Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-956/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X9, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1983-cü il tarixdə Qubadlı rayonunun Xudular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmaqla hazırda məhkumluğu ödənilməmiş, Qubadlı şəhərində qeydiyyatda olmaqla, həbs olunandək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 1(060)- 115/2020 №-li hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 7 (003)-283/2023 N°-li qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkumluğu ödənilməmiş və ödənilməmiş, yəni 2023-cü ilin mart ayının axırlarında 2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olaraq 2023-cü ilin iyul ayının 17-də nikahları pozulmuş keçmiş arvadı, həmçinin qohumluq münasibətində olduğu xalası qızı Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızının mobil telefonunda “Whatsapp” ani yazışma proqram tətbiqi sosial şəbəkəsində tanımadığı nömrəni görüb sonuncunun başqa kişilərlə münasibətinin olmasından və ona xəyanət etməsindən şübhələnməklə bunu öz şəxsiyyətinə aşağılayıcı hərəkətlər kimi qiymətləndirib Zərərçəkmiş şəxsm (Mehdiyevəm) qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək bunun üçün əlverişli məqam axtararkən, 26 iyul 2023-cü il tarixdə səhər saat 07 radələrində 2016-cı il təvəllüdlü azyaşlı qızı X5 görmək məqsədilə Zərərçəkmiş şəxs (Mehdiyevanın) yaşadığı ünvan 2 ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib evin giriş hissəsində dayanmış keçmiş qaynatası Şahid4 ilə söhbət edən zaman orada olan keçmiş qaynanası və xalası Şahid3 ilə mübahisə etdikdən sonra sonuncunun kənara çəkilib əlində mobil telefonla məşğul olduğunu görüb, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-Zəng Mərkəzi”nə zəng edib məlumat verəcəyini və həmin ünvana polis əməkdaşlarının gəlib onu ərazidən uzaqlaşdıracaqlarını, qisas planının baş tutmayacağını düşünüb, yaranmış əlverişli şəraitdən istifadə edib Zərərçəkmiş şəxsm (Mehdiyevəm) qəsdən öldürmək məqsədilə evə daxil olub yataq otağına keçərək, həmçinin seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına, yəni valideynə qarşı övlada, övlada qarşı valideynə xüsusi əzab verəcəyini dərk edərək, Zərərçəkmiş şəxs (Mehdiyevadan) qisas alıb qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçaqla törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edib, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq zərbələr endirərək, azyaşlı qızı Şahid1, eləcə də, zərərçəkmişin valideynləri Şahid4la Şahid3 gözü qarşısında xüsusi əzab və iztirab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs (Mehdiyevanın) həyatı üçün mühüm nahiyələrinə ümumillikdə 5 (beş) ədəd müxtəlif dərəcəli xəsarət, o cümlədən sol kürəkaltı nahiyənin döş qəfəsinə nüfuz edən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, qarın nahiyəsinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, ümumillikdə və ayrı - ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, qarın nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, sol bazunun 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, sol əlin 3-cü barmağının 1 (bir) ədəd kəsilmiş yarası isə ümumillikdə və ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt onun arxası ilə otağa daxil olan Şahid4 və Şahid3 dərhal hərəkətə keçərək ona mane olduğundan, eyni zamanda zərərçəkmiş vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan, cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızını xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirlərləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nİn 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilib göstərdi ki, Zərərçəkmiş şəxs həm onun xalası qızı, həm də keçmiş həyat yoldaşdır. Hadisədən iyirmi gün əvvəl həyat yoldaşı ilə boşanmışdır. Hadisədən qabaq da təxminən beş ay yoldaşından ayrı yaşamışdır. Bu vaxt da o, azadlıqda olmuşdur. O, arvadı ilə rəsmi boşanmışdır. Azyaşlı uşaqları var. Onun uşaqlarının biri səkkizinci sinifdə, digəri ikinci sinifdə oxuyur. Hadisdən qabaq keçmiş arvadının mobil telefonunda başqa kişinin nömrəsini görmüşdür, mesaj yox idi, sadəcə mobil nömrə idi. Aralarında mübahisə də bunun üstündə düşdü. Əvvəllər yoldaşı ilə birlikdə yaşadıqları dövrdə aralarında belə hadisə yaşanmamışdı. Ona uşaqları ilə görüşməyə mane olunmayıb, o, nə vaxt istəsə uşaqları ilə görüşmüşdür. O, ittiham olunduğu əməli törətdiyini etiraf edir. Növrəstəyə bıçaqla zərbə yetirdikdən sonra o, evdən çıxıb getmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 29, 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bununla əlaqədar ifadəsində 1983-cü il tarixdə Qubadlı rayonunun Xudular kəndində anadan olduğunu, 1993-cü ildən etibarən ünvan 3 ünvanında məcburi köçkün kimi məskunlaşdığını, Qubadlı rayon 2 nömrəli tam orta məktəbində azərbaycan dilində təhsil aldığını, hər hansı psixi xəstəliyi olmadığını, həbs olunana qədər ara-sıra narkotik vasitə olan “kakosu” ineksiya yolu ilə qəbul etdiyini, 2008-ci ildə xalası qızı Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızı ilə ailə həyatı qurduğunu, onlar 2008-ci il tarixdə ailə həyatı qursa da, rəsmi nikaha 2010-cu il tarixdə daxil olduqlarını, birgə nikahlarından isə iki övladı: xx.xx.2010-cu il təvəllüdlü Şahid2 və xx.xx.2016-cı il təvəllüdlü X11 anadan olduğunu, 2019-cu ildə törətdiyi oğurluq cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, xx.xx.2023-cü il tarixdə isə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarına əsasın vaxtından əvvəl həbsdən azad olunduğunu bildirməklə göstərmişdir ki, Növrəstə ilə ailə həyatı qurduqdan sonra onların ailə həyatları normal olmuş, aralarında sözlü mübahisələrdən başqa heç nə olmamışdır. O, 2019-cu ildə həbs edildikdən və xx.xx.2023-cü il tarixdə həbsdən azad olunduqdan sonra evə qayıtmış, evdə olduğu dövrdə gecə saatlarında Növrəstənin mobil telefonuna mesaj gəlmişdir. Sonuncudan həmin mesajı göndərən şəxsin kim olduğu ilə maraqlandıqda, Növrəstə, ona qızlar qrupu olduğunu bildirmiş, o, da, həmin vaxt sonuncuya, telefonunda artıq kim varsa hamsını silməsini tapşırmış, Növrəsdə isə sabah siləcəyini söyləmişdir. Səhəri gün, yəni xx.xx.2023cü il tarixdə Növrəstə işə getmiş, saat 16 radələrində işdən qayıtdıqdan sonra evdə arxa otaqda oturmuşdur. O, saat təxminən 21 radələrində Növrəstədən telefonunda olan artıq adamları silib-silmədiyini maraqlanmış, sonuncu isə vaxtı olmadığını və bu səbəbdən də silmədiyini bildirmişdir. Həmin vaxt Növrəstədən telefonu alıb kiliddən çıxartmış, sonradan isə “Whatsapp” ani yazışma proqram tədbiqinə girmiş və bu zaman sonuncu orada adsız bir nömrə olduğunu bildirərək, həmin şəxsin uşağın hazırlıq yoldaşının valideyni olmasını söyləmişdir. O, da həmin profilə baxdıqda şəkildə bir kişi və uşağın olduğunu görmüş və bundan şübhələnərək sözü gedən mobil nömrəni kağıza yazmışdır. Həmin nömrə isə ***- ***-**-** saylı nömrə olmuş, sonradan o, həmin nömrəyə zəng edəcəyini bildirdikdə, Növrəstə tələşlanaraq müxtəlif bəhanələr gətirməyə başlamış, o, daha da təkid etdikdə isə sonuncu həmin nömrənin sahibi ilə qeyri-rəsmi münasibəti olduğunu, adının Emin olduğunu və sonuncu İlə telefon vasitəsi ilə danışıb görüşdüyünü bildirmişdir. Bu söhbətlərdən sonra o, Növrəstəni öldürəcəyini bildirmişdir. Növrəstə bu zaman artıq hər şeyə razı şəkildə oturub ölümünü gözləmiş, lakin, evdə çox adam olduğu üçün o, hamının getməsini gözləmişdir. Bundan sonra isə onların evinə Növrəstənin bacısı Ayşən, sonradan isə anası gəlmiş, eləcə də sonradan onun narkoman olduğunu və qızlarına şər atdığını bildirib Növrəstəni götürüb evlərinə getmişdir. Bundan bir müddət sonra isə o, danışmaq istəsə də, sonuncular onunla görüşməmişdir. O, bundan sonra uşaqları tələb etməyə başlamış, bu zaman Növrəstənin bacısı Ayşənlə anası onların boşanmağını istəmiş və məhkəmə nə qərar verərsə onun olacağını bildirmiş, o, isə sonuncularla razılaşmamışdır. Daha sonra isə Növrəstə məhkəməyə müraciət etmiş, o, məhkəmədə yalnız bir dəfə iştirak edib ərizə ilə məhkəmənin onsuz keçirilməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Qubadlı Rayon Məhkəməsinin qərarı ilə onlar Növrəstə ilə boşanmış, həmçinin məhkəmə uşaqların sonuncuda qalmasına qərar vermiş, lakin, oğlu Elnur demək olar ki, boşanmadan sonra onun yanında qalmışdır. Son günlərdə qızı Mələyi Növrəstə ilə ailəsi ona göstərmədikləri üçün o, bezib xx.xx.2023-cü il tarixdə saat təxminən 07 radələrində Növrəstənin yaşadığı ata evi olan ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə getmişdir. Həmin ünvana getməkdə məqsədi qızı Mələyi görmək və imkan olarsa öz evinə gətirmək olmuşdur. Qeyd olunan ünvana çatdıqda evin qapısında qaynatası Cavadla qarşılaşmış, o, həmin vaxt sonuncudan Mələyi çağırmasını istəmiş, qaynatası isə gedib səhəri gün saat 10-da gəlməyini ona bildirmişdir. Bundan sonra isə, o, sonuncu ilə evin qarşısında oturub uşağın yuxudan durmasını gözləməyə başlamış, təxminən 30 dəqiqə sonra qaynanası, yəni xalası Çimnaz əlində taxta parçası ilə üzərinə gəlib onu vurmaq istədikdə o, həmin taxtadan tutmuş və sonuncu həmin vaxt onu təhqir etmişdir. O, da, həmin vaxt xalasına onun öz qızını görmədən getməyəcəyini bildirmiş, bununla da orada aralarında sözlü mübahisə baş vermişdir. Daha sonra onlar sakitləşmiş və Çimnaz xalası çantasını götürüb evdən getməyə başlamış, həmin vaxt o, və qaynatası yenə də evin qarşısında oturmuşdur. Bu zaman o, qaynanası Çimnazın onlardan təxminən 10 metr məsafədə telefonla məşğul olmasını görmüş və o, sonuncunun “102” xidməti-zəng mərkəzinə zəng edib onun barəsində məlumat verəcəyini düşünmüşdür. Həmin vaxt o, polislərin gəlib onu həbs edəcəyini və Növrəstənin ona qarşı etdiklərinin cavabını verə bilməyəcəyini düşünüb, üzərində gəzdirdiyi qara dəstəyi olan bıçağını belindən çıxarıb qaçaraq evə girmişdir. Həmin vaxt Növrəstə ilə qızı Mələk evin yataq otağında oturmuş vəziyyətdə olmuşdur. O, otağa daxil olub əlində olan bıçaqla birinci Növrəstənin qarnına zərbə vurmuş və sonuncu əyildikdə isə 2-ci zərbəni kürək nahiyəsinə vurmuşdur. Bu zaman onun arxası ilə qaynatası Cavad əlində balta ilə içəri daxil olmuş və qızı vurmamağı, yoxsa balta ilə onu vuracağını bildirmiş, o, sonuncuya baxdıqda, Növrəstə otaqdan çıxıb qaçmışdır. Həmin an o, da sonuncunun arxasınca getmək istədikdə, artıq, otağa qaynanası da daxil olmuş və hər ikisi onu tutub saxlamışdır. Bu zaman bıçaq onun əlində olmuş, qaynanası onu buraxıb Növrəstənin arxasınca getdikdə, o, Cavadın əlindən çıxmış və qapının qarşısında hamını yığışıb onu tutacağını düşnmüş və bu səbəbdən evin kənarında olan bir mərtəbəli obyektin üstünə tullanıb oradan qaçmışdır. O, qaçarkən əlində olan bıçağı xatırlamadığı yerdə atmış, bundan bir gün sonra isə Növrəstənin ölmədiyini bilmişdir. O, həbsdən çıxıb evə gəldikdən və Növrəstənin ona xəyanət etdiyindən əmin olduğundan sonra, təxminən xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə heç kimin olmadığı vaxtda o, sonuncunu öldürməyi artıq planlamış, lakin, həmin gün Növrəstənin anası və bacısının sonuncunu aparması səbəbindən öldürə bilməmiş, buna baxmayaraq o, həmin gündən etibarən Növrəstəni tək tutaraq öldürmək niyətində olmuş, yəni ki, sonuncunu öldürməyi artıq qərar almış, bu səbəbdəndə sonradan üzərində bıçaq gəzdirmişdir. Növrəstəyə bıçaqla zərbələr vuran vaxt sonuncunun atası Cavadla anası Çimnaz otaqda onu tutub Növrəstənin qaçmasına şərait yaratdığından və ona mane olduğundan, o, Növrəstəyə bıçaqla vurduğu zərbələri davam etdirə, həmçinin də sonuncunu elə ordaca öldürə bilməmişdir. xx.xx.2023-cü il tarixdə o, əlində bıçaqla evə daxil olub, evin sonunda olan yataq otağına girdiyi zaman, həmin vaxt Növrəstə orada qızı Mələklə oturmuş və o, Növrəstəyə bıçaqla zərbələr vuran zaman qızı Mələk bunun şahidi olmuş, o cümlədən onun arxası ilə sonradan otağa qaynatası Cavad və qaynanası Çimnaz daxil olmuş və sonradan sonuncular orada onu tutmuş, eləcə də, Cavad və Çimnaz da həmin hadisənin şahidi olmuşdur. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs həm onun keçmiş həyat yoldaşı, həm də xalası oğludur. 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona bıçaqla beş yerdən xəsarət yetirmişdir. O, təqsirləndirilən şəxslə barışmamışdır. Bəhruz qəfildən onun otağına keçmişdir. Otağva keçib ona xəsarət yetirmişdir. Uşaq onun Bəhruzun bıçaqla vurduğunu vurduğunu görmüşdür. Yeddi yaşlı uşaq Bəhruzun onu bıçaqla vurduğunu görmüşdür. Əgər anası otağa gəlməsəydi Bəhruz onu öldürəcəkdi. Bəhruza uşaqlarını görməyə heç kim mane olmurdu. O, istədiyi vaxt evə gələrək, uşaqlarını görürdü. Uşaqlar o hadisədən sonra atalarından qorxurlar. Ancaq mobil telefonumdakı nömrəyə görə Bəhruz onu vurub. Onu xəstəxanaya əmisi oğlu aparıb, ifadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızı göstərmişdir ki, 1993-cü İl tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində anadan olduğunu, həmin ildən isə ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində məcburi köçkün kimi məskunlaşdığını, hər hansı psixi və psixoloji xəstəliyi olmadığını, 2008-ci ildə xalası oğlu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, onlar 2008-ci il tarixdə ailə həyatı qursalar da, rəsmi nikaha xx.xx.2010cu il tarixdə daxil olduqlarını, Bəhruz Sumqayıt şəhərində yaşadığından o, da sonuncu ilə ailə həyatı qurduqdan sonra Bəhruzun yaşadığı mənzilə köçərək orada yaşamağa başladıqlarını, onların birgə nikahlarından isə xx.xx.2010-cu il təvəllüdlü Şahid2 və xx.xx.2016-cı il təvəllüdlü X11 anadan olduğunu, həmçinin onlar ailəli olduqları müddət ərzində Bəhruz rəsmi olaraq hər-hansı işdə işləmədiyini, ara-sıra isə fərdi qaydada günəmuz fəhlə və s. işlərdə işlədiyini, sonuncu demək olar ki, maddi cəhətdən ailənin saxlanılmasına köməklik göstərmədiyini və ara-sıra narkotik vasitələrdən istifadə etdiyini qeyd edərək, həmin ifadəsinin davamında göstərmişdir ki, evliliklərinin ilk illərində Bəhruzla münasibətləri yaxşı olsa da, sonradan ailə daxili münasibətlərində mübahisələr olmuş, lakin çox gərginlik olmadığı üçün o, hüquq-mühafizə orqanlarına müraciət etməmiş, yəni ki, bir çox hallarda sonuncu ilə aralarında söz-söhbətlər baş vermişdir. Bəhruz 2019-cu ildə törətdiyi oğurluq cinayət əməlinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzasının bitməsinə təxminən 1 (bir) ay qalmış vaxtından əvvəl həbsdən azad edilmiş, sonuncu həbsdə olduğu müddətdə onlar telefon vasitə ilə danışıb əlaqə saxlamışdır. Bəhruzun narkotik vasitə audəçisi olması ona məlum olsa da, sonuncu həbsdən çıxan kimi ondan pul alıb narkotik vasitə alması ilə onu artıq bezdirmişdir. Bəhruz həbsdən çıxdıqdan sonra əsassız qısqanclıq səbəbindən onu daima hədələmiş, o cümlədən, onun mobil telefonunu mütəmadi olaraq yoxlamış, sonuncu həbsdən çıxdıqdan təxminən 2-3 gün sonra, evdə olan zaman həmişəki qaydada onun mobil telefonunu yoxlamışdır. Həmin ərəfədə onun telefonunda ***-***-**-** saylı mobil nömrə olmuş və nömrədə ad qeyd edilməmiş, lakin, həmin nömrənin sahibini onun keçmiş iş yoldaşı olan X18 (Natiq) oğlu olmuşdur. O, 2019-2022-ci illər ərzində Sumqayıt şəhərindən fəaliyyət göstərən “Azərkimya” İstehsalat Birliyinin (İB) Etilen-Poletilen Zavodunda xadimə olaraq işləmiş, Emil Kərimov isə zavodda mühəndis işlədiyindən və onun sonuncu ilə iş yoldaşı kimi dostluq münasibətləri olduğundan, Emilin mobil nömrəsi onun mobil telefonunda qalmışdır. Bəhruz da qeyd olunan nömrə sahibinin kim olması ilə maraqlandıqda o, sonuncuya həmin nömrənin sahibinin onun keçmiş iş yoldaşı olduğunu və həmin şəxsin adının Emil olduğunu bildirmişdir. Bu zaman Bəhruz ona inanmayaraq Emilə zəng edəcəyini söyləmiş, lakin o, sonuncuya onu biyabr etməməsini demiş və zəng etməməsini xahiş etmişdir. Bundan sonra isə evdə mübahisə baş vermiş, mübahisə zamanı Bəhruz onun sonuncuya xəyanət etdiyini, onun otellərə getdiyini bildirmiş, o, da bunlara etiraz etmiş və heç bir zaman xəyanət etmədiyini, iddialarının isə əsasız olduğunu söyləmişdir. Bundan sonra Bəhruz evdə qonaqların olduğunu söyləyib axşam onunla söhbət edəcəyini bildirərək onu ölümlə hədələmiş, o, da sonuncunun narkotik aludəçisi olduğunu və həbsdə yatdığını bildiyi üçün çox qorxmuş və bu barədə anasına məlumat vermiş, anası isə həmin gün onlara bacısı Ayşəni göndərmişdir. Sonuncu gəldikdən sonra evdə münaqişə başlamış və Bəhruz isə həmin vaxt onun bacısının yanında sonuncuya xəyanət etdiyini, onun əxlaqsız olduğunu, eləcə də, narkotik aludəçisi olduğunu bütün ailə üzvlərinə söylədiyini bildirərək bıçaqla üstünə gəlib onu öldürəcəyini söyləmiş, eyni zamanda Bəhruz bıçağı onun boğazına dayayıb “ölüdürəcəm səni” demiş, lakin həmin vaxt bacısı Ayşən araya girərək sonuncunu saxlamış və bıçağı Bəhruzun əlindən almışdır. Bundan sonra isə onun bacısı anasına zəng etdikdən sonra sonuncu həmin gün onlara gəlmiş və onu ata evinə aparacığını söyləmişdir. Bəhruz isə həmin vaxt onun anasına “Növrəstə bura ağ gəlinliklə gəlib, burdan çıxsa ağ kəfənlə çıxacaq”-demiş, lakin anası da, Bəhruzun əlindən xəta çıxacağını anlayıb həmin gün bacısı ilə onu öz ata evinə aparmışdır. Bundan sonra o, ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamağa başlamışdır. Bununla yanaşı o, 2023- cü ilin təxminən aprel ayında boşanmaq üçün məhkəməyə müraciət etmiş, məhkəmə zamanı Bərhuz hər hansı problem çıxartmamışdır. Onlar xx.xx.2023-cü il tarixdə Qubadlı Rayon Məhkəməsinin qərarı ilə rəsmi boşanmış və sonuncu uşaqların onda qalması ilə könüllü razı olduğu üçün uşaqların himayəsini məhkəmə ona vermişdir. Buna baxmayaraq, o, uşaqların atası ilə görüşməsinə məhdudiyyət qoymamış, hətta oğlu bir neçə həftə atası ilə birlikdə qalmışdır. O, Bəhruzun evindən atası evinə köçdükdən sonra sonuncunun onu öldürəcəyini bilmiş və bundan çox qorxmuşdur. Belə ki, Bəhruz daima ona onsuz gec-tez onu öldürəcəyini söyləmiş, o cümlədən, hadisə baş verməzdən bir həftə öncə sonuncu ona “ya barışacağıq, ya da öləcəksən”-deyə söyləmişdir. O, isə Bəhruz təhdidlərinə və onu öldürməklə hədələmələrinə baxmayaraq, sonuncu ilə barışmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən səhər saat 07 radələrində o, yaşadığı evin yataq otağında olarkən Bəhruzun səsini eşitmiş, lakin otaqdan çıxmamışdır. Sonuncu həmin vaxtı çöldə onun atası ilə söhbət etmiş və qızı Mələyi bir dəfəlik aparmaq niyyətində olduğunu söyləmişdir. Həmin vaxt o, qızı ilə birlikdə yataq otağında oturmuş və həyətdə səs-küy olmasını eşitsə də, olduğu yerdən tərpənməmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra isə Bəhruz əlində bıçaqla içəri girmiş, sonuncu içəri daxil olar-olmaz aqresiv şəkildə onun üzərinə cummuş və onun qarnının sol nahiyəsinə bıçaqla 2 zərbə vurmuş, eləcə də, həmin vaxt Bəhruzun əlindəki bıçaq onun sol əlinin orta barmağını da kəsmişdir. O, isə sonuncunun ona vurduğu zərbələrin təsirindən yerə əyildikdə, Bəhruz onun kürək nahiyəsindən daha 2 bicaq zərbəsi vurmuşdur. Məlum hadisə zamanı xatırladığı qədəri ilə sonuncu ona həmin vaxt 5 biçaq zərbəsi vurmuş, l akin sonuncu zərbə sol əlinin orta barmağına dəydiyindən barmağını kəsmişdir. Həmin vaxtı şok vəziyyətində olmuş, Bəhruz ona bicaq zərbələri endirən zaman qızı Mələk də yataq otağında olmuş və bütün baş verənlər sonuncunun gözü qarşısında baş verdiyindən qızı möhkəmdən qışqırmağa başlamışdır. Həmin anda o, atası və anasının da yataq otağına girdiyini görmüş, sonra isə sonuncular Bəhruzu tutmaq istəyərkən, o, qızını orada qoyaraq evdən qaçıb əmisigilə getmişdir. Əmisigilin evi onların qonşuluğunda olmuş, həmin vaxt əmisi oğlu Mərhəmət onu görərək təcili xəstəxanaya aparmış, ondan sonra olanlar barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalan olduğunu qeyd edərək göstərmişdir ki, ailəli olduqları müddət ərzində heç bir zaman sonuncuya xəyanət etməməmiş, sadəcə olaraq Bəhruz öz narkotin aludəçiliyini gizlətmək üçün ona hər-zaman şər və böhtan atmış, sonuncunun niyyəti isə əvvəlcədən onun öldürmək olmuşdur. Bəhruz həbsdən azadlığa çıxdıqdan sonra daima əsassız qısqanclıq iddiaları gətirərək, yəni guya onun sonuncuya xəyanət etdiyini bildirərək daima onu ölümlə hədələmiş və onu gec-tez öldürəcəyini söyləmişdir. O, Bəhruzdan ayrılıb ata evinə köçdükdən sonra belə, sonuncu həmişəki qaydada onu ölümlə hədələyib öldürəcəyini bildirmişdir. Bəhruzun onu öldürmək istəməsini, artıq, onun ailə üzvləri belə, bilmişdir. Bəhruz övladı Elnurla danışan zamanda sonuncuya “anavı onsuzda gec-tez öldürəcəm”deyə bildirmişdir. Bəhruz ona bıçaq zərbələri vuran zaman onun qızı Mələk də həmin vaxt yataq otağında olmuş və bütün bunlar sonuncunun gözü önündə baş vermişdir. Həmin vaxt qızı Mələk möhkəmdən qışqırmağa başlamış, eləcə də, sonuncu hadisədən sonra çox güclü sarsıntı keçirmişir. Bəhruz yataq otağına daxil olan zaman sonuncunun ardınca otağa onun atası və anası da daxil olmuş və həmin vaxtı o, sonuncuların Bəhruz ona bicaq zərbələri endirdikdən sonra sonuncunu tutmaq istədiklərini görmüşdür. Məlum hadisə baş verən zaman özünün əynində qırmızı rəngli idman şalvarı və mavi rəngli köynək olmuşdur. Hadisədən sonra o, xəstəxanaya aparıldıqda, həmin paltarlar onun əynindən çıxarılıb ailə üzvlərinə təhvil verilmiş, lakin o, xəstəxanadan evə buraxıldığından sonra, həmin paltarları evdə görüb hadisəni xatırladığında və bu hal onda psixoloji sarsıntı yaratdığından o, həmin paltarları zibilliyə atmışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs cinayət əməlinin baş verməsini, onun səbəbələrini, şəraitini, hallarını, nəticələrini və təqsirləndirilən şəxsin təqsirliyiylini, cinayət əməlinin baş verməsini səbəblərini, şəraitini, hallarını və nəticələrini təsdiq edən hallar kimi şahidlərin Şahid1, Şahid4, Şahid3ın, Şahid6, Şahid2, X6 ifadələrini, Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızının bədən səthinin sol kürəkaltı nahiyənin döş qəfəsinə nüfuz edən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, qarın nahiyəsinin daxil nüfuz edən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, qarın nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, sol bazunun 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, sol əlin 3-cü barmağının 1 (bir) ədəd kəsilmiş yarası (ümumillikdə 5 (beş) ədəd) xəsarətlər deşici - kəsici alətin, ola bilsin bıçağın deşici - kəsici və kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumillikdə həyat üçün təhlükəsi olan sağlamlığa AĞİR zərər vurmaya aid edildiyiyni, Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızı yuxarıda qeyd olunan xəsarətləri alarkən müxtəlif vəziyyətlərdə (arxa tərəfdən, üzbəüz və s.) ola bilməsini müəyyən edən məhkəmə-tıbbi ekspertizasının 25 avqust 2023cü il tarixli, 1007 saylı rəyini rəyini, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmasını, onun emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, konfliktə meyillilik və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən ediliməsini, Təqsirləndirilən şəxs cinayət əməli törədərkən psixi-emosional vəziyyətində impulsivlik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamasını da müəyyən edən məhkəmə-psixoloji ekspertizası ilə 23 sentyabr 2023-cü il tarixli, 2698 saylı rəyini, hadisə vaxtı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamasını, Təqsirləndirilən şəxs əvvəllər, cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmədiyiyni, onda eksperixa keçirilən vaxtda da hər hansı psixi xəstəlik aşkar olunmamasını, xasiyyətin psixopatik cizgiləri müəyyən olunmasını, Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərd etmək və onları idarə etmək iqtidarında olmasını, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edildiyiyni, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədyiyni müəyyən edən ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 sentyabr 2023-cü il tarixli, 2574 saylı rəyini təqdim etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızı dindirilib onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunub araşdırmışdır. Məhkəmədə elan olunmuş cinayət işinin materiallarından görünür nürki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 29 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib iş üzrə ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işi məhkəməyə gönədərilmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir və o, Azrəbaycan Respublikası Ədliyyə Nazirliyiyni Pentiesiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılmışdır. Azrəbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxansından 04 mart 2024-cü il tarixdə Bakı Ağır Cinayətələr mhəkəməsinə daxil olmuş 15 fevral 2024-cü il tarixli 3-xx-xx/3512319/ saylı məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə Penitensiar Xidmətinin Müalicə Müəsisində vəfat etmişdir. Məhkəməyə Təqsirləndirilən şəxs ölümü haqda Azrəbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentiesiar Xidmətinin Müalicə Müəsisəsinin tibb xidmətindən daxil olmuş tibbi arayışdan görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə təcili qaydada 3 saylı istintaq təcridxanasından ağır vəziyyətdə “İİV infeksiyası İ klinik mərhələ” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüş, Anesteziologiya və İntensiv terapiya şöbəsinə yerləşdirilmişdir. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “İİV infeksiyası İV klinik mərhələ. İİV kaxeksiyası. Kəskin anemiya. İİV intoksikasiyası. Xroniki böyrək xəstəliyi İİ mərhələ” diaqnozu müəyyən edilmiş, müalicə tədbirləri davam etdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq xəstənin vəziyyəti proqressiv olaraq ağırlaşmış, xx.xx.2024-cü il tarixdə saat 09:10 radələrində vəfat etmişdir. B. Mehdiyevin meyiti Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası və X4 Nizami Rayon şöbəsinə göndərilmişdir. Məhkəməyə Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası və X4 Nizami Rayon şöbəsindən daxil olmuş 02 mart 2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Boynun sağ yan səthində olan nöqtəvari yara tibbi yardım izi kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ölümünə səbəb İV klinik mərhələdə olan HİV infeksiyası nəticəsində orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm 15 fevral 2024-cü il tarixdə saat 09:10-da ƏN PX-nın Müalicə Müəssisəsində baş vermişdir ki, bu da meyitdə gedən ilkin dəyişikliklərdə öz təsdiqini tapır. Məhkəmədə dövlət ittihamçısı Təqsirləndirilən şəxs vəfat etməsi ilə əlaqədar ittihamı təsdiq edən hallar kimi təqdim olunmuş sübutları araşdırmadan onun barəsində Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsində göstərilən əsaslarla bəraətverici əsaslar olmadan xitam verilməsini təklif etdi. Zərərçkmiş şəxs Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızı, Təqsirləndirilən şəxs hüquqi varisi X3, təqsirləçndirilən şəxsin müdafəçisi Müdafiəçi dövət ittihamçısının təklifi ilə razı olduqlarını bildirdilər. Məhkəmə istintaq orqanı tərəfindən məhkəməyə ittihamı təsdiq edən sübutlar kimi təqdim olunmuş məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi Məhərrəmova (Mehdiyevə) Növrəstə Cavad qızının ifadələri, məhkəmədə araşdırılmayıb tərəflərin qəbul etdiyi istintaq orqanının təqdim etdiyi şahidələr Şahid1, Şahid4, Şahid3, Şahid6, Şahid2, X6 ifadələrini, yuxarıda göstərilən ekspertiza rəylərini və sair sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş əməlin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif olunmasını, proses iştirakçılarının Təqsirləndirilən şəxs cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsində göstərilən əsaslarla xitam verilməsi haqqında təkliflərinin təmin edilməsini əsaslı sayır. Məhkəmənin gəldiyi bu qənəaət Azərbaycan Respublikası CPM-nin 43.3-1maddəsinin tələbləri baxımından da əsaslıdır. Həmin maddədə göstərilir ki, ölmüş şəxs barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsində göstərilən əsaslarla xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin razılığı yol verilir. İş üzrə mülki iddia verilməmişdir və məhkəmə xərci yoxcdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 50 (əlli) saat xidmət göstərilmişdir buna görə ona ödənilməsi üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və təqsirləndirilən şəxsin hüquqi varisinin həmin ödəmədən azad azad edilməsini əsaslı sayır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39, 43-cü, 344-349, 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-ci maddəsi ilə təqsirli bilinsin və barəsində olan cinayət təqibinə onun ölməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsində göstərilən əsaslarla xitam verilsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 300 (üçi yüz ) manat Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs hüquqi varisi həmin ödəmədən azad olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-956/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-956/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver