Məhkəmə qərarları › İş №1(101)-957/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-957/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-957/2025 30.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X5, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Zərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Əziməmmədov küçəsi, ev 15/37 ünvnında qeydiyyatla olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (əvvəlki redaksiyada) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından 27 oktyabr 2024-cü il tarixədək olan müddətdə istintaqla müəyyən olunmayan mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış, tiyəsi gümüşü-qara rəngli metaldan istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik açılıbbağlana bilən, dəstəyinin uzunluğu 140 mm olmaqla ümumi uzunluğu 230 mm olan, üzərində “combat troodon 00556 06/2019 microtech d/e” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edərək üzərində mütəmadi olaraq saxlamaqla gəzdirmiş, Bakı Apellyasiya məhkəməsinin 1(103)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1 və 240.1-c maddələri ilə təqsirli bilinərək) 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda həmin cəzanı çəkən (bibisi oğlu) X2, onun yaşadığı ünvan 1 ünvanı ilə qonşuluqda ailəsi ilə birgə yaşayan arvadı Şahid7 +**********68 nömrə altında istifadə etdiyi mobil telefonda quraşdırılmış “Whatsapp” mobil tətbiqetməsi vasitəsinə 27 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində onlarla eyni qəsəbədə qonşuluqda yaşayan tanışı Zərərçəkmiş şəxs +**********51 nömrə altında istifadə etdiyi mobil telefonda quraşdırılmış “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə dəfələrlə zəng etməsi 27 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində ona məlum olduqdan sonra bibisi oğlu Şəmistan Əhmədovun yanlarında olmadığı müddətdə onun ailəsinin əmanət olmaqla qəsəbə daxilində adlarının təmizliyinin, hörmətinin və namusunun qorunmasının özünün mənəvi borcu olması qənaətinə gəlib, bundan hiddətlənərək qeyd edilən zənglərin səbəbinin aydınlaşdırılmasından ötrü 27 oktyabr 2024cü ii tarixdə saat 22 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində yerləşməklə Zərərçəkmiş şəxs məxsus təmir sexinə gələrək orada həmin mövzuda sonuncu ilə danışdığı zaman qeyd edilən zənglərin səbəbini aydınlaşdıra bilməyib aralarında bu zəmində yaranmış mübahisənin təsiri altında Zərərçəkmiş şəxs həmin sexin içərisində vurmaq üçün onun üzərinə gəldiyi zaman qeyrilərinin onları ayırmasından sonra qohumunun arvadına zəng etməsinə və üzərinə gələrək onu vurmağa çalışmasına görə Zərərçəkmiş şəxs qarşı yaranmış nifrət hissinin təsiri altında onu cəzalandırmaq və buna görə onu qəsdən öldürməklə qisas almaq qərarına gəlib bu məqsədlə cinayətkar niyyətini həyata keçirmək üçün aralarındakı mübahisəni təklikdə həll edib yekunlaşdırmaqdan ötrü özünə əlverişli şərait yaratmaq məqsədi güdərək (istəyi ilə) sonuncu özünün istifadəsində olan “Lada priora” markalı, “Az ** EP ***” dövlət qeydiyyat nişanlı maşına əyləşərək özünün idarəetməsi ilə birlikdə Ələt-Salyan yolunun 6-cı kilometrliyinə gətirməyə nail olduqdan sonra orada yenidən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisədən yaranmış əlbəyaxa dava zamanı əli ilə Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən başın alın və sol bazu oynağı nahiyələrinin qançırları, sağ bud nahiyəsinin sıyrığı xəsarətlərini yetirmiş ardınca isə əvvəlcədən üzərində gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs bədəninə qəsdən ardıcıl zərbələr endirməklə sonuncuya dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol əlin arxa səthinin V barmağının orta falanqa sümüyünün açıq yerinidəyişmiş sınığı ilə müşayiət olunan bir ədəd deşilmiş - kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid qarının ön səthinin sol yarısının aşağı hissəsində daxilə nüfuz etməyən bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş - kəsilmiş yarası, sol əlin arxa səthinin İV barmağın orta falanqa proyeksiyasında bir ədəd deşilmiş kəsilmiş yara və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid daxili qanaxma, kəskin qanitirmə və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yaradan baş vermiş kəskin daxili qanitirmədən ölümünə səbəb olmaqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Rüfətlə qonşu olmuş, onu uşaq vaxtından tanımış, onunla həmişə münasibətləri yaxşı olmuşdur. Son vaxtlarda bibisi oğlunun arvadı Şahid7 hərəkətlərindən şübhələnmişdir. Bir gün evdə olarkən Güldanənin mobil telefona baxanda adı yazılmayan açıq nömrədən zəng gəldiyni görmüş, telefonu açanda bir nəfər oğlanın səsini eşitmiş, səsdən həmin səsin qonşu Rüfətin olduğunu bilmişdir. Həmin nömrəni yoxlayandan sonra həmin şəxsin Rüfət olmasına tam əmin olmuş, sonra Rüfətə zəng etmişdir. Rüfət ona demişdir ki, sexdədir və orda görüş müəyyən etmişlər. Sonra sexə getmiş, Rüfətlə orada bir qədər söhbət etmiş, söhbət əsnasında Rüfət arada əsəbləşmişdir. Səsə qonşulardan Elşad, Məhəbbət və Qulu gəlmişdir. Bundan sonra Rüfətlə birgə maşına oturmuşlar. Bir az yol getdikdən sonra Rüfətin bıçaq götürməsindən şübhələnmiş və Rüfətə demişdir ki, maşından düşsün. Özü də, müharibədə verilən bıçağı götürüb maşından düşmüşdür. Rüfətə tərəf gedəndə Rüfət ona əla atıb özünə tərəf çəkmiş, həmin vaxt Rüfətin əlində nəsə oldğundan şübhələndiyindən özünü müdafiə etmək üçün Rüfəti bıçaqla vurmuş, vurduqdan sonra Rüfət onu itələyərək qaçmağa başlamış, sonra Rüfət gözdən itmişdir. Özü isə geri qayıdanda Elşadın maşınını görmüş və Elşada Rüfəti vurduğumu bildirmiş, sonra elə həmin vaxt yaxınlığdan polis maşını keçirditindən həmin polis maşınını səsləmiş və onlara adam vurduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, aralarında olan mübahisə 10-15 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. 44 günlük vətən müharibəsində iştirak etmiş, iki medalım var, Suqovşan və Vətən uğrunda medalları. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusu olmuş, onu uşaq yaşlarından tanıyır, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Son vaxtlarda həbsdə olan bibisi oğlu Şəmistan Əhmədovun arvadı Şahid7 hərəkətlərindən şübhələnmiş, sonuncu mobil telefonunu çox vaxt gizlətmiş, gizli qaydada danışıb mesajlar yazmış, ancaq dəqiq olaraq bu barədə heç nə bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində evlərində olan zaman Güldanənin hərəkətlərindən daha əvvəl də şübhələndiyi üçün yenə Şahid7 işlətdiyi mobil telefona baxan kimi adı yazılmayan açıq nömrədən zəng gəlməsini görmüş, zəngi açan zaman bir nəfər kişi cinsli şəxs alo deyib zəngi söndürmüş, səsindən həmin şəxsin qonşusu Zərərçəkmiş şəxs olmasını bilmişdir. Nömrəni yoxladıqda zəng edənin Zərərçəkmiş şəxs olmasından tam əmin olmuşdur. Daha sonra özünün mobil nömrəsi ilə Zərərçəkmiş şəxsla əlaqə saxlamış, onun təmir sexində olmasını dəqiqləşdirmiş, əlavə söz demədən həmin yerdə gözləməsini tapşırmış, Zərərçəkmiş şəxs da onu gözlədiyini bildirmişdir. Həmin ərəfədə evdə atası Şahid2la bu barədə danışmış, sonuncu ona məsələyə qarışmamasını tapşıraraq bunu özünün həll edəcəyini bildirmiş, Şahid7 atası evinə yola salmışlar. Axşam saat 21 radələrində evdən çıxıb Zərərçəkmiş şəxsla danışmağa gedən zaman atası Şahid2 ona gözləməsini demiş, o da atasına narahat olmamasını, sadəcə məsələni aydınlaşdırmağa getdiyini demiş, Zərərçəkmiş şəxs məxsus təmir sexinə getmişdir. Təmir sexinin qapısını döymüş, Zərərçəkmiş şəxs çağırmışdır ki, başqa yerdə məsələ barədə danışsınlar. Zərərçəkmiş şəxs əvvəlcə razılaşmış, onun avtomobilinə əyləşmiş, elə həmin vaxt da aşağı düşərək təmir sexinə gəlməyini demişdir. Təmir sexinə girən kimi Zərərçəkmiş şəxs belindən dəmir açar çıxarıb onu özünə tərəf çağırmış, ordakı stulda əyləşmişlər. Bu vaxt o, Zərərçəkmiş şəxs Şahid7 zəng edənin o olub-olmamasını soruşmuş, Zərərçəkmiş şəxs isə özünün deyil, Şahid7 1 ay olar ki, ona zəng etməsini demişdir. Ardınca Zərərçəkmiş şəxs “sən mənə deyirdin sənin qapında kimi görürəmsə mənim anam bacımdır. İndi sən mənim qapıma girən Güldanəyə zəng edirsən deməli öz bacına zəng edirsən? Bunu necə yaraşdırırsan özünə?” sözlərini demiş, bu sözündən sonra Zərərçəkmiş şəxs coşmuş, ayağa durub qapıya dəmirlə vurmuş, səs-küy yaratmış, ona cumub sinəsindən tutanda o da Zərərçəkmiş şəxs tutmuş, Zərərçəkmiş şəxs onun əlini itələyib öz evinə tərəf qaçmışdır. Səs-küyə qonşuları Şahid3, Şahid5 və Şahid4 gəlmişdir. Ardınca Zərərçəkmiş şəxs əlində göy rəngdə sapı olan mətbəx bıçağı ilə onun üstünə gəlmiş, bu vaxt Şahid3 onun qarşısına keçmiş, bu hərəkətinə görə ona irad bildirmişdir. Zərərçəkmiş şəxs bıçağı onun ürəyinə vuracağını demiş, o da öz növbəsində Zərərçəkmiş şəxs küçədə səs-küy salmamasını, maşına oturub başqa yerə gedərək məsələni orda yoluna qoymağı demişdir. Daha sonra Zərərçəkmiş şəxs onun idarə etdiyi maşına əyləşmiş, bir az yol getdikdən sonra yolun kənarında, Sərvər adlı qonşunun köhnə Ələt-Salyan şossesinin sağ kənarında yerləşən kafesinin qabağında saxlamışdır. Zərərçəkmiş şəxs bıçağı özü ilə götürməsindən şübhələndiyi üçün şərait yaratmışdır ki, birinci düşsün. Zərərçəkmiş şəxs maşından düşmüş, ardınca o, özünü müdafiə üçün əvvəlcədən maşınında saxladığı açılıb qatlanan, sapı və tiyəsi qara rəngli, ümumi ölçüsü təxminən 20 sm olan bıçağı götürüb əynindəki gödəkçənin yan cibinə qoyaraq maşından düşüb Zərərçəkmiş şəxs tərəf getmiş, çatan kimi sonuncu ona əl atıb kurtkasından tutaraq özünə tərəf çəkmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əlində nəsə olmuş, əlindəkinin bıçaq olmasını zənn edərək özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs gözləmədən, yəni onu vurmasındansa özünün Zərərçəkmiş şəxs vurması qərarına gələrək sağ əli ilə bıçağı çıxarıb Zərərçəkmiş şəxs qarın nahiyəsinə ardıcıl iki zərbə vurmuşdur. Zərbə vuran kimi Zərərçəkmiş şəxs onu itələyərək qaçmağa başlamış, o da Zərərçəkmiş şəxs arxasınca qaçmış, ancaq niyyəti onu yenidən vurmaq olmamışdır. Ani vaxtda Zərərçəkmiş şəxs gözdən itmiş, onun ardınca getməmiş, geri qayıdıb öz maşınına minmiş, işə salaraq 50-100 m məsafə qət etmiş, qarşıdan Elşad Hacıyevin maşınla gəlməsini görüb dayanmışdır. X15 Rüstəmovu bıçaqla vurduqdan sonra qaçmasını demişdir. Daha sonra geri qayıdaraq Zərərçəkmiş şəxs aqibətini maraqlanmış, sonuncunu vurduğu yerə qayıtmış, bu vaxt Şahid3 Zərərçəkmiş şəxs öz maşınına mindirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sağ olmuşdur. Yaxınlıqdan polis maşını keçməsini görüb işarə ilə saxlatmış, polis əməkdaşlarına Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmasını deyərək təslim olmuş, bıçağı da təqdim etmişdir. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, onu vurmaqda məqsədi onu qorxutmaq olmuş, həm də Zərərçəkmiş şəxs onu vuracağından ehtiyat etdiyindən özü əvvəlcə vurmuşdur ki, ona zərbə dəyməsin. Zərərçəkmiş şəxs zərbə vurduğu bıçağı ikinci Qarabağ müharibəsində 2020-ci ilin oktyabr ayında əldə etmiş, həmin vaxtdan da yadigar olaraq saxlamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsla təkbaşına olmuş, bıçaqla ona zərbələr vuran zaman yanlarında başqa adam olmamış, vurduqdan sonra Zərərçəkmiş şəxs qaçmış, o isə onun ardınca getməyib öz maşınına minərək oranı tərk etmiş, Zərərçəkmiş şəxs yenidən vurmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs təmir sexində mübahisə edərkən və ona bıçaqla zərbələr vurarkən sonuncunun huşu özündə, danışığı normal olmuş, normal danışmış, yəni nə dediyini bilmiş, özünü vəziyyətdən çıxarmağa çalışmış, halı üstündə olmuş, əhvalı normal olsa da çox aqressiv vəziyyətdə olmuş, özü öz hərəkətlərini idarə edə bilmiş, Zərərçəkmiş şəxs özü əvvəldən münaqişə və davaya meyilli şəxs olduğundan aralarında baş vermiş mübahisəni sakitləşdirməyə deyil, daha da böyütməyə çalışmış, həmin vaxtlarda Zərərçəkmiş şəxs içkili və ya hər hansı digər oxşar maddələrdən yarana biləcək sərxoşluq vəziyyətində olmasını hiss etməmişdir. Zərərçəkmiş şəxs zərbələr vurduğu cinayətin aləti olan 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı onundur, həmin bıçağı “İkinci Qarabağ” müharibəsi iştirakçısı olduğundan müharibədə xatırlamadığı yerdən yadigar olaraq 2020-ci ilin oktyabr ayından əldə edib özündə saxlamış, bıçaqdan istifadə etmək niyyəti olmamış, ancaq soyuq silah olmasını bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuran zaman hava qaranlıq olmuş, vurduğu bıçaq zərbələrinin birinin onun qarın nahiyəsinə dəyməsini bilsə də, digər zərbələrin yerini görməmiş, həmin vaxt özü də əsəbi olduğu üçün vurduğu bıçağın istiqamətlərinə fikir verməmişdir. Zərərçəkmiş şəxs alın və bud nahiyələrində aşkar edilmiş sıyrıqları isə sonuncu onun üstünə cuman zaman yetirmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirən zaman bıçaq zərbələrini həm ardıcıl, həm də surətlə vurmuş, hər şey ani vaxtda olmuş, ancaq bir neçə bıçaq zərbəsindən sonra Zərərçəkmiş şəxs əli ilə onu itələyib qaçmağa başlamış, başqa hər hansı formada müqavimət göstərməmişdir. İş üzrə Şahid6 daha əvvəl tanımamış, hava qaranlıq olduğundan Şahid6 adam sayını düz görməmiş, Zərərçəkmiş şəxs və o maşına minərək ikisi söhbətə tək getmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, hadisə olanda o, evdə olmamışdır. Əliəkbər düz deyir onlar çox yaxın olmuşlar. Hadisə vaxtı yoldaşı ona zəng edib demişdir ki, tez gəl. Küçəyə çıxarkən görmüşdür ki, evinin yanında adamlar topalaşıb. Bildirmək istəyir ki, sexdə dava düşəndən sonra təqsirləndirilən şəxs gedib evə bıçağı götürüb aparıb oğlunu bıçaqlayıb. Təqsirləndirilən şəxs tək olmayıb. Əslində təqsirləndirilən şəxsin elə öz bibisi oğlunun yoldaşı ilə münasibəti olub. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin olunmasını xahiş edir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs oğlu olmuş, subay olmaqla onunla birgə yaşamışdır. Təqsirləndirilən şəxs isə qonşusudur, əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində işdən evə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs da evdə olmuş, saat 19 radələrində evdən çölə çıxmışdır. Həmin gün saat 21 radələrində həyat yoldaşı Şahid1 ona Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmasını, oğlunun yaralı olmasını demişdir. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs Qaradağ tibb mərkəzinə aparsalar da orada onun həyatını xilas etmək mümkün olmamışdır. Hadisədən sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs qohumu Şahid7 mobil telefonunda Zərərçəkmiş şəxs zəngi tapıldığına görə aralarında mübahisə olmuş, onlar əvvəlcə evlərinin həyətində yerləşən təmir sexində mübahisə etmiş, ardınca isə köhnə Ələt-Salyan şossesinə getmiş, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmuşdur. Hadisə baş verən zaman orada olan Şahid3, qaqaş kimi çağırılan Şahid4 və digərləri Zərərçəkmiş şəxs yaralı vəziyyətdə xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmamışdır. Ələskər Rüstəmov əlavə olaraq göstərmişdir ki, mərhum oğlu Zərərçəkmiş şəxs kim tərəfindən nə vaxt, harada, hansı səbəb və üsulla öldürülməsini görməmiş, ancaq hadisədən sonra öyrənmişdir ki, zəng məsələsinə görə aralarında mübahisə olmuş, buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmuş və sonuncu da aldığı zərbələrin təsirindən ölmüşdür. Zərərçəkmiş şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində işdən evə gələndə görmüş, həmin vaxt əhvalı normal olmuş, onda hər hansı gərginlik, narahatlıq hiss etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, hadisə günü təqsirləndirilən şəxs oğluna zəng vuraraq onu söhbətə cağırmışdır. Hadisə vaxtı həmin yerdə 4 nəfər olub, onların yanında oğluna xəsarət yetiribdir. Hesab edir ki, təqsirləndirilən şəxs bu əməli qabaqcadan planlaşdırıb. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl oğlu ilə təqsirləndirilən şəxsin münasibəti yaxşı olmuşdur. Şahid1 ibtidai araşdırma zamanı şahid X3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istitaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün kafenin içərisində olarkən səs-küyə çölə çıxmış, bu vaxt yolun kənarında ağ rəngli maşının dayandığını görmüş, lakin qaranlıq olduğundan onların dalaşmalarını eşitməmiş, kiminsə əlində bıçaq və ya başqa bir şey olmasını görməmişdir. Sonra maşına minib getmişlər, onlar getdikdən təxminən 15- 20 dəqiqə sonra bir nəfər şəxsin kömək edin səsini eşidib, çölə çıxmış, həmin şəxs ona Ələsgərin oğlu olduğunu bildirmiş və mobil nömrəyə zəng vurmağını istəmişdir. Bir neçə dəqiqə keçdikdən sonra maşın gəlmiş və yaralı şəxsi öz maşınını mindirmişdir. Hava qaranlıq olduğundan heç kimin üzünü görməmişəmdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, müstəntrqə izahat vermişdir. Zərər çəkmiş şəxsə yardım edən şəxsləri tanımır. Zərər çəkmiş şəxs onu kimin vurduğunu ona deməmişdir. Təqsirləndirilən şəxsi ilk dəfə müstəntiqə izahat verib, çölə çıxanda görmüşdür. İbtidai araşdırma zamanı Şahid6 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində köhnə Ələt-Salyan yolunun sağ tərəfində “kainat” adlı kafe işlədir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində kafenin içində olan zaman gələn səs-küyə görə çöldə çıxmış, bu vaxt yolun kənarında ağ rəngli maşın dayanmasını, maşının da yanında 4-5 nəfər şəxsin mübahisə etməsini görmüş, qaranlıq olduğundan onların söyüşməsi və dalaşmalarını eşitməmiş, əllərində bıçaq və ya digər vasitə görməmişdir. Hava qaranlıq olduğundan həmin şəxslərin üzlərini görə bilməmiş, qışqırmaqla “ey, neynirsiz orda?” sözlərini deyən kimi 3- 4 nəfər ağ rəngli markası və qeydiyyat nişanını bilmədiyi maşına minib Saylan rayonu istiqamətində getmiş, onlar getdikdən sonra içəri keçib pəncərə tərəfdə oturmuşdur. Onlar getdikdən təxminən 15-20 dəqiqə sonra bir nəfər asfalt tərəfdən kafenin qabağına gəlib “ay adam ay adam” deyə çağırmış, səsə görə çölə çıxanda arıq bədən quruluşlu həmin şəxs “məni vururlar, telefonu ver zəng edim” sözlərini demiş, ancaq onun yaralı olmasını hiss etməmişdir. Ardınca həmin yerə ağ maşın gəlmiş, ağ maşından sonradan adının Elşad olmasını bildiyi bir oğlan düşmüş, Elşad adlı şəxs maşından düşərək yaralı vəziyyətdə olan şəxsi öz maşınına mindirməyə çalışmışdır. Bu vaxt başqa bir ağ maşın da gəlmiş, həmin maşın qaranlıqda saxlamış və dörd nəfər düşmüş, onlardan biri yaralı oğlana tərəf gələrək Şahid3 köməklik etməyə başlamış, ikisi birlikdə onu maşına mindirmişlər. Digər maşın tərəfdə qalan 3 oğlandan biri yaralı olan tərəfə qaçanda digər iki nəfər onu tutub saxlamış, həmin oğlan onu tutanlara “buraxın məni, buraxın məni” sözlərini demiş, qaranlıq olduğundan onun əlində bıçaq və ya digər vasitə görməmiş, içəri keçib qapını bağlamışdır. Pəncərədən Şahid3 maşınla oradan uzaqlaşmasını, daha sonra əraziyə polis əməkdaşlarının gəlməsini görmüşdür. Hava qaranlıq olduğundan heç kimin üzünü görməmiş, heç kimi də tanımır. Sadəcə Şahid3 işıq altında gördüyündən onun üzü və adı yadında qalmış, digər heç kimin üzünü görməmişdir. Hava qaranlıq, məsafəsi uzaq olduğundan həmin şəxslərin nə barədə mübahisə etmələrini, kimin kimə xəsarət yetirməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, hadisə günü səsə-küyə görə Rüfətin işlədiyi sexin yanına getmişlər, Rüfətlə Ələkbər orada mübahisə etdiklərini görmüşdür. Sonra isə ikisi maşına minib getmişlər. Rüfəltə Ələkbər gedəndən təxminən 2 dəqiqə sonra onların arxasınca o, Məhəbbət və Qulu onların arxasınca getmişlər. Yolda görmüşlər ki, Əliəkbərin maşını gəlir, Əliəkbər isə onlara demişdir ki, Rüfəti vurub. Hadisə yerinə çatanda görmüşdür ki, Rüfət yıxılıb yerə. Onu qaldırıb maşına qoyub təcili tibbi yardıma aparmışlar, lakin xəstəxanaya çatanadək Rüfət vəfat etmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, sexdə Əliəkbərlə Rüfət qız üstündə mübahisə edirmişlər. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da qonşularıdır, hər ikisi ilə münasibəti yaxşı olmuş, heç vaxt düşmənçilik və ədavəti olmamış, özlərinin də bir-birləri ilə düşmənçilik və ədavətlərini görməmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı küçədə olan zaman Zərərçəkmiş şəxs təmir sexinin qarşısına xeyli adam toplaşmasını görmüş, qonşu Şahid4 nə məsələ olmasını soruşmuş, o da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bibisi oğlu Şəmistan Əhmədovun arvadı Şahid7 zəng etməsini, mübahisəsinin həmin məsələyə görə olmasını demişdir. Bu vaxt qəfl təmir sexinin darvazası açılmış, həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs içəridə mübahisə etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs camaata görə ayıb olmasını, başqa yerə gedərək ikisinin tək söhbət etməsini demiş, elə bu zaman Zərərçəkmiş şəxs əlinə dəmir açar götürüb Təqsirləndirilən şəxs üstünə gəlmiş, o, Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs qarşısını kəsib dəmir açarı ondan almış, açarı alan kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə cummuş, birbirlərini dartışdırmağa başlasalar da yenə onları aralayıb sakitləşdirmişlər. Mübahisə zamanı onların bir-birlərini vurmasını görməmişdir. Sakitləşdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “gah deyirsən bir həftədi Güldanə ilə danışıram, gah də deyirsən bir aydı danışıram, düzün de mənə” sözlərini demiş, Zərərçəkmiş şəxs isə bir ay olar ki, Şahid7mn özünün ona mesaj yazmasını demişdir. Bunun ardınca isə Təqsirləndirilən şəxs onun ünvanına “sən 10-15 gün qabaq mənə deyirdin ki, sənin evinə gələn qadın qız mənim bacımdır. İndi sən öz bacına mesaj yazırsan?” sözlərini demiş, bu vaxt Zərərçəkmiş şəxs yenidən qızışmış, təmir sexinin arxasına keçib evindən sapı göy, tiyəsi gümüşü rəngli mətbəx bıçağını götürüb sexə qayıdan kimi əlində bıçaqla yenə Təqsirləndirilən şəxs üstünə cummuş, həmin vaxt araya girib qoymamış, onları araladıqlarından bir-birlərinə zərbə vurmamışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs əlindəki bıçağı alıb Şahid5 vermişdir ki, başqa yerə qoysun. Ancaq həmin vaxt Təqsirləndirilən şəxs bıçaq olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yenə də camaatdan ayıb olmasını, maşına əyləşib başqa yerdə danışmalarını demiş, sonuncu da razılaşaraq Təqsirləndirilən şəxs maşınına əyləşmiş, həmin vaxt Zərərçəkmiş şəxs əlində bıçaq olmamış, Zərərçəkmiş şəxs maşına minəndə ona bıçağını verməsini demiş, o isə verməyərək gedib normal qaydada danışmalarını, məsələni qaydasına salmalarını demişdir. Birlikdə maşına əyləşərək küçədən çıxmış, onlar getdikdən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs atası Şahid2 onların arxasınca gedərək dalaşmağa qoymamalarını tapşırmış, o, Şahid4 və Şahid5 onun “lada priora” markalı 99EH041 dövlət qeydiyyat nişanlı avtomobil ilə arxalarınca getmiş, köhnə Ələt-Salyan şosesi ilə Salyan rayonu istiqamətində gedən zaman Sərvər adlı qəsəbə sakininə məxsus olmaqla yol kənarında yerləşən “kainat” adlı kafeyə çatmamış görmüşdür ki, Təqsirləndirilən şəxs ona tərəf, geri qayıdır. Maşını onun yanında saxlamış, Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmasını, sonuncunun kafeyə tərəf qaçmasını demişdir. Bunun ardına maşını Təqsirləndirilən şəxs göstərən tərəfə sürmüş, həmin yerdə çatdıqda Zərərçəkmiş şəxs axtarmağa başlamışlar. Şahid4 və Şahid5 yol kənarında düşmüş, özü isə maşını bir az qabağa sürəndə kafedə işığın yanılı olduğundan ora yaxınlaşdıqda bir nəfər qadının kafenin qarşısında dayanmasını, Zərərçəkmiş şəxs da yerdə uzanıqlı vəziyyətdə qalmasını görmüşdür. Maşını həmin yerə sürmüş, Şahid4 və Şahid5 da həmin yerə çağırmış, həmin vaxt Zərərçəkmiş şəxs sağ olmuşdur. Zərərçəkmiş şəxs ona “Əliəkbər məni vurdu qaçdı, kömək elə mənə” sözlərini demiş, Şahid5la o, Zərərçəkmiş şəxs maşına mindirmək istəyəndə Təqsirləndirilən şəxs geri qayıtmasını görmüş, sonuncu yenə Zərərçəkmiş şəxs cummaq istəyəndə Şahid4 qoymamış, bu vaxt Təqsirləndirilən şəxs “burax məni, burax məni” sözlərini işlətmiş, Şahid4 isə ona “ə vurmusanda əl çək bəsdi” sözlərini demişdir. Şahid5la o, Zərərçəkmiş şəxs maşına mindirərək yola çıxmış, təcili tibbi yardım stansiyasına getmiş, vəziyyəti ağır olduğundan tanımadığı həkimin məsləhəti ilə ordan da “Qaradağ tibb mərkəzinə” çatdırmış, onu acil şöbəsinə yerləşdirmiş, ancaq 5-6 dəqiqə sonra həkimlərdən biri Zərərçəkmiş şəxs ölməsini demişdir. Şahid3 əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu bıçaq zərbələri nəticəsində qanaxmadan ölmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş, ancaq Təqsirləndirilən şəxs özü demişdir ki, Zərərçəkmiş şəxs bıçaqla vurub. Özü hadisə yerinə çatdıqda isə Zərərçəkmiş şəxs yaralı vəziyyətdə tapmışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə baş verən zaman sonuncuda bıçaq görməmiş, ümumiyyətlə onda bıçaq olmasını bilməmiş, əksinə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaqla zərbə vurmasından qorxmuşlar. Zərərçəkmiş şəxs davaya, bıçağa meyilli şəxs olmuş, baş vermiş mübahisələri zamanı Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmışdır ki, qışqırıb səs-küy salmasın, camaatdan ayıbdır, başqa yerdə ikisi təklikdə danışsınlar. Zərərçəkmiş şəxs təmir sexində Təqsirləndirilən şəxs ilə mübahisə edərkən görən zaman danışığı normal olmuş, normal danışmış, yəni nə dediyini bilirdi və özünü vəziyyətdən çıxarmağa çalışmış, halı üstündə olmuş, əhvalı normal olsa da çox aqressiv vəziyyətdə olmuş, ancaq özü öz hərəkətlərini idarə edə bilmiş, sadəcə Zərərçəkmiş şəxs əvvəldən münaqişə və davaya meyilli şəxs olduğundan Əliəkbərlə aralarında baş vermiş mübahisəni sakitləşdirməyə deyil, daha da böyütməyə çalışmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs içkili və ya hər hansı digər oxşar maddələrdən yarana biləcək sərxoşluq vəziyyətində olmasını hiss etməmişdir. İş üzrə Şahid6 daha əvvəl tanımamış, hava qaranlıq olduğundan Şahid6 adam sayını düz görməmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onların yanında maşına minərək ikisi söhbətə tək getmişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Əliəkbərin anasını toydan gətirmyə getmişdir, anasını toydan gətirdikdən sonra, məlum söz-söhbətlə bağlı Əliəkbərlə Rüfətin arasında sexdə mübahisə olmuş, sonra onlar maşına minib getmişlər, onlar da, araxalarınca getmişlər. Yolda Əliəkbərin maşınını görmüşlər, Ələkbər onlara demişdir ki, Rüfəti vurmuşdur. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Əliəkbər Rüfətlə bibisi gəlinin danışığını tutmuşdur deyə aralarında mübahisə yaranmışdır. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə olan onu əsəbi halda görmüş, bu vaxt sonuncunun atası Şahid2 oğlu Təqsirləndirilən şəxs Şahid7 ilə Zərərçəkmiş şəxs yazışmasını tutmasını, Şahid7 atası evinə göndərməsini bildirmişdir. Həmin gün saat 21 radələrində isə yaşadığı küçədə olan zaman Zərərçəkmiş şəxs təmir sexinin qarşısına xeyli adam toplaşmasını görmüş, həmin yerdə olan Şahid2 nə məsələ olmasını soruşmuş, sonuncu da həmin məsələyə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla danışmağa gəlməsini bildirmiş, Zərərçəkmiş şəxs ünvanına “ə biqeyrət oğraşlıq eləmisən, çölə çıx” sözlərini qışqırmaqla demişdir. Elə bu vaxt Zərərçəkmiş şəxs qapını açıb əlində böyük dəmir açarla çölə çıxmış, ardınca Təqsirləndirilən şəxs də çıxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs camaatdan ayıb olmasını, başqa yerdə ikisinin birlikdə söhbət etmələrini demiş, bundan sonra Zərərçəkmiş şəxs əlinə dəmir açar götürüb Təqsirləndirilən şəxs üstünə gəlmiş, o, Şahid3 və Şahid5 Zərərçəkmiş şəxs qarşısını kəsib dəmir açarı ondan almış, açarı alan kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə cummuş, yenə onları aralayıb sakitləşdirmişlər. Həmin vaxt onlar bir-birlərini vurmamışlar. Aralarında keçən danışıq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “gah deyirsən bir həftədi Güldanə ilə danışıram, gah də deyirsən bir aydı danışıram, düzün de mənə” sözlərini demiş, Zərərçəkmiş şəxs isə cavabında “bir ay olar ki, Güldanə özü mənə yazıb” sözlərini demiş, Təqsirləndirilən şəxs də onun ünvanına “sən 10-15 gün qabaq mənə deyirdin ki, sənin evinə gələn qadın qız mənim bacımdır, indi sən öz bacına mesaj yazırsan?” sözlərini demiş, bu sözlərdən sonra Zərərçəkmiş şəxs daha da əsəbləşərək təmir sexinin arxasına keçib evindən sapı göy, tiyəsi gümüşü rəngli mətbəx bıçağını götürüb sexə qayıdan kimi əlində bıçaqla Təqsirləndirilən şəxs üstünə cummuş, həmin vaxt araya girib onları aralamış, həmin vaxt da onlar bir-birlərinə zərbə vurmamışdır. Həmin vaxt Şahid3 Zərərçəkmiş şəxs əlindəki bıçağı alıb Şahid5 vermişdir ki, bıçağı başqa yerə qoysun, Təqsirləndirilən şəxs isə bıçaq olmamışdır. Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs camaatdan ayıb olmasını, maşına minib başqa yerdə danışmalarını demiş, sonuncu maşına mindikdən sonra Şahid3 bıçağını istəsə də verməmişdir. Onlar getdikdən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs atası Şahid2 təkidi ilə o, Şahid5 və Şahid3 sonuncuya məxsus “lada priora” markalı 99EH041 dövlət qeydiyyat nişanlı avtomobillə arxalarınca getmiş, Ələt-Salyan yolu ilə Salyan rayonu istiqamətində gedən zaman “kainat” adlı kafeyə çatmamış Təqsirləndirilən şəxs maşınla onlara tərəf gəlməsini görmüş, sonuncu onların yanında dayanmış, Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmasını, kafeyə tərəf qaçmasını demişdir. Həmin istiqamətdə yollarına davam etmiş, Şahid3 Zərərçəkmiş şəxs kafenin yanında tapmış, Şahid3 onun sağ olmasını demişdir. Zərərçəkmiş şəxs maşına mindirmək istəyəndə Təqsirləndirilən şəxs geri qayıtmış, yenə Zərərçəkmiş şəxs cummaq istəyəndə qoymamışdır. Zərərçəkmiş şəxs həmin yerdən apardıqdan sonra Təqsirləndirilən şəxs həmin istiqamətdə gələn polis əməkdaşlarının xidməti avtomobilinə yaxınlaşaraq qeyrət üstündə adam vurmasını demiş, ardınca isə onu post patrul maşınına mindirib aparmışlar. Şahid4 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı şəraitdə zərbələr vurmasını görməmiş, hadisə baş verən zaman ikisi tək olmuş, qaranlıq olduğundan ümumiyyətlə Təqsirləndirilən şəxs bıçaq görməmişdir. Zərərçəkmiş şəxs təmir sexində Təqsirləndirilən şəxs ilə mübahisə edərkən görən zaman danışığı normal olmuş, normal danışmış, yəni nə dediyini bilirdi və özünü vəziyyətdən çıxarmağa çalışmış, halı üstündə olmuş, əhvalı normal olsa da çox aqressiv vəziyyətdə olmuş, ancaq özü öz hərəkətlərini idarə edə bilmiş, sadəcə Zərərçəkmiş şəxs əvvəldən münaqişə və davaya meyilli şəxs olduğundan Əliəkbərlə aralarında baş vermiş mübahisəni sakitləşdirməyə deyil, daha da böyütməyə çalışmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs içkili və ya hər hansı digər oxşar maddələrdən yarana biləcək sərxoşluq vəziyyətində olmasını hiss etməmişdir. İş üzrə Şahid6 daha əvvəl tanımamış, hava qaranlıq olduğundan Şahid6 adam sayını düz görməmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onların yanında maşına minərək ikisi söhbətə tək getmişlər. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, rəhmətlik hadisədən qabaq ona zəng vurub demişdir ki, gəl sexə. O, da sexə getmiş və Rüfət hadisəni ona danışmışdır. Sonra eşitmişdir ki, məhlədə mübahisə gedir, Rüfətin işlədiyi sexin yanına getmiş, orada hər iki şəxsin mübahisə etdiklərini görmüş və onlar ikisi maşına minib getmişlər mübahisəni yekunlaşdırmağa. Bundan beş dəqiqə sonra da, Elşadın maşını ilə onlar da Ələkbərgilin arxasınca getmişlər. Yolda Əliəkbəri görmüşlər, Əliəkbər onlara bildirmişdir ki, Rüfəti vurub. Şahid5 ibtidai araşdırma zamanı Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, telefonuna gələn zəngi Əliəkbər görmüş və kimin zəng etdiyini soruşmuşdur. O, da bildirmişdir ki, kim olduğunu bilmir. Sonra Əliəkbər özü telefona baxmışdır. Mərhum əvvəllər onu küçədə görəndə söz atmış, sataşmış, küçədə adına söz çıxartmışdır. Əliəkbər bu zəngdən sonra telefonu da sındırmışdır. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum son 3 ay onu mütəmadi narahat etmiş, lakin bu halı qorxduğundan heç kimə deməmişdir. İbtidaiaraşdırma zamanı Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə Ələt qəsəbəsində yaşayan qohumu Şəmistan Əhmədovla evlənmiş, sonuncu təxminən 2 il əvvəl narkotik vasitələrdən istifadəyə görə 3 il müddətində azadlıqdan məhrum edildiyindən həmin gündən qayınanası Qönçə Əhmədova ilə yaşayır, tez-tez qohumları Şahid2 və Təqsirləndirilən şəxs də evinə gedib gəlir. Bir neçə dəfə öz evlərindən Şahid2 evinə gedən zaman gedəndə yol kənarında təmir sexi olan Zərərçəkmiş şəxs bir neçə dəfə ona söz atmış, ancaq ona üz verməmiş, yoluna davam etmişdir. Zərərçəkmiş şəxs bu hərəkətləri təxminən 2024-cü ilin sentyabr ayından başlamışdır. Sonradan Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsini taparaq zəng etmiş, onu tanıyan kimi zəngini söndürmüş, nömrəsini də əngəlləmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs evində ola zaman Zərərçəkmiş şəxs yenidən ona zəng etmiş, həmin vaxt Təqsirləndirilən şəxs evə gəlmiş, zənginə cavab verməməsini ona irad bildirmiş, telefonunu axtarıb tapanda Təqsirləndirilən şəxs telefona zəng gəlməsini görmüş, zəngi açanda Zərərçəkmiş şəxs “alo” demiş, Təqsirləndirilən şəxs də onu səsindən tanımışdır. Daha sonra Təqsirləndirilən şəxs atası Şahid2 çağırmış, Zərərçəkmiş şəxs ona zəng etməsini demişdir. Bundan sonra Şahid2 atası Maarif Hüseynovu çağırmış və onu özü ilə aparmasını tapşırmışlar. Həmin gün gecə saatlarında qayınanası X9 Səmədlinin Zərərçəkmiş şəxs bıçaqla vurmasını demişdir. Şahid7 əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında hər hansı münaqişə baş verməsini görməmiş, sonuncunun Zərərçəkmiş şəxs hansı şəraitdə və necə öldürməsini də bilmir. Heç vaxt Təqsirləndirilən şəxs bıçaq görməmişdir. Zərərçəkmiş şəxs sonuncu dəfə hadisə baş verən gün, yəni xx.xx.2024- cü il tarixdə saat 13 radələrində görmüş, həmin vaxt normal, halı üstündə olmuş, küçədə özü üçün gəzmiş, ona da söz atmışdır. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, bərbər işləyir, hadisə günü sexin qabağında səs eşitmişdir. X11 maşına minib getmişlər. İbtidai arşdırma zamanı Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır, hər ikisi ilə münasibəti yaxşıdır, heç vaxt düşmənçilik və ədavəti olmayıb. Onların da bir- birləri ilə düşmənçilik və ədavətlərini görməmişdir xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı küçədə olan zaman Zərərçəkmiş şəxs təmir sexinin qarşısına xeyli adam toplaşmasını görmüş, orada öyrənmişdir ki, sonuncu Təqsirləndirilən şəxs qohumuna zəng etdiyinə görə aralarında mübahisə yaranmışdır. Elə həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qarajdan çıxmış, X14 Rüstəmovu öz maşınına mindirib aparmış, ikisi tək getmiş, hər ikisi getdikdən 5-6 dəqiqə sonra digər qonşular, Şahid3, Şahid4 və Şahid5 da maşınla onların ardınca getmişlər. Təxminən 2 saat sonra qəsəbə camaatından Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs öldürməsini eşitmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən necə və hansı şəraitdə öldürülməsini bilməmiş, ancaq sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla zərbələr vuraraq Zərərçəkmiş şəxs öldürmüşdür. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında mübahisə baş verən zaman heç birində bıçaq görməmiş, sadəcə onların sözdə münahisələrinin şahidi olmuş, başqa bir hal da görməmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs niyə zəng etməsini soruşmuşdur. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində bildirmişdir ki, işdən gələrkən bərbərxana getmişdir. Orada olarkən yaxınlığda olan sexdə Rüfətlə Əliəkbərin mübahisə etdiklərinin şahidi olmuşdur. Sonra isə ikisi maşına minib uzaqlaşmışlar, 5 dəqiqə sonra da Qulu, Elşad və Məhəbbət onların ardınca getmişlər. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisənin səbəbini sonradan eşitmişdir. Şahid9 ibtidai araşdırma zamanı Şahid8 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Ələt qəsəbəsində xidmətdə olmuşdur. Ələt qəsəbəsində köhnə qəbirstanlıq istiqamətində olarkən, adı sonradan məlum olan Səmədli Ələkbər adlı şəxs onlara yaxınlaşaraq, adam öldürdüyünü bildirmiş və bıçağını təqdim etmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, xidməti maşında ondan başqa Şahid11 da olmuşdur. İbtidai araşdırma zamanı Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində “Fiat” markalı avtomobillə digər polis əməkdaşı Şahid11la Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, Ələt-Salyan şosesi istiqamətində xidmətdə olan zaman bir nəfər şəxs qarşıdan gələrək onlara yaxınlaşmış, özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək bıçaqla Zərərçəkmiş şəxs adlı şəxsi vurmasını bildirib, könüllü olaraq təslim olmaq istədiyini deyərək əlindəki bıçağı da onlara təqdim etmişdir. Şahid11 dərhal Təqsirləndirilən şəxs bıçağı alıb bıçağın üzərində qanabənzər ləkələr olduğundan onu sellofana büküb özündə saxlamış, Təqsirləndirilən şəxs də xidməti maşına əyləşdirmiş, ona hadisə yerini göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs onları hadisə yerinə aparmış amcaq orada heç kim olmamış, sonradan müəyyən etmişlər ki, Zərərçəkmiş şəxs qəsəbə sakinləri Şahid3 və digərləri xəstəxanaya aparmışlar. Təxminən 2-3 dəqiqə sonra da bölmədən hadisə barədə onlara məlumat verilmişdir. Təqsirləndirilən şəxs onlara yaxınlaşan zaman xidmətdə olmuş, hər hansı hadisə barədə məlumatları olmamış, hava da qaranlıq olduğundan uzaq məsafə görünməmişdir. Təqsirləndirilən şəxs özü yaxınlaşıb hadisə barədə məlumat vermiş, Zərərçəkmiş şəxs adlı şəxsə bıçaqla zərbələr vurmasını deyib bıçağı onlara təqdim etmiş, ərazidə başqa heç kim olmamış, sonuncunun üzündə və ya bədənində hər hansı xəsarət görməmiş, ancaq üst-başı, əynindəki paltarlar dağınıq olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid11 ifadəsində bildirmişdir ki, hadisə baş verən zaman Ələt qəsəbəsində xidmətdə olmuşlar. Hərəktdə olan zaman bir nəfər şəxs onları əl işarəsi ilə saxlatmış, onlara yaxınlaşaraq, adam öldürdüyünü bildirmiş və bıçağı təqdim etmişdir. Sonra isə həmin şəxsi idarəyə aparmışlar. Şahid11 ibtidai araşdırma zamanı Şahid10 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində olan zaman oğlu Təqsirləndirilən şəxs evə gəlmiş, həyətə daxil olub evə keçmiş, daha sonra isə evdən səs-küy gəlməsini eşitmişdir. Evdə daxil olanda qohumu Şahid7 ilə Təqsirləndirilən şəxs mübahisə etməsini görmüş, nə məsələ olmasını soruşanda Təqsirləndirilən şəxs Şahid7 telefonunu “ata buna bax, insanları tanımaq olmuree, gör kimin nömrəsdi Güldanəyə zəng edir, Rüfətin nömrəsidi” sözlərini demiş, ardınca gələn zəngi açıb telefonu mikrofona qoymuş, Zərərçəkmiş şəxs səsi eşidilmiş, “alo, alo” demişdir. Təqsirləndirilən şəxs telefonu söndürmüş, Şahid7 nə məsələ olmasını soruşanda sonuncu “eləmişəm yaxşı eləmişəm, ərim Şəmistan Əhmədovdan boşanıb Rüfətlə evlənəcəkdim” sözlərini demişdir. Bu məsələdən sonra Şahid7 atası Maarif Hüseynovu çağırmış və məsələ barədə məlumat verərək qızını aparmasını tapşırmışdır. Həmin gün təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə tərəf getməsini, onun işlədiyi sexin qapısını döyməsini, Zərərçəkmiş şəxs qapını açdıqdan sonra onun təmir sexinə daxil olmasını görmüşdür. Qısa müddət ərzində Şahid3 və Şahid4 də həmin yerə çatmış, sexə daxil olmuşlar. Özü əlil arabasında olduğundan təmir sexinə çatana qədər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir neçə dəfə sexdən çıxıb yenidən qayıtmalarını, həmin vaxt Zərərçəkmiş şəxs əlində bıçaq da olmasını görmüşdür. O, təmir sexinin qarşısına çatmış, həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əsəbi halda sonuncunun maşınına minib Ələt- Saylan şosesi tərəfə getmişlər. Narahat olduğundan Şahid3 və Şahid4 onların arxasınca getmələrini tapşırmış, təxminən 5 dəqiqə sonra onlar da getmişlər Getdikdən 20 dəqiqə sonra xəbər gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmuş, sonuncunun vəziyyəti ağırdır, xəstəxanaya aparırlar. Bir neçə dəqiqə sonra isə Zərərçəkmiş şəxs ölməsini demişlər. Şahid2 əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu bıçaq zərbələri nəticəsində qanaxmadan ölmüş, onu vurmasını görməsə də bunu sonradan öyrənmişdir. Hadisənin baş vermə səbəbi Zərərçəkmiş şəxs Şahid7 zəng etməsi, Zərərçəkmiş şəxs onların namusuna toxunması olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etmiş və sonu Zərərçəkmiş şəxs ölümü ilə nəticələnmişdir. Əliəkbər Səmədüdə bıçaq görməmiş, ümumiyyətlə onda bıçaq olmasını bilmir, əvvəllərdə görməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, bir nəfər şəxs (Təqsirləndirilən şəxs) polis əməkdaşlarına yaxınlaşaraq cinayət törətdiyini və təslim olmaq istədiyini bildirərək, 1 ədəd bıçağı polis əməkdaşlarına könüllü təqdim etmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bıçaq xəsarətləri alması barədə polis bölməsinə məlumat daxil olmuşdur xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “baxış keçirlməsi haqqında” protokolda (protokola əlavə olunmuş foto şəkillər) qeyd olunmuşdur ki, baxış zamanı bıçaq zavod üsulu ilə hazırlanmış ov bıçağına bənzəməklə, tiyəsi gümüşü-qara rəngli metaldan isthsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik açılıb-bağlana bilən,dəstəyinin uzunluğu 140 mm olmaqla ümumi uzunluğu 230 mm olan, üzərində “COMBAT TROODON 00556 06/2019 MİCROTECH D/E” sözləri yazılmış bıçaqdır. Bıçağın dəstək və tiyəsi üzərində,eləcə də açılıb bağlama düyməsində qanabənzər ləkələr mövcud olmuşdur. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda (protokola əlavə olunmuş foto şəkillər) qeyd olunmuşdur ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən Ələt-Salyan şosesinin kənarında yerləşən “Kainat” adlandırılan kafenin yaxınlığında yol kənarıdır. Yolun ünvanı Ələt-Salyan yolunun 6-cı km yolun kənarında üzərində “Cobbars Bar x Grill” sözləri yazılmış və 6 m hündürlüyündə lövhə quraşdırılmışdır. Baxışda iştirk edən Şahid3 hadisənin orada baş verdiyini demiştir. Baxış zamanı ərazinin qum-çınqıl daşlı olması və açıqlıq sahə olması,yol kənarından 40 m məsafədə kiçik kafe olması müəyyən edilir. Cinayət hadisəsinin bilavəsitə baş verdiyi həmin yerə baxış zamanı ərazi qum-çınqıl daşlarından ibarət olduğundan izlər müəyyən edilmişdir. Lakin qan və hadisə ilə əlaqəsi ola biləcək digər predmetlər aşkar edilməmişdir. Baxışda iştirak edən Elşad Rüstəmi yol kənarında 40 m məsafədə yerləşən Kainat adlanan kafenin yanında tapmışdır. Həmin kafeyə baxış zamanı kafenin köhnə tikili olması, qarşı tərəfində bir qapı, bir pəncərə və 2 ədəd şam ağacı olması müəyyən edilmişdir. Kafenin qarşı tərəfi beton örtüyüdür. Kafenin giriş qapısının qarşısında olan beton örtüyün üzərindən qan ləkələri aşkar edilmişdir. Daha sonra kafenin qarşı tərəfində, giriş qapısına 2m məsafədə də qanabənzər ləkələr aşkar edilmişdir. Hər iki qanabənzər ləkələrdən pambıq tampona hopdurmaqla müvafiq qaydada nümunələr götürülərək qablaşdırılmışdır. Daha sonra Elşadın Lada priora markalı maşınına baxış zamanı avtomobilin arxa oturacğının qapısı və oturacaqlarında palçıq izləri aşkar edilmişdir. Avtomobilin arxa oturacaının orta hissəsindən qana bənzər ləkələr aşkar edilmişdir. Pambıq tampona hopdurularaq həmin ləkələrdən müvafiq qaydada nümunələr götürülərək qablaşdırılmışdır. Daha sonra aralarında mübahisənin yarandığa təmir sexinə baxış keçirilmişdir. Təmir sexi Qaradağ rayonu Ələt qəsəbəsi Axundov küçəsində yerləşir. Təmir sexinin yaşıl rəngli giriş qapısı açıq vəziyyətdə olmuş və üzərinə “Usta 544-55-14” sözləri yazılmışdır. Sexin içərisində 4 metr uzunluğunda quyu mövcud olmuştur. Sexdə dəmir avadnlıq, dəzgah masalar və açarlar olmuşdur. Sexin uzunluğu 6 m, eni isə 4 m-dir. Baş tərəfdə əl yumaq üçün su krantı, sağ künç tərəfdə 2 ədəd stul və 1 ədəd balaca stol, sol tərəfdə isə dəzgah və avadanlıqlar var. Sexin girişindən sol tərəfdə dəzgah üzərində 1 ədəd sapı ağ, göy və gümüşü rəngli bıçaq aşkar edilmişdir. Həmin bıçaq götürülərək qablaşdırılmışdır. Digər dəzgahın üzərində yaşıl rəngli “Redmi” markalı enerji cihazına taxılı telefon aşkar edilmişdir. Telefon qablaşdırılaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “baxış keçirlməsi haqqında” protokolda (protokola əlavə olunmuş foto şəkillər) qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus təmir sexinə baxış zamanı aşkar edilərək götürülməklə cinayət işinə əlavə edilmiş sonuncuya məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş. Mobil telefonun zəng hissəsinə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsi Zərərçəkmiş şəxs telefonunda “Qocu” adı kimi qeyd olunmuşdur. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sonuncunun zəngi əsasında 27 oktyabr 2024-cü il tarixdə saat 20:07 dəqiqədə 42 saniyə, 19:25 dəqiqədə 16 saniyə, 19:03 dəqiqədə 17 saniyə, 18:51 saniyədə 11 saniyə müddətində danışıq olmuş, Zərərçəkmiş şəxs zəngi əsasında Təqsirləndirilən şəxs ilə həmin tarixdə saat 19:00 dəqiqədə 3 saniyəlik danışıq müddəti olmuşdur. “Whatsapp” sosial şəbəkəyə baxış zamanı mesajların avtomatik silinməsi quraşdırıldığından Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında hər hansı mesajlaşma aşkar edilmədi. Müəyyən edildi ki, həmin şəbəkə üzərindən Zərərçəkmiş şəxs zəngi əsasında onunla Təqsirləndirilən şəxs arasında xx.xx.2024-cü il tarixdə saat 18:50 dəqiqədə 24 saniyə, saat 19:17 dəqiqədə 25 saniyə, saat 19:24 dəqiqədə 26 saniyə, saat 19:43 dəqiqədə 25 saniyə danışıq müddəti olmuşdur. Həmin tarixdə Zərərçəkmiş şəxs saat 18:55 dəqiqədə bir dəfə, 19:01 dəqiqədə bir dəfə, 19:02 dəqiqədə bir dəfə, 19:03 dəqiqədə bir dəfə Təqsirləndirilən şəxs cavablandırılmamış zəng etmişdir. Müəyyən olunur ki, Şahid7 istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsi Zərərçəkmiş şəxs telefonunda “Deniz” adı kimi qeyd olunmuşdur. “Whatsapp” sosial şəbəkəyə baxış zamanı mesajların avtomatik silinməsi quraşdırıldığından Zərərçəkmiş şəxsla Şahid7 arasında hər hansı mesajlaşma aşkar edilmədi. Zəng hissədə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Şahid7 27 oktyabr 2024-cü il tarixdə saat 17:13 dəqiqədə 4 dəfə, saat 17:18-17:21 dəqiqələr ərzində 5 dəfə, saat 17:50-18:46 dəqiqələr ərzində 34 dəfə zəng etmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 101 nömrəli ekspert rəyində (rəyə əlavə olunmuş foto şəkillər) qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sonuncunun bədəni üzərində, daxili qanaxma, kəskin qanitirmə və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası; Qarının ön səthinin sol yarısının aşağı hissəsində daxilə nüfuz etməyən bir ədəd deşilmiş kəsilmiş yarası; Döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş - kəsilmiş yarası, Sol əlin arxa səthinin İV barmağın orta falanqa proyeksiyasında bir ədəd deşilmiş - kəsilmiş yarası; Sol əlin arxa səthinin V barmağının orta falanqa sümüyünün açıq yerinidəyişmiş sınığı ilə müşayiət olunan bir ədəd deşilmiş - kəsilmiş yarası Başın alın və sol bazu oynağı nahiyələrinin qançırları, Sağ bud nahiyəsinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub ölümündən əvvəl törənmişlər. Göstərilən xəsarətlərdən daxili qanaxma, kəskin qanitirmə və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası, qarının ön səthinin sol yarısının aşağı hissəsində daxilə nüfuz etməyən bir ədəd deşilmiş kəsilmiş yarası, döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş - kəsilmiş yarası, sol əlin arxa səthinin İV barmağın orta falanqa proyeksiyasında bir ədəd deşilmiş - kəsilmiş yarası, sol əlin arxa səthinin V barmağının orta falanqa sümüyünün açıq yerini dəyişmiş sınığı ilə müşayiət olunan bir ədəd deşilmiş - kəsilmiş yarası deşici - kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən və ekspertizaya maddi sübut kimi təqdim olunmuş bıçaq və ona oxşar xüsusiyyətlərinə malik bıçaqla əmələ gələ bilərdilər, başın alın və sol bazu oynağı nahiyələrinin qançırları, sağ bud nahiyəsinin sıyrığı isə bərk küt əşya (əşyalar) təsirindən qərarda göstərilən, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdilər, dərəcələrinə görə ölümü ilə birbaşa səbəbli əlaqəsi olan daxili qanaxma, kəskin qanitirmə və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, sol əlin arxa səthinin V barmağının orta falanqa sümüyünün açıq yerini dəyişmiş sınığı ilə müşayiət olunan bir ədəd deşilmiş - kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, qarının ön səthinin sol yarısının aşağı hissəsində daxilə nüfuz etməyən bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin ön səthinin döş sümüyü proyeksiyasında döş boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş kəsilmiş yarası, sol əlin arxa səthinin İV barmağın orta falanqa proyeksiyasında bir ədəd deşilmişkəsilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqdı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, başın alın və sol bazu oynağı nahiyələrinin qançırları, sağ bud nahiyəsinin sıyrığı isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb daxili qanaxma, kəskin qanitirmə və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, demək olur ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2024-cü il tarixdə, saat 02:15-də) 3-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş daxili qanaxma, kəskin qanitirmə və qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin ön səthinin sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yaranın istiqaməti (yara kanalı) öndən - arxaya bir qədər çəp soldan - sağa, aşağıdan - yuxarıya olmuşdur. Qeyd olunan yara kanalının istiqamətini eləcə də mərhumun bədən səthində olan digər deşilmiş kəsilmiş yaraları nəzərə alaraq demək olar ki, xəsarət yetirən alət onun bədəninin ön səthinin sol yarısına yönəlmiş olmuşdur. Odur ki, xəsarətləri yetirən şəxs zərbəni yetirən zaman ayaqüstə və mərhumla müxtəlif (üzbəüz, bir qədər sola yönəlmiş, eləcə də gövdənin ön səthində) vəziyyətdə olmasını güman etmək olar. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətin ağırlığını nəzərə alıb demək olar ki, o xəsarət aldıqdan sonra qısa vaxt çərçivəsində (ərzində) yaşaya bilərdi, eləcə də yeriyə və məqsədyönlü hərəkətlər edə bilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş deşilmiş - kəsilmiş yaraları, eləcə də qançır və sıyrıqları şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs bədən səthində yuxarıda göstərilən qançırlar və sıyrıqlar aralarında yaranmış dava - dalaş zamanı küt əşya (əl, dırnaq, ayaq, yumruq və s.) təsirindən törənə bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edilmişdir. Etil spirti isə aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/5137 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd mayka və 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olduğu qeyd edilən 01 ədəd qara rəngli bıçağın və Zərərçəkmiş şəxs məxsus təmir sexindən götürüldüyü qeyd edilən 01 ədəd bıçağın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olduğu qeyd edilən 01 ədəd qara rəngli bıçağın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd mayka və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus təmir sexindən götürüldüyü qeyd edilən 01 ədəd bıçağın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd mayka və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olduğu qeyd edilən 01 ədəd qara rəngli bıçağın üzərindən tapılmış kənar lif mikrohissəcikləri ilə (tünd göy rəngli təbii pambıq lifləri) Zərərçəkmiş şəxs məxsus təmir sexindən götürüldüyü qeyd edilən bir ədəd bıçağın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri rənginə və təbiətinə əlamətlərinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs götürülmüş cinayətin aləti olduğu qeyd edilən 01 ədəd qara rəngli bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli mayka və 01 ədəd yaşıl rəngli gödəkçənin səthi üzərindən tünd qəhvəyi rəngli qana oxşar maddənin izləri aşkar edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 3/1752;3/1798 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, tiyəsi gümüşü-qara rəngli metaldan istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilir, ümumi təyinatlı ov bıçağı olmaqla təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş digər 01 ədəd bıçaq kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağı olmaqla soyuq silah hesab edilmir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 803/2024-MTBŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynək, mayka, bir ədəd qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 01 ədəd pambıq topası və 02 ədəd flakondakı çubuğun uc hissəsində olan pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqiyutinini də alındı. Beləklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin bu ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur, əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. Təqdim edilən 01 ədəd mətbəx bıçağı üzərində və qatlanan cib bıçağının tiyəsi üzərində qan aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “baxış keçirlməsi haqqında” protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən “Oba-Ələt 7” filialının ön tərəfində quraşdırılmış kameranin gündüz görüntülərində 6 nömrəli kameranın Zərərçəkmiş şəxs məxsus təmir sexinin qarşı tərəfini də lentə alması müəyyən olunur. Hadisənin baş vermə saatı axşam vaxtına təsadüf etdiyindən həmin vaxtın görüntülərində havanın qaranlıq olması, ətrafın aydın görünməməsi müəyyən olunur. Həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ağ rəngli “Lada Priora” markalı avtomobil xx.xx.2024-cü il tarixdə saat 21:25 dəqiqədə Zərərçəkmiş şəxs məxsus təmir sexi istiqamətindən yola çıxaraq Ələt-Salyan yoluna doğru gedir. Saat 21:27 dəqiqədə isə Şahid3 məxsus “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlardan da göründüyü kimi, təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə qismən təqsirli bilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı cinayət işi üzrə hökmdə sadalanan sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri), zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxs müharibə veteranı olaraq 80 manat məbləğində pensiya (təqaüd) alır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs istintaq orqanına - polis əməkdaşlarına könüllü yaxınlaşaraq cinayət törətdiyini və təslim olmaq istədiyini bildirərək, 1 ədəd bıçağı polis əməkdaşlarına könüllü təqdim etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməllərini (təqsirini) qismən etiraf etməsini, gənc olmasını, törətdiyi əməllərə görə peşmançılıq hissi keçirməsini, təqsirləndirilən şəxsin istintaq orqanına könüllü gələrək (təqdim olunaraq) törətdiyi hadisə barədə məlumat verməsini, müharibə veteranı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Qaradağ Rayon Prokurorluğunun saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qanabənzər ləkələrdən götürülmüş nümunələr (cubuqlu və topa pambıq), cinayətin aləti olan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərəçəkmiş şəxsə məxsus “Redmi” markalı mobil telefon, 01 ədəd (mətbəx bıçağı) bıçaq, həmçinin hadisə zamanı zərəçəkmiş şəxsin üzərində olan (əynində olmuş) paltarlar (köynək, mayka,) hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisinə (verilməli) qaytarılmalı, (qeyd olunan paltarlar - əşyalar zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qəbul edilmədikdə məhv edilməli), kamera görüntülərinin özündə əks etdirən 03 ədəd dvd formatlı optik disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1 Behdud oğlu) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (əvvəlki redaksiyada) 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin (əvvəlki redaksiyada) 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma - xx.xx.2024-cü il tarixdən) müddəti cəzaçəkmə müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Prokurorluğunun saxlanc anbarındakamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qanabənzər ləkələrdən götürülmüş nümunələr (cubuqlu və topa pambıq), cinayətin aləti olan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərəçəkmiş şəxsə məxsus “Redmi” markalı mobil telefon, 01 ədəd (mətbəx bıçağı) bıçaq, həmçinin hadisə zamanı zərəçəkmiş şəxsin üzərində olan (əynində olmuş) paltarlar (köynək, mayka,) hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisinə (verilsin) qaytarılsın, (qeyd olunan paltarlar - əşyalar zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən qəbul edilmədikdə məhv edilsin), kamera görüntülərinin özündə əks etdirən 03 ədəd dvd formatlı optik disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 304 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Behdud oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar