Məhkəmə qərarları › İş №1(101)-957/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-957/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-957/2023 24.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2008 və 2010-cu il təvəllüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Hökməli qəsəbə ərazi dairəsi, Hökməli qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edici maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Renat” adlı Türkiyə Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin oktyabr ayının əvvəllərində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Xətai rayonununda yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığında gizlədilmiş külli miqdarda 37,289 qram çəkidə narkotik vasitə olan kokaini, külli miqdarda 2,2 qram çəkidə narkotik vasitə olan metadonu, 344,177 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda 21,698 qram çəkidə psixotrop maddə olan MDMA (metilendioksimetafetamin, ekstazi), eləcədə külli miqdarda 31,950 qram narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini əldə edib daşıyaraq, bükümlərə yerləşdirməklə bir hissəsini üzərində, digər hissəsini yaşadığı evində saxlamış, 20 oktyabr 2022-ci il tarixdə saat 21:20-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən DİN-in BNMİ-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki pencəyin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 48,620 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd blisterdə ümumilikdə 20 ədəd qəhvəyimtil-boz rəngli tabletlərin tərkibində ümumilikdə 0,8 qram narkotik vasitə metadon aşkar edilərək götürüldükdən sonra xx.xx.2022-ci il tarixdə saat 00:45-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman evin zirzəmisində qara rəngli çantanın içərisindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 35,837 qram, 0,458 qram, 0,994 qram ümumi təmiz çəkisi 37,289 qram ağ rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə kokain, üzərlərində “Methadone 40 Faran” yazıları olan 04 ədəd blisterdə ümumilikdə 35 ədəd qəhvəyimtil-boz rəngli tabletlərin tərkibində ümumilikdə 1,4 qram narkotik vasitə metadon, üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 235,0 qram, həmin bağlamada 01 ədəd göy rəngli sellofan bağlamada 04 ədəd skoçla bağlanmış salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 50,181 qram, 4,251 qram, 1,961 qram, 2,224 qram, 1,940 qram ümumi təmiz çəkisi 295,557 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,505 qram, 13,242 qram, ümumi çəkiləri 21,747 qram açıq qəhvəyi rəngli həb qırıntılarından və tozlarından ibarət olan eyni tərkibli kütlələrin tərkibində ümumilikdə 10,874 qram külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetafetamin, ekstazi), 01 ədəd bükümdə 88 ədəd çəhrayı rəngli həblərin tərkibində ümumilikdə 10,824 qram külli miqdarda psixotrop maddə MDMA (metilendioksimetafetamin, ekstazi), üzərlərində “Pregabalin 150” yazıları olan 10 ədəd blisterdə ümumilikdə 151 ədəd göy/narıncı rəngli dərman kapsullarının və üzərlərində “Alyse 150” yazıları olan 05 ədəd blisterdə ümumilikdə 62 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 31,950 qram külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, evlidir, himayəsində 11 və 13 yaşlı iki azyaşlı qızları vardır. O, tutulmamışdan əvvəl bir neçə dəfə marixuana istifadə etmişdir. Hadisədən, yəni tutulmamışdan 10-15 gün qabaq 2022-ci ilin oktyabr ayının əvvəllərində Biləsuvar rayonuna qardaşı qızının toyuna getmişdir. Toyda olan bir şəxsdən 20 manat ödəyərək 2 qrama yaxın nəşə, yəni marixuana əldə etmişdir. Toyda bir hissəsini istifadə etmiş, Biləsuvardan Bakıya qayıtdıqdan sonra tutulduğu 20 oktyabr 2022-ci il tarixədək həmin marixuanadan yenə istifadə etmiş, tutulan zaman təxminən bir qram marixuana qalmışdır. O, qalan bir qram marixuananı isə şalvarının cibində saxlamışdır. Onu Renat adlı şəxsin işarəsi ilə «Meyvəli» bazarından işdən çıxıb evə gedən zaman polislər saxlamışdır. Onu polislər saxlayan zaman rayonda toyda ona nəşə satan şəxs polislərin yanında olmuşdur. Polislərin yanında daha bir şəxs də olmuş, laki nonu o, əvvəllər görməmişdir. Polislərə bildirmişdir ki, üzərində bir büküm marixuana var, onu şəxsi istifadəsi üçün əldə etmişdir. Polislər ondan marixuananı hardan əldə etdiyini soruşduqda ona nəşə satan və polislərin yanında olan şəxsi göstərib bildirmişdir ki, marixuananı ona bu şəxs satmışdır. Polislər ona bildirmişlər ki, Renatın sumkasının içində olan narkotik vasitələr, psixotrop maddə və həblərin ona məxsus olmasını boynuna almalıdır. Onu polislər hədələmişlər ki, çantanı və içərisində olan qanunsuz əşyaların ona məxsus olmasını boynuna almasa həmin əşyaları evindən çıxaracaqdır. Ailələrində həyat yoldaşı ilə olan boşanma məsələsi ilə bağlı istəməmişdir ki, polislər onun evinə getsin və BNMİ-də məcbur qalıb polislərin təklifi ilə razılaşaraq hər şeyi boynuna almışdır. Polislər ona demişlər ki, boynuna aldığı təqdirdə onu sərbəst buraxacaqlar. Material müstəntiqə verildikdən sonra ona ifadə verdiyi zaman bildirmişdir ki, onun üzərində yalnız bir büküm marixuana olmuş, marixuananı öz istifadəsi üçün almış, qalan əşyalar isə ona məxsus deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Ondan əvvəl Təqsirləndirilən şəxsla heç bir münasibəti , düşmənçiliyi və ədavəti olmamışdır. 20 oktyabr 2022-ci il tarixdə həmkarı Şahid1 Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında yaradılmış əməliyyat qrupuna o, həmkarları Şahid1 və Şahid3 daxil edilmişlər. 20 oktyabr 2022-ci il tarixdə saat 21:20-də Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığına gedib orada Təqsirləndirilən şəxs müəyyən edərək özlərini ona təqdim edərək Baş İdarəyə apararaq təhqiqatçı Yelmar Vahabova təqdim etmişlər. Sonuncu Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, ona müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Həmin baxışda o, Şahid1 və Şahid3 da iştirak etmişlər. Baxış videoçəkilişlə aparılmışdır. Baxışdan əvvəl təhqiqatçı X8 İbadova üzərində olan əşyaları təqdim etməyi təklif etmiş və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan pencəyin sağ yan cibindən bir ədəd sellofan bükümü və metadon həblərini masanın üzərinə qoymuşdur. Bundan başqa o, «Redmi» və «Samsung» markalı mobil telefonları da təqdim etmişdir. O, üzərində olan şəxsiyyət vəsiqəsi, açar və 1450 manat pulu da təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki marixuanadır, həmin marixuana və metadon həblərini Türkiyə Respublikası vətəndaşı olan Renat adlı şəxsin bildirdiyi yerdən götürmüşdür. Bu baxışla əlaqədar protokol tərtib edilmiş, sellofan büküm və həblər zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Həm tərtib olunmuş protokolu və zərfin üzərini Təqsirləndirilən şəxs heç bir təzyiq olmadan könüllü imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Renatdan əldə etdiyi narkotik vasitəsi və psixotrop maddələrin bir hissəsini də yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi evində saxlayır və həmin evə baxış keçirilməsinə etiraz etmir. Təhqiqatçının göstərişi ilə eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və Təqsirləndirilən şəxs evində olan zirzəmidə saxladığı qara rəngli çantanı onlara təqdim etmişdir. Zirzəminin yerdən hündürlüyü 60 sm olardı. Təqsirləndirilən şəxsla həmin zirzəminin içərisinə o daxil olmuşdur. Öz mobil telefonunun fənərini yandıraraq zirzəmini işıqlandırmışdır. Həmin çantadan 6 büküm marixuana, bundan savayı kakain bükümləri, çox sayda preqabalin, metadon və ekstazi həbləri, həmçinin elektron tərəzi aşkar edilərək götürülmüşdür. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və təzyiq olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 20 oktyabr 2022-ci il tarixdə Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin Qaradağ rayonu ərazsində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu məlumata qədər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin məlumat əsasında müvafiq qərar qəbul edilmiş, ondan, baş idarənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmışdır. Bundan sonra 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığına getmişlər. Belə ki, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin bazarda işləməklə məhz orada qanunsuz fəaliyyətlə məşğul olurdu. 20 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs «Meyvəli2 bazarın yanında saxlayıb baş idarəyə gətirmişlər. Orada təhqiqatçı Təqsirləndirilən şəxs müdafiəçi təqdim edərək onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki pencəyin sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 20 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üzərindən aşkar olunmuş kütlələri əslən azərbaycanlı olan və Türkiyə Respublikasında yaşayan “Renat” adlı şəxsdən tutulmazdan 10-15 gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisindən əldə etmişdir ki, sonradan Renatın bildirdiyi ünvanlara qoysun. Bu işə görə Renat onun bank kartına 2.000 manat pul köçürməli idi. Təqsirləndirilən şəxs həmçinin təhqiqatçıya könüllü və sərbəst şəkildə bildirmişdir ki, onun kirayə yaşadığı Binəqədi rayonu Çiçək qəsəbəsindəki evində də narkotik vasitələr vardır, onları təqdim edə bilər, həmin evə baxış keçirilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyaları qablaşdırdıqdan və bununla bağlı protokol tərtib etdikdən sonra onlar hamısı eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş və orada Təqsirləndirilən şəxs öz açarı ilə qapını açmış və evin zirzəmisində olan qara rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən 06 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd bükümdə narkotik vasitə olan kokainə bənzər kütlə, çox sayda preqabalin və metadona bənzər həblər, ekstaziyə bənzər həblər, 02 ədəd bükümdə toz halında açıq qəhvəyi rəngli ekstazi həblərinə bənzər kütlə, 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Başqa hansı əşyaların olduğunu üstündən xeyli müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri “Renat” adlı şəxsin vasitəsi ilə tutulmazdan 10-15 gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Renat” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Renat” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını bildirmişdir. Bu əməliyyatdan sonra müəyyən etmişlər ki, Renatın əsl adı Nihaddır, o, azərbaycanlıdır.Nihadın müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir. Təqsirləndirilən şəxs məhkəmədə düzgün ifadə vermir, onda yalnız marixuana olmamışdır. Pərvizi saxladıqları zaman yanlarında kənar adam olmamış, yəni Pərvizə marixuana satan şəxs olmamışdır. Təqsirləndirilən şəxs qarşı istər saxladıqları zaman, istərsə də idarədə heç bir fiziki zor və ya təzyiqlər olmamışdır. Bunu Pərvizin üzərinə və evinə baxış zamanı çəkilmiş videogörüntü də sübut edir. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, şahidin ifadəsi ilə razı deyildir, onun üzərində yalnız marixuana olmuş, Renat adlı şəxslə heç bir əlaqəsi olmamışdır, ona marixuana verən şəxs isə işlədiyi Meyvəli bazarının yanında saxlanıldığı zaman polislərin yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BNMİ-nin XMİÜ əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, həmkarı Şahid1 Pərrviz İbadovun Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupuna həmkarları Şahid1 və Şahid2la yanaşı o da təyin edilmişdir. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində «Meyvəli» bazarın yanında saxlayıb baş idarəyə gətirmişlər. Orada təhqiqatçı Təqsirləndirilən şəxs müdafiəçi təqdim edərək onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki pencəyin sağ yan cibindən bir ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 20 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üzərindən aşkar olunmuş kütlələri əslən azərbaycanlı olan və Türkiyə Respublikasında yaşayan “Renat” adlı şəxsdən tutulmazdan 10-15 gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisindən əldə etmişdir ki, sonradan Renatın bildirdiyi ünvanlara qoysun. Bu işə görə Renat onun bank kartına 2.000 manat pul köçürməli idi. Təqsirləndirilən şəxs həmçinin təhqiqatçıya könüllü və sərbəst şəkildə bildirmişdir ki, onun kirayə yaşadığı Binəqədi rayonu Çiçək qəsəbəsindəki evində də narkotik vasitələr vardır, onları təqdim edə bilər, həmin evə baxış keçirilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyaları qablaşdırdıqdan və bununla bağlı protokol tərtib etdikdən sonra onlar hamısı eyni tərkibdə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş və orada Təqsirləndirilən şəxs öz açarı ilə qapını açmış və evin zirzəmisində olan qara rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən 06 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd bükümdə narkotik vasitə olan kokainə bənzər kütlə, çox sayda preqabalin və metadona bənzər həblər, ekstaziyə bənzər həblər, 02 ədəd bükümdə toz halında açıq qəhvəyi rəngli ekstazi həblərinə bənzər kütlə, 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Başqa hansı əşyaların olduğunu üstündən xeyli müddət keçdiyi üçün xatırlamır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri “Renat” adlı şəxsin vasitəsi ilə tutulmazdan 10-15 gün əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Renat” adlı şəxsin ona 2000 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs özündə olan mobil telefonda qanunsuz olan narkotik vasitələrin çəkilərini və yerləşdirdiyi ərazinin fotoşəkillərini göstərmişdir. Təqsirləndirilən şəxs qarşı istər saxladıqları zaman, istərsə də idarədə heç bir fiziki zor və ya təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından və xx.xx.2022-ci il tarixli əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun yaradılmasına dair əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifşa olunması üçün BNMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibarət qrup yaradılmış, həmin əmrdə bu şəxslərdən savayı digər şəxslərin, o cümlədən könüllü olaraq polisə kömək edən şəxslərin əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaları nəzərdə tutulmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 20 oktyabr 2022-ci il tarixdə, saat 21:20 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Həmin protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kərim Bağırov tərəfindən protokola əlavə və qeydlər daxil edilmədi, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etməklə tutmanın məhz xx.xx.2022-ci il tarixdə baş verdiyini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, müdafiəçi Kərim Bağırovun iştirakı ilə videoçəkiliş aparılmaqla BNMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki pencəyin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 20 (iyirmi) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***- **-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 ədəd içərisində simkart nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd açar və əynində olan şalvarın arxa sol cibindən 1450 manat pul aşkarlanaraq götürülmüşdür.Aşkar olunmuş kütlələr ağ kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən 2 ədəd mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürüldü. 1 ədəd açar və əynində olan şalvarın arxa sol cibindən 1450 ( min dörd yüz əlli) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı Türkiyə Resoublikası vətəndaşı olan “Renat” adlı şəxsin vasitəsi ilə 10-15 gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini,Adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Renat” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Renat” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 21 oktyabr 2022-ci il tarixli BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabova ünvanlanmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, müdafiəçi Kərim Bağırlovun iştirakı ilə videoçəkiliş aparılmaqla Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış zamanı, şübhəli şəxs Təqsirləndirilən şəxs edilən təklifdən sonra evdə zirzəmidə qara rəngli çantanın içərisindən 06 (altı) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 03 (üç) ədəd bükümdə olan kokainə bənzər kütləni, 213 (iki yüz on üç) ədəd preqabalin həblərinə bənzər kütləni, 35 (otuz beş) ədəd metadon həblərinə bənzər, 88 (səksən səkkiz) ədəd çəhrayı rəngli ekstazi həblərinə bənzər kütləni, 2 (iki) ədəd bükümdə toz halında açıq qəhvəyi rəngli ekstazi həblərinə bənzər kütləni, 01 (bir) ədəd elektron tərəzini, 01 (bir) ədəd özünə məxsus hərbi bileti, 01 ( bir) ədəd üzərində 5243 7544 4149 7458 nömrəsi olan plastik bank kartını, 09 (doqquz) ədəd açarı, 01 (bir) ədəd bank kartını və 01 (bir) ədəd qayçını təqdim etmişdir.Həmin aşkar edilmiş kütlələr və elektron tərəzi qablaşdırılaraq, DİNnin 7 saylı möhürü il möhürlənmiş və iştirakçılar tərəfində imzaları ilə təsdiq edilmişdir.İş üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd bank kartı və Təqsirləndirilən şəxs məxsus hərbi bilet ona izah edildikdən sonra götürülmüş, 9 (doqquz) ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı Türkiyə Resoublikası vətəndaşı olan “Renat” adlı şəxsin vasitəsi ilə 10-15 gün bundan əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini,Adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Renat” adlı şəxsin ona 2000 manat pul verəcəyini, “Renat” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını bildirmiş, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində və müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən müəyyən olunur ki, o Renat adlı şəxsdən bir dəfə şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana almuş, tutulmamışdan əvvəl telefonla Renatın bildirdiyi ünvandan, yəni Həzi Aslanov metrostansiyasının yanından qara çantanı götürmüşdür ki, içindəki qanunsuz əşyaları Renatın göstərdiyi ünvanlara yerləşdirsin və buna görə Renat onun kartına 2000 manat pul yatıracaqdı. Həmin çantadan şəxsi istifadəsi üçün marixuana və 2 ədəd blisterdə 20 ədəd metadon həblərini götürüb üzərində saxlamış, qalan əşyaları evində zirzəmidə saxlamışdır. O saxlanıldıqda ona qarşı heç bir zor tətbiq edilməmiş, üzərində və evində olan qanunsuz əşyaları-narkotik vasitələri, kokaini, preqabalin həblərini, metadon həblərini, ekstazi həblərini, 1 ədəd elektron tərəzini özü polisə təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarxili Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Barəsində sanksiya tətbiq edən hakimə Təqsirləndirilən şəxs bildirmişdir ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilir, ona qarşı hər hansı bir zor və təzyiqin olmasından şikayət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizası təyin edilmiş, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/6119 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs təqdim etdiyi...“ və s. yazılar, imzalar olan bağlamadakı üzərlərində Methadone 40 Faran yazılan olan 02 ədəd blisterdə ümumilikdə 20 ədəd qəhvəymtü- boz rəngi tabletlərin tərkibində ümumilikdə 0,8qram narkotik vasitə metadon müəyyən edildi; - üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən... “ və s yazılar, imzalar olan çantadakı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 35.837qram; 0.458 qram; 0,994 qram; ümumi təmiz çəkiləri 37,289 qram ağ rəngli, tozşəkiilı maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; 03 bükümdəki kokain kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərlərində "Methadone 40 Faran" yazılan olan 04 ədəd blisterdə ümumilikdə 35 ədəd qəhvəyimtil-boz rəngli tabletlərin tərkibində ümumilikdə 1,4 qram narkotik vasitə metadon müəyyən edildi; üzərlərində Pregabalin 150" yazıları olan 10 ədəd blisterdə ümumilikdə 151 ədəd göy/narıncı rəngli dərman kapsullarının və üzərlərində “ALYSE 150 yazıları olan 05 ədəd blisterdə ümumilikdə 62 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 31,950 qram güclü təsir edən maddəpreqabalin müəyyən edildi; 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8.505 qram, 13,242 qram, ümumi çəkiləri 21,747 qram açıq qəhvəyi rəngli həb qırıntılarında və tozlarından ibarət olan eynitərkibi kütlənin tərkibində (ümumilikdə 10,874 qram MDMA (metilendioksimetamfetamin, ekstazı) maddəsi müəyyən edildi, 01 ədəd bükümdə 88 ədəd çəhrayı rəngi həblərin tərkibində ümumilikdə 10,824 qram MDMA (metiendioksimetamfetamin, ekstazi) maddəsi müəyyən edildi, 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində nəzarətdə olan maddələr müəyyən edilmədi. Məhkəmə-bioloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 7/1204 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış göy rəngli polietilen bağlamada təmiz çəkisi - 48,620 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə- qurudulmuş marixuanadır -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan qara rəngli əl çantasındakı üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi-235,0 qram, həmin bağlamada 1 ədəd göy rəngli sellofan bağlamada, 4 ədəd skoçla bağlanmış salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri - 50,181qram; 4,251qram;1,961qram; 2,224qaram; 1,940qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-295,557 qramdır. -Təqsirləndirilən şəxs təqdim etdiyi və onun evindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. -Tədqiqata təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ambulator psixiatrik eksperizasının xx.xx.2022-ci il tarixli, 2944 saylı rəyindən müəyyən olur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 6659 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, baxış Təqsirləndirilən şəxs istifadəsindəki üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı və üzərində mobil nömrə olmayan “Samsung” markalı mobil telefonun “Whatsapp” bölməsində və “Mesajlar” bölməsində olan digər profillərlə Təqsirləndirilən şəxs arasındakı yazışmalara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər-hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Bakı şəhəri Binəqədi RPİ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda aşkar olunmuş narkotik vasitələrin əldə edilmə mənbəyini müəyyən edilməsi istiqamətində bir sıra əməliyyatlar keçirilmiş, lakin müsbət nəticə əldə edildiyi halda, istintaqa əlavə məlumat veriləcəyi bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 oktyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 cinayət işinin bütün materialları ilə tanış olmuş və əlavə və düzəlişlər barədə qeydləri daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin 2464 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X7 BŞNM-də qeydiyyatda olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən xasiyyətnamədən və digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailəlidir, 2008 və 2011-ci il təvəllüdlü iki övladı vardır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, baxış zamanı X4 aşkar edilərək götürülmüş “İphone”, “Samsung” və “Redmi” markalı mobil telefonlar sonuncunun anası Zəminə Tahirovaya qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki,Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif olunmuş, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 37,289 qram çəkidə narkotik vasitə olan kokaindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 37,169 qram çəkidə narkotik vasitə kokainin, 55 ədəd narkotik vasitə olan metadon həblərindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 51 ədəd metadon həbləri, 344.177 qram çəkidə narkotik vasitə olan marixuanadan iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 344,037 qram çəkidə narkotik vasitə olan marixuananın və 88 ədəd psixotrop maddə olan MDMA həblərindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 86 ədəd MDMA həbləri, 21,747 qram psixotrop maddə olan MDMA kütləsindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 21,147 qram MDMA kütləsi, 213 ədəd narkootik vasitələr və psixotrop maddələri aid olmayan güclü təsir edən maddə olan preqabalindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 103 kapsul və 01 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nə saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə və yaşadığı evə baxış keçirilməsinin görüntüsünü əks etdirən görünütləri olan 02 ədəd CD disk maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərinə və mənzilinə baxış protokolu ilə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və sanksiyaya çıxarılan zaman verdiyi ifadələr, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə sübutların məcmusuna əsaslanaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir, onun məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşmaqla həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində 2008 və 2011-ci il tarixli uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalmış 37,289 qram çəkidə narkotik vasitə olan kokaindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 37,169 qram çəkidə narkotik vasitə kokain, 55 ədəd narkotik vasitə olan metadon həblərindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 51 ədəd metadon həbləri, 344.177 qram çəkidə narkotik vasitə olan marixuanadan iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 344,037 qram çəkidə narkotik vasitə olan marixuananın və 88 ədəd psixotrop maddə olan MDMA həblərindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 86 ədəd MDMA həbləri, 21,747 qram psixotrop maddə olan MDMA kütləsindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 21,147 qram MDMA kütləsi, 213 ədəd narkootik vasitələr və psixotrop maddələri aid olmayan güclü təsir edən maddə olan preqabalindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 103 kapsul və 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübutların məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 182 (yüz səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə, CMnin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalmış 37,169 qram çəkidə narkotik vasitə kokainin, 51 ədəd metadon həbləri, 344,037 qram çəkidə narkotik vasitə olan marixuana, 86 ədəd MDMA həbləri, 21,147 qram MDMA kütləsi, 103 kapsul preqabalin və 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübutların məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 182 (yüz səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar