Məhkəmə qərarları › İş №1(101)-961/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-961/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-961/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 20 oktyabr 2022-ci il tarixli tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan «Əhməd» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda müəyyən olunmayan qaydada əldə edərək, Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşdirdiyi ümumi təmiz çəkisi 691,152 qram olan külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub küstar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 150 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 238,595 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr - kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özünə məxsus mobil telefon aparatına yüklənmiş "Whatsapp" proqramı vasitəsi ilə şəxsiyyəti məlum olmayan “Əhməd” adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq, sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edib, 18 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisindən götürüb əldə edərək, sonradan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə daşıyıb, faktiki yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 332 saylı evin 10 saylı mənzilində saxlamış, satışını təmin etmək məqsədi ilə əldə edib evdə saxladığı həmin narkotik vasitələri və psixotrop maddəni 1 ədəd «Umweagh 500g x 0,0İd» markalı elektron tərəzi vasitəsilə hissələrə ayırmaqla 4 ədəd bükümdə ayrı-ayrılıqda 149,343 qram, 69,184 qram, 54,076 qram, 29,015 qram olmaqla, ümumi təmiz çəkisi 301,618 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,349 qram, 19,167 qram, 49,844 qram, 29,773 qram olmaqla, ümumi təmiz çəkisi 115,133 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan ayrı-ayrı şəxslərə satmaq üçün üzərində saxlamaqla daşımış, 20 oktyabr 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayon Polis idarəsi 5-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ və sol yan ciblərindən 4 ədəd bükümdə ayrı-ayrılıqda 149,343 qram, 69,184 qram, 54,076 qram, 29,015 qram olmaqla, ümumi təmiz çəkisi 301,618 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,349 qram, 19,167 qram, 49,844 qram, 29,773 qram olmaqla, ümumi təmiz çəkisi 115,133 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra, həyata keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq 21 oktyabr 2022-ci il tarixdə saat 01:45 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 332 saylı evin 10 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin aynabəndində yerləşən yazı masasının altından bir ədəd idman çantasındakı 1 ədəd qara rəngli əl çantasından üzərində narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetaminin izləri olan 1 ədəd «Umweagh 500g x 0İd» markalı elektron tərəzi, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 128,326 qram və 261,208 qram olmaqla, ümumi təmiz çəkisi 389,534 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr - kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 50 qram, 50 qram, 50 qram olmaqla, ümumi təmiz çəkisi 150 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 123,462 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr - kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini həmçinin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törətməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmiş, lakin məhkəmə baxışı zamanı onun həmin maddə ilə verilmiş ittiham üzrə təqsiri öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi. O, öz ifadəsində göstərdi ki, polis əməkdaşları onu bundan əvvəl 3 dəfə saxlamış, lakin heç bir şey aşkar edə bilmədikləri üçün buraxmışlar. Sonuncu dəfə də o, tutulanda üstündə narkotik vasitə olmamışdır. Lakin polis işçiləri onu ailəsi ilg təhdid etdikləri üçün onların dedikləri ilə razılaşmış və aşkar olunmuş narkotik vasitələrin hamısını qəbul etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, özü maşın ustası işləmiş, öz qazancı ilə özü üçün ev də tikmişdir. Narkotik vasitə kimi marixuanadan istifadə etmişdir. Polis əməkdaşları onu saxlayanda üstündə narkotik vasitə olmamış, lakin polislər evdən onun pulunu, maşından tozsoranı və eynəyini götürmüşlər. Ondan aşkar olunan kartların biri anasına məxsus olmuş, bəzi kartlar isə işləməmişdir. Polis işçiləri onu tutanda özünü itirmişdir. Saxlanılarkən onda «lirika» və nəşə olmuş, başqa narkotiklər olmamışdır. Ondan əvvəl polis əməkdaşları qardaşını da tutmuş, onu da 19 qramla yükləyib həbs etmişlər. Tutularkən onda “lirika” kimi tanıdığı narkotik vasitə olsa da, onu ittihamda göstərməmişlər. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməklən imtina etsə də, ibtidai istintaq zamanı 22 oktyabr 2022-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, təxminən səkkiz aya yaxındır narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə metamfetamindon çəkmək üsulu ilə istifadə edir. 18 oktyabr 2022-ci il tarixdə axşam saatlarında istifadə etdiyi mobil telefon vasitəsi ilə anket məlumatını bilmədiyi İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi Əhməd adlı şəxslə «WhatsApp» yazışması aparmış, Əhməd adlı şəxs ona bildirmişdir ki, Xəzər rayonu ərazisində narkotik vasitə heroin, qurudulmuş marixuana və psixitrop maddə metamfetamin qoyacaqdır, o da, həmin yerə gedib qoyulmuş maddələri götürəcək və sonuncunun dediyi yerə qoyacaq. Sonra Əhməd adlı şəxs ona məxsus mobil telefonun «WhatsApp»ına həmin yerin konumunu atmış və o, konumla axtarıb həmin yeri tapmış və Əhməd adlı şəxsin qoyduğu maddələri götürüb yaşadığı evə gəlmişdir. O, həmin narkotik vasitələri və psixotrop maddəni yaşadığı evdə olan aynabənddə yazı masasının alt hissəsində gizlətmişdir. Sonra o, «WhatsApp» vasitəsi ilə Əhməd adlı şəxslə danışmış, Əhməd ona demişdir ki, həmin narkotik vasitənin bir qədərini sabah götürüb üzərində saxlayar, onun dediyi şəxsə çatdırar. Həmçinin Əhməd adlı şəxs ona demişdir ki, sonuncuya bank kartının şəklini atsın ki, gördüyü işin qarşılığında həmin karta pul köçürəcək və istifadə etmək üçün narkotik vasitə heroin verəcək. 20 oktyabr 2022-ci il tarixdə saat 20:50 radələriııdə o, dörd ədəd bağlamada olan həmin narkotik vasitəni və psixotrop maddəni üzərində götürərək yaşadığı evdən çıxıb idarə etdiyi ** FK *** dövlət nömrə nişanlı «Nissan» markalı avtomobili ilə Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 28 saylı ünvanın yaxınlığına gəlib avtomobildən düşən zaman iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, onu, arvadını və azyaşlı oğlunu Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyib birlikdə Polis bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən, o, əynində olan gödəkçənin sağ və sol hər birindən iki ədəd olmaqla dörd ədəd bağlamanı çıxardıb könüllü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır. Həmin maddələri iki gün əvvəl axşam saatlarında Xəzər rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Əhməd» adlı şəxsin deməsinə uyğun olaraq yerdən götürüb üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş dörd ədəd bükülüdə olan maddələr müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və hamı tərəfindən zərf və protokol imzalanmışdır. Daha sonra isə polis əməkdaşları onun və arvadının razılıq ərizəsinə əsasən ona məxsus avtomobilin içərisinə də baxış keçirmiş, lakin baxış zamanı hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi həmin ifadəsinə görə, daha sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 332, mənzil 10 ünvanına gəlmiş və mənzilin aynabəndində olan yazı masasının alt hissəsində gizlətdiyi idman çantasını gətirib polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin çantanın içərisindən üç bükümdə narkotik vasitə qurudulmuş marixuananı, iki ədəd bükümdə narkotik vasitə heroini, bir bükümdə psixotrop maddə metamfetamini, bir ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Həmçinin polis əməkdaşları idman çantasının içərisindən bir ədəd içərisində ümumilikdə 12.000 manat pul olan əl çantasını aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, həmin 12.000 manat pulun 7.000 manatını narkotik vasitələri və psixotrop maddələri sataraq əldə etmiş, 5.000 manat pulu isə özü qazanmışdır. Bundan sonra polis əməkdaşları aşkar edilmiş narkotik vasitələri, psixotrop maddəni, elektron tərəzini qablaşdırmışlar və bu barədə protokol tərtib etmişlər, onun özü və iştirakçılar həmin protokolu imzalamışlar. Bundan sonra polis əməkdaşları aşkar edilmiş 12.000 manat pulu iki ədəd zərfə qoyaraq, yəni bir ədəd zərfə 7000 manat, digər zərfə isə 5000 manat pulu qoyaraq götürmüşlər. Həmçinin üzərinə, ona məxsus avtomobilə və yaşadığı evə baxış keçirilməsi zamanı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (cild 1, iş vərəqi 68-70, 82-84, 235-237, 279-280). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokoldakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, ifadəni polis əməkdaşlarının özlərinin yazdıqlarını və onun da imzaladığını, onun üstündə narkotik vasitə olmadığını, lakin «lirika» və nəşənin yaşadığı evdən aşkar olunduğunu, törətdiyi əmələ görə peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 ifadəsində göstərdi ki, 20 oktyabr 2022-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək onun rəhbərliyi və əməliyyat müvəkkili Şahid3 də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və həmin gün saat 20:50 radələrində Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, 28 ünvanının yaxınlığında idarə etdiyi ağ rəngli «Nissan» markalı avtomobilin yanında saxlanılmışdır. Sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi bildirilərək, onun razılığı ilə Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış aparılmışdır. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynində olan cins şalvarın ciblərində olan açarları, sənədlərini, müxtəlif bank kartlarını, əynindəki gödəkcənin sol və sağ yan ciblərinin hər birindən 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd qara rəngli selofan bükümləri və əlində saxladığı 1 ədəd əl çantasını təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təqdim olunanlardan əlavə qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 80 qəpik pulu, yaşadığı evinin açarı, avtomobilinin açarı özünə qaytarılsa da, sonuncuya məxsus plastik bank kartları sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasına baxış keçirilən zaman içərisindən 1 ədəd «İphone» markalı, 2 ədəd «Redmi» markalı mobil telefonlar və 168 manat pul aşkar edilmişdir. Mobil telefonlar götürülsə də, 168 manat pul vəsaiti onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd qara rəngli selofan bağlamaya baxış keçirilən zaman hər birinin içərisində 1 bükümdə heroinə bənzər kütlə və 1 bükümdə metamfetaminə bənzər kütlə olmaqla, ümumilikdə 4 bükümdə heroinə bənzər kütlə və 4 bükümdə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra selofan bükümlər 1 ədəd içərisi boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümlərdə olan maddələrin metamfetamin və heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyaraq pul əldə elmək məqsədilə üzərində saxladığını, üzərindən aşkar edilmiş «Leobank»a məxsus kart vasitəsilə həmin gəlirləri nağdlaşdırdığını, həmin maddələri bir müddət əvvəl tanış olduğu və nömrəsini telefonunda qeyd etdiyi İran vətəndaşı «Əhməd» adlı şəxsin vasitəsilə 2 gün öncə Xəzər rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün də 8 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, Əhməddən götürdüyü narkotik maddələrin bir hissəsini Yasamal rayonunda yaşadığı evində gizlətdiyini, avtomobilinə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını, bu cinayəti törətməkdə məqsədinin pul əldə etmək olduğunu, saxlanılan zaman və polis bölməsində onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şahid Miryusif Seyidovun ifadəsinə görə, sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilsə də, hər hansı qanunsuz əşya müəyyən edilməmişdir. Bundan sonra tədbir iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 332, mənzil 10 ünvanına getmişlər. Həmin mənzil sahibinin razılığı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evdə də psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmiş, mənzilin aynabəndinə çıxaraq orada olan yazı stolunun altından 1 ədəd idman çantasını, stolun üzərindən isə 1 ədəd qara rəngli əl çantasını təqdim edərək, çantanın içərisində narkotik maddələri, əl çantasında isə pul vəsaitini saxladığını bildirmişdir. Həmin idman çantası və əl çantası götürülərək baxış keçirilməsi üçün qonaq otağına gətirilmişdir. İdman çantasına baxış zamanı çantanın içərisindən 1 ədəd elektron tərəzi, 3 ədəd selofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd selofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd selofan bağlamada psxiotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin maddələr yenidən idman çantasına qoyularaq qablaşdırılmış və götürülmüşdür. Əl çantasına baxış zamanı ümumilikdə 12000 manat pul olması, həmin pulların 5000 manatının ayrı, 7000 manatının isə ayrı şəkildə qoyulması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin 7000 manat pulu narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyini, 5000 manat pulu isə özünün işləyərək qazandığını bildirmişdir. Həmin pullar da 2 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Nicat yaşadığı ünvandan aşkar edilmiş maddələrin narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 2 gün öncə Xəzər rayonu ərazisində ona deyilən yerdən götürdüyünü, həmin yerə narkotik maddələrin qoyulmasını adını "Əhməd" kimi bildiyi İran vətəndaşının bildirdiyini, həmin şəxsin nömrəsini telefonunda qeyd etdiyini, 2 aya yaxındır ki, bu işlə məşğul olduğunu, həmin maddələri deyilən yerlərə qoyması müqabilində pul əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması, onun Binəqədi RPİ, 5-ci Polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi tədbirlərində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Miryusif Seyidovun ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 şahid qismində verdiyi ifadəsində göstərdi ki, 19 oktyabr saat 9-10 radələrində əri Nicat və oğlu və marketə su almağa getmişlər. Bu vaxt kimsə maşına qabaq oturacağa oturmuşdur. O, həmin şəxsdən kim olduğunu soruşduqda, sonuncu kim olduğunu biləcəyini demişdir. Sonra marketin içində polis işçiləri Nicatı tutmuş və maşına gətirmişlər. Oradan isə onların hamısını 5-ci Polis bölməsinə aparmışlar. Daha sonra polis işçiləri onların icazəsi olmadan evə girmiş və evi alt-üst edərək 12.000 manat pul götürmüşlər. Sualları cavablandıran Şahid1 bildirdi ki, polis işçilərinin qanunsuz hərəkətləri barədə harasa müraciət etməmiş, bunu qorxduğu üçün etməmişdir. Evə baxış keçirərkən polis işçiləri idman çantası gətirmiş, Nicata demişlər ki, çəkiliş zamanı evdən aşkar olunmuş pulun 7000 manatının narkotiklərin satışından qazandığını bildirsin. Onu Nicatla birlikdə evə gətirmişlər, aşağıda gözləmişlər, sonra isə bir yerdə evə qalxmışlar. Narkotik vasitəni çəkiliş aparılan vaxt aşkar etmişlər. Həmin vaxt Nicat da, o da, narkotik vasitənin özlərinə məxsus olmadığını bildirmişlər. Evə baxış zamanı vəkil də iştirak etmişdir. Həmçinin 5-ci Polis bölməsində Nicatın şəxsi axtarışı zamanı da vəkil iştirak etmişdir. Əvvəllər o, həmin idman çantasını evdə görməmişdir. Həmçinin evdə tərəzi də olmamışdır. Evdən aşkar olunan pul onun qaynanasına məxsus olmuş, həmin pul onun müalicəsi üçün yığılmışdır. Nicat tutulandan 3 gün sonra müstəntiq onu yanına çağırıb dindirmiş, indi məhkəmədə necə ifadə verirsə, müstəntiqin yanında da eyni ifadəni vermişdir. Polis işçiləri tərəfindən saxlanılarkən Nicatın üstündən heç nə aşkar olunmamışdır. Polis bölməsində Nicatın şəxsi axtarışı keçiriləndə o, iştirak etməmiş, həmçinin evə baxış keçirilməsinə icazə verilməsi barədə ərizəni də o, yazmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə rəsmi qaydada ailə qurmuş və onların nigahdan üç uşağları olmuş, həmçinin o, ailə quran vaxtdan Nicatla sonuncunun yaşadığı evdə yaşamışdır. Nicat avtomobil təmiri ilə məşqul olaraq ailəsini dolandırmışdır. 20 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində o, Nicatla birlikdə yaşadığı evdən çıxıb birlikdə ərzaq malları almaq məqsədi ilə "Bravo" marketə getmişlər. Həmin vaxt Nicat avtomobildən düşüb marketə getmiş, o isə, azyaşlı övladı Nihatla avtomobildə Nicatı gözləmişdir. Bir neçə dəqiqə keçəndən sonra avtomobilə tanımadığı şəxslər yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirərək ondan Nicatı soruşmuş, o isə, Nicatın marketə getdiyini onlara bildirmişdir. Bu zaman Nicat marketdən çıxmış və polis əməkdaşları Nicata yaxınlaşıb avtomobilə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra polis əməkdaşları Nicata məxsus "Nissan" markalı ** FK *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları ilə birlikdə yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları videoçəkilişdən istifadə edərək yaşadıqları ünvan 6 ünvana onun və Nicatın razılıq ərizələri əsasında baxış keçirmişlər. Baxış zamanı evin balkonunda yerləşən yazı masasının yanından idman çantası aşkar edilmişdir. İdman çantasının içərisinə baxış keçirilərkən oradan üç ədəd selofan bağlama, bir ədəd elektron tərəzi və ümumilikdə 12000 manat pul aşkar edilmişdir. Sorğu zamanı Nicat bildirmişdir ki, idman çantasının içərisindən aşkar edilmiş bağlamanın birinin içərisində narkotik vasitə heroin, ikinci bağlamada psixotrop maddə metamfetamin, digər bağlamanın içərisində isə narkotik vasitə marixuanadır. Aşkar edilmiş 12000 manat pulun 7000 manatını narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini, 5000 manatı isə özü işləyərək qazandığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş bağlamaları və 7000 manat pulu qablaşdıraraq götürmüş, 5000 manat pulu isə ona təhvil vermişlər. Daha sonra polis əməkdaşlan Nicatı aparıb getmişlər (cild 1, iş vərəqi 178-180). Elan olunmuş ifadə, həmçinin iş vərəqi 41-də olan ərizə ilə bağlı sualları cavablandıran Şahid1 həmin ərizəni özünün yazmadığını, lakin ərizədəki imzanın, həmçinin dindirmə protokolundakı imzaların özünə məxsus olduğunu, elan olunmuş ifadənin doğru olduğunu bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən həmin tarixdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd avtomobil açarıııı, 1 ədəd yaşadığı mənzilinin açarını, 80 qəpik pulunu, sol yan cibindən 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd şəxsiyyət vəsiqəsini, üzərində **********907018 rəqəmləri əks olunmuş 1 ədəd «Kapital Bank»a məxsus bank kartını, üzərində **********836628 rəqəmləri əks olunmuş «Rabitə Bank»a məxsus 1 ədəd plastik bank kartını, üzərində **********715213 rəqəmləri əks olunmuş və üzərində **********661822 rəqəmləri əks olunmuş «Leo Bank»a məxsus 2 ədəd plastik bank kartını, əynində olan qara rəngli gödəkcənin sol və sağ yan ciblərinin hər birindən 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd qara rəngli selofan bükümü və sol əlində saxladığı 1 ədəd əl çantasını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 80 qəpik pulu, yaşadığı evinin açarı, avtomobilinin açarı özünə qaytarılsa da, sonuncuya məxsus plastik bank kartları iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasına baxış keçirilən zaman içərisindən 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan «İphone» markalı, içərisində ***-***-**-** GSM nömrə olan və içərisində ***-***-**- **, ***-***-**-** GSM nömrə olan 2 ədəd «Redmi» markalı mobil telefonları və 168 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefonlar götürülsə də, 168 manat pul vəsaiti özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd qara rəngli selofan bağlamaya baxış keçirilən zaman hər birinin içərisində 1 bükümdə heroinə bənzər kütlə və 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olmaqla, ümumilikdə 4 bükümdə heroinə bənzər kütlə və 4 bükümdə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Heroinə bənzər kütlələrin ümumi çəkisinin 306 qram, metamfetaminə bənzər kütlənin ümumi əksinin isə 118 qram olması müəyyən edilmişdir. Həmin selofan bükümlər əvvəlcə selofan torbaya, daha sonra isə 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİNnin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədilə üzərində saxladığını, üzərindən aşkar edilmiş «Leobank»a məxsus kart vasitəsilə həmin gəlirləri nağdlaşdırdığmı, həmin maddələri bir müddət öncə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı ''Əhməd” adlı şəxsin vasitəsilə 2 gün öncə Xəzər rayonu ərazisindən gizlədilmiş yerdən götürdüyünü, həmin şəxsin əlaqə nömrəsinin mobil telefonunda qeyd olunduğunu, özünün 8 aya yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, götürdüyü narkotik tərkibli maddələrin bir hissəsini özünün Yasamal rayonunda yaşadığı evində gizlətdiyini, avtomobilinə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmamasını, bu əməli törətməkdə məqsədinin pul əldə etmək olduğunu, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Binəqədi RPİnin 5-ci PB-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə etməklə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən video çəkilişi aparılmışdır. Aparılan videoçəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Cinayət işində olan 21 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində saxladığı maddənin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin maddələrin qalan hissəsini yaşadığı ünvan 7 ünvanında gizlətdiyini və ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin ünvana baxış keçirilməmişdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qalan hissəsini mənzilin aynabəndində saxladığını bildirərək, həmin otağa daxil olmuş və orada olan yazı stolunun altından 1 ədəd idman çantasını, stolun üzərindən isə 1 ədəd qara rəngli əl çantasım təqdim edərək, çantanın içərisində narkotik maddələri, əl çantasında isə pul vəsaitini saxladığını bildirmişdir. Həmin idman çantası və əl çantası götürülərək baxış keçirilməsi üçün qonaq otağına gətirilmişdir. İdman çantasına baxış zamanı içərisindən 1 ədəd elektron tərəzi, 3 ədəd selofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd selofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd selofan bağlamada psxiotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər kütlənin ümumi çəkisinin 402 qram, metamfetaminə bənzər kütlənin çəkisinin isə 129 qram olması müəyyən edilmişdir. Həmin maddələr idman çantasına qoyularaq qablaşdırılmış və götürülmüşdür. Əl çantasına baxış keçirilən zaman ümumilikdə 12000 manat olmaqla, 5000 manat ayrı, 7000 manat ayrı şəkildə qoyulmuş pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin 7000 manat pulu narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini, 5000 manat pulu isə özü işləyərək qazandığını bildirmişdir. Həmin pul vəsaitləri də 2 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələrin narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 2 gün öncə Xəzər rayonu ərazisindən ona deyilən yerdən götürdüyünü, həmin yerə narkotik maddələrin qoyulmasını ona adını ’'Əhməd" kimi bildiyi İran vətəndaşının bildirdiyini, həmin şəxsin nömrəsini telefonunda qeyd etdiyini, 2 aya yaxındır ki, bu işlə məşğul olduğunu, həmin maddələri deyilən yerlərə qoyması müqabilində pul əldə etdiyini, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu əməlindən həyat yoldaşı da daxil olmaqla heç kimin məlumatı olmamasını bildirmişdir. Bundan sonra onun razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-R formatlı diskdə 20 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı çəkilmiş videogörüntülər əks olunmuşdur və həmin videogörüntülərlə şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlar uyğunluq təşkil edir. Cinayət işində olan 05 noyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-R formatlı diskdə 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış zamanı çəkilmiş videogörüntülər əks olunmuşdur və həmin videogörüntülərlə şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlar uyğunluq təşkil edir. Cinayət işinə əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-nin RB02-3636 nömrəli 11 noyabr 2022-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan **********836628 nömrəli kart hesabından aparılmış əməliyyatlara dair məlumatlara baxış keçirilmiş, bu zaman həmin kart hesabından xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pul köçürülmələrinin aparılması, həmin köçürmələrin «www.birbank.az», «Kalashnikov Svetozar», «EFİM YARKİN» «RABİTA UFX», «Rumyanczev Tykhon», «Tyushnyakov Bogdan», «FANDA DARYA», "xxxx", «BORİSOVA ELENA», «MALYKlN ARTEM», «NOVİKOVA ELENA», «RABİTA C2C» adlı kart və ya tətbiqlərdən istifadə etməklə aparılması müəyyən edilir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Unibank" ASC-nin 49/1188 nömrəli 21 dekabr 2022-ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilən zaman CD diskdə “1822", “5213", “Kapt- 1822-əməliyyətlar", “Kart-5213-əməliyyatlar" adlı 4 fayl vardır. “Kart-5213-əməliyyatlar" adlı və “Kapt-1822-əməliyyatlar"adlı fayllarda iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əməliyyat müəyyən edilməmiş, "1822" adlı faylda bank əməliyyatlarının aparılması və həmin əməliyyatların xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılması, əməliyyatların müxtəlif vaxtlarda məxaric olunan məbləğlərdən ibarət olması müəyyən edilir. “5213” adlı faylda bank əməliyyatlarının aparılması və həmin əməliyyatların xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılması, əməliyyatların müxtəlif vaxtlarda məxaric olunan məbləğlərdən ibarət olması müəyyən edilir. Fayllarda olan sənədlər çap edilməklə protokola əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 7/1199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı ünvandan..." yazısı və imzalar olan qara rəngli cantadakı 3 (üç) ədəd qara rəngli selofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 50 qram, 50 qram, 50qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 150 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2022-ci il tarixli 6/6113 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün 7№"-li dairəvi möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.. " yazısı və imzalar olan kağız paketdəki: - 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 149,343 qr, 69,184 qr, 54,076 qr, 29,015 qr, ümumi təmiz çəkisi 301,618 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üşulla hazırlanmış narkotik vasitə heroindir; - 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiiəri 16,349 qr, 19,167 qr, 49,844 qr, 29,773 qr, ümumi təmiz çəkisi 115,133 qram təşkil edən ağ rəngii kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfelanundir. Tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə.. " yazısı olan çantadakı, - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 128,326 qr və 261,208 qr, ümumi təmiz çəkisi 389.534 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 123,462 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - bir ədəd arxasında "Unıweıgh 500 g x 0,01d" yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və nıetamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilrək götürülmüş heroinin ümumi təmiz çəkisi 691,152 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilrək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 238,595 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin "Azərbaycan Reşpublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildirlər. Məhkəmə kompüter-texniki ekspertizasının 25 noyabr 2022-ci il tarixli 5/1309 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və "Android" əməliyyat sistemi ilə təhciz olunmuş "X11 8" markalı arxa məlumat lövhəsinə görə "M 190SC3JG" modelli, mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və "Android" əməliyyat sistemi ilə təhciz olunmuş "X11 8 Pro" markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş "Xiaomi" markalı mobil smartfonlara istifadəçi tərəfindən ekran kilidi tətbiq edildiyindən onların "Menyu" hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəflərindəki məlumat lövhələrində və "SİM" danışıq kartı yerləşən yuvada imei kodu göstərilmədiyi üçün onların imei kodlarını müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş bir ədəd sensor ekran və "İOS" əməliyyat sistemi ilə təhciz olunmuş "İphone 11 Pro" markalı "SİM" danışıq kartı yuvasına görə "A2160" modelli "353241 101631367" "imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "X11 8" markalı arxa məlumat lövhəsinə görə "M1908C3JG" modelli, "X11 8 Pro" markalı və "İphone 11 Pro" markalı "SİM" danışıq kartı yuvasına görə "A2160" modelli mobil smartfonlara istifadəçi tərəfində tətbiq edilmiş ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonların yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan mobil smartfonun yaddaşından "UFED TOUCH 2" markalı qurğu vasitəsilə əldə edilmiş hesabata «Report-Hesabat) əsasən «SİM» danışıq kartının abonent nömrəsinin müəyyən edilməsi mümkün olmadığından ekspertizanın təyini haqqında qərarda ekspert qarşısında qoyulmuş «Təqsirləndirilən şəxs məxsus 2 ədəd «Redmi» və 1 ədəd «İphone» markalı mobil telefonların üzərində hansı nömrəli simkartlar vardır» sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli 7542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 19 dekabr 2022-ci il tarixli 3391 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X4 məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai istintaq orqanının xx.xx.2022-ci tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 301,618 qram narkotik vasitə heroin, təmiz çəkisi 115,133 qram psixotrop maddə metamfetamin, yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 389,534 qram narkotik vasitə heroin, təmiz çəkisi 123,462 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 150 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışından əldə edilmiş 7000 manat nağd pul vəsaiti, **********907018 rəqəmləri əks olunmuş 1 ədəd «Kapital Bank»a məxsus bank kartı, üzərində **********836628 rəqəmləri əks olunmuş «Rabitə Bank»a məxsus 1 ədəd plastik bank kartı, üzərində **********715213 rəqəmləri əks olunmuş və üzərində **********661822 rəqəmləri əks olunmuş «Leo Bank»a məxsus 2 ədəd plastik bank kartları, "X11 8" markalı arxa məlumat lövhəsinə görə "M1908C3JG" modelli, "X11 8 Pro" markalı və "İphone 11 Pro" markalı "SİM" danışıq kartı yuvasına görə "A2160" modelli mobil telefon aparatları, şəxsi axtarış və götürmə aparılması, həmçinin baxış keçirilməsi və götürmə aparılması videogörüntülərini əks etdirən 2 ədəd disk cinayət işi üzrə maddi sübutlar qismində tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqatdan sonrakı qalıq çəkisi 301,418 qram olan narkotik vasitə heroin, 114,933 qram psixotrop maddə metamfetamin, yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 389,334 qram narkotik vasitə heroin, 149,7 qram narkotik vasitə qurudulmuş marixuana, 123,362 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 4 ədəd plastik bank kartları, "X11 8" markalı 2 ədəd və "İphone 11 Pro" markalı mobil telefon aparatları maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, narkotik vasitələrin satışından əldə edilmiş 7000 manat nağd pul vəsaiti saxlanılması üçün Bakı şəhər BPİ-nin Maliyyə-Plan şöbəsində depozitə yerləşdirilmiş, videogörüntülərin əks olunduğu 3 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan Akad. M.Topçubaşov adına X6 X10 tərəfindən təqdim olunmuş xəstəlik tarixinin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası – 1964-cü il təvəllüdlü X3 üzərində xx.xx.2022-ci il tarixdə cərrahiyyə əməliyyatı aparılmış və sağ aşağı ətraf dizaltı səviyyədən amputasiya olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, polis əməkdaşlarının bundan əvvəl onu 3 dəfə saxladığını, lakin heç bir şey aşkar edə bilmədikləri üçün buraxdıqlarını, sonuncu dəfə də o, tutulanda üstündə narkotik vasitə olmadığını, lakin polis işçiləri onu ailəsi ilg təhdid etdikləri üçün onların dedikləri ilə razılaşdığını və aşkar olunmuş narkotik vasitələrin hamısını qəbul etdiyini bildirdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və yaşadığı ünvanda baxış aparılarkən özü heç bir kənar təsir və təzyiq olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş bütün narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, onları sosial şəbəkədə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim edən Əhməd adlı şəxsin təklifi ilə razılaşıb Xəzər rayonu ərazisində ünvanını bilmədiyi yerdən əldə etdiyini, gördüyü işin qarşılığında Əhmədin onun bank kartına pul köçürəcəyini, həmçinin istifadə etmək məqsədilə ona narkotik vasitə verəcəyini bildirdiyini, yaşadığı mənzildən aşkar olunmuş 12.000 manat pulun 7.000 manatının narkotik və psixotrop maddələrin satışından əldə etdiyi pul olduğunu, 5.000 manat pulun isə özünün şəxsi pulu olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin üzərinə şəxsi axtarış və mənzilə baxış keçirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini, iranlı bir şəxsin təklifi ilə bu işləri gördüyünü və əməlindən peşman olduğunu qeyd etmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün ailəsi ilə təhdid edilməsi nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini, həmçinin onun həyat yoldaşı Şahid1 məhkəmədə istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verməsini təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş bütün narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, onları sosial şəbəkədə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim edən Əhməd adlı şəxsin təklifi ilə əldə etdiyini, yaşadığı mənzildən aşkar olunmuş 12.000 manat pulun 7.000 manatının narkotik və psixotrop maddələrin satışından əldə etdiyi pul olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərdə hər birinin çəkilib ayrı-ayrı bağlamalara qablaşdırılmasını, yaşadığı ünvandan üzərində heroin və metamfetamin izləri olan elektron tərəzinin aşkar edilməsini və ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin həcminin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi lazım bilir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı Dövlət ittihamçısı məhkəmə çıxışları mərhələsində bildirdi ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs kütləvi informasiya vasitələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması xüsusatı müəyyən edilməmişdir. Cinayət işinin faktiki halları göstərir ki, Təqsirləndirilən şəxs cinayət əməli konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni onların qanunsuz əldə edilməsi, üzərində daşınması və satışının həyata keçirilməsinə yönələn hərəkətlərdən ibarət olmuşdur. Cinayət işinin materiallarında təqsirllndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratması cinayətinin obyektiv cəhətinə aid olan, yəni törədilməsi kütləvilik əlamətini ehtiva edən hər hansı bir hərəkəti etməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı hökmdə sadalanan bütün sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və anasının ağır xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 20 oktyabr 2022-ci il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixli tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli 7542 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni quüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 301,418 qram olan narkotik vasitə heroin, 114,933 qram psixotrop maddə metamfetamin, yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 389,334 qram olan narkotik vasitə heroin, 149,7 qram narkotik vasitə qurudulmuş marixuana, 123,362 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi məhv edilməli; - 4 ədəd plastik bank kartları, "X11 8" markalı 2 ədəd və "İphone 11 Pro" markalı 1 ədəd mobil telefon aparatları Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilinə və yaşadığı ünvana baxış və götürmə keçirilməsi videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları 272 (iki yüz yetmiş iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 272 (iki yüz yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-a baxış keçirilən zaman 7000 (yeddi min) manat nağd pul vəsaiti aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin pul vəsaitinin narkotik vasitələrin satışından əldə edildiyini bildirmişdir. İbtidai istintaq orqanının qərarı ilə həmin pul vəsaiti xüsusi müsadirə üçün təklif edilmiş və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhər Baş Polis idarəsinin Maliyyə- Plan şöbəsində depozitə yerləşdirilmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 1990-cı il noyabrın 8-də Strasburq şəhərində imzalanmış "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyada göstərilmişdir: -«əmlak» dedikdə, hər bir növ əmlak, maddi və ya qeyri-maddi, daşınar və ya daşınmaz əmlak, habelə bu cür əmlaka hüquq verən hüquqi akt və ya sənəd başa düşülür; -«vasitə» dedikdə, istənilən üsulla, ümumilikdə və ya qismən cinayət hüquqpozmasını və ya cinayət hüquqpozmalarını törətmək məqsədi ilə istifadə etmək üçün nəzərdə tutulan və ya istifadə olunan hər bir əşya başa düşülür; -«müsadirə» dedikdə, cinayət işi və ya cinayət işləri üzrə məhkəmə icraatı nəticəsində məhkəmə tərəfindən təyin edilən və əmlakdan məhrum etməkdən ibarət olan cəza və ya tədbir başa düşülür. Əmlak müsadirəsi cəza olaraq ləğv edildikdən sonra xüsusi müsadirə anlayışı adı altında cinayət hüquqi xarakterli tədbir kimi cinayət məcəlləsinə daxil edildi. Cinayət Məcəlləsində cinayət hüquqi xarakterli tədbirlər mövcuddur. Bu tədbirlərdən biri də əmlakın xüsusi müsadirəsi ilə bağlıdır. Cinayət məcəlləsində xüsusi müsadirənin obyekti olan 4 növ əmlak göstərilib. Bu halda həm cinayət yolu ilə əldə olunmuş əmlak, həm də həmin əmlakın hesabına əldə olunan digər gəlirlər müsadirə olunur. Xüsusi müsadirə cinayət törətmiş şəxsə tətbiq edilən cinayət hüquqi xarakterli tədbirdir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik xüsusi müsadirə institutunun tətbiqi ilə zərərçəkmişə dəymiş ziyanın və ya kompensasiyanın ödənilməsi və qeyri-qanuni yolla əldə edilmiş əmlakın dövriyyədən çıxarılmaqla dövlət nəfinə alınmasına zəmanət verir. Xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi və ibtidai istintaq orqanı tərəfindən xüsusi müsadirəyə təklif edilmiş Bakı şəhər Baş Polis idarəsinin Maliyyə-Plan şöbəsində depozitə yerləşdirilmiş 7.000 (yeddi min) manat nağd pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunmalı və həmin pul vəsaiti dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Dövlət ittihamçısının təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 301,418 qram olan narkotik vasitə heroin, 114,933 qram psixotrop maddə metamfetamin, yaşadığı ünvandan aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 389,334 qram olan narkotik vasitə heroin, 149,7 qram narkotik vasitə qurudulmuş marixuana, 123,362 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi məhv edilsin; - 4 ədəd plastik bank kartları, "X11 8" markalı 2 ədəd və "İphone 11 Pro" markalı 1 ədəd mobil telefon aparatları Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilinə və yaşadığı ünvana baxış və götürmə keçirilməsi videogörüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 272 (iki yüz yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi və ibtidai istintaq orqanı tərəfindən xüsusi müsadirəyə təklif edilmiş Bakı şəhər Baş Polis idarəsinin Maliyyə-Plan şöbəsində depozitə yerləşdirilmiş 7.000 (yeddi min) manat nağd pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunsun və 7.000 (yeddi min) manat pul vəsaiti dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar