Məhkəmə qərarları › İş №1(101)-960/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-960/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-960/2025 10.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X13 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X7, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 127 inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi nömrəsiz evdə yaşamış, barəsində “xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək” növündə təhlükəsizlik tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə saat 09:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «paranoid şizofreniya» xroniki psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, anası Şahid1 ilə sevgili münasibətində olan Zərərçəkmiş şəxs ilə əvvəllər görüşərkən ona bu münasibətə son qoymalarını, onların yaşadığı evə gəlib-getməməsini tapşırmasına, hətta bu məzmunda aralarında sözlü mübahisə olmasına baxmayaraq xx.xx.2024-cü il tarixdə saat 14-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi nömrəsiz evə gəlib içəri daxil olan zaman evin yataq otağında olan çarpayıda Zərərçəkmiş şəxsla anası Şahid1 birgə uzanıqlı vəziyyətdə olduqlarını görüb onun tələbinə məhəl qoymayan Zərərçəkmiş şəxs bu hərəkətini onun şəxsiyyətini alçaldan, onu cəmiyyətdə nüfuzdan salan hərəkət kimi qəbul edib hiddətlənərək şəxsi münasibətlərin pozulması zəmnində qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirməkdən ötrü evin mətbəx otağına keçib oradan götürdüyü zavod üsulu ilə hazırlanmış mətbəx təyinatlı mətbəx bıçağı ilə silahlanaraq yenidən yataq otağına daxil olub həmin an paltarlarını geyinən Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf zərbələr atıb Sağ budun kəsilmiş səthi yarası kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid 1 (bir) ədəd, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığıması), ürəyin, ürək kisəsinin və sol ağciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ürəyin yaralanması nəticəsində inkişaf etmiş kəskin ürək çatmazlığı-ürəyin reflektor dayanması nəticəsində onun ölümü ilə birbaşa səbəbli əlaqəli 1 (bir) ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Sübutların tədqiqi: 2.Məhkəmə iclasında cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, anası Şahid1 ilə birlikdə yaşamışdır. O, evin tək övladıdır. X8 ilə anası Şahid1 o, hələ 8 aylıq uşaq olaq zaman boşanmış, həmin vaxtdan etibarən onu anası özü tək böyütmüş, eyni zamanda tez-tez xalasıgilə də gedibgəlmişdir. Hazırki vaxta qədər atası ilə əlaqəsi var. Atası Asif hazırda heç bir yerdə işləmir, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan yerdə tək yaşayır. Anası Güllər isə gah marketlərdə satıcı, gah da geyim əşyaları satılan dükanlarda işləyib onu böyütmüşdür. O, orta təhsilini Ramana qəsəbəsində yerləşən 137 nömrəli tam orta məktəbdə 5-ci sinifə qədər aldıqdan sonra oxuya bilmədiyi üçün təhsilini yarımçıq saxlamışdır. Bir müddət avtoyuma məntəqəsində işlədikdən sonra 18 yaşı tamam olduğundan hərbi xidmətə yolanmışdır. O, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə hərbi xidmət keçsə də, lakin hərbi xidmət dövründə psixi durumumda problemlər yarandığı üçün onu hərbidən təxris etmişlər. Təxminən 66 gün Hərbi Kliniki Hospitalda müalicə almış, təxris olunandan sonra isə onu ailə üzvləri Respublika Psixatriya xəstəxanasına yerləşdirmişlər. Sonuncu dəfə 2022-ci il tarixdə ümumilikdə 49 gün həmin xəstəxanada qalıb müalicə almışdır. Sonradan səhəti normallaşdığı üçün evə buraxılmış, buna baxmayaraq hazırda da bir aydan bir şizofreniyaya qarşı iynə vururlar. O, xəstəxanadan çıxandan sonra da öz evlərində anası ilə birlikdə yaşamışdır. O, xəstəxanadan çıxandan sonra anası ona həyatında bir nəfər Səid adlı oğlan olduğunu, onunla ər-arvad kimi yaşadıqlarını bildirmişdir. Hətta həmin oğlanı evlərinə dəvət edib onunla tanış etmişdir. O, anasına demişdir ki, həmin şəxsi onun əri kimi qəbul etmir, buna görə də xahiş etmişdir ki, həmin şəxsi evlərinə gətirməsin. Buna baxmayaraq həmin Səid adlı şəxs evlərinə gəlibgetmiş, anası Güllərlə münasibət saxlamışdır. Hətta bir dəfə dəqiq yadında qalmayan tarixdə onunla Sədi adlı şəxs arasında mübahisədə olmuş, o, Səidi kəllə ilə vurmaq istəsə də, anası Güllər onları ayırmışdır. O, Səidə tapşırmışdır ki, onların evinə gəlməsin. Sonradan bir müddət xalasıgilin evində qalmış, orada qaldığı müddətdə də eşitmişdir ki, anası Güllər Səidlə münasibət saxlayır, hətta Səid arada onu incidir. Hətta keçən ilin oktyabr ayında Səid Gülləri döydüyü üçün anası ondan polisə şikayət etmiş, bu səbəbdən də Səid adlı şəxsi 30 gün müddətinə inzibati qaydada həbs etmişdilər. Təxminən bir il olmuşdur ki, Səid adlı şəxsi görməmiş, bildiyinə görə anası ilə münasibəti kəsilmiş, buna görə də özü də anasından onun barədə heç bir söz soruşmamışdır. xx.xx.2024-cü il tarixdə xalasıgildə qalmış, səhəri gün yəni xx.xx.2024-cü il tarixdə bir qədər öz işləri ilə məşğul olub saat 14 radələrində xalasıgildən çıxıb anasının evinə getmişdir. Evin çöl qapısı açıq olduğundan içəri daxil olandan görmüşdür ki, anası Güllər və həmin Səid adlı şəxs evin yataq otağında olan çarpayıda uzanıb söhbət edirlər. Onlar ikisi də lüt olmuşlar. O, bunu görəndə özündən çıxmış və əsəbi şəkildə “Sizə deməmişəm, sizi birdə bir yerdə görməyim” deyib dərhal mətbəx otağına keçib oradan bıçaq götürərək yenidən yataq otağına daxil olmuşdur. Həmin vaxtı Səid və anası çarpayından durmuşlar, paltarlarını geyinirmişlər. O, əsəbi şəkildə Səidə tərəf gedib sağ əlində saxladığı bıçaqla ona tərəf bir dəfə möhkəmdən zərbə atmışdır. Səhv etmirsə həmin vaxtı anası qolunu qabağa verəndə bıçaq onun sol qolunu kəsmişdir. Lakin özündə olmadığı üçün bıçağın Səid adlı şəxsə dəyib-dəymədiyini, onun hansı nahiyəsindən dəydiyini bilməmişdir. Həmin vaxtı Səid ayaqüstə onunla üzbəüz dayanmışdır. Bundan sonra anası qaçıb getmişdir. O, ikinci dəfə bıçaqla ona tərəf zərbə atmaq istəyəndə Səid əli ilə bıçağı tutub əlindən buraraq ondan almışdır. Sonra isə anası ilə birlikdə evin həyətinə tərəf qaçmışlar. O, dərhal öz istifadəsində olan ***-***-**-** nömrəsindən xalası Şükfə adlı şəxsin istifadəsində olan telefona zəng vurub Səid adlı şəxsi bıçaqla vurduğunu bildirmişdir. Xalası evin yaxınlığında yaşadığı üçün onun bu sözündən sonra dərhal evə gəlib məni danlayaraq öz evlərinə aparmışdır. Təxminən 1-2 saat xalasıgildə qaldıqdan sonra xalası oğlu Qədir adlı şəxs ona gedib təslim olmağını bildirmiş, bundan sonra o, Sabunçu RPİ-nin 14-cü PB-nə gəlib hadisə törətməyi barədə məlumat vermişdir. O, hadisəni Səid adlı şəxsin anası ilə münasibətdə olduğunu gördüyü üçün törətmişdir. Dediyi kimi əvvəllər də anasına tapşırmışdır ki, həmin şəxs onların evlərinə gəlməsin, onların münasibətdə olmasını görməsin. Hadisə günü o, evə daxil olanda onlar cinsi əlaqədə olmasalar da, lakin hər ikisi də lüt vəziyyətdə çarpayıda uzanmışlar. Bu səhnəni görəndə özündən çıxmış, əsəblərinə hakim olmayıb bıçaq götürərək belə bir hadisə törətmişdir. Həmin gün o, Səidlə dalaşmamış, bıçağı götürən kimi üzərinə hücum edib onu bir dəfə vurmuşdur. Səidi qorxutmaq fikiri olmuş, onu öldürmək məqsədi olmamışdır. İstəmişdir ki, Səid onların həyatından çıxıb getsin. Hadisə baş verən zaman əsəbdən çox həyəcanlı vəziyyətdə olmuş, buna görə də Səidə dəqiq olaraq hansı nahiyəsindən bıçaq xəsarəti yetirdiyini xatırlamır. Dəqiq bilir ki, birinci zərbəsi ona dəymiş, ikinci zərbəni vurmaq istəyəndə isə Səid bıçağı tutub əlindən almışdır. Onun Səidə növbəti zərbələri vurmaq fikiri olmamış, bıçağı onun əlindən alanda da o, Səidə heç bir müqavimət göstərmədən qaçıb getməsinə imkan vermişdir. O, hadisə vaxtı yalnız Səid adlı şəxsə tərəf zərbə atmışdır. Anası Gülləri isə vurmağa cəhd etməmiş, onu vurmamışdır. Hazırda xatırlayır ki, o, Səidə tərəf zərbə atanda anası sol qolunu irəyilə vermək istəyəndə təsadüfən onun da qolunu kəsmişdir. Bundan sonra anası qaçıb evdən çölə çıxmışdır. O, anasını qəsdən vurmamışdır. Həmin bıçaq mətbəx bıçağı olmuş, bıçağı dəstəyi ağ və göy rəngli palstmas materialdan olub, tiyəsi isə dəmir materialdan olmuşdur. Onu bu cinayəti törətməyə kimsə təhrik etməmişdir. O, qabaqcadan bu cinayəti palanlaşdırmamış, ümumiyyətlə cinayət törətmək fikri olmamışdır. Təsadüfən evə daxil olub anasının Səidi bir yerdə görəndə bərk əsəbiləşmiş, özündən çıxıb belə bir hadisə törətmişdir. Etdiyi əməldən peşmandır, istəməzmiş ki, belə bir hadisə baş versin (İ cild, səh. 74-76). 3.Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, işdə olarkən bacısı ona zəng edərək Səidin vurulduğunu demiş, onlara getməsini və özünün də gələcəyini bildirmişdir. Yoldaşına zəng etmiş və yoldaşı gəlib onu aparmışdır. Gedib çatdıqda qardaşının yarasından tutaraq ayaq üstündə gəzdiyini görmüşdür. Nə olduğunu soruşduqda qardaşı heç bir şey deməyərək, yıxıldığını və armatur batdığını bildirmişdir. Təcili yarımda zəng edib etmədiklərini soruşduqda qardaşı təcili yardıma zəng etməyə ehtiyac olmadığını demişdir. Qardaşı nə otura, nə də uzana bilməmişdir. Həmin vaxt həyat yoldaşı onun bacısını götürüb gəlmişdir. Sonra həmin şəxsin əmisi maşınla qapıya gəlmiş və onlar “elə edin ki, kimsə bilməsin, mən gedib adam axtarıram, siz də adam axtarın” demişlər. O, əvvəl onların vuran adamı nəzərdə tutduqlarını bilmiş, sonradan isə həkimi nəzərdə tutduqlarını bilmişdir. Səid xəstəxanaya getmək istəməmiş, bacısı Səidin yarasını görəndən sonra xəstəxanaya getməli olduğunu demiş, Səid isə satqın olmadığını demişdirm. Qardaşı ilə həyətdə əvvəlcə o, olmuş, təcili yardım çağırmaq istəsə də qardaşı onu əsəbiləşdirməməsini demişdir. Bu proseslər təxminən 20-30 dəqiqə çəkmişdir. Qardaşı yaralı vəziyyətdə küçəyə çıxmış, orada dayısıgillə danışmışlar, onları isə küçəyə çıxmağa qoymamışlar. Onların orada hansısa söhbətləri düşmüş, qardaşı “mən sağalım gəlim, sizinlə söhbət edəcəm” demişdir. Yoldaşı gələndən sonra məcburi vəziyyətdə qardaşını maşına mindirib xəstəxanaya aparmışlar. O, əvvəlcə qardaşına zəng etmiş, qardaşı zəngə cavab verməmiş, yanında olan bir nəfər telefonu götürmüşdür. Qardaşının bıçaqlanması barədə xəbər gələndən xəstəxanaya çatdırmaqları arasında olan müddət bir saat, ya da ondan daha az müddət olmuşdur. Qardaşını saat 5-ə işləmiş əməliyyata almışlar. Onlara qardaşının əməliyyatda vəfat etdiyi deyilmişdir. Qardaşı maşında huşunu itirirmiş, onlar huşunu itirməməsi üçün qardaşını danışdırmışlar və xəstəxanaya çatdıra bilmişlər. Xəstəxanaya çatdıranda hələ ki, onlarla danışmışdır. Qardaşının yarası üzdən görünməmiş və vurulub oradan çıxandan sonra uşaqlar yarasına yod basıb bintlədikləri üçün yaraları görünməmişdir. Qardaşımın Güllər adlı şəxslə münasibətlərinin olduğunu, amma bir ildən atıq müddətdə ayrıldıqlarını bilmişdir. Məhəmmədli ilə Səidin arasındakı münasibətlər barəsində hansısa məlumatı olmamış, amma hansısa problemlərinin olmadığını bilmiş, çünki onlar bir evdə yaşamışlar. Qardaşından onu kimin vurmasını soruşduqda onlara deməmiş və “satmaq kişilikdən deyil” demişdir. Sonradan qardaşını kimin vurduğunu ancaq qarşı tərəfin adamları gələndə bilmişlər. 4.Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, onlar ailədə 7 uşaq olmuşlar, Zərərçəkmiş şəxs evin kiçik övladıdır. Anaları rəhmətə getdiyi üçün Səid orta təhsil almamış, əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün hərbi xidmətə yararsız hesab olunaraq aparılmamışdır. O, xasiyyətcə əsəbi insan olsa da, bu illər ərzində onun kiminləsə ədavətinin, davasının şahidi olmamışdır. Səid əvvəllər iki dəfə ailəli olub, boşanmış, birinci nikahından 2, ikinci nikahından isə bir qız övladı var. Onlar əvvəllər Şamaxı rayonunda yaşasalar da, 1993-cü ildən onlar Bakı şəhərinə köçüb müxtəlif ünvanlarda kirayədə yaşamağa başlamışlar. Səid son zamanlar bacısı Samirənin Maştağa qəsəbəsində ünvanını dəqiq bilmədiyi kirayə qaldığı evdə yaşamışdır. Səid özü ustalıqla məşğul olmuş, müxtəlif evlərin tikintisində işləyib özünü saxlamışdır. O, siqaret çəkib, arabir spirtli içki qəbul etsə də, narkotik vasitələrdən istifadə etməmişdir. Bu illər ərzində o, qardaşının heç bir pis hərəkətinin şahidi olmamışdır. Səid özü də ona kimdənsə şikayətlənməmiş, kiminləsə ədavətinin oluğunu deməmişdir. Şahid1 o, qardaşı Səidlə qeyri-rəsmi ər-arvad kimi yaşayan şəxs kimi tanımışdır. Hətta qardaşı Səid bir müddət Güllərgilin evlərində yaşamışdır. Onun Güllərlə heç bir yaxınlığı, əlaqəsi olmamışdır. Bildiyinə görə son bir il ərzində qardaşı Güllərdən ayrılmışdır. Onlar ayrılandan sonra qardaşı ilə əlaqəsi tamamilə kəsilmişdir. Güllərin oğlu Məhəmmədəlini isə tanımamış, heç vaxt görməmiş, onun barəsində heç bir məlumatı yoxdur. Məhəmmədəli ilə Səidin münasibətinin necə olduğunu da bilmir. Səid özü də ona Məhəmmədəli ilə arasında nə kimi problemin olduğunu deməmişdir. xx.xx.2024-cü il tarixdə işdə olmuş, həmin gün Səidlə əlaqəsi olmadığı üçün onun harada olmasından xəbərsiz olmuşdur. Təxminən saat 15:14 radələrində işdə olan zaman bacısı Səmidə ona zəng vurub Səidin bıçaqlandığını bildirmişdir. O, bacısından nə baş verdiyini, onu kimin bıçaqladığını soruşduqda, Səmidə xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra tez əri Rəcəbə zəng vurub hadisə barədə məlumat verib bacısıgilin evlərinə getməsini demişdir. Özü isə dayısı oğlundan xahiş etmişdir ki, onu evə aparsın. Təxminən saat 15:40 radələrində bacısıgilin evlərinə çatıb içəri daxil olandan görmüşdür ki, qardaşı Səid evin həyətində sol böyründən tutub gəzir. O, Səidə yaxınlaşıb nə baş verdiyini, onu kimin vurduğunu soruşmuşdur. Səid isə cavabında kişi olduğunu, heç kimi satmayacağını bildirib, hadisənin necə və hansı şəraitdə baş verməsi barədə ona heç bir söz deməmişdir. O, bunu görüb TTY-a zəng vurmaq istəsə də, Səid əsəbi şəkildə ona zəng vurmağına icazə verməmişdir. Həmin vaxtı evdə olan dayısı Əmrahdan nə baş verdiyini soruşmuş, Əmrah isə cavabında Səidə bıçaq xəsarətini Güllərin oğlu Məhəmmədəli adlı şəxsin yetirdiyini bildirmişdir. Lakin onun özü də hadisənin hansı şəraitdə baş verməsindən xəbərsiz olmuşdur. Bir qədər keçmiş qapıya iki nəfər şəxs gəlmiş, dayısı və Səid çölə çıxıb həmin şəxslərlə görüşmüşlər. O, çölə çıxmadığı üçün həmin şəxslərin kim olduğunu, hansı səbəb görə gəldiklərini bilməmişdir. Sonradan həmin şəxslər çıxıb getmişdir. Dayısı Əmrahın dediyinə görə gələn şəxs Məhəmmədəlinin xalasının əri olmuş, o özü də həkim axtarmaq üçün çıxıb getmişdir. Sonradan əri və bacısı Səmidə də evə gəlmişlər. Səmidə dərhal Səidin əynində olan köynəyini qaldırıb yarasına baxanda özünü pis hiss etmiş, ona görə də ondan tələb etmişdir ki, təcili xəstəxanaya getsin. Lakin Səid buna razı olmayaraq xəstəxanaya getməkdən imtina etmişdir. Onun bu hərəkətindən sonra həyəcandan Səmidənin huşu özündən getmişdir. Bir qədər keçəndən sonra onlar onu oyatmış, məhz bundan sonra Səid xəstəxanaya getməyə razılıq vermişdir. Onlar onu ərinin maşınına əyləşdirmiş və birlikdə saat 16:30 radələrində X25 PHŞ-nə aparmışlar. Yolda gedən zaman da Səidin huşu özündə olmuş, buna baxmayaraq hadisə barədə heç nə danışmamış, suallarını cavablandırmamışdır. Həkimləri onu qəbul edən kimi dərhal cərrahiyyə otağına qaldırmışlar. Lakin göstərilən tibbi yardımlara baxmayaraq qardaşı Səid saat 23 radələrində dünyasını dəyişmişdir. Yalnız sonradan eşitmişlər ki, hadisə Güllərgilin evlərində baş vermiş, qardaşına bıçaq xəsarətini onun oğlu Məhəmmədəli adlı şəxs yetirdiyi üçün polis tərəfindən tutulmuşdur. Özü hadisənin şahidi olmadığına görə hadisə barədə dəqiq heç bir məlumatı yoxdur. Səid özü də nə ona, nədə ki, ailə üzvlərinə hadisənin hansı şəraitdə baş verməsi barədə heç bir söz deməmişdir. Hazırda da hadisənin hansı şəraitdə baş verdiyini bilmir. Hadisənin şahidi olmuş şəxslər barəsində də heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurmasının səbəbini bilmir. Məhəmmədəli adlı şəxslə qardaşı Səid arasında nə kimi münasibət olmasından, onlar arasında əvvəllər mübahisənin və ya davanın olubolmamasından xəbərsizdir. Qardaşı Səid ona əvvəllər bu barədə heç bir söz deməmişdir. Onun Səidi bıçaqla vurmaqda məqsədinin nə olduğunu bilmir. O, hadisənin dəqiq olaraq hansı şəraitdə və hansı saatda baş verdiyini, qardaşı Səidin Güllər adlı qadının evinə hansı məqsədlə getdiyini, bacısıgilin evinə nə zaman gəldiyini bilmir. Ona məlumat veriləndə saat 15:14 radələri olmuş, onlar onu xəstəxanaya saat 16:30 radələrində aparmışlar. Onun vaxtında xəstəxanaya getməməsinə səbəb özünün buna etiraz etməsi, kiməsə zəng vuracaqları halda onlarla dalaşacağını bildirməsi olmuşdur. Onlar da buna görə nə baş verdiyini dəqiq bilmədikləri üçün onu sakitləşdirmək məqsədi ilə nə polisə, nədə ki TTY-a zəng vurmamışlar. Onların hansısa cinayəti gizlətmək məqsədləri olmamışdır (İ cild, səh. 129-132). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, uşağı 6-7 yaşında olanda ikinci dəfə ailə qurmuş, səkkiz il birlikdə yaşamışlar və sonra küsmüşlər. Bir müddət sonra barışmışlar. Uşaq elə bilmişdi ki, onlar hələ də küsülüdürlər. Evə gələndə uşaq Səidi görmüş və hadisə baş vermişdir. Gəlib onları gördükdə “mama bu nədi” demiş, sonra gedib məbəx bıçağını götürərək gəlib xəsarət yetirmişdir. Həmin ərəfədə oğlunu görəndən sonra çıxıb getmişdir. O, neçə dəfə bıçaq zərbəsi yetirməsini və harasından bıçaqlamasını görməmişdir. Hadisə baş verərkən uşaqdan bıçağı almaq istəyəndə bilmədən onu cızmışdır. O, bıçağı almaq istəyəndə uşaq hələ Səidi vurmamışdır. Bu hadisədən əvvəl aralarında heç bir şey olmamışdır. Oğlu Səidə kəllə atmağa cəhd etməmiş, onlar bir evdə qalmışlar. Onun oğlu əsgərliyi yarım saxlamış, altı ay qaldıqdan sonra evə gəlmiş, havalanıb ay yarım dispanserdə yatmış və evə gəldikdən sonra təzədən problemləri başlamışdır. Ondan sonra təzədən bir ay, 10 gün müalicə alaraq çıxmışdır. Özündən asılı olmayaraq durduğu yerdə əsəbiləşmişdir. O, mütəmadi olaraq hər ayın 7-də oğluna iynəni vurdurmuşdur. Əsgərliyə getməzdən əvvəl heç bir şeyi olmamış, nə oldusa əsgərlikdən sonra olmuşdur. Əvvəldən Səidlə oğlu arasında heç bir problem olmamış, onlar bir evdə qalmışlar, danışmasalar da biri-birilərinə hörmətləri olmuşdu. Oğlu onun döyülməyini bilmişdir. Hadisədən üç gün əvvəl oğlu “mama, istəmirəm ki, o, bizə gəlsin” demişdir. Hadisə günü oğlunun evə gələcəyini bilməmiş, adətən oğlu həmin vaxtlarda öz dost-tanışının yanında olmuşdur. O, Səidə “uşaq narahatdır, evə gəlmə” demişdir. 6.Məhkəmə iclasında X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2002-ci ildə X23 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2003-cü il təvəllüdlü oğlu Məhəmmədəli dünyaya gəlmişdir. Oğlu hələ 6 aylıq olan zaman onların xasiyyətləri uyğun gəlmədiyi üçün o, Asifdən rəsmi olaraq boşanmış və həmin vaxtdan etibarən uşağını özü tək böyütməyə başlamışdır. Bu illər ərzində Asif bir dəfə də olsun ona və övladına maddi dəstək göstərməmişdir. Özü müxtəlif restoranlarda ofisiant işləyib uşağını böyütmüşdür. Oğlu Məhəmmədəli natamam orta təhsilli olub, təhsilini Ramana qəsəbəsində yerləşən 137 nömrəli tam orta məktəbdə beşinci sinifə qədər aldıqdan sonra oxuya bilmədiyi üçün yarımçıq saxlamışdır. Oğlu Məhəmmədəli xasiyyətcə çox sakit, mədəni, heç kimlə işi olmayan, böyük-kiçiyin yerin bilən uşaqdır. Bu illər ərzində onun heç bir pis hərəkətinin şahidi olmamış, spirtli içki içməmiş, narkotik vasitə qəbul etməmişdir. Oğlu Məhəmmədəlinin səhətində də problem olmamışdır. O, təhsilini yarımçıq saxladıqdan sonra bir müddət avtoyuma məntəqəsində işləmişdir. 18 yaşı tamam olandan sonra 2021-ci ildə hərbi xidmətə aparılmışdır. O, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət aparmağa başlamış, əsgərliyə gedəndən 3 gün sonra eşitmişdir ki, oğlu Məhəmmədəli özünə xəsarət yetirərək qollarını kəsmişdir. Onu Bayıl qəsəbəsində yerləşən hərbi hospitala gətirmişlər. O, oğlu Məhəmmədəli ilə görüşəndə ona söz götürə bilmədiyini, əgər onu əsgərlikdən azad etdirməsə özünü yenə də doğrayacağını bildirmişdir. O isə oğluna təmkinli olmasını tapşırmış, 2 gün müalicə olunduqdan sonra yenidən hərbi hissəyə aparılsa da, bir neçə gündən sonra oradan ona zəng vurub Məhəmmədəlinin bütün bədənini doğradığını bildirmişlər. Bundan sonra onu Mərkəzi Hərbi Kliniki Hospitala gətirmişlər və psixi sarsıntılar keçirməsi səbəbindən həmin hospitalda 66 gün müalicə olunmuşdur. Həkimlər ona səhv etmirsə şizofreniya diaqnozu qoymuş və o, hərbidən təxris olunmuşdur. O, hərbidən təxris olunmuş, evə qayıdandan sonra da o, oğlunun psixi vəziyyətinin normal olmadığını görüb 2022-ci il ərizində iki dəfə onu Maştağa qəsəbəsində yerləşən Respublika Psixatriya Xəstəxanası PHŞ-nə yerləşdirilmişdir. Orada təxminən bir aydan çox müalicə almış, evə buraxılmışdır. Evə gələndən sonra da hər ay həkimlərin məsləhəti ilə ona “Klopiksol depo” və “Fenezepam” adlı dərmanları inyeksiya ilə vururmuşlar ki, vəziyyəti pisləşməsin. Məhəmmədəlinin onunla münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir inciklik, ədavət olmamışdır. Bu illər ərzində Məhəmmədəli heç vaxt ona əl qaldırmamışdır. Məhəmmədəli gah onunla, gah da qonşuluqda yaşayan bacısı Şüküfənin evində qalmışdır. Zərərçəkmiş şəxs o, təxminən 9 il olar ki, tanıyır. O, Səidlə yaşadığı Çiləgər massivində tanış olduqdan sonra aralarında sevgi münasibəti yaranmış və onlar ər-arvad kimi rəsmi nikaha daxil olmadan yaşamağa başlamışlar. O, Səidlə dini kəbin kəsdirmiş, Səid özü Şamaxı rayon sakini olub hələ gənc yaşlarından Bakı şəhərinə köçüb ustalıqla məşğul olmuşdur. O özü də orta təhsilli olmuş, ona dediyinə görə əvvəllər iki dəfə ailəli olub boşanmışdır. Onun əvvəlki nikahlarından 3 azyaşlı övladı vardır. Onlar tanış olandan sonra Səid onun evində yaşamağa başlamışdır. Səidin oğlu Məhəmmədəli ilə münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət, inciklik olmamışdır. Oğlunda psixi problemlər yarandıqdan sonra Səidlə bir dəfə mübahisəsi olmuş, lakin o, buna imkan verməyib, onları ayırmışdır. Onlar ər-arvad kimi yaşadığı müddətdə Səid son zamanlar onunla kobud rəftar etmişdir. Səid onu döydüyü üçün o, Səiddən Sabunçu RPİ-nin 14-cü PŞ-nə ərizə ilə müraciət etmiş və onu inzibati qaydada həbs etmişlər. Bu səbəbdən də 2023-cü ilin oktyabr ayından o, Səiddən ayrılmışdır. Bu bir il ərzində o, Səidlə heç bir yaxınlıq etməmiş, onun adına kredit götürdüyü üçün hər ayın əvvəli onunla danışmışdır ki, krediti ödəsin. Onun onların evinə də gediş-gəlişi olmamışdır. Təxminən bu ilin oktyabr ayının əvvəllərindən etibarən Səidlə mütəmadi olaraq telefonla danışmağa başlamışdır. Onun istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Hətta o, Səidlə barışmaq istədiyini oğlu Məhəmmədəliyə də bildirmişdir. Məhəmmədəli isə ona onun adını çəkməməyini tapşırmış və onların barışmalarına razı olmadığını demişdir. Məhəmmədəli Səidin yenə də içib onu döyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, evdə olan zaman Səid ona zəng vurub harada olmağı ilə maraqlanmışdır. O, Səidə evdə olduğunu bildirdikdən sonra Səid onların evinə gələcəyini demişdir. Həmin gün oğlu Məhəmmədəli xalasıgilin evində olmuş, Səidin onlara gələcəyindən xəbəri olmamışdır. Təxminən saat 14:30 radələrində Səid onlara gəlmiş, həmin vaxtı o, evdə tək olmuşdur. Səid gələndən sonra o, yataq otağında çarpayının sol tərəfində uzanmışdır. Həmin vaxtı əynində nazik materialdan sarafan olmuşdur. Səid özü də əynində olan köynəyini çıxardıb mayka ilə onun yanına uzanmışdır. Onlar söhbət edən zaman qəflətən evin qapısı açılmış və Məhəmmədəli onların yataq otağına daxil olub uzandığını görən kimi heç bir söz demədən mətbəxə tərəf getmişdir. Onlar tez çarpayıdan qalxmış, bu zaman Məhəmmədəli əsəbi şəkildə otağa daxil olaraq sağ əlində saxladığı mətbəxdən götürdüyü bıçaqla Səidinə üzərinə gələrək ona tərəf zərbə atmışdır. O, qolunu qabağa vermişdir ki, onun qarşısını alsın, bu zaman sol qolu kəsilmişdir. Qorxusundan Məhəmmədəlini itələyib çölə qaçmışdır. O, qaçanda görmüşdür ki, Səid ona “Məhəmmədəli eləmə deyə” qışqırır. O, qaçdığı üçün onun Səidi necə və hansı şəraitdə vurduğunu görə bilməmişdir. Həmin vaxtı evin arxasında gizlənib gözləmişdir. Bu zaman görmüşdür ki, Səid evdən çıxıb əyilmiş vəziyyətə çölə tərəf getmişdir. Onun əynində qara rəngli qısaqol köynək olmuşdur. O, qorxusundan içəri daxil olmamış, bir qədər evin arxasında gizlənib özü də qaçıb həyətə getmişdir. Bir qədər fırlandıqdan sonra geri qayıdanda görmüşdür ki, evdə heç kim yoxdur. O, evdə olan xalçanın və bəzi əşyaların qana bulaşdığını görüb evi silib təmizləmiş, hətta yataq otağında yerə düşmüş bıçağı də hamam otağında yuyub təmizləmişdir. Bundan sonra Səidin istifadəsində olan mobil telefona zəng vurub hal-əhval tutmuş və ondan xahiş etmişdir ki, oğlunu tutdurmasın.Səiddə ona narahat olmamağını, bacısı Səmidə adlı şəxsin evində olduğunu, yarasına yod vurduğunu demişdir. Təxminən iki saat sonra Səidin bacısı oğluna zəng vurub hal-əhval tutanda o, dayısının bir-iki saat evdə qaldıqdan sonra özünü pis hiss etdiyi üçün X25 PHŞ-nə aparıldığını, orada cərrahi əməliyyat olunduğunu bildirmişdir. Həmin müddətdə oğlu Məhəmmədəli ilə heç bir əlaqəsi olmamış, onun harada olmasından da xəbərsiz olmuşdur. Sonradan onu 14-cü PŞ-dən zəng vurub şöbəyə dəvət etmişlər. O, polis gedib baş verənlər barədə məlumat vermiş, sonra isə oğluna zəng vurmuşdur. Məhəmmədəli də polisə tərəf gəldiyini, təslim olacağını bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasına səbəb onun Səid bir yerdə yaşamasına razı olmaması olmuşdur. Onu qısqandığına görə belə bir hərəkətə yol vermişdir. Məhəmmədəlinin Səidi necə və hansı şəraitdə vurduğunu görməmiş, sonradan eşitdiyinə görə Səidə yalnız bir dəfə bıçaqla zərbə vurmuşdur. Hadisə zamanı Məhəmmədəli onun özünü vurmağa cəhd etməmişdir. Otağa daxil olan kimi Səidin üzərinə hücum etmişdir. Ona tərəf zərbə atmaq istəyəndə o, qolunu qabağa verdiyi üçün qolu təsadüfən kəsilmişdir. Bundan sonra Məhəmmədəli onu vurmağa cəhd etməmişdir. Əvvəllər oğlu Məhəmmədəli ilə Səidin münasibəti yaxşı olmuşdu. Onlar bir ailə kimi bir evdə yaşamış, oğlunda psixi pozuntular əmələ gəldikdən sonra o, bir dəfə Səid adlı şəxslə dalaşmaq istəsə də, buna imkan verməmişdir. Əvvəllər heç vaxt oğlu Məhəmmədəli Səidi öldürməyə, bıçaqla vurmağa cəhd etməmiş, belə bir hərəkət edəcəyini dilinə gətirməmişdir. Hadisə təsadüfən onun onları bir yerdə görməsindən əsəbləşməsi səbəbindən baş vermişdir. Səid əvvəllər onu incitdiyi üçün oğlu Məhəmmədəli Səidin onların evlərində yaşamasına razı olmamışdır. Hadisə baş verən zaman evdə onların üçündən başqa heç kim olmamışdır. Məhəmmədəlinin hadisədə istifadə etdiyi bıçaq mətbəx bıçağı olmuş, dəstəyi ağ və göy rəngli plastik materialdan, tiyəsi isə dəmirdən olmuşdur. O, Səid ilə telefonla danışan zaman Səid ona şikayətçi olmayacağını bildirmişdir. O da Səidin xəsarətinin ciddi olmadığını düşünüb evdən qan iyi gəlməməsi üçün əşyaları, eləcə də bıçağı yuyub təmizləmişdir. Onun başqa bir məqsədi olmamışdır (İ cild, səh. 49-53). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisənin şahidi olmamış və Əli özü ona zəng edərək hadisənin olduğunu demişdir. Həmin gün Əli onlarda qalmış və səhər oyanaraq getmişdir. O, zəng edəndə Əli telefonu götürməmişdir. Əli evə çatıb-çatmadığını bilmək istəmişdir. Sonra zəng edərək “xala, hər tərəf qandır, kimə nə etmişəm bilmirəm amma” demişdir. təxminən iyirmi dəqiqəyə onlara getmiş və həmin vaxt Əlinin özlərinin qapısında oturub ağladığını görmüşdür. Evə girəndə kimsə olmamış, evdəkilərin harada olduğunu soruşduqda isə onların qaçdıqlarını demişdir. O da Əlini taksiyə oturdaraq evə gətirmişdir. Axşamtərəfi ona polisdən zəng edərək Əlini götürüb gətirməsini demişlər. Əlini oraya aparmış və izahat verəndən sonra Əli orada qalmışdır. Hadisədən əvvəl Məhəmmədəli ilə mərhum arasında münasibətlərin necə olması barədə məlumatı olmamış və həmin şəxsi tanımamışdır. Hadisəyə kimi Əli arasıra onlarda qalmışdır. Əlidə xəstəliyin əlamətləri olmuş və hər ayın 7-də iynə vurulmuşdur. Əsgərliyə kimi Əlinin problemləri olmuş, amma dərində olmamışdır. Hadisələr əsgərliyə gedəndən sonra başlamış və həkim iynə yazmışdır. Hər şeyə qarşı “mən bunu edə bilmərəm, qorxuram, ürəyim sıxılır” demiş, əsgərliyə getməzdən əvvəl “mən orada qala bilmərəm, mənim orada ürəyim sıxılır” demişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Şahid1 onun ögey bacısıdır. Bacısı Güllər 2002-ci ildə X23 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2003-cü il təvəllüdlü oğlu Məhəmmədəli dünyaya gəlmişdir. Oğlu hələ 6 aylıq olan zaman onlar rəsmi olaraq boşanmış və həmin vaxtdan etibarən bacısı Güllər uşağı özü tək böyütməyə başlamışdır. Bu illər ərzində atası Asif bir dəfə də olsun övladına baş çəkməmiş, onlara maddi dəstək göstərməmişdir. Bacısı Güllər isə müxtəlif restoranlarda ofisiant işləyib uşağını böyütmüşdür. O, özü də bir xala kimi daim Məhəmmədəliyə dəstək olmuş, demək olar ki onların evlərində böyümüşdür. Məhəmmədəli natamam orta təhsilli olub, təhsilini Ramana qəsəbəsində yerləşən 137 nömrəli tam orta məktəbdə beşinci sinifə qədər aldıqdan sonra oxuya bilmədiyi üçün yarımçıq saxlamışdır. Məhəmmədəli xasiyyətcə çox sakit, mədəni, heç kimlə işi olmayan, böyük-kiçiyin yerin bilən uşaqdır. Bu illər ərzində onun heç bir pis hərəkətinin şahidi olmamışdır. Spirtli içki içməmiş, narkotik vasitə qəbul etməmişdir. Onun səhətində ciddi bir problemdə olmamışdı. Lakin uşaq vaxtlarından hiss etmişdir ki, onda genetik olaraq psixi problemlər var. Bu səbəbdən də o, tez-tez onu nevropatoloq müayinələrinə aparmışdır. Məhəmmədəli təhsilini yarımçıq saxladıqdan sonra bir müddət avtoyuma məntəqəsində işləmişdir. 2020-ci ildə anası rəhmətə gedəndən sonra eşitmişdir ki, bacısı Güllər Səid adlı bir şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayır. Bundan başqa onun başqa kişilərlə də əvvəllər əlaqələrinin olduğunu eşitdiyi üçün bacısı ilə əlaqəni kəsmişdir. Buna baxmayaraq onun oğlu Məhəmmədəli ilə münasibəti davam edirmişdir. O, tez-tez onların evlərinə gəlib qalır, iki-üç gündən bir isə anasına baş çəkmək üçün öz evlərinə qayıtmışdır. Məhəmmədəli özü də Səidi tanımış, onlar bir evdə yaşamışlar. Buna baxmayaraq o, Səidin evlərində yaşamasına razı olmamış, daim ona utandığını, öz həmyaşıdları arasında anasının onu utandırdığını demişdir. O isə Məhəmmədəliyə təmkinli olmasını tapşırmışdır. 2021-ci ildə Məhəmmədəli 18 yaşı tamam olandan sonra hərbi xidmətə aparılmış, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət aparmağa başlamış, əsgərliyə gedəndən 3 gün sonra özünə xəsarət yetirərək qollarını, sonra isə bütün bədənini kəsmişdir. Bundan sonra onu Mərkəzi Hərbi Kliniki Hospitala gətirmişlər və psixi sarsıntılar keçirməsi səbəbindən həmin hospitalda 66 gün müalicə olunmuşdur. Həkimlər ona səhv etmirsə şizofreniya diaqnozu qoymuş və o, hərbidən təxris olunmuşdur. O, hərbidən təxris olunub evə qayıdandan sonra da onlar onun psixi vəziyyətinin normal olmadığını görüb 2022-ci il ərizində iki dəfə onu Maştağa qəsəbəsində yerləşən Respublika Psixatriya Xəstəxanası PHŞ-nə yerləşdirmişlər. Orada təxminən bir aydan çox müalicə alıb, evə buraxılmışdır. Evə gələndən sonra da hər ay həkimlərin məsləhəti ilə ona iynə vurulmuşdur ki, vəziyyəti pisləşməsin. Məhəmmədəlinin anası Güllərlə münasibəti normal olmuş, aralarında heç bir ədavət olmamışdır. O, Güllərin münasibətdə olduğu Səid adlı şəxsi heç vaxt görməmiş, tanımamış, onun barəsində heç bir məlumatı yoxdur. Lakin Məhəmmədəlinin dediyinə görə Səid tez-tez içib evə gəlib anası Gülləri döyüb incitmişdir. Hətta 2023-cü ilin oktyabr ayında o, Gülləri döydüyü üçün Güllər ondan polisə şikayət etmiş, bu səbəbdən də Səidi inzibati qaydada həbs etmişlər. Bundan sonra eşitmişdir ki, onlar ayrılmış, əlaqələri yoxdur. Bu səbəbdən də son zamanlar Məhəmmədəlinin özünün də anası ilə münasibəti yaxşılaşmış, ona anasında şikayətlənməmişdir. xx.xx.2024-cü il tarixdə Məhəmmədəli gecəni onların evində qalıb səhəri gün yəni xx.xx.2024-cü il tarixdə saat 14 radələrində anasına baş çəkmək üçün evlərinə getmişdir. Təxminən 30 dəqiqədən sonra onun evə çatıb-çatmaması ilə maraqlanmaq üçün Məhəmmədəlinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vursa da, telefona cavab verməmişdir. Təxminən 10 dəqiqədən sonra özü ona zəng vurub ağlaya-ağlaya hadisə törətdiyini bildirmişdir. O, əvvəlcə Məhəmmədəlinin onun evinin yaxınlığında yıxıldığını zənn etsə də, sonradan yenidən ona zəng vurub harada olması ilə maraqlandıqda öz evlərində olduğunu, Səid adlı şəxsi bıçaqla vurduğunu bildirmişdir. O, bunu eşidən kimi dərhal onların evlərinə getmiş, Məhəmmədəli evin qarşısında tək əyləşib ağlamışdır. O, evə daxil olmadan onu özü ilə götürüb öz evlərinə gətirmişdir ki, bir qədər sakitləşdirdikdən sonra polisə təhvil versin. O, Məhəmmədəlidən hadisənin necə və hansı şəraitdə törətdiyini soruşduqda sonuncu bildirmişdir ki, anasının evdə olmadığını düşünüb hasardan tullanaraq həyət daxil olub evin giriş qapsının açıq olduğunu görüb içəri daxil olandan anası Güllərlə Səidin yataq otağında olan çarpayıda uzandıqlarını görüb mətbəxdən bıçaq götürərək Səidin üzərinə hücum edib onu vurmuşdur. Lakin dediyinə görə hadisə vaxtı özündə olmadığı üçün ona dəqiq olaraq harasından və neçə dəfə zərbə vurduğunu xatırlamır. Onlar evə gələndən sonra o, Güllər ilə də telefonla danışmış, onun özü də Məhəmədəlinin sözlərini təsdiq edib, Səid adlı şəxsin yaralı olduğunu, şikayətçi olmadığını bildirmişdir. Təxminən bir-iki saat evdə oturduqdan sonra Güllər onlara zəng vurub 14-cü PŞ-də olduğunu bildirmiş və Məhəmədəlini də gətirmələrini tapşırmışdır. Onlar da birlikdə polis şöbəsinə getmişlər. Məhəmədəli istəməmişdir ki, anası Güllər həmin Səid adlı şəxslə bir yerdə yaşasın. Buna görə də hadisə vaxtı onları bir yerdə görüb əsəbləşərək onu bıçaqla vurmuşdur. Onun Səidi bıçaqla vurmaqda məqsədinin nə olduğunu bilmir. Özünün də dediyinə görə ümumilikdə neçə bıçaq zərbəsi vurmasından xəbərsizdir. Onun özü hadisənin şahidi olmamışdır. Bildiyimə görə Məhəmmədəli hadisə vaxtı anasını vurmağa cəhd etməmişdir. Bildiyinə görə bir dəfə Səid Gülləri döydüyü üçün Məhəmədəli onu kəllə ilə vurmaq istəsə də, anası buna imkan verməmişdir. Sonradan isə özü də Səidə tapşırmışdır ki, ondan və anasından uzaq gəzsin. X11 bıçaqla vurmaq istəsini eşitməmiş, belə bir hadisə birinci dəfə idi ki, baş vermişdir. Hadisə baş verən zaman evdə onların üçündən başqa heç kim olmamışdır. Məhəmədəli həmin gün evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək, üzərində qara rəngli uzunqol jaket və cins şalvar olmuşdur (İ cild, səh. 57-60). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, “8ci km”-də olarkən oğlu zəng edərək dayısının əlbəyaxa dava etdiyini və dayısını vurduqlarını demişdir. Oğluna “dava edibsə mən nə edim” demiş, oğlum da cavabında “mama, evə tez get” demişdir. Üzərindən 10 dəqiqə keçəndən sonra oğlu təzədən zəng edərək harada olduğunu soruşanda tez evə getməsini və Səidi bıçaqladıqlarını demişdir. Sonra bacısının yoldaşına zəng edərək Səidi bıçaqladılarını demişdir. Harada olmasını soruşduqda “Koroğlu”da olduğunu bildirmişdir. O, Xeyrənsə bacısına zəng edərək Səidi vurduqlarını və onların evində olduğunu demişdir. Kürəkəni onu Bakıxanovdan götürmüş və evə gəlmişlər, həmin vaxt qardaşının evdə əlini sıxıb dayandığını görmüşdür. Qardaşından nə olduğunu soruşduqda heç nə olmadığını, qışqırıb ağlayandan sonra da heç nə olmadığını demişdir. Qardaşını yaraya baxması üçün köynəyini qaldırmağa məcbur etmiş və həmin yaraya baxanda o, özündən getmişdir. Özü ayılanda qardaşına getmələrini demiş və ərazilərində cəmi iki təcili yardım olduğundan kürəkəninin maşını ilə getmişlər. Qardaşını Sabunçu xəstəxanasına təhvil verəndə özü cibindən pulunu, siqaretini və telefonunu onlara təhvil vermişlər. Qardaşını xəstəxananın içinə ayaqla aparmışlar, özü yerimişdir. Qardaşı maşından düşəndə özü yermiş, liftə də özü minmiş və onu heç kim tutmamışdır. Onlar xətəxanaya girib qardaşında bıçaq yarası olduğunu deyəndə heç bir yerə uzatmadan, piyada liftə mindirib aparmışlar. Gözlədikləri müddət ərzində onlara heç bir məlumat verilməmiş, nə qədər soruşsaq da indi məlumatın veriləcəyini demişlər. O, əməliyyatın saat neçədə başlamasını bilməmişdir. Onlar sonradan qardaşının Güllərin oğlu tərəfindən vurulduğunu bilmişlər. Qardaşı onlarda, digər bacısıgildə qalmışdır. Qardaşı Güllərgildə də qalmış, oğlu hətta onun qardaşına ata demiş və çörəyini yemişdir. Qardaşı Güllərgildə qaldığı müddət ərzində onların münasibətləri yaxşı olmuşdur. Səidlə Güllərin arasında olan hansısa mübahisədən onun məlumatı olmamışdır. Səid bir müddət Güllərin evində yaşamış, lakin son vaxtlar yaşamamışdır. 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Şahid1 qardaşı Səidlə qeyri-rəsmi ərarvad kimi yaşayan şəxs kimi tanımış, hətta Səid bir müddət onların evlərində yaşamışdır. Onun Güllərlə heç bir yaxınlığı, əlaqəsi olmamış, bir dəfə qardaşı onu onlarla tanış etmək üçün evinə gətirsə də, o, onların bu münasibətinə razı olmadığı üçün qardaşına Gülləri onların evinə gətirməsini qadağan etmişdir. Buna səbəb həmin qadının yüngül həyat tərzi keçirməsi olmuşdur. Bu səbəbdən də qardaşından xahiş etmişdir ki, ondan ayrılsın. Bildiyinə görə son bir il ərzində qardaşı Güllərdən ayrılmış, əlaqələri tamamilə kəsilmişdir. Güllərin oğlu Məhəmmədəlini isə tanımamış, heç vaxt görməmiş, Səidin dediyinə görə Məhəmmədəlinin psixi xəstəliyi olduğu üçün bir müddət Respublika Psixatriya xəstəxanasına müalicə almışdır. Məhəmmədəli ilə Səidin münasibətinin necə olduğunu da bilmirəm. Səid özü də mənə onunla arasında nə kimi problemin olduğunu deməmişdir. O, hadisədən iki gün əvvəl bacısıgilin evində Səidlə rastlaşmış, həmin vaxtı da ona hər hansı bir probleminin olduğunu deməmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evə olub, təxminən saat 11 radələrində evdən çıxıb 8-ci KM qəsəbəsində yerləşən bazara getmişdir. Təxminən saat 14 radələrində bazardan çıxıb evə qayıtmaq istəyən zaman oğlu Adil ona zəng vurub dayısı Səidin kiminləsə dalaşdığını, yaralı vəziyyətdə onların evinə gəldiyini bildirmişdir. O, bunu eşidən kimi dərhal avtobusa əyləşib evləri istiqamətdə getməyə başlamışdır. Yolda olan zaman yenə də oğluna zəng vurub nə baş verdiyini, Səidin kiminlə dalaşdığını soruşmuş, bu dəfə də ona heç bir söz deməmiş, lakin onun bıçaqlandığını bildirmişdir. O, təxminən saat 15:30 radələrində evə çatmış, həyəcanlı vəziyətdə içəri daxil olandan görmüşdür ki, qardaşı Səid evin həyətində sol böyründən tutub gəzir. O, Səidə yaxınlaşıb nə baş verdiyini, onu kimin vurduğunu soruşmuş, Səid isə cavabında kişi olduğunu, heç kimi satmayacağını bildirib, hadisənin necə və hansı şəraitdə baş verməsi barədə heç bir söz deməmişdir. O, dərhal onun əynində olan boz rəngli köynəyini qaldırıb yarasında baxanda özünü pis hiss etmiş, ona görə də ondan tələb etmişdir ki, təcili xəstəxanaya getsin. Lakin Səid buna razı olmayaraq xəstəxanaya getməkdən imtina etmişdir. Səidin bu hərəkətindən sonra həyəcandan huşu özündən getmiş, bir qədər keçəndən sonra onu oyatmışlar. Həmin vaxtı başının üstündə dayanmış qardaşı Səid ona xəstəxanaya gedəcəyinə söz vermişdir. Həmin vaxtı təxminən saat 18 radələri olmuşdur. Onlar onu yeznələrinin maşınına əyləşdirib X25 PHŞ-nə aparmışlar. Həkimləri onu qəbul edən kimi dərhal cərrahiyyə otağına qaldırmışlar. Lakin göstərilən tibbi yardımlara baxmayaraq qardaşı Səid dünyasını dəyişmişdir. Hadisənin şahidi olmadığına görə hadisə barədə dəqiq heç bir məlumatı yoxdur. Səid özü də nə ona, nədə ki, ailə üzvlərinə hadisənin hansı şəraitdə baş verməsi barədə heç bir söz deməmişdir. Əvvəllər Məhəmmədəli adlı şəxslə qardaşı Səid arasında nə kimi mübahisənin və ya davanın olmasını bilmir. Qardaşı Səid bu barədə heç bir söz deməmişdir. Hətta Səid onların evlərində yaşadığı müddətdə eşitdiyinə görə Güllərlə və onun oğlu ilə münasibəti yaxşı olmuşdur. Onun Səidi bıçaqla vurmaqda məqsədinin nə olduğunu bilmir. Səid hadisədən sonra onların həyətində yaralı vəziyyətdə ümumilikdə 3-4 saata qədər olmuşdur. Onun vaxtında xəstəxanaya getməməsinə səbəb özünün buna etiraz etməsi, kiməsə zəng vuracağı halda onlarla dalaşacağını bildirməsi olmuşdur. Onun özü də kiminsə tərəfindən bıçaqlandığını deməmişdir. Əksinə iş vaxtı ona armatur batdığını demişdir. Onlar da buna görə nə baş verdiyini dəqiq bilmədikləri üçün onu sakitləşdirmək məqsədi ilə nə polisə, nədə ki TTY-a zəng vurmamışlar (İ cild, səh. 141-144). 11.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısı Məzəndə Əhmədovanın oğludur. X26 ilə ailə həyatı qurmuş, onların bu nikahlarından 7 övladı var. Zərərçəkmiş şəxs evin kiçik övladıdır. Səid hələ uşaq olan zaman anası rəhmətə getdiyi üçün orta təhsil almamış, əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün hərbi xidmətə yararsız hesab olunaraq aparılmamışdır. O, xasiyyətcə əsəbi insan olsa da, bu illər ərzində onun kiminləsə ədavətinin, davasının şahidi olmamışdır. O, əvvəllər iki dəfə ailəli olub, boşanmış, birinci nikahından 2, ikinci nikahından isə bir qız övladı var. Bildiyinə görə onun keçmiş ailələri ilə əlaqəsi olmamışdır. Səidgil özləri də əvvəllər Şamaxı rayonu, Çarxan kəndində yaşasalar da, 1993-cü ildən Bakı şəhərinə köçüb müxtəlif ünvanlarda kirayədə yaşamağa başlamışlar. Səid ustalıqla məşğul olmuş, müxtəlif evlərin tikintisində işləyib özünü saxlamışdır. Bu illər ərzində o, Səidin heç bir pis hərəkətinin şahidi olmamışdır. Onun özü də kimdənsə şikayətlənməmiş, kiminləsə ədavətinin oluğunu deməmişdir. Təxminən 5 ildən çox olarmış ki, bacısı oğlu Səid Şahid1 ilə qeyri-rəsmi ərarvad kimi yaşamışdır. Onun Güllərlə münasibətim normal olmuş, ondan özünə və Səidə qarşı nə vaxtsa hörmətsizlik görməmişdir. Hətta Səid bir müddət onların evlərində də yaşamışdır. Bildiyimə görə son bir il ərzində Səid Güllərdən ayrılmış, hətta 2023-cü ilin sonlarında Güllər Səidin onu döyməsi ilə bağlı polisə şikayət etməsi səbəbindən Səidi bir ay həbs etmişlər. Lakin sonradan Güllər ondan şikayətçi olmadığı üçün Səidi buraxmışlar. Güllərin oğlu Məhəmmədəlini isə tanımamış, heç vaxt görməmiş, Səidlə onun münasibətlərinin hansı səviyyədə olduğunu bilmir. Səid ona nə vaxtsa Məhəmmədəli adlı şəxsdən şikayətlənməmişdir. xx.xx.2024-cü il tarixdə bütün günü işdə olmuş, həmin gün Səidlə əlaqəsi olmadığı üçün onun gün ərzində harada olmasından xəbəri olmamışdır. Təxminən saat 14:10 radələrində o, Səidin istifadəsində olan 077-330-46057 nömrəsinə Whotsapp sosial şəbəkəsi vasitəsi ilə səsli sms yazaraq hal-həval tutmaq istəmişdir. Lakin ona sms-nin çatmadığını görüb bacısı Nəciməyə zəng vurub Səidin harada olması ilə maraqlanmışdır. O isə cavabında Səidin bıçaqlandığını, bu səbəbdən də bacısı Səmidənin evinə getdiyini bildirmişdir. O, bunu eşidən kimi dərhal Səidə zəng vurmuş, bir neçə zəngdən sonra Səid telefona cavab verib bacısının evində olduğunu deyib, ondan ora gəlməyini istəmişdir. Lakin danışıq zamanı ona bıçaqlanması barədə heç bir söz deməmişdir. O, dərhal işdən çıxıb bacısıqızı Səmidənin evinə getmiş, orada çatanda görmüşdür ki, Səid evin həyətində gəzişir. O, Səidə yaxınlaşıb nə baş verdiyini soruşduqda, Səid Güllərgilin evlərində olan zaman oğlu Məhəmmədəli adlı şəxsin həmin evə gəlib onu bıçaqla vurduğunu bildirmişdir. O, bundan sonra Səidin köynəyini qaldırıb baxanda yarasının sarıqlı olduğunu görüb xahiş etmişdir ki, birlikdə xəstəxanaya getsinlər. Onun yarasını kimin sarıdığını bilmir. Səid şikayətçi olmadığını, buna görə də xəstəxanaya getmək istəmədiyini bildirmişdir. Hətta ondan xahiş etmişdir ki, həkim tapsın, onu evdə sağaltsınlar. O isə bunun mümkün olmadığını, dərhal xəstəxanaya getmək lazım gəldiyini bildirmişdir. Həmin vaxtı təxminən saat 15 radələri olmuşdur. Evdə yalnız Səidin yataq xəstəsi olan atası Vahid və onun iş yoldaşı Rəşad adlı şəxs olmuşdur. O, dəfələrlə Səiddən təcili getməyini xahiş etsə də, o, kəskin şəkildə buna etiraz edib heç yerə getməyəcəyini demişdir. Təxminən 15:30 radələrində qapıya tanımadığı bir şəxs gəlib özünü Məhəmmədəlinin dayısı kimi təqdim etmişdir. Onun özü də Səidi görüb ona birlikdə xəstəxanaya getmək lazım gəldiyini demişdir. Səid isə həmin şəxsdən xahiş etmişdir ki, gedib ona həkim tapsın. Həmin şəxs isə X25 PHŞ-də tanış həkimin olduğunu, gedib onunla danışacağını demişdir. Səid onun özünə də hadisə barədə heç bir söz deməmiş, sağaldıqdan sonra bu barədə danışacaqlarını bildirmişdir. Bundan sonra həmin şəxs çıxıb getmiş və elə bir-iki dəqiqədən sonra Səidin yeznəsi Rəcəb və bacısı Səmidə evə gəlib özləri də Səidi görüb ondan nə baş verdiyini soruşsalar da, Səid onlara da heç bir söz deməyib xəstəxanaya getməyəcəyini bildirmişdir. Onun bu sözündən sonra Səmidənin huşu özündən getmiş və təxminən 15-20 dəqiqə ərzində çalışıb onu oyatmışdır. Məhz bundan sonra Səid xəstəxanaya getməyə razılıq vermişdir. O, həmin vaxtı əynində olan boz köynəyini və qara rəngli şalvarını dəyişib Rəcəbin maşınına əyləşərək xəstəxanaya getmişdir. O öz maşını ilə onların arxasınca getmişdir. Həmin vaxtı saat 16:30 radələri olmuşdur. Onlar təxminən saat 17 radələrində xəstəxaya çatmış, Səid maşından düşüb siqaret çəkmək istəyəndə buna imkan verməmiş və onun qoluna girib birlikdə xəstəxaya daxil olmuşlar. Həkimlər onun yarasına baxandan sonra dərhal cərrahiyyə otağına aparmışlar. Saat 23 radələrinə qədər xəstəxanada olmuş, sonradan həkimlər çıxıb göstərilən tibbi yardımlara baxmayaraq Səidin öldüyünü bildirmişlər. Hadisənin şahidi olmadığına görə hadisə barədə dəqiq heç bir məlumatı yoxdur. Səidin dediyinə görə Güllərgilin evlərinə qonaq getmiş, bir qədər keçmiş Məhəmmədəli adlı şəxs həmin evə gəlib onu Güllərlə birlikdə gördükdən sonra bıçaqla üzərinə hücum edib onu vurmuşdur. Lakin Məhəmmədəli adlı şəxsin bacısı oğlu Səidi hansı səbəbə görə vurduğunu, hadisə hansı bıçaqdan istifadə etdiyini bilmir. Səidin dediyinə görə Məhəmmədəli adlı şəxs ona bir dəfə zərbə vurmuş, bu zərbədən sonra Səid evdən qaçıb işlədiyi yerə gedib Rəşad adlı fəhləsi ilə görüşmüş, sonra isə piyada bacısıgilin evlərinə gəlmişdir. Səidin hadisədən sonra başqa kimlərlə görüşdüyünü bilmir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər mübahisə, ədavət olub-olmaması ilə bağlı heç bir məlumatı yoxdur. Səid özü də ona bu haqda heç bir söz deməmişdir. Hadisənin şahidi olmuş şəxslər barəsində heç bir məlumatım yoxdur. O, təxminən saat 14 radələrində yaralı vəziyyətdə bacısıgilin həyətinə gəlmiş, onlar onu xəstəxanaya çatdıranda saat 17 radələri olmuşdur. O, ümumilikdə 3 saata qədər bacısıgilin həyətində olmuşdur. Onun vaxtında xəstəxanaya getməməsinə səbəb özünün buna etiraz etməsi, kiməsə zəng vuracağı halda onlarla dalaşacağını bildirməsi olmuşdur. O, evə gələn zaman görmüşdür ki, onun əynində boz rəngli köynək və qara rəngli cibli şalvar var. Xəstəxanaya gedəndə həmin paltarlar qana bulaşdığı üçün evdə əynini dəyişmişdir. Hazırda həmin paltarları istintaqa təqdim edir (İ cild, səh. 62-65). 12.«Meyitin ekspertizası» barədə 14 oktyabr 2024-cü il tarixli, 228 nömrəli ekspert rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığıması), ürəyin, ürək kisəsinin və sol ağciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; Sağ budun 1(bir) ədəd kəsilmiş səthi yarası. Xəsarətlər həyati olub, deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti mərhum S.V.X22 Mərkəzinə daxil olmasından (xx.xx.2024-cü il saat 17:10) az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə: Sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması), ürəyin, ürək kisəsinin və sol ağciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; Sağ budun 1 (bir) ədəd kəsilmiş səthi yarası canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. 2.Xəsarətlər ən azı 2 zərbənin təsirindən törənmişdir, lakin qısa zaman ərzində yetirildiyindən yetirilmə ardıcıllığını təyin etmək mümkün deyildir. 3.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin yaralanması nəticəsində inkişaf etmiş kəskin ürək çatmazlığı-ürəyin reflektor dayanması olmuşdur. Ölümün X25ndə baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. 4.Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən müxtəlif duruş vəziyyətlərində (ayaq üstü, oturaq və s.) ola bilərdir. 5.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. 6.Mərhum Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra qısa müddət ərzində məqsədyönlü hərəkət etmək və müqavimət göstərmək iqtidarına malik ola bilərdi (İ cild, səh. 199-206). 13.Məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 2591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin İİ barmağının səthi kəsilmiş yarası müəyyən eidlmişdir. Xəsarətlər kəsici kənara malik əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir (İ cild, səh. 100-101). 14.Məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2024-cü il tarixli, 2602 nömrəli rəyindən görünür ki, Şahid1 sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (İ cild, səh. 155-157). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16-Hüquqi şəxsi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 3052 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər “Kəskin polimorf psixotikpozuntu” diaqnozu ilə psixiatrik qeydiyyatda olmaqla müalicələrdə olmasını nəzərər alaraq, hazırda isə psixi vəziyyətinin ambulator şəraitdə düzgün qiymətləndirmək, diaqnozunun dəqiqləşdirilməsinə ehtiyac yarandığından və ona ittiham olunan əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə daha əsaslı və uzun müddətli müayinə üçün onun stasionar məhkəmə ekspertiza şöbəsinə göndərilməsi zəruridir (İ cild, səh. 158-160). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16-Hüquqi şəxsi kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 197 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (psixi xəstəliyi səbəbindən hərbi xidmətdən təxris olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» pubiik hüquqi şəxsində xx.xx.2022-xx.xx.2022; xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə «Kəskin polimorf psixotik pozuntu» diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində narahat və gərgin görünməsi, bir yerdə qərar tutmaqda çətinlik çəkməsi, simasında şübhəli ifadə müşahidə edilməsi, öz şəxsiyyətinə, zamana və məkana bələdliyinin formal olması, söz ünsiyyəti zamanı verilən suallara formal və qısa cavablar verməsi, söhbətə maraq göstərməməsi, verilən sualların məzmunundan kənarlaşaraq məntiqsiz fikirlər söyləməsi, bunları əsaslandırmağa çalışması, suallara bir qədər şübhəli yanaşması, anamnestik məlumatları səthi formada açıqlaması, bəzi sualları cavablandınvaqdan imtina etməsi və hisslərinin onu cavablandırmağa qoymadığını bildirməsi, mülahizə və mühakimələhndə məntiqsizlik, əlaqəsizlik müşahidə edilməsi, təfəkkürünün autik və paraloji xarakterli olması, aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptom qismində təqib, təsir və özünüböyütmə məzmunlu sayıqlama fikirlərinin müəyyən edilməsi, söylədiklərinə böyük inamla və əminliklə yanaşması, əks- arqumentləri heç cür qəbul etməməsi, dəqiqləşdirmək üçün verilən sualların məzmunundan kənarlaşaraq daha çox özünün maraqlandığı məlumatların üzərində dayanması, əsası olmayan müxtəlif fikirlərlə söyləyərək bunları əsaslandınnağa çalışması, emosiyalarında nisbətən kasadlıq müşahidə edilməsi, mimiki təzahürlərinin azifadəli və azmənalı olması, müayinə gedişində özünü qeyri-adekvat aparması, eşitmə hallusinasiyalarının təsiri altında olduğunun müşahidə edilməsi, divanda bir nöqtəyə baxaraq susması, səbəbsiz ətrafa şübhəli nəzərlərlə baxması, öz daxili aləmini tam açıqlamağı bacarmaması, öz xəstəliyinə ambivalent münasibət bəsləməsi, rabitəşizfikirlər söyləməsi, maraq dairəsinin məhdudlaşması, məsuliyyət hissinin enməsi, proqnozlaşdırma qabliyyətinin zəifləməsi, göndərdiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyd yanaşması, hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin olmaması və.s) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinəni yekunlaşdıraraq belə nəticəyə gəlinir ki, X2 yaddaş pozuntusu qeydə alınmadı (Müstenberq metodikası, on sözün yadda saxlanılması, obraz üzərində yaddaş testi). Təfəkkürünün autik, paraloji xarakter daşıması, tənqidinin zəifləməsi, məntiqsiz fikirlər söyləməsi, qeyri-adekvat özünüböyütmə fikirlərinə malik olması, fikirlərinin korreksiya olunmaması, hiss və həyəcanlarını, daxili aləmini açıqlaya bilməməsi, öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin olmadığı, gələcəyinə dair biganə yanaşması müəyyən edilir. Emosiyalarında qismən kasadlıq, ətrafa şübhəli baxışlarla nəzər salması, maraq dairəsinin məhdudluğu müşahidə olunur. İİ.Yekun hissəsi. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şirzofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan kəskin psixiatrik vəziyyətinin (hallüsinasiyalar və sayıqlama fikirləri) davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlüləliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 97.4-cü maddəsində qeyd edilir ki, öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazı-hazırda da “Paranoid Şirzofreniya” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin deyil, 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabliyyətinə malik deyildir. Məhkəməpsixoloji ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halı onda müəyyən edilən psixi xəstəliklə şərtləşdiyindən, o hadisə zamanı öz hərəkətlərini dərk etmək qabliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (İ cild, səh. 221-227). 17.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16-Hüquqi şəxsi təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 dekabr 2024cü il tarixli, 211 nömrəli rəyindən görünür ki, Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şirzofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan kəskin psixiatrik vəziyyətinin (hallüsinasiyalar və sayıqlama fikirləri) davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 97.4-cü maddəsində qeyd edilir ki, öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPMnin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazı-hazırda da “Paranoid Şirzofreniya” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin deyil, 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırki tinə görə Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabliyyətinə malik deyildir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs emosional halı onda müəyyən edilən psixi xəstəliklə şərtləşdiyindən, o hadisə zamanı öz hərəkətlərini dərk etmək qabliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs psixi-emosional halı onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (İİ cild, səh. 74-80). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16-Hüquqi şəxsi təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 aprel 2025-ci il tarixli, 54 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (psixi xəstəliyi səbəbindən hərbi xidmətdən təxris olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsində 16 may 2022-ci ildən 16 iyun 2022-ci ilədək; 11 fevral 2023-cü ildən 18 mart 2023-cü ilədək «Kəskin polimorf psixotik pozuntu» diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü ümumən narahat aparması, ünsiyyətə meylli olmaması, daxili həyəcanını bölüşməməsi, bəzən bir yerdə qərar tuta bilməməsi, gah əsəbi, gah da fikirli olması, öz daxili aləminə qapılması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində narahat və gərgin görünməsi, tez-tez şüphə ilə ətrafa baxması, bələdliyinin formal saxlanılması, ünsiyyət məhsuldar olmaması, söhbətə könülsüz qoşulub alçaq səslə danışması, suallara laqeyd yanaşması, təfəkkürünün bir qədər ləng tempdə olmaqla autik və paraloji xatarkter daşması, kəskin produktiv psixopatoloji simptomatika qismində nitqinin məzmununa diqqət yetirildikdə müxtəlif məzmunda təqib, təsir və özünüböyütmə məzmunlu sayıqlama fikirlərinin müəyyən edilməsi, öz daxili aləmini tam açıqlamaq istəməməsi, emosiyalarının dayanıqsız olması, sorğu- sual gedişatında affektiv qeyri-sabitliyinin aşkar büruzə verməsi, əhvaliruhiyyə fonunun bir qədər aşağı olması, psixiatriya xəstəxanalarında dəfələrlə yatdığını, müalicə aldığını bildirsə də, bu hadisəni xəstəliyi ilə əlaqələndiməməsi, əks arqumentləri heç bir halda qəbul etməməsi, maraq dairəsinin məhdudlaşması, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, gələcək aqibətinə laqeyd yanaşması, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq, bir mövzudan digərinə sürətli keçid almaq, fikirlərinin korreksiya olunmaması, mücərrəd anlayışları özünəməxsus tərzdə qavraması, təfəkküründə lənglik, konkretlik, autiklik və paralogiklik, ümumiləşdirmə və analizetmə qabiliyyətinin enməsi, proqnozlaşdırma funksiyasının zəif çıxış etməsi, tənqidi münasibətinin tam həcmdə olmaması, maraq dairəsinin məhdudluğu, zaman və məkan bələdliyinin formal olması, mahiyyət və məzmundan kənarlaşmaqla əlaqəsi olmayan mövzulardan danışmaq, əyri və ya dolayı məntiqlə çıxış etmək, adekvat olmayan özünü böyütmə ideyaları təqdim etmək, psixiemosional vəziyyətində ətrafında baş verənlərə, həmçinin törətdiyi əmələ qarşı biganəlik, laqeydlik, emosional solğunluq, davranışında qeyri-adekvatlıq və s. kimi əlamətlər aşkar olunur. İİ. Yekun hissəsi. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Hal-hazırkı psixi vəziyyətinə görə M. A. Əm i rxa novun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Buna görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onlan idarə etmək iqtidarında deyildir. Hal- hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən öncə, sonra və hal-hazırda da «Paranoid şizofreniya» formasında xroniki psixi patologiyadan əziyyət çəkdiyinə görə, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyəti normaya uyğun olmamış, keçirdiyi psix-emosional vəziyyətini psixi xəstəliyi şərtləndirmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. 19."xxxx" barədə 14 noyabr 2024-cü il tarixli, 508-MTKŞ/2024 nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 02 ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdirlər. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 02 ədəd dəlib-keçən zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tirəsi ilə törənməsi inkar olunmur. 3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində zədə və zədə izləri aşkar olunmadı. 4.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, jaket üzərində zədə və zədə izləri aşkar olunmadı. 5.Ekspertizaya təqdim edilmiş don üzərində zədə və zədə izləri aşkar olunmadı. 6.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan ləkələr qanın mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Şalvar üzərində olan ləkələr qan mənbəti ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamik kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Digər ləkələrin morfoloji əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla üst-üstə düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. 7.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus jaketin sol qolun arxa səthi boyu üzərində olan ləkələrdə qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki konkatk nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. 8.Ekspertizaya təqdim edilmiş don üzərində olan ləkələrin morfoloji əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla üst-üstə düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. 9 Ekspertizaya təqdim edilmiş bıçağın üzərində olan ləkələr yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. 10.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (İ cild, səh. 207-212). 20."xxxx" barədə 06 yanvar 2025-ci il tarixli, 718/24-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Abeta/H/(İİ). 2.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi O(İ) (Şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən). 3. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd bıçaq, mələfə, don, Təqsirləndirilən şəxs məxsus bir ədəd jaket və Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar və qısaqol köynək üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrtə tətqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halda isə həmçinin Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). 4.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar və qısaqol köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı (İ cild, səh. 213-218). 21.«Hadisə yerinə baxış keçirilməsi barədə» 13 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı mətbəx otağında olan masanın üzərindəki dəstəyi ağ və göy rəngli bıçaq, yataq otağından üzərində qan ləkəsi olan iki ədəd mələfə qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 5-9). 22.«Cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında» 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsi aparılan danışıqlar əsasən ailə üzvləri ilə olmuşdur. Onunla Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonlar arasında istər hadisə baş verən günü, istərsə də, ondan əvvəlki tarixlərdə hər hansı bir danışıq olmamışdır. Hadisə baş verən günü səhər saatlarında heç kimlə danışığı olmamış, saat 14:27-də xalası X5 istifadəsində olan ***-***-**-** nömrəli və xalasının əri X6 istifadəsində olan ***-***-**-** nömrəli telefonlarla olmuşdur. Başqa danışıq qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan smsdə iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon xx.xx.2024-cü il tarixdə əvvəlcə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük massivinin, saat 14:20-dən etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsinin, saat 16:36-dan etibarən isə yenidən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük massivinin anten dairəsində olmuşdur (İ cild, səh. 149). 23.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 23 oktyabr 2024-cü il tarixli, 12995 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Diaqnoz: Kəskin polimorf psixotik pozuntu (İ cild, səh. 154). 24.«Sübutların qiymətləndirilməsi haqqında» 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı evin yataq otağından götürülmüş bir ədəd mələfə, bir ədəd qadın donu, bir ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli jaket, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli qısa qol köynək, bir ədəd boz rəngli şalvar və iki ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq Sabunçu rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılır (İİ cild, səh. 81-100). 25.«Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 29). 26.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 4(008)- 635/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 oktyabr 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 97-99). 27.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2024-cü il tarixli, 4(008)- 739/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (İİ cild, səh. 19-23). 28.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2024-cü il tarixli, 4(008)- 740/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbirinə dəyişdirilmişdir. (İİ cild, səh. 24-28). 29.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 150). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 30.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 31.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 32.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 33.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirildiyi cinayət əməlini sübuta yetirilmiş hesab edərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2 və 95.0.4cü maddələrinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. 34.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 35.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 36.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. 37.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0 və 95.0.4-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. 38.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. 39.Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş «xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək» növündə təhlükəsizlik tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək» növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. 40.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. 41.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. 42.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan - hadisə yerindən götürülmüş bir ədəd mələfə, bir ədəd qadın donu və bir ədəd mətbəx bıçağı məhv məhv edilməli, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli qısa qol köynək, bir ədəd boz rəngli şalvar və bir ədəd «Redmi» markalı mobil telefon aparatı zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli jaket və bir ədəd «Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 43.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 44.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 45.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına ödənilməlidir. 46.Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.2, 93.1-1, 93.1-1.1, 95.0 və 95.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək» növündə təhlükəsizlik tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X24 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan - hadisə yerindən götürülmüş bir ədəd mələfə, bir ədəd qadın donu və bir ədəd mətbəx bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli qısa qol köynək, bir ədəd boz rəngli şalvar və bir ədəd «Redmi» markalı mobil telefon aparatı zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd qara rəngli jaket və bir ədəd «Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar