Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-956/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X3 və müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxx 1990-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Masallı şəhəri N. Nərimanov küçəsi, ev 31də qeydiyyatda olub, ünvan 1-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əli» adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 1307,51 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 271,703 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 240,265 qram psixotrop maddə metamfetamini, külli miqdarda 2240 ədəd tabletdə ümumi təmiz çəkisi 89.6 qram narkotik vasitə metodonu, külli miqdarda 660 ədəd narıncı/göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 99 qram olan güclü təsir edən maddəpreqabalini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə, psixotrop maddəni və eləcə də güclü təsir edən maddələri qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni, eləcə də güclü təsir edən maddələri Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Avtovağzal» dairəsinin yaxınlığından 1 ədəd çantada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 1 ünvanında mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağında saxlamış, 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 99,510 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına öz razılığı ilə baxış keçirilən zaman yaşadığı mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağında olan televizorun yanından bir ədəd ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda üzərlərində «Methadone 40» markalanma göstəricisi olan 224 ədəd blisterdə ümumilikdə 2240 ədəd, səthlərində «F/M40» yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 89.6 qram narkotik vasitə metodon, bir ədəd sarı rəngli polietilen torbada külli miqdarda üzərlərində «Pregabalin 150» markalanma göstəricisi olan 44 ədəd blisterdə ümumilikdə 660 ədəd narıncı/göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 99 qram olan güclü təsir edən maddə-preqabalin, bir ədəd qəhvəyi rəngli çantada olan 2 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 433 qram və 775 qram, olmaqla ümumi təmiz çəkisi 1208 qram olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bağlamada külli miqdarda 240.265 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bağlamada külli miqdarda 271.703 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və üzərlərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü və bir ədəd qara rəngli olmaqla ümumilikdə iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitənin heroin və metadon növlərindən istifadə edir. Gündə təxminən 4 qram heroin, metadon və preqabalin qəbul edir. Tutulmamışdın təxminən 5 ay əvvəl «Facebook» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə tanış olmuşdur. Tanışlıq zamanı ona maddi vəziyyətinin ağırlığından şikayət etmişdir. Sonuncu ona Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etməyi təklif etmiş və o, razılaşmışdır. Əli adlı şəxsin Bakı şəhərinə göndərdiyi narkotik maddələri onun dediyi ünvanlara və tanımadığı şəxslərə çatdırmışdır. Narkotik maddələrin satışından əldə etdiyi müxtəlif məbləğlərdə pulları Əlinin dediyi X1 adına olan «Kapital Bank»a məxsus bank hesabına 2020-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddət ərzində köçürmüşdür. Zauru tanımır və onunla heç bir münasibəti olmamışdır. 2020-ci ilin iyun ayından tutulanadək Əli onun üçün təxminən 6 dəfə müxtəlif növ və çəkilərdə narkotik maddələr göndərmiş, həmin maddələri Əlinin dediyi ünvanlara çatdırıb, müxtəlif şəxslərə satmışdır. 2020-ci ilin noyabr ayının əvvəllərində Əli adlı şəxsin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən avtovağzal dairəsinin yaxınlığından bir ədəd çantada narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddəni götürüb, yaşadığı evə gətirmişdir. Həmin maddənin bir qismini Əli adlı şəxsin dediyi ünvanlara çatdırmış, qalanını isə üzərində və yaşadığı evində saxlamışdır. 16 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, ev 40A ünvanın yaxınlığında piyada hərəkət edərkən ona mülki geyimdə bir neçə nəfər yaxınlaşıb, özlərini BNMİ-in əməkdaşları kimi təqdim edib, onu baş idarəyə dəvət etmişlər. Razılaşıb sonuncularla həmin ünvana getmişdir. Baş idarədə ona müdafiəçi təyin edilmiş, vəkili ilə görüşüb söhbət etdikdən sonra, barəsində tutma haqqında qərar qəbul edilmişdir. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etmə, saxlama, daşıma, istifadə etmə və satışı ilə məşğul olmaqda şübhəli olduğu bilindiyi, bununla bağlı videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Sonunculara onların təklifinə etiraz etmədiyini demişdir. Bundan sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, bu zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitəni və bir ədəd alışqanı çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 20 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar olunmuşdur. Təqdim etdiyi bükümə baxış keçirildikdən sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərinə imza etmişdir. Şəxsiyyət vəsiqəsi götürülmüş, 20 manat pul, alışqan və bir ədəd açar ona qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini İİR vətəndaşı Əli adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, sonuncunun dediyi ünvanlara çatdırdığını, əvəzində üzərindən bir qədərini götürüb istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və vəkili ilə birlikdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi, ev 40A ünvana getmişlər. Orada yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmışdır. Baxış zamanı mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağında olan televizorun yanandan bir ədəd qəhvəyi rəngli dəri çantanı, bir ədəd ağ rəngli və bir ədəd sarı rəngli sellofanları təqdim etmişdir. Həmin sellofan torbalar və çantaya baxış keçirilmişdir. Ağ rəngli sellofan torbanın içərisindən narkotik vasitə olan metadon həbləri, sarı rəngli torbanın içərisindən isə preqabalin həbləri, qəhvəyi rəngli dəri çantanın içərisindən iki ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə narkotik vasitə tiryək, bir ədəd bükümdə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Narkotik vasitə və psixotrop maddələr çəkildikdən sonra torbaya qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra qonaq otağından bir ədəd «Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı yaşadığı mənzilindən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və həbləri İİR-nın vətəndaşı Əli adlı şəxs tərəfindən ona satmaq məqsədi ilə göndərildiyini, həmin narkotik vasitələri sonuncunun dediyi ünvanlara aparıb çatdırdığını, əldə etdiyi pulu yuxarıda qeyd etdiyi kart hesabına yüklədiyini bildirmişdir. Qaçaqmalçılıqla məşğul olmamış, narkotik vasitələri Əli adlı İİR vətəndəşı Azərbaycan Respublikası ərazisinə gətirmiş, həmin malların hansı qaydada respublika ərazisinə keçirildiyindən məlumatı olmamışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 dekabr 2020-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etdiyi, daşıyaraq saxladığı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyataxtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 40A ünvanının yaxınlığında olduğu barədə məlumat alıb 16 dekabr 2020-ci il tarixdə saat 19:00 radələrində həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edib, ondan anket məlumatlarını bildirməsini xahiş etmişlər. Sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs razılaşıb, onlarla Baş İdarəyə gəlmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar olunmuşdur. Daha sonra həmin bir ədəd bükümə baxış keçirilmişdir. Bükümün içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, bir ədəd alışqan, bir ədəd açar və 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə qoyulan yerdən götürdyünü, əldə etdiyi narkotik maddələri «Əli» adlı şəxsin dediyi ünvanlara qoyduğunu, əvəzində «Əli» adlı şəxsin göndərdiyi narkotik maddələrin üzərindən özü üçün götürdüyünü, əlavə olaraq Bakı şəhəri Binəqədi rayonunda yerləşən yaşadığı mənzildə də narkotik maddə saxladığını və həmin narkotik maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, oxunduqdan sonra protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə yazmış və bundan sonra yaşadığı mənzilə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Sonuncu mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağında olan televizorun yanından bir ədəd qəhvəyi rəngli dəri çantanı, bir ədəd ağ rəngli və bir ədəd sarı rəngli sellofan torbaları təqdim etmişdir. Ağ rəngli sellofan torbanın içindən narkotik vasitə metadon həblərinə bənzər, sarı rəngli sellofan torbanın içindən narkotik tərkibli güclü təsiredici preqabalin həblərinə bənzər, qəhvəyi rəngli dəri çantanın içindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Qeyd edilən maddələr elektron tərəzidə çəkildikdən sonra iki ədəd elektron tərəzi ilə birlikdə içi boş qara rəngli torbaya yerləşdirilmiş, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına da baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında olan televizorun üzərindən Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli «Redmi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Mənzildən əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı mənzildən aşkar olunmuş heroin, metamfetamin, tiryək, metadon və preqabalin özünə məxsus olduğunu, həmin narkotik maddələri İİR vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə qoyulan yerdən götürdüyünü, həmin narkotik maddələri «Əli» adlı şəxsin dediyi yerlərə, deyilən miqdarlarda qoyduğunu, əvəzində həmin narkotik maddələrdən götürüb istifadə etdiyini, narkotik maddələrin dövriyyəsi ilə məşğul olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, oxunmuş və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi barədə məlumat daxil olduğundan, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Sonuncunun ünvan 5 ünvanının yaxınlığında olduğu onlara məlum olduğundan 16 dekabr 2020-ci il tarixdə saat 19:00-da həmin ünvana gəlmişdir. Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu deyilmiş və o, etiraz etmədən razılaşıb birlikdə Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarışa başlanılmışdır. Tədbirə başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm və bir ədəd alışqanı çıxanb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar edilmişdir. Daha sonra həmin bir ədəd bükümə baxış keçirilmiş və bükümün içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Səlimbəylinin şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüş, bir ədəd alışqan, bir ədəd açar və 20 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunmuş heroini İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə satış məqsədi ilə qoyulan yerdən götürdüyünü, əldə etdiyi narkotik maddələri «Əli» adlı şəxsin dediyi ünvanlara qoyduğunu, əvəzində «Əli» adlı şəxsin göndərdiyi narkotik maddələrin üzərindən özü üçün götürdüyünü, əlavə olaraq Bakı şəhəri Binəqədi rayonunda yerləşən yaşadığı mənzildə də narkotik maddə saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildə onun iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə ilə verdikdən sonra, mənzilə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, bundan sonra sonuncu, yaşadığı mənzilin girişindən sol tərəfdə yerləşən yataq otağında olan televizorun yanından bir ədəd qəhvəyi rəngli dəri çantanı, bir ədəd ağ rəngli və bir ədəd sarı rəngli sellofan torbaları təqdim etmişdir. Ağ rəngli sellofan torbanın içindən narkotik vasitə olan metadon həblərinə bənzər, sarı rəngli sellofan torbanın içindən narkotik tərkibli güclü təsiredici preqabalin həblərinə bənzər, qəhvəyi rəngli dəri çantanın içindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar edilmişdir. Qeyd edilən maddələr elektron tərəzidə çəkildikdən sonra iki ədəd elektron tərəzi ilə birlikdə içi boş olan qara rəngli torbaya yerləşdirilmiş, ağzı bağlanmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra mənzilin digər otaqlarına da baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında olan televizorun üzərindən Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli «Redmi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Mənzildən iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş heroin, metamfetamin, tiryək, metadon və preqabalinin özünə məxsus olduğunu, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin vasitəsi ilə qoyulan yerdən götürdüyünü, sonuncunun dediyi yerlərə və deyilən miqdarlarda qoyduğunu, əvəzində həmin narkotik maddələrdən götürüb istifadə etdiyini, onun narkotik maddələrin dövriyyəsi ilə məşğul olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Tədbir nəticələrinə dair protokol tərtib edilmiş və oxunduqdan sonra imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. İşin 47-53-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2020-ci il tarixli, 6/2735 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» və s. yazılar, imzalar olan kağız paketdə (№1) 1 ədəd sellofan bağlamadakı təmiz çəkisi 99.510 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.» və s. yazılar, imzalar olan qara rəngli torbada (№ 2) 1 ədəd qadın çantasında-2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 433 qram və 775 qram, ümumi təmiz çəkisi 1208 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bu heroinlərlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. 1 ədəd bağlamada təmiz çəkisi 240.265 qram ağ rəngli, kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd bağlamada təmiz çəkisi 271.703 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 1 ədəd gümüşü rəngli və 1 ədəd qara rəngli elektron tərəzilərin səthlərində heroinin izləri müəyyən edildi (tərəzilərin üzərindəki heroinə məxsus iz mikrohissəcikləri yetərsiz olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün deyildir); 1 ədəd sarı rəngli polietilen torbada üzərlərində «Pregabalin 150» markalanma göstəricisi olan 44 ədəd blisterdə ümumilikdə 660 ədəd narıncı/göy rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 99 qram olan güclü təsir edən maddə-preqabalin müəyyən edildi; 1 ədəd ağ rəngli polietilen torbada üzərlərində «Methadone 40» markalanma göstəricisi olan 224 ədəd blisterdə ümumilikdə 2240 ədəd, səthlərində «F/M40» yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi təmiz çəkisi 89.6 qram narkotik vasitə metadon müəyyən edildi. Qeyd: 1 №-li obyekt üzrə heroinin ümumi təmiz çəkisi – 99,510 qr, tədqiqata sərf edildi -0.05 qr, qalıq - 99,460 qr. 2 №-li obyekt üzrə heroinin ümumi təmiz çəkisi -1.208 qr, tədqiqata sərf edildi - 0.1 qr, qalıq - 1.207,9 qr. Metamfetaminin təmiz çəkisi – 240,265 qr, tədqiqata sərf edildi - 0.10 qr, qalıq 240,165 qr. Tiryəkin təmiz çəkisi – 271,703 qr, tədqiqata sərf edildi - 0.10 qr, qalıq 271,603 qr. Preqabalin - 660 kaps., tədqiqata sərf edildi - 08 kaps., qalıq - 652 kaps. Metadon tabl. üm. 2.240 tabl, tədqiqata sərf edildi - 10 tabl, qalıq – 2.230 tabl. İşin 165-166-cı vərəqələrindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 yanvar 2021-ci il tarixli 137 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 30-33 və 36-39-cu vərəqələrindəki 16 dekabr 2020-ci il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 dekabr 2020-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub, şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və yaşadığı evdən ağ rəngli sellofan torbada narkotik vasitə metadona bənzər maddələr, sarı rəngli sellofan torbada preqabalinə bənzər maddələr və bir ədəd qəhvəyi rəngli dəri çantada iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 125-ci vərəqəsindəki 30 dekabr 2020-ci il tarixli 008-6458-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əvvəlcədən əlbir olduğu İran İslam Respublikasının vətəndaşı «Əli» adlı şəxslə əlaqəyə girərək Azərbaycan Respublikasına qanunsuz olaraq külli miqdarda narkotik vasitələr gətizdirərək satışını təşkil etmişdir. İşin 118-120, 166-171-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamə və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Masallı rayon məhkəməsinin 14 mart 2016-cı il tarixli qərarı ilə cəzası aylıq qazancının 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il 7 (yeddi) ay islah işləri cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Aministiya Qərarının 1.5-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir. İşin 100-102-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 99,460 qram və 1.207,9 qram olmaqla ümumilikdə 1.307,36 qram narkotik vasitə heroin, 240,165 qram psixotrop maddə metamfetamin, 271,603 qram narkotik vasitə tiryək, 652 kapsul preqabalin, 2230 həb metadon və üzərilərində narkotik vasitə heroinin izlən olan iki ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 172-181-ci vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında 25 fevral 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını, yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun ittiham olunduğu cinayətləri törətməkdə təqsirliliyi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə həmin hissədə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs və onun yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 99.460 qram və 1.207,9 qram olmaqla ümumilikdə 1.307,36 qram narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 240,165 qram psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 271,603 qram narkotik vasitə tiryək, ekspertizadan sonra qalıq qalan 2.230 həb metadon, 652 kapsul preqabalin və üzərilərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 99.460 qram və 1.207,9 qram olmaqla ümumilikdə 1.307,36 qram narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 240,165 qram psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 271,603 qram narkotik vasitə tiryək, ekspertizadan sonra qalıq qalan 2.230 həb metadon, 652 kapsul preqabalin və üzərlərində narkotik vasitə heroinin izlən olan iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-956/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-956/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver