Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-956/2025 15.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi – X1 iştirakları ilə, 16 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini külli miqdarda əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan 03 ədəd dərman kapsullarının tərkibində ümumilikdə 0.3 qram (01 kapsulun tərkibində 0,1 qram) preqabalin güclü təsiredici maddə, təmiz çəkisi 6,892 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 80,162 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, həmin xeyli miqdarda qurudulmuş marixuananı 01 ədəd sellofan torba bükümündə satış məqsədi ilə qablaşdırmaqla, eyni zamanda həmin külli miqdarda olan psixotrop maddə metamfetaminin cəmi təmiz çəkisi 3,745 qram olan hissəsini satış məqsədi ilə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,881 qram; 0,693 qram; 0,540 qram; 0,558 qram və 1,073 qram olmaqla 05 ədəd ağ rəngli sellofan torbaya büküb qablaşdırmaqla, eyni zamanda qalan psixotrop maddə metamfetamin cəmi təmiz çəkisi 76.417 qram olan hissəsini də satış məqsədi ilə kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 28.599 qram və 47.818 qram olmaqla balaca eynək torbasının içərisində 02 ədəd bükümdə qablaşdırmaqla ümumilikdə bir hissəsini həm əynindəki göy rəngli cins şalvarının sağ yan cibində digər hissəsini isə həmin şalvarının altından geyindiyi qısa şortu ilə alt geyimin arasında gizlədib 25 avqust 2024-cü il tarixdə üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 12:47-də piyada hərəkətdə olarkən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün həmin küçədə saxlanılaraq orada "iphone 13" markalı mobil telefonla videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,881 qram; 0,693 qram; 0,540 qram; 0,558 qram və 1,073 qram olmaqla külli miqdarda 05 ədəd ağ rəngli sellofan torbaya bükülmüş kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən cəmi təmiz çəkisi 3,745 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə aşkar edilib Təqsirləndirilən şəxs Andrcyeviçdən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən psixotrop maddələri qanunsuz əldə edib üzərində saxlamaqla satış məqsədilə daşımaqda şübhəli şəxs qismində tutularaq Xəzər RPİ-nin X9 təhvil verilərkən həmin gün orada saat 16:20-də xidmətdə olan polis nəfərləri tərəfindən daxili nizamnamə qaydalarına uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının altından geyindiyi qısa şortu ilə alt geyimi arasında balaca eynək torbasının içərisində gizlədib satış məqsədi ilə saxladığı içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 28,599 qram və 47,818 qram olmaqla kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən cəmi təmiz çəkisi 76,417 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, eyni zamanda 03 ədəd dərman kapsullarının tərkibində ümumilikdə 0,3 qram (01 kapsulun tərkibində 0,1 qram) narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddə və 01 ədəd bükümdə təmiz çəkisi 6,892 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitələri İran vətəndaşından götürmüşdür. Narkotik vasitədən müharibə zamanı istifadə etməyə başlamış, sonradan artıq bədəni tələb etmişdir. İttihamda göstərilən narkotik vasitələr onda olmuşdur. Lakin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamış, satış niyyəti olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitədən müharibə zamanı istifadə etməyə başlamışdır. İlk dəfə müharibə zamanı “kakos” adlanan narkotik vasitə istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni çəkmək yolu ilə istifadə edirmiş. O, müharibədə könüllü şəkildə iştirak etmiş, lakin medalı yoxdur. O, sadəcə marixuana istifadə etmiş, metamfetamini az miqdarda istifadə etmişdir. O preqabalini istifadə etməmiş, preqabalinin isə ona dərman olduğunu demişlər. O, metamfetamini şəxsi istifadəsi üçün iranlı şəxsdən götürmüşdür. O, metamfetamini 3 gündən bir istifadə edirmiş. Metamfetamini evə qoymağı özünə sığışdırmamış, bu səbəbdən də üzərində gəzdirmişdir. Şəxsi axtarış zamanı metamfetamini könüllü təqdim etməyə qorxmuşdur. İranlı ona narkotik vasitəni bir yerdən digər yerə aparıb qoymağı demiş, lakin o İranlının dediyini etməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs tərcüməçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç kəslə ədavəti və ya düşmənçiliyi yoxdur, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarında olduğunu və ifadəsini vəkili X2 iştirakı ilə vermişdir. Mahiyyəti üzrə bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrəsi **********86191 və **********86183 imei kodlu "Oppo" markalı mobil telefonda istifadəsindədir. Əvvəllər məhkum olunmamışdır. Narkotik maddələrdən bir müddətdir ki, çəkmək yolu ilə istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə gündüz saatlarda sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşının ona telefon ilə bildirdiyi ünvandan, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində, yolun kənarında elektrik dirəyin altından əldə etmiş və şəxsi istifadəsi üçün almışdır. Buna görə ümumilikdə 100 manat pulu "million" ödəmə terminalından İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi hesaba köçürmüş və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirmişdir. 5 ədəd ağ rəngli sellofan torbalarda olan psixotrop maddəni aldıqdan bir qədər sonra gündüz saatlarında Xəzər rayonu,Buzovna qəsəbəsi, M.Sübhi küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülkü geyimdə olan polis əməkdaşları, bundan əlavə mülkü geyimdə olan digər polis əməkdaşı telefon vasitəsi ilə videoçəkiliş edərək ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda, o da polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra üzərində hər hansı bir qadağanedici əşya və ya predmet olub-olmaması soruşulduqda, o əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefon və sağ yan cibindən beş ədəd ağ rəngli sellofan torbalarına bükülmüş içərisində “şüşə” kimi bildiyi, metamfetamin olan psixotrop maddəni təqdim etmiş və bildirmişdir ki, həmin psixotrop maddə özünə məxsusdur, onu yuxarıda qeyd etdiyi üsul ilə şəxsi istifadəsi üçün almışdır. Həmin bükümlər polis əməkdaşları tərəfindən götürülmüş və polis əməkdaşları onu Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Belə olan halda könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına gəlmişdir. 2-ci PŞ-də müdafiəçi, tərcüməçi və onu saxlayan zaman orada olan polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bu zaman o əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd ”oppo” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən ona üzərindən aşkar olunan psixotrop maddəyə bənzər maddələri haradan əldə etməsi barədə sual verilmiş və o həmin maddələri xx.xx.2024-cü il tarixdə gündüz saatlarında sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşının ona telefon ilə bildirdiyi ünvandan, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində, yolun kənarında elektrik dirəyin altından əldə etdiyini və şəxsi istifadəsi üçün aldığını, buna görə ümumilikdə 100 manat pulu “million” ödəmə terminalından İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi hesaba köçürdüyünü və şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirmişdir. Həmin gün Xəzər RPİ-nin MSY-nə şübhəli şəxs qismində təhvil verilən zaman cins şalvarının altından geydiyi qısa şortla alt geyimi arasında yerləşdirdiyi eynək torbasında gizlətdiyi 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə və güclü təsir edən dərman kapsulu aşkar edildi. Həmin bükümdə olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman kapsulunu da İran İslam Respublikasının vətəndaşından onlayn üsulla əldə etdiyini bildirmiş və həmin M.Sübhi küçəsində yerləşən yolun kənarında elektrik dirəyin altından götürmüşdür. Həmin eynək torbasının içərisində olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman kapsuluna da 100 manata aldığını bildirmişdir. (cild 1, iş vərəqə 157-158) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ MSY-də polis nəfəri Şahid4 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi MSY-yə qəbul edən zaman üzərinə keçirilmiş axtarış zamanı alt paltarından narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Xəzər RPİ MSY-də polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs o qəbul etmişdir. Narkotik vasitələri Təqsirləndirilən şəxs alt paltarında kiçik torbanın içində aşkar etmişlər. Axtarışda ondan başqa Şahid5 olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində hansı məqsədlə gəzdirməsi barədə soruşmamışdır. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xəzər RPİ-nin Müvəqqəti saxlama yerində polis serjantı rütbəsində polis nəfəri kimi xidmət edir. 25 avqust 2024-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 16 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ilkin təhqiqat sənədləri ilə sənədləşdirilib saxlanılması üçün saat 16:20-də Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. MSY-nin daxili nizamnamə qaydalarına uyğun olaraq tutulmuş Təqsirləndirilən şəxs üzərinə o və MSY-nin polis nəfəri Şahid5 tərəfindən baxış keçirilən zaman əynində olan cins şalvarının altından geyindiyi qısa şortu ilə alt geyimi arasında balaca eynək torbasının içərisində ayrı-ayrılıqda olmaqla ümumilikdə 04 ədəd bükümdə narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmiş və həmin kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.(cild 1, iş vərəqə 178-179) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ MSY-də polis nəfəri Şahid5 ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs əynində olan şalvarın altından geyindiyi şortdan parça materialda olan bükümdə narkotik vasitələr aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, aşkar edilmiş narkotik vasitələr bağlı bükümlərdə imiş. Ondan başqa Şahid4 də axtarışda iştirak edirdi. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xəzər RPİ-nin Müvəqqəti saxlama yerində polis serjantı rütbəsində polis nəfəri kimi xidmət edir. 25 avqust 2024-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 16 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ilkin təhqiqat sənədləri ilə sənədləşdirilib saxlanılması üçün saat 16:20-də Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. MSY-nin daxili nizamnamə qaydalarına uyğun olaraq tutulmuş Təqsirləndirilən şəxs üzərinə o və MSY-nin polis nəfəri Şahid4 tərəfindən baxış keçirilən zaman əynində olan cins şalvarının altından geyindiyi qısa şortu ilə alt geyimi arasında balaca eynək torbasının içərisində ayrı-ayrılıqda olmaqla ümumilikdə 04 ədəd bükümdə narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmiş və həmin kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.(cild 1, iş vərəqə 180-181) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xətai RPİ CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, hadisə baş verən dövrdə Xəzər RPİ 2-ci PŞ CA şöbəsində əməliyyat müvəkkili vəzifəsində fəaliyyət göstərirmiş. xx.xx.2024-cü il tarixdə "Ruslan” adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edildi. Həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi üçün o, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. xx.xx.2024-cü il tarixdə, günün birinci yarısında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanılan zaman şəxsin üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şalvarın cibindən 05 ədəd ağ rəngli sellofan torbada bükümləri çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran vətəndaşından onlayn yol ilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 2-ci PŞ-yə dəvət edilmişdir. 2-ci PŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zamanı saxlanılan zaman üzərindən aşkar edilən narkoik vasitələri sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşının ona bildirdiyi ünvandan əldə etdiyini və şəxsi istifadəsi üçün aldığını, buna görə ümumilikdə 100 manat pulu İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi hesaba köçürdüyünü və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu Şahid3, Şahid2 və ondan ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid3 olmuşdur. _____________________ Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman tək imiş. Təqsirləndirilən şəxs üzərindən 05 ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə ilkin baxış zamanı narkotik vasitəni özü könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə ilkin baxışı kimin keçirdiyini xatırlamır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xəzər RPİ-nin 2-ci PŞnin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. xx.xx.2024-cü il tarixdə "Ruslan” adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı «Ruslan» adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxsin 16 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Andrcyeviçin cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, o və Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tapşırılmış və onlardan ibarət əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 12:47 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman üzərinə videogörüntü ilə baxış keçirilmiş və göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 05 ədəd ağ rəngli sellofan torbalarına bükülmüş bükümləri çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından onlayn yol ilə aldığını bildirmişdir. Əməliyyat tədbiri iştirakçıları tərəfindən həmin bükümlər götürülmüş və Təqsirləndirilən şəxs 2-ci PŞ-yə dəvət edilmişdir. Saat 15:00-da 2-ci PŞ-nin inzibati binasında onun, sahə rəisi Şahid3, əməliyyat müvəkkili Şahid2, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 və tərcüməçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman üzərindən göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefonu təqdim etmiş, saxlanılan zaman üzərindən aşkar edilən psixotrop maddələri 25 avqust 2024-cü il tarixdə gündüz saatlarında sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşının ona bildirdiyi ünvandan, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yolun kənarında elektrik dirəyinin altından əldə etdiyini və şəxsi istifadəsi üçün aldığını, buna görə ümumilikdə 100 manat pulu '‘million” ödəmə terminalından İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi hesaba köçürdüyünü və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 05 ədəd bükümə baxış keçirərkən içərisində olan maddənin metamfetaminə bənzər maddə olması aşkar edildi və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürüldü. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.(cild 1, iş vərəqə 172-173) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Şahid3 ifadə verərək göstərmişdir ki, "Ruslan” adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra əməliyyat tədbirlərinin keçirilməsi üçün o, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs izləmiş və onu Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində saxlamışlar. Videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmiş və narkotik vasitələri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs 2-ci PŞ-yə dəvət etmişlər. Şöbədə təhqiqatçılar şəxsin üzərinə baxış keçirmişlər, suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri şəxsi istifadəsi üçün İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Eləcə də onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən 05 büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxışı əməliyyatçılardan biri keçirmişdir. Şəxsin üzərinə əl ilə baxış keçirilmişdir.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı yox imiş. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Xəzər RPİ-nin 2-ci PŞnin sahə rəisi vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. xx.xx.2024-cü il tarixdə '‘Ruslan” adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı «Ruslan» adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxsin 16 avqust 1994cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, o və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid1 tapşırılmış və onlardan ibarət əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 12:47 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman üzərinə videogörüntü ilə baxış keçirilmiş və göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd "oppo” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 05 ədəd ağ rəngli sellofan torbalarına bükülmüş bükümləri çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından onlayn yol ilə aldığını bildirmişdir. Əməliyyat tədbiri iştirakçıları tərəfindən həmin bükümlər götürülmüş və Təqsirləndirilən şəxs 2-ci PŞ-yə dəvət edilmişdir. Saat 15:00-da 2-ci PŞ-nin inzibati binasında onun, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 və tərcüməçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman üzərindən göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefonu təqdim etmiş, saxlanılan zaman üzərindən aşkar edilən psixotrop maddələri 25 avqust 2024-cü il tarixdə gündüz saatlarında sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşının ona bildirdiyi ünvandan, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yolun kənarında elektrik dirəyinin altından əldə etdiyini və şəxsi istifadəsi üçün aldığını, buna görə ümumilikdə 100 manat pulu '‘million” ödəmə terminalından İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi hesaba köçürdüyünü və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 05 ədəd bükümə baxış keçirərkən içərisində olan maddənin metamfetaminə bənzər maddə olması aşkar edildi və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürüldü. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 176-177) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi baş leytenantıdır. xx.xx.2024-cü il tarixdə '‘Ruslan” adlı şəxsin Xəzər rayonu. Buzovna qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı «Ruslan» adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxsin 16 avqust 1994cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, o və Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis kapitanı Şahid1 tapşırılmış və onlardan ibarət əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 12:47 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman üzərinə videogörüntü ilə baxış keçirilmiş və göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd "oppo” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 05 ədəd ağ rəngli sellofan torbalarına bükülmüş bükümləri çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından onlayn yol ilə aldığını bildirmişdir. Əməliyyat tədbiri iştirakçıları tərəfindən həmin bükümlər götürülmüş və Təqsirləndirilən şəxs 2-ci PŞ-yə dəvət edilmişdir. Saat 15:00-da 2-ci PŞ-nin inzibati binasında onun, sahə rəisi Şahid3, əməliyyat müvəkkili Şahid1, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 və tərcüməçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman üzərindən göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefonu təqdim etmiş, saxlanılan zaman üzərindən aşkar edilən psixotrop maddələri 25 avqust 2024-cü il tarixdə gündüz saatlarında sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşının ona bildirdiyi ünvandan, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yolun kənarında elektrik dirəyinin altından əldə etdiyini və şəxsi istifadəsi üçün aldığını, buna görə ümumilikdə 100 manat pulu “million” ödəmə terminalından İran İslam Respublikasının vətəndaşının təqdim etdiyi hesaba köçürdüyünü və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 05 ədəd bükümə baxış keçirərkən içərisində olan maddənin metamfetaminə bənzər maddə olması aşkar edildi və həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürüldü. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir.(cild 1, iş vərəqə 174- 175) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Ruslan” adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan “Ruslan” adlı şəxs xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində yaşayan və qeydiyyatda olan, subay, işsiz, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxsdir. (cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il əməliyyat qrupunun yaradılması haqqında qərardan, həmin tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan və həmin tarixli əməliyyat qrupunun yaradılması barədə 3-13-45-2/Ə73/2024 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Xəzər RPİ-nin 2-ci PŞ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis baş leytenantı Şahid2 və PŞ-nin sahə rəisi polis mayoru Şahid3 iştirakı ilə 25 avqust 2024-cü il tarixdə əməliyyat tədbiri keçirilmiş, saat 12:47-də Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olan 16 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman üzərinə videogörüntü ilə baxış keçirilmiş və göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 05 ədəd ağ rəngli sellofan torbalarına bükülmüş bükümləri çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından onlayn yolla aldığını bildirmişdir. (cild 1, iş vərəqə 12) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından xx.xx.2024-cü il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 12:47-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 14,16-17) “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 25 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru X4, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis baş leytenantı Şahid2, PŞ-nin sahə rəisi polis mayoru Şahid3, 8 saylı Vəkil Bürosunun vəkili X2 və tərcüməçi X3 iştirakları ilə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağında 25 avqust 2024-cü il tarixdə saat 15:00-dan saat 15:20-dək aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Oppo” markalı mobil telefon çıxardaraq təqdim edir. Polis əməkdaşları isə 05 ədəd ağ rəngli sellofan torbada bükülmüş bükümləri təqdim edərək küçədə piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs üzərindən götürüldüyünü bildirirlər. Ruslan da bildirir ki, həmin bükümdəki psixotrop maddə metamfetamindir və ona məxsusdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş və 05 ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 193 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, təhqiqatçı, müdafiəçi, tərcüməçi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 ədəd bükümlərdə psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından onlayn yolla əldə etdiyini bildirmişdir. (cild 1, iş vərəqə 47,49-51) Məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN "Zərflər üçün № 193” möhür əksi, "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; \imza\ Təqsirləndirilən şəxs; \imza\ Şahid1; \imza\ Şahid2; \imza\ Şahid3; \imza\ C.Bədəlov; Təhqiqatçı: \imza\ F.Məmmədov” yazıları olan zərfdəki 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,881 qr; 0,693 qr; 0,540qr; 0,558 qr; 1,073 qram; ümumi təmiz çəkisi: 3,745 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. QEYD:Metamfetaminin ümumi təmiz çəkisi-3,745 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram, qalıq 3,595 qram (cild 1, iş vərəqə 56-61) Götürmə aparılması haqqında 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 25 avqust 2024-cü il tarixdə saat 16:20-də Xəzər RPİnin MSY-nə təhvil verilən zaman X6 daxili nizamnamə qaydalarına uyğun olaraq tutulmuş Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin MSY-nin polis nəfərləri, polis serjantı X7 və polis baş serjantı Şahid5 tərəfindən baxış keçirilən zaman cins şalvarının altından geyindiyi qısa şortu ilə alt geyimi arasında balaca eynək torbasının içərisində ayrı-ayrılıqda olmaqla ümumilikdə 04 ədəd bükümdə narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmiş və həmin kütlələr istintaq hərəkəti iştirakçılarının iştirakı ilə götürülərək məhkəmə- kimyəvi və məhkəmə-bioloji ekspertizası keçirilməsi üçün qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmişdir. (cild 1, iş vərəqə 68) Məhkəmə-bioloji ekspertizasının 26 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1420 nömrəli rəyindən görünür ki, üzərində "...Şübhəli şəxs imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 6,892 bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. QEYD: Marixuananın təmiz çəkisi 6,892 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,842 qram. (cild 1, iş vərəqə 75-79) Məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 43" möhür əksi, "...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 28,599 qram, 47,818 qram, ümumi təmiz çəkiləri 76,417 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd dərman kapsullarının tərkibində ümumilikdə 0,3 qram (01 kapsulun tərkibində 0,1 qram) preqabalin təsiredici maddəsi müəyyən edildi. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ), Pregabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" daxildir. QEYD: metamfetaminin təmiz çəkisi 76,417 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 76,217 qram, Preqabalin 3 kapsul; tədqiqata sərf edildi 1 kapsul, qalıq 2 kapsul. (cild 1, iş vərəqə 81-85) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 87-89) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-331/2024 saylı qərarından (hakim:R.H.Xəzri) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 avqust 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 108-112) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 120) Diskə baxış keçirilməsi haqqında 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd diskin yaddaşında olan məlumatlara baxış keçirilində baxış zamanı disk açılarkən 02 ədəd fayl vardır. 2-ci fayla baxış keçirilən zaman orada olan 1-ci videoda müəyyən edilir ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis baş leytenantı Şahid2 və PŞ-nin sahə rəisi polis mayoru Şahid3 iştirakı ilə 25 avqust 2024-cü il tarixdə əməliyyat tədbiri keçirilmiş, saat 12:47-də Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olan 16 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1088 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs saxlanılmış, saxlanılan zaman üzərinə videogörüntü ilə baxış keçirilmiş və üzərində hər hansı bir qadağanedici əşyanın olub-olmaması barədə soruşulduqda Təqsirləndirilən şəxs üzərində, göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefon, həmin cins şalvarın sağ yan cibindən 05 ədəd ağ rəngli sellofan torbalarına bükülmüş bükümləri çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından onlayn yolla aldığını bildirmişdir. 2-ci faylda yerləşən 2-ci videoya baxış keçirilən zaman müəyyən edilir ki, Xəzər RPİnin 2-ci PŞ-nin inzibati binasında, xidməti iş otağında 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru X4, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis kapitanı Şahid1, polis baş leytenantı Şahid2, PŞ-nin sahə rəisi polis mayoru Şahid3, 8 saylı Vəkil Bürosunun vəkili X2 və tərcüməçi X3 iştirakları ilə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağında, süni işıqlandırma şəraitində 25 avqust 2024-cü il tarixdə saat 15:00-dan saat 15:20-dək aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “oppo” markalı mobil telefon çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona verilən suallara cavab olaraq bildirir ki, həmin 05 ədəd bükümdə olan kütlələri İran İslam Respublikasının vətəndaşı tərəfindən ona onlayn üsulla ödəniş etməklə əldə etmişdir. Həmçinin bildirir ki, həmin bükümdəki psixotrop maddə metamfetamindir və ona məxsusdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş və 05 ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 193 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, təhqiqatçı, müdafiəçi, tərcüməçi və şahidlər tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 121-122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli, 11631 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 125) Azerfon MMC-dən daxil olmuş CD-R diskinə baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, iş üzrə 24 oktyabr 2024-cü il tarixdə Azerfon MMC-dən daxil olmuş 45/2-18470/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD-R diskinə baxış keçirilmiş, təqdim edilmiş 01 ədəd diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olmuş SMS mətnlərinə baxış keçirilmiş, narkotik vasitənin satışına dair sms mətni müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 131) Cinayət əməlinin tövsif edilməsi haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 132) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 134-136) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6086 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs-də Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 165-166) Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 14 dekabr 2024-cüil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi materiallarından narkotiklərin əldə olunması mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuşdur. (cild 1, iş vərəqə 182) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli 3245 saylı rəyindən görünür: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə bilər. Hazırki emosional durumunda hər hansı dəyişiklik aşkar edilmir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət faktına görə əməli törədən zaman öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər-hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda istintaq hərəkətlərində iştirak edə bilər. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, söz götürməmək, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Əqli və psixi imkanlarına görə, Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (cild 1, iş vərəqə 186-188) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş 01 noyabr 2024-cü il tarixli ittiham dəyişdirilmədən saxlanılmış və həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığı nəzərə alınmış, Təqsirləndirilən şəxs saxlanılan zaman və 2-ci PŞ-də üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 ədəd disk, "xxxx" MMC-dən alınmış içərisində giriş-çıxış zənglər və smslər olan 01 ədəd disk, sübut növü kimi kimi tanınmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkiləri 3,745; 76,417 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 6,892 qram narkotik vasitə qurudulmuş marixuana və 0,3 qram preqabalin həbi maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra hazırkı çəkiləri 3,595; 76,217 qram olan psixotrop maddə metamfetamin, 6,842 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 0,2 qram 2 kapsul preqabalin həbi Xəzər RPİ-də saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və güclü təsir edən maddə preqabalini əldə etmə mənbəyini müəyyən etmək mümkün olmadığından 14 dekabr 2024cü il tarixdə CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrıldığı nəzərə alınmışdır. (cild 1, iş vərəqə 191-202) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-483/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 14 yanvar 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını, satış niyyətinin olmadığını, metamfetamini evə qoymağı özünə sığışdırmadığını, bu səbəbdən üzərində gəzdirdiyini, iranlı şəxsin narkotik vasitəni onu aparıb konuma qoymasını dediyini, lakin onun bunu etmədiyini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsin üzərinə baxış keçirilməsi istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli raportun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət- Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3 və 240.1ci maddələri ilə, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşımaya görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, saxlanılan zaman üzərinə baxış keçirilməsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, MSY-də tərtib edilmiş akt və götürmə aparılması haqqında protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 0,881 qram; 0,693 qram; 0,540 qram; 0,558 qram və 1,073 qram olmaqla külli miqdarda 05 ədəd ağ rəngli sellofan torbaya bükülmüş kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən təmiz çəkisi 3,745 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Xəzər RPİ-nin X9 təhvil verilərkən üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının altından geyindiyi qısa şortu ilə alt geyimi arasında balaca eynək torbasının içərisində gizlədib saxladığı içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 28,599 qram və 47,818 qram olmaqla kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən cəmi təmiz çəkisi 76,417 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, eyni zamanda 03 ədəd dərman kapsullarının tərkibində ümumilikdə 0,3 qram (01 kapsulun tərkibində 0,1 qram] narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalin güclü təsiredici maddə və 01 ədəd bükümdə təmiz çəkisi 6,892 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin və psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bükümlərdə olması, əldə etdiyi narkotik vasitəni, psixotrop maddəni, həmçinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddəni üzərində daşıması və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni, həmçinin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, hazırki cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına, 240.1-ci maddəsində nəzərdə tutulmuş əməl isə cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, törətdiyi əməli qismən etiraf etməsini və müharibə iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici maddənin növünü, həmçinin, çəkilərini, iş üzrə cəzasını yüngülləşdirən halların müəyyən edilməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına, CM-nin 240.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:47-də azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, xx.xx.2024-cü il tarixdə, saat 14:30da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli azadlığı faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 3,595 qram və 76,217 qram olan psixotrop maddə metamfetamin, 6,842 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 0,2 qram iki kapsul preqabalin həbi məhv edilməli, Təqsirləndirilən şəxs saxlanılan zaman və istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Xəzər RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, 3,595 qram və 76,217 qram olan psixotrop maddə metamfetamin, 6,842 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 0,2 qram iki kapsul preqabalin həbi məhv edilsin, Təqsirləndirilən şəxs saxlanılan zaman və istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-956/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-956/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver