Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-955/2023 22.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Cəfər oğlunun, Bakı şəhəri “Qanunçuluq” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda da yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxx 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub Binəqədi rayonu, 3-cü Mədən küçəsi 115-ci korpus ev 12də yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirləndirilməələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayət törətmək üçün qrup halında birləşərək xx xxxxxxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 pul verəcəyini vəd verərək onu özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək üçün qabaqcadan əlbir olan qrupun cinayətkar fəaliyyətinə cəlb edib birlikdə idarə etdiyi avtomobildən taksi kimi istifadə edib özünün taksi sürücüsü, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 bir-birlərini tanımayan sərnişinlər görüntüsü yaradıb kənardan şübhə yaratmadan və bu üsulla cəlb edərək nəqliyyat vasitəsinə əyləşəcək təsadüfi müştərinin pulunu və ya qiymətli əşyalarını açıq talamağı planlaşdırdıqdan sonra, 21 avqust 2022-ci il tarixdə idarə etdiyi Opel markalı, Az 77- ED-345 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dəniz kənarında yerləşən “MY BEACH” istirahət mərkəzinin yaxınlığına gedib aralarında olan razılığa əsasən plana uyğun olaraq Zərərçəkmiş şəxs2 arxa sərnişin, Təqsirləndirilən şəxs2 isə ön sərnişin oturacağında əyləşib cinayətkar niyyətlərini həyata keçirmək üçün gözləmiş, həmin gün saat 16 radələrində həmin yerdə təsadüfən müştəri qismində qeyd edilən nəqliyyat vasitəsinə yaxınlaşıb Pirşağı qəsəbəsinin mərkəzinə getmək üçün arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs1 əyləşdikdən sonra avtomobilini hərəkətə gətirib yolda olarkən Zərərçəkmiş şəxs2 özünü məhkum olunmuş cinayətkar kimi təqdim edib, Təqsirləndirilən şəxs2la birlikdə həbsdə olan şəxslərə maddi yardım etməli olduğunu səsləndirib bu barədə məqsədyönlü söhbətlər aparmaqla zərərçəkmiş şəxsdə qorxu və vahimə hissi yaradıb Zərərçəkmiş şəxs1 sol cibinə əlini salıb **********63450 imei kodlu İphone 11 markalı 800 manat dəyərində üzərində 6 manat dəyərində ********** və 6 manat dəyərində 051 ******* mobil simkart nömrəsi olan telefonunu açıq talamaqla ələ keçirərək, özgə əmlakını açıq talama yolu ilə ələ keçirməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam etməklə o isə, idarə etdiyi avtomobili maqistral yolundan ayırılıb “Merakl” istirahət mərkəzinin yaxınlığında saxladığı zaman Zərərçəkmiş şəxs2 maşından düşüb oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs1 əli ilə itələyib yerə salaraq, Zərərçəkmiş şəxs2 cinayət fəaliyyətinə onu cəlb etmiş özündən yaşda böyük olan və Təqsirləndirilən şəxs2 müşahidəsi ilə Zərərçəkmiş şəxs1 təqib edərək ona sol said, sağ dirsək, bel, büzdüm və sol diz nahiyələrinin sıyrıqları, sol mil-bilək, sol əl və sol ayaq pəncəsi nahiyələrinin qançırları ilə müşaiət olunan sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qolundan 40 manat dəyərində Curren M8106 markaklı qol saatını çıxardıb ələ keçirərək, Qanuni nümayəndə yenidən avtomobilə minməsini imkan yaradaraq avtomobili idarə edib hadisə yerinən uzaqlaşaraq, Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ümumilikdə 852 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o özünü CM-nin 170-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmir, digər maddələr üzrə özünü qismən təqsirli bilir. 2022-ci ilin avqust ayının 21-də təxminən saat 12:00 işdən evə gəlmişdir. Coşqun yanına gəlib cimməyə dənizə getməyi təklif etdi. O da razılaşmışdır. İlkin də onlara qoşuldu. İlkin onlarla bir yerdə getmişdir. Zərərçəkmiş şəxs2 onun bibisinin oğludur. Təqsirləndirilən şəxs2 da onun evində kirayə qalmışdır. Yola çıxdıqdan sonra onlar yolda sərnişin görüb bir manat ödəniş müqabilində onlarla birlikdə getməyi təklif etməyi qərara almışlar. Elə də oldu. Onlar yolda Zərərçəkmiş şəxs1 görmüşlər. Murad ona Şüvəlana getmək lazım olduğunu dedi. Onlar da Murada onu yalnız Pirşağaya qədər çatdıra bildiklərini demişlər. Həmin şəxs dedikləri ilə razılaşdı və maşına mindi. Sərnişin arxa oturacaqda İlkin ilə oturmuşdur. Murad İlkin danışmağa başladılar. Sonra da onların aralarında mübahisə başladı. Onun və Coşqunun mübahisənin hansı səbəbdən baş verdiyindən xəbərləri olmamışdır. İlkin ilə sərnişin mübahisə edəndə Coşqun onlara dedi ki, nə probleminiz varsa, maşından düşün və kənarda işinizi həll edin. Murad onu götürdüyü yerə qaytarmağını xahiş etdi. O isə Muradı həmin məkana qaytarmamış, sadəcə maşını yolun kənarında saxlamışdır. İlkin ilə Murad maşından düşdülər. İlkin Muradın telefonunu və qol saatını özünə götürdü. Sonra isə onlar qayıdıb həmin telefonu onun şəxsiyyət vəsiqəsi vasitəsi ilə satıb pulunu öz ararlarında bölmüşlər. Onlar İlkini cinayətkar əmələ cəlb etməmişlər. İlkin onunla Coşqunun yanına özü gəlmişdir. İlkin biləndə ki, onlar Coşqun ilə dənizə getmək istəyirlər onlarla getmək istədi. Maşının markası “Opel” idi. Maşının arxa oturacağında üç nəfər əyləşə bilər. O, Muradı əvvəl götürmək istəməmişdir. Çünki ona Şüvəlana getmək lazım idi, onlar da o tərəfə getmirdilər. X6 qədər getməyə razılaşanda onlar ona maşına minməyi təklif etmişlər. O, heç kəsin əlindən telefonunu almayıb, zərərçəkmiş şəxsdə yaranmış xəsarətlərin ona aidiyyatı yoxdur. Onun arxa oturacaqda olan söhbətdən xəbəri olmayıb. O, sükan arxasında olmuşdur. İlkin ilə Murad arasında nəyin baş verdiyini anlamamışdır. Onun səhvi ondadır ki, o, Muradı, yəni zərərçəkmiş şəxsi müdafiə etməmişdir. Murad ona görə ondan əvvəlki yerə qayıtmağı istəmişdir ki, İlkin ilə nədənsə mübahisəsi düşmüşdür. O, maşını tupik bir yerdə saxlamadı. Yolda olarkən maşını geri döndərib saxlamışdır. O, lkinin Muradın əlindən telefon almağını görərkən heç bir reaksiya verməmişdir. Onun, Muradın dediyi yerə çatdırmaq üçün sürdüyü yol telefon və qol saatının dəyərində ola bilməzdi. Murad ilə İlkin maşından birlikdə düşdülər və çöldə söhbət elədilər. Sonra isə Murad maşına qayıtmadı, elə çöldə də qaldı. Onlar isə Muradı gözləmədən oradan uzaqlaşdılar və Binəqədiyə getdilər. Binəqədiyə çatanda Coşquna maşının yanacağını doldurmaq lazım olduğunu dedi. O, əvvəlcədən Coşqun ilə danışmışdı ki, Coşqun on manat məbləğdə yanacağın doldurulmasını təmin edəcəkdir. Yanacağın doldurulması məsələsini o, Coşqun ilə hələ evdə olarkən danışmışdır. Binəqədidə İlkin dedi ki, onun əlində telefon var, onu satmağı xahiş etdi. O, həmin telefonu “20 Yanvar” ərazisində satmışdır. İlkinin özünün şəxsiyyət vəsiqəsi üstündə olmadığına görə o, həmin telefonu öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. O, həmin “İphone” markalı telefonun qanunsuz yolla əldə olunmasından məlumatı olmuşdur, lakin bütün bunlara lazımi reaksiya verməmişdir. Telefon 100 manata satıldı. İlkin pulu ona vermişdir. Çünki telefonu o satdı. O, telefonu satanda İlkin maşında onu gözləmişdir. O, pulu aldıqdan sonra maşına gəlib pulu Coşqun ilə İlkinə vermişdir. O, telefonun satılmasından qazandığı yüz manatı bütövlüklə İlkinə vermişdir. İlkin də pulun bir hissəsini özündə saxladı, bir hissəsini Coşquna verdi, ona isə 25 manat verdi. Etiraf edir ki, böyük bir səhv edib. Dəniz getmək məsələsindən əvvəl onların görüşüməkləri, nəyəsə hazırlaşmaları olmayıb. Dənizə getməyi Coşqun təklif etdi. Hadisə baş verəndə o, İlkinə və yaxud Murada heç nə deməmişdir. Sadəcə onlara “mənə problem yaşatmayın” demişdir. O, həmin ifadəni İlkinə müraciət edərək demişdir. Onun bu ifadəsini Muradın eşidib-eşitməməsini xatırlamır. Telefonun İlkin tərəfindən ələ keçirilməsini o, Binəqədiyə çatanda bilmişdir. O, telefon ilə bərabər İlkinin Muraddan götürdüyü qol saatını da görmüşdür. O, yalnız telefonu satdı, qol saatının aqibəti barədə məlumatı yoxdur. Cinayət işinin materiallarında onun cəmi 2-3 yerdə imzam var. Digər imzalar isə ona məxsus deyil. Həmin əməllər törədilərkən o, İlkinin neçə yaşının olmasını bilirdi. Hal-hazırda onun xatırladığına görə İlkinin 17-18 yaşı var. Onun özünün isə hal-hazırda 24 yaşı var. Münasibətləri ondan ibarətdir ki, İlkin onun bibisinin oğludur, doğmasıdır. İlkinin törətdiyi əməllərə onun aidiyyatı yoxdur, eləcə də onun sonradan həmin əməllər nəticəsində qazandığı mənfəətə də aidiyyatı olmamalı idi. Ancaq yenə də, qohumudur, xahiş etdi ki telefonu satsın, o da buna razılaşmışdı. İlkinin ailə üzvləri var, o cümlədən qardaşı var. İyirmi beş manatı İlkin özü “20 Yanvar”ərazisində olarkən ona vermişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona elan edilmiş CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələrilə özünü təqsirli bilərək ilkin bildirmişdir ki, göstərdiyi ünvanda ailəsiylə birlikdə yaşayır. Orta təhsillidir, iki azyaşlı övladı var, 4 İldir ki, taksi kimi fəaliyyət göstərir, BC kateqoriyalı sürücülük vəsiqəsi var, hazırda *2111 şirkətiylə işləyir, **-ED-*** nömrə nişanlı metallik rəngli Opel Ozel markalı 2007-ci i! buraxılışlı avtomobili idarə edir. Samirə bibisidir, onun oğlu isə İlkindir, onun 17 yaşı var. 19 avqust 2022 tarixdə İlkinlə Coşqun birlikdə yaşadığı məhəllədə olarkən ona təklif etmişdi ki, birlikdə soyğunçuluq və ya quldurluq hadisəsi törədək, kiminsə əmlakını talayaq, pul əldə edək, əmlakı sataq o da Coşqunla razılaşmış , sonra bu barədə ona demişlər, ayın 20-də birlikdə üçü görüşmüş, bir daha qərara almışlar ki, hansısa bir şəxsi müştəri kimi onun avtomobilinə mindirib, arxada Zərərçəkmiş şəxs2 əyləşsin nəzər yetirib, sonra üzərində həmin şəxsin nəsə varsa onu ələ keçirsinlər.Bu planı birlikdə qurmuşlar. 21 avqust 2022 tarixdə saat 14 radələrində onlar birlikdə görüşmüşlər, Coşqun qabaq oturacaqda Opel markalı onun idarə etdiyi avtomobildə əyləşmiş, Zərərçəkmiş şəxs2 arxa oturacaqda əyləşmiş , onun həmin avtomobilini idarə etmiş, təxminən saat 15-30 radələrində Novxanı qəsəbəsində yerləşən MY BEACH istirahət mərkəzinin qarşısında 22-23 yaşlı sarışın, gözündə eynək olan oğlan müştəri kimi Pirşağı qəsəbəsinə getmək üçün avtomobilinə əyləşmiş, İlkinin yanında oturmuş, o, Novxanı- Pirşağı yolu ilə hərəkətə başlamış, yol boyu oğlanın üzərində qara rəngli İphone 11 markalı mobil telefonunun olmasını və qolunda saat olmasını onlar birlikdə görmüş, ona həbsdə olan “yaxşı” kimi adlandırdığı şəxslərə yəni həbsdə olan şəxslərə nə kömək edə biləcəyini, onlara maddi yardım etmək lazım olmasını İlkin demiş , ona oğru aləmindən söhbət etmiş, həmin oğlan pulunun olmamasını pul qabında pul olmadığını İlkinə demiş, bu zaman onlar guya İlkini tanımadığımı, onu Mərdəkana aparmağını həmin adını sonradan bildiyi Murad adlı oğlana o, demiş, onu inandırmış, avtomobil hərəkətdə olarkən İlkin əlini Muradın cibinə salıb onun İphone 11 markalı mobil telefonunu və sol qolunda olan saatını zorla çıxarmış əmlakını açıq talamış , bu zaman o, iz itirmək üçün ara qurunt yola avtomobili sürmüş, sonra avtomobili saxlamış, həmin oğlan qapını açıb avtomobildən düşmək istəyəndə sağ əliylə İlkin onu itələyib yerə yola yıxmış , o , xəsarət almış, sonra o, avtomobili hərəkətə gətirmiş, birlikdə üçü oradan uzaqlaşmışlar. Sonrakı saatlarda onlar 20 yanvar metrosunun yanına getmiş, mobil telefonu o, öz şəxsiyyət vəsiqəsiylə 100 manata orada olan mağazaya satmış, 34 manat ona və 33 manat Zərərçəkmiş şəxs2 və eyniylə Coşquna vermiş, qol saatını isə Zərərçəkmiş şəxs2 özündə saxlamışdır. Etdiyi əməldən peşmandır, birlikdə qrup şəklində bu cinayət i törətmişlərk. Onun və Coşqunun təklifiylə Zərərçəkmiş şəxs2 onlarla cinayət etməyə razı olub onu birlikdə cinayət fəaliyyətinə cəlb etmişlər. Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Merakl istirahət mərkəzinin yaxınlığında xx.xx.2022 tarixdə saat 16 radələrində baş veribdir. Telefonun üzərindəki nömrəni yolda sındırıb tullamışlar.Telefon saz və işlək vəziyyətdə olubdur,o indi əməlini etiraf edir.Sonrakı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 21 avqust 2022 tarixdə səhər radələrində atasından avtomobilin açarlarını götürüb taksi kimi işləmiş,saat 14 radələrində evdə oalrkən İlkinlə evdə rastlaşmış,o, ona 20 manat müqabilində dənizə onları apara bilib-bilmədiyini soruşmuş,o da etiraz etməmiş, bu abrədə atasına demiş, üçü birlikdə çimərliyə getməsini demişdir. Sonra avtomobili idarəe dib Novxanıda olarkən İlkin oranın çimərliyinin çirkli olmasını demiş, Pirşağıya getməli olduqları demiş, sonra MY BEACH istirahət mərkəzinin yanından üzü Pirşağıya doğrun avtomobili hərəkət etdirərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 adhşəxs avtomobilə əl edib, müştəri kimi avtomobildə əyləşmişmişdir,sonrakı dəqiqələrdə Murad adlı şəxs 1 manatının olmamasını, o isə Həyat istirahət mərkəzinin yanınadək onu apara biləcəyini ona demişdir.O, musiqiyə səs vermiş, Muradla İlkin ordan- burdan söhbət etmişllkin onunla türmədə olan şəxslərdən danışmışdır.Onlara pul göndərmək lazım olmasını demiş,İlkin Muradın qol saatını götürmüş,həmin zaman onlar arasında sözlə mübahisə baş vermişdir.Coşqun onlara problemlərini öz aralarında həll etməli olmasını demiş, Murad ondan geriyə qayıtmağını tələb etmiş, o, avtomobili sağa verib saxlamış, ikisini də avtomobildən aşağı düşürtmüşdür. Sonrakı saniyələrdə İlkin avtomobilə minib həmin oğlanın gəlmədiyini demiş, o, avtomobili idarə etmiş,20 manat pulunu İlkindən istəmiş, İlkin əvvəlcə öz telefonunu, sonra isə 20 yanvar metrosunun yanında “İphone 11” markalı telefonunu çıxarıb vermiş,həmin telefonu götürmüş, öz şəxsiyyət vəsiqəsiylə 100 manata satmışdır. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1ı uşaqlıqdan tanıyır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndəı tanımamışdır, ancaq onun oğlu İlkini tanımışdır. İlkinin Kənanın qohumu olduğunu bilmişdir. Hadisə olan günü avtoyumadadan evə gəlmişdir. Həmin vaxt o, Kənanın babasının evində kirayə qalmışdır. Hadisə günü dedikdə, avqustun 22-23 tarixlərini nəzərdə tutur. Dəqiq tarixi xatırlamır. Hava çox isti idi. Çölə çıxanda Kənanın evə gəldiyini görmüşdür. O, Kənana bekardırsa, dənizə getməyi təklif etmişdir. Kənan da dedi ki, o, öz hesabına maşınına benzin doldursa gedər. O da razılaşmışdır. Dənizə gedərkən yolda Zərərçəkmiş şəxs1 görmüşlər. O, bir manat müqabilində Pirşağaya qədər getməyə razılaşdı və maşına mindi. Maşına əyləşəndə də Murad ilə İlkin ilə görüşüb salamlaşdı. O da həmin vaxt onların aralarında münasibətləri olduğunu fikirləşmişdir. Onların bir-birilərini tanıdıqlarını güman etmişdir. Az sonra gördülər ki, maşının arxa oturacağında nəsə baş verir, bir sözlə İlkin ilə həmin oğlan arasında mehribançılıq yoxdur. O, bunu gördükdən sonra onlara “nə probleminiz varsa maşından düşüb kənarda həll edin, maşında bu cür davranmaq lazım deyil” demişdir. Onlar da dedilər ki, aralarında heç bir problem yoxdur. Bundan bir neçə dəqiqə sonra Murad, yəni zərərçəkmiş şəxs, əsəblə maşını saxlayın, onu mindiyi yerə qaytarın dedi. Maşın da geri dönəndə birinci Murad maşından düşdü, sonra da İlkin. Hardasa 30-40 saniyə keçdikdən sonra İlkin qayıdıb maşına mindi, Murad isə çöldə qaldı. Murad deyir ki, o da guya maşından düşüb baxırdı. Bu həqiqətə uyğun deyil. O, bütün yol boyu maşında oturub telefonuna baxmışdır. Ola bilər ki, o, onlara maşında müraciət edəndə belə səsini eşitməmişlər. Ümumiyyətlə Kənan ilə o, İlkin ilə Murada baş qoşmamışlar. İlkin qayıdıb maşına mindikdən sonra onlar Binəqədiyə qayıtmışlar. Binəqədidən də “20 Yanvar” ərazisinə getmişlər. “20 Yanvar” ərazisinə çatanda İlkin onlara telefonu göstərdi və onu satmağı təklif etdi. Kənan da “20 Yanvar” ərazisində olan bir telefon mağazasına gedib şəxsiyyət vəsiqəsi vasitəsi ilə həmin “İphone” markalı telefonu satmışdır. Ondan sonra da onlar evə qayıtmışlar. Səhərisi gün də o, işdə olarkən Kənan tutulduğunu bilmişdir. Kənan özü ona “WhatsApp” vasitəsi ilə mesaj göndərib bildirdi ki, tutulub, ondan izahat alınıb, sonra isə buraxılıb. O, Kənandan tutulmasının səbəbini soruşmuşdur. O da ona tutulmasının səbəbini məhz həmin hadisə ilə əlaqədar də olduğunu bildirdi. O, Kənandan harada olduğunu soruşdu, ona necə kömək edə biləcəyini soruşub axşamçağı “28 Mall” olan əraziyə getmişdir. Orada da 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Onlar ittihamda göstərildiyi kimi “yetkinlik yaşına çatmayanı cinayət törədilməsinə cəlb etmə” deyilən bir əməli törətməmişlər. O, özü şəxsən heç kimi heç nəyə cəlb etməmişdir. Onun özünün də soyğunçuluq əməlini törətməyə ehtiyacı olmayıb, iki avtoyuma məntəqəsini işlətmişdir. Cinayət işinin materiallarında heç bir şey olduğu kimi yazılmayıb. Həmin gün onlar dənizdə olmamışlar. Kənan telefonu satmağa tək getmişdir, o isə maşında əyləşib telefonunda oyun oynamışdır. Söhbət onun üstündə olub ki, İlkin hələ maşında olarkən Muradın qol saatını götürmüşdür. Sonra da həmin şəxsin telefonunu götürübmüş. Murad da özünü əvvəlki yerə qaytarmağı da telefonun onların əlindən alınmasından on-on beş saniyə əvvəl demişdi. O, İlkinin Muraddan mobil telefonun götürməsini görməmişdir. İlkin onlara Muradın telefonunun əlinə keçirməsi onlara “20 Yanvara” çatanda demişdir. Binəqədiyə çatanda İlkin Kənana demişdi ki, öz “Samsung” telefonunu satmaq istəyir. “20 Yanvara” çatanda isə məlum oldu ki, özünə məxsus “Samsung” telefonunu yox, Muraddan götürdüyü “İphone” telefonunu satmaq istəyir. İlkin ona sadəcə pul verib. O da pulu özünə götürmüşdür. Onun özünün cibində isə öz pulu olmuşdur. O, İlkinin verdiyi pulun qanunsuz götürülmüş malın pulu olduğunu bilmişdir. Onun həmin gün şəxsiyyət vəsiqəsi özündə olmuşdur. İlkin və Kənan isə ondan şəxsiyyət vəsiqəsini soruşmayıblar. Pulu İlkin özü böldü. Muradın qol saatı İlkində qaldı. İlkin polisdə olarkən dirənmişdir ki, saat ondadır, amma bu həqiqətə uyğun deyil. İlkin həmin qol saatını şalvarının cibində saxlayırdı. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ilkin ifadələrində ona elan edilmiş CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələrilə özünü təqsirli bilərək göstərmişdir ki, göstərdiyi ünvanda 1-2 aydır ki, tək olaraq kirayədə yaşayır, həmin kirayə qaldığı ev Kənanla İlkinin babasına yəni İbrahim kişiyə məxsusdur, onlarla dostluq edir. İlkinin 17 yaşı olmasını bilir. 19 avqust 2022 tarixdə İlkinlə yaşadığı məhəllədə olarkən ona o, təklif etmişdir ki, birlikdə soyğunçuluq və ya quldurluq hadisəsi törədib, kiminsə açıq əmlakını talayıb, pul əldə etsin, əmlakı sataq o da onunla razılaşmış, sonra bu barədə Kənana o demiş, ayın 20-də birlikdə üçü görüşmüş, bir daha qərara almışlar ki, hansısa bir şəxsi müştəri kimi Kənanın Opel markalı avtomobilinə mindirib, arxada İlkin əyləşsin nəzər yetirib, sonra üzərində həmin şəxsin nəsə varsa onu ələ keçirəsinlər. 21 avqust 2022 tarixdə saat 14 radələrində onlar birlikdə Noxvanı qəsəbəsi yaxınlığında görüşmüş, məno, qabaq oturacaqda Opel Corsa markalı Kənanın idarə etdiyi avtomobildə əyləşmiş, Zərərçəkmiş şəxs2 arxa oturacaqda əyləşmiş , Kənan həmin avtomobilini idarə etmiş, təxminən saat 15-30 radələrində Novxanı qəsəbəsində yerləşən MY BEACH istirahət mərkəzinin qarşısında 22-23 yaşlı sarışın, gözündə eynək olan sarışın oğlan müştəri kimi Pirşağı qəsəbəsinə getmək üçün avtomobilə əyləşmiş, İlkinin yanında oturmuş, Kənan Novxanı-Pirşağı yolu ilə hərəkətə başlamış, yol boyu oğlanın üzərində qara rəngli İphone 11 markalı mobil telefonunun olmasını və qolunda met rəngli saat olmasını görmüş, ona həbsdə olan “yaxşı” kimi adlandırdığı şəxslərə nə kömək edə biləcəyini, onlara maddi yardım etmək lazım olmasını İlkin demiş , ona oğru aləmindən söhbət etmiş, həmin oğlan pulunun olmamasını pul qabında pul olmadığını İlkinə demiş, bu zaman onlar isə guya İlkini tanımadığını, onu Mərdəkana aparmağını həmin adını sonradan adını bildiyi Murad adlı oğlana Kənan demiş, avtomobil hərəkətdə olarkən İlkin əlini Muradın cibinə salıb onun İphone 11 markalı mobil telefonunu və sol qolunda olan saatını zorla çıxarmış əmlakını açıq talamış , bu zaman Kənan ara qurunt yola avtomobili sürmüş, sonra avtomobili saxlamış, həmin oğlan qapını açıb avtomobildən düşmək istəyəndə sağ əliylə İlkin onu itələyib yerə yola yıxmış ,o, xəsarət almış, sonra Kənan avtomobili hərəkətə gətirmiş, birlikdə üçü oradan uzaqlaşmışlar. Sonrakı saatlarda onlar 20 yanvar metrosunun yanına getmiş, İphone 11 markalı mobil telefonu Kənan öz şəxsiyyət vəsiqəsiylə 100 manata orada olan mağazaya satmış, 33 manat ona və 33 manat Zərərçəkmiş şəxs2 Kənan vermiş, özünə isə 34 manat pul götürmüş, qol saatını isə Zərərçəkmiş şəxs2 özündə saxlamışdır. Etdiyi əməldən peşmandın birlikdə qrup şəklində bu cinayət i törətmişlər. Onun və Kənanın təklifiylə Zərərçəkmiş şəxs2 onlarla cinayət etməyə razı olub onu birlikdə cinayət fəaliyyətinə cəlb etmişlər. Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Merakl istirahət mərkəzinin yaxınlığında xx.xx.2022 tarixdə saat 16 radələrində baş veribdir. Telefonun üzərindəki nömrəni yolda sındırıb tullamışlar.Telefon saz və işlək vəziyyətdə olubdur. Sonrakı ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə saat 14 radələrində o, Kənanla birlikdə Novxanı qəsəbəsi yaxınlığında görüşmüş, o, qabaq oturacaqda Opel Corsa markalı Kənanın idarə etdiyi avtomobildə əyləşmiş, bu an qəflətən Zərərçəkmiş şəxs2 avtomobilin arxa qapısın açıb, avtomobilin arxa oturacağında əyləşmişdir , Kənan həmin avtomobilini idarə etmiş, təxminən saat 15-30 radələrində Novxanı qəsəbəsində yerləşən MY BEACH istirahət mərkəzinin qarşısında 22-23 yaşlı sanşın, gözündə eynək olan sarışın oğlan müştəri kimi Pirşağı qəsəbəsinə getmək üçün avtomobilə əyləşmiş, İlkinin yanında oturmuşdu. Kənan Novxanı-Pirşağı yolu ilə hərəkətə başlamış, yol boyu oğlanın üzərində qara rəngli İphone 11 markalı mobil telefonunun olmasını və qolunda metal rəngli saat olmasını görmüş, ona həbsdə olan “yaxşı” kimi adlandırdığı şəxslərə nə kömək edə biləcəyini, onlara maddi yardım etmək lazım olmasını İlkin demiş , ona oğru aləmindən söhbət etmiş, həmin oğlan pulunun olmamasını pul qabında pul olmadığını İlkinə demiş, bu zaman onlar isə guya İlkini tanımadığımızı, onu Mərdəkana aparmağını həmin adım sonradan adını bildiyi Murad adlı oğlana Kənan demiş, avtomobil hərəkətdə olarkən ilkin əlini Muradın cibinə salıb onun İphone 11 markalı mobil telefonunu və sol qolunda olan saatını zorla çıxarmış əmlakını açıq talamış , bu zaman Kənan ara qurunt yola avtomobili sürmüş, avtomobili saxlamış, həmin oğlan qapını açıb avtomobildən düşmək istəyəndə sağ əliylə İlkin onu itələyib yerə yola yıxmış ,o, xəsarət almışdı. Kənan avtomobili hərəkətə gətirmiş, birlikdə üçü oradan uzaqlaşmışlar. Sonrakı saatlarda onlar 20 yanvar metrosunun yanına getmiş, İphone 11 markalı mobil telefonu Kənan öz şəxsiyyət vəsiqəsiylə 100 manata orada olan mağazaya satmış, 33 manat ona və 33 manat Zərərçəkmiş şəxs2 Kənan vermiş, özünə isə 34 manat pul götürmüş, qol saatını isə Zərərçəkmiş şəxs2 özündə saxlamış, etdiyi əməldən peşmandır, birlikdə qrup şəklində bu cinayət i törətmişlər. O, Zərərçəkmiş şəxs2 onlarla cinayət etməyə təklif etməmişdir. O, özü və ya Kənanın təklifiylə onairın avtomobilinə minibdir. Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Merakl istirahət mərkəzinin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 16 radələrində baş veribdir. Əvvəldən bu cinayət i İlkin Kənanla özləri əlbir olublar, planlayıblar. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 dayısı oğludur. Təqsirləndirilən şəxs2 babası İbrahimin evində kirayədə yaşayan şəxs kimi tanıyır. Zərərçəkmiş şəxs1 hadisə ilə əlaqədar tanıyıb. Hadisə gününün dəqiq tarixini xatırlamır, o, məhəllədə Coşqunla oturarkən Coşqun ona birlikdə soyğunçuluq və ya quldurluq hadisəsini törətmək, kiminsə əmlakını talamaq, pul əldə etmək, ələ keçiriləcək əmlakı satmağı təklif etdi. O da onunla razılaşmışdır. Bundan sonra Coşqun o, sonra bu barədə Kənana danışdı. Bu məqsədlə üçü birlikdə avqust ayının 20-də birlikdə görüşmüşlər. Həmin görüşdə hansısa bir şəxsi müştəri kimi Kənanın avtomobilinə mindirməyi, onun müşətəriyə nəzər yetirib üzərində olan əşyaları ələ keçirməyi qərara alıb ayrılmışlar. 21 avqust 2022 tarixdə yenidən birlikdə görüşmüşlər. Coşqun qabaq oturacaqda, o isə arxa oturacaqda oturmuşdur. Kənan da avtomobili idarə etmişdir. Onlar Novxanıda «MY BEACH» istirahət mərkəzinin qarşısında sonradan tanıdğı Zərərçəkmiş şəxs1 müştəri kimi Pirşağı qəsəbəsinə getmək üçün avtomobilə əyləşmişdir, onun yanında oturmuşdur, Kənan Novxanı-Pirşağı yolu ilə getməyə başlamışdır, yol boyu o, Muradın üzərində qara rəngli «İphone 11» markalı mobil telefonunun olmasını və qolunda saat olmasını görüb Murada həbsdə olan “yaxşı” kimi adlandırdığı şəxslərə nə kömək edə biləcəyini, onlara maddi yardım etmək lazım olmasını demişdir. Murad da pulunun olmamasını dedi. Coşğunla Kənan guya onu tanımadıqlarını, onu sərənişin kimi Mərdəkana apardıqlarını Murada dedilər. O da avtomobil hərəkətdə olarkən əlini Muradın cibinə salıb onun «İphone 11» markalı mobil telefonunu və sol qolunda olan saatını çıxardıb almışdır. Kənan avtomobili asfalt yoldan çıxardıb qrunt yola sürdü. Bu işi görməyi ona və Kənana Coşqun demişdir. Coşquna qarşı onun hər hansı ədavəti yoxdur. İfadəsi ilə ona böhtan atmır. Muradın telefonunu və qol saatını götürməyi ona Coşqun demişdir. “Yaxşılar” dedikdə o, “oğru aləmindən” olan insanları nəzərdə tutmuşdur. O, bu planın kimin tərəfindən hazırlanmasını, tərtib olunmasını dəqiq xatırlamır. Üçü də oturub danışıb, söhbət etmişlər. Yoldan “müştəri” götürmək fikrini Coşqun bildirmişdi. Qohum olmalarına baxmayaraq, Kənan onun yaşını bilə-bilə onun da o işdə iştirak etməyinə etiraz etməmişdir. Ona arxada oturmağı Coşqun tapşırmışdır. O da etiraz etmədən arxada oturmağa razılaşmışdır. Muradın telefonunu o, Kənanın və Coşqunun təkidi ilə götürmüşdür. Muradı maşına minməmişdən əvvəl Coşqun görmüşdür. Coşqun həmçinin onun əlində telefonu görmüşdü. Onun Murad ilə mübahisəsi başlayanda Coşqun Kənana demişdir ki, maşını saxlasın. Kənan da maşını saxladı. Onun zərərçəkmiş şəxs Murada dediyi sözlər yadında deyil. Muraddan götürdüyü mobil telefonu Kənan öz şəxsiyyət vəsiqəsi ilə yüz manata “20 Yanvar” olan mağazaya satdı. Həmin yüz manatdan hər birinə otuz üç manat pul çatmışdır. Kənan özünə otuz dörd manat götürmüşdür. O, qol saatını özündə saxlamışdır, sonradan həmin qol saatını könüllü olaraq istintaqa təqdim etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ifadəsini atası Qanuni nümayəndə iştirakıyla verir, o, göstərdiyi ünvanda anası Samirə və qardaşı 13 yaşlı Ümidlə yaşayır, atası 3-4 ildir ki, onlarla şəxsi münasibətlər zəminində birlikdə yaşamır. Təqsirləndirilən şəxs1 qohumudur, yəni Teymur doğma dayısıdır, anası Samirənin qardaşıdır. Təqsirləndirilən şəxs2 1-2 aydır ki, tanıyır, evinin yaxınlığında olan babası İbrahimin evində kirayədə yaşayır, o, heç yerdə işləmir, həmçinin o da işləmir, əvvəllər mebel sexində ustanın yanında köməkçi işləmiş, sonra çıxmışdır. Orta məktəbi bu il bitirmişdir, Sabunçu rayonu 305 saylı tam orta məktəbin məzunudur. 1 ildir ki, internet vasitəsilə “youtube” adlı sosial şəbəkədə oğru, soyğunçu, cinayət aləminə mütəmadi olaraq baxır, ora çox meylliliyi yaranıb. Kənan taksi kimi işləyir, **-ED-*** dövlət qeydiyyat nişanlı Opel markalı avtomobili idarə edir. O 1-2 ay olar ki, metamfetamindən istifadə edir. 19 avqust 2022 tarixdə Coşqunla yaşadığı məhəllədə olarkən o, ona təklif etmişdi ki, birlikdə soyğunçuluq və ya quldurluq hadisəsi törətsinlər, kiminsə əmlakını talayıb, pul əldə etsinlər, əmlakı satsınlar, o da onunla razılaşmış, sonra bu barədə Kənana Coşqun demiş, ayın 20- də birlikdə üçü görüşmüş, bir daha qərara almışalr ki, hansısa bir şəxsi müştəri kimi Kənanın avtomobilinə mindirib, ona o, nəzər yetirib, sonra üzərində nəsə varsa onu ələ keçirsin. 21 avqust 2022 tarixdə saat 14 radələrində onlar birlikdə görüşmüş, Coşqun qabaq oturacaqda əyləşmiş, o, arxa oturacaqda əyləşmiş, Kənan həmin avtomobilini idarə etmiş, təxminən saat 15-30 radələrində Novxanı qəsəbəsində yerləşən MY BEACH istirahət mərkəzinin qarşısında 22-23 yaşlı sarışın, gözündə eynək olan oğlan müştəri kimi Pirşağı qəsəbəsinə getmək üçün avtomobilə əyləşmiş, onun yanında oturmuş, Kənan Novxanı- Pirşağı yolu ilə hərəkətə başlamış, yol boyu oğlanın üzərində qara rəngli İphone 11 markalı mobil telefonunun olmasını və qolunda saat olmasını görmüş, ona həbsdə olan “yaxşı” kimi adlandırdığı şəxslərə nə kömək edə biləcəyini, onlara maddi yardım etmək lazım olmasını demiş, həmin oğlan pulunun olmamasını ona demiş, bu zaman Coşğunla Kənan guya onu tanımadıqlarını, onu Mərdəkana aparmağını həmin adını sonradan bildiyi Murad adlı oğlana Kənan demiş, sonra avtomobil hərəkətdə olarkən o, əlini Muradın cibinə salıb onun İphone 11 markalı mobil telefonunu və sol qolunda olan saatını zorla çıxarmış açıq talamış, bu zaman Kənan ara qurunt yola avtomobili sürmüş, sonra avtomobili saxlamış, həmin oğlan qapını açıb avtomobildən düşmək istəyəndə sağ əliylə onu itələyib yerə yola yıxmış, o, xəsarət almış, sonra Kənan avtomobili hərəkətə gətirmiş, birlikdə üçü oradan uzaqlaşmışlar. Sonrakı saatlarda onlar 20 yanvar metrosunun yanına getmiş, mobil telefonu Kənan öz şəxsiyyət vəsiqəsiylə 100 manata orada olan mağazaya satmış, 33 manat ona və 33 manat Coşquna Kənan vermiş, özünə isə 34 manat pul götürmüş, qol saatını isə özündə saxlamış , hazırda könüllü olaraq cinayət yoluyla əldə etdiyi saatı təqdim edir. Etdiyim əməldən peşmandır, birlikdə qrup şəklində bu cinayət i törətmişlər. Onu bu cinayət i törətməyə həm Nəhmədov Coşğun həm də ki, dayısı oğlu Təqsirləndirilən şəxs1 cəlb edib hər ikisinin planıyla bunu birlikdə törətmişlər, Murad adlı şəxsə bıçaq çıxarmamış, lakin onu avtomobildən yerə itələyib yıxmış, zorla qolundan saatını çıxarmış, əmlakını ələ keçirmişlər. Özü də bu cinayət i etməyə maraqlı olmuşdur. Onlar ona hədə qorxu gəlməyiblər sadəcə bu cinayət ə cəlb ediblər. Avtomobildə o, Muradla münaqişə edən zaman Coşqunla Kənan avtomobildən düşməyini deyib, bayırda öz problemini həll etməli olduğunu hər ikisinə deyibdir. Hadisənin bütün senarisini əvvəlcədən 20 avqust 2022 tarixdə Kənanla və Coşğunla planlaşdırmışlar, onlar belə etməyi məsləhət görüblər. Onun 03 sentyabr 2022 tarixdə 17 yaşı tamam olacaqdır. Zərərçəkmiş şəxs1ı əvvəllər tanımamış, ilk dəfədir ki, görmüş, onun ona borcu və ya ədavəti olmayıbdır. Onlar yəni Kənanla Coşğun onun yanında narkotik vasitələrdən istifadə etməyib, lakin aludəçisi olduqlarını bilir .Başqa heç bir cinayət törətməmiş ,barəsində başqa cinayət işi istintaq edilmir. Hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Merakl” istirahət mərkəzinin yaxınlığında xx.xx.2022 tarixdə saat 16 radələrində baş veribdir. Coşqunla Kənan daima “youtube” və digər internet portal səhifələrindən cinayət aləminin videolarına eləcədə quldurluq və soyğunçuluqla bağlı video roliklərə onun yanında baxmış ona bunu məsləhət görmüşlər. Onların təklifiylə o, bu cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, 2022-ci ilin yayı idi. Dənizdən qayıdarkən yol dairəsinə qədər gəlmişdir. Oradan da çoxlu maşınlar keçirdi. O, 123 nömrəli avtobusa minib gedəcəkdi, amma düşündü ki, avtobus uzun yol gedir, ona görə də istədi Pirşağıdan Zabrata maşınla getsin. Buna görə də yolun qırağında dayanmışdır. Bir maşın gəlib saxladı. Danışdılar ki həmin maşınla Zabrata qədər gedə bilər. O, baş verənləri vaxtında anlaya bilməmişdir. O, arxada əyləşib sadəcə telefonunda yazışırdı. Onlar dördyola çatmışlar. Zabrata da qrunt yolu gedir, indi də təzə yol açılıb, hansı ki Pirşağıdan keçib Zabratda bitir. Maşın qrunt yoluna dönəndə o, təəccüblənmişdir. O da yolun dəyişməsinin səbinin soruşanda arxada onunla oturan Zərərçəkmiş şəxs2 əli ilə onun telefonunu sol yan cibindən dartaraq çıxardı. İlkin ona sual vermişdir: “Yaxşıların əziyyətini çəkə bilərəsən?” və özü də əlavə etdi: “Yaxşıların əziyyətini çəkmək lazımdır”. Onun sol cibində telefonundan başqa üç manatı olmuşdur. Şalvarının arxa cibində isə pulqabı olmuşdur. Pulqabının içində də pul yox idi, sol cibimdə olmuş iki-üç manat istisna olmaqla pulunun hamısı bank kartında olmuşdur. O, pul qabını göstərib onda pul olmadığnı demişdir. O, pulqabını cibinə qoyandan sonra maşın da yoldan çıxıb qrunt yoluna keçdi. O, sürücüdən həmin adamları tanıyıb-tanımadığını soruşmuşdur. Sürücü isə onları tanımadığını, əksinə ondan onları tanıyıb-tanımadığını cavab olaraq soruşmuşdur. O da onları tanımadığını demişdir. Sürücü də ona “Tanımırsan, lap gözəl” dedi. O, sürücüyə əvvəlcə on sonra isə iyirmi manat təklif edərək, onu evə, yəni Noxvanı qəsəbəsinə aparmağı xahiş etmişdir. Sürücü isə bundan imtina edərək qayıda bilməyəcəyini bildirmişdir. Sonra sürücü, yəni Kənən soruşdu ki, “bəs pulun yoxdursa 20 manatı necə ödəyəcəksən?” . Onu da Novxanıda hamı tanıyır, elə adətən Novxanı tərəfdə yolda duran taksi sürücüləri də tanıyırlar. O da Kənana narahat olmamamağı, pulu tapıb yerində verəcəyini demişdir. Bundan sonra Kənan avtomobili saxladı, qabağda əyləşmiş Coşqun ona və İlkinə “bizə problem lazım deyil, düşün avtomobildən, özünüz probleminizi həll edin” dedi. O, avtomobilin qapısını açmaq istəyəndə yanındakı şəxs, adını sonradan Zərərçəkmiş şəxs2 kimi bildiyi adam onu ya qolu, ya da ayağı ilə avtomobildən itələyib yerə salmışdır. O, ayağa qalxanda maşında yanında əyləşmiş İlkinin onun üstünə gəldiyiyni görmüşdür. İlkin ona badalaq vurub yerə yıxmış, onun sol qolunda olan saatı açmış, sonra da avtomobilə minib, üzü Pirşağı qəsəbəsinə doğru getdilər. İlkin telefonu onun cibindən anidən götürmüşdür. İlkinin onun telefonunu götürməsi o qədər sürətlə baş verdi ki, di ki, o, reaksiya verməyi çatdırmamışdır. Yəni İlkinin əlini belə tuta bilməmişdir. İlkin onun telefonunu hələ o, maşında olarkən alıb əlində saxlamışdır. O, İlkinə əlini uzadıb qaytarmağı xahiş etmişdir. İlkin isə vermədi. Maşının ön oturacağında əyləşən Kənan ilə Coşqun baş verənləri görürdülər. İlkin ilə problemini həll etməkdən ötrü maşının saxlamağı Kənan təklif etmişdi. Kənan ilə Coşqun deyirdilər ki, arxada onun yanında oturmuş şəxsi tanımırlar. Sonradan o, bilmişdir ki, onun yanında oturan İlkin sürücü Kənanın qohumudur. İlkin telefonu götürndə o, bunu Kənan və Coşquna demişdir. Onlar da İlkini tanımadığını dedilər. Onun telefonu götürülən zaman maşına mindiyi məkan ilə olduğu məkan arasında ən azıüç-beş kilometr məsafə var idi. Kənan ilə Coşqun tərəfindən İlkinə telefonu ona qaytarması ilə bağlı heç nə deyilməmişdir. Yolun kənarındakı dava-dalaşdan sonra onu elə orada qoyub getdilər. O da evə çatdıqdan sonra telefonu və qol saatı oğurlanması barəsində polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı göstərmişdir ki, göstərilən ünvanda ailəsiylə yaşayır. Ali təhsillidir, hazırda işləmir. 2 ildir ki, hazırda 800 manat dəyərində olan İphone 11 markalı 64 GB yaddaşa malik üzərində 6 azn dəyərində “*** *** ** **”, 6 azn dəyərində “*** *** ** **” nömrəsi olan **********63450 imei kodlu qara rəngli telefonu istifadə edir . Həmçinin 40 manata “Curren” markalı metal rəngli qol saatı almış, sol qoluna daima taxır. 21 avqust 2022 tarixdə saat 15-30 radələrində MY BEACH istirahət mərkəzinin qarşısına gəlmiş, orada bir manat müqabilində Pirşağı qəsəbəsinə getmək üçün Opel markalı avtomobilə minmiş,həmin zaman avtomobilin qabaq oturacağında bir nəfər 20-22 yaşlı kişi cinsli şəxs arxada isə başqa bir cavan oğlan əyləşmişmiş.Təxminən 1-2 dəqiqə sonra avtomobil hərəkətdə olarkən həmin yanımda olan şəxs sürücüylə nədənsə danışmış, sonra isə ona həbsdə olan yaxşı şəxslərə yaxşılıq etmək lazım olmasını demiş, oğru aləmindən söhbət eləmiş, həmin şəxs ya narkotik təsiri altında ya da sərxoş kimi özünü aparmış, lakin ondan spirt qoxusu gəlmirmiş.Sonrakı saniyələrdə əlində olan telefona həmin şəxs baxmış, sonra o, teelfonu sol cibinə telefonu qoymuş, o, sürücünün qurunt yoluna dönməsini görmüşm, nəyə görə burayla getməyini soruşmuş,həmin zaman yanındakı şəxs əlini cibinə atıb, cibindən telefonu çıxarmış, özündə saxlamış, telefonu geri qaytarmağını tələb etmiş, o isə yaxşıların əziyyətini çəkə bilib- bilmədiyini soruşmuş, o da pul qabını çıxarıb, pulunun olmadığını ona demiş, taski sürücüsündən bunları tanıyıb-tanımadığını soruşmuş,o isə tanımadığını, ondan onları tanıyıb-tanımadığını sürücü əks olaraq ondan soruşmuş, ona 10 sonra isə 20 manat verməyini onu evə yəni Noxvanı qəsəbəsinə gəldiyi yerə qaytarmağını istəmiş, o isə hərəkət edib avtomobilini saxlamış, irəlidə əyləşən şəxs onlara “problem lazım deyil düşün avtomobildən özünüz probleminizi həll edin” demiş, avtomobilin qapısını açmış, yanındakı şəxs onu avtomobildən itələyib yerə salmış, o, qolundan xəsarət almış, sonra həmin arxadakı şəxs avtomobildən düşmüş, o, ayağa qalxmış, o, onu itələmiş, o da onu itələmiş, ona badalaq vurub yerə yıxılmış, onun sol qolunda olan saatı açmış, sonra avtomobilə minib, avtomobil hərəkət etmiş, onlar üzü Pirşağı qəsəbəsinə doğru hərəkət etmiş,o, onların arxasıyla qaçsa da çata bilməmişdir. Avtomobilin nömrəsini görə bilməmişdir. Ona 852 manat maddi ziyan dəyibdir. Naməlum şəxs cibindən telefonumu götürmüş, sonra isə ona məxsus qol saatını zorla qolundan çıxarıb avtomobilə minib oradan uzaqlaşmışdır. Həmin şəxs onu itələyib avtomobildən yerə salanda da xəsarət almış , həmçinin ona badalaq vurub yerə yıxanda da xəsarət almışdır. Sürücü yolunu dəyişib qurunt yoluna gedəndə onun telefonunu həmin şəxs ələ keçiribdir.Qabaqdakı şəxs də sürücü də ona kömək etməyib, onun əməlini də hər ikisi görsə də yerdə yıxılmağını görsə də ona kömək etməmiş, avtomobilə minəndə isə sürücü çıxıb getmiş, onların bu hərəkətiylə onların hər üçünün əlbir olmasını zənn edir .Amma onun telefonunu bir nəfər ələ keçirib həmçinin o, saatımda götürübdür.Hadisəni törədən avtomobilə minib sürücüylə və qabaqda əyləşən şəxslə oradan çıxıb gedibdir, o telefonunun ələ keçirilməsini sürücüyə demiş ,lakin o,reaksiya verməyibdir. Yanında əyləşən cavan oğlan və qabaqda oturan şəxslərin hər ikisi oğru söhbəti aparmış,buna görə o, qorxmuş müqavimət göstərməmiş və yanında oturan şəxs sağ cibindən telefonunu götürüb özündə saxlamış, taksi sürücüsü olan şəxs isə guya onları tanımır deyib onlara problem lazım deyil öz söhbətinizi özünüz aydınlaşdırın sözlərini deyərək maşını saxlamış,yanında oturan şəxs onu itələyib maşından çıxarmış,onu yıxıb yerə salmış, qabaqda sürücünün yanında oturan şəxsdə avtomobildən düşüb cavan oğlanın nə etdiyinə baxıb sanki hərəkətlərini müşaiət etmiş,ona görə də o, qorxub onlara müqavimət göstərə bilməmiş, cavan oğlan qolundakı saatı açıb götürərək digər oğlanla birlikdə maşına minmiş, sürücü isə sürətlə maşını hərəkətə gətirib və onlar oradan uzaqlaşıb getmişlər. Avtomobildən yıxılarkən deyil, qolundan saat çıxarılarkən yerə yıxılıb bütün xəsarətləri almışdır. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur, Coşqun da oğlunun uşaqlıq dostudur. Onun heç nədən xəbəri olmayıb. Bildiyi qədər, Muradı yoldan götürüblər, məsələ necəsə telefonla bağlı olmuşdur. Kənanın isə orada heç bir əli yoxdur. Bildiyinə görə hadisə 21 avqust 2022-ci il tarixdə Pirşağıda baş vermişdir. Coşqun və İlkin Kənanın maşınında dənizə getmişlər. İlkin məhəllədə olmuşdur. O da onlarla dənizə getmişdir. Murad da yolda maşına sərnişin qismində minmişir. Maşında İlkin arxada, Coşqun isə qabaqda oturmuşdur. İlkinlə Muradın sözləri çəp gəlmişdir. Sözləri çəp gəldi deyəndə, yəqin ki aralarında nəsə yaranıb, ona görə də İlkin tərəfindən Muradın telefonu əlindən alınıb. X7 ilə bu barədə heç bir söhbəti olmamışdır. O, Kənanın valideynidir, İlkin isə onun bacısının oğludur. Bildiyi qədər əvvəllər Kənan ilə İlkin arasında belə bir söhbətlər olmamışdır. Heç kəs heç kəsi cinayət in törədilməsinə cəlb etməmişdir. Kənan, Coşqun və İlkin dənizdə çimmək məqsədi ilə evdən çıxmışlar. Heçkim heç kimə “gedək quldurluq və ya soyğunçuluq edək” kimi bir ifadə işlətməmişdir. Kənan ona hadisə barədə heç nə deməmişdir. Polisə çağırılanda bu məlumatlardan xəbəri oldu. Kənan işləyirdi, taksi fəaliyyəti ilə məşğul olurdu. Bildiyinə görə onlar Muradı dənizə çatmamış götürüblər. Hadisədən sonra yəqin ki, fikirləri yayınıb, ona görə dənizə gedib çatmadılar. O, hadisə barəsində 15-ci polis bölməsində xəbərdar olmuşdur. Müstəntiq özü ona danışmışdır. Hadisədən sonra oğlu evə gəlsə də ona heç nə danışmamışdır. Hadisədən hardasa iki-üç gün sonra oğlu Kənan artıq normal işləyirdi. Kənan müharibə iştirakçısıdır. Kənan heç vaxt onun nəzarətindən kənarda olmamışdır. Baş vermiş hadisə sadəcə bir səhv idi. O bütün günü işləyirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırlmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, göstərdiyi ünvanda ailəsiylə birlikdə yaşayır. Orta təhsillidir, Təqsirləndirilən şəxs1 oğludur, 20 ildir ki, taksi kimi fəaliyyət göstərir, sürücülük vəsiqəsi var, hazırda, 77- ED-345 nömrə nişanlı metallik rəngli Opel Ozel markalı 2007-ci il buraxılışlı avtomobili idarə edir. Oğlunun sürücülük hüququ yoxdur, lakin bir neçə ildir ki, avtomobil idarə edə bilir. llkin Əliyev bacısı Samirənin oğludur, 2005-ci il təvəllüdlüdür. 21 avqust 2022 tarixdə saat 12 radələrində oğlu Kənan xahiş etmişdi ki, bibisi oğlu İlkin yəni bacısı Samirənin oğluyla və atasının evində kirayədə yaşayan tanıdığı Təqsirləndirilən şəxs2 adlı şəxslə yaxınlıqdakı dəniz sahilinə gedib çimib qayıtmaq istədiyindən ona avtomobili idarə etmək üçün versin. O da onun təkidindən və xahişindən sonra evinə yaxın olan dəniz sahilinə avtomobillə getməyə icazə vermiş və dönə-dönə ehtiyatlı olmağı və başqa yerə getməməyi tapşırmışdır. Sonrakı saatlarda o, evdə dincəlib yatmış, axşam 20 radələrində oğlu evə gəlmiş və avtomobilin açarını ona təqdim etmiş, baş verən hadisə barədə heç nə deməmiş, 24 avqust 2022 tarixdə ona məlum olmuşdu ki, oğlu Coşqunla birlikdə 17 yaşlı bacısı oğlunu öz qruplarına cəlb edərək birlikdə adını sonradan bildiyi Murad adlı oğlanın əmlaklarını açıq talayıb ona qarşı zor tətbiq ediblər, onların bu əməlini pisləyir. Təəssüf keçirir, oğlunun və digərlərinin bu əməlindən xəbəri olmayıbdır. Qeyd edir ki, bu avtomobili icarəylə gündəlik ödəniş etmək şərtiylə 1-2 aydır ki, götürmüş, oğluna yalnız bir dəfə avtomobili idarə etmək üçün vermiş , həmin gün də o, cinayət törətmişdir. Şahid1 ifadələrində göstərmişdir ki, 20 yanvar metrosunun yanında “Samsung Uğur-2” adlı mobil telefon alqı-satıqı mağazasında işləyir. 21 avqust 2022 tarixdə saat 19:00 radələrində əvvəllər tanımadığı , adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 adlı şəxs mağazaya gələrək « İphone 11» markalı 64 GB yaddaşa malik **********63450 imei kodlu qara rəngli telefonunu satmasını, pula ehtiyacının olmasını, telefonun ona məxsus olmasını bildirmişdir. O da telefona baxıb 100 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmış, ona pulu verib telefonu götürmüş həmçinin o, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərinə qələmlə imza edib oğurluq olmadığını qeyd etmiş və sənədi ona vermiş, sonra o, tək olaraq oradan çıxıb getmişdi. 22 avqust 2022 tarixində isə telefonu tanımadığım şəxsə 200 manata satmışdır. Bu günlərdə bilmişdir ki, həmin şəxs həmin telefonu cinayət yoluyla ələ keçirib, onun bu əməlindən xəbəri olmayıbdır. Onunla əlbir deyil, könüllü olaraq onun sənədini təqdim edir. Şahid3 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onu böyük oğludur, 23 yaşı var, X5 həyat yoldaşıdır, məcburi köçkün düşəndən göstərdiyi yerdə yaşayırlar. 21 avqust 2022 tarixdə saat 15 radələrində oğlu evdən çıxıb öz şəxsi işiylə bağlı getmiş, saat 17 radələrində oğlu həyəcanlı halda evə gəlmiş və 3 nəfər şəxsin olduğu avtomobilə sərnişin kimi əyləşdiyini sonrakı zamanda onların oğlunun mobil telefonunu və qol saatını açıq talama yoluyla ələ keçirməsini, sonra isə avtomobillə onların oradan uzaqlaşması barədə ona demişdi. O da dərhal 051 *** ** ** nömrəsiylə DİN-nin 102 xidmətinə zəng etmiş, sonra isə birlikdə 15-ci Polis Bölməsinə gedib oğlu ərizə və izahat yazmış, həmçinin hadisə yerini polislərə oğlu göstərmiş, bir müddət sonra hadisə törədən hər üç şəxs tutulmuş, onları oğlu əvvəllər tanımayıb, oğluna 852 manat maddi ziyan dəyibdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 24 avqust 2022-ci il tarixli, 1973 sayh rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol said, sağ dirsək, bel, büzdüm və sol diz nahiyələrinin sıyrıqları, sol mil-bilək, sol əl və sol ayaq pəncəsi nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 9/6321 saylı rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd gümüşü rəngli üzərində Curren M8106 yazılan olan qol saatının yuxzarıda göstərilən xüsusatları nəzərə alınmaqla orta bazar qimyəti təxminən 15 manat olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks psixiatrik-psixoloji yoxlamanın 05.10. 2022-ci il tarixli, 2642 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs1 xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks psixiatrik-psixoloji yoxlamanın 07.10. 2022-ci il tarixli, 2659 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs2 xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş İş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ifadələri hadisə yerində yoxlanılmış, onlar verdikləri ifadələrini təsdiq etmiş, fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqənin surəti Şahid1 götürülmüş və iş üzrə maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Məhkəmə, həmin halı nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 cinayətkar fəaliyyətə cəlb etmədikələrini göstərdilər, lakin onların bu ifadələri öz təsdiqini tapmadı. Çünki bu iş üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində cəlb olunmuş Zərərçəkmiş şəxs2 onun bu fəaliyyətə Təqsirləndirilən şəxs2 tərəfindən cəlb olunuduğunu, belə tipli qanunsuz əməllərin törədilməsini birlikdə müzakirə etdiklərini göstərdi. Məhkəmə, Zərərçəkmiş şəxs2 ifadələrində onu bu əməli törətməyə Təqsirləndirilən şəxs1 deyil, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tərəfindən cəlb edilməsi barəsindəki ifadələrinin, məhkəmədə araşdırımış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu ifadələrinin təkzib olunduğu qənaətinə gəlib, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 bu ifadələrini dayısı oğlu Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Çünki məhkəmədə Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiyi halları təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə araşıdıralan cinayət işin materiallarından görünür ki, hazırkı iş üzrə bu əməl törədilməmişdən qabaq Zərərçəkmiş şəxs2 ictimai təhlükəli əməli törətmək üsullarını öyrənmək üçün cinayət əməllərinin törədilməsi üsul və metodlarını özündə əks etdirən filmlərə baxmışdır. O, özü cinayət əməli törətməyə meyilli olub, qanuna münasibətədə riskli olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs2 bu halından istifadə edib onu özlərinin cinayət törətəmək üçün yaratdıqları qrupa cəlb edib, onunla birlikdə həmin əməli törətmişlər. İşin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs2 bu qabiliyyətindən yararlanıb, cinayət törətmək üçün özləri qabaqcadan qrup yaradıb, Zərərçəkmiş şəxs2 həmin qrupa cəlb edib, Zərərçəkmiş şəxs2 ilə birgə törətdikləri əməlin qurbanına sonuncunu təsadüfi sərənişin kimi təqdim edib, onu tanımadıqlarını bildirib, digər zərərçəkmiş şəxsdən onu tanıyıb-tanımadığını soruşmuşlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu hərəkətələrini cinayət yolu ilə əldə olunmuş mənfəətdən yararlanıb, özlərinin törətdikləri əməli sərnişin kimi təqdim etdikləri Zərərçəkmiş şəxs2 ilə pərdələyib, onun arxasında gizlənmək cəhdi kimi qiymətləndirir. Məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda göstərilən hallar müzakirə olunarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 ağır cinayətin törədilməsinə cəlb etdiklərinin göstərilməsi müəyyən olundu. Məhkəmədə həmin hallar müzakirə olunarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 cinayətkar qrupa cəlb etdikləri təsdiqini tapdı, lakin onlar tərəfindən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 ağır cinayətin törədilməsinə deyil, cinayət qanunu ilə az ağır cinayətlər kateqoriyasına aid olunmuş Azərbaycan Respublikası CM-nin, 180.2.1, 180.2.4-cü maddələrinin törədilməsinə cəlb etdikləri müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 « ağır cinayətin törədilməsinə» cəlb etməsi sözərini xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onlar tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin olmasını və onların bu əməlləri qəsdən törətməsi qənaətinə gəlib, onların təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əmələrin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı cinayət qanunun tələblərinə uyğun müsadirə olunmalı əmlak müəyyən olunmadı. Məhkəmədə zərərçəkmiş şəxsə məxsus bir ədəd qol saatının Zərərçəkmiş şəxs2 götürülərək maddi sübut kimi tanınıb saxlanılması üçün zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 qaytarılması, Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqənin surəti Şahid1 götürülüb iş üzərə maddi sübut kimi tanınaraq işə əlavə edilməsi müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilmiş qol saatını onun mülkiyyətinə qaytarılmasını əsaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 50 (əlli) manat xərclənmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 54 (əlli dörd) saat hüquqi yardım göstərilməsi və buna görə ona manat 324 (üç yüz iyirmi dörd ) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, Təqsirləndirilən şəxs2 həmin məbləği ödəmək üçün maddi imkanlarının olmadığını nəzrə alıb onun həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə Təqsirləndirilən şəxs2 oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onlar tərəfindən törədilmiş əməlləri, həmin əmələrin törədilməsi şəraitini, onların hazırkı vaxtda və onlar tərəfindən həmin əməllər törədilərkən vəziyyətlərini, təlabatlarını, o cümlədən də cəmiyyətin tələbatını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanı fərdiləşdirərəkən onların təqsirli bilindikləri əməllərin törədilməsində eyni dərəcədə iştirak etdikləri qənaətinə gəlib həmin halın onlara təyin ediləcək cəzaya təsir edən amil kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilib barələrində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qənaətinə gəldiyindən onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.2.1-ci maddəsinə əsasən ümümi rejimli cəzaçəkmə müəssisəində çəkməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 avqust 2022-ci il tarixdə hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barələrində həbs qətimkan tədbir qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onlar barələrində seçilmiş həbs qətimkan tədbirinin qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, ailə vəziyyətini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halın olmasını, onların cəzasını ağırlaşdıran halın olmamasını, yuxarıda göstərilən halları nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın başlanğıcı 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb Zərərçəkmiş şəxs1 saxlanılması üçün verilmiş saat zərərçəkmişin mülkiyyətinə verilsin və həmin saatın onda olması nəzərə alınsın. Dövlət büdcəsindən materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 19 saylı Vəkil bürosunun Müdafiəçi1 ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 müdafiəçiyə ödənilmiş məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-955/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-955/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver