Məhkəmə qərarları › İş №1(101)-96/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-96/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-96/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlunun, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı1, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili x17 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Xəlfəli kəndində qeydiyyatında olan, ünvan 1 mənzil 84-də yaşamış, barəsində 03.12.2018-ci il tarixdən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx.xx.1973-cü ildə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, məhkumluğu olmayan, Füzuli rayonu, Bəhmənli kəndində qeydiyyatda olan, barəsində 13.12.2018-ci il tarixdən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 30.11.2018-ci il tarixdən-12.12.2018-ci il tarixədək İİR-da olan qardaşı Təqsirləndirilən şəxs2 və istintaqla müəyyən olunmamış şəxslərlə 01.12.2018-ci il tarixdən əlbir olaraq, artıq 30.11.2018-ci il tarixdən Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda 5 ədəd polietilen bağlamada hər biri bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 995, 1005, 1020, 990, 1015 qram, ümumilikdə külli miqdarda 5025 qram narkotik vasitə olan həşiş qətranını qrupun üzvləri olan “Saleh” adlı İİR-sı vətəndaşı və qardaşı Təqsirləndirilən şəxs2 göstərişi əsasında 03.12.2018-ci il tarixdə qrupun digər müəyyən olunmamış üzvündən qeyd olunan 5025 qr. həşiş qətranını satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və həmin tarixdə “Azad” adı ilə şərti alıcı qismində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin Əməliyyat x4 Şöbəsinin rəisi Şahid1 satmaq istəyərkən yaşadığı Abşeron rayonu, Mehdiabad Gənclər şəhərciyi 8 nömrəli binanın həyətində saxlanılmış, Təqsirləndirilən şəxs2 isə 12.12.2018-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına Biləsuvar gömrük postundan piyada gələrkən saxlanılmışdır. Məhkəmə baxışının ilk iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. O, məcburi köçkün olmaqla əri və iki azyaşlı uşaqları ilə birlikdə Qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən inşa edilmiş ünvan 1 mənzil 84 ünvanında yaşayır. Bədənində olan şiş ilə əlaqədar olaraq bacısı Yeganə ilə 4 noyabr 2018-ci il tarixdə “Biləsuvar” gömrük keçid məntəqəsindən keçməklə İranın Parsabad şəhərinə getmiş, həmin şəhərdə müayinə olunması üçün xəstəxanaya getmişlər. Xəstəxanada həkimə növbə gözləyən zaman bir iranlı ailəsi ilə tanış olmuşlar. Ər-arvad olan Saleh və Xədicə Salehin həmin xəstəxanada əməliyyat olunduğunu, xəstəxanaya təkrar müayinə üçün gəldiklərini bildirmişlər. Saleh və Xədicə özlərini çox mehriban və səmimi aparmışlar, onun xəstəxanaya gəlmək səbəbini bildikdə onu Aslandüz şəhərində yaxşı həkim olduğunu deyərək onları öz evlərinə, Aslandüz şəhərinə qonaq dəvət etmişlər. Bacısı ilə qalmağa yerləri olmadığı üçün dəvəti qəbul etmiş, Salehgilə getmişlər. Saleh onu və bacısını arvadı ilə birlikdə yaşadığı Aslandüz şəhərində müxtəlif dükanlara aparmış, o və bacısı evləri üçün ucuz qiymətə ərzaqlar aldıqdan sonra 2018-ci ilin noyabr ayının 7-də onları sərhəddə yerləşən İran gömrük məntəqəsinə gətirmişlər. Oradan bacısı ilə birlikdə “Biləsuvar” gömrük keçid məntəqəsindən keçib yaşadığı ünvana gəlmişdir. Salehlə vidalaşanda telefon nömrəsini ona vermişdir. Ona baş çəkməyə gələn qardaşı Bəşirə Salehin mehribançılığı və qonaqpərvərliyi barədə danışmış, qardaşı xəstə olduğunu deyərək Salehin yanına getmək istədiyini bildirmişdir. O da telefon vasitəsi ilə Salehlə əlaqə saxlamış, hətta qardaşı Bəşir də Salehlə telefonda danışmış, Saleh onu Aslandüzə dəvət etmiş, onu həkimə aparacağına söz vermişdir. Bundan sonra Bəşir müalicə olunmaq üçün İrana getmişdir. Tarixi xatırlamadığı gün Saleh telefon danışığı zamanı bildirmişdir ki, bir nəfərlə bir qutu maşın yağı göndərəcək, həmin yağı ondan gəlib götürəcəklər. O da Salehin ona etdiyi hörmətlərə görə onun xahişini qəbul etmişdir. 3 dekabr 2018ci il tarixdə saat 10 radələrində Saleh ona “vatsap” vasitəsilə zəng edərək bir şəxsin onun yaşadığı evin həyətində gözlədiyini və yağı gətirdiyi demişdir. Bu zəngdən sonra o blokun qarşısına çıxaraq tanımadığı bir kişidən ona təqdim olunan qutunu alıb evinə qalxmışdır. Qutunu təqdim edən kişi ilə heç bir söhbəti olmamış, sadəcə həmin şəxs qutuda yağ olduğunu deyib qutunu ona təqdim edib çıxıb getmişdir. O, blokdan evinə qalxmamış, Salehin zəngini gözləmişdir. Təxminən 5 dəqiqədən sonra Saleh yenidən zəng edərək yağı alacaq şəxsin onun yaşadığı binanın həyətinə gəldiyini bildirmişdir. Yağ qutusunu götürərək blokdan binanın qarşısına çıxmış, orada məhkəmə zalında şahid qismində dindirilmiş Şahid1 ağ rəngli minik avtomobilində gözlədiyini görmüş və maşina yaxınlaşdığı zaman Malik ondan yağ qutusunu alıb özünü Gömrük Komitəsinin əməkdaşı kimi təqdim etmiş və araşdırma aparmaq adı ilə Gömrük Komitəsinə aparmışlar. Orada yağ qutusuna baxış keçirilən zaman ona məlum olmuşdur ki, Salehin göndərdiyi qutuda yağ deyil, cəmi çəkisi 5 kq olan narkotik vasitə sayılan həşiş qətranı olmuşdur. Baxış protokolunda Gömrük komitəsinin əməkdaşlarının təkidi ilə yazmışdır ki, ona təqdim edilən qutuda narkotik vasitə olmuşdur. Onu aldatmışlar ki, belə göstərdiyi təqdirdə məsuliyyətdən azad olunacaqdır. Qardaşı Təqsirləndirilən şəxs2 İranda girov saxlanılmasını müstəntiqdən bilmişdir. Yəni ona qədər Bəşirlə danışıqları olmuş, Bəşir girov götürülməsinə dair heç bir söz deməmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai araşdrma zamanı şübhəli şəxs qismində dindirildiyi 04 dekabr 2018-ci il tarixli ifadəsi və eyni tarixli təqsirləndirilən şəxs qismində ifadəsi elan edildikdə həmin ifadələrin düzgün olduğu və bu ifadələri təsdiq etdiyini bildirərək göstərmişdir ki, 4 noyabr 2018-ci il tarixdən 07 noyabr 2018-ci il tarixədək bacısı Yeganə ilə İİR-da olmuş, Parsabad şəhərində həkimə getdikləri zaman orada təsadüfən Saleh və Xədicə adları olan İİR-sı vətəndaşları ilə tanış olmuşlar, sonuncular onu və bacısını daha yaxşı həkimə aparacaqlarını vəd edərək yaşadıqları Aslandüz şəhərinə dəvət etmişlər. O və bacısı Salehgilin səmimiyyətinə inanaraq dəvəti qəbul edib Aslandüz şəhərinə getmiş, orada bu ər-arvad onu həkimə aparmış, orada onda şiş olduğu və əməliyyat olunmasına zərurət olması üzrə çıxmış, lakin pulu olmadığı üçün o əməliyyata girə bilməmiş, 07 noyabr 2018-ci il tarixdə Azərbaycana bacısı ilə birlikdə qayıtmışdır. Salehgildə qaldığı üç gün ərzində sonuncu onlara heç bir qanunsuz təklif etməmiş, narkotik vasitələr barədə ümumiyyətlə heç bir danışıqları olmamışdır. İİR-dan Azərbaycana 07.11.2018-ci il tarixdə keçərkən nə onun, nə dəki bacısının üzərində heç bir qanunsuz- əşya olmamış, Azərbaycanda “Watsap” vasitəsilə Salehlə əlaqə saxlamış, ümumi mövzuda söhbətlər aparmışdır. Qardaşı Təqsirləndirilən şəxs2 ona baş çəkməyə gəldikdə Salehin zəng etməsi ilə üst-üstə düşmüş və Bəşir Salehə bacılarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığın bildirmiş, Saleh Bəşiri də qonaq dəvət etmişdir. Bəşir bədənində ağrılar olduğunu, özünü həkimə göstərmək üçün İrana getmək istədyini bildirdikdə Saleh onu öz şəhərinə, yəni Aslandüzə dəvət edərək Bəşiri həkimə aparacağını demişdir. x24 dəvətini qəbul etmiş və 30 noyabr 2018-ci il tarixdə İrana, Salehin yanına getmişdir. x7 zaman, yəni 02 dekabr 2018-ci ildə Saleh onunla “Watsap” vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, narkotiki o Ukraynadan gələn şəxsə təqdim etməli, həmin şəxsdən 30000 manat pul almalı, özünə o puldan 500 manat götürməli, qalan pulu isə onun Əmir adında olan şəxsə, hansı ki, narkotik vasitəni artıq Azərbaycana keçirmişdir təhvil verməlidir. O bu işdən qorxaraq imtina etmiş, bu zaman Saleh ona hədə-qorxu gələrək bildirmişdir ki, qardaşı Bəşiri orda girov saxlamış, əgər onunla razılaşmasa Bəşiri suya atacaqdır. O Bəşirin başına hadisə gəlməsin deyə Salehin şərtini qəbul etmiş, bundan sonrakı gün, saat 10:00 radələrində tanımadığı şəxs ona yaşadığı binanın qarşısında selofan torba təqdim etmiş, bundan təqribən yarım saat sonra Saleh ona zəng edib alıcının gəldiyini, torba ilə binanın qarşıçına çıxmağı demiş, o torba ilə birlikdə həyətə yenib onu qarşılayan Şahid1 maşınına mindikdə yaxalanmışdır. Qardaşı Bəşirin girov götürülməsindən sonuncuya Salehgilin ziyan vura biləcəyindən qorxub heç kəsə məlumat verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma bacısıdır. Bacısı ailəsi ilə birlikdə Abşeron rayonu, ünvanını bilmədiyi məcburi köçkünlər üçün tikilmiş binada yaşayır. Onun özü isə Fizuli rayonu, Bala Bəhmənli kəndində yaşayırdı. Əvvəllər, yəni 1994-cü ildən etibarən x8 vilayətində yaşamış, 2007-ci ildə x8 vilayətində qəsdən adam öldürdüyünə görə 9 il müddətinə azadlıqdan məhrum olunmuş, 2017-ci ilin mart ayının 17-də cəzasının sonu ilə azad olunmuş və 2017-ci iln aprel ayının 28-i Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya edilmiş, Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşamışdır. 2018-ci ilin noyabr ayında bacısı Püsdəxanım müalicə olunmaq üçün digər bacısı Yeganə ilə İrana getmişlər. Bacıları İrandan qayıtdıqdan sonra Püsdəxanıma baş çəkmək üçün sonuncunun yaşadığı evə getmişdir. x21 Aslandüz şəhərinə getdiyini, orada xəstəxanaya getdikdə Saleh adlı şəxslə və Salehin arvadı ilə tanış olduqlarını, Salehgilin dəvəti ilə onların evində qonaq olduqlarını bildirmişdir. O da Püsdəxanımdan xahiş etmişdir ki, onu Salehlə telefon vasitəsi ilə calaşdırsın ki, o, həm bacısına görə Salehə minnətdarlığını bildirsin, həmçinin özünün səhhəti ilə bağlı ondan məsləhətləşmələr aparsın. Püsdəxanım telefonu ilə “Watsap” vasitəsi Salehlə video görüntü yaratmış və o Salehlə çox səmimi şəkildə söhbət etmişdir. Danışıq zamanı Saleh həkim müayinəsi üçün onu İrana qonaq dəvət etmişdir. 30 noyabr 2018-ci il tarixdə o, Biləsuvar gömrük məntəqəsinə gələrək bacısı Püsdəxanıma zəng etmiş, sonra İran İslam Respublikasına keçərək orada onu qarşılayan Salehlə görüşüb Aslandüz şəhərinə getmişlər. Saleh onu öz evinə aparmış, daha sonra onu həkimə aparmışdır. 01.12.2018-ci ildə Salehin İbrahim adlı dostu onun evinə gəlmiş, üçü birlikdə çörək yedikdən sonra İbrahim ona bildirmişdir ki, külli miqdarda narkotik var, həmin narkotiki kürd qaçaqmalçıları vasitəsi ilə artıq Azərbaycana keçirmişlər və onu Ukraynada yaşayan Azad adlı bir azərbaycanlı almaq istəyir. Lakin o, Azadın etibarlı adam olmasına tam əmin deyildir. O, İbrahimə təklif etmişdir ki, onu Azadla telefon vasitəsi ilə calaşdırsın, Azadla söhbət etsin. İbrahim və Saleh « Watsap» vasitəsi ilə onu Azadla calaşdırmışlar. Azada özünü «Şükran» adı ilə təqdim etmiş, Azaddan Kiyevdə yaşayan qohumu Süleyman Aslanovu tanıyıb-tanımadığını soruşmuş, Azad Süleymanı tanıdığını, Süleymanın ət alveri ilə məşğul olduğunu, ondan Azadı soruşa biləcəyini bildirdikdə Azadın etibarlı olması qənaətinə gələrək öz fikrini İbrahimgilə bildirmişdir. Saleh bildirmişdir ki, malı Azərbaycana keçirən kürd qaçaqmalçıları narkotiki birbaşa Azada verməyi qorxurlar. Saleh təklif etmişdir ki, keçirilən narkotiki bacısı Püsdəxanım qəbul edib Azada versin və Azaddan həmin narkotikə görə pulu alıb dediyi adama versin və Azaddan həmin narkotikə görə pulu alıb dediyi adama vernsin. O da Salehlə razılaşmış və 02 dekabr 2018-ci il tarixdə SAleh bacısı ilə danışıb məsələni ona izah etmişdir. Onun yanında Saleh Püsdəxanımla danışaraq “qardaşın mənim yanımdadır, onun başını kəsərəm. Onu girov saxlamışam” deyərək Püsdəxanımı qorxuzmuş, Azadın Püsdəxanıma verəcəyi 30.000 manatdan Püsdəxanıma 500 manat pul verəcəyini demişdir. O da öz növbəsində Salehin telefonu ilə Püsdəxanıma razılaşmasını deyərək onu razı salmışdır. Bundan sonra o iki gün Salehgildə qalmış heç bir yerə getməmişdir. Bu iki gündə Saleh ona xüsusi xidmət göstərmiş, araq alıb birlikdə içmişlər. Birlikdə qəlyanxanaya gedib qəlyan çəkmişlər. 03 dekabr 2018ci il tarixdə isə Saleh ona bildirmişdir ki, Püsdəxanım tutulmuşdur. Püsdəxanımın tutulduğunu biləndə Saleh və İbrahimlə mübahisə etmiş, onu Azərbaycana yola salmalarını tələb etmişdir. Saleh və İbrahim onu döymüşlər, bundan 8-9 gün sonra daha doğrusu 12 dekabr 2018-ci il tarixdə onlar onu sərbəst buraxmışlar və o,Biləsuvar gömrük məntəqəsindən keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilmişdir. Saxlanıldığı zaman üzərində heç bir qanunsuz əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinın Əməliyyat-istintaq Baş İdarəsinin Əməliyyat x4 Şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirilmiş əməliyyat tədbirləri zamanı tanımışdır. Təqsirləndirilən şəxs1 sonuncu ona yaşadığı binanın qarşısında 5 kq həşiş qətranı verdiyi zaman, Təqsirləndirilən şəxs2 isə sonuncu ilə telefon əlaqələri yaratdığı zaman tanımışdır. Belə ki, Əməliyyat-İstintaq Baş x6baqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin keçirilməsi ilə məşğul olan şəxslər barəsində məlumat daxil olmuş, həmin dəstəni ifşa etmək üçün İİR-sı vətəndaşı olan, Parsabad şəhərində yaşayan özünü “Murtuz” kimi təqdim etmiş şəxslə etibarlı şəxsin vasitəsilə o, Ukrayna Respublikasının vətəndaşı “Azad” adı altında əlaqə yaratmış, “Murtuz” adlı şəxsin daxil olduğu mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrinin Azərbaycan Respublikasının ərazisinə hansı yolla, kimlər tərəfindən hansı şəkildə gətirilməsi, harada saxlanılması və kimlər tərəfindən realizə olunacağı barəsində müəyyənləşdirici məlumatlar əldə etmək üçün tərəfindən müxtəlif əməliyyat oyunlarından istifadə olunmuşdur. “Murtuz”la «Watsap” vasitəsi ilə əlaqə zamanı sonuncu onda 25.000 manata 5 kq. həşiş qətranı əldə etməyi, narkotikin Bakı şəhərində etibarlı şəxsdə olmasını bildirmişdir. Əməliyyat oyununun qaydalarına uyğun olaraq o, ilk olaraq malın baha qiymətə təklif edildiyini bəhanə gətirərək narkotik vasitəsini almağa razı olmamış, qiyməti endirməyi xahiş etmişdir. Bu zaman “Murtuz” ona 10 dəqiqəyə təkrar zəng edəcəyini bildirmiş, təxminən 10 dəqiqədən sonra Murtuz ona zəng edərək narkotik vasitənin hər kiloqramına 4000 manat ödəməklə cəmi 20.000 manat qiymətə 5 kq həşiş qətranı təklif etmişdir. O, razılıq verdikdən sonra “Murtuz” ona əlavə olaraq onun özündə hal-hazırda 5 kq. “Kokos” adlanan heroindən ibarət narkotik vasitənin olduğunu deyərək ona da alıcı tapmağı xahiş etmişdir. O isə bu məsələ ilə bağlı Rusiyada olan tanışları ilə danışmalı olduğunu bildirmiş, heroinin qiyməti ilə maraqlandıqda Murtuz heroinin 1 kq-nı 23000 manat olduğunu demişdir. Növbəti danışıq zamanı o, «Murtuza» heroinə alıçı tapdığını, hazırda Ukraynada olduğunu və 29 noyabr 2018-ci il tarixdə Bakıya gedəcəyini demişdir. Murtuz isə öz növbəsində həşiş qətranını alarkən, əlavə olaraq ona heroinə görə beh olaraq 10000 manat verməsini istəmişdir. O da Murtuzun təklifi ilə razılaşmışdır. “Murtuz”bildirmişdir ki, 5 kq çəkidə olan olan həşiş qətranını Bakı şəhərində etibarlı adama təqdim etmişdir. 30 noyabr 2018-ci il tarixdə Murtuzla əlaqə saxlayaraq Bakıya gəldiyini bildirmiş, lakin Murtuzun Bakıda həşiş qətranını verdiyi şəxsdən ehtiyyat etdiyini bildirmişdir. “Murtuz” cavab olaraq, heç nədən narahat olmamağı, narkotik vasitəni ona onunla çox yaxın ailəvi münasibətləri olan şəxs tərəfindən satılaçağını bildirmiş, həmin şəxsin vasitəsilə gələcəkdə də narkotik vasitələrin satışını keçirəcəyini demişdir. Murtuz həmçinin bildirmişdir ki, Bakıdakı şəxs qadın olmaqla qardaşı onlara qonaq gələcəyini bildirmişdir. Murtuzla mütəmadi şəkildə danışıqları davam etdirmiş, hər telefon danişığında sonuncudan müəyyənedici məlumatlar əldə edirdi. Elə həmin gün, bir neçə saatdan sonra Murtuz ona zəng edərək Bakıdakı adamlarının “Şükran” adlı qardaşının yanında olmasını, Şükranın onunla danışmaq istədiyini demişdir. O da buna etiraz etməmişdir. “Şükran” adlı şəxs onun həqiqətəndə Ukrayna vətəndaşı olmasını, oradakı cinayətkar ünsürlərlə əlaqəli olub-olmamasını müəyyənləşdirmək üçün çox saylı suallar vermiş, Kiyev şəhərində yaşayan dayısı oğlu Süleyman Aslanovu tanıdığını soruşmuş, o da həmin şəxsi həqiqətən tanıdığından onun barəsində danışmış, Süleymanın digər qardaşı ilə birlikdə Kiyevdə ət alveri ilə məşğul olmalarını, Süleymandan onu soruşa biləcəyini Şükrana demişdir. Onun cavabları özünü Şükran kimi təqdim edən şəxsi qane etmişdir. Öz növbəsində Şükran onun suallarına cavab olaraq bildirmişdir ki, Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşadığını, Rusiyada uzun müddət həbsdə olduğunu “Murtuz”la ailəvi dost olduqlarını bildirmiş və söhbətin sonunda narkotik vasitəni sabah bacısıgildən götürmək imkanı olduğunu soruşmuşdur. Şükran əlavə olaraq ona heç nədən çəkinməməyi tövsiyyə etmişdir. Operativ olaraq əməliyyat yolu ilə müəyyən etmişlər ki, Füzuli rayonunun Böyük Bəhmənli kəndində Şükran adlı şəxs həqiqətən yaşayır, lakin həmin şəxs hal-hazırda kənddədir, lakin Şükranın Təqsirləndirilən şəxs2 ad-soyadı olan qohumu hal-hazırda İrandadır. Beləliklə, özünü Şükran kimi təqdim edən şəxsin həqiqi adının “Bəşir” olmasını müəyyənləşdirmişlər. 03 dekabr 2018-ci il tarixdə səhər saatlarında “Bəşir” “Murtuzun” telefon nömrəsindən zəng edərək ondan narkotik vasitəsini bacısıgildən nə vaxt götürəcəyi ilə maraqlanmış, bacısının yaşadığı Binəqədi rayonu Mehtiabad Gənclər şəhərciyi bina 8 ünvanını ona vermişdir. O, Bəşirə narkotik vasitəsini saat 13.00-14.00 radələrində götürə biləcəyini demişdir. Telefon danışığından sonra dərhal əməliyyat qrupu yaradılmış və saat 12.00 radələrində “Bəşirin” dediyi ünvana yollanmışlar. Yol boyu “Murtuz” və “Bəşir” onunla telefon əlaqəsi saxlayırdılar. Binəqədi rayonu Mehtiabad Gənclər şəhərciyinə yaxınlaşan zaman “Bəşir” ona narkotik vasitəni verəcək bacısigilin evinə qalxmağı, mala rahat baxmağı və çay içərək rahat alver etməyi, heç nədən narahat olmamağı demişdir. O isə Bəşirə bacısigilin yaşadığı mənzilə getməkdən utandığını deyərək, bacısının binanın qarşısına enməsini, ora gəldiyi avtomaşının nömrəsini ona bildirmişdir. Təqribən 5 dəqiqədən sonra hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 binanın blokundan çıxaraq avtomaşına yaxınlaşaraq avtomaşının arxa oturacağında oturmuşdur. Onun əlində bir qutu var idi. Püsdəxanım bildirmişdir ki, qutudakı narkotik vasitəsi olan həşiş qətranıdır, bu qətrana görə pulu ona ödəməsini demişdir. Bu zaman onlar Püsdəxanıma özlərini təqdim edərək onu əlində olan qutu ilə birlikdə Dövlət Gömrük Komitəsinın Əməliyyat-istintaq Baş İdarəsinin inzibati binasına gətirib hal şahidlərinin iştirakı ilə qutuya baxış keçirmişlər. “Watsap” vasitəsi ilə Murtuz və Bəşirlə olan səs yazılarını CD diskinə köçürərək istintaqa təqdim etmişdir. Əlavə olaraq bildirir ki, onun fəaliyyəti Gömrük Məcəlləsinə, Gömrükdə Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanunvericiliyə tam uyğundur. x13 verdiyi suallara ardıcıl olaraq aşağıdakıları bildirir:

1. İİR-sı Aslandüz şəhərindən respublikaya qanunsuz olaraq külli miqdarda narkotik vasitənin gətirilməsi ilə bağlı əməliyyat tədbirinin başlanğıc tarixini xatırlamır. Belə ki, artıq bu əməliyyatın keçirilməsindən bir il vaxt keçmiş, həmin bir il müddətində çox sayda yeni əməliyyatlar keçirmiş, hətta bu gün də əməliyyat tədbirindən məhkəməyə gəlmişdir.

2. O, Saleh deyil, adını ona Murtuz kimi təqdim edən şəxslə telefon əlaqələri saxlamışdır.

3. Bəli, onda dəqiq əməliyyat məlumatı var idi ki, bu iranlı şəxs əvvəllər də respublika ərazisinə qanunsuz olaraq narkotik vasitələrin keçirilməsini təşkil etmişdir. Əməliyyatın da məqsədi həmin şəxsi ifşa edib gələcəkdə onu yeni cinayətlərdən uzaqlaşdırmaq olmuşdur. Bu məqsədlə özünü həmin şəxsə Ukraynada yaşayan «Azad» adlı şəxs kimi təqdim etmiş, onunla əməliyyat oyunu aparmışdır. Bu qanuna tam uyğundur.

4. Təqsirləndirilən şəxs1ı və Təqsirləndirilən şəxs2 o, yalnız bu əməliyyat zamanı tanımış, onun bu şəxsləri cinayətə sövq etmək məqsədi olmamış, əksinə Murtuz kimi tanıdığı şəxslə telefon danışıqları apardığı zaman Təqsirləndirilən şəxs2 sonuncunun telefonu ilə onunla danışaraq kimliyini araşdırmağa başlamış, Kiyevdə yaşayırsa, Bəşirin qohumlarını tanıyıb-tanımadığını soruşmuş, təsadüf nəticəsində Bəşirin adlarını çəkdiyi qohumlarını tanımış, onların ət alveri ilə məşğul olmasını demişdir. Yalnız bundan sonra Murtuz da onun real narkotik alıcısı olmağına inanmış, bunu telefon danışıqları zamanı etiraf edərək demişdir ki, polis olmağından şübhələnirdi, lakin Bəşirlə danışıqdan sonra ona inanmışdır. Əməliyyata qədər o, iranlıdan heç bir məbləğdə pul almamış, lakin ona demişdir ki, əlavə olaraq ona 10.000 manat pul göndərəcəkdir. Bunu deməkdə məqsədi əməliyyatın uğurlu keçirilməsi olmuşdur.

5. Müdafiəçinin istinad etdiyi səs yazıları cinayət işinin materiallarında olmaqla yanaşı, onun özündə də var. O, əməliyyatçı kimi deyil, şərti alıcı kimi çıxış etmiş, heç kimi narkotik qaçaqmalçılığına təhrik etməmişdir.

6. Xeyr, Bəşirin iranlı tərəfindən girov götürülməsindən məlumatı olmayıb. Bəşir İrandan Azərbaycana qayıtdıqda onun saxlanılmasında şəxsən iştirak etməmiş, bu səbəbdən onun bədənində xəsarətlərin olub-olmamasını bilə bilməzdi. Təqsirləndirilən şəxs2 tutulanda o, Bakıda idi, tutulandan sonra Bəşiri Bakıya gətirdilər, o, Bəşiri həmin vaxt tanımışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs2 heç bir təzyiq göstərilməyib. Onun səlahiyyətləri çərçivəsində deyildir ki, Bəşirin döyülməsini araşdırsın.

7. Təqsirləndirilən şəxs1 ilə bir gün ərzində lazımi sənədləşmə apardıqdan sonra materialları istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs1 kim olmasından məlumatı olmayıb. İranlı ona bildirmişdir ki, Bəşirin yaxın qohumu var, narkotik vasitə həmin qohuma çatdırılacaq, o isə narkotik vasitəni həmin şəxsdən alıb pulu ödəməli idi. 03.12.2018-ci il tarixdə Püsdəxanımın yaşadığı ünvanı telefonla Bəşirin özü ona izah etmiş, o zaman bilmişdir ki, Bəşir bacısının yaşadığı ünvanı göstərir və narkotiki o, Bəşirin bacısından almalıdır. Yəni, Püsdəxanımın yaşadığı Gənclər şəhərciyindəki ünvanı ilk dəfə 03.12.2018-ci il tarixdə Bəşirin sözlərindən bilmişdir. İstintaqa təqdim etdiyi səs yazılarını iranlı ilə danışdığı mobil telefon vasitəsi ilə yazmışdır. Onun bir neçə telefonu var, bu səbəbdən artıq xatırlamır ki, həmin telefonların hansı ilə səs yazısı aparılmışdır.

10. Müdafiəçinin növbəti sualına cavab olaraq bildirir ki, əməliyyat Gömrük Komitəsinin rəhbərliyinin qərarı əsasında aparılmış, həmin əməliyyat tam qanunidir. Məhkəməyə əməliyyatın keçirilməsinə dair məlumatın verilib-verilməməsini artıq xatırlamır, heç bu məsələ onun səlahiyyətinə aid deyildir. Xatırladığına görə idarədə Püsdəxanımın üzərinə baxış qadın əməkdaşlar tərəfindən keçirilmiş, həmin vaxtı da Püsdəxanımın telefonu götürülmüş və istintaqa təqdim edilmişdir. İbtidai istintaq zamanı Püsdəxanımın telefonundakı məlumatlarla bağlı tərtib olunmuş protokolun məzmununu bilmir, bu haqda heç bir şey deyə bilməz. Həmin vaxt müdafiəçi dəvət olunmuş, Püsdəxanımın telefonunu götürülmış və idarədə baxış keçirilmişdir.

12. Xeyir, Püsdəxanımın telefonundakı Salehlə digər danışıqları onlar silməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, Gömrük Komitəsinin yanında yerləşən «Avrora» şirkətində sürücü işləyir. 03 dekabr 2018-ci il tarixdə saat 16 radələrində iş yoldaşı Şahid3 ilə Mətbuat prospekti ilə keçəndə bir nəfər gömrük əməkdaşı kimi təqdim etmiş şəxs onlara yaxınlaşaraq hər ikisini bir nəfər qadından götürülmüş karton qutusuna baxışda hal şahidi qismində iştirak etməyi təklif etmişlər. O və Alagöz gömrük əməkdaşının təklifi ilə razılaşmışlar və Dövlət Gömrük Komitəsinın Əməliyyat-istintaq Baş İdarəsinin inzibati binasına gələrək lift vasitəsi ilə xatırlamadığı mərtəbəyə qalxmışlar. Orada xidməti otaqların birində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1 və gömrük əməkdaşlarını görmüşdür. Həmin otaqda onlara hal şahidinin hüquq və vəzifələri izah edilmiş, yəni gördükləri bütün halları lazım gəldikdə istintaq və məhkəmədə təsdiq etmək, tərtib olunmuş protokola imza atmaq. Otaqda olan masanın üzərində bir ədəd karton bağlama var idi. Həmin bağlama onun və Alagözün iştirakı ilə açıldı. Bağlamanın içindən aşkar olunmuş 5 kq çəkidə maddənin narkotik vasitə olduğunu, həmin bağlamanın Təqsirləndirilən şəxs1 aşkar olunduğunu bildirdilər. Püsdəxanım özü də otaqda olmaqla bağlamanın və içindəki əşyanın ona tanımadığı şəxslər tərəfindən verildiyini etiraf etmişdir. Bundan sonra tərtib olunmuş protokolu heç bir təzyiq olmadan Püsdəxanımın özü, o və Şahid3 imzalamışlar. Hadisədən artıq 6 aydan çox vaxt keçdiyi üçün ola bilsin ki, hər şeyi dəqiq xatırlamır. Bu səbəbdən protokolda qeyd edilənləri, həmin ərəfədə verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1ı bir dəfə görmüşdür. Belə ki, 03.12.2018-ci il tarixdə günorta radələrində iş yoldaşı Şahid2la birlikdə Mətbuat prospektindən keçdikdə Gömrük Komitəsinin əməkdaşı onlara yaxınlaşaraq hər ikisini hal şahidi qismində bir nəfərdən aşkar olunmuş çantaya baxışda iştirak etməyə dəvət etmişlər. Elnurla o razılaşaraq Dövlət Gömrük Komitəsinın Əməliyyat-istintaq Baş İdarəsinin inzibati binasına daxil olmuşlar. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 görmüşdür. Gömrük əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs1 bağlama aşkar olunmuş, həmin bağlamada narkotik vasitəyə bənzər maddənin olmasından şübhələndikləri üçün həmin bağlamaya baxış keçirəcəklər. Bundan sonra bağlama açıldıqda içindən tanımadığı maddə aşkar edilmişdir. Gömrük əməkdaşlarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 etiraf etmişdir ki, bağlama ondan götürülmüş, həmin bağlamanı tanımadığı şəxs ona vermişdir. Qeyd etmək istəyir ki, baxışdan əvvəl ona və Elnura hal şahidinin hüquq və vəzifələri izah edilmiş, yəni gördükləri bütün halları lazım gəldikdə istintaq və məhkəmədə təsdiq etmək, tərtib olunmuş protokola imza atmaq. Otaqda tərtib olunmuş protokola heç bir təzyiq və təsir olmadan Püsdəxanımla yanaşı o və Elnur imza atmışlar. Artıq xeyli vaxt keçdiyi üçün bağlamada olan maddənin çəkisini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 doğma bacısı, Təqsirləndirilən şəxs2 isə doğma qardaşıdır. O, öz xoşu ilə ifadə verməyə razılaşmış və bildirir ki, təqsirləndirilən şəxslərin böyük bacısıdır. Özündə olan ayağındakı ağrılarla və bacısı Püsdəxanımın qolunun altındakı şişlə əlaqədar keçən il noyabr ayının təxminən 2də Biləsuvar kömrük keçid məntəqəsindən İİR-na keçmişlər. Orada taksi sürücülərinin birinə həkimə gəldiklərini dedikdən sonra sonuncu onları yaxınlıqda olan Parsabad şəhərinə aparmış, orada xəstəxanada həkimin qəbuluna girmək üçün növbə gözlədikləri vaxt onlarla bərabər növbə gözləyən iranlı ailəsi ilə tanış olmuşlar. Yəni, Saleh və onun arvadı Xədicə ilə gəlməklərinin məqsədini bildirən zaman Saleh təklif etmişdir ki, onlarla birlikdə Aslandüz şəhərinə getsinlər, orada onları yaxşı həkimə aparacağına söz vermişdir. Elə də oldu. Aslandüz şəhərində bacısı ilə birlikdə həkim müayinəsindən keçmiş, ona dərman yazılmış, bacısına isə bildirmişlər ki, qoltuğunun altındakı piy vəzi şişdiyindən əməliyyat olunmalıdır. Lakin maddi imkanları olmadığı üçün bacısı əməliyyata girə bilməmiş, belə razılaşmışlar ki, qayıtsınlar Azərbaycana, pul toplayıb yenidən həkimə gəlsinlər. Növbəti gün Salehin və onun arvadı Xədicənin köməyi ilə yerli mağazalardan ucuz qiymətə ərzaq məhsulları alaraq Azərbaycana qayıtmışlar. Qayıtdıqdan sonra Saleh ona və bacısı Püsdəxanıma zənglər edərək hal-əhval tutmuşdur. Ona həmçinin Salehin yoldaşı da zəng etmiş, Azərbaycana qonaq gəlmək istədiklərini bildirmişdir. O isə onları qonaq dəvət etmişdir. Başqa səpkidə heç bir söhbətlər olmamışdır. Qardaşı Bəşir də Salehin yanına həkimə keçən il noyabr ayının son günlərində getmiş, oradan dekabrın 12-nə qədər onunla telefon əlaqəsi saxlamış, girov saxlanılması və yaxud incidilməsi barədə heç bir söz deməmişdir. Bacısı Püsdəxanımın tutulmasını başqa bacısından bilmişdir. Buna çox məyus olmuşdur. Bacısının narkotik saxlamasına və satmasına heç cürə inanmır. Bacısı ailəlidir, iki körpə uşağı var, qaçqınlar və məcburi köçkünlər üçün inşa edilmiş şəhərcikdə yaşayır. Bacısı tutulanadək ona qarşı kimsə tərəfindən edilən təzyiqdən, hədəqorxudan bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşı, Təqsirləndirilən şəxs2 isə qaynıdır. Məhkəmədə ifadəsini könüllü, öz istəyi ilə verir. Püsdəxanımla uzun müddətdir evlidirlər, birgə nigahdan 5 və 8 yaşlarında uşaqları var. Püsdəxanımın qolunun altında şiş olduğu üçün böyük bacısı Yeganə ilə 2018-ci ilin noyabr ayının əvvəllərində İİR-na həkim müayinəsinə getmişlər. 07 noyabr 2018-ci il tarixdə onlar geri qayıtmışlar. Aslandüz şəhərindən olan bir ailə ilə tanış olduqlarını, həmin ailənin qonağı olduqlarını, böyük hörmətlə qarşılandıqlarını demişlər. Yoldaşı sonrakı günlər də iranlı tanışları ilə telefon əlaqəsi saxlayaraq hal-əhval tutmuşdur. Hansısa qanunsuz əşyanın onlara gətirilməsi, sonra kiməsə ötürülməsi barədə məlumatı yoxdur. Püsdəxanım ona belə bir şeylər deməmiş, əgər belə bir şey desəydi o buna imkan verməzdi. O, Şuşa sakinidir, məcburi köçkündür, atası Xəyyam Mirzəyev polis əməkdaşı olmuş, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. x29 getməsindən məlumatı vardır. Lakin onun orada girov saxlanılması barədə ona bir şey deyilməmişdir. Cinayət işində olan əməliyyat idarəsinin rəisi Hacı Hacıyevin (c.1, i/v 4), əməliyyat istintaq baş idarəsinin rəisi Məsum Rəsulovun (c.1, i/v 6) raportlarından, istintaq və təhqiqat idarəsinin rəisinə təqdim olunmuş arayışdan (c1, i/v 7-8), əməliyyat qrupunun yaradılması və əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (c.1, i/v 9-10), baxış keçirilməsi və götürülməyə dair 03.12.2018-ci il tarixli protokoldan (c.1, i/v 11-12) müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İİR-nın Biləsuvar şəhərində yaşayan «Saleh» adlı İİR vətəndaşı Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq külli miqdarda narkotk vasitə keçirməsini həyata keçirmiş, həmin narkotik vasitə şərti alıcı qismində çıxış edən gömrük əməkdaşı Şahid1 tərəfindən 03 dekabr 2018-ci il tarixdə, saat 13:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu “Mehdiabad gənclər şəhərciyi”ndə yaşayan «Bacı» ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs1 götürüldüyü zaman sonuncu saxlanılmış və əməliyyat işçisinə satmaq üçün təklif etdiyi içərisində narkotik vasitə hişişə oxşar maddə olduğu ehtimal edilən 1 (bir) ədəd karton qutuya baxış keçrilməsi üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməldiyyat İdarəsinin inzibati binasına gətirilmişdir. Cinayət işində olan «baxış keçirilməsi və götürülməyə dair» 03 dekabr 2018-ci il tarixli protokoldan müəyyən olunur ki, Dövlət Gömrük Komitəsi inzibati binasında Təqsirləndirilən şəxs1 şərti alıcıya satmaq üçün təklif etdiyi içərisində narkotik vasitə olan 1 ədəd kartona onun, hal şahidləri və gömrük əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, üzərində “QUİCKS” yazıları və ütü şəkli olan 1 (bir) ədəd dördkünc kağız karton qutunun daxilinə keçirilmiş baxış zamanı orada 1 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində 5 (beş) ədəd yastı dördkünc formalı - 2 ədəd üzərində “lavazza”, 2 ədəd üzərində “lacampina” və 1 ədəd üzərində “rossa” yazıları olan polietilen bağlamaların daxilində spesifik qoxuya malik maddələrin aşkar edilmiş, daha sonra qeyd olunan bağlamaların «QuickS» markalı elektron tərəzi ilə çəkilərək hər biri ayrılıqda 1021, 1007, 1028, 1024, 1005 qram qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisinin 5085 qram olduğu müəyyən edilmiş, qablaşdırılmış və müvafiq sənəd tərtib edilərək imzalanmışdır. Cinayət işində olan 03 dekabr 2018-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CMnin 206.2 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 4(004)-926/2018 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 03.12.2018ci il tarixdən hesablanmışdır. Cinayət işində olan 13 dekabr 2018-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 13.12.2018-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan sərhədkeçmə hesabatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 04.11.2018-ci il tarixdə Biləsuvar sərhəd məntəqəsindən keçməklə İran İslam Respublikası ərazisinə daxil olmuş, 07.11.2018-ci il tarixdə Biləsuvar sərhəd məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Həmçinin digər hesabatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 30 noyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd məntəqəsindən keçməklə İran İslam Respublikası ərazisinə daxil olmuş, 12 dekabr 2018-ci il tarixdə Biləsuvar sərhəd məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Cinayət işində olan Penitensiar Xitdmətin Bakı İstintaq Təcridxanasının 17/38-7684 saylı, 17.12.2018-ci il tarixli məlumatdan müəyyən olunur ki, 17.12.2018-ci il tarixdə təxminən saat 11:30 radələrində müəssisənin tibb-sanitar hissəsində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman onun sol döş qəfəsinin aşağı tərəfində sarımtıl rəngli qancır izləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 izahatında bildirmişdir ki, onda aşkar olunmuş xəsarəti həbs olunmamışdan əvvəl İİR-da olarkən tanımadığı şəxslərlə arasında olan münaqişə nəticəsində almışdır. Cinayət işində olan (c.2, i/v 35-36) Təqsirləndirilən şəxs2 11.02.2019-cu il tarixli vəsatətindən müəyyən olunur ki, o, bacısı Püstəxanımın İrandan qayıtması ilə əlaqədar ona baş çəkməyə getmiş, bacısıgildə olduğu zaman iranlı bacısına görüntülü zəng etmiş, həmin vaxt o da iranlı ilə görüntülü danışmışdır. İranlı demişdir ki, «gəl səni də həkimə göstərim, müayinə etsinlər”. Bu məqsədlə İrana getmişdir. Orada olanda onu bir otağa salıb saxlamışlar və demişlər ki, orada qalsın tezliklə qayıdıb gələcəklər. Həmin evdə tək qalmış, bir gün iranlı qaça-qaça gəlib bildirmişdir ki, bacısını Bakıda malla tutmuşlar. O onlardan malın nə olmasını soruşduqda demişlər ki, narkotikdir. İranlılar onu döymüşlər, onlardan buraxılmasını istədikdə, buraxmamışlar, yenə də döymüşlər. İranlılar demişlər ki, nə vaxt buraxacaqlarını özləri bilər, əgər o yan, bu yan olsa cibinə narkotik qoyub iran polisinə təhvil verəcəklər. Bir neçə vaxtdan sonra iranllıar onu Birəsuvar gömrüyünə gətirib, gömrükdən Azərbaycana yola salmışlar. Lakin Azərbaycanda onu saxlamışlar. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 4 dekabr 2018-ci il tarixli, 31621 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 995, 1005, 1020, 990, 1015 qram, ümumi çəkisi 5025 qram olan maddə - narkotik vasitə-həşiş qətranıdır. Həşiş qətranının tədqiqatlardan əvvəl çəkisi 5025 qram, tədqiqatlardan sonra qalıq çəkisi 5024,6 qram olmuşdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 09.01.2019-cu il tarixli, 26 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 06.02.2019-cu il tarixli, 202 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan Respublika Narkoloji Mərkəzin məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Mamedov x12 Mərkəzdə qeydiyyatda olunmamışlar. Cinayət işində olan «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 06 dekabr 2018-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona iş üzrə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən tarix ərzində yəni 03.12.2018-04.12.2018-ci il dövr ərzində Təqsirləndirilən şəxs1 istifadə etdiyi 055 *** ** ** nömrəsinə «Wastsap» proqramı vasitəsi ilə “SSSALEH” kimi qeyd edilmiş +**********78 nömrəsindən, adı “EMİR QOHUM” kimi qeyd edilmiş +**********58 nömrəsindən, adı “Reis” kimi qeyd edilmiş +**********21 nömrəsindən, adı “Gülü” kimi qeyd edilmiş ********** nömrəsindən, adı “Xedcemm” kimi qeyd edilmiş +**********55 nömrəsindən 20 dəfə zənglər daxil olmuşdur. Təqsirləndirilən şəxs1 ifadələrində adını Əmir kimi təqdim etmiş narkotik vasitəni verən şəxsin onun mobil nömrəsinə adını “Əmir qohum” kimi qeyd etməsini bildirmiş və ********** nömrəsini verdiyini qeyd etmişdir. Lakin baxış zamanı müəyyən edilimişdir ki, adı “Emir qohum” kimi qeyd edilən şəxsin nömrəsi İran İslam Respublikası operatoruna məxsus +**********58 nömrəsidir. Bununla da Təqsirləndirilən şəxs1 ilə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə keçirmiş şəxsin danışıqların baş verməsi məhz sonuncu artıq Azərbaycan Respublikası ərazisində olduğu vaxt baş verməsi müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “WhatsApp” mobil əlavəsində siyahıda olan “SSSALEH” adı ilə qeyd edilmiş +**********78 nömrəli mobil nömrədən istifadə edən şəxslə Təqsirləndirilən şəxs1 aralarındakı söhbətin məzmununda aşağıdakılar qeyd olunmuşdur: Təqsirləndirilən şəxs1: Bəşir keçib deyir attamışam tamojnunu, dedim Saleh ordadı səni gözləyir? Nədi? Çatdı Bəşir? Saleh: Hələ deyir içəridəyəm, hələ çölə çıxmıyıb. 01.12.2018, 02.12.2018-ci il tarixlərdə “Saleh” adlı şəxs Təqsirləndirilən şəxs2 ilə bərabər və Təqsirləndirilən şəxs2 müxtəlif kafe və restoranda istirahət zamanı çəkilmiş, eləcə də külli miqdarda AZN-nin əks olunduğu fotoşəkillər 03.12.2018-ci il tarixdə «Watsap» proqramı vasitəsi ilə Püstəxanım Mirzəyevin mobil nömrəsinə göndərilmişdir. Cinayət işində olan «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 12 dekabr 2018-ci il tarixli protokolda əks olunmuş səs yazılarından görünür ki, danışıqlar iranlı «Saleh» (Murtuz), şərti alıcı qismində çıxış edən Şahid1 və həmçinin Təqsirləndirilən şəxs2 arasında baş vermişdir (c.1, i/v 101-105). Cinayət işində olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 07 may 2019cu il tarixli qərardan müəyyən olunur ki, tədqiqatlardan sonra 5024,6 qram olan narkotik vasitə həşiş qətranı Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, telefonla aparılan danışıqlara dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk və “Samsung” və “Nokia” markalı mobil telefonlar cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 x8 Vilayətinin Buzuluk şəhər məhkəməsinin 23.04.2009-cu il tarixli hökmü ilə x11 Məcəlləsinin 105.1-ci maddəsinin ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.03.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq idarəsinin 11.02.2019-cu il tarixli, 14/19-01417 saylı məktubundan müəyyən olunur ki, x8 Vilayətinin Buzuluk şəhər məhkəməsinin 23.04.2009-cu il tarixli hökmü Azərbaycan Respublikasında tanınmamışdır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 5-ci maddəsinin e bəndinə əsasən başqa dövlətin (o cümlədən Müstəqil Dövlətlər Birliyi ölkələrinin) hökmləri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonradan cəza çəkmək üçün Azərbaycan Respublikasına verilmiş hökmün icraya qəbul edilməsi barədə məhkəmə qərarına müvafiq olaraq, Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslər, həmçinin SSRİ-nin ləğvinə qədər onun tərkibinə daxil olmuş müttəfiq respublikaların məhkəmələrinin hökmləri ilə məhkumluğu olan şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilirlər. Belə olan halda Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilmiş şəxs hesab edilməməlidir. Cinayət işində olan Təqsirləndirilən şəxs2 xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o subaydır, ruhi-xəsətə olan bacısı x18 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Təqsirləndirilən şəxs1 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 məcburi köçkündür, onu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ailəlidir, himayəsində iki azyaşlı, 2011 və 2013-cü il təvəllüdlü uşağı vardır. Məcburi qaçqın və köçkünlər üçün inşa edilmiş və ünvan 3 mənzil 84 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İbtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin doğulduğu və Təqsirləndirilən şəxs2 hal-hazıradək yaşadığı Füzuli rayonun PŞ-nə verilmiş sorğulara alınan cavablardan müəyyən olunur ki, təqsirləndirilən şəxslərin heç biri barəsində inzibati xəta və cinayət törətmələri ilə bağlı məlumat qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadələri, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 206.3.2-ci maddəsi ilə ona görə də təqsirləndirilmişlər ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin noyabr - dekabr aylarında İran İslam Respublikası Aslandüz şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə və qardaşı Azərbyacan Respublikasında Təqsirləndirilən şəxs2 ilə 5 ədəd polietilen bağlamada olan külli miqdarda 5025 qram həşiş qətranı narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsinın Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları Təqsirləndirilən şəxs1 yalnız 03 dekabr 2018-ci il tarixdə sonuncunu tutduqları vaxt tanımışlar. Ondan əvvəl Təqsirləndirilən şəxs1 barədə, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumat əməliyyat orqanında olmamışdır. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs1 məhz hadisə günü və hadisə ilə bağlı tanıdığını göstərmişdir. Lakin cinayət işində olan əməliyyat idarəsinin rəisi Hacı Hacıyevin (c.1, i/v 4), əməliyyat istintaq baş idarəsinin rəisi Məsum Rəsulovun (c.1, i/v 6) raportlarında, istintaq və təhqiqat idarəsinin rəisinə təqdim olunmuş arayışda (c.1, i/v 7-8), əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarda (c.1, i/v 9-10), baxış keçirilməsi və götürülməyə dair 03.12.2018-ci il tarixli protokolda (c.1, i/v 11-12) Təqsirləndirilən şəxs1 «Bacı» ləqəbi ilə tanınması işin faktiki hallarına uyğun deyildir. İbtidai istintaq zamanı «İranlı Saleh» adlı şəxs və qeyrilərini müəyyən edib ifadələrinin alınması mümkün olmamış, barədərində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 2018-ci ilin noyabr-dekabr aylarında İİRsının vətəndaşı «Saleh» adlı şəxs +**********78 saylı nömrədən, Təqsirləndirilən şəxs1 +**********58 saylı nömrədən istifadə etmişlər. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin x9 18.01.2019-cu il tarixli, 108-2-6/140-19 saylı məktubundan və bu məktuba əlavə olunmuş 2 vərəqdən ibarət zənglərin açıqlamasından müəyyən olunur ki; +**********78 saylı nömrədən +**********8 saylı telefon nömrəsi 05.11.2018-ci il tarixdən 24.11.2018-ci il tarixədək 15 zəng, 01.12.2018-ci il tarixdə isə bir zəng gəlmişdir. Həmçinin +**********8 saylı nömrədən +**********78 saylı nömrəyə 16.11.2018-ci il tarixdə üç zəng olmuş, 03.12.2018-ciil tarixdə, saat 10:33:40-da 2 dəqiqə müddətində daha bir zəng olunmuşdur. Məlumatda digər tarixlərdə bu nömrələr arasında telefon əlaqəsi qeydə alınmamışdır. Cinayət işində olan 06 dekabr 2018-ci il tarixli «mobil telefon aparatına baxış keçirilməsi haqqında» protokolda qeyd olunmuşdur ki, 29.11.2018-ci il tarixdə «Saleh» adlı şəxsin +**********78 saylı nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus +**********8 saylı nömrəyə aşağıdakı məzmunda mesaj daxil olmuşdur: Saleh: «- Bu boyda işi heç zad elədiz, pulunda əvvəli sizə çatırdı da orda,...... ora gələn 30000 siz götürərdiz, xeyirdə götürəcəkdiniz, mənə yolladığın pulu da götürərdiz, amma bu iş mənim başıma gəlmiyəydi, o mal 5 dənə idi, üstündə sənin o vəsaitin demişdim e onu da qoyurdum, başqa uşağa yalvarmışdım ki, onu da qoy, 5 dənə mal bilirsən nə deməkdi, onu burda bilirsən mən nə vəziyyətdə almışam, 3 gündür ora bura, özüdə görürdünüz ki, mən haralara gedirəm, haradan da gəlirəm, mənim ürəyimin başına kabab şişi elə bil soxdun çıxartdın”. Bu mesajı məhkəmə anlaşılmayan və baxılan cinayət hadisəsinə aidiyyatı olmayan məlumat kimi qiymətləndirir. Belə ki, cinayət işinin materialları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə ilk dəfə 01.12.2018-ci il tarixdə Saleh adlı şəxs arasında telefon əlaqəsi olmaqla iranlı Saleh Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası ərazisinə keçirilmiş narkotik vasitəni qəbul edib alıcıya təqdim etməsini tapşırmış, 03.12.2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 elə həmin günün səhəri qəbul etdiyi narkotik vasitəni şərti alıcıya verən zaman yaxalanmışdır. Şərh edilən mesajda isə «Saleh» adlı şəxs guya artıq 29.11.2018-ciil tarixdə Təqsirləndirilən şəxs1 hansısa işi heç zad elədiyi, pulun əvvəlinin ona çatacağını, ona gələn 30000 Təqsirləndirilən şəxs1 götürməsi vacib olmasını, xeyir də götürəcəyini, amma bui şin onun başına gəlməməli olmasını göstərir. Halbuki Təqsirləndirilən şəxs2 yalnız 30.11.2018-ci il tarixdə İİR-na keçmiş, 01.12.2018-ci il tarixdə şərti alıcı ilə danışıqlarda iştirak edir, bacısı Püstəxanımla Saleh adlı şəxslə birgə söhbət edərək onu narkotik vasitəni qəbul etməyə inandırır. Məhkəmə nəzərə alır ki, İİR vətəndaşı olan Saleh adlı şəxs narkotik vasitə olan 5025 qram həşiş qətranını artıq 30 noyabr 2018-ci il tarixdə qanunsuz yolla qaçaqmalçılar vasitəsilə Azərbaycan Respublikası ərazisinə gizli yolla keçirilməsinə nail olmuşdur. Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin x14 Əliyevin istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı verdiyi ifadələrindən, həmçinin məhkəmədə tədqiq edilmiş 12 dekabr 2018-ci il tarixli «mobil telefon aparatına baxış keçirilməsi haqqında» protokolda əks olunmuş Saleh adlı şəxslə Şahid1 arasında olan telefon danışıqlarının mətnindən müəyyən olunur ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası ərazisinə narkotik vasitə keçirməklə məşğul olan Saleh (Murtuz) adlı şəxsi ifşa etmək məqsədilə onunla etibarlı mənbələr vasitəsilə telefon əlaqəsi yarada bilmiş, özünü narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etmiş və Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələrin keçirilməsi üçün əməliyyat oyunu aparmışdır. Şahid1 ifadələrindən və 12.12.2018-ci il tarixli telefon danışıqlarına dair protokolun məzmunundan müəyyən olunur ki, Saleh adlı şəxs artıq 30 noyabr 2018-ci il tarixdə 5025qr. çəkidə olan həşiş qətranını artıq Azərbaycan Respublikası ərazisinə keçirilməsinə nail olmuş, lakin narkotik vasitə keçirən qaçaqmalçılar bundan əvvəlki uğursuz işi əsas gətirərək «Azad» adı ilə çııxış edən şərti alıcı ilə görüşməyə ehtiyat etmiş, öz növbəsində Şahid1 əməliyyat oyunu qaydalarına uyğun olaraq narkotik vasitəni ona təqdim etmək istəyən şəxslərlə görüşməkdən ehtiyat etdiyini bildirmişdir. Belə ki, yuxarıda qeyd olunan protokollardakı telefon danışığına nəzər yetirildikdə bu aydın olur: - İranlı Saleh (Murtuz)-şərti alıcı Azad: «…Salam, qardaş, sabahın xeyir, yaxşısan?...Elə bil burda mən bunların yanında məni tək otağa salıblar, burada səssizdi, sakitdi, rahatçıldıxda yatıram, elə bil yağış yağırdı bizə tərəf də o yerdən ki mal keçəciydi, yağış yağırdı, nədi biz leysan deyirdik, sel yağış yağırdı. Saat 5 də zadda keçdi mal. Sərhədi keçdi, onlar indi dayanıbdı digər rayondadı, Bakıya çatan kimi indi bırda mənə deyəcəklər mən sənnən əlaqə saxlıyacam, indi saat birdə çatacaq…satdıranda biz sənə deyəciyik, sən adamına denən gəlsinn malı götürsün…» Şərti alıcı Azad - İranlı Saleh (Murtuz) «Qardaş, salam nətərisən kefin halın? Mən gəldim, Bakıdayam. İranlı Saleh: Oldu qardaş, neynək, sağlıqda İnşallah yetirəndə mənə bir zəng vurarsan. Şərti alıcı Azad: Qadanalıb, mən də sabah axşam Bakıdayam, Allah qoysa. İranlı Saleh: Salam qardaş, şükür Allaha yaxşıyam, mən düzüb qoşmuşam, hazıram mən…» Protokolun mətnindən müəyyən olunur ki, Saleh adlı şəxslə şərti alıcı arasında olan telefon danışıqları 29 noyabr 2018-ci il tarixdən əvvəl və həmin tarixdən 03 dekabr 2018-ci il tarixədək baş vermişdir. Məhkəmə baxışında sübuta yetirilmişdir ki, məhz qaçaqmalçıların bir başa şərti alıcı ilə görüşməkdən ehtiyyat etmə səbəbindən İranlı Saleh narkotik vasitələrin satışı üçün vasitəçi kimi Təqsirləndirilən şəxs2 və onun bacısı Püstəxanım Mirzəyevanı cəlb etmiş, Təqsirləndirilən şəxs1 ilə Azərbaycan Respublikasına keçirilmiş narkotik vasitəni «Əmir» adlı şəxsdən qəbul edərək eyni gündə şərti alıcıya verməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 tərəddüd etdikdə evinə 30.11.2018-ci ildə qonaq gələn Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 girov saxladığını, razı olmadığı halda onu öldürəcəyi ilə hələdəmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixlə qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyəti istisna edilir. Hətta Təqsirləndirilən şəxs2 «Azad» adlı şərti alıcı ilə telefon danışıqları da 01.12.2018-ci il tarixdə, yəni narkotik vasitələr artıq Azərbaycan Respublikasına keçirildikdən sonra baş vermişdir. Beləliklə, təqsirləndirilən şəxslərə narkotik vasitələrini qəbul edib şərti alıcıya təqdim edilməsi o zaman təklif edilmişdir ki, artıq narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmişdir, yəni təqsirləndirilən şəxslərin İİR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə heroin gətirilməsinə şərait yaratması, onu keçirdiyi yerdə qəbul etməsi və ölkəyə gətirilməsi ilə bağlı kiməsə vədlər verməsi, bu istiqamətdə müəyyən hərəkətlər etməsi, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirilməsi cinayət əməlinin törədilməsində təqsirli olmalarını təsdiq edən sübutlar olmadığından, onlara verilmiş ittihamdan Azərbaycan REspublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilməklə onların əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməlilidir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan x5 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşağı vardır, məcburi köçkündür. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun 2013-cü il təvəllüdlü azyaşlı uşağı- x19 on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şuşa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 islah olunması onların cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu andan 13.12.2018-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş tədqiqatlardan sonra 5024,6 qram olan narkotik vasitə - həşiş qətranı məhv edilməli, 01 ədəd elektron daşıyıcı CD disk və Təqsirləndirilən şəxs1 məxsus «Samsung» və Təqsirləndirilən şəxs2 məxsus «Nokia» markalı mobil telefonlar cinayət işinin materiallarında saxlanılmalır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 510 AZN (beş yüz on manat) pul Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun 27 aprel 2013-cü il təvvəlüdlü azyaşlı uşağı- x19 on dörd yaşına çatanadək təxirə salınsın. Həmin hissədə hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şuşu rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs1 dərhal məhkəmə zalından azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamından Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi xaric edilsin. İş üzrə maddi sübut olan və Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş tədqiqatlardan sonra 5024,6 qram olan narkotik vasitə - həşiş qətranı məhv edilsin, 01 dəd elektron daşıyıcı CD disk və Təqsirləndirilən şəxs1 məxsus «Samsung» və Təqsirləndirilən şəxs2 məxsus «Nokia» markalı mobil telefonlar cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 510 AZN (beş yüz on manat) pul Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar