Məhkəmə qərarları › İş №1(101)-961/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-961/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-961/2025 07.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü ildə İmişli rayonunun Bəcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmnə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işsiz, İmişli rayonunun Bəcirəvan kəndində qeydiyyatda olan, ünvan 1 ünvandada yaşayan, barəsində 22 sentyabr 2024-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti naməlum olan “Şahbaz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin istintaqla müəyyən olnumayan mobil nömrəsindən onun istifadəsində olan “Samsung” markalı ***-***-**-** və ***-***-**-** mobil nömrələrinə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi işarələnmiş fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş bir bükümdə təmiz çəkisi 10,182 qram olan, külli miqdarda psixotrop maddə metamfetamini, beş bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,673 qram, 3,765 qram, 3,642 qram, 3,663 qram, 2,011 qram olmaqla ümumi təmiz çəkisi 16,754 qram olan, külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı mənzildə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 sentyabr 2024-cü il tarixdə, saat 16:02-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən onun əynində olan şalvarın sol yan cibindən iki ədəd “Samsung” markalı, üzərində 055/***-***-**-** nömrələri olan mobil telefonlar və həmin gün saat 16:21-dən 16:38-dək onun yaşadığı ünvan 3 ünvanında videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı evin həyətində olan hamam təyinatlı tikilinin içərisində müəyyən olunan siqaret qutusunun içərisində bir bükümdə təmiz çəkisi 10,182 qram olan, külli miqdarda ağ rəngli, kristalşəkilli maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,673 qram, 3,765 qram, 3,642 qram, 3,663 qram, 2,011 qram olmaqla ümumi təmiz çəkisi 16,754 qram olan külli miqdarda qəhvəyi rəngli maddə - kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərdi ki, o, könüllü olaraq mharibədə iştirak etmiş, müharibə veteranı, qazı və İİ qrup əlildir. Amma qazilik sənədini səhlənkarlıq ucbatından gedib almamışdır. O, narkotik istifadə etdiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, bu iş üzrə saxlanılarkən ayağında qandal olmuşdur. Buna görə əməlini etiraf etmiş, hökm qanuni olmuşdur. Lakin bu dəfə o, yolda ailə üzvləri ilə yerdə getdiyi vaxt tutulmuş, nə üstündə, nə də yaşadığı evdə narkotik vasitələr və ya psixotrop maddələr olmuşdur. O, ümumiyyətlə belə işlərlə məşğul olmamışdır. Ona zor tətbiq etməklə ittihamda göstərilən psixotrop maddə və narkotik vasitə onun boynuna qoyulmuş və o, məcburiyyət qarşısında sənədlərə qol çəkmişdir. Belə ki, 20 sentyabr 2024-cü il tarixdə, saat təqribən 13 radələrində o, məktəblə bağlı özünün qızı, qaynının həyat yoldaşı və qaynının balaca uşağı ilə birlikdə uşaqlara paltar, çatışmayan şeyləri almağa getmiş, gedərkən onunla bərabər olan digərləri ondan bir az qabaqda, o özü isə onların arxası ilə piyada marşrut avtobuslarının dayanacağına doğru yol getmişlər. Saat təxminən 13:10 dəqiqədə Camal Azəryev küçəsində, 10-cu dairədə bir maşın onun arxasında, bir maşın isə ondan qabaqda saxlamış, maşından düşənlər onu maşına mindirib yaşadığı İlham Məmmədov küçəsi ev 1-dəki evə aparmışlar. Onu saxlayanların polislər olduğunu sonra öyrənmişdir. Onlar təqribən 10 nəfər olmuş, o, polislərə yaşadığı evin ünvanını göstərməmiş, onların onun ünvanını hardan öyrənmələrini o, bilməmişdir. Yaşadığı evin qarşısında onu maşından düşməyə qoymamış, bir neçəsi girib evi axtarmış, sonra məni gətirib həyətdə döymüş, onu qandallamış, evdə onu döyüb evdə narkotik olubolmamasını soruşmuşlar. O, evdə narkotik olmadığını bildirdikdən sonra onu yenə həyətə aparmış, həyətdə olan qaynatasıgili qapıdan çölə çıxarmışlar. Ondan sonra ittihamda göstərilən maddəni nümayiş etdirib guya hamamdan sement kisəsinin arxasından tapdıqlarını bildirmişlər. Həqiqətən onların hamamında sement kisəsi olmuş, amma o, həmin kisənin arxasına narkotik vasitə və ya psixotrop maddə qoymamışdır. Aşkar olunan maddələri polislərin özlərinin qoymalarından şübhələnmişdir. Evdə də videoçəkiliş aparmış, guya evdən də narkotik maddələr tapmışlar. Bundan sonra onu maşına mindirib yola qaytarmış, videoçəkiliş etməyə başlamış, guya onu orda tutmaları görüntüsü yaratmış, sonra BCMİ-nə aparmışlar. Sənədləşməni isə harada aparmaları dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, qaynatasıgillə birgə yaşamışdır. Polis əməkdaşları evə gələrkən onun həyat yoldaşı X3 onlarla yaşamamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbsdə olmuşdur. Belə ki, onun həyat yoldaşı 64 qr metamfetaminlə tutmuş, barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılmış və 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həyat yoldaşı hazırda da həbsdədir. Polis tərəfindən evdə videoçəkilişlə baxış aparılarkən qaynatası da evdə olmuş və videoçəkiliş zamanı iştirak etmişdir. Qaynatası polisə hamamdan özlərinin istifadə etdiklərini bildirmiş, lakin heç nədən xəbərinin olmadığını demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Şahbaz adlı hansısa iranlını tanımamış, onunla hər hansı cinayət əlaqəsinə girməmiş, onun vasitəsi ilə narkotik vasitələr almamış və ya satışı ilə məşğul olmamışdır. Ünvanından aşkar olunan maddələr də ona aid olmamışdır. Həbs üçün məhkəməyə aparılarkən orada işə baxan hakimə də, tapılanların ona aid olmadığını demişdir. İfadəsinin əvvəlində qeyd etdiyi kimi, o, aşkar olunan maddələri boynuna götürməyə məcbur edilmişdir. Belə ki, ailəsi, o cümlədən gözünün qabağında xəstə qızı təhqir olunmuş, evdə hamının əlinə qandal vurulmuş, təhqir olunduğu, zor tətbiq edildiyi üçün boynuna götürmüş və məhz buna görə videoçəkilişdə aşkar olunan narkotik maddələrin onun özünə məxsus olduğunu demişdir. Polis tərəfindən döyülərkən çənəsindən, bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. O, təcridxanaya daxil olarkən xəsarətləri barədə məlumat vermiş, sonra prokurorluqdan gəlib onun izahatını almış, nəticəsi barədə prokurorluqdan məlumat veriləcəyini demiş, lakin bu günədək ona məlumat verməmişlər. Prokurorluq təcridxananın məlumatı ilə bağlı onun yanına gəlməmiş, o, həkimə aparılmamış, onun yanına həkim gəlməmiş, barəsində məhkəmə-tibbi ekspertiza keçirilməmişdir. Müstəntiqə hadisəni olduğu kimi danışdıqda, sonuncu ona köməklik edə bilməyəcəyini bildirmişdir. Müstəntiqə hadisəni olduğu kimi danışdıqda, müstəntiq deyilənləri yazacağını bildirsə də, oxumadığından yazıb-yazmadığını bilmədiyindən yazılanlarla razılaşmamış və sənədləri imzalamaqdan imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışında tədqiq olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamış və heç bir yerdə işləməmişdir. Saxlanılmazdan təxminən bir il əvvəl narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə sayılan metamfetamindən çəkmək üsulu ilə istifadə etməyə başlamışdır. Əvvəllər məhkum olunmuş və hazırda da üzərində azadlığın məhdudlaşmasına dair cihaz gəzdirməkdədir. 2024-cü ilin sentyabr ayının əvvəllərində tarixi dəqiq yadında saxlamadığı günlərdən birində istifadə etdiyi mobil telefon vasitəsi ilə adını və anket məlumatını bilmədiyi İran İslam Respublikasının (bundan sonra: İran və ya İİR) vətəndaşı olduğunu bildiyi şəxslə WhatsApp yazışması apararkən həmin şəxs Xəzər rayonu ərazisində əlverişli bir yerə narkotik vasitə hesab edilən heroin və psixitrop maddə hesab edilən metamfetamin qoyacağını ona bildirmiş, razılaşmalarına əsasən isə o da həmin yerə gedib qoyulmuş maddələri götürüb deyilən şəxsə çatdıracaqmış. Sonra həmin şəxs ona məxsus mobil telefonun WhatsApp tətbiqinə təyin edilmiş yerin konumunu atmış, o, da konumla axtarıb həmin yeri tapıb qoyulan maddələri götürüb yaşadığı evə gəlmişdir. Əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni yaşadığı evin hamamında gizlətmişdir. Sonra o, WhatsApp vasitəsi ilə adını bilmədiyi İran vətəndaşı ilə danışmış, həmin şəxs ona narkotik vasitənin bir qədərini götürüb üzərində saxlamağı və həmin narkotiki sonra deyilən şəxsə çatdırmağı tapşırmışdır. Bundan başqa iranlı həmin şəxs ondan bank kartının şəklini atmağı istəmiş, gördüyü işin qarşılığında həmin karta pul köçürəcəyini və istifadə etmək üçün narkotik vasitə heroin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 21 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində o, yaşadığı evdən çıxıb bir qədər gedən zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onun barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını bildirmiş və videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirmişlər. Lakin baxış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitənin və ya psixotrop maddəni saxlamağı barədə soruşduqda, o, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sonra onlar birlikdə onun yaşadığı evə getmiş, o, evin hamamında gizlətdiyi bir ədəd siqaret qutusunun içərisindəki 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və beş ədəd bükümlərdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi maddələrin narkotik vasitə və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri adını və anket məlumatını bilmədiyi, İran vətəndaşı kimi tanıdığı şəxsdən satış məqsədi ilə aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra isə o, polis əməkdaşları ilə birlikdə DİN-nin BNMİ-nin inzibati binasına getmiş, orada protokol tərtib edilmiş, tərtib edilmiş protokola və zərfə o, iştirakçılarla birlikdə imza etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni 2024-cü ilin sentyabr ayının əvəllərində İİR vətəndaşı kimi bildiyi, lakin anket məlumatını bilmədiyi Şahbaz adlı şəxsin təklifi ilə razılaşıb Xəzər rayonu ərazisində ünvanını bilmədiyi yerdən götürüb əldə etmiş, lakin o, Şahbaz adlı şəxsə pul verməmişdir. Gördüyü işin qarşılığında Şahbaz adlı şəxs ona məxsus bank kartına pul köçürməyi, həmçinin istifadə etmək məqsədi ilə ona narkotik vasitə heroin verməyi söz versə də, polis əməkdaşları onu tutduğuna görə əldə etdiyi narkotik vasitələri başqa bir şəxsə çatdıra bilməmişdir. O, psixo-nevroloji, vərəm və narkoloji dispanserdə qeydiyyatda olmamış, saxlanılarkən və polis idarəsinə gətirilərkən, eyni zamanda polis idarəsində ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. İran vətəndaşı kimi bildiyi şəxsin anket məlumatlarını bilməmiş, həmin şəxslə yalnız telefon vasitəsi ilə danışmışdır. Narkotik vasitəni və psixotrop maddəni yaşadığı evə gətirib gizlədərkən, ailə üzvlərinin bu barədə məlumatı olmamışdır. İstifadəsində olan hər iki mobil nömrə ilə, yəni ***-***-**-** və ***-***-**-** nömrələrlə Şahbaz adlı şəxsin istifadəsində olan xatırlamadığı nömrə ilə WhatsApp yazışması aparmışdır (iş vərəqə: 58-60, 71-73, 115- 116). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, hazırda barəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayon ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması, bu məqsədlə yaşadığı evdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlaması barədə 20 sentyabr 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs anket məlumatları dəqiqləşdirilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə BNMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və qərarın icrasına başlanılmışdır. Elə həmin tarixdə, yəni 20 sentyabr 2024-cü il tarixdə, saat təqribən 16 radələrində Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində, İlham Əhmədov küçəsində 9 saylı evin yaxınlığında piyada hərəkət edərkən onlar tərəfindfən saxlanılmış və elə həmin vaxt əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmasına başlanılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilmiş, sonra isə onların təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən iki ədəd «Samsung» markalı mobil telefonları, bir ədəd azadlığın məhdudlaşdırılması ilə bağlı cihazı, həmin şalvarın sağ yan cibindən isə bir ədəd açarı, on manat pul əskinasını, beş ədəd müxtəlif banklara aid olan plastik kartları və özünə məxsus olan şəxsiyyət vəsiqəsini onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş açar və 10 manat pul əskinası özünə qaytarılmış, lakin iki ədəd mobil telefon və beş ədəd bank kartları götürülmüşdür. Şahid1 ifadəsinin davamında göstərdi ki, sorğu-sual zəminində Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə gizlədib saxladığını bildirmişdir. Bundan sonra tədbirin davamı olaraq Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı ünvan 4 ünvana ev sahibi Şahid4 iştirakı ilə onlar tərəfindən evə baxış keçirilmiş, baxış nəticəsində Təqsirləndirilən şəxs evin hamamında olan sement kisələrinin arxa tərəfinə gizlətdiyi bir ədəd siqaret qutusunu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə siqaret qutusunun içərisinə baxış keçirilərkən oradan 05 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, lakin evdən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik və psixotrop maddələr, həmçinin elektron tərəzi qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və zərf iştirakçılar və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Daha sonra həmin gün BNMİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə olan narkotik vasitə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd elektron tərəzi, 05 ədəd bank kartları, 02 ədəd Samsung markalı mobil telefon və 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi təhqiqatçı Yelmar Vahabova təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 05 bükümdə olan narkotik vasitənin heroin narkotik vasitəsi, 01 ədəd bükümdə olan psixotrop maddənin metamfetamin olduğunu bir daha təsdiq etmiş, həmin maddələri 10-15 gün əvvəl Xəzər rayonu ərazisində İran vətəndaşı Şahbaz adlı şəxsin əvvəlcədən təyin etdiyi yerdən götürərək sonuncunun göstərişi ilə müəyyən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini və həmin işin müqabilində Şahbaz adlı şəxsdən 150 manat pul almalı olduğunu bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, aparılan sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri alan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. 20 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayarkən, onun üzərinə və yaşadığı evə baxış keçirilərkən ona qarşı hər hansı formada zor tətbiq edilməmiş, ona hər hansı formada hədə-qorxu gəlinməmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitəni və psixotrop maddəni yaşadığı evdə saxladığını bildirmiş, sonra isə onu yaşadığı evin hamamından götürüb təqdim etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qaynatası Şahid4 ifadəsində göstərdi ki, Mənsimin həyat yoldaşı, onun X6 2024-cü ilin aprel ayında guya külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə qanunsuz olaraq Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin məhkəmə hökmündən apellyasiya və kassasiya qaydasında şikayət versələr də hökm dəyişdirilməmişdir. Qızı tutulduqdan sonra kürəkəni Təqsirləndirilən şəxs uşaqları ilə köçüb onun evində yaşamağa başlamışdır. Şahid4 ifadəsinin davamında mahiyyəti üzrə göstərdi ki, 20 sentyabr 2024-cü il tarixdə günorta saat 13-14 radələrində evdə çörək yeyərkən tanımadığı təqribən 5 nəfər içəri həyətə girmişdir. Belə ki, onların darvaza qapısı daima açıq olmuş, yalnız yatandanyatana bağlamışlar. Həmin şəxslər içəri daxil olarkən kürəkəni Mənsim onların arasında olmamışdır. Onlardan biri səbəbsiz olaraq ona yumruq atmış, lakin o çəkildiyindən yumruq onun paltarına dəyib keçmişdir. Sonra Mənsimi gətirib içəri aparmış, bütün evi yataq otağınadək, həyət-bacanı axtarmış, lakin heç nə tapmamışlar. Mənsimi içəridə döymüşlər. O, Məsimin döyülməsini şəxsən görməsə də, lakin səsini eşitmiş və döyüldüyünü başa düşmüşdür. Sonra onları həyətə düşürmüş və uşaqlı-böyüklü hamını həyətdən çölə çıxarmış, özləri içəridə qalmışlar. Heç iki dəqiqə keçməmiş onu içəri çağırmışlar və ona müxtəlif şeylər göstərib, həmin əşyaların onların hamamından sement kisələrinin arxasından tapıldığını bildirmişlər. Lakin o, buna etiraz edib, onlarda belə şeylərin olmadığını bildirmişdir. O, ona təqdim olunan həmin əşyaların haradan tapıldığını şəxsən öz gözləri ilə görməmişdir. 3-4 saat sonra da gətirib həmin əşyaları stolun üstünə qoymuş və videoçəkiliş aparmışlar. Aşkar olunan əşyalarla bağlı ondan soruşulanda o, həmin əşyalardan xəbərinin olmadığını, hardan gəlib çıxdığını bilmədiyini bildirmişdir. Bundan sonra yazılanlara imza etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə üzrə şahid qismində dindirilən Şahid4 ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı X2 əridir və onlar Xətai rayonu, NZS qəsəbəsində yaşamışlar. X6 2024-cü ilin aprel ayında külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və hazırda onun işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılır. Qızım Günel tutulandan sonra Mənsim onun yaşadığı evə köçərək birlikdə yaşamışlar. Lakin Təqsirləndirilən şəxs hansı işlə məğul olduğunu o, bilməmişdir. 20 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində o, yaşadığı evdə olan zaman evin qapısı açılmış və Mənsim içəri daxil olmuşdur. Həmin vaxt Mənsimin yanında əlavə 2-3 nəfər tanımadığı mülki geyimdə olan şəxslər də olmuşdur. Həmin şəxslər özlərini Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bildirərək videoçəkilişdən istifadə edilməklə onun razılığı ilə yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməmişdir. Videoçəkiliş aparılarkən polis əməkdaşları Mənsimə sual verib, yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığı soruşulmuşdur. Mənsim də bu sözdən sonra polis əməkdaşları ilə birlikdə evin hamamına daxil olaraq orada olan sement kisələrinin arxa tərəfində gizlətdiyi siqaret qutusunu və bir ədəd tərəzini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Mənsim təqdim etdiyi seqaret qutusunun içərisindən 6 ədəd bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt Mənsimin təqdim etdiyi bükümlərin içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı 5 ədəd bükümün içərisindən açıq qəhvəyi rəngli toz şəkilli maddə, bir ədəd bükümün içərisindən isə ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Mənsim aşkar edilmiş açıq qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin olduğunu, ağ rəngli maddənin isə psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri 10-15 gün qabaq İran vətəndaşı vasitəsi ilə Xəzər rayonu ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bundan sonra polis əməkdaşları Mənsimi aparıb getmişilər. Şahid4 tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ümumiyyətlə məlumatı olmamış, sonuncunun onun yaşadığı evin hamamında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və elektron tərəzini gizlətməsindən məlumatı olmamışdır (iş vərəqə: 156-158). Müəyyən olunan ziddiyyətlərlə bağlı tədqiq olunan ifadəsinə aydınlıq gətirən Şahid4 ifadəsinin davamında göstərdi ki, istər məhkəmədə tədqiq olunan ifadəsində, istərsə də küpəkəni ilə bağlı tərtib olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolda adının qarşısında edilmiş imzalar şəxsən onun özünə məxsusdurlar, həmin protokolları onun özü imzalamışdır. Baxılan işlə əlaqədar onu istintaqa dəvət edən müstəntiq onu hədələmiş, təzyiq göstərmiş və təzyiq altında onun ifadəsini almışdır. İbtidai istintaqda verilmiş ifadəsini, latın qrafikası ilə yazma-oxuma bilmədiyindən, oxumamış, müstəntiqin özü tərəfindən oxunmamışdır. Ona görə də ifadəsinin məzmununu bilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:02 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış baxılan iş üzrə təqsirləndirilən şəxs, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən iki ədəd «Samsung» markalı, üzərində 055/070 *** ** ** nömrəsi olan mobil telefonları, 01 ədəd azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərə tətbiq olunan xüsusi cihazı, həmin şalvarın yan cibindən 01 ədəd açarı, 10 manat pul əskinasını, 5 ədəd bank kartını və 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd «Samsung» markalı mobil telefon, 5 ədəd bank kartı və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 10 manat pul əskinası və açar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərini yoxlama prosesi ünvan 2 ünvanda keçirilmiş, yoxlama prosesi “İphone” markalı mobil telefon vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video çəkiliş aparılmaqla lentə alınmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən həmin protokol BNMİ-nin inzibati binasında tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ izah olunmuş, protokola qeydlər verilməmişdir. Protokol imzalarla təsdiq edilmiş və “İphone” markalı mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülərin yükləndiyi 1 ədəd CD formatlı disk protokola əlavə edildi (iş vərəqə: 17-19). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Əməliyyataxtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsi» haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs üstü yoxlanıldıqdan sonra o, yaşadığı ünvan 5 ünvanda narkotik vasitə saxladığını bildirmi və həmin evə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə evin sahibi Şahid4 iştirakı ilə evə baxış aparılmışdır. Baxış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə saxlaması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs evin hamamında olan sement kisələrinin arxa tərəfində gizlətdiyi 1 (bir) ədəd siqaret qutusunu təqdim etmiş, təqdim olunan həmin siqaret qutusunun içərisinə baxış keçirilmiş və baxış zamanı oradan 5 ədəd bükümdə açıq qəhvəyi rəngli, heroin narkotik vasitəsinə bənzər, 1 ədəd bükümdə isə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunan kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisinin 11 qram, heroinə bənzər kütlənin ümumi çəkisinin 23 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış keçirilən evin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, lakin baxş zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və ya sair predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar olumuş narkotik vasitəni və psixotrop maddəni İİR vətəndaşı vasitəsi ilə 10-15 gün əvvəl Xəzər rayonu ərazisindən götürdüyünü, evdə narkotik vasitə saxlaması ilə bağlı heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Evin sahibi olan Şahid4 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitədən xəbərsiz olduğunu qeyd etmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, evə baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, proses «İphone» markalı mobil telefon vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla lentə alınmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən həmin protokol BNMİ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ izah olunmuş, lakin protokola qeydlər verilməmiş, bütün iştirakçılar, o cümlədən təqsirləndirilən şəxsin özü tərəfindən imzalanmışdır. Baxış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı disk protokola əlavə olunmuşdur(iş vərəqə: 21-24). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında, həmçinin ünvan 6 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, 20 sentyabr 2024-cü il tarixdə, saat 16:02 dəqiqədə ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd bükümdə metamfetaminə, 5 ədəd bükümdə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus 2 ədəd “Samsung” markalı mobil telefon, 5 ədəd bank kartları və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 1 ədəd zərfə və 2 ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs imzası olan zərfdə 5 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisinin 11 qram, heroinə bənzər kütlələrin ümumilikdə çəkisinin 22 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr və elektron tərəzi yenidən qablaşdırılıb narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar olumuş narkotik vasitəni İİR vətəndaşı “Şahbaz” adlı şəxsin vasitəsi ilə 10-15 gün əvvəl Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Şahbaz” adlı şəxsin ona 150 manat pul verəcəyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, protokola daxil edilməli olan qeydlər verilməmiş, bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş və baxış keçirilməsinin videogörüntülərinin yükləndiyi 1 (bir) ədəd CD formatlı disk protokola əlavə olunmuşdur(iş vərəqə: 42-44). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «CD diskə baxış keçirilməsi haqqında» ayrı-ayrılıqda tərtib edilmiş 3 ədəd protokollardan görünür ki, tədqiq olunan həmin protokolların məzmunu işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması», «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsi» və «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 20 sentyabr 2024-cü il tarixli protokolların məzmunu ilə eynidir, ziddiyyətlər və prsosessual pozuntular müəyyən edilməmişdir(iş vərəqə: 102-103, 104-105, 106-107). İbtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» qərarına əsasən iş üzrə «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması», «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsi» və «Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 20 sentyabr 2024-cü il tarixli protokollara əlavə edilmiş, qeyd olunan proseslərin videogörüntülərinin yükləndiyi 3 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 216-231). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2024-cü il tarixli, 6/4656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut...” yazıları və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,182 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir; - 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,673 qram, 3,765 qram, 3,642 qram, 3,663 qram, 2,011 qram ümumi təmiz çəkiləri 16,754 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan rəydən görünür ki, ümumi təmiz çəkisi 16,754 qram olan heroin narkotik vasitəsinin 0,25 qramı tədqiqata sərf edilmiş və 16,504 qram qalıq qalmışdır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, ümumi təmiz çəkisi 10,182 qram olmuş metamfetamin psixotrop maddəsinin 0,05 qramı tədqiqata sərf edilmiş və 10,132 qram qalıq qalmışdır(iş vərəqə: 50-55). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanının müvafiq qərarları ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 16,754 qram olan heroin narkotik vasitəsi və təmiz çəkisi 10,182 qram olan metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 16,504 qram narkotik vasitə heroin,10,132 qram psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir(iş vərəqə: 123-125). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 21 oktyabr 2024-cü il tarixli, 6910 nömrəli rəyindən görünür ki, ki, Təqsirləndirilən şəxs psixostimuluyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçür olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 182-183). Cinayət işinə məhkəmə baxışı zamanı "xxxx" MMC-dən daxil olmuş 04 oktyabr 2024-cü il tarixdə BKC/LGL-12796/24 nömrəli və "xxxx" MMC-dən daxil olmuş 30 oktyabr 2024-cü il tarixdə AZF/LGL-9799/24 nömrəli müşayiət məktubu ilə daxil olmuş telefon danışığı cədvəlini özündə əks etdirən 2 ədəd CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir telefon danışığı və ya mesaj mətni müəyyən edilməmişdir. İş üzrə daxil olan 2 ədəd CD disk cinayət işinə əlavə edilmişdir(iş vərəqə: 192-204, 205-210). İbtidai istintaq orqanının «maddi sübut kimi tanınmaq barədə» qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir(iş vərəqə: 117). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə “Şahbaz” adlı şəxsin barəsində ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 232-233). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin kütləsi xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 800 qram, metamfetamin psixotrop maddəsinin kütləsi xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 16,754 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən 8-9 dəfə, 10,182 qram metamfetamin psixotrop maddəsinin çəkisi həmin siyahıda nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin start külli miqdar həddindən təqribən 5-6 dəfə çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış keçirilməsi və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində səmimi etirafı, Təqsirləndirilən şəxs psixostimuluyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyinə düçar olmasına baxmayaraq, ondan həm də opioid qrupuna aid olan heroin narkotik vasitəsinin külli miqdarda aşkar edilib götürülməsi, aşkar olunub götürülən narkotik vasitə və psixotrop maddənin «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar həddindən dəfələrlə artıq miqdarda olması, barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etməklə saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddəlrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən saat 16 radələrində deyil, təqribən 3 saat əvvəl – saat 13 radələrində (saat təqribən 13:10) saxlanılması, saxlanılarkən üzərində və ya yaşadığı ünvanda narkotik vasitə və ya psixotrop maddə olmaması, polis tərəfindən yaşadığı evdə fiziki təzyiqlərə məruz qalması, ona xəsarətlər yetirilməsi, aşkar edilmiş narkotik vasitə və psixototrop maddələrin polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana qanunsuz olaraq yerləşdirilməsi, təqdim olunan sənədlərə ona qarşı olan təzyiqlər nəticəsində imza etməsi və ittihamda göstərilən maddələri boynuna götürməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, hələ cinayət işinin məhkəməyədək icraatı mərhələsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti vasitəsilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılması ilə əlaqədar onun coğrafi yerdəyişməsinə dair məlumatlar əldə olunmuş və Probasiya Xidmətinin 09 dekabr 2024-cü il tarixli rəsmi sənədi ilə müəyyən edilmişdir ki, sorğu verilən Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə saat 00:00-dan saat 14:29-dək yaşayış yerində (Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, ev 1a), saat 14:30-dan saat 16:43-dək müxtəlif fasilələrlə yaşayış yerində və onun yaxınlığında olmuş, saat 16:44-də yaşayış yerini tərk edərək saat 17:37-dən sonra saat 20:06-dək DİN-nin BNMİ-nin inzibati binasında və daha sonra Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında olmuşdur. Tədqiq olunan həmin sənədlə Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə, o saat təqribən 13:10 radələrində Camal Azəryev küçəsində, 10-cu dairədə saxlanılması inkar olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qoyulması və ona xəsarətlər yetirilməsi xüsusatı araşdırılmış və Təqsirləndirilən şəxs bu istiqamətdə olan ittihamları təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş Təqsirləndirilən şəxs adına açılmış 7824/24 saylı tibbi kitabçanın 12-ci bölməsində bədən xəsarətləri ilə əlaqədar aparılan qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə BİT-ə daxil olmuş və üzərində aparılan tibbi müayinə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı həbs olunan zaman xəsarət aldığını bildirsə də obyektiv müayinə nəticəsində onun sağ biləyinin arxa səthində köhnə çapıq toxuma vardır, lakin yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Qeyd olunan xüsusatla bağlı Bakı şəhəri, Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, o cümlədən məhkəmə-tibb ekspertizası keçirilmiş, lakin Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qoyulması və ona xəsarətlər yetirilməsi xüsusatı təsdiq olunmadığından prokurorluğun 05 dekabr 2024-cü il tarixli qərarına əsasən cinayət işi başlanılması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin işdə olan 22 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, təqdimata baxılarkən Təqsirləndirilən şəxs əməlini etiraf edərək tutduğu əməldən peşiman olduğunu bildirmiş, iki il ərzində narkotik vasitələrdən istifadə etdiyini, saxlanılarkən üzərində narkotik vasitə olmadığını, mənzilində olduğunu və hamamda aşkar olunduğunu, satmadığını, öz istifadəsi üçün saxladığını göstərmiş, hədəqorxu nəticəsində etiraf etdiyini qeyd etmiş, DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qoyulması və ona xəsarətlər yetirilməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ən nəhayət, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qaynatası, iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədəki ifadəsi qeyri-səmimi, həqiqətə uyğun olmayıb, kürəkəni Təqsirləndirilən şəxs əməlini ört-basdır etmək, onu cinayət məsuliyyətindən və cəzadan azad olunması məqsədilə verilmiş ifadədir və sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-521/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 26 gün müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin onun həmin hökm üzrə olan məhkumluğu ödənilməmişdir(iş vərəqə: 140-149). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhər Probasiya İdarəsindən təqdim olunan 04 mart 2025-ci il tarixli, 3-16-21-1/2-10590/2025 saylı rəsmi arayışdan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda baxılan iş üzrə şübhəli olaraq tutulduğu 20 sentyabr 2024-cü il tarixədək təyin olunan cəzanın 10 (on) ay 26 (iyirmi altı) gününü çəkmiş, lakin təyin olunan cəzanın 1 (bir) il 7 (yeddi) ayı çəkilməmiş qalmışdır (iş materialları). Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs apzadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və baxılan cinayət işi üzrə cinayət hadisəsinin baş verdiyi tarixə təyin olunan həmin cəzanın bir hissəsinin çəkilməmiş qalmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə olan məhkumluğu ödənilməmiş və götürülməmişdir, həmçinin qeyd olunan bu məhkumluq cinayətlərin residivini yaratmayacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən müddətsiz İİ qrup əlildir və əlilliyə görə pensiya alır. Bundan başqa, işdə olan İmişli RİH başçısının Bəcirəvan kəndi üzrə nümayəndəliyindən Təqsirləndirilən şəxs adına verilmiş 02 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, sonuncu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğunun ödənilməməsi və götürülməməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan sanksiya hədlərində, hökmlərin məcmusuna görə cəza təyinetmənin prinsiplərinə əməl etməklə ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələblərinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə ona təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 7 (yeddi) ayının çəkilməmiş qalmasını və hər iki hökm üzrə təyin olunan cəzaların Azərbaycan Respublikası CMinin 67.1-cü maddəsinə əsasən tamamilə və ya qismən birləşdirilməli olmasını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə müəyyən edilməli və məhz bundan sonra yeni hökm üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzası Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə müəyyən olunan 09 (doqquz) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, sonuncunun ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını, məhkumluğu olmasına baxmayaraq həmin məhkumluğun onun əməlinin cinayətlərin residivini yaratmadığını və Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhrum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində 20 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 2 (iki) gün müddətində həbsdə saxlanılmış, müvafiq məhkəmənin 22 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində «asılılıq sindromu» (narkomaniya xəstəliyi) aşkar olunması nəzərə alınmalı və onun İİ dərəcəli əlil olması əsası ilə barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 ədəd bükümdə olan 16,504 qram çəkidə narkotik vasitə heroin, 10,132 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan iki ədəd «Samsung» markalı mobil telefon və 05 (beş) ədəd plastik bank kartları Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun cəza çəkdiyi X4 göndərilməli; - iş üzrə şəxsi axtarış və götürmə, ünvana baxış keçirilməsi və götürmə, disklərə baxış keçirilməsi proseslərinin videogörüntülərinin, həmçinin "xxxx" MMC və "xxxx" MMCdən əldə olunmuş məlumatların yükləndiyi cəmi 05 (beş) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 80,0 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ayı Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli hökmü üzrə müəyyən edilmiş və çəkilməmiş 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində «asılılıq sindromu» (narkomaniya xəstəliyi) aşkar olunması nəzərə alınsın və onun İİ dərəcəli əlil olması əsası ilə barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5 ədəd bükümdə olan 16,504 qram çəkidə narkotik vasitə heroin və 10,132 qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan iki ədəd «Samsung» markalı mobil telefon və 05 (beş) ədəd plastik bank kartları Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun cəza çəkdiyi X4 göndərilsin. - iş üzrə şəxsi axtarış və götürmə, ünvana baxış keçirilməsi və götürmə, disklərə baxış keçirilməsi proseslərinin videogörüntülərinin, həmçinin "xxxx" MMC və "xxxx" MMCdən əldə olunmuş məlumatların yükləndiyi cəmi 05 (beş) ədəd CD formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 80,0 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar