Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-958/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında,
1. xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" ASC-də inşaat boyalarının istehsal sahəsi manual istehsal üzrə baş usta vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Mirdavud oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2ci maddəsi ilə;
2. xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" ASC-də təmizləyici vasitələr deposunun anbardarı işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 8, ev 24-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə;
3. xx xxx 1989-cu ildə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" ASC-də depolar üzrə departamentdə mühasib işləmiş(daha sonra işsiz), əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun İnəkboğan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 Mirdavud oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib külli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi döngə 1 olan Zərərçəkmiş şəxs ASC-nin (VÖEN **********) qeyd olunan ünvanda yerləşən boya məhsullarının istehsalı zavodundan qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin zavodda təmizləyici vasitələr deposunun anbardarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və həmin zavodda depolar üzrə departamentdə mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə birlikdə inşaat boyalarının istehsal sahəsi manual istehsal üzrə baş usta vəzifəsində işləyərkən, həmin şirkətlə bağlanmış 27 iyul 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən zərər vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli, inzibati hüquqpozmalar, mülki, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməli və digər səlahiyyətlərə malik məsul şəxs olduğu halda, bunlara tam əməl etməyib özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürücəyini və ya həmin əmlak barəsində sərəncam verəcəyini dərk edərək və bu əməli törətməyi arzu edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda vahid niyyətlə talama məqsədilə, 2022-ci ilin iyun-avqust aylarında Cəmiyyətin Mərkəzi xammal anbarından dəyəri 78961.74(yetmiş səkkiz min doqquz yüz altmış bir manat, yetmiş dörd qəpik) manat olan 6878.20(altı min səkkiz yüz yetmiş səkkiz kq, 20 qram) kq titan xammalı inşaat boyalarını və dəyəri 1495.68(bir min dörd yüz doxsan beş manat, altmış səkkiz qəpik) manat olan 328(üç yüz iyirmi səkkiz) ədəd boya üçün plastik qabları zavoddan qanunsuz çıxarıb əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirərək satışını təmin edib Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 80.457.42 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda vahid niyyətlə talayıb mənimsəmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib külli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi döngə 1 olan Zərərçəkmiş şəxs ASC-nin (VÖEN **********) qeyd olunan ünvanda yerləşən boya məhsullarının istehsalı zavodundan qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin zavodda inşaat boyalarının istehsal sahəsi manual istehsal üzrə baş usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Mirdavud oğlu və həmin zavodda depolar üzrə departamentdə mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə birlikdə təmizləyici vasitələr deposunun anbardarı vəzifəsində işləyərkən, həmin şirkətlə bağlanmış 04 avqust 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş maddi dəyərlərə və görüləcək işlərə məsuliyyətlə yanaşmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən zərər vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, inzibati hüquqpozmalar, mülki, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməli və digər səlahiyyətlərə malik məsul şəxs olduğu halda, bunlara tam əməl etməyib özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürücəyini və ya həmin əmlak barəsində sərəncam verəcəyini dərk edərək və bu əməli törətməyi arzu edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda vahid niyyətlə talama məqsədilə, 2022-ci ilin iyun-avqust aylarında Cəmiyyətin Mərkəzi xammal anbarından dəyəri 78961.74(yetmiş səkkiz min doqquz yüz altmış bir manat, yetmiş dörd qəpik) manat olan 6878.20(altı min səkkiz yüz yetmiş səkkiz kq, 20 qram) kq titan xammalı inşaat boyalarını və dəyəri 1495.68(bir min dörd yüz doxsan beş manat, altmış səkkiz qəpik) manat olan 328(üç yüz iyirmi səkkiz) ədəd boya üçün plastik qabları zavoddan qanunsuz çıxarıb əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirərək satışını təmin edib Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 80.457.42 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda vahid niyyətlə talayıb mənimsəmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib külli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsi döngə 1 olan Zərərçəkmiş şəxs ASC-nin (VÖEN **********) qeyd olunan ünvanda yerləşən boya məhsullarının istehsalı zavodundan qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin zavodda inşaat boyalarının istehsal sahəsi manual istehsal üzrə baş usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Mirdavud oğlu və həmin zavodda təmizləyici vasitələr deposunun anbardarı vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə depolar üzrə departamentdə mühasib vəzifəsində işləyərkən, həmin şirkətlə bağlanmış 08 may 2015-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən zərər vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, lazım gəldikdə müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, inzibati hüquqpozmalar, mülki, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməli və digər səlahiyyətlərə malik məsul şəxs olduğu halda, bunlara tam əməl etməyib özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürücəyini və ya həmin əmlak barəsində sərəncam verəcəyini dərk edərək və bu əməli törətməyi arzu edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda vahid niyyətlə talama məqsədilə, 2022-ci ilin iyun-avqust aylarında Cəmiyyətin Mərkəzi xammal anbarından dəyəri 78961.74(yetmiş səkkiz min doqquz yüz altmış bir manat, yetmiş dörd qəpik) manat olan 6878.20(altı min səkkiz yüz yetmiş səkkiz kq, 20 qram) kq titan xammalı inşaat boyalarını və dəyəri 1495.68(bir min dörd yüz doxsan beş manat, altmış səkkiz qəpik) manat olan 328(üç yüz iyirmi səkkiz) ədəd boya üçün plastik qabları zavoddan qanunsuz çıxarıb əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirərək satışını təmin edib Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 80.457.42 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda vahid niyyətlə talayıb mənimsəmişdir. Məhkəmə iclasında təqsitrləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Mirdavud oğlu özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən etibarən saxlanıldığı tarixədək "xxxx" ASC-də usta vəzifəsində işləmişdir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 həmin ASC-də işləyən anbardar kimi, Təqsirləndirilən şəxs3 isə həmin ASC-də işləyən mühasib kimi tanıyır. Şahid7 2007-2014-cü ilədək "xxxx" ASC-də ekspeditor vəzifəsində işləmiş, ondan sonra işdən çıxmış və Sədərək TM-də boya mağazasını açmış, həmçinin onun boya sexi vardır. Oqtay işdən çıxmasına baxmayaraq onlar qarşılıqlı əlaqə saxlamışlar. Təxminən 2022-ci ilin may ayında Oqtay ona usta işlədiyi ASC-dən onun üçün xammal çıxarmağı təklif etmişdir. Belə ki, Oqtay ona ucuz boya qablarına titan xammal doldurmasını və zavoddan çıxarmasını, daha sonra isə Oqtaya verməsini demişdir. Oqtayın deməsinə görə o, bu xammalı öz müəssisəsində emal edib, boya halında satacaq, əldə etdiyi gəlirdən ona hörmət edəcəkdir. O da Oqtayın təklifi ilə razılaşmışdır. Daha sonra 2022-ci ilin iyul ayında o, iş yoldaşı X19 təklifi barədə məlumat vermiş və həmin xammalın ASC-nin ərazisindən çıxarıb onun evinə aparması üçün kömək istəmişdir. Seyid Əkrəmə görəcəyi bu iş üçün qazanc verəcəyini bildirmişdir. Seyid Əkrəm onun təklifi ilə razılaşmışdır. Lakin o, Seyid Əkrəmə boya qabının içərisində xammal olacağını deməmişdir. Seyid Əkrəm elə bilmişdir ki, boya qabının içərisində ya boya, ya emulsiya olacaq. Seyid Əkrəmlə qutulardan biri üçün 37 manat ödəniş edəcəyi ilə razılaşmışlar. Bundan sonra o, sexdən xammalı boş boya qablarına doldurur, Seyid Əkrəm isə həmin qabları sexdən çıxararaq anbara yığır, oradan isə təşkil etdiyi tanış taksi maşını ilə həmin qabları onun yaşadığı, yəni ünvan 2 ünvanına çatdırmağa başlamışdır. O isə bu qutuların birini 85-100 manatdan Oqtaya satmışdır. Oqtay isə növbəti sifarişi ona demişdir. O da nə qədər qutu çıxaracağını hesablamış, daha sonra iş yerinə gəlib, xammalı boya qutularına doldurub Seyid Əkrəmə təhvil vermişdir. Məhsullar ünvanına gəldikdən sonra isə Oqtay ünvanına ağ rəngli “Ford” markalı və ya qara rəngli “BMVV F30” markalı avtomobillə gəlib qutuları ondan almışdır. Əldə etdiyi gəlirdən hər qutu üçün Seyid Əkrəmə 37 manat pul vermişdir. Bəzən isə 5-6 vedrə sırf boya qutusunu Seyid Əkrəmə vermişdir. Seyid Əkrəm də həmin qutuları onun üçün zavoddan çıxarıb ünvanına çatdırmışdır. Boya qutularını isə ətrafında olan tanışlara, boya istəyənlərə özü satmışdır. Həmin boya olan qutuların birini 38- 39 manatdan satmışdır. Oqtaya ümumilikdə, içərisində xammal olan 120 qutu vermişdir. Lakin sonuncu 15 vedrəni çıxaran zaman tutulduqlarından həmin vedrələri Oqtaya verə bilməmişdir. Oqtay isə bu qutuları sata bilməzdi. Çünki xammal satılmır, o, emal üçün nəzərdə tutulmuşdur. Oqtay da bu qutuları öz müəssisəsində emal edərək, boya hazırlamışdır. Lakin, bundan sonra Oqtayın həmin boyaları kimə, necə satmasını bilməmişdir. X16 bu qutuları hansı üsulla zavoddan çıxarması, qaimələrin cırılması, Zamirlə birlikdə sistemdə qeydiyyat aparıb sonra silmə əməliyyatları aparmalarını əvvəllər bilməmişdir. O, bunları daha sonra öyrənmişdir. Lakin, bu işdən gəlir götürdüyü üçün, heç bir etiraz etməmişdir. Seyid Əkrəmdən eşitmişdir ki, bu işdə zavodun mühafizəçisi olan Hikmət ona maşının saxta qaimə əsasında zavodun ərazisindən çıxmasına və qaiməni cırıb atmaqla malların çıxarılmasına şərait yaratmışdır. O, özünü Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilmir, "xxxx" ASC-yə 80.457.42 manat məbləğində maddi ziyan vurmamış, həmin ziyan təxminən 10.000 - 11.000 manat olmuşdur. Məhkəmə iclasında təqsitrləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən etibarən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən "xxxx" ASC-də boya sexində usta, 2019-cu ildən isə anbardar vəzifəsində işləmişdir. O, sabun deposunda anbardar olmuşdur. Buna baxmayaraq vəzifəsi bütün hazır malları qəbul edib, daha sonra zavodun avtomobillərinə yükləyərək alıcılara göndərməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsini təsdiq edir. Həqiqətən 2022-ci ilin iyul-avqust aylarında Miradın təklifi ilə onun anbarına sonuncunun təqdim etdiyi 227 ədəd boya qabını tanışı olan taksi sürücüsü Şahid11 maşını ilə zavodun həyətindən mühafizəçi Hikmətin köməyi ilə pul müqabilində ona saxta qaimə təqdim etməklə çıxartdırıb Təqsirləndirilən şəxs1 yaşadığı Maştağa qəsəbəsindəki evinə göndərmişdir. Miradın ona hər bir qutu üçün ödədiyi 37 manat puldan bir hissəsini sürücüyə, bir hissəsini Hikmətə ödədikdən sonra zavodun kassasına 4.000 manat ödəmiş, qalan pulu isə öz məqsədləri üçün xərcləmişdir. Miradla birlikdə təxminən 20 dəfə, hər dəfə 10-15 qab olmaqla zavodun ərazisindən 328 qab çıxarmış, həmin qabların 105 ədədi titan xammalı, qalan 223 qab isə emulsiya olmuşdur. Bunun dəyəri isə 11.000 manatdan çox olmamışdır. Hər dəfə maşının yüklə çıxması üçün saxta qaimə tərtib edirdi. Həmin qaimələri zavodun qapılarından birinin mühafizəçisi olan Hikmətə vermiş, sonuncu maşını zavodun ərazisindən buraxdıqdan sonra həmin qaimələri onun göstərişi əsasında cırıb atdığını bildirmişdir. Mühasib olan Təqsirləndirilən şəxs3 onun saxta əməliyyatlarından xəbərdar olmuş, ona bu barədə bildirdikdə Zamirə təklif etmişdir ki, o, saxta qaimələrin tərtibatında ona kömək etsin. O da hər qaiməyə görə ona hörmət edəcəyini bildirmişdir. Zamir onun təklifini qəbul etmiş və saxta qaimələrin tərtibatına kömək etmişdir. O da hesab edir ki, ona CM-nin 179.3.2-ci maddəsi ilə verilmiş ittihamda mənimsənilən məbləğ düzgün deyildir. O, Təqsirləndirilən şəxs1la birlikdə 80.457.42 manat pul mənimsəməmişdir. Onun Miradla birlikdə mənimsədiyi məbləğ 11.000 manatdan çox olmamışdır. Təqsirləndirilən şəxs3 isə etdiyi köməyə görə üst-üstə 660 manat pul ödəmişdir. Zamirin onunla Miradın törətdiyi işə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında təqsitrləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadsində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilmir. Digər təqsirləndirilən şəxslərdən Seyid Əkrəmlə cinayət törətmiş, Təqsirləndirilən şəxs1 isə şirkətin işçisi kimi tanıyır. Belə ki, o 2014-cü ildən "xxxx" ASC-də mühasib işləmiş, Seyid Əkrəm isə anbardar idi. Mühasib olaraq işi gündəlik qaimələri sistemə işləmək idi və sistemə baxanda görmüşdür ki, fakturanın biri əskikdir, sistemdə sonuncu dəyişikliyi edən isə Seyid Əkrəm olmuşdur. Seyid Əkrəmdən bu məsələ ilə maraqlandıqda sonuncu etiraf etmişdir ki, boya qablarının sistemə vurmuş, lakin daha sonra isə sistemdən silərək boyaları zavoddan çıxarmışdır. Seyid Əkrəm ona təklif etmişdir ki, bu işi birlikdə etsinlər, qaimələri sistemə vurub, sonra silməklə zavodun ərazisindən boyaları çıxarıb sataraq qazanc əldə etsinlər və qazancı bölsünlər. Onun maddi durumu yaxşı olmadığı üçün Seyid Əkrəmin təklifi ilə razılaşmış və iki dəfə Seyid Əkrəmin təklifi ilə məhsulu alan sifarşi personaldan olan şəxslərin adına rəsmiləşdirmiş, həmin məhsullar Seyid Əkrəm tərəfindən zavoddan çıxarılıb satıldıqdan sonra Seyid Əkrə onun kartına 660 manat pul köçürmüşdür. Seyid Əkrəm qanunsuz yolla çıxardığı hər boya qabına görə ona 15 manat pul ödəmişdir. Onun tərtib etdiyi qaimələri Seyid Əkrəm sonra sistemdən silmiş, qaimələri isə çıxarmışdır. O 44 boya olan qabın talanmasında iştirak etmişdir, boş plastik qablar və xammalın mənimsənilməsində iştirak etməmiş, onun Təqsirləndirilən şəxs1la heç bir cinayət əlaqəsi və birgə işi olmamışdır. Buna görə hesab edir ki, onun iştirakı ilə şirkətə vurulmuş ziyan ittihamda göstərildiyi kimi ******* manatdan azdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2015-ci ildən "xxxx" ASC-də işləyir. Əvvəl mühasib olmuş, 2022-ci ildən şirkətin Albalılıq qəsəbəsində yerləşən zavodunun anbar və logistika departamentinin rəisi vəzifəsinə təyin edilmiş, vəzifəsi zavoddan çıxan malların uçotunun aparılması, malların zavoddan nəqiliyyat vasitələri ilə müştərilərə çatdırılması olmuşdur. Təqsirləndirilən şəxsləri tanıyır, lakin onların törətdiyi cinayətlərdən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 2014-cü ildən "xxxx" ASC-də kimya mühəndisi vəzifəsində işləmiş, iş yeri Albalılıq qəsəbəsində yerləşən çirkətin boya istehsalı zavodu olmuşdur. O təqsirləndirilən şəxsləri tanıyır, lakin onları törətdiyi cinayət əməllərindən xəbəri yoxdur. X23 tərəfindən mənimsənilən sabun qutularından məlumatı yoxdur, o Seyid Əkrəmlə bu malların mənimsənilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o 2014-cü ildən "xxxx" ASC-də fəhlə işləmiş, hadisələr baş verən dövrdə isə inşaat boyaları avadanlıqlarının baş ustası vəzfisəində olmuşdur.Təqsirləndirilən şəxsləri tanıyır, lakin onların törətdikləri əməllərdən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o 2017-ci ildən "xxxx" ASC-də əvvəl fəhlə kimi, 2021-ci ildən isə xammal anbardarı vəzifəsində işləmişdir. İş yeri Albalılıq qəsəbəsində yerləşən zavod olmuşdur. Zavod boya məhsulların istehsalı ilə məşğuldur. Həmin zavoddan iş yoldaşları olan təqsirləndirilən şəxslərin mal oğurlamalarından xəbəri yoxdur.Bu şəxslərdən heç biri ilə cinayət əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o 2019-cu ildən "xxxx" ASC-nin Albalılıq səbəsində yerləşən zavodunda mühafizə xidmətində növbə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxsləri tanıyır, onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. O zavodda 1-ci və 3-cü giriş-çıxışlarda quraşdırılmış postlarda xidmət aparmış, qaimə-fakturalar əsasında zavoddan mal çıxardan maşınlara və mal dalınca zavoda gələn boş maşınlara nəzarət edirdi. Təqsirləndirilən şəxslərdən zavodun anbardarı Seyid Əkrəm 2022-ci ilin avqust ayında ona zəng edib giriş-çıxış qapısında adamların olubolmaması ilə maraqlanmış,o isə ona ətrafda heç kəsin olmadığını demişdir. Bu vaxt o 3-cü postda olmuşdur və Seyid Əkrəm ona yaxınlaşaraq zavoddan mal çıxaracağını demiş, bu mala görə ona qaimə vermiş, mal çıxarıldıqdan sonra həmin qaiməni cırıb atmasını istəmişdir. Bundan sonra həmin qaimə əsasında o zavodun ərazisində içində boya qutuları mal olan köhnə “VAZ-2106” markalı maşını buraxmış, lakin Seyid Əkrəmin bu hərəkəti barədə mühafizə rəisi Şahid8 demişdir. Elmar müəllim isə ona demişdir ki, növbəti belə hadisələr olduqda Seyid Əkrəmin verdiyi qaimələri çıxarmayaraq ona təhvil versin. O da bu göstəriş əsasən növbəti gün Seyid Əkrəmin verdiyi qaiməyə əsasən eyni maşını boya qutuları malı ilə zavoddan buraxdıqda qaiməni cırsada parçalarını rəisinə təqdim etmiş, o da zavodun rəhbərliyinə bu haqda məlumat vermişdir. Bundan sonra Seyid Əkrəm tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsləri isə tanımır. Belə ki, o, 2009-cu il tarixdən 2013-cü il tarixədək "xxxx" ASC-də ekspeditor kimi işləmişdir. Sonra işdən çıxaraq şəxsi işini qurmuşdur. Belə ki, onun Sədərək ticarət mərkəzinin yaxınlığında boya istehsalı sexi var. Həmin sex üçün Miradla razılaşaraq cəmi 3-4 dəfə təxminən 10 min manat miqdarında əsasən titanium dioksid xammal maddəsi almışdır. O, həmin məhsulun olduğu plastik qabları Miradın yaşadığı Maştağa qəsəbəsindəki fərdi evinin qarşısına gələrək pulu Mirada evin qapısı önündə verməklə həmin plastik qabları öz maşınına yükləyərək iş yerinə aparmışdır. Xammalın hər kiloqramına 4 və ya 5 ABŞ dolları pul ödəmişdir. Üst-üstə Mirada 100 ABŞ dolları ödəmişdir. Miraddan ümumilikdə 105 vedrə titan xammalını əldə etmişdir. Titan ağ rəngli, tozşəkilli maddədir. Onun əsasında boyalar hazırlayıb satışa buraxırdı. Miradla olan bu alış-verişi 2022-ci ilin 2 yay ayları ərzində baş vermişdir. Mirad tutulandan sonra həmin xammalı rəsmi qaydada bir başa "xxxx" ASC-nin zavodundan əldə edir. Miradla olan ticarət münasibətlərinin qanunsuz olmasını bilməmiş, zənn etmişdir ki, Mirad zavoddan çıxardığı xammalın pulunu ödəmişdir. Titanı alarkən hər hansı bir rəsmiləşdirmə aparılmamış, ona hər hansı bir qəbz verilməmiş və ya o, hər hansı bir sənədə qol çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-də avtokar sürücüsü işləyir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, 2022-ci ilin yay aylarında Seyid Əkrəmin göstərişi əsasında avtokarla boya məhsulları olan plastik qabları zavodun çıxış qapısına çatdırıb, orada ya yerə, ya da ki, məhsulu gözləyən maşına boşaldırdı. Seyid Əkrəmin göstərişi ilə 5-6 dəfə plastik qabları qapıya qədər aparmış, Seyid Əkrəmin tutulduğu gün isə 2 dəfə qapıya mal aparıb orada mühafizəçiyə təhvil vermişdir. Ona apardığı malla bağlı heç bir qəbz verilməmiş, çünki bu zavod daxili hərəkətlərdir. Onun Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərindən məlumatı və iştirakı olmamışdır. Seyid Əkrəmin tapşırığı ilə anbardan çıxış qapısına apardığı məhsula görə Seyid Əkrəm ona pul verməmişdir. Bu daşımaları xidməti işi kimi maaş müqabilində görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, "xxxx" ASC-də avtokar sürücüsü işləyir. Avtokar sürücüsü kimi vəzifəsi ASC-nin ərazisi daxilində yuxarı vəzifəli şəxslərin göstərişi əsasında yüklərin daşınmasından ibarət olmuşdur. Bütün bu proseslər yalnız zavodun məhsul işçilərinin şifahi göstəriş və tapşırığı əsasında həyata keçirmişdir. Zavodda 5 anbardardan biri olan Seyid Əkrəmin göstərişi ilə də hazır məhsulu anbardan zavodun çıxış qapısına aparıb boşaldırdı. Malı qapıya boşaldan zaman qaimələrini də malın altına qoyub qayıdırdı. Seyid Əkrəm tərəfindən zavoda məxsus malmaterialın talanmasından xəbəri olmamışdır, Seyid Əkrəm ona gördüyü işə görə əlavə pul verməmiş, işinə görə zavoddan əmək haqqı almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin hər üçünü tanıyırÖ, hamısı ilə münasibətləri yaxşıdır. 2013-cü ildən "xxxx" ASC-də təhlükəsizlik xidmətinin rəisi kimi işə başlamış, iş yeri Albalılıq qəsəbəsində yerləşən "xxxx"-a məxsus zavod olmuşdur. Həmin zavodda boya məhsulları, təmizləyici vasitələr, alçı və keramika məhsulları istehsal olunmuşdur. Onun işi zavodun təhlükəsizliyini, əmlakın, inventarın qorunması həmçinin obyektin fiziki olaraq qorunmasından ibarət olmuşdur. Tabeliyində ümumi 25 nəfər işçi olmuşdur. Onlardan biri Şahid6 növbə rəisi olmaqla zavodun çıxış qapısında xidmət aparırdı. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində növbə rəisi Hikmət onun xidməti telefonuna zəng edərək bildirmişdir ki, zavodun anbardarı Seyid Əkrəm zavodun 3-cü postuna yaxınlaşmış və qaimə təqdim edərək zavoddan mal çıxartmış və daha sonra X18imədə səhvlik olduğunu və qaiməni cırıb tullamasını demiş, Hikmət də qaiməni cırmışdır. Bəzən qaimələrdə səhvlik olur deyə o, Hikmətə növbəti bu cür hadisə barədə onu xəbərdar etməsini bildirmişdir. Növbəti gün yəni xx.xx.2022-ci il tarixdə Hikmət onun xidməti otağına gələrək Seyid Əkrəmin yenə həmin qaydada mal çıxardıqdan sonra qaiməni cırmağını bildirdiyini və qaiməni Seyid Əkrəmin yanında cırdığını demiş və Seyid Əkrəm getdikdən sonra isə cırılmış 2 ədəd qaiməni ona vermişdir. O, qaimələri götürüb vəziyyətdən şübhələndiyi üçün zavodun rəhbərliyinə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə yenə həmin vəziyyət təkrarlanmış, X22 zəng edib ətrafda kimsə olub-olmadığını soruşmuş, Hikmət isə ətrafda sakitlik olduğunu demişdir. X22 zəng etdikdən sonra Hikmət dərhal ona zəng edərək məlumat vermiş və Seyid Əkrəmin yenə posta yaxınlaşıb mal çıxaracağını bildirmişdir. O, Hikmətə bildirmişdir ki, “Seyid Əkrəmin dediyi kimi et, qaiməni cır desə, cırıb mənə gətirərsən”. Seyid Əkrəm qaiməni təqdim etmiş, Hikmət yenə Seyid Əkrəmin dediyi kimi qaiməni cırmış və Seyid Əkrəm malı taksiyə yükləyib getdikdən sonra Hikmət qaiməni ona gətirmişdir. Elə həmin gün Seyid Əkrəm, ardınca isə zavodun işçiləri olan Mirad və Zamir polis tərəfindən tutulmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxsləri isə tanımır. Belə ki, o, Seyid Əkrəmlə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində bir məhəllədə böyümüş, münasibətləri yaxşı olmuşdur. Onun özünə məxsus «VAZ-2106» markalı maşını olmuş və həmin maşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Seyid Əkrəmin boya zavodunda anbardar işlədiyini bilmişdir. Seyid Əkrəm təxminən 2022-ci ilin yay aylarında ona zəng edərək xahiş etmişdir ki, onun işlədiyi zavoda gedib, verdiyi 10-15 ədəd boya qablarını götürüb Maştağadakı evinə aparsın. O, Seyid Əkrəmin xahişi ilə zavoda gedərək Seyid Əkrəmin onun avtomobilinə yüklədiyi boya qablarını götürərək Seyid Əkrəmlə birlikdə Maştağa qəsəbəsində yerləşən həyət evinə getmişlər. Orada boya qablarını Seyid Əkrəmin göstərdiyi həmin ünvana boşaltmışlar. Seyid Əkrəm bunun müqabilində ona 5 manat ödəniş etmişdir. Bu hadisə təxminən 20 dəfə təkrar olunmuşdur. Hər dəfə onlar zavoddan 5-15 ədəd boya qablarını çıxarmış, hər dəfə çıxaranda isə Seyid Əkrəm qapıda duran mühafizəçiyə qaimə təqdim etmişdir. İlk dəfə Seyid Əkrəm onunla gedib həmin ünvanı göstərmiş, lakin sonralar o özü tək bu ünvana gedib boyaları boşaltmışdır. Boyaların həmin yerdən kim tərəfindən aparıldığından, həmçinin boyaların zavoddan qanunsuz olaraq çıxarılmasından məlumatı olmamışdır. O, yalnız Seyid Əkrəmin xahişi ilə boya məhsullarını zavoddan götürüb Seyid Əkrəmin göstərdiyi ünvana aparmışdır. Seyid Əkrəm hər dəfə boyaları təhvil alanda ona 5-10 manat ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla münasibətləri normaldır, heç bir ədavətləri və düşmənçilikləri yoxdur. O, "xxxx" ASC-nin istehsal müəssisəsində sifariş şöbəsinin baş mütəxəsisidir. Məhsulun alınması üçün bütün sifarişləri o qəbul edir. Sifarişlərə uyğun sifariş qəbzini tərtib etmiş, həmin qəbzi şirkətin sürücülərinə vermişdir. Bundan əvvəl isə onun tərtib etdiyi qəbz əsasında anbardarlar sifarişi avtomobilə yüklədikdən sonra avtomobillər hazır məhsul anbarlarının mühasiblərinə yaxınlaşmış və mühasiblər tərəfindən qaimə tərtib edilmişdir. "xxxx" ASC-yə məxsus Albalılıq qəsəbəsində yerləşən zavoddan əmlak talanması ilə bağlı hadisədən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərindən məlumatlı olmamış, bunlardan heç biri hər hansı cinayəti birlikdə törətməyi təklif etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin hüquq departamentinin rəisidir. Təqsirləndirilən şəxsləri tanımır, belə ki, bu şəxslər şirkətin Albalılıq qəsəbəsində yerləşən zavodun işçiləri olmuş, o isə ayrı ünvanda olan şirkətin inzibati binasında işləmişdir. Bu şəxslərin zavoddan taladığı boya və plastik qabların araşdırılması ilə əlaqədar materialları istintaq orqanına onun departamenti təqdim etmişdir. Həmin materiallardan bilir ki, bu üç şəxs əlbir olaraq zavodda istehsal olunan boya və plastik qabları talamaqla şirkətə cəmi 80.457.42 manat məbləğində maddi ziyan vurmuşlar. Özü şəxsən və tabeçiliyində olan işçilər zavodun auditini aparmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də auditor vəzifəsində işləyir, əvvəllər isə işlədiyi MMC "xxxx" MMC kimi fəaliyyət göstərirdi. O, işlədiyi MMC-nin "xxxx" ASC ilə olan müqavilə əsasında həmin ASC-nin auditini keçirmişdir. Audit xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Audit yoxlaması "xxxx" ASC-nin daxili qaydalarına uyğun olaraq uot məlumatlarından, Əmək müqavilələrindən, tam maddi-məsuliyyət haqqında müqavilələrdən, təhvil-təslim aktlarından, dövriyyə cədvəllərindən, onlara təqdim olunan elektron maliyyə sənədləri əsasında keçirilmişdir. Həmin sənədlərin təhlili əsasında "xxxx" ASC-yə dəymiş ziyan ümumilikdə 80.457.42 manat məbləğində müəyyən olunmuş, əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakterli olduğundan bu xüsusata o toxunmamışdır. Daxili auditdə iştirak etməmiş, təqsirləndirilən şəxslərlə görüşməmiş, onlardan izahatlar almamışdır. Onnu gəldiyi nəticə cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatında öz əksini tapmışdır. Audit nəticəsində belə nəticəyə gəlmişdir ki, şirkətin xammal anbarına 2022-ci iin iyun-avqust aylarında ümumilikdə dəyəri 684208.00 manat məbləğində 59600 kq titan xammalı inşaat boyaları mədaxil olmuş, həmin məhsuldan dəyəri 559902.56 manat 48772 kq titan xammalından istifadə edilmiş, mühasibat uçotu üzrə qalıq dəyəri 135050.72 manat 11764 kq titan xammalı, inventarizasiya zamanı isə faktiki anbar qalığı 4885.80 kq çəkidə olan dəyəri 56088.98 manat titan xammalı olmuşdur. Nəticədə dəyəri 78961.74 manat məbləğində 6878.20 kq titan xammalı çatışmazlığı müəyyən edilmişdir. Həmçinin inventarizasiya zamanı boya üçün plastik qablar üzrə uçot üzrə 328 ədəd dəyəri 1495.68 manat olan plastik qabların çatışmazlığı müəyyən edilmişdir. Bununla da ümumi 80457.42 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin maliyyə departamentinin baş mühasibidir. Hadisə baş verdiyi zaman da bu vəzifədə çalışmışdır. Təqsirləndirilən şəxsləri hadisə ilə bağlı tanımışdır. Belə ki, onun işlədiyi departament "xxxx" ASC-nin zavodu olan Albalılıq qəsəbəsində deyil, şirkətin inzibati binasında yerləşməklə ayrı ünvandadırlar. Şirkətin rəhbərliyinin tapşırığı əsasında o, daxili inventarizasiyada iştirak etmiş, titan xammalın və plastik qabların sayında iştirak etmişdir. İstehsal ounmaqla idxal olan malların məlumatları anbar qalıqları ilə üzləşdirilərkən 78961.74 manat məbləğində 6878.20 kq titan xammalı çatışmazlığı müəyyən edilmişdir. Həmçinin plastik qablar üzrə də 328 ədəd dəyəri 1495.68 manat olan plastik qabların çatışmazlığı müəyyən edilmişdir. Bununla da ümumi 80457.42 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. İnventarizasiya keçirilən dövrdə təqsirləndirilən şəxslər artıq zavodda işləməmiş, bu səbəbdən onların inventarizasiyada iştiraklarını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır və təqsiləndirilən şəxslərin hec biri ilə düşmənçiliyi və ədavəti yoxdur. O, "xxxx" ASC-nin zavodunda mühasib işləyir. Zavodda xammalın və plastik qabların talanması ilə əlaqədar keçirilmiş auditdə iştirak etməmişdir. Lakin audit qabağı inventarizasiyada iştirak etmişdir. Sexlərdə və anbarlarda mal-materialın qalığının siyahısını tutmuşlar. Buna dair tərtib olunmuş akta, həmçinin kompyuter sistemində olan malların mədaxil-məxaric məlumatlarına əsasən audit aparılmış və rəy qəbul edilmişdir. Həmin rəy əsasında çatışmamazlıq, yəni 80457.42 manat kəsir müəyyən edilmişdir. Lakin o deyə bilməz ki, həmin kəsirin yaranmasında kimin təqsiri vardır. Əlavə etmək istəyir ki, inventarizasiyada təqsirləndirilən şəxslər iştirak etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin istehsal üzrə direktor müavinidir. Təqsirləndirilən şəxsləri tanıyır və təqsiləndirilənlərin hec biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Onun vəzifəsi istehsalın texnoloji proseslərinə nəzarət etmək olmuşdur. Zavodda olan kəsirlə əlaqədar, yəni mühafizə əməkdaşlarının zavodun ərazisindən xammal və plastik qabların qanunsuz çıxarılmasının qarşısının alınmasından sonra zavodun istehsalat sexində və anbarlarında faktiki olan malmaterialın inventarizasiyasında iştirak etmişdir. Sexlərdə və anbarlarda olan faktiki malların siyahısı aparılmış və auditə təqdim edilmişdir. Bildirmək istəyir ki, titan adlı xammalı zavodun rəhbərliyi xaricdən əldə edir. Həmin xammal əsasında zavodun sexlərində hazır boyalar istehsal edilir. Müəyyən xammaldan müəyyən həcmdə və çəkidə hazır məhsul əldə olunurdu. Ona görə də sonda hazır məhsulun çəkisi aydın olduğu üçün faktiki qalıqla müqayisə etdikdə kəsiri müəyyən etmək mümkündür. Məhz bu məlumatlar əsasında audit faktiki mövcud olan kəsiri müəyyən etmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olmaları qismən özlərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ASC-nin baş Bkı şəhə\ri Sabunçu rayon Polis İdarəsinin rəisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ASC-nin məxsus olan boyaların istehsalı zavodunda «VAZ 2106» markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə bir neçə oğurluq halları baş vermişdir. Məhkəmədə elan edilib araşdırılmış 410 saylı, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ASC ünvan 4 ünvanda yerləşir. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübutun götürülməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, ünvan 5 ünvana baxış zamanı həyətdən 15 ədəd 25 kiloqramlıq boyalar aşkar edilərək götürlmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 08 may 2015-ci il tarixli müqaviləndən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ASC-yə tam maddi əsul vəzifəyə qəbul olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixi əmək müqaviləsində dəyşiliklər edilməsi haqqında əmək müqaviləsi bildtirişindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ASC-yə anbardar vəzifəsinə qəbul olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2010-cu il tarixli müqaviləndən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu Zərərçəkmiş şəxs ASC-yə tam maddi əsul vəzifəyə qəbul olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022 və xx.xx.2022 -ci il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Mirdavud oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 01/04-85 saylı, xx.xx.2022-ci il tarixli ilkin audit rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin ərazisində baş vermiş hadisə ilə bağlı araşdırma zamanı müəssisənin əməkdaşı Təqsirləndirilən şəxs2 və digərləri tərəfindən törədilmiş qeyri-qanuni əməllər nəticəsində Zərərçəkmiş şəxs ASC-yə 65.250 AZN dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, cinyət işi üzrə törədilən əməl Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərarlardan müəyyən olunur ki, 179.3.2-ci maddəsi ilə təqsirləndirilənlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 27 avqust 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu barəsində həbsetmənin əvvəli 28 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, 9/8640 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təhvil-təslim aktları, inventarizasiya aktı və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli müstəqil Auditor Hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyünü istintaq orqanı tərəfindən nəzərə alınmaqla həmin sənədlər üzrə "xxxx" ASC-yə dəymiş ziyan ümumilikdə 80.457.42 manat məbləğində müəyyən olunur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Kapital Bank vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına NB Qrup» ASC-yə dəymiş 80.457.42 manat məbləğində maddi ziyandan 660 (altı yüz altmış) manat pul ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib külli miqdarda mənimsəyərək talamaqla Zərərçəkmiş şəxs ASC-yə 80.457.42 manat məbləğində maddi ziyan vurmadarı özlərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, audit və ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu və Təqsirləndirilən şəxs2 ifadələrində özlərini Azərbaycan Respublikası CMnin 179.3.2-ci maddəsi ilə təqsirli bilməmələri, "xxxx" ASC-yə 80.457.42 manat məbləğində maddi ziyan vurmamaları, həmin ziyanın daha az olması barədə ifadələrini həqiqətə uyğun hesab etmir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QRUP ASC-nin məhkəməyə təqdim etdiyi 17 noyabr 2023-cü il tarixli məktubundan və ödəniş qəbzlərindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 nümayəndələri tərəfindən vurulmuş zərərin əvəzi kimi "xxxx" QRUP ASC-yə 60.000 manat pul ödənilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışıq əldə edilməklə hazırda onlara qarşı heç bir iddia və tələb olmadığını və sonuncular barədə həbslə bağlı olmayan cəzalar təyin edilməsi xahiş olunur. Məhkəmə nəzərə alır ki, zərərçəkmişin təqsirli tərəflərlə ziyanın ödənilməsi ilə bağlı ödənilməli ziyanın ödəmə qayda və məbləğini qəbul etməsi onun hüququdur. Zərərçəkmiş tərəflər vurulmuş ümumi ziyan olan 80.457.42 manatın 60000 manatının ödənişi edən üç təqsirləndirilən şəxslərdən ikisi ilə (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3) tam barışıq əldə etməsini məhkəmə zərərçəkmişin mövqeyi kimi qəbul edərkən bu mövqe ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “09” yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarından müəyyən olunur ki, təqsirli şəxslərin vurduqları ümumi ziyanın paylarına uyğun olaraq ödənilməsi zərərçəkmiş tərəfin bu qayda ilə ödənişi aparan təqsirli şəxslərlə barışması olduğu halda qəbul olunan yanaşmanın tətbiqi baxılan iş üzrə də məhkəmənin hüququdur. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Namməddinoviçin ödədikləri məbləğlər onlara aid hissədə tam ödəmə kimi qəbul edilməlidir. Zərərin ödənilməsi ilə yanaşı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Namməddinoviçin zərərçəkmiş tərəfindən qəbul edilən, zərərin ödənilməsi, bu ödənişlərlə bağlı zərərçəkmiş tərəflə barışıq əldə etmələri ilə bağlı əməllərinin ictimai təhlükəliliyinin aradan qaldırılmasına dair məsələ də mühüm haldır. Məhkəmə hesab edir ki, 80.457.42 manat məbləğində zərərin 60.000 manatını ödəyən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ictimai təhlükəliliyi baxılan iş üzrə vurduğu zərərin ona qalan az bir hissəsini ödəməyən Təqsirləndirilən şəxs1 MirDavud oğlunun ictimai təhlükəliliyi ilə fərqli olmaqla ödənişi həyata keçirən və zərərçəkmiş şəxslə tam barışıq əldə edən təqsirləndirilən şəxslərin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmış hesab eilməli və nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməli, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 Mirdavud oğlunun himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Mirdavud oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə təqsiləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən və CM-nin 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulan zərərçəkmiş şəxslə barışıq əldə etmələri və cinayət nəticəsində dəymiş ziyanın payları üzrə tam ödəmələrini, cəzalarını ağırlaşdıran halların olmamasını, ittiham olunduqları cinayət əməli üzrə ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığını nəzərə alaraq onların cəmiyyətdən təcrid olunmadan islah olunmalarına yəni CM-nin 70-ci maddəsinə əsasən bu iş üzrə ittiham hökmü çıxarılmaqla onların barəsində təyin olunacaq cəzanın sınaq müddəti müəyyən etməklə şərti tətbiq edilməsini mümkün sayır. Məhkəmə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və X5 şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, eləcə də bu şəxslərin cəzasən ağırlaşdıran hallarının olmamasını nəzərə alır. Məhkəmə nəzərə alır ki, iştirakçılıqla törədilən cinayət əməli üzrə Təqsirləndirilən şəxs1 cinayətin fəal təşkilatçısı və təhrikçisi olmuşdur. Məhz o "xxxx" qrupa məxsus olan zavodda briqadir olmaqla, xammal olan titan materialın anbara, oradan isə zavodda kənara çıxarılmaqla mənimsənilməsinə təşəbbüskar olmaqla bu cinayət əmələ görə digər təqsirləndirilən şəxslər cəlb etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 MirDavud oğlunun islah olunmasını onun cəmiyyətdən təcrid olmaqla mümkün hesab edir. Bu zaman məhkəmə Təqsirləndirilən şəxs1 cinayətdə iştirakçılıq dərəcəsini, etdiyi əmələ görə vurulmuş maddi ziyanın ödənilməsi üçün heç bir tədbir görmədiyini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin etdikdə onların cəzasını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onların islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 vəə Təqsirləndirilən şəxs3 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 Mirdavud oğlu məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Mirdavud islah olunmasına yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə, yəni «NB Qrup” ASC-də maddi məsul şəxslər kimi işləyərkən törətmələrini nəzərə alaraq, onların barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Təqsirlənd iridlən şəxslərirn ittiham olunduğu Azərbaycan Respublikası CM-179.3.2-ci maddəsi CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs1 Mirdavud oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onların saxlanıldığı tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs1 Mirdavud oğlunun ünvan 2 ünvanına baxış keçirilən zaman götürülmüş 15 ədəd 25 kq-lıq plastik qablar boya Zərərçəkmiş şəxs ASC-nin boya məhsullarının istehsalı zavoduna təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 tərəfindən Baş Prokurorluğunun depozit hesabına NB Qrup» ASC-yə dəymiş 80.457.42 manat məbləğində maddi ziyandan 660 (altı yüz altmış) manat pul zərərin əvəzi kimi NB Qrup ASC-yə ödənilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Mirdavud oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 Mirdavud oğlunun hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 syalı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi2 üçün isə 420 AZN (dörd yüz iyirmi) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Mirdavud oğlu Azərbaycan Respublikası CM-nin 179.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad olunsun. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs3 üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalından azad olunsun. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə ekspertiza xərci 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 Mirdavud oğlu, Təqsirləndirilən şəxs2və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İş üzrə maddi sübutlar- 15 ədəd 25 kq-lıq plastik qablarda olan boya Zərərçəkmiş şəxs ASC-yə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 tərəfindən Baş Prokurorluğunun depozit hesabına NB Qrup» ASC-yə dəymiş 80.457.42 manat məbləğində maddi ziyandan 660 (altı yüz altmış) manat pul zərərin əvəzi kimi NB Qrup ASC-yə ödənilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 420 AZN (dörd yüz iyirmi) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 Mirdavud oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova