Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-958/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçilər: «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Pöhruz oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2000-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov, küçəsi ev 23-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə; xx.xx.2004-cü ildə Türkiyə Cümhuriyyətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, M.Qorqi küçəsi ev 2, mənzil 22-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 52 A-da yaşayan barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdı: Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə 30 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Səbail rayonu, 20-ci sahə dairəsində yerləşən “Elay” adlı restoranın qarşısında Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında sonuncunun tanışı Şahid1 Zərərçəkmiş şəxs tərəfindən narahat edilməsini cüzi səbəb kimi gətirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda yığışan çoxsaylı insanların gözü qarşısında qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs sonuncu onu itələyəndən sonra əlbəyaxa olmuş, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yumruq zərbələri vurarkən o, üzərində gəzdirdiyi silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs sol budun yuxarı 1/3-nin arxa bayır səthinin bir, bayır səthinin bir, aşağı 1/3-nin ön-bayır səthinin bir və ön-iç səthinin bir ədəd (cəmi 4 ədəd) yumşaq toxumaları zədələyən deşilmiş kəsilmiş yara almasına səbəb olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən Yüngül zərərzvurmaya aid olan, döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, diafraqmanın sol kümbəzini zədələyərək qarın boşluğuğuna keçən, daxili qanaxmaya səbəb olan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 30 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Səbail rayonu, 20-ci sahə dairəsində yerləşən “Elay” adlı restoranın qarşısında Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında tanışı Şahid1 Zərərçəkmiş şəxs tərəfindən narahat edilməsini cüzi səbəb kimi gətirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafda yığışan çox saylı insanların gözü qarşısında qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruq zərbələri vurmaqla bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır.digər Təqsirləndirilən şəxs1 isə dostudur. Onun 21 yaşı, Fatehin isə 16 yaşı vardır. O, uşaqlıqdan yetim böyümüş, anası və atası o uşaq yaşlarında olarkən vəfat etmişlər, nənəsinin himayəsində böyümüşdür. Bakı şəhəri, Bayıl qəsəbəsində, 20-ci sahədə yerləşən bərbərxananı icarəyə götürərək bərbər işləmişdir. 30.11.2020-ci il tarixdə saat 20 radələrində iş yerinə dostu Fateh gələrək demişdir ki, tanışı Ləmanın yanına, papaq vermək üçün getməlidir, ondan da xahiş etmişdir ki, birlikdə getsinlər. O, Fatehlə razılaşmış və onunla birlikdə 20-ci Sahəyə piyada getmişlər. Yolda olan zaman Ləman Fatehə zəng edərək onu gözlədiyi yerdə, yəni “Elay” adlı restoranın yanında bir oğlanın ona sataşdığını və yanında durub heç yerə getmədiyini bildirmişdir. Tələsik, bir neçə dəqiqəyə “Elay” adlı restoranın yanına çataraq görmüşdür ki, Ləman yolun qırağında “Elay” restoranının qarşısında dayanıb, yanında isə tanımadığı, sonradan ad-soyadını bildiyi Zərərçəkmiş şəxs dayanmışdır. Onlar Ləmana yaxınlaşıb yanındakı oğlanın kim olmasını soruşmuşlar. Ləman onlara cavab olaraq demişdir ki, ona sataşan oğlan bu oğlandır. Ləmanı təxminən 3 ay olar ki, tanıyır, Ləmanın 13 yaşı var, Fatehlə dost münasibətindədir. Həmin şəxsdən, yəni Zərərçəkmiş şəxs Ləmana sataşmasının səbəbini aydınlaşdırmaq üçün ona yaxınlaşaraq salam vermiş, adını soruşmuş, Elvin isə ona adının Əli olduğunu demişdir. O Elvini həm Ləmana uzaqlşdırmağa, həm də onun azyaşlı uşağa sataşmasını öyrənmək üçün ona təklif etmişdir ki, kənara çəkilib söhbət etsinlər. Həmin vaxt ətrafda heç kəs olmamışdır. Fateh isə Ləmanın yanında qalmışdır. Elvinin qoluna girib kənara çəkdiyi zaman ondan Ləmanı tanıdığını soruşmuş, Elvin isə Ləmanı tanımadığını, ona xitabən « uşaq-muşağa bax e, böyüyüblər» demişdir. O isə Elvinə cavab olaraq uşaq olmadığını, 20 yaşı olduğunu bildirmişdir. Bu zaman Elvin qolunu onun qolunun arasından çıxarıb onu itələmiş, o da cavab olaraq Elvini yumruqla vurmuş və Elvinlə əlbəyaxa olmuş, bu zaman Fateh də davaya qarışaraq Elvini yumruqla vurmuş, lakin Elvin güclü olduğu üçün və vura-vura üzərinə gəldiyi üçün cibində olan bıçağı çıxarıb ona bıçaqla budundan bir zərbə endirmiş, lakin Elvin öz hərəkətlərini davam edərək onu yumruqla vura-vura üzərinə gəldiyi üçün ona budundan daha bir neçə zərbə vurmuşdur. Budundan ona görə vurmuşdur ki, Elvinə ağır xəsarət yetirmədən özündən uzaqlaşdırsın. Yalnız son zərbəni Elvin üzərinə gəldiyi üçün sinəsindən vurmaş, yalnız bundan sonra Elvin oradan qaçıb getmişdir. O və Fateh isə orada qalmış və hadisə yerinə gələn polis əməkdaşları onları bölməyə apararaq araşdırma aparmışlar. O, özünü CMnin 126.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, həqiqətən Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Lakin xəsarəti xuliqanlıq niyyəti ilə törətməmişdir, axı Elvin az yaşlı qız uşağına sataşmış, ondan əl çəkməmiş, yalnız o və Fateh Ləmanın telefon zəngi ilə kömək istədiyi üçün hadisə yerinə gəlib Elvini Ləmandan kənarlaşdırmaq istəyərkən bu hadisə baş vermişdir. Burada onun nə xuliqanlıq niyyəti var idi ki? Həmçinin onun əməlində xuliqanlıq da olmamışdır. O, ictimai qaydaları pozmamışdır, əksinə Elvin tanımadığı azyaşlı qız uşağına söz atmaqla onu təqib etməklə qanunsuz və əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi hadisə ilə əlaqədar tanımış, Təqsirləndirilən şəxs2 isə onun dostudur. Onun 13 yaşlı Ləman adlı uşaqlıq dostu var. Ləman ondan papaq istədiyi üçün onunla 30.11.2020-ci il tarixdə axşam saatlarında Bayılda olan “Elay”restoranının qarşısında görüşməli idi. Görüşməmişdən əvvəl Bayılda yerləşən dostu Kərimin bərbər salonuna getmiş, ondan xahiş etmişdir ki, birlikdə Ləmanın yanına getsinlər. Kərim onunla razılaşmış və ikisi birlikdə saat 21 radələrində Ləmanla görüşə getmişlər. Yolda olan zaman Ləman ona zəng edərək narahat səslə ona demişdir ki, onu gözlədiyi yerdə bir oğlan ona yaxınlaşıb telefon nömrəsini istəyir, o ona nömrəsini verməyəcəyini desə də yanından getmir. Ləmanın zəngi barədə Kərimə demiş və ikisi iti addımlarla Ləmanın onları gözlədiyi yerə gedib çatmışlar. Orada Ləmanı və onun yanında tanımadığı bir cavan oğlanı görmüşlər. Onlar Ləmana yaxınlaşaraq ona sataşan oğlanın harada olduğunu soruşmuşlar, Ləman da yanında dayanmış oğlana, yəni sonradan adı-soyadının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə işarə edərək demişdir ki, həmin oğlan budur. X16 tanıyıb-tanımadığını soruşmuşlar, Elvin bildirmişdir ki, Ləmanı tanımır. Elvin onların Ləmanın yanına gəlməsinə baxmayaraq oradan uzaqlaşmamış, əksinə heç bir şey olmamış kimi dayandığı yerdə durmuşdur. Bundan sonra dostu Kərim Elvinə yaxınlaşıb onu Ləmandan kənarlaşdırmaq üçün qoluna girib kənara çəkmiş, o isə Ləmanı yola salmaq üçün bir qədər uzaqlaşmışdır. Ləmanı yola salıb geri qayıtdıqda görmüşdür ki, Elvin dostu Kərimlə əlbəyaxa olmuşlar, o da Kərimə kömək məqsədilə Elvinə yumruq atmışdır. Bu zaman onu tanımadığı şəxslər Elvindən aralamış, Kərimlə Elvin isə davanı davam etdirmişlər. Kərimin Elvini bıçaqladığını görməmiş, Kərimdə bıçaq olmasını bilməmişdir. Bir onu görmüşdür ki, Elvin Kərimdən aralanıb qaçıb getmiş, onu və Kərimi isə hadisə yerinə gələn polis əməkdaşları bölməyə aparmışlar. Onun xuliqanlıq etmək niyyəti olmamış, o, dostu Ləmanı Elvinin əlindən qurtarmaq istəmişdir. Həmçinin dostu Təqsirləndirilən şəxs2 Ləmana görə bu hadisəni törətmişdir. Nə onun, nə də ki, Kərimin xuliqanlıq törətmək məqsədləri olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Şahid1ı isə hadisə baş verməmişdən əvvəl avtobusda görmüş, avtobusdan düşəndə o Ləmandan nömrəsini istəyib, lakin Ləman ona öz instaqram profilini verib ki, orada danışsınlar. Sonradan Ləmanla instaqram profili vasitəsi ilə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. Yəqin ki, Ləman onunla tanış olmaq istəmədiyi üçün yanlış profil vermişdir. 30.11.2020-ci il tarixdə saat 21 radələrində o Ləmanı 20-ci Sahədə «Elay» restoranın yanında görüb ona yaxınlaşaraq verdiyi profilinə düşə bilmədiyini, ona profilini yenidən verməsini istəmişdir. Ləman mobil telefonunu çıxarıb instqram profilini açaraq ona deyib ki, profilin adını şəkil kimi çəkib götürsün. O həmin profilin şəklini telefonu ilə çəkib götürmüş, lakin Ləmanın yanından getməmiş, tanışlıqlarını davam etdirmək üçün onu söhbətə cəlb etməyə çalışmışdır. Ləman ona deməmişdir ki, kimisə gözləyir və onun yanında Ləman kiməsə zəng edərək ondan gileylənməmişdir. Təxminən bir neçə dəqiqədən sonra halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 və Fateh Dadaşzadə onlara yaxınlaşmış, Kərim qolundan tutub Ləmandan kənara onu çəkmək istədikdə, o da əli ilə onun əlini itələyib «yavaş ol» demişdir. Kərim onun qolundan tutaraq yenə onu oradan çəkmiş, nəticədə hər ikisi onun durduğu yerdən təxminən 6-7 metr aralanmışlar. Görmüşdür ki, Fateh Ləmanı həmin yerdən kənarlaşdırır. Bu zaman hiss etmişdir ki, Kərim onun sol ayağını bıçaqlayır. O, Kərimə müqavimət göstərməyə çalışmış, buna baxmayaraq Kərim ayağına bir neçə dəfə bıçaq zərbəsi endirmişdir. O üzünü çevirib onun tərəfinə baxmaq istəyərkən üzünə yumruq dəydiyini hiss etmişdir ki, yumruğu vuran Ləmanı yola salıb onların yanına gələn Fateh olmuşdur. O, yerə yıxılıb ayağa qalxmış və bu zaman Kərim yenə üzərinə bıçaqla hücum etmiş, o da Kərimə cavab olaraq yumruqla zərbə yetirməyə çalışmış, lakin yumruğu boşa çıxmıış, lakin hiss etmişdir ki, Kərimin vurduğu axırıncı bıçaq zərbəsi sol yanına dəymişdir. Bundan sonra oradan aralanaraq qaçıb getmişdir. Həyəcanlı olduğu üçün xatırlaya bilmir ki, kənar şəxslərdən onları aralayan olub-olmamışdır. Lakin Kərimlə mübahisədən əvvəl ətraflarında heç kəs olmamışdır. Onun Ləmana təhlükə yaratmaq niyyəti olmamışdır, Ləmanın azyaşlı olmasını da hiss etməmişdir. Ləmanla oğlan-qız münasibəti yaratmaq üçün tanış olmaq istəmişdir. Onun 21 yaşı var, Ləmanın isə 13 yaşda olmaqla azyaşlı olmasını ibtidai istintaq zamanı bilmişdir. O, hər iki təqsirləndirilən şəxslə barışmışdır, onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Bununla bağlı notarial qaydada ərizələr vermiş, əlavə olaraq bir ərizə də bu gün məhkəmədə təqdim edir. İbtidpai istintaq zamanı verdiyi ifadəsində baş vermiş hadisədən əvvəl spirtli içkilər qəbul etdiyini, lakin özünü idarə etdiyini göstərmişdir, həmin ifadəni təsiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır, daha doğrusu, hadisədən 3- 4 ay əvvəl o Fatehlə tanış olmuşdur. Onun o zaman 13 yaşı təzə tamam olmuş, hal-hazırda da 13 yaşın içindədir. Fateh də yetkinlik yaşına çatmamış olmaqla 16 yaşında idi. Tanışlıqları uşaqlıq dostluğu xarakteri daşıyırdı. Fatehin vasitəsi ilə də onun dostu Kərimlə tanış olmuşdur. 30 noyabr 2020-ci il tarixdə Fateh ona papaq verməli idi. Bu məqsədlə onlar həmin gün 20-ci Sahədə yerləşən «Elay» adlı restoranın qarşısında görüşməli idi. Həmin yerə o, təxminən saat 21 radələrində gəlmiş, Fatehə zəng edərək onu «Elay» adlı restoranın qarşısında gözlədiyini demişdir. Bu zaman ona adını Əli kimi bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmış, onu narahat etməyə başlamışdır. Bildirmək istəyir ki, Elvin həmin gündən bir neçə gün əvvəl avtobusda onu narahat etmiş, telefon nömrəsini istəmiş, o da Elvindən əl çəkmək xətrinə ona yalnış bir profil verməklə avtobusdan enib evinə getmişdir. Fatehi gözləyən zaman Elvinin ora gəlməsi bir təsadüf olmuşdur. Elvin onu görən kimi yenidən instaqramdakı profilini tələb etmiş, o da ondan qorxduğu üçün və onun çıxıb gedəcəyini güman edərək profilini ona vermiş, həmçinin başqa tanışını gözlədiyini deyərək ondan aralanmasını xahiş etmişdir. Lakin Elvin onun sözlərinə məhəl qoymamış, heç yerə getməyəcəyini demiş, yanından əl çəkməmişdir. Elvinin bu hərəkətləri onu çox narahat etmiş və Elvin ondan bir neçə metr aralanaraq hansısa taksi maşınına yaxınlaşdığı zaman dərhal Fatehə zəng edib bir nəfərin onu narahat etdiyini, tez gəlməsini xahiş etmişdir. Fateh də ona demişdir ki, Kərimlə birlikdədir, bir neçə dəqiqəyə çatırlar. Təxminən bir neçə dəqiqədən sonra Fateh və Kərim onların yanına gəlib çatmışlar. Fatehlə Kərim onunla salamlaşmış, Kərim Elvinin onun yanında durub əl çəkmədiyini görərək qolundan tutaraq söhbət etmək üçün kənara çəkib bir neçə metr ondan aralamışdır. O görüb ki, Elvin əli ilə Kərimin qolunu özündən kənara itələyib. Fateh isə ona oradan getməsini deyərək onu bir qədər yola salaraq geri qayıtmışdır. O, sonrakı hadisələri görməmişdir, sonradan bilmişdir ki, dostları ona görə Elvinlə dalaşmış, dalaşma zamanı Kərim Elvini bıçaqlamışdır. Elvinin verdiyi ifadəsi ilə razı deyildir. O, Elvindən çıxıb getməsini təkidlə xahiş etmiş, yanına dostlarının gəlməsini deyərək xəbərdarlıq etmişdir. Lakin Elvin heç yerə getməyərək düz yanında dayanmışdır. Hətta o, Elvinə profilini verdikdən sonra da o çıxıb getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş azyaşlı Şahid1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Ləman onun doğma qızıdır və Ləmanın 13 yaşı vardır. Ləmanın özündən 2-3 yaş böyük olan yetkinlik yaşına çatmamış Fatehlə dostluq etməsindən xəbəri var idi. Onların dostluğu uşaq dostluğu xarakteri daşıyırdı. 30.11.2020-ci il tarixdə axşam işdən gəldikdə Ləmanın kövrəlib ağladığını, onun qorxmuş və həyəcanlı şəkildə olduğunu görmüşdür. Qızını sorğu-suala tutduqda o, bildirmişdir ki, Əli adlı bir oğlan onu təqib edir, avtobusda ondan telefonunu tələb edib, həmin günü isə 20-ci sahədə Fatehlə görüşəcəyi gün həmin oğlan yenə ona ilişmiş, o da qorxduğu üçün Fatehə zəng edib tez gəlməsini demiş, Fateh dostu Kərimlə ora gələrək özünü Əli kimi təqdim etmiş, lakin bu gün məhkəmədə adının Elvin olduğu müəyyən edilən şəxsi ondan kənarlaşdırmış, onu isə yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vladim oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır. Belə ki, o Bakı şəhəri Səbail rayon ərazisində Çevik Polis alayının 4-cü bölüyündə xidmət aparır. 30.11.2020-ci il tarixdə komendant saatı ilə əlaqədar ona təhkim olunmuş Daxili Qoşunların iki əsgəri ilə birlikdə 20-ci Sahə adlanan ərazidə post qururdular. Təxminən saat 21 radələrində o “Elay” restoranının yaxınlığında çox sayda insanların yığışdığını görüb ora yaxınlaşmışdır. Ora yaxınlaşanda bir nəfərin onu və əsgərləri görüb qaçdığını görmüşdür. Sonradan həmin şəxsin xəsarət alan Zərərçəkmiş şəxs olmasını bilmişdir. Orada həmin Elvinlə mübahisə etmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə onları görsə də heç yerə qaçmamışlar, hətta Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qohumu olan qıza görə Zərərçəkmiş şəxslə mübahisə etmiş və ona xəsarət yetirmişdir. Heç bir etiraz etmədən hər ikisi onunla birlikdə 8-ci Polis Bölməsinə getmişlər. Orada Təqsirləndirilən şəxs2 hadisəni törətdiyi bıçağı növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə, yəni bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması öz təsdiqini tapmaqla bu cinayətləri törətməsi tam sübuta yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətməsi təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış 01 dekabr 2020-ci il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış 01 dekabr 2020-ci il tarixli “bıçağın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq bir ədəd açılıb-qatlanan cib bıçağını istintaqa təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 30.11.2020-ci il tarixli Bakı şəhəri Yasamal RPİnin 8-ci PB-nin Əlahiddə ÇPA-nin polis nəfəri X4 raportundan müəyyən olunur ki, 30.11.2020ci il tarixdə, saat 20:40 radələrində 20-ci Sahə dairəsində xidmət apararkən iki nəfər şəxsin mübahisə etdiyini görüb yaxınlaşıb həmin şəxsləri nizam intizama dəvət edib raportla Növbətçi Hissəyə təhvil verdi. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Təqiq edilən raportdan konkret olaraq hansı hadisənin törədildiyi, saxlanılıb Növbətçi Hissəyə təhvil verilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəktələri barədə heç bir məlumat yoxdur. İbtidai arşdırma orqanının 01 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti Bakı şəhəri Səbail rayon prokurorunun 02 dekabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərarında rayon prokuroru cinayətin xarakterini və törədilmə şəraitini, həmçinin digər əsaslar göstərərək həbs haqqında vəsatətin təmin olunmaması qərarına gəlmiş, 02.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 01.12.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək həbsdə olmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 17.12.2020-ci il tarixli, 671 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır və onlar üç qrupa bölünür: “a”-döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, diafraqmanın sol kümbəzini zədələyərək qarın boşluğna keçən, daxili qanaxma (sol plevra boşluğunda 50+30=80 ml və qarın boşluğunda 200+30=250 ml) səbəb olmuş bir ədəd deşilmiş kəsilmiş yarası; “b”-sol budun yuxarı 1/3-nin arxa bayır səthinin bir, bayır səthinin bir, aşağı 1/3-nin ön-bayır səthinin bir və ön-iç səthinin bir ədəd (cəmi 4 ədəd) yumşaq toxumaları zədələyən deşilmiş-kəsilmiş yaraları; “c”-sağ əlin 2-ci daraq əsas falanqa oynağının arxa səthinin bir ədəd kəsilmiş yarası;
1. “a”-bəndində göstərilmiş çapıq toxuması-həmin nahiyyədə olmuş deşilmiş-kəsilmiş yaranın izi olub deşici-kəsici əşyanın(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olnanın göstərdiyi şəraitdə, yəni 30 noyabr 2020-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. “b”-bəndində göstərilmiş çapıq toxuması-həmin nahiyədə olmuş deşilmiş-kəsilmiş yaranın izi olub deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 30 noyabr 2020-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər; “c”-bəndində göstərilmiş çapıq toxuması-həmin nahiyədə olmuş kəsilmiş yaranın izi olub kəsici əşyanın(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 30 noyabr 2020-ci il tarixdə özü tərəfindən sağ əlin büllur(xrustal) stəkana vurma nəticəsində stəkanın sınmış qəlpəsinin kəsici təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pzoulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının 18.01.2021ci il tarixli, 12/2021 saylı rəyindən müəyyən olunur ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlmişdir: 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol aşağı manjeti üzərində bir ədəd, şalvarın sol ayağının ön sol nahiyyəsində bir ədəd, şalvarın sol ayağının arxa yuxarı nahiyyəsində iki ədəd, şalvarın sol ayağının ön yuxarı hissəsində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konsktruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının iç səthində aşkar edilmiş cırılma zədəsi şalvarın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol aşağı manjeti üzərində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən, diafraqmanın sol kümbəzini zədələyərək qarın boşluğuna keçən bir ədəd yarası ilə, şalvarın sol ayağının ön sol nahiyyəsində bir ədəd, salvarın sol ayağının arxa yuxarı nahiyyəsində iki ədəd, şalvarın sol ayağının ön yuxarı hissəsində aşkar edilmiş iki deşilmiş-kəsilmiş zədələr onun bədəninin sol budunun yuxarı 1/3nin arxa-bayır səthinin bir, bayır səthinin bir, aşağı 1/3-nin ön-bayır səthinin bir və ön-iç səthinin bir ədəd(cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları yerləşmələrinə görə nisbi olaraq üstüstə düşülür, Sağ əlin 2-ci daraq əsas falanqa oynağının arxa səthində aşkar edilmiş bir ədəd kəsilmiş yara onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da, həmin nahiyənin paltarın örtülməsi ilə izah oluna bilər.
4. Ekspterizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərinə sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 21.01.2021-ci il tarixli 117 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətində görə məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə anında güclü ruhi həyaycan vəziyyətində(fizioloji affekt halında) olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16.03.2021-ci il tarixli, 572 saylırəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətində görə məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə anında güclü ruhi həyaycan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının 08.02.2021ci il tarixli, 23/2021 saylı rəyindən müəyyən olunur ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlmişdir:
1. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: B-3
2. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu AB0 sistemi üzərində təyin edildikdə B antigeni və alfa aqqlyutinin alındı. Bu qan ləkələri AB0 sistemi üzrə B-alfa(3-cü) qruplu şəxsə, o cümldən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğuna dair sorğulara cavablardan müəyyən olunur ki, onlar məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs 29.12.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 30 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında dava-dalaş yaranmış, həmin zaman Təqsirləndirilən şəxs1 ona yumruqla zərbə vurmuş, Təqsirləndirilən şəxs2 isə bədəninin müxtəlif nahiyyələrinə bıçaqla xəsarət yetirmişdir. O xəsarət aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ailə üzvləri bütün müalicə xərclərini qarşılamış və ona mənəvi dəstək göstərmişlir. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heçbir şikayəti olmamasını və barışdığını nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi, notarial qaydada təsdiq olunduğu 22.04.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o Təqsirləndirilən şəxs2 ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi, notarial qaydada təsdiq olunduğu 21.04.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o Təqsirləndirilən şəxs1 ilə barışmış ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim olunmuş və Təqsirləndirilən şəxs2 xarakterizə edən sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 atası X8 27 may 2017-ci il tarixdə, anası X12 isə 31 may 2004-cü il tarixdə vəfat etmiş, Təqsirləndirilən şəxs2 Cəbrayıl rayon İHB-nın Masanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Cəbrayıl rayonu işğal olunandan sonra məcburi köçkün ailəsində anadan olmuş, ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində məskunlaşmış, məktəbdə oxuduğu müddətdə yaşıdları ilə normal münasibətdə olmuş, intizamlılığı, çalışqanlığı ilə fərqlənmiş, valideyinləri vəfat etmiş, himayəsində yaşlı nənəsi X5 və kiçik qardaşı X9 vardır. Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə daxil olmuş çağırış vərəqəsindən müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Təqsirləndirilən şəxs2 kiçik qardaşı X9 01.10.2021-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılır. Məhkəməyə təqdim olunmuş və Təqsirləndirilən şəxs1 xarakterizə edən xasiyyətnamədən müəyyən olnur ki, onun barəsində Bakı şəhəri Səbail rayonu 149 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, ibtidai arşdırma orqanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cuzi səbəbdən, bir qrup şəxs halında silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa zərər vurması barədə gəldiyi nəticə təsdiqini tapmışdır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətməsi təsdiqini tapmışdır. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30.11.2020-ci il tarixdə baş ermiş hadisədən əvvəl spirtli içkilər qəbul etmiş və saat 21 radələrində 20-ci sahədə “Elay” restoranın yanında bir neçə gün əvvəl avtobusda tanış oluduğu Ləmana yaxınlaşıb onun instaqramdakı profilini istəmiş, Ləman profil şəklini çəkməyə imkan verdikdən sonra ona adam gözlədiyini demiş, o da ona cavab olaraq özünündə adam gözlədiyini demişdir. Bu zaman o ondan təxminən 1-2 metr aralıda durmuşdur. Bir neç dəqiqədən sonra iki nəfər onlara yaxınlaşmış və biri, sonradan adını Kərim bildiyi şəxs qolundan tutub kənara çəkən zaman onun qolunu itələmiş, bundan sonra baş vermiş, əlbəyaxa davada bıçaq xəsarətləri almışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1N-li qərarının 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barəşəq əldə etmələrini, zərəçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmaması onların cəzasının yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CMnin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdikləri əməldən səmimi peşman olmalarıını, etdikləri əməl barədə səmimi ifadələr verməklə müsbət xarakterizə olunmalarını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X2 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda sadalanan və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda cəzalarını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onlar tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və onlara əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən onların hər birinin islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etməsi onların ailə üzvüləri ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxslərin özlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, onların psixoloji durumlarına problemlər yarada bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, təqsirləndirilən şəxslərə öz davranışı ilə islah olunmalarını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onların davranışı üzərində nəzarət onların hər birinin yaşayış yeri üzrə İcra və Probasiya şöbələrinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar- üçün Bakı şəhəri Səbail RPİ-nin saxlama yerinə təhvil verilmiş 01 ədəd köynək, 01 ədəd şalvar, Təqsirləndirilən şəxs2 Məhərəm oğlu tərəfindən təqdim edilmiş bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Pöhruz oğlu müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Pöhruz oğlu üçün hər birinə ayrı ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 221.3cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəsini alanadək «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs2 oğlu məhkəmə zalından dərhal həbsdən azad edilsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-nin saxlama yerinə təhvil verilmiş 01 ədəd köynək, 01 ədəd şalvar, Təqsirləndirilən şəxs2 Məhərəm oğlu tərəfindən təqdim edilmiş bir ədəd bıçaq məhv edilsin. Göstərdikləri hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Pöhruz oğlu üçün hər birinə ayrı ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Quliyev Əhməd Azər Paşayev