Məhkəmə qərarları › İş №1(101)-960/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-960/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-960/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2004-cü il aprelin 23-də Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xİ sinif şagirdi, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, X4 küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2021-ci il oktyabrın 21-də saat 23 radələrində ünvan 3 ünvanda yerləşən 19 nömrəli tam orta məktəbin stadionunda olarkən tanışları Zərərçəkmiş şəxs ilə Şahid2 arasında yaranmış mübahisəni sakitləşdirmək üçün Zərərçəkmiş şəxs qolundan tutub kənara çəkmək istəyən zaman sonuncunun onun ünvanına nalayiq söyüşlər işlədərək itələməsi səbəbindən qisas almaq niyyətilə üzərində olan istintaqa məlum olmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, bununla da sonuncuya qarnın ön səthinin daxilə nüfuz etməklə mədənin böyük əyriliyini və böyük piyliyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, yetkinlik yaşına çatmadığı dövrdə, yəni 2021-ci il oktyabrın 21-də saat 20 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanında dostu Şahid3 ilə olarkən birlikdə Bakı metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən çayxanaların birində çay içməyi qərarlaşdırmışlar. Onlar dostu Şahid2 dəvəti ilə «50 qəpik» çay evində oturaraq sonuncu və Şahid1 ilə çay içmişlər. Bir qədər sonra onlara Ceyhunun uşaqlıq dostu Zərərçəkmiş şəxs qoşulmuş, sonuncu ilə Ceyhun arasında köhnə söhbətlər açıldıqda Kamran həmin məsələnin çoxdan bağlandığını bildirmişdir. Saat 23 radələrində çayxanadan çıxmaqla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 89 ünvanında yerləşən 19 nömrəli orta məktəbin stadionundan keçən zaman Ceyhun Kamranın kobud danışığına əsəbiləşib yumruqla sonuncunun üz nahiyəsinə vurmuş, Kamran isə Ceyhuna eyni şəkildə cavab qaytaranda oğlan yerə yıxılmışdır. Onları sakitləşdirməyə çalışsalar da səyləri nəticəsiz qalmış, o, Kamranı qolundan tutaraq kənara çəkmək istəyən vaxt sonuncu onu söyməklə əli ilə sinəsindən itələdikdə, o, hirslənib bundan əvvəl evdən götürdüyü bıçaqla Kamranın qarın nahiyəsinə bir dəfə vurmuş, daha sonra isə qorxaraq oradan qaçmaqla uzaqlaşmış və bıçağı məktəbin arxasında olan zibil qutusuna atmışdır. Əməlindən həddindən artıq peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, uşaqlıq dostu Şahid2 ilə münasibətləri yaxşı olmuş, sonuncu 2021-ci il oktyabrın 21-də axşam saatlarında zəng edib ünvan 6 ünvanda yerləşən 19 nömrəli orta məktəbin stadionunun yanında yerləşən «50 qəpik» çay evində onu gözlədiyini bildirdiyindən saat 22 radələrində oraya gedərək Ceyhunun dostları Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 görmüşdür. Masada əyləşməklə Ceyhun köhnə söhbətləri açmış, o da sonuncuya aralarındakı incikliyin çoxdan bağlandığını bildirmişdir. Saat 23 radələrində onlar çayxanadan çıxıb göstərilən məktəbin stadionundan keçərkən Ceyhun həmin söhbəti təzələmiş, o, əsəbi halda kobud cavab verəndə Ceyhunun onun üz nahiyəsindən vurduğu yumruğa eyni şəkildə cavab qaytarmış və oğlan yerə yıxılmışdır. Cabir onun qolundan tutaraq kənara çəkmək istəsə də o, sonuncunu söyüşlə təhqir etməklə yanaşı əli ilə sinəsindən itələmiş, Cabir isə onun qarın boşluğundan bıçaq zərbəsi vurmuş və oradan qaçmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, uşaqlıq dostu Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. O, 2021-ci il oktyabrın 21-də saat 22 radələrində dostları Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 ilə bərabər Bakı metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «50 qəpik» çay evində oturarkən Kamranı göstərilən yerə dəvət etmiş, birazdan sonuncu onlara qoşulmuş və çay içdikdən sonra Kamran ilə onun arasında köhnə söhbətlər açılmış, sonuncu da ona həmin narazılığın çoxdan aradan qalxdığını söyləmiş, saat 23 radələrində onlar çayxananı tərk edib Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 89 ünvanında yerləşən 19 nömrəli orta məktəbin stadionundan keçərkən Kamranın onunla kobud danışığına əsəbiləşərək yumruqla oğlanın üz nahiyəsinə vurmuş, sonuncu da ona yumruqla zərbə endirdikdə yerə yıxmış, Cabir Kamranın qolundan tutmaqla kənara çəkmək istəyəndə sonuncu Cabiri söymüş və əli ilə sinəsindən itələmiş, sonuncu isə bundan hirslənib Kamranın sol qabırğası tərəfdən bıçaqla vurmuşdur. İş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid3 Şahid2 ilə oxşar ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən X1 6 nömrəli X5 Məktəbində gözətçi işləmişdir. 2021-ci il oktyabrın 21-də saat 23 radələrində ərazidə gəzərkən stadionun həyətindəki skamyada bir nəfər şəxsin uzandığını və yanında da iki-üç cavan şəxsin olduğunu gördükdə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, onlardan biri öz dostları arasında mübahisə səbəbindən skamyada uzanan şəxsin bıçaqla xəsarət aldığını bildirəndə o, dərhal DİN-nin «102» xidmətinə zəng etməklə hadisə barədə məlumat vermişdir, bir qədər keçmiş göstərilən şəxslərdən birinin çağırdığı təcili tibbi yardım avtomobili yaralanan şəxsi xəstəxanaya aparmışdır. İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 oktyabr tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən 19 nömrəli tam orta məktəbin stadionun qarşısındakı hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 5-6). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 22 oktyabr tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 33). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 23 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 48-49). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 23 oktyabr tarixli qərarlarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə idarənin müvəqqəti saxlama yerindən azad edilməklə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 63-66). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən 19 nömrəli tam orta məktəbin stadionun qarşısını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 71-73). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 noyabr tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd ağ rəngli mayka və bir ədəd ağ rəngli uzunqol köynək götürülmüşdür (iş vərəqi 105-106). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyini ekspertizasına dair 2021-ci il 20 noyabr tarixli 1025 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qarnın ön səthinin daxilə nüfuz edərək mədənin böyük əyriliyini və böyük piyliyi zədələyən bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə müddəti 2021-ci il oktyabrın 22-nə uyğun gəlir, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 119-120). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il noyabrın 25-də tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 123). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 01 dekabr tarixli xx/xx-13707 №-li məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs orada müalicədə olmamaqla qeydiyyatda yoxdur (iş vərəqi 135). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin 2021-ci il 01 dekabr tarixli 851/2021-MTBŞ №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/ olub tədqiqata təqdim edilən sonuncuya məxsus bir ədəd ağ rəngli mayka və bir ədəd ağ rəngli uzunqol köynək üzərindəki ləkələrdə aşkarlanan insan qanının Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur (iş vərəqi 138-141). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X3» publik hüquqi şəxsinin 2021-ci il 17 dekabr tarixli 746-MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd və maykanın ön səthində solda bir ədəd deşilmişkəsilmiş zədə aşkarlanmaqla bu zədələr küpü, kafi itilikdə ülgücü olan, iti uclu, yastı tiyə tipli deşici-kəsici alətin (bıçağın) təsirindən törənə bilərdi, sonuncuya yetirilən qarnın ön divarının deşilmiş-kəsilmiş yarası tədqiq olunan köynəyin və maykanın ön səthindəki zədə ilə nisbi olaraq üst-üstə düşür (iş vərəqi 146-147). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2021-ci il 29 noyabr tarixli 2820 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs ünsiyyyətcillik, emosionallıq, tənqid və təhqirə qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir, sonuncu fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 152-154). İş materiallarındakı notariat qaydasında təsdiqlənmiş 2022-ci il 12 fevral tarixli ərizədən görünür ki, vurulmuş ziyan ödənildiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsla barışmaqla sonuncuya qarşı heç bir tələbi yoxdur (iş vərəqi 165). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 05 mart tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə könüllü gələrək axtarışda olması barədə məlumatı olmadığını bildirmişdir (iş vərəqi 169). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 05 mart tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 172 və 174-175). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 09 mart tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120-ci, 126.2.4.-cü, 221.3.-cü və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd mayka və bir ədəd köynək saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqi 192- 201). Məhkəməyə təqdim olunan 2022-ci il 06 iyun tarixli ərizədən görünür ki, zərər çəkmiş şəx Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəməyə təqdim olunan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin 2013-cü il 30 yanvar, 2016-cı il 27 mart, 2016-cı il 10 dekabr, 2016-cı il 17 dekabr, 2017-ci il 19 noyabr, 2018-ci il 17 noyabr və 2019-cu il 20 yanvar tarixli, habelə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2022-ci il 30 aprel tarixli 92 №-li diplomlarının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs həndbol üzrə Bakı Şəhər birinciliyində İ və İİİ yerə, XXVİİİ Azərbaycan Çempionatında İİİ yerə layiq görülmüşdür. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin, zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, könüllü gəlib özünü istintaqa təqdim etməsini, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 30 aprel tarixli Qərarının 2.21.-ci bəndində göstərilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs 2021-ci il oktyabrın 22-dən 2021-ci il oktyabrın 23-dək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində şübhəli şəxs qismində saxlanmışdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gəlməklə barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 48 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar