Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-960/2020 09.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X1 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi: Cəfərov Ceyhun Pöhrüz oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilənsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o tanışları X3, Şahid3, Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükzorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqınla özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində qabaqcadan əldə olunmuş razılaşmaya əsasən Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-ə tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə binanın blokunda gözləyərək kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs mənzilin qapısını döyüb, Zərərçəkmiş şəxs qapını açmasına nail olduqdan sonra Şahid3 və X4 əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla mənzilə qanunsuz daxil olaraq sonuncu Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabin rəfindən 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ-Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, Şahid3 isə həmin dolabın digər rəfindən 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qapısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat məbləğində əmlakını ələ keçirərək, quldurluq etmişlər. Məhkəmə cinayət işi materiallarını araşdırıb, hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılan zaman müəyyən edilmişdir ki, ibtidai istintaq qeyd olunan cinayət işinin yekunlaşması barədə zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs adlı şəxsə məlumat versə də, həmin şəxsin qeyd olunan cinayət işi üzrə materiallarından zərərçəkmiş şəxs kimi tanınmasını, ümumiyyətlə kimin zərərçəkmiş şəxs kimi tanınmasını müəyyən etmək mümkün olmamışdır və qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs göstərilsə də həmin şəxsin şəxsiyyətini təstiq edən sənəd iş materillarına da əlavə edilməmişdir. Eyni zamanda ibtidai istintaq iş materillarına sənədlərin nə əsli nə də ki, sənədlərin əslinə bərabər surətlərini əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. Həmin məcəllənin 284-cü maddəsində göstərilir ki, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin məcəllənin 289.1-ci maddəsində qeyd olunur ki, “bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən sonra müstəntiq ittiham aktını tərtib edir”. Həmin məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin məcəllənin 303.3, 303.3.8-ci maddələrinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq qanuvericiliyin tələblərinə uyğun olmayan qaydada həyata keçirilməklə, kimin zərərçəkmiş şəxs kimi tanınmasını müəyyən etmək mümkün olmadığından, Təqsirləndirilən şəxs şəxsiyyətini təstiq edən sənəd iş materillarına əlavə edilmədiyindən və eyni zamanda iş materiallarına sənədlərin əslinə bərabər surətləri əlavə edilmədiyindən cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tətbirinin dəyişdirilməsinə əsas görmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №1(101)-960/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-960/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver