Məhkəmə qərarları › İş №1(101)-96/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-96/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-96/2024 08.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «AAA» Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxx 1977-ci il tarixdə Qazı-Məmməd (Hacıqabul) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxx 1990-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Şübani-1, hərbi şəhərcikdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 15.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs1 Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 ay 14 gün vaxtından əvvəl azad edilməsinə, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmasına baxmayaraq, məhkumluğu qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilmədən və ya götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Ramin» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Ramin» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Ramin» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 12099,2 qram (12 kiloqram 99,2 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 5018 qram (5 kiloqram 18 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda naməlum məkana göndərib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Ramin» adlı şəxs və qeyriləri tərəfindən həmin istintaqa məlum olmayan məkana göndərilmiş iki ədəd bel çantasında külli miqdarda 12099,2 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2005 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları və külli miqdarda 5018 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə heroinin 38,1 qramını Təqsirləndirilən şəxs1 üzərində, qeyd edilən metamfetaminin 42,5 qramı Təqsirləndirilən şəxs2 üzərində, qalan heroinin 12061.1 qram çəkidə hissəsini, qalan metamfetaminin 4975,5 qram çəkidə hissəsini, həmçinin 2005 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını Təqsirləndirilən şəxs2 icarə əsasənda idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 14 dekabr 2021-ci il tarixdə saat 02:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketin yaxınlığında «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərində şəxsi axtarış həyata keçirilərkən Asəf Sevdilmaliyevin əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 38,1 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan bükümdə, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 42,5 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. 3.Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən iki ədəd çantada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1003,8 qram, 1009,8 qram, 1012,4 qram, 1010,9 qram, 1010,4 qram, 1000,6 qram 1010,5 qram, 1006,0 qram, 1008,7 qram, 1007,2 qram, 1010,1 qram, 970,7 qram olmaqla ümumi təmiz çəkisi 12061,1 qram (12 kiloqram 61,1 qram) çəkidə narkotik vasitə heroin ümumilikdə 12 (on iki) ədəd bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 1005 qram, 495,0 qram ümumi təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 03 (üç) ədəd sellofan bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 1001,5 qram, 1014,8 qram, 1002,0 qram, 946,8 qram, ümumi təmiz çəki 4975,5 qram (4 kiloqram 975,5 qram) psixotrop maddə metamfetamin 05 (beş) ədəd sellofan bağlamada və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda aşkar olunaraq götürülmüşdür. 4.Dövlət ittihamçısı X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi üzrə ittihamdan imtina etmişdir. 5.Təqsirləndirilən şəxs2 qanunsuz olaraq qaz silahı əldə edərək gəzdirmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. 6.Belə ki, Təqsirləndirilən şəxs2 zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «X20» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz silahını, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd darağı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində saxlamaqla daşımışdır. 7.Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəldikdən sonra şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Ramin» adlı şəxs və qeyriləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 12099,2 qram (12 kiloqram 99,2 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 5018 qram (5 kiloqram 18 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda naməlum məkana göndərib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2la razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 Asəf Sevdimalıyevlə birlikdə istintaqa məlum olmayan vaxtda, naməlum məkandan İran İslam Respublikası vətəndaşı «Ramin» adlı şəxs və qeyriləri tərəfindən iki ədəd bel çantasında külli miqdarda 12099,2 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2005 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları və külli miqdarda 5018 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə heroinin 38,1 qramını Təqsirləndirilən şəxs1 üzərində, qeyd edilən metamfetaminin 42,5 qramını Təqsirləndirilən şəxs2 üzərində, qalan heroinin 12061.1 qram çəkidə hissəsini, qalan metamfetaminin 4975,5 qram çəkidə hissəsini, həmçinin 2005 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 14 dekabr 2021-ci il tarixdə saat 02:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketin yaxınlığında «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərlərində şəxsi axtarış həyata keçirilərkən Asəf Sevdilmaliyevin əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 38,1 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan bükümdə, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 42,5 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. 8.Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Təqsirləndirilən şəxs2 razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin saxlanc yerindən bir ədəd zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «X20» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz silahı, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd darağ və avtomobilin arxa oturacağının üzərindən iki ədəd çantada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1003,8 qram, 1009,8 qram, 1012,4 qram, 1010,9 qram, 1010,4 qram, 1000,6 qram 1010,5 qram, 1006,0 qram, 1008,7 qram, 1007,2 qram, 1010,1 qram, 970,7 qram olmaqla ümumi təmiz çəkisi 12061,1 qram (12 kiloqram 61,1 qram) çəkidə narkotik vasitə heroin ümumilikdə 12 (on iki) ədəd bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 1005 qram, 495,0 qram ümumi təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 03 (üç) ədəd sellofan bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 1001,5 qram, 1014,8 qram, 1002,0 qram, 946,8 qram, ümumi təmiz çəki 4975,5 qram (4 kiloqram 975,5 qram) psixotrop maddə metamfetamin 05 (beş) ədəd sellofan bağlamada və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda aşkar olunaraq götürülmüşdür. Sübutların tədqiqi: 9.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, Nahidlə onu Masazır qəsəbəsində Araz marketdən alış-veriş edib çıxarkən tutmuşlar, onların maşınlarını özləri gətirmişlər, onlar da polislərin maşınında getmişlər. Təqsirləndirilən şəxs2la onun üstlərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, təxminən 30 qram narkotik çıxmışdır. Onları baş idarəyə gətirib demişlər ki, “səni 50 qram narkotik vasitə ilə qeydiyyatdan keçirəcəyik, Nahidi də buraxacağıq”. O da razılaşmışdır. Maşına baxış keçirilərkən vəkil olmamış, baxış onun iştirakı ilə keçirilmiş, həmin çəkilişdə onun necə olduğu görsənmişdir. Maşında narkotik vasitələr və psixotrop maddələr olmamışdır. Onun üzərində isə İranlıdan aldığı biraz narkotik vasitə heroin olmuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə olunmuş, nə bildirdiyi yadında deyil, özündə olmamışdır. Həbs qətimkan tədbiri seçilərkən nə danışdığı yadına gəlmir özündə olmamışdır. O, təzə azadlığa çıxmış, dostu Ceyhun Səlimovun işlətdiyi kafe olarkən Nahidi tanımış, Nahid hərbi poliklinikaya gələrkən kafeyə nahar etməyə gəlmiş, Nahidin Qarabağ müharibəsində fəal iştirak etdiyini bilmiş və ona böyük hörməti olmuşdur. Qalmağa yeri olmadığından Masazırda olan Cavidan adlı tanışının yanına gedirdi. Təqsirləndirilən şəxs2 bir yerdə qalmaq niyyəti ilə çağırmışdır. Həm də Nahidə 5000 manat borcu olmuş, onunla görüşüb söhbət etmək istəmişdir. O, tutularkən yanında Cavidan olmuş, idarəyə gətirildikdən dörd saat sonra üzərinə baxış keçirilmişdir. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ramin adlı İran İslam Respublikası vətəndaşı ilə öz istifadəsi məqsədi ilə narkotik vasitə almaq üçün tanış olmuşam. Onun “Huawei” markalı telefonu olmuş, İranlılar ilə səsli mesajı olmuş, mesajlar narkotik barəsində olmuş, amma satış olmamış, həmişə özü istifadə etmişdir. Şəhərdə bir gün əvvəl görüşmüş, qramı 20 manatdan almış, hissə-hissə götürmüşdür deyə 800 manat borcu olmuşdur. Onu küçədə tutmuşlar, hədə qorxu olmamış, nə lazımdı olunmuş, onun qarşısına nə lazımdı qoyulmuş, o da qəbul etmişdir. Ona 50 qram narkotik olacaq demişlər, maşında narkotikin haradan çıxdığını anlaya bilməmişdir. Ona heç bir təzyiq olmamış və döyən olmamışdır. 10.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 15 dekabr 2021-ci tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, tutlmazdan təxminən 3-4 ay əvvəl o, Bakı şəhərində «Papanin» adlanan ərazidəki Tural adlı şəxsin işlətdiyi kafeyə gedib- gələn zaman Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Belə ki, həmin ərəfələrdə İİ Qarabağ müharibəsinin qazisi olan Təqsirləndirilən şəxs2 Müdafıyə Nazirliyinin Hospitalında müalicə alırmış və sonuncu da həmin kafeyə gəlib-gedirmiş. Bir müddətdən sonra o, Təqsirləndirilən şəxs2 metamfetamin qəbul etdiyini öyrənmiş, bundan sonra sonuncu ilə münasibətləri sıxlaşmış və bir neçə dəfə sonuncu ilə birlikdə metamfetamin qəbul etmişdir. Təxminən 2021-ci ilin noyabrın sonlarında adını xatırlamadığı narkotik istifadəçisi olan tanışının vasitəsilə «Ramin»» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Belə ki, özü heroin və metamfetamin qəbul edən olduğundan və İranlıların Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitələr qoydurduğunu bildiyindən o, özü şəxsən İranlı «Ramin»lə tanış olub ondan özü üçün narkotik vasitə və ya psixotrop maddə almaq qərarına gəlmişdir. Bir müddət «Ramin»lə vastapda danışandan sonra sonuncudan özü üçün heroin və metamfetamin almağa başlamışdır. Beləcə bir neçə dəfə «Ramin»dən heroin və metamfetamin alandan sonra sonuncu ilə yaxşı münasibəti yaranmışdır. Tutulmazdan 4 gün əvvəl «Ramin» ona Şirvan şəhərinə külli miqdarda narkotik vasitə və psixotrop maddə qoydura biləcəyini bildirib həmin narkotik vasitə və psixotrop maddəni qoyulduğu yerdən götürməsini, özündə saxlamasını, sonradan narkotik vasitə və psixotrop maddələri onun dediyi yerlərə qoymasını təklif edib bunun müqabilində ona 5000 manat pul, əlavə olaraq da qurudulmuş marixuana verəcəyini bildirmiş, o da «Ramin»lə razılaşmışdır. Bundan sonra o, İranlı «Ramin»in təklifini Təqsirləndirilən şəxs2 bildirmiş və İranlının vəd etdiyi 5000 manat pulu Təqsirləndirilən şəxs2 təklif etmişdir. Təqsirləndirilən şəxs2 hərbiçi olduğundan yolda polis əməkdaşları tərəfindən saxlanmayacağı, rahatçılıqla iranlının göndərdiyi narkotki götürüb Bakı şəhərinə gətirə biləcəyini fikirləşmiş və məhz buna görə həmin təklifi Təqsirləndirilən şəxs2 etmiş, sonuncu da onunla razılaşmışdır. Bundan sonra o, iranlı «Ramin»lə əlaqə saxlayıb onun göndərdiyi «yükü» qəbul edə biləcəyini, narkotik vasitə və psixotrop maddəni hərbiçi tanışı ilə götürməyə gedəcəyini bildirmişdir. İranlı «Ramin» də etiraz etməmiş və narkotikin sərhəd rayonlarının birindən orada yol çəklişinə işləyən İlham adlı şəxsin Şirvan şəhərinə gətirəcəyini və həmin şəxslə görüşüb iki çanta narkotik vasitə və psixotrop maddəni ondan götürməsini tapşırıb İlham adlı şəxsin 055 - ***-**-** nömrəsini ona vermişdir. 12 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şirvan şəhərinə yollanmışlar. Yolda o, İlhamla əlaqə saxlamış və sonuncu onları Sabirabad rayonu, Zalqaragac kəndində gözlədiyini bildirib olduğu yeri izah etmişdir. Saat 11:00 radələrində onlar Zalqarağac kəndinə çatmış və kənd yolunun kənarından keçən kanalın kənarında İlhamla görüşmüş, sonuncu iki ədəd hərbi çantanı dərhal ona vermiş, bundan sonra o, İranlı «Ramin»in əvvəlcədən ona verdiyi tapşırığa əsasən o, İlhama 300 manat pul vermiş və ayrılaraq çantaları avtomobilin arxasına qoyub geri qayıtmışlar. Yolda İranlının göndəriyi çantanı açıb istifadələri üçün o, bir qədər heroin, Təqsirləndirilən şəxs2 isə bir qədər metamfetamin götürüb üzərlərinə saxlamışalr. Yolda Təqsirləndirilən şəxs2 əldə edilən narkotik vasitə və psixotrop maddəni İranlıya verməyəcəyini, Özündə saxlayacağını və İranlıya «atacağını» bildirmiş, bu zaman o, buna etiraz edib İranlıya «atmamasım», İranlının onu tutdura biləcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs2 sözünə baxmamış və qəti olaraq İranlını «atmaq» fikrində olduğunu bildirmişdir. Həmin gün gecə saatlarında Bakı şəhərinə çatmışlar, o, Təqsirləndirilən şəxs2 ayrılmış, narkotik vasitə və psixotrop maddə də Təqsirləndirilən şəxs2 avtomobilində qalmışdır. Növbəti gün İranlı «Ramin» onunla əlaqə saxlasa da o, zənglərə cavab verməmiş və ona narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs2 qaldığını bildirməmişdir. Bundan sonra o, Masazır qəsəbəsində yaşayan tanışı Cavidan İbişova müraciət edib ona Təqsirləndirilən şəxs2 başına oyun gətirdiyini bildirib ona köməklik etməsini xahiş etmiş, Cavidan da ona Təqsirləndirilən şəxs2 onun yanma gətirməsini və onu başa salacağını bildirmişdir. Buna görə də o, yalandan Təqsirləndirilən şəxs2 guya onda olan İranlının «mal»ın Cavidan adlı tanışının almaq istədiyini, «mal»ın müqabilində Cavidanın maşın və ev təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da onunla razılaşmış, sonuncunu Cavidanla görüşdürmək məqsədi ilə dekabrın 13-dən 14-nə keçən gecə Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsinə getmişlər. Həmin vaxtı iki çanta narkotik vasitə və psixotrop maddə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə olmuşdur. Saat 02:30 radələrində onlar Masazır qəsəbəsinə çatandan sonra Cavidanın yaşadığı evin yaxınlığındakı «Araz» marketin qarşısına avtomobili saxlayıb hər ikisi avtomobildən enib marketə daxil olmuş, marketdən siqaret, su alıb bayıra çıxanda əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və həmçinin yanında olan Təqsirləndirilən şəxs2 «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada hüquqlarım müdafiəsi üçün ona və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin etmişlər, bundan sonra şübhəli şəxs qismində tutulmuş və hər ikisinə şübhəli şəxs kimi hüquq və vəzifələrimiz izah olunmuşdur. Sonra növbə ilə üzərlərində şəxsi axtarış keçirilmiş, bu zaman ona və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə və psixotrop maddə varsa təqdim etmələri təklif olunmuş, o da polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağı təqdirdə saxladığı heroinin aşkar olunacağını görüb öz səmimiyyətini göstərmək üçün əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir büküm heroini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş və ona məxsus bir ədəd «Huawei» markalı mobil telefon aparatım aşkar edərək götürmüşlər. Daha sonra polis əməkdaşları təqdim etdiyi heroini elektron tərəzidə çəkmiş və bu zaman heroinin çəkisinin təxminən qırx qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona edilmiş təklifdən sonra əynindəki gödəçənin sağ yan cibində saxladığı bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına İran İslam Respublikası vətəndaşı olan «Ramin» adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə və psixortop maddənin hazırda Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə olduğunu bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları ondan və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroin və metamfetamini bir ədəd zərfdə qablaşdıraraq möhürləyib götürmüşlər. Daha sonra polis əməkdaşları ona və Təqsirləndirilən şəxs2 avtomobildə saxladıqları narkotik vasitə və psixotrop maddələri təqdim etməsini təklif etmişlər, onlar da etiraz etməmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə Baş İdarənin həyətində saxlanılan avtomobilə baxış keçirilmiş və avtomobilin salonunun arxa hissəsindən iki ədəd hərbi çantada olan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana, 600 ədəd metadon həbi, külli miqdarda psixotrop maddələr götürülmüşdür. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin, metamfetamin və qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 12 kiloqramdan artıq heroin, 5 kiloqram yarımdan artıq metamfetamin, 2 kiloqramdan artıq qurudulmuş marixuana olduğu məyyən edilmişdir. Baxış başa çatandan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitə və psixtrop maddəni qablaşdıraraq götürmüşlər (İ cild, səh. 129-132). 11.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, hərbidə işləmişdir. Asəf Sevdimalıyevin ona borcu olmuşdur. Asəf Masazırda görüşmələri üçün ona zəng vurmuşdur. Araz marketin qarşısında görüşərək marketdən su alıb çıxmış, həmin vaxt əməliyyatçılar onları tutaraq şöbəyə getməli olduqlarını bildirmişlər. Bölmədə onları zirzəmiyə salmışlar, onu isə zirzəmiyə salmamışlar, ona “bunları hardan tanıyırsan, onlar narkotik satışı ilə məşğuldurlar” demişlər. O, isə Asəf Sevdimalıyevin ona borcu olduğunu bildirmişdir. O, özü tutularkən hərbi formada olmuş, çəkilişdə bir büküm narkotik vasitəni gətirərək guya onun aldığını bildirmişlər. Həmin vaxt Cavidanı buraxmışlar. O, Cavidanı tanımamışdır. Maşını polislər özləri sürüb gətirmişlər və açarı əməliyyatçılarda olmuş, baxış zamanı maşından arxadan narkotik vasitə çıxarmışlar. Mülki paltarı ona əməliyyatçılar vermişlər, silah onun olmuş, amma istifadəyə yarasız olmuşdur. Çəkilişdə də heç silah olmamış, onu buraxıb silahı verəcəklərini demişlər, sonra heç nə olmamış və onu buraxmamışlar. Videoda guya onlardan aldığını bildirmiş, Avtomobil icarədə olmuş, onun mülkiyyətində olmamış, maşında heç nə olmamışdır. O, iranlını tanımamış, tutulandan iki gün sonra iranlı ona mesaj yazaraq harada yaşadığını, hansı rayondan olduğunu, harda işlədiyini qeyd etmiş, aydındır ki, bu polisin işi olmuşdur. Onu döyməmişlər və ona “sənlik bir şey yoxdur” demişlər. Həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bunları bildirmişdir. Asəf uşaqlarına pul göndərməli idi, o da yaralı olduğundan orada yatarkən kafeyə gəlib getmiş, Asəfi 3-4 ay olardı ki, tanımış, 5000 manat pulu da həmin ərəfədə borc müqabilində vermiş, hadisə olan günü də ona zəng edərək gəl pulu verim demişdir. O, həmin müddət ərzində narkotik vasitələrlə bağlı hərhansı bir şey bilməmişdir. O, Müşviqdən gəlmiş, onlar isə öz maşınları ilə gəlmişlər, o, iş yoldaşılarıı gətirib düşürtmüş, N saylı hərbi hissəyə təzə ezam olunduğundan adları yadında qalmamışdır. Ona qarşı işgəncə və təzyiq olmamışdır. 12.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 15 dekabr 2021-ci tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 25 oktyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində gedən döyüşlərdə ayaq nahiyyəsindən yaralanmış və buna görə də Bakı şəhərindəki hərbi hospitala təxliyyə olunmuş və orada müalicə almışdır. Hospitalda müalicə aldığı müddətdə hospitalın yaxınlığındakı Tural adlı şəxsin işlətdiyi kafeyə gedib-gəlirmiş və həmin kafedə Asəf Sevdimlıyevlə tanış olmuşdur. Bir müddətdən sonra o, Təqsirləndirilən şəxs1, onun kimi «şüşə» kimi tanıdığı metamfetamin qəbul etdiyini öyrənmiş, bundan sonra Təqsirləndirilən şəxs1lə münasibəti sıxlaşmış və bir neçə dəfə sonuncu ilə birlikdə metamfetamin qəbul etmişdir. 11 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayıb işi olduğunu və onunla görüşmək istədiyini bildirmiş, o da etiraz etməmiş və sonuncu ilə görşmüş, bu zaman Təqsirləndirilən şəxs1 tanışı «Ramin» adlı İran İslam Respublikası vətəndaşının Şirvan şəhərinə iki çanta narkotik vasitə və psixotrop maddə qoydura biləcəyini, bunun müqabilində İranlının 5000 manat pul verdiyini bildirib birlikdə həmin narkotik vasitə və psixotrop maddəni götürməyi təklif edib İranlının verəcəyi 5000 manat pulu ona verəcəyini bildirmişdir. O da həmin vaxt borcu olduğundan Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Ertəsi gün, yəni 12 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs1lə görüşüb birlikdə Bakı şəhərindən Şirvan şəhərinə yollanmışlar. Şirvan şəhərinə rentacardan icarəyə götürdüyü «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Yol boyu Təqsirləndirilən şəxs1 iranlı «Ramin»lə danışırmış və «Ramin» narkotik vasitə və psixotrop maddənin İlham adlı şəxsdə olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs1 həmin şəxslə də danışırmış. Onlar saat 11:00 radələrİndə Sabirabad rayonu, Zalqarağac kəndinə çatandan sonra yol kənarında, kanalın qırağında tək dayanan İlhamla görüşmüşlər. Təqsirləndirilən şəxs1 avtomobildən enib İlhamla görüşmüş və ondan iki hərbi çantanı götürüb avtomobilə əyləşmişdir. Əvvəlcədən Təqsirləndirilən şəxs1 İlhama verməsi üçün ondan 300 manat pulu da borc olaraq götürmüşdür. Bundan sonra geri qayıtmışlar, yolda iranlının göndəriyi çantanı açıb istifadələri üçün o, bir qədər metamfetamin, Təqsirləndirilən şəxs1 isə bir qədər heroin götürüb əynindəki gödəkçənin cibinə qoymuşdur. Daha sonra onlar əldə edilən narkotik vasitə və psixotrop maddəni İranlıya verməmək, özlərində saxlamaq, yəni İranlını «atmaq» qərarına gəlmişlər. Artıq gecə düşəndə Bakıya çatmışlar və o, Təqsirləndirilən şəxs1 Masazır qəsəbəsində düşürmüş, ozü isə yaşadığı evə getmiş, həmin zaman əldə etdikləti iki çanta narkotik vasitə və psixotrop maddə idarə etdiyi avtomobildə qalmışdır. Növbəti gün Təqsirləndirilən şəxs1 ona Masazır qəsəbəsində yaşayan tanışı Cavidana narkotik vasitə və psixotrop maddəni təklif etdiyini və Cavidanın narkotik vasitə və psixotrop maddənin əvəzində onlara avtomobil, ev və pul təklif etdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış, bu məqsədlə dekabrın 13-dən 14-nə keçən gecə Təqsirləndirilən şəxs1lə birlikdə idarə etdiyi «Hyundai Elantra» markalı 99- NC-335 dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsinə getmişlər. Həmin vaxtı iki çanta narkotik vasitə və psixotrop maddə idarə etdiyi avtomobildə olmuşdur. Saat 02:40 radələrində onlar Masazır qəsəbəsinə çatandan sonra «Qurtuluş 93»dəki «Araz» marketin qarşısına avtomobili saxlayıb ikisi də marketə daxil olmuş, marketdən siqaret, su alıb bayıra çıxanda əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğumu bildirərək onu və həmçinin yanında olan şəxs kimi onu «Hyundai Elantra» markalı 99-NC- 335 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün ona və Təqsirləndirilən şəxs1 müdafiəçi təyin etmişlər, bundan sonra onlar şübhəli şəxs qismində tutulmuş və hər ikisinə şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra növbə ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona və Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə varsa təqdim etmələri təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibndə gizlətdiyi bir büküm heroini təqdim etmişdir Daha sonra o, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağı təqdirdə üzərində saxladığı metamfetamin aşkar olunacağını görüb öz səmimiyyətimi göstərmək üçün əynindəki gödəkçənin sağ yan cibində saxladığı bir büküm metamfetamini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirmiş və ona məxsus bir ədəd «İphone 12 Pro» markalı mobil telefon aparatını aşkar edib götürmüşlər. Daha sonra polis əməkdaşları təqdim etdiyi metamfetamini elektron tərəzidə çəkmiş və bu zaman çəkisinin təxminən qırx qramdan yuxarı olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, İran İslam Respublikası vətəndaşı «Ramin» adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə və psixortop maddənin hazırda idarə etdiyi avtomobildə olduğunu bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları ondan və Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroin və metamfetamini bir ədəd zərfdə qablaşdıraraq möhürləyib götürmüşlər. Daha sonra polis əməkdaşları ona və Təqsirləndirilən şəxs1 avtomobildə saxladıqları narkotik vasitə və psixotrop maddələri təqdim etmələrini təklif etmişlər, onlar da etiraz etməmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə Baş İdarənin həyətində saxlanılan avtomobilə baxış keçirilmiş və avtomobilin salonun arxa hissəsindən iki ədəd hərbi çantada olan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana, 600 ədəd metadon həbi, külli miqdarda psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş bütün narkotik vasitə və psixotrop maddələr ayrı-ayrı bağlamalarda qablaşdırılmış və qablaşdırmaların üzərində rəqəmlər qeyd edilmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin, metamfetamin və qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 12 kiloqramdan artıq heroin, 5 kiloqram yarımdan artıq metamfetamin, 2 kiloqramdan artıq qurudulmuş marixuana olması məyyən edilmişdir. Baxış başa çatandan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitələr və psixtrop maddəni qablaşdıraraq götürmüşlər. Bundan başqa baxış zamanı avtomobilinin saxlanc yerindən bir ədəd qaz tapançasını, həmin tapançaya aid bir ədəd darağı və 11 ədəd patronu aşkar etmişdirlər ki, o. həmin tapança və patronları «Ramin» adlı İran İslam respublikası vətəndaşınını göndərdiyi və içərisində narkotik vasitələr, psixotrop maddələr olan çantaların birinin içərisindən tapıb avtomobilində saxlamışdır (İ cild, səh. 140-143). 13.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş idarəyə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Asəf Sevdimalıyevi və Təqsirləndirilən şəxs2 Abşeron rayonunda, “Araz” marketin qarşısında saxlamışlar, sonra baş idarəyə gətirərək müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərlərinə və idarə etdikləri avtomobilə baxış keçirmişlər. Hər iki halda narkotik vasitə aşkar olunmuşdur. İran vətəndaşının dediyi yerdə, Şirvan şəhərində əvvəlcədən gizlədilən yerdən əldə etdiklərini, məqsədlərinin də pul əldə etmək olduğunu bildirmişlər. X5 narkotik vasitələri əldə etməsi və dövriyyəsi barədə olmuş, keçirilmiş tədbirdə onunla yanaşı Şahid2 və Şahid3 də iştirak etmişlər. Dəqiq xatırlamır, səhv etmirsə saxlanılan zaman iki nəfər olmuşlar, ola bilsin ki, kimsə olsun sərbəst buraxsınlar. Təqsirləndirilən şəxs2 hərbi qulluqçu olmağını sonradan bilmişlər. Vəkilin nə vaxt gəldiyini xatırlamır. Nakotik və psixotrop maddə baş idarədə video çəkiliş vasitəsilə üzərlərindən və avtomobildən aşkar olunmuş, avtomobilin salonunda arxa hissədə oturacaqda olmuş, baqajda olmamış, birinci üzərinə bir neçə dəqiqə sonra isə avtomobilə baxış keçirilmişdir. Bir neçə bağlamada ümumilikdə təxminən 20 kq olmuşdur. 14.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 13 dekabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə etməsi, daşıması, saxlaması və satması barədə məlumat daxil olduqdan sonra sonucunun olduğu yerin müəyyənləşdirilməsi və cinayət başında ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul olunmuş, qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** qeydiyyat nişanlı avtomobillə bir gün əvvəl rayonların birindən İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürüb Bakı şəhərinə daşımaları və özlərində saxlamaları müəyyən edimiş və bundan sonra hər iki şəxsin yerinin müəyyənləşdirilib cinayət başında yaxalanması istiqamətində tərəflərindən təxirəsalınmaz tədbirlərə başlanılmışdır. Artıq dekabrın 13-dən 14-nə keçən gecə hər iki şəxsin olduğu yer müəyyənləşdirilmiş və saat 02:40-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketdən çıxarkən tərəflərindən saxlanılmışdır. Həmin zaman onların yanında Cavidan adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat qrupunun üzvləri olaraq özlərini təqdim edib onlardan özlərini təqdim etməsini istəmişlər, onlar da özlərini təqdim etdikdən sonra şəxsiyyətlərini dəqiqləşdirmişlər. Daha sonra onların yanında olan digər şəxsin şəxsiyyəti ilə maraqlananda həmin şəxsin X4 olmasını müəyyən etmişlər. Bundan sonra ilk olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirib onlara hüquq və vəzifələrini izah etdikdən sonra onlarla birlikdə Baş İdarəyə getməsini təklif etmişlər, onlar da buna etiraz etməmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında olan Cavidan İbişovun onların yanında hansı məqsədlə olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 Cavidan İbişovla təsadüfən marketdə görüşdüklərini və sonuncunun onlarla birlikdə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil barəsində soruşduqda o, idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** qeydiyyat nişanlı avtomobilin marketin qarşısında saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Hyundai Elantra» markalı avtomobillə birlikdə Baş İdarəyə getmişlər. Orada araşdırmanın aparılması BNMİ-nin baş təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsinin inzibati binasındakı otaqların birində ilk oaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, həmkarları Şahid3, Şahid2 və müdafiəçilər iştirak etmiş və şəxsi axtarış zamanı videoçəkliş onun tərəfindən həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm təqdim edərək həmin bükümdə «kakos», yəni heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən büküm kəsilərək açılmış və bükümdə qəhvəyi rəngli maddənin olması aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və bu zaman onun üzərindən iki ədəd «Samsung» markalı mobil telefon aparatları aşkar edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif etmiş, sonuncu da öz növbəsində əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan büküm təqdim edərək bükümdəkinin «şüşə» olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən büküm kəsilərək açılmış və bükümdən ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilmiş və bu zaman Təqsirləndirilən şəxs2 üzərindən «İphone» markalı mobil telefon aparatı aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilərkən çəkisinin 44 qram olması, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə çəkilərkən isə çəkisinin 47 qram olması müəyyən edilmişdir. Bundan sonra hər iki bükümdəki maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən verilmiş şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroini «Ramin» adlı X12 vətəndaşının göndərdiyi heroindən olduğunu, həmin şəxsin göndərdiyi heroini Şirvan şəhəri ərazisindən götürdüyünü və həmin narkotik vasitəni İranlinin dediyi yerə qoyacağı təqdirdə sonuncunun ona 1 kiloqram «nəşə» verəcəyini vəd etdiyini, narkotiki götürmək üçün Təqsirləndirilən şəxs2la birlikdə iki gün əvvəl sonuncunun idarə etdiyi avtomobillə getdiyini bildirmişdir, Təqsirləndirilən şəxs2 da öz növbəsində Təqsirləndirilən şəxs1 düz danışdığını, narkotik vasitə istifadəçisi olduğunu, Təqsirləndirilən şəxs1lə birlikdə Şirvan şəhərindən narkotik götürdüyünü, bunun müqabilində iranlının ona 5000 manat pul vəd etdiyini, bundan 10 gün əvvəl bir dəfə də iranlının tapşırığına əsasən külli miqdarda narkotik vasitə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 dediklərini Təqsirləndirilən şəxs1 də təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə narkotik vasitə olduğunu və avtomobilə baxış keçirilməsinə etiraz etmədiklərini və narkotiki təqdim edə biləcəklərini bildirmişlər. Bundan sonra BNMİ-nin inzibati binasının həyətində saxlanılan «Hyundai» markalı **-NC-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 ona edilmiş təklifdən sonra avtomobilin salonunda narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağının üzərindəki iki ədəd bel çantasını, Təqsirləndirilən şəxs2 avtomobilin saxlanc yerindən bir ədəd tapançaya oxşar əşyanı tədim etmişdir. Daha sonra təhqiqatçı birinci çantadan ümumilikdə yeddi ədəd sellofan bağlamaları, ikinci çantadan on üç ədəd sellofan bağlamaları və həb üstlərini çıxararaq yerə düzmüş, təhqiqatçı tərəfindən həblər olan üstlər sayılmış və 60 üst olduğu müəyyən olunmuş, daha sonra təhqiqatçı içərisində qəhvəyi rəngli maddə olan sellofan bağlamaları saymış və bu zaman on iki ədəd olması müəyyən olunmuşdur. Həmin bağlamalar çanta ilə bilrikdə əl tərəzisində çəkilmiş və çəkisinin 12 kiloqram 80 qram olması müşahidə edilmişdir. Daha sonra təhqiqatçı içərisində ağ rəngli maddə olan beş ədəd sellofan bağlamaları çanta ilə birlikdə tərəzidə çəkilərkən 5 kiloqram 680 qram təşkil etməsi müəyyən olunmuşdur. Daha sonra üç ədəd sellofan bağlama çəkilmiş və bu zaman çəkisinin 2 kiloqram 775 qram olması müşahidə edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümlər açılmış və qəhvəyi rəngli bağlamlardan heroinə bənzər, ağ rəngli bağlamalardan metamfetaminə bənzər maddələr və digər üç ədəd bağlamalardan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş bağlamalar və həb üstləri aşkar olunduqları iki ədəd çantada qablaşdırılmışdır. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş iki ədəd çantadakı külli miqdarda narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1lə birlikdə Şirvan şəhərindən iki gün əvvəl gedib götürdüklərini, bunun əvəzində iranlının onlara pul verəcəyini bildirmiş, onun bildirdiklərini Təqsirləndirilən şəxs1 də təsdiq etmişdir (İ cild, səh. 117-121). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Asəf adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bundan sonra qrup yaradılaraq Masazır qəsəbəsində saxlanılaraq idarəyə gətirilmişlər. Şəxslərin üzərlərinə və avtomobilə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Silahın haradan çıxması yadında qalmamışdır. Keçirilmiş tədbirdə üç nəfər olmuşlar, qrup rəhbəri Bəylər olmuşdur. Axşam vaxtı olmuş, saxlanılan şəxslər deyəsən üç nəfər olmuşlar, üçüncü tutulan şəxsin aqibəti dəqiq yadında qalmamış, üstündən xeyli vaxt keçmişdir. Maşın “Hyundai” markal olmuş, “Niva” markalı maşın olmamışdır. Baxış müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla olmuşdur. Şəxslərin üzərində hərbi forma olmamış, mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı zor və təzyiq göstərilməmişdır. 16.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 243-246). 17.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Asəf Sevdimalıyevin külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuş, 2022-ci il ya da 2023-cü ilin dekabr ayında əməliyyat qrupu yaradılmış, səhv etmirsə əməliyyat qrupuna Natiq rəhbərlik etmiş, əməliyyat qrupunun üzvlərindən biri də o olmuşdur. Gecə saatlarında Masazır qəsəbəsində Araz Marketin qarşısında saxlamışlar. Baş idarədə üzərlərinə və avtomobilə vəkillərin iştirakları ilə baxış keçirmişlər, onlar da öz üzərlərində və avtombildə olan narkotik vasitələri təqdim etmişlər. İki nəfər olmuşlar, ikisini idarəyə gətirmişlər. Baş İdarədə birinci müdafiəçilərin iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs2 hərbi ya mülki formada olması yadında qalmamışdır. Aşkar olunmuş maddələrlə bağlı özləri bildirmişlər ki, bununla üçüncü dəfədir iranlıdan dediyi yerlərdən rayonlardan götürüb gətirib Bakıda çatdırırlar. Səhv etmirsə silahı Nahid özü təqdim etmiş, “bardaçok”da olmuş, sonradan onlar da sənədləşdirərək ekspertizaya vermişlər. Marketin qarşısında bir nəfər də olmuş, deyəsən Asəf onlarla olmadığını demişdir. Onlar Cavidanın arxasınca getməmişlər, onun yerini müəyyən edəndə Nahid adlı şəxsində onunla brlikdə olduğunu bilmişlər, X3ra aidyyatının olmadığını, təsadüfi adam olduğunu bildirmiş, orada Cavidanı buraxmışlar. Hal-hazırda polisdə işləməməyinin səbəbi ərizəsini yazıb çıxmağı olmuş, bu işlə bağlı hər-hansısa bir xüsusat olmamışdır. Saxlanılan zaman, eləcə də idarəyə gətiriləndən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər-hansısa bir formada zor tətbiq edilməmişdir. 18.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 239-242). 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 6/5491 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs: Asəf Sevdiməliyevin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş....» yazısı və imzalar olan kağız paketdəkı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 38,1 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 42,5 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bel çantasındakı 12 (on iki) ədəd bağlamada ümumi təmiz çəkisi 12061,1 qram (12 kq 61,1 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 5 (beş) ədəd bağlamada ümumi təmiz çəkisi 4975,5 qram (4kq 975,5 qram) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumi 600 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 600 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Təqdim edilmiş həblər təsiredici maddəsinin miqdarına və xarici əlamərtlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş çantada 12 (on iki) ədəd bağlamadakı heroinlər kağız paketdə olan bir ədəd bükümdə heroilə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 12099,2 qram (12 kq 99,2 qram) təşkil edir. Tədqiqata təqdim edilmiş çantalarda 5 (beş) ədəd bağlamadakı olan metamfetaminlər kağız paketdə olan bir ədəd bükümdə metamfetaminlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyndirlər. Metamfetaminin ümumi təmiz çəkisi 5018 qram (5kq 18 qram) təşkil edir. (İ cild, səh. 77-83). 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 7/1284 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən...» sözləri yazılmış çantada skoçla bağlanmış 03 (üç) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 505,0 qram, 1005 qram, 495,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 2005 qramdır (2kq 5,0 qram). Ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 2004,7 qram təşkil etmişdir. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 84-88). 21.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 3/2041 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd «EF-17071264» №li tapanca zavod üsulu ilə stehsal edilmiş 9x22 mm kalibrli, «X21» modelli qaz və səs siqnal vermək içün nəzərdə tutulmuş qaz tapançasıdır, odlu silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, x22 mm kalibrli, «X21», «ZORAKİ 2914-T» və s. modelli səs-siqnal tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilmirlər (İ cild, səh. 181-184). 22.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 28 fevral 2022-ci il tarixli 1004 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 75-76). 23.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 28 fevral 2022-ci il tarixli 1006 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 77-78). 24.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 dekabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncun əynində olan həmin gödəkçənin sağ yan cibindən 1(bir) ədəd “Huavei” markalı mobil telefon, sol yan cibindən “Samsung” markalı mobil telefon, içində siqaret dənəsi olan siqaret qutusu, 1(bir) ədəd alışqan, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 10(on) AZN pul aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 44 (qırx dörd) qram olmuşdru. Sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cıbindən 1(bir) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir, Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən ”İphone” markalı mobil telefon, sol yan cibindən 70 (yetmiş) AZN pul və 1(bir) ədəd avtomobil açarı aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 47 (qırx yeddi) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxslər, müdafiəçilər, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, 1(bir) ədəd açar, içində siqaret dənəsi olan siqaret qutusu, 1(bir) ədəd alışqan və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxsin vasitəsi ilə Şirvan şəhəri ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Ramin” adlı şəxsin verəcəyi ünvanlara çatdırıb əvəzində marixuana götürəcəyini və ya pul qazanacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu və sonuncun pul qazanmaq məqsədi onunla razılaşdığını, əlavə olaraq Nahidin idarə etdiyi, “Hyundai Elentra” markalı, ** NC *** nömrəli avtomobildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, şəxsi axtarışdan əvvəl ciblərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq dilmədiyini,055 *** ** ** mobil nömrəsini işlətdiyini, vaxtaşırı olaraq narkotik maddələrdən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, bundan əvvəldə Nahidlə əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, üzərindən aşkar olumuş metamfetamini İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxsin vasitəsi ilə Şirvan şəhəri ərazisində gizlədilən yerdən Asəf ilə birlikdə əldə etdikləri narkotik maddələrin üzərindən götürdüyünü, narkotik maddələri “Ramin” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Asəf ilə əlbir olduğunu, bundandan əvvəldə Asəflə əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiklərini, 051 *** ** ** nömrəsini işlətdiyini bildirmişdir (İ cild, səh. 48-51). 25.«Avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 14 dekabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, “Hyundai Elentra” markalı, ** NC *** nömrəli avtomobildə narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan .«Baxış və götürmə aparılması haqqında» 14 dekabr 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadagan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin salonunun arxa hissəsində gizlətdiyi 2(iki) ədəd çantanı təqdim etmişdir. Həmin çantaların içindən 12 (on iki) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 3(üç) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 5(beş) bükümdə, ağ rəngli, kristalşəkili, psixotrop maddə metamfetaminə bənzər, 600 (altı yüz) ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. X19 avtomobilin sağ ön hissəsindəki saxlanc yerində gizlətdiyi 1(bir) ədəd odlu silaha bənzər, üzərində 17071264 rəqəmləri olan tapançanı, həmin tapançaya məxsus 1(bir) ədəd sandıqcanı və 11 (on bir) ədəd patronu təqdim etmişdir. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 12 kq 80 qram (iki kq səksən qram) olmuşdur. Sonrra metamfetaminə bənzər kütlələr elektron əl tərəzisində çəkilmişdir və qablaşdırma ilə birlikdə çəksi 5 kq 680 qram (beş kq altı yüz səksən qram) olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron əl tərəzisində çəkilmişdir və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 775 qram (iki kq yeddi yüz yetmiş beş qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq avtomobilə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxsin vasitəsi ilə Şirvan şəhəri ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Ramin” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağı, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, həmin narkotimk maddələri “Ramin” adlı şəxsin deyəcəyi yerə çatdırmaq üçün Asəf ilə birlikdə əldə etdiyini, bu işi görməyin əvəzində pul alacağı və narkotik maddələrin dövriyyəsində Asəf ilə əlbir olduğunu, onun idarə etdiyi, “Hyundai Elentra” markalı, ** NC *** nömrəli avtomobildən aşkar olunan narkotik maddələri Asəf ilə birlikdə əldə etdiyini bildirmişdir (İ cild, səh. 55-57). 26.«Mobil telefonlara baxış keçirilməsi haqqında» 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan «HUAWEİ» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatında İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914 *** **** nömrə «Ramin» qardaş» kimi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə «Tural Nahid, herbi» kimi qeyd edilmişdir. Mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, adı «Ramin» gardaw» kimi qeyd edilən +98 933 *** **** nömrənin Cənubi Azərbaycan ləhcəsi ilə danışan istifadəçisi xx.xx.2021-ci il saat 17:22- də Təqsirləndirilən şəxs1 «ay qardaş caamahat yığlıb mənim evimə abrdan getdim mən, ac teli qoram nemenedi» məzmunlu yazılı mesaj göndərmiş, saat 17:25-də zəng etsə də Təqsirləndirilən şəxs1 cavab verməmiş və saat 17:33-də içərisində külli miqdarda narkotik vasitə və ya psixotrop maddə olamasmda şübhəli bilinən bağlamaların Təqsirləndirilən şəxs1 qarşısında düzülməsini əks etdirən fotoşəkli, həmçinin «WhatsApp» ani mesajlaşma mübadilə sistemində narkotik vasitələrin dövriyyəsi ilə bağlı görüntülü danışığın videogürüntüsünü göndərmişdir. ***-***- **-** SİM nömrənin istintaqa məlum olmayan istifadəçisi xx.xx.2021-ci il saat 17:01-də Təqsirləndirilən şəxs1 «Qaqa Raminə zəng elə, səni axtarır, özünə problem yaratma» məzmunlu yazılı mesaj göndərmiş, saat 17:02-də Cənubi Azərbaycan ləhcəsi ilə danışan şəxsin «ay baba onu başa salginənki, balalarımın canı tökülüblər burda üstümə ayıbdı, mən bunlara nə cavab verəcəm, açsın mənim telefonumu» məzmunlu səsli mesaj göndərmiş, saat 19:04-də Təqsirləndirilən şəxs1 «Raminə deki sabaha qədər səbr etsin, hər şey yaxşı olmalıdır, mən ölərəm amma ona xəyanət etmərəm» məzmunlu yazılı mesaj göndərmiş, saat 19:28-də istintaqa məlum olmayan istifadəçi Təqsirləndirilən şəxs1 «Asəf mənim sözümün canı nədi, sən sancmasan o, səni incitməyəcək, belə atmağa qalsa özümüz də atardıq da ona, mal temasında bele şey eləmə, əgər alınmırsa işləmə onunla, sənin videoun, şəklin var onda, sonra aləm dəyər biribirinə, özün zəng elə danış onunla, pis adam deyil» məzmunlu səsli mesaj göndərmiş və ardınca içərisində külli miqdarda narkotik vasitə və ya psixotrop maddə olmasında şübhəli bilinən bağlamaların Təqsirləndirilən şəxs1 qarşısında düzülməsini əks etdirən fotoşəkli, həmçinin «WhatsApp» ani mesajlaşma mübadilə sistemində narkotik vasitələrin dövriyyəsilə bağlı görüntülü danışığın videogürüntüsünü göndərmişdir. «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il saat 15:00-da Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə «Mersedes» markalı **-CL-*** qeydiyyat nişanlı avtomobilin videogürüntüsünü göndəmiş və həmin videogörünütüdə «Nahid mersi görürüsən qaqa, Nahid sən ol sən gör bunu nağaracaqsan, sən bunu 200 itələyəssən bunu» deyərək bildirir, həmin zaman orada olan naməlum şəxs «bax hamısını təzə dəyişmişəm» deyərək bildirmiş, Təqsirləndirilən şəxs1 daha sonra «Cavid bunu demişəmki qardaşdı o, vso da» deyərək bildirir, naməlum şəxs «təzə maşındı, 3.2 motordu, 086 zerkalnı nömrələdi» deyərək bildirmişdir. Saat 16:52-də Təqsirləndirilən şəxs1 «Niva» markalı **-DM-*** qeydiyyat nişanlı avtomobilin videogürüntüsünü göndərərk «bax qaqa bu da var ha lazım olsa. Canavar Ni vadi, dağda, bağda sürməyə, bunu da götür, canavardı sən ol, bunu da Mersi də götür şənlikdi e qaqa, superdi, sən ol Nahid canavar Nivadı dədəgoru» deyərək bildirmişdir. Saat 16:54-də Təqsirləndirilən şəxs1 yeni tikilmiş fərdi yaşayış evinin videogörüntüsünü göndərib «bax qardaşım, qəti buraxma əldən, zaboru görürsən? hamısı sənindir, asfaltdan 10 metrə aşağıdır, bura da asfalt çəkilir, həyatdı brat» deyərək bildirmişdir. Saat 17:22-də Təqsirləndirilən şəxs2 «mənə zəng elə təcili» məzmunlu yazılı mesaj göndərmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan «İphone 12 Pro» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrə «X22» kimi, ***- ***-**-** nömrə «Asif Tural» kimi, ***-***-**-** nömrə «Asefffl» kimi qeydə alınmışdır. Mobil telefon aparatının «WhatsApp» ani mesaj laşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, adı qeyd edilməmiş İran İslam Respublikasının mobil opretaoruna məxsus +98 914 *** **** nömrənin Cənubi Azərbaycan ləhcəsi ilə danışan istifadəçisi xx.xx.2021-ci il saat 17:36-da Təqsirləndirilən şəxs2 «Qaqa necəsən yaxşısan, mən bilirəm Asəf yanındadı, bax qaqa Təqsirləndirilən şəxs1 də videosu var məndə, sənin də şəklin var məndə atıram indi bax» məzmunlu yazılı mesaj, saat 17:44-də Təqsirləndirilən şəxs1 hərbi gödəkçə ilə yatmış vəziyyətə fotoşəklini, içərisində külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin olmasında şübhəli bilinən bağlamaların Təqsirləndirilən şəxs1 qarşısında düzülməsini əks etdirən fotoşəkli, həmçinin «WhatsApp» ani mesajlaşma mübadilə sistemində narkotik vasitələrin dövriyyəsi ilə bağlı görüntülü danışığın videogürüntüsünü, Təqsirləndirilən şəxs2 hərbi formada fotoşəkillərini, saat 17:52-də «Sizin ikinizin də başınıza oyun gətirəcəm, Bakıda başınıza işəsinlər, darıxma ikiniz də bir yerdəsiniz, hər şeydən xəbərim var. Asifə denən səni bir günə qoyub Bakıda anadan əmdiyin südü burnundan gətizdirəcəm, səni polisə verib səni tutduracam», saat 20:36-da «qəşəng səsimə qulaq asmısanda, as cavab vermə neyniyək» məzmunlu səsli mesajlar, xx.xx.2021-ci il saat 02:21- də «Nahid sabah 12-yə qədər sənə vaxt verirəm mənim veşlərimi özümə qaytarmağına. Asəfdə yox səndədi. Yoxsa sənlə Hikmət Mirzəyevin yanma adam göndərəcəm və Bandatdelə də sənin bu fotonu və səs danışıqlarını. Hər şey şənlikdi. Asəf də səninlədi. Səni doğulmağına peşman edim bax gör ki mənlə oynamaq nədi. 10 saat vaxtın var senin. Bütün məlumatların var uje məndə. Sabah evinizə gedəcəklər hərbi prokurorluqdan Biləsuvara» məzmunlu yazılı mesajlar göndərilmişdir. «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə xx.xx.2021-ci ildən xx.xx.2021- ci il tarixədək əlaqələr yaratmış və bir çox əlaqələr Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə əldə etməsi məqsədi ilə olmuşdur. «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə xx.xx.2021 -ci ildən xx.xx.2021- ci il tarixədək əlaqələr yaratmış və bir çox əlaqələr Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə əldə etməsi məqsədi ilə olmuşdur. «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə xx.xx.2021-ci ildən xx.xx.2021- ci il tarixədək əlaqələr yaratmış və bir çox əlaqələr Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə əldə etməsi istiqamətində olmuşdur. «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** nömrənin «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə 03.12.,2021-ci ildən xx.xx.2021- ci il tarixədək əlaqələr olmuşdur. xx.xx.2021-ci il saat 22:40-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 «gaga seninlə işim vare Tecilidii xeyrlidi» məzmunlu, xx.xx.2021-ci il saat 16:08- də «Nahid qaqaş sənlə işim var qurban olum» məmunlu yazılı mesaj göndərmiş, xx.xx.2021- ci il saat 07:14-də Təqsirləndirilən şəxs2 «Horadiz Mərkəz» yol nişanının videogörüntüsünü göndərmiş və həmin videoçəklişdə «Asəf bax sonra deyərsən gəlmiyibsən, bax Bakı Horadiz görürsənmi» sözlərini işlətmişdir. xx.xx.2021-ci il saat 01:07-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 «mənə pul at» məzmunlu, saat 01:11-də Təqsirləndirilən şəxs1 «baş üstə urək, indi atıllar sənə pul, arxayın ol qaqam» məzmunlu, xx.xx.2021-ci il saat 03:38-də Təqsirləndirilən şəxs2 «Hecnə danışma, mal barəsində, pul barəsində» məzmunlu yazılı mesaj göndərmişdir. (İ cild, səh. 195-212). 27.«Maddi sübut kimi tanıma haqqında» 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra bir ədəd sintetik kisədə, məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra bir ədəd sintetik kisədə qablaşdırılmış halda tədqiqatdan sonrakı müvafiq qalıq çəkiləri 12060,86 qram, 38,0 qram nartkotik vasitə heroin, 4975,35 qram, 42,4 qram psixotrop maddə metamfetamin, 590 ədəd metadon həbi və 2004,7 qram nartkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və maddi sübutların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (İ cild, səh. 177-179). 28.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş bir ədəd EF-17071264 nömrəli, 9 x 22 mm kalibrli «X20» modelli qaz tapançası və həmin tapançaya aid bir ədəd daraq maddi sübut kimi tanınmış və maddi sübut məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları kamerasına təhvil veriləcəyi nəzərə alınmışdır. İş üzrə götürülmüş və baxış keçirilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş «HUAWEİ» markalı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «İphone 12 Pro» mobil telefon aparatları maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. İş üzrə şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə hərəkətlərinin qeydə alındığı iki ədəd DVD diskin, telefon məlumatlarıının qeydə alındığı üç ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (İİİ cild, səh. 14-34). 29.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 26). 30.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 43). 31.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 4(005)- 1307/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 14 dekabr 2021-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 165-170). 32.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 4(005)- 1306/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 14 dekabr 2021-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 171-176). 33.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 1(071)-90/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 may 2021-ci ıl tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, 02 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (İİ cild, səh. 3-6, 67-72). 34.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 1-2). 35.Cinayət işinin materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Şücaətə görə” medal, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley” medalı, “İgidliyə görə” medal, “Xocəvəndin azad olunmasına görə” medal, “Cəbrayılın azad olunmasına görə” medal və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 36.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 37.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 38.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 39.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri vardır və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 aid hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 40.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 41.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 42.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 43.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 44.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 45.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 46.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 47.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Qeyd olunan siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 48.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 49.Təqsirləndirilən şəxslərin şəxsi axtarışları və avtomobilə baxış barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin onlara məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 50.Beləliklə məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə şəxsi axtarışlarının və avtomobilə baxışın şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 51.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 52.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 53.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 54.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 55.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, eləcə də qanunsuz olaraq qaz silahı əldə etməsi və gəzdirməsi tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə düzgün tövsif edilmişdir. 56.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 57.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 60.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 61.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.Təqsirləndirilən şəxs1 Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 may 2021-ci ıl tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, 02 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 14 dekabr 2021-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 64.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 67.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 68.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 69.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, vətən müharibəsi iştirakçısı olmaqla “Xocəvəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Şücaətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley” və “İgidliyə görə” medallarla təltif olunmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 70.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 71.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 72.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 73.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 75.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalıdır. 76.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 77.Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 78.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 79.Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 80.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 81.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 82.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 83.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları - 14 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. 84.Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 85.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 86.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 87.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12060,86 qram və 38,0 qram çəkidə narkotik vasitə heroin, 4975,35 qram və 42,4 qram çəkidə psixotrop maddə metamfetamin, 2004,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 590 ədəd metadon dərman preparatılarının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd EF-17071264 nömrəli, 9 x 22 mm kalibrli «X20» modelli qaz tapançasının və həmin tapançaya aid bir ədəd darağın hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 02 ədəd DVD formatlı diskin və 3 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məxsus «HUAWEİ» markalı mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumuna) qaytarılmalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «İphone 12 Pro» markalı mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumuna) qaytarılmalıdır. 88.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 89.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 90.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 91.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 92.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat , iş saatları üzrə vəkilə ödənilməli haqq 240 (iki yüz qırx) manat təşkil edir. 93.Beləliklə, Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 94.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 14 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 143 (yüz qırx üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 12060,86 qram və 38,0 qram çəkidə narkotik vasitə heroin, 4975,35 qram və 42,4 qram çəkidə psixotrop maddə metamfetamin, 2004,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 590 ədəd metadon dərman preparatı məhv edilsin, bir ədəd EF-17071264 nömrəli, 9 x 22 mm kalibrli «X20» modelli qaz tapançası və həmin tapançaya aid bir ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 02 ədəd DVD formatlı disk və 3 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «HUAWEİ» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 qaytarılsın, bir ədəd «İphone 12 Pro» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar