Məhkəmə qərarları › İş №1(101)-96/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-96/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-96/2025 20.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X17 və Dövlət ittihamçısı2, ölmüş Təqsirləndirilən şəxs1 hüquqi varisi X2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, 27 oktyabr 2023-cü il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci, 177.2.3-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, ibtidai istintaq orqanının 10 fevral 2023-cü il tarixli qərarı ilə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci, 177.2.3-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımaqla və yaşayış sahəsində saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci, 177.2.3-cü, 234.4.1ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

2. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

3. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən və yaşayış sahəsi hesab edilən evə pəncərədən qanunsuz daxil olaraq, evdə divanın üstündən 01 ədəd 1200 (bir min iki yüz) manat dəyərində “Acer” markalı kompyuteri gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1200 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir.

4. Bundan başqa o, yetkinlik yaşına çatmayan qonşusu Təqsirləndirilən şəxs2 qazanc əldə edib pul verəcəyinə dair vədlər verib cinayətkar fəaliyyətə cəlb etdikdən sonra Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib satışını həyata keçirtmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra özünün narkotik vasitələrin və psixotrop maddələri əldə edəcəyinə və Təqsirləndirilən şəxs2 də iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,587 qram, 1,617 qram, 1,749 qram, 0,838 qram, 0,242 qram olmaqla ümumi təmiz çəkisi isə 6,033 qram olan qəhvəyi rəngli, tozşəkilli, eyni tərkibli, kustar üsulla üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,043 qram və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,033 qram olmaqla ümumi təmiz çəkisi 2,076 qram olan ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli, külli miqdarda psixotrop maddə metamfetamini, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 2035 qram olmaqla ümumi təmiz çəkisi isə 3,040 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 2000 (iki min) manat qarşılığında Abşeron rayonu, Masazır qəsəbəsindən əldə edərək, yaşadığı Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi ö/t ev 92 ünvanadək üzərində daşımış, bundan sonra həmin narkotik vasitə və psixotrop maddələrdən 02 ədəd bağlamada, ümumi təmiz çəkisi 3.040 qram təşkil edən narkotik vasitə heroini yaşadığı ünvan 5 ünvanda yerləşən mənzilinin mətbəxdə yerləşən mətbəx mebelinin içərisində gizlətmiş, 05 ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 6,033 qram olan narkotik vasitə heroinlə 01 ədəd ağ rəngli kağız və 01 ədəd şəffaf polietilen bükümlərdə olan ümumi təmiz çəkisi 2,076 qram psixotrop maddə metamfetamini əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşımış, 08 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin X5 və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi 104 saylı binanın qarşısında saxlanılaraq, ünvan 6 ünvanda yerləşən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparıldıqdan sonra həmin tarixdə saat 18:25 radələrindən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz əldə edib üzərində saxladığı 05 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,587 qram, 1,617 qram, 1,749 qram, 0,838 qram, 0,242 qram olmaqla ümumi təmiz çəkisi 6,033 qram olan qəhvəyi rəngli, tozşəkilli, eyni tərkibli, kustar üsulla üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,043 qram və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,033 qram olmaqla ümumi təmiz çəkisi 2,076 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış, eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 08 fevral 2023cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanda yerləşən evə baxış keçirilən zaman həmin evin qonaq otağında yerləşən mebelinin içərisində Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 verilmiş 01 ədəd üzərində “10 gx0,01 g” yazısı olan gümüşü rəngli, üzərində narkotik vasitə heroin izləri aşkar edilmiş elektron tərəzi və həmçinin 08 fevral 2023-cü il tarixdə saat 21:30 radələrindən etibarən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanda keçirilmiş baxış zamanı onun yaşadığı mənzilin mətbəxində yerləşən mətbəx mebelinin içərisindən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 2035 qram olmaqla ümumi təmiz çəkisi 3.040 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bundan başqa Təqsirləndirilən şəxs1 həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 234.4.1-ci maddələri ilə ittiham elan edilmiş, elan edilmiş ittiham onunla əsaslandırılmışdır ki, o, yuxarıda göstərilən narkotik vasitələri və psixotrop maddələri yetkinlik yaşına çatmayan qonşusu Təqsirləndirilən şəxs2 qazanc əldə edib pul verəcəyinə dair vədlər verib cinayətkar fəaliyyətə cəlb etdikdən sonra Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib satışını həyata keçirtmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra özünün narkotik vasitələrin və psixotrop maddələri əldə edəcəyinə və Təqsirləndirilən şəxs2 də iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq yuxarıda göstərilən üzərindən və evindən aşkar edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımış, 08 fevral 2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanda yerləşən evə baxış keçirilən zaman həmin evin qonaq otağında yerləşən mebelinin içərisində Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən istifadə etməsi üçün Təqsirləndirilən şəxs2 verilmiş 01 ədəd üzərində “10 gx0,01 g” yazısı olan gümüşü rəngli, üzərində narkotik vasitə heroin izləri aşkar edilmiş elektron tərəzi aşkar edilərək götürülmüşdür.

6. Təqsirləndirilən şəxs2 qonşusu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilib satışını həyata keçirtmək üçün cinayətkar əlaqəyə girib razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələri əldə edəcəyinə və onun da iştirakı ilə satışını həyata keçirəcəklərinə dair öz aralarında cinayətkar rolları bölüşdürmüş, cinayətkar məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd ağ rəngli kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,587 qram, 1,617 qram, 1,749 qram, 0,838 qram, 0,242 qram olmaqla ümumi təmiz çəkisi isə 6,033 qram olan qəhvəyi rəngli, tozşəkilli, eyni tərkibli, kustar üsulla üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,043 qram və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,033 qram olmaqla ümumi təmiz çəkisi 2,076 qram olan ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli, külli miqdarda psixotrop maddə metamfetamini, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 2035 qram olmaqla ümumi təmiz çəkisi isə 3.040 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 2.000 (iki min) manat qarşılığında Abşeron rayonu, Masazır qəsəbəsindən əldə edərək, yaşadığı Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi ö/t ev 92 ünvanadək üzərində daşımış, bundan sonra həmin narkotik vasitə və psixotrop maddədən 02 ədəd bağlamada, ümumi təmiz çəkisi 3.040 qram təşkil edən narkotik vasitə heroini yaşadığı ünvan 10 ünvanda yerləşən mənzilinin mətbəxdə yerləşən mətbəx mebelinin içərisində gizlətmiş, 05 ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 6,033 qram olan narkotik vasitə heroinlə 01 ədəd ağ rəngli kağız və 01 ədəd şəffaf polietilen bükümlərdə olan ümumi təmiz çəkisi 2,076 qram psixotrop maddə metamfetamini əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşımış, 08 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin X5 və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi 104 saylı binanın qarşısında saxlanılaraq, ünvan 6 ünvanda yerləşən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparıldıqdan sonra həmin tarixdə saat 18:25 radələrindən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə qanunsuz əldə edib üzərində saxladığı 05 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 1,587 qram, 1,617 qram, 1,749 qram, 0,838 qram, 0,242 qram olmaqla ümumi təmiz çəkisi 6,033 qram olan qəhvəyi rəngli, tozşəkilli, eyni tərkibli, kustar üsulla üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,043 qram və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,033 qram olmaqla ümumi təmiz çəkisi 2,076 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış, eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 08 fevral 2023cü il tarixdə saat 20:30 radələrində onun yaşadığı ünvan 8 ünvanda yerləşən evə baxış keçirilən zaman həmin evin qonaq otağında yerləşən mebelinin içərisində Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən istifadə etməsi üçün ona verilmiş 01 ədəd üzərində “10 gx0,01 g” yazısı olan gümüşü rəngli, üzərində narkotik vasitə heroin izləri aşkar edilmiş elektron tərəzi və həmçinin 08 fevral 2023-cü il tarixdə saat 21:30 radələrindən etibarən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanda keçirilmiş baxış zamanı onun yaşadığı mənzilin mətbəxində yerləşən mətbəx mebelinin içərisindən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 2035 qram olmaqla ümumi təmiz çəkisi 3.040 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş əsaslandırarkən ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

7. 21 dekabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin gün ünvan 12 ünvanında yeləşən evində olan 1200 manat dəyərindəki “Acer” markalı dizüstü kompüterinin Təqsirləndirilən şəxs1 oğurladığını aşkar etdiyini, sonuncu barəsində şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 8).

8. 21 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanıdır.Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 11-13).

9. 21 dekabr 2022-ci il tarixli təqdim edilən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Acer” markalı boz rəngli dizüstü kompüteri təhvil vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 15-16).

10. 27 iyul 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Acer” markalı notebukun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 900,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının keçirilməsinə 50 manat pul vəsaiti sərf edilmişdir (cild 2, iş vərəqə 178-180). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş əsaslandırarkən ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

11. 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən, DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Pall Mall” siqaret qutusunu çıxarıb təqdim etmiş, içərisində “kakos” adlanan narkotik vasitələr olduğunu bildirmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində 06 ədəd ağ kağız və 01 ədəd şəffaf sellofan bükülülər olması, 05 ədəd kağız bükümlər açıldıqda, içərilərində tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin, 01 ədəd ağ rəngli kağız və 01 ədəd şəffaf sellofan paket açıldıqda, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükülülərin içərisindəki maddələrin narkotik vasitə hesab edilən “kakos” olduğunu, narkotik vasitələri tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, üzərindən aşkar edilmiş bükümləri satmaq məqsədi ilə saxladığını, əldə etdiyi narkotik vasitələrin bir hissəsini özündə saxladığını, bir hissəsini isə tanışları Qurban və Nurlan adlı tanışlarına saxlamaq üçün verdiyini bildirmişdir (cild 1, iş vərəqə 63-64, cild 2, iş vərəqə 12-13).

12. 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən və diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində heç bir qanunsuz əşya olmadığını, Həsən adlı şəxs tərəfindən ona verilmiş narkotik vasitənin yarısını yaşadığı mənzildə saxladığını, 08 fevral 2023-cü il tarixdə Həsənin verdiyi narkotik vasitəni Həsənin özünə qaytardığını, Həsən adlı şəxsin göstərişi ilə narkotik vasitələri tanımadığı müxtəlif şəxslərə kuryer kimi aparıb verdiyini, bunun müqabilində Həsənin ona pul verdiyini, yaşadığı evdə yalnız Həsənin ona verdiyi tərəzinin olduğunu bildirmişdir (cild 1, iş vərəq 105-106, 268-269).

13. 08 fevral 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə baxış zamanı həmin mənzildə olan qəhvəyi rəngli şkafın gözündən bir ədəd gümüşü rəngli tərəzi aşkar olunaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs2 qonşusu Təqsirləndirilən şəxs1 tərəzini saxlaması üçün ona verdiyini, həmin tərəzi ilə Həsənin narkotik vasitə çəkdiyini bildirmişdir (cild 1, iş vərəqə 143-144, 262-263).

14. 08 fevral 2023-cü il tarixli mənzilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 14 ünvana baxış zamanı iki otaqlı fərdi yaşayış evinin mətbəxindəki əlüzyuyanın alt hissəsindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümlər aşkar olunaraq götürülmüşdür. Sorğu edilən Təqsirləndirilən şəxs1 bükümlərdə narkotik vasitə heroin olduğunu və onları İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 147-148, 257-258).

15. 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Şahid2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şəxsi axtarış davam etdirilərkən Şahid2 üzərindən sübut əhəmiyyətinə malik ola biləcək əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şahid2 sorğu zamanı qonşuluqda yaşayan Həsən adlı şəxsin ona və qardaşı Nurlana verdiyi narkotik vasitələri kuryer olaraq təxminən 14 gün ərzində satdıqlarının və Həsənin onlara verdiyi narkotik vasitələri saxladıqlarını, 08 fevral 2023-cü il tarixdə isə qardaşı Nurlan Həsənin verdiyi narkotik vasitələri aparıb qaytardığını, o da özlərində olan narkotik vasitələri hamsını Həsənə qaytardığını bildirmişdir (cild 1, iş vərəq 134-135).

16. 09 fevral 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs2 (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd arxasında “100gx0.01g” yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatının keçirilməsinə 114 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 157-160).

17. 09 fevral 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №52” dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza)” yazısı və imzalar olan zərfdəki: - 5 (beş) ədəd ağ kağız bükümdə ayrı-ayrıqda təmiz çəkiləri 1,587 qram, 1,617 qram, 1,749 qram, 0,838 qram, 0,242 qram olmaqla ümumi təmiz çəkisi 6,033 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 1,043 qram və 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,033 qram olmaqla ümumi təmiz çəkisi 2,076 qram ağ rəngli kristalşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş., “yazısı və imzalar olan bağlamadakı 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram və 2035 qram, ümumi təmiz çəkisi 3040 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən və üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 3046,03 qram (3 kq. 46,03) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 5,833 qram və 3039,6 qram, metamfetaminin qalıq çəkisi 1,976 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 114 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 161-166).

18. 11 aprel 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefona keçirilmiş baxış zamanı “Mesajlar” tətbiqteməsini açdıqda, “Elgun2” kimi qeyd edilmiş mobil telefon nömrəsinə 04 dekabr 2022-ci il tarixdə saat 18:33-də “Elgun sen cox pis olarda sene” və saat 19:55-də “Ayib olsun sene ala sene dedim meni pis eleme eledin indidn eve cavab versen meni temani getir yada pulu meni...” - mövzuda mesaj mətni göndərilmiş; - +**********75 mobil telefon nömrəsindən 23 dekabr 2022-ci il tarixdə saat 19:33-də “... qatir pulu qaytarda ... sana 30 dayqa vazt veriram qatirib pulu qaytarasan...” mövzuda mesaj mətni daxil olmuş, həmin tarixdə saat 19:41-də UQ55 ******* yig serxana de budu pul menimde getir malimi ver mene yazmiwdi ki rafıgle ozum ele eleyecem” - mövzuda mesaj məthi göndərilmiş; - “Elgun” kimi qeyd edilmiş mobil telefon nömrəsinə 26 dekabr 2022-ci il tarixdə saat 18:51 -də menim getir 15 manatimi ver...” - mövzuda mesaj mətni göndərilmiş; - “Elnur” kimi qeyd edilmiş mobil telefon nömrəsi ilə 26 dekabr 2022-ci il tarixdə saat 18:28-dən etibarən “Qara bu ikinci verdiyin duzdu mene hec kim pulumu yeye bilmez getir ya pulumu ver yada temami ver” - mövzuda mesaj mətni göndərilmiş, “Gaga nn vermishdiler hamisini aldim getirdim ortaligab birazdan gorusherik verecem haksizlig olar pul vermisen” - mövzuda mesaj mətni daxil olmuş, “Qaqa men deyirem o 2 cu duzdu sene inandım yolda soz danıwdig ama gordum 20 manati me colden tapmiram evdekiler eziyetle pul isdeyib mene veriler onuda heç kim yiye bilemez” - mövzuda mesaj mətni göndərilmiş, “ne danishirsan duz ola bilmez Gardashim...” və s., mövzuda mesaj mətni daxil olmuş, "Qaqa menim pulumu ver., gedib yasamaldan baba kimide ozum goturdumde 25 manata yari bele pis cixmasin ... menim pulu ver yada p ver”, “Qaqaw menim pulumu getir ver dunen .. pul vermiwem pulumu isdeyirem getir 15 manatimi ver. ” - mövzularda mesaj mətnləri göndərilmişdir. - “Raminle” kimi qeyd edilmiş mobil telefon nömrəsinə 10 yanvar 2023-cü il tarixdə saat 16:51-də “Kola lazimdi gir vacaba” - mövzuda mesaj mətni göndərilmiş; - +**********30 nömrəsi ilə qeyd edilmiş mobil telefon nömrəsinə “Serxan yigdi deyil 10 ustudndedi dedim 5 di dedi hecne ona” - mövzuda mesaj mətni göndərilmiş; - +**********91 nömrəsi ilə qeyd edilmiş mobil telefon nömrəsindən “QAQA 13 MANAT PUL VAR. 3 MANAT BORCDAN VERİM 10 MANATLİQDA YEMƏK DUZ QOŞ, BİR XƏBƏR ELƏ BİLİM SƏNDƏN XƏBƏR GÖZDUYURƏM” - mövzuda mesaj mətni daxil olmuş; - “Serxan” kimi qeyd edilmiş mobil telefon nömrəsi ilə əvvəllər dəfələrlə, daha sonra isə, 22 dekabr 2022-ci il tarixdən etibarən “Noldu meni bezdirdi axi 14 deqe dedim ujey 3 saatadı” , “Serxan meni bu bezdirib ya pulu ver yada onu ver el çeksin 15 deqe dedim ujey 4 saatadı”, “Serxan ya pulu ver yada mali”, “Dunen rafige 5 vermiwem pul ordan 5 mene catir 5 de ona” “Senxan niye bele eleyirmen sene pul vermiwem pulumu ver”, “Serxan niye bele edirser ki 15 deqe desin ujey 3 gundu pul ver yada onan verde”, “Serxan indi birazdan ola bilsin ki ikisinende lazim oldu weyliye bilersen” mövzuda mesaj mətnləri göndərilmiş və - “QAQAW AXWAM SAAT 12 YE SOX VERİB LER TEMA GETİRSİNLER XEBER ETİYECEM. ZENG VURMA OZUM ZENG VURACAM”, “LEO BANK 68672-3117 XEYALE”, "QAQA UZAĞİ 40 DEYQEYE ZENG VURACAM. SENDEKİ 5 MANATİ KARTA VURUB GELERSEN BİZE. LEO BANK- 6516.3564. MENİM ADİMADİ. VİZV ATACAM ZENG VURARSAN. İSTEYİRSEN GET İNDİ VUR.” - mövzularda mesaj mətnləri daxil olmuşdur; - “elsen” kimi qeyd edilmiş mobil telefon nömrəsinə 02 dekabr 2022-ci il tarixdə saat 1 l;22-də “Elsen menim nömremi nömremdi cavab ver ... ya pulumu ver yada ternani ver dunen geceden seni gozdeyirem” - və buna bənzər mövzularda mesaj mətnləri göndərilmiş; - “Azericard” qurumundan 07 fevral 2023-cü il tarixdə saat 17:00-da “070***05 B hesaba medaxil 10.00 AZN **********519 terminal payment 2023-02-07 17:00:40 Balance: 10.00 AZN” - mövzuda mesaj mətni daxil olmuşdur. - Daha sonra Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon aparatında olan “Galeri” tətbiqetməsinə baxış keçirildikdə, "xxxx" ASC-yə aid, üzərinə “Ms. KHATİRA ABDULHUSEYNOVA **********690811 AZN 208 05/24” və s. yazıları yazılmış “Visa” bank kartının və "xxxx" ASC-yə aid, üzərinə “HASAN ABDULHUSEYNOV DEBET AZN **********935411 01/28” yazılan yazılmış “Tam kart” bank kartının, eləcə də, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkillərinin olması müəyyən edildi. Göstərilən mobil telefona baxış zamanı “Galeri” tətbiqetməsində istintaq əhəmiyyəti kəsb edən heç bir məlumat müəyyən edilmədi. - Daha sonra həmin mobil telefon aparatına baxış zamanı “elgun” adı ilə 055 6882835, “Elgun2” adı ilə +**********51, “Elgun” adı ilə +**********35, “Raminle” adı ilə +99450 491 6801, “Serxan” adı ilə 055 312 2116, “elsen” və “elsen.” adları ilə +99455 *** **** mobil telefon nömrələri, “nulan” adı ilə 077 *** **** mobil telefon nömrəsi, “qurban” adı ilə 050 555 8443, 050 329 8285, “Qurban” adı ilə 050 448 3089, 050 555 8443, “Qurban 2” adı ilə 050 803 8503, “qurban 5” adı ilə 077 309 5013, “Qurban 9” adı ilə +99450 *** **** mobil telefon nömrələrinin, - həmçinin “aypara” təsvirli hesabla +7 707 *** **** mobil telefon nömrəsinin, “dayi” adı ilə +**********1 mobil telefon nömrəsinin, “Samir Xx” adı ilə +**********49 mobil telefon nömrəsinin, “Turk” adı ilə +90541 *** **** mobil telefon nömrəsinin qeydiyyata alındığı müəyyən olunmuşdur (cild 2, iş vərəq 14-16).

19. 12 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs2 narkotik vasitəni satmasından qardaşı Qurbanın məlumatı olduğunu, lakin Şahid2 heç vaxt onunla və Nurlanla birlikdə narkotik vasitənin satışı ilə məşğul olmadığını göstərmişdir (cild 2, iş vərəqə 59-64).

20. 15 aprel 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı X4 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 77-78).

21. 05 may 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir (cild 2, iş vərəqə 81-82).

22. 06 may 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət hadisələrini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müəyyən edilmədi. Lakin o, maraqlarına görə situasiyanı öz xeyrinə yönəldib danışa bilər (cild 2, iş vərəqə 169-173).

23. 19 iyun 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizanın rəyindən görünür ki, X9 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən olunmadı (cild 2, iş vərəqə 174-177).

24. 04 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 5,833 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 1,976 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 evindən aşkar edilib götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 3039,6 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Kingston” markalı siqaret qutusu, içində müxtəlif yazılar olan dəftər kağızları, siqaretin gümüşü kağızı ilə birlikdə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadıqları mənzillərə baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 04 ədəd DVD cinayət işi materiallarına əlavə edilmiş, 01 ədəd “Acer” markalı notebook kompyuter Zərərçəkmiş şəxs geri qaytarılmışdır (cild 2, iş vərəqə 189-218).

25. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş 13 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına şərti məhkum edilmişdir (cild 2, iş vərəqə 53-54).

26. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş 13 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 2, iş vərəqə 68).

27. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid5 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, hadisə keçən il baş vermişdir. Onlara vəfat etmiş Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə edilmiş məlumat əsasında əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bayıl qəsəbəsində Əli Nəzmi küçəsində Təqsirləndirilən şəxs1 saxlayıb özlərini təqdim etmişlər və onu Polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və siqaret paketinin içərisində bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 özü könüllü olaraq etiraf etmişdir ki, həmin bükümlər narkotik vasitədir və o, həm narkotik vasitələrin satışı ilə məşğul olur, həm də narkotik vasitə istifadəçisidir. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitəni satmaq üçün Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşından istifadə edir, yəni Nurlan və qardaşına narkotik vasitə satdırmaq məqsədi ilə onlara “Sizə köməklik edəcəm, pul verəcəm” demişdir.

28. Şahid5 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərə tərəflərindən təzyiq göstərilməmişdir. Ümumiyyətlə həmin şəxslər onlara qarşı durmamışlar, hətta Həsən özü Nurlanı və qardaşını qoruyaraq bildirmişdir ki, “narkotik vasitə özünə məxsusdur”. Təqsirləndirilən şəxs1 narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Həsənin evinə baxışda o, iştirak etməmişdir. Nurlanın üzərinə baxışda iştirak etmiş, lakin sonuncunun üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Əməliyyat məlumatı ilkin olaraq Həsən ilə bağlı olmuşdur. Əməliyyat məlumatında Həsənin birbaşa narkotik vasitə alqı-satqısı ilə məşğul olması və kuryer vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirməsi göstərilmişdir. Əməliyyat tədbiri ilkin olaraq Həsənə qarşı keçirilmişdir. Onlar Həsənin narkotik vasitəni kimin vasitəsi ilə satdığını müəyyən etmişlər və sonra gedib həmin şəxsləri də saxlamışlar. Həsən bildirmişdir ki, narkotik vasitəni kimdən İran vətəndaşından əldə etmişdir. Həsənin barəsində əməliyyat məlumatı X5 əməkdaşlarına daxil olmuşdur, lakin konkret olaraq hansı əməkdaşa əməliyyat məlumatının daxil olmasını bilmir. Həsənin konkret olaraq kiməsə narkotik vasitə satmasının müəyyən edilməsindən məlumatsızdır. Həsənin üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, həmin maddələr narkotik vasitədir. Həsənin üzərində 5-6 bükümdə kütlə, kağız vərəqləri, siqaret falqa kağızları aşkar edilmiş, Həsən həmin kağızlardan narkotik vasitə satan zaman istifadə etdiyini bildirmişdir. Həsənin evinə baxışda iştirak etməmişdir. Onlar Nurlanı və qardaşını saxladıqları zaman sonuncular ilk dəfə belə bir şey ilə qarşılaşdıqları üçün qorxuya düşmüşlər və onlara pul müqabilində Həsənin dediyi şəxslərə narkotik vasitə verdiklərini bildirmişlər. Həsənin üzərindən telefon aşkar edilməsini xatırlamır.

29. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid1 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o, iki günlük Şəki rayonuna getmiş və Şəki rayonunda olan zaman atası Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus olan bir ədəd kompüterin evindən oğurlandığını bildirmişdir. O, atasından oğurluq faktı ilə bağlı hansı addımı atacağını soruşmuş, atası isə ona “102” xidməti zəng mərkəzinə məlumat verəcəyini bildirmişdir. Bu söhbətdən bir müddət sonra atası kompüterin Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığını, habelə artıq özünə qaytarıldığını bildirmişdir. O, kompüterin hansı şəraitdə oğurlandığını bilmir. İbtidai istintaq zamanı müstəntiqə ifadəni əlyazma şəklində vermişdir. İfadəni verən zaman müstəntiq ona heç bir təzyiq etməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ünvan 15 ünvanda qeydiyyatda olmaqla, Şəki rayonu, Çolaxlı kəndində yaşayır. Təqsirləndirilən şəxs1 uşaq vaxtından tanıyır, Bakı şəhərində atasıgilin qonşusudur. 10 dekabr 2022-ci il tarixdə o, Şəki rayonu Çolaxlı kəndinə getmiş, 21 dekabr 2022-ci il tarixdə o, Şəki rayonu Çolaxlı kənidndə olan zaman atası Zərərçəkmiş şəxs ona zəng vurub bildirmişdir ki, evdə olan “Acer” markalı kompyuteri oğurlamışlar və DİN-in “102” zəng xidmətinə məlumat vermişdir. O, atasından kimdən şübhələndiyini soruşmuş, atası da qonşusu Həsəndən şübhəlindiyini demişdir. Sonra ona məlum olmuşdur ki, Həsən həmin gün kompyuteri aparıb 41-ci Polis Bölməsinə təhvil vermişdir. O, Şəki rayonuna getdikdən sonra Təqsirləndirilən şəxs1la heç bir əlaqəsi olmamış və atasına məxsus kompyuteri götürüb ona şəkil göndərməsini Təqsirləndirilən şəxs1 deməmişdir (cild 2, iş vərəqə 139-141). Elan olunmuş ifadə ilə bağlı Şahid1 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, cinayət işi materiallarının 02-ci cildinin 139-141-ci səhifələrində olan imzalar ona məxsusdur. Təqsirləndirilən şəxs1 atasından oğurlamış olduğu kompüterin sonradan Təqsirləndirilən şəxs1 tərəfindən könüllü bir şəkildə polis əməkdaşlarına təhvil verdiyini ona Zərərçəkmiş şəxs bildirmişdir. 30.Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid2 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, qonşusu Təqsirləndirilən şəxs1 uşaq yaşlarından tanımışdır, sonuncu ilə yaxın dostluğu olmuşdur. O, peşə məktəbinə qəbul olmaq istəmiş və bu məqsədlə də Qanuni nümayəndə kənarda pul toplamışdır. Bir gün o və Təqsirləndirilən şəxs2 həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra o və Təqsirləndirilən şəxs2 həmin pulu yerinə qoymaq qərarına gəlmişlər və bu məqsədlə də pul axtarmağa başlamışlar. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1 borc pul istəmişlər, Həsən isə ona və Nurlana borca pul vermək əvəzinə əməkdaşlıq təklif etmişdir. Əməkdaşlıq təklifi narkotik vasitələrin satışından ibarət olmuşdur. Həsən ona və Nurlana əməkdaşlığa razı olacaqları təqdirdə, çoxlu pul qazanacaqlarına və minik avtomobillərinin olacağına dair vədlər vermişdir. O, həmin vaxt Həsənlə əməkdaşlıqdan imtina etmişdir. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsində hər bir xüsusatı olduğu kimi danışmışdır. İbtidai istintaq zamanı müstəntiq ona hansı tərzdə ifadə verməli olduğuna dair təzyiq etməsə də, ifadəsilə bağlı ona yol göstərmişdir. Təqsirləndirilən şəxs1 ona və Nurlana narkotik vasitələrin satışına dair əməkdaşlıq təklifi edən zaman həmin söhbətdə o, Nurlan və Həsən iştirak etmişdir. Onlar Həsənin həmin təklifini rədd etmişlər. Onun Həsən və Nurlanın narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair ilk vaxtlar məlumatı olmamışdır. X26 birgə narkotik vasitələrin satışı ilə məşğul olması ayan olan zaman Nurlanı çox sərt bir şəkildə danlayaraq Nurlana əlində olan narkotik vasitələri və tərəzini Təqsirləndirilən şəxs1 qaytarmasını tapşırmış, Nurlan da bundan sonra əlində olan narkotik vasitələri və tərəzini Həsənə qaytarmışdır. O, Nurlanın əlində narkotik vasitə və tərəzi görmüşdür. Həmin narkotik vasitəni və tərəzini Nurlana Həsən vermişdir. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə və tərəzi verməmişdir. Polis əməkdaşları Həsəni saxlayan zaman Həsən onunla birgə nərd oynamışdır. Həmin vaxt o, boğazından cərrahiyyə əməliyyatı olmuş və danışa bilməmişdir. Bütün günü evdə oturub mobil telefonla da vaxt keçirməkdən bezmiş, bu səbəbdən də həmin vaxt Həsənlə birgə nərd oynamışdır. Onun Həsənlə müəyyən qədər yaxın münasibətləri olmuş. məsələn, Həsən və onun pulu olanda birlikdə çimərliyə gedib yeyib-içmişlər. Həsən onun yanında bir dəfə “şüşə” adlı narkotik vasitədən istifadə etmişdir. Həmin narkotik vasitənin adının “şüşə” olduğunu Həsən özü ona demişdir. Nurlan onunla müqayisədə Təqsirləndirilən şəxs1la daha yaxın münasibətdə olmuşdur. Həsənin Nurlana narkotik vasitə və tərəzi verməkdə məqsədi həmin narkotik vasitənin və tərəzinin Həsənin valideynləri tərəfindən öz evində aşkar edilməməsi olmuşdur. Yəni Nurlan narkotik vasitəni və tərəzini öz evində saxlanc məqsədilə saxlamışdır. Nurlan ona hər hansısa bir İran İslam Respublikasının vətəndaşı barədə məlumat verməmişdir. Nurlan çox əsəbi biridir və nitqində problemi var, buna görə də müalicə almışdır. 31.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 daha əvvəl məhkəmə iclasında verdiyi ifadəni təsdiq edərək ona verilən suallara cavab verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 evinə baxış keçirtmişdir. Təqsirləndirilən şəxs1 evinə baxış keçirdiyi zaman evdə kimlərin olduğunu xatırlamır. Nurlanın evində axtarışın həyata keçirilməsində iştirak edib-etmədiyini xatırlamır.

32. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində günün ikinci yarısında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat tədbirləri nəticəsində ilk öncə Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Nurlan və Qurban adlı qardaşlardan birinin saxlanılmasında iştirak etmişdir.Həmin qardaşların evinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir.Evə baxış keçirilən zaman orada olub-olmadığını xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab verərək bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir.Həsənin üzərinə bölmədə baxış keçirilmişdir.Həsənin üzərindən siqaret qutusunun içərisində bükümlər aşkar olunmuşdur. Bükümləri İran vətəndaşı olan şəxsdən aldığını söyləmişdir.Qardaşların birinin saxlanılmasında iştirak etmişdir.İbtidai istintaq dövründə verdiyi ifadədə göstərilən halları təsdiq etmişdir.

33. Məhkəmə iclasında elan edilərək tədqiq olunan şahid Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifdə verərək onun göstərdiklərini təsdiq etmişdir (cild 1, iş vərəqə 259-261). 34.Məhkəmə iclasında vəfat etmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqi varisi X3 ifadə verərək bildirmişdir ki, Mətbəxdə yerləşən şkafdan 4 kq heroin tapılmışdır. Oğlu ilə görüşdükdə, o, haqsız yerə cinayət işinin onun üzərinə qoyulduğunu söyləmişdir.Oğlu ciyərlərinə soyuq dəydiyi üçün pnevmoniya səbəbindən vəfat etmişdir. Məhkəmə iclasında vəfat etmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqi varisi X3 ona verilən suallara cavab verərək bildirmişdir ki, oğlu həbs olunduqdan sonra Kürdəxanaya gedərək onu görmüşdür.Oğlu hərbi xidmətdə olduğu dövrdə soyuqlamışdır, buna görə də hərbi xidmətdən qayıtdıqdan sonra işləməmişdir. Təqsirləndirilən şəxs2 onların qonşusu olmuşdur. Nurlanın evlərinə nə səbəbdən gəldiyini oğlundan soruşduqda, oğlu qonşu olduğu üçün gəldiyini söyləmişdir. Oğlunun narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatı olmamışdır.

35. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs1 onun qonşusudur. Təqsirləndirilən şəxs1 onların yaşadığı evə gəlib-getmişdir. O, 21 dekabr 2022-ci il tarixdə saat 08 radələrində işə getmiş, işə gedəndə evin giriş qapısını bağlamamış, həyətin giriş darvazasını isə bağlamışdır. O, 21 dekabr 2022-ci il tarixdə saat 17 radələrində işdən evə qayıtdıqda, yaşadığı evdən “Acer” markalı kompyuterin evdə olmadığını aşkar etmiş, kompyuterinin oğurlandığını anlamışdır. O, evin giriş qapısını bağlamadığına görə, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən onun həyətinə keçmək mümkün olduğundan, Təqsirləndirilən şəxs1 şübhələnmiş, Həsənə zəng vurub kompyuteri geri qaytarmasını bildirmiş, lakin Həsən evindən kompyuter oğurlamadığını bildirmişdir. O, Həsənə 2-3 dəfə kompyuteri geri qaytarmasını bildirsə də, Həsən kompyuteri geri qaytarmamışdır. Bundan sonra o, DİN-in 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Səbail RPİ-nin 41-ci PB-dən ona məlumat vermişlər ki, Təqsirləndirilən şəxs1 saxlanılmış və onun kopmyuterini polisə təqdim etmişlər. Oğurluq nəticəsində ona 900 manat məbləğdə maddi ziyan dəymiş, o, özünə məxsus “Acer” markalı kompyuteri 2022-ci ilin noyabr ayında 900 manata Bakı şəhərində kompyuter satılan mağazadan almışdır (cild 1, iş vərəqə 29-30). Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

36. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımışdır. Həsən onun qonşusu olmuşdur. Qardaşının kurs pulu olan 250 manatı xərcləmişdir, buna görə də pula ehtiyacı olmuşdur. Həsən onun pula ehtiyacı olduğunu bilmişdir. Həsən ona yaxşı bir iş olduğunu, həmin işin müqabilində pul verəcəyini demişdir. Həsən ona tərəzi və bir büküm vermişdir. Həsən demişdir ki, dediyi vaxt məhləyə gələr, məhləyə bir adam gələr və o bükümü həmin adama verər. Qardaşı bunu biləndə ondan Həsənin verdiklərini geri qaytarmağı tələb etmişdir və o, Həsənin ona verdiyi siqaret qutusunun içindəki bükümü Həsənə qaytarmışdır. Həsən onun borcunun 250 manat olduğunu bilmişdir. O, tərəzinin harada olduğunu xatırlamadığı üçün tərəzini Həsənə qaytarmamışdır. Həsən ona zəng etmiş, harada olduğunu soruşmuşdur və Həsənlə danışdıqdan 5 dəqiqə sonra polis əməkdaşları onu “Oba” marketdə alış-veriş edərkən saxlamışdırlar. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Həsənin dediyi şəxslərə narkotik vasitələri verməli imiş, lakin narkotik vasitəni heç kimə verməmişdir. Polis əməkdaşları ilk olaraq Həsəni saxlamışdırlar. Həsən ona tərəzi vermişdir, ancaq həmin tərəzinin nə üçün istifadə edildiyini bilməmişdir. Həsənlə arasında heç bir ədavət olmamışdır. Həsənin əvvəllər narkotik vasitələri istifadə etdiyini və satışı ilə məşğul olduğunu bilməmişdir. Nə üzərindən, nə də evindən narkotik vasitə aşkar olunmamışdır. Baba, Rıza, Emil adlı şəxsləri tanımamışdır.Tərəzinin olduğu yeri xatırlamadığı üçün onu Həsənə qaytarmamışdır.Psixoloji xəstəliyi olduğuna görə tərəzinin olduğu yeri xatırlamamışdır.Qardaşı, Həsənin ona tərəzi verdiyini bilməmişdir.Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni və tərəzini Həsən ona eyni gündə vermişdir.Narkotik vasitəni və tərəzini eyni yerə qoymamışdır. İbtidai istintaq dövründəki ifadəsi səhv yazılmışdır.Qardaşı barəsində cinayət işi olmamışdır.

37. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, o, ünvan 18 ünvanda qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır, narkotik vasitə istifadə etmir. Təqsirləndirilən şəxs1 uşaq vaxtından tanıyır, təxminən 03 ildir Həsənlə salam-sağolu vardır. O, tutulmamışdan təxminən 01 il əvvəl Həsənin narkotik vasitə istifadə etməsindən məlumatlı olmuşdur. 2023-cü ilin yanvar ayının ortalarında, Həsən 01 ədəd elektron tərəzi və 01 ədəd bükümü ona verib bildirmişdir ki, narkotik vasitə istifadə etməyə başlamışdır, evindəkilər bilmirlər, əgər evdəkilər üzərinə baxsalar, narkotik vasitəni üzərindən aşkar edəcəklər. Ona görə də, o, Həsənin ona verdiyi narkotik vasitəni və elektron tərəzini alıb yaşadığı evə qoymuşdur. Bundan təxminən bir həftə sonra Həsənlə məhəllədə görüşdüyü zaman Həsən ona demişdir ki, axşam küçəyə çıxmayacaqdır, bir nəfər adam gələcək, o, düşüb məhəllədə ona verdiyi narkotik vasitə olan heroini («kola»nı) həmin şəxsə versin. O, etiraz etməmiş, tarixini xatırlamadığı gündə saat təxminən 23 radələrində Həsən istifadəsində olmuş və xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsinə zəng vurmuş və küçəyə çıxmağını bildirmişdir. O, küçəyə çıxmış, küçədə bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb Həsənin dostu olub-olmadığını soruşmuşdur. O, Həsənin dostu olduğunu demiş, həmin şəxs Həsənin verəcəyi şeyi verməsini ona bildirmiş, o da Həsənin saxlamaq üçün ona verdiyi narkotik vasitə heroini («kola»nı) həmin şəxsə vermişdir. Həmin şəxs ona 10 manat pul vermişdir. Ertəsi gün Həsən onda olan 10 manat puldan siqaret və «Coca-cola» içkisi, özünə çöplü şirə alıb Həsənin evinə getməsini bildirmişdir. O, Həsənin dediklərini alıb yaşadığı evə getmiş, 10 manat puldan qalan xırda pulu isə, Həsənə vermişdir. Həsənin ona saxlamağa verdiyi tərəzi isə onun yaşadığı evdə qalmışdır. Bir- iki gündən sonra Həsən onu yaşadığı evin qarşısına çağırıb ona 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm vermiş və demişdir ki, onu da tərəzinin yanına qoysun. Həsən həmin bükümün içərisində narkotik vasitə heroin («kola») oldğunu, 01 qram heroini 50 manata, 0,5 qram adamından asılı olaraq 30 və ya 25 manata, 0,2 qram isə 10 manata satacaqlarını demişdir. O razılaşmış, həmin bükümü götürüb evə qoymuşdur. Həmin gün axşam saat təxminən 23 radələrində Həsən istifadəsində olan ********** nömrəli «whatsapp» sosial media üzərindən ona yazıb verdiyi bükümü çəkməsini bildirmişdir. O, Həsənin ona verdiyi bükümü elektron tərəzidə çəkmiş, həmin bükümdə olan narkotik vasitə olan heroinin 2,4 qram olmuş, bükümün içərisində olan heroini bölüşdürüb 5 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 30 manatlıq hazırlamışdır. O, bu bardədə Həsənə demiş, həmin narkotik vasitələri Həsənin ona dediyi şəxslərə satmış, həmin şəxslərdən biri «quşbaz Emin» kimi tanıdığı şəxs olmuşdur. Həsən bir müddət sonra ona İran İslam Respublikası vətəndaşı olan “Baba” kimi tanıdığı şəxslə əlaqələndirmiş, o, Baba adlı şəxslə əlaqə saxlamış və Həsənin əsgər yoldaşı olduğunu bildirmişdir. O, Babanın göndərdiyi xatırlamadığı bank kartına 150 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra həmin gün axşam ona narkotik vasitənin olduğu yerin məkanı göndərmiş, o, taksi ilə həmin yerə gedib orada olan qaz borusunun yanına qoyulmuş bükümü götürüb yaşadığı evə geri qayıtmışdır. Həmin bükümün içərisində 02 ədəd büküm olmuş, həmin bükümlərin birində heroin (kakos), digər bükümdə isə metamfetamin (patı) olmuşdur. O, həmin heroin və metamfetamini götürüb Həsənin yaşadığı evə aparmış, Həsən həmin heroin və metamfetamini 5 manatlıq, 10 manatlıq, 20 manatlıq və 30 manatlıq dəyərində bükümlərə bölüşdürüb 16 ədəd büküm etmişdir. Həsən həmin bükümlərdən 07 ədədini ona vermiş, qalan 11 ədədini özündə saxlamışdır. Həmin 07 ədəd bükümdən 04 ədədi 5 manatlıq, 02 ədədi 20 manatlıq və 01 ədəd 10 manatlıq bükümlər olmuşdur. Həmin bükümlərin bəziləri heroin, bəziləri isə metamfetamin olmuşdur. O, həmin bükümləri satmış və 70 manat pul əldə etmişdir. Həsən özündə olmuş bükümləri satıb ona 155 maat pul vermişdir. Həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satışından ümumilikdə 225 manat pul toplanmışdır. O, həmin pulları saxlamış, 225 manat pulu təkrar “Baba” adlı İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi kartına göndərmiş və Həsənin ona dediyimi kimi, 08 qram heroin və 02 qram metamfetamin sifariş vermişdir. Həsən gedib həmin heroini və metamfetamini götürmüş, heroin və metamfetamindən 02 ədəd bükümdə olan 0,5 qram 25 manatlıq heroin, 03 ədəd bükümdə olan 0,5 qram 30 manatlıq metamfetamin, 01 ədəd bükümdə olan 0,4 qram 20 manatlıq heroin vermişdir. O, həmin 02 ədəd bükümdə olan 0,5 qram 25 manatlıq heroini və 01 ədəd bükümdə metamfetamini Eminə 50 manata satmış, qalan 01 ədəd 0,4 qram büküm heroini və 02 ədəd büküm metamfetamini Həsənin əsgər yoldaşı kimi təqdim etdiyi şəxsə vermiş, həmin şəxs pulu Həsənə verəcəyini bildirmişdir. Onlar 225 manata aldıqları heroin və metamfetaminin satışından ümumilikdə 290 manat toplamışlar. Heroin və metamfetaminin satışından əldə olunmuş 290 manatdan Həsən 60 manata özünə dərman almışdır və öz siqaret və digər xərclərinə xərcləmişdir, 210 manat qalmışdır. O, Həsənlə birlikdə təkrar “Baba”-nın kartına 200 manat pul göndərmiş, 200 manatın müqabilində “Baba” 02 qram metamfetamin (patı) və 06 qram heroin (kola) göndərmişdir. Həsən həmin heroindən 01 qram olmaqla, 06 büküm və metamfetamindən 0,5 qram olmaqla, 04 ədəd büküm düzəltmişdir. Həsən polislər tərəfindən tutalacağını bildiyindən, qorxduğuna görə, bir neçə gün heroin və metamfetamini özündə saxlamışdır. Daha sonra Həsən həmin heroin və metammfetamini də satmış, ona isə 01 qram 01 ədəd bükümdə heroin, 0,5 qram 2 ədəd bükümdə heroin və 3 ədəd 0,1 qram bükümdə metamfetamin vermişdir. O, 02 ədəd 0,5 qram heroin və 2 ədəd 0,1 qram metamfetamini Eminə vermiş və 50 manat pul almışdır. Həmin narkotik vasitə heroin və metamfetaminin satışından 200 manat nəğd və 10 manat pul əldə olunmuş, həmin pullar onda yığılmışdır. Həsən öz tanışı Ramilə ilə birlikdə əldə olunmuş pulları təkrar Babanın verdiyi karta göndərmiş, həmin vaxt Ramilə də Babadan narkotik vasitə almaq üçün pul göndərmişdir. Həsənlə Ramilənin birgə göndərdiyi pula Baba 10 qram heroin və metamfetamin göndərməli olmuş, lakin Baba 08 qram heroin və metamfetamin göndərmiş, Ramilə həmin 08 qramdan 02 qramını götürmüşdür. Həsən həmin heroin və metamfetamindən 0,5 qram olmaqla, büküm hazırlamış və saxlamaq üçün ona vermişdir. O da, həmin heroin və metamfetamini yaşadığı evə qoymuşdur. Bir neçə gündən sonra o, həmin bükümləri Həsənə qaytarmışdır. 08 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Nəzmi küçəsində olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşmış və Səbail rayon polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib onu Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 8-ci Polis Bölməsinə getmişdir. Orada ona vəkillərin siyahısından müdafiəçi kimi X15 təqdim edilmiş, o, İlqar Musayevin onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdir. Videoçəkilişlə onun üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, o, yenə də etiraz etməmişdir. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bütün proseslər kameraya çəkilmiş, şəxsi axtarış barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da, həmin protokola imza etmişdir. Onunla birlikdə qardaşı Qurban da Polis bölməsinə aparılmış, qardaşının üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən heç nə aşkar edilməmişdir. Sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmək istədiklərini bildirmiş, o, etiraz etməmiş və polis əməkdaşları onların iştrakı ilə yaşadığı evə baxış keçirmişlər. Onun yaşadığı evdə qonaq otağında olan mebelin gözündə Həsənin ona verdiyi boz rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bütün proseslər kameraya çəkilmiş, axtarış və götürmə barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o və qardaşı Qurban həmin protokola imza etmişlər. O, qardaşı Şahid2lə birgə Qurbanın institut pulunu xərclədikləri üçün bu barədə Təqsirləndirilən şəxs1 danışmışlar, Həsən də ona demişdir ki, ona köməklik edəcəkdir. Həsən təklif etmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olub çoxlu pul qazana bilərlər. Həsənə özünə sürücülük vəsiqsəi, avtomobil alacağını, ona da, pul verəcəyəni, pul yığıb həyatlarını dəyişəcəklərini bildirmiş, o razılaşmışdır. Qardaşı Şahid2 onun Təqsirləndirilən şəxs1la birgə narkotik vasitənin satışı ilə məşğul olduğunu bilmiş, hər şeydən məlumatı olmuşdur. Şahid2 narktoik vasitənin satışı ilə məşğul olmamış, Şahid2 izahatında, onunla birlikdə 2-3 dəfə narkotik vasitə olan heroini Həsənin dediyi şəxslərə çatdırmasım göstərməsinə səbəb polis əməkdaşlarının həmin sözləri deməsini Şahid2 tələb etmələri olmuşdur. Onlara qarşı polis əməkdaşları tərəfindən qarşı heç bir zor tədbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olmağı ona təklif edən zaman o, çoxlu pul qazanmaq, avtomaşın almaq və həyatını dəyişmək üçün bu təkliflə razılaşmışdır. O, narkotik vasitə heroin və metamfetaminin satışı ilə məşğul olmuş, ona və Həsənə narkotik vasitənin satışında köməklik edən başqa şəxs olmamışdır. Həsən narkotik vasitənin satışından əldə etdikləri pulu xərclədiyi üçün pullar onda yığılmışdır. O, Baba adlı şəxsin mobil telefon nömrəsini xatırlamamış, Baba ilə yazışmaların hamısını yazışdıqdan sonra silmiş, Baba adlı şəxsin göndərdiyi bank kartının məlumatları onda olmamış, İran İslam Respublikası vətəndaşının adının «Rza», ləqəbinin isə «Baba» olduğunu bilmiş, «Emin» və «Ramilə» adlı şəxslərin heç birinin anket məlumatlarını bilməmişdir (cild 2, iş vərəqə 240-244). Elan olunmuş ifadə ilə bağlı Təqsirləndirilən şəxs2 ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, İran vətəndaşı ilə nə özü , nə də onun yanında Həsən danışmışdır. O, ibtidai istintaq zamanı geniş ifadə verməmişdir. O, Baba adlı şəxsin bank kartına pul göndərməmiş, ona heç kəs konum göndərməmişdir. Həsənin onun telefonu ilə danışdığı şəxs konum atıb, Həsən gedib narkotik vasitəni götürmüşdür. Həsən ona pul yığıb həyatlarını dəyişəcəklərini bildirmişdir. O, Həsənə kömək edərək narkotik vasitə satışı ilə məşğul olmuşdur. Vəkilin iştirakı olmadan dindiirlmiş, vəkil İlqar Musayev sonradan gəlmiş və ifadənin sonunda imza çəkmişdir, o ifadə verərkən orada iştirak etməmişdir.Cinayət işindəki imzalar ona məxsusdur. 38.Təqsirləndirilən şəxs1 öldüyündən onun məhkəmə iclasında ibtidai istintaq dövründə verilən ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən görünür ki, özü təxminən 03 il olar ki, narkotik vasitə istifadəçisidir, «İnstagram» sosial şəbəkədə adını xatırlamadığı səhifədən təxminən 20 gün əvvəl «iranlı» kimi özünü təqdim edən bir şəxsdən narkotik vasitə almış, narkotik vasitəni almaqda məqsədi, həmin narkotik vasitədən istifadə etmək olmuşdur. O, narkotik vasitəni almasına baxmayaraq, sonradan ünsiyyətdə olduğu şəxslər onun narkotik vasitə istifadəçisi olduğunu bildiklərindən, ondan narkotik vasitə almağa başlamışlar. O, həmin narkotik vasitələri və psixotrop maddələri «çet»-ləyib çəkisinə uyğun olaraq 5 manat, 10 manat, 20 manat və başqa məbləğlərə satmağa başlamışdır. Onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və X12 onu tanımışlar, o, Təqsirləndirilən şəxs2 və X10 narkotik vasitəni satmaqda ona köməklik etmələrini bildirdikdə, həmin şəxslər razılaşmışlar. Nurlan və Qurban qardaşlarını kuryer kimi alıcılara narkotik maddə olan heroin və psixotrop maddə olan metamfetamini çatdırmışlar, bunun müqabilində o, həmin şəxslərə pul vermişdir. Onun tutulmasından təxminən 3-4 gün əvvəl Nurlana tərəzi, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vermişdir ki, özündə saxlasın. Nurlan da pula ehtiyacı olduğu üçün ona heç bir etiraz etmədən razılaşmışdır. 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində olan zaman polis əməkdaşları onu saxlamış, özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib 8-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getmişdir. Ona vəkillərin siyahısından müdafiəçi kimi X13 təqdim edilmiş, Səyyarə Əliyevanın onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmiş, onun üstünə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və o, yenə də etiraz etməmişdir. O, şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd ağ kağız bükümdə narkotik vasitə heroini, 01 ədəd ağ kağız bükümdə və 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli psixotrop maddə olan metamfetamini çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümlərin içərisində maddənin narkotik vasitə olan heroin və metamfetmin olduğunu bildirmiş, bükümlərin içərisindəkilərin “kakos” kimi tanıdığı tünd qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər və “patı” kimi tanıdığı şəffaf maddə psixotrop naddə metamfetamin kütlələri olduğunu polis əməkdaşları aşkar etmişlər. Onun üzərinə şəxsi axtarış zamanı digər əşyalar və xırda pul aşkar olunmuşdur. Ondan narkotik vasitə və psixotrop maddəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda, o, bir neçə gün əvvəl internetdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bütün proseslər videokameraya çəkilmiş, şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da, həmin protokola imza etmişdir. Həmçinin dörd ədəd büküm qablaşdırılmış və o, müfadiəçi və polis əməkdaşları qablaşdırılmış zərflərin üzərinə imza etmişlər. Bundan sonra ondan üzərindən aşkar olunan narkotik vasitədən başqa narkotik vasitənin olub-olmadığını soruşmuşlar. O, yaşadığı evdə narkotik vasitə olduğunu demiş, polis əməkdaşları onun razılığı ilə yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər, o da, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları, o və müdafiəçisi Səyyarə Əliyevanın iştrakı ilə onun yaşadığı ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı onun yaşadığı evin mətbəxində yerləşən mətbəx mebelinin içərisində qoyduğu 02 ədəd bağlamanı aşkar edib götürmüşlər. Polis əməkdaşları həmin bağlamaların içərisində nə olduğunu soruşmuşlar, o, həmin bağlamaların içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etməsi barədə sorğu-sual etdikdə, o, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından «İnstagram» sosial media vasitəsi ilə aldığını bildirmişdir. Bütün proseslər videokamera ilə çəkilmişdir. Baxış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imzalamışdır. Həmçinin 02 ədəd bağlama qablaşdırılmış və qablaşdırılmış bağlamanın üzərinə o, müfadiəçisi və polis əməkdaşları imzalamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs onun qonşusudur, Zərərçəkmiş şəxs oğlu Şahid1la onun dostluq münasibəti olmuş, ona görə də, Şahid1 yaşadığı evə gedib-gəlmişdir. Zərərçəkmiş şəxs tikinti şirkətində mühəndis işlədiyi üçün gündüz vaxtları işdə olmuş, axşam evə gəlmişdir. 21 dekabr 2022-ci il tarixdə Mühəddinin oğlu Elmir Şəki rayonundan ona zəng vurub atasının evinə getməsini, eyvandan içəri daxil olub evdə olan kompyuteri götürməsini və kompyuterdə olan şəkilləri telefonun göndərməsini bildirmiş, ona görə də, o, həmin tarixdə saat 15 radələrində Mühəddinin yaşadığı evə eyvandan daxil olub qonaq otağında divanın üzərindən “Acer” markalı kompyuteri götürmüş, yaşadığı evə getmiş, evdə şəkilləri öz mobil telefon nömrəsinə köçürmüş, sonra «whatsapp» sosial media üzərindən Elmirin mobil telefonuna göndərmişdir. O, şəkilləri Elmirə göndərdikdən sonra Zərərçəkmiş şəxs məxsus kompyuteri satmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs həmin gün saat 19-20 radələrində ona zəng vurub kompyuteri onun götürüb-götürmədiyini soruşmuş, o da, kompyuteri götürmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan şikayət edəcəyini bildirmiş, o da, şikayət etməsini bildirmişdir. Təxminən 01 saatdan sonra Səbail rayon polis İdarəsinin 8-ci Polis Bölməsindən ona zəng gəlmiş, Polis Bölməsinə yaxınlaşması bildirilmişdir. O, gələcəyini bildirmiş, əvvəl qaçmaq istəmiş, lakin küçədə polis avtomobilini görüb qaça bilməyəcəyini bilib polis avtomobilinə yaxınlaşmış və polis əməkdaşları ilə birlikdə 8-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində ondan Mühəddinə məxsus kompyuteri götürməsi soruşulmuş, o, əvvəl kompyuterin onda olmadığını bildirsə də, sonra kompyuterin onda olduğunu göstərmiş və kompyuteri polis əməkdaşlarına təqdim etmişdir. O, Zərərçəkmiş şəxs kompyuterini satıb pul əldə etmək istədiyinə görə, Mühəddinə kompyuteri onda olmadığını demişdir. O, izahat verən zaman narkotik vasitənin təsiri altında olmuş, ona görə, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs evindən oğurluq etmək üçün sonununun yaşadığı evə girmişdir. O, Zərərçəkmiş şəxs məxsus kompyuteri mağazaya aparmaq və nə qədər pul verilsə həmin qiymətə də satmaq istəmişdir. O, üzərindən aşkar olunaran götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin 07 ədəd bükümü, yaşadığı evdən aşkar olunmuş 02 ədəd bağlamada olan bükümləri «İnstagram» sosial şəbəkə üzərindən tanış olduğu İran İslam Respublikasının vətəndaşının kart hesabına 2.000 manat pul vəsaiti köçürməklə, sonuncunun dediyi yerdə Abşeron rayonu Masazır kəndindən götürmüşdür. O, kart hesabının kimə məxsus olmasını bilməmişdir. O, bir neçə aydır, narkotik vasitə olan heroin və psixotrop maddə olan metmafetaminin satışı ilə məşğul olmuş, narkotik vasitəni alan zaman göndərilən kartın hesab nömrələrini bilməmiş, hər dəfə narkotik vasitə alan zaman, başqa-başqa hesab nömrəli kartlar göndərilmiş, ona görə də, pulu ödədiyi kartların hesab nömrələrini silmişdir. Nurlan və Şahid2 qardaşlarına narkotik maddə heroin və psixotrop maddə metamfetamin verməsinin səbəbi, evdən bayıra çıxa bilmədiyinə görə heroin və metamfetamini satmaqda ona köməklik etmələri üçün vermişdir. O, narkotik və psixotrop maddələrin satışından əldə etdiyi gəlirin bir qismini Nurlan və Şahid2 qardaşlarına vermiş, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı «Rza» adlı şəxslə tanış etmiş və Nurlan Rzadan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır (cild 2, iş vərəqə 260-264).

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

39. Maddə 3. Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

40. CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 41.CM-nin 170.1-ci madəsinə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 42.CM-nin 177.2.3-cü madəsinə əsasən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

43. Maddə 8.0.5. Cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir.

44. Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

45. Maddə 42.1.3. Təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

46. Maddə 42.1.4. Təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

47. Maddə 42.2.3. Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə bəraət hökmü çıxarılır.

48. Maddə 42.2.4. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.

49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

50. Maddə 44.2.1-1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə Cinayət- Prosessual Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda yəni, ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır.

51. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

52. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

53. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 54.Maddə 139. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 55.Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 56.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 57.Maddə 146. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 58.Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 59.Maddə. 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. 60.Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

61. Maddə 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. 62.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

63. Maddə 198.6. Hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar.

64. Maddə 207.4. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2- 90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. 65.Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

66. Maddə 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: köhnə redaksiyada

67.“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

68.Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

69. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 70.Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 71.Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı

72.Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 73.X22 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. 74.Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsi ilə aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

Avropa Məhkəməsinin president hüququ:

75.“Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

76. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. 77.“Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

78.Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədilə qanununsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə saxlama və daşıma əməllərinə görə ittiham elan edilmişdir. 79.Toplanmış sübutların məcmu şəkildə bir-birilə yoxlanılması zamanı müəyyən edilmişdir ki, 08 fevral 2023-cü il tarixli raportdan və eyni tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan da göründüyü kimi (cild 1 iş vərəqə 36- 38, 41, 42) əməliyyat axtarış tədbirləri məhz Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın qarşısında narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı üzərindən aşkar edilən narkotik vasitə və heroini satış məqsədilə əldə etməsi, həmin maddələri saxlamaq üçün bir hissəsini Nurlan və və Qurban adlı tanışlarına, bir hissəsini isə yaşadığı evdə saxlaması barədə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs2 və Şahid2 barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, lakin üzərlərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. X1 verdiyi məlumatın yoxlanılması məqsədilə təhqiqat orqanının qərarı əsasında Təqsirləndirilən şəxs2 və Şahid2 yaşadıqları evə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, elektron tərəzi istisna olunmaqla qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmiş, beləliklə də Təqsirləndirilən şəxs1 satış məqsədilə əldə etdiyi narkotik vasitə və heroinin bir qisminin Təqsirləndirilən şəxs2 və Şahid2 tərəfindən saxlanılması barədə verdiyi məlumat yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. 80.04 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əvvəllər Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş narkotik vasitələri saxlaması, ayrı-ayrı şəxslərə çatdırması və satması barədə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsas götürərək onun Təqsirləndirilən şəxs1 ilə sonuncunun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixtrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma əməllərinin törədilməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməli olması, Şahid2 isə yalnız özünün və hazırki iş üzrə təqsirləndirilən şəxslərin ifadəsi əsas götürülməklə qardaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi üzrə faktın müəyyən edilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi barədə qərara gəlmişdir. 81.Məhkəmə qeyd edir ki, bu və ya digər şəxsin əməlində hər hansı cinayət tərkibinin olması müvafiq normada nəzərdə tutulmuş cinayət tərkibinin zəruri(obyektiv və subyektiv) əlamətlərinin olub-olmamasını qanunvericilikdə müəyyən edilmiş qaydada əldə edilmiş yoxlanılmış sübutlar əsasında müəyyən edilməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərin Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma əməlləri ilə təqsirli bilinməsi üçün aşağıdakı hallar sübuta yetirilməlidir: - şəxsin üzərindən qanunla müəyyən edilmiş qaydada qadağan olunması ehtimal edən hər hansı əşya və ya predmetin -narkotik vasitə və ya psixtrop maddənin aşkar edilməsi; - müvafiq eskpertiza rəyinə əsasən aşkar edilən maddənin narkotik vasitə və ya psixtrop maddə olması, onun növünün (heroin və metamfetamin)və miqdarının(külli) müəyyən edilməsi; - həmin narkotik vasitə və ya psixtrop maddənin təqsirləndirilən şəxslərə aidliyinin müəyyən edilməsi, yəni təqsirləndirilən şəxslərin əməllərində Cinayət Məcəlləsinin 234-cü maddəsinin obyektiv cəhətdən əsas ünsürünü təşkil edən narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınmasında ifadə olunan hərəkətin sübuta yetirilməsi; - narkotik vasitə və ya psixtrop maddələrin əldə edilməsi saxlanması, daşınması barədə əvvəldən razılığın əldə edilməsinin müəyyən edilməsi; - Əməllərində satış məqsədinin olması. 82.İş materiallarından görünür ki, hər iki təqsirləndirilən şəxs (hətta Şahid2)barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, yalnız Təqsirləndirilən şəxs1 üzərindən və evindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmiş, sonuncunun istifadəsində olan telefon məlumatlarına keçirilmiş baxış nəticəsində onun nə Təqsirləndirilən şəxs2lə, nə də digər şəxslə satış məqsədilə müvafiq maddələrin əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar razılığa gəlmələri barədə hər hansı informasiyaya rast gəlinməmişdir. 83.Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 vasitəsilə İran İslam Respublikası vətəndaşı Baba adlı şəxslə əlaqə saxlamasını bildirsə də həmin şəxsin nömrəsini bilməməsi, onunla danışan kimi mesajları silməsini qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs2 telefonun yaddaşında nömrəsini saxlamadığı şəxslə sonra hansı qaydada əlaqə saxlaması araşdırılmamış, sonuncunun istifadəsində olan telefona isə ümumiyyətlə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs1 isə istifadəsində olan telefona baxış keçirilməsi zamanı sonuncunun telefonunun kontaktlar bölməsində hər hansı İran vətəndaşına məxsus nömrə, danışıq aşkar edilməmişdir. Digər tərəfdən o, Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı da İran İslam Respublikası vətəndaşından sonuncu dəfə cəmi 8 qr narkotik vasitə əldə edildiyini, ona cəmi 0,5 qram olmaqla büküm hazırlandığını və saxlamaq üçün ona verildiyini bildirsə də Təqsirləndirilən şəxs1 üzərindən və evindən ümumilikdə 6,033 qram kustar üsulla üsulla hazırlanmış narkotik vasitə heroin, 2,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3.040 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür 84.Cinayət işi materiallarından görünür ki, Nurlan Həsənova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittiham ibtidai istintaq orqanı tərəfindən əsaslandırılarkən Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış keçirilərkən Həsən tərəfindən əvvəllər ona verilən narkotik vasitəni satması, eləcə də sonuncu dəfə tutulmamışdan əvvəl ona verdiyi narkotik vasitəni bir müddət saxladıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarması, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi əsas götürülmüşdür. Məhkəmə hesab edir ki, həmin istintaq hərəkətlərinin(şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkəti) nəticələri hazırki iş üzrə Təqsirləndirilən şəxs2 verilmiş ittihamın sübuta yetirilməsində sübut kimi əsas götürülə bilməz. Belə ki, əvvəla təqsirləndirilən şəxslərin heç birinə narkotik vasitə satma əməllərinə görə ittiham elan edilməmişdir. Əvvəllər narkotik vasitə və ya psixtrop maddənin satılması ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham irəli sürülməsi üçün isə cinayət işi materiallarına hər hansı sübut əlavə edilməmişdir. Belə ki, təqsirləndirilən şəxslərin hər ikisinə elan edilən ittiham yalnız Təqsirləndirilən şəxs1 üzərindən və evindən 6,033 qram kustar üsulla üsulla hazırlanmış narkotik vasitə heroin, 2,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3.040 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi ilə əlaqədar olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə digər Təqsirləndirilən şəxs1 narkotik vasitənin bir qismini əldə edib saxlaması və sonradan sonuncuya qaytarması barədə ifadələri müvafiq ekspertiza rəyi ilə qaytarılan həmin maddənin həqiqətən də narkotik vasitə və ya psixtrop maddə olub-olmaması təsdiqlənmədiyindən, narkotik vasitə və ya psixtrop maddə olduğu təqdirdə növü və miqdarı müəyyən edilmədiyindən, həmçinin onların verilmiş ittiham həcmində narkotik vasitə əldə etmə, saxlama və daşıma üzrə razılığa gəlməsi barədə hər hansı telefon danışığı aşkar edilmədiyindən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qaytardığı həmin maddələrin məhz sonuncunun üzərindən və evindən aşkar edilən, narkotik vasitə heroin və psixtrop maddə metamfetaminin bir hissəsi olmasına, eləcə də bütövlükdə Təqsirləndirilən şəxs1 evindən və üzərindən aşkar edilmiş miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə barədə razılıqlarının olmasına dair qənaətə gəlməyə imkan verə bilməz. 85.İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 və Nurlan Həsənovun qabaqcadan əlbir olmuş bir qrup şəxs halında narkotik vasitə və ya psixtrop maddə əldə etməsi, saxlaması və daşıması barədə qənaətə gələrkən təqsirləndirilən şəxs Nurlan Həsənovun evindən Təqsirləndirilən şəxs1 tərəfindən ona verilmiş elektron tərəzinin aşkar edilməsi halına istinad etməsi ilə əlaqədar məhkəmə onu da qeyd edir ki, cinayət işi materiallarından görünür ki , hazırki iş üzrə cinayət işi başlanılması barədə qərarın 09 fevral 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsi ilə qadağan edildiyi halda cinayət işi başlanmazdan əvvəl təhqiqatçının 08 fevral 2023-cü il tarixli axtarış və götürmə haqqında qərarına əsasən Cinayət- Prosessual Məcəlləsinin 242-246-cı maddələrinə əsasən təqsirləndirilən şəxs Nurlan Həsənovun evinə axtarış keçirilmiş və elektron tərəzi aşkar edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nurlan Həsənovun evindən elektron tərəzinin aşkar edilməsi barədə sonuncunun evinə keçirilmiş axtarış və götürmə istintaq hərəkəti protokolu Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinin tələblərinə əsasən sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 evinə axtarış keçirilməsi barədə istintaq hərəkəti protokolu Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən mötəbərliliyi şübhə altına alınmasaydı belə sonuncunun evindən yalnız elektron tərəzinin aşkar edilməsi belə ona sürülmüş ittihamın tam, hər tərəfli və obyektiv baxılmasına xidmət etmir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 həmin elektron tərəzini məhz Təqsirləndirilən şəxs1 alınması faktını təqsirləndirilən şəxslərin ifadələrindən başqa təsdiq edən digər hər hansı sübutlar əldə edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş 08 fevral 2023cü il tarixli ekspertiza təyin edilməsi haqqında Qərarda elektron tərəzi üzərində aşkar ediləcək maddənin Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilən maddələrlə eyniliyinin müəyyən edilməsi istiqamətində suallar qoyulmamış, ekspertə Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilən maddələr təqdim edilməmiş(ekspertizaya maddi sübutun göndərilməsi haqqında məktub və maddi sübutların qəbul edilməi və geri qaytarılmasına dair aktın surətlrindən də görünür ki, ekspertə tərəzidən başqa hər hansı maddi sübut əlavə edilməmişdir) və qeyd edilən hallar araşdırılmamış, məhkəmə iclasında isə ittiham tərəfindən həmin halların müəyyən edilməsi istiqamətində hər hansı vəsatətlər verilməmişdir. 09 fevral 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən isə görünür ki, qoyulmuş suallara cavab verilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş elektron tərəzinin üzərində heroin izlərinin aşkar edilməsi, iz şəklində olduğu üçün heroinin çəkisini müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir.

86. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri rəhbər tutaraq hesab edir ki: -Təqsirləndirilən şəxs2 aidiyyətinin sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir (qərarın 43-45, 47, 51,54-57,64-cü bəndləri ); -Təqsirləndirilən şəxs1 üzərindən və evindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar edilməsinə dair şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətinin protokollarının mötəbərliliyinin şübhə altına alınması üçün Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallara rast gəlinmədiyindən müvafiq narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs1 aid olması işin mübahisəsiz halını təşkil edir. Həm aşkar edilmiş narkotik vasitələrin və psixtrop maddələrin miqdarı, həm növ müxtəlifliyi, həm də Təqsirləndirilən şəxs1 istifadəsində olan telefona baxış zamanı onun ayrı-ayrı şəxslərə mütəmadi olaraq narkotik vasitələrin və psixtrop maddələrin satılması ilə məşğul olması barədə danışıqların məzmunu ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması ilə bağlı əməllərində satış məqsədinin olması sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir (qərarın 43,49,51,52-57-ci bəndləri); - Təqsirləndirilən şəxs1 nə Təqsirləndirilən şəxs2, nə də başqa şəxs ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması ilə əlaqədar təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilməlidir(qərarın 43,44,46, 48, 51,54-57,65-ci bəndləri); - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 170.1-ci maddəsinin tərkib əlamətlərini istisna etdiyindən sonuncuya həm də Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir(qərarın 43, 44, 46, 48, 51, 54-57-ci bəndləri);. 87.Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan satış məqsədilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar əməllərin törədilməsinə cəlb etməyə görə əməlləri səhvən Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğundan yetkinlik yaşına çatmayan şəxsin müvafiq əməllərin törədilməsinə cəlb edilməsi Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə deyil, 170.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur . 88.Cinayət prosessual qanununun müddəalarına əsasən təqsirləndirilən şəxsin əməlində daha ağır cinayət əməlinin müəyyən edilməsi zamanı belə məhkəmənin səlahiyyətləri verilmiş ittiham çərçivəsində işə baxılması ilə məhdudlaşır, yalnız dövlət ittihamçısının vəsatəti olduğu təqdirdə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır. Hazırki iş üzrə isə ittiham tərəfindən məhkəməyə belə bir vəsatət təqdim edilməmişdir (qərarın 66-cı bəndi). 89.Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. 90.Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ölməsi ona cəza təyin edilməsini istisna edir (qərarın 50-ci bəndi). 91.Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarıldığından barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir.

92. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

93. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,833 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 1,976 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 evindən aşkar edilib götürülmüş qalıq çəkisi 3039,6 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi, 01 ədəd “Kingston” markalı siqaret qutusu, içində müxtəlif yazılar olan dəftər kağızları, siqaretin gümüşü kağızı məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadıqları mənzillərə baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 04 ədəd DVD cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, 01 ədəd “Acer” markalı notebook kompyuter Zərərçəkmiş şəxs geri qaytarıldığı nəzərə alınmalıdır (qərarın 58-61-ci bəndləri).

94. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi bəraət alması səbəbindən Təqsirləndirilən şəxs2, məhkəmə hökmü çıxarılana kimi ölməsi səbəbindən Təqsirləndirilən şəxs1 tutulmamaqla dövlət büdcəsinə aid edilməlidir (qərarın 62-63-cü bəndləri).

95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 44, 344-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin, eyni əsasla Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona məhkəmə hökmü çıxarılanadək Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,833 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 1,976 qram təşkil edən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 evindən aşkar edilib götürülmüş qalıq çəkisi 3039,6 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi, 01 ədəd “Kingston” markalı siqaret qutusu, içində müxtəlif yazılar olan dəftər kağızları, siqaretin gümüşü kağızı məhv edilsin; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadıqları mənzillərə baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 04 ədəd DVD cinayət işi materiallarında saxlanılsın; Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; 01 ədəd “Acer” markalı notebook kompyuterin Zərərçəkmiş şəxs geri qaytarıldığı nəzərə alınsın. 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə aid edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Rasim Sadıxov

Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar