Məhkəmə qərarları › İş №1(101)-955/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-955/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-955/2022 16.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayca Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, hazırda barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə 2019-cu ilin dekabr ayının sonlarında yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən 2 saylı binanın həyətində rəfiqəsi Şahid1 etibarından sui-istifadə edərək, satıb pulunu 2020-ci ilin may ayınadək ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq, onun vasitəsilə Zərərçəkmiş şəxs məxsus bir ədəd 13.600 (on üç min altı yüz) manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, 93,7 qram kütləli sırğa cütü və qolbaq-boyunbağı dəstini, bir ədəd 7.990 (yeddi min doqquz yüz doxsan) manat dəyərində, İtaliya istehsalı olan, 750 əyar qızıldan hazırlanmış 53 qram kütləli qadın qolbağını, bir ədəd 6.375 (altı min üç yüz yetmiş beş) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı, 45,7 qram kütləli boyunbağıqolbaq dəstini, 2020-ci ilin yanvar ayının sonlarında bir ədəd 4.250 (dörd min iki yüz əlli) manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 31,3 qram kütləli qadın saatını, bir ədəd 10.200 (on min iki yüz) manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış. 74.2 qram kütləli kişi saatını, bir ədəd 5.950 (beş min doqquz yüz əlli) manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 42,16 qram kütləli qadın boyunbağı-qolbaq dəstini, bir ədəd 7.820 (yeddi min səkkiz yüz iyirmi) manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını, sonuncu dəfə 2020-ci ilin mart ayının əvvəllərində bir ədəd 3.400 (üç min dörd yüz) manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 20,7 qram kütləli qadın qolbağını, bir ədəd 2.550 (iki min beş yüz əlli) manat dəyərində. İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, 16.9 qram kütləli qadm qolbağını, bir ədəd 4.250 (dörd min iki yüz əlli) manat dəyərində. İtaliya istehsalı olan,750 əyarlı qızıldan hazırlanmış 27,3 qram kütləli qadın qolbağını, bir ədəd 9.010 (doqquz min on) manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış 65 qram kütləli qadın boyunbağını, bir ədəd 3.060 (üç min altmış) manat dəyərində, İtaliya istehsalı olan. 750 əyarlı qızıldan hazırlanmış 22 qram kütləli qadın qolbağını, bir ədəd 5.525 (beş min beş yüz iyirmi beş) manat dəyərində İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, «Chopard» markalı. 39,3 qram kütləli qadın boyunbağını, bir ədəd 4.165 (dörd min yüz altmış beş) manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, «Chopard» markalı. 29,8 qram kütləli qadın boyunbağını və bir ədəd 3.655 (üç min altı yüz əlli beş) manat dəyərində İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadm boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla aldadaraq, ümumi çəkisi 638,86 (altı yüz otuz səkkiz tam yüzdə səksən altı) qram olan qızıl-zinət əşyalarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 91.800 (doxsan bir min səkkiz yüz) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 1987-ci ildən tanımış, onunla qohumluq əlaqələri və ədavəti olmamış, Şahid1 ilə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləyərkən tanış olmuş, həmin vaxt Şahid1 Baş Hesablama Mərkəzinin sənaye şöbəsində iqtisadçı işləmiş, onunla bir rəfiqə kimi yaxın münasibəti olmuş, hətta Aygünlə əvvəllər qızıl alveri etmiş, belə ki, Aygün tanımadığı şəxslərdən nisyə qızıl əşyası alıb gətirmiş və həmin qızılın satışını həyata keçirərək hər ikisi gəlir əldə etmişdir. Eləcə də o, göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarında Şahid1 özünə məxsus ***-***-**-** saylı nömrənin «WhatsApp» proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** mobil telefon nömrənin «WhatsApp» proqramına İtaliya istehsallı, 750 əyarlı müxtəlif çeşidli qızıl-zinət əşyalarının fotoşəkillərini göndərərək qonşuluqda yaşayan Naibə adlı rəfiqəsinin qramını 84,5 ABŞ dollarına qiymətləndirib ona satmaq üçün verdiyini demiş, sonra isə Aygün xanım həmin qızıl-zinət əşyalarını satmağı ona təklif etmiş, həmin ərəfədə onun pula ehtiyacı olduğuna görə Aygünlə qızılları satmaqda kömək edəcəyinə razılaşmış, ancaq məqsədi qızılları sataraq pulunu özünə götürmək olmuş, sonra qızıl-zinət əşyalarının fotoşəkillərini gözdən keçirərək təxmini hesablama apardıqdan sonra Aygünə zəng vurub qazanc əldə etmək üçün qızılın hər bir qramının üzərinə 2 (iki) ABŞ dolları əlavə edib satacağını və ümumilikdə əldə olunacaq 1.280 (bir min iki yüz səksən) ABŞ dolları məbləğində qazancı onunla bərabər şəkildə böləcəyini vəd etmiş, Aygün onunla razılaşmış və yaşadığı ünvanın həyətində görüşməyi qərara almış, bir-iki saat sonra axşam saatlarında Aygün taksi ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 2 ünvanına gəlmiş, həmin vaxt Aygünü həyətdə qarşılamış, onunla hal-əhval tutduqdan sonra yaşadığı ünvanın həyətində Aygünün təqdim etdiyi qızıl-zinət əşyalarının içərisindən bir ədəd İtaliya istehsalı olan 8.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 93.7 qram kütləli sırğa cütü və qolbaq-boyunbağı dəstini, bir ədəd İtaliya istehsalı olan 4.700 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 53 qram kütləli qadın qolbağını və bir ədəd İtaliya istehsalı olan 3.750 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı, 45,7 qram kütləli boyunbağı-qolbaq dəstini götürərək, hələlik həmin qızılları nisyə satmaq üçün müştəri tapacağını, digər qızıl-ziynət əşyalarını isə bir müddət sonra satmaq məqsədi ilə ondan götürəcəyini bildirmiş, sonra sağollaşıb Aygündən ayrılmış, bundan təxminən iki gün sonra həmin qızılları Bakı şəhərində hazırda yerlərini dəqiq xatırlamadığı qızıl qəbulu məntəqəsinə ucuz qiymətə, yəni qızılın dəyərinin yarı qiymətinə satmış, yenidən Aygünlə yaşadığı binanın həyətində görüşüb ona qızılların hamısını tanışlarına nisyə olaraq satmasını bildirmiş və əldə etdiyi puldan Aygünə 5.100 manat (beş min yüz) manat vermiş, yerdə qalan pulu isə 2020-ci ilin may ayına kimi alıb gətirəcəyini demiş, qızılı ucuz qiymətə sataraq əldə etdiyi pulu ehtiyacı olduğuna görə öz şəxsi tələbatlarına xərcləmişdir. Həmçinin o, göstərmişdir ki, 2020-ci ilin yanvar ayının sonlarında Aygünə zəng vuraraq, ona müştəri tapdığını bildirmiş və yerdə qalan qızıl-zinət əşyalarını da satmaq üçün gətirib verməsini demiş, bir neçə dəqiqə sonra səhər saatlarında Aygün yenə də yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 2 ünvanının həyətinə gəlib onunla görüşmüş və satmaq üçün müxtəlif qızıl-zinət əşyalarını ona təqdim etmiş, sonra Aygünün təqdim etdiyi qızıl-zinət əşyalarını gözdən keçirərək bir ədəd İtaliya istehsalı olan 2.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 31,3 qram kütləli qadın saatını, bir ədəd İtaliya istehsalı olan 6.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 74,2 qram kütləli kişi saatını, bir ədəd İtaliya istehsalı olan 3.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 42,16 qram kütləli qadın boyunbağı- qolbaq dəstini və bir ədəd İtaliya istehsalı olan 4.600 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını götürmüş və həmin qızılları nisyə satmaq üçün müştəri tapdığını, yerdə qalan digər qızıl-zinət əşyalarını isə bir müddət sonra satmaq üçün ondan götürəcəyini bildirmiş, Aygün razılığını bildirirərək çıxıb getmiş, həmin günün səhəri yenə də Aygünün verdiyi qızılları Bakı şəhərində hazırda yerlərini dəqiq xatırlamadığı qızıl qəbulu məntəqəsinə ucuz qiymətə, yəni qızılın dəyərinin yarı qiymətinə satmış, sonra Aygünlə yaşadığı binanın həyətində görüşərək ona yalandan aldığı qızılların hamısını tanışlarına nisyə olaraq satmasım bildirmiş və əldə etdiyi puldan Aygünə 2.500 manat (beş min yüz) manat vermiş, yerdə qalan pulu da may ayına kimi alıb gətirəcəyinə söz vermiş, bu dəfə də qızılı ucuz qiymətə satıb əldə etdiyi pulu ehtiyacı olduğuna görə öz şəxsi tələbatlarına xərcləmişdir. Bundan başqa o, göstərmişdir ki, 2020ci ilin mart ayının əvvəllərində günorta saatlarında növbəti dəfə Aygünə zəng vuraraq müştəri olduğunu demiş və yerdə qalan qızılları da gətirib verməsini xahiş etmiş, sonra Aygün yaşadığı ünvanın həyətinə gələrək onunla görüşüb gətirdiyi bir ədəd İtaliya istehsalı olan 2.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 20,7 qram kütləli qadın qolbağını, bır ədəd İtaliya istehsalı olan 1.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 16,9 qram kütləli qadm qolbağını, bir ədəd İtaliya istehsalı olan 2.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 27,3 qram kütləli qadm qolbağını, bir ədəd İtaliya istehsalı olan 5.300 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 65 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 1.800 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 22 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 3.250 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 39,3 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 2.450 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 29,8 qram kütləli qadın boyunbağını və bir ədəd İtaliya istehsalı olan 2.150 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadın boyunbağını götürmüş, Aygünə həmin qızılzinət əşyalarını da digərləri kimi nisyə satıb 2020-ci ilin may ayınadək pulunu verəcəyini vəd etmiş, sonra Aygünlə sağollaşıb ayrılmış, təxminən iki gün sonra Aygündən aldığı həmin qızıl-zinət əşyalarını da Bakı şəhərində hazırda yerlərini dəqiq xatırlamadığı qızıl qəbulu məntəqəsinə ucuz qiymətə, yəni qızılın dəyərinin yarı qiymətinə satmış, sonra Aygünə zəng vurub onunla Nərimanov rayonu ərazisində yerləşən “Funda Medical” kilinikanın yanında görüşərək qızılların hamısını tanışlarına nisyə olaraq satmasını bildirmiş, həmin vaxt Aygünə 3.150 (üç min yüz əlli) manat da pul vermiş, yerdə qalan pulu da 2020-ci ilin may ayına kimi alıb gətirəcəyinə söz vermiş, yenə də qızılı ucuz qiymətə satıb əldə etdiyi pulu ehtiyacı olduğuna görə öz şəxsi tələbatlarına xərcləmişdir. Eləcə də o, göstərmişdir ki, Şahid1 götürdüyü Naibə Nəcəlbvaya məxsus qızıl-zinət əşyalarının hamısını ucuz qiymətə sataraq 32.100 (otuz iki min bir yüz) manat əldə etmiş, ancaq həmin pulun hamısını Aygün xanıma verməmiş və ona bu barədə bildirmədən şəxsi ehtiyaclarına xərcləmiş, 2020-ci ilin avqust ayının ortalarında Aygün onu Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “SAFSU” su satışı məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs ilə görüşdürərək satmaq üçün ona verdiyi qızılzinət əşyalarının məhz Naibəyə məxsus olmasını bildirmiş, həmin vaxtadək Zərərçəkmiş şəxs görməmiş və onunla heç bir əlaqəsi olmamış, söhbət əsnasında Naibə ona narazılığını bildirib, qızıl-zinət əşyalarını dərhal geri qaytarmasını tələb etmiş, nə deyəcəyini bilməyərək ona məxsus 54.000 (əlli dörd min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını nisyə müxtəlif şəxslərə satmasını, lakin pandemiya səbəbindən həmin şəxslərdən qızıl-zinət əşyalarının pulunu hələ ala bilmədiyini demiş, bunu görən Naibə ona məxsus qızıl-zinət əşyalarını satdığı şəxsləri göstərməsini tələb etmiş, məcburiyyət qarşısında qalaraq onunla razılaşmış və onlar birlikdə taksiyə əyləşmiş, avtomobilə əyləşən zaman sürücüyə nə deyəcəyini bilməmiş və avtomobili yaşadığı ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsinə sürməsini demiş, Naibənin qızıl-zinət əşyalarını ayrı-ayrı şəxslərə satmadığını deməkdən qorxmuş, çünki Naibə pulunu tələb edəcəyi halda ona verməyə pulu olmamış, buna görə yalandan ona qızılları X11 və X3 adlı tanışlarına, bir hissəsini isə bacısı Şahid3 satmasını bildirmiş, avtomobillə hərəkət edərək, Bakı şəhəri, Yasamal rayonu. Qələbə dairəsinə çatdıqda Naibə ondan Nərimanov rayonuna nə məqsədlə getdiklərini soruşmuş, ona yaşadığı ünvana gedərək onunla ətraflı söhbət etmək istədiyini demiş, Naibə ona etiraz edərək avtomobili Qələbə dariəsindəki “Baku Mail” ticarət mərkəzinin qarşısında saxlatdıraraq onunla artıq danışmaq istəmədiyini bildirmiş, dərhal qızıl-zinət əşyalarım geri qaytarmasını tələb etmiş, nə edəcəyini bilməyərək ağlamış və ona qısa müddət ərzində qızıl-zinət əşyalarının pulunu tam şəkildə ödəyəcəyinə dair yalan vəd vermiş, hətta Aygünü və Naibəni inandırmaq üçün 30 oktyabr 2020-ci il tarixdə öz xətti ilə qəbz yazıb vermiş, ondan satmaq üçün 54 min ABŞ dolları dəyərində qızıl-zinət əşyası götürməsini, həmin qızıldan 25.800 ABŞ dolları dəyərində rəfiqəsi X1, 6300 ABŞ dolları dəyərində digər rəfiqəsi X7, 22.000 ABŞ dolları dəyərində qızılın isə özündə olduğunu bildirmiş. Zərərçəkmiş şəxsm və Şahid1 inandırmaq üçün əvvəlcədən Aygün Babayevanın. Rufa Sadıxovanın və bacısı Şahid3 adından öz xətti ilə qəbz yazıb özündə saxlamış, ancaq əsl həqiqətdə onun X11 və X3 adlı rəfiqələri olmamış, ümumiyyətlə belə bir adamlar tanımamış, göstərdiyi adlar və soyadlar şərti xarakter daşımış, həmin adları yalandan uydurub demiş, məqsədi Aygünü və Naibəni inandırmaq olmuşdur ki, guya qızılları kiməsə salmış, həqiqətdə isə qızılların heç birini bacısına və ya qeyri şəxslərə satmamış, bütün qızılları Bakı şəhərində qızıl qəbulu məntəqələrinə ucuz qiymətə satmış, 30 oktyabr 2020-ci il tarixdə Aygünün iştirakı ilə Naibənin yaşadığı ünvanda ona öz dəsti-xətti ilə iltizam yazıb vermiş, həmin iltizamda Aygündən 54.000 ABŞ dolları dəyərində qızıl əşyasını götürüb nisyə satmasını göstərmiş və 08 noyabr 2020-ci il tarixdə qızıl-zinət əşyalaranın pulunu tam həcmdə ödəyəcəyinə söz vermiş, lakin pulu olmadığı üçün vədinə əməl edə bilməmişdir. Daha sonra o, göstərmişdir ki, Şahid1 ona satmaq üçün verdiyi qızılların ümumi dəyəri 34.000 ABŞ dolları olmuş və həmin qızılların hamısını 32.000 manata satmış, sadəcə qızılların pulunu vaxtında ödəyə bilmədiyi üçün Aygün qızılın qramının qalxmasını demiş və artıq pul tələb etmiş, ona görə də Naibəni razı salmaq üçün qəbzdə qızılın dəyərini 54.000 ABŞ dolları olaraq göstərmiş, ancaq ona kimsə təzyiq göstərməmiş və özü könüllü olaraq qəbzdə 54.000 ABŞ dolları yazmış, qızıl əşyalarının pulunu vaxtında qaytara bilməyəcəyini bildiyinə görə Naibəni razı salmaq istəmiş və bununla vaxt qazanmaq istəmiş, sonradan Naibəyə hər hansı məbləğdə pul ödəyə bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2020-ci ilin noyabr ayında ‘‘Kapital Bank” ASC tərəfindən adına verilmiş 4169 7416 5211 1053 nömrəli pensiya kartını Naibəyə təqdim edərək hər ay kartın balansına köçürülən 1.800 (bir min səkkiz yüz) manat məbləğində pulu həmin qızıl-zinət əşyalarına görə müntəzəm olaraq bankomatdan çıxarıb götürməsini xahiş etmiş, Naibə də onunla razılaşmış və 2020-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayına kimi Naibə pensiya kartından 12.600 (on iki min altı yüz) manat pul çıxarmış, belə ki, kartından çıxarılmış 24.298 manat puldan 11.698 manatı tərəfindən başqa kart hesabına köçürülməklə xərclənmiş, yerdə qalan 12.600 manatı isə Naibə çıxarmış, bundan əlavə Aygünə birinci dəfə 5.100 (beş min yüz) manat, ikinci dəfə 2.500 (iki min beş yüz), üçüncü dəfə isə 3.150 (üç min yüz əlli) manat olmaqla ümumilikdə qızılın pulundan 23.350 (iyirmi üç min üç yüz əlli) manat pul vermiş, lakin Aygün və Naibənin hesablamalarına görə onun Zərərçəkmiş şəxs 68.450 (altmış səkkiz min dörd yüz əlli) manat verəcəyi olmuş, ancaq Aygündən götürdüyü Naibəyə məxsus qızıl əşyalarının dəyəri 34.000 ABŞ dolları, yəni 57.800 manat olmuş, həmin məbləğdən isə 23.350 manat ödəmiş, onun hesabı ilə Naibəyə 34.450 (otuz dörd min dörd yüz əlli) manat verəcəyi qalmışdır, lakin həmin qızılların hamısını dəyərindən çox aşağı satıb cəmi 32.100 (otuz iki min yüz) manat pul əldə etmişdir, həmin məbləği də qızı Leylanın borclarının bir hissəsinə ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 təxminən 40 ildir qonşu kimi tanımış, onunla heç bir ədavəti olmamışdır. Bundan başqa o, göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarında oğlu İsa Nəcəfov üçün Bakı şəhərindən iki otaqlı mənzil almaq istəmiş, lakin bununla əlaqədar lazım olan məbləğdə pulu olmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını satıb pul əldə etmək qərarına gəlmiş, həmin ərəfədə, yəni 2019-cu ilin dekabr ayının sonlarında günorta saatlarında qonşuluqda yaşayan Şahid1 yaşadığı evə dəvət edib bu barədə onunla söhbət edərək oğlu İsaya mənzil almaq üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmiş, Aygün qızıl-zinət əşyalarına baxmaq istədiyi üçün özünə məxsus qızıl-zinət əşyalarını ona təqdim etmiş, həmin vaxt Aygün qızıl-zinət əşyalarını gözdən keçirərək əvvəllər birlikdə işlədiyi, ailəvi dostluq münasibətlərinin olduğu Bakı şəhərində yaşayan rəfiqəsinin uzun müddətdən bəri qızıl-zinyət əşyalarının alveri ilə məşğul olduğunu demiş və qızıl-əşyalarını salmaq üçün məhz həmin rəfiqəsinə verməyi tövsiyə etmiş, onunla razılaşaraq elə həmin günü yaşadığı evdə özünə məxsus bir ədəd İtaliya istehsalı olan 8.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 93.7 qram kütləli sırğa cütü-qolbaq-boyunbağı dəstini, bir ədəd İtaliya istehsalı olan 2.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 31,3 qram kütləli qadın saatını, bir ədəd İtaliya istehsalı olan 6.000 ABŞ dolları dəyərində 750 əyarh qızıldan hazırlanmış 74,2 qram kütləli kişi qol saatını, bir ədəd İtaliya istehsalı olan 2.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 20.7 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 4.600 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 4.600 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 1.500 ABŞ dolları dəyərində 750 əyar qızıldan hazırlanmış 16,9 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 2.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 27.3 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 4.700 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 53 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 5.300 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 65 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 3.500 ABŞ dolları dəyərində 750 əyarh qızıldan hazırlanmış 42.16 qram kütləli qadın boyunbağı-qolbaq dəstini, bir ədəd İtaliya istehsalı olan 1.800 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 22 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 3.750 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 45,7 qram kütləli boyunbağı-qolbaq dəstini, bir ədəd İtaliya istehsalı olan 3.250 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 39,3 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 2.450 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 29,8 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 2.150 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadın boyunbağını və bir ədəd İtaliya istehsalı olan 2.150 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadın boyunbağını Aygünə vermiş, həmin qızılların 1 (bir) qramını 84,5 ABŞ dollarına qiymətləndirdiyindən ümumilikdə dəyəri 54.000 (əlli dörd min) ABŞ dolları etmiş, Aygün qızıl-zinyət əşyalarını ondan aldıqdan sonra sağollaşaraq getmiş və 1-2 günə rəfiqəsi ilə görüşüb danışacağını və nəticəsi barədə ona məlumat verəcəyini bildirmiş, həmin vaxt Aygünlə razılaşaraq ondan xəbər gözləməyə başlamış, təxminən iki gün sonra tanışı Aygün mobil telefonuna zəng vuraraq, ondan götürdüyü qızıl-zinət əşyalarını satmaq üçün sözügedən rəfiqəsinə verdiyini, qızıl-zinət əşyalarının artıq satılmaq üzrə olduğunu və 2020-ci ilin mart ayında qızıl-zinət əşyalarının pulunun çatdırılacağını bildirmiş, Aygünün sözlərinə arxayın olaraq gözləmiş, 2020-ci ilin mart ayının sonlarında Aygünlə yaşadığı ünvanda görüşərək satmaq üçün verdiyi qızıl-zinət əşyalarının pulunu nə vaxt gətirəcəyini soruşmuş, həmin vaxt Aygün cavabında ona verdiyi qızıl-zinət əşyalarını satmaq üçün uzun illərdən bəri tanıdığı, Bakı şəhəri, Nərimanov rayonunda yaşayan rəfiqəsi Təqsirləndirilən şəxs verdiyini, Alidənin də öz növbəsində həmin qızıl-zinət əşyalarını müxtəlif şəxslərə nisyə satdığını, lakin yeni növ koronavirus- COVİD-19 infeksiyası ilə əlaqədar pandemiya səbəbindən pulunu hələ alıb əldə edə bilmədiyini demiş, məcburiyyət qarşısında qalaraq bir müddət gözləməyi qərara almışdır. Eləcə də o, göstərmişdir ki, 15 iyun 2020-ci il tarixdə günorta saatlarında Aygün yaşadığı ünvana gələrək ona 5.100 (beş min bir yüz) manat pul vermiş, həmin vəsaiti ona tanışı Alidənin göndərdiyini bildirmiş, 21 iyun 2020-ci il tarixdə Aygün günorta saatlarında yenidən yaşadığı ünvana gələrək ona 2.500 (iki min beş yüz) manat vermiş, həmin vəsaiti də ona məxsus qızıl-zinət əşyalarının müqabilində Alidənin göndərdiyini demiş, bundan sonra Alidə ona hər hansı məbləğdə pul ödəməmiş, bununla əlaqədar narahat olaraq 2020-ci ilin avqust ayının ortalarında qızıl-zinət əşyalarını tələb etmək üçün Aygündən onu Alidə ilə görüşdürməsini tələb etmiş, 2020-ci ilin avqust ayının ortalarında Aygünün təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonu, "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Saf-Su” su satışı məntəqəsinin qarşısında Alidə ilə görüşmüş, Alidəni ilk dəfə məhz həmin vaxt görmüş, söhbət əsnasında Alidəyə narazılığını bildirmiş və ondan satmaq üçün Aygünün vasitəsilə verdiyi qızıl-zinət əşyalarım dərhal geri qaytarmasını tələb etmiş, Alidə and-aman edərək Aygündən aldığı 54.000 (əlli dörd min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını nisyə müxtəlif şəxslərə satdığını, lakin pandemiya səbəbindən həmin şəxslərdən qızılın pulunu hələ ala bilmədiyini demiş, cavabında Alidədən ona məxsus qızıl-zinət əşyalarını satdığı şəxsləri göstərməsini tələb etmiş. Alidə razılaşdığı üçün onlar birlikdə taksiyə əyləşmiş, həmin vaxt Alidə sürücüyə avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsinə sürməsini söyləmiş, onlar Bakı şəhəri. Yasamal rayonu, Qələbə dairəsinə çatdıqda Alidədən Nərimanov rayonuna nə məqsədlə getdiklərini soruşmuş, bu zaman Alidə yaşadığı ünvanda ətraflı söhbət etmək istədiyini və məhz bu məqsədlə avtomobili Nərimanov rayonu, Murtuza Nağıyev küçəsinə sürdürdüyünü bildirmiş, buna etiraz edərək sürücüdən avtomobili saxlamasını tələb etmiş, sonra Alidəyə bir daha etiraz edərək onunla hər hansı mövzuda danışmağa lüzum olmadığını söyləyib dərhal qızıl-zinət əşyalarını geri qaytarmasını və ya qızıl-zinət əşyalarını satdığı şəxsləri ona göstərməsini bildirmiş, gözlənilmədən Alidə ağlayaraq ona yalvarmağa başlamış və qısa müddət ərzində ona məxsus Aygündən aldığı qızıl- zinət əşyalarının pulunu tam həcmdə ödəyəcəyini vəd etmiş, Alidəyə inanaraq bir müddət də gözləməyi qərara almışdır. Həmçinin o, göstərmişdir ki, 2020-ci ilin oktyabr ayınadək Alidə müxtəlif bəhanələrlə onu aldadaraq hər hansı məbləğdə pul ödəməmiş, 30 oktyabr 2020-ci il tarixdə isə Alidə Aygünlə birlikdə yaşadığı ünvana gələrək öz dəsti-xətti ilə ona iltizam yazıb vermiş və 08 noyabr 2020-ci il tarixdə qızıl-zinət əşyalarının pulunu tam şəkildə verəcəyini bildirmiş, ancaq 08 noyabr 2020-ci il tarixdə Alidə ona hər hansı bir məbləğdə pul ödəməmiş, bundan sonra Alidənin onu aldadaraq qızıl-zinət əşyalarını ələ keçirdiyini başa düşmüş və 2021-ci ilin yanvar ayınadək dəfələrlə Alidədən qızıl-zinət əşyalarını qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələrlə aldadıb pulu verməmiş, bu səbəbdən 06 yanvar 2021-ci il tarixdə Nərimanov rayon polis idarəsinə gedib Alidənin barəsində şikayət etmiş, müraciətinə əsasən, Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində araşdırma aparılan zaman Alidə 31 yanvar 2021- ci il tarixdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində ona "xxxx" ASC tərəfindən onun adına verilmiş 4169 7416 5211 10543 plastik təqaüd kartını verərək, kartın şifrəsini bildirmiş və hər ay kartın balansına 2002 (iki min iki) manat pensiya vəsaitinin köçürüldüyünü, lakin kredit borcu olduğuna görə bank tərəfindən avtomatik olaraq 400 (dörd yüz) manat vəsait tutulduğunu bildirərək hər ayın 15-i kartın balansında olan 1.800 (bir min səkkiz yüz) manat pulu çıxarıb götürməsini təklif etmiş, məcburiyyət qarşısında qalaraq Alidə ilə razılaşmış və həmin plastik kartı ondan qəbul etmiş, 16 fevral 2021-ci il tarixdə “İnşaatçılar” metrostanyasının yaxınlığında Alidənin verdiyi plastik kartı "xxxx" ASC-yə məxsus bankomatda yoxlayan zaman kartın balansında cəmi 800 (səkkiz yüz) manat pul olduğunu görmüş, həmin pulu çıxardıqdan sonra Alidəyə zəng vurub narazılığını bildirmiş və kartın balansında cəmi 800 (səkkiz yüz) manat olmasını demiş, Alidə and-aman edərək yaxın günlərdə kartın balansına bank tərəfindən 1.000 (bir min) manat da pul köçürüləcəyini bildirmiş, lakin bir neçə gün gözləsə də, kartın balansına hər hansı məbləğdə pul köçürülməmiş və bu barədə banka zəng vurub maraqlandıqda kartın balansına 15 fevral 2021-ci il tarixdə gecə saatlarında 1.800 (bir min səkkiz yüz) manat pul vəsaiti köçürülməsi və kart sahibi tərəfindən dərhal internet vasitəsilə onlayn qaydada həmin məbləğin 1.000 (bir min) manatının başqa kartın balansına köçürülməsi bildirilmiş, Alidəyə zəng vuraraq bu barədə dedikdə və ona etirazını bildirdikdə, Alidə qızı Leyla tərəfindən 15 fevral 2021-ci il tarixdə gecə saatlarında kartın balansında olan 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitinin 1.000 (bir min) manatının internet vasitəsilə onlayn qaydada başqa kartın balansına köçürülməsini etiraf etmiş, qızı Leylanın pula ehtiyacı olduğu üçün belə bir hərəkət etdiyini, növbəti aylardan etibarən kartın balansında tam həcmdə 1.800 (bir min səkkiz yüz) manat pul çıxara biləcəyini bildirmişdir. Bundan başqa 2021-ci ilin mart ayında kartın balansından 2.000 (iki min) manat, 2021-ci ilin aprel ayında isə 1.900 (bir min doqquz yüz) manat pul çıxarıb götürmüş, bununla da kartın balansından ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat pul çıxarmışdır, bundan sonra 2021-ci ilin avqust ayına kimi həmin kartın balansından ümumilikdə 5.510 (beş min beş yüz on) manat pul çıxarmışdır, Alidə ona məxsus qızıl-zinət əşyalarının müqabilində ona cəmi 7.600 (yeddi min altı yüz) manat pul ödəmişdir, 2021-ci ilin avqust ayından sonra Alidənin verdiyi "Kapital Bank” ASC tərəfindən onun adına verilmiş 4169 7416 5211 10543 plastik kartın balansına pul vurulmamışdır, səbəbini isə Alidə əlilliyinin sosial müdafiə nazirliyi tərəfindən yoxlanılması ilə izah etmiş, hazıradək dəfələrlə tələb etməsinə baxmayaraq, Alidə müxtəlif bəhanələrlə ona məxsus qızıl-zinət əşyalarını qaytarmaqdan və ya həmin qızıl-zinət əşyalarının pulunu tam həcmdə ödəməkdən yayınmışdır. Zəng edib qızıllarını tələb edəndə Alidə xanımın qızı onu nalayiq ifadələrlə təhqir etmişdir. O, kartla olan ödənişlə razılaşmayaraq bildirmişdir ki, Alidə ona cəmi 7.600 (yeddi min altı yüz) manat pul ödəmişdir. Ümumi zərəri isə 91.800 manat olmuşdur. Kartdan çıxardığı 10.200 (on min iki yüz) manatı Şahid1 vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 1981-ci ildən qonşu kimi tanımış, onunla ədavəti olmamış, Təqsirləndirilən şəxs isə təxminən iyirmi ildir tanımış, belə ki, onunla 1984-cü ildən 1995-ci ilədək Bakı şəhərində yerləşən Dövlət Statistika idarəsinin Baş Hesablama Mərkəzində bir yerdə işləmiş, həmin vaxt Alidə Baş Hesablama Mərkəzinin tikinti şöbəsində, özü isə iqtisadçı kimi həmin mərkəzin sənaye şöbəsində işləmiş, birgə işlədikləri illər ərzində rəfiqə kimi Alidə ilə mehriban münasibəti olmuş və mütəmadi olaraq onunla əlaqə saxlayıb görüşmüş, 2016-cı ilin iyun ayında ailə üzvləri ilə birlikdə qısa müddətli istirahət üçün X8 Dubay şəhərinə getmiş, orada olarkən qanunla icazə verilən miqdarda özünə və qızları üçün müxtəlif çeşidli qızıl-zinət əşyaları almış, X6 Bakı şəhərinə qayıtdıqdan sonra Alidə Bakı şəhərində onunla əlaqə saxlayıb görüşərək hal-əhval tutmuş, söhbət əsnasında Alidəyə ailə üzvləri ilə birlikdə Dubay şəhərində qısa müddətli istirahət etdiyini və Dubay şəhərindən özü və ailə üzvləri üçün müxtəlif ətriyyat məhsulları, habelə qızıl-zinət əşyaları almasını bildirmiş, bundan bir neçə gün sonra Alidə ona zəng vuraraq Bakı şəhərində xadimə kimi işlədiyi mənzilin sahibi Sona xanımın gəlini Səbinəyə Dubaydan alıb gətirdiyi qızıl-zinət əşyalarını satmağı təklif etmiş, müəyyən məbləğdə qazanc əldə etmək üçün onun təklifi ilə razılaşmış və 2016-cı ilin iyun ayında Alidə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 98, mənzil 27-yə gələrək ondan Dubay şəhərindən aldığı ümumilikdə 15.000 (on beş min) ABŞ dolları dəyərində olan müxtəlif çeşidli qızıl-zinət əşyalarını Səbinə adlı qadına satmaq üçün götürüb aparmış, elə həmin günü Alidə ona zəng vuraraq, Səbinənin və ailə üzvlərinin qızıl-zinyət əşyalarının hamısını bəyənərək nisyə aldıqlarını və 3-4 (üç-dörd) ay ərzində ödəniş edəcəklərini bildirmişdir. Eləcə də o, göstərmişdir ki, Alidənin vəd etdiyi müddət bitdikdən sonra ona zəng vurub verdiyi qızılzinyət əşyalarının pulunu tələb etmiş, Alidə and-aman edərək nisyə satdığı ona məxsus qızıl-zinyət əşyalarının pulunu hələ almadığını demiş və pulu alan kimi ödəniş edəcəyini bildirmiş, Alidə həmçinin dövlət tərəfindən ona tezliklə aylıq 2.000 (iki min) manat məbləğində pensiya təyin ediləcəyini, eyni zamanda əvvəlki illər ərzində ona ödənilməli olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pensiya vəsaitinin də ödəniləcəyini bildirmiş, həmin vəsaiti əldə edən kimi ona məxsus qızıl-zinət əşyalarının pulunu verəcəyini vəd edərək bir müddət gözləməyini xahiş etmiş, bu zaman tərəddüd etdiyini görən Alidə Nərimanov rayonu ərazisində yerləşən şəxsi mülkiyyətində olan 1 (bir) otaqlı mənzilini 75.000 (yetmiş beş min) manata satışa çıxardığını, qısa müddət ərzində ona ödəniş etmək üçün kifayət qədər pul vəsaitinin olacağını demiş, məcburiyyət qarşısında qalaraq razılaşıb gözləməyi qərara almışdır. Həmçinin o, göstərmişdir ki, 2019-cu ildə Alidənin təklifi ilə Bakı şəhərində birlikdə bir müddət qızıl-zinət əşyalarının alveri ilə məşğul olmuş və bu alver nəticəsində əldə etdikləri 1.200 (bir min iki yüz) ABŞ dolları məbləğində qazancı öz aralarında bərabər bölmüş, 2016- cı ildən 2020-ci ilin avqust ayınadək olan müddət ərzində Alidə pensiya kartını ona verərək hər ay müntəzəm olaraq borcunu ödəyəcəyini vəd etməklə ondan hissə-hissə olmaqla ümumilikdə 16.000 (on altı min) ABŞ dolları borc pul almış, hər dəfə Alidədən borcunu istədikdə o, müxtəlif bəhanələrlə onu aldatmış və borcunu ödəmək üçün pensiya kartını tezliklə ona verəcəyini bildirmişdir. Bundan başqa o, göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarında günorta saatlarında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onu yaşadığı ünvana dəvət edib oğlu İsaya mənzil almaq üçün özünə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmiş, Naibənin təqdim etdiyi qızıl-zinət əşyalarını gözdən keçirdikdən sonra həmin qızılları satmaq üçün rəfiqəsi Alidəyə vermək qərarına gəlmiş, bu məqsədlə Naibəyə Bakı şəhərində yaşayan rəfiqəsinin uzun müddətdən bəri qızıl-zinət əşyalarının alveri ilə məşğul olduğunu söyləyib ona məxsus qızıl əşyalarını satmaq üçün həmin rəfiqəsinə verməyi məsləhət görmüş, Naibə də onunla razılaşaraq elə həmin gün yaşadığı evdə özünə məxsus bir ədəd İtaliya istehsalı olan 8.000 ABŞ dolları dəyərində 750 əyar qızıldan hazırlanmış 93.7 qram kütləli sırğa cütü-qolbaq-boyunbagı dəstini, bir ədəd İtaliya istehsalı olan 2500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 31,3 qram kütləli qadın saatını, bir ədəd İtaliya istehsalı olan 6.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 74,2 qram kütləli kişi saatını, bir ədəd İtaliya istehsalı olan 2.000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 20,7 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 4.600 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 4.600 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 1.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 16,9 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 2.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 27,3 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 4.700 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 53 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 5.300 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 65 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 3.500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 42,16 qram kütləli qadın boyunbağıqolbaq dəstini, bir ədəd İtaliya istehsalı olan 1.800 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 22 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 3.750 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 45.7 qram kütləli boyunbağı-qolbaq dəstini, bir ədəd İtaliya istehsalı olan 3.250 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 39,3 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 2.450 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 29,8 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 2.150 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadın boyunbağını və bir ədəd İtaliya istehsalı olan 2.150 ABŞ dolları dəyərində 750 əyarh qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadın boyunbağını satmaq üçün ona vermiş, Naibə satmaq üçün ona verdiyi ümumilikdə 54.000 (əlli dörd min) ABŞ dolları dəyərində 638,86 (altı yüz otuz səkkiz tam yüzdə səksən altı) qram kütləli həmin qızıl-zinət əşyalarının 1 (bir) qramını 84,5 ABŞ dolları məbləğində hesablamış, qeyd olunan qızıl-zinət əşyalarını Naibədən aldıqdan sonra yaşadığı ünvana getmiş və qızılların ayrı-ayrılıqda fotoşəkillərini çəkərək «WhatsApp» proqramı vasitəsilə Alidəyə göndərmiş, qonşusuna məxsus həmin qızıl-zinət əşyalarını satmaq lazım olduğunu bildirmiş, Alidə bir neçə dəqiqə sonra ona zəng vuraraq fotoşəkillərini göndərdiyi qızıl-zinət əşyalarına baxdığını söyləyib onları yaxşı qiymətə sata biləcəyini demiş, hətta Alidə qazanc əldə etmək üçün qızılın hər bir qramının üzərinə 2 (iki) ABŞ dolları əlavə edib satacağını və ümumilikdə əldə olunacaq 1.280 (bir min iki yüz səksən) ABŞ dolları məbləğində qazancı onunla bərabər şəkildə böləcəyini vəd etmiş, ona inanaraq razılaşmış və elə həmin günü, yəni 2019-cu ilin dekabr ayının sonlarında axşam saatlarında Alidənin təklifi ilə taksi avtomobili ilə Alidənin yaşadığı ünvan 6 ünvanına getmiş, həyətdə bir neçə dəqiqə gözlədikdən sonra Alidə yaşadığı mənzili tərk edib həyətdə ona yaxınlaşmış və Naibədən aldığı qızıl-zinyət əşyalarını Alidəyə təqdim etmiş, Alidə qızıl-zinət əşyalarını gözdən keçirərək bir ədəd İtaliya istehsalı olan 8000 ABŞ dolları dəyərində 750 əyarqızıldan hazırlanmış 93,7 qram kütləli sırğa cütü-qolbaq-boyunbağı dəstini, bir ədəd İtaliya istehsalı olan 4700 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 53 qram kütləli qadın qolbağını və bir ədəd İtaliya istehsalı olan 3750 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 45,7 qram kütləli boyunbağı-qolbaq dəstini götürərək hələlik həmin məmulatları nisyə satmaq üçün müştəri tapdığını, digər qızıl-zinət əşyalarını isə bir müddət sonra götürəcəyini bildirib getmiş, bir neçə gün sonra, yəni 2020ci ilin yanvar ayının əvvəlində səhər saatlarında Naibə ona zəng vuraraq müştəri tapdığını söyləyib yerdə qalan qızıl-zinət əşyalarını da satmaq üçün ona gətirib verməsini söyləmiş, yenə də taksi tutub Alidənin yaşadığı ünvan 7 ünvanına getmiş, həyətdə Alidə ilə görüşərək Naibəyə məxsus digər qızıl-zinət əşyalarını Alidəyə təqdim etmiş, həmin vaxt Alidə qızıl- zinət əşyalarını gözdən keçirərək bir ədəd İtaliya istehsalı olan 2500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 31,3 qram kütləli qadın saatım, bir ədəd İtaliya istehsalı olan 6000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 74,2 qram kütləli kişi saatını, bir ədəd İtaliya istehsalı olan 3500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 42,16 qram kütləli qadın boyunbağı-qolbaq dəstini və bir ədəd İtaliya istehsalı olan 4600 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını götürüb həmin qızılları nisyə satmaq üçün müştəri tapdığını, yerdə qalan digər qızıl-zinət əşyalarını isə bir müddət sonra ondan götürəcəyini bildirmiş, sonra yaşadığı ünvana qayıtmış, 2020-ci ilin mart ayının əvvəllərində günorta saatlarında Alidənin təklifi ilə yenidən onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, ev 2 ünvanına gedib həmişə olduğu kimi həyətdə onunla görüşmüş və yerdə qalan digər qızıl-zinyət əşyalarını da satmaq üçün ona vermiş, belə ki, həmin vaxt Alidə müştəri tapdığını bildirməklə Naibəyə məxsus yerdə qalan digər qızıl-zinət əşyalarını, yəni bir ədəd İtaliya istehsalı olan 2000 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 20.7 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 1500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 16,9 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 2500 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 27.3 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 5300 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 65 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 1800 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış 22 qram kütləli qadın qolbağını, bir ədəd İtaliya istehsalı olan 3250 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 39,3 qram kütləli qadın boyunbağını, bir ədəd İtaliya istehsalı olan 2450 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 29.8 qram kütləli qadın boyunbağını və bir ədəd İtaliya istehsalı olan 2150 ABŞ dolları dəyərində 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı 26,1 qram kütləli qadın boyunbağını götürərək həmin qızılları nisyə satmaq üçün müştəri tapdığını bildirmiş və 2020-ci ilin may ayınadək müəyyən məbləğdə ödəniş edəcəyini vəd etmiş, Alidəyə inanaraq onunla razılaşmış və qızılları ona təhvil verib yaşadığı ünvana qayıtmışdır. Bundan başqa o, göstərmişdir ki, Alidə ondan satmaq üçün götürdüyü Naibəyə məxsus qızıl-zinət əşyalarının müqabilində 15 iyun 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında ona 5.100 (beş min bir yüz) manat. 21 iyun 2020-ci il tarixdə isə Nərimanov metrostansiyasının yaxınlığındakı ”Mado“ restoranının yanında 2.500 (iki min beş yüz) manat pul vermiş, həmin pulları Alidədən alaraq dərhal aparıb Naibəyə vermiş, bundan sonra Alidə ona hər hansı bir məbləğdə pul ödəməmiş, 2020-ci ilin avqust ayının ortalarında Naibənin tələbi ilə onu Alidə ilə görüşdürmüş, həmin vaxtadək Naibə ilə Alidənin heç bir əlaqə və münasibəti olmamış, Naibə xanım onun iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasmın yaxınlığındakı “Saf Su” su satışı məntəqəsinin qarşısında Alidə ilə görüşərək ona narazılığını bildirmiş və satmaq üçün verdiyi qızıl-zinət əşyalarını dərhal geri qaytarmasını tələb etmiş. Alidə isə and-aman edərək ona məxsus 54.000 (əlli dörd min) ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını müxtəlif şəxslərə nisyə olaraq satdığım, lakin pandemiya səbəbindən həmin şəxslərdən qızıl-zinət əşyalarının pulunu hələ ala bilmədiyini demiş, belə olduqda Naibə Alidədən ona məxsus qızıl-zinət əşyalarını satdığı şəxsləri göstərməsini tələb etmiş, Alidə onunla razılaşmış və onlar birlikdə taksiyə əyləşmiş, avtomobilə əyləşən zaman Alidə sürücüyə avtomobili yaşadığı ünvana, yəni Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsinə sürməsini söyləmiş, avtomobillə hərəkət edərək Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsinə çatdıqda X10 rayonuna nə məqsədlə getdiklərini soruşduqda Alidə yaşadığı ünvanda onlarla ətraflı söhbət etmək istədiyini və məhz bu məqsədlə avtomobili Nərimanov rayonu, Murtuza Nağıyev küçəsinə sürdürdüyünü bildirmiş, Naibə əsəbiləşərək etiraz etmiş və sürücüdən avtomobili saxlamasını tələb etmiş, sürücü avtomobili Qələbə dairəsindəki “Baku Mall” ticarət mərkəzinin qarşısında saxlamış, bundan sonra Naibə Alidəyə narazılığını bildirərək onunla hər hansı bir mövzuda danışmaq istəmədiyini bildirib dərhal qızıl-zinət əşyalarını geri qaytarmasını və ya qızıl-zinət əşyalarını satdığı şəxsləri ona göstərməsini tələb etmiş, bu vaxt Alidə ağlayaraq Naibəyə yalvarmağa başlamış və qısa müddət ərzində ona məxsus qızıl-zinət əşyalarının pulunu tam şəkildə ödəyəcəyini vəd etmiş, Naibə də Alidəyə inanaraq bir müddət də gözləməyi qərara almış, 2020-ci ilin oktyabr ayınadək Alidə hər hansı bir məbləğdə pul ödəməmiş və 30 oktyabr 2020-ci il tarixdə Alidə onun iştirakı ilə Naibənin yaşadığı ünvanda öz dəsti-xətti ilə iltizam yazıb vermiş və 08 noyabr 2020-ci il tarixdə qızıl-zinət əşyalaranın pulunu tam həcmdə ödəyəcəyinə söz vermiş, lakin vədinə əməl etməyərək ödəniş etməmişdir. Daha sonra o, göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə Naibə Alidənin barəsində Nərimanov rayon polis idarəsinə şikayət etmiş və Naibənin şikayətinə əsasən, Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində araşdırma aparılan zaman Alidə 31 yanvar 2021-ci il tarixdə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində onun iştirakı ilə Naibəyə "xxxx" ASC tərəfindən onun adına verilmiş pensiya kartını təqdim etmiş və hər ay kartın balansına 2002 (iki min iki) manat pensiya vəsaitinin köçürüldüyünü, lakin kredit borcu olduğuna görə bank tərəfindən avtomatik olaraq 400 (dörd yüz) manat vəsaitin tutulduğunu bildirərək, hər ayın 15-i kartın balansında olan 1800 (bir min səkkiz yüz) manat pulu çıxarıb götürməyi təklif etmiş, Naibə də razılaşaraq həmin plastik kartı Alidədən qəbul etmiş, sonradan Naibənin deməsinə görə həmin kartın balansından 2021ci ilin fevral ayında 800 (səkkiz yüz) manat, 2020-ci ilin mart ayında 2000 (iki min) manat. 2020-ci ilin aprel ayında isə 1900 (bir min doqquz yüz) manat olmaqla ümumilikdə 4700 (dörd min yeddi yüz) manat, 2021-ci ilin avqust ayına kimi isə həmin kartın balansından ümumilikdə 5.510 (beş min beş yüz on ) manat pul çıxarmış, kartdan çıxardığı 10.200 manat olmuşdur. O, bir gün qızıgildə olan zaman, Naibə ona acıqlı şəkildə zəng vuraraq demişdir ki, o, Alidəyə zəng etmiş telefona qızı cavab vermiş və Naibəyə qarşı nalayiq ifadələr işlətmişdir. Qızıllarını ondan tələb etməyə başlamışdır. Sürücü vasitəsilə ona zərfin içərisində 10.200 manat göndərmişdi və qızıllarını ondan tələb etmişdir. O da Alidə ilə əlaqə saxlamış və Naibə 10.200 manat yollamışdır, həmin pulu nə edəcəyini Alidədədən soruşmuşdur. Alidə də Səbinə xanıma olan borcunu ödəməyini demişdir. Naibə xanıma qızılları qarşılığında verəcək heç bir əmlakının və ya pulunun olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Firudin qızı onun kiçik bacısıdır, onun da həyat yoldaşı rəhmətə getmişdir, Alidənin Leyla adlı bir qızı vardır, bacısı Alidə qızı Leyla ilə birlikdə yaşayır. 2021-ci ilin sentyabr ayında tanımadığı Aygün adlı qadın ona zəng vuraraq, bacısı Alidənin onun vasitəsilə tanışı Naibə adlı qadına məxsus müxtəlif çeşidli qızıl-zinət əşyalarını satmaq adı ilə nisyə götürüb pulunu vermədiyini bildirmişdir. Alidənin guya həmin qızıllardan bir qismini də ona satmasım demiş, həmin vaxt telefonda Aygün adlı qadına bacısı Alidənin ondan satmaq üçün qızıl əşyası götürməsindən xəbəri olmadığını, həmin qızıllardan ona satmadığını, ümumiyyətlə bu barədə məlumatsız olduğunu bildirmiş, lakin Aygün adlı qadınla üzbəüz görüşməmiş və onunla tanışlığı olmamış, Aygün adlı qadınla cəmi bir dəfə telefon danışığı olmuşdur. Sonradan bacısı Alidədən nə baş verməsini və Aygünlə aralarında olan qızıl alqı-satqısının nədən ibarət olmasını soruşmuş, həmin vaxt Alidə ona Aygünlə əvvəllər bir yerdə işləməsini və onunla yaxın münasibəti olmasını, 2019-cu ilin dekabr ayının sonlarında, 2020-ci ilin yanvar ayının sonlarında və 2020-ci ilin mart ayının əvvəllərində Aygünün vasitəsilə onun tanışı olan Naibə adlı qadına məxsus dəyərini bilmədiyi məbləğdə müxtəlif çeşidli qızıl-zinət əşyasını nisyə sataraq may ayında pulunu vermək şərti ilə götürməsini, həmin qızıl əşyalarını qızının borcu olduğuna görə çarəsiz qalaraq Bakı şəhərində dəqiq ünvanını bilmədiyi qızıl qəbulu məntəqələrinə ucuz qiymətə, yəni qızılın dəyərinin yarı qiymətinə satmasını, əldə etdiyi pulun hamısını isə qızı Leylanın borcundan bir hissəsinə verməsini bildirmişdir. Daha sonra, bacısı Alidənin satmaq adı ilə rəfiqəsi Aygündən nisyə götürdüyü qızılların dəqiq sayını və çəkisini bilməmiş, bunu bacısı Alidə daha dəqiq bilmiş, sonradan Aygün satmaq üçün verdiyi həmin qızıl-zinət əşyalarının pulunu Alidədən tələb etdikdə o, məcburiyyət qarşısında qalaraq 2020-ci ilin noyabr ayında özünə məxsus “Kapital” bank tərəfindən verilmiş pensiya kartını Aygünə vermiş, hətta Alidə qızıl sahibini inandırmaq və vaxt qazanmaq üçün guya həmin qızıllardan bir qismini ona, bir qismini tanışları Aygün və Rufa adlı qadınlara nisyə satmasını demiş və bu barədə qızıl sahibi Naibəyə qəbz yazıb vermiş, həqiqətən bu qızıl alqı-satqısında onun heç bir rolu və əlaqəsi olmamış, bacısı Alidə ona heç bir qızıl əşyası satmamış, Alidənin ona həqiqəti etiraf edib bildirməsinə görə Aygündən nisyə satmaq adı ilə götürdüyü qızıllardan heç birini tanışlarına satmamış, o, bütün qızılları Bakı şəhərində qızıl qəbulu məntəqələrinə ucuz qiymətə satmış, Alidə heç kəsə nisyə qızıl satmamış, Rufa və Aygün adları isə şərti adlardır, bacısının deməsinə görə belə bir adlı qadınları tanımamış və ümumiyyətlə həmin adları yalandan yazmışdır. Alidə hər şeyi ondan və qızından gizlətmiş, sonradan məcburiyyət qarşısında qalaraq həqiqəti onlara danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, anası Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2-də yaşayır, 2012-ci ildə Bakı şəhərində X4 ilə tanış olmuş və onunla ailə qurmaq qərarına gəlmiş, 2012-ci ildən 2018-ci ilədək X4 ilə əlaqə və ünsiyyət saxlamış, bu müddət ərzində, yəni 2012-ci ildən 2018-ci ilədək Əhməd müxtəlif bəhanələrlə birgə iş qurmaq adı ilə ondan 58.000 (əlli səkkiz min) manat borc pul almış, həmin vəsaiti isə müxtəlif şəxslərdən qaytarmaq şərti ilə borc olaraq alıb Əhmədə vermiş, münasibətləri pozulduğuna görə 2018-ci ildə Əhməddən ayrılmış, ancaq Əhməd ondan aldığı 58.000 (əlli səkkiz min) manat pulu qaytarmadığı üçün çətin vəziyyətə düşmüş, belə ki, borc aldığı şəxslər mütəmadi olaraq ona zəng vurub, verdikləri pulu tələb etməyə başlamış, bu səbəbdən 2018-ci ilin fevral ayında məcburiyyət qarşısında qalaraq anası Alidəyə bu barədə bildirmiş və çıxılmaz vəziyyətdə olduğunu demiş, anası Təqsirləndirilən şəxs ona təsəlli verərək bütün mümkün vasitələrdən istifadə edib borclarını qaytarmaq üçün köməklik göstərəcəyinə söz vermişdir. Müxtəlif şəxslərə olan borclarını qaytarması üçün pul əldə etmək məqsədi ilə anası Alidə 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində Bakı şəhərində yaşayan rəfiqəsi Şahid1 satmaq məqsədi ilə hissə-hissə olmaqla müxtəlif çeşidli qızıl-zinət əşyaları alıb Bakı şəhərində dəqiq ünvanını bilmədiyi qızıl qəbulu məntəqələrinə ucuz qiymətə, yəni qızılın dəyərinin yarı qiymətinə sataraq nəticədə əldə etdiyi 32.100 (otuz iki min bir yüz) manat pulun hamısını borcunun bir hissəsinə vermiş, lakin borcunun qalan hissəsi hələ də qalmış, anası Alidənin satıb pulunu borclarına verdiyi qızılların dəqiq sayını və çəkisini bilməmiş, sonradan Aygün satmaq üçün verdiyi həmin qızıl-zinət əşyalarının pulunu anasından tələb etməyə başlamış, sonradan isə Aygünün həmin qızıl-zinət əşyalarını rəfiqəsi Zərərçəkmiş şəxs almasını bilmiş, Aygün və Naibə dəfələrlə qızıl-zinət əşyalarının pulunu tələb etdikləri üçün anası məcburiyyət qarşısında qalaraq 2020-ci ilin noyabr ayında özünə məxsus “Kapital’’ bank tərəfindən verilmiş pensiya kartını Aygünün vasitəsilə Naibəyə vermiş və hər ay kartın balansına köçürülən 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini həmin qızıl-zinət əşyalarına görə müntəzəm olaraq bankomatdan çıxarıb götürməsini təklif etmiş, Aygün də razılaşaraq kartı anasından götürüb Naibəyə vermiş, həmin vaxtdan anasının pensiya kartı Naibədə qalmış 2021-ci ilin fevral ayında anası Alidənin pula ehtiyacı olduğu üçün onun xahişi ilə onlayn qaydada pensiya kartının balansından köçürmə yolu ilə 1.000 (bir min) manat məbləğində pul vəsaitini digər karta köçürüb bankomat vasitəsilə nağdlaşdıraraq anasına təqdim etmiş, qalan pulu isə Naibə çıxartmışdır. Həmçinin anası Təqsirləndirilən şəxs rəfiqəsi Şahid1 satmaq məqsədi ilə götürdüyü Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını fərdi şəxslərə satmamış, lakin onları inandırmaq üçün qızılların bir qismini X11 və X3 adlı tanışlarına, bir hissəsini isə xalası Şahid3 satmasını bildirmişdir, əsl həqiqətdə anası həmin qızılları fərdi şəxslərə deyil, qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satmışdır, buna səbəb onun borclarını ödəmək olmuşdur. Naibə anasının pensiya kartından 2020-ci ilin noyabr ayından 2021-ci ilin sentyabr ayına kimi 12.600 (on iki min altı yüz) manat pul çıxarıb, bundan əlavə anası Aygünə birinci dəfə 5.100 (beş min yüz) manat, ikinci dəfə 2.500 (iki min beş yüz), üçüncü dəfə isə 3.150 (üç min yüz əlli) manat olmaqla ümumilikdə Naibəyə qızılın pulundan 30.000 (otuz min) manat pul vermişdir, anasının hesabı ilə Naibəyə 34.450 (otuz dörd min dörd yüz əlli) manat verəcəkləri qalıb, lakin anası həmin qızılların hamısını dəyərindən çox aşağı qiymətə sataraq cəmi 32.100 (otuz iki min yüz) manat pul əldə etmişdir, anası Alidə qızılların pulunu vaxtında verə bilmədiyi üçün Naibəyə və Aygünə qəbz yazıb verərək orada qızılların qiymətini 34.000 ABŞ dolları deyil, 54.000 ABŞ dolları kimi göstərmişdir, anası Alidənin rəfiqəsi Aygündən satmaq üçün nisyə şəkildə qızıl-zinət əşyaları götürməsi və həmin qızılları ucuz qiymətə satması barədə əvvəlcədən məlumatı olmamışdır, bu barədə sonradan eşidib-bilmişdir, anası qızılları onun iştirakı olmadan Aygündən götürüb və aparıb bilmədiyi qızıl məntəqələrinə satmışdır, anasının qızılları baha qiymətə götürüb ucuz qiymətə satmasına səbəb ona kömək etmək istəməsi olmuşdur, anasından 32.100 manat pulu necə əldə etdiyini soruşduqda rəfiqəsi Aygünlə qızıl ticarəti ilə məşğul olmasını və ona kömək etmək üçün nisyə qızı alıb satmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2022-ci il tarixli 610 saylı məktubunda qeyd edilir ki, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 fevral 2022-ci il tarixli 410 nömrəli rəyi alınaraq müəyyən edilmişdir ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir, ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının (yaddaş, diqqət, təfəkkür, qavrama, dərketmə və s.) normaya uyğun olduğu aşkar olunur, emosional sabitlik, eqosentrizm. başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, situasiyanı öz xeyrinə yönəltmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır, onun emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (iş vərəqə 188-192) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi”nin xx.xx.2021-ci il tarixli 9/3439 saylı “məhkəmə-əmtəəşünaslıq ekspertizası” rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızılzinət əşyalarının 2019-cu ilin dekabr- 2020-ci ilin mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 51108,08 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (iş vərəqə 99-100) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2021-ci il tarixli xx/xx-4845 saylı məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən mərkəzdə müalicə olmayıb və qeydiyyatda yoxdur. (iş vərəqə 58) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs təhvil verdiyi ünvanı göstərmişdir. (iş vərəqə 22-23) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı şahid Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Zərərçəkmiş şəxs üzünə qarşı demişdir. (iş vərəqə 166-175) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Şahid1 üzünə qarşı demişdir. (iş vərəqə 176-186) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsii ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 46-47) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, özünü təqsirli bilərək törətdiyi cinayət əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və AR CM-in 61ci maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 16 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 233-236) Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 150 manat miqdarında pul vəsaiti Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 150 manat miqdarında pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar