Məhkəmə qərarları › İş №1(101)-960/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-960/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-960/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4 və X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Qəbələ rayonunun Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qəbələ rayonunun Zirik kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, növmrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yerləşən «Oba» marketin qarşısında olan zamanı həmin marketin yaxınlığına gələn tanışı Zərərçəkmiş şəxs ilə görüşüb sonüncünün bundan bir qədər əvvəl telefon vasitəsi ilə onu söyüb təhqir etməsinə dair iradı qəbul etməyərək onu heç bir əsas olmadan nəlayıq sözlərlə söyüb təhqir edəndən sonra mübahisəni davam etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ilə Sabunçu rayonu Ramana qəsəbəsi, 2-ci sahə Kənd Qəbirstanlığının yaxınlığına gəlib orada avtomobilindən düşüb üzərində gəzdirdiyi müəyyən olmayan kəsici-deşici alətlə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir zərbə vuraraq ona qaraciyər və öd kisəsinin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş –kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlımlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ifadə verərək özünü təqsirli bilməmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə dəmir yığıb satmaqla məşğul olmuşlar. İlqarın ona pul borcu olmuş, lakin uzun müddət ərzində borcunu qaytarmamışdır. 12 iyul 2023-cü telefonla əlaqə saxlayan zaman aralarında yaranmış anlaşılmazlıq nəticəsində İlqar onun ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə məsələni aydınlaşdırmaq üçün İlqarla ilk olaraq Sabunçuda, Oba market adlanan yerin qarşısında, görüşmüşlər. İlqar onun yanına maşınla tək gəlmişdir. Onlar söhbət emtək üçün Ramana yolunda yerləşən qəbiristanlığa getməyi qərarlaşdırmış, sonra qohumu X3 da onlarla birlikdə Ramana yolunda yerləşən qəbiristanlığa getmişlər. Ora çatdıqda İlqar maşından düşmüş və onu yumruqla vurmuşdur. Yumruq nəticəsində xəsarət almış və yerə yıxılmışdır. İlqar onu döydüyündən əsəblərini idarə edə bilməmiş, özünü müdafiə etmək məqsədi ilə əvvəlcədən götürdüyü bıçaq ilə İlqarı vurmuşdur. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhərində daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda kirayə yaşayır. Bakıda o, küçələrdən zibilliklərdən dəmir yığıb onları metal qəbulu məntəqələrinə təhvil verib pul qazanır. Zərərçəkmiş şəxs o təxminən 3 aydır ki tanıyır. İlqar özüdə dəmir yığıb metal qəbulu məntəqələrinə təhvil verir və pul qazanır. Aralarında normal münasibətləri var, hərdən bir zarafatlaşırlar. Təxminən 20 gün bundan qabağ İlqar ondan borca 200 manat məbləğində pul istəmişdir. Həmin 200 manatı o İlqara vermiş, İlqar ona həmin pulu 6-7 günə qaytarmağa söz verdi. Lakin İlqarın dediyi vaxtdan bir neçə gün keçəndən sonra İlqar ona pulu qaytarmadı və o İlqardan pulunu istəyəndə İlqar hər dəfə vaxtı uzadırdı. Bunun üstündə onun İlqarla mübahisələri olub və İlqar sonuncu dəfə ona dedi ki, ona pulu verən deyil. 12 iyul 2023-cü il tarixdə səhər saat 10 radələrində o bibisi oğlu 23 yaşlı X8 və bibisinin əri təxminən 50-60 yaşlı Pənahla birlikdə Sabunçu rayonu Dəmir yolu stansiyanın yaxınlığında yerləşən «Florensiya» şadlıq sarayının qarşısında olmuşdu. Bibisi oğlu Elmirdə dəmir yığır və yığdığı dəmiri metal qəbulu məntəqələrinə təhvil verir. Elmir «Qazel» markalı nömrəsinin xatırlamadığı avtomobili idarə edir. Elmir özü dəmir yığıntısı ilə məşqul olduğuna görə avtomobilində mətbəx bıçağı saxlanılır. Həmin bıçağı Elmir öz işində istifadə edir, məftilləri kəsir, küçədə yemək yeyəndə çörəyi və digər ərzaqları doğrayır. Pənahda Elmirə dəmir yığmağa köməklik göstərir. 12 iyul 2023-cü il tarixdə o səhər saat 10 radələrində Elmirlə və Pənahla birlikdə «Florensiya» şadlıq saryının qarşısında olmuşdu. Elmirlə Pənah həmin vaxtı orada yerləşən «Oba» marketin qarşısına getmişdilər. O isə Elmirin «Qazel» markalı avtomobilində onları gözləyirdi. Həmin vaxtı ona İlqar zəng vuraraq harada olduğunu soruşdu. O İlqara yerini dedi, və İlqar heç bir səbəb olmadan onu söyüb dedi ki, «indi gəlib şalvarıvı sənin başıva keçirdəcəm» Təxminən 5-10 dəqiqədən sonra İlqar Oba marketin yaxınlığına idarə etdiyi ağ rəngli «Qaz 31» markalı avtomobili ilə gəldi. Həmin vaxtı avtomobilin qabağ oturacağında qohumu, yəni əmisi qızının əri X1 əyləşmişdir. İlqarın idarə etdiyi avtomobil İdrıma məxsusdur. Elmirlə Pənah «Oba» marketdə olmuşdular və İlqarı görmədilər. İlqar həmin vaxtı orada avtomobilini saxlayıb ona yaxınlaşaraq yaxasından tutaraq dedi ki, ona 200 manatı verməyəcək. O İlqarı itələyib kənara çəkildi və İlqar avtomobilinə əyləşib ona dedi: «Otur maşina gedək «söhbət» edək». O başa düşdü ki, İlqar onu dalaşmağa aparır, İlqar fiziki ondan güclü olduğuna görə o özünü müdafiə etmək məqsədi ilə Elmirin «Qazel» markalı avtomobilin salonundan bir ədəd mətbəx bıçağını götürüb İlqarın avtomobilinə əyləşdi. O maşından bıçağı götürəndə İlqar bunu görməmişdir. İldırım avtomobilin qabağ oturacağında əyləşdiyinə görə o avtomobilin arxa oturacağına əyləşdi. İlqar həmin avtomobili ilə dəmir yığırdı, buna görədə avtomobilin oturacaqlarını çıxartmışdır. İlqar ona dedi ki avtomobilin arxaçında təkərin üstündə əyləş. O da axrada oturanda İlqar onu Ramana qəsəbəsi qəbirstanlığın yaxınlığına apardı. Qəbirstanlıqdan 300-400 metr aralı məsafədə yolun kənarında İlqar avtomobili saxladı və avtomobildən düşdü. Ətrafda yaşayış evlər olmayıb və İlqar avtomobili boş sahədə saxlamışdır. İldırımla İlqar bilmirdilər ki onun üzərində bıçaq var. Həmin vaxtı İlqar onun üstünə gəlib onu vurmaq istəyəndə o, özünü müdafiə etmək üçün üzərində saxladığı mətbəx bıçağını sağ əlinə götürüb İlqarın qarın nahiyəsindən bir dəfə vurdu. Əlində bıçağı görən İldırım avtomobildən düşmədi. İlqarın qarnından qan gəldi və İlqar dərhal avtomobilinə əyləşib avtomobili sürüb oradan uzaqlaşdı. İldırım da həmin avtomobildə qabağ oturacaqda əyləşmişdir. İlqar hara getdi o bilmədi, o orada tək qaldı və Sabunçu dəmir yolu stansiyasının tərəfə qayıdanda yol üstü «2 aprel» küçəsində yerləşən zibil qutularını gördü, həmin İlqarı vurduğu bıçaq üzərində olmuşdur və bıçağı o zibilliyə atdı, özü isə evinə qayıtdı. Səhərisi günü onu Bakıxanov qəsəbəsində polis əməkdaşları yaxalayıb 12-ci polis şöbəsinə apardılar, orada o etdiyi cinayəti etiraf etdi. Həmin hadisə nəticəsində o heç bir bədən xəsarətlərini almamışdır.Onun Zərərçəkmiş şəxs öldürməyə məqsədi olmayıb. İlqar ondan fiziki güclüdü, o İlqarı bıçaqla vurmaq fikrində olmamışdır. Sadəcə olaraq dalaşmanı İlqar birinci başladığına görə o özünü müdafiə etmək məqsədi ilə Qazeldən götürdüyü bıçaqla İlqarı qorxutmaq istəmişdir. İlqarı o özünü müdafiə etdiyinə görə bıçaqla vurmuşdur. İlqarın ona 200 manat borcu olub, İlqar ona pulu qatyrmaq istəmirdi və buna görə onunla mübahisə etməyə başladı, mübahisə zamanı İlqar onu dalaşmağa çağırdı və avtomobili ilə Ramana qəbirstanlığı tərəfə apardı. Orada onunla dava etməyə başladı.. (1-ci cild iş vərəqi 102-104). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Birlikdə dəmir yığıb satıb pul qazanmaqla məşğul olmuşlar. Onun nəinki Sevdara, ümumiyyətlə heç kəsə borcu olmamışdır. Hadisədən sonra bir neçə dəfə əməliyyat olunduğu və narkoz qəbul etdiyi üçün hadisənin təfərrüatlarını xatırlamır. Xatırladığı qədəri ilə 12 iyul 2023-cü il tarixdə Sevdar onun ünvanına nalayiq söyüşlər söydüyü üçün aralarında mübahisə yaranmış və nəticədə Sevdarla Sabunçuda, Oba Marketin qarşısında, görüşmüşlər. O, Sevdar və Sevdarın qohumu X3 birlikdə məsələni aydınlaşdırmaq üçün İldırıma məxsus avtomobil ilə Ramana qəbiristanlığı adlanan yerə getmişlər. Sevdar arxa oturacaqda əyləşmişdir. Yolun yarısında Sevdar özünü pis hiss eləmiş və huşunu itirmişdir. İldırımla birlikdə onu maşından düşürüb ayıltmaq üçün yardım göstərmişlər. O Sevdarın üzünə su tökərək sillə vurub ayıltmaq istəmişdir. Bu zaman Sevdar qəflətən bıçaqla onu vurmuşdur. O əvvəlcədən Sevdarda bıçaq olduğunu bilməmişdir. Sevdara söyüş söyməmiş və ya onu vurmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, küçələrdən, zibilliklərdən, dəmir yığıb onları metal qəbulu məntəqələrinə təhvil verib pul qazanır. Təqsirləndirilən şəxs o təxminən 3 ildir ki, tanıyır. Sevdar özüdə dəmir yığıb metal qəbulu məntəqələrinə təhvil verir və pul qazanır. Aralarında normal münasibətləri var, hərdən bir zarafatlaşırlar. İldırım adlı şəxsi 4- 5 ildir ki tanıyır, İldırım özü Qəbələ rayonu sakinidir, Sabunçu rayonunu ərazisində kirayələrdə qalır, təxminən 40 yaşı var. İldırımda onunla birlikdə dəmir yığır. İdırım Sevdarıda tanıyır aralarında normal münasibət var. Elmirlə, Pənah və Sevdarın qohumlarıdır, onlarda dəmir yığmaqla məşqul olurlar. 12 iyul 2023-cü il tarixdə o İldırımla dəmir yığmağa getməyə hazırlaşırdılar. O, 90 seriyalı 469 dövlət nömrə nişanlı ağ rəngli «Qaz 24» dövlət nömrə nişanlı avtomobili idarə edirdi. Həmin avtomobilin nömrəsinin seriyasını xatırlamır. Həmin avtomobil İldırıma məxsusdur, avtomobilin arxa oturacağı çıxarılmışdır ki, dəmir daşımağa rahat olsun. Qabaq oturacaqda İldırım əyləşmişdir. O Sabunçu rayonu Dəmir yolu stansiyasından Ramana qəsəbəsi istiqamətində avtomobili idarə etmiş, Florensiya şadlıq sarayının qabağından keçəndə o Elmirin göy rəngli «Qazel» markalı avtomobilinin orada dayandığını görmüş, həmin vaxt İldırım Sevdara zəng vurub onun harada olduğunu soruşmuş, Sevdar ona məlum olmayan səbəbə görə əsəbləşib İldırımın ünvana təhqiredici sözlər işlədərək: «…görmədin ki mən burdayam, indicə yanımdan keçdiniz ag «Qaz 24-lə»,- Sevdar bunu İldırıma deyib dəstəyi asdı. Bundan sonra o Sevdara zəng vurub zarafatyana: «Bəs nə oldu, mənə dedin ki gedib dəmir yığacıq». Sevdar ona da aqresiv şəkildə dedi: «Nə bilim - sonra danışarıq»,- deyib dəstəyi asdı. Bundan sonra İldırım Sevdara dedi ki « Sənində və yanındakınında … , İdlırım Sevdara dedi: «Ağzıvın danışığını bil, söyüş söymə», Sevdar İldırıma dedi: “........ əl çəkin məndən”. Bunu deyib dəstəyi asandan sonra İldırım ona dedi ki, maşını geriyə istiqamətləndir gedirəm yanına. Sevdar onuda söydüyünə görə oda əsəbləşdi və maşını geyirə istiqamətləndirib «Floresiya» şadlıq sarayının qarşısına getdilər. Orada avtomobili Qazelin yanında saxlayıb Sevdarı gördülər. Sevdar maşının yanında tək olmuşdur. O Sevdara yaxınlaşıb soruşdu dedi ki «məni niyə söyürdün ? sən ................ bağışla, əsəbi idim» Bundan sonra o idarə etdiyi Qaz 24 markalı avtomobilinə əyləşdi, İldırım isə Sevdarla küçədə dayanıb mübahisə edirdi, İldırım həmin vaxtı Sevdara dedi: «Gəl otur maşina gedək söhbət edək»,- İldırım özü avtomobilin Qaz 24 markalı avtomobilin qabağ oturacağına əyləşdi. Sevdar isə İdırıma: «Gözlə telefonumu götürüb gəlirəm»,- demiş, Sevdar bu sözləri deyəndə Elmirə məxsus olan «Qazel» markalı avtomobilin yanına yaxınlaşıb ordan bıçağı götürdü. Bıçaq mətbəx bıçağı olmuşdur, tiyəsinin uzunluğu təxminən 20 santimetr olardı. Tutacağı ağ qırmızı göy rəngli olmuşdur. Sevdar bıçağı götürüb avtomobilinə əyləşdi. O Sevdara demiş: «Bıçağı niyə götürübsən?» Sevdar ona dedi ki «elə belə kayfa» İldırım bunu eşitmişdir və bilirdi ki, Sevdarın üstündə bıçaq var. Buna əhəmiyyət vermədən o avtomobilini Ramana qəsəbəsi istiqamətində idarə etməyə başladı və qəbiristanlığı keçəndə Sevdar avtomobilin arxa oturacağında hüşünü itirdi. O avtomobili saxlayıb Sevdarın üzünə su tökdü ki, ayılsın, Sevdarın üzünə suyu tökəndə Sevdar qəflətən ayılıb ona təhqiredici sözlər deyərək kəmərindən çıxartdığı bıçaqla onun qarın nahiyyəsindən vurdu. O gözləmirdi ki Sevdar onu bıçaqla vuracaq, çünki Sevdarla mübahisə etmirdi. İldırımda özünü itirib kənarda dayanmışdır. Həmin vaxtı o İldırıma dedi ki, Sevdarın əlindən tut ki, onu bıçaqla vurmasın. Sevdar onu bıçaqla vuran kimi qaçıb yolun o biri tərəfində durdu, o Sevdara dedi: «Gəl məni xəstəxanaya apar ki səndən şikayət etməyim» Sevdar isə ona təhqir edici sözlər işlədərək dedi: .........…get hara istəyirsən şikayət et. O yenədə qaz 24 markalı avtomobilin sükanın arxasına əyləşdi, İldırım isə qabağ oturacağına və o avtomobili İdlırımnın yaxşadığı evin yanında saxladı, sonra gördü ki halı pisləşir və yoldan keçən taksiyə oturub xəstəxanaya getdi. Sevdar yalan danışır, onun Sevdara 200 manat məbləğində borcu olmayıb. Həmin hadisə zamanı o Sevdarı vurmamışdır, Sevdara heç bir bədən xəsarətlərini yetirməmişdir. Sevdarla onun arasında mübahisə olmayıb, Sevdar avtomobildə huşunu itirdi, o da avtomobilini saxlayıb Sevdarın üzünə sü tökəndə Sevdar qəflətən ayılıb onu bıçaqla qarnından vurmuşdur (1-ci cild iş vərəqi 65-67). Məhkəmə zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Sevdar onun qohumudur. Dəmir yığıb satmaqla məşğul olmuşlar. Maşın sürə bilmədiyi üçün 12 iyul 2023-cü il tarixdə onun maşınını Zərərçəkmiş şəxs sürürmüş. Maşının yanında duran zaman Qazel markalı avtomobil onların yanından keçmiş, Sevdar da avtomobilin içərisində olmuşdur. İlqar bunu gördükdə həmin avtomobilin sürücüsü Elmir adlı şəxsə zəng edərək Sevdarın Elmirin arxasıca danışdığını, haqqında pis sözlər işlətdiyini demişdir. Elmir isə bunun İlqara aidiyyatı olmadığını bildirmişdir. Yanacaq doldurma məntəqəsində olarkən telefonda İlqarla Sevdarın bir-birinə nalayiq söyüşlər söydüyünü eşitmişdir. Daha sonra İlqarla birlikdə Sabunçuda Oba marketin qarşısına Sevdarın yanına getmişlər. Elmir oradan getdikdən sonra Sevdar onların avtomobilinə əyləşmiş, birlikdə dəmir yığmağa getmişlər. Ramana yolunda qəflətən İlqar avtomobili saxlamışdır. Maşından düçmüş qapıların çöldən açdıqdan sonra Sevdara yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən Sevdar yerə yıxılmış, ürəyi getmişdir. İlqara “nə edirsən camaatın balasın vurdun öldürdün” deyə söyləmişdir. Maşından içməli suyu götürüb Sevdarın üzünə vurmuşdur ki, ayılsın. Sevdar maşının içində ayaqları da çöldə idi. Sevdar ayıldıqdan sonra başladılar dalaşmağa. Sevdar başı aşağı şəkildə İlqara tərəf havaya yumruq zərbələri atmışdır. Daha sonra İlqarla birlikdə oradan uzaqlaşmış və yolun yarısında İlqar düşmüş, Sevdarın onu bıçaqla vurduğunu söyləmiş lakin xəstəxanaya deyil evə gedəcəyini söyləmişdir. O İqların yarasında baxdıqda barmaq ölçüsündə bir kəsik görmüşdür. İlqar kök olduğundan bıçaq yarası o dərəcə hiss olunmamışdır. İlqar taksi ilə evə getdikdən sonra Sevdar gəlmişdir. O Sevdara İlqarı bıçaqla vurub-vurmamasını, onda bıçaq olmasını soruşmuşdur. Sevdar da əlindəki balaca bıçağı göstərmiş və sonra bıçağı kənara atmışdır. Üstündən bir müddət keçdikdən sonra İlqarın hadisə günü bıçaq zərbəsindən bədənində bir neçə kəsiklərin olmasını eşitmişdir. Şahid X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, küçələrdən zibilliklərdən dəmir yığıb onları metal qəbulu məntəqələrinə təhvil verib pul qazanır. Təqsirləndirilən şəxs onun qohumudur, onun arvadını Sevdarın əmisi qızıdır. Sevdarı və ailəsini o 13 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs o təxminən 1 ildir ki tanıyır. İlqar və Sevdar özləridə mis dəmir yığıb metal qəbulu məntəqələrinə təhvil verirlər və pul qazanırlar. Aralarında normal münasibətləri var, hərdən bir zarafatlaşırlar. Elmirlə, Pənahda onun qohumlarıdır, onlarda dəmir yığmaqla məşqul olurlar. O özü dəmir yığmaqla məşqul olduğuna görə özünə ağ rəngli «Qaz 24» markalı seriyasını xatırlamadığı sonu 469 olan nömrəli avtomobili almışdır və həmin avtomobili dəmir yığmağında istifadə edir. Avtomobili o idarə edə bilmədiyinə görə avtomobili gah İlqar gah da Sevdar idarə edirdilər. Avtomobilin arxa oturacaqları çıxarılmışdır ki, salona və yük hissəsinə dəmir yığmağa rahat olsun. 11 iyul 2023-cü il tarixdə o İlqarla və Sevdarla birlikdə Sabunçu qəsəbəsi ərazisində olan kafelərin birində çay içirdilər və həmin vaxtı İlqar Sevdarla zarafat etdi. Sevdar İlqara dedi ki, «zarafatın mənim xoşuma gəlmir və bu gündən etibarən bir birimizlə zarafat etməyək» Həmin vaxtı İlqarda razılaşdı və onlar hər ikisi aralarında olan zarafatlaşmanı yığışdırdılar. 12 iyul 2023-cü il tarixdə səhər saat 09.30 radələrində o İlqarla birlikdə dəmir yığmağa getdilər. İlqardan xahiş etdit ki onun «Qaz 24» markalı avtomobilini idarə etsin. İlqar avtomobilini idarə edəndə o avtomobilin qabağ oturacağında əyləşmişdi. Sabunçu rayonu Dəmiryolu stansiyasının yaxınlığında yerləşən Florensiya şadlıq sarayınını yaxınlığından keçəndə o Elmirin göy rəngli «Qazel» markalı avtomobilinin orada dayandığını gördü. Həmin vaxtı İlqar Elmirə zəng vurub dedi ki, «Sevdar dünən sənin dalınca danışırdı, sən isə bü gün onunla dəmir yığmağa gedirsən» Elmir İlqarın dediklərinə əhəmiyyət vermədi bununlada söhbətləri bitdi. O maşında olan zaman İlqara dedi ki, «Sevdarla Elmir dayı oğlu bibi oğludurlar, özləri bilər, sən onların işlərinə qarışma, sabah barışacaqlar ortada pis vəziyyətdə sən qalacaqsan». Bu zaman Sevdar İlqara yığıb onldan hansı səbəbə görə Elmirə zəng vurduğunu soruşdu və telefonda aralarında mübahisə baş verdi, mübahisə zamanı Sevdar telefonda İlqarı və onu söydü. O buna təəcübləndi, çünki Sevdarın onu səbəbsiz söyməsi onu əsəbləşdirdi, İlqara dedi ki «qayıt yanına baxım görüm məni niyə söyür». İlqar avtomobillə Florensiya şadlıq sarayının yaxınlığına qayıtdı. Elmirə Pənah həmin vaxtı dükanda «Oba» marketdə olmuşlar, Sevdar isə Qazelin qarşısında dayanmışdır. İlqarla o Sevdara yaxınlaşanda o Sevdara dedi ki, «Sənin atan, qaynatamın qardaşıdır bir dəfə mənə şillə vurmuşdur, məndən yaşda böyük olduğuna görə mən ona cavab qaytarmadım, sən məni niyə söyürsən ?» Sevdar ondan üzr istəyib onu qucaqlayıb öpdü və o Sevudara dedi ki, «yaşda kiçiksən hərəkətlərinə fikir ver», bundan sonra Qaz 24 markalı avtomobilimin qabağ oturacağına əyləşdi. İlqar isə Sevdarla küçədə qaldılar. Onlarda öz aralarında sözlə mübahisə etməyə başladılar, o isə buna fikir vermədi, fikirləşdi ki, özləri aydınlıq gətirəcəklər. İlqar avtomobilə əyləşəndə Sevdarda avtomobilin arxa oturacağına əyləşdi. O buna heçnə demədi, fikirşədi ki, Sevdar onlarla birlikdə dəmir yığmağa gedir. Həmin vaxtı İlqar avtomobili Ramana qəsəbəsi qəbirstanlıq tərəfə sürürdü, o orada öz narazılığını bildirdi və dedi ki, Sevdar onlarla dəmir yığmağa getməsin, çünki qazandığları pulu 3 yerə bölməyə məcbur olacaqlar. İlqara dedi ki, avtomobili saxlasın və Sevdardan tələb etdi ki, avtomobildən düşsün. İlqar avtomobili yolun kənarında saxlayıb, Sevdarı düşürtdü, həmin vaxtı Sevdarla İlqarın aralarında mübahisə baş verdi və mübahisə zamanı o avtomobildən düşüb onları sakitləşdirmək istəyəndə Sevdar üzərindən çıxartdığı bıçaqla İlqarın qarın nahiyyəsindən vurdu. Bıçaq mətbəx bıçağı olmuşdur, tiyəsinin uzunluğu təxminən 20 santimetr olardı. Tutacağı ağ qırmızı göy rəngli olmuşdur. Bundan sonra maşını təpikləməyə başladı, Sevdarın əlində bıçaq olduğuna görə və Sevdar əsəbi halda olduğuna görə onlar oradan uzaqlaşdılar. İlqar avtomobilə onunla birlikdə əyləşdi və oradan xəstəxana tərəfə avtomobilini idarə etdi. Yolda İlqarın halı pisləşdiyinə görə İlqar maşını saxlayıb yoldan keçən taksiyə əyləşdi və xəstəxanaya getdi. İlqar avtomobili «2 aprel» küçəsində yerləşən zibilliklərin qarşısında saxlamışdır. O da avtomobili idarə edə bilmədiyinə görə orada qaldı. Təxminən 15 dəqiqədən sonra Sevdar onun yanına gəldi və əlində olan İlqarı vurduğu bıçağı zibilliyə tulladı, Sevdar sakitşləşmirdir və o Sevdardan xahiş etdi ki avtomobilini evinə aparıb orada saxlasın. Bundan sonra Sevdar avtomobilini evinə apardı, özü isə oradan çıxıb getdi, sonradan ona məlum oldu ki, Sevdar polis əməkdaşları tərəfindən tutulmuşdur. Sevdar avtomobilinə əyləşəndə o bilmirdi ki, üzərində bıçaq var. Sevdar İlqarı 12 iyul 2023-cü il tarixdə saat 10 radələrində Ramana qəsəbəsi 2ci sahədə yerləşən qəbirstanlığın yaxınlığında vurmuşdur. Həmin ərazidə onlardan başqa heç kim olmayıb. Sevdar bıçağı götürəndə o görmədi, həmin vaxtı maşında ola bilər fikirli olduğu üçün Sevdarla İlqarın söhbətlərini eşitmədi. O maşında oturanda, İlqarla Sevdar küçədə dayanıb söz mübahisəsini edirdilər, sonra İlqar maşina oturanda, Sevdar dedi ki, «gəlirəm» qayıtmışdır «Qazelin» yanına, ola bilər ki, bıçağı o Qazeldən götürmüşdür. İlqarın Sevdara 200 manat məbləğində borcu olmayıb. 11 iyul 2023-cü il tarixdə kafedə olan zamanı İlqarla Sevdar mübahisə etdilər və ldedilər ki, bir biri ilə zarafat etməsinlər. 12 iyul 2023-cü il tarixdə saat 09.30 radələrində isə İlqar Elmirə zəng vurduğuna görə Sevdar İlqara zəng vurub İlqarı və onu söydü, və buna görə aralarında mübahisə baş verdi. Buna görədə Sevdar İlqarı bıçaqla vurmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs Sevdarı vurmamışdır, ona heç bir bədən xəsarətlərini yetirməmişdir (cild1, iş vərəqi 68-71) Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Məhkəmə-tibb ekspertizasının 17.07.23-cü il tarixli 1670 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qaraciyər və öd kisəsinin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfüz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir; xəsarət deşici-kəsici alət (əşya), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 74- 76). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 iyul 2023-cü il tarixli 2040 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir; Təqsirləndirilən şəxs xasiiyətin psixopatik cizgiləri müəyyən edilir; Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür; onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur; Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq , söz götürməmək , mübahisəyə meyillilik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqdidarındadır; Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi; Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 77-80 ). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 05 ay müddətində intizam xarakterli hərbi hissədə saxlanılmışdır; Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə xx.xx.2021-ci il tarixdə Qəbələ RPŞ tərəfindən barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqi 58-59) İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 17). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 47-48). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə-tibb ekspertizası üzrə 17.07.23-cü il tarixli 1670 saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin deşici-kəsici alət (əşya), ola bilsin bıçağın təsirindən törənməsi, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlməsi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismndə verdiyi bütün ifadələrində Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya xəsarət yetirməsini etiraf etmiş, zərəçəkmiş şəxsin ilk olaraq onu yumruqla vurması, onu döyməsi, nəticədə xəsarətlər alması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə barəsində qətimkan tədbirinin müəyyən edilməsi məqsədi ilə aparıldığı Bakı şəhəri Sabunçu rayon Məhkəməsində Zərərçəkmiş şəxs bıçaqla vurmamasını göstərsə də, zərəçəkmiş şəxsin ilk olaraq onu yumruqla vurması, onu döyməsi, nəticədə xəsarətlər alması barədə heç nə göstərməmişdir. İşdə olan 15 iyul 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla Ramana qəsəbəsi, 2-ci sahə, kənd qəbiristanlığının yaxınlığında aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla sonuncunu vurduğunu bildirmiş və hadisə yerini göstərmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına gətirilmiş, tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, boynunun sol saidin ön səthində, sağ əlin arxa səthində, sağ çiyin və kürək nahiyyəsində kiçik ölçülü köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs bədənindəki müşahidə olunan çapıq toxumaların köhnə olduğunu və hadisədən əvvəldən yarandığını söyləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs mübahisəni Zərərçəkmiş şəxs başlaması, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, yəni zərəçəkmiş şəxsin ilk olaraq onu yumruqla vurması, onu döyməsi, nəticədə xəsarətlər alması və özünü müdafiə etmək məqsədi ilə bıçaqla Zərərçəkmiş şəxs vurması barədə göstərdiklərinə tənqidi yanaşır, işin faktiki hallarına uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar