Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-959/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məcidov X6 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 2000-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs binaya qanunsuz girməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, 20 sentyabr 2024-ci il tarixdə, saat 23:50 radələrində ünvan 4 binanın yaxınlığında olarkən Zərərçəkmiş şəxs həmin binaya daxil olduğunu görüb özgənin əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun arxası ilə binaya daxil olaraq Zərərçəkmiş şəxs yaşadığı 43 saylı mənzilin qapısını açıb içəri daxil olmasından istifadə edərək mənzilə qanunsuz girməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sonuncunun ağızını əli ilə tutub sifət nahiyəsindən yumruq zərbələri vurmaqla ona burun, hər iki yanaq nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan iri ölçülü əzilmiş- cırılmış yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra sonuncunun əlində olan çantasını yoxlayıb pul və digər qiymətli əşyalar tapmadığından hadisə yerindən uzaqlaşaraq quldurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, içkili olmuşdur. O, Zərərçəkmiş şəxs çantasını quldurluq məqsədi ilə deyil, soyğunçuluq məqsədi ilə ələ keçirmək istəyirmiş. O, zərərçəkmiş şəxsə fiziki zərər yetirməmişdir. 20 sentyabr 2024-cü il tarixdə, saat 23:50 radələrində, binanın yaxınlığında əyləşmişdir. Sonuncu iki manatı ilə aldığı “Yaquar” adlı spirtli içkini içirmiş. O, maddi cəhətdən çox çətinliklər çəkmişdir. Onun heç kimi yoxdur. O, ünvan 4 binanın yaxınlığında əyləşərkən Zərərçəkmiş şəxs oradan keçdiyini görmüşdür. Bu zaman o, Zərərçəkmiş şəxs çantasını ələ keçirmək istəmişdir. Aralarında məsafə saxlayaraq, Zərərçəkmiş şəxs arxasınca binaya daxil olub yuxarı qalxmışdır. 5-ci mərtəbədə Zərərçəkmiş şəxs qapını açmaq istəyəndə sonuncunun çantasını götürüb qaçmaq istəmişdir. Zərərçəkmiş şəxs qapıdan içəri daxil olan zaman o da arxasınca çantasını ələ keçirmək məqsədi ilə içəri girmiş və onun qapını bağlamasına mane olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs qışqırmaq istədiyi üçün onun ağzını əli ilə tutmuşdur. Qapıdan qarşı tərəfdə səs gəldiyi üçün o, qapını bağlamışdır və bu zaman içəridə işıq yanmışdır. İşıq yanan zaman içəridəki oğlan onu görmüşdür. Oğlan içəridə yatmışdır. Zərərçəkmiş şəxs oğlanın adını qışqırmışdır. Lakin oğlanın adı yadında qalmamışdır. Sonra o, pəncərənin açıq olduğunu görmüş və pəncərədən tullanmışdır. Bu zaman aşağı mərtəbədəki mənzilin pəncərəsində quraşdırılmış kondisionerin üzərinə düşmüş və pəncərənin açıq olduğunu görmüşdür. Həmin pəncərədən içəri daxil olanda balaca uşaq var imiş. Uşaq qapını açan kimi qapıdan çıxmış, blokdan düşüb qaçmışdır. Həmin zaman pilləkənləri düşərkən bir nəfər qadın da onu görmüşdür. O, həmin qadına nəsə demişdir, lakin nə dediyini tam xatırlamır. Daha sonra telefonunun və cibində olan qəpiklərin olmadığını görmüşdür. O, Şirvan şəhərinə qaçmış, sonra oradan Samuxa getmişdir. Orada qalmış və işləmişdir. O, hər ayın sonunda cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib qeydiyyatdan keçməli olduğundan bir həftə sonra Bakı şəhərinə qayıtmış və bu zaman polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs heç bir fiziki zərbə yetirməmiş, sadəcə əli ilə ağzını tutmuşdur. O, Zərərçəkmiş şəxs ağızını əli ilə tutmaq istəyəndə onun iki barmağı Zərərçəkmiş şəxs ağzına daxil olmuş və bu zaman dişi qırılıb yerə düşmüşdür. O, qapını içəridən bağladıqdan sonra səs gəlmiş və kimsə qapını döymüşdür. Qapının arxasından səs gəldiyi və otaqda işıq yandığı üçün o, pəncərədən qaçmışdır. O, hadisə yerindən heç nə götürə bilməmişdir. Hadisənin gedişatı elə baş vermişdir ki, o, Zərərçəkmiş şəxs çantasına baxa bilməmişdir. Onun məqsədi pul ələ keçirmək olmuşdur, sadəcə hadisə elə baş vermişdir ki, onun pul ələ keçirməyə imkanı olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 30 sentyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Törətdiyi cinayətə görə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ildən etibarən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyi barədə qərar qəbul olunmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından gündəlik işlərdə fəhlə kimi işləməyə başlamışdır. İki aydır ki, Bakı şəhəri, Nəsimi rayonu, A. Mustafayev küçəsində yerləşən 3cü mikrorayon bazarında gündəlik fəhlə kimi işləyirmiş. Həmin vaxtdan etibarən həmin bazarda gündəlik kirayədə yaşamışdır. İşdən sonra spirtli içkilər qəbul edirmiş. Gündəlik olaraq bazarda yerləşən paltaryuyan maşınların təmiri sexində işləmişdir. İş saatı səhər saat 09-dan etibarən axşam saat 22-yə qədər davam edirmiş. xx.xx.2024-cü il tarixdə işdən çıxdıqdan sonra işlədiyi əraziyə yaxın mağazadan bir ədəd “Go” spirtli içkisi və bir ədəd “Yaguar” içkisi almışdır. İçkiləri içə-içə 3-cü mikrorayon bazarının qarşısında yerləşən 5 bərtəbəli binaların arası ilə hərəkət etməyə başlamışdır. Daha sonra isə xatırlamadığı bir obyektə daxil olub bir bakal pivə içmişdir. Həmin obyektdə pivə içdikdən sonra cibində 1 manat pul qalmışdı. xx.xx.2024-cü il tarixdə, saat təxminən 23 radələrində ünvan 4 ünvanın qarşısına çatmışdır. Ora çatıb bir qədər blokun qabağında gözləmişdir. Bir qədər gözlədikdən sonra bir nəfər 50-60 yaşlarında əlində ağ rəngli çanta olan bir qadının bloka daxil olduğunu görmüşdür. Həmin qadına yaxınlaşaraq ondan pul istəmişdir. Çünki cibində 1 manat pul olmuşdur. Məqsədi o imiş ki, həmin qadından bir qədər pul alıb özünə spirtli içkilər alsın. Həmin qadın onunla kobud rəftar edərək ona pul verməkdən imtina edib bloka daxil olmuşdur. O da düşünmüşdür ki, onun çantasını ələ keçirsin. Bu məqsədlə həmin qadının arxasından bloka daxil olmuşdur. Həmin qadın pilləkənlərlə yuxarı mərtəbəyə doğru hərəkət etmişdir. Planlaşdırmışdır ki, həmin qadın yaşadığı mənzilə çatan zaman qapını döymək və ya açmaq üçün əlindəki çantanı yerə qoyacaq. O da həmin vaxtı onun çantasını götürüb qaçar. Bu məqsədlə bir mərtəbə məsafə saxlayaraq qadının arxasınca pilləkənləri qalxmağa başlamışdır. 5-ci mərtəbəyə qalxdıqda soldakı qapının qarşısında qadının dayanaraq qapını açmasının şahidi olmuşdur. Həmin qadın qapını açdıqdan sonra onun sifət nahiyəsini əli ilə tutaraq onu mənizlə salmışdır. Mənzilə daxil olduqdan sonra içəridən qapını bağlamışdır. Dəhliz qaranlıq olmuşdur. Bundan sonra o, mənizilin dəhlizində olan zaman qadını itələyib yerə yıxmışdır. Ondan əlindəki ağ rəngli çantanı almaq istəyirmiş. Lakin həmin qadın qışqırmağa başlamışdır. Qadın ona müqavimət göstərirmiş. Qadını yerə yıxdıqdan sonra sağ əli ilə ağzını tutmağa başlamışdır. Sol əli ilə isə qadının çantasını əlindən almışdır. O, çantanı qadının əlindən alıb içərisinə baxmışdır. Həmin vaxt qadın işığı yandırmışdır. O, yenidən qadının sifət nahiyəsinə zərbələr endirmişdir. Bu zaman qapı arxadan döyülmüşdür. O, özünü itirərək dərhal dəhlizin sol tərəfində yerləşən otağa daxil olub oradan mətbəxə keçmişdir. Mətbəxin pəncərəsindən aşağı tullanmışdır. Aşağı tullandıqdan sonra 4-cü mərtəbənin pəncərəsinə quraşdırılmış kondisionerin üstünə düşmüşdür. Oradan da 4-cü mərtəbədə olan mənzilə daxil olub həmin evdən qapını açaraq bloka çıxmışdır. Qaçaraq pilləkənləri aşağı düşməyə başlamışdır. Aşağı düşən zaman bir nəfər qadınla rastlaşmışdır. Qadın ondan yuxarıda nə səs-küy olduğunu soruşduqda yuxarı mərtəbədə bir kişinin arvadını döydüyünü demişdir. Bundan sonra binadan çıxaraq qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra yolda telefonunu düşürmüşdür. Həmin mobil telefon qara rəngli “Huavei” markalı mobil telefon olmuş, ekranında isə çat olmuşdur. Hadisəni törətdikdən sonra Şirvan şəhərinə qaçmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir (iş vərəqə: cild İ, səh.64-66, 78-80,144-146). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaqdakı ifadəsinin düzgün olduğunu, Zərərçəkmiş şəxs ağzını əli ilə tutduğunu, lakin ona heç bir fiziki təzyiq göstərmədiyini, Zərərçəkmiş şəxs ağzını əli ilə tuturakən Zərərçəkmiş şəxs onun əlini dişləmək istədiyini və bu zaman onun dişinin yerə düşdüyünü bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, şadlıq sarayında işləyir. O, 20 sentyabr 2024-cü il tarixdə axşam saat təxminən 22:30-da işdən çıxmışdır. O, taksi ilə yaşadığı evinə tərəf gəlmiş, taksidə başqa adam da olduğundan fikirləşmişdir ki, 200-300 metr məsafəni piyada gedə bilər. Daha sonra o, mənzilinə qalxmışdır. Yaşadığı mənzilində 38 yaşında fiziki qüsurlu övladı içəridə yatmışdır. İçəri daxil olarkən kimsə onun gözlərini tutmuşdur. Gözlərini açanda isə yerdə olduğunu görmüşdür. Otaq qaranlıq olduğundan nə baş verdiyini anlamamışdır. Sonra həmin şəxs onu yerdə vuraraq başını divara çırpmışdır. O, əvvəlcə imkan tapıb qışqıra bilməmişdir. O, həmin şəxsə yalvararaq kim olduğunu və nə istədiyini soruşmuş, nə istəsə verəcəyini bildirmişdir. Həmin şəxs yenə onu boğmağa başlamışdır. Sonradan adını bildiyi həmin şəxs, yəni Təqsirləndirilən şəxs iki barmağını onun ağzına daxil etdikdə o, həmin şəxsin barmağını dişləmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlini onun ağzından çəkmiş, onun dişi protez olduğundan yerindən çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs yenə onu vurmağa başlamışdır. O, məqam tapıb Fərid, Aynur deyə qışqıraraq evə oğru girdiyini və polis çağırmalarını bildirmişdir. Təqsirləndirilən şəxs onun qışqırdığını görüb onu bir daha vurmuşdur. Daha sonra həmin şəxsin onun ağ çantasını açıb nəsə axtardığını görmüşdür. Bu zaman o, imkan tapıb işığı yandırmışdır. İşıq yanarkən həmin şəxs qəfildən çönmüş və o, Təqsirləndirilən şəxs görmüşdür. Onun sağlamlıq imkanları məhdud oğlu qapının ağzında durmuş və onun yerdə qan içərisində olmağını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs mətbəxə qaçmışdır. Qonşular da qapının arxasından qapını möhkəm döyürmüşlər. Həmin şəxs mətbəxə qaçanda o, fikirləşmişdir ki, yəqin bıçaq götürməyə gedir, buna görə də “vay məni öldürəcək” deyə qışqırmışdır. Sonra özündə güc tapıb qapını açaraq özünü çölə atmışdır. Qapını açdıqda artıq qonşular polisə zəng vurmuşdular. Təqsirləndirilən şəxs isə dördüncü mərtəbədən bloka çıxaraq qaçmışdır. Zərərçəkmiş şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun evinə basqın edərkən ona müxtəlif xəsarətlər yetirmiş, dişini sındırmış, onun damağı bir müddət düzəlməmişdir. O, həmçinin ağır psixoloji travmalar yaşamış, qorxudan çölə çıxa bilməmişdir. Təqsirləndirilən şəxs onun evinə basqın edərkən heç nə götürə bilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir və təqsirləndirilən şəxsin qanunauyğun qaydada cəzalandırılmasını xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 20 sentyabr 2024-cü il tarixdə axşam işdən qayıdırmış. O, yaşadığı ünvan 4 ünvanındakı binada blokla evinə qalxarkən səs-küy eşitmişdir. Təxminən birinci və ya ikinci mərtəbədə Təqsirləndirilən şəxsla qarşılaşmışdır. O, Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş və ondan “qardaş, yuxarıdan gələn səs-küy nədir? ” deyə soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona qonşunun həyat yoldaşını döydüyünü və polis çağırmaqlarını bildirmişdir. O da qaça-qaça yuxarı qalxmışdır. Yuxarı qalxdıqda isə qonşusu Zərərçəkmiş şəxs döyüldüyünü və üzü-gözü pis gündə blokda oturduğunu görmüşdür. Həmin vaxt qonşusu Zərərçəkmiş şəxs bildirmişdir ki, bir nəfər şəxs arxasınca evinə girib və onu döyüb. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən zaman blok işıqlı olmuşdur. O, İlkin Xantermirovla qarşılaşdıqdan sonra yuxarı qalxıb Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs üzü-başı pis gündə bloka çıxmışdır. Zərərçəkmiş şəxs üzündə vurulma izləri var imiş. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2024-cü il tarixdə, gecə saat 23:50 radələrində o, yatmağa hazırlaşırmış. O, Zərərçəkmiş şəxs ilə divar qonşusudur. Həmin vaxt birdən möhkəm qışqırtı səsləri gəlməyə başlamışdır. O, bir müddət gözləmişdir ki, bəlkə Zərərçəkmiş şəxs əqli zəif oğluna əsəbləşib. Lakin səs-küy getdikcə artmış, “Fərid, polis” deyə qışqırtı səsi eşitmişdir. Bu zaman o, anlamışdır ki, başqa söhbət var. O, tez ayağa qalxıb əlində telefon Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmiş və məlumat vermişdir ki, qonşuda nəsə problem var, amma məsələnin nə olduğunu bilmir, evə oğru girdiyindən şübhələndiyini demişdir. Məlumat verdikdən sonra həyat yoldaşı ilə birgə Zərərçəkmiş şəxs qapısını döyməyə başlayaraq onu səsləmişlər. Bu zaman sakitçilik yaranmış, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs halsız şəkildə qapını açmışdır. Qapını açdıqda Zərərçəkmiş şəxs üz-gözünün qan içində olduğunu görmüşdür. Nə məsələ olduğunu soruşanda Zərərçəkmiş şəxs həmin şəxsin qaçdığını bildirmişdir. Onlar da təəccüblənərək “necə qaça bilər? biz qapıda durmuşuq, hardan qaçdı?” deyə soruşmuşlar. Sonradan məlum olmuşdur ki, evə basqın etmiş həmin şəxs beşinci mərtəbədən dördüncü mərtəbəyə tullanmış, oradan qonşunun evinə girib, daha sonra çıxıb qaçmışdır. Digər qonşular da yuxarıda səs-küyü eşidib dava-dalaş olduğunu düşünüb Zərərçəkmiş şəxs mənzilinin qarşısına gəlmişdilər. O, “102” xidmətinə, həmçinin X5 Xidmətinə də məlumat vermişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar qapını döydükdə qapını Zərərçəkmiş şəxs özü açmışdır. Zərərçəkmiş şəxs qapıdan çıxanda çox pis vəziyyətdə olmuş, saçı yoluq, boğulmuş vəziyyətdə imiş, üzü-gözü qan içində, əlində və boğazında isə cırmaq izləri var imiş. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 sentyabr 2024-cü il tarixli “hadisə yerinə baxış barədə protokol”dan görünür ki, cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 12 , mənzil 43-də yerləşən evə baxış keçirilmiş, baxış zamanı mənzilin giriş qapısında sındırma izləri aşkar edilməmişdir, mətbəxin pəncərəsi açıq vəziyyətdə olmaqla, 4-cü mərtəbənin kondisioneri əyilmişdir (iş vərəqə: cild İ, səh. 4-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 sentyabr 2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 nəfər şəxsdən 3 nömrədə dayanmış Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin ona qarşı quldurluq edən şəxs olduğunu göstərmişdir (iş vərəqə: cild İ, səh. 36-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 sentyabr 2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid1 ona təqdim edilmiş 4 nəfər şəxsdən 3 nömrədə dayanmış Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin hadisəni törətdikdən sonra pilləkənləri düşən zaman blokla rastlaşdığı şəxs olduğunu göstərmişdir (iş vərəqə: cild İ, səh. 39-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 sentyabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan itələyib evin dəhlizinə salıb qapını bağladığını, zor tətbiq edərək qadını yerə yıxdığını, əlində olan çantasını almaq istədiyini, lakin qadın qışqırdıqdan sonra qonşuların qapını döyməsi səbəbindən özünü itirdiyini və mənzilin pəncərəsindən tullanaraq aşağı mənzilə girdiyini, oradan da qaçdığını bildirərək, hadisəni əyani surətdə təsvir etmişdir (iş vərəqə: cild İ, səh. 86-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbayacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbİ Ekspertiza və X1” X3 21 sentyabr 2024-cü il tarixli, 1309 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- burun, hər iki yanaq nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı ola iri ölçülü əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (iş vərəqə: cild İ, səh. 122-125). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbayacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 ambulator məhkəmə psixiatrik ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 2982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona istinad edilən hazırkı cinayət əməlini törədərkən hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 118-121). Cinayət işinin materiallarına əlavə edilmiş 28 sentyabr 2024-cü il tarixli “tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 55-56). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 4(006)-539/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 28 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 96-99). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 oktyabr 2024cü il tarixli tələbnaməsindən, həmçinin iş materiallarına əlavə edilmiş hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.3, 128-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək ona təyin edilmiş cəza 08 ilə endirilmiş, daha sonra isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (iş vərəqə: cild İ, səh.111-112, 114-117, cinayət işinin materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Penitensiar Xidmətin 14 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin 31 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Xantəmirov ilkin Namiq oğlu 21 avqust 2024-cü il tarixdə cəzasının qalan hissəsini çəkmək üçün Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsindən 14 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə daxil olmuş və müəssisədə cəza çəkdiyi müddət ərzində təkrarən cinayət hadisəsi törətdiyi üçün 30 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçildiyindən müəssisənin qeydiyyatından çıxarılmışdır. Məhkum Xantəmirov İlkin Namiq oğlunun çəkilməmiş qalan cəzası 3 (üç) ay 21 (iyirmi bir) gün təşkil edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və ona qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən, məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-ci il tarixdə, saat 23:50 radələrində ünvan 4 binanın yaxınlığında olarkən Zərərçəkmiş şəxs həmin binaya daxil olduğunu görüb sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə arxası ilə binaya daxil olaraq Zərərçəkmiş şəxs yaşadığı 43 saylı mənzilin qapısını açıb içəri daxil olmasından istifadə edərək mənzilə qanunsuz girməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sonuncunun ağızını əli ilə tutub sifət nahiyəsindən yumruq zərbələri vurmaqla ona burun, hər iki yanaq nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan iri ölçülü əzilmiş- cırılmış yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirdikdən sonra sonuncunun əlində olan çantasını yoxlayıb pul və digər qiymətli əşyalar tapmadığından hadisə yerindən uzaqlaşaraq quldurluq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə elan edilmiş ittihamı mübahisələndirmiş, Zərərçəkmiş şəxs çantasını quldurluq məqsədi ilə deyil, soyğunçuluq məqsədi ilə ələ keçirmək istədiyini, zərərçəkmiş şəxsə fiziki zərər yetirmədiyini, Zərərçəkmiş şəxs ağzını əli ilə tutduğunu ifadəsində desə də, quldurluq deyil, soyğunçuluq cinayət əməlini törətdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində cinayət əməlini törətdiyi zaman Zərərçəkmiş şəxs fiziki zərər yetirmədiyini, onun quldurluq deyil, soyğunçuluq cinayət əməlini törətməsinə dair göstərdikləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı ittiham üzrə adı keçən şahidlər verdiyi ifadələri ilə hadisədən dərhal sonra zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs görərkən sonuncunun üzündə vurulmağa xarakterik izlərin olduğunu, zərərçəkmişin boğulmuş vəziyyətdə olaraq üz-gözünün qan içində, əlində və boğazında isə cırmaq izlərinin olmasını təsdiq etmişlər, həmçinin zərərçəkmiş şəxs də ifadəsində hadisə zamanı təqsirləndirilən şəxsin onu yerdə vuraraq başını divara çırpmasını, əli ilə zərərçəmiş şəxsin ağzını tutmasını bildirmişdir. Həmin şahidlərin və zərərçəkmiş şəxsin ifadələri eyni zamanda cinayət işi üzrə 21 sentyabr 2024-cü il tarixli, 1309 nömrəli məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs bədənində burun, hər iki yanaq nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı ola iri ölçülü əzilmiş-cırılmış yarasının küt əşyanın (əşyaların) təsirindən yaranmağa və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlərin müəyyən edilməsinə dair rəyi (iş vərəqə: cild İ, səh. 122-125) ilə də təsdiq olunur. Bununla yanaşı, eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət əməlini törədərkən zərərçəkmiş şəxsə qarşı heç bir fiziki zərər yetirmədiyini bildirsə də, onun ibtidai istintaq zamanı şəxsən öz imzaları ilə təsdiq etdiyi və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrindən də görünür ki, Zərərçəkmiş şəxs qapını açdıqdan sonra o, Zərərçəkmiş şəxs sifət nahiyəsini əli ilə tutaraq onu mənzilə saldığını, sonra içəridən qapını bağladığını, mənzilin dəhlizində qadını itələyib yerə yıxdığını, qadını yerə yıxdıqdan sonra sağ əli ilə ağzını tutduğunu, sol əli ilə qadının çantasını əlindən aldığını, yenidən qadının sifət nahiyəsinə zərbələr endirdiyini bildirmiş, ifadəsində göstərdiyi həmin halları həmçinin 30 sentyabr 2024-cü il tarixdə “ifadənin yerində yoxlanılması haqqında” istintaq hərəkəti (iş vərəqə: cild İ, səh. 86-89) zamanı da bir daha təsdiq edərək Zərərçəkmiş şəxs arxadan itələyib evin dəhlizinə salıb qapını bağladığını və zərərçəkmişə qarşı zor tətbiq etdiyi halları əyani surətdə təsvir etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldurluq basqını zamanı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsə psixi təsir göstərilməsini ehtiva edir. Belə psixi təsir konkret olaraq öldürməklə, sağlamlığa zərər vurmaqla, döyməklə, əzab verməklə hədələmədə və sair hərəkətlərdə ifadə oluna bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, “....Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.” Qeyd edilən Qərarın 21-ci bəndində göstərilmişdir ki, “Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır.” Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində göstərdiyi inkaredici hallar cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsdə yüngül zərər vurmaya aid xəsarətlərin müəyyən edildiyini təsdiq edən 21 sentyabr 2024-cü il tarixli, 1309 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə və cinayət işinin faktiki halları ilə tamamilə təkzib edildiyindən Təqsirləndirilən şəxs həmin ifadələri məhkəmə tərəfindən onun daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin inkaredici hallar sübut növü kimi qəbul edilmir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verməklə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən cinayət əməlini törətməmişdən qabaq onda Zərərçəkmiş şəxs çantasını ələ keçirməklə özgə əmlakına yiyələnmək qəsdini həyata keçirmək niyyəti yaranmış, o, bu məqsədlə Zərərçəkmiş şəxs arxası ilə gedərək onun evinə qanunsuz daxil olmaqla ona basqın edib ağızını əli ilə tutub sifət nahiyəsinə yumruq zərbələri vuraraq zərərçəkmiş şəxsə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib yaşayış sahəsinə qanunsuz girməklə quldurluq cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.3, 128-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək ona təyin edilmiş cəzanın 08 ilə endirilməsi, daha sonra isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş həmin cəzanı çəkib qurtarmadığından onun həmin məhkumluğu ödənilməsə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həmin hökmündən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə bağlı həmin cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, onun əvvəllər eyni cinayət əməlinə görə məhkum olunmasını və məhkum olunduğu cəzanı çəkib qurtarmadan yenidən quldurluq cinayət əməlini törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalı, hazırki hökm üzrə təyin ediləcək cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli, 1(089)-199/2017 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, “CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Nəzərə alınmalıdır ki, CM-nin 18.4-cü maddəsinə müvafiq olaraq törədilmiş cinayətin residiv hesab edilməsi məsələsi həll edilərkən ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə və şəxsin 18 yaşına çatanadək törətdiyi cinayətə görə məhkumluqları nəzərə alınmır.” Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 28 sentyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, bundan başqa Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, həmçinin ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli, 1(089)-199/2017 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2024cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-959/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-959/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver