Məhkəmə qərarları › İş №1(101)-959/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-959/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-959/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5,müdafiəçilər – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 228.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xuliqanlıq, yəni silah qismində istifadə etdiyi əşya tətbiq etməklə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 16.09.2020-ci il tarixdə saat 22 radələrində qardaşı Şahid2 bir yerdə işləmiş olduğu Zərərçəkmiş şəxs3 aldığı 50 manat pul borcunu qaytarması barədə sonuncunun həmin gün təkidindən sonra tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanına gedərək həmin ünvanda Zərərçəkmiş şəxs3lə görüşüb qardaşı Şahid2 nəyə görə borc pul aldığını aydınlaşdıran zaman Zərərçəkmiş şəxs3 ona məsələnin Əlimuradla öz aralarında olan söhbət olduğunu deməsini, bu barədə ona heç bir söz deməməsini cüzi səbəb kimi bəhanə edərək ətrafda insanların olmasına məhəl qoymayaraq, açıq-aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq, mənəviyyət normalarını tapdalayaraq ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirtmək üçün üzərində olan mətbəx təyinatlı bıçağı çıxararaq sonuncunun qarın və döş qəfəsinə iki ədəd zərbə vuraraq sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan qarının sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və zərərçəkmiş şəxsin ölümünə səbəb olan kəskin daxili qanitirmə və sol ağ ciyər arteriyasının və toxumasının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının deşilmişkəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən xuliqanlıq niyyəti ilə sonuncunun həyatdan məhrum etmiş, bundan sonra o, cinayətkar hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xüsusilə qərəzli xuliqanlıq hərəkətləri edərək bacısının əri Zərərçəkmiş şəxs3 qarşı yönəlmiş cinayət əməlinin, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi bıçaqla zor tədbiq edib müqavimət göstərərək sonuncuya bir ədəd zərbə vuraraq sağlamlığa yüngül zərər vurmaya aid olan sağ sağrının deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 qarşı qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, həmçinin xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı silah qismində istifadə etdiyi əşya tətbiq etməklə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 25.05.2020-ci il tarixdə saat 20 radələrində ünvan 5 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 qolundan tutub “instagram” sosial şəbəkəsində onun şəklini paylaşan şəxsin sonuncu olub-olmadığını aydınlaşdırılması səbəbindən aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs2 qəsdən yumruqla zərbə vuraraq burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa o, 16.09.2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə Təqsirləndirilən şəxs1 tərəfindən bacısının əri Zərərçəkmiş şəxs3 qarşı yönəlmiş cinayət əməlinin, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz əldə etdib üzərində gəzdirdiyi soyuq silah olan ov tipli bıçaqla sonuncunun həyat və sağlamlığı üçün real təhlükə olan zor tədbiq edib müqavimət göstərməklə ətrafda yaşayan sakinlər və digər şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan hərəkətlər nümayiş etdirməklə bıçaq zərbələri atmış, daha sonra yaxınlıqda olan Təqsirləndirilən şəxs1 onlara tərəf gəlib, ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 silah qismində istifadə etdiyi bıçaqla zor tədbiq edib müqavimət göstərərək sonuncuya bir zərbə vuraraq sağlamlığa yüngül zərər vurmaya aid olan sağ sağrının deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü o, anası ilə birlikdə yaşadıqları evdə olan zaman işdə olan digər qardaşı Məhəmməd anasının telefonuna zəng edib Zərərçəkmiş şəxs3 Əlimuradı axtardığını, aralarında pul məsələsi olduğunu demiş, ətraflı heç bir söz deməmişdir. O, da telefonda də Məhəmmədə Zərərçəkmiş şəxs3 zəng edib “Univermağın” qabağına gəlməsini demişdir. O, evdən çıxaraq “Univermağın” qabağına gedib Zərərçəkmiş şəxs3lə görüşmüş, həmin vaxtı sonuncunun və onun yanında heç kim olmamışdır. Orxandan Əlimuradın nəyə görə borcu olduğunu soruşmuş, Orxan ona özü bilir cavabını vermişdir. O, Orxana qardaşının borcu varsa, onu verəcəyini demiş, Əlimuradın telefonu olmadığı üçün sonuncunu axtarmaq üçün evdən çıxmış, həyətdən çıxanda gözünə həyətdə olan bıçaq sataşmış, o, həmin bıçağı hər ehtimala qarşı özü ilə götürmüş, bıçağı götürdüyünü heç kim bilməmişdir. Qardaşı Əlimurad bir çox hallarda tanışları Elşadla birlikdə oturub söhbətləşdikləri üçün qardaşının sonuncunun yanında olduğunu düşünüb Elşada zəng etmiş, Elşad ona Əlimuradla birlikdə Əligilin həyətlərində olduğunu demişdir. O, Əligilin həyətlərinə getdikdə orada qardaşı Əlimuradın Şahid1 və Elşadla birlikdə həyətdə olan daxmada söhbət etdiklərini görmüşdür. O, Əlimurada Orxanın borca görə onu axtardığını, nə kimi borcu olduğunu bildirmiş, Əlimurad Zərərçəkmiş şəxs3 aldığı borcun səbəbini ona deməmiş, buna görə onun Əlimuradla sözlü mübahisəsi də yaranmışdır. O, Əlimurada pulu qaytarmaq lazım olduğunu demiş, Əlimurad pulun onda olduğunu demişdir. O, Əlimurada Zərərçəkmiş şəxs3lə görüşməməsini, hansısa problem yaranmamasını bildirərək pulu Zərərçəkmiş şəxs3 qaytarmaq istəmişdir. Əlimurad cibindən 50 manat çıxardıb ona vermiş, tək getməməsi üçün Elşad onunla birlikdə Orxanla görüşməyə getmiş, Zərərçəkmiş şəxs3 tək olmuş, o, Orxanla söhbətləşərək yenə də qardaşının Orxandan nəyə görə borc götürdüyünü soruşmuş, lakin Orxan səbəbini ona deməmiş, onunla aqressiv danışmağa başlamışdır. O, Orxanla danışan zaman Elşad kənarda dayanmış, daha sonra Elşad onlara yaxınlaşaraq “biraz tez olun, tezləşdirin” sözünü demiş, Orxan buna cavab olaraq “səbirli ol” demiş, Elşad isə “səninlə yox, İmranla danışıram” cavabını verdiyinə görə Orxanı əsəbiləşmiş və Elşadla aralarında sözlü mübahisə başlamışdır. O, Elşadı Orxanın yanından uzaqlaşdırmış, Elşada sənirli olub kənarda durmasını demiş, həmin pulu hansı səbəbdən Orxanın götürməsinin səbəbini deməməsinə görə sonuncu ilə əsəbi-əsəbi danışmağa başlamışdır. Bunu hiss edən Elşad yenidən onların yanına yaxınlaşmış, Orxan bu zaman Elşadın söhbətə müdaxilə etməsindən əsəbiləşərək Elşadla mübahisə etməyə başlamışdır. Elşad bu dəfə ona səbirli olmasını demiş, o, sonunculardan uzaqlaşaraq siqaret çəkmiş, Elşadla Orxan hadisənin baş verdiyi darvazanın qarşısında sözlü mübahisə etmişlər. Elşadla Orxan qarşı-qarşıya dayanmış, o, isə sonunculara yaxınlaşmış, onların ortasında dayanmış, onun sol tərəfində Orxan, sağ tərəfində isə Elşad dayanmışdır. Həmin vaxtı Orxan sol əli ilə Elşadın sağ əlindən tutub “sən niyə söhbətə girişirsən” demiş, daha sonra Orxan üzünü ona tərəfə çevirərək saymazyana, aqressiv formada “50 manatı vermirsən?” demiş, o, isə Orxana aqressiv olmasını nəzərdə tutub “bu cür rəftar etdiyin üçün sənə pulu verməyəcəm” demiş, bu sözdən sonra Orxan ona söyüş söyərək “bic bala oğlu Bicbala dedi” demiş, buna görə də o, həmin söyüşü qəbul edə bilməmiş və belində saxladığı bıçağı sağ əli ilə belindən götürüb Orxanın sol qarın nahiyəsinə qəfldən zərbə vurmuş, zərbədən sonra Orxan Elşadın əlini buraxmış, həmin vaxtı maşından bir nəfər sonradan adınını Ravil olduğunu bildiyi şəxs düşüb əlində nə isə dəmir parçası onlara tərəf gəlmiş, Elşad həmin şəxs tərəfə çönüb getmiş, o, isə Orxanın sinə nahiyəsinə ikinci bıçaq zərbəsini vurmuş, bundan sonra Ravilin Elşadın arxasınca maşının arxası ilə dayanacağın sağ tərəfinə doğru qaçdığını görmüş, həmin vaxtı Ravil Elşada yumruq vurmuş, yolun qırağında olan yol nişanın yanında Elşad yerə yıxılmış və o, isə Ravilin arxasına bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Ravil üzü 31-ci polis bölməsi və stadion olan istiqamətə qaçmış, hər ikisi də Ravilin arxasınca qaçmış, sonradan Elşadla o, Ravilin arxasınca qaçmağı dayandırıb dəmir yolu xəttinə doğru getmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs3 Elşadın əlini tutan zaman Zərərçəkmiş şəxs3 pulun sonuncuya çatmayacağını və geri qaytarmayacağını bildirdiyi üçün ona “Bicbala oğlu bicbala” dediyini, Əlimuradın Zərərçəkmiş şəxs3 hansı məqsədlə pul aldığını demədiyini, sonuncunun da bu barədə heç bir söz demədiyini, Orxanın ondan fiziki olaraq canlı olduğu üçün yaşadığı evin həyətindən bıçağı hər ehtimala qarşı götürdüyünü, Orxanı öldürmək fikrinin olmadığını, Zərərçəkmiş şəxs1 tanımadığını, sonuncuya dostu Elşaddan uzaqlaşdırmaq üçün bıçaq zərbəsi vurduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 16 sentyabr 2020-ci il tarixdə təxminən saat 20 radələrində Əli adlı şəxsin evində olan zaman İmranın qardaşı Əlimurad onun yanına gəlib ona borc söhbəti olduğunu, lakin pulu bu gün vermək istəmədiyini, həmin pula ehtiyacı olduğunu bildirmişdir. O, Əlimuraddan nə söhbət olduğunu dəqiqləşdirməmiş, lakin Əlimurad ona Zərərçəkmiş şəxs3 adlı şəxsin “barıqa” olduğunu və “metadon” adlı narkotik vasitəni satdığını bildirmişdir. Bundan sonra o, Şahid1a zəng etmiş və Əlinin evinə çağırmışdır. Bir müddətdən sonra Şahid1 də həmin ünvana gəlmiş, bir qədər sonra İmran onun istifadə etdiyi telefon nömrəsinə zəng edərək Əlimuradın onun yanında olub-olmadığını ondan soruşmuş, o, Əlimuradın onun yanında olduğunu demiş, bir müddət sonra İmran onların yanına gəlmişdir. İmran və Əlimurad çölə çıxaraq Əlinin evinin qarşısında eşitmədiyi mövzuda söhbəti etmişlər. Orxana bu zaman borc söhbəti olduğunu Əlimuradın pulu olmadığını bildirmiş, Orxana “barıqa” söhbətini danışmamışdır. Bundan sonra Əlimurad və İmran oradan getmişlər, o, isə Şahid1 ilə birlikdə “priyezd” adlanan yerə getmişlər, üzərində həmişə tutacağı qəhvəyi rəngli açılıb-bağlanan bıçaq daşımış, həmin gündə bıçaq üzərində olmuşdur. Təxminən saat 21 radələrində o, Şahid1, Əlimurad və İmran Əmircan stansiyasında görüşmüşlər. Əlimurad Orxanla birlikdə qalmış, o, isə İmranla birlikdə “Ucuzluq-Univermaq” adlanan yerə getmişlər, İmranla birlikdə Zərərçəkmiş şəxs3 yanına getməkdə xüsusi bir məqsədi olmamış, sadəcə İmranın yanında böyük kimi getmişdir. Zərərçəkmiş şəxs3 İmranla aqressiv formada danışdığı üçün o, Zərərçəkmiş şəxs3 sakit tərzdə danışmağı məsləhət görmüş, onun iradına görə Orxan onunla mübahisə edərək “sən bu işə qarışma” demiş və onunla sözlü mübahisə etmiş, həmin vaxtı hadisə baş verən ünvanda Orxan arxası orada olan darvazaya doğru onun qarşısında dayanmış, sol əli ilə onun sağ əlindən tutub onun irad bildirməyinə görə onunla mübahisə etmiş, İmran da onun sol tərəfindən, Orxanın isə sağ tərəfindən dayanmışdır. O, qolunu çəkmək istəsə də Orxan onun qolunu buraxmamış, onun qolundan tuta-tuta İmrana “pulu vermirsən” sözlərini demiş, İmran isə Orxana bu cür aressiv rəftara etdiyinə görə pulu verməyəcəyini bildirmiş, Orxan İmrana “bic bala oğlu bicbala” sözlərini demiş, həmin vaxtı qəfildən İmran bel nahiyəsinə əlini atıb bıçaq çıxardıb gözlənilmədən Orxanın qarnına zərbə vurmuş, bundan sonra Orxan onun qolunu buraxmışdır. Həmin vaxtı sonradan Ravil olduğunu bildiyi şəxs yaxınlıqdakı maşından düşüb əlində dəmir onun üstünə gəlmiş, o, sonuncunun əlindəki dəmiri görüb özünü müdafiə etmək üçün bıçağı çıxardıb Ravilə doğru bir neçə dəfə zərbə atmış, lakin atdığı bıçaq zərbələrinin heç biri Ravilə dəyməmiş, Ravil əlində olan dəmiri ona tərəf atmış, dəmir onun sağ dizinə dəymiş, bundan sonra o, maşının arxası tərəfdən yol istiqamətinə doğru qaçmış, Ravildə onun arxasınca qaçmış, yolun kənarında olan yol nişanın yanında Ravil onun üz nahiyəsinə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. Bundan sonra o, yerdən qalxmış və İmranın da Ravilin arxasınca qaçdığını görüb birlikdə sonuncunun arxasınca qaçmışlar, nəyə görə qaçdığımı bilməmiş, lakin yolda fikirlərini dəyişərək oradan uzaqlaşmışlar. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 ikinci bıçaq zərbəsi vurduğunu görməmiş, Ravilə başı qarışmış, özünü sonuncudan müdafiə etdiyindən İmranın Zərərçəkmiş şəxs3 ikinci bıçaq zərbəsini vurduğunu, eləcə də İmranın Ravilə bıçaq zərbəsi vurduğunu görməmiş, sonradan İmran ona Ravilin onun arxasınca qaçan zaman Ravilə bıçaq zərbəsi vurduğunu demişdir. Təqsirləndirilən şəxs1 üzərində olan bıçağı görməmiş, sonuncunun üzərində bıçaq olmasını hadisə vaxtı görmüş, Zərərçəkmiş şəxs3lə görüşməyə gedəndə məqsədləri dava etmək olmamış, sadəcə borc məsələsinə görə İmran Orxanla söhbət etməyə getmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərdi ki, 2020-ci ilin may ayının ortalarında sonradan tanıdığı Şahid5 istifadə etdiyi, lakin adını unutduğu “İnstagram” hesabı vasitəsi ilə ona mesaj yazaraq onu tanıdığını, Əmircan qəsəbəsindən onu maraqlandığını, maraqlandıqları şəxslərin onu tanımadığını, tanıyanların isə yaxşı tanımadığını bildirmiş, o, da Xəyaldan kim olduğunu soruşub sonuncuya “belə mesaj yazmaqla deyil, gəl görüşək” demiş, istifadəsində olan ***-***-**-** nömrəni mesaj olaraq ona göndərmiş, o isə hazırda unutuduğu telefon nömrəsini ona mesaj olaraq göndərib “10-15 dəqiqəyə Nərimanov parkına gəl” demi, o, 10-15 dəqiqə sonra Nərimanov parkına gedib Xəyal ilə əlaqə saxlasa da əvvəlcə telefon zənginə cavab verməmiş, sonradan telefona cavab verərək onunla görüşməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra isə o, evə qayıdaraq barədə qardaşı Elşənə danışdıqda sonuncu Xəyalı tanıdığını, məsələni özü yoluna qoyacağını bildirmiş, 25.05.2020-ci il tarixdə 19 radələrində Elşən məhəllədə olan zaman ona Xəyalı tapdığını və görüşmək üçün Nərimanova getmək lazım olduğunu demiş, Elşənin Xəyalı necə tapdığını bilməmiş, Nərimanova getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Lətifin idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 6 ünvanında yerləşən “Montin Mall”-un qarşısına getmişlər, onlarla birlikdə qardaşının dostu Ceyhund getmişdir. Lətif avtomobili yolunda kənar hissəsində saxlamış, qardaşı Xəyal ilə əlaqə saxlamış, “Montin Mall”-un qarşısında olduğunu demiş, Xəyal gələnə qədər avtomobildə gözləmişlər, təxminən 15-20 dəqiqə sonra uzaqdan 2 nəfərin gəldiyini görmüşlər, qardaşım Elşən avtomobildən düşmüş, ondan sonra o, avtomaşındna düşmək istədikdə isə Elşən buna mane olmaq istəyərək ona “sən düşmə, düşsən dava edəcəksən, əvvəlcə söhbət edək” demişdir. Lakin o, Elşənlə razılaşmayaraq aşağı düşəcəyini deyib mübahisə etməyə başlamış, bu zaman həmin şəxslərdən biri onları görüb qaçmağa başlamış, qardaşı Elşən isə onun arxasınca getmiş, o, isə digər şəxsin qolundan tutub Xəyal olub-olmamasını soruşmuş, lakin həm in şəxs cavab verməyib ona yumruq atmış, bu zaman o, zərbədən yayınmış, o, həmin yumruq zərbəsini gözləmədiyindən ani olaraq yumruqla həmin şəxsin burun nahiyəsindən vurmuş, bundan sonra həmin şəxs adının Fərid olduğunu, Xəyalın isə qaçan şəxs olduğunu demiş, sonra isə ətrafa kənar şəxslər toplanmaması üçün Lətifin avtomobilinə minərək qardaşı Elşənin qaçdığı istiqamətə getmişlər, Elşənin Xəyalı tuta bilmədiyi məlum olmuş və onlar həmin ərazidən uzaqlaşmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs3 1994-cü ildə anadan olmuş, sonuncu sakit və alicənab biri olmuşdur. 16 sentyabr 2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs3 ona qayınanası ilə qayınatasının ad günü olduğunu, gün ərzində sonuncugildə olacağını bildirmişdir. Həmin günü adəti üzrə tez, yəni saat təxminən 21 radələrində o, yatmış, saat 22 radələrində oğlunun qayınanası Elmira ona zəng edərək, oğlu Orxanın bıçaqlandığını, hazırda 3 saylı ŞKX-da olduğunu bildirmiş, o, dərhal 3 saylı Sabunçu xəstəxanasına getmiş, orada oğlunun artıq öldüyünü öyrənmişdir. Elçin İsayev həmçinin təqsirləndirilən şəxslərlə barışmadığını bildirərək, onlara ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun bacısı Əzizə İsayevanın əridir. 16 sentyabr 2020-ci il tarixdə anası X3 və atası X2 ad günləri olmuşdur. Həmin günü yeznəsi Zərərçəkmiş şəxs3 ilə birlikdə valideynlərinin Sabunçu rayonunda yerləşən evində olmuşlar. Təxminən saat 21 radələrində o, yeznəsi Zərərçəkmiş şəxs3 ilə birlikdə atasının qohumlarını Razin stansiyasına tərəf aparmışlar. Bundan sonra yeznəsi Orxan ona Əmircan qəsəbəsinə getməli olduğunu və oradan bir şəxsdən pulu geri götürməli olduğunu bildirmiş, lakin kimin, nəyə görə Orxana pul verməli olduğunu sonuncu ona deməmişdir. O, özünə məxsus avtomaşınla Orxanla birlikdə Əmircan qəsəbəsi “Ucuzluq Univermaq” adlanan yerə gəlmişlər, onlardan başqa maşında heç kim olmamışdır. Yeznəsi avtomobildən çıxaraq yaxınlıqda yerləşən taksafonun yanına getmiş, ona isə avtomobildə gözləməyi bildirmişdir. O, hadisə baş verən həyət evinin darvazasının qabağına doğru, yol istiqamətində saxlamışdır. Orxan taksafonun yanında olanda iki şəxs sonuncuya yaxınlaşmış, həmin şəxslərdən biri sonradan adının İmran olduğunu bildiyi sarı saçlı, digəri isə sonradan adının Elşad olduğunu bildiyi qara saçlı olmuşdur. Onlar bir qədər söhbət etdikdən sonra İmran Orxanla birlikdə söhbət edə-edə onun avtomobilin saxladığı yerə, sağ tərəfinə doğru gəlmişlər, o, həmin vaxtı avtomobildə oturub musiqiyə qulaq asmışdır. Həmin zaman Elşadla Orxan üzbəüz, İmran isə Orxanın sağında, Elşadın isə sol tərəfindən dayanmışdır. Qəfildən İmran əlinini belinə atıb nə isə belindən çıxardıb Orxanın qarın tərəfinə vurduğunu görmüş, bundan sonra o, təkər açarını götürüb maşından düşmüş, maşından düşəndən sonra İmranın və Elşadın, hər ikisinin əllərində bıçaq görmüş, o, əlində olan açarı Elşada tərəf əlində yelləmiş, Elşad isə əlində olan bıçağı ona doğru zərbə atsa da bıçaq ona dəyməmiş, həmin vaxtı o, Elşadla üzbəüz dayanmış, Elşadın əlində olan bıçaqdan özünü yayındırmağa başı qarışdığı üçün İmran və Orxanın hansı hərəkətlər etdiyini diqqət etməmiş, Elşadın bıçaqla onun üzərinə gəlməkdə davam etdiyini görüb özünü qorumaq üçün əlində olan təkər açarını Elşada doğru atıb maşının arxa tərəfi ilə qaçmağa başlamış, Elşad və İmran hər ikisi onun arxasınca qaçmışlar, o, yol nişanının yanında Elşada yumruq vurmuş, sonuncu yumruğun təsirindən yerə yıxılmış, elə həmin anda da İmran onun arxasına bıçaq zərbəsi vurmuş, o, isə hər ikisinin əllərində bıçaq olduğu üçün asfalt yolla stadion tərəfə qaçmışdır. Bir qədər qaçdıqdan sonra arxaya baxdıqda heç kimin olmadığını görüb maşın tərəfə gələndə Orxanın yerdə uzanaqlı vəziyyətdə görmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Şahid5 ilə təxminən 5 il əvvəl tanış olmuşdur. 2020-ci ilin may ayının ortalarında Xəyal “İnstagram” hesabı vasitəsilə üzdən tanıdığı Elşad adlı şəxsin şəkilini “hekayədə” paylaşaraq şəkilin altından sonuncunun barəsində təhqiredici və nalayiq ifadələr yazmışdı. O, Elşadla şəxsən tanışlığı olmasa da, sonuncunun sosial şəbəkələrdə işlətdiyi hesabını bir neçə dəfə görmüş, o, Xəyalın Elşadın şəklini paylaşdığını görüb “İnstagram” vasitəsi ilə Xəyala mesaj yazaraq nə baş verdiyini sonucudan soruşmuş, Xəyal ona Elşad ilə aralarında söhbət olduğunu bildirib ona da Elşadın şəklini paylaşmağı məsləhət bilmiş, o, isə Xəyala həmin şəxsi qiyabi də olsa tanıdığını, ona görə də şəkili paylaşmaqdan imtina etmişdir. Xəyal ona Elşadın “İnstagram” hesabını gördükdən sonra həmin şəxsə mesaj yazaraq tanışlıq üçün kim olduğunu soruşmuş, lakin Elşad ona kobud cavab vermiş, bundan sonra isə Elşad “İnstagram” hesabının hekayəsində Xəyalın şəkilini paylaşaraq şəkilin aşağı hissəsində Xəyalı tanıyanlardan Elşadla əlaqə saxlamasını istəmiş, lakin təhqiredici ifadə işlətməmişdir. Xəyal isə Elşadın həmin paylaşını gördükdən sonra qeyd etdiyi kimi hekayədə Elşadın şəkilini paylaşaraq onu təhqir etmişdir. Bundan sonra isə Elşadla Xəyal bir-birilərini blok etmişlər. 25.05.2020-ci il tarixdə isə 22 radələrində Xəyal onunla əlaqə saxlayaraq tanışı Elşən ilə görüşməli olduğunu bildirərək onunla birlikdə gətməyi ona təklif etmiş, o, da razılaşdıqdan sonra birlikdə Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 27 ünvanında yerləşən “Montin Mall”-un qarşısına gətmişlər. Onlar həmin yerdə Elşadın qardaşı Elşəni görüb yaxınlıqdakı qırmızı rəngli **-HA-*** dövlət zeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilə yaxınlaşmışlar, sonra isə gözlənilmədən Xəyalın qaçdığını və Elşənin də Xəyalın arxasınca getdiyini görmüş, bu zaman Elşad ona yaxınlaşıb ondan avtomobilə oturmağı xahiş etmiş, o, bundan imtina etdikdə Elşad yumruqla sifət nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən burnu qanamış, başı fırlanmış, Elşad onu təkrar vurmaq zərbəsi vurmaq istədikdə o, Elşadı itələyib yaxınlıqda olan köşkə tərəf qaçmış, həmin vaxtı ətrafa 3-5 nəfər yığılmışdır. Elşad onun köşkə girdiyini görüb arxasınca gəlməyib avtomobilə əyləşib getmiş, təxminən 5 dəqiqə sonra Xəyal onun yanına gəlmiş, birlikdə 1 saylı KTM-ə getmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2lə hadisədən sonra barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 “Gənclik mall” ticarət mərkəzində yerləşən “Cafecity” restoranda işlədiyi vaxtdan tanımış, aralarında düşmənçilik və ədavət olmamışdır. O, restoranın soyuq mətbəxində “şef” işləyən Zərərçəkmiş şəxs3 köməkçisi işləmişdir. Zərərçəkmiş şəxs3 ilə ilkin danışıq zamanı narkotik maddənin təsiri altında olduğundan sonuncunu onun narkotik maddə “kokos”dan istifadə etdiyini öyrənmiş, sonralar Orxan özü də narkotik maddədən istifadə etdiyini ona bildirmiş, bundan sonra Orxanla mütəmadi olaraq “kokos” adlı narkotik qəbul etmişlər, buna görə aralarında yaxşı münasibət yaranmış, digər iş yoldaşlarının bu barədə xəbərləri olmamışdır. Narkotik maddə qəbul etmədikdə “lomka” vəziyyətinə düşdüklərinə görə işləyə bilməmişlər, belə olan hallarda bir-birinə narkotik verməklə dostluq edib bu vəziyyətdən çıxartdıb narkotiki bölüb istifadə etmişlər. Təxminən 2019-cu ilin payız aylarında Zərərçəkmiş şəxs3 övladının ana bətnində vəfat etdiyini Orxandan öyrənmiş, sonuncu ona narkotik maddə qəbul etdiyinə görə bunun baş verdiyini bildirmiş, o, Orxana narkotik qəbul etməməsini təklif etmiş, narkotik maddədən istifadəni tərgitdikdə ağrıları güclü olmasın deyə “metadon” adlı psixotrop maddəni qəbul etməsini Orxana məsləhət görmüşdür. Orxan onun təklifi ilə razılaşmış, o, həmin vaxtı Orxana “lazımdırsa mən sənə 10 manatdan “metadon” tapa bilərəm” demiş, Orxan onunla razılaşaraq lazım olduğu halda ona deyəcəyini bildirmişdir. 2020-ci ilin avqust ayının sonu, sentyabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxs3 təsadüfən sonuncunun yaşadıqları Bakıxanov qəsəbəsindəki evlərinin yaxınlığında görmüş, söhbət zaman Orxan ona hazırda pulunun olmadığını, pul əldə etdikdə ona zəng edib “metadon” almaqda köməklik göstərməyi ondan xahiş etmiş, 16 sentyabr 2020-ci il tarixdə “taksafon” vasitəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ********** telefon nömrəsinə zəng edib hal-əhval tutmuş, Orxanla danışanda ona pulunun olduğunu, “metadon” almaq istədiyini və Əmircana gələcəyini demişdir. O, Zərərçəkmiş şəxs3lə günorta saatlarında Əmircanda “Ucuzluq Univermağın” qarşısında görüşmüş, sonuncunun yanında heç kim olmamış, o, da həmin yerə tək getmişdir. Orxan 4-5 ədəd “metadon” alması üçün ona 50 manat pul vermiş, o, pulu sonuncudan götürdükdən sonra 30 dəqiqə ərzində metadonu alıb geri qayıdacağını demişdir. O, narkotiki əsasən Bülbülə qəsəbəsində yaşayan “İquş” adlı şəxsdən almış, o, “İquş” adlı şəxsin yaşadığı ünvandan həmin dərmanı götürmək üçün getmiş, lakin həmin şəxsin evdə olmadığını öyrənmiş, bu səbəbdən Orxana metadon alıb verə bilməmişdir. O, təxminən saat 19 radələrində Elşadın qaldığı Əli adlı şəxsin həyətindəki daxmaya getmiş, orada bir qədər Elşadla söhbət etdikdən sonra gedib taksafondan zəng edib Orxanı çağırıb pulu qaytarmağı düşünmüş, lakin sonradan pulu olmadığı üçün Orxanın 50 manat pulunu xərcləyib sonra pulu düzəldib Orxana qaytaracağını düşünmüşdür. O, Orxandan pul götürməsinin səbəbini ətraflı olaraq Elşada danışmasa da, pulu Zərərçəkmiş şəxs3 borc götürdüyünü, sonuncunun narkotik vasitə istifadə etdiyini demişdir. O, Elşadla söhbət edən zaman, sonuncu ümumi tanışları olan Şahid1 də yanlarına çağırmışlar, Şahid1 çağırmaqda xüsusi məqsədləri olmamış, sadəcə söhbətləşmək üçün çağırmışlar, sonuncu bir qədər sonra həmin yerə gəlmiş, birlikdə oturub ümumi mövzularda söhbət etmişlər. Bir yerdə söhbət edən zaman qardaşı İmran Elşada zəng edərək onun yerini soruşmuş, Elşad İmrana olduqları yeri dedikdən bir müddət sonra İmran həmin yerə gəlmişdir. İmran onlarına yanına gələn kimi Zərərçəkmiş şəxs3 evə zəng edərək onu axtardığını, Orxandan pul götürdüyünü evə dediyini demişdir. İmran ondan Orxandan borc pul götürməsinin səbəbini soruşmuş, o, İmrana bu barədə heç bir söz deməmişdir. Orxan özü də bu barədə heç kimə danışmağını istəməmiş, o, da İmrana bu barədə heç bir söz demək istəməmişdir. O, İmrana borcu götürməyinin səbəbini demədiyi üçün sonuncu onunla sözlü mübahisə etmiş, o, sözlü mübahisə zamanı əsəbiləşərək yalandan da olsa İmrana “pul bizə aiddir, Orxana çatmalı deyil” demiş, əslində isə pul Orxanın pulu olmuşdur. İmran isə ona “pul çatmalı deyilsə mən pulu verməyəcəm sən hər ehtimala qarşı pul ver məndə qalsın” demişdir. O, isə əvvəlcə özü pulu qaytarmaq istədiyini desə də İmran ona problem olmaması üçün pulu İmran qaytarmaq istədiyini ona demişdir. Orxan İmranla telefonla danışanda aqressiv formada danışaraq “guya pulu Orxana atdığımı” İmrana demiş, sonuncu da buna görə Orxanla görüşməyini istəməmişdir. O, Zərərçəkmiş şəxs3 aldığı 50 manat pulu İmrana vermiş, bundan sonra İmranla o, həyətdən çıxıb üzü “Əmircan stansiyasına” doğru getmişlər, o, stansiyada gözləməyi, İmran isə gedib pulu Zərərçəkmiş şəxs3 qaytarıb gələcəyini fikirləşmişlər. Onlar Əligilin həyətindən çıxdıqdan sonra onların arxasınca Şahid1lə Təqsirləndirilən şəxs2 həyətdən çıxmışlar, lakin onlarla birlikdə gəlməmişlər. O, İmranla birlikdə Əmircan stansiyasına çatanda İmran yaşca balaca olduğu üçün Orxanla görüşməyə tək getməsini istəməmiş, buna görə də Elşada İmranın telefonu ilə zəng edib yanlarına çağırmışdır. Elşad və Şahid1 həmin yerə gəlmişlər, o, sonunculara “İmran tək getməsin onunla birlikdə gedin” demiş, Orxan “50 manat nədi ki, ondan ötrü bu qədər adam getsin, bir nəfər gedib verib qayıtsın” demişdir. Bundan sonra Elşad böyük kimi İmranın yanında pulu Zərərçəkmiş şəxs3 vermək üçün getmiş, getməmişdən əvvəl İmran Orxandan onun pulu götürməyinin səbəbini demədiyinə görə ondan narazı qalmış, Orxandan bu barədə soruşacağını ona demişdir. Şahid1 onun tək qalmaması üçün birlikdə dəmir yolu xəttinin yanında İmranla Elşadı gözləmişdir. Elşadın və ya İmranın üzərində bıçaq olmasından xəbəri olmamışdır. Təxminən 20 dəqiqə müddət keçdikdən sonra İmran və Elşaddan xəbər çıxmamış, hətta Şahid1 ona məhəlləyə getməyi təklif etmiş, bundan bir neçə dəqiqə sonra o, Elşad ilə İmranın gəldiyini görmüş, İmranın üzünün rəngindən nə isə hadisə baş verdiyini başa düşmüş, Elşad “heçnə, vuruldu” sözünü demişdir. O, nə baş verdiyini İmrandan soruşmuş, sonuncu ona Zərərçəkmiş şəxs3 söyüş söydüyü üçün vurduğunu demiş, o, İmrandan Zərərçəkmiş şəxs3 nə ilə vurduğunu soruşmuş, İmran belindən bıçağı çıxardıb bıçaqla vurduğunu demişdir. Bıçağın üzərində qan olmuş, həmin bıçaq onların evinin həyətində üzüm budamaq üçün istifadə etmişlər. Daha sonra Şahid1, Təqsirləndirilən şəxs2 və İmranla birlikdə Əli adlı şəxsin evinin həyətindəki daxmaya gedərək nə edəcəkləri barədə düşünmüşlər. İmran ona bıçağı Orxanın sinəsinə vurduğunu demiş, o, İmranın Orxanın sinəsinə bıçaq xəsarəti yetirdiyini dedikdə sonuncunun öldüyünü başa düşmüşdür. Buna görə də Elşad, Orxan və İmranı Əligilin həyətində qoyub bıçağı götürüb polisə gedərək İmranın əvəzinə təslim olmaq istəmiş, evdəkilərlə sağollaşmaq üçün həyətdən çıxıb evə getmiş, o, evə çatanda evdən ona İmranın polislər tərəfindən tutulduğunu demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsəbəsi sakini kimi tanımış, Zərərçəkmiş şəxs3 tanımamışdır. O, 16 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində dostları Novruz Novruzov və Samir Bağırov ilə yaşadığı məhəllədə, yəni Əmircan qəsəbəsi, Vaqif küçəsi 31-də görüşüb çay içməyə getməyi planlaşdırmışdır. Lakin onun başında ağrı olduğundan dərman almaq üçün ilk öncə Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 95 saylı ünvanda yerləşən “Ucuzluq-univermaq”ın yanındakı aptekə getmişlər. Ona məxsus “Mercedes C-220” markalı “**-UZ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin aptekə getmişdir. Aptekdə çatdıqda “Təndir” adlanan yerin kənarında üç şəxsin danışdığını müşahidə etmişlər. Novruz avtomobildən düşərək ona dərman almaq üçün aptekə girmiş, o isə həmin vaxtı avtomobili üzü çıxışa tərəf döndərib saxlamışdır. Novruz ona dərmanı vermiş, dərmanı qəbul edən zaman həmin üç şəxsin qabaqda “Təndir” ilə üzbəüz dayanan avtomobilin qarşısında olduqlarını görmüşdür. Qəflətən o tərəfdən səs-küy eşitmiş və bir şəxsin ürəyindən tutaraq yavaş-yavaş arxaya gedərək yerə yıxıldığını görmüşdür. Həmin şəxsin dalınca üzdən tanıdığı qəsəbə sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əllərində bıçaq ilə ilkin olaraq görmədiyi bir şəxsin arxasınca qaçdığını görmüşdür. Daha sonra sonuncular oradan uzaqlaşmışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra onlar oradan getmişdir. O, həmçinin ifadəsində Zərərçəkmiş şəxs3 kimin zərbə vurmasını görmədiyini, qaranlıq olduğundan bıçaqları təsvir edə bilməyəcəyini də göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 təxminən 5 il olar ki, tanımışdır. O, 2020-ci ilin may ayının ortalarında instaqram sosial şəbəkəsind “eliw011” adlı profildəki sonradan adının Elşad olduğunu bildiyi şəxs ona tanış gəldiyi üçün sonuncuya sosial şəbəkə vasitəsi ilə sms yazaraq harada yaşadığını soruşmuş, Elşad sə ona kobud cavab yazaraq ondan harada olduğunu soruşmuş, kobud cavab verməsi səbəbindən aralarında sosial şəbəkə vasitəsi ilə mübahisələri yaranmışdır. Ertəsi günü instaqram sosial şəbəkəsində Elşadın öz səhfəsində onun şəklini paylaşaraq nömrəsini qoyub onu tanıyan şəxslərin Elşadla əlaqə saxlamasını sonuncu qeyd kimi yazmışdır. O, həmin telefon nömrəsinə zəng etsə də telefon bağlı olduğundan İnstagram vasitəsi ilə Elşadın şəklini öz səhfəsində paylaşaraq eyni qaydada Elşadı tanıyan şəxslərdən onunla əlaqə saxlamasını bildirmiş, şəklin altına nömrəsini də qeyd etmiş, lakin bir neçə dəqiqə sonra paylaşımı silmişdir. 25.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirsə də o, sonuncu ilə görüşməkdən imtina etmişdir. Həmin günü saat 22 radələrində onun Elşən adlı tanışı onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, o, bu barədə tanışı Fəridə deyərək birlikdə getməyi sonuncuya təklif etmişdir. Fərid razılaşdıqdan sonra hər ikisi birlikdə Elşənlə vədələşdikləri Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 27 ünvanında yerləşən “Montin Mall”ın qarşısına getmişlər, orada onları gözləyən Vaz 2106 markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda Elşənin yanında Elşadı görüb məsələnin başqa cür olduğunu başa düşüb Fəridə “qaç” deyib özü də oradan qaçmış, Elşən də onun arxasınca qaçsa da ona çata bilməmişdir. Bir neçə dəqiqə sonra o, yenidən həmin ünvana qayıtdıqda tanışı Fəridin üzünün qan olduğunu görmüş, birlikdə 1 saylı KTM-ə getmişlər, sonrada Nərimanov RPİ-nin 18-ci PB-də izahat verən zaman Elşən və Elşadın qardaşı olduqlarını bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xəyal Sultyanovla şəxsi tanışlığı olmasa da Suraxanı rayonu ərazisində yaşadıqlarından qiyabi olaraq bir-birlərini tanımışlar. 2020-ci ilin may ayının ortalarında qardaşı Elşad ona instagram sosial şəbəkəsində tanımadığı bir nəfər şəxsin heç bir səbəb olmadan onu təhqir etdiyini, həmin şəxsin görüşməkdən imtina etdiyinidemişdir. O, qardaşına heç bir söz deməsə də sonradan həmin şəxsin Xəyal Sulatnov olduğunu öyrənmişdir. 25.05.2020-ci il tarixdə o, Xəyal ilə əlaqə saxlayaraq görümək istədiyini bildirmiş, lakin görüşmək istəməsinin səbəbini Xəyala deməmişdir. Həmion günü saat 19 radələrində qardaşı Elşad ilə birlikdə qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan Lətifin idarə etdiyi ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 27 ünvanında yerləşən “Montin Mall”ın qarşısına getmişlər, Lətif maşının yolun kənarında saxlamış, maşında oturub Xəyalın gəlməsini gözləmişlər, bir qədər sonra uzaqdan iki nəfər şəxsin gəldiyini görmüşlər, maşında Elşad ona Xəyal ilə özünü sphbət edəcəyini, dava-dalaşa ehtiyac olmadığını demiş, lakin o. Elşada maşından düşməsinə mane olmağa çalışmış, buna görə o, qardaşı ilə sözlü mübahisə etməyə başlamış, həmin vaxtı isə onlara doğru gələn xəyalın qaçdığını görüb həmin sonuncunun arxasınca qaçmış, Xəyalın yanındakı şəxsi isə ümumiyyətcə tanımamışdır. Təxminən 100 metr Xəyalın arxasınca qaçsa da çata bilməmiş, arxaya qayıdan zaman Lətifin maşını onun olduğu istiqamətə sürdüyünü görüb maşına minmiş, maşında Elşadın Xəyal ilə birlikdə gələn şəxsə yumruq zərbəsi vurduğunu öyrənmiş, o, hadisə zamanı xəsarət almamışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 16 sentyabr 2020-ci il tarixdə saat təxminən 21 radələrində Elşad ona zəng edərək Bülbülə qəsəbəsində, qəsəbə sakinin kimi tanıdığı Əlinin evinin qarşısında onunla görüşmək istədiyini bildirmiş, görüşmək istəməsinin xüsusi səbəbi olması barədə bir söz deməmiş, həmçinin yanında hər-hansı şəxsin olub-olmamasını da deməmişdir. Elşad aradabir Əlinin yaşadığı evin həyətində daxma kimi yerdə qalmış, o, da həmin ünvanda əvvəllər Elşadın yanına bir neçə dəfə gəlmişdir. O, Elşadla telefonla danışdıqdan sonra görüşmək üçün Əlinin yaşadığı evin həyətinə getmiş, o, orada Elşad və Əlimuradın söhbət etdiklərini görmüş, üçü birlikdə ordan-burdan, ümumi mövzularda söhbət etmişlər, bir müddət sonra Əlimuradın qardaşı İmran Elşada zəng edərək Əlimuradın harada olduğunu soruşmuş, Elşad Əlimuradın onlarla birlikdə olduğunu bildirdiyi üçün İmran da həmin ünvana gəlmişdir. İmran onların yanına gəlib qardaşı Əlimurada sonuncunun Orxan adlı tanışının zəng edib Əlimuradın 50 manat pul götürüb qaytarmadığını deməsi barədə söhbət etmişlər, X8 adlı şəxsdən pulu hansı səbəbdən götürdüyünü soruşsa da sonuncu pulu götürməsinin səbəbini demədiyi üçün İmran qardaşı ilə mübahisə etmiş, lakin Əlimurad pulu götürməsinin səbəbini yenə də İmrana deməmişdir. Əlimurad Orxandan aldığı pulun özündə olduğunu demiş, İmran qardaşı Əlimuradın Orxanla hər-hansı bir mübahisə etməməsi üçün, Əlimuradın Orxanla görüşməsini istəməyərək özü görüşüb pulu Orxana qaytaracağını demişdir. Əlimurad da İmranla razılaşaraq Orxana qaytarması üçün pulu İmrana vermiş, daha sonra əvvəlcə İmran və Əlimurad qardaşları Əligildən çıxmışlar, daha sonra isə o, Elşadla birlikdə həyətdən çıxmışlar. O, Elşadla birlikdə həyətdən çıxıb küçədə dayanıb xatırlamadığı müxtəlif mövzularda söhbətləşmişlər, onlar Elşadla birlikdə söhbət edən zaman o, Elşadın üzərində bıçaq görmüş, lakin nəyə görə üzərində bıçaq gəzdirdiyini Elşaddan soruşmamış, ona görə ki, Elşadın üzərində əvvəllər də bir neçə dəfə həmin bıçağı görmüşdür. Elşadla bir qədər söhbət etdikdən sonra İmran, ya da Əlimurad, hanısasa biri Elşada zəng edib Əmircan stansiyasında olduqlarını deyib onlar həmin ünvana çağmışlar, lakin nəyə görə çağırdıqlarını onlara deməmişlər. O, Elşadla birlikdə Əmircan stansiyasına İmran və Əlimuradın yanlarına getmişlər, İmran onu və Elşadı nəzərdə tutub “gedək pulu verək qayıdaq” demiş, O, İmrana “50 manat nə puldur ki, bundan ötrü hamımız ora gedək, bir nəfər gedib verib gəlsin” demiş, həmin vaxtı Əlimurad “yox İmran Elşadla getsin, birdən nə isə olar böyük kimi İmranın yanında olsun” demişdir. Bundan sonra Elşadla İmran 50 manat pulu qaytarmağa getmişlər, o, isə Əlimuradla birlikdə Əmircan stansiyasında qalmışdır. O, evə getmək istəsə də Əlimurad ondan tək qalmaması, söhbətləşməsi üçün qalmağını xahiş etdiyi üçün orada qalmışdır. Bir müddət sonra Elşad və İmran onların yanına gəldikdə sonuncular tənginəfəs olduqları üçün Əlimurad İmrandan nə isə olub-olmadığını soruşmuş, X9 söyüş söydüyü üçün bıçaqla vurduğunu demişdir. Bundan sonra İmran bıçağı çıxartmış, Əlimurad bıçağı İmrandan almış, lakin Əlimuradın bıçağı hara qoyduğunu o, görməmişdir. Bundan sonra hadisənin baş verməsi barədə ətraflı danışmaq üçün Əligilin həyətinə getmişlər, həmin ünvana çatandan az müddət sonra polislər gəlib onları polis bölməsinə aparmışdır. (Cild 2 vərəqə 131-134) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17.09.2020-ci il tarixli 105 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - kəskin daxili qanitirmə və sol ağ ciyər arteriyasının və toxumasının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının deşilmişkəsilmiş yarası, qarının sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), ola bilsin ekspertizaya təqdim edilmiş 2N°-li bıçağın (Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi bıçaq) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddətləri şəxsin ölümündən az əvvəl olmaqla qərarda göstərilən 16.09.2020-ci il tarixinə uyğun gəlir, dərəcələrinə görə döş qəfəsinin ön səthinin deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın, qarının sol yarısının deşilmiş-kəsilmiş yarası isə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanm əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs3 ölümünə səbəb sol ağ ciyər arteriyasının yaralanması nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur. İlkin meyit əlamətlərinə görə demək olar ki, ölümü meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs3 xəsarət yetirilərkən bədəni müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın ön və nisbətən sol tərəfindən olmağa uyğundur. Zərərçəkmiş şəxs3 meyidindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində tramadol psixotrop analgetik aşkar edilmişdir, etil spirti aşkar edilməmişdir. (cild 2, vərəqə 119-123) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17.09.2020-cil tarixli 865 saylı rəyindən görünür Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlə- sağ sağrının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmiş, törənmə müddəti 16.09.2020-ci il tarixində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 2, vərəqə 125-126) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 389 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – burun tənəffüsü pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişmiş, qəlpəli sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25.05.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (cild 2, vərəqə 24-25) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 27.10.2020-ci il tarixli 763/2020 MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 qan qrupu balfa (H) /İİİ/. Təqsirləndirilən şəxs1 qan qrupu-A/İİ/.Təqsirləndirilən şəxs2 qan qrupu - O /İ/. Zərərçəkmiş şəxs1 qan qrupu O/İ/. Ekspertizaya təqdim olunmuş 01 ədəd qatlanan cib bıçağı, 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 məxsus şalvar, Təqsirləndirilən şəxs2 məxsus şalvar, idman gödəkcəsi, Zərərçəkmiş şəxs3 məxsus şalvar, köynək, tursik, R.R Qafarova məxsus qısaqol mayka, tursik, şalvar üzərində və hadisə yerindən asfalt üzərindən 02 ədəd papbıq tamponlarla götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 məxsus şalvar, Zərərçəkmiş şəxs3 məxsus şalvar, köynək, tursik və hadisə yerində asfalt üzərində 02 ədəd pambıq tamponlarla götürülmüş ləkələrdə “B” və “H” antigentləri, bəzi ləkələrdə həmçinin Alfa aqqlyutinini alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa Balfa (H) /İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Qanın qarışıq olduğu halında ləkələrdə həmçinin alfa, beta /İ/ qruplu Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs2 qarışmış qanının olması da inkar edilmir. Əgər hadisə zamanı sonuncuda qanaxma ilə məşahidə olunan xəsarət olubsa. 01 ədəd cib bıçağı (Təqsirləndirilən şəxs2 istifadəsində olan bıçaq), Təqsirləndirilən şəxs2 məxsus şalvar, idman gödəkcəsi Zərərçəkmiş şəxs1 məxsus qısaqol mayka, tursik, şalvar üzərindəki ləkələrdə isə yalnız “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutinini alındı. Bu qan ləkələri Olfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Təqsirləndirilən şəxs2 məxsus ola bilər. Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. (cild 3, vərəqə 13-19) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasnın 21.12.2020-ci il traixli 488– MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs3 məxsus köynəyin ön sol yuxarı səthində bir ədəd, köynəyin ön orta aşağı nahiyəsinin göbək üzərində bir ədəd dəlib keçən və tumanın ön sol səthində aşkar edilmiş bir ədəd kənari zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş və kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus şalvarın arxa sol səthində bir ədəd yalnız üst qatını zədələyən dəlib-keçməyən zədə aşkar olundu. Bu zədə hər-hansı bir iti kənarı olan əşya ilə törənmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus şalvarın arxa sağ bel nahiyəsinin köbə üzərində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin məhkəmə-tibbi eksperti Anar Şıxməmmədov tərəfindən 17.09.2020-ci il tarixdə tərtib etdiyi 105 saylı ekspert rəyinə əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarətlər təqdim olunmuş bıçağın təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs3 məxsus paltar (köynək, şalvar və tuman) üzərində olan zədələr, ekspertizaya təqdim olunmuş iki ədəd bıçağın tiyələrinin ucları əyilmiş vəziyyətdə olduğundan həmin bıçaqlarla əmələ gəlməsini yoxlamaq mümkün olmadı. Ekspertizaya təqdim olunmuş bıçaq (Təqsirləndirilən şəxs2 istifadəsində olan) zavod üsulu ilə hazırlanmış qatlanan ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. (cild 3, vərəqə 20-27) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasının 14.10.2020-ci il tarixıi 6/2026 nömrəli rəyindən görünürki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 Renatoviçin geyimi paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında, Zərərçəkmiş şəxs3 şalvarının üzərindən tapılmış boz rəngli ambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2in şalvarının tərkib liflərinə uyğun gəlirlər. (cild 2, vərəqə 142- 147) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15.10.2020-ci il tarixli 2863 nömrəli rəyindən görünür ki, hal hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 oğıu narkomaniya və alkoqolizm xəstləyindən əzab çəkmir. Narkomonaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, vərəqə 231-232) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2020-ci il tarixli 2861 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul nəticəsində psixi və davranış pozuntuları, psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, vərəqə 233-234) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16.10.2020-ci il tarixli 2067 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarəndan və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktələrinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətələrini Azərbaycan Resmublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Onda psixopatik xasiyyət cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, kobudluq, emosionallıq, eqosentrizm, tənqidə və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlinin törətdiyi zaman psixi emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi psixi xüsusiyyətləri ilə şərtləşdirilmişdir. X6 hadisə baş verən zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. (cild 2, vərəqə 236-238) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16.10.2020-ci il tarixli 2066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktələrinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətələrini Azərbaycan Resmublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Onda psixopatik xasiyyət cizgiləri müəyyən olunur. Qıcığa qarşı həssaslıq, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə maikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman psixi-emosianallıq sfeasında hirslilik yaranmış, həmin halın yaranması, fərdi-psixi xüsusiyyətləri ilə şərtləşdirilmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloi affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. (cild 2, vərəqə 239-241) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bir daha göstərmişdir. (cild 1, vərəqə 177-181) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini bir daha təsdiq edərək törətdiyi cinayəti əyani olaraq bir daha göstərmişdir. (cild 1, vərəqə 182-185) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 16.09.2020-ci il tarixli protokolundan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşir. (cild 1, vərəqə 3-12) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş götürmə və baxış keçirilməsi haqqında 17.09.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 hadisə zamanı istifadə etdiyi bıçağı istintaqa təqdim etmişdir. (cild 1, vərəqə 45-48) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 istintaqa könüllü təqdim etdiyi bıçağı tanıyaraq həmin bıçaqla Zərərçəkmiş şəxs3 vurduğunu bildirmişdir. (cild 1, vərəqə 137-139) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olan bıçağı tanımışdır. (cild 1, vərəqə 150-152) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 30.09.2020-ci il tarixli protokoldan görünür ki, disk iki videomaterialdan ibarətdir. Hər iki videomaterial “Ucuzluq” univermağının yaxınlığında yerləşən aptekə məxsus video müşahidə kameralarından alınmışdır. Baxış zamanı 01 saylı müşahidə kamerası “Ucuzluq” univermağının yanında olan aptekin önündəki dayanacağı və həyəti qeydə alır. Saat 22:03:26-ci saniyədə aptekin giriş hissəsindəki həyətə geriyə hərəkət edərək qara avtomobil daxil olur və dayanacaqdan Zərərçəkmiş şəxs3 sözügedən avtomobilə yaxınlaşır. Orxan 22:05:08ci saniyədə maşından uzaqlaşaraq dayanacağa doğru gedir. 22:08:11-ci saniyədə Orxan maşına doğru yaxınlaşır. 22:09:12-ci saniyədə Orxan telefonunu qulağına doğru aparır. 22:10:19-cu saniyədə Orxan dayanacaqdan yolayrıcına tərəfə gedir və 01 saylı müşahidə kamerasında görüntüdə yalnız qara maşın görülür. 22:14:20-ci saniyədə Orxan və sağ qoluna girmiş boz şalvar, qara köynəyi olan şəxs (istintaqa məlum olan Təqsirləndirilən şəxs1) və Orxanın sol tərəfində açıq-mavi rəngli şalvar, qara şalvarlı qara qolsuz gödəkcə və kiçik əl çantası olan bir şəxs (istintaqa məlum olan Təqsirləndirilən şəxs2) və istintaqa məlum olmayan büllur rəngli şalvarı və açıq mavi rəngli şəxs aptekə girir, digər istintaqa məlum olmayan şəxs isə sarı köynəkli, boz şortikli şəxs velosipedi idarə edib üzü yolayrıcına doğru gedərək görünür. Orxan və İmran mağazanın divarının yanında küçənin tininin yaxınlığında söhbət edirlər.22:14:57-ci saniyədə Elşad gödəkcənin sağ cibindən siqaret çıxardır və yandıraraq onlara doğru yaxınlaşıb-geri çəkilir. 22:16:53-cü saniyədə istintaqa məlum olmayan qara şalvar, ağ köynəkli şəxs aptekə girir. 22:17:57-ci saniyədə Elşad cibindən açılıb-bağlanan bıçağı çıxardaraq belinin arxasına qoyur, 22:18:15-ci saniyədə aptekin qarşısından dayanacağa doğru hərəkət edir. 22:18:31-ci saniyədə istintaqa məlum olmayan hadisə yeri tərəfdən əlində içi dolu olan sellofanla, qarabənövşəyi rəngli köynəkli, boz şalvarlı, sonuncun yanında açıq qızılı rəng köynəkli, mavi cins şalvarlı şəxs yolayrıcına doğru, yolayrıcı tərəfdən isə istintaqa məlum olmayan qara şalvar və boz rəng geyinmiş şəxs dayanacağa doğru hərəkət edir 22:18:35-ci saniyədə dayanacağ istiqamətinə doğru hərəkət edir. 22:18:42-ci saniyədə Elşad aptekə tərəf doğru yavaş hərəkətlə addımlayır..22:18:48-ci saniyədə aptekə 2 dəqiqə əvvəl girən ağ köynəkli qara şalvarlı şəxs Elşada yaxınlaşır və onunla söhbətini 22:19:24-cü saniyədə bitirir. Bu zaman Elşad Əli cibində, üzü yola tərəf baxır. 22:19:23-cü saniyədə istintaqa məlum olmayan mavi şalvar və açıq bənövşəyi köynəkli şəxs dayanacaq tərəfdən yolayrıcına tərəf gedir. 22:20:10-cu saniyədə Elşad dayancaqla aptek arasında olan asfalt örtülkü ərazinin ortasına doğru gedir və İmranla Orxanı seyr edir. 22:21:14-cü saniyədə Elşad Orxana və İmrana doğru yaxınlaşır və onlarla söhbət edir. 22:21:40-cı saniyədə qara rəngli maşın yolayrıcına əks tərəfdən bitişik yola girir və 22:21:48-ci saniyədə həmin maşın oranı tərk edir. 22:22:50-ci saniyədə istintaqa məlum olmayan tünd bənövşəyi rəng köynəkli və tünd göy rəng cinsli,digəri isə qara köynəkli və göy rəng şalvarlı olan şəxslərdir, üzü yolayrıcına doğru hərəkət edirlər. 22:23:18-ci saniyədə aptekə istintaqa məlum olmayan qara köynək, göy şalvarlı şəxs daxil olur. 22:23:25-ci saniyədə İmran Orxan və Elşadın yanından təxmini 1(bir) metr məsafədə geriyə doğruhərəkət edir və 22:23:27-ci saniyədə olduğu yerə geri qayıdır. 22:23:37-ci saniyədə polis əməkdaşı aptekdən çıxır və üzü yolayrıcına doğru gedir. 22:24:30-cu saniyədə aptekdən istintaqa məlum olmayan mavi şalvar və açıq bənövşəyi köynəkli şəxs çıxır. 22:24:57-ci saniyədə istintaqa məlum olmayan qara köynək və tünd yaşıl şalvarlı şəxs aptekı doğru gedir. 22:25:55-ci saniyədə sözügedən şəxs aptekdən çıxır. 22:26:09-cu saniyədə stintaqa məlum olmayan qara köynək və tünd yaşıl şalvarlı şəxs aptekdən çıxaraq üzü yolayrıcına doğru gedir. 22:14:30-cu saniyədən 22:28:28-ci saniyəyədək İmran və Orxan arasında münaqişə əlamətləri olmamışdır, lakin İmran tez-tez fəal jest hərəkətlərindən istifadə edir. 22:28:04-cü saniyədə Orxan Elşadı itələyir və Elşadla Orxan arasında münaqişə yaranır, Elşad əl və jest hərəkətlərini fəal şəkildə yerinə yetirir. Bu zaman onlar dairəvi şəkilə toplaşmışdır, yol tərəfə yaxın yerdə Elşad, ortada Orxan, Orxanın yerində isə İmran olmuşdur. 22:28:22-ci saniyədə göy rəng şalvar qara rəng köynək geyinən istintaqa məlum olmayan şəxs aptekə doğru gedərək giriş edir. 22:28:58-ci saniyədə boz rəngli avtomobil bitişik ərazidən daxil olaraq aptekə doğru gedir. 22:29:04-cü saniyədə Elşad Orxanla açıq şəkildə münaqişəyə girmək istəyir amma İmran onu oradan uzaqlaşdırır. 22:29:26-cı saniyədə maşından ağ rəng köynək və qara şalvar geyinən istintaqa məlum olmayan şəxs aptekə doğru gedir və həmin zaman sözügedən 3 şəxsə doğru baxır. 22:29:30-cu saniyədə Elşad Orxan və İmrandan aralanır 22:29:36cı saniyədə İmran və Orxan olduqları yerdən hadisə yerinin yaxınlığında olan darvazanın qarşına doğru gedirlər. 22:29:42-ci saniyədə Elşad dayanacaq tərəfə addımlayır və 22:29:46-cı saniyədə olduğu yerə qayıdır, əli cibində, üzü Orxan və İmranın olduğu yerə doğrudur. 22:30:14-cü saniyədə yola bitişik ərazidən aptekə tərəf istiqamət alan boz rəngli avtomobil daxil olur. 22:30:30-cu saniyədə Elşad Orxan və İmrana yaxınlaşır. 22:30:34-cü saniyədə sözügedən avtomobildən göy şalvarlı, ağ köynəkli şəxs aptekə daxil olur. 22:30:30-cu saniyədən 22:30:52-ci saniyəyədək onlarla birlikdə olurlar. 22:30:52-ci saniyədə İmran dəstədən aralanır, Elşad Zərərçəkmiş şəxs3 ilə birlikdə hadisənin baş verdiyi işıqladırma olmayan yerə gedirlər. 22:28:22-ci saniyədə göy rəng şalvar qara rəng köynək geyinən istintaqa məlum olmayan şəxs 22:31:01-ci saniyədə aptekdən çıxır. İmran 22:31:06-cı saniyədə yenidən qayıdır. 22:32:01 boz rəngli avtomobil bitişik yoldan daxil olur və aptekə doğru gedir. 22:32:06-cı saniyədə sözügedən şəxslər yola yaxın darvaza yaxınlığındadır və onları sillulitləri görünür. Avtomobilin qarşısında yola yaxın İmran, avtomobilin düz qarşısında Elşad, Elşadın sağında isə Orxan dayanmışdır. 22:32:12ci saniyədə sözügedən avtomobildən göy rəngli və ağ sızıqlı köynək, boz şalvarlı istintaqa məlum olmayan şəxs avtomobildən düşür və onların arasında olan münaqişəyə baxır. 22:32:14-ci saniyədə Elşad Zərərçəkmiş şəxs3 istiqamətində irəli gedərək, arxaya qayıdır. Bundan sonra 22:32:15-ci saniyədə maşının sürücü qapısından açıq-mavi cins şalvarlı(istintaqa məlum olan Zərərçəkmiş şəxs1 çıxır və Orxana doğru qaçır. 22:32:25-ci saniyədə Orxan ürək nahiyəsinin əli ilə tutur və Ravilin arxasınca İmran və Elşad qaçır. 22:32:36-cı saniyədə Ravilə İmran tərəfindən zərbə endirilir, eyni anda uzaqda olan Orxan yerə yıxılır, bu zaman Ravil Elşada yumruq zərbəsi vurur, Elşad yerə yıxılır, Ravil yumruq zərbəsi vurduqdan sonra 31-ci PB-i istiqamətinə doğru qaçır, Elşad ayağa qalxaraq İmranla birlikdə Ravilin arxasınca qaçıb görüntüdən itirlər. (cild 1, vərəqə 215-217) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 05.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ********** telefon nömrəsi arasında hadisədən əvvəlki günlərdə telefon danışığı olmamış, hadisə günü, yəni 16.09.2020-ci il tarixdə saat 20:09-da 105 saniyə, 20:51-də 47 saniyə, 21:06-da 20 saniyə, 21:35-də 11 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** telefon nömrəsi ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-******* telefon nömrəsi ilə hadisə günü saat 20:00-da 36 saniyə, saat 21:32-də 34 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxsin qardaşı Şahid2 istifadəsində olmuş ********** telefon nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olmuş telefon nömrəsi arasında əvvəllər bir neçə dəfə danışıq olmuş, sonuncu telefon danışığı isə 25.08.2020-ci il tarixdə 63 saniyə olmuşdur. Şahid2 istifadəsində olmuş telefon dnömrəsi ilə 08.09.2020-ci il tarixdən sonra heç bir telefon nömrəsi ilə danışığı, sms yazışması qeydə alınmamışdır. Diskdə olan Şahid1 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsi ilə aparılan danışıqlarda və sms yazışmalarında iş üçün əhəmiyyət kəsb edən danışıq və sms yazışması müəyyən olunmadı. (cild 2, vərəqə 193-194) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 12 mart 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla hadisə yerinə baxış zamanı asfalt üzərindən götürülmüş 02 ədəd pambıq tamponlarla qan nümunələri, Təqsirləndirilən şəxs2 istifadəsində olan 01 ədəd qatlanan cib bıçağı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd mətbəx bıçaq və əynində olmuş şalvar, Zərərçəkmiş şəxs3 məxsus şalvar, köynək, tursik, R.R Qafarova məxsus qısaqol mayka, tursik, şalvar maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarına kimi Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanışa verilmişdir. (cild 3, iş vərəqə 154-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunması barədə məlumat yoxdur. (cild 2, iş vərəqə 190) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından gürünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunması barədə məlumat yoxdur. (cild 2, iş vərəqə 191) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. (cild 3, iş vərəqə 145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayonu icra hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. (cild 3, iş vərəqə 146) Məhkəmə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə öldürməməsi, xuliqanlıq etməməsi Zərərçəkmiş şəxs1 bıçaq zərbəsini sonuncunun Təqsirləndirilən şəxs2 uzaqlaşdırmaq məqsədi ilə vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs2 Fərid İsamyılzadə ilə dalaşdıqdan sonra sonuncunun ondan qisas almaq düşüncəsilə əlaqədar özünü müdafiə üçün üzərində bıçaq gəzdirməsi, Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək məqsədi ilə bıçaqla sonuncuya zərbələr atması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 228.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1, 228.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət – yüngül, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət az ağır, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayətlər isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1, 228.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, qeyd olunan maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət təqibinə xitam verilməlidir. (başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 41.3-cü maddəsinin tələbinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs2 Sabir oğlu məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayət və ya tələbinin olmadığını və onunla barışdığını bildirərək, bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdirlər. Eyni zamanda Təqsirləndirilən şəxs2 müdafiəçisi ilə birgə məhkəməyə ərizə təqdim edərək onun barəsində ittiham olunduğu Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə dövlət ittihamçısı cinayət qanunvericiliyinin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə verilmiş ittihamdan tam imtina etmiş və onun həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələri ilə cinayət təqibinin davam etdirilməsini təklif etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə həmin Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Cinayət qanunvericiliyinin yuxarıda təsvir olunan maddi və prosessual normalarının tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə onun barəsində aparılan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, gənc yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 33, 174-176). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 17 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 95, 171-173). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin qəbul nəticəsində psixi və davranış pozuntuları, psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon saxlanılan hadisə yerinə baxış zamanı asfalt üzərindən götürülmüş 02 ədəd pambıq tamponlarla qan nümunələri, Təqsirləndirilən şəxs2 istifadəsində olan 01 ədəd qatlanan cib bıçağı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd mətbəx bıçaq və əynində olmuş şalvar, Zərərçəkmiş şəxs3 məxsus şalvar, köynək, tursik, R.R Qafarova məxsus qısaqol mayka, tursik, şalvar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 2, iş vərəqə 141). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı asfalt üzərindən götürülmüş 02 ədəd pambıq tamponlarla qan nümunələri, Təqsirləndirilən şəxs2 istifadəsində olan 01 ədəd qatlanan cib bıçağı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd mətbəx bıçaq və əynində olmuş şalvar, Zərərçəkmiş şəxs3 məxsus şalvar, köynək, tursik, R.R Qafarova məxsus qısaqol mayka, tursik, şalvar məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar