Məhkəmə qərarları › İş №1(101)-961/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-961/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-961/2024 21.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X17 və X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 oktyabr 2024-cü il tarixdə, saat 11:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 22 iyun 2023-cü il tarixdə, saat 07:45-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək həmin gün saat 09:50-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,045 (altı tam mində qırx beş) qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. 17 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldikdən sonra tanışı Rəşad adlı şəxs onun qardaşının iş yerinə gəlib mobil nömrəsini istədikdə qardaşı onun razılığı əsasında mobil nömrəsini Rəşada vermişdir. Rəşad adlı şəxs onunla görüşdükdən sonra birlikdə 3 gün ərzində Rəşadın avtomobil alveri işi olması ilə əlaqədar Bakı şəhərində olmuşlar. Rəşad borcunu 15 iyul 2023-cü il tarixədək bağlamalı olduğundan, o, dostu kimi Rəşadın 2000 manat borcunu ödəmişdir. Həmin vaxtdan sonra Rəşad onu tutulacağı ilə hədələmişdir. Belə ki, o, Rəşadın əvəzinə verdiyi 2000 manat pulu tələb etmişdir. 21 iyun 2023-cü il tarixdə gecə vaxtı Rəşad ona zəng edib Bakıya gəlməyini istədiyindən, o da taksi ilə Bakı şəhəri, Yasamal rayonuna gəlmişdir. O, olduğu yerin şəklini və məkanını həmin yerə gəlməsi üçün Rəşada yolladıqda, sonuncu müxtəlif bəhanələr edərək 10-15 dəqiqəyə çatacağını demiş, lakin bir müddət keçdikdən sonra oturduğu taksi avtomobilinin qapısını polis əməkdaşları açaraq əlini qandallayıb onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. 4-5 saat müddətində orada gözlədikdən sonra nazir və ya general zəng etdiyi təqdirdə buraxıla biləcəyi ona söylənilmiş, ardınca 6-7 ədəd bükümdə narkotik vasitə gətirib qarşısına qoyaraq ona məxsus olmasını deməyi tələb etmişlər. Baş verənlərin səbəbini soruşduqda polis əməkdaşları ona “dostları” ilə tərs düşdüyünü demiş, sonradan Rəşad adlı şəxsin 3-4 nəfər şəxsi də eyni qaydada şərlədiyini öyrənmişdir. Həmin idarədə ailəsi ilə əlaqə saxlamağa, özünə müdafiəçi tutmağa şərait yaradılmamışdır. Polis əməkdaşları ona 01 bükümdə narkotik vasitə heroin təqdim edib videoçəkilişlə aparılan istintaq hərəkəti zamanı həmin heroini tanımadığı şəxsdən 50 manat müqabilində əldə etdiyini, Bakı şəhərinə istirahət etmək üçün gəldiyini söyləməyi, habelə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də eyni məzmunda ifadə verməyi tələb etmişlər. O da məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşıb həmin məzmunda ifadə vermişdir. Üzərindən aşkarlanmış narkotik vasitə ona məxsus olmamış, ümumiyyətlə taksi sürücüsünün kim olduğu dəqiqləşdirilməmiş, həmin avtomobilə baxış keçirilməmişdir. Rəşad adlı şəxsin sifarişi ilə tutulması barədə sübutları mövcuddur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Rəşad adlı şəxsin onun Ağcabədi rayonundan qonşusu olduğunu, Rəşad adlı şəxsin təşəbbüsü ilə Bakı şəhərinə gəldiyini, 21 iyun 2023-cü il tarixdə müxtəlif vaxtlarda Rəşad adlı şəxslə telefon danışıqlarının olduğunu, Rəşad adlı şəxsin dostu olan polis əməkdaşının adını bilmədiyini, polis əməkdaşları tərəfindən həmin tarixdə təxminən saat 07-08 radələrində saxlanıldığını, üzərində şəxsi axtarış və baxışın isə saat 13 radələrində aparıldığını, həmin istintaq hərəkətindən sonra müvəqqəti saxlama yerinə aparıldıqda nahar fasiləsi olduğundan belə düşündüyünü, şəxsi axtarış və baxış keçirilərkən polis əməkdaşları tərəfindən dəvət edilmiş müdafiəçinin iştirak etdiyini, baxış keçirilənədək 3-4 dəfə əl-üzünü yuduğunu, tualetdən istifadə etdiyini, üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, tullamağa imkanının olduğunu, ona fiziki zorakılıq edilmədiyini, özünü söydürmək istəmədiyi üçün ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olduğunu dediyini, 01 büküm narkotik vasitənin ona məxsus olmasını söylədiyi təqdirdə, 3-4 ay müddətinə azadlıqdan məhrum ediləcəyi deyildiyindən razılaşdığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, “nəşə”-dən istifadə edir, hər dəfə adı və anket məlumatları ona məlum olmayan şəxslərdən almışdır. Sonuncu dəfə isə saxlanılmazdan 1 gün əvvəl o, Ağcabədi rayonunda olan zaman adı və anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata “kakos” almış, almaqda məqsədi isə onu gələcəkdə istifadə etmək olmuşdur. Bakı şəhərinə isə həmin gün səhər saatlarında dostu ilə görüşmək üçün gəlmiş və “kakos” həmin an onun üzərində olmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, şəxsi istifadəsi üçün əldə edərək üzərində daşımışdır. 22 iyun 2023-cü il tarixdə təxminən saat 07:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 231 ünvanının yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində “kakos” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində “kakos” olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş, təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan “kakos” aşkarlanmışdır. Bundan sonra həmin “kakos” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. O, törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində isə məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə əvvəlki ifadəsini dəyişmiş, narkotik vasitə və psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə, saat 07:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 231 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, Baş idarədə təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə 01 ədəd bükümü təqdim edib həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, 1 gün əvvəl Ağcabədi rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində əldə etdiyini bildirmiş, aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 onun rəhbəri olduğu əməliyyat qrupunda üzv kimi Şahid2 və X10 iştirak etdiyini, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, sonuncunun polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının gecə vaxtı daxil olduğunu, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “ASAN xidmət” Mərkəzinin əks istiqaməti tərəfdə, yolun kənarında saxlanıldığını, Təqsirləndirilən şəxs polis idarəsinə gətirildikdən hansı müddət sonra müdafiəçinin gəldiyini, şəxsi axtarış və baxışın hansı saatda aparıldığını xatırlamadığını, Rəşad adlı şəxsi tanımadığını, təqsirləndirilən şəxsin Rəşad adlı şəxsin barəsində dediklərindən məlumatının olmadığını, Rəşad adlı şəxsi tanımadıqlarını, Təqsirləndirilən şəxs Rəşad adlı şəxsin sifarişi ilə tutulmasının qeyri-mümkün olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və X18 şahid X13 məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə xx.xx.2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 01 ədəd bükümdə narkotik vasitə heroini təqdim etdiyini bildirdilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur, olmamışdır. Onun Təqsirləndirilən şəxs danışdığı hadisələrin heç biri ilə əlaqəsi yoxdur. O, bu hadisələrin heç birinin şahidi olmamışdır. Məhkəməyə nə üçün çağırıldığını bilmir. Təqsirləndirilən şəxs onun qonşusudur, onun heç vaxt Təqsirləndirilən şəxs borcu, eləcə də xeyirxahlıq etməyə əsas olan hal olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşı kimi işləyən dostu vardır. Təqsirləndirilən şəxsla onun arasında heç vaxt ədavət olmamış, anası da bu barədə məlumatlı deyil. O, heç vaxt avtomobil qəzası keçirməmiş, Təqsirləndirilən şəxs da ona borc verməmişdir. Təqsirləndirilən şəxs ona zəng etməmiş, görüşməyi təklif etməmişdir. Məhkəmədə şahid Rəşad İsgəndərov dindirilərkən verilmiş çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs Rəşad İsgəndərovun dostunun avtomobili ilə qəza keçirdiyi üçün Rəşadın əvəzinə həmin avtomobilin sahibinə xx.xx.2023-cü il tarixdə pulu verdiyini, 1800 manat pulu həmin tarixdə saat 17-18 radələrində dostunun bank kartı vasitəsilə köçürdüyünü, pulu verdiyi şəxslərdən birinin adının Layiq olduğunu, digərlərinin adını bilmədiyini, tanımadığını, pulu hansı bank kartından və hansı bank kartına ödədiyini xatırlamadığını, o, pulu nağd şəkildə dostuna verdiyini, dostunun isə bank vasitəsilə pulu digər şəxsə göndərdiyini, dostunun adını çəkmək istəmədiyini, istifadə etdiyi mobil nömrəni xatırlamadığını bildirdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs anasıdır. 22 iyun 2023-cü il tarixdə gecə vaxtı oğlu Təqsirləndirilən şəxs ona dostu Rəşad adlı şəxslə görüşmək üçün Bakı şəhərinə getdiyini dedikdə, o, getməməsini təkid etsə də, Təqsirləndirilən şəxs gecə vaxtı yol boş olduğu üçün rahatlıqla gedib qayıdacağını söyləmişdir. Həmin gün saat 07 radələrində Rəşad adlı şəxsin anası ona zəng edib Təqsirləndirilən şəxs tutulduğu barədə məlumat verdikdə, o, səbəbini soruşmuş, Rəşad adlı şəxsin anası ona 2000 manat pulu götürmək üçün Təqsirləndirilən şəxsla Rəşad adlı şəxsin görüşdüyünü, həmin vaxt sonuncuların arasında mübahisə yarandıqdan sonra Rəşad adlı şəxs Təqsirləndirilən şəxs “Asan Xidmət” Mərkəzinin qarşısında gözləməsini, gələcəyini desə də, Rəşad adlı şəxs gəlməmiş, sonuncunun yerinə polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs tutmuş və şərləmişlər. Məhkəmədə verilən suallara cavab olaraq şahid X9 Məhərrəmovun uzun müddətdən bəri Azərbaycan Respublikasına gəlmədiyini, onu görmək və atasının qəbrini ziyarət etmək üçün gəldiyini, Rəşad adlı şəxsin borcunun bağlanmasına köməklik etmək məqsədilə Təqsirləndirilən şəxs mobil nömrəsini götürdüyünü, Sarvangilin Bakı şəhərinə gəlib-gedəndə Rəşadın bacısının evində qaldıqlarını, Təqsirləndirilən şəxs Rəşad adlı şəxsə borc kimi verdiyi 2000 manat pulu sonradan ehtiyacı olduğundan geri istədiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, 1 ay müddətində Rəşad adlı şəxsin anası və bacısının ağlayaraq ondan məsələnin yekunlaşmasını xahiş etdiyini, bu danışıqları təsdiq edən audio və videoyazını təqdim etdiyini, həmin yazıları əlində sübut olsun deyə xəbəri olmadan yazdığını, Rəşadgilin həyətinə gedib anasına “Qonşuluqda ayıb deyil? Niyə mənim oğlumu tutdurmusan, Nərgiz?”, “Nahaq yerə Sarvanı tutdurmusan sən qadın, mən qadın görüşüb həll edə bilərdik” sualını verdikdə, sonuncu ona “Mən sənə dedim, gəl bu məsələni həll edib bitirək, sən isə gəlmədin. Sarvanı çıxarmaq üçün nə kömək lazımdırsa, etməyə hazıram, heç bir şikayətimiz də yoxdur”, “Məcbur olub tutdurdum. Sarvanın qarşısına narkotik, silah və s. əşyalar qoyublar. Sarvan da məcburiyyət qarşısında narkotiki götürüb” cavabını verdiyini, özünün hər hansı hadisənin şahidi olmadığını, bütün bunları Rəşad adlı şəxsin anasının söylədiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması barədə” qərar və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3-13-6/7254/2023 nömrəli əmrindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6, 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:45-də ünvan 4 ünvanın yaxınlığında saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış keçirilməsinə şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müayiət altında saxlanıldığı yerdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 18 manat pul əskinaslarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdikdən sonra həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, 1 gün əvvəl, yəni 21 iyun 2023-cü il tarixdə Ağcabədi şəhərində anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadə etmək məqsədi 50 manat qarşılığında aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüş, 18 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 27; 28-30; 111) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3491 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,045 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 6,045 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 5,995 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 44-46) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 61-62) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,995 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilməklə, saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 100-101) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)- 1139/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 106) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət əməlinə görə məhkumluğu barədə hər hansı məlumat yoxdur. (Cild 1, iş vərəqə 109-110) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X22 xx.xx.2023-cü il tarixli, 9402 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 113) xx.xx.2023-cü il tarixli Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 117) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 məhkəmə-kimya şöbəsinin xx.xx.2023-cü il tarixli, 2272/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupu alkoloidlərinə aid olan morfin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. (Cild 1, iş vərəqə 162- 165) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, şəxsi axtarış götürmə aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,995 qram olan narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübut qərarı və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 173-184) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 191-192) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə dindirilmiş şahidlər X20, Şahid2 və X18 ifadələrində (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 149-151) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən ibtidai araşdırma zamanı məhkəmə qarşısında belə bir iddia qaldırılmamış, prokurorluq orqanı tərəfindən qəbul edilmiş müvafiq “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan isə təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin məhkəmə nəzarəti qaydasında və ya yuxarı prokurora şikayət verməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə o halı da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 xx.xx.2023-cü il tarixli, 253/MEŞ nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 167-168) Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinin tələblərinə görə cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, 253/MEŞ nömrəli ekspert rəyindən də Təqsirləndirilən şəxs hər hansı fiziki zorakılıq edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur, məhkəmə araşdırması zamanı S.C.Məhhərrəmova qarşı polis əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq, pis rəftar edilməsi halı müəyyən edilmir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə istifadə etmədiyini, xx.xx.2023cü il tarixdə X6 dəvəti ilə sonuncuya verdiyi borc pulu götürmək məqsədilə Bakı şəhərinə gəldiyini, həmin borc pulu Rəşad İsgəndərova xx.xx.2023-cü il tarixdə dostuna nağd şəkildə, dostu ilə bank kartı vasitəsilə göndərdiyini, tutulmasına səbəb kimi Rəşad İsgəndərovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dostu olan polis əməkdaşına deməsini gördüyünü, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşlarının psixi təsirləri nəticəsində özünə məxsus olmayan 01 bükümdə narkotik vasitə heroini videoçəkilişlə nümayiş etdirdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Bununla bağlı, şahidlər- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X20, Şahid2 və X18 məhkəmədəki ifadələrində (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs hər hansı kütlədə narkotik vasitə heroin təqdim etmədiklərini, Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı könüllü şəkildə üzərində olan 01 bükümdə narkotik vasitə heroini təqdim etdiyini, Rəşad adlı şəxsi tanımadıqlarını, Təqsirləndirilən şəxs Rəşad adlı şəxsin sifarişi ilə tutulmasının qeyrimümkün olduğunu bildirmişlər. Habelə, şahid X14 məhkəmədəki ifadəsində (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçiliyin olmadığını, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, aralarında borc münasibətlərinin heç vaxt mövcud olmadığını, mobil telefonla əlaqə saxlamadıqlarını bildirmişdir. Çarpaz dindirilmə zamanı Təqsirləndirilən şəxs həmin halları şahidlərin üzünə qarşı desə də, sərbəst ifadə verərkən və Rəşad İsgəndərovun dindirilməsi zamanı bir-birindən fərqli, yəni birinci dəfə 2000 manat, ikinci dəfə isə 1800 manat borc pul verməsini bildirmiş, bundan əlavə verilən suallara cavab olaraq Layiq adlı şəxsin adını çəksə də, anket məlumatlarını təqdim edə bilməmiş, öz dostunun adını, habelə həmin dostunun bank kartının, pulu qəbul edən şəxsin bank kartının İBAN nömrəsini, həmin bank kartlarının sahiblərinin məlumatlarını, Rəşad İsgəndərovla əlaqə saxladığını söylədiyi özünə məxsus olan mobil nömrəni məhkəməyə bildirə bilməmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Videodiskə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd bükümdə sellofana bükülmüş narkotik vasitə heroinə bənzər bükümü təqdim etmiş, aşkarlanan kağız zərfdə qablaşdırılıb “6” nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Məhkəmədə elan edilərək tədqiq olunmuş xx.xx.2023-cü il tarixli, 6/3491 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 6,045 qram olan qəhvəyi rəngli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyən edilmişdir. Məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini bildirsə də, 23 iyun 2023-cü il tarixli, 3996 nömrəli ekspert rəyinin təsviri hissəsində “Deməsinə görə 2008-ci ildən narkotik vasitə olan heroindən burun vasitəsilə nəfəsinə çəkməklə istifadə edir” qeydi yazılmışdır. (Cild 1, iş vərəqə 147) Məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-957/2023 nömrəli qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar vəsatət və təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasında özünü təqsirli bilmiş, narkotik vasitəni 2 gün əvvəllər tanımadığı şəxsdən aldığını, əvvəllər həbsxanada olarkən narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bu da, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin qeyri-mötəbər olmasına işarə edir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin 22 iyun 2023-cü il tarixdə saat 13 radələrində aparıldığını desə də, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol nəzərdən keçirildikdə həmin protokolun saat 09:50-də başlanması və 10:27-də başa çatması müəyyən edilir. Bunun əksini sübut edən hər hansı hal məhkəmə araşdırması zamanı müəyyənləşməmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixli ifadəsində ittihama uyğun məzmunda ifadə versə də, sonradan, yəni xx.xx.2023-cü il tarixdə ifadəsini dəyişmişdir. Məhkəmə onun bu mövqeyini müdafiə xarakterli hesab etməklə, cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu mümkün olmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədini güdməsi ilə əlaqələndirir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 Təqsirləndirilən şəxs anasıdır. Şahid Təranə Salahova ifadəsində Rəşad adlı şəxsin (həmin şəxsin X14 olması müəyyən edilmişdir) şərləyərək oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutdurduğunu, bu barədə Rəşad adlı şəxsin anasının məlumat verdiyini demiş və Rəşad adlı şəxsin anasının olmasını iddia etdiyi şəxsin səs yazılarını və danışığının videogörüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında müvafiq səs yazısı və videoyazı tədqiq edilərkən həmin yazıların gizli yolla əldə edildiyi aşkar formada görünür. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2.1-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müdafiə tərəfi X6 anası X1 əlavə şahid qismində dindirilməsi barədə vəsatəti məhkəmə tərəfindən qəbul edilmiş, lakin həmin şəxsin məhkəmə iclasında iştirakı təmin edilə bilməmişdir. Müdafiə tərəfi məhkəməyə vəsatətlə müraciət edib X1 şahid qismində dindirilməsindən imtina etmiş, Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, həmin imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, şahid X4 ifadəsində X6 anasının ona “söylədiklərini” məhkəməyə bildirsə də, məhkəmə araşdırması zamanı müdafiə tərəfinin təqdim etdiyi səs yazısı və videoyazıda olan şəxsin kim olması, eləcə də həmin halın həqiqətdə baş veribverməməsi müəyyən edilməmiş, əksinə şahid X14 anası X7 Məhərrəmovun tutulmasından məlumatının olmadığını, müdafiə tərəfinin söylədiklərinin tamamilə yalan olduğunu məhkəməyə bildirmişdir. Müdafiə tərəfinin təqdim etdiyi səs və videoyazının mənbəyi bəlli deyil, cinayətprosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir. Bu səbəbdən, həmin yazıların sübut kimi nəzərə alınması yolverilməzdir. Bundan başqa, şahid X4 məhkəmədə verdiyi ifadələri cinayət işinin materialları, digər şahidlər X20, Şahid2 və X10 ifadələri və digər sübutlarla uzlaşmır, uyğunluq təşkil etmir. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, məhkəmə təqsirləndirilən şəxsin anası olduğuna görə əlavə şahid X4 məhkəmədə verdiyi ifadəsini təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir, onun dedikləri hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bu səbəbdən, məhkəmə X4 verdiyi ifadəni sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1, Şahid2 və X18, X6 ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, daxd olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 22 iyun 2023-cü il tarixdə, saat 07:45-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 231 ünvanının yaxınlığında saxlanılaraq Bakə şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək həmin gün saat 09:50-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 6,045 (altı tam mində qırx beş) qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Sözügedən qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 6,045 qram təşkil edir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-9297/23 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmalarına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə ədlə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 119) Məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 145) Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, şahid ifadələri və cinayət işinin materialları ilə, habelə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamış, ittihamçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması sübuta yetirilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxlamaqla daşıdığı narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 40,3 dəfədən, külli miqdarından isə təxminən 3,0225 dəfədən artıq olması, onun özünün barəsində həbs qətimkan tədbiri seçilərkən müdafiəçisinin iştirakı ilə məhkəmədə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsi, narkotik vasitə və psixotrop maddələrin satışına dair hər hansı məlumatın olmaması və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin satış məqsədi olmadan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşınması olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməməsi və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərini rəhbər tutmaqla, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokola əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-957/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1466/2023 nömrəli qərarına əsasən, dan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 18; 19; 93-97; 169-172) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X28 Ambulator X3 xx.xx.2023-cü il tarixli, 3996 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 146-147) Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 5,995 qram narkotik vasitə heroin məhv edilməli, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra 5,995 qram narkotik vasitə heroin məhv edilsin, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar