Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-959/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X2 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3, Dövlət ittihamçısı və Ələkbərov Valeh əsən oğlunun Müdafiəçisi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 avqust 1970-ci ildə Xaçmaz rayonu Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,709 qram olan psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,266 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 03 noyabr 2022-ci il tarixdə saat 22:15-də Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 20 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN- nin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilmiş, polis bölməsində Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,015 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi, yaşadığı ünvan 6 ünvanına keçirilən baxış zamanı mənzilin qonaq otağında olan siqaret qutusunun içərisindən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,070 qram və 2,639 qram olmaqla ümumi təmiz çəkisi 2.709 qram olan ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 0,251 qram çəkidə kustar üsullar hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadə verərək bildirmişdir ki, o cinayət törətməyə meyilli adam deyil. 1 il olardı ki, narkotik vasitədən istifadə edirdi, 15 il idi ki, Rusiya Federasiyasında yaşayırdı. Burada iş tapa bilmədiyindən qapı ustası işləyirdi. Ailəsinə baxan odur, evdə epilepsiya xəstəsi bacısı var, bir qardaşı var, onun da əmək qabiliyyəti yoxdur. Müstəntiqin 234.4.3 və 234.4.4-cü maddələrini hansı səbəbdən yazdığını bilmir,o Kürdəxanıda həmin maddələrin nə olduğunu öyrənmişdir, hazırda şok vəziyyətindədir. O tutulan gün anası vəfat etdi. Rusiya Federasiyasından buraya gəlməyinə səbəb anası olub. Anadan müqəddəs varlıq dünyada yoxdur. Əvvəldən bəri hakim, müstəntiq ona qarşı qərəzli mövqe tutdu. Onu çöldə tutmayıblar, saxta pul adıyla evdə tutublar. Saxlanıldığı vaxt evdə oturmuşdu, evdə 2-3 nəfər dostu var idi. Anası həmin gün xəstəxanadan gətirəcəkdilər. Onlar 12-ci mərtəbədə qaldıqlarından anasını yuxarı mərtəbəyə aparmaq üçün kömək lazım idi. Evə gəldilər, şəxsi istifadə üçün olan narkotiki evdən tapdılar. Təhqiqatçını çağırdılar. O da Xətai rayon Polis idarəsini 36-cı Polis bölməsindən gəldi. Günahkardı amma cinayətkar deyil. İstifadə edəcəyi narkotik vasitə kakos idi, miqdarı heç 1 qram olmazdı. Metamfetamini qardaşı üçün götürmüşdü, onun barəsində də cinayət işi açılmışdı. Metamfetaminin miqdarı 2 qrama yaxın idi. Üzərində heç nə olmayıb, evdən aşkar olunub. Qeyd etdiyi narkotik vasitəni haradan oldu, əldə edirdi. Qardaşının öz tanışları var idi. “İnstagram” sosial şəbəkəsindən yox, “Whatsapp” mobil tətbiqindən istifadə edirdi, kimdənsə maraqlanırdı. “Whatsapp” mobil tətbiqində narkotik vasitə ilə əlaqədar yazışmaları var. 2,709 qram metamfetamin və 0,266 qram heroin, onların hamısı evdən çıxıb. Heç 1 il olmazdı ki, narkotik vasitədən istifadə edirdi. Özü narkotik vasitə istifadəçisidir, lakin narkotik vasitənin satışı ilə məşğul olmamış. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Bakı şəhər Baş Polis İdarəsinin CAİ-nin MƏCMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi tanıyır, şübhəli şəxs kimi tərəflərindən saxlanılmışdır. 36-cı polis bölməsinə dəvət olunmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisənin üstündən uzun zaman keçdiyi üçün tam xatırlamır. Ötən ilin axırları imiş. Xudu Məmmədov küçəsində tərəflərindən saxlanılaraq 36-ci polis bölməsinə aparılmışdır. Polis bölməsində şahidlərlə bir yerdə videoçəkiliş olmuşdur. Mənzilə baxış keçirilmişdir, orada aşkar olunanlar qablaşdırılıb götürülmüşdür. Narkotik vasitə-kokos olmuşdur. Narkotik vasitəni haradan aldığını deməmişdir. Demişdir ki, özündə saxlayır. Həmin ərazidə xidmətdə olmuşdur. Orda Ramiz adlı şəxsdən şübhələnmişlər. Onlara daxil olan məlumat satışla bağlı deyilmiş. 2 nəfər olmuşlar. Narkotik vasitənin harasından çıxdığını xatırlamır. Heç bir müqavimət olmamışdır. Özü demişdir ki, evində də narkotik vasitə saxlıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıq müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edirmiş. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə edib, əsasən çəkmək üsulu ilə qəbul edirmiş. Narkotik vasitələrdən ilk vaxtlar “kakos” yəni heroin qəbul edirmiş təxminən 6 aya yaxındır ki, psixotrop maddə olan metamfetamin yəni “patı” da qəbul edirmiş. Narkotikləri əvvəllər yaşadığı ünvanın yaxınlığında yaşayan narkotik vasitələrin aludəçilərdindən əldə edirmiş. Daha sonra isə “Neftçilər” metrostansiyasının yaxınlığında olan narkotik və psixotrop maddələrin satışı ilə məşğul olan üzdən tanıdığı adını və anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən əldə edirmiş. Həmin şəxsin adını və anket məlumatlarını bilməsə də demək olar ki, bütün günü “Neftçilər” metrostansiyasının yaxınlığında olurmuş orada bir az gəzdikdən sonra onunla rastlaşmaq miimkün olduğundan əldə edə bilirmiş. Sonuncu dəfə 03 noyabr 2022-ci il tarixdə narkotik vasitəsi bitdiyi üçün yenidən həmin şəxsi tapıb özü üçün narkotik vasitə və psixotrop maddə almağı qərara almışdır. Bu məqsədlə həmin gün yaşdığı ünvandan təxminən günorta saatlarında çıxıb “Neftçilər” metrostansiyasının yaxınlığına getmiş, onu tapdıqdan sonra 80 manat pul müqabilində şəxsi istifadəsi üçün ondan narkotik vasitə olan heroin yəni “kakos” və psixotrop maddə olan metamfetamin yəni “patı” atmışdır. Almış olduğu narkotik və psixotrop maddələri “Kent 8” markalı siqaret qutusunun içinə qoyub özü istifadə etməsi üçün cibinə qoyub oradan uzaqlaşmışdır. Yaşadığı ünvana qayıtdıqdan sonra təxminən saat 22 radələrində həmin narkotik vasitə olan “kakos” yəni heroindən istifadə etmək üçün özündə olan elektron tərəzi ilə çəkmiş birazını siqaretin gümüşü rəngli kağızına büküb şalvarının sağ yan cibinə qoymuş küçədə qaranlıq bir yerdə istifadə etmək məqsədi ilə yaşadığı mənzildən bayıra çıxmışdır. Bu zaman tərəzini də unudub sol cibində saxlamışdır. Yaşadığı binanın qarşısına çıxıb özü üçün uyğun bir yer axtaran zaman 03 noyabr 2022-ci il tarixdə saat 22:15 dəqiqədə ünvan 7 ünvanın qarşısında 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş, bundan sonra o Xətai RPİnin 36-cı Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş “kakos” yəni heroini və sol yan cibindən tərəzini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, “kakos” yəni hcronin çəkisinin 0,15 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Həmin narkotik vasitəni təqdim edən zaman təqdim etdiyi narkotik vasitədən başqa yaşadığı ünvan 8 ünvanında da narkotik vasitələrin olmasını bildirmiş, ona görə də üzərində şəxsi axtarış və götürmə aparıldıqdan sonra yaşadığı ünvana müdafiəçi və polis əməkdaşları ilə birlikdə getmiş, orada onun və qardaşı Şahid1 razılığı ilə onun, qardaşı Şahid1, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvanda videoçəkiliş ilə baxış keçirilmiş, baxış zamanı o könüllü şəkildə qonaq otağında olan masanın üzərində saxladığı “Kent 8” markalı siqaret qutusundan narkotik vasitə olan 01 büküm şəffaf rəngli sellofanda olan “kakos” yəni heroini və psixotrop maddə olan 02 ədəd bükümdə “patı” yəni metamfetaminləri təqdim etmişdir. “Patı” yəni metamfetaminlərdən biri siqaretin kağızma bükülmüş vəziyyətdə digəri isə şəffaf rəngli sellofanda olmuşdur. Bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, “kakos” yəni heronin çəkisinin 0,49 qram olması, “patı” yəni metamfetaminlərdən siqaretin kağızma bükülmüş olanın çəkisinin 0,16 qram, şəffaf rəngli sellofana bükülmüş olanın isə çəkisinin 2,99 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir, Cinayət işində olan 03 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş maddənin və həmin şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzinin aşkar edilməsi, sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisinin 0,15 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında baxış keçirilmiş Təqsirləndirilən şəxs qonaq otağında olan masanın üzərində olan siqaret qutusunu göstərərək içərisində narkotik vasitə olmasını bildirmiş və içərisindəki 03 ədəd bükümləri masaya qoymuşdur. 01 ədəd çölü ağ içərisi bənövşəyi rəngli maddənin narkotik vasitə “patı”, “şüşə” olmasını, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin narkotik vasitə “şüşə” olmasını, 01 ədəd şəffaf rəngli sellofanda olan maddənin isə narkotik vasitə “kakos” olmasını bildirmişdir. Daha sonra təqdim olunan narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, 01 ədəd çölü ağ içərisi bənövşəyi rəngli narkotik vasitə “patı”, “şiişə”nin çəkisinin 0.16 qram olması. 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin narkotik vasitə “şüşə”nin çəkisinin 2,99 qram olması. 01 ədəd şəffaf rəngli sellofanda olan narkotik vasitə “kakos”un çəkisinin 0,49 qram olması müəyyən edilmiş, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6395 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi. “... Quliyev-imza; dörd imzalar...” yazı əlavəsi qeyd edilmiş iki ədəd kağız zərflərdə 02(iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,251 qram. -0,015 qram ümumi təmiz çəkisi- 0,266 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 2,639 qram.-0,070 qram, ümumi təmiz çəkisi- 2,709 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və təkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzi...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) metamfetamin-“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1 siyahısına daxildirlər. Qeyd: heroinin təmiz çəkisi – 0,266 qram, tədqiqata sərf edildi - 0,03 qram, qalıq – 0,236 qram, metamfetaminin təmiz çəkisi – 2,709 qram, tədqiqata sərf edildi – 0,06 qram, qalıq – 2,649 qram. Cinayət işində olan Azercell-dən daxil olmuş 16 dekabr 2022-ci il tarixli 2706922/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin satışı ilə bağlı danışıqların olması müəyyən edilmişdir. Cinayət işində olan “Redmi 9C” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda narkotik vasitələrin satışı ilə bağlı danışıqların olması müəyyən edilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 201 saylı rəyinə əsasən müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 03 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,236 qram qram heroin və 2,649 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzildə baxış keçirilməsinin videogörüntünü özündə əks etdirən 02 ədəd “DVD-R” formatlı diskin, sms mətnləri olan 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus “Redmi 9C” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5(beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,236 qram qram heroin və 2,649 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və mənzildə baxış keçirilməsinin videogörüntünü özündə əks etdirən 02 ədəd “DVD-R” formatlı diskin, sms mətnləri olan 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus “Redmi 9C” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Mahmud Ağalarov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-959/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-959/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver