Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-961/2021 21.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Abbas» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Xırdalan şosesində yerləşən “Xan” hamamının yaxınlığında, piyada keçid nişanının altında sonuncu tərəfindən gizlətdiyi satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlayaraq yaşadığı evə daşımış, orada həmin narkotik vasitənin bir hissəsini şəxsi ehtiyacları üçün istifadə etmiş, qalan hissəsini satmaq məqsədi ilə bükülülərə yerləşdirmiş, xx.xx.2020-ci il tarixdə 17:50 radələrində Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 28 ünvanının qarşısında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisindən külli miqdarda 18 ədəd şəffaf rəngli sellofan bükümdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,350 qr., 0,360 qr., 0,410 qr., 0,460 qr., 0,422 qr., 0,393 qr., 0,355 qr., 0,350 qr., 0,384 qr., 0,396., 0,230 qr., 0,387 qr., 0,377 qr., 0,381 qr., 0,210., 0,380 qr., 0,382 qr., 0,198 qr., qram, ümumi çəkisi 6,425 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr-kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasirə-heroin və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd, səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki işləmir. 2015-ci il tarixdən etibarən o, mütəmadi olaraq gün ərzində 3-4 qram narkotik vasitə hesab olunan heroin istifadə edir. Gündəlik istifadə etdiyi narkotik vasitəni almağa pul tapa bilmədiyindən qərara gəlmişdir ki, özü istifadə etdiyi narkotik vasitə hesab olunan heroinin satışı ilə məşğul olsun. Narkotik vasitənin satışı ilə məşğul olmağının əsas səbəbi, narkotik vasitəni bir qədər ucuza topdan şəkildə alıb hissələrə bölməklə bir qədər bahasına sataraq şəxsi istifadəsi üçün lazım olan narkotikin pulunu çıxartmaq olmuşdur. Təxminən 6 ay əvvəl «Facebook» sosial şəbəkəsində təsadüfən tanış olduğu İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxslə söhbət edərkən, ona istəsə pərakəndə satış qiymətindən ucuz, yəni, qramı 30 manata olan heroini, qramını 15 manatda verməyi təklif etmişdir. O, Abbasın təklifi ilə razılaşmışdır. Aralarında olan şifahi sövdələşməyə əsasən, Abbasın ona «Whatsapp» sosial şəbəkə vasitəsi ilə şəklini göndərdiyi bank hesablarına alacağı narkotik vasitənin pulunu göndərmişdir. Abbas adlı şəxs də pulu qəbul etdikdən sonra «Whatsapp» sosial şəbəkə vasitəsi ilə ona zəng edərək narkotikin gizlədildiyi yerin foto şəkillərini atmışdır. O da Abbasın dediyi ünvanlara gedib narkotik vasitə heroini götürmüşdür. Abbas adlı şəxsdən qramını 15 manata aldığı narkotik vasitə hesab olunan heroini hissələrə bölüb hər bir qramını 30 manata müxtəlif şəxslərə satmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində istifadəsində olan «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə Abbas adlı şəxslə əlaqə saxlamış və Abbasa 20 qram heroin lazım olduğunu bildirmişdir. Abbas ona sosial şəbəkə vasitəsi hesab nömrəsi atmışdır. O, həmin hesab nömrəsinə «E-manat» ödəniş portalı vasitəsi ilə 300 manat pul göndərmişdir. Bir neçə dəqiqə sonra Abbas onunla əlaqə saxlamış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Xırdalan şosesində yerləşən “Xan” hamamının yaxınlığında piyada keçid işarəsinin altında 20 qram heroinin sellofan torbanın içində olduğunu bildirmişdir. O, Abbas dediyi ünvana getmiş və oradan sellofan torbanı götürüb cibinə yerləşdirib, evə getmişdir. Evdə narkotik vasitəni özünə məxsus tərəzidə çəkib, həqiqətən 20 qram olduğunu müəyyən etmişdir. Həmin narkotik vasitənin müəyyən hissəsini istifadə etmişdir. Qalan narkotik vasitə heroini satmaq məqsədi ilə, hər birinin içərisində 0,5 qram olmaqla dəqiq sayını xatırlamadığı sellofan büküm düzəltmişdir. Bükümlərin bir hissəsini həmin gün, bir hissəsini isə xx xxxxxx 2020-ci il tarixdə müxtəlif şəxslərə 15 manatdan satmış, qalıq 18 ədəd sellofan bükümü isə «Rothmans» markalı siqaretin içərisinə qoymuşdur ki, müştəri olsa satar. xx xxxxxx 2020-ci il tarixdə 17:50 radələrində yaşadığı evin qarşısında olarkən mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Sonra onlar onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bu zaman o, onlardan nə səbəbə saxlanıldığını soruşduqda polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində və üzərində saxlamağı barədə onlarda məlumat olduğunu bildirmişlər. Bundan sonra, o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində hər hansı bir əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, o, gödəkçəsinin cibində olan siqaret qutusunu və həmin kiçik həcmli tərəzini masanın üzərinə qoymuş və siqaret qutusunun içərisində narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən siqaret qutusu açılmış və içərisində olan sellofan bükümləri masanın üzərinə qoymuşlar. Sonra sellofan büküm və tərəzi sənədləşdirilərək götürülmüşdür. Bütün əməllərinə görə peşmandır və bir daha söz verir ki, narkotik vasitələrdən istifadə etməyəcək. Onun səmimi etiraflarını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Elan olunmuş cinayət işinin 137-142-ci vərəqələrində olan xx xxxx 2021-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokolunda qeyd olunan «WhatsApp» proqramında olan danışıqlara əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin danışıqları o, aparmışdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə həqiqətən “Ay Miri keçən səfər demişdin ki, əlavə 10-15 dənə atacam, keçən səfər ki, hak-hesabdan. Miri malım və pulum yoxdu sən öl 10-15 dənə at götürüm” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə “Anar qurban olum sənə nə lazımdı de təşkil edim sənin üçün” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə “səbirli ol həll edəcəm” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə “Yaxşı Miri yaxşı allah sənin canıvı saq eləsin, allah seni bizim başımızdan əskik eləməsin” məmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə “Deməli qardaş üzü Binəqədi sentiralnidən gəlirsən üzü Xırdalan istiqamətində. Yolun sağında zeytun və yolka ağaçları var, onların arasında piyada nişanı var onun dibində olan səkinin dibinə qoyduğunu bildirir” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə “Öpürəm miri allah canivı sağ eləsin sözləri” məzmunlu mesaj,; xx xxxxxx 2020-ci il tarixdə “Tanışlarından mal istiyən olsa de gəlib mənimlə işləsinlər” məzmunlu mesajlar Abbas adlı şəxsdən narkotik vasitə heroin almaq barədə aralarında baş tutan söhbətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin ÇAŞ-ın kiçik inspertoru vəzifəsində xidmət edir. Binəqədi rayon sakini Anar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Anarın cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün əməliyyat qrupu yaradılmışdır. Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci mədən, korpus ünvanının qarşısına gəlmişlər. Saat 17:50 radələrində göstərilən ünvanın qarşısında xarici görkəm əlamətlərinə görə Anar adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq onu saxlayıb, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra, Anarı 43-cü PB-nə apararaq təhqiqatçı, polis baş leytenantı Sənan Quliyevə təhvil vermişlər. Təhqiqatçı S.Quliyev ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli tərəzi və bir ədəd üzərinə “Rothmans” yazısı olan göy rəngli siqaret qutusunu, həmin gödəkçənin cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, əynində olan şalvarın sağ yan cibindən beş ədəd 1 manatlıq əsginasları çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açaraq içərisində açıq qəhvəyi rəngli maddə olan 18 ədəd şəffaf sellofan bükülüləri masanın üzərinə boşaltmışdır. Həmin 18 ədəd şəffaf rəngli sellofan bükülülərdən biri iştirakçılar tərəfindən açılaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddə göstərilərkən Təqsirləndirilən şəxs onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini İran vətəndaşı olan Abbas adlı şəxsdən aldığını, həmin İran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə danışdığını, hər dəfəsində həmin İran vətəndaşına bank kartı vasitəsilə pul göndərdiyini, pul ona çatdıqdan sonra həmin İran vətəndaşı narkotik vasitəni müxtəlif yerlərdə gizlədərək Anara götürməsi üçün xəbər etdiyini, bu minvalla xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən “Xan” hamamının yaxınlığından həmin siqaret qutusunun içərisindən həmin bükülülərlə birlikdə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin qramını 15 manatdan olmaqla 20 qram satış məqsədilə aldığını, qramını 30 manata satdığını bildirmişdir. Bundan sonra həmin bir ədəd qara rəngli tərəzi və 18 ədəd şəffaf rəngli sellofan bükülülər içərisində olan narkotik vasitəyə bənzər maddələr zərflərə qoyularaq qablaşdırılmışdır. Zərflər möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs həm öz istifadəsi üçün, həm də satmaq məqsədi ilə narkotiki İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə heç bir təsir və təziyq olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü etiraf etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, qərəzsiz mənbədən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 28, ev 246-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 28-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu, üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Cinayət işinin 30-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli tərəzi və bir ədəd üzərində “Rothmans” yazısı olan göy rəngli siqaret qutusu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd 1 AZN pulu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı başqa əşyalar aşkar edilməmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd üzərində “Rothmans” yazılı olan göy rəngli siqaret qutusunu açdıqda, içərisində açıq qəhvəyi rəngli maddə olan 18 ədəd şəffaf sellofan bükülülər aşkar edilmişdir. Həmin 18 ədəd şəffaf rəngli selofan bükülülərdən biri açılaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddə göstərilmiş və Təqsirləndirilən şəxs onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini İran vətəndaşı olan “Abbas” adlı şəxsdən aldığını, həmin İran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə danışdığını, hər dəfəsində həmin İran vətəndaşına bank kartı vasitəsilə pul göndərdiyini, pul ona çatdıqdan sonra həmin İran vətəndaşı narkotik vasitəni müxtəlif yerlərdə gizlədərək onu götürməsi üçün xəbər etdiyini, bu minvalla bir gün əvvəl, yəni, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Xırdalan şossesində yerləşən “Xan” hamamının yaxınlığından həmin siqaret qutusunun içərisindən həmin bükülülərlə birlikdə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin qramını 15 manatdan olmaqla 20 qram satış məqsədilə aldığını, qramını 30 manata satdığını bildirmişdir. Bir ədəd qara rəngli tərəzi və 18 ədəd şəffaf rəngli selofan bükülülər içərisində olan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 40-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2610 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki 18 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qr., 0,360 qr., 0,410 qr., 0,460 qr., 0,422 qr., 0,393 qr., 0,355 qr., 0,350 qr., 0,384 qr., 0,396 qr., 0,230 qr., 0,387 qr., 0,377 qr., 0,381 qr., 0,210 qr., 0,380 qr., 0,382 qr., 0,198 qr., ümumi təmiz çəkisi 6,425 qram olan qəhvəyi rəngli tozşəkiili maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 51-53-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(001)-1117/2020 saylı qərarından görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 61-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli tərəzi və bir ədəd üzərinə Rothmans yazısı olan göy rəngli siqaret qutusu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefonu, əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd 1 AZN-lik pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs, qara rəngli gödəkçəsinin və qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun gödəkçəsinin və şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ayağında olan açıq qəhvəyi rəngli ayaqqabı çıxarılaraq içərisinə baxılmışdır. Ayaqqabının içərisindən heçnə aşkar olunmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd üzərində Rothmans yazılı olan göy rəngli siqaret qutusunu açaraq içərisini boşaltması tələb edilmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunu açaraq içərisində açıq qəhvəyi rəngli maddə olan 18 ədəd şəffaf sellofan bükülüləri masanın üzərinə boşaltmışdır. Həmin 18 ədəd şəffaf rəngli selofan bükülülərdən biri iştirakçılar tərəfindən açılaraq içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddə göstərilərkən Təqsirləndirilən şəxs onun narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini iran vətəndaşı olan Abbas adlı şəxsdən aldığını, həmin İran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə danışdığını, hər dəfəsində həmin iran vətəndaşına Bank kartı vasitəsilə pul göndərdiyini, pul ona çatdıqdan sonra həmin iran vətəndaşı narkotik vasitəni müxtəlif yerlərdə gizlədərək ona götürməsi üçün xəbər etdiyini, bu minvalla bir gün əvvəl yəni xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi- Xırdalan şossesində yerləşən Xan hamamının yaxınlığından həmin siqaret qutusunun içərisindən həmin bükülülərlə birlikdə götürmüşdür. O, həmin narkotik vasitənin qramını 15 manatdan olmaqla 20 qram satış məqsədilə aldığını, qramını 30 manat satdığını bildirmişdir. Bundan sonra həmin bir ədəd qara rəngli tərəzi və 18 ədəd şəffaf rəngli selofan bükülülər içərisində olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Cinayət işinin 118-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 330-17445 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs heroin aldığı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 123-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 5/925 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A6” markalı “SM-A600FN/DS” modelli “**********74317, **********74315” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A6” markalı “SM- A600FN/DS” modelli mobil smartfonun yaddaşında mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur. Cinayət işinin 137-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2021-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun «WhatsApp» proqramına daxil olduqda orada Təqsirləndirilən şəxs +98-***-***-**-** nömrəli “X7” adlı şəxslə aralarında baş tutan yazışmalar və səslər olduğu görünür. Həmin yazışmalara və səslərdə aşağıdakı danışıqlar qeydə alınmışdır: xx xxxxxx 2020-ci il tarixdə +98-***-***-**-** nömrə ilə 13:17 dəqiqədə ümumilikdə 16 saniyə davam edən səs yazısında “Ay Miri keçən səfər demişdin ki, əlavə 10-15 dənə atacam, keçən səfər ki, hak-hesabdan. Miri malım və pulum yoxdu sən öl 10-15 dənə at götürüm” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə +98-***-***-**-** nömrə ilə 13:30 dəqiqədə ümumilikdə 7 saniyə davam edən səs yazısında “Anar qurban olum sənə nə lazımdı de təşkil edim sənin üçün” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə +98-***- ***-**-** nömrə ilə 13:30 dəqiqədə ümumilikdə 5 saniyə davam edən səs yazısında “səbirli ol həll edəcəm” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə +98-***-***-**-** nömrə ilə 13:45 dəqiqədə ümumilikdə 5 saniyə davam edən səs yazısında “Yaxşı Miri yaxşı allah sənin canıvı saq eləsin, allah seni bizim başımızdan əskik eləməsin” məmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə +98-***-***-**-** nömrədən göndərilmiş foto şəkildə yol yolun sağında piyada şəkili olunduğu görünür; xx xxxxxx 2020-ci il tarixdə +98-***-***-**-** nömrə ilə 17:05 dəqiqədə ümumilikdə 41 saniyə davam edən səs yazısında “Deməli qardaş üzü Binəqədi sentiralnidən gəlirsən üzü Xırdalan istiqamətində. Yolun sağında zeytun və yolka ağaçları var, onların arasında piyada nişanı var onun dibində olan səkinin dibinə qoyduğunu bildirir” məzmunlu mesaj; xx xxxxxx 2020-ci il tarixdə saat 18:44 Təqsirləndirilən şəxs yazmış olduğu smsdə “Öpürəm miri allah canivı sağ eləsin sözləri” yazıldığı görünür”; xx xxxxxx 2020-ci il tarixdə +98-***-***-**-** nömrə ilə 18:45 dəqiqədə ümumilikdə 13 saniyə davam edən səs yazısında “Tanışlarından mal istiyən olsa de gəlib məniumlə işləsinlər” məzmunlu mesajlar olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin səs yazıları xx.xx.2020-ci il tarixdə Abbas adlı şəxsdən narkotik vasitə heroin alması barədə aralarında baş tutan söhbətdir, foto şəkildə olan yer isə narkotik vasitə heroinin gizlədildiyi və onu götürdüyü yerdir. Cinayət işinin 159-160-cı vərəqələrində olan Bakı Şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Cəfər Nəzərovun xx xxxx 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Abbas adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 127-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2021-ci il tarixli, 61 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2461 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Onda xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Onda Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-20-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 88-89-cu vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(001)-947/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş tədqiqata sərf edildikdən sonra qalan qalıq 6,245 qram çəkidə olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, “Samsung Galaxy A6” markalı “SM-A600FN/DS” modelli “**********74317, **********74315” imei kodlu mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı və şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videoçəkilişin yazıldığı 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmaldıır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141.76 (yüz qırx bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş tədqiqata sərf edildikdən sonra qalan qalıq 6,245 qram çəkidə olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. “Samsung Galaxy A6” markalı “SM-A600FN/DS” modelli “**********74317, **********74315” imei kodlu mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videoçəkilişin yazıldığı 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 141.76 (yüz qırx bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-961/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-961/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver