Məhkəmə qərarları › İş №1(101)-958/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-958/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-958/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 12 avqust 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət məsuliyyəti və cəzadan azad edilmiş; Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtarmış; Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 oktyabr 2021-ci il tarixdə çəkib qurtarmış və cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 08 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş; xx.xx.2015-ci ildə cəza müddəti başa çatmış; Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray qəsəbəsi, Qurd dərəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensair Xəidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib rollarını aralarında bölüşdürərək naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışdıqdan sonra 16 iyun 2023-cü il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs2 ilə sonuncunun idarə etdiyi «Toyota Prius» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Vahid” adlı şəxs tərəfindən yolun kənarında olan zibil qutusunun yanında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponentlərinə görə fərqli olan 01 ədəd bağlamada 2502,3 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 və 01 ədəd bükümdə 5,293 qram çəkidə külli miqdarda narkotik vasitə heroini özü əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 00:27-də Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanışı Təqsirləndirilən şəxs2 İlə birlikdə “Toyota Prius” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi 1 ünvanında yerləşən Binəqədi RPİ-nİn inzibati binasına gətirilərək orada saat 02:20 dəqiqədə Təqsirləndirilən şəxs2 oğlıınun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 2502,3 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin gün saat 02:55 dəqiqədə onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,293 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi İlə tanışı Təqsirləndirilən şəxs1 və naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib rollarını aralarında bölüşdürərək naməlum “Vahid” adlı İran İslam Respublikası vətəndaşı ilə Təqsirləndirilən şəxs1 “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışdıqdan sonra lö iyun 2023-cü il tarixdə saat 00:20 radələrİndə onun idarə etdiyi «Toyota Prius» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Vahid” adlı şəxs tərəfindən yolun kənarında olan zibil qutusunun yanında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponentlərinə görə fərqli olan 01 ədəd bağlamada 2502,3 qram çəkidə külli miqdarda narkotik vasitə heroini özü və 01 ədəd bükümdə 5,293 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 00:27-də Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə “Toyota Prius” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi 1 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilərək orada saat 02:20 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 2502,3 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin gün saat 02:55 dəqiqədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,293 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 7-8 ildir ki, narkotik vasitələrin “heroin” növündən istifadə edir. 15 iyun 2023-cü il tarixdə Vahid adlı şəxslə telefonla «whatsapp» proqramı vasitəsilə əlaqə saxlamış və 5 qram narkotik vasitə almaq barədə razılaşmışdır. Vahid bildirmişdir ki, Binəqədiyə gedib bükümü ordan götürsün. O, 15 iyun 2023-cü il tarixdə taksi sürücüsü olan Təqsirləndirilən şəxs2 zəng etmiş və onu Binəqədi rayonunda dediyi ünvana aparmasını istəmişdir. O, 5 qram narkotik vasitəni almaq məqsədi ilə ünvana yaxınlaşsa da həmin 5 qram narkotik vasitəni götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yəni o 2 kilo narkotik vasitə götürməmişdir. Ona Polis İdarəsində təzyiq göstərilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. O, 5 qram narkotik vasitəni İran vətəndaşı “Vahid” adlı şəxsdən götürməli imiş. Amma o düşünür ki, “Vahid” adlı şəxs İran vətəndaşı deyilmiş və Binəqədi rayonunda yaşayan vətəndaş imiş. “Vahid” adlı şəxsdən ilk dəfə narkotik vasitə alacaqmış. Məntiqlə düşünəndə o ilk dəfədən ona 70.000-80.000 manatlıq yəni 2 kilo yarım narkotik vasitə verməzmiş. “Vahid” adlı şəxs “İnstagram” sosial şəbəkəsindən özü ona yazmışdır. “Vahid” adlı şəxs özü ona Binəqədi rayonunda olan ünvanının məkan paylaşımını göndərmişdir. Razılaşmaya əsasən ödənişi səhəri günü kart hesabına köçürəcəkmiş. O, ünvana yaxın 7-8 metr məsafədə maşını saxlayıb düşmüşlər. Həmin vaxt 12-13 nəfər polis əməkdaşı onları saxlamışlar. Kamil, Hikmət müəllim və işçiləri onları saxlayıb maşına əyləşmişlər. Hikmət müəllim maşında qabaqda əyləşmişdir. O, ayağının altındakı qara bağlamanı göstərib onların maşınından çıxdığını demişdir. Halbuki onların üzərində heç bir narkotik vasitə yox imiş. Adlarını bilmədiyi polis əməkdaşları onu döymüşlər. O, BİT-ə daxil olan zaman döyüldüyünü bildirmiş, xəsarət izləri qeydiyyat alınmışdır. Binəqədi Rayon Prokurorluğundan prokuror Ərəstun müəllim də xəsarətlərini qeydiyyata almışdır. O, aldığı xəsarətlərlə bağlı hazırda BİT-də yox müalicə müəssisəsində saxlanılır. Elan olunmuş cinayət işinin 1-ci cild 104-106-cı vərəqələrində olan şəxs axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə doğrudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 125-128 və 1-ci cild 147-150-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...təxminən 15 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Təxminən bir neçə ay əvvəl üzdən tanıdığı, nömrəsini və digər anket məlumatlarını bilmədiyi Ramin adlı şəxs ona +**********01 GSM nömrəsini vermiş və bildirmişdir ki, Vahid adlı İran İslam Respublikasının vətəndaşıdır, narkotik vasitələrin satışı ilə məşğul olur, nə vaxt istəsə onun üçün narkotik vasitə təşkil edə bilər. O həmin nömrəni özündə saxlamışdır ki, lazım olanda əlaqə saxlayar. 15 iyun 2023-cü il tarixdə Vahid adlı şəxslə telefonla whatsapp proqramı vasitəsilə əlaqə saxlamış və heroin, patı lazım olduğunu bildirmişdir. Vahid bildirmişdir ki, Binəqədiyə gedə bilərsə o yer deyər, 01 ədəd böyük bağlamada və 01 ədəd balaca bükümdə heroini oradan götürər. O razılaşmış və saat 23:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bir yer var ora getmək lazımdır. Rəşad da Sumqayıtda yaşayır və bir neçə ildir ki, münasibətləri var. Rəşad özü də narkotik vasitə istifadəçisidir, hərdən qardaşının idarət etdiyi Toyota Prius markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. Həmin vaxt Rəşad avtomobillə olduğu üçün o Rəşada bildirmişdir ki, birlikdə Binəqədi şossesinə gedib, orada heroin götürsünlər, ona da verər. Rəşad razılaşmış və birlikdə Binəqədi şossesinə gəlmişlər. Vahid adlı şəxsin onun telefonuna göndərdiyi məkan bildirişində qeyd olunan yerə 16 iyun 2023-cü il tarixdə saat 00:15 radələrində çatmış və avtomobili saxlamışlar. O yeri tapdıqdan sonra öz telefonundan həmin yazışmanı silmişdir. O və Rəşad avtomobildən düşmüşlər. Təxminən 5 dəqiqə orada yolun kənarına baxmışlar ki, narkotik vasitənin qoyulduğu yeri tapsınlar. Sonra o 01 ədəd bükümü yerdən götürmüş və həmin vaxt 01 ədəd böyük bağlamanı da Rəşad yerdən götürmüşdür. Onlar avtomobilə yaxınlaşan zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-nin əməkdaşlarıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onları Binəqədi RPİ-yə dəvət etmişlər. Həmin vaxt 01 ədəd bükümdə olan heroin onun cibində, içində heroin olan 01 ədəd bağlama isə Rəşadın əlində olmuşdur. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-yə gəlmişlər. ...Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin masanın üzərinə qoymuşdur. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, Vahid adlı İran vətəndaşının qoyduğu yerdən, yəni Binəqədi şossesində ağaclıq ərazidə zibil torbasının yanından götürmüşdür. ...» Proses iştirakçıalrının sualalrını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları təzyiq altında imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən aradabir istifadə edir və narkotik vasitə satılan yerlərdən narkotik vasitəni alır. O, taksi sürücüsüdür və “Toyota Prius” markalı avtomobil işlədir. O, Təqsirləndirilən şəxs1lə birlikdə Binəqədi rayonunda mağazaya yaxınlaşıb dalana doğru hərəkət edib 50 metr kənarında maşını saxlamışdır. Həmin ünvanda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşı əlində qara salafanla maşına əyləşmişdir. Lakin sonra polis əməkdaşı həmin qara salafanın onun maşınından çıxdığını bildirmişlər. O, saxlanılarkən üzərində heçnə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. O, hadisə yerinə Təqsirləndirilən şəxs1lə getmişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, həmin ünvandan sonra Sumqayıt şəhərinə gedəcəklər. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Adlarını bilmədiyi polis əməkdaşları onu döymüşlər. O, BİT-ə daxil olan zaman döyüldüyünü bildirmişdir. İşlətdiyi mobil nömrə yadında deyil. Mobil telefonu yəqin ki qardaşına verilmişdir. Elan olunmuş cinayət işini 1-ci cild 36-37-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu təzyiq altında imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə doğrudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və izahat, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 39-cu vərəqəsində olan izahatında, 1-ci cild 59-63 və 1-ci cild 166-169-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...təxminən 6 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 15 iyun 2023cii il tarixdə axşam saatlarında Eldar adlı tanışına zəng etmişdir. Eldarı bir neçə ildir ki, tanıyır və aralarında yaxşı münasibətlər var, Eldar da narkotik vasitə heroin istifadəçisidir. Eldarla Sumqayıt şəhərində görüşmüş və söhbət vaxtı Eldardan üzərində heroin olubolmadığını soruşmuşdur. Eldar demişdir ki, onda heroin yoxdur, sonra Eldar ona demişdir ki, Binəqədi şossesində bir yer var, avtomobillə onu ora aparsın, ona heroin verər. O razılaşmış və birlikdə Binəqədi şossesinə gəlmişlər. Eldar telefonda göndərilən məkan göndərişinə baxmış və bildirmişdir ki, çatdıq, avtomobili saxla. O da yolun kənarında avtomobili saxlamışdır. Eldarın telefonla danışığından başa düşmüşdür ki, o İran İslam Respublikasının vətəndaşı ilə danışır və həmin şəxs Eldara heroin verəcək. O və Eldar avtomobildən düşmüşlər. Eldar demişdir ki, burada bağlamada narkotik vasitə heroin var, onu götürüb getsinlər. Təxminən 5 dəqiqə orada yolun kənarına baxmışlar ki, narkotik vasitənin qoyulduğu yeri tapsınlar. Sonra Eldar 01 ədəd bükümü yerdən götürmüş və həmin vaxt 01 ədəd böyük bağlamanı da o yerdən götürmüşdür. Onlar avtomobilə yaxınlaşan zaman mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-nin əməkdaşlarıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onları Binəqədi RPİ-yə dəvət etmişlər. Həmin vaxt 01 ədəd bükümdə olan heroin Eldarda, içində heroin olan 01 ədəd bağlama isə onun əlində olmuşdur. Binəqədi RPİ-yə gətirildikdən sonra onları ayrı-ayrı otaqlara aparmışlar. ...Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir, o əlində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada olan narkotik vasitə heroini masanın üzərinə qoymuş, eləcə də özünə məxsus 01 ədəd «Redmi» markalı mobil telefonu və pulu da çıxararaq təqdim etmişdir. Üzərindən aşkar olunan 01 ədəd bağlama açıldıqda içində narkotik vasitə heroin müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, Eldar adlı tanışı İran İslam Respublikasının vətəndaşı ilə danışıb, sonuncunun telefonla göndərdiyi məkan məlumatları ilə Binəqədi şossesində ağaclıq ərazidə zibil torbasının yanında birlikdə axtarış və özü tapıb götürmüşdür. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır. O, protokolları və izahatı təzyiq altında imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 iyun 2023-cü il tarixdə Binəqədi RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzəyən şəxsin qeyd olunan ünvana yaxınlaşan zaman üzərində də qeyri-qanuni maddə olacağı bildirilmişdir. Bu məlumat raportla rəhbərliyə məruzə olunmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində həmin şəxsi yəni Təqsirləndirilən şəxs1 saxlayıb Binəqədi RPİ-nə gətirmişlər. Binəqədi RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs1 İbrahim oğlunun hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindəki cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoyaraq, ona məxsus narkotik vasitənin olmasını səmimi şəkildə etiraf etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni öz istifadəsi üçün İran vətandaşından aldığını etiraf etmişdir. Həmin 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs1ın üzərindən çıxan narkotik vasitəni qablaşdırıb ekspertizaya göndərmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir təzyiq göstərilməmişdir. Əməliyyat məlumatı ona daxil olmamışdır. Əməliyyat zamanı Şahid2, Şahid3, Şahid4 də onlarla iştirak edirmiş. Hadisə yerində başqa hansı polis əməkdaşlarının iştirak etməsini xatırlamır. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı saxlamazdan əvvəl ikisi də maşının çölündə imiş. Onlar Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edib daha sonra Təqsirləndirilən şəxs1 bölməyə dəvət edilmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs1ın cibində imiş. Təqsirləndirilən şəxs1 onların yanında etiraf etmişdir ki, onda narkotik vasitə var. Hadisə yerində Təqsirləndirilən şəxs1ın üzərinə baxış kecirilməmişdir. Təqsirləndirilən şəxs1ın cibindən çıxardığı salafanın böyüklüyü yadına gəlmir. O, Təqsirləndirilən şəxs2 şəxsi axtarışında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin CAŞ inspektor işləyir. 16 iyun 2023-ci il tarixdə Binəqədi RPİ-də xidmətdə olan zaman Binəqədi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 və kiçik inspektoru Şahid4 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 RPİ-nin inzbati binasına gətirmişlər. Saxlanılan şəxslərin hər biri RPİ-də ayrı-ayrı otaqlara aparılıb saxlanılmışlar. Binəqədi RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan açıq mavi rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoyaraq, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Eldar şalvarın sol cibindən 02 ədəd «Samsung» markalı mobil telefonu da təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Eldar 15 iyun 2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı olan “Vahid” adlı şəxs ilə mobil telefonla danışaraq, onun göndərdiyi məkan məlumatları əsasında 16 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs1 cibindən şəxsi axtarış zamanı heroinə bənzər maddə çıxdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin CAŞ əməliyyat müvəkkili işləyir. 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla əməliyyat qrupu yaradılmışdır. 16 iyun 2023-ci il tarixdə saat 00:27 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zahiri əlamətləri ilə uyğun gələn şəxslər «Toyota Prius» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında saxlanılmışdır. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxslər özünü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olaraq təqdim etmişlər. Onlar həmin şəxsləri Binəqədi RPİ-nin inzibati binasına dəvət etmişlər. Binəqədi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşlar. Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişlə şəxsi axtarış zamanı o qara rəngli sellofan bağlamanı masanın üzərinə qoyub maddənin narkotik vasitə heroin olduğunu, İran islam Respublikasının vətəndaşı ilə mobil nömrə vasitəsilə danışdığını, İran islam Respublikası vətəndaşının həmin sellofan bağlamanı Binəqədi şossesinə qoyduğunu, “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə onlara məkan məlumatları göndərdiyini, həmin ünvana birlikdə getdiklərini, orada olan fərdi yaşayış sahəsinin qarşısında zibil qutusunun altından tapıb götürdüyünü və bundan sonra Binəqədi RPİ-nin əməkdaşlarının yaxınlaşaraq saxladığını, bu zaman həmin 01 ədəd qara rəngli sellofan bükümün əlində olduğunu bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, polis İdarəsində şəxslərin üzərində narkotik vasitə olması müəyyən edilmişdir. O, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı iştirak etmişdir. Yerində baxış keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin PPX-nin əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək, Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 15 iyun 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərlərində narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 15 iyun 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərlərində narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 16 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı əlində olan bir ədəd qara rəngli sellofana bükülmüş üzəri skoçla skoçlanmış bükümü təqdim etmişdir. Həmin sellofanın içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 İİR vətəndaşı ilə danışmış, İİR vətəndaşı həmin sellofanı Binəqədi rayonu, Binəqədi şossesinə qoymuş, qoyduğu yerin konumunu göndərmiş, birlikdə həmin ünvana gedib orada zibil qutularının altından bükümləri tapmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 199-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 02 ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sağ yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon aparatını təqdim edərək bükümün içində narkotik vasitə heroin olduğunu, həmin heroini İran İslam Respublikası vətəndaşı olan “Vahid” adlı şəxslə “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə +**********01 GSM nömrəsi ilə əlaqə saxladığını və həmin şəxsin ona dediyi yer üzrə Binəqədi şossesində fərdi yaşayış sahəsinin qarşısında olan zibil qutusunun yanında 01 ədəd sellofan bükümü götürdüyünü, sonradan razılaşacağı qiyməti ödəyəcəyini bildirdiyi və sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirdiyi, aşkar edilən narkotik vasitə heroinə bənzər kütlənin zərfdə qablaşdırılıb möhürləndiyi müəyyən edilmişdir. İkinci diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı əlində olan 01 ədəd qara rəngli sellofana bükülmüş üzəri skoç ilə bağlanmış bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu, tanışı Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə mobil nömrə vasitəsilə danışdığını, həmin şəxsin bu sellofanı Binəqədi şossesinə qoyub “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə ona məkan məlumatları göndərdiyini, həmin ünvana Təqsirləndirilən şəxs1lə birlikdə getdiklərini, orada olan fərdi yaşayış sahəsinin qarşısında olan zibil qutusunun altından 01 ədəd sellofanı götürdüyünü və sonra Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirdiyi, aşkar edilən narkotik vasitə heroinə bənzər kütlənin zərfdə qablaşdırılıb möhürləndiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 46-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 6/3375 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ”...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 (imza) ...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 2502,3 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr’-in siyahısına (siyahı 1) daxildir. Cinayət işinin 1-ci cild 66-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Tural Kazımovun 17 iyun 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 104-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümü və həmin şalvarın sol yan cibindən 02 ədəd qara rəngli «Samsung» markalı telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümün içərisində kokos adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü ildə İİR vətəndaşı Vahid adlı şəxslə +**********01 saylı mobil nömrə ilə əlaqə saxlayaraq, sonuncunun qoyduğu Binəqədi rayonu, Binəqədi şossesindən əldə etdiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 112-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 6/3376 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ”.,.Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1 ...” sözləri olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,293 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr’-in siyahısına (siyahı 1) daxildir. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyun 2023-cü il tarixli “mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekranı sınmış vəziyyətdə olan 1-ci Samsung markalı mobil telefon aparatında olan foto, video, audio və mətn məlumatlarında, mesajlarda hər hansı əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2-ci Samsung markalı mobil telefon aparatında olan “whatssap” ani mesajlaşma proqramında xx.xx.2023-cü il tarixdə +**********01 GSM nömrəsi ilə mesajlaşdığı, həmin GSM nömrəsindən səsli mesajlar gəldiyi, həmin səsli mesajın məzmununda Eldara narkotik vasitə heroinin çəkisinin 2 kiloqram təşkil etdiyini, heroini yerbəyer etikdən sonra onunla əlaqə saxlanılmasının bildirildiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 4-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 3-16-16/1-6/4091 №-li əlavə məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 №-li paketdəki üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1...” sözləri, imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə 2 №-li paketdəki üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 (imza) ..3’ sözləri olan bir ədəd kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2502,2 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Cinayət işinin 1-ci cild 223-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş 20 avqust 2023-cü il tarixli, 060-20417-1223 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdikləri mənbənin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 06 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işindən, sonuncuların narkotik vasitələri əldə etdikləri mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, narkotik vasitədən istifadə etməsini, həqiqətən 5 qram narkotik vasitə heroini götürmək üçün getsə də, narkotik vasitəni götürə bilmədən polis əməkdaşları onu saxlamışlar, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün istintaqda fərqli ifadə vermişdir. Məhkəmə iclasında dindirilərkən digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həqiqətən narkotik vasitə istifadəçisidir, lakin, saxlanılan zaman onda narkotik olmamış, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün istintaqda fərqli ifadə vermişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2502,3 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 16682 dəfə çox, 5,293 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 35 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onların narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilən zaman, həmin telefonun “whatssap” ani mesajlaşma proqramında xx.xx.2023-cü il tarixdə +**********01 GSM nömrəsi ilə mesajlaşdığı, həmin GSM nömrəsindən səsli mesajlar gəldiyi, həmin səsli mesajın məzmununda Eldara narkotik vasitə heroinin çəkisinin 2 kiloqram təşkil etdiyini, heroini yerbəyer etikdən sonra onunla əlaqə saxlanılmasının bildirildiyi müəyyən edilmişdir. (cild 1, 197-198) Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi narkomaniya xəstəliyindən əziyyət çəkirlər. Məhkəmə iclasında dindirilən zaman təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, tutulan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqları üçün etirafedici ifadələr verdiklərini bildirmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 02 dekabr 2023-cü il tarixli, 3-16-17/38/2-8216/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kartoçkanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müayinədən keçirilən zaman xəsarətlər olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 16 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində isə sol çiynində qançır, hər iki baldır səthində qançırlar müəyyən edilmişdir. Qeyd edilmiş Təqsirləndirilən şəxs1 bədəni üzərində olan xəsarətlərin yetirilmə vaxtının,polis əməkdaşlarının əməllərində cinayət tərkibi olub-olmamasının müəyyən edilməsi üçün 24 yanvar 2024-cü il tarixli qərar qəbul edilərək, icra edilməsi üçün Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna göndərilmişdir.. Bakı Şəhəri Binəqədi Rayon Prokurorluğundan 19 fevral 2024-cü il tarixli, 271xid-24 nömrəli məktubla daxil olmuş, Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Vəli-zadə Əlövsət Qədim oğlunun 21 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif olunmuş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 227-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət məsuliyyəti və cəzadan azad edilmiş; Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtarmış; cinayət işinin 1-ci cild 230- 235-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli, 1(101)-2302/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ona Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasını 13 oktyabr 2021-ci il tarixdə çəkib qurtarmış və cəzadan azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Cinayət işinin 1-ci cild 244-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyul 2023cii tarixli, 4293 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 248-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 31 iyul 2023-cü il tarixli, 2110 №-İi rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. Cinayət işinin 1-ci cild 224-226-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 08 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş; xx.xx.2015-ci ildə cəza müddəti başa çatmış; cinayət işinin 1-ci cild 236-243-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmu. 23 noyabr 2023-cü il tarixli, 21-2/3-6628 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada gəlib qeydiyyata düşmədiyindən, ona Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasını tamamilə çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş tam hissəsi, yəni 02 il 11 ay 28 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 11 ay 28 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 1-ci cild 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyul 2023-cü tarixli, 4294 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 2-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 31 iyul 2023-cü il tarixli, 2114 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 iyun 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 93-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 185-188-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(001)-639/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 iyun 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 189- 192-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(001)-640/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 243 (iki yüz qırx üç) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hisəssində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2502,1 qram və 5,093 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd DVD formatlı diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatı sonuncunun yaxın qohumuna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş tam hissəsi- 02 il 11 ay 28 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 243 (iki yüz qırx üç) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hisəssində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2502,1 qram və 5,093 qram narkotik vasitə heroin məhv edilsin. 02 ədəd DVD formatlı diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatı sonuncunun yaxın qohumuna qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar