Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-959/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1994-cü il tarixdə Sabirabad rayonu, Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Moranlı ərazi dairəsi, Sarxanbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 dekabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində, kirayədə yaşadığı ünvan 1 ünvanında ailə-məişət zəminində aralarında olan davamlı mübahisə nəticəsində sonuncunun onun və valideynlərinin, qohumlarının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı qisas almaq niyyəti ilə aşkar surətdə 23 həftəlik hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs qollarından tutub zor tətbiq etməklə yerə yıxaraq qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən anası Şahid3 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla əlləri ilə boyun üzvlərini sıxıb Zərərçəkmiş şəxs boğmağa çalışaraq çənə əsasının sağ yarısı, sağ və sol çənəaltı nahiyə və döş qəfəsinin sol yarısının ön səthinin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirmiş, lakin sonuncunun aktiv müqaviməti və anası Şahid3 müdaxiləsi və köməyi ilə Zərərçəkmiş şəxs ondan yayındıqda o, niyyətinə nail olmaq məqsədilə həmin otaqda masanın üzərində olan məişətdə istifadə edilən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs qaçmasının qarşısını alaraq saçından tutub özünə tərəf çəkməklə həmin bıçaqla sonuncuya həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanların yerləşdiyi qarın və döş qəfəsi nahiyyələrinə güclü zərbələr vuraraq sonuncuya qarın boşluğunda daxili qanaxma ilə müşayiət edilən böyük piyliyin yaralanması ilə nəticələnən qarının sol yan səthinin qarın boşluğuna nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin ön səthinin bir ədəd, sol yarısının arxa səthinin iki ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş lakin Zərərçəkmiş şəxs yenidən aktiv müqavimət göstərməklə növbəti bıçaq zərbələrindən yayınaraq yaralı vəziyyətdə qaçıb mənzildən yaşayış binasının blokuna çıxaraq qarşıda yerləşən 159-cu mənzilin qapısını döyərək qonqşuları köməyə çağırarkən o, Zərərçəkmiş şəxs arxası ilə hərəkət edib blokda əlində olan bıçaqla sonuncunun boyun nahiyyəsindən növbəti bıçaq zərbəsini endirib boynun sol yan səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, lakin bloka çıxmış qonşular tərəfindən onun qanunsuz hərəkətlərinin qarşısı alınmaqla bıçaq əlindən alındığından və Zərərçəkmiş şəxs qonşular tərəfindən çağırılmış X7 briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.8-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə təxminən 2019-cu ildə Bakı şəhərində, təsadüf nəticəsində tanış olmuş, sonradan aralarında normal münasibətlər yarandığından sonuncu ilə 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-nədək qeyri-rəsmi olaraq nikah münasibətlərində olmuş, həmin dövrdə şəxsiyyət vəsiqəsini itirdiyindən Zərərçəkmiş şəxs ilə rəsmi olaraq nikaha daxil ola bilməmişdir. Buna baxmayaraq, ünvan 1 ünvanında birlikdə, faktiki olaraq ər-arvad münasibətlərində yaşamış və həmin dövrdə Zərərçəkmiş şəxs ilə münasibətləri tam qaydasında olmuşdur. 18 oktyabr 2021-ci il tarixdə isə rəsmi nikah bağlayıb birlikdə ünvan 3 ünvanında kirayədə yaşamağa davam etmişlər. Həmin dövrdə o, Bakı şəhəri, Nizami rayonu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən moykada işləmiş, Şəbnəm isə işləməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 26 noyabr 2021-ci il tarixdə evdə olarkən özünə məxsus mobil telefonda “Domino” oyunu oynayarkən tanımadığı qızla oyunda mesajlaşmış, Şəbnəm həmin mesajları görmüş, ona iradlar bildirmiş və buna görə onlar sözlə mübahisə etməyə başlamışlar. Şəbnəm həmin vaxt onunla bir neçə saat ərzində mübahisə etdikdən sonra evdən ona çıxıb getməyini bildirmiş, onu görmək istəmədiyini demişdir. O, bu sözlərin qarşılığında Şəbnəmdən ona bir həftə vaxt verməsini, ondan sonra evdən çıxıb gedəcəyini və ayrılacağını bildirmişdir. Aralarında baş vermiş bu hadisədən sonra onların münasibətləri pozulmuş, lakin o, evin kirayəsini hələ vermədiyi üçün Şəbnəmə evin kirayəsini verdikdən sonra evdən çıxacağını bildirmişdir. Lakin sonralar münasibətləri bir qədər düzəldiyindən o, evdən çıxmamışdır. Daha sonra Təqsirləndirilən şəxs göstərdi ki, Şəbnəmin anası Şahid3 da ara-sıra baş çəkmək üçün yaşadıqları evə gəlmişdir. 09 dekabr 2021-ci il tarixdə Nazilə və Şəbnəm sonuncunun bacısı Şahid5 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 41 mənzil 27 ünvanında olarkən o, Nuranəgilə gedib qaynanasına 80 manat pul verərək 10 dekabr 2021-ci il tarixdə Şəbnəmlə birlikdə gedib yaşadıqları evə yolka ağacı almasını xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları ünvana gəlmiş, bir qədər sonra qaynanası da onların yaşadıları evə gəlmişdir. 10 dekabr 2021-ci il tarixdə qaynanası Nazilə və Şəbnəm yolka ağacı almaq üçün «Neftçilər” metrostansiyası yaxınlığında yerləşən 8 km bazarına getmiş, o, işdə olmuşdur. Həmin vaxt Şəbnəm anası Naziləyə məxsus ***-***-**-** nömrəli mobil telefondan onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək «nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə” sözlərini demiş, qışqıra-qışqıra nalayiq ifadələr işlətmişdir. O, da həmin vaxt telefonda Şəbnəmə qarşı nalayiq ifadələr işlətmiş, «axşam evə gəldikdə danışacağıq” sözlərini bildirməklə telefon danışığını bitirmişdir. Həmin gün, yəni 10 dekabr 2021-ci il tarixdə, axşam saat 22 radələrində dostu Orxanla birlikdə yaşadıqları evə getmişdir. Orxanla evə getməkdə məqsədi istilik sisteminin suyunun 1 gün əvvəl yaranmış nasazlıq səbəbi ilə evə dağılmasına görə evdə islanmış xalçanı götürüb moykaya aparmaq olmuşdur. Dostu ilə evdə olan həmin xalçanı apardıqdan təxminən bir saat sonra birlikdə yaşadıqları ünvana yaxın yerləşən kafelərdən birində oturub çay içərkən Şəbnəm ona xoş olmayan mesaj yazmış və yenə onlar telefonda mübahisə etməyə başlamışlar. Şəbnəm gah ona boşanmaq istəməsini, gah da istəməməsini bildirmişdir. O, Şəbnəmə boşanmaq istəyirsə, o da onun fikri ilə razılaşdığını bildirmişdir. 11 dekabr 2021-ci il tarixə keçən gecə saat 24 radələrində o, evə getmiş, evdə Şəbnəmin anası Nazilə onu mənzilin digər otağına çəkərək barışmalarını xahiş etmiş, ailənin dağılmasını istəmədiyini, onun getməsinə razı olmadığını demişdir. Həmin vaxt Şəbnəm mənzilin qonaq otağından ona qarşı nalayiq ifadələr işlədərək anası ilə onu yolka ağacı almağa göndərdiyini, onunla birlikdə getmədiyinə görə evdən getməli olduğunu, ondan boşanmaq istədiyini bildirmişdir. O, hər dəfə Şəbnəmə söyüş söyməməsini demiş, onsuz da əşyalarını yığıb evdən getmək niyyətində olduğunu bildirmişdir. Buna baxmayaraq, Şəbnəm ona söyüş söyməkdə davam etmişdir. O, həmin vaxt Şəbnəmin sözlərindən əsəbləşib qonaq otağına keçərək Şəbnəmin yaxasından tutub sonuncuya sakitləşməsini və söyüş söyməməsini bildirmiş, əks təqdirdə öldürəcəyi barədə ona xəbərdarlıq etmişdir. Şəbnəm isə ona “öldürməyən kişi deyil” deyə bildirdikdə, o, həmin otaqda stolun üzərində olan mətbəx bıçağını götürmüş, Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağını bildirmişdir. Şəbnəm yenə də ona “vurmayan kişi deyil” deyə bildirdiyi an o, bıçaqla Şəbnəmin İboyun nahiyəsindən vurmuş və bu vaxt Şəbnəm qaçmaq istəmiş, ona əl-qol atmağa başlamışdır. O, həmin vaxt Şəbnəmə növbəti bıçaq zərbəsini vurmaq istədikdə Şəbnəm evin qapısına tərəf qaçmış, o isə əli ilə arxadan Şəbnəmin saçından tutaraq geriyə çəkmiş və sonuncuya 1 dəfə də bıçaqla zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onun əlindən çıxaraq qapıdan çölə qaçmış, o da Şəbnəmin arxası ilə bloka çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs üzbəüz qonşunun qapısını döymüş və oradan çıxan 2 nəfər oğlan onu Şəbnəmdən aralayaraq uzaqlaşdırmış və bıçağı onun əlindən almışlar. Qonşular Şəbnəmi üzbəüz qonşunun evinə salmış, o isə binanın həyətinə düşüb siqaret çəkməyə başlamışdır. Həmin vaxt yaxın ünvanda yaşayan bacanağı Şəhriyar da ora gəlmiş və ona Şəbnəmin qanının dayanmamasını bildirmişdir. O, Nizami RPİ-nin yaxınlığında olan «Şərab evi»nin qarşısına getmiş, orada polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-yə aparılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun Şəbnəmi öldürmək niyyəti olmamışdır. Belə ki, hadisə zamanı o, Şəbnəmi otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşdur. Şəbnəm hadisə zamanı ona qarşı işlətdiyi nalayiq ifadələrin təsirindən o, əsəbləşmiş və hadisəni törətmişdir. Hadisənin baş verməsinə, belə bir vəziyyətə çatmasına səbəb Şəbnəmin ona, onun valideynlərinin, ailə üzvlərinin ünvanına işlətdiyi söyüşlər olmuşdur. O, bir anlıq özünü idarə edə bilməmiş, Şəbnəmi boyun nahiyəsindən bıçaq zərbələri vurmuş, lakin onu öldürmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi vurduğunu xatırlaya bilməmişdir. Şəbnəmə bıçaq zərbələri vurarkən sonuncunun hamilə olması barədə məlumatlı olmuş, hadisə zamanı Şəbnəmin anası Şahid3 onları ayırmağa çalışmış, Zərərçəkmiş şəxs sonuncu bıçaq zərbəsini mənzildə olarkən vurmuşdur. O, törətdiyi əmələ görə peşman olmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, sonuncu sərbəst tifadəsində göstərdiyi işin halları ilə bağlı xüsusatları hadisə yerində bir daha təsdiq edib, əyani olaraq da göstərmişdir (iş vərəqə: cild İ, səh. 170-177). Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edib göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-nə kimi qeyri-rəsmi nikah münasibətlərində yaşamış, lakin 2021-ci ilin oktyabr ayının 18-də rəsmi nikaha daxil olmuşlar. Təqsirləndirilən şəxslə ünvan 3 ünvanında kirayədə yaşamışlar. Əri Təqsirləndirilən şəxslə münasibətləri əvvəllər tam qaydasında olsa da, 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonda “domino” oyunu oynayarkən tanımadığı qızla mesajlarını gördükdən və Təqsirləndirilən şəxs bu barədə bildirdikdən sonra münasibətləri pozulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxslə bir neçə saat mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs evdən çıxıb getməsini, onu görmək istəmədiyini bildirmiş, Pərvin isə bu sözlərin qarşılığında ona evdən çıxıb getməsi üçün bir həftə vaxt verməsini, daha sonra evdən çıxıb gedəcəyini, ayrılacaqlarını bildirmiş və aralarında baş vermiş bu hadisədən sonra onların münasibətləri pozulmuşdur. Lakin Təqsirləndirilən şəxs evin kirayə haqqını hələ verməməsini bəhanə edərək evdən çıxmamışdır. Zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, anası Şahid3 ara-sıra onlara baş çəkmək üçün yaşadıqları evə gəlmişdir. 09 dekabr 2021-ci il tarixdə o, anası və bacısı Şahid5 yaşadığı ünvan 5 ünvana gəlmiş və onun anasına 80 manat pul verərək 10 dekabr 2021-ci il tarixdə onunla birlikdə gedib onların yaşadıqları evə yolka ağacı almasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə yaşadıqları evə qayıtdıqdan bir qədər sonra anası da onlara gəlmiş və səhərisi gün, yəni 10 dekabr 2021-ci il tarixdə o, anası ilə birlikdə yolka ağacı almaq üçün “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən 8-ci km bazarına getmişlər. Mağazalarda yolka seçimi edərkən anası ilə bir qədər mübahisə etmiş və əsəbləşdiyi üçün anasına məxsus ***-***-**-** nömrəli mobil telefonla Pərvinin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək hündür səslə Pərvinə nə üçün onunla birlikdə mağazaya gedib yolka ağacı seçimində ona kömək etməməsini irad bildirmiş və ona qarşı nalayiq ifadə işlədərək pozğun qadınlara vaxt ayırmasını, lakin ona vaxt ayırmamasını demiş, arada bir kişi olmağı ona xatırlatmışdır. Pərvin də həmin vaxt telefonda ona qarşı nalayiq ifadələr işlədib telefon danışığını bitirmişdir. Həmin gün onlar təxminən saat 16-17 radələrində anası ilə birlikdə yaşadıqları evə qayıtmışlar. 10 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Pərvin Orxan adlı dostu ilə birlikdə evə gəlmiş, istilik sisteminin suyunun 1 gün əvvəl yaranmış nasazlıq səbəbi ilə evə dağılmasına görə evdə islanmış xalçanı götürüb moykaya aparmaq üçün evdən çıxarmışlar. Təxminən 1 saat sonra o, Pərvinin sosial şəbəkədə dostu ilə birlikdə kafedə oturması barədə şəkil paylaşmasını görüb, Pərvinə mesaj yazaraq ondan ayrılmaq istəməsini, ona vaxt ayırmamasını bir daha bildirmişdir. Həmin vaxt Pərvin onun boşanmaq istəməsini normal qəbul edərək ondan ayrılmaq istədiyini bildirmişdir. Bir qədər sonra Pərvin evə gəlmiş, otaqlardan birində anası Şahid3 ilə birlikdə bir qədər söhbət etmiş və onun olduğu otağa keçmişdir. Anası söhbət əsnasında Pərvinə evdən getməməsini, ayrılmamasını xahiş etmiş, Pərvin isə etiraz edərək onun ayrılmaq istəməsini və bu səbəbdən də ayrılacaqlarını bildirmişdir. Həmin vaxt Pərvin ona qarşı nalayiq ifadələr işlətməyə başladıqda o, Pərvinə işlətdiyi bütün nalayiq ifadələrin onun ailəsinə və nəslinə aid olduğunu demişdir. Pərvin onun sonuncu ifadəsindən əsəbləşərək qəfil onun üzərinə hücum çəkmiş, qollarından tutub onu yerə çırpmış, daha sonra qarnının üzərində oturaraq əlləri ilə boğmağa başlamışdır. O, nəfəsinin kəsiləcəyini hiss etmiş, həmin vaxt anası Nazilə Pərvinə mane olmağa çalışmış və Pərvini onun üzərindən çəkmişdir. Əks təqdirdə onun nəfəsi kəsiləcəkmiş. Təqsirləndirilən şəxs onu boğaraq öldürməsinə anası Nazilə mane olduğundan Pərvin otaqda stolun üzərində olan bıçağı əlinə götürmüşdür. Həmin vaxt anası Pərvinin onu öldürəcəyindən qorxaraq əlləri ilə arxadan Pərvini tutmuş və ona dərhal qaçıb polisə zəng etməsini demişdir. O, qaçıb evdən çıxmaq istədikdə Pərvin əli ilə onun saçından tutub geriyə çəkmiş, həmin vaxt saçında olan tüklərin başından qopmasını hiss etmişdir. O, Pərvinin əlindən nə qədər yaxa qurtarmağa çalışsa da, sonuncu saçından tutaraq 5 dəfə onun qarın nahiyəsinə bıçaqla zərbələr vurmuşdur. Həmin vaxt evin qapısı açıq olduğundan o, sürünərək evdən çıxmaq istədikdə, Pərvin onun saçından tutub bıçaqla növbəti zərbələri endirməyə cəhd etmişdir. O, bütün gücünü toplayaraq yaşadıqları mənzillə üzbəüz olan mənzilin qapısını var qüvvəsi ilə döyməyə başlamış, həmin mənzildə yaşayan iki nəfər oğlan qapını açmağa çalışsa da, Pərvin ayaqları ilə qonşuların qapını açıb ona kömək edə bilməmələri üçün qapını sıxmışdır. Həmin vaxt Pərvin onun boyun nahiyəsindən bıçaqla bir dəfə vurmuş, həmçinin bıçaqla ona zərbələr endirməyə çalışarkən o, müqavimət göstərdiyindən bəzi bıçaq zərbələri bədənini deşməsə də, bədəninin müxtəlif nahiyələrini sıyrıqlar formasında zədələmişdir. Pərvinin qapını tutmasına baxmayaraq, qonşu mənzildən iki nəfər oğlan çıxmış, Pərvini ondan aralamış, o, qonşuların köməkliyi ilə Pərvinin əlindən xilas olmuşdur. Qonşular onu mənzillərinə salıb qapını bağlamış, Pərvini isə aralayaraq oradan uzaqlaşdırmışlar. Bundan sonra digər qonşular da yaranmış səs-küyə görə ora gəlmişlər. Həmin vaxt artıq o, huşunu itirdiyindən sonradan baş verənləri xatırlamamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, baş vermiş hadisə zamanı o, 6 aylıq, daha dəqiq 23 həftəlik hamilə olmuş və Pərvin bu barədə məlumatlı olmuşdur. Pərvin baş vermiş hadisə zamanı bıçağı, mübahisə etdikləri otaqda, stolun üzərindən götürmüş, həmin bıçaq evlərində uzun müddət istifadə olunmuş, Pərvin ona zərbələr vurarkən həmin bıçağın dəstəyi tiyəsindən aralanaraq qırılmışdır. O, Təqsirləndirilən şəxs qarşı var qüvvəsi ilə müqavimət göstərsə də, sonuncunun fiziki cəhətdən ondan daha qüvvətli olması və onu bıçaqla vurmazdan əvvəl boğması onu tam qüvvəsiz etdiyindən Təqsirləndirilən şəxs əlindən qonşuların köməyi olmadan xilas ola bilməmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Hadisədən sonra onların uşaqları dünyaya gəlmişdir. O, Pərvini uşağının atası kimi bağışlamış, onunla barışmış vəl na qarşı şikayətindən imtina etmişdir. Qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları, o cümlədən hadisə zamanı əvvəlcə onu boğaraq öldürmək istəməsini, bunun üçün onu yerə yıxıb qarnının üzərində oturmaqla əlləri ilə boğaz nahiyyəsindən yapışıb sıxmasını, anası Şahid3 Təqsirləndirilən şəxs mane olmasına görə son anda əlini ondan çəkib otaqda, stolun üzərində olan bıçağı əlinə aldıqda anası Şahid3 sözləri ilə qaçmaq istəməsini, həmin vaxt Təqsirləndirilən şəxs saçından tutub onu geriyə çəkməklə 5 dəfə qarın nahiyyəsindən bıçaqla vurmasını, daha sonra isə sürünərək mənzilin qapısından bloka çıxıb qonşunun mənzilinin qapısını döydükdə, Təqsirləndirilən şəxs açılmaması üçün qapını ayağı ilə sıxmasını, buna baxmayaraq qonşu mənzildən çıxan 2 nəfər oğlanın Təqsirləndirilən şəxs ondan araqlamaqla, onu mənzilə salmalarını Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmiş, sonuncu isə zərər çəkmiş şəxsi öldürmək niyyətinin olmamasını bildirmişdir (iş vərəqə: cild İ, səh. 193-197). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verib göstərdi ki, qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 2021-ci ildə ailə qurmuş və bundan sonra ünvan 1 ünvanında kirayədə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxslə qızı Zərərçəkmiş şəxs münasibətləri əvvəllər tam qaydasında olmuşdur. Lakin eşitdiyinə görnə 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonda “domino” oyunu oynayarkən tanımadığı qızla Pərvinin mesajlaşmasını Şəbnəm görmüş və Pərvinə bu barədə irad bildirərkən aralarında sözlə mübahisə baş vermiş, Şəbnəm əsəbləşib Pərvinə evdən çıxıb getməsini, onu görmək istəmədiyini bildirmişdir. Şəbnəmin deməsinə görə Pərvin Şəbnəmdən bir həftə vaxt istəmiş, sonra çıxıb gedəcəyini və ayrılacaqlarını bildirmiş, lakin evin kirayəsini hələ vermədiyini bəhanə edərək evdən çıxmamışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, 09 dekabr 2021-ci il tarixdə o, və qızı Şəbnəm digər qızı Şahid5 evində olarkən Pərvin ora gəlib ona 80 manat pul vermiş, 10 dekabr 2021-ci il tarixdə Şəbnəmlə birlikdə gedib yaşadıqları evə yolka ağacı almalarını xahiş etmişdir. Həmin vaxt Şəbnəmlə Pərvinlə birlikdə çıxıb evlərinə getmiş, bir qədər sonra isə o, Pərvingilin yaşadıqları ünvana getmişdir. Səhəri gün, yəni 10 dekabr 2021-ci il tarixdə o, qızı Şəbnəmlə birlikdə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən 8-ci km bazarına yolka ağacı almaq üçün getmişlər. Onlar mağazalarda yolka ağacı seçimi edərkən Şəbnəm onunla bir qədər mübahisə etmiş və əsəbləşdiyi üçün Pərvinə zəng edərək nə üçün onunla birlikdə mağazaya getmədiyinə və yolka seçimində ona kömək etmədiyinə görə Pərvinə iradlarını bildirib nalayiq ifadələr işlədərək ona pozğun qadınlara vaxt ayıra bildiyini, ona vaxt ayırmadığını demiş, onu kişi olmamaqda təhqir etmişdir. Pərvin də telefonda Şəbnəmə qarşı nalayiq ifadələr işlətmiş və telefon danışığını bitirmişdir. Həmin gün onlar saat təxminən 16-17 radələrində qızı ilə birlikdə evə qayıtmış, axşam təxminən saat 22 radələrində Pərvin Orxan adlı dostu ilə birlikdə evə gələrək bir gün əvvəl istilik sisteminin qızdırıcısının su borusunun partlaması nəticəsində evə su dağıldığına görə evdə olan xalçanı yumaq üçün götürüb evdən aparmışlar. 1 saat sonra isə Şəbnəm Pərvinin sosial şəbəkədə dostu ilə birlikdə kafedə oturması barədə şəkil paylaşmasını görüb Pərvinə mesaj yazaraq ona vaxt ayırmamasını təkrarən bildirmiş və ondan ayrılmaq istəməsini bildirmişdir. Pərvin də Şəbnəmin boşanmaq istəyini normal qəbul edərək özünün də ayrılmaq istədiyini yazmışdır. 11 dekabr 2021-ci il tarixə keçən ərəfədə, yəni artıq saat 00:00 radələrində Pərvin evə qayıtdıqda o, otaqlardan birində söhbət etmiş, ona evdən getməməyi xahiş entmiş, ayrılmaqlarını istəmədiyini bildirmişdir. Pərvin isə etiraz edərək Şəbnəmin ondan ayrılmaq istəməsinə görə sonuncudan ayrılmaq istədiyini ona demişdir. Həmin vaxt Pərvin Şəbnəmin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Şəbnəm də eyni zamanda Pərvinə qarşı nalayiq ifadələr işlədərək söydüyü söyüşlərin Pərvinin ailəsinə və nəslinə aid olmasını bildirmişdir. Zərərçəkmiş şəxs sonuncu ifadəsindən əsəbləşən Pərvin dərhal Şəbnəmin üzərinə hücum çəkərək onun qollarından tutub onu yerə çırpmış, sonra isə Şəbnəmin qarnının üzərində oturaraq Şəbnəmi əlləri ilə boğmağa başlamışdır. Hadisə vaxtı qızı Şəbnəm 7 aylıq hamilə olmuşdur. O, Şəbnəmin hamilə olmasını bildiyindən Pərvinin bu hərəkəti ona pis təsir etmiş, Şəbnəmi Pərvinin əlindən almaq üçün sonuncunu arxadan tutmuş və onu geriyə çəkmək istəmişdir. Onun müdaxiləsi, həmçinin Şəbnəmin əlləri ilə Pərvinə mane olmağa çalışdığından Şəbnəm Pərvinin əlindən çıxa bilmişdir. Həmin vaxt Pərvin stolun üzərində olan 1 ədəd mətbəx bıçağını götürüb Şəbnəmə tərəf getdikdə o, Pərvini əlləri ilə tutmuş və Şəbnəmə qaçıb polisə zəng etməsini demişdir. Şəbnəm qaçmaq istədikdə Pərvin əlləri ilə Şəbnəmin saçından tutub geriyə çəkmiş, həmin vaxt o, Pərvinə mane olmağa çalışsa da bacarmamış, Pərvin Şəbnəmə bıçaq zərbələri vurmağa başlamışdır. O, qızı Zərərçəkmiş şəxs hamilə olmasını, eyni zamanda Pərvinin Şəbnəmə sürətlə bədəninin müxtəlif yerlərindən bıçaq zərbələri vurması səbəbindən Şəbnəmin ölə biləcəyini nəzərə alıb varqüvvəsi ilə Pərvinə mane olmağa çalışmışdır. Həmin vaxt Şəbnəm Pərvinin əlindən çıxmış, həmin vaxt mənzilin qapısı açıq olduğundan bloka tərəf getmişdir. Arada o, hadisənin şokundan bir neçə dəqiqə huşunu itirmiş vəziyyətdə olmuş, lakin sonra özünü toplayıb bloka çıxdıqda qonşu mənzildə yaşayan sakinlərdən iki nəfər oğlanın Pərvini tutmasını görmüş və artıq Şəbnəmin qonşunun mənzilində olmasını öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan çıxıb getmişdir. Qonşular təcili tibbi-yardıma zəng etdiklərini bildirmişlər. O, qonşunun mənzilinə keçdikdə qonşu Şahid2 Şəbnəmin qanaxmasını dayandırmaq üçün ona tibbi yardım göstərdiyini görmüş, Şahid2 tibb bacısı olduğunu sonra öyrənmişdir. Pərvin Şəbnəmin bədəninin müxtəlif yerlərindən bıçaqla vurduğundan Şəbnəmin əynində olan paltarlar da qana bulaşmışdır. Az sonra Şəbnəm çağırılmış təcili tibbi-yardım briqadası tərəfindən xəstəxanaya aparılmışdır. Onun hadisə yerində olması demək olar ki, qızı Şəbnəmin həyatını xilas etmişdir. Məhkəmə baxışı zamanı iştirakı təmin olunmamış şahid X2 məhkəməyədək icraat mərhələsində verdiyi şahid ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Ceyran Salamanova tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2005-ci ildən etibarən ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Təxminən bir il əvvəl onun yaşadığı mənzillə üzbəüz 158 saylı mənzilə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs köçüb yaşamağa başlamışlar. Qonşuluqda yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər hansı formada mübahisələrinin şahidi olmamışdır. 11 dekabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində blokdan səs-küy və qışqırıq səslərini eşitmiş, bir nəfər qadın səsli şəxs qışqıraraq kömək istəmişdir. O, dərhal həmin vaxt evdə olan övladları Şahid1 və Şahid4 ilə birlikdə qapıya tərəf getmişlər. Qapını açmazdan əvvəl qapıya yumruqların dəyməsini, qapının döyülməsini eşitmiş, qapının gözlüyündən baxdıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onların mənzilin qapısına sıxılmış vəziyyətdə qalmalarını görmüşdür. O, qapını açdıqda oğlanları Nəriman və Salman bloka çıxmışlar. Həmin vaxt qonşuları Təqsirləndirilən şəxs Şəbnəm İmsayılovaya boyun nahiyəsindən bir ədəd bıçaq zərbəsi vurmasını görmüşdür. Nəriman və Salman Təqsirləndirilən şəxs bıçaq olan əlindən tutaraq çəkmişlər. Təqsirləndirilən şəxs bıçağı vermək istəməsə də, Nəriman Pərvinin qolunu pilləkənin mühəccərinə sıxmış, Pərvinin əli açılmış və bıçaq yerə düşmüşdür. Salman və Elman Pərvindən bıçağı alıb Şəbnəmi uzaqlaşdırmaq istədikdə Təqsirləndirilən şəxs onlara onun ailə işinə qarışmamağı demiş, Şəbnəmə növbəti bıçaq zərbələrini vurmaq niyyətində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs əlindən bıçaq alındıqdan sonra o, Zərərçəkmiş şəxs evin içərisinə salıb qapını bağlamışdır. Şəbnəmin paltarları qana bulaşmış vəziyyətdə olmuşdur. O, tibb bacısı olduğundan Şəbnəmə ilkin tibbi-yardım göstərərək yarasının üzərinə təmiz dəsmallar qoymaqla qanaxmasını bir müddətlik dayandırmış, eyni zamanda dərhal TTYSyə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Çağırılmış təcili tibbi-yardım briqadası vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs anası da orada olmuş, lakin, Təqsirləndirilən şəxs öz evlərinin içərisində Zərərçəkmiş şəxs anası Şahid3 yanında vurduğuna görə Şahid3 özünü pis hiss etdiyindən dərhal bloka çıxa bilməmişdir. Sonradan isə ora digər qonşular gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaqdan başqa hər hansı başqa bir şəxsə qarşı fiziki zor tətbiq etməmişdir (iş vərəqə: cild İ, səh. 184-186). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində anası - şahid Ceyran Salamanovanın ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, 2005-ci ildən etibarən ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Təxminən bir il əvvəl onun yaşadığı mənzillə üzbəüz 158 saylı mənzilə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs köçüb yaşamağa başlamışlar. Qonşuluqda yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər hansı formada mübahisələrinin şahidi olmamışdır. 11 dekabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində blokdan səs-küy və qışqırıq səslərini eşitmiş, bir nəfər qadın səsli şəxs qışqıraraq kömək istəmişdir. Dərhal o, anası və qardaşı Şahid4 qapıya tərəf getmiş, hələ qapını açmazdan əvvəl qapıya yumruqlar dəyməsini, qapının döyülməsini eşitmişlər. Qapının gözlüyündən baxdıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onların mənzilinin qapısına sıxılmış vəziyyətdə qalmalarını görüb onlar qapını açmışlar. Qardaşı Nəriman və o, bloka çıxdıqda qonşuları Təqsirləndirilən şəxs Şəbnəm İmsayılovaya bir ədəd bıçaq zərbəsi ilə boyun nahiyəsindən vurmasını görmüşlər. Zərərçəkmiş şəxs paltarları qana bulaşmış halda olmuşdur. Qardaşı Şahid4 və o, Təqsirləndirilən şəxs bıçaq olan əlindən tutaraq bıçağı çəkmiş, Təqsirləndirilən şəxs bıçağı vermək istəməsə də, qardaşı Nəriman Pərvinin qolunu pilləkənin mühəccərinə sıxmış, Pərvinin əli açılmış və bıçaq yerə düşmüşdür. O, və qardaşı Nəriman Pərvindən bıçağı alıb Şəbnəmi uzaqlaşdırmaq istədikdə, Təqsirləndirilən şəxs onların ailə işinə qarışmamağı demiş, Şəbnəmə növbəti bıçaq zərbələrini vurmaq niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlindən bıçaq alındıqdan sonra anası Zərərçəkmiş şəxs evin içərisinə salıb qapını bağlamış, anası tibb bacısı olduğundan Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərərək yarasının üzərinə təmiz dəsmallar qoymaqla qanaxmasını müvəqqəti dayandırmış, eyni zamanda dərhal TTYS-na zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, təcili yardım briqadasını çağırmışdır. Çağırılmış təcili tibbi-yardım briqadası vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs pilləkənlə binanın liftinə tərəf qalxmış və oradan liftlə aşağı düşüb hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs anası Şahid3 da orada olmuş, sonuncu Pərvingilin evindən özünü pis hiss etdiyindən bloka gec çıxmışdır. Sonradan isə oraya digər qonşular gəlmişdir. Pərvinin öz arvadından başqa kiməsə fiziki zor tətbiq etməsini o, görməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 qardaşı - Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, zərərçəkmiş Şəbnəm Smayılova onun baldızı, Təqsirləndirilən şəxs isə onun bacanağı olmuşdur. Pərvin çox yaxşı insan olmuş, Şəbnəm isə dilli, ərköyün biri olmuşdur. Amma hər ikisi ilə normal münasibətləri olmuşdur. Hadisə günü isə arvadı Nuranə ilə öz evlərində olmuş, hadisədən məlumatsız olmuşlar. Qaynanası, yəni Şəbnəmin anası zəng edib hadisə barədə, yəni Pərvinin Şəbnəmi bıçaqlaması barədə onlara məlumat vermiş və onlar Şəbnəmgilə getmişlər. Pərvini binanın həyətində görmüş, nə üçün belə bir hadisə baş verdiyini soruşmuş, Pərviz isə artıq bezdiyini ona demişdir. Yuxarı, yəni Şəbinəmgilə qalxdıqda sonuncunu həyəcanlı vəziyyətdə görmüşdür. Şəbinəmin boynunda qan olmuş, onun paltarları qırmızı rəngdə olduğundan qan izləri o qədər də bilinməmişdir. Məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid5 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid5 məhkəmədə şahid qismində dindirilmiş əri - Şahid6 ilə oxşar məzmunlu ifadə verib sonuncunun, həmçinin zərər çəkmiş şəxsin və Şahid3 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 55-57). İşdə oldan və məhkəmə baxışı zamanı tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39, 8-ci mərtəbədə yerləşən 158 nömrəli mənzildir. Həmin mənzilə aparan pilləkənlərin üzərində 1 ədəd bıçaq tiyəsi müşahidə edilmiş, fotoşəkili çəkilməklə qablaşdırılaraq götürülmüşdür. Pilləkənlərin üzərində qanabənzər ləkələr müəyyən olunmuşdur. Mənzilin giriş qapısının üzərində hər hansı zədə və ya zədə izi yoxdur, seyf tiplidir. Mənzilə daxil olduqda mənzilin səliqəli olması müşahidə edilir. Mənzilin dəhlizində 1 ədəd paltaryuyan maşınının üzərində bıçaq dəstəyi aşkar edilərək götürülmüşdür. Hadisə yerindən tampona hopdurulma vasitəsi ilə qanabənzər maye və tük topası götürülmüşdür (iş vərəqə: cild İ, səh. 06-31). İşdə olan Bakı şəhəri, Nizami rayon İcra başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 yanvar 2022-ci il tarixli, 13-20/04 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda yoxdur(iş vərəqə: cild İ, səh. 235). Məhkəmə baxışı zamanı tədqiq olunan «Götürmə və baxış keçirilməsi haqqında»11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli, qarışıq uzunqollu, xovlu, arxa səthi və qollarının bütün səthi üzrə çəhrayı rəngli “ürək” və ön səthinin orta hissəsində üzərində naxışlar olan “ürək” təsvirləri və “my heart” yazıları olan gecə köynəyinə ŞKX-dən götürülüb baxış keçirilmişdir (iş vərəqə: cild İ, səh. 64). İşdə oldan və məhkəmə baxışı zamanı tədqiq olunan «tutulmuş və ya həbsdə saxlanılan şəxslərin tam axtarışı haqqında» 11 dekabr 2021-ci il tarixli, 210 nömrəli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulduqdan sonra Nizami RPİ-nin MSY-də üzərinə baxış keçirilərkən üzərində aşkar olunmuş 1 ədəd parlaq göy rəngli, qara üzlüklü “Samsung Galaxy A10” markalı mobil telefon götürülmüşdür(iş vərəqə: cild İ, səh. 64). İşdə oldan və məhkəmə baxışı zamanı tədqiq olunan 11 dekabr 2021-ci il tarixli, 2/18167 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs pivə qəbul edilməsi nəticəsində yüngül sərxoşluq dərəcəsində olmuşdur (iş vərəqə: cild İ, səh.36). Bundan başqa, işdə oldan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 5(007)-5/2021 nömrəli qərarı əsasında "xxxx" MMC-dən BKC/LGL-3431/22 nömrəli 03 mart 2022-ci il tarixli məktubla daxil olmuş 1 ədəd «CD» diskdə olan Zərərçəkmiş şəxs məxsus telefon danışıqları məlumatlarına baxış keçirilməsi barədə 09 mart 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı «CD»-də 04 ədəd «... pdf» adlı fayllarının olması müəyyən edilmişdir. Həmin fayllar Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə digər abunəçilərin danışıqları, smsləri və anten məlumatlarından ibarətdir. Qeyd edilən fayllara baxış keçirilərkən anten məlumatlarının təhlilinə əsasən müəyyən edildi ki, 05 dekabr 2021-ci il tarixdən 12 dekabr 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif abonentlərə məxsus telefon nömrələri ilə danışıqlar apararkən Zərərçəkmiş şəxs əsasən Bakı şəhəri, Nizami rayonu ərazisində olmuşdur. Eyni zamanda baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus qeyd edilən mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında zəng, danışıq və smslər qeydə alınmışdır. 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri arasında saat 16:17:26-da 1 dəqiqə 19 saniyə və saat 21:55:28-də 35 saniyə davam edən danışıqlar aparılmışdır. Baxış zamanı 10 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə «Qehbe sensen aaa ogras men qehbeyemse sende peysersen» məzmunda smslər göndərilməsi müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh.30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Mobil telefona baxış keçirilməsi barədə» 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy A10» markalı mobil telefon mavi rənglidir, qara rəngli koburanın içərisindədir. Mobil telefon ***-***-**-** və ***-***-**-** SİM kartları ilə yüklənmişdir. Mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan, Təqsirləndirilən şəxs mobil telefonunda «Nazile xala» deyə qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi arasında saat 16:16-da 1 dəqiqə 18 saniyə, saat 16:18-də 9 saniyə, saat 21:55-də 33 saniyə danışıqlar aparılması müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə digər istifadəçilərə məxsus mobil telefon nömrələri arasında danışıqların qeydə alınması müəyyən edilmişdir. Mobil telefonun menyusuna baxış zamanı «Mesajlar» bölümünə daxil olan zamanı Zərərçəkmiş şəxs istifadəsində olan, Təqsirləndirilən şəxs mobil telefonunda «Nazile xala» deyə qeyd edilən ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə «Qehbe sensen aaa ogras men qrhbeyemse sende peysersen» təhqir məzmunlu sms göndərmişdir. Mobil telefonun menyusuna baxış zamanı «WhatsApp» sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman «...» və «Pervin» adlı hesablar Təqsirləndirilən şəxs və zərərçəkmiş əxs Zərərçəkmiş şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs «...» adlı hesabdan Zərərçəkmiş şəxs istifadəsində olan, Təqsirləndirilən şəxs mobil telefonunda «Nazile xala» deyə qeyd edilən ***-***-**-** mobil telefon nömrəli hesab ilə 10 dekabr 2021-ci il tarixində aralarında mübahisə baş vermiş, onlar bir birilərini qarşılıqlı olmaqla təhqir etmişlər və Təqsirləndirilən şəxs «Nazile xala» adlı hesaba saat 23:56-da «Dogurdan qorxmursan bawini keserem» məzmunlu mesaj yazmışdır(iş vərəqə: cild İ, səh.232-233). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 13 dekabr 2021-ci il tarixli, 1066 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarın boşluğunda daxili qanaxma ilə müşayiət edilən böyük piyliyin yaralanması ilə nəticələnən qarnın sol yan səthinin qarın boşluğuna nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotroksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin 1 ədəd, sol yarısının arxa səthinin 2 ədəd boynun sol yan səthinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, çənə əsasının sağ yarısı, sağ və sol çənə altı nahiyə və döş qəfəsinin sol yarısının ön səthinin sıyrıqları olmuşdur. Ümumulikdə, 2 ədəd daxilə nüfuz edən və 4 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın ola bilsin ki, bıçağın sıyrıqlar isə bərk küt əşyanın təsirindən töranmişdir. Həmin xəsarətlər xx.xx.2021ci il tarixdə yarana bilər. Dərəcəsinə görə qarnın sol yarım səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları həm ayrılıqda, həm də ümumulikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər deşilmiş-kəsilmiş yaraları həm ayrılıqda, həm də ümumulikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sıyrıqlar isə, həm ayrılıqda, həm də ümumulikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (iş vərəqə: cild İ, səh.65-68). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı Baş Səhiyyə İdarəsi, 7 saylı X8 Məsləhətxanası Şöbəsinin istintaq orqanının sorğusuna verdiyi 06 fevral 2022-ci il tarixli, 17 saylı cavab məktubundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 11 oktyabr 2021-ci il tarixdə 7 saylı X8 məsləhətxanasında «14 həftəlik hamiləlik» diaqnozu ilə qeydiyyata götürülmüşdür. 24 noyabr 2021-ci il tarixdə X5 əsasən Zərərçəkmiş şəxs 20 həftə + 6 gündük hamiləlik diaqnozu ilə həkim qəbulunda olmuşdur (iş vərəqə: cild İ, səh.208). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan TƏBİB X9 «Sabunçu Tibb mərkəzi» X6 18 mart 2022-ci il tarixli 258 saylı arayışından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə qadın cinsli qız uşağı doğmuşdur (iş vərəqə: cild İ, səh.208). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi-bioloji ekspertizasının 01 fevral 2022-ci il tarixli, 32/2022-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs uzunqol koftası, 05 ədəd pambıqlı çubuq və bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A(İİ) qrupunu əsas xarakterizə edən A antigenti beta aqqlyutinini alındmışdır. Beləliklə, bu qan qruplu şəxsə o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş obyektlər insanın baş tükləridir, rənglənməyə məruz qalmış və xarici təsir nəticəsində qoparılmışdır. Bu tüklər Zərərçəkmiş şəxs baş tükü nümunələri ilə müqayisə olunduqda, əsas morfoloji əlamətlərə görə tədqiq olunmuş tüklər arasında böyük eynilik aşka olunmuşdur. Beləliklə, bu tüklər Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur (iş vərəqə: cild İİ, səh.09-16). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-tibbikriminalistik və məhkəmə-kriminalistik ekspertizasının məhkəmə-kriminalistik tədqiqinə dair 09 fevral 2022-ci il tarixli, 25-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus gecə köynəyinin ön səthinin sol yarısının aşağı hissəsində 01(bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində 01(bir) ədəd, cəmi 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus gecə köynəyi üzərində aşkar olunmuş zədələrin lokalizasiyasına görə demək olar ki, köynəyin ön səthinin sol yarısında olan zədənin istiqaməti öndən arxaya, arxa səthində olan zədələrin lokalizasiyasına görə isə demək olar ki, bu zədələrin istiqaməti arxadan önə doğru ola bilərdi. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus gecə köynəyinin ön səthinin sol yarısının aşağı hissəsində olan 01(bir) ədəd deşilmiş-kəsilmiş zədə, bədən səthində olan qarnın sol yan səthinin 01 ədəd deşilmiş-kəsilmiş yarası və köynəyin arxa səthinin yuxarı sol və yuxarı orta hissələrində olan 03 (üç) ədəd zədələr onun bədənində olan döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən 01 ədəd və döş qəfəsin sol yarısının arxa səthinin 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə, yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində olan döş qəfəsinin ön səthinin 01 ədəd və boynun sol yan səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaraları, həmçinin çənə əsasının sağ yarısı, sağ və sol çənəaltı nahiyə və döş qəfəsinin sol yarısının ön səthinin sıyrıqları ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gecə köynəyində öz əksini tapmamışdır, bu da yalnız Zərərçəkmiş şəxs bədəninin xəsarət alması və xəsarətləri aldığı zaman bədəninin həmin nahiyələrin geyim əşyaları ilə örtülməsi ilə izah oluna bilər. Tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim olunmuş bıçağın tiyəsi sınaraq bir-birindən ayrıldığı, eyni zamanda bıçağın tiyəsi tamamilə əyilərək deformasiyaya uğradığı üçün həmin bıçaqla eksperimental zədələrin yetirilməsi mümkün olmadığına görə, gecə köynəyinin üzərində olan zədələrin tədtiqata təqdim olunmuş bıçağın tiyəsinin təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gecə köynəyi üzərində əlbəyaxa olma və savaşma zamanı (üzərində dartınma, cırılma izləri) əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gecə köynəyi üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində heç bir dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş biçağın dəstəyi və tiyəsi eyni bir tamın (bıçağın) hissələridir. Bıçağın tiyəsi və dəstəyi küt mexanizmlə qarşılıqlı təsirdən sınmışdır. Bıçağın sınma zədəsi və tiyəsinin əyilərək kəskin deformasiyaya uğramasının müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsini istisna etmək olmaz. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və dəstəyinin üzərində olan qan ləkələri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir (iş vərəqə: cild İİ, səh.17-27). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Respublika Psixiatriya Xəstəxanası” X6in 11 yanvar 2022-ci il tarixli, 342 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon bölməsinin xx.xx.2013 tarixli göndərişinə əsasən «şəxsiyyətin affektiv tipli pozuntusu, özünə xəsarət yetirmələrlə» diaqnozu ilə xəstəxanaya stosionar müalicəyə qəbul olunaraq xx.xx.2013-cü il tarixdə evə buraxılmışdır(iş vərəqə: cild İ, səh.142). Lakin məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli, 419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “emosional davamsız tip şəxsiyyət pozuntusu” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hazırda psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə yaşlarından özünü əsəbi şəxs kimi xarakterizə edərək onda əsəbi, hövsələsizlik olması, əsəbi gərginlik keçirdiyi zaman kəsmələrlə özünə xəsarət yetirməsi, xx.xx.2013-cü il tarixdən 1xx.xx.2013-cü il tarixə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasında müayinədə olaraq “şəxsiyyətin affektiv tipli pozuntusu, özünə xəsarət yetirmələrlə” diaqnozu ilə hərbi xidmətdən azad edilməsi, hazırki müayinə zamanı bir qədər əsəbiliyi, emosional qeyri-sabitliyi, əhvalının dəyişkənliyi və s.) sübut edir. Aparılmış eksperimental psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq aşkar olunur. Göstərilən cinayət əməlini törətdiyi zaman və ondan əvvəl Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs, həmçinin, “emosional davamsız tip şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, kəmağıllılıq və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs “emosional davamsız tip şəxsiyyət pozuntusu”, o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və təhlükəlilik dərəcəsini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsir dairəsinə düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının (yaddaş, diqqət, təfəkkür, qavrama, dərketmə və s.) normaya uyğun olduğu aşkar olunur. Emosional-iradi sferasında, fərdi psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, impulsivlik, tez özündən çıxmaq, emosional dayanıqsızlıq, neqativ amillərə qarşı dözümsüzlük, özünə qarşı həddən artıq hörmət tələb etmək müəyyən edilir. Təqsirləndirilən şəxs gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən hirslilik, gərginlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyətin emosional davamsız tip pozuntusu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqə: cild İİ, səh.31-35). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən hadisə yerindən götürülmüş cinayətin aləti olan 1 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli üzlüklü, goy rəngli «Samsung Galaxy A10» markalı mobil telefon, zərərçəkmiş Şəbnəb İsmayılovanın hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli, qarışıq uzunqollu, xovlu, arxa səthi və qollarının bütün səthi üzrə çəhrayı rəngli “ürək” və ön səthinin orta hissəsində üzərində naxışlar olan “ürək” təsvirləri və “my heart” yazıları olan gecə köynəyi, hadisə yerindən götürülmüş 5 ədəd tampona höpdurulmuş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus tüklər maddi sübut kimi tanınaraq Nizami rayon prokurorluğunun maddi sübutlar otağında, "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” disk isə cinayət işində saxlanılır(iş vərəqə: cild İİ, səh.61-86). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə tövsiyyə edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baş vermiş cinayət hadisəsi təqsirləndirilən şəxsin birbaşa qəsdi ilə əhatə olunmuş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən - zərərçəkmiş şəxsin, hadisə vaxtı hadisə yerində olmuş zərərçəkmiş şəxsin anasının və hadisənin gedişində köməyə gəlmiş qonşuların fəal müdaxiləsi, zərərçəkmiş şəxsin dərhal tibb müəssisəsinə çatdırılması və ona vaxtında tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. Məhkəmə baxışı zamanı bir daha təsdiq olundu ki, baxılan iş üzrə cinayət hadisəsində təqsirləndirilən şəxsin niyyəti, məhz qəsdən adam öldürməyə yönəlmişdir. Eyni zamanda məhkəmə araşdırması ilə müəyyən olundu ki, zərər çəkmiş Zərərçəkmiş şəxs hamilə vəziyyətində olması aşkar surətdə Təqsirləndirilən şəxs bəlli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə hamilə vəziyyətində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.8-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.8-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması ilə bağlı gətirdiyi dəlilləri müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini bildirsə də, son sözlə məhkəməyə müraciət edərkən tutduğu əməldən səmimi peşman olduğunu bildirmiş, həmçinin zərər çəkmiş şəxslə barışdığını və zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb, ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat-sorğu arayışı (tələbnamə) ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 37-38). Daha sonra cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad rayon İcra Hakimiyyətinin 27 yanvar 2022-ci il tarixli 2/246 nömrəli məktubu ilə daxil olmuş yaşayış yeri haqqında arayış və xasiyyətnamədən görünür ki, Ağayev X3 rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olmasına baxmayaraq, o, həmin ünvanda yaşamır və Sarxanbəyli kəndində yaşadığı müddətdə mənfi xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh. 167- 169). Məhkəmə icraatı zamanı notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin həm də onun üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı törədilməsinə və belə bir halın Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmasına baxmayaraq bu, Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29, 120.2.8-ci (təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülmüşdür və məhkəmə baxışı zamanı sonuncunun qeyd olunan cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və tutduğu əməldən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.8-ci maddələrinin sanksiyası daxilində, başa çatmayan cinayətə görə və cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.8-ci maddələrinə münasibətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, CM-nin 59.1.9 və 59.1.10-cu (hazırda qüvvədə olan qanunvericiliyə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü) maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza, konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda, CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 63.3-cü maddələrinə uyğun cəza təyin etmə prinsiplərinin imperativliyini və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz, ona təyin olunacaq qəti cəza CM-nin 62ci maddəsinə istinad edilmədən təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 dekabr 2021-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən «həbs» qətimkan tədbiri seçilmiş və o, cinayət təqibinin sonrakı mərhələlərində fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan, hadisə yerindən götürülmüş 1 ədəd mətbəx bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli, qarışıq uzunqollu, xovlu, arxa səthi və qollarının bütün səthi üzrə çəhrayı rəngli “ürək” təsviri və ön səthinin orta hissəsində üzərində naxışlar olan “ürək” təsvirləri və “my heart” yazıları olan gecə köynəyi, hadisə yerindən götürülmüş 5 ədəd tampona hopdurulmuş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus tüklər məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli üzlüklü, goy rəngli «Samsung Galaxy A10» markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməli və "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.8-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 11 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan maddi sübutlar: - hadisə yerindən götürülmüş bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd boz rəngli, qarışıq uzunqollu, xovlu, arxa səthi və qollarının bütün səthi üzrə çəhrayı rəngli “ürək” təsviri və ön səthinin orta hissəsində üzərində naxışlar olan “ürək” təsvirləri və “my heart” yazıları olan gecə köynəyi, hadisə yerindən götürülmüş beş ədəd tampona hopdurulmuş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus tüklər məhv edilsin; - məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli üzlüklü, goy rəngli «Samsung Galaxy A10» markalı mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin; - "xxxx" MMC-dən götürülmüş bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-959/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-959/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver