dadaş Ayxana maşının yerini dəyişməyəcəklərini demiş və Dadaşın bu mövqeyi onlarla Ayxanın arasında mübahisə yaranmasına səbəb olmuşdur. Ayxan tək olduğunu anlayıb evə getmiş, lakin bir neçə dəqiqə sonra həyətdən Ayxanın səsinin gəldiyini eşidib həyətə çıxmışdır. Həyətə çıxan kimi Ayxanla onun arasında olan mübahisə böyümüş, Ayxan onun üz nahiyəsinə vurmuşdur. O, Ayxanın üzərinə yeriyən zaman Ayxan müvazinətini itirib yerə yıxılmış, o da Ayxanın üzərinə çıxmışdır. Bu zaman Ayxan bıçaqla ona xəsarət yetirmiş, sonra Ayxan və yanında olan şəxslər oradan qaçmışlar. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Hadisə zamanı orada Samir, Dadaş, Yavər və bir qədər aralıda Elçin olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. O xəstəxanada olan zaman Ayxan bacardığı qədər ona maddi yardım etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar cəza verilməsini məhkəmə heyətindən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. O, Xaçmaz rayonunda yaşasa da, hərdən işləri ilə əlaqədar Bakı şəhərinə gəlmiş və işlərini həll etdikdən sonra geri qayıtmışdır. Əziz bir hadisə baş verən dövrdə Bakı şəhərində işlədiyinə görə Bakı şəhəri F.Bayramov küçəsində kirayədə yaşamışdır. O, da qeyd olunan ünvanda kirayədə yaşamışdır. Özünə məxsus “VAZ-21010” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili var və 26 sentyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhərinə gəlmiş, şəxsi işlərini gördükdən sonra Əzizlə görüşmüşlər. Avtomobilini Əzizin yaşadığı həyətdə saxlamış, bu zaman orada yaşayan Elçin adlı şəxs evdən çıxaraq onlara avtomobili həyətdə saxladıqları üçün irad bildirib yer olmadığını demişdir. Elçin onlarla bir evdə kirayədə yaşayan Dadaş adlı şəxslə sözlə mübahisə etməyə başlamış, o və Əziz də Elçinlə bu barədə danışmışdır.Səs küyə kirayədə yaşadıqları evdən sonradan Yavər də çıxmış. O, da mübahisəyə qoşulmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Ayxan evdən çıxaraq onlara yaxınlaşmış, Elçinin mövqeyini müdafiə edib, o da öz növbəsində onlara iradını bildirmişdir. Dadaş kobud danışdığından Dadaşla Ayxanın arasında mübahisə yaranmış, Əziz də mübahisəyə qoşulmuşdur. O, Dadaşı sakitləşdirib evə aparmışdır. Bir müddət sonra o, həyətdən mübahisə səslərinin artdığını eşidib, həyətə çıxmış, bu vaxt Ayxanın yerə yıxıldığını, Əzizin də onun üzərində olduğunu görmüşdür. Daha sonra Əzizin bıçaqla vurulduğunu görmüş, Ayxanın əlində olan bıçaq gördüyü üçün, başa düşmüşdür ki, Ayxan Əzizi bıçaqla vurmuşdur. Əvvəlcə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə, daha sonra isə “103” xidmətinə zəng edib, təcili tibbi yardım çağırmış, bir müddət sonra təcili tibbi yardım maşını gəlmiş və Əzizi xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sadəcə olaraq, həmin ifadədə səhvən Ayxan və Əzizi ayıran zaman onu kiminsə vurub yerə yıxdığını demişdir. Belə ki, həmin vaxt onu kiminsə qəsdən vurmasını düşünmüş, lakin sonradan başa düşmüşdür ki, itələnmə səbəbindən kimsə ona sadəcə olaraq toxunmuşdur. Elçin onu vurmamış, o, hadisə zamanı şok vəziyyətində kənarda dayanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Təqsirləndirilən şəxs təxminən 20 ildir tanıyır, qonşuluqda yaşayır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs qonşuluqda tanışları ilə birlikdə kirayədə yaşamışdır. 27 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə televizora baxdığı zaman həyətdən səs-küy gəldiyini eşidib evin qarşısına çıxmışdır. Yaşadığı evin həyəti dar olduğundan avtomobil çox olan zaman sıxlıq yaranırmış, eləcə də kimsə yüksək səslə danışanda evdə eşidilirmiş. Evin qarşısına çıxan zaman Əziz və tanışlarının, adlarını sonradan bildiyi Dadaş və Samirin həyətdə dayanıb yüksək səslə söhbət etdiklərini, güldüklərini və avtomobillərini orada saxladıqlarını görmüşdür. Onlara irad bildirib yavaş səslə danışmalarını, həmçinin avtomobilləri həyətdən kənarda saxlamalarını, sıxlıq olduğunu demişdir. Həmin şəxslər onu dinləməyib, ona qarşı kobud davranmışlar. Onların səsinə Ayxan da həyətə çıxmışdır. Ayxan yanlarına gəlib, onun mövqeyini müdafiə etmiş, onlara iradını bildirmişdir. Həmin vaxt Ayxanla Dadaş arasında sözlə mübahisə yaranmışdır. O, mübahisəsinin böyüməməsi üçün onları sakitləşdirib hər ikisini evlərinə aparmışdır. Yaşadığı evə qayıdıb yenə də televizora baxmağa başlamışdır. Bir müddət sonra həyətdən daha çox səs-küy gəldiyini görüb evin qarşısına çıxmışdır. Həmin vaxt Ayxanla Əzizin dalaşdığını görüb yaxınlaşmış və onları ayırmağa başlamışdır. O və Əzizin tanışları onları ayırmışlar, bu vaxt Əzizin qışqırdığını görmüş və onun bıçaqlandığını bilmişdir. Ayxan özü məhəllədən çıxıb yola tərəf getmiş, Əziz isə tanışları ilə birlikdə evə keçmişdir. O da orada qalmayıb yaşadığı evə getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində qeyd etmişdir ki, Şirvan şəhəri, N. Nərimanov küçəsi ev 11, mənzil 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospekti fərdi tikilmiş evdə yaşayır. O, bir müddət Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 14 ünvanında yerləşən fərdi tikilmiş evdə tanışları Qurban, Yavər və İlkinlə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs orada qaldığı müddətdə tanımışdır. Əziz onun birlikdə yaşadığı Qurbanın tanışı olmuşdur. Əziz özü də hərdən Bakı şəhərinə gələn zaman onların evində qalmışdır. Təqsirləndirilən şəxs isə orada yaşayan zaman qonşu kimi tanımış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 26 sentyabr 2024-cü il tarixdə Əzizin tanışı Samir də onlar yaşadığı evə qonaq kimi gəlmişdir. Samir avtomobilini onların yaşadığı həyətdə saxlamış və Əziz, o, Samir birlikdə Xətai rayonu ərazisində olan kafelərin birində futbola baxmağa getmişlər. Onunla birlikdə həmin evdə Yavər adlı tanışı da qalmışdır. Onlar birlikdə futbola baxdıqdan sonra saat 01 radələrində evə geri qayıtmışlar. Samir də avtomobili həyətdə saxlamışdır. Bu zaman orada qonşuluqda yaşayan Elçin adlı şəxs evdən çıxaraq Yavər, Əziz və Samir avtomobili həyətdə saxladıqları üçün onlara irad bildirib yer olmadığını demişdir. Elçin onunla sözlə mübahisə etməyə başlamış, Samir və Əziz Elçinlə danışıb avtomobili həyətdən kənarda saxlayacaqlarını demişdir. Həmin vaxt qonşuluqda yaşayan Ayxan evdən çıxaraq onlara yaxınlaşıb “düz deyir də sizin əlinizdən saxlamağa yer yoxdu” demişdir. O, Ayxanla danışmağa başlamış və onların arasında sözlə mübahisə yaranmışdır. Samir və Əziz onu müdafiə etdiyi üçün onlar da mübahisəyə qoşulmuşdur. Daha sonra o evə keçmiş, evdə olan zaman Yavəri yuxudan oyandırıb, avtomobilləri saxlamağa görə həyətdə mübahisə olduğunu, avtomobili çəkməsini demişdir. Yavər və Samir həyətə çıxıb bu barədə Elçinlə danışmışlar və evə geri qayıtmışlar. Təxminən 5 dəqiqə sonra həyətdən Ayxanm səsinin gəldiyini eşidib Yavər həyətə çıxmışdır. Əziz ona çıxmamasını tapşırıb özü həyətə çıxmışdır. Samir də həyətdən mübahisə səslərinin gəldiyini eşidib, həyətə çıxmışdır. Təxminən 1-2 dəqiqə sonra o da həyətə çıxmaq istəmiş, bu zaman Samir axsaya-axsaya geri qayıtmışdır. Samirdən nə olduğunu soruşmuş, Samir də damarı tutduğunu demişdir. O, təkrar həyətə çıxmaq istəyəndə Əzizin qapının qarşısında olduğunu və bədənində qan olmasını görmüşdür. Bu zaman Samir əvvəlcə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etmiş, daha sonra isə “103” xidmətinə zəng edib, təcili tibbi yardım çağırmışdır. Bir müddət sonra təcili tibbi yardım avtomobili gəlmiş və Əzizi xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində qeyd etmişdir ki, Şabran rayonu, X.Əhmədov küçəsi ev 117də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 14 ünvanında yerləşən fərdi tikilmiş evdə dayısı oğlu Qurbanla birlikdə yaşayır. Zərərçəkmiş şəxs orada qaldığı müddətdə tanımışdır. Əziz onun birlikdə yaşadığı dayısı oğlu Qurbanın tanışıdır. Əziz özü də hərdən Bakı şəhərinə gələn zaman onların evində qalmışdır. Şahid4 da evdə onlarla qalmışdır. Təqsirləndirilən şəxs isə orada yaşayan zaman qonşu kimi tanımış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 26 sentyabr 2024-cü il tarixdə Əzizin tanışı Samir də onların yaşadığı evə qonaq kimi gəlmiş və avtomobilini həmişə həyətdə saxlamışdır. Samir də avtomobilini onların yaşadığı həyətdə saxlamışdır. Qurban isə rayona getmişdir. 26 sentyabr 2024-cü il tarixdə o, evə gəlib yatmışdır. Əziz, Dadaş və Samir isə birlikdə Xətai rayonu ərazisində olan kafelərin birində futbola baxmağa getmişlər. 27 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində Dadaş onu yuxudan oyadıb avtomobilini həyətdən çıxarmasını qonşuların narazılıq etdiyini demişdir. Dadaş bir neçə dəfə dedikdən sonra o, məcbur olub həyətə çıxmışdır. Bu vaxt Ayxanın qapının qarşısında dayandığını görmüşdür. O, Ayxana yaxınlaşıb nə məsələ olduğunu soruşmuşdur. Ayxan da “sənə aid heç bir məsələ yoxdur, o kök oğlana denən çıxsın çölə” demişdir. O, Ayxanın Dadaşı çağırmasını başa düşüb onu sakitləşdirməyə başlamışdır. Onlardan bir az kənarda 2 nəfər tanımadığı şəxs də dayanmış, lakin onların Ayxanın tanışı olub- olmamasını bilməmişdir. Həmin vaxt Əziz də onların yanma gəlmiş, o isə nə məsələ soruşmuşdur. Bu zaman həyətdən səs-küy gəldiyini eşidib Samirlə həyətə çıxmışlar. X14 yerdə olmasını və əlavə bir neçə şəxsin onları ayırmaq istədiyini görmüşdür. Əziz ayağa qalxan zaman bədənində qan izlərinin olmasını görmüşdür. Onlar evə keçmişlər və Samir əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra isə “103” xidmətinə zəng edib, təcili tibbi yardım çağırmışdır. Bir müddət sonra təcili tibbi yardım avtomobili gəlmiş və Əzizi xəstəxanaya aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqdim etmə, götürmə və baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 14 ünvanında Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla vurub xəsarət yetirdiyi bıçağı Xətai RPİ-nin İŞ-nə təqdim etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçağa Azərbaycan Respublikası CPM-nin 236-ci maddəsinin tələblərinə uyğun olaraq, hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçağın tiyəsinin uzunluğu 115 mm-dir, tutcağı 135 mm-dir, tutcağının rəngi qəhvəyi və qara rəngli olduğu, tiyəsinin üzərində yazının olmadığı müəyyən edilmişdir. Həmin bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Protokolun doğruluğu imzalarla təsdiq edilmiş, eləcə də protokola fotocədvəl əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 03:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onunla birlikdə konvoy müşayiəti ilə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 14 ünvanına gəlmişlər. Burada Təqsirləndirilən şəxs əli ilə hadisə yerini göstərib 27 sentyabr 2024-cü il tarixdə saat 02:00 radələrində həmin yerdə Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla vurduğunu, bundan sonra hadisə yerindən uzaqlaşıb yaşadığı evə getdiyini bildirərək hadisəni əyani təsvir etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-625/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 xx.xx.2024-cü il tarixli 1050 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizası zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X15” X16 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində 2 saylı Təcili Tibbi yardım Stansiya Briqadasının müşayiəti ilə X12 gətirilmişdir. Xəstənin dediyinə görə sol döş qəfəsində dəlici kəsici alətlə yaralanması. Döş qəfəsinə nüfuz edən. Xəstəyə sol intevkostal drenaj katater taxılması kəsik yaraları primer sütürə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, İbrahimli X4 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 322.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-cİ il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 Xətai rayon şöbəsinin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1142 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı qrup xəsarətlər müəyyən edilmişdir - döş qəfəsinin açıq yarası, (döş qəfəsinin sol yan səthi nahiyəsində iki ədəd çapıq toxumaları daxilə - döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaraların yerləri), travmatik pnevmotoraks, travmatik hemotoraks, tək qabırğa sınığı, ( solda İV qabırğa superior (üst) səhfəsində yerdəyişdirməmiş kiçik xətti smığı, (solda Vİ qabırğa küt xətti sınığı)); sol said nahiyəsində bir ədəd piqmentasİya kəsilmiş səthi dəri yarasının yeri, sağ əl və bel nahiyələrində piqmentasiyalar keçmiş sıyrıq yerləri; Qeyd olunan xəsarətlərdən döş qəfəsinin (iki ədəd) açıq yarası, travmatik pnevmotoraks, travmatik hemotoraks ilə qeyd olunan döş qəfəsinin sol yan səthi nahiyəsində daxilə -döş boşluğuna keçən iki ədəd deşilmiş-kəsilmiş yara və sol said nahiyəsində bir ədəd kəsilmiş səthi dəri yarası deşici- kəsici əşyanın (əşyaların), ola bilsin bıçağın (bıçaqların) təsirindən törənmişlər, digər xəsarətlər tək qabırğa sınığı, (solda Vİ qabırğa küt xətti sınığı), sağ əl və bel nahiyələrində sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2024cü il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, qeyd olunan xəsarətlərdən döş qəfəsinin (iki ədəd) açıq yarası, travmatik pnevmotoraks, travmatik hemotoraks ilə qeyd olunan döş qəfəsinin sol yan səthi nahiyəsində daxilə -döş boşluğuna keçən iki ədəd deşilmiş-kəsilmiş yara ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddilər, tək qabırğa sınığı, (solda İV qabırğa superior (üst) səhfəsində yerdəyişdirməmiş kiçik xətti sınığı, (solda Vİ qabırğa küt xətti sınığı)) dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər, sağ əl və bel nahiyələrindəki sıyrıqlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü - özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə-X2” X16 07 oktyabr 2024-cü il tarixli, 2918 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, A.T.İbahimli əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlaətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik, müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilər aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli 513-MTKŞ/2024/MTKŞ saylı maddi sübutların məhkəməkriminalistik tədqiqinə dair rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və 721/2024 MTBŞ saylı maddi sübutların məhkəmə-tibbi tədqiqinə dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ)/axtarış vərəqəsinin kserosurətinə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təqdiq edildikdə yalnız “B” antigeni alındı, “A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bir ədəd qatlanan bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Xətai rayon İcra Hakimiyyətinin Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət və narazılıq daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə saat 01:00 radələrində ünvan 7 ünvanında onu sifət nahiyəsindən yumruqla vurduğunu və yerə yıxılan zaman isə bıçaqla onu vurmasını bildirib Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi cinayətin törədilməsində istifadə olunan bir ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanmış, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması protokolu, təqdim və götürmə aparılması haqqında protokol, üzləşdirmə protokolu, məhkəmə tibbi ekspertizasının 1142, 1050, 1199 nömrəli rəyləri, ambulator məhkəmə-psixiatrik ekspertizasının 2918 nömrəli rəyi, məhkəmə kriminalistik ekspertizasının 513-2024/MTKŞ nömrəli rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının 721/2024-MTBŞ nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qonşuluqda tanışları ilə birlikdə kirayə yaşayan şəxs kimi tanımışdır. Gecə saatlarında evdə yatan zaman qonşusu Elçinlə Əzizin sözlü mübahisəsini eşidib oyanmışdır. Mübahisənin səbəbi Əziz və tanışlarının tez-tez avtomobilləri yolun işlək hissəsində saxladıqları üçün digər avtomobillərin giriş-çıxışına maneçilik törətməsi olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs və yanında olan şəxslərə iradını bildirmiş, avtomobilləri pis saxladıqlarını demişdir. Zərərçəkmiş şəxs ona əsəbi halda “sözün var idi əvvəldən deyərdin, biz həmişə belə saxlamışıq” demiş, bu zaman aralarında mübahisə yaranmışdır. O, qonşusu Elçinin düzgün dediyini bildirmiş, bu zaman Əziz ona kobud cavab verərək, “niyə bayaqdan özün yaxınlaşıb tək irad bildirmirdin?” deyə cavab vermişdir. Bu zaman o, Əzizin yaxasından tutmuş, lakin onları aralamışlar və o, çıxıb getmişdir. Onların çox olduğunu görüb evə keçmiş, paltarını dəyişmiş və evdən özünə məxsus olan açılıb bağlanan bıçağı götürüb bel nahiyəsinə qoymuş, yenidən Əziz və tanışlarının yanına getmişdir. İrad bildirdikdə Əziz onunla mübahisə etməyə başlamışdır. Əzizlə əlbəyaxa olmuş, bu zaman Əzizin yanında olan şəxslərdən kimsə onu tutub çəkmiş və o, müvazinətini itirib yerə yıxılmış, Əziz də onun üzərinə yıxılmışdır. Həmin vaxt üzərində gətirdiyi açılıb bağlanan bıçağı çıxarıb 3 dəfə bıçaqla Əzizə xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərdən ikisi ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə həyat üçün təhlükəli olan ağır xəsarət, digəri isə sağlamlığın qısa müddətə pozulmasına səbəb yüngül xəsarət olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı sağlamlığa qəsdən ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Əksinə məhkəmə istintaqında müəyyən edilmişdir ki, 27 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında dava mübahisə zəminində başlamış və məhz mübahisə zəminində baş vermiş dava zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, yuxarıda göstərildiyi ki, məhkəmə belə nəticəyə gəlir ki, 27 sentyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə və dava şəxsi münasibətlər zəminində baş vermişdir. Yəni məhz şəxsi münasibətlər zəminində baş vermiş dava vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Cinayətin şəxsi münasibətlər zəminində törədilməsi isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsini istisna edir. Belə olduğu halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin törətməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, 27 sentyabr 2024-cü il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxsla əvvəlcə mübahisə etmiş, daha sonra həmin mübahisə davaya çevrilmiş və dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədikdə və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası olmadıqda, o cümlədən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində törədildikdə təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, o cümlədən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri nəticəsində törədildikdə təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut qismində tanınmış, Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 67 (altmış yeddi) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 402 (dörd yüz iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış, Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçağı məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 402 (dörd yüz iki) manat məbləğində pul ödənilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən onun elan olunduğu andan (Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar