Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-96/2023 07.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçiləri Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 azyaşlı övladı olan, “Farm Line” dərman şirkətində satış meneceri vəzifəsində çalışan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 azyaşlı övladı olan, taksi xidməti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmə barədə əri Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs2 keçmiş əri Zərərçəkmiş şəxs1 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs1 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə həmin ilin avqust ayında Abşeron rayonunun, Mehdiabad qəsəbəsində 4000 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 9100 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar ələ keçirmə barədə əri Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı X7 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Lətafət Zamanovanı bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq cinayətkar qrupun üzvü əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında 1000 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə o, həmin ilin sentyabr ayının axırlarında "xxxx" vasitəsi ilə göndərilmiş 900 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək X8 1900 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3600 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar ələ keçirmə barədə əri Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs3 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs3 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ilin oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 2400 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq qrupun üzvü əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə eyni vahid tamah niyyəti ilə 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Əhmədli» stansiyasının platformasında 500 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2900 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3920 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin külli miqdarda əmlakını təkrar ələ keçirmə barədə əri Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs5 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs5 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ilin oktyabr-noyabr aylarında ünvan 2 ünvanda 40000 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq qrupun üzvü əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə eyni vahid tamah niyyəti ilə 2018-ci ilin oktyabr-noyabr aylarında ünvan 3 ünvanda həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 40.000 manat və həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 74000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin külli miqdarda əmlakını təkrar ələ keçirmə barədə əri Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi tanışı Zərərçəkmiş şəxs2 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs2 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 05 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Anatolia” restoranında 4500 manat, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə qrupun üzvü əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə 10 yanvar 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «X26»də 5000 manat, eyni vahid niyyətlə 15 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən "Anatolia” restoranında inzibatçı olaraq çalışan və cinayətkar niyyətindən xəbərsiz olan X13 vasitəsi ilə 5000 manat, eyni vahid niyyətlə 25 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında həmin dövrün məzənnəsi ilə 7990 manat təşkil edən 4700 ABŞ dolları, eyni vahid niyyətlə əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə əvvəlcə 20 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5000 manat, daha sonra 27 fevral 2018-ci il tarixdə qeyd edilən ünvanda yerləşən restoranda həmin dövrün məzənnəsi ilə 2040 manat təşkil edən 1200 ABŞ dolları, eyni vahid niyyətlə 04 mart 2018ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5100 manat, eyni vahid niyyətlə şəxsiyyəti istintaqla araşdırılan «İlqar» adlı şəxsin vasitəsi ilə 27 may 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışı yaxınlığında həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları, eyni vahid niyyətlə cinayətkar niyyətindən xəbərsiz olan Şahid7 vasitəsi ilə və elektron köçürmə yolu ilə 10 iyun 2018- ci il tarixdə 29.000 manat, eyni vahid niyyətlə əri Təqsirləndirilən şəxs1 vasitəsi 05 avqust 2018-ci il tarixdə ünvan 6 ünvanında 7000 manat, eyni vahid niyyətlə 2018-ci ilin avqust ayının ortalarında Şahid2 vasitəsi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində əvvəlcə həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları, daha sonra 2018-ci ilin sentyabr ayında eyni ünvanda 4500 manat, eyni vahid niyyətlə əri Təqsirləndirilən şəxs1 vasitəsi 18 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, eyni vahid niyyətlə 25 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında 14750 manat, eyni vahid niyyətlə əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə 06 noyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 79.850 manat və həmin dövrün məzənnəsi ilə 46.240 manat təşkil edən 27.200 ABŞ dolları olmaqla, yəni ümumilikdə 126.090 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1, özgənin əmlakını ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs1 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs1 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü arvadı Təqsirləndirilən şəxs2, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə o, həmin ilin avqust ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində 4000 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 9100 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi X7 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Lətafət Zamanovanı bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında 1000 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə qrupun üzvü, arvad Təqsirləndirilən şəxs2 vasitəsi ilə həmin ilin sentyabr ayının axırlarında "xxxx" vasitəsi ilə göndərilmiş 900 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək X8 1900 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3600 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs3 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikasının gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs3 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü, arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 2400 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq o, eyni vahid tamah niyyəti ilə 2018-ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Əhmədli» stansiyasının platformasında 500 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2900 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3920 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs5 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikasının gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs5 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü, arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2018-ilin oktyabr-noyabr aylarında ünvan 2 ünvanda 40000 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq o, eyni vahid tamah niyyəti ilə 2018-ci ilin oktyabr-noyabr aylarında ünvan 3 ünvanda həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 40.000 manat və həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 74000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, o, özgənin əmlakını ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs2 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs2 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü, arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 05 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Anatolia” restoranında 4500 manat, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə o, 10 yanvar 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «X30»də 5000 manat, eyni vahid niyyətlə 15 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında inzibatçı olaraq çalışan və cinayətkar niyyətindən xəbərsiz olan X13 vasitəsi ilə 5000 manat, eyni vahid niyyətlə qrupun üzvü, arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 25 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında həmin dövrün məzənnəsi ilə 7990 manat təşkil edən 4700 ABŞ dolları, eyni vahid niyyətlə o, əvvəlcə 20 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5000 manat, daha sonra 27 fevral 2018-ci il tarixdə qeyd edilən ünvanda yerləşən restoranda həmin dövrün məzənnəsi ilə 2040 manat təşkil edən 1200 ABŞ dolları, eyni vahid niyyətlə 04 mart 2018ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5100 manat, eyni vahid niyyətlə şəxsiyyəti istintaqla araşdırılan «İlqar» adlı şəxsin vasitəsi ilə 27 may 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışı yaxınlığında həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları, eyni vahid niyyətlə cinayətkar niyyətindən xəbərsiz olan Şahid7 vasitəsi ilə və elektron köçürmə yolu ilə 10 iyun 2018- ci il tarixdə 29.000 manat, eyni vahid niyyətlə o, 05 avqust 2018-ci il tarixdə ünvan 6 ünvanında 7000 manat, eyni vahid niyyətlə Şahid2 vasitəsi ilə 2018-ci İlin avqust ayının ortalarında sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində əvvəlcə həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları, daha sonra 2018-ci ilin sentyabr ayında eyni ünvanda 4500 manat, eyni vahid niyyətlə o, 18 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, eyni vahid niyyətlə qrupun üzvü, arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 25 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında 14.750 manat, eyni vahid niyyətlə o, 06 noyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6000 ABŞ dolları nağd pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 79.850 manat və həmin dövrün məzənnəsi ilə 46.240 manat təşkil edən 27.200 ABŞ dolları olmaqla, yəni ümumilikdə 126.090 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Radiosunda 3-4 il müddətinə redaktor kimi fəaliyyət göstərmiş, BDU-də təhsil almaqla bərabər özəl tibb təhsili almış, farmakologiya fakultəsini bitirmişdir. Həmin dövrdə tələbə yoldaşı dərman şirkətində işləməyi ona təklif etmiş, beləliklə o, AZTV radioda işləməklə eyni zamanda dərman şirkətində işləməyə başlamışdır. Lakin, sonradan artıq iki işdə işləməyi çatdırmadığı üçün 2004-2005-ci illərdən başlayaraq, yalnız dərman sahəsində işləməyə başlamışdır. Zərərçəkmiş şəxs2 ilə 2012-2013-cü illərdə Qaraçuxur qəsəbəsində yerləşən Məsciddə tanış olmuşdur. Belə ki, o, işdə nahar fasiləsində həmin Məscidə ibadət etmək üçün getmiş, onu Zərərçəkmiş şəxs2 ilə Sona adlı xanım tanış etmişdir. Həmin dövrlərdə Natəvanın depressiyada olmasını, ibadətə başlamasını öyrənmiş, Natəvan ərinin onu aldadaraq, başqa xanımla birgə yaşadığını demişdir. Sonra o, Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş, ailə quran zaman o, cehizlərini almaq üçün “Unibank” və “Bank of Baku”-dan dollarla kredit götürmüşdür. Həmin zaman dolların məzənnəsinin qalxacağını güman etməmişdir. 2014cü ilin fevral ayında Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuş, həmin ilin noyabr ayında birinci qızı dünyaya gəlmişdir. O, təbii doğuşla uşağı dünyaya gətirəcəyini planlaşdırsa da, tibbi göstərişə əsasən, “qeysəriyyə” əməliyyatı ilə uşağı dünyaya gətirməli olmuşdur. Təbii doğuşa təxminən 300 manat məbləğində pulun kifayət etdiyi halda, əməliyyatla doğuş üçün 2.200 manat məbləğ tələb olunmuş, digər tərəfdən də dolların məzənnəsinin qalxması onun vəziyyətini xeyli çətinləşdirmişdir. Həmçinin, yenicə ana olduğu üçün 3-4 ay işləyə bilməmiş, əri Aqşin isə özünə məxsus “opel” avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, həmin ərəfədə işə çıxmalı olmuş, Zərərçəkmiş şəxs2 ilə ara-sıra telefonla danışırmışlar. O, Natəvana demişdir ki, işləyə bilmir, uşağı bağçaya qoymaqla bağlı probeləri olduğunu, dövlət bağçalarının 2 yaş tamam olmamış uşaq qəbul etmədiyini, özəl bağçaya uşağı qoymağa da imkanı yoxdur. Bu zaman Zərərçəkmiş şəxs2 demişdir ki, o, özəl bir bağçaya yatırım edib, həmin bağçaya şərik olub. Natavan ona uşağını həmin bağçaya qoymağı, aylıq 300 manat tələb olunduğu halda, 100 manat ödəniş edə biləcəyini təklif etmişdir. Beləliklə, o, uşağını həmin bağçaya qoyaraq, işə çıxmış, işdən 400 manat məbləğində məvacib almışdır. Natəvanın bağçada şəriki olan Samira adlı xanımla Natəvan arasında tez-tez pul alış-verişinin olmasını, Samiranın paltar mağazası işlətdiyini, Natəvanın ona müəyyən məbləğlərdə pul alıb üstündə əlavə pul verməsini görürmüş. O da bir neçə dəfə Natəvandan 400-500 manat məbləğində pullar alaraq, üzərində əlavə pul vermək şərti ilə geri qaytarmışdır. Pulları həmişə vaxtı-vaxtında qaytardığı üçün problem yaranmamış, həmin zaman o, 4-cü uşağa hamilə olduğunu öyrənmiş, şəkər xəstəsi olduğu üçün müalicələr almışdır. O, öz işlədiyi şirkətin dərmanlarını pul ödəməklə almış, bir aylıq müalicəsi təqribən 1000 manatdan artıq məbləğə başa gəlmişdir. O, ağılsızlıq edərək, faizə götürdüyü borcu başqa şəxsdən faizə borc almaqla ödəmiş, belə olan halda, əsas məbləği ödəyə bilməmiş və vəziyyəti çətinləşmişdir. Hissə-hissə olmaqla, 2018-ci ilin mart ayından sonra Zərərçəkmiş şəxs2 12.000 manat məbləğində borc almış, həmin ərəfədə həmçinin, birlikdə “lotoreya”-da da iştirak etmişdir. Aprel ayında Natəvandan 12.000 manat məbləğində aldığı borcun faizi kimi 2.400 manat pulu Natəvana ödəmişdir. Rəfiqəsi Xəyalə 500 manat maaş almış, ondan həmin pulu bir aydan sonra ödəmək şərti ilə alaraq, həmin pulu Natəvana faiz ödəmək üçün aldığını demişdir. Həmin zaman o, həmçinin, öz qızıllarını da satmağa başlamış, 2018-ci ilin may ayında Natəvan “Həcc” və ya “Ümrə” ziyarətinə getməsini bildirərək, ona iki aylıq faizi bir dəfəyə verməyini demişdir. O da Natəvana vəziyyətinin ağır olduğunu, imkanının olmadığını demişdir. Hətta Natəvan və digər rəfiqələri öz uşaqlarının paltarlarını gətirib ona verirmiş, o da uşaqlarına həmin paltarları geyindirirmişdir. Yəni Natəvan özü də onun imkanının olmadığını bilmiş, Natəvan demişdir ki, Zərərçəkmiş şəxs5 adlı tanışından faizə pul alacaq və onun həmin pulun üzərində 550 manat pul verə biləcəyini soruşmuş, o da onunla razılaşmışdır. Natəvan ziyarətə gedib qayıtmış, o da həmin 550 manatı ödəmiş, Natəvan həmin ziyarətdən ona və uşaqlarına pay gətirmişdir. Onun maddi vəziyyəti çətinləşdiyindən Natəvandan xahiş etmişdir ki, ona bir qədər vaxt versin, faiz yazmasın və o, lotoreya təşkil edərək, noyabr ayınadək Natavana olan borcunu ödəsin. Bu minvalla Natəvan ondan bir müddət faiz almamış, hətta həmin zaman lotoreya oynamışlar. Məsələn, Natəvana 4.000 manat pul verirmiş, istintaqa təqdim etdiyi, lakin nəzərə alınmayan dəftərində Natəvan yazırmış ki, “4 min manatı aldım, yedim”. Lakin o, 4.000 manat lotoreya pulu verməli olduğu halda, Natəvan ona 2.000 manat pul vermiş, qalan pulu isə o, Natavanın əvəzinə ödəmiş və guya Natəvan həmin pulu ona olan borcundan silmişdir. O, həmin pulları öz qızıllarını satmaqla ödəmiş o, hətta bir qızıl sırğasını da Zərərçəkmiş şəxs5 qızı Nuranəyə ucuz qiymətə satmışdır. Hətta ona gəlinlik xonçasında gələn kosmetika ləvazimatlarını da satmış, hər kəs onun artıq çətin maddi durumda olduğunu görmüşdür. O, noyabr ayında lotoreya qurmaq istəsə də qura bilməmiş, Natəvana demişdir ki, 12.000 manat real borcunun üzərində ona gözlədiyi üçün əlavə də hörmət edəcəkdir. Noyabr ayında artıq o, rəfiqələrinə də maddi vəziyyəti çətin olduğundan bütün lotoreyalardan çıxmaq istədiyini demişdir. Rəfiqələri birlikdə hesabat aparmağı təklif etmişlər ki, kimə nə qədər borclu olduğu bilinsin. Həmçinin haqq-hesabı dəqiqləşdirmək üçün Natəvanı da atasının yaşadığı evə dəvət etmiş, Natəvan həyətə daxil olan kimi qışqıraraq səs-küy salmağa başlamışdır. Natəvanla haqq hesab edərək, dəftərini açaraq, Natəvana 6.000 manat borclu olduğunu bildirmiş, həmin 6.000 manatı Natəvana olan 12.000 manat borcunun gecikmələri kimi çıxmağı, 12.000 manat borcun isə qalmasını təklif etmişdir. Zərərçəkmiş şəxs2 səs-küy salaraq, özünü kəsib doğrayacağını, qanını üstlərinə tökəcəyini demişdir. Bu zaman atası ona otaqda kamera olduğunu bildirdikdən sonra Natəvan kameraya baxaraq sakitləşmiş, bu zaman rəfiqələri də Natəvana ona dəfələrlə faiz ödənişləri ödənildiyini demişlər. Natəvan qışqırmağa başladığı üçün qardaşı zəng edərək polis çağırmış, polis əməkdaşları Natəvanı çölə çıxarmışlar. Səhəri günü Natəvan özü ilə birlikdə Zərərçəkmiş şəxs5 da götürüb gəlmiş, o da Zemfiranın qızı Nuranənin ona 2500 manat, 3200 manat məbləğlərində, qohumu Yaşar adlı şəxsin isə 3750 manat məbləğində lotoreya borclarının olmasını bildirmişdir. Zemfiranın özünə isə borcunun olmasını, həmin borcu inkar etmədiyini demiş, Natəvan həmin vaxtı 12 min manat pulun onun yox, Zemfira xanımın pulu olduğunu demişdir. Zərərçəkmiş şəxs2 rəfiqəsi kimi təqdim etdiyi, əslində isə doğma xalası qızı olan Zərərçəkmiş şəxs4 2600 manat pul almışdır. X4 lotoreya oynamış, Rəhliyədə 3000 manat lotoreya pulu, 3.850 manat da faiz pulu olmuş, bu barədə səs yazıları da vardır. O, lotoreyanı yekunlaşdıranda Rəhiləyə lotoreya pulu kimi 3 min manat, 3.850 manat da faiz kimi ödəməli olmuşdur. Lakin Zərərçəkmiş şəxs5 bütün pulların ona məxsus olmasını, Rəhilənin onun evində xidmətçi işləməsini bildirmişdir. Onlarla razılığa gəldikdən sonra evi tərk etmiş, dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs5 evinə gedərək, 2.000 manat pul, 2 ədəd xrustal vaza, 1 ədəd ətçəkən kombaynı Zemfiraya verərək, borcundan silinməsini xahiş etmişdir. Onlar da həmin pulu borcdan silərək, yanvar ayında 5 min manat gətirməsini bildirmiş, o, dekabr ayının 18-də işə daxil olmuşdur. Müdriyyətdən avans kimi 2 aylıq məvacibini öncədən istəsə də, onlar yenicə işə düzəldiyi üçün etiraz etmiş, beləliklə, o, həmin 5 min manatı verə bilməmişdir. Natəvan və Zemfira ona və anasına zəng edərək hədə-qorxu gəlmiş, təhqirlər etmişlər. O, 5000 min manat verə bilmədiyini, yalnız əmək haqqı kartını verə biləcəyini demiş, bir həftə sonra evində olan zaman zəng gəlmiş, zəng edən şəxs özünü Nizami RPİ-nin müstəntiqi Abdulla kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 ondan şikayət etdiyini demişdir. O, borcunu hissə-hissə, 300- 500 manat olmaqla qaytaracağını desə də, həmin müstəntiq onun Natəvana olan borcunun məbləğinin yüz min manatdan artıq olduğunu bildirmişdir. O, müstəntiqin yanına gedərək, ifadə vermiş, əlyazmaları təqdim etmişdir. Daha sonra isə müstəntiq ona Zərərçəkmiş şəxs5 da 74 min manat borcu olduğunu demişdir. O, bu minvalla bir neçə dəfə gedib ifadə vermiş, 2019-cu ildən başlayaraq, həmin cinayət işi üzrə 4 müstəntiq dəyişilmişdir. Hətta müstəntiqə Natəvandan yüz min manatdan artıq məbləğdə pul verməsinə dair sübut olub-olmamasını soruşsa da, Natəvan pulu şifahi qaydada verdiyini, hər hansı yazılı sübutunun olmadığını demişdir. 2019-cu ilin yanvar ayından aparılan istintaq zamanı 5 müstəntiq dəyişilmiş, hər dəfə də sübutlarını istintaqa təqdim etməsinə baxmayaraq sübutları itirilmişdir. 2022-ci ilin fevral ayında daha bir müstəntiq ona zəng edərək, işin onun icraatında olduğunu bildirərək, onu üzləşdirmə aparılması üçün idarəyə dəvət etmişdir. Müdafiəçisinin iştirakı olmadan idarəyə getmiş, bir saat gözlədikdən sonra müstəntiq Ramin ona A4 vərəqində “Mən və ərim Aqşin Zərərçəkmiş şəxs2 dərman şirkəti üçün aşağıdakı pulları aldıq” sözlərini yazdırmış, həmin başlığın altında isə müstəntiq pul məbləğlərinə dair saxta siyahı tərtib etmişdir. Müstəntiq həmin yazıları qoşa riyaziyyat vərəqini qatlayaraq yazmasını tələb etmişdir. O, həmin yazıları yazmayacağını bildirmiş, müstəntiq bu zaman stolun üzərindəki konfet qabını ona tərəf fırladaraq, onu dələduz adlandırmışdır. Bu zaman otağa digər polislər daxil olaraq, yazını yazmağını bildirərək, işə ədalətlə baxılacağını demişlər. Daha sonra onu inandırdıqları üçün həmin 8 qoşa riyaziyyat vərəqinə yazıları yazmağa başlamışdır. Həmin yazını yazan zaman müstəntiq Ramin “Günaydın” restoranına getdiyini deyərək, köməkçisi Fəridin onun yanında qalmasını tapşırmışdır. Yazıb qurtardıqdan sonra başqa vərəqlərə ona imza çəkdirmişlər. O, yazını yazıb qurtardıqdan sonra özünə gəlmiş və həmin vərəqə “istintaq üçün yazdım” sözlərini əlavə etmişdir. Daha sonra isə 102 xidmətinə zəng edərək, ona polis idarəsində yazı yazdırıb imza etdirdiklərini məlumat vermişdir. Həftənin birinci günü, yəni iki gün sonra polis idarəsinə gedərək, ona protokolun verilməsini xahiş etmişdir. Müstəntiq Ramin onu otağa salaraq, ondan şikayət etdiyini, buna görə də onun başına oyun açacağını demiş, sonra o, getmək istədikdə, müstəntiq onu həbs edəcəyini bildirmişdir. Müdafiəçisi həmin vaxt gələ bilmədiyi üçün ona başqa müdafiəçi təyin edərək, onu tutaraq, 2 gün müvəqqəti saxlama yerində saxlamışlar. O, aclıq elan etdiyi üçün səhhəti də pisləşmişdir. İki gün sonra ona sənəd təqdim edərək imza etməyini tələb etmişlər. O, həmin sənədi imzalamaqdan imtina etmiş, sonra onu Nizami rayon prokurorunun yanına aparmışlar. Prokurora əlində sübutlar olduğunu, müstəntiq tərəfindən saxtakarlıq edildiyini bildirmişdir. Ekspertiza rəyi aprel ayında tərtib edilməsinə baxmayaraq, həmin rəy ona avqust ayında təqdim edilmişdir. İstintaqın sübut kimi qəbul etdiyi dəftərdə olan yazıların 2018-ci ildən başlayaraq yazılması bildirilsə də, müdafiəçilərinin sorğusu əsasında müəyyən edilmişdir ki “İNCİ qrup”-a məxsus həmin dəftər 2018-ci ildə ümumiyyətlə istehsal edilməmişdir. Zərərçəkmiş şəxs2 onun Xutor qəsəbəsində yerləşən ata evini, Mehdiabadda yaşadığı evi, eləcə də Qəbələdə yerləşən baba evini görmüşdür. Həmin evlərin üçünün birlikdə heç 80.000 manat dəyəri olmamışdır. Belə olan halda Natəvanın ona dərman biznesi üçün yüz min manatdan artıq məbləğdə pul verməsi ağlabatan deyildir. Zərərçəkmiş şəxs2 dərman deposuna gedərək, oradan ona 3-5 min manatlıq dərman verildiyini, pul bölgüsü aparıldığını qeyd etsə də, bu kimi hal olmamış, buna dair rəsmi sənədlər vardır. Üç min – beş min manatlıq dərman depodan çıxarılacağı halda müvafiq qeydiyyat aparılarmış. Borcların müqabilində o, Natəvangilə notariusa gedərək, Mehdiabad qəsəbəsində yerləşən evi təminat qoymağı da təklif etmişdir. Zərərçəkmiş şəxs5 Xətai rayonu ərazisində yerləşən notariat kontorunda tanışının olduğunu bildirmiş, onlar birlikdə həmin notariusa getmişlər. Notarius Zemfiradan ona nə qədər borcu olduğunu soruşduqda Zemfira ona 30.000 manat borcu olduğunu demişdir. Notarius Zemfiraya izah etmişdir ki, 30 min manat borcun müqabilində onun 55 min manatlıq evinin gələcəkdə ona qalması onun özü üçün risk yarada bilər və o, Zemfiraya qarşı tələb irəli sürə bilər. Odur ki, notarius həmin müqaviləni bağlamamışdır. Rəhilə Abbasova ona zəng edərək, onu Bakıxanov qəsəbəsində yerləşən kafeyə dəvət etmişdir. O, Rəhilənin yanına getmiş, Rəhilə ona 3.200 manat borcun üstündə 4 min manat pul verməsini, daha polisə getməyəcəyini, şikayətini geri götürəcəyini bildirmişdir. Bu zaman Rəhilə ilə əvvəlki 6.850 manat və üzərində ona 4.000 manat vermək şərti ilə razılaşmış, 10.800 manata dair sənəd imzalamış, 10.800 manatdan ödənişlər etmiş, daha sonra sonuncu dəfə 2021-ci ilin dekabr ayında Rəhiləyə soyuducu alaraq vermiş, həmin soyuducunu da məbləğdən çıxdıqdan sonra ümumilikdə 2.700 manat borcu qalmışdır. Daha sonra isə Rəhilə yenidən istintaqa gedərək, ona 3-4 min manat borclu olduğunu demişdir. Zərərçəkmiş şəxs1 isə Natəvanın əri kimi tanımış, Natəvan Rövşənin keçmiş nazir Misir Mərdanovun yaxın adamı olduğunu demişdir. Natəvan demişdir ki, Rövşən ona çox kömək edir. Sonradan bilmişdir ki, Nizami rayonunun prokuroru Pərviz İbayev keçmiş nazir Misir Mərdanovun qohumudur. Zərərçəkmiş şəxs1 “hepatit-C” xəstəsi olmuşdur. Natəvan ondan Rövşənin müalicəsi üçün dərman istəmişdir. Rövşən adətən Natəvanın apar-gətir işlərini görmüş, 2016-2017-ci illərdə onun əri Təqsirləndirilən şəxs1 meyvə-tərəvəz mağazası işlədərkən Rövşən ona gətirib “qurban payı” vermişdir. Zərərçəkmiş şəxs1 onun ərinə iş qurmaq üçün 9 min manat pul verdiyini desə də, onun əri Aqşinlə 2017-ci ildən bu vaxtadək bir dəfə də olsun görüşü olmamışdır. Zərərçəkmiş şəxs1 ümumiyyətlə özünün pulu olmamış, o, Natəvanın maşını ilə taksi kimi xidmət göstərmişdir. Zərərçəkmiş şəxs2 anası heç bir zaman ona pul verməmiş, onunla heç bir danışığı olmamışdır. Zərərçəkmiş şəxs5 ilə heç vaxt aralarında telefon danışığı olmamış, o, heç vaxt Zemfiraya zəng edib, “mallarım gömrükdə ilişib qalıb, 40 min manat” lazımdır deməmişdir. Zərərçəkmiş şəxs2 onun ərinə 2018-ci ilin 5 avqustunda pul verməsini bildirsə də, 3 avqust 2018-ci il tarixdə rayona yola düşdüyü üçün o, işdən icazə alıb tez çıxmış və onlar Qəbələ rayonuna babasının il mərasiminə getmişlər, yəni, 5 avqust tarixində onlar ailəliklə rayonda yas mərasimində olmuşlar. Zərərçəkmiş şəxs1 ona ittihamda qeyd edildiyi kimi 9100 manat məbləğində pul verməmişdir. Rövşən yalnız bir dəfə lotoreyaya ödəmək üçün hazırda xatırlamadığı 300 və ya 500 manat pul vermişdir. X5 ümumilikdə 2600 manat faizə pul almış, həmin məbləğdən 300 manatını ödəmiş, hazırda Lətafət Zamanovaya 2300 manat məbləğində borcu qalmış, 2600 manat pulu Lətafətdən faiz borcu kimi almışdır. Belə ki, onun həmin vaxt ümumilikdə 20 min manata yaxın məbləğdə lotoreya və faiz borcları olmuşdur. Lətafət ondan pulu istəyən zaman, Natəvan ona demişdir ki, dərmanların satışının dayandığını, hələ əmək haqqı almadığını Lətafətə desin, o da həmin qaydada Lətafətə demişdir. O, noyabr ayında rəsmi qaydada işə düzələcəyini, 700 manat əmək haqqı ilə kredit götürərək, borclarını bağlamağı planlaşdırmışdır. O, Lətafətdən 2600 manat pulu borca alanda, ona başqa lotoreya və faiz borclarının olması ilə bağlı məlumat verməmişdir. Lətafət ona borc verdikdən 5-6 gün sonra 100 manat faiz kimi istəmiş, bu səbəbdən o, Natəvana bildirmiş ki, dərmanlar depoya vurularaq satış həyata keçirilmədiyi üçün əmək haqqı almamışdır. Zərərçəkmiş şəxs3 2700 manat borcu qalır. Ümumilikdə onun Rəhiləyə 6800 manat borcu olmuş, həmin məbləğin 4.000 manatı lotoreya pulu, 2800 manat hissəsi isə faiz borcu olmuşdur. O, həmin 6800 manat puldan 3600 manatını ödəmiş, 3200 manat borcu qalmışdır. Daha sonra onlar Bakıxanov qəsəbəsində kafedə görüşmüş və Rəhilə ona demişdir ki, bu qədər müddətin keçməsi ilə əlaqədar ona maddi ziyan dəymişdir. Təklif etmişdir ki, ilkin 6800 manat borcun üzərinə 4.000 manat gələrək, 10.800 manat məbləğinə imza etsinlər və onun indiyədək Rəhiləyə ödədiyi 3600 manat pul həmin 10.800 manatdan çıxılsın və qalan borcu ona hər ay 100-200 manat ödənişlər şəklində ödəsin. X10 oğlu hərbçi olduğu üçün istintaqa gedib gəlməsini istəməmiş, şikayətçi olmaması ilə əlaqədar 10.800 manata dair borca imza atmışdır. Həmin dövrdə vəkili olmadığı üçün elə düşünmüşdür ki, şikayətçilərdən birinin azalması onun xeyrimə ola bilər. O, Zərərçəkmiş şəxs3 pul alanda ona borclarının olmasını demiş, Zərərçəkmiş şəxs3 aldığı 2800 manat faiz borcu ilə lotoreya borclarını bağlamışdır. O, eyni zamanda bir neçə lotoreya oynamaqla borclarını bağlamağa çalışmışdır. O, Zərərçəkmiş şəxs5 74.000 manat məbləğində pul almamış, Zərərçəkmiş şəxs5 4.800 manat borcu olmuş, həmin borcdan 2.000 manatını ödəmiş, xrustal vazalar, ətçəkən kombayn vermiş, qalan məbləği də istintaq zamanı ödəmişdir. İbtidai istintaq zamanı müstəntiq ona dəftər vərəqlərinə “mən və ərim Aqşin Natəvandan dərman şirkəti üçün aşağıdakı məbləğlərdə pul aldım” başlığı altında yazılar yazdırmışdır. Müstəntiq demişdir ki, zərərçəkmiş şəxslərin təqdim etdiyi dəftərdəki yazı xəttinin ekspertizasının aparılması üçün ona həmin yazıları yazdırır. Həmin yazıları dəftərin içərisinə əlavə edərək, sübut kimi təqdim ediblər. Dəftəri səliqəsiz şəkildə kəsərək, cinayət işinə əlavə etdiklərindən, onun “istintaq üçün yazdım” qeydləri oraya düşməmişdir. O, qızıl ticarəti ilə məşğul olmamış, öz qızıllarını satmışdır. Qızıl alveri ilə məşğul olan tanışları olmuş, bəzi vaxtlarda ona həmin qızılları təklif edərək, qızıl almaq istəyən tanışlarının olub-olmamasını soruşurmuşlar, o da ətrafındakı insanlara həmin qızılları təklif edirmiş. Şahid7 aldığı pulun hamısını Natavan Hacızadəyə çatdırmış, o, 7 ayrı-ayrı lotoreyada iştirak etmişdir. Həmin lotoreya qruplarına Zərərçəkmiş şəxs2, Şahid7, iş yoldaşlarının qrupu, həmçinin, özünün təşkil etdiyi qrup aid olmuşdur. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə ailə qurmuşdur. Zərərçəkmiş şəxs2 ilə onun arvadı Təqsirləndirilən şəxs2 arasında yaxın münasibətlər olduğundan Natəvanı tanımışdır. 2018-ci ilin noyabr ayında Leyla onun atasını öz atasının evinə dəvət edərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 uşaqların doğumu və qeysəriyyə əməliyyatı xərclərini qarşılamaq məqsədi ilə 12.000 manat məbləğində faiz ödəmək şərti ilə borc almışdır. Zərərçəkmiş şəxs1 yalnız iki dəfə qurban payı kimi ət gətirərkən onu görmüşdür. Zərərçəkmiş şəxs1 ona 2018-ci il tarixdə işlədiyi meyvə-tərəvəz mağazasında pul verdiyini desə də, o, 2018-ci ildə meyvə-tərəvəz mağazasında işləməmişdir. O, Zərərçəkmiş şəxs5, eləcə də digər zərərçəkmiş şəxs kimi tanınan şəxsləri tanımır, onları heç bir zaman görməmişdir. Zərərçəkmiş şəxs5 ilk dəfə ibtidai istintaqda müstəntiqin otağında görmüşdür. X16 istintaqdan yayınmaq bəhanəsi ilə saxlamış, lakin, o, heç bir zaman istintaqdan yayınmamışdır. Arvadı Təqsirləndirilən şəxs2 dərman şirkətində işləmiş, onun aylıq qazancı təxminən 600-700 manat məbləğində olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olsa da, Leylanın şirkətdəki işləri ilə əlaqədar harasa dərman çatdırmaq üçün getməmişdir. Zərərçəkmiş şəxs2 bir neçə dəfə görmüşdür. Leyla ilə Natəvan arasında yaxşı münasibətlər olmuşdur. O, Natəvanı xeyirxah insan kimi tanımış, onun müəyyən insanlara məişət səviyyəsində kiçik məbləğdə yardımlar etməsini eşitmişdir. O, Leylanın qeysəriyyə əməliyyatı üçün borc aldığını bilmiş, sonradan bilmişdir ki, həmin 12 min manat borcu Zərərçəkmiş şəxs2 almışdır. Leyla ilə o, razılaşmışlar ki, Leyla öz qazancı ilə borcları ödəsin, o da taksi fəaliyyəti ilə evi dolandırsın. O, Leyladan soruşarkən Leyla borclarından hissə-hissə ödədiyini demişdir. Leylanın lotoreyadan nə qədər pul götürəcəyini, eləcə də lotoreyada kimlərin iştirak etdiyini bilməmiş, zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin heç biri ona pul verməmişdir. Arvadı Təqsirləndirilən şəxs2 dərman biznesi ilə məşğul olduğunu, satmaq üçün dərman gətirdiyini eşitməmişdir. Müstəntiqin saxtakarlıqla Leylaya etiraf kimi dəftər yazdırdığından məlumatı olmuşdur. Borclular evə gəldikdən sonra Təqsirləndirilən şəxs2 ilə aralarında soyuqluq yarandığı üçün o, borcun dəqiq məbləğini soruşmamışdır. Zərərçəkmiş kimi tanınmış şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 ilə onun arasında Leylaya çatdırmaq üçün və ya digər formada hər hansı pul alış-verişi olmamışdır. Zərərçəkmiş şəxs5 onunla heç vaxt əlaqə saxlayaraq, dərman biznesi ilə bağlı suallar verməmişdir. O, Zemfiranı ilk dəfə ibtidai istintaq zamanı müstəntiqin otağında görmüşdür. Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 heç bir zaman onunla dərman biznesi ilə əlaqədar söhbətlər aparmayıblar, ondan hər hansı pul tələb etməyiblər. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə təxminən 2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Bu evlilikdən iki övladı dünyaya gəlmiş, 2015-ci il tarixdə isə həyat yoldaşı Natəvanla boşanmışlar. Lakin buna baxmayaraq o, övladlarına görə tez-tez Natəvanın yaşadığı ünvana gedərək övladlarıyla maraqlanır. Təqsirləndirilən şəxs2 isə Natəvanın rəfiqəsi olduğundan təxminən 8-9 ildir ki tanıyır. Leyla tez-tez yaşadığı ünvana gəlib-getmiş, sonuncunun həyat yoldaşı Aqşinlə dostluq münasibəti olmuşdur. O, Leylanın Nəsimi metrostansiyası yaxınlığında yerləşən, adını bilmədiyi dərman vasitələrinin satışı ilə məşğul olan firmada çalışdığını bilirmiş. 2018-ci ilin təxminən avqust ayında o, yenə də, övladları ilə vaxt keçirmək üçün Natəvanın yaşadığı evdə olarkən həmin vaxt Leyla Natəvanla görüşmək üçün qeyd etdiyi ünvana gəlmiş və onunla görüşdükdən sonra Natəvanla digər otağa keçərək söhbət etməyə başlamışar. Söhbət əsasında Leylanın artıq müstəqil şəkildə ölkəyə külli miqdarda dərman vasitələri gətirərək satmaq və əvəzində daha çox gəlir əldə etmək istədiyini, lakin bu işi görmək üçün müəyyən məbləğdə pul lazım olduğunu dediyini eşitmişdir. Həmin vaxt o da Leylayla Natəvanın söhbətinə qoşularaq Leylaya dərman vasitələrinin satışı ilə bağlı müəyyən məbləğdə pul vermək istədiyini, bunun müqabilində isə əldə ediləcək gəlirdən xeyir götürmək istədiyini bildirmişdir. Leyla həmin vaxt onunla razılaşdıqdan təxminən 1 həftə sonra Leyla ilə “Neftçilər” metrostansiyasına yaxın ərazidə görüşərək, 3.000 ABŞ dolları məbləğində pulu Leylaya vermişdir. Bundan təxminən 1 həftə sonra yenidən 4.000 manat məbləğində pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsində Leylanın həyat yoldaşı Aqşinə vermişdir. Lakin o, öz-özlüyündə fikirləşmişdir ki, 1 il ərzində həmin qoyduğu məbləğdən gəlir götürməsin və ümumilikdə qoyduğu 9.100 manat məbləği 15.000 manata qədər qaldırsın. Bu səbəbdən ilk 3 ay əldə olunan gəlirlə maraqlanmamışdır. Lakin 2018-ci ilin təxminən noyabr ayında Natəvan ona Leylanın nəyisə problemi olduğunu, dəqiq bilməsə də, Leylanın o da daxil olmaqla başqalarından da yığdığı pulları bilinməyən başqa bir məqsəd üçün xərclədiyini bildirmişdir. Bundan sonra elə həmin ərəfədə Leylanın yaşadığı ünvana getmiş və həmin ünvanda xeyli insan olduğunu görmüşdür. Həmin insanların arasında Leylanın bir neçə borclu olduğu şəxslər də olmuşdur. O, həmin vaxt orada olan Aqşinin atası Məmmədlə danışaraq, Aqşinin də həmin yerə gəlməsini tələb etmişdir. X32 bu işdə heç bir günahının olmadığını bildirmişdir. Orada olan insanların səs-küyündən o, Məmmədlə daha çox danışa bilməmiş və oradan ayrılmışdır. Həmin vaxtdan verdiyi pulları geri almaq məqsədilə dəfələrlə Aqşinlə görüşməyə cəhd göstərmişdir. Lakin Aqşin onun mobil telefon nömrəsini blok etdiyindən heç cür əlaqə saxlaya bilməmiş və bu günədək verdiyi pulları geri ala bilməmişdir. O, Leylanın müstəqil şəkildə ölkəyə külli miqdarda dərman vasitələri gətirərək satmaq və əvəzində daha çox gəlir əldə etmək istəməsini bildiyindən Leylaya dərman vasitələrinin satışı ilə bağlı müəyyən məbləğdə pul vermək istədiyini, bunun müqabilində İsə əldə ediləcək gəlirdən xeyir götürmək istədiyimi bildirərək Leylaya 3.000 ABŞ dolları və sonuncunun həyat yoldaşı Aqşinə 4.000 manat məbləğində pul vermişdir. O, Leylaya 2018-ci ilin təxminən avqust ayında Neftçilər metrostansiyasına yaxın ərazidə 3.000 ABŞ dolları məbləğində pulu ikisi təklikdə görüşərkən, bundan təxminən 1 həftə sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsində Leylanın həyat yoldaşı Aqşinə 4.000 manat məbləğində pulu isə Leylanın yanında vermişdir. Ona 3.000 ABŞ dolları və 4.000 manat məbləğində, ümumilikdə isə 9.100 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə 2008-ci ildə Bakı şəhəri, Suraxanı rayonu ərazisindəki Qaraçuxur məscidində təsadüfi tanış olmuşdur. O, həmin zaman islam dininə yeni gəlmişdir. Leyla ilə tanışlıqdan sonra xoş və səmimi ünsiyyətləri yaranmışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs2 cərrahiyyə iplərinin (sapları) klinikalara səyyar ticarəti ilə məşğul olmuşdur. Leyla bir çox həkim-ginekoloq və klinikalarla işlədiyini demişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs2 yaranmış xoş ünsiyyətdən istifadə edib, 01 ay müddətinə qaytarmaq şərti ilə ondan 200 manat pul istəmiş, lakin, pulu vəd verdiyi vaxtdan tez qaytarmışdır. Leyla həmin vaxtlarda öz işçiləri və yaxın rəfiqələri ilə hər adambaşı 100 manat lotoreya oynadığını bildirib, onu bu oyuna dəvət etmiş və o da bu oyuna razılıq vermişdir. Lotoreya oyunundakı növbəsində Leyla ona aid pulu vaxtında vermişdir. Leyla bu cür dürüst hərəkətləri ilə onda özünə qarşı etibar yaratmış və o, Leylaya ətrafında lotoreya oynamaq istəyən tanışlarını calamışdır. Münasibətləri bu cür davam etmiş və o, Leylanın heç bir qeyri-dürüst hərəkətini görməmiş, Leyla, sözündə bütöv, dediyi sözə əməl edən, borcunu vaxtında qaytaran kimi tanımışdır. Leyla həmin ərəfələrdə görüşdüyü Təqsirləndirilən şəxs1 ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Leyla ona meneceri olduğu dərman şirkətində dərmanların endirimdə olduğunu bildirib, müəyyən sərmayə qarşılığında qazanc əldə edə biləcəyini və dərmanları depoya təhvil verən kimi gəliri götürəcəyini demişdir. Həmçinin, o, 4-cü uşağının doğumundan sonra, xüsusən də yoldaşı ilə ayrılaraq, evdən ayrıldıqdan sonra psixoloji sarsıntılar keçirirmişdir. O, həmin ərəfələrdə anasıgilin Binə atçılıq qəsəbəsində yerləşən evində azyaşlı uşaqlarıyla yaşamış, lakin, əlində pulu olmuşdur. Həmin vaxtlarda Leyla və Aqşin tez-tez gəlib-gedərək ona mənəvi cəhətdən dəstək olmuşlar. Leyla ilə söhbətlərinin birində Leyla ayda 2000-3000 manat pul qazandığını, lakin, qayınanasının onu bezdirdiyini və qazandığı puldan özünün xeyir görmədiyi barədə şikayətlənmişdir. 2017-ci ilin xatırlamadığı günündə 5000 manat dəyərindəki dərmanları Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin arxasında olan depoya təhvil vermişdir. Dərmanları ondan təhvil alandan sonra ona bu dərmanların müqabilində verəcəkləri pulun çekini vermişlər. O da digər binaya girib, 2-ci mərtəbəyə qalxıb, oradakı kassaya yaxınlaşmışdır. Kassada dayanan işçi ondan çeki alıb, ona 6.000 manat pul vermişdir. Əldə olunan 1000 manat qazanc pul vəsaitini o, Leylaya aparmış və Leyla həmin pulu 3 hissəyə bölüb, 300 manat ona, 400 manat isə firmaya vermiş, qalan 300 manatını isə özünə götürmüşdür. Bu əməliyyat daha bir dəfə təkrarlanmış və əldə edilən qazanc əvvəldən söz verilən şəkildə bölüşdürülmüşdür. Leyla artıq inandığını, güvəndiyini görüb, ərinin işləmədiyini, qaynanasının ondan pul aldığını, artıq az qazancdan bezdiyini bildirərək, firma açıb biznesi böyütmək istədiyini bildirdikdə o da razılaşmışdır. Leyla ona firma açdıqdan sonra digər növ, yəni antibiotik, nervoloji, uroloji və sair dərman növlərinin də gətirilməsinin məcburi olduğunu qeyd edib, bunun üçün 50.000-60.000 manat sərmayə lazım olduğunu bildirmişdir. Lakin Leyla ona aralarında gedən bu danışığın heç kimin yanında, telefonda və ya whatsapp vasitəsi ilə olmamasını demişdir. Leyla bildirmişdir ki, Aqşindən başqa iş yoldaşlarının yanında belə danışmaq olmaz, çünki iş yoldaşları açacağı firmanın sənədlərinə əngəl törədə bilərlərlər. Daha sonra Aqşinlə Leyla ona təfərrüatları ilə baş menecerin Leyla, icraçı direktorun, bütün məsuliyyəti özünə götürənin və sənədləşməni aparanın isə Leylanın əri Aqşin olacağını demişlər. Aqşinin də bu işdə olmağı onu tam arxayın eləmiş və o, pulu tapa biləcəyini demişdir. Lakin bunun üçün o, Aqşinlə görüşmüş və arvadı Leylanın dediklərinin doğru olub-olmadığını soruşmuşdur. Aqşin onu tam əmin etmişdir ki, arvadının dedikləri doğrudur, bu işi təşkil edən, hazırlayan Aqşinin özüdür. Təqsirləndirilən şəxs2 verdiyi pul vəsaitlərinin tam dəqiq siyahısı isə belə olmuşdur: -2018-ci ilin yanvar ayının 5-də Leyla ilə görüşüb ünvan 4 ünvanda yerləşən “Anatolia” restoranında görüşüb ona 4500 manat, -2018-ci ilin yanvar ayının 10-da ünvan 5 ünvanda yerləşən «X30»ndə Təqsirləndirilən şəxs1a 5.000 manat, -2018-ci ilin yanvar ayının 15-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranın adminstratoru Azər adlı şəxsə Leyla və Aqşinə verməsi üçün 5.000 manat, -2018-ci ilin yanvar ayının 25-də Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında Leyla ilə görüşüb ona 4.700 ABŞ dolları, -2018-ci ilin fevral ayının 20-də Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranının adminstratoru Azər adlı şəxsə Leyla və Aqşinə verməsi üçün 5.000 manat, -2018-ci ilin fevral ayının 27də Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranının adminstratoru Azər adlı şəxsə Leyla və Aqşinə verməsi üçün 1.200 ABŞ dolları, - 2018-ci ilin mart ayının 04-də keçmiş əri Zərərçəkmiş şəxs1, Aqşin və Leyla ilə görüşüb onlara 3.000 ABŞ dolları, Rövşənin pulu, -2018-ci ilin may ayının 27-si Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışı yaxınlığında 2.300 ABŞ dolları pulu X9 vasitəsi ilə bacısı Təqsirləndirilən şəxs2, -2018-ci ilin iyun ayının 10-da 29.000 manatın bir qismini Leylanın "xxxx" hesabına, digər qismini isə ortaq tanışları Aytənin vasitəsi ilə, -2018-ci ilin avqust ayının 05-də Bəhruz Nuriyev 26, mənzil 29 ünvanında Aqşinlə görüşüb ona 7.000 manat, - 2018-ci ilin avqust ayının ortalarında anası Şahid2 vasitəsi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində Leyla və Aqşinlə görüşüb onlara 3000 ABŞ dolları, - 2018-ci ilin sentyabr ayında anası Şahid2 vasitəsi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində Leyla ilə görüşüb ona 4500 manat, - 2018-ci ilin oktyabr ayının 18-də Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında Leyla və Aqşinlə görüşüb 10.000 ABŞ dolları, - 2018-ci ilin oktyabr ayının 25-də Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında Leylaya ilə görüşüb ona 6.750 manat və 8.000 manatı, -2018-ci ilin noyabr ayının 6-da Bəhruz Nuriyev 26, mənzil 29 ünvanında Aqşinlə görüşüb sonuncuya 6.000 ABŞ dolları pul vəsaitləri verilmişdir. İbtidai istintaq zamanı könüllü olaraq təqdim etdiyi dəftərdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan hansı məqsədlər üçün nə qədər vəsaiti kimin vasitəsi ilə və harada aldığını təsdiq edən Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış əlyazma mövcuddur və həmin əlyazma Leyla tərəfindən hər dəfə pul vəsaiti alındıqdan 1-2 gün sonra və ya pul vəsaitinin alındığı gün könüllü şəkildə onun dəftərində Leylanın apardığı qeyd olmuşdur. Həmin dəftər əvvəllər, yəni pulların alındığı gün və ya 1-2 gün sonra Leyla tərəfindən dəftərin həmin vərəqin arasına qoyduğu eyni qələmlə yazılmışdır. Həmin dəftərdə müxtəlif qələmlərlə onun tərəfindən yazılan bir çox şəxsi məlumatlar da olmuşdur ki, həmin məlumatların yazılma tarixi Leylanın apardığı qeydlərdən ya əvvəl, ya sonrakı tarixlərdə yazılmışdır. 2018-ci ilin iyun ayında Leylanın ona göndərdiyi 1.125 manat pulun ona verdiyi pul vəsaitləri ilə heç bir əlaqəsi olmamışdır. Həmin pul vəsaiti ona məxsus obyektlərdən götürülmüş kirayə pulu olmuşdur. 2018-ci ilin dekabr ayında göndərilmiş 410 manat isə Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Leyla müxtəlif əşyaları sataraq pulunu onun vasitəsilə Rahİləyə göndərmişdir. Həmin 410 manat pulu da o, götürüb Rahiləyə vermişdir. Həmin ərəfədə o, özünə məxsus bir neçə ticarət obyektinin satışından 300 min manat nağd pul əldə etmişdir. Alqı-satqı sənədlərinin surətini istintaq zamanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs2 öz ifadəsində iş üzrə maddi sübut olan və onun tərəfindən 25 yanvar 2021-ci il tarixdə könüllü olaraq təqdim edilmiş üzərində «FOOTBALL» yazısı olan dama-dama dəftərin 13-cü vərəqənin üz tərəfində «Natanın mənə və ərim Aqşinə dərman işi üçün verdiyi pullar» sözləri ilə başlayan və arxa tərəfindən «2018-ci il dekabr 1-nə Natadan 75350 manat və 24200 dollar aldım və borcum 116490 manatdır» sözləri ilə bitən yazılar və həmin vərəqin hər iki üzündəki 11 ədəd imza işin istintaqını aparmış müstəntiq tərəfindən tərtib olunmuş A4 vərəqində olan eyni mətnin köçürülməsi nəticəsində əmələ gəlməsi ilə bağlı iş üzrə Təqsirləndirilən şəxs2 yalan demişdir, Leylanın ondan 2018-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayına qədər olan müddət ərzində aldığı pullar barədə həmin dəftərdə qeydi Leyla onun yanında yazmış və həmin yazılar yazılan zaman Leylanın ondan pul alması barədə polisə şikayət etməmişdir. Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaq üçün özünü müdafiə məqsədilə bu cür bildirmişdir. Ona cinayət əməli nəticəsində ümumilikdə 126.090 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 ilə 2016-cı ildən İran İslam Respublikasına gedərkən tanışlığı yaranmış və bu əlaqələr bu gün də davam edir. Təqsirləndirilən şəxs2 ilə tanışlığı Zərərçəkmiş şəxs2 vasitəsi ilə olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 ilə söhbətində ona aydın olmuşdur ki, Natəvan Təqsirləndirilən şəxs2 külli miqdarda vəsait verib və birlikdə dərman satışını həyata keçirirlər. Bunun reallıq olubolmadığına inanmaq üçün öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Görüşləri 2018-ci ilin avqust ayına təsadüf etmişdir. Görüş zamanı o, Təqsirləndirilən şəxs2 dərman biznesi ilə məşğul olduğu ilə bağlı dediyi sözlərə inanmış, Təqsirləndirilən şəxs2 bu işin əri Aqşin tərəfindən görüldüyünü və ticarətin yaxşı qazanc gətirdiyini qeyd etmişdir. 2000 manat pul vəsaitini o, həmin gün Təqsirləndirilən şəxs2 özünə vermişdir. Təxminən bir ay sonra, yəni 2018-ci ilin sentyabr ayının əvvəlləri Leylanın əri Aqşinlə Nərimanov metrosunun yaxınlığındakı Metroparkda görüşüb, 2000 manat pulu və qısa vaxtda qazanc hesablamaqla 60 manat almışdır. Aqşinlə həmin görüşlərində sonuncu onu bir daha inandırmışdır ki, bu ticarətdə zərər etmək mümkünsüzdür və qısa müddətdə gəlir əldə etmək imkanı vardır. O, Aqşinin dediklərini doğru qəbul etmiş və bu ticarətə az miqdarlarla sərmayə yatırmağı düşünmüşdür. 2018-ci ilin sentyabr ayında rəfiqəsi Zərərçəkmiş şəxs2 Leylanın rəhbərlik etdiyi bir neçə nəfərdən ibarət qrupun lotoreya oynadığını ona bildirmiş və onu da həmin qrupa üzv etmək barədə Leylanın təklifini çatdırmışdır. O, təklifi qəbul etmiş və bu oyuna qoşularaq 4-cü şəxs kimi hər ay 1.100 manatdan 3 ay, yəni toplam 3.300 manat nağd pul vəsaitini Leylaya vermişdir. Həmin ərəfədə, yəni 2018-ci ilin oktyabr ayında rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 Anatolia restoranında görüşəcəyi barədə xəbəri eşidib, Natəvanla birlikdə oraya getmişdir. Leyla həmin vaxt gələcəkdə yaxşı qazanc əldə edəcəyini, bu işi əri Aqşinin təşkil etdiyini, onun da bu işə qoşulmağını istədiyini bildirib, ondan ilk dəfə üçün 2.400 manat pul istəmişdir. O, eyni məqsədlə bir neçə ay əvvəl 2.000 manat nağd pul verib, qısa müddətdə 60 manat qazandığına görə Leylanın təklifini qəbul etmiş və ilk mərhələdə istədiyi 2.400 manat pulu Leylaya vermişdir. Bir neçə gün sonra Leyla əri Aqşinin adından bu iş üçün təxminən daha 2.000 manat lazım olduğunu dedikdə o, 500 manat və 600 ABŞ dolları pul vəsaitini metronun Əhmədli metrostansiyasının içərisində Aqşinlə görüşüb sonuncuya vermişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs2 və əri Aqşinin bir çox insanları aldatdıqlarının şahidi olmuşdur. Belə ki, Zemfira Leylaya verdiyi pul vəsaitini Leylanın evinə getməklə sonuncudan və ailə üzvlərindən tələb etmişdir. O, həmin vaxt bilmişdir ki, Leyla və əri Aqşin onun kimi bir çoxlarını aldadıb, pullarını ələ keçirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə uşaqlıqdan tanışdır, münasibətləri yaxın olmuş, ailəvi gediş-gəlişi olmuşdur. 2018-ci ilin təxminən sentyabr ayında o, Natəvanın evində olarkən sonuncunun tanımadığı bir şəxslə mütəmadi olaraq telefonla danışdığını, pul alış-verişində olduğunu və uzun-uzadı pulla bağlı mübahisələr apardığının şahidi olmuşdur. Natəvandan danışdığı şəxsin kim olduğunu soruşduqda sonuncu, telefonda danışdığı şəxsin Leyla adlı qadın olduğunu, Leylanın dərman şirkətlərinin birində menecer işlədiyini, yeni dərman şirkəti yaratmaq, xaricdən dərmanlar sifariş vermək, ölkə bazarında həmin dərmanların satışını təmin etməklə aylıq və gündəlik yüksək qazanc əldə etmək niyyətində olduğunu və bu niyyəti reallaşdırmaq üçün zəruri olan sərmayəni Leylaya verdiyini demişdir. O, bu işin xeyir gətirəcəyini düşünüb, 1.000 manat məbləğində bu işə sərmayə yatıra biləcəyini demiş və Natəvan onun xahişi ilə Leyla ilə təkrar telefon əlaqəsi yaradıb, bu istəyini Leylaya demişdir. Leyla isə cavabında 1.000 manat pulun sərmayə qoyuluşu üçün az olduğunu, sərf etmədiyini demişdir. O, vəziyyəti belə görüb, Natəvana bacısında da 1.000 ABŞ dolları olduğunu bildirib, özündə olan 1.000 manatla birlikdə toplam 1.000 ABŞ dolları və 1.000 manat pulu bu iş üçün sərmayə qoyuluşu üçün verə biləcəyini demiş və Natəvandan xahiş etmişdir ki, Leyla ilə təkrar əlaqə saxlasın. Leyla, onun təklif etdiyi məbləği qəbul edə biləcəyini bildirib, 1.000 manata görə hər ay 65 manat, 1.000 ABŞ dollarına görə isə 100 manat qazanc əldə edəcəyini demişdir. Səhəri gün o, Sumqayıt şəhərinə gedərək bacısının evindən 1.000 ABŞ dolları pulu götürüb, Natəvangilə gəlmiş və gecəni orada keçirmişdir. Həmin gün Leyla ilə telefonla danışarkən sonuncu ona bu biznes haqqında ətraflı məlumat verərək demişdir ki, əri Aqşinlə birgə yaratdığı dərman şirkəti vasitəsi ilə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanları maneəsiz Azərbaycan Respublikası gömrüyündən keçirərək ölkəyə gətirməklə etibarlı tərəfdaş tapmaq, hətta sərmayə qoyacağı üçün onu özünə tərəfdaş etmək niyyətində olduğunu, bu yolla quracağı dərman biznesini genişləndirəcəyini, sərmayə şəkilində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən yüksək məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyi barədə söhbət edərək, onu buna inandırmışdır. Leyla hətta demişdir ki, bu işdə heç bir zərər və risk yoxdur, əgər hər hansı bir zərər olarsa, bu zərəri Leyla qarşılayacaqdır. O, Leylanın anlatdıqlarından şübhə etməmiş, sonuncuya tam inanmış və üzərində gətirdiyi 1.000 ABŞ dolları pulu səhəri gün Leylanın xahişi ilə əri Aqşinə vermişdir. O, pulu Aqşinə metronun “Neftçilər” stansiyasının yaxınlığında kafelərin birinin qarşısında vermişdir. Pulun verilməsi prossesində Natəvan və azyaşlı uşaqları buna şahid olmuşlar. Bir gün sonra Natəvan və uşaqları ilə Masallı rayonuna getmiş, 2-3 gün orada qalıb, Bakıya qayıtmış və o yaşadığı Sumqayıt şəhərinə getmişdir. İstifadəsində olan ***-***-**-** mobil nömrəsindən Leylanın istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edib, bir daha işlə bağlı maraqlanmış, sonuncu, iş haqqında qısa və dolğun məlumat verib, vəd verdiyi 1.000 manat pulu verməyini tələb etmişdir. Leyla ona demişdir ki, 1.000 manat pul əvəzinə 900 manat pul göndərsin və qalan 100 manatı daha əvvəldən verdiyi 1.000 ABŞ dollarının aylıq qazancı olaraq özündə saxlasın. O da 15 oktyabr 2018-ci il tarixdə, saat 11-12 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh və Nərimanov küçələrinin kəsişməsində yerləşən "xxxx" ASC-nin Sumqayıt filialından “Ekspresspay” ödəniş sistemi ilə 900 manat pulu Leylaya göndərmişdir. Təxminən bir neçə dəqiqə sonra Leyla İlə təkrar əlaqə yaradıb, pulu qəbul edib-etmədiyini soruşmuş, Leyla isə pulu özünün aldığını bildirmişdir. Sonralar məlum olmuşdur ki, Leyla hər kəs kimi onu da aldadıb, pulu aldığı məqsədlərə xərcləməyib. O, Leylanın ona pul verməyəcəyini, onu aldatdığını güman edib, qohumluq münasibətlərinə zərər gəlməməsi üçün sözügedən vəsaiti bacısına geri qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs2 görə tanısa da, dərman ticarəti ilə əlaqədar əldə edəcəyi qazanc və sair kimi mövzularda söhbətləri əsasən Təqsirləndirilən şəxs2 özü ilə olmuşdur. Təqsirləndirilən şəxs2 onu bu işdə qazanc əldə edəcəyinə inandırmışdır. Leyla və əri Aqşin həmin an bilmişlər ki, o, 2018-ci ilin oktyabr ayında oynadığı lotoreya oyunundan 40.000 manat pul almalıdır. Onun pulu almaq növbəsi isə həmin ilin oktyabr ayına təsadüf etmişdir. Məhz bu inamdan sonra o, Leylanın istəyi ilə lotoreyadan aldığı həmin 40.000 manat pulu lotoreya oyunun təşkilatçısı Aytəndən etdiyi xahiş üzrə Təqsirləndirilən şəxs2 vermişdir. Pul vəsaiti Aytən tərəfindən Leylaya verilmişdir. Pul vəsaiti alındıqdan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dərmanlar qısa vaxtda anbara yerləşdiriləcək və satışı həyata keçiriləcəkdir. Leyla ilə görüşləri və telefon əlaqələrində verdiyi pulun müqəddəratını soruşarkən dərmanların sifariş verdiyi ölkələrdən çıxdığını, gömrükdə yaranmış problem səbəbindən anbarlara yığımının ləngidiyini bildirirmişdir. Bu problemin həlli üçün bir qədər də pul lazım olduğunu demişdir. 2018-ci ilin oktyabr ayının əvvəli yaşadığı Keşlə qəsəbəsi, Balamirzə küçəsi 1 ünvanında Leylanın əri Aqşinə həmin məqsəd üçün 10.000 ABŞ dolları pul vermişdir. Səhəri gün Leylanın ona zəngindən sonra daha 10.000 ABŞ dolları pulu əri Aqşinə yaşadığı mənzildə vermişdir. Verdiyi 20.000 ABŞ dolları pul vəsaitinin 10.000 ABŞ dolları hissəsində qonşu Həyatbəyim də buna şahid olmuşdur. Beləliklə, ümumilikdə 20.000 ABŞ dolları və 40.000 manat pul vəsaiti vermişdir. 2018-ci ilin dekabr ayında dərman şirkəti fəaliyyətə başlamalı və gəlir əldə etməliydi, o, bir xəbər olmamasını görüb Natavan ilə əlaqə saxlamışdır. Natavan demişdir ki, Təqsirləndirilən şəxs2 bankrot olmuşdur və onlar hazırda Leylanın evinə gedirlər. O da Natavangillə birgə Təqsirləndirilən şəxs2 yaşadığı evə yollanmışdır. Evə çatdıqda görmüşlər ki, evə çoxlu adamlar yığışıb və Leylanı döyürlər. Səhv etmirsə Leylanın qardaşı 102-ə zəng edərək polis çağırmış, polislər digər şəxsləri evdən çıxarmış, onlar isə evdə qalmışlar. Sonra Leylanın bacısının yoldaşı gəlmiş, öz aralarında dəftər tutaraq, Leylaya kimlərin borclu olmalarını qeyd etmişlər. Təqsirləndirilən şəxs2 bacısının yoldaşı, Şahid7 və onun anası Sabunçuda adını bilmədiyi bir həkimdən xatırlamadığı məbləğdə pul götürərək gəlmişlər. Daha sonra Leylanın qaynatasına zəng edilmiş, Təqsirləndirilən şəxs2 dili tutulmuş, onlar Leylaya ürək-dirək verərək sakitləşdirməyə çalışırmışlar. Ona ümumilikdə vurulmuş 74.000 manat məbləğində ziyandan müəyyən qədər ödəniş olmuşdur. İlk olaraq Leylanın atası və Azər adlı hüquqşünas gətirib evdə ona 1000 manat vermiş, 3.000 manat da müstəntiqin yanında ödəniş olmuş, sonra ziyan üzrə ödənişlər dayanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, direktoru olduğu "xxxx" MMC Azərbaycan Respublikasına dərman vasitələrinin gətirilməsi və ölkə daxilində həmin dərman vasitələrinin topdan satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 direktoru olduğu müəssisədə 01 may 2016-cı il tarixdən 15 mart 2018-ci il tarixədək olan müddətdə “tibbi nümayəndə” kimi çalışmışdır. Təqsirləndirilən şəxs2 çalışdığı müddət ərzində işində məsuliyyətli olmuş, fəaliyyətində hər hansı pozuntu aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində hər hansı şəxs və ya şəxslər tərəfindən hər hansı formada şikayət, yaxud müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 direktoru olduğu "xxxx" MMC-də çalışması ilə bağlı sonuncu ilə müəssisə arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Təqsirləndirilən şəxs2 özü tərəfindən müstəqil şəkildə ölkəyə dərman vasitələrinin gətirilərək satılmasına köməklik göstərilməsi və ya şərait yaradılması barədə hər hansı müraciəti olmamışdır. Təqsirləndirilən şəxs2 tərəfindən direktoru olduğu müəssisədən müstəqil şəkildə satışın həyata keçirilməsi üçün nə vaxtsa dərman vasitələri alınmamışdır. İlkin olaraq dərman vasitələrinin ölkəyə gətirilərək satışının həyata keçirilməsi üçün lisenziya tələb olunur. Həmin lisenziya əldə edildikdən sonra xarici dərman şirkətləri ilə alqı-satqı müqavilələri bağlanılır. Daha sonra dərman vasitələri ölkəyə gətirildikdən sonra hər bir dərman vasitəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyata alınması vacibdir. Dövlət tərəfindən həmin dərman vasitələrinə satış qiyməti qoyulmuş və yekun olaraq dərman vasitələri satışa buraxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. Təqsirləndirilən şəxs2 2010-cü ildən qabaq qızı Natəvana görə tanımışdır. Belə ki, Leylanın Natəvanla çox yaxşı münasibətləri olmuş və onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evinə bir neçə dəfə gəlib-getmişlər. Hətta, Leyla ilə söhbət zamanı bir-birilərindən hal-əhval tutmuşlar. Leyla onunla söhbət zamanı Şəfiqə xala deyərək müraciət etmiş, qızı Natəvan əksər vaxtlar öz pulunu anası olaraq ona etibar etmiş və pulu onda qalmışdr. O, sonuncu dəfə Natəvanın deməsi ilə Təqsirləndirilən şəxs2 4.500 AZN pul vermişdir. Belə ki, qızı Zərərçəkmiş şəxs2 “Həcc” ziyarətindən gəldikdən sonra ona baş çəkmək və oradan gətirdiyi sovqatlardan vermək üçün yaşadığı evə gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 qızına zəng edərək, demişdir ki, ona pul lazımdır. O, həmin zaman danışıqları eşitmiş, Natəvan Leylaya bildirmişdir ki, özündə pul yoxdur. Qızı ona demişdir ki, təcili pul düzəltmək lazımdır və Natəvanın özündə olan 70 manat pulla birgə onlar 4.500 manat pul düzəltmişlər. O, həm Təqsirləndirilən şəxs2, həm də qızı Zərərçəkmiş şəxs2 etibar etmişdir. Yanında gedən söhbətlərdən, eləcə də qızı Natəvanın sözlərindən bilmişdir ki, qızı Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 birlikdə şərik kimi dərman biznesi ilə məşğul olurlar. O, bir neçə dəfə Təqsirləndirilən şəxs2 əri Təqsirləndirilən şəxs1 Mərdəkan yolunda, metroda, kafedə və müxtəlif yerlərdə pul vermişdir. O, ümumilikdə 10.000 manat pul vermiş, onun Leylanın şəxsən özü ilə dərman biznesi ilə bağlı əlaqəsi olmayıbdır. Yalnız bir dəfə qızı Natavanla münasibəti pisləşmiş, arada inciklik yaranmış, o, Leylaya zəng etmişdir ki, əlində 3.000 ABŞ dolları pul vardır. Lakin Təqsirləndirilən şəxs2 demişdir ki, Natavanla şərik olduqları üçün onun icazəsi olmadan ondan pul götürə bilməz. Sonradan ona məlum olmuşdur ki, Leyla onun qızı Natavandan və digər şəxslərdən yüksək məbləğdə pul vəsaitini dərman şirkəti açmaq məqsədilə alaraq aldatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda cəzasını çəkir. Zərərçəkmiş şəxs2 ilə Qaraçuxur qəsəbəsində əvvəllər işlədiyi hicab mağasında tanış olmuşdur. Həmin vaxt o, mağazada satıcı işləmiş, eyni zamanda Natavan onun təşkil etdiyi lotoreya oyununa qoşulmuşdur. Həmin vaxt onlar doqquz nəfər şəxs tərəfindən 300 manat məbləğində lotoreya oynamışlar. Bir il keçdikdən sonra 2016-cı ilin oktyabr ayında Natəvan onunla mobil telefon əlaqəsi saxlayaraq Leyla adlı bir qadının gəlib lotoreya pulunu götürəcəyini bildirmişdir. Leyla onunla Neftçilər metrosunun yaxınlığında ilk dəfə olaraq görüşmüş və onlar tanış olmuşlar. O, lotoreya pulunu Leylaya vermişdir ki, həmin pulu Natəvana çatdırsın. Sonradan lotoreya oyununa Leyla da daxil olmuş və ona sonradan məlum olmuş ki, Leyla onunla əvvəlcədən lotoreya oynayırmış, lakin, o, tanımamışdır. Lotoreya oynaya-oynaya onların pullarının məbləği artmış və onlar adam sayı olaraq 1000 manatdan oynamışlar. Qrupun təşkiltaçısı kimi bir nömrəyə artıq 5000 manatdan oynamışlar. O, eyni zamanda iki qrup yerinə oynayırmış. Həmin qurupun hər ikisində Leyla və Natəvan oynayırmış, qrupun üzvlərindən biri də Natəvanın vasitəsilə tanış olduğu Zenfira Məlikova və sonuncunun qızı Nuranə olmuşdur. Adını çəkdiyi şəxslərlə onu Zərərçəkmiş şəxs2 tanış etmişdir. Təxminən 2018-ci ilin oktyabr ayının sonu Natəvan ona zəng edib bildirmişdir ki, 05 noyabr 2018-ci il tarixdə lotoreya pulundan yığılan 40.000 manat pulu Təqsirləndirilən şəxs2 gəlib ondan götürəcəkdir. 01 noyabr 2018-ci il tarixdə o, lotoreya pulundan ilk dəfə olaraq 5300 manat pulu Təqsirləndirilən şəxs2 ilə Neftçilər metrosunun yaxınlığında görüşüb vermişdir. Sonra 03 noyabr 2018-ci iİ tarixdə yenidən Leyla ilə "Anatolia" restranının içərsində görüşüb sonuncuya 7000 manat pul vermişdir. Sonra 04 noyabr 2018-ci il tarixdə yenidən Leyla ilə "Həzi Aslanov" metrosunun yanında görüşüb Leylaya 4200 manat pul vermişdir. Bundan sonra 05 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 əri Aqşinin adına olan Ekspress" bank kartını ona göndərərək 700 manat pulu həmin karta göndərmişdir. Elə həmin günü yenidən Aqşinin adına olan karta 1000 manat pul göndərmişdir. Bundan sonra elə həmin günü o, 05 noyabr 2018-ci il tarixdə Əhmədli metrosunun yaxınlığında olan “Boranı” restoranında Leyla ilə görüşüb sonuncuya 6000 ABŞ dolları və 500 manat pul vermişdir. Bundan sonra 07 noyabr 2018-ci il tarixdə o, Leylaya Adilə adlı həkimin vasitəsilə 2000 manat pul göndərmişdir. Bundan sonra sonuncu dəfə lotoreya oynayan həkim Dilşad xanım 9000 manat pulu Leylanın şəxsən özünə vermişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 40000 manat pulu tam şəkildə götürmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs2 onun özünə də lotoreya yığılan puldan 26.700 manat borcunun təxminən 6.700 manatını qaytarmışdır. Bundan əlavə olaraq Natavan Hacızadənin ona lotoreyaya yığılan puldan 27000 manat borcu olmuşdur. Təqsirləndirilən şəxs2 ilə Natavan Hacızadənin ona veriləcək pulları məhz oynadığı lotoreya ilə verilən pullar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 7 ilə yaxındır anasının vasitəsilə tanımış, Zərərçəkmiş şəxs2 ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 isə təxminən 3 il olar ki, anası Zemfiranın vasitəsilə tanımış, X35 ilə müxtəlif məbləğlərdə lotoreya oynamış, o da həmin lotoreya oyununda iştirak etmişdir. Həmin pulu anası Zemfira yığmış, sonuncu dəfə 2018ci ilin sonunda anası alandan sonra onlara çatacaq pulu verməli olmuşdur. Həmin pulu oynayan şəxslərdən biri də Leyla Abdulayeva olmuş, belə ki, sonuncu dəfə anası Zemfiraya çatacaq 40.000 manat lotoreya pulu Leylaya vermişdir. Lakin Leyla onun anası Zemfiraya dərman şirkəti açmaq istəməsini deyərək həmin şirkətin açılmasında yaxşı qazanc olmasına anasını inandıraraq lotoreyanın 40.000 manat pulunu və əlavə olaraq 20.000 ABŞ dollar pulu əri Aqşini anasının evinə göndərməklə götürmüşdür. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 hər-hansı bir dərman şirkəti açmaq niyyəti və yaxud fikri olmamış, sonuncunun fikri pulları ələ keçirmək olmuşdur. Buna baxmayaraq anası Zemfira onun pulunu özü şəxsi vəsaitindən ona ödəyərək ailəsində söz söhbət olmaması üçün qaytarmışdır. O, Təqsirləndirilən şəxs2 sonuncunun bu hərəkətləri ilə bağlı öz iradını bildirmiş və nəyə görə belə etməsini, eyni zamanda hansı dərman şirkəti açmaq istəməsini desə də, Leyla ona cavab olaraq hər-hansı bir dərman şirkəti açmaq isməməsini və həmin pulları öz şəxsi işləri üçün xərclədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 onun qonşusu olmuş və aralarında yaxşı münasibətləri mövcud olmuşdur. Zərərçəkmiş şəxs5 ilə aralarında olan söhbət zamanı sonuncuya lotoreya oynayan şəxslər olduğu təqdirdə onu da həmin lotoreya oynuna cəlb etməsini xahiş etmişdir. Danışıq zamanı Zemfira bir neçə şəxsin lotoreya oynunda iştirak etməyini bildirmiş və həmin oyunda iştirak etməklə 500 manat puldan oynamağını təklif etmişdir. O, Zemfiranın təklifi ilə razılaşıb ümumi 4.000 manat oynanan yerin tərəfindən 500 manat ödəməklə razılaşmışdır. 2018-ci ilin noyabr ayının əvvəli oynadığı lotoreya pulundan ona 5.000 manat pul verilməli olmuşdur. Lotoreya pulunun bir neçə gün yubandığını görüb Zemfiradan soruşarkən sonuncu bildirmişdir ki, Leyla adlı qadın dərman şirkəti açıb və lotoreyadan yığılan 40.000 manat pulu Leylaya vermişdir. Zemfiranın bu sözündən sonra sonuncuya bildirmişdir ki, onun lotoreya pulunu versin. Zemfira səhəri gün onun evinə gəlib ona çatacaq olan lotoreya pulundan 5.000 manat pulu vermişdir. Təxminən bir neçə gün keçəndən sonra, küçədə nəvəsini gəzdirdiyi zaman Zemfiranın bir nəfər oğlana pul verdiyini və həmin oğlanın Zemfiradan aldığı pulu sayarkən saydığı pul vəsaitlərinin ABŞ dolları olduğunu görmüşdür. O, Zemfira ilə salamlaşıb qapıda söhbət edərkən, Zemfira pul verdiyi oğlanın adının Aqşin olduğunu və eyni zamanda Aqşinin arvadı Leyla ilə dərman şirkəti açmalarına görə sonunculara pul verməsini bildirmişdir. Bir neçə aydan sonra ona məlum olmuşdur ki, Leyla adlı qadın və Zemfiradan pul götürməyə gəlmiş Leylanın əri Aqşin Zemfiranın 40.000 manat və 20.000 ABŞ dollar pulunu aldatma yolu ilə ələ keçiriblər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təxminən 7 ilə yaxındır anasının vasitəsilə tanımışdır. Natəvanla münasibətləri normal olmuş, Təqsirləndirilən şəxs2 isə təxminən 3 il olardı ki, anası Zemfiranın vasitəsilə tanımışdır. X35 ilə müxtəlif məbləğlərdə lotoreya oynamış, o da həmin lotoreya oynunda iştirak etmişdir. Sonuncu dəfə lotoreyanın məbləği onun tərəfindən 200 manat məbləğlə oynamışdır. Həmin pulu anası Zemfira yığmış və sonuncu dəfə 2018-ci ilin sonunda anası lotoreyada öz payına düşən məbləği alandan sonra onlara çatacaq pulu verməli olmuşdur. Həmin pulu oynayan şəxslərdən biri də Leyla olmuş, lakin, sonuncu dəfə anasına çatacaq 40.000 manat lotereya pulunu Aytən toplayıb Leylaya vermişdir. Buna baxmayaraq, Leyla anası Zemfiraya dərman şirkəti açmaq istəməsini deyərək həmin şirkətin açılmasında yaxşı qazanc olmasına anasını inandıraraq lotoreyanın 40.000 manat pulunu və əlavə olaraq 20000 ABŞ dollar pulu Təqsirləndirilən şəxs2 əri Aqşini anasının evinə göndərməklə götürmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 hər-hansı bir dərman şirkəti açmaq niyyəti və yaxud fikri olmamış, sonuncunun fikri pul vəsaitini ələ keçirmək olmuşdur. Lakin, buna baxmayaraq anası Zemfira onun 2.000 manat pulunu ailədə söz-söhbət olmaması üçün özü şəxsi vəsaitindən ödəyərək qaytarmışdır. Halhazırda anası lotoreya oynayanların hamısının pulunu özü şəxsən qaytarıb. Lakin, Leyla və əri Aqşin anasından aldatma yolu ilə aldıqları pulları qaytarmamışlar. Məhkəmədə ifadəsi elan edilmiş şahid X25 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 82 ünvanında yerləşən Hüquq Məsləhətxanasına gələrək onunla tanış olmuş və bəzi məsələlərdə köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2, sonuncunun əri Təqsirləndirilən şəxs1, sonuncunun qohumu Bəxtiyar adlı şəxs, sonuncunun qayınatası Məmməd və atası Novruzla birlikdə Zemfira adlı qadının evinə Təqsirləndirilən şəxs2 xahişi ilə getmişlər. Həmin zaman evdə olan danışıq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 özünün səmimi etirafı ilə Zərərçəkmiş şəxs5 aldığı 40.000 manat və 20.000 ABŞ dolları pul vəsaitini əri Aqşinin vasitəsi ilə götürdüyünü və Mehdiabad qəsəbəsində yerləşən və sonuncunun atası Məmməd Abdullayeva məxsus özbaşına tikili yaşayış sahəsini Zərərçəkmiş şəxs5 adına notarial qaydada rəsmiləşdirməklə və ya evin satışından əldə edilən gəlir hesabına borclu olduğu pul vəsaitini geri qaytara biləcəyini demişdir. Lakin, Təqsirləndirilən şəxs2 Xətai metrosunun yaxınlığında yerləşən notariat kontoruna getdikləri zaman dövlət rüsumu olaraq tələb olunan pul vəsaitini keçirməkdən imtina etdiyi üçün evin Zərərçəkmiş şəxs5 adına rəsmiləşdirmək mümkün olmamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs2 hüquqi məsləhət verərək Zərərçəkmiş şəxs5 aldığı pul vəsaitlərini geri qaytarmasını bildirmiş, lakin, sonradan həmin pul vəsaitinin qaytarılıb-qaytarılmamasından xəbəri olmamışdır. Verilən sualları cavablandıran X25 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onunla və qohumları ilə birlikdə Zərərçəkmiş şəxs5 evində olduğu zaman Zərərçəkmiş şəxs5 dərman şirkəti açmaq məqsədi ilə 40.000 manat və 20.000 ABŞ dolları pul vəsaitini aldığını etiraf etmiş və bu barədə polisə müraciət etməməsini xahiş etmiş və qohumları da buna şahid olmuşlar. Təqsirləndirilən şəxs2 bu xüsusatı inkar etməsinin mənasız olduğunu bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun doğma qızıdır. Təqsirləndirilən şəxs2 dərman şirkətində işləmiş, onun həyat yoldaşı Təqsirləndirilən şəxs1 isə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Qızı hər hansı biznes fəaliyyəti ilə məşğul olmamışdır. 2018-ci ilin noyabr ayında qızı Leyla həyəcanlı halda ona zəng edərək, onu borclu olduğu xanımların sıxışdırdıqlarını bildirmişdir. Qızı Leyla həmin günün axşamı öz iş yoldaşları olan xanımlarla onlara gəlmişdir. Bir müddət sonra həyətdə səs-küy olduğunu görmüşdür. Onlar çölə çıxanda Zərərçəkmiş şəxs2 nalayıq sözlər işlədərək, səs-küy saldığını görmüşlər. Hətta o, Natavana sakit olmasını bildirərkən, Zərərçəkmiş şəxs2 ona “qanımı üstünüzə tökəcəm, hamınızı həbs etdirəcəm” kimi sözlər demişdir. O, evdə quraşdırılmış kameraları göstərərək, çəkiliş getdiyini dedikdən sonra Natəvan sakitləşmiş və onu evə dəvət etmişlər. Zərərçəkmiş şəxs2 qızı Təqsirləndirilən şəxs2 ona külli miqdarda pul borclu olduğunu demişdir. Evdə aparılan söhbətlərdə müəyyən olunmuşdur ki, qızıyla Natəvan arasında təxminən 10-12 min manat pul borcu vardır. Zərərçəkmiş şəxs2 bu zaman yenidən özündən çıxaraq səs-küy salmışdır. Axşamtərəfi Zərərçəkmiş şəxs2 yoldaşı da gəlib çıxmışdır. O, namaz qılmaq üçün yer istəmiş, o da Natavanın ərinə namaz qılmaq üçün otaq göstərmiş, namaz qıldıqdan sonra o, Natavanın ərinə borc barədə danışaraq məsələni yoluna qoymağı təklif etmişdir. Lakin, Natəvanın yoldaşı bu işlərdən məlumatsız olduğunu, ümumiyyətlə qarışmadığını bildirmiş və Natəvan, eləcə də digər qadınlarla birlikdə çıxıb getmişlər. Həmin günün səhəri günü yenidən Natəvangil onların evinə gələrək, külli miqdarda pul tələb etmişlər. Qızının qayınatası Məmməd Abdullayev ilə oturub qərara gəlmişlər ki, o, evini girov qoysun, pulun bir hissəsini borc kimi ödəsin. Lakin, notarius bu əqdi qeyri-qanuni sayaraq təsdiq etməmişdir. Daha sonra isə öyrənmişlər ki, Zərərçəkmiş şəxs2 və digərləri Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Zərərçəkmiş şəxs2 başqa Zərərçəkmiş şəxs5 da haqq-hesab dəftərində adı olmuş, evdə aparılan hesablamalara əsasən, borcun təxminən 4.000 manat olması müəyyən edilmiş və həmin pulu qızı Təqsirləndirilən şəxs2 bir hissəsini pul, bir hissəsini isə məişət əşyaları verməklə ödəmişdir. Onun şəxsən Zərərçəkmiş şəxs2 və ya onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 hər hansı məbləğdə pul aldığı olmamışdır. O, Zərərçəkmiş şəxs2 məxsus olan bağçadan nəvəsini yalnız bir-iki dəfə gedib götürmüş və həmin zaman da Zərərçəkmiş şəxs2 ilə qarşılaşmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğlu, Təqsirləndirilən şəxs2 isə onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs2 2018-ci ildə demişdir ki, faizə borc pul götürüb və borcları yaranıb. O, həmin borclu olduğu şəxsləri çağırmasını Leylaya bildirmişdir. Beləliklə onlar Leylanın atasıgilin evində yığışmışlar. Həmin zaman Zərərçəkmiş şəxs2 evə gələrək səs-küy salmağa başlamışdır. Aralarında olan söhbət zamanı məlum olmuşdur ki, Leylanın Zərərçəkmiş şəxs2 12.000 manata yaxın borcu vardır. Həmin günün səhəri günü ona sonradan adının Zərərçəkmiş şəxs5 olmasını bildiyi xanım zəng edərək, gəlini Leylanın ona 4.800 manat borcu olduğunu bildirib, onu qudası Novruz Zeynalovun evinə çağırmışdır. Aralarında olan söhbət zamanı onlar ümumilikdə 16.800 manat borcu hissəhissə verməyə razılaşmışlar. Zərərçəkmiş şəxs5 onları inandıraraq, tanış notariusunun olmasını bildirərək, yaşadıqları evi girov qoymağı təklif etmişdir. O, məcbur qalaraq, bu təklifə razılaşmışdır. Onlar Zərərçəkmiş şəxs5 ilə birlikdə notariusa getmiş və notarius 16.800 manat pulun qarşılığında 50.000 manat dəyəri olan mənzilin girov qoyulmasını qanuni hesab etməyərək, həmin əqdi icra etməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs2 Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etməsini öyrənmişlər. Oğlu Təqsirləndirilən şəxs1 və onun yoldaşı Təqsirləndirilən şəxs2 birlikdə hər hansı ortaq biznes fəaliyyətləri olmamışdır. O, Leyla və ya Aqşindən heç bir zaman hər hansı dərman şirkəti ilə bağlı söz eşitməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2021-ci il tarixli 4/240-4/241 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 04 ədəd CD diskdə olan mübahisəli fonoqramlar haqqında məlumatlar tədqiqat prosesinin təsviri hissəsinin xarici baxış və ilkin tədqiqat bölməsində qeyd olunmuşdur. Ekspertizaya təqdim olunmuş 04 ədəd CD diskdə olan mübahisəli fonoqramlarda qeydə alınan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 04 ədəd CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 04 ədəd CD diskdə olan mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu və ya qurğuları təqdim olunmadığından ekspert qarşısında qoyulmuş 4-cü sual üzrə tədqiqat aparılmadı. Ekspertizaya təqdim olunmuş 04 ədəd CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs2, «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs5, «Q3» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, «Q4» kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs3, «Q5» kimi işarə olunmuş diktorun səsi və nitqi X8 məxsusdur. Ekspertizaya təqdim olunmuş 04 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda tədqiqi hissədə qeyd olunan səbəblərdən Şahid7 məxsus səs və nitqin olub-olmaması barədə tədqiqat aparılmadı. (cild 02, iş vərəqə 228-236) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli 4/242 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş ********* nömrəli cinayət işinin materiallarında üzərində «FOOTBALL» yazısı olan dama-dama dəftərin 13-cü vərəqənin üz tərəfində «Natanın mənə və ərim Aqşinə dərman işi üçün verdiyi pullar» sözləri ilə başlayan və arxa tərəfindən «2018-ci il dekabr 1-nə Natadan 75350 manat və 24200 dollar aldım və borcum 116490 manatdır» sözləri ilə bitən yazılar və həmin vərəqin hər iki üzündəki 11 ədəd imzaeyni şəxs, Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş ********* nömrəli cinayət İşinin materiallarında üzərində «FOOTBALL» yazısı olan dama-dama dəftərin 13-cü vərəqənin üz tərəfində «Natanın mənə və ərim Aqşinə dərman işi üçün verdiyi pullar» sözləri ilə başlayan və arxa tərəfindən «2018-ci il dekabr 1-nə Natadan 75350 manat və 24200 dollar aldım və borcum 116490 manatdır» sözləri ilə bitən yazılarda və həmin vərəqin hər iki üzündəki 11 ədəd imzada əlyazmanın və imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. ********* nömrəli cinayət işinin materiallarında üzərində «FOOTBALL» yazısı olan dama-dama dəftərin 13cü vərəqənin üz tərəfində «Natanın mənə və ərim Aqşinə dərman işi üçün verdiyi pullar» sözləri ilə başlayan və arxa tərəfindən «2018-ci il dekabr 1-nə Natadan 75350 manat və 24200 dollar aldım və borcum 116490 manatdır» sözləri ilə bitən yazılarda və həmin vərəqin hər iki üzündəki 11 ədəd imzada əlyazmanın və imzanın yazı üçün vərdiş olunmamış sol əl ilə icra olunması faktı müəyyən edilməmişdir. (cild 02, iş vərəqə 237-240) Müdafiə tərəfinin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin ünvan 8 ünvanladığı cavab məktubundan görünür ki, “Oyal” brendli, A5 formatlı, 40 vərəq damalı, “idman” seriyalı ümumi dəftərlər 06 avqust 2020-ci ildən tərəflərindən istehsal olunmağa başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 4/1769 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Princo” CD diskdə olan mübahisəli fonoqramların qeydə alındığı fayllar haqqında məlumatlar tədqiqi hissədə qeyd olunmuşdur: WhatsApp Audio 2021-11-17 at 13.54.29 (1) (1)” Təqsirləndirilən şəxs2- Ba mən sənə deyirəm ki,ya biz bunu oturub ağılnan həll etməliyik, ya da hə, ged ver məhkəməyə. Hə, mən gedim yatım türmədə,sən getdin yatdın türmədə, pul qayıdır? Qayıtmır. Hə, nolur, olan balalarımıza olur e, olan bizə olur e, heç kimə olmur. Nuranə də öz həyatını yaşıyacaq, başqası da öz həyatını yaşıyacaq. Ama olan bizə olur Natavan, bas basa düşürsən? Olan bizə olur. Yazığ deyilmiyiy? Səfdi də olubdu insan həyatında. Gəl bunu sakit sakit həll eliyək. Mən qaçıram pulumnan? Deyirəm aybaay verəcəm. Müqaviləmizi bağlıyar ağlıyaq Mən sənə bugün onu qandırmaq isdədim ki, bacı sən deyirsən ki, gələn ayın 9 min latareya pulusunu Ceyhunun yerinə sən verməlisən, Mən də deyirəm ki, mən o 9 mini mənə icazə ver üsdünnən 6 min 200-ünü götürüm ayın 1-i, 2-i, verim Ceyhunun birinci 17 mininə. Başa düşdün, mən dünən onun davasın eliyirdim. "WhatsApp Audio 2021-11-17 at 13.54.29 (1) (1) T' Təqsirləndirilən şəxs2 - Ay bacı başa düşür e, qaynatam bugün ağlamışam ki, məni uşağsız qoyurlar. Mən övladlarımsız ölərəm Natavan. Ev demirsən, deyir ev demirsən gedəy müqavilə bağlıyaq ki ///Çünki evi keçirtdim, sora deyəcəklər ki, o biri 100 mini doğ bura, o olmaz Zərərçəkmiş şəxs2- Yo, 100 mini mən gözlüyürəm Leyla. Mən bu birisiləri demirəm sənin kimi, mənim kimi. Deyəcəm ki, bala xeyir yemisən də, indi məsələn pulumuzdan elə bil ki, götürək 300-300 /// Təqsirləndirilən şəxs2 - Natavan sənə bir söz deyim, dünənləri bax dedim mən İqbal gəlmişdi ... uqalovnikdi də. İqbal deyir ki, bax Leyla sənə bir şey deyim o gedəcək sən gələssən, o gedəcək sən/// 3 sürünəssiz, 3 ildən sonra məhkəmə qərarı verir, belə deyək də, indi hansınızda az yaşlı var insafnan nə bilim nə, ama bunun axn oradı. ... sən yedin, nə də o birisi yedi getdi Zərərçəkmiş şəxs2- Leyla dedi ki, 3 ili içəridə gözdiyəciyik sənin xəbərin var? Təqsirləndirilən şəxs2- Qulaq as e, vəkil qardaşdı, vəkil nə deyir, deyir Leyla sənə bu şey tərəfdən danışsam sənə öyrədəcəm belə denən, belə denən. Deyirəm ki, **** 01 dəq 14 san. Zərərçəkmiş şəxs2- Bəs vijdan? Təqsirləndirilən şəxs2- Deyirəm ki, bəs ona görədi də. Dedi gəl yığışaq danışaq şərt budur. Deyirəm ev müqaviləsi də ... cahil insandı da deyir ki, bəlkə aldılar evini sabah səhər gəldilər ki, çıx. Vermədin çıx. Deyir onun üçün müqaviləni düzgün bağlıyaq. Borc gösdərilsin nə qədər, ev müqavili bu qədər, borc ödənilənnən sonra ev geri qayıtsın. Başa düşdün nə deməy isdiyirəm. Anlada bildim şükür Allaha. Sən dünən birinci 10 minin qalığını dirəşməsəydin bugün mənim qaynatam gedirdi natariusa Zərərçəkmiş şəxs2- Yox, o dedi mənə 3 gün vaxd ver Təqsirləndirilən şəxs2 - Hə, 3 gün dedi şey eləməy isdiyirəm, indi gedib vəkilnən də danışacam. Başa salacam vəkil mənə qarşı tərəfdən bunu deyir. Vəkil də deyəcək hə, gəlsin oturaq. Elə bir yerdə gedəy natariusa. Qol çəksin, şahidlər olsun, vəssalam bitdi iş. Bitirənnən sonra Natavan keçim Mehribannan məşğul olum e, Mehriban/ll Zərərçəkmiş şəxs2 - Az mən səni bi dənə başa salım, Mehriban bu dəyqə şikayət eliyən adam deyil. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Princo” markalı CD diskdə olan WhatsApp Audio 2021-11-17 at 13.54.29 (1) (1)" adlı mübahisəli fonoqramdakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Princo” markalı CD diskdə olan WhatsApp Audio 2021-11-17 at 13.54.29 (1) (1) 1" adlı mübahisəli fonoqramda tədqiqi hissədə qeyd olunan mübahisəli fonoqramda montaj əlaməti üçün xarakterik əlamətlər qeydə alınmışdır. Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından qeyd olunan əlamətlərin hansı səbəbdən yarandığını və digər dəyişikliklərin olub- olmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə yazılı mətnlərində “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs2 məxsusdur. (cild 05, iş vərəqə 131-137) İş materiallarında olan 13 mart 2019-cu il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 məxsus 40.000 manat və 20.000 ABŞ dolları pul vəsaitinin ünvan 9 ünvanda aldığı və Təqsirləndirilən şəxs2 guya sahib olduğu dərman şirkətinin yerləşdiyi yerin ünvan 10 ünvanında yerləşdiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 25-28) İş materiallarında olan “Ekspresspay" ödəniş sistemi "xxxx" ASC-nin 257 nömrəli terminalının 21913 nömrəli qəbzinə əsasən Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsi və Nərimanov küçələrinin kəsişməsində yerləşən "xxxx" ASC-nin Sumqayıt fillialından Təqsirləndirilən şəxs2 adına 15 oktyabr 2018-ci il tarixdə saat 11:54-də 900 manat pul vəsaitinin göndərilmişdir. (cild 01, iş vərəqə 24) İş materiallarında olan 05 avqust 2010-cu il tarixli, “İlkin müqavilə”yə əsasən satıcı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nizami rayonu, ünvan 11 ünvanda yerləşən əsas sahə 208,4 kvadrat metr, yardımçı sahəsi 104,1 kvadrat metr, ümumi sahəsi 312,5 kvadrat metr olan qeyri-yaşayış sahəsini 240.840 manatın 216.750 manatının əsas müqavilə üzrə ödəniləcəyi, hazırda isə 24.084 manatının ödənilməsi şərti ilə alıcı X1. (cild 01, iş vərəqə 79) İş materiallarında olan "xxxx" MMC-in 10 sentyabr 2019-cu il tarixli müvafiq sənədinə əsasən Təqsirləndirilən şəxs2 adı çəkilən şirkətdə 01 may 2016-cı il tarixdən 15 mart 2018-ci İİ tarixə qədər tibbi nümayəndə kimi çalışmış və 15 mart 2018-ci il tarixdə öz xahişi ilə çalışdığı işdən azad edilmişdir. (cild 01, iş vərəqə 94) İş materiallarında olan 27 dekabr 2019-cu il tarixdə tərtib edilmiş protokola əsasən Təqsirləndirilən şəxs2 800 (səkkiz yüz) manat nağd pul vəsaitini X3 təqdim edərək, sonuncuya vurduğu zərəri qismən ödəmiş, Zərərçəkmiş şəxs5 da həmin məbləğdə vəsaiti Təqsirləndirilən şəxs2 qəbul etmişdir. (cild 01, iş vərəqə 187) İş materiallarında olan “Modern Hospital” tərəfindən 10 yanvar 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 06 may 2017-ci il tarixdə həmin klinikada “laparoskopik xolesistoektomiya” əməliyyatı olunmuş, xəstəxanaya ödənilən məbləğ 937 manat təsdiq etmişdir. (cild 01, iş vərəqə 222) İş materiallarında olan “Medical Plaza”nın 25 iyun 2018-ci il tarixli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən 1.030 manat, 20 iyun 2018-ci il tarixli mədaxil qəbzinə əsasən 170 manat, 26 iyun 2018-ci il tarixli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən 1.000 manat, 29 iyun 2018-ci il tarixli mədaxil qəbzinə əsasən 1.000 manat ödənildiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 229-230) İş materiallarında olan 06 fevral 2021-ci il tarixli tədqiqat üçün nümunələrinin götürülməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsindən ötrü Təqsirləndirilən şəxs2 tədqiq olunan sənədin latın qrafikalı Azərbaycan əlifbası ilə icra olunmuş mətninə uyğun göy rəngli diyircəkli qələmdən istifadə edilməklə 30 ədəd “A4” formatlı vərəqələr və damalı 09 vərəqədə eksperimental xətt və imza nümunələrini götürülmüşdür. (cild 02, iş vərəqə 160) İş materiallarında olan 08 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə X6 istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən 01 fevral 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək ötürülən məlumatlar CD disk şəklində Bakcell MMC-dən götürülmüşdür. Təqsirləndirilən şəxs2 İstifadəsində olan 055 *** ** ** nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan 055 *** ** ** nömrəsi ilə 29 iyun 2018-ci il tarixdə saat 01.10.57-də, 27 iyul 2018-ci il tarixdə saat 13.20.05-də, Zərərçəkmiş şəxs2 istifadəsində olan digər- 055 *** ** ** nömrəsi ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi yaxınlığına, 04 avqust 2018-ci il tarixdə saat 06.54-dən saat 22.29-dək 6 dəfə, 08 avqust 2018-ci il tarixdə saat 14.43.58-də və 16 avqust 2018-ci il tarixdə saat 12.11.56-da danışıqlar apardığı müəyyən edilmişdir. (cild 04, iş vərəqə 283) Diskə baxış keçirilməsi haqqında protokola əsasən həmin disklər üzərinə əvvəlcə şərti olaraq «1», «2», «3» və «4» rəqəmləri qoyulmuşdur. Üzərində şərti olaraq «1» rəqəmi yazılmış diskə baxış keçirilərkən içərisində «Watsap Video 2019- 08-22 at 13.17.46» və «Watsap Video 2019-08-22 at 13.17.56» video qovluqların olduğu, «Watsap Video 2019-08-22 at 13.17.46» qovluğun içərisindəki görüntünün 15,553 MB həcmdə 2 dəqiqə 45 saniyə, «Watsap Video 2019-08-22 at 13.17.56» qovluğun içərisindəki görüntünün isə 15,825 MB həcmdə 2 dəqiqə 45 saniyə müddət davam etdiyi müəyyən edilmişdir. Üzərində şərti olaraq «2» rəqəmi yazılmış diskə baxış keçirilərkən içərisində «Watsap Audio 2020-12-23 at 14.02.08», «Watsap Audio 2020-12-23 at 14.01.37» və «Watsap Audio 2020-12-23 at 14.01.37» audio qovluqların olduğu, «Watsap Audio 2020- 12-23 at 14.02.08» audio qovluğun içərisindəki səs yazılarının 0,310 MB həcmdə 2 dəqiqə 15 saniyə, «Watsap Audio 2020-12-23 at 14.02.07» audio qovluğun içərisindəki səs yazılarının 0,583 MB həcmdə 4 dəqiqə 8 saniyə və «Watsap Audio 2020-12-23 at 14.01.37» audio qovluğun içərisindəki səs yazılarının 0,054 MB həcmdə 23 saniyə müddət davam etdiyi müəyyən edilmişdir. Üzərində şərti olaraq «3» rəqəmi yazılmış diskə baxış keçirilərkən içərisində «Watsap Audio 2020-12-23 at 07.18.37(1)», «Watsap Audio 2020- 12-23 at 07.18.37», «Watsap Audio 2020-12-23 at 07.18.38(1)» və «Watsap Audio 2020- 12-23 at 07.18.38» audio qovluqların olduğu, «Watsap Audio 2020-12-23 at 07.18.37(1)» audio qovluğun içərisindəki səs yazılarının 0,061 MB həcmdə 26 saniyə, «Watsap Audio 2020-12-23 at 07.18.37» audio qovluğun içərisindəki səs yazılarının 0,030 MB həcmdə 12 saniyə, «Watsap Audio 2020-12-23 at 07.18.38(1)» audio qovluğun içərisindəki səs yazılarının 0,020 MB həcmdə 8 saniyə, «Watsap Audio 2020-12-23 at 07.18.38» audio qovluğun içərisindəki səs yazılarının 0,527 MB həcmdə 3 dəqiqə 44 saniyə müddət davam etdiyi müəyyən edilmişdir. Üzərində şərti olaraq «4» rəqəmi yazılmış diskdəki 02 ədəd audio qovluğun olduğu aşkar edilmişdir. Baxış zamanı müəyyən edildi ki, üzərində “Rəhilə” yazılmış diskdə 06 ədəd, Whatsapp Audio 2020-12-23 at 14.01.37, Whatsapp Audio 2020- 12-23 at 14.02.07, Whatsapp Audio 2020-12-23 at 14.02.08(1), Whatsapp Audio 2020-12- 23 at 14.02.08(1), Whatsapp Audio 2020-12-23 at 14.02.08, Whatsapp Audio 2020 at 14.02.08 kimi adlandırılmış səs yazıları mövcuddur. Whatsapp Audio 2020-12-23 at 14.02.07 kimi adlandırılmış səs yazısı faylında özlərinin sözlərindən də başa düşüldüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs2 ilə Rahilə adlı qadının telefon danışığı mövcuddur. Həmin danışıq iştirakçıları ardıcıllığın gözlənilməsi və səslənən fikirlərin fərdiləşdirilməsi məqsədilə şərti olaraq səsi Təqsirləndirilən şəxs2 səsi ilə oxşarlıq təşkil edən qadın cinsinə məxsus səslə danışan diktor «L» hərfi ilə, Rahilə adlı qadına məxsus səslə danışan diktor «R» hərfi ilə adlandırıldı və fonoqramın qulaq asılma vaxtı şərti olaraq 09:00:00 olaraq seçildi. Baxış keçirilən səs yazısı faylında olan fonoqramda qeydə alınan danışıqların yazılı mətni aşağıdakılardan ibarətdir: R: Sevata mani söyüb biabr eləyir... Svetanın danışığını özün bilirsən də.... Sveta mənə deyir ki: «Sən mənə deyirsən ki, get ərizəni götür və başqa cür, yəni Leyla deyən kimi yazın... Amma mən ora gedəndə bilirsən nə gördüm? Gördüm ki, Leyla yazıb ki, faizə pul vermişəm. Mən faizə pul vermişəm? yoxsa dərman şirkətinə pul vermişəm? Sən gətirmisən Rəhilə xəbərin yoxdur? Leyla yalandan yazıb ki, faizə pul vermişik. Biz faizə vermişik ya dərman şirkətinə pul vermişik?» Mən sənin üstündə Sveta ilə dalaşıram ki, get ərizəni götür, mən Leylaya söz vermişəm Sveta da məni söydü. L: Mənə artıq maraqlı deyil, mənə lazımdı nə istəyirsən zakaz elə, götürüm verim, səndən tez qutan m, indi de görüm nə istəyirsiz? R: Heç nə istəmirəm eeeee... Ay Leyla, deyirsən ki, Sveta məndən şikayət edib, Svetaya de getsin ərizəsini götürsün deyə mən də düşmüşəm Svetanın üstünə... Sveta da deyir ki, get başımdan Leyla yazıb ki, faizdi, mən faizə vermişəm? ya dərman firmasına? L: Rəhilə, bir dəqiqə sakit... Görürsən sənin ərizəni görmədim, ona görə mən sənə zəng eliyib sual verdim, sən də mənə cavab verdin, amma Svetanın ərizəsini şəxsən özüm oxumuşam cavab verdim. R: Bəs sən demisən ki, faizə veriblər də pulu mənə.... Sveta da nə var hamısını açıb deyib də... L: Ay bala elə olmayıb Sveta gedib məndən bir dənə dastan yazıb deyirlər bu nədi 65 manat, 65 manat pul ödəmisən? Pulun üstündə pul ödəmək nədir? R: Leyla yadındadı biz üçümüz görüşdüyeeeee... Rostorandı, çayxanadı nədi? Sənə bir söz deyim, görüşmüşdük, onda sən Natavana nə dedin? Dedin ki, Aytən idi? kim idi? Aytən deyilən bir xanım, kimdi onda pul faizdirsə pulunu get götür geri günahdı, bax bu sözü sənin ağzından mən eşitdim, ona görə inandım sizə.... Yəni siz düz insanlarsız siz faizə girmirsiz faiz yemirsiz.... L: Rəhilə qulaq as mənə sənin dərdin nədir indi? R: Mənim dərdim odur ki, burdan mənə deyirsən ki Svetaya de ki, «getsin ərizəni götürsün» Mən də Svetanın üstünə düşürəm. Svetanın vatsapı işləmir, zəngi zəng dalına edirəm ki, gedib görüşürəm ki, «get ərizəvi götür.» Sveta da mənə deyir ki, get işinlə məşğul ol Leyla gedib...... L: Birinci ərizəni kim yazıb? R: Necə? L: Birinci ərizəni kim yazıb? R: Sən orda demisən ki, Natavan yazıb ərizəni. Mən sənə deyə bilmərəmeeeee orda kimin ərizəni yazdığını, orda Svetanı mıxlayıblar, deyiblər: nə danışırsan? Leyla deyir ki, faizə pulu vermisiz, sənin orda sözlərini qoyublar, ərizəni qoyublar ki, faizə pul verilib. L: Ay bala, mən Svetadan ərizə yazmamışameeee. Mənə ərizəni göstərəndə şoka düşdümeeeee. Dedim mən buna pulunu ödəyirəm bu isə gəlib mənə torba tikir? Mənə dedilər ki, sən necə ödəyirsənki? Dedim ki, bəli, mən ödəyirəm, pul almışam pulumu ödəyirəm, gedirəm ona qabyuyan maşın alıb verim R: Leyla, yox sən ərizələrdə cavab şikayətlər ki vareeeee, Natavan şikayət edibeeeee, o ərizələrə cavab vermisən ki, mənə faizə pul veriblər, orda Svetanın adı var, dedim Sveta da mənə bu sözləri dedi. L: Dayan səsim kəsildi. Bundan sonra tərəflərin arasında danışıq bitir və səs yazısı olan fonoqrama sona çatır. Səs yazısı faylına yazılmış fonoqrama bir dəfə fasiləsiz qulaq asıldıqda şərti vaxt 09:00:00 qəbul edilməklə, həmin anda başlandı və 09:04:08-də qurtardı, yəni « Whatsapp Auido 2020-12-23 at 14.02.07» adlı səs faylında olan yazılmış fonoqram cəmi 04 dəqiqə 08 saniyə davam edir. Bundan başqa həmin diskdə mövcud olan digər Whatsapp Audio 2020-12-23 at 14.01.37 ilə adlandırılmış səs yazısı faylında Təqsirləndirilən şəxs2 oxşar səslə danışan qadın cinsinə məxsus şəxsin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi səs yazısının dinlənmə vaxtı şərti olaraq 09:00:00 seçildi və həmin səs yazısı faylında olan fonoqramanın mətni aşağıdakı kimidir: “Yaxşı bacı mən baxaram. Mən hal-hazırda haqq hesablara görə əlləşirəm. Bu 5-10 günlük mən də heç nə qazanmıram bu haqq hesabda. Bir partiya vura bilirəm. Onu da götürüb elebil bir partiyanın xeyrini sənə vurum. İkinci partiyanı vuranda mənə qalır. Mən sabah sənə deyəcəm. ” Daha sonra səs yazısı faylında olan fonoqrama bitir. Səs yazısı fayhna yazılmış fonoqrama bir dəfə fasiləsiz qulaq asıldıqda şərti vaxt 09:00:00 qəbul edilməklə həmin anda başladı və 09:00:23-də qutardı, yəni “Whatsapp Audio 2020-12-23 at 14.01.37” adli səs yazısında olan fonoqram cəmi 23 saniyə davam edir. Bundan əlavə həmin diskdə “Whatsapp Audio 2020-12-23 at 14.02.08 kimi adlandırılmış səs yazısı faylında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə səs yazısı faylında olan fonoqramadan başa düşüldüyü kimi Xəyalə adlı qadın səsi ilə danışan şəxsin “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışığı mövcuddur. Həmin danışıq iştirakçıları ardıcıllığın gözlənilməsi və səslənən fikirlərin fərdiləşdirilməsi məqsədilə şərti olaraq səsi Zərərçəkmiş şəxs2 oxşar səslə danışan diktor “N”, Xəyalə adlı qadın səsi ilə danışan diktor isə “X” adlandırıldı. Səs yazısında faylında olan fonoqramanın dinlənilmə vaxtı şərti olaraq 09:00:00 olaraq seçildi və həmin səs yazısı faylında olan fonoqramanın mətni aşağıdakı kimidir: X: Və aleykum salam tanıdım səsini nömrəndə var adında düşdü, əvvəl sualına cavab verim sonra məsləhət olsa adımı yazarsan! Hə Ley layla bağlı xatırlayıram söz vaxtına çəkər noyabr ayı idi, biz müəllim qrupu mən işlədiyim tədris məktəbinin müəllim kollektivi qoşulmuşduq Leylagilin qondarma lotoreya oyununa, bizim tədris məktəbindəki müəllimənin alacağı ay noyabr ayına təsadüf edirdi, noyabr ayındakı hansı mü əlli məki lotoreyası götürməliydi mən Leylaya müraciət elədim ki, lotoreyalar yığılıbsa mən götürüm, çünki o müəllimələr mənim adımda idi çünki mən Leylanı tanıyırdım mən müəllimləri qoşmuşdum lotoreyaya elə oldu ki Leyla heç nə vermədi uzun müddət qaçındı, uzun müddət susqunluq daha sonra əsası olmayan açıqlamalar gətirdi sən demə heç lotoreya oyunu yox imiş, sən demə bu fiktivni loru dildə desək, 1 oyun idi və bizə heç bir ödəniş etmədi! Yaxşı ki, o oyunda xalamda olduğuna görə o məni pakrivat elədiki müəllimələrlə üz-üzə gəlmədim çünki məbləğ böyük idi 3000 manat mən o məbləğin altından çıxa bilməzdim və xalamda həmin oyunda iştirak elədiyinə görə xalam məni yaxşı başa düşdü. Əgər xalam olmasaydı mən o borcu ödəyə bilməyəkdim mənim pulum yox idi xalam ödədi hamının pulunu, Leyla susdu dayandı dediki heç bir oyun yoxdu, heç verəsi pulu yoxdu, nə bilim belə bir tora düşmüşdük, uzun müddət yarası sağalmırdı hələdə yadıma düşəndə tüklərim biz biz durur nə idi nə bir işidi bilmədik anlamadıq. Bundan sonra səs yazısı faylında olan fonoqrama başa çatır. Səs yazısı faylına yazılmış fonoqrama bir dəfə fasiləsiz qulaq asıldıqda şərti vaxt 09:00:00 qəbul edilməklə, həmin anda başlandı və 09:02:15-də qurtardı, yəni «Whatsapp Auido 2020-12-23 at 14.02.08» adlı səs faylında olan yazılmış fonoqram cəmi 02 dəqiqə 15 saniyə davam edir. Buna əlavə olaraq üzərinə “Lətafət” yazılmış digər baxış keçirilərkən həmin diksə 06 ədəd- Whatsapp Audio 2020-12-23 at 07.18.37, Whatsapp Audio 2020-12- 23 at 07.18.37 (1), Whatsapp Audio 2020-12-23 at 07.18.37 (2), Whatsapp Audio 2020-12-23 at 07.18.38, Whatsapp Audio 2020-12-23 at 07.18.38 (1), Whatsapp Audio 2020-12-23 at 07.19.30 səs yazısı faylın mövcud olduğu aşkar edildi. Whatsapp Audio 2020-12-23 at 07.18.37 (2) adlı səs yazısı faylında olan fonoqramda Təqsirləndirilən şəxs2 səsi ilə oxşar qadın səsi ilə danışan şəxsin naməlum şəxs ilə “Whatsapp” sosial şəbəkəsi üzərindən danışığı mövcuddur. Həmin danışıq iştirakçıları ardıcıllığın gözlənilməsi və səslənən fikirlərin fərdiləşdirilməsi məqsədilə şərti olaraq səsi Təqsirləndirilən şəxs2 oxşar səslə danışan diktor “L” adlandırıldı. - Səs yazısında faylında olan fonoqramanın dinlənilmə vaxtı şərti olaraq 09:00:00 olaraq seçildi və həmin səs yazısı faylında olan fonoqramanın mətni aşağıdakı kimidir: L:Salam. Bacı 65 manatın vaxtı ayın 15-i tamam olurdu. Natavan dedi ki, sizin ehtiyacınız çoxdu. Mən də dedim ki eybi yoxdu ayın l-2si verərəm ona da. Mən axı onu sizə necə verim? Üstümdə cəmi 25 manat pulum var. Mən ancaq onu ayın li götürürəm xeyirdən verirəm sizə. Mal gəlir mal satılır açot olunanda götürüb sizin xeyiri o saat verərəm. Bundan sonra səs yazısı faylında olan fonoqrama başa çatır. Səs yazısı faylına yazılmış fonoqrama bir dəfə fasiləsiz qulaq asıldıqda şərti vaxt 09:00:00 qəbul edilməklə, həmin anda başlandı və 09:00:27-də qurtardı, yəni «Whatsapp Auido 2020-12-23 at 07.18.37 (2)» adlı səs faylında olan yazılmış fonoqram cəmi 02 dəqiqə 15 saniyə davam etmişdir. (cild 02, iş vərəqə 205-206) İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı 01 ədəd “CD” diskdə səsləri Təqsirləndirilən şəxs2 və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 səslərinə oxşayan qadınların danışığından ibarət aşağıdakı məzmunda səs yazılarının olduğu müəyyən edilmişdir : WhatsApp Audio 2021- 11-17 at 13.54.29 (1) (1)" adlı faylda:“Abdul!ayeva Leyla Novruz qızı- Ba mən sənə deyirəm ki, ya biz bunu oturub ağılnan həll etməliyik, ya da hə, ged ver məhkəməyə. Hə, mən gedim yatım türmədə, sən getdin yatdın türmədə, pul qayıdır? Qayıtmır. Hə, nolur, olan balalarımıza olur e, olan bizə olur e, heç kimə olmur. Nuranə də öz həyatını yaşıyacaq, başqası da öz həyatını yaşıyacaq. Ama olan bizə olur Natavan, bas basa düşürsən? Olan bizə olur. Yazığ deyilmiyiy? Səfdi də olubdu insan həyatında. Gəl bunu sakit, sakit həli eliyək. Mən qaçıram pulumnan? Deyirəm aybaay verəcəm. Müqaviləmizi bağlıyar ağlıyaq Mən sənə bugün onu qandırmaq isdədim ki, bacı sən deyirsən ki, gələn ayın 9 min latareya pulusunu Ceyhunun yerinə sən verməlisən, Mən də deyirəm ki, mən o 9 mini mənə icazə ver üsdünnən 6 min 200-ünü götürüm ayın 1-i, 2-i, verim Ceyhunun birinci 17 mininə. Başa düşdün, mən dünən onun davasın eiiyirdim.”WhatsApp Audio 2021-11-17 at 13.54.29 (1) (1)_Г adlı faylda: “Təqsirləndirilən şəxs2 - Ay bacı başa düşür e, qaynatam bugün ağlamışam ki, məni uşağsız qoyurlar. Mən övladlarımsız ölərəm Natavan. Ev demirsən, deyir ev demirsən gedəy müqavilə bağlıyaq ki ///Çünki evi keçirtdim, sora deyəcəklər ki, o biri 100 mini doğ bura, o olmaz. Zərərçəkmiş şəxs2- Yo, 100 mini mən gözlüyürəm Leyla. Mən bu birisiləri demirəm sənin kimi, mənim kimi. Deyəcəm ki, bala xeyir yemisən də, indi məsələn pulumuzdan elə bil ki, götürək 300-300. Təqsirləndirilən şəxs2 - Natavan sənə bir söz deyim, dünənləri bax dedim mən İqbal gəlmişdi ... uqalovnikdi də. iqbal deyir ki, bax Leyla sənə bir şey deyim o gedəcək sən gələssən, o gedəcək sən/// 3 sürünəssiz, 3 ildən sonra məhkəmə qərarı verir, belə deyək də, indi hansınızda az yaşlı var insafnan nə bilim nə, ama bunun axrı oradı. ... sən yedin, nə də o birisi yedi getdi. Zərərçəkmiş şəxs2- Leyla dedi ki, 3 ili içəridə gözdiyəciyik sənin xəbərin var? Təqsirləndirilən şəxs2- Qulaq as e, vəkil qardaşdı, vəkil nə deyir, deyir Leyla sənə bu şey tərəfdən danışsam sənə öyrədəcəm belə denən, belə denən. Deyirəm ki, **** 01 dəq 14 san. Zərərçəkmiş şəxs2- Bəs vijdan? Təqsirləndirilən şəxs2- Deyirəm ki, bəs ona görədi də. Dedi gəl yığışaq danışaq şərt budur. Deyirəm ev müqaviləsi də ... cahil insandı da deyir ki, bəlkə aldılar evini sabah səhər gəldilər ki, çıx. Vermədin çıx. Deyir onun üçün müqaviləni düzgün bağlıyaq. Borc gösdərilsin nə qədər, ev müqavili bu qədər, borc ödənilənnən sonra ev geri qayıtsın. Başa düşdün nə deməy isdiyirəm. Anlada bildim şükür Allaha. Sən dünən birinci 10 minin qalığını dirəşməsəydin bugün mənim qaynatam gedirdi natariusa. Zərərçəkmiş şəxs2- Yox, o dedi mənə 3 gün vaxd ver. Təqsirləndirilən şəxs2- Hə, 3 gün dedi şey eləməy isdiyirəm, indi gedib vəkilnən də danışacam. Başa salacam vəkil mənə qarşı tərəfdən bunu deyir. Vəkil də deyəcək hə, gəlsin oturaq. Elə bir yerdə gedəy natariusa. Qol çəksin, şahidlər olsun, vəssalam bitdi iş. Bitirənnən sonra Natavan keçim Mehribannan məşğul olum e, Mehriban/ll Zərərçəkmiş şəxs2 - Az mən səni bi dənə başa salım, Mehriban bu dəyqə şikayət eliyən adam deyil”. (cild 04, iş vərəqə 309- 310) İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs5 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs5 dərman biznesində xeyli gəlir olduğu barədə Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs1 verdikləri vədlərə inanıb hissə-hissə olmaqla həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 20.000 ABŞ dolları və 40.000 manat olmaqla ümumilikdə 74.000 manat pul vəsaitini verdiyini, Leyla və Aqşinin onu aldatdığını, bildikdən sonra Leyla və Aqşinin eləcə də qohumlarının pulun geri qaytarılması, əvəzli şəkildə ödənilməsi ilə bağlı vədlər verdiyini üzləşdiyi Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində 74.000 manat pulu Zemfiraya geri ödəyəcəyi barədə etiraf etdiyini təsdiqləmiş, lakin bu etirafı məcbur qalaraq etdiyini bildirmişdir. (cild 01, iş vərəqə 183-186) İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda, müxtəlif məkanlarda və müxtəlif pul vəsaitlərini verdiyini, həmin vəsaitləri Leyla və Aqşinin dərman satışından yüksək gəlir əldə ediləcəyi barədə verdikləri vədlər üzərinə verdiyini, həmin məqsəd üçün Təqsirləndirilən şəxs2 və əri Təqsirləndirilən şəxs1 2.900 manat və 600 ABŞ dolları olmaqla ümumilikdə 3.920 manat pul verdiyini üzləşdiyi Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində Zərərçəkmiş şəxs3m Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığını, 1.500 manat pul vəsaitini sələmlə aldığını, həmin vəsaiti sələmi ilə birlikdə 1.650 manat şəklində Nərimanov rayonu ərazisində yerləşən Metroparkın qarşısında geri qaytardığını, hətta əlavə olaraq 6.300 manat nağd pul və müxtəlif dəyərdə texniki əşyalar verdiyini bildirmişdir. (cild 02, iş vərəqə 107-110) İş materiallarında olan Şahid7 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid7, Zərərçəkmiş şəxs2 ilə təxminən 04 ay əvvəl Qaraçuxur qəsəbəsində əvvəllər çalışdığı hicab mağazasında tanış olduğunu, həmin ərəfədə o tanışları ilə lotoreya oynadığını, lotoreya oynuyan şəxslərin sayının 9 nəfər olduğunu və hər bir şəxsə görə lotoreya oyununa qoşulmaq üçün 300 manat pul verməli olduğunu, həmin ərəfədə Natəvanın xahişi ilə əvvəldən tanımadığı Təqsirləndirilən şəxs2 lotoreya pulundan Natəvana çatdırması üçün nağd pul vəsaiti verdiyini, məhz həmin gün Leyla ilə tanış olduğunu, həmin gündən etibarən Leylanın da lotoreya oyununa qoşulduğunu, bir neçə müddət sonra hər bir şəxs üçün lotoreya oyununda yerin birinin 5.000 manata qaldırdığını, Natəvanın xahişi ilə 05 noyabr 2018-ci İl tarixdə Zərərçəkmiş şəxs5 məxsus və lotoreya pulundan yığılan 40.000 manat pulun Təqsirləndirilən şəxs2 verilməsinin xahiş edildiyini müxtəlif vaxtlarda lotoreya oyunundan yığılan pulların müəyyən bir hissəsinin Leylaya verildiyini bildirmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində deyilənləri qismən təsdiq edərək götürdüyü 40.000 manat pulu Zərərçəkmiş şəxs2 qaytardığını bildirmişdir. (cild 02, iş vərəqə 202-20) İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1, Aqşin Məmmədovun onu inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib onu bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığını, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən plana uyğun olaraq o, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları nağd pul vəsaitini, Təqsirləndirilən şəxs1 vasitəsi ilə həmin ilin avqust ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində 4000 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək ona ümumilikdə 9100 manat ziyan vurduğunu üzləşdiyin Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 dediklərinin tamamilə yalan olduğunu, Zərərçəkmiş şəxs1 bu və ya digər səbəbdən heç bir pul vəsaitini almadığını bildirmişdir. (cild 05, iş vərəqə 176-183) İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, sonuncu Təqsirləndirilən şəxs1 vasitəsi ilə 05 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Anatolia” restoranında 4500 manat, 10 yanvar 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «X26»də 5000 manat, 15 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında inzibatçı olaraq çalışan X13 vasitəsi ilə 5000 manat, 25 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 4700 ABŞ dolları, əri Təqsirləndirilən şəxs1 vasitəsi ilə 20 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5000 manat, 27 fevral 2018-ci il tarixdə qeyd edilən ünvanda yerləşən restoranda 1200 ABŞ dolları, 04 mart 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5100 manat, «İlqar» adlı şəxsin vasitəsi ilə 27 may 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışı yaxınlığında 2300 ABŞ dolları, Şahid7 vasitəsi ilə və elektron köçürmə yolu ilə 10 iyun 2018-ci İl tarixdə 29.000 manat, əri Təqsirləndirilən şəxs1 vasitəsilə 05 avqust 2018-ci il tarixdə ünvan 6 ünvanında 7000 manat, 2018-ci ilin avqust ayının ortalarında Şahid2 vasitəsi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində əvvəlcə 3000 ABŞ dolları, daha sonra 2018-ci ilin sentyabr ayında eyni ünvanda 4500 manat, əri Təqsirləndirilən şəxs1 vasitəsilə 18 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında 10.000 ABŞ dolları, 25 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında 14750 manat, Təqsirləndirilən şəxs1 vasitəsi ilə 06 noyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında 6000 ABŞ dolları nağd pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilmiş, Təqsirləndirilən şəxs2 isə deyilənləri inkar etmişdir. (cild 05, iş vərəqə 169-174) İş materiallarında olan zərərçəkmiş X15 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Lətafət Zamanova, istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmiş və Təqsirləndirilən şəxs2 isə deyilənləri inkar etmişdir. (cild 01, iş vərəqə 103-106) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməmələri barədə ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onların bu ifadələri özlərini müdafiə xarakteri daşıyaraq, həqiqəti əks etdirməməklə, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2021-ci il tarixli 4/240-4/241 nömrəli rəyi, 13 mart 2019-cu il tarixdə tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokol, 08 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol, 19 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol, “Ekspresspay" ödəniş sistemi "xxxx" ASC-nin 257 nömrəli terminalının 21913 nömrəli qəbzi və digər mötəbər sübutlarla tam təkzib edilir. Məhkəmə tərkibi həmçinin, müdafiə tərəfinin təqdim etdiyi, iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin ünvan 8 ünvanladığı cavab məktubuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, qeyd edilən sənəd Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli 4/242 nömrəli rəyi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər mötəbər sübutlarla təkzib olunur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 03, iş vərəqə 65) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 03, iş vərəqə 66) İş materiallarında olan 23 noyabr 2019-cu il tarixdə tərtib edilmiş protokola əsasən Təqsirləndirilən şəxs2 2.000 (iki min) manat nağd pul vəsaitini X3 təqdim edərək, sonuncuya vurduğu zərəri qismən ödəmiş, Zərərçəkmiş şəxs5 da həmin məbləğdə vəsaiti Təqsirləndirilən şəxs2 qəbul etmişdir. (cild 01, iş vərəqə 164) İş materiallarında olan 02 avqust 2021-ci il tarixli zərərin ödənilməsi haqqında protokola əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş zərərin ödənilməsi məqsədi ilə könüllü olaraq hər biri 100 manatlıq pul əskinaslarından ibarət olmaqla ümumilikdə 1.500 (min beş yüz) manat pul vəsaiti istintaq orqanına təqdim edilmişdir. (cild 03, iş vərəqə 178) İş materiallarında olan 03 avqust 2021-ci il tarixli zərərin ödənilməsi haqqında protokola əsasən Zərərçəkmiş şəxs2 vurulmuş zərərin könüllü ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş hər biri 100 manatlıq pul əskinaslarından ibarət olmaqla ümumilikdə 1.500 (min beş yüz) manat pul vəsaiti Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. (cild 03, iş vərəqə 183) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayələrində xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il, təvəllüdlü 4 azyaşlı övladları vardır. (cild 03, iş vərəqə 61-64) Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 4 azyaşlı övladının olmasını, cinayət nəticəsində vurulmuş ziyanı qismən də olsa ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətləri, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından, onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarında olan 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 02, iş vərəqə 165-166) İş materiallarında olan 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vərəqə 199) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ““polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallanda olan 30 iyun 2021-ci il tarixli protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(007)-174/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 262, cild 03, iş vərəqə 79-83) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 722 (yeddi yüz iyirmi iki) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 361 (üç yüz altmış bir) manat və Təqsirləndirilən şəxs1 361 (üç yüz altmış bir) manat tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 könüllü olaraq təqdim etdiyi maddi sübut əhəmiyyətli sənəd hesab edilən içərisində Təqsirləndirilən şəxs2 məxsus əlyazmalar və imzalar olan, damalı, 40 vərəqəli 01 ədəd dəftər, Təqsirləndirilən şəxs2 tərəfindən göy rəngli diyircəkli qələm latın qrafikalı Azərbaycan əlifbası ilə icra olunmuş 30 ədəd “A4” formatlı vərəqədə və damalı 09 vərəqədə eksperimental xətt və imza nümunələri, Zərərçəkmiş şəxs2 tərəfindən onunla, eləcə də X18 ilə X12 arasında aparılan söhbətin əks olunduğu 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 04 ədəd CD disk, X6 istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən 01 fevral 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək ötürülən məlumatların qeydə alındığı Bakcell MMC-dən götürülmüş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən onunla X12 arasında aparılan telefon danışığının qeydə alındığı 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 800 (səkkiz yüz) manat nağd pul vəsaitini X3 ödəməsini əks etdirən 27 dekabr 2019-cu il tarixli protokol, Təqsirləndirilən şəxs2 2000 (iki min) manat nağd pul vəsaitini X3 ödəməsini əks etdirən 23 noyabr 2019-cu il tarixli protokol, Təqsirləndirilən şəxs2 Keşəli” MMC-də 01 may 2016-cı il tarixdən 15 mart 2018-ci il tarixə qədər tibbi nümayəndə kimi çalışdığını və 15 mart 2018-ci il tarixdə öz xahişi ilə çalışdığı işdən azad edildiyini təsdiq edən Keşəli” MMC- in 10 sentyabr 2019-cu il tarixli sənəd, Bakı şəhəri, Nizami rayonu, ünvan 11 ünvanda yerləşən əsas sahə 208,4 kvadrat metr, yardımçı sahəsi 104,1 kvadrat metr, ümumi sahəsi 312,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs2 tərəfindən alıcı X2 təsdiq edən 05 avqust 2010-cu il tarixli, “İlkin müqavilə” adlı sənəd, Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsi və Nərimanov küçələrinin kəsişməsində yerləşən "xxxx" ASC-nin Sumqayıt fillialından Təqsirləndirilən şəxs2 adına 15 oktyabr 2018-ci il tarixdə saat 11:54-də 900 manat pul vəsaitinin göndərilməsini təsdiq edən “Ekspresspay” ödəniş sistemi "xxxx" ASC-nin 257 nömrəli terminalının 21913 nömrəli qəbzi və Zərərçəkmiş şəxs2 könüllü olaraq təqdim etdiyi 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 722 (yeddi yüz iyirmi iki) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 361 (üç yüz altmış bir) manat və Təqsirləndirilən şəxs1 361 (üç yüz altmış bir) manat tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs2 könüllü olaraq təqdim etdiyi maddi sübut əhəmiyyətli sənəd hesab edilən içərisində Təqsirləndirilən şəxs2 məxsus əlyazmalar və imzalar olan, damalı, 40 vərəqəli 01 ədəd dəftər, Təqsirləndirilən şəxs2 tərəfindən göy rəngli diyircəkli qələm latın qrafikalı Azərbaycan əlifbası ilə icra olunmuş 30 ədəd “A4” formatlı vərəqədə və damalı 09 vərəqədə eksperimental xətt və imza nümunələri, Zərərçəkmiş şəxs2 tərəfindən onunla, eləcə də X18 ilə X12 arasında aparılan söhbətin əks olunduğu 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 04 ədəd CD disk, X6 istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən 01 fevral 2018-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək ötürülən məlumatların qeydə alındığı Bakcell MMC-dən götürülmüş 01 ədəd CD disk, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən onunla X12 arasında aparılan telefon danışığının qeydə alındığı 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 800 (səkkiz yüz) manat nağd pul vəsaitini X3 ödəməsini əks etdirən 27 dekabr 2019-cu il tarixli protokol, Təqsirləndirilən şəxs2 2000 (iki min) manat nağd pul vəsaitini X3 ödəməsini əks etdirən 23 noyabr 2019-cu il tarixli protokol, Təqsirləndirilən şəxs2 Keşəli” MMC-də 01 may 2016-cı il tarixdən 15 mart 2018-ci il tarixə qədər tibbi nümayəndə kimi çalışdığını və 15 mart 2018-ci il tarixdə öz xahişi ilə çalışdığı işdən azad edildiyini təsdiq edən Keşəli” MMC- in 10 sentyabr 2019-cu il tarixli sənəd, Bakı şəhəri, Nizami rayonu, ünvan 11 ünvanda yerləşən əsas sahə 208,4 kvadrat metr, yardımçı sahəsi 104,1 kvadrat metr, ümumi sahəsi 312,5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs2 tərəfindən alıcı X2 təsdiq edən 05 avqust 2010-cu il tarixli, “İlkin müqavilə” adlı sənəd, Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsi və Nərimanov küçələrinin kəsişməsində yerləşən "xxxx" ASC-nin Sumqayıt filialından Təqsirləndirilən şəxs2 adına 15 oktyabr 2018-ci il tarixdə saat 11:54-də 900 manat pul vəsaitinin göndərilməsini təsdiq edən “Ekspresspay” ödəniş sistemi "xxxx" ASC-nin 257 nömrəli terminalının 21913 nömrəli qəbzi və Zərərçəkmiş şəxs2 könüllü olaraq təqdim etdiyi 01 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-96/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-96/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver