Məhkəmə qərarları › İş №1(101)-954/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-954/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-954/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2002-ci il tarixdə Şuşa rayonu, Quşçular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsidir, işləmir, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Aşağı Quşçular kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasında yaşayər və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 2 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivi ərazisində yerləşən “Bulud” kafesinin yaxınlığında tanışı Şahid1 ilə mübahisə edib dalaşarkən həmin vaxt yaxınlıqdan keçən Zərərçəkmiş şəxs hadisəni görüb qarşısını almaq üçün iradını bildirən zaman o, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış qatlanan tipli xüsusi təyinatlı deşici-kəsici xassəyə malik köməkçi ov bıçağı ilə sonuncunun döş qəfəsinə 1 dəfə vuraraq döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edən sağ ağciyərin aşağı payını zədələyən və pnevmohemotoraksla müşayiət edilən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən yetirildiyi andan həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əslən Şuşa rayonundadır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasında yaşayır. Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kursunda oxuyur. 2 oktyabr 2021-ci il tarixdə Fatmayı Bağlar massivində yaşayan Nihat adlı tanışının hərbi xidmətə yola salınması ilə əlaqədar təşkil edilmiş qonaqlığa dəvət edilmiş və həmin gün saat 19 radələrində yaşadığı evdən çıxıb Fatmayı bağlar massivinə Bulud restoranına getmişdir. Həmin restoranda Nihatın qonaqları toplaşmışdır. O da həmin məclisdə əyləşib qonaqlarla söhbət edib çörək yemiş, lakin spirtli içki içməmişdir. Təxminən saat 21 radələrində siqaret çəkmək üçün Bulud restoranının qarşısına çıxmış, bu zaman məclisdə olan Murad adlı şəxs də restoranın qarşısına çıxmışdır. Murad içkili olduğu üçün heç bir səbəb olmadan ona sataşmış və aralarında dava düşmüşdür. Onlar restoranın qarşısında dalaşarkən içəridən bir neçə nəfər çıxıb onlara tərəf gəlmiş və hamısı onu döyməyə başlamışlar. O da özünü itirərək üzərində olan dəstəyi boz rəngli qatlanan bıçağı çıxarıb fırlatmışdır ki, həmin şəxslər ondan aralansın. Bundan sonra hadisə yerindən uzaqlaşıb qaçmışdır. Oradan uzaqlaşıb Zərərçəkmiş şəxs vurduğu bıçağı Pirşağı qəsəbəsi Qızılqum sanatoriyasının yanındakı “Mirakl” restoranı ilə üzbəüz yarımçıq tikiliyə tullamışdır. Hadisədən sonra bıçaqla vurduğu şəxsin adının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədilə vurmuşdur. Eyni zamanda Elvinin polis əməkdaşı olmasını bilməmişdir. Hadisədən 2 gün sonra 4 oktyabr 2021-ci il tarixdə atası təhsil aldığı İdman akademiyasının qarşısına gəlib polislərin onu axtardığını demişdir. Hadisəni atasına da danışaraq hadisə zamanı istifadə etdiyi bıçağı 43-cü PB-nin əməkdaşlarına hadisə yerində təqdim etmişdir. Zərərçəkmiş şəxs hadisə gününə qədər tanımamış və görməmişdir. Onu məclisə Nihat dəvət etmişdir. Hadisənin baş verməsinə səbəb Muradın ona qərəzli baxışı olmuş, Muraddan nə üçün ona belə baxdığını soruşduqda o, kobud şəkildə “əcəb edirəm, baxıram” deyə cavab vermişdir. Hadisə günü Murad içkili olmuşdur. Dava zamanı üzərinə təxminən 5-6 nəfər gəlmiş, o isə tək olmuşdur. Məclisdə olan şəxslərdən yalnız Nihatı tanımışdır. Məclisə gedən zaman bıçaq üzərimdə olmuşdur. 5-6 nəfər Muradla o dava etməyə başladıqdan sonra restoranın qabağına gəlmişlər. Hadisə yerindən qaçma səbəbi onu döyən şəxlərdən canını qurtarmaq olmuşdur. Kimi isə bıçaqla vurmaq məqsədi olmamış, özünü müdafiə etmək üçün bıçağa əl atmışdır. Dava zamanı qarışıqlıq olduğu üçün bıçaqla konkret olaraq kiməsə xəsarət yetirdiyini görməmişdir. Təxminən 5-6 nəfər onu yerə yıxıb, başına və bədəninin müxtəlif nahiyələrinə təpiklə vurmuşlar. Onu vuranları uzaqlaşdırmaq üçün bıçağını çıxarıb yelləməyə başlamışdır. Dava zamanı Muradla onu heç kim ayırmamış və sakitləşdirməyə çalışmamışdır. Bıçağın üzərində qan görməmişdir. Hadisə yerindən qaçmaq üçün kafeyə daxil olub hasardan tullanmışdır. Dava etdiyi şəxslərin arxasınca gələ bilməməsi üçün kafenin qapısında onlara mane olmuşlar. Onu döyən şəxslərin heç birini tanımamış, əvvəllər görməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, sonuncunun xəstəxana xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2 oktyabr 2021-ci il tarixdə onunla qonşuluqda yaşayan Nihatın hərbi xidmətə getməsi ilə bağlı Bulud kafesində qonaqlıq təşkil olunmuşdur. Qardaşı Elmir həmin məclisdə iştirak etmişdir. Axşam saat 21 radələrində Elmir ona zəng edib həmin məclisə nar gətirməyini, həm də ona məxsus avtomobili avtoyumadan götürüb evə aparmağını bildirmişdir. Məclis keçirilən Bulud kafesi ilə yaşadığı ev yaxın olduğu üçün evdən bir neçə ədəd nar götürüb kafeyə getmişdir. İçəri daxil olub narları qardaşına verib təxminən 2 dəqiqə sonra kafedən çıxmışdır. Bu zaman kafenin sağ tərəfində olan Bulud marketin qarşı tərəfində təxminən 2 nəfər yeniyetmə uşaqların söyüş söydüyünü, ucadan danışaraq mübahisə etdiklərini görmüşdür. Onlara yaxınlaşıb yaxınlıqda yaşayan vətəndaşların narahatçılığına səbəb olduqlarını deyib oradan getmələrini demişdir. Onlar isə həmin vaxt bir-birini yumruq-təpiklə vurmuşlar. Onları ayırmaq istədikdə bəbəninə nəyinsə batdığını hiss etmiş və yerə yıxılmışdır. Dalaşanlardan biri qaçmış, digəri, Murad adlı şəxs isə orada qalmışdır. O, bədəninin sağ tərəfindən qan axdığını görmüş, bu zaman səs küyə qardaşı və başqaları kafedən küçəyə çıxmışlar. Qardaşı ondan nə baş verməsini soruşduqda ona və orada olan başqa adamlara bədənində kəskin ağrı olduğunu bildirmişdir. Fikirləşmişdir ki, ya bıçaqla vurulmuş, ya da yerə yıxılanda nəsə batmışdır. Qardaşı dərhal onu yaxınlıqda olan avtomobillə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırmışdır. Xəstəxanaya çatdıqda huşunu demək olar ki, itirmişdir. Birinci rentgen olunmuş, bundan sonra nə baş verməsi dəqiq yadında qalmamışdır. Cərrahi əməliyyatdan sonra ayılanda bıçaqla vurulduğunu bilmişdir. Hadisənin şokundan xəstəxanada necə xasarət almağını dəqiq deyə bilməmiş, lakin əməliyyatdan sonra ayılıb hadisəni xatırlamağa başlamışdır. Orada iki nəfər 19-20 yaşlarında oğlan dalaşmışdır. Onlardan birini, yəni Muradı tanıdığı üçün yaxınlaşmışdır ki, ayırrsın. O biri oğlanın adını bilməsə də, üzü yadında qalmış, hadisədən sonra həmin şəxsin Pirşağıda yaşayan Təqsirləndirilən şəxs olduğunu ona demişlər. Həm də Orxanın yaxın qohumlarından xəstəxanaya gələnlər olmuşdur. Onlar gəlib ondan şikayətçi olmamağını xahiş etmişlər. Təqsirləndirilən şəxsi hadisə gününə qədər tanımamış və görməmişdir. Məclisə qardaşına nar vermək üçün getmişdir. Orxan onu bıçaqla vurduqdan sonra hadisə yerindən qaçıb uzaqlaşmışdır. Muradla bir məhəllədə yaşadığı üçün onu əvvəldən tanımışdır. O, bıçaqla vurularkən ətrafda adam olmamış, bıçaqla vurulandan sonra Bulud kafesindən bir neçə nəfər şəxs çıxıb onlara yaxınlaşmışdır. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. Muradla Orxanı ayırmağa çalışan zaman bıçaqla xəsarət almışdır. O, Murad və Orxanın yanına çatdıqda onlar artıq yerdə əlbəyaxa olmuşlar. Polis əməkdaşı olduğunu deməmiş, çünki Murad onu əvvəldən tanımışdır. Hadisə günü növbədən sonra olduğu üçün mülki geyimdə olmuşdur. Ona 1 bıçaq zərbəsi vurulmuş, xəstəxanaya qardaşı çatdırmışdır. Təqsirləndirilən şəxsin yaxınları xəstəxana xərclərini ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2 oktyabr 2021-ci il tarixdə Şahid4 hərbi xidmətə yola salınması ilə əlaqədar Görədil bağlar massivində olan “Bulud” kafesində yığışmışlar. O həmin məclisə tək getmişdir. Məclisdə Nihatın qohumları və başqa qonaqlar da olmuşdur. Həmin məclisdə Sabunçu rayonu, Qızıl Qum sanatoriyasından tanıdığı Təqsirləndirilən şəxs da dəvət olunmuş, bir məclisdə şənlənib deyib gülmüşlər. Həmin gün axşam 21 radələrində kafedən həyətə çıxıb açıq havada dayanmışdır. Bu zaman kafenin yanında dayanmış Təqsirləndirilən şəxs ona tərəf baxaraq kinayəli şəkildə “problem var, nəyə baxırsan” demişdir. Bundan sonra Orxan onu kənara çağıraraq “məni tanıyırsanmı, mənə baxırsan?” deyə davam etmişdir. O isə Orxanı tanıdığını və Orxanın da onu tanıdığını demişdir. Orxan aqressiv danışmağa başlamışdır. Görmüşdür ki, Orxan dava etmək istəyir, Orxana bildirmişdir ki, bura yeri deyil, sonra söhbət edib yoluna qoyarlar. Onlar həmin vaxt Orxanla üzbəüz dayanmışlar. Orxana “nömrəni ver sabah danışıb həll edək” demişdir. Bu zaman Orxan yumruqla onun sifətindən vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt qonşusu olan Zərərçəkmiş şəxs onlara yaxınlaşıb ayırmağa çalışmışdır. Bu zaman o, Elvinin döş qəfəsindən qan gəldiyini görmüş və bilmişdir ki, Təqsirləndirilən şəxs Elvini bıçaqla vurmuşdur. Yaxınlıqda olan şəxslər və Elvinin qardaşı Elmir Elvini avtomobilə qoyub xəstəxanaya aparmışlar. Hadisə zamanı Orxan onu yumruqla vurmuş, lakin xəsarət almadığı üçün xəstəxanaya müraciət etməmişdir. Təqsirləndirilən şəxs yaxından tanımır, onunla münasibəti olmamışdır. Zərərçəkmiş şəxs tanıyır, qonşusudur. Onu məclisə Nihat dəvət etmişdir. Təqsirləndirilən şəxs qərəzli baxmamışdır. Orxanı vurmamışdır. Mübahisə zamanı yanında heç kim olmamışdır.Hadisə vaxtı Orxanın əlində bıçaq görməmişdir. Zərərçəkmiş şəxs onları ayırmağa çalışmışdır. Dava zamanı Orxan və o, yerə yıxılmışlar. Üzərində bıçaq olmamışdır. Hadisə günü içkili olmamışdır. Dava-dalaş zamanı ona heç kim kömək etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid6 və Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 137 və 152-153). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 162-163). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 70-73). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdən 1 ədəd bıçaq götürülmüşdür (cild 1, iş vərəqə 8-12). Cinayət işinin materiallarında olan “fotoşəkillər üzrə tanınmaya təqdimetmə” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan fotoşəkillərin arasında Təqsirləndirilən şəxs fotoşəklini göstərərək 2 oktyabr 2021-ci il tarixdə ona bıçaqla vuraraq xəsarət yetirən şəxs olduğunu göstərmişdir (cild 1, iş vərəqə 134-136). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 3 noyabr 2021-ci il tarixli 1764 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edən sağ ağciyərin aşağı payını zədələyən və pnevmohemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün X8 X6 müraciət etdiyi 2 oktyabr 2021-ci il saat 21:45-dən bir qədər əvvəl əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Həsənovun bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni 2 oktyabr 2021-ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi. Həsənovun bədənində aşkar olunmuş xəsarətin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi mümkündür (cild 1, iş vərəqə 129-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 18 yanvar 2022-ci il tarixli 19-2022/ MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin sağ yarısının aşağı hissəsində 1 ədəd deşilmişkəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itililkli ucu və özünü kafi dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli alətin təsirindən əmələ gəlməsi inkar olunmamışdır. Ekspretizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin sağ yarısının aşağı hissəsində olan 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası xəsarəti ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspretizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli xüsusi təyinatlı deşici-kəsici xassəyə malik köməkçi ov bıçağıdır və soyuq silah hesab olunmamışdır. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirəcək heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 174-182). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 26 yanvar 2022-ci il tarixli 27- 2022/MTBŞ nömrəli rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A beta (İİ) Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və mayka üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 183-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 5 noyabr 2021-ci il tarixli, 2590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 21.1-cİ maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır (cild 1, iş vərəqə 146-148). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, mayka və bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 195-202). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 150). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Şuşadan olmasını, Bədən Tərbiyyəsi və İdman Akademiyasının tələbəsi olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 2668 №-li Sərəncamının 13-cü bəndində məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müstəsna hal hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və ona törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələrində müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə törədilmiş əməlin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının öz mahiyyətinə uyğun olaraq yaradacağı mənəvi, psixoloji və digər məhrumiyyətlər bütövlükdə törədilmiş əmələ görə cəzanın məqsədinə çatmağa xidmət edəcəkdir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi cinayət qanununun vəzifələri və cəzanın məqsədlərinin təmini baxımından da əsaslıdır. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 34). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 66-69). Cinayət işinin materiallarından görünür ki, 7 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 74-75). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 4 oktyabr 2021-ci il tarixdən 7 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 (üç) gün müddət hökmlə təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyasında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 7:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, mayka və bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 oktyabr 2021-ci il tarixdən 7 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavar sanatoriyası ünvanını gecə saat 23:00-dan səhər saat 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, mayka və bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar