Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-954/2021 11.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onun prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı 11 iyun 2020-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 9 dekabr 1979-cu il tarixində Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 37-də qeydiyyatda olan və ünvan 1ünvanda yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 2 aprel 2021-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 3,229 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 25 dekabr 2020-ci il tarixində saat 10:00 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ cibindəki 01 ədəd kibrit qutusunun içərisində, 05 ədəd şəffaf rəngli sellofan bükümdə hər birinin təmiz çəkisi 1,900 qram, 0,447 qram, 0,451 qram, 0,283 qram, 0,148 qram ümumi təmiz çəkisi 3,229 qram, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmiş və göstərmişdir: «Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 25 dekabr 2020-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılaraq ibtidai istintaq aparılmışdır; - Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir; -12 mart 2021-ci il tarixində cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, 19 mart 2021-ci il tarixdə Sabunçu rayon prokuroru tərəfindən ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir; - cinayət işinin materialları tərəfimdən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən kobud qanun pozuntularına yol verilməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır; - belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; - CPM-in 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququqnun pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir; - həmin Məcəllənin 284.2-ci maddəsinin tələbləri baxımından müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmçinin Məcəllənin “cinayət işinin materialları ilə tanış etmə qaydası”nı tənzimləyən 285.1-ci maddəsinə əsasən, işdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir; - cinayət işinin materiallarında olan 13 mart 2021-ci il tarixli “ təqsirləndirilən şəxsi cinayət işinin materiları ilə tanış etmək haqqında” protokolda göstərilmişdir ki, istintaq materialları ilə Təqsirləndirilən şəxs müdafiəçisi X2 ayrılıqda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasınının istintaq otağında saat 15:00-dan 17:30-a qədər tanış olsa da, təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir; - cinayət işinin materiallarında olan 14 mart 2021-ci il tarixli “təqsirləndirilən şəxsin müdafiəçisinin cinayət işinin materiları ilə tanış etmək haqqında” protokolda göstərilmişdir ki, istintaq materialları ilə təqsirləndirilən şəxsin müdafiəçisi X1 RPİ-nin İstintaq Şöbəsində müstəntiqin xidməti otağında təqsirləndirilən şəxsdən ayrılıqda saat 10:00-dan 12:00-a qədər tanış olsa da, təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığını bildirmişdir. Həmin vəsatət müstəntiq tərəfindən rədd edilmişdir; - göründüyü kimi, hər iki protokolda cinayət işi üzrə işdə saxlanılan maddi sübutların təqdim edilməsi barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Bununla bağlı qanunvericiliklə cinayət işinin materialları ilə tanış etmə zamanı müstəntiqin üzərinə qoyulan vəzifələrin icra edilməməsi təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olması ilə bağlı hüquqlarını kobud şəkildə pozmuşdur; - belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o 13 mart 2021-ci il tarixdə saat 15:00-dan 17:30- a qədər cinayət işinin materialları ilə tanış olmamış, həmin gün müstəntiq Bakı istintaq təcridxanasında olmamış, ümumiyyətlə cinayət işinin materialları tanış olmaq üçün ona təqdim olunmamışdır; - qeyd olunan xüsusatın aydınlaşdırılması məqsədi ilə Bakı İstintaq Təcridxanasına edilmiş sorğuya cavab olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 03 iyun 2021-ci il tarixli 17/38-3688 nömrəli cavab məktubundan görünür ki, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X5 və Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili X6 13.03.2021-ci il və 14.03.2021-ci il tarixlərdə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri keçirilməmişdir; - qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuş, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286 və 296.3.1-ci maddələrinin tələbləri pozulmuş və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir; - CPM-in 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir». Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müstəntiqin və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması üçün istintaq təcridxanasına onun yanına gəlmədiklərini və cinayət işinin materialları ilə tanış olmadığını bildirmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısının vəsatətinin təmin olunmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş Bakı İstintaq Təcridxanasının rəisinin 03 iyun 2021-ci il tarixli 17/38-3688 saylı məktubundan görünür ki, Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi X5 və Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili X6 13 mart 2021-ci il və 14 mart 2021-ci il tarixlərdə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkəti keçirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud pozuntulara aiddir. Beləliklə də, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqları pozulmuş - müdafiəçinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutlarla tanış olması təmin edilməmiş, bu hallar cinayət işinin baxılmasına xitam verilməsinə və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas verir. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı müdafiə hüquqları pozulduğundan məhkəmə cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 300.1.5 və 303.3.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə, yəni 11 avqust 2021-ci il tarixədək uzadılsın. Sədrlik edən Siyavuş Hacıyev Hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-954/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-954/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver