Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-956/2020 21.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və həmin şöbənin böyük prokuroru X4, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakı ilə, xx xxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə cəzadan 3 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 saylı ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni - təmiz çəkisi 0,124 qram olan, kustar üsulla hazırlanmış heroini və külli miqdarda psixotrop maddəni - təmiz çəkisi 12,667 qram olan kustar üsulla hazırlanmış metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bunları yaşadığı ünvan 2 saylı ünvandakı evinə gətirib xüsusi saxladığı, üzərində “Digital scale” yazılmış qara rəngli elektron tərəzi ilə çəkib psixotrop maddə olan metamfetamini satış üçün hazırlayaraq 0,024 qramını ayrıca qablaşdırmış, qalan hissəsi olan 12,643 qram metamfetamini isə sellofana bükərək evində gizlətmişdir. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində ünvan 2 saylı ünvanın qarşısında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanarkən əynindəki göy rəngli şalvarın sol yan cibindən satış üçün hazırladığı siqaretin qara kağızına bükülmüş bir bükümdə təmiz çəkisi 0,124 qram olan kustar üsulla hazırlanmış heroini, siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə təmiz çəkisi 0,024 qram olan kustar üsulla hazırlanmış metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin gün saat 17:05-dən etibarən 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən onun yaşadığı, ünvan 2 saylı ünvana keçirilən baxış zamanı evin giriş hissəsində olan qonaq otağının sol tərəfində yerləşən televizor altlığından sonuncuya məxsus üzərində “Digital scale” yazılmış qara rəngli bir ədəd elektron tərəzi və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 12,643 qram olan kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, təxminən son 15 il ərzində narkotik maddələrdən müntəzəm istifadə etmiş və bu müddətdə bir neçə dəfə müalicə olunmağa cəhd etsə də nəticəsi olmamışdır. Narkotik vasitələri bir qayda olaraq tanımadığı şəxslərdən əldə etmişdir. Son illərdə mobil telefondan ümumiyyətlə istifadə etmir, narkotik vasitə axtarmaq üçün də kiminləsə mobil telefonla danışmır. xx xxxx 2020ci il tarixdə saat təxminən 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki yaşadığı 178 saylı evin yaxınlığında piyada gedərkən ona iki nəfər polis əməkdaşı yaxınlaşmış, özlərini təqdim etmiş, onun narkotik vasitələrdən istifadə etməsi və üzərində belə vasitələr saxlaması barədə məlumatlarının olduğunu bildirmişlər. Polis əməkdaşlarından biri bütün bu anların vedoçəkilişini aparmışdır. Polis işçiləri hazırda üstündə narkotik vasitə olub-olmadığını soruşarkən cavabında səmimi olaraq üzərində şəxsi istifadəsi üçün saxladığı “kakos” və “şüşə” deyilən narkotik maddələr olduğunu etiraf etmiş və əynindəki göy rəngli şalvarın sol yan cibindən “kakos” və “şüşə”ni çıxardıb onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu 20-ci Polis Bölməsinə dəvət etmişlər və birlikdə həmin bölməyə getmişlər. Bölmənin otaqlarından birində ona hüquq və vəzifələri izah olunduqdan sonra onun üçün dövlət hesabına vəkil çağırılmış və ona təqdim edilmişdir. Həmin Musa adlı vəkilə də yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlandığını, saxlanarkən üzərində olan ayrı-ayrı bükümlərdəki “kakos” və “şüşə”ni çıxarıb təqdim etdiyini danışmışdır. Bölmədə ona üzərində başqa qeyri-qanuni nəsə varsa təqdim etməsi təklif olunmuş, o da artıq üzərində olan bükümləri küçədə təqdim etdiyini, üzərində başqa qanunsuz əşya olmadığını demişdir. Bununla belə üst-başı axtarılmış, əynindəki bütün paltarlara baxılmış, ayağındakı corablara qədər çıxarılıb baxılmış, amma heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və o da hər şeyin düzgün yazıldığını imzası ilə təsdiq etmişdir. Polis işçiləri ondan evində qanunsuz nəsə saxlayıbsaxlamadığını soruşmuş və o da bildirmişdir ki, onun evində qanunsuz heç nə yoxdur. Sonra polis işçiləri onu yaşadığı evə gətirmişlər və o özü də evə baxılmasına icazə vermişdir. Hansısa sənədləşmə aparıb videoçəkilişlə evinə baxış keçirmişlər və qonaq otağının sol tərəfində yerləşən televizor altlığından elektron tərəzi və metamfetamin aşkar edilib götürülmüşdür. Evə baxılarkən anası da orada olmuşdır. Bütün bu proseslərin gedişində polis işçiləri tərəfindən ona və anasına qarşı heç bir qanunsuz təsir və təzyiq edilməmişdir. Evindən tapılmış tərəzi və metamfetamin isə əslində ona məxsus deyildir. O özü şəxsən heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Üstündən tapılan “kakos” və “şüşə” ilə bağlı onun heç bir narazılığı yoxdur, həqiqətən bu bükümlər onda olub və özünündür. Özü onları könüllü polis əməkdaşlarına təqdim etmişdir. Amma evindən çıxanlarla razı deyil. Ona görə də əməlinin yalnız narkotik istifadəçi kimi qiymətləndirilməsini və barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini, uzun illərdir bu bəlaya düçar olaraq xəstəlikdən əziyyət çəkməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilmiş, yuxarıda göstərilən halları təsdiq etməklə bərabər həm də göstərmişdir ki, üzərinə baxış keçirilərkən yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 178 saylı ünvanda bundan əlavə psixotrop maddənin olmasını bildirmiş, üzərinə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 178 saylı ünvana getmişlər. Onun razılığı ilə polis əməkdaşları evinə daxil olmuşlar və təhqiqatçı evin sol tərəfində yerləşən televizor altlığının dolabından ona məxsus bir ədəd qara rəngli elektron tərəzi və ağ sellofan bükülüdə olan “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar etmişdir. Evdə aşkar olunan tərəzi, “şüşə” adlandırdığı psixotrop maddə və daha öncə polis əməkdaşlarına təqdim etdiyi “kakos”la “şüşə” zərfə qoyularaq möhürlənmiş, ekspertiza tədqiqatına göndərilmiş və bu barədə olan qərar ona elan edilmişdir. Üzərində və yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 178 saylı evdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün təxminən xx xxxx 2020-ci il tarixdə Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən almışdır. O, ümumilikdə narkotik vasitələrin satışı ilə məşğul olmur, lakin bəzi hallarda narkotik vasitəni bir-iki nəfər adını bilmədiyi şəxslərə vermişdir ki, özünün əldə edib istifadə etdiyi narkotik vasitə ona pulsuz başa gəlsin. Psixotrop maddə metamfetamini və narkotik vasitəni təsadüfi olaraq Nəsimi rayonunda “Papanin” adlanan ərazidə gördüyü tanımadığı şəxsdən əldə etmişdir və ya belə şəxslərə vermişdir. Yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 178 saylı evdə aşkar edilmiş elektron tərəzini təxminən 1 il əvvəl almışdır. Həmin tərəzini həm narkotik vasitə alarkən, həm də qeyd etdiyi şəxslərə bu vasitələri verərkən istifadə etmişdir. Yaşadığı ünvan 2 saylı ünvanın giriş hissəsində olan qonaq otağının sol tərəfində yerləşən televizor üçün nəzərdə tutulmuş dolabdan aşkar edilərək götürülmüş, ona məxsus, təmiz çəkisi 12,643 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz orda gizlətmişdir ki, ailə üzvləri bu barədə bilməsinlər. Saxlanılarkən və Polis Bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmiş, hər bir hərəkət qanun çərçivəsində aparılmışdır (cild 1, iş vərəqə 94-97, 212- 216). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin, məxfi əməkdaşların - agentlərin köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Nəsimi rayonu ərazisində “Akif” adlı şəxsin mütəmadi qanunsuz olaraq narkotik vasitələrin əldə edib daşıması, qəbul etməsi və satışı ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı xx xxxx 2020-ci il tarixdə onun tərəfindən raportla rəsmiləşdirilmiş, bölmə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuş və həmin tarixdə bununla əlaqədar onun özündən və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrup üzvlərinin davranış xətti izah edilmişdir. Daxil olmuş əməliyyat məlumatı işlənilərək həmin “Akif” adlı şəxsin xx xxx 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, ünvan 2 saylı ünvanda qeydiyyatda olan və faktiki də həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Əməliyyat davam etdirilərək həmin gün saat 14:30 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında tərəflərindən saxlanılmışdır. Saxlanarkən Akifə özlərini təqdim etmiş və onun narkotik vasitələri qanunsuz əldə edib daşıması, qəbulu və satışı ilə məşğul olmasına dair məlumatın olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onların dediklərini təsdiq edərək hal-hazırda üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Onlar bütün bu prosesin videoçəkilişini aparmışlar və Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən siqaretin qara kağızına bükülmüş bir büküm, həmçinin siqaretin gümüşü kağızına bükülmüş digər bir ədəd bükümdə olan toz şəkilli maddələri təqdim etmiş, onların narkotik olduğunu və tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra dəvətləri əsasında Akif Məmmədov könüllü olaraq onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gəlmiş, orada Təqsirləndirilən şəxs gətirilməsi barədə rəhbərliyə məruzə olunduqdan sonra onun üzərində şəxsi axtarış keçirilməsi baş təhqiqatçı polis mayoru Nazim Qədirova həvalə olunmuşdur. Dərhal Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, müdafiəçi ilə təmin edilmiş və sonra da şübhəli şəxs qismində tutulması rəsmiləşdirilmişdir. 20-ci Polis Bölməsinin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Akiflə yanaşı digər iştirakçıların da hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Akifə təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz maddə və ya əşya varsa onları könüllü olaraq təqdim etsin. Akif masanın üzərinə qoyulmuş, bir qədər öncə küçədə yaşadığı ünvanın qarşısında könüllü təqdim etdiyi bükümləri göstərərək bildirmişdir ki, bunlardan başqa üzərində qanunsuz heç bir əşya və ya narkotik vasitə yoxdur, amma yaşadığı ünvanda yenə də narkotik vasitə vardır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Akif evinə baxış və axtarış keçirilməsinə etiraz etmədiyini demiş və bununla bağlı ərizəsi də rəsmiləşdirilmişdir. Həmin tarixdə saat 17:05 radələrində Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 178 ünvanında videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı qonaq otağının sol küncündə qoyulmuş televizor altlığı olan dolabdan şəffaf sellofan kəsiyinə bükülmüş, narkotik vasitəyə bənzər şəffaf rəngli maddə və onun yanında bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Aşkar olunan maddələr qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və tərtib olunan protokollar ucadan oxunduqdan sonra hər bir iştirakçı tərəfindən imzalanmışdır. Qeyd etməyi vacib bilir ki, onlara daxil olmuş əməliyyat məlumatlarına görə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qanunsuz əldə edib saxlamağa görə məhkum olunsa da bundan nəticə çıxartmamış, əksinə, bir qədər də daha qanunsuz əməllərə əl ataraq həm narkotik vasitələrin, həm də psixotrop maddələrin satışı ilə məşğul olmağa, bu yolla qazanc əldə etməyə başlamışdır. Ətrafda da narkotik vasitə satan şəxs kimi tanınmışdır. Əldə olunan məlumatlara görə, məhkum olunmuş şəxs kimi müəyyən təcrübəyə malik olan Təqsirləndirilən şəxs mobil telefondan istifadə etməkdən çəkinməsinin əsas səbəbi məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətidir. O, bu fəaliyyəti ilə bağlı əlaqələrinin gizlədilməsi və özünün ifşa olunmasının çətinləşdirilməsi üçün son dövrlərdə mobil telefondan ümumiyyətlə istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda əri Təqsirləndirilən şəxs ilə yaşayır. 25 ildir ailə qurduğu Akif narkomandır, bu bəlaya düçar olduğu üçün dəfələrlə müalicələr almış, amma müalicələrin heç bir faydası olmamışdır. Akif əvvəllər narkotik vasitələrin istifadəçisi kimi bir dəfə məhkum da olunmuşdur. Bütün ailə üzvləri onun narkotik vasitədən istifadəsinin qarşısını almaq üçün mübarizə aparsalar da istədikləri nəticəni əldə edə bilməmişlər. Bildiyinə görə Akif narkotik vasitələri evdən kənarda qəbul etmiş, onları evin içinə gətirməmişdir. Akifin əvvəllər mobil telefonu olsa da son illərdə mobil telefondan istifadə etməmişdir. Akif heç yerdə işləməyib, o özü də Akifin işlərinə qarışmır və dostlarını da tanımır, kiminlə yaxın əlaqəsinin olmasından xəbəri yoxdur. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları Akiflə evə gəlmiş, evlərinə baxış keçirmişlər. Axtarış vaxtı o özü işdə olmuş, təxminən saat 18 radələrində evə gəlmişdir. O gələrkən artıq polis işçiləri evdə olmamışlar. Polislər gələrkən qaynanası evdə olmuşdur. Ona məlum olmuşdur ki, polislər videoçəkiliş aparmaqla evə baxış keçirmiş, qonaq otağındakı televizor altlığından sellofana bükülmüş maddə və elektron tərəzi aşkar edib götürmüşlər. Amma o, bu əşyaları heç vaxt evdə görməmişdir. Akif şəxsən onun yanında narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş, onları tərəzidə çəkməmiş və ya kiməsə verməmişdir. Ola bilsin ki, Akifin yanına kimsə gəlib küçədə görüşmüş, lakin o, bunu görməmişdir. Onların evinə heç bir başqa şəxs gəlməmişdir. Əri Akifin yaxın əlaqələri, dostları, narkotik vasitələri və psixotrop maddələri kimlərdən alması barədə məlumatı yoxdur. Məhkəmədən ərinin narkoman olmasının, narkotik vasitə satmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, oğlu Akif uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir, narkomandır və bu pis vərdişinin öhdəsindən gələ bilmir. Uzun müddət müalicə almağa da cəhd etsə də heç bir nəticəsi olmamışdır. Oğlu narkotik vasitələrdən müntəzəm istifadə etsə də onları haradan əldə etdiyini, harada saxladığını bilmir. Amma Akifin narkotik vasitələri satması barədə heç vaxt eşitməmiş və görməmişdir. Oğlunun elə bir maddi imkanı da olmamışdır ki, narkotik vasitələrin satışı ilə məşğul olsun. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları Akiflə birlikdə onların yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 178 saylı evə gəlmişlər. Orada ev-eşiyə baxmışlar və bildiyinə görə nəsə maddə tapılması barədə sənədləşmə aparmışlar. Baxış vaxtı polis işçiləri nə oğlu Akifə, nə də ona qarşı heç bir kobudluq, zorakılıq etməmişlər, ona da “ana sən bayırda gözlə” deyə müraciət etmişlər. Akif tutulandan sonra səhhəti daha da ağırlaşmış və iflic keçirmişdir. Özünün və oğlunun vəziyyətinin nəzərə alınıb xəstə kimi ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər, Təqsirləndirilən şəxs da törətdiyi əməllə bağlı faktiki etirafedici ifadə vermişdir (cild 1, iş vərəqə 114-119). Keçirilmiş əməliyyat tədbiri ilə bağlı tərtib olunmuş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz şəkildə narkotik vasitələr əldə etməsi, daşıması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq üçün təşkil edilmiş əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs müəyyən edilərək xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində saxlanmış, saxlandıqdan sonra əynindəki göy rəngli şalvarın sol yan cibindən siqaretin qara kağızına bükülmüş bir ədəd və siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümləri polis əməkdaşlarına təqdim etmiş, onların içində narkotik vasitə olduğunu, bu narkotik vasitələri tanımadığı şəxsdən aldığını bildirmişdir. Qeyd olunan proses videoçəkilişlə aparılmış və müvafiq «DVD» diski protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 10-11). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə saat 16:00-dan saat 16:25-dək keçirilmiş həmin istintaq hərəkət zamanı Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz maddə və ya əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi barədə təklifdən sonra sonuncu masa üzərində olan siqaretin qara kağızına bükülmüş bir ədəd və siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümləri göstərərək onları ünvan 3 ünvanın qarşısında saxlanılarkən polis əməkdaşlarına təqdim etdiyini, üzərində qanunsuz başqa heç nə olmadığını, lakin yaşadığı ünvanda narkotik vasitə olduğunu bildirmişdir (cild 1, iş vərəqə 46-52). Mənzilə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda saat 17:05dən saat 17:20-dək videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə ola biləcək qanunsuz əşyaları öz razılığı ilə göstərmək təklif edilmiş, amma o, evində hər hansı qanunla qadağan edilmiş əşya olmadığını bildirmiş, bundan sonra keçirilən baxış zamanı qonaq otağında giriş qapısından sol küncdə qoyulmuş televizor altlığı hesab edilən dolabdan şəffaf sellofan kəsiyinə bükülmüş narkotik maddəyə bənzər şəffaf rəngli maddə və onun yanında bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 58-59). Məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/183 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 0,124 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 0,024 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs evindən aşkar olunan 01 ədəd bükümdə təmiz çəkisi 12,643 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0, 084 qram, metamfetaminin ümumi qalıq çəkisi 12.607 qram təşkil etmişdir (cild 1, iş vərəqə 66-70). Məhkəmə daktiloskopik ekspertizasının xx xxxx 2020-ci il tarixli 3/156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan 01 ədəd elektron tərəzi və sellofan paketin səthindəki əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır (cild 1, iş vərəqə 180-185). Məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunub götürülmüş metamfetaminlə üzərindən aşkar edilmiş metamfetamin kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim olunmuş tərəzinin səthində metamfetamin və heroin maddələrinə məxsus izlər aşkar edilmişdir. Tərəzidən götürülən iz mikrohissəcikləri nümunəsi yetərsiz olduğundan metamfetamin nümunələri ilə tərkibinə görə eyni olubolmamasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 186-190). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli 1047 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 191-192). Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 780 saylı rəyindən görünür ki,, hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 193-195). İbtidai istintaq orqanının verdiyi əməliyyat tapşırığına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin verdiyi xx xxx 2020-ci il tarixli 83-2120-1220 saylı cavabda göstərilmişdir ki, aparılmış əməliyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması müəyyən edilmişdir (cild 1, iş vərəqə 177). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin xx xxxxx 2020-ci il tarixli xx/xx-4080 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016 - xx.xx.2016, xx.xx.2017 - xx.xx.2017, xx.xx.2018 - xx.xx.2018, xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərdə həmin mərkəzdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqə 171). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə cəzadan 3 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1, iş vərəqə 62-63, 143-144, 173- 176). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etdiyi, istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 68-71). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinin onun üzərindən aşkar olunmuş narkotik vasitələri özünün şəxsi istifadəsi üçün alması, evindən aşkar edilmiş psixotrop maddənin və tərəzinin ona məxsus olmaması ilə bağlı hissələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22- 26, 127-131). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,084 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 12.607 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd üzərində “Digital scale” yazılmış qara rəngli elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 380 (üç yüz səksən) manat 91 (doxsan bir) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə mərhələsində isə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi qızı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi qızının vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 16-21; cild 2, iş vərəqə 100). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,084 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 12,607 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd üzərində “Digital scale” yazılmış qara rəngli elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs 380 (üç yüz səksən) manat 91 (doxsan bir) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono”Vəkil Bürosunun vəkili Müdafiəçi qızı üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-956/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-956/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver