Məhkəmə qərarları › İş №1(101)-957/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-957/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-957/2022 10.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olmaqla, Pirallahı rayonu, Gürgən qəsəbəsi, İ.Məcidov küçəsində qeydiyyatsız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 10 noyabr 2021-ci il tarixdə saat 17 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs2 azyaşlı övladı Şahid5 götürmək məqsədilə anası Zərərçəkmiş şəxs1 və digər azyaşlı övladları Hüseyn Rəhimov və Mələk Rəhimova ilə Pirallahı rayonu, Gürgən qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən yaşadığı qeydiyyatsız fərdi yaşayış evinin qarşısına birlikdə gəlməsindən istifadə edərək, Zərərçəkmiş şəxs2 anası və övladlarının gözü qarşısında onlara bunun xüsusi əzab verdiyini dərk edərək ona xəyanət etməsindən şübhələndiyi Zərərçəkmiş şəxs2 qısqanclıq zəmnində xüsusi amansızlıqla öldürmək qərarına gələrək bu məqsədlə yaşadığı evin mətbəxindən istifadə etdiyi tiyəsinin uzunluğu 150 millimetr, dəstəyinin uzunluğu 70 millimetr, rəngləri qızmızı, göy və ağ olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının kəmərində gizlətmiş, övladı Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs1nm içərisində olduğu və yaşadığı evin qarşısında gözləyən "Mercedes Beıız" markalı **-SJ-*** nömrəli avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açıb Zərərçəkmiş şəxs2 ilə mübahisə edib sonunsunun saçlarından tutub avtomobildən düşürtmək istəmiş, bu zaman onları aralamağa çalışan Zərərçəkmiş şəxs2nm anası Zərərçəkmiş şəxs1 araya girərək onun ictimai təhlükəli əməlinin qarşısını almağa cəhd göstərmiş, bu səbəbdən də əməlini başa çatdırmaq məqsədilə əməlinin başa çatdırılmasına mane olan halların aradan qaldırmağa yönələn hərəkətlərdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla ictimai yer olan küçədə özünü və törətdiyi ictimai təhlükəli əməli başqalarından və qanunauyğun digər əməllərdən üstün tutaraq ictimai qaydanın pozulmasının, yəni qızı Zərərçəkmiş şəxs2nm mənafelərinə əhəmiyyətli ziyan vuran hərəkətlərin qarşısını almağa çalışmaqda özünü göstərən ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 üzərində olan bıçaqla vurub ona sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları, daha sonra sonunucunun itələyərək yerə yıxıb şillə və təpik zərbələri vurmaqla təpə nahiyəsinin hematoması, sol bazunun, hər iki saidin, sol baldırın qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 qarşı silah qismində istifadə olunan əşyalardan, yəni bıçaqdan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs1nnı onun ictimai təhlükəli əməlinin qarşısını almaq imkanlarım məhdudlaşdırdıqdan sonra həmin bıçaqla övladlarının və anasının gözləri qarşısında onlara bunun xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 bir dəfə zərbə vurub ona boynun sağ yan səthinin orta 1/3-nin əzələ toxumalarının, arteriya-vena damarlarının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərərvumaya aid bədən xəsarəti yetirmiş, vurduğu zərbənin təsirindən Zərərçəkmiş şəxs2nm ölmədiyini və ondan qaçdığını görüb əməlini başa çatdırmaq məqsədilə sonuncunun arxası ilə gedərək İ.Məcidov küçəsində yerləşən iki mərtəbəli yaşayış binasının qarşısında yaxalayıb eyni bıçaqla Zərərçəkmiş şəxs2 daha bir zərbə vurub boyun əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmədən onun ölümünə səbəb olmuş boynun aşağı 1/3-nin ön-sol yarısının əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağciyərin zədələnməsi və kəskin qantirimə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır zərərvurmaya aid, ümumilikdə iki ədəd bıçaq xəsarəti yetirərək Zərərçəkmiş şəxs2m xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamış, üzərində gəzdirdiyi bıçağı Zərərçəkmiş şəxs2 avtomobildən düşürtmək üçün qorxutmaq məqsədilə nümayiş etdirmiş, ilk bıçaq zərbəsini vurduqdan sonra Zərərçəkmiş şəxs2 bıçağı onun əlindən almış, bu səbəbdən də, sonuncunun özünə xəsarət yetirməməsi üçün bıçağın “ağız” tərəfindən tutmuş, hadisə uşaqlarının yanında baş versə də, sonuncuların fikri başqa yerdə olmuş, onun Zərərçəkmiş şəxs2 uşaqların gözləri qarşısında qorxutmaq niyyəti olmamış, o, Zərərçəkmiş şəxs2 qorxutmaq məqsədilə bıçaqla vurmuş, onun Zərərçəkmiş şəxs2 öldürmək niyyəti olmamış, sonuncunun düzgün yola qayıtması, birlikdə yaşayıb balalarını saxlamaq üçün qorxutmaq istəmiş, o, heç ilk dəfə Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi vurduğunu dərk etməmiş, hadisə zamanı spirtli içkinin təsiri altında olması ona təsir göstərmiş, o, Zərərçəkmiş şəxs2 ilə dalaşarkən Zərərçəkmiş şəxs1 ona mane olduğundan və onları aralamaq istədiyindən sonuncuya şillə-təpik zərbələri vurmuş, özündə olmadığından, həyəcanlı və spirtli içkinin təsiri altında olduğundan belə hərəkət etmiş, bununla belə, o, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməmiş, sonuncu onları aralamaq istəyərkən Sevinc ehtiyatsızlıqdan bıçaqla xəsarət almış, Zərərçəkmiş şəxs2 narkotik vasitələrdən istifadə etməsini eşitsə də, sonuncunun həmin maddəni haradan əldə etməsini bilməmiş, anası və atası yaşlandıqları üçün 2015-ci ildə onların yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsinə gəldikdən sonra xalası qızı Leyla Xəlilovanın vasitəçiliyi ilə sonuncu ilə bir sinifdə oxumuş və anasıgillə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ilə tanış olmuş, 2015-ci ildə Ayşənlə tanış olub 6 ay sevgili kimi danışmış, daha sonra Ayşəni öz razılığı ilə Qəbələ şəhərinə qaçırtmış, 10 gün Qəbələ rayonunda yaşadıqdan sonra Pirallahı rayonuna qayıtmışlar, 3 gün atasıgilin yaşadığı evdə qaldıqdan sonra Ayşənin anası tək olduğundan ata, anasının və Ayşənin ailəsinin razılığı ilə sonuncunun anasının evində yaşamağa başlamışlar, Zərərçəkmiş şəxs2 ilə qeyri-rəsmi nikahından 2016-cı ildə böyük qızı Şahid5, 2018-ci ildə oğlu Hüseyn Rəhimov, 2018-ci ildə kiçik qızı Mələk Rəhimova anadan olmuşlar, daha sonra 2020-ci ildən Ayşəngilə verilmiş məcburi köçkünlər üçün tikilmiş evlərdə yerləşən mənzildə yaşamağa başlamışlar, sonradan Ayşənin soyuq münasibətinə görə atasıgilin yanına qayıtmış, bir müddət ayrı qalsalar da, uşaqlar olmadan dözə bilmədiyinə görə Ayşənlə barışmış, həmin zaman o, kirayə ev tutmuş, həmin dövrlərdə evdə çox problemlər yaranmış, Ayşən işləmək istədiyini bildirmiş, o, bir-iki dəfə Ayşəndən gizli telefon tutmuş, bu səbəbdən sonuncunu qısqanmış və Ayşənə onu öldürəcəyini bildirmiş, bu barədə Ayşənin anası Zərərçəkmiş şəxs1 da demiş, bunu əvvəlcə Ayşəni qorxutmaq məqsədilə desə də, sonradan Ayşənin qorxmadığını, öz bildiklərini etdiyini görmüş, 2021-ci ilin sentyabr ayında Ayşəngilin evində onunla Ayşən və anası Sevinc arasında mübahisə olmuş, mübahisə zamanı həm Ayşəni, həm də Sevinci vurmuş, bununla bağlı məhkəmə prosesləri keçirilmiş, məhkəmədə onun təşəbbüsü ilə barışıq olmuş, Zərərçəkmiş şəxs2 ölümü ilə nəticələnmiş hadisədən təxminən 10 gün əvvəl Ayşənlə görüşmək üçün zəng edərək yalandan paltar almaq adı ilə onu “Xaşaxuna bağları” adlanan əraziyə çağırmış, səhər saat 10 radələrində taksi ilə dediyi əraziyə getmişlər, Ayşənə yalandan kimdənsə pul alacağını bildirmiş, Ayşən də "Yaxşı sən tək get” deyə bildirmiş, o isə: “Bir yerdə gedək, səni də göstərim deyim ki, yox ailəm xəstədi həkimə aparacam, pul lazımdı” - deyə cavab vermişdir; razılaşdıqdan sonra Ayşəni insanlar olmayan bir küçəyə aparmış, sonuncunu qorxutmaq məqsədilə üzərində götürdüyü mətbəx bıçağını çıxartmış, Ayşənə “Səni öldürmək məqsədi ilə gətirmişəm bura” deyə bildirmiş, həmin vaxt içkili olmuş, Ayşən isə cavabında: “Yox. öldürmə məni, balalarım var. nə desən eləyirəm” - deyə bildirmiş, o isə cavabında: “Bir şərtlə səni buraxaram ki, gedirik uşaqları götürürük, ev tuturam yığışırıq bir yerdə qalırıq” - deyə bildirmiş, Ayşən də onunla razılaşdığından uşaqlarının təhsil aldığı bağçaya gedərək sonuncuları oradan götürmüş, daha sonra atasıgilin yaşadığı evə getmişlər; bir gecə qaldıqdan sonra Ayşən: “Gedim evimizə paltarları götürüm” - deyə bildirdikdə razılaşmış, o da Ayşənlə birlikdə getmiş, binanın qabağına çatanda sonuncu: “Sən get, dənizə tələsirsən, mən axşam özüm qayıdacam” - deyə bildirmiş, o da razılaşaraq çıxıb getmiş, axşam işdən çıxıb evə qayıdanda Ayşənin evdə olmadığını görüb sonuncuya zəng etmiş, zəngə Ayşənin anası Sevinc cavab verərək Ayşənin evə gəlməyinə icazə verməyəcəyini bildirmiş, bu səbəbdən də, Ayşən onunla getməmiş, hadisə baş verən gün, yəni 10 noyabr 2021-ci il tarixdə, səhər saatlarında Ayşən zəng etmiş, zəng zamanı sonuncu anasının şəhərə getdiyini bildirib gələndə danışmağı təklif etmiş, Ayşən əlavə olaraq anasının bir saata gedib qayıdacağını demiş, təxminən 3 saat keçdikdən sonra yenidən Ayşənə zəng vurmuş, zəngə sonuncunun anası Sevinc cavab vermiş, danışıq zamanı telefondan gələn səsin yoldan deyil, evdən gəldiyini hiss etmiş, danışıq zamanı Ayşənin özünün harasa getdiyini, anasının getməsini isə bəhanə etdiyini düşünmüş, Ayşən ümumilikdə mobil telefonunun olmadığını bildirsə də, o inanmamış, bir müddət sonra saat 16 radələrində Ayşən Whatsapp mobil tətbiqi vasitəsilə ona: “Zəng elə” - deyə yazmış, o, dərhal zəng etdikdə sonuncu: “Nə ağzıva gələni danışırsan?” - deyə cavab vermiş, Ayşənin belə deməyinə səbəb onun Ayşənə Whatsapp mobil tətbiqində: “Sənin planındı, sən evdə deyilsən başqa yerdəsən” - deyə yazması olmuşdur. Daha sonra Ayşən ona zəng edərək: “Uşağı verməyəcəm sənə, uşağı götürən kimi, gedib şöbədə ərizə yazacam ki, sən biz tərəfdə fırlanmayasan” - deyə bildirdikdən sonra onu zəngdə, həmdə whatsapp mobil tətbiqində ona zəng edə bilməməsi üçün əngəlləmiş, təxminən 15 dəqiqə keçmiş yaşadığı evin qapısının döyüldüyünü eşitmiş, həmin vaxt saat 17:15-17:20 radələri olmuşdur. Qapını açdıqda qaynanası Zərərçəkmiş şəxs1 görmüş, sonuncu onunla birlikdə olan qızı Sunayı götürmək üçün gəldiyini bildirmiş, ilk öncə uşağın evdə olmadığını bildirsə də, Sunay evdən çölə çıxmış, bu vaxt qaynanası uşağı çöldə gördüyünü bildirmiş, o küçədə olan “Mercedes Benz” markalı “4 göz” kimi tanınan avtomobildə oğlu Hüseynin də olduğunu görmüş, bu zaman qaynanasmın həmin avtomobillə gəldiyini başa düşmüş, Ayşənin də həmin avtomobildə olduğunu fikirləşmiş, fikrini dəyişdirib uşağı geyindirib gətirəcəyini qaynanasına bildirmiş, daha sonra Sunayın paltarlarını geyindirib qucağına götürüb evdən çıxıb maşına tərəf getmiş, maşının sağ qapısına yaxınlaşmış, arxa qapını açmaq istəyəndə qapının bağlı olduğunu, Ayşənin də orada oturduğunu görmüş, uşağı yerə qoyub avtomobilin digər qapısının açmış və uşaqların gözünün qabağından uzaqlaşdırmaq məqsədilə Ayşəndən avtomobildən düşməyini istəmiş, Ayşənin avtomobildən düşmək istəmədiyini görüb sonuncunun saçından tutmuş, Sevinc qolundan tutduğu üçün Ayşəni maşından çöla çıxara bilməmiş, həmin vaxt evinin mətbəxindən götürüb üzərində gəzdirdiyi bıçağı çıxardıb qorxutmaq məqsədilə Ayşənə tərəf atmış, bıçaqla vuranda ilk öncə ürək nahiyəsinə vurmuş, vuran an Ayşən bıçağı onun əlindən almışdır. Bu zaman Ayşənin əlindən almaq məqsədilə bıçağın tiyəsindən tutmuş, bıçaq əlini yüngülcə kəssə də, onu Ayşənin əlindən ala bilmiş, ikinci dəfə bıçaqla Ayşəni yenidən vurmuş, ilk dəfə Ayşənin ürəyinə vurub Ayşənə bıçaqla xəsarət yetirmiş, məqsədi Ayşəni uşaqlarının gözlərinin qarşısında vurmaq olmamış, daha sonra Ayşən avtomobildən düşüb qaçmış, 30 metr qaçdıqdan sonra o, Ayşənə çatmış, ətrafa baxaraq uşaqların onları görmədiyini müəyyən etmiş, həmin vaxt Ayşən ona: "Eləmə xahiş edirəm" - deyə yalvarmış, o da Ayşənə “Yaxşı, uşaqlar burada qalır, anan gedir* deyə təklif etdikdə Ayşən bu təkliflə razılaşmamış və o, Ayşənin boğazından daha bir bıçaq zərbəsi vurmuş və kənara çəkilmiş, Ayşən də avtomobilə tərəf getmiş, 5-6 addım getdikdən sonra Sevinc gələrək onu götürüb avtomobilə qoyaraq çıxıb getmişlər, sonuncular gəldikdən sonra evə gedib paltarını dəyişmiş, daha sonra 102-ə yığaraq hadisə barədə məlumat vermişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun kiçik qızıdır. 1996-cı ildən Pirallahı rayonunda yaşayırlar; əvvəllər Pirallahı rayonu, Gürgan qəsəbəsində, İ.Məcidov küçəsində kirayədə yaşamış, 2-3 il əvvəl Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş binada onlara verilmiş mənzilə köçmüşlər; İ.Məcidov küçəsində yaşayan zaman qızı Ayşəni öldürmüş Əsgərgillə qonşu olmuşlar; onların rəsmi nikahı olmamışdır; əvvəllər rəsmi nikaha Əsgərin ailəsi icazə verməmiş, dövlət tərəfindən onlara ev verildikdən sonra Əsgərin ailəsi onların rəsmi nikah bağlamalarına icazə vermiş, evləndikləri ilk vaxtlarda Əsgərlə qızı onun evində yaşamışlar, əvvəllər Ayşənlə Əsgər çox mehriban olmuş, sonuncuların qeyri-rəsmi nikahından 3 övladı olmuş, sonradan Əsgər içki içməyə başlamış, içki içdikdən sonra dəyişib başqa adam olmuş, hətta Ayşəni döymüş, Əsgər Gürgan qəsəbəsində 2 il onlarla yaşamış, onlar Pirallahı rayonu, S.Vurğun küçəsinə köçdükdən sonra Əsgər onlarla qalmamış, Ayşənin böyük qızı Sunay çox vaxt Əsgərlə qalmış, Ayşənin ölümündən təqribən 10-15 gün əvvəl Əsgər Ayşənə yalandan paltar alacağına söz verərək sonuncunu “Xaşaxuna bağları” adlanan əraziyə çağırmış, qızı da həmişəki kimi inanaraq Əsgərin çağırdığı yerə getmiş, həmin vaxt işdə olduğundan onun bundan xəbəri olmamış, növbəti gün Ayşən evə gəldikdə ağlayaraq paltar almadığını, Əsgərin yalandan Ayşəni çağırdığını, Ayşəni öldürmək məqsədilə həmin yerə dəvət etdiyini bildirmiş, Ayşəndən bunun necə baş verdiyini soruşduqda sonuncu cavabında: “Məni dar küçəyə apardı. Əlində bıçaq var idi. Mən ona yalvarmağa başladım, dedim ki, yola gedəcəyik. Bıçağı boğaz nahiyəmə gətirdi, sonra nədənsə fikrindən daşındı. Sonra onlara gedib həmin gün onlarda qaldım. Səhər paltarları götürmək məqsədilə evə gəlmişəm” - deyə bildirmiş, bunları dedikdən sonra dərhal Əsgərə yığaraq nə baş verdiyini soruşduqda sonuncu cavabında Ayşənin dediklərini təkzib edərək, elə bir şeyin baş vermədiyini bildirmiş, sonra Əsgərin atasının işlədiyi "Nərəkənd”ə gedib baş verənləri ona danışmış, Əsgərin atası Mənsur da təəssüf hissi ilə “Bezmişəm, kaş belə oğlum olmazdı” deyə bildirmiş, Ayşənin telefonu xarab olduğundan Əsgər Ayşənlə danışmaq üçün onun mobil telefonuna zəng etmiş, 10 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Əsgər yenə onun mobil telefonuna zəng edib Ayşənlə danışmaq istədiyini bildirmiş, Ayşən də onun evdən çıxacağını və telefon olmayacağına görə bir saatdan sonra zəng etməyini Əsgərə bildirmiş, 1 saat sonra evə qayıdanda Əsgər yenə onun mobil telefonuna zəng etmiş, o, telefonu Ayşənə vermiş, sonuncu da Əsgərlə biraz danışmış, böyük qızı Sunay Əsgərgildə qaldığından Ayşən Sunayı götürmək istədiyini ona bildirmiş, o, razılaşdığından birlikdə evdən çıxıb “İşıqlı market” adlanan mağazanın yanında tanımadıqları taksiyə minmiş, digər iki nəvəsini yolüstü bağçadan götürüb Əsgərgilə getmiş, oraya çatanda maşından düşüb Əsgərgilin qapısını döymüş, Əsgərin Ayşənə nəsə eləmək ehtimalına qarşı sonuncunu maşından düşməyə qoymamış, Əsgər qapını açdıqdan sonra Sunay atasının arxası ilə evdən çıxmış, Əsgərə “Uşağı ver” dedikdə, sonuncu ilk öncə razılaşmasa da, sonradan nədənsə fikrini dəyişmiş, sonra Əsgər paltar gətirəcəyini bildirib Sunayla evə qayıtmış, bir müddət sonra Əsgər qucağında Sunayla birlikdə darvazadan çölə çıxaraq maşının arxa sağ tərəfinə yaxınlaşmış, o, Əsgərdən “Niyə yolunu uzadaraq o biri tərəfdən maşına minirsən” deyə soruşduqda Əsgər heç bir şey demədən sağ arxa qapıya yaxınlaşmış, həmin qapı bağlı olduğundan yenidən sol arxa tərəfdən maşın tərəfə gəlmiş, uşağı maşının yanında yerə qoymuş, həmin vaxt digər uşaqlar maşında olmuş, Əsgərlə Ayşən bir xeyli müddət dalaşmış, Əsgər onu yaxın getməyə, onları aralamağa imkan verməmiş, aralamaq istəyəndə Əsgərin ağzından iy gəldiyindən sonuncunun içkili olduğu başa düşmüş, həmin vaxt o maşının içində olmuş, uşaqlar dayanmadan qışqırmış, ağlamış, qəflətən Ayşən maşından çıxaraq maşının əks tərəf istiqamətində qaçmış, Əsgər Ayşənin arxasınca getmiş, Ayşənlə Əsgər bir müddət qaçdıqdan sonra həmin yerdən təxminən 30-40 metr kənarda olan ağ maşının yanında dayanmışlar, ağ maşının arxa hissəsində olduqlarından sonuncuları görməmiş, birdən qızı Ayşənin onun olduğu yerə tərəf aşa-aşa qan içində gəldiyini gördüyü üçün tez Ayşənə yaxınlaşaraq kömək etməyə çalışmış, həmin vaxt Əsgərin Ayşəni bıçaqladığını başa düşmüş, Ayşən asta-asta yerimiş, bütün asfalt qan olmuş, Ayşəni gətirib maşına otuzdurmuş, o, qapını bağlamaq istəsə də, Əsgər açmış, həmin vaxt sonuncu ona bir dənə də şillə, təpik vurmuş, güclə, birtəhər qapını bağlayıb taksi sürücüsünə: "Sür xəstəxanaya” - demiş, xəstəxanaya gedərkən maşında bıçaq olduğunu görmüş, həmin bıçağın dəstəyi olmamış, yalnız tiyədən ibarət olmuş, avtomobildən düşdükdən sonra qızına xəsarət yetirənin Əsgər olmasını sübut etməkdən ötrü həmin bıçağı sonradan polisə vermək məqsədilə özündə saxlamış, elə həmin gün bıçaq prokurorluq əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə ondan götürülmüş, 10 saylı Pirallahı rayon xəstəxanasına gəldikdən sonra oradan təcili yardımla qızı Ayşən Sabunçu rayon xəstəxanasına aparılmış, bir neçə saatdan sonra Ayşənin ölməsi barədə ona məlumat verilmiş, bundan başqa, Zərərçəkmiş şəxs1 hadisə zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ayıran zaman sonuncunun ona ehtiyatsızlıqdan xəsarət yetirdiyini bildirmiş, o, hadisə günü Əsgərgilə getdikdə sonuncunun Ayşəni görməməyi üçün özü qapını döyüb içəri daxil olmuş, Əsgərlə söhbət etdikdən sonra çölə çıxıb gözləməyə başlamış, bir müddətdən sonra Əsgər Sunayla birlikdə darvazadan çölə çıxmış, oraya getdikləri taksi Əsgərgilin darvazasının qarşısında arxası Pirallahı qəsəbəsi istiqamətində dayanmış, taksidə olarkən o, sürücünün arxasında olan oturacaqda, Ayşən digər istiqamətdəki arxa oturacaqda oturmuş, sonuncunun uşaqları Hüseynlə Mələk isə ortalarında oturmuş, Əsgər darvazadan çölə çıxdıqdan sonra birbaşa Ayşənin oturduğu oturacaq olan qapı istiqamətinə hərəkət etmiş, Ayşən də Əsgərin gəldiyini görüb uşaqlarla yerini dəyişib orta oturacaqda oturmuş, həmin vaxt o artıq sürücünün arxasındakı oturacaqda oturub sonuncuya "sür” deyə bildirərkən Əsgər əvvəlcə Ayşənin ilk oturduğu oturacağın qapısını açmaq istəmiş, aça bilməmiş, daha sonra Əsgər sürücünün arxasında olan oturacağın qapısını açmış və onun üzərindən Ayşənin saçından tutaraq sonuncunu çölə çıxartmağa çalışmış, o, Əsgərlə Ayşəni aralamaqdan ötrü birtəhər avtomobildən yerə düşmüş və sonuncuları aralamağa başlamış, həmin vaxt uşaqlar qışqıraraq ağlamışlar, Əsgər buna baxmayaraq Ayşəni dartıb maşından çıxartmaq istəmiş, o, Ayşənlə Əsgəri aralaşdırmaq istəyərkən sonuncu onu itələyərək yerə yıxmış, bu zaman başı yerə dəydiyindən gözləri qaralmış, Ayşənin avtomobildən düşərək Pirallahı qəsəbəsi istiqamətində qaçdığını görmüş, həmin vaxt şok vəziyyətində Ayşənə “Qaç" deyə qışqırmış, yerə yıxılan zaman başı yerə dəydiyindən gözləri qaralmış, bir neçə andan sonra özünə gəlib taksi sürücüsündən Ayşənin harada olduğunu soruşduqda sonuncu Ayşənin gəldiyi istiqaməti göstərmiş, həmin vaxt Ayşənin üstü-başı qan olmuş, sonuncu taksiyə tərəf gəlmiş, o, artıq Ayşəni belə görüb şoka düşmüş, qaçaraq Ayşənə tərəf getmiş, sonuncunu köməkləşib avtomobilə otuzduranda Əsgər onlara yaxınlaşmış, o, Ayşəni avtomobilə otuzdurduqdan sonra Əsgər qapını bağlamağa imkan verməmiş, qapını dartmış, yenə Ayşənin üzərinə cummaq istəmiş, o, qapını bağlamağa çalışmış, Əsgər onun müqavimətini görüb bir dəfə şillə ilə sifət nahiyəsinə, bir dəfə də təpiklə ayaq nahiyəsinə vurmuş, o, gücünü toplayıb birtəhər məcburi şəkildə qapını örtüb sürücüyə sürməyini demiş, sürücü dərhal avtomobili işə salıb sürmüşdür. O, evlərinə gəlmiş kombi ustasını tanımamış, sonuncu Ayşənin sosial şəbəkələrdən tapmış, həmin usta şəhərdən gəlmiş, həmin vaxt özü evdə olmuş, usta gəlib kombiyə baxıb motorun nasaz olduğunu bildirərək çıxıb getmiş, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında əvvəllər qısqanclıq üstündə mübahisələr olmuş, sonuncunun müasir fikirli olduğuna görə Təqsirləndirilən şəxs Ayşəni qısqanmış, Şahid6 qızının dostu olmuş, bəzən yaşadıqları evə gəlmiş, sonuncuların hansı məqsədlə danışdıqlarını bilməmiş, qızı Ayşən Məmməd adlı şəxslə də dost kimi danışmış, görüşmüş, hadisə amanı qızının qan içində gördükdən sonra sonuncunu avtomobilə otuzdurmuş, xəstəxana istiqamətində getmişlər, yolda qızının bədəninə baxaraq hansı nahiyəsinin xəsarət almasını dəqiqləşdirməyə çalışan zaman ani olaraq oturacağında qanlı bıçaq olduğunu görmüş, həmin bıçağı daha sonra polislərə təhvil vermək məqsədilə özündə saxlamışı və evə gələn prokurorluq əməkdaşları da sənədləşdirib bıçağı ondan götürmüşlər, bıçağın dəstəyini, onun qırılmasını görməmiş, Ayşənin bədənində olan 3.5x3.0 sm ölçüdə nisbi oval formalı göyümtül-bənövşəyimtil rəngli qançırı əvvəlcədən Ayşənin bədənində görsə də, ondan bunun necə yaranmasını soruşmamış, Ayşənin mobil telefonu olmamış, sonuncunun narkotik vasitədən istifadə edib-etməməsindən məlumatlı olmamış, Təqsirləndirilən şəxs ona bıçaqla bilərəkdən xəsarət yetirməmiş, həmin xəsarətləri sonuncuları aralayarkən almışdır. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, əvvəllər Ağdaş rayonunda ailəsi ilə birlikdə yaşamış, Pirallahı rayonuna köçdükdən sonra bir neçə iş yerlərində işləmiş, 1990-cı ildə ailə həyatı qurmuş, birgə nikahdan 4 övladı anadan olmuşdur; oğlu Əsgər təxminən 2015-ci ildə əvvəllər Pirallahı rayonu, Gürgan qəsəbəsində onlarla qonşuluqda yaşamış Ayşənlə tanış olub qeyri-rəsmi ailə həyatı qurmuş, Ayşənlə Əsgər əvvəllər mehriban olmuş, aralarında hər hansı narazıçılıq olmamış, Ayşən və anası Pirallahı qəsəbəsinə köçdükdən sonra Əsgər onlarla birlikdə yaşamağa başlamış, Əsgər çox qısqanc olmuş, Ayşəni çox qısqanmış, ara-bir gedib Ayşəngilin binalarının altında gözləyərək sonuncunun hara getdiyini, nə işlə məşğul olduğunu izləmişdir; Əsgərin 3 övladından ən böyüyü Sunay atasından ayrı qala bilmədiyindən çox vaxt onlarla qalmış, Ayşən çox vaxt digər uşaqların Əsgəri görmələrinə icazə verməmiş, Ayşənlə anası Əsgərə qarşı çox haqsızlıq etmiş, sonuncu əziyyətlə işləyib Ayşəngilə pul göndərsə də, sonuncular Əsgərin digər uşaqlarla görüşməsinə şərait yaratmamış, son 1 il ərzində Əsgərlə Ayşənin arasındakı münasibət tam korlanmış, Əsgər son 1 ay ərzində ona hirsli-hirsli Ayşəni öldürəcəyini demiş, inanmamış, Əsgərin əsəbi olduğunu, bir müddətdən sonra yadından çıxacağını, Əsgərin dediklərini edəcəyini düşünməmiş, bir dəfə, hadisədən 10-15 gün əvvəl, Ayşəni Zirə qəsəbəsi tərəfə aparıb öldürmək istədiyini, lakin nədənsə öldürmədiyini bildirmiş, Ayşənin anası çox çətin adam olmaqla, bu hadisənin baş verməyinə səbəbkar Sevincdir. Sevinc Ayşənin beynini oğluna qarşı dəyişməsi üçün doldurmuş, hadisə baş verən gün o və arvadı işdə olmuşlar, Əsgər saat 16-17 radələrində onlara zəng edərək: “Ata, özünü mənə çatdır, gedim anamla görüşüm, Ayşəni öldürmüşəm” - deyə bildirmiş, o, Əsgərdən harada olduğunu soruşduqda sonuncu yaşadıqları evin yerləşdiyi küçədə olduğunu bildirmiş, o şəxsi avtomobili ilə təkbaşına evlərinə getmiş, bu zaman yaşadıqları evin qarşısının qan olduğunu görmüş, hirslənərək Əsgərdən Ayşənin ölüb-ölmədiyini soruşduqda sonuncu: “Deyəsən öləcək, vurmuşam apardılar onu" - deyə bildirmiş, səbəbini soruşduqda Əsgər: “Artıq bezmişdim, başqa yolu yox idi” - deyə cavab vermiş, daha sonra Əsgərlə birlikdə arvadının yanına getmişlər, Əsgər anası ilə görüşmüş və ardınca təslim olmaq üçün polis şöbəsinə gedərkən yolda polis əməkdaşları zəng edərək heç bir yerə getməmələrini, özlərinin gəldiklərini bildirmişlər, bu səbəbdən Gürgan qəsəbəsindəki körpünün yaxınlığında avtomobilini saxlayaraq gözləməyə başlamışlar, bir müddətdən sonra isə polis əməkdaşları gəlmişlər, Şahid3 oğlu Əsgərin son bir ay ərzində arabir ona Ayşəni öldürəcəyini bildirsə də, inanmadığını, hadisə baş verən gün Əsgərin əynində qara rəngli köynək, qara rəngli şalvar, qara rəngli qısaqol gödəkçə olduğunu, hadisə zamanı arvadı ilə birlikdə işdə olduqlarını, evdə Əsgərlə nəvəsi Sunayın olduğunu bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Niyazi qızı Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Pirallahı rayon sakini tanımış, sonuncu ilə Pirallahı rayonunda parkda gəzərkən tanış olmuş, 2020-ci ilin yay aylarından sosial şəbəkələrdə yazışmağa başlamış, bir müddət sevgili kimi danışmış, münasibətləri 3 ay davam etmiş, 2020-ci ildə dostları ilə kafedə olarkən Ayşənin qəsəbədə yerləşən “Masallı” kafenin yanında tək gəzdiyini görüb ona yaxınlaşaraq salam vermiş, bu zaman bir nəfərin ona arxa tərəfdən atdığı yumruğu hiss etmiş, geriyə çevrildikdə onu vuran şəxsin Əsgər olmasını görmüş, həmin vaxt Əsgər qaçmağa başlamış, sonuncunun arxası ilə qaçsa da, çata bilməmiş, Zərərçəkmiş şəxs2 əvvəllər Təqsirləndirilən şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, sonradan ayrılmış, Ayşənin Pirallahı rayonunda ondan başqa müxtəlif şəxslərlə də münasibəti olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hal-hazırda Pirallahı MKTB-də fəhlə köməkçisi işləyir, yaşadığı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsinin təmizlik işlərinə baxır; 15 noyabr 2021-ci il tarixdə Pirallahı MKTB-də sahə briqadiri işləyən Şahid8 ona zəng edərək: “Orada bıçaq dəstəyi axtarılır, sən belə bir şey görmüsən?" - deyə soruşduqda cavabında görmədiyini, əraziyə yenidən baxacağını bildirmiş, Yaşar müəllimlə danışdıqdan sonra gedib həmin ərazini yenidən axtararkən Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində göy qapılı fərdi evin sağ tərəfindən olan dəmir borunun yanında ağ rəng və göy rəngli bıçaq dəstəyi olduğunu görüb bu barədə dərhal Yaşar müəllimə məlumat vermiş, sonra da sonuncu ilə birlikdə Pirallahı rayon prokurorluğuna gəlib həmin dəstəyi könüllü şəkildə təhvil vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid4 ifadəsinə və işin fatkiki hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş azyaşlı Şahid5 ifadəsində göstərmişdir ki, atası Əsgərin yaşadığı evin mətbəxindən bıçaq götürmüş, qarnında gizlətmiş, anası Ayşənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdir (2-ci cild iş vərəqi 63-65). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Pirallahı rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur; 10 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində Pirallahı qəsəbəsində yerləşən “İşıqlı Market'’ adlanan mağazanın qarşısında 40-45 yaşlarında ilk dəfə gördüyü bir qadın onu saxladaraq “İlk növbədə Məscidin yanındakı bağçadan uşaqlardan birin götürüb, sonra oradan Gürgana gedib digər uşağı götürəcəyik” deyə bildirdikdə o, 10 manat qarşılığında razılaşmışdır; həmin qadın avtomobilə mindikdən sonra qıraqdan başqa bir qucağında 1-2 yaşlarında qız uşağı olan 20-25 yaşlı bir qadın da gəlib avtomobilinə minmiş, bundan sonra o, avtomobilini Pirallahı qəsəbəsində yerləşən məscidin yanındakı bağçaya sürmüş, qadınlar oradan bir 3-4 yaşlarında oğlan uşağını götürmüş, oradan da Gürgan qəsəbəsinə yollanmışlar; Gürgan qəsəbəsinə çatdıqda müştərilərin verdiyi istiqamətlə avtomobilini sürüb göy rəngli darvazanın qarşısında saxlamışdır; daha sonra onu saxlatdırmış təxminən 40-45 yaşlarında olan qadın maşından düşərək həmin darvazaya yaxınlaşmış, o, həmin cavan qadın və 2 uşaq avtomobildə qalmışlar; avtomobildən düşən digər qadını darvazanı döyüb həyətə daxil olmuşdur; qapını kimin açmasını görməmişdir; təqribən 10 dəqiqədən sonra qadın qucağında 5 yaşlarında olan uşaqla, onun ardınca, ilk dəfə gördüyü, tanımadığı və əlində paltar olan bir oğlan çölə çıxmış, daha sonra qadın qucağında gətirdiyi uşağı arxa qapıdan maşına qoymuş, özü də həmin uşağın yanma oturmuşdur; qadın maşına oturan kimi dərhal ona sürməyi tapşırmışdır; o da avtomobili işə salıb sürmək istəyərkən həmin oğlan onun arxasında olan qapını açıb paltarı avtomobilə atmış və cavan qızın üzərinə cummuşdur; o da tez maşından düşərək “Mənim maşınımla nə işin var? Qapı qırılacaq çıx get” deyə bildirdikdə, həmin oğlan “Dayı, sən qarışma” deyə cavab vermişdir; bu zaman yaşlı qadın oğlanın cavan qadına tərəf yaxınlaşmasına icazə vermirdi; belə ki, yaşlı qadın ortada, cavan qadın isə onun sağ tərəfində oturmuşdur; bütün bunlar uşaqların gözü qarşısında baş vermiş, sonuncular dayanmadan qışqırmış və ağlamışlar; o isə oğlanın onu vurmasından qorxaraq kənarda dayanmış, yaxın getməmişdir; daha sonra cavan oğlan yaşlı qadını dartaraq çölə çıxartmış, həmin vaxt sonradan adının Əsgər olduğunu bildiyi şəxsin əlindən bıçağın qulpu düşmüşdür; bu zaman həmin vaxt oğlanın əlində bıçaq olduğunu və qulpun qırılaraq yerə düşdüyünü başa düşmüşdür; yaşlı qadın oğlandan bərk yapışaraq qıza qaçmağını demiş, qız da qaçmışdır; oğlan da yaşlı qadının əlindən çıxaraq qızın arxasınca getmişdir; qız biraz qaçdıqdan sonra ağ rəngli maşının arxa tərəfində dayanaraq qaçmamışdır; o, qızın taqətinin olmamasını başa düşmüşdür; oğlan da qızın yanına, yəni ağ rəngli maşının arxasına getmişdir; oğlan maşının arxasında olanda qız birdən-birə yerə yıxılmışdır; qız sonra oradan gücdən birtəhər onların olduğu tərəfə gəlmişdir; yaşlı qadın da kömək edərək, qızı maşına otuzdurmuşdur; oğlan da qızın arxası ilə sakit-sakit gələrək maşının yanında dayanmışdır; onlar dərhal oradan Pirallahı TTY-ə getmişlər; həmin vaxt qızdan çoxlu qan axmış, qız xırıldamış, danışa bilməmişdir; uşaqlar da, qızın anası da dayanmadan maşında ağlayıb qışqırmışlar; bundan başqa, Şahid1 hadisədən sonra oğlanın Əsgər, qızın isə Ayşən adlı şəxslər olduğunu öyrəndiyini bildirmişdir (1-ci cild iş vərəqi 136-140). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Pirallahı rayon sakini kimi tanımışdır; o, Ayşəngilin yaşadıqları kompkeksə köçdükdən sonra Zərərçəkmiş şəxs2 tanımışdır; yaşadıqları kompleks Pirallahı rayonu, S.Vurğun 300 küçəsində yerləşir, Ayşəngil 5-ci, onlar isə 2-ci blokda yaşamışdır; Ayşən də onunla eyni yerdə Pirallahı rayon MKTB-də işləmişdir; Ayşəni 2019-cu ildən tanımışdır; həmin vaxtdan əvvəlcə dost, daha sonra sevgili kimi danışmağa başlamışlar; o, Ayşənin ərindən boşandığını bilmişdir; Ayşənlə 2 ildən çox sevgili kimi münasibət saxlamışlar; bu barədə Ayşənin anası Sevinc də məlumatlı olmuşdur; bəzən Ayşəngilə getmiş, evdə sonuncunun otağına keçərək onunla söhbət etmişdir; həmin vaxt Ayşənin uşaqları da evdə olmuşdur; o həmçinin Ayşəngilə maddi yardım da göstərmişdir; bundan başqa, Şahid6 Zərərçəkmiş şəxs2 başqa şəxslərlə də danışdığını, telefonla yazışarkən bir-birilərini qarşılıqlı olaraq təhqir etdiklərini bildirmişdir (3-cü cild iş vərəqi 90-92). İşdə olan 10 noyabr 2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, götürmə zamanı Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın tiyəsi götürülmüşdür (1-ci cild iş vərəqi 47-53). İşdə olan 10 noyabr 2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, götürmə zamanı Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qara rəngli qolsuz gödəkçə, qara rəngli köynək, qara rəngli şalvar, qara rəngli kəmər və qara rəngli qısaqol mayka götürülmüşdür (1-ci cildi ş vərəqi 56-66). İşdə olan 10 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Şahid1 məxsus ‘'Mercedes Benz” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanabənzər ləkə nümunələri götürülmüşdür (1-ci cild iş vərəqi 32- 40). İşdə olan 15 noyabr 2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, götürmə zamanı Şahid4 Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın dəstəyi götürülmüşdür (1-ci cild iş vərəqi 177-184). İşdə olan 16 noyabr 2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, götürmə zamanı “3 saylı Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsindən Zərərçəkmiş şəxs2 məxsus qara rəngli qolsuz gödəkçə, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli uzunqol sviter, bir cüt üzərində qanabənzər ləkələr olan və “Chanel’' sözü yazılmış ağ rəngli corab, bir cüt qarışıq rəngli idman ayaqqabısı, qırmızı rəngli büstqalter, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli şalvar götürülmüşdür (1-ci cild iş vərəqi 213-228). İşdə olan 06 yanvar 2022-ci il tarixli disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 istifadəsində olan "xxxx" MMC-yə məxsus (051) ***-**-** və (051) ***-**-** mobil telefon nömrələri ilə aparılmış danışıqlarda, göndərilmiş və qəbul edilmiş SMS-lərin məzmununda iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir; qeyd olunan diskə əlavə baxış keçirilən zaman orada (070) ***-**-** nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan (051) 425- 97-36 nömrəyə nalayiq ifadələr olan SMS göndərildiyi, sonuncunun istifadəsində olan nömrə ilə müxtəlif şəxslərlə yazışmalar apardığı müəyyənləşdirilmişdir (2-ci cild iş vərəqi 220 və 3-cü cild iş vərəqi 84). İşdə olan 31 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan "Bakcell MMC-yə məxsus (055) ***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqlarda, göndərilmiş və qəbul edilmiş SMS-lərin məzmununda iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir; cinayət işinin materiallarında olan 31 yanvar 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan '’Azərfon” MMC-yə məxsus (070) ***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqlarda, göndərilmiş və qəbul edilmiş SMS-lərin məzmununda iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir; qeyd olunan diskə əlavə baxış keçirilən zaman orada Zərərçəkmiş şəxs2 istifadəsində olan nömrə ilə digər nömrələr arasında sevgi xarakterli yazışmalar aparıldığı müəyyənləşdirilmişdir (2-ci cild iş vərəqi 240 və 3-cü cild iş vərəqi 83). İşdə olan 9 dekabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin 102 xidmətində saxlanılan səs yazısına əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı cinayət törətdikdən sonra baş vermiş hadisə və olduğu yer barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir (2-ci cild iş vərəqi 137-138). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 20 noyabr 2021-ci il tarixli 136 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin ovuc səthinin, sağ əlin İV, V barmağının, sol əlin İ, İİİ barmağının səthi kəsilmiş yaraları aşkar edilmişdir; qeyd olunan xəsarətlər iti kənarı olan əşya (alət), ola bilsin ki, bıçaq təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10 noyabr 2021-ci il tarixdə yetirilməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir; Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin şəxsin özü tərəfindən yetirilməsi inkar edilmir (2-ci cild iş vərəqi 50-51). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 1 dekabr 2021-ci il tarixli 29 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində təpə nahiyəsinin hematoması, sol bazunun, hər iki saidin, sol baldırın qançırları, sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları aşkar edilmişdir; qeyd olunan xəsarətlərdən sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları iti kənarı olan əşya (alət) ola bilsin ki, bıçaq təsirindən, digər xəsarətlər isə küt əşya (əşyalar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10 noyabr 2021-ci il tarixdə yetirilməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşsələr də, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (2-ci cild iş vərəqi 52-53). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 1 dekabr 2021-ci il tarixli 29 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 bədənində boynun aşağı 1/3-nin ön-sol yarısının əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara və boynun sağ-yan səthinin orta 1/3-nin əzələ toxumalarının, arteriya-vena damarlarının zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir; qeyd edilən xəsarətlər (cəmi 02 ədəd) həyatidirlər, deşici-kəsici alətin təsirindən Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl törənmişlər, qərarda göstərilən 10 noyabr 2021-ci il tarixə uyğun gəlirlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətələrinə malikdirlər, baş vermiş ölümlə birbaşa əlaqəlidirlər; mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlərdən - boynun sol yan səthinin aşağı 1/3-nin əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağ ciyərin zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yarası bir yara kanalı əmələ gətirir, yara kanalının istiqaməti yuxarıdan aşağıya, soldan az sağa doğrudur, yara kanalının uzunluğu təxminən 14 sm-ə qədərdir; boynun sağ yan səthinin orta 1/3-nin əzələ toxumalarının, arteriya- vena damarlarının zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə kor qurtarır; mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb boynun əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur; meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs2 meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir; mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir və onlar müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər; mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla və eləcə də, o tipli digər bıçaqlarla yetirilə bilərdi; mərhum Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfınktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir; mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmiş, etil spirti aşkar edilməmişdir (2-ci cild iş vərəqi 103-107). İşdə olan məhkəmə-lifli ekspertiza üzrə 22 dekabr 2021-ci il tarixli 6/5421 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər; tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilər 1 ədəd köynəyin səthi üzərində aşkar edilmiş açıq çəhrayı 4 rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 1 ədəd poliverin tərkib liflərinə uyğun gəlirlər (2-ci cild iş vərəqi 196-203). İşdə olan məhkəmə-ballistik ekspertiza üzrə 22 dekabr 2021-ci il tarixli 3/1928;3/1931 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının tiyə-dəstək hissəsidir, soyuq silah hesab edilmir; tədqiqata təqdim edilmiş geyim əşyalarından Təqsirləndirilən şəxs məxsus qolsuz maykanın üzərində olan zədə fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, qopma zədəsidir; həmin zədə fiziki qüvvənin təsirindən yarana bilər; lakin bu cür zədənin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmini kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir; təqdim edilmiş tiyə və dəstək hissələri vahid bütövlük təşkil edir və eyni predmetin hissələridir; təqdim edilmiş digər geyim əşyalarının üzərində hər haıısı bir mexaniki zədə aşkar edilməmişdir (2- cild iş vərəqi 188-193). İşdə olan ambulator məhkəmə-psixatrik ekspertiza üzrə 4 dekabr 2021-ci il tarixli 2878 nömrəli ekspert rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir; onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür; yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə həmçinin törətdiyi əməllə bağlı baş vermişləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir; Təqsirləndirilən şəxs emosionallıq, kobudluq, qıcığa qarşı həssaslıq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək, inadkarlıq, kinlilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəlki dövrdə keçmiş həyat yoldaşının (Zərərçəkmiş şəxs2) başqa şəxslərlə görüşməsindən, münadibətdə olmasından şübhələnmiş, bu səbəbdən onu öldürmək fikrinə düşmüş, lakin təkrar ailə kimi yaşayacaqları təqdirdə onu öldürmək fikrindən daşınacağını bildirmiş, Zərərçəkmiş şəxs2 əvvəlcə həmin təkliflə razılaşaraq birgə yaşayacaqlarını desə də, daha sonra təkrar qaçıb getmiş, hadisədən bir gün əvvəl qızı ona evlərinə bir nəfər şəxsin gəldiyini, həmin şəxsin anasının dostu olduğunu, onların birgə yemək yedikdən sonra yatmağa keçdiklərini söyləmiş, həmin müddətdən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs2 öldürmək fikrini qətiləşdirmiş, emosional sferasında qısqanclıq, kinliklik, hirslilik, gərginlik kimi hallar yaranmışdır; belə qənaətə gəlinir ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşından qisas almaq məqsədilə qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törətməsini əvvəlcədən planlaşdırmışdır; Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (2-ci cild iş vərəqi 182-187). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 13 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi Abeta/H/(İİ)-dır; ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus idman ayaqqabısı, gödəkçə, uzunqol sviter, idman şalvarı, lifçik, bir cüt corab, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, cins şalvar, bir ədəd bıçaq, 2 ədəd kosmetik pambıq tamponlar və 5 ədəd kosmetik pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur; bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır; aqqlyutinlər isə alınmamışdır; bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs2 məxsus ola bilər; ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, kəmər və 1 ədəd kosmetik pambıq tamponun üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır; dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti barədə fikir söylənilmək mümkün olmamışdır (2-ci cild iş vərəqi 246-254). İşdə olan Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 24 noyabr 2021-ci il tarixli 1110 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 həmin xəstəxanada qeydiyyatda olmamışlar (2-ci cild iş vərəqi 90). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 10 dekabr 2021-ci il tarixli 19/5 N14123 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur (2ci cild iş vərəqi 145). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Pirallahı rayon məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli 1(094)-43/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 vuraraq ona qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin zərərçəkmiş şəxslər barışdığına görə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilmişdir (2ci cild iş vərəqi 38-40). İşdə olan 11 noyabr 2021-ci il tarixli 058-11045-1221 nömrəli məktuba əlavə edilmiş Pirallahı RPŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə saat 16:29-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq Zərərçəkmiş şəxs2 boğazını kəsməsi barədə məlumat verdiyini bildirmişdir (1-ci cild iş vərəqi 174). İşdə olan Pirallahı rayon MKİS-dən alınmış arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında qeydiyyatsız yaşayır və yaşadığı ünvanda müsbət xarakterizə olunur (2-ci cild iş vərəqi 248-250). İşdə olan Pirallahı RİH Başçısının Gürgən qəsəbə icra nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Musayev X2 rayonu, Gürgən qəsəbəsi. İ.Məcidov ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır və yaşadığı ünvanda müsbət xarakterizə olunur (2-ci cild iş vərəqi 30-31). İşdə olan şübhəli şəxsin tutulması haqqında 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 81). İşdə olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 168-169). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 221.3-cü maddəsinin manksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 221.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olması, 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar olsa da təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində da göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir”; həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəbolur; ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməliAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiqolaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur; həmin qərarın 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür; həmin qərarın 11-ci bəndinə əsasən xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıqhəddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağırnövünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır.Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfediciəlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsüfolunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və xüsusilə ağır cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 10 noyabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Pirallahı rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın tiyəsi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qara rəngli qolsuz gödəkçə, qara rəngli köynək, qara rəngli şalvar, qara rəngli kəmər və qara rəngli qısaqol mayka, 'Mercedes Benz” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qanabənzər ləkə nümunələri, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın dəstəyi, mərhum Zərərçəkmiş şəxs2 məxsus qara rəngli qolsuz gödəkçə, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli uzunqol sviter, bir cüt üzərində qanabənzər ləkələr olan və “Chanel» sözü yazılmış ağ rəngli corab, bir cüt qarışıq rəngli idman ayaqqabısı, qırmızı rəngli büstqalter, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-bioloji və məhkəmə ballistik ekspertizalar üzrə tədqiqatların dəyəri 354,16 manat (üç yüz əlli dörd manat on altı qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Pirallahı rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunələri, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın tiyəsi, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan qara rəngli qolsuz gödəkçə, qara rəngli köynək, qara rəngli şalvar, qara rəngli kəmər və qara rəngli qısaqol mayka, 'Mercedes Benz” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qanabənzər ləkə nümunələri, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağın dəstəyi, mərhum Zərərçəkmiş şəxs2 məxsus qara rəngli qolsuz gödəkçə, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli uzunqol sviter, bir cüt üzərində qanabənzər ləkələr olan və “Chanel» sözü yazılmış ağ rəngli corab, bir cüt qarışıq rəngli idman ayaqqabısı, qırmızı rəngli büstqalter, üzərində qanabənzər ləkələr olan çəhrayı rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-bioloji və məhkəmə ballistik ekspertizalar üzrə tədqiqatların dəyəri 354,16 manat (üç yüz əlli dörd manat on altı qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar