Məhkəmə qərarları › İş №1(101)-954/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-954/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-954/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2024-cü il tarixdə, saat 09:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşına sonradan 100 (bir yüz) manat pul ödəyəcəyi şərti ilə sonuncunun “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onun istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə göndərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsini işarə edən əvvəlcədən təyin olunmuş yerdən 21 iyun 2023-cü il tarixdə, saat 08:00 radələrində 1 (bir) ədəd kibrit qutusunun içərisində sarı rəngli kağıza bükülmüş halda təmiz çəkisi 2,285 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla daşımış, həmin tarixdə, saat 08:40 dəqiqədə ərazidə 2474 çağırışlı avtopatrul tərkibində xidmət aparan X17 Alayının 7-ci Patrul Bölüyünün sıravi heyətdən ibarət əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılmış və ünvan 2 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində üzərində aparılan şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 1 (bir) ədəd kibrit qutusunun içərisində sarı rəngli kağıza bükülmüş halda təmiz çəkisi 2,285 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 il mebel ustası işləmiş, təxminən dörd il əvvəl avtoqəza keçirdikdən sonra ağır travma almış, səhhətində problemlər yaranmış, həmin qəzadan sonra ayağında olan ağrılar səbəbindən tədricən narkotik vasitədən istifadə etməyə başlamışdır. 18 iyun 2023-cü il tarixdən istifadə etmək məqsədi ilə narkotik vasitə axtarsa da heç bir yerdə tapa bilməmişdir. 20 iyun 2023-cü il tarixdə, gündüz vaxtı təxminən saat 14 radələrində Arif adlı üzdən tanıdığı, başqa anket məlumatlarını bilmədiyi, Mərdəkanda yaşayan tanışı ilə qarşılaşdıqda sonuncu ona Qaraçuxur qəsəbəsindən narkotik vasitə götürə biləcəyini demiş, o da həmin şəxsə 40 manat pul verərək oradan ayrılmışdır. Bundan sonra axşama qədər həmin şəxsdən hər hansı xəbər ala bilmədiyindən saat 18 radələrində onu axtarmaq üçün evdən çıxmış, bir müddətdən sonra həmin şəxsi gördükdə sonuncu ona narkotik vasitəni tapdığını bildirərək həmin narkotik vasitəni götürmək üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmək lazım olduğunu demişdir. Bundan sonra Ariflə birlikdə taksi ilə Qaraçuxur qəsəbəsinə getmiş və narkotik vasitəni götürüb yenidən avtomobilə doğru qayıdarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Belə ki, həmin ərazidə yaşayan sakinlər onun oğurluqla məşğul olmasında şübhələndikləri üçün həmin əraziyə polis çağıraraq onu polis əməkdaşlarına təhvil vermişlər. O, polis bölməsinə gətirildikdən sonra səhərə qədər orada qalmış və hər şeyi etiraf etmişdir. Onda olan narkotik vasitə kibrit qutusunda deyil, kağız bükümdə olmuşdur. Videoçəkiliş səhər saat 9- 10 radələrində aparılmış, müdafiəçi isə həmin çəkilişdən sonra gəlmişdir.

3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, 20 iyun 2023-cü il tarixdə, təxminən axşam saat 21 radələrində polis əməkdaşları tərəfindən deyil, həmin ərazidə yaşayan sakinlər tərəfindən tutulmuşdur. Belə ki, orada yaşayan sakinlər daha əvvəl başqa bir şəxsi də evdən oğurluq edərkən yaxalamış, buna görə də müşahidə kameraları vasitəsilə onu gördükdə onun da oğurluq etməsini düşünərək şübhələndikləri üçün sorğu-sual edərək polis əməkdaşlarına xəbər vermişlər. Narkotik vasitəni almağa Arif adlı şəxslə birlikdə getmiş, əldə etdikləri narkotik vasitədən birlikdə istifadə etmək üçün Arifə də verməyi nəzərdə tutmuşdur. Arif ilə narkotik vasitəni götürüb avtomobilə tərəf gedərkən bir nəfər tanımadığı ev sahibi onu çağırdığından sonuncuya tərəf getdikdə evdən 3-4 nəfər çıxıb onu tutmuş, digərləri isə qaçıb gedərək sonradan polisə xəbər vermişlər. Onun saxlanılmasından bir saat sonra taksi sürücüsünü də polis bölməsinə gətirmişlər. Onun üzərində saxlanıldığı gün baxış keçirilməmişdir. O özü üzərində olan narkotik vasitəni çıxarıb könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. O, 40 manatlıq, yəni 4 çet, təxminən 0,4 qram narkotik vasitə almışdır.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, polis bölməsinə aparılarkən X18 əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, sonuncular onu polis avtomobilinə əyləşdirərkən sifət nahiyəsindən bir neçə dəfə sillə ilə vurmuşlar. Ev sahibləri tərəfindən tutularkən üzərində olan narkotik vasitəni əvvəlcə yerə, ayağının altına atmış, lakin polis əməkdaşları gəldikdə orada olan video müşahidə kameralarına düşməsini başa düşüb həmin narkotik vasitəni yenidən götürüb üzərində saxlamışdır. O, polislər tərəfindən tutularkən narkotik vasitə onun üzərində olmuşdur. Polis əməkdaşları onu tutarkən yerində üzərinə baxış keçirməmiş, o, 32-ci Polis Bölməsinə 20 iyun 2023-cü il tarixdə, təxminən saat 20-22 radələrində aparılmış, orada kiçik bir otaqda saxlanılmış, üzərində olan əşyaları isə növbətçi hissəyə təhvil vermişdir. Növbəti gün müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış istintaq hərəkəti zamanı polis əməkdaşları narkotik vasitəni kibrit qutusuna qoyaraq ona vermişlər. Lakin onun aldığı narkotik vasitə kağız bükülüdə olmuşdur. Şəxsi axtarış aparıldıqdan sonra onun razılığı ilə evinə də baxış keçirilmiş, lakin evindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 4 ildir onda asılılıq yaratmış narkotik vasitələr qəbul edir. 2023-cü ilin iyun ayının ortalarında sosial şəbəkədə anket məlumatları haqqında heç bir məlumatı olmadığı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, söhbət əsnasında sonuncunun narkotik vasitələr qəbul etdiyini anlamış və bu haqda söhbət salmağa başlamışdır. Onlar ilk tanışlıqdan sonra sosial şəbəkə vasitəsi ilə dəfələrlə ünsiyyət saxlamışlar. Sonuncu dəfə həmin şəxs 21 iyun 2023-cü il tarixdə səhər onun istifadəsində olan +99477 *** ** ** saylı mobil telefon nömrəsinə ”WhatsApp” vasitəsi ilə +**********1101 saylı mobil telefon nömrəsindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsini işarə edən yerin fotosunu atmış və istəsə həmin məkana şəxsi istifadəsi üçün “kakos” adlanan narkotik vasitə heroin qoydura biləcəyini bildirmişdir. O həmin şəxslə telefonda “bazarlıq edərək” 100 manat müqabilində 2 qrama yaxın narkotik vasitə alacağını və pulu sonradan onun deyəcəyi hesaba göndərəcəyi ilə bağlı razılığa gəlmişdir. Həmin şəxs buna razılıq verərək ona bank hesab nömrəsini narkotik vasitəni aldıqdan sonra göndərəcəyini bildirmişdir. Həmin gün təxminən saat 08:00 radələrində onun xəbərdarlığı ilə həmin məkana getdikdən sonra 1 (bir) ədəd kibrit qutusunda olan həmin narkotik vasitəni deyilən yerdən götürmüşdür. Orada narkotik vasitəni tapmaq üçün təxminən 20 dəqiqə yubanmışdır. Daha sonra tapdığı narkotik vasitəni fürsət düşən kimi qəbul etmək məqsədilə əynindəki tünd göy rəngli şalvarın sol yan cibində gizlədərək saxlamışdır. 21 iyun 2023-cü il tarixdə, saat 08:40-da piyada hərəkətdə olduğu zaman ərazidə avtopatrul tərkibində xidmət aparan X17 Alayının 7-ci Patrul Bölüyünün sıravi heyətdən ibarət əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılmış və polis əməkdaşları onu sorğu-sual etməyə başlamışdır. Onların suallarını cavablandıra bilmədiyindən polis əməkdaşları onu yaxınlıqdakı 32-ci Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları onu X13 hissəsinə təhvil vermişlər. Orada onun şəxsiyyəti aydınlaşdırıldıqdan sonra üzərində narkotik vasitə daşıdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra hadisənin araşdırılması təhqiqat orqanına həvalə edilmişdir. Təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və konfidensial qaydada görüşməyinə şərait yaradılmışdır. Ona üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılacağı izah edilmiş, o da buna etiraz etməmişdir. Daha sonra ona üzərində qeyri-qanuni əşyalar varsa, təqdim etməsi təklif olunmuşdur. O da bir qədər əvvəl şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşının əvvəlcədən təyin edilmiş məkana qoyduğu 1 (bir) ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə heroini əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən çıxarıb masanın üzərinə qoymuş və polis əməkdaşlarına həmin kütlənin narkotik vasitə heroin olduğunu, necə, hansı məqsədlə, kimdən və hansı üsulla əldə etdiyini bildirmişdir. Daha sonra o, şalvarının sol yan cibindən 2 (iki) ədəd mobil telefonu masanın üzərinə qoymuşdur. Mobil telefonlardan biri “Redmi” markalı, digəri isə “Nokia” markalı olmuşdur. Ondan götürülmüş narkotik vasitə kağız zərfdə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Daha sonra tərtib edilmiş müvafiq protokol onunla birlikdə tərəflərə ucadan oxunmuş və imzalanmışdır. Bundan sonra onun razılığı ilə yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilində heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunnmaqla imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 57-59; 69-71;).

6. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri elan edildikdən sonra verilmiş suallara cavab olaraq o, göstərdi ki, ibtidai istintaq zamanı ona hər hansı təzyiq göstərilməmişdir. İstintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır. Saxlanılanarkən mobil telefonları üzərində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, sonuncu dəfə narkotik vasitədən məhkəmənin hazırlıq iclasından əvvəl istifadə etdiyini, həmin vaxtdan sonra bir daha istifadə etmədiyini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X17 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 21 iyun 2023-cü il tarixdə 2474 çağırışlı avtopatrulla polis nəfəri, polis serjantı Şahid2 ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində xidmət apararkən həmin gün, saat 08:40 dəqiqədə əvvəllər tanımadığı, mülki geyimdə olan bir nəfər şəxsin həyət evlərinin arası ilə piyada hərəkət etdiyini, özünü şübhəli apardığını, onun hərdən açıq qapılardan evlərin həyətinə boylandığını görüb xidmət yoldaşı Şahid1la birlikdə həmin şəxsə yaxınlaşmışlar. Onlar polis geyimində olsalar da, üzərlərində olan xidməti vəsiqələrini həmin şəxsə nümayiş etdirməklə vəzifələri, rütbələri, adları və soyadlarını bildirmiş və ondan kim olduğunu, harada yaşadığını, həmin ərazidə olma səbəbini, açıq qapılardan evlərə boylanma səbəbi, həmin mənzillərlə hər hansı əlaqəsinin olub-olmadığını soruşmuşlar. Adının Ceyhun olduğunu bildirən şəxs Yeni Suraxanı qəsəbəsində yaşadığını bildirmiş, lakin Mədən küçəsində hansı məqsədlə olmasını izah edə bilməmişdir. Onun hərəkətlərindən narkotik vasitə və ya psixotrop maddə istifadə etməsindən şübhələnmişlər. Həmin şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün o, 32-ci Polis Bölməsinə dəvət edilmiş və raport tərtib edilməklə saat 08:50 dəqiqədə X13 hissəsinə təhvil verilmişdir. Növbətçi hissəyə həmin şəxsi təhvil verərkən onun 28 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra araşdırma aparılması təhqiqat orqanına həvalə edilmiş, təhqiqatçı tərəfindən saxlanılan şəxsin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və konfidensial qaydada görüşmələri üçün şərait yaradılmışdır. O və həmkarı tərəfindən zəruri tədbirlər görülməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən o, müvafiq qaydada videoçəkilişdən istifadə edilməklə üzərində axtarış aparılacağı barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmazdan əvvəl ona üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibində bir ədəd kibrit qutusunun içərisində bir ədəd sarı rəngli kağıza bükülmüş halda olan spesifik iyə malik narkotik vasitəyə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş və həmin kütlənin özünün “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin gün səhər saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşından sonradan 100 manat ödəyəcəyi şərti ilə razılaşıb özünün şəxsi istifadəsi üçün əvvəlcədən təyin edilmiş yerdən götürərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, şalvarının cibindən 2 (iki) ədəd mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Telefonlardan biri “Redmi”, digəri isə “Nokia” markalı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər həmin kütlə və mobil telefonlar götürülmüş, müvafiq qaydada kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və tərtib edilmiş müvafiq protokola əlavə edilmişdir. Daha sonra narkotik vasitələrin olduğu ehtimal edilən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zəruriliyi ona izah edilmiş və o, yazılı ərizə ilə müraciət edərək mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ev 7-yə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya dəlil aşkar edilməmişdir. Bununla bağlı tərtib edilmiş müvafiq protokol iştirakçılar tərəfindən imzalanmışdır.

10. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazi ilə polis bölməsi arasındakı məsafə avtopatrulla təxminən 5 dəqiqə müddətindədir. Təqsirləndirilən şəxsə qarşı nə onun, nə də hər hansı digər polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən heç bir etiraz bildirməmiş və onlardan yayınmağa çalışmamışdır.

11. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X17 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı tünd göy rəngli cins şalvarının sol yan cibində 1 (bir) ədəd sarı rəngli kağızın içərisində olan narkotik vasitənin aşkar edilməsi faktına görə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən həmin tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1).

14. X17 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 tərəfindən imzalanmaqla tərtib edilmiş 21 iyun 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə 2474 çağırışlı avtopatrulla Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində xidmət apararkən saat 08:40-da bir nəfər şəxsin həyət evlərinin arası ilə hərəkət etdiyini, hərdən açıq qapıları olan həyətə boylandığını görüb inzibati ərazidə baş verən oğurluq hadisələri ilə əlaqədar olaraq həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncudan kim olduğunu və harada yaşadığını soruşduqda o, adının Ceyhun olduğunu, Yeni Suraxanı qəsəbəsində yaşadığını bildirmiş, lakin Mədən küçəsində nə etdiyini izah edə bilməmişdir. Bundan sonra 32-ci Polis Bölməsinə dəvət olunmuş, saat 08:50-də X13 hissəsinə təhvil verilərkən 28 avqust 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunan şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir (Cild 1, i.v. 5).

15. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə, saat 9:30-da müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli şəxs qismində təhqiqatçı Ə.Bayraməliyev tərəfindən tutulmuş, həmin tarixdə, saat 9:35-dən 9:50-dək bu barədə protokol tərtib edilmişdir. Protokola əsasən Təqsirləndirilən şəxs onun azadlığının faktiki məhdudlaşdırıldığı 21 iyun 2023-cü il tarixdə, saat 8:40-dan tutulmuş hesab edilmişdir (cild 1, i.v. 14).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 10:00-dan 10:15-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən X17 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2 iştirakı ilə Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd sarı rəngli kağıza bükülmüş bükümü təqdim edərək həmin bükümdə “kakos” kimi tanıdığı narkotik vasitənin olduğunu, həmçinin sol yan cibində “Nokia” və “Redmi” markalı mobil telefonlar olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından “zaklatka” yolu ilə 100 (bir yüz) manat ödəməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd sarı rəngli kağızda olan bükümün içərisindəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 196 saylı mühürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmənin süni işıqlandırma şəraitində aparılması, istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmaqla onlara protokola qeydlər etmək hüququ, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.23, 26-27).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyun 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 9 dəqiqə 3 saniyə olan həmin videogörüntünün əks olunduğu diskə müstəntiq R.S.Əliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Nurəddin Məmmədovun iştirakı ilə baxış keçirilməsinə dair 22 iyun 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmiş, habelə ona hüquq və vəzifələrinin ətraflı (təxminən 4 dəqiqə müddətində) izah edilməsi müəyyən edilmişdir (Cild 1, i.v. 49).

18. “Baxış keçirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yazılı razılığı əsasında həmin gün ünvan 4 ünvanında yerləşən yaşayış evinə təhqiqatçı Ə.Bayraməliyev tərəfindən X17 Alayının 7-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2, müdafiəçi X1 iştirakı ilə baxış keçirilmişdir. Protokoldan görünür ki, istintaq hərəkəti zamanı bir mərtəbədən ibarət fərdi yaşayış evində cinayət təqibi üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, irad və ya təklif daxil olmadığından imzalarla təsdiq edilmiş, protokola fotocədvəl də əlavə edilmişdir (Cild 1, i.v. 34-35).

19. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/3464 saylı, 21 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,285 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,285 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,185 qramdır. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır (Cild 1, i.v. 38-42).

20. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 1, i.v. 45).

21. “Mobil telefona baxış keçirilməsi haqqında” 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsla müdafiəçisi Nurəddin Məmmədovun iştirakı ilə müstəntiq Ramil Əliyev tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefona keçirilmiş baxış zamanı həmin mobil telefonda ***-***-**-** saylı mobil telefon nömrəsinin olması, mobil telefonun “Whatsapp” bölməsində +**********1101 nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə +99477 *** ** ** nömrəyə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsini işarə edən yerin foto təsvirinin göndərildiyi müəyyən edilmişdir. “Telefon rəhbəri” bölməsində müvafiq ad, soyad və ya adlandırma ilə hər hansı nömrənin qeydiyyatının aparılmadığı müəyyən edilmişdir. “Nokia” markalı mobil telefona baxış zamanı isə həmin mobil telefonun “yığılmış”, “qəbul edilmiş”, “zənglər” və “SMS”lər bölməsində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın olmaması müəyyən edilməmişdir. Bu barədə həmin tarixdə, saat 17:10-dan 17:35-dək tərtib edilmiş protokol uca səslə oxunmuş, heç bir təklif və etiraz daxil olmadığından iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir (Cild 1, i.v. 50).

22. “İctimai təhlükəli əməlin tövsif edilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə istintaq davam etdirilmişdir (Cild 1, i.v. 60-61).

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 62-63).

24. “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 23 iyun 2023-cü il tarixli qərardan, müvafiq məktub və raportdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatından sonra qalıq qalmış hissəsi, yəni 2,185 qram heroin, yaddaşındakı “Whatsapp” bölməsində +**********1101 saylı nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə +99477 *** ** ** saylı nömrəyə göndərilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsini işarə edən yerin foto təsviri olan “Redmi” markalı 1 (bir) ədəd mobil telefon iş üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd “CD-R” formatlı disk iş üzrə maddi sübut hesab edilməklə cinayət işi materiallarında saxlanılmışdır (cild 1, i.v. 79-83).

25. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmaqla, onun barəsində əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuş şəxs Təqsirləndirilən şəxs izahat verərək vəsatətdə və təqdimatda göstərilən xüsusatları təsdiq etməyərək göstərdi ki, o, saxlanılan zaman üzərində ittihamda qeyd olunan miqdarda deyil, az miqdarda narkotik vasitə çıxmışdır və o həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə aludəçisidir. Sonda Təqsirləndirilən şəxs qeyd etdiklərini nəzərə alaraq barəsində həbs qətimakn tədbirinin seçilməsindən imtina edilməsini xahiş etdi.”(cild 1, i.v. 93-98).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 6 sentyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 113- 114;).

27. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2023-cü il tarixli, 4278 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, 4-5 ildir narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v 115-116).

28. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 10 iyul 2023-cü il tarixli, 1874 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda cinayət əməlini səmimi etiraf edir. Saxlanılarkən üzərində narkotik vasitə aşkar olunduğunu bildirir.” (cild 1, i.v. 118-120).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.S.Əliyev tərəfindən 19 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 19 oktyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.137-144).

30. "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd CD formatlı diskdəki məlumatlar məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək əsasən Sabunçu TKQ, Əmircan qəsəbəsi (Surakhany) anten dairəsinin əhatəsində olmuş, 21 iyun 2023-cü il tarixdə, saat 11:50-də mobil telefon nömrəsinə daxil olmuş SMSMT-ə əsasən “Bakı şəhəri, K.İsmayılov küçəsində yerləşən Qaraçuxur stadionu/Surajhany” anten dairəsinin əhatəsində olmuşdur (Cild 2).

31. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 3 noyabr 1955-ci il təvəllüdlü atası X5, 8 iyul 1988-ci il təvəllüdlü arvadı X6, övladları 18 noyabr 2006-cı il təvəllüdlü Yaşar Zeynalov və 31 mart 2008-ci il təvəllüdlü Xəyalə Zeynalovadan ibarətdir (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

35. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

36. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

37. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

38. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

40. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarının 2,285 qram deyil, təxminən 0,4 qram olması, onun polis əməkdaşları tərəfindən 21 iyun 2023-cü il tarixdə, saat 8:40-da deyil, 20 iyun 2023-cü il tarixdə axşam saatlarında saxlanılması, saxlanılarkən polis əməkdaşları tərəfindən onun sifət nahiyəsindən bir neçə dəfə sillə ilə vurmaları, ilkin olaraq polis əməkdaşları tərəfindən deyil, ərazidə yaşayan sakinlər tərəfindən saxlanılaraq polisə təhvil verilməsi ilə bağlı ifadəsində göstərdiyi hallara tənqidi yanaşaraq həmin ifadələrdə göstərilən qeyd edilən xüsusatların işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

41. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Z.Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

42. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

43. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

48. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilməsi, habelə sair zorakılığa məruz qalması, ittihamda göstərilən tarixdə, yerdə, vaxtda və şəraitdə saxlanılmaması, üzərində ittihamda göstərilən miqdarda narkotik vasitənin olmaması barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə nəzarəti qaydasında hakim tərəfindən baxılarkən onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara, o cümlədən hakimə müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmədə baxılarkən, saxlanılan zaman üzərində ittihamda qeyd edilən miqdarda deyil, az miqdarda narkotik vasitə olmasını bildirmişdir. Eyni zamanda, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin sonradan uzadılması məsələsinə baxılarkən də, Təqsirləndirilən şəxs ittihamın əsassız olması və sair hallar barədə bildirməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində göstərdiyi halların birindən (üzərindən aşkar edilmiş heroinin miqdarının ittihamda göstəriləndən daha az olması) başqa digərləri barəsində uzun müddət ərzində davam etmiş ibtidai araşdırma zamanı deməmiş, həmin halları mübahisələndirməmişdir. Qeyd edilən hala məhkəmə tərəfindən tənqidi yanaşılarkən məhkəmə həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs həmin müddət ərzində həbsdə olmamış, sərbəst olaraq məhkəmədə ifadəsində göstərdiyi hallar barədə müraciətlər etmək və ya ona verilmiş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur.

49. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi üzərində ittihamda qeyd edilmiş miqdarda deyil, daha az miqdarda narkotik vasitə heroin olması ilə bağlı xüsusata qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, həmin hal hökmün 16-17 və 19-cu bəndlərində göstərilmiş mötəbərliliyi şübhə altına bilinməyən sübutlarla tam inkar edilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, hökmün 17-ci bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərindən narkotik vasitə aşkar olunmasına dair videoyazıya baxaraq, bu barədə tərtib edilmiş protokola hər hansı etirazı olmadan imzalamaqla təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi ilə öz müdafiə mövqeyinə uyğun olaraq həmin halları göstərdiyini nəzərə alır və həmin halların işin faktiki halları ilə tam inkar edilməsini qeyd edir.

50. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

51. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

52. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

53. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

54. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

55. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

56. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

57. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

58. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

59. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini və barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə tam riayət etməklə məhkəmə icraatı dövründə davranışını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, o cümlədən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

60. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

61. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

62. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

63. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

66. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 21 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbirinin müddəti 10 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.14; 93-98;156-160).

67. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır.

68. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

69. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

70. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

71. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,185 qram olan narkotik vasitə heroin məhv edilməli və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

73. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

74. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

75. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində saxlanılan 2,185 qram narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar