Məhkəmə qərarları › İş №1(101)-958/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-958/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-958/2020 14.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərşəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri, Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1998-ci ildə X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Səbuhi Studio” mağazasında reklamçı işləyən, məhkumluğu olmayan, Şəmkir rayonu Zəyəm qəsəbəsində pasport qeydiyyatında olan, Bakı şəhəri Səbail rayonu 20-ci sahədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 542 ünvanında yerləşən “Səbuhi Studiya” mağazasının qarşısında Zərərçəkmiş şəxs ona xoşa gəlməz zarafat etməklə onu döyməsindən sonra qisas almaq niyyəti ilə özündə olan soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarnının ön tərəfindən və sağ qoltuqaltı nahiyyənin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarının ön divarının daxilə nüfuz edərək mədəni və qaraciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan dərəcəsinə görə ağır xəsarət yetirərək zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə yaşayır. Onun iki yaşı olan zaman atası rəhmətə getmiş, əvvəllər müxtəlif ətriyyat mağazalarında satıcı işləyirmiş, 2020-ci ilin fevral ayının 20-dən isə Nəsimi rayonu Azadlıq prospekti ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən “Səbuhi Studio” mağazasında reklamçı işləyir. Həmin mağazada işi orada satılan ətriyyatları kağız parçalarına vuraraq küçədən keçən şəxslərə reklam edib onları mağazaya dəvət etmək olmuşdur. xx.xx.2020ci il tarixdə saat təxminən 17 radələrində mağazanın çölündə dayanıb ətriyyat reklam edirmiş. Reklam üçün kağız parçaları bitdiyindən yaxınlıqda olan mağazaya gedib oradan kağız parçaları almışdır. Bu zaman orada olan iki nəfər şəxsdən biri, yəni onun işlədiyi mağazaya yaxın yerdə işləyən Rəşad adlı şəxs ona “dayın necədir” demişdir. O da ona dayısını haradan tanıdığını, nəyə görə belə sual verdiyini soruşmuşdur. Rəşad ona kobud cavab verərək “indi vurub çənəni dağıdacam” demişdir. O da ona məhəl qoymamış işlədiyi mağazanın qarşısına qayıtmışdır. Onlar isə piyada keçidinə tərəf getmişlər. Təxminən 10 dəqiqə sonra onlar geri qayıdaraq onun yanına gəlmişlər. Rəşadın yanında olan, təxminən 35-40 yaşlarında, ağ saçlı olanı ona yaxınlaşaraq niyə onlarla belə danışdığını soruşmuş Rəşadın ona həmin sözü zarafatca dediyini bildirmişdir. O da ona dayısının rəhmətə getdiyini və onun zarafatının yersiz olduğunu bildirdikdə Rəşad heç bir səbəb olmadan yumruqla onun sifətinin sol tərəfindən zərbələr vurmuşdur. O da onları qorxutmaq üçün cibində olan qara rəngli qatlanan bıçağı çıxararaq bir-iki dəfə Rəşada tərəf fırlatmışdır. Bundan sonra Rəşad onu yenə vurmuşdur, bu zaman o mağazanın içərisinə yıxılmış və onlar aralaşmışlar. Sonradan ona Rəşadın yaralandığını demişlər. İş zamanı yemək baha olduğu üçün, ucuz başa gəlsin deyə meyvə alıb yemək üçün həmin bıçağı almışdır ki, həmin meyvələri doğrasın. O bıçağı metrodan almış, elə həmin gün o bıçağı evdən işə gələn zaman götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid2 təxminən 10 ildir ki tanıyır, Namiq 2010-cu ilin əvvəllərində Nəsimi rayonu Azadlıq prospektində yerləşən mağazada qızıl alqı- satqısı ilə məşğul olurmuş, o, da zərgər olduğu üçün həmin vaxtlarda münasibətləri yaranmış və dostluq etmişlər. Sonradan Namiq həmin mağazadan ayrılsa da Namiqlə münasibəti davam etmişdir, arabir vaxtı olanda Namiq onun işlədiyi mağazaya gəlib orada onunla söhbət edirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Namiq onun işlədiyi Azadlıq prospektində yerləşən mağazaya gəlmişdir. Namiqlə mağazanın çölündə dayanıb bir qədər söhbət etdikdən sonra yaxınlıqda olan mağazada işləyən Orxan adlı şəxsi görmüşlər. Orxan Namiqlə mübahisə etməyə başlamış, sonradan Orxan Namiqə cavab qaytarmağa başlayan zaman, o, Orxana Namiqin ondan böyük olmasını deyərək ona iradını bildirmişdir. Sonradan Orxan onu söyməyə başladığı üçün mübahisələri yaranmışdır, o, Orxana zərbə atsa da zərbəsi Orxana dəyməmişdir. Mübahisə sakitləşdikdən bir qədər sonra onun halı pisləşmiş və o bıçaqlandığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çoxdan tanıyır. 2010-cu ilin əvvəllərində Nəsimi rayonu Azadlıq prospektində yerləşən mağazada qızıl alqı-satqısı ilə məşğul olurmuş. Rəşad da zərgər olduğu üçün həmin vaxtlarda münasibətləri yaranmış və dostluq etmişlər. Sonradan o həmin mağazadan ayrılsa da Rəşad və orada işləyən digər tanışlarıyla münasibəti davam etmiş, arabir vaxtı olan zaman Rəşadın işlədiyi mağazaya gedib orada onunla və digər tanışları ilə söhbət edirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Rəşadın Azadlıq prospektində işlədiyi mağazaya gəlmişdir. Rəşadla mağazanın çölündə dayanıb bir qədər söhbət etdikdən sonra yaxınlıqda olan mağazada işləyən Orxan adlı şəxs yanlarından keçən zaman Rəşad Orxana “dayın necədir” deyə atmacalı söz işlətmişdir. Orxan isə bu sözü nəyə görə dediyini Rəşaddan soruşduqda onların arasında söz mübahisəsi yaranmışdır. O, Rəşad və Orxanı sakitləşdirmək üçün Rəşadın qoluna girib onu mağazadan kənarlaşdırmışdır. Orxan isə işlədiyi mağazaya qayıtmışdır. Təxminən 50 metr kənarlaşdıqdan sonra orada bir tanışıyla söhbət etmişlər. Təxminən 10 dəqiqə sonra Rəşadla birlikdə Orxanın işlədiyi mağazaya tərəf getmişlər. Mağazanın qarşısına çatdıqda o, Orxana yaxınlaşmış və Rəşadın onunla zarafat etdiyini bildirmişdir. Orxan isə ona Rəşadın onunla dayı zarafatı etdiyini, onun dayısının rəhmətə getdiyini demişdir. Bu zaman Rəşadla Orxan arasında yenidən söz mübahisəsi yaranmışdır. O, onların yenidən mübahisə edəcəyini düşünüb və Orxanı qolundan tutub oradan kənarlaşdırmaq istəmişdir. Bu zaman Rəşad Orxanın sifətindən yumruqla vurmuş və onların arasında mübahisə davam etmişdir. Mübahisə bitdikdən sonra o, Rəşadın qoluna girib onu oradan uzaqlaşdırmaq istəyəndə Rəşad ona Orxanın onu bıçaqla vurduğunu demişdir. Bundan sonra yaxınlıqda olan Rəşadın qardaşı Rəsul gəlmiş və onlar X8 Mərkəzə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 57 ünvanında yerləşən “Səbuhi Studiya” mağazasında satıcı işləyir. Xeyli müddətdir ki, onunla birlikdə Təqsirləndirilən şəxs da mağazada işləyirmiş, Orxanın işi mağazanın ətir satışı hissəsində satışda olan ətirləri mağazanın qarşısında reklam etməkdən ibarət olub. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində işlədiyi mağazada olan zaman çöldən səs-küy gəldiyini eşidərək dərhal mağazadan çölə çıxmışdır. Çölə çıxan zaman mağazanın qarşısında Orxanla tanımadığı bir nəfərin dalaşdıqlarını görmüş dərhal digər şəxslərlə birlikdə araya girərək onları bir-birindən aralamışlar. O, hadisəni görən zaman Rəşad və Namiq Orxanı döyürmüşlər. Orxanı aralaşdırmışlar ki, Orxanı döyməsinlər, bir müddət sonra Rəşadın bıçaqlanmasını eşitmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə-39-40) xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. (iş vərəqə 64) xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdimat və vəsatətlə müraciət edilsə də vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vərəqə-66, 90-94) xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (iş vərəqə 175) Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd boz rəngli içərisində “CENGİZHAN BAYBARS” sözləri yazılmış qısa palto, 01 ədəd tünd göy rəngli qırmızı boğazlı uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka xx xxxxxx 2020-ci il tarixdə Bakı Baş Səhiyyə X4 Mərkəzdən götürülmüşdür (iş vərəqə 99-100) İstintaq zamanı hadisənin baş verdiyi yeri müşahidə edən kamera görüntüləri götürülərək baxış keçirilən zaman görüntünün xx.xx.2020-ci il saat 16:19:47 dəqiqədən başladığı, görüntünün başladığı andan 3 nəfər şəxsin dairəvi formada dayanaraq söhbət etmələri, daha sonra əynində göy rəngli gödəkkcə olan balaca boy kişi cinsindən olan şəxslə həmin şəxslərdən uzun və arıq bədən quruluşlu, əynində uzun palto olan şəxsin bir-birilərinə yaxınlaşaraq mübahisə etmələri, həmin şəxslərdən əynində qara rəngli gödəkcə olan şəxsin onlara yaxınlaşaraq ayırması, görüntünün 01:07 dəqiqəsində uzun və arıq bədən quruluşlu, əynində uzun palto olan şəxsin ani anda əynində göy rəngli gödəkcə olan balaca boy kişi cinsindən olan şəxsin üzərinə hücum edərək ona yumruq zərbələri endirməsi, daha sonra uzun və arıq bədən quruluşlu, əynində uzun palto olan şəxsin əli ilə qarın və yan hissələrinə toxunub həyəcanlı halda əynindəki paltosunun düymələrini açaraq kameranın müşahidə dairəsindən çıxması müəyyən edilmişdir. Baxış keçirilən zaman iştirak etmiş Təqsirləndirilən şəxs əynində göy rəngli gödəkcə olan balaca boy kişi cinsindən olan şəxsin özü, əynində uzun palto olan şəxsin isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. (iş vərəqə 111-112) DİN-nin BƏSİİ-dən alınmış təlabnamə göstərilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 117) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 215 saylı rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərqarının ön divarının daxilə nüfuz edərək mədəni və qaraciyəri zədələyən 1 (bir) ədəd, sağ qoltuqaltı nahiyyənin daxilə nüfuz etməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşicikəsici əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Bakı şəhər Baş Səhiyyə X4 Mərkəzinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən qarnın ön divarının daxilə nüfuz edərək mədəni və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ qoltuqaltı nahiyyənin daxilə nüfuz etməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılma nəticəsində törənməsi inandırıcı deyildir. (iş vərəqə 122-123) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 233 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (iş vərəqə 119-120) İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizasının məhkəmə tibbi biloji tədqiqinə dair xx.xx.2020-ci il tarixli 194/2020-MTBŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: B(İİİ). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd palto, bir ədəd köynək, bir ədəd mayka və bir ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alındı. Belə olan halda bu qan ləkələri B alfa (İİİ) qruplu bir şəxs, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vərəqə 127-130) İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizasının məhkəmə krimilastik tədqiqinə dair xx.xx.2020-ci il tarixli 110/2020-MTKŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın, köynəyin və paltonun ön hissəsinin orta nahiyəsində bir ədəd; köynəyin və paltonun ön hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərindəki zədələrə əsasən demək olar ki, zədənin yetirildiyi anda bıçaq Zərərçəkmiş şəxs məxsus paltarlar üzərindəki zədələrə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. (iş vərəqə 132-135) İş üzrə təyin edilmiş ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 893 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotrik pozuntular o, dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Hazırda Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən, etdiyi hərəkətlərin xaraakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. (iş vərəqə 157-159) Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd boz rəngli içərisində “CENGİZHAN BAYBARS” sözləri yazılmış qısa palto, 01 ədəd tünd göy rəngli qırmızı boğazlı uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmışdır. (iş vərəqə 165-173) İş materiallarında olan, hadisənin gedişatını qeydə alan görüntülər əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. (iş vərəqə 165-173) Beləliklə təqsirlənndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Yuxarıda şərh edilən sübutları məcmuyu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmüş cinayət əməlləri düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. O həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, «Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.» Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı və 7-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, özünü təqsirli bilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi cəzasını yüngülləşdirən hallardır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsini mümkün hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsini, Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə maddi sübutlar Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd boz rəngli içərisində “CENGİZHAN BAYBARS” sözləri yazılmış qısa palto, 01 ədəd tünd göy rəngli qırmızı boğazlı uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi 01 ədəd bıçaq məhv edilməlidir. Hadisənin gedişatını qeydə alan görüntülər əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməklə, məhkəmə iclas zalından həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bakı şəhəri, Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardımla bağlı 220 (iki yüz iyimi) manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs qismində saxlanıldığı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəksin. Barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Nəsimi rayon Polis İdarəsində saxlanılan maddi sübut olan 01 ədəd boz rəngli içərisində “CENGİZHAN BAYBARS” sözləri yazılmış qısa palto, 01 ədəd tünd göy rəngli qırmızı boğazlı uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi 01 ədəd bıçaq məhv edilsin. Bakı şəhəri, Pro Bono vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardımla bağlı 220 (iki yüz iyimi) manat pul ödənilsin. Hökm elan edildiyi (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar