Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-962/2021 20.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Paşayev Azər İslah oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs: X5 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 Əzim qızının, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi6, “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə açıq məhkəmə iclasında
1. xx.xx.1971-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.2, 32.3, 177.2.1, 177.2.3, 177.2.4, 32.4, 177.2.1, 177.2.3, 177.2.4, 32.5, 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3cü maddələri ilə,
2. xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi küçəsi, ev 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə,
3. xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonunun Zilanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Neftçilər küçəsi, ev 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə,
4. xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Şəfibəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, M.Əliyev küçəsi, ev 6-da yerləşən 2 saylı Maşınqayırma Zavodunun yataqxanasında məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 övladı Təqsirləndirilən şəxs3, onun dostu Təqsirləndirilən şəxs2 və digər dostları Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmək məqsədi ilə tərbiyə etmək vəzifəsini daşıdığı yetkinlik yaşına çatmayan övladı Təqsirləndirilən şəxs3 və onun dostu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 oğurladıqları əmlakı satıb əldə olunacaq pulları aralarında böləcəyinə dair vəd vermə yolu ilə cinayətkar qrupa cəlb edərək X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində rəsm əsərləri, xalçalar və digər bahalı əşyaların olmasını əvvəllər həmin evdən oğurluq etmiş oğlu Təqsirləndirilən şəxs3 və onun dostu Təqsirləndirilən şəxs2 öyrəndikdən sonra həmin evdən oğurluq etmək məqsədilə 18.11.2020-ci il tarixdə, axşam saatlarında özünün yaşadığı ünvanda oğlu Təqsirləndirilən şəxs3, onun dostu Təqsirləndirilən şəxs2 və daha çox əmlak talayaraq daşıyıb çıxara bilmələri üçün kömək etməsi məqsədi ilə əlavə fiziki qüvvə kimi dəvət etdikləri digər dostları Təqsirləndirilən şəxs4 bir araya toplayaraq, orada törədəcəkləri cinayətin üsul və şərtlərini, cinayətdə rollarını, geri qayıtma yollarını şərtləndirib planlaşdırmaqla, talayacaqları əmlakı öz evində gizlətməyi və sonradan yaxşı qiymətə realizə edib əldə olunacaq qazancı onlarla bölüşəcəyini qabaqcadan vəd verməklə birbaşa təşkilatçılığı, rəhbərliyi, təhriki, göstəriş və tövsiyyələri ilə onları oğurluq cinayətinin törədilməsinə sövq və təhrik edərək 18.11.2020-ci il tarixdə, gecə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə oğurluğa göndərmiş, sonuncular həmin evə pəncərədən keçməklə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki iş otağından üstü şüşədən olan taxta çərçivəni qırmaqla içərisindəki dəyəri 10.000 (on min) manat olan, divar xalçasını, birinci mərtəbədəki dəhlizin divarına vurulmuş bir ədəd mənzərə və dəyəri 3000 (üç min) manat olan rəsm əsərini, birinci mərtəbənin qonaq otağındakı servantın üzərindən bir ədəd dəyəri 50 (əlli) manat olan bəzəkli mis qab-qacaq dəstini, birinci və ikinci mərtəbələr arasında olan pilləkənin üzərinə bükülü halda qoyulmuş bir ədəd qara rəngli xalis xəzdən olan dəyəri 150 (yüz əlli) manat dəyərində xalçanı, ikinci mərtəbədəki asılqanlardan hər birinin dəyəri 9.000 (doqquz min) manat olmaqla ümumi dəyəri 18.000 (on səkkiz min) manat olan iki ədəd qadın şubalarını, birinci mərtəbənin iş otağındakı masanın üzərindən bir ədəd qəhvəyi rəngli futlyarın içərisində saxlanılan 300 (üç yz) manat dəyərində suvenir manqal dəstini, mənfi birinci mərtəbədən içərisində ümumi dəyəri 100 (yüz) manat olan müxtəlif çeşiddə mobil telefon adaptorları və naqilləri olan bir ədəd sellofan torbanı, dəyəri 80 (səksən) manat olan bir ədəd “AOC” markalı monitoru gizli olaraq talayıb evdən çıxardaraq onun yaşadığı, yaxınlıqdakı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikiliyə gətirərək orada bölüşdürüb, taladıqları digər əmlakı isə satıb əldə olunacaq pulu öz aralarında bölmək məqsədi ilə ona təhvil verməklə zərər çəkmiş şəxs X6 məxsus 31.680 (otuz bir min altı yüz səksən) manat məbləğində xeyli miqdarda əmlakın gizli talanaraq oğurlanmasında təşkilatçı, təhrikçi və köməkçi qismində iştirak etmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və tərbiyə etmək vəzifəsini daşıdığı yetkinlik yaşına çatmayan övladı Təqsirləndirilən şəxs3 oğurladıqları əmlakı satıb əldə olunacaq pulları aralarında böləcəyinə dair vəd vermə yolu ilə cinayətkar qrupa cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni 22.11.2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edərək üzərində saxlamış, 25.11.2020-ci il tarixdə saat 06:30 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ev 161A ünvanında yaşadığı evin yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin ünvan 6 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bağlamaya bükülmüş təmiz çəkisi 2,213 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Salman oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 dostu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 atası Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmək məqsədi ilə X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində rəsm əsərləri, xalçalar və digər bahalı əşyaların olmasını əvvəllər həmin evdən oğurluq etmiş dostu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 öyrəndikdən sonra həmin evdən oğurluq etmək məqsədilə dostu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 18.11.2020-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikilidə bir araya toplaşaraq orada törədəcəkləri cinayətin üsul və şərtlərini, cinayətdə rollarını, geri qayıtma yollarını şərtləndirib planlaşdırmaqla, talayacaqları əmlakı öz evində gizlətməyi və sonradan yaxşı qiymətə realizə edib əldə olunacaq qazancı onlarla bölüşəcəyini qabaqcadan vəd verməklə cinayət əməlində onlarla əlbir olan Təqsirləndirilən şəxs1 birbaşa təşklatçılığı, rəhbərliyi, təhriki, göstəriş və tövsiyyələri ilə 18.11.2020-ci il tarixdə, gecə saat 22 radələrində X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasarı aşıb ikinci mərtəbəyə dırmaşaraq oradakı eyvanın qapısından keçib evin içərisinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsindəki iş otağından üstü şüşədən olan taxta çərçivəni qırmaqla içərisindəki dəyəri 10.000 (on min) manat olan, divar xalçasını, birinci mərtəbədəki dəhlizin divarına vurulmuş bir ədəd mənzərə və dəyəri 3000 (üç min) manat olan rəsm əsərini, birinci mərtəbənin qonaq otağındakı servantın üzərindən bir ədəd dəyəri 50 (əlli) manat olan bəzəkli mis qab-qacaq dəstini, birinci və ikinci mərtəbələr arasında olan pilləkənin üzərinə bükülü halda qoyulmuş bir ədəd qara rəngli xalis xəzdən olan dəyəri 150 (yüz əlli) manat dəyərində xalçanı, ikinci mərtəbədəki asılqanlardan hər birinin dəyəri 9.000 (doqquz min) manat olmaqla ümumi dəyəri 18.000 (on səkkiz min) manat olan iki ədəd qadın şubalarını, birinci mərtəbənin iş otağındakı masanın üzərindən bir ədəd qəhvəyi rəngli futlyarın içərisində saxlanılan 300 (üç yz) manat dəyərində suvenir manqal dəstini, mənfi birinci mərtəbədən içərisində ümumi dəyəri 100 (yüz) manat olan müxtəlif çeşiddə mobil telefon adaptorları və naqilləri olan bir ədəd sellofan torbanı, dəyəri 80 (səksən) manat olan bir ədəd “AOC” markalı monitoru evdən gizli olaraq talayıb evdən çıxardaraq Təqsirləndirilən şəxs1 yaşadığı, yaxınlıqdakı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikiliyə apararaq orada bölüşdürüb taladıqları əmlakları satıb əldə olunacaq pulu öz aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 təklifi ilə ona təhvil verməklə taladıqları evin sahibi X6 məxsus 31.680 (otuz bir min altı yüz səksən) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 dostu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmək məqsədi ilə X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində uzun illərdir ki, daimi yaşayışın olmadığını və ev sahibləri tərəfindən vaxtaşırı həmin evə əşyalar daşıyıb gətirdiklərini bir müddət kənardan müşahidə etdikdən sonra 16 noyabr 2020-ci il tarixdə həmin ünvandan oğurluq etmələrinə dair Təqsirləndirilən şəxs2la razılığa gəlib, gecə saatlarında fərdi yaşayış evinə hasarı aşıb ikinci mərtəbəyə dırmaşaraq oradakı eyvanın qapısından keçib evin içərisinə qanunsuz daxil olmaqla ilk olaraq törətdikləri oğurluq cinayətinin izlərini itirmək məqsədi ilə evin mənfi birinci mərtəbəsindəki xidməti otaqdan videomüşahidə kameralarının görüntülərini qeydə alıb arxivləşdirən dəyəri 1000 (bir min) manat olan qurğunu, daha sonra isə birinci mərtəbədəki iş otağındakı masanın üzərindən bahalı ağac növündən hazırlanmış dəyəri 120 (yüz iyirmi) manat olan bir ədəd nərdtaxtanı, qonaq otağındakı şkafdan bir ədəd dəyəri 250 (iki yüz əlli) manat olan qırmızı futlyarın içərisində saxlanılan bahalı növ ağacdan hazırlanmış nərdtaxtanı, ikinci mərtəbədəki paltar şkafından ümumi dəyəri 345 (üç yüz qırx beş) manat olan «Armani» və digər firmalaın istehsalı olan kişi gödəkçələri və köynəklərini, mənfi birinci mərtəbədəki istirahət otağındakı bardan ümumi dəyəri 900 (doqquz yüz) manat olan üç şüşə müxtəlif marka və növdə spirti içkiləri oradan tapdıqları torbalara dolduraraq gizli olaraq talayıb evdən çıxardaraq atasının yaşadığı, yaxınlıqdakı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikiliyə apararaq orada bölüşdürməklə evin sahibi X6 məxsus 2615 (iki min altı yüz on beş) manat məbləğində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən atası Təqsirləndirilən şəxs1, dostu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmək məqsədi ilə 16.11.2020-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində rəsm əsərləri, xalçalar və digər bahalı əşyaların olmasını atası Təqsirləndirilən şəxs1 bildirdikdən sonra həmin evdən təkrarən oğurluq etmək məqsədilə dostu Təqsirləndirilən şəxs2 və daha çox əmlak talayaraq daşıyıb çıxara bilmələri üçün kömək etməsi məqsədi ilə əlavə fiziki qüvvə kimi dəvət etdikləri digər dostları Təqsirləndirilən şəxs4 ilə birlikdə 18.11.2020-ci il tarixdə, axşam saatlarında atası Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda bir araya toplaşaraq orada törədəcəkləri cinayətin üsul və şərtlərini, cinayətdə rollarını, geri qayıtma yollarını şərtləndirib planlaşdırmaqla, talayacaqları əmlakı öz evində gizlətməyi və sonradan yaxşı qiymətə realizə edib əldə olunacaq qazancı onlarla bölüşəcəyini qabaqcadan vəd verməklə cinayət əməlində onlarla əlbir olan atası Təqsirləndirilən şəxs1 birbaşa təşklatçılığı, rəhbərliyi, təhriki, göstəriş və tövsiyyələri ilə 18.11.2020-ci il tarixdə, gecə saat 22 radələrində X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasarı aşıb ikinci mərtəbəyə dırmaşaraq oradakı eyvanın qapısından keçib evin içərisinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsindəki iş otağından üstü şüşədən olan taxta çərçivəni qırmaqla içərisindəki dəyəri 10.000 (on min) manat olan, divar xalçasını, birinci mərtəbədəki dəhlizin divarına vurulmuş bir ədəd mənzərə və dəyəri 3000 (üç min) manat olan rəsm əsərini, birinci mərtəbənin qonaq otağındakı servantın üzərindən bir ədəd dəyəri 50 (əlli) manat olan bəzəkli mis qab-qacaq dəstini, birinci və ikinci mərtəbələr arasında olan pilləkənin üzərinə bükülü halda qoyulmuş bir ədəd qara rəngli xalis xəzdən olan dəyəri 150 (yüz əlli) manat dəyərində xalçanı, ikinci mərtəbədəki asılqanlardan hər birinin dəyəri 9.000 (doqquz min) manat olmaqla ümumi dəyəri 18.000 (on səkkiz min) manat olan iki ədəd qadın şubalarını, birinci mərtəbənin iş otağındakı masanın üzərindən bir ədəd qəhvəyi rəngli futlyarın içərisində saxlanılan 300 (üç yz) manat dəyərində suvenir manqal dəstini, mənfi birinci mərtəbədən içərisində ümumi dəyəri 100 (yüz) manat olan müxtəlif çeşiddə mobil telefon adaptorları və naqilləri olan bir ədəd sellofan torbanı, dəyəri 80 (səksən) manat olan bir ədəd “AOC” markalı monitoru gizli olaraq talayıb evdən çıxardaraq atasının yaşadığı, yaxınlıqdakı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikiliyə apararaq orada bölüşdürüb taladıqları əmlakları satıb əldə olunacaq pulu öz aralarında bölmək məqsədi ilə atası Təqsirləndirilən şəxs1 təklifi ilə ona təhvil verməklə taladıqları evin sahibi X6 məxsus 31.680 (otuz bir min altı yüz səksən) manat məbləğində xeyli miqdarda əmlakı təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talayıb oğurluq etmək məqsədi ilə X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində uzun illərdir ki, daimi yaşayışın olmadığını və ev sahibləri tərəfindən vaxtaşırı həmin evə əşyalar daşıyıb gətirdiklərini Təqsirləndirilən şəxs3 öyrəndikdən sonra, 16 noyabr 2020-ci il tarixdə həmin ünvandan oğurluq etmələrinə dair razılığa gəlib gecə saatlarında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasarı aşıb ikinci mərtəbəyə dırmaşaraq oradakı eyvanın qapısından keçib evin içərisinə qanunsuz daxil olmaqla ilk olaraq törətdikləri oğurluq cinayətinin izlərini itirmək məqsədi ilə evin mənfi birinci mərtəbəsindəki xidməti otaqdan videomüşahidə kameralarının görüntülərini qeydə alıb arxivləşdirən dəyəri 1000 (bir min) manat olan qurğunu, daha sonra isə birinci mərtəbədəki iş otağındakı masanın üzərindən bahalı ağac növündən hazırlanmış dəyəri 120 (yüz iyirmi) manat olan bir ədəd nərdtaxtanı, qonaq otağındakı şkafdan bir ədəd dəyəri 250 (iki yüz əlli) manat olan qırmızı futlyarın içərisində saxlanılan bahalı növ ağacdan hazırlanmış nərdtaxtanı, ikinci mərtəbədəki paltar şkafından ümumi dəyəri 345 (üç yüz qırx beş) manat olan «Armani» və digər firmalaın istehsalı olan kişi gödəkçələri və köynəklərini, mənfi birinci mərtəbədəki istirahət otağındakı bardan ümumi dəyəri 900 (doqquz yüz) manat olan üç şüşə müxtəlif marka və növdə spirti içkiləri oradan tapdıqları torbalara dolduraraq gizli olaraq talayıb evdən çıxardaraq atasının yaşadığı, yaxınlıqdakı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikiliyə apararaq orada bölüşdürməklə evin sahibi X6 məxsus 2615 (iki min altı yüz on beş) manat məbləğində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən dostu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talayıb oğurluq etmək məqsədi ilə 16.11.2020-ci il tarixdə dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq etdikləri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində rəsm əsərləri, xalçalar və digər bahalı əşyaların olmasını Təqsirləndirilən şəxs1 bildirdikdən sonra həmin evdən təkrarən oğurluq etmək məqsədilə dostu Təqsirləndirilən şəxs3 və daha çox əmlak talayaraq daşıyıb çıxara bilmələri üçün kömək etməsi məqsədi ilə əlavə fiziki qüvvə kimi dəvət etdikləri digər dostları Təqsirləndirilən şəxs4 ilə birlikdə 18.11.2020-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda bir araya toplaşaraq orada törədəcəkləri cinayətin üsul və şərtlərini, cinayətdə rollarını, geri qayıtma yollarını şərtləndirib planlaşdırmaqla, talayacaqları əmlakı öz evində gizlətməyi və sonradan yaxşı qiymətə realizə edib əldə olunacaq qazancı onlarla bölüşəcəyini qabaqcadan vəd verməklə cinayət əməlində onlarla əlbir olan Təqsirləndirilən şəxs1 birbaşa təşklatçılığı, rəhbərliyi, təhriki, göstəriş və tövsiyyələri ilə 18.11.2020-ci il tarixdə, gecə saat 22 radələrində X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hasarı aşıb ikinci mərtəbəyə dırmaşaraq oradakı eyvanın qapısından keçib evin içərisinə qanunsuz daxil olmaqla evin birinci mərtəbəsindəki iş otağından üstü şüşədən olan taxta çərçivəni qırmaqla içərisindəki dəyəri 10.000 (on min) manat olan, divar xalçasını, birinci mərtəbədəki dəhlizin divarına vurulmuş bir ədəd mənzərə və dəyəri 3000 (üç min) manat olan rəsm əsərini, birinci mərtəbənin qonaq otağındakı servantın üzərindən bir ədəd dəyəri 50 (əlli) manat olan bəzəkli mis qab-qacaq dəstini, birinci və ikinci mərtəbələr arasında olan pilləkənin üzərinə bükülü halda qoyulmuş bir ədəd qara rəngli xalis xəzdən olan dəyəri 150 (yüz əlli) manat dəyərində xalçanı, ikinci mərtəbədəki asılqanlardan hər birinin dəyəri 9.000 (doqquz min) manat olmaqla ümumi dəyəri 18.000 (on səkkiz min) manat olan iki ədəd qadın şubalarını, birinci mərtəbənin iş otağındakı masanın üzərindən bir ədəd qəhvəyi rəngli futlyarın içərisində saxlanılan 300 (üç yz) manat dəyərində suvenir manqal dəstini, mənfi birinci mərtəbədən içərisində ümumi dəyəri 100 (yüz) manat olan müxtəlif çeşiddə mobil telefon adaptorları və naqilləri olan bir ədəd sellofan torbanı, dəyəri 80 (səksən) manat olan bir ədəd “AOC” markalı monitoru gizli olaraq talayıb evdən çıxardaraq Təqsirləndirilən şəxs1 yaşadığı, yaxınlıqdakı ünvan 4 ünvanında yerləşən 2 saylı X1 həyətindəki özbaşına tikiliyə apararaq orada bölüşdürüb taladıqları əmlakları satıb əldə olunacaq pulu öz aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 təklifi ilə ona təhvil verməklə taladıqları evin sahibi X6 məxsus 31.680 (otuz bir min altı yüz səksən) manat dəyərində xeyli miqdarda əmlakı təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 atası, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə dostlarıdır. Onun 7 yaşı olanda valideynləri ayrılmış, o və böyük bacısı anası Natavanla birlikdə Zabrat-1 qəsəbəsində yaşamış, atası isə ünvan 7 ünvanında yaşamışdır. Atası ilə anasının ayrılmalarına baxmayaraq arabir atası yaşadığı ünvana gedib-gəlirdi. Elə həmin ərəfələrdə atasının yaşadığı məhəllədən təxminən 200 metr aralıda dəbdəbəli bir villanın olmasını görmüşdür. Lakin orada konkret olaraq kimin yaşamasını bilməmiş, villanın görünüşünə görə anlamışdır ki, o villa imkanlı bir şəxsə məxsusdur. Yəni, zərərçəkmiş şəxs Ruslan Əyyubovu tanımamış və onu heç vaxt görməmişdir. 2020-ci ilin təxminən noyabr ayının 16-da gecə vaxtı Zabrat qəsəbəsində olan məhəllə qonşusu və dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə axşam saatlarında Zabrat qəsəbəsindən çıxıb avtobusla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsinə atasıgilə gəlmiş, yolüstü mağazadan ərzaq və pivə almış, atasıgilə gəlmişdir. Özündə olan açarla qapını açaraq atasının evdə olmadığını görmüş, Bayramla birlikdə yemək yeyib pivə içmişlər. Bundan sonra küçəyə çıxaraq gəzişdikləri zaman villanın yanından keçdikdə həmin villaya girib sadəcə içinə baxmaq qərarına gəlmişlər. Hasarın böyründən keçən qaz kəməri vasitəsi ilə hasardan aşıb həyətə düşmüş, villanı nəzərdən keçirdikdə giriş qapısının dəmirdən olduğunu, pəncərələrinin isə dəmir barmaqlıqlarla əhatə olunduğunu görmüşlər. Qərara gəlmişlər ki, ikinci mərtəbənin eyvanına çıxsınlar. Belə ki, eyvanın qapısının dəmir barmaqlıqları olmamışdır. Eyvana binanın çıxıntıları vasitəsi ilə dırmaşaraq müəyyən etmişlər ki, eyvana çıxan qapı bağlı deyildir. Bundan sonra eyvandan evə daxil olmuşlar. Evə daxil olduqdan sonra bütün evi gəzib baxmışlar, orada çox sayda müxtəlif bahalı və maraqlı əşyalar, içkilər, xalçalar, qab-qacaqlar, şəkillər, geyimlər olmuşdur. Həmin vaxt onlar bardan 3 şüşə araq, geyim paltarları, o cümlədən kapüşonlu kurtka, köynək, şalvar götürüb həmin əşyaları evdə aşkar etdikləri sepli çantaya yığmışlar. Həmçinin evdə videokameraların olduğunu müşahidə etdikləri üçün həmin kameraların görüntülərini əks etdirən cihazı zirzəmidən aşkar edərək həmin cihazı xətdən aralyıb çantaya qoyub gəldikləri yolla həmin yeri tərk edib atasının evinə gəlmişlər. Evə gələndə atası evdə yox idi. Bayramla həmin gün atasıgildə gecələmiş, səhəri gün həmin çantanı götürüb Zabrat qəsəbəsinə getmişlər. Geyim əşyaları özlərinə və digər dostlarına paylamışlar. Spirti içkiləri isə qəbul etmişlər. Bundan iki gün sonra, yəni 18 noyabr 2020-ci il tarixdə yenə avtobusla o, Bayram və dostları və məhəllə uşağı olan Təqsirləndirilən şəxs4lə atasıgilə getmişlər. Kənana yalandan demişlər ki, guya Vorovskidə dostunun dayısının evindən götürəcəkləri əşyanın daşınmasına kömək etsin. Lakin öncə atasının evinə gəlmişlər, atası bu dəfə evdə olmuşdur. Atası onlarla çay içib harasa çıxmış, o isə dostları ilə bundan istifadə edərək yolüstü aldığı pivələri içib təkrarən həmin villanın qarşısına gəlmişlər. Hava artıq qaralmışdır. Orada Kənana çöldə onları gözləməsini deyərək Bayramla birlikdə hasardan aşıb həyətə düşmüş, oradan eyvan vasitəsi ilə evə daxil olmuşlar. Bundan sonra evdən aşkar etdikləri çantaya 2 ədəd nərdtaxta, divara asılmış biri xalça, digəri isə adi rəsmləri kəsərək çantaya qoymuşlar, həmçinin oradan gümüş qab-qacaq dəsti, bir ədəd qara rəngli xəz xalçanı, şkaf və asılqanlardan özlərinə uyğun gələn xeyli sayda köynəklər, sonra manqal dəsti və zirzəmidən mobil telefon adapterləri olan sellofan torbanı götürüb çantaya qablaşdıraraq gəldikləri yolla oranı tərk etmişlər. Hasarı aşanda Kənan çantanı onlardan qəbul etmişdir. Oğurladığı bütün əşyaları etiraf edir, lakin itihamda göstərilən iki ədəd qadın şubası oğurladığı əşyaların içində olmamışdır. Çantanı üçü birlikdə atasıgilə gətirmiş, atası çantada nə olduğunu soruşduqda demişdir ki, çantada olan əşyaları dostunun dayısı veribdir. Atası onların cavablarından şübhələnərək əşyaları qaytarmağı tələb etmiş, onlar da guya atasının tələbini yerinə yetirmək adı ilə çölə çıxaraq bir azdan evə qayıdaraq atasının başı qarışdığından istifadə edərək həmin əşyaları divanın altında və şkafın arxasında gizlətmişlər. Səhərisi isə həmin əşyaları özləri ilə Zabrat qəsəbəsinə aparıb bölüşmüşlər. Etdiyi əməldən peşmandır. Hadisədən bir neçə gün sonra onu polis əməkdaşları saxlayıb Binəqədi RPİ-nin 4-cü PB-nə gətirmişlər. Orada ona təklif olunmuşdur ki, oğurluğu atasının təhriki ilə etdiyini desə onu və dostlarını buraxacaqlar. O da inanıb atasının əleyhinə yalan ifadələr vermişdir. Atası onu və dostlarını cinayətə təhrik etməmiş, oğurlanan əşyaları satıb pulları onlara verməsini deməmiş, oğurladığı əşyalardan atasına heç bir şey deməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 dostlarıdır, Təqsirləndirilən şəxs1 isə dostu Ayxanın atasıdır. Zərərçəkmiş şəxs X7 ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs3 Zabrat qəsəbəsində onlarla qonşuluqda yaşayır, dostluq edirlər. Ayxanın atası onlardan ayrıldığı üçün Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 161A ünvanında tək yaşayır, buna baxmayaraq Ayxan atası ilə əlaqəsini itirməyib, vaxtaşırı atasının yaşadığı ünvana gedib-gəlir, ona baş çəkir. Hərdən o da Ayxanla birlikdə həmin ünvana gedib-gəlirdi. 16 noyabr 2020-ci il tarixdə Ayxanla birlikdə axşam saatlarında Zabrat qəsəbəsindən çıxıb avtobuslarla Binəqədi rayonu Rəsulzadə qəsəbəsinə Ayxanın atasıgilə getmişlər,yolüstü mağazadan ərzaq və pivə almışlar. Ayxan özündə olan açarla atasının yaşadığı evin qapısını açaraq atasının evdə olmadığını görmüşlər. Orada birlikdə yemək yeyib pivə içmişlər. Bundan sonra küçəyə çıxaraq gəzişdikləri zaman villanın yanından keçdikdə həmin villaya girib sadəcə içinə baxmaq qərarına gəlmişlər. Hasarın böyründən keçən qaz kəməri vasitəsi ilə hasardan aşıb həyətə düşmüş, villanı nəzərdən keçirdikdə giriş qapısının dəmirdən olduğunu, pəncərələrinin isə dəmir barmaqlıqlarla əhatə olunduğunu görmüşlər. Qərara gəlmişlər ki, ikinci mərtəbənin eyvanına çıxsınlar. Belə ki, eyvanın qapısının dəmir barmaqlıqları olmamışdır. Eyvana binanın çıxıntıları vasitəsi ilə dırmaşaraq müəyyən etmişlər ki, eyvana çıxan qapı bağlı deyildir. Bundan sonra eyvandan evə daxil olmuşlar. Evə daxil olduqdan sonra bütün evi gəzib baxmışlar, orada çox sayda müxtəlif bahalı və maraqlı əşyalar, içkilər, xalçalar, qab-qacaqlar, şəkillər, geyimlər olmuşdur. Həmin vaxt onlar bardan 3 şüşə araq, geyim paltarları, o cümlədən kapüşonlu kurtka, köynək, şalvar götürüb həmin əşyaları evdə aşkar etdikləri sepli çantaya yığmışlar. Həmçinin evdə videokameraların olduğunu müşahidə etdikləri üçün həmin kameraların görüntülərini əks etdirən cihazı zirzəmidən aşkar edərək həmin cihazı xətdən aralyıb çantaya qoyub gəldikləri yolla həmin yeri tərk edib Ayxanın atasının evinə gəlmişlər. Evə gələndə Ayxanın atası evdə yox idi. Həmin gün Ayxanın atasıgildə gecələmiş, səhəri gün həmin çantanı götürüb Zabrat qəsəbəsinə getmişlər. Geyim əşyaları özlərinə və digər dostlarına paylamışlar. Spirti içkiləri isə qəbul etmişlər. Bundan iki gün sonra, yəni 18 noyabr 2020-ci il tarixdə yenə avtobusla o, Ayxan və dostları və məhəllə uşağı olan Təqsirləndirilən şəxs4lə Ayxanın atasıgilə getmişlər. Kənana yalandan demişlər ki, guya Vorovskidə dostunun dayısının evindən götürəcəkləri əşyanın daşınmasına kömək etsin. Lakin öncə Ayxanın atasının evinə gəlmişlər, sonuncunun atası bu dəfə evdə olmuşdur. Ayxanın atası onlarla çay içib harasa çıxmış, onlar isə bundan istifadə edərək yolüstü aldığı pivələri içib təkrarən həmin villanın qarşısına gəlmişlər. Hava artıq qaralmışdır. Orada Kənana çöldə onları gözləməsini deyərək Ayxanla birlikdə hasardan aşıb həyətə düşmüş, oradan eyvan vasitəsi ilə evə daxil olmuşlar. Bundan sonra evdən aşkar etdikləri çantaya 2 ədəd nərdtaxta, divara asılmış biri xalça, digəri isə adi rəsmləri kəsərək çantaya qoymuşlar, həmçinin oradan gümüş qab-qacaq dəsti, bir ədəd qara rəngli xəz xalçanı, şkaf və asılqanlardan özlərinə uyğun gələn xeyli sayda köynəklər, sonra manqal dəsti və zirzəmidən mobil telefon adapterləri olan sellofan torbanı götürüb çantaya qablaşdıraraq gəldikləri yolla oranı tərk etmişlər. Hasarı aşanda Kənan çantanı onlardan qəbul etmişdir. Oğurladıqları əşyaların içində şuba olmamışdır. İttihamda göstərilən qalan əşyalar olmuşdur. Çantanı üçü birlikdə Ayxanın atasıgilə gətirmiş, Ayxanın atası çantada nə olduğunu soruşduqda demişlər ki, çantada olan əşyaları dostlarının dayısı veribdir. Ayxanın atası onların cavablarından şübhələnərək əşyaları qaytarmağı tələb etmiş, onlar da guya Ayxanın atasının tələbini yerinə yetirmək adı ilə çölə çıxaraq bir azdan evə qayıdaraq Ayxanın atasının başının qarışdığından istifadə edərək həmin əşyaları divanın altında və şkafın arxasında gizlətmişlər. Səhərisi isə həmin əşyaları özləri ilə Zabrat qəsəbəsinə aparıb bölüşmüşlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zabrat qəsəbəsində yaşayır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 v Təqsirləndirilən şəxs2 qonşuları olmaqla yanaşı, həm də dostlarıdır. 18.11.2020-ci il tarixdə dostları X9 yaşayan dostlarının dayısı evindən əşya gətirməsində köməklik etmək üçün onlarla birlikdə getməyi xahiş etmişlər. O da etiraz etməyərək dostları ilə birlikdə öncə Ayxanın atasının yaşadığı ünvana getmişlər. Ayxanın atası onlarla çay içib harasa çıxmış, onlar isə yolüstü aldığı pivələri içib evdən çıxıb tanımadığı bir villanın qarşısına gəlmişlər. Orada Ayxan və Bayram bildirmişlər ki, bu villa dostlarının dayısının villasıdır, oradan əşya götürüb qayıdacaqlar, ona isə çöldə gözləməsini demişlər. Bundan sonra Ayxan və Bayram hasardan aşaraq villanın həyətinə düşmüşlər. Bir müddət sonra uşaqlar ona hasarın üstündən bir çanta ötürmüşlər. Sonra isə özləri düşmüşlər. Çantanı üçü birlikdə Ayxanın atasıgilə gətirmiş, Ayxanın atası çantada nə olduğunu soruşduqda Ayxan demişdir ki, çantada olan əşyaları dostunun dayısı veribdir. Ayxanın atası onların cavablarından şübhələnərək əşyaları qaytarmağı tələb etmiş, onlar da guya Ayxanın atasının tələbini yerinə yetirmək adı ilə çölə çıxaraq bir azdan evə qayıdaraq Ayxanın atasının başı qarışdığından istifadə edərək həmin əşyaları divanın altında və şkafın arxasında gizlətmişlər. Səhərisi isə həmin əşyaları özləri ilə Zabrat qəsəbəsinə aparmışlar. Ayxan ona 2 ədəd köynək pay vermişdir. Ayxanla Bayramın getdikləri evdən oğurluq etmələrini bilməmişdir. Ona bu ikisi oğurluq edəcəkləri barədə heç nə deməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 keçmiş əri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə oğlu Ayxanın dostlarıdır. Ərindən ayrıldıqdan sonra bir oğlu və qızı ilə Zabrat qəsəbəsində yaşamış, əri Eldar isə ünvan 7 ünvanında tək yaşamışdır. Oğlu ibtidai araşdırma zamanı verdiyi ifadələrini onun iştirakı ilə vermişdir. Hazırda məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Müstəntiq onun iştirakı ilə Ayxanı dindirdikdə Ayxan könüllü və heç bir təzyiq olmadan ikinci dəfə törətdiyi oğurluq əməllərini atası Təqsirləndirilən şəxs1 göstərişi və təhriki ilə dostları ilə birlikdə törətdiyini, oğurlanan əşyaları Ayxangildən satmaq adı ilə alıb özündə saxladığını müstəntiqə bildirmiş, birinci- yəni 16 noyabr 2020-ci il tarixdə dostu Bayramla etdiyi oğurluqdan atasının xəbəri olmadığını göstərmişdir. Əri Eldarın yaşadığı evin açarı yalnız Eldarda olmuş, Ayxanda həmin açar heç vaxt olmamışdır. X16 aldığı müşahidə kamerasının avadanlığını saxlamaq üçün öz bacısına vermiş və həmin əşyalar üçün alıcı axtardığını bilən Ayxan atasının bacısıgildən həmin avadanlığı alıb sındırmışdır. Ayxan müstəntiqə onun iştirakı ilə ikinci oğurluq epizodu ilə bağlı ifadə verərkən bildirmişdir ki, atası ona müşahidə kameraları olmayan küçə ilə oğurluğa gedib qayıtmağı tövsiyyə etmişdir. Oğlu evinə oğurladığı əşyalardan 1-2 balaca kişi koftaları gətirmişdir. Ona isə izah etmişdir ki, bibisi oğlu Elşənlə paltarlarını dəyişiblər. Bu səbəbdən Ayxana inanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 onun doğma oğludur, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 oğlunun dostlarıdır. Oğlu anası və bacısı ilə Zabrat qəsəbəsində yaşayır, o isə atasına məxsus Bakı şəhəri, Bnəqədi rayonu, Azadlıq prospekti ev 161A-da iki otaqlı fərdi evdə yaşayır. İş ondadır ki, o, arvadı Natəvandan 2011-ci ildə ayrıldığı üçün ailəsindən ayrı yaşayır. Buna baxmayaraq oğlu Ayxan onun yanına gəlibgedirdi. Təxminən 16.11.2020-ci il tarixdə gecə vaxtı Ayxan dostu Bayramla birlikdə evinə gəlmişlər. O, qızına telefon almaq üçün lazım olan 135 manat pulu Ayxana vermişdir ki, aparıb bacısına çatdırsın. Pulu Ayxana verdikdən sonra onlar çıxıb getmişlər. Ayxana bildirmişdir ki, noyabrın 21-də babasının il dönümüdür, gəlib ona kömək etsin. Bundan sonra 19 noyabr 2020-ci il tarixdə Ayxan dostu Bayramla onun evinə gəlmişlər. Bir az oturub şəhərə gəzməyə getdilər. Lakin qayıdanda onların yanında dostları Təqsirləndirilən şəxs4 də olmuşdur. Artıq gec olduğu üçün otaqlardan birinin açarını Ayxana vermişdir ki, orada gecələsinlər. Arada onlara baş çəkmiş, görmüşdür ki, Ayxangil şirniyyat alıb oturub çay içirlər. Qeyd etmək istəyir ki, həmin gün Ayxangil evə əliboş gəlmişlər. Növbəti gün, 20 noyabr 2020-ci il tarixdə axşam saat 22-23 radələrində həyətdə olan zaman görmüşdür ki, Ayxan, Bayram və Kənan əllərində çanta villalar tərəfindən gəlirlər. Onlardan soruşmuşdur ki, haradan gəlirlər və əllərindəki çanta nə çantasıdır. Bayram bildirmişdir ki, çantanı dayısı verib və guya dayısı yaxınlıqdakı villalardan birində yaşayır. Təbii ki, Bayramın bu uydurmasına inanmamış, onları sorğu- sual etdikdə isə etiraf etmişlər ki, yaxınlıqdakı villaların birindən oğurluq etmişlər. Çantadakı əşyalar oğurladıqları əşyalardır. Əsəbləşərək tələb etmişdir ki, aparıb oğurladıqları əşyaları yerinə qoysunlar. Bundan sonra Ayxan, Bayram və Kənan gətirdikləri çantanı da götürüb villalar tərəfə getmişlər. Səhər görmüşdür ki, evindəki otaqda Ayxan, Bayram və Kənan şirniyyatla çay içirlər. Divarın yanına yığılmış boş karobkaların arxasında isə cürbəcür əşyalar görmüşdür. Başa düşmüşdür ki, uşaqlar əşyaları aparıb yerinə qoymamışlar. Əsəbləşərək oğlu Ayxana bir sillə vurmuş və ona demişdir ki, “çıx get, lazım deyil sənin köməyin”. Onlara taksi tutmuş və 10 manat taksiyə ödəniş etməklə onları Zabrata yola salmışdır. Növbəti gün səhər görmüşdür ki, villalar tərəfdə çoxlu polislər yığışmışdır. Polislərdən tanıdığı Allahverdi müəllimdən nə məsələ olduğu ilə maraqlandıqda sonuncu bildirmişdir ki, bir hörmətli adamın evinə girib bahalı əşyaları oğurlamışlar. Anlamışdır ki, bu evdən oğurluq edən Ayxangil olmuşdur. Ayxana zəng etmiş, lakin telefonu dayısı götürmüşdür. Dayısına demişdir ki, Ayxan təcili lazımdır, lakin dayısı Ayxanın evdə olmadığını bildirib telefonu söndürmüşdür. 22 noyabr 2020-ci il tarixdə Allahverdi müəllim onu iş otağına dəvət edərək nootbuk vasitəsi ilə bir görüntü təqdim etmişdir. Həmin görüntüdə Ayxan, Bayram və Kənanın əllərində çanta ilə küçə ilə getdiklərini görmüşdür. Hər üçünün üzündə pandemiya ilə bağlı maskalar olmuşdur. Oğlunu və dostlarını tanısa da Allahverdi müəllimə heç bir söz deməmişdir. Polis əməkdaşları ilə birlikdə Zabrata getmiş, orada polislər Ayxanı, Ayxanın vasitəsi ilə Bayramı və Kənanın yerini müəyyən edərək üçünü də saxlamışdır. Ayxan polislərə onun yanında etiraf etmişdir ki, oğurladıqları əşyaların yarısı Zabratda, digər yarısı isə onun, yəni atasının yaşadığı evdə gecələdikləri otaqda gizlətmişlər. Zabratdakı əşyaları polis əməkdaşları onun iştirakı olmadan sonrakı müddətdə götürmüşlər. Lakin onun evindəki otaqda olan oğurluq əşyalarını polislərə o, təqdim edərək təhvil vermişdir. Onun özünü 23 noyabr 2020-ci il tarixdə saxlamışlar. 24 noyabr 2020-ci il tarixdə səhər Ayxan, Bayram və Kənanı polis idarəsində dindirmişlər. O isə idarənin dəhlizində olmuşdur. Orada oğlunu polislər döymüşlər, qarnının aşağı hissəsinə tok vermişlər. Polislərin bu hərəkətlərinə “siz nə iş görürsünüz “deyərək etiraz etmişdir. Orada polislər Bayramı da döymüşlər, yalnız Kənan xəstə olmasını dediyi üçün ona dəyməmişlər. Ondan polisdə izahat alan müstəntiq İlqar Həmidov olmuşdur. Ona demişlər ki, üzərində narkotik olmasını təsdiqləsə oğlunu və oğlunun dostlarını azad edəcəklər. Məhz bu səbəbdən 25.11.2020-ci il tarixdə səhər üzərindən narkotik vasitə olan 2,213 qram heroinin aşkar olunması barədə protokola imza etmiş və verdiyi izahatında narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. O, Ayxanı və dostlarını oğurluq törətməyə vadar etməmiş, oğurlanan əşyaları yaşadığı evdəki otağa Ayxan dostları ilə qoymuş, həmin əşyaları satıb əldə edəcəyi pulu Ayxangilə verməsini öz üzərinə götürməmiş, ibtidai araşdırma zamanı Ayxan, Bayram və Kənan polis əməkdaşlarının onlara edilən təzyiq və fiziki zora görə barəsində həqiqətə uyğun olmayan ifadə vermişlər ki, guya o, onları ikinci oğurluğa təhrik etmişdir. Həmiçnin bildirir ki, ayın 16 və 19 noyabr tarixlərdə oğlu və oğlunun dostları ilə spirtli içki qəbul etməmiş və onları spirtli içki qəbul etməyə məcbur etməmişdir. Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Natəvan Ələsgərova göstərmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi həqiqətə uyğun deyil, oğlu ilə bağlı istintaq hərəkətlərinin hamısında o iştirak etmiş, oğlunu orada heç kəs döyməyib, nə də ki, oğlu döyülməsi barədə ona şikayət etməmişdir. Əksinə, oğlu törətdiyi oğurluğu atasının təhriki ilə etdiyini ona bildirmişdir. Lakin oğlu ona izah etmişdir ki, saxlanıldığı həbs yerində digər məhbuslar hər şeylə maraqlandıqları üçün məcburdur ki, atasının etdiyi hərəkətləri gizlətsin. Əks halda, ona qarşı orada mənfi münasibət olacaqdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, ünvan 9 ünvanında yerləşən fərdi həyət evi artıq uzun müddətdir ki, ona məxsusdur, lakin son vaxtlar ailəsi ilə birlikdə yaxınlıqdakı bina evində qaldıqlarından, həyət evində yaşayış yoxdur, buna baxmayaraq vaxtaşırı həmin həyət evinə gedib-gələrək vəziyyətinə tam nəzarət edirmiş. Həmin evi yolun kənarında yerləşməklə iki mərtəbəli daş binadır, sot yarım ölçüdə həyətyanı sahəsi var, həyəti hündürlüyü təxminən 3 metr olan daş hasarla əhatə olunur, həyətin giriş qapısı dəmirdəndir, qapının yuxarı hissəsində iki ədəd müşahidə kamerası, üzərində «domofon» tipli elektron qıfılı var, evin arxa hissəsindəki qonşu ilə aralarında olan daş hasarın da üzərində bir ədəd müşahidə kamerası var. Evin giriş qapısı da dəmirdəndir, üzərində «VAZ» tipli qıfılı var, hər iki mərtəbənin pəncərələrinin üzərində qoruyucu dəmir barmaqlıqlar var. Sonuncu dəfə həmin evə 16 noyabr 2020-ci il tarixdə baş çəkmişdir, ev və içərisindəki əşyaları salamat vəziyyətdə imiş, lakin 20 noyabr 2020-ci il tarixdə səhər saatlarında evə gəldikdə müəyyən etmişdir ki, evinin əşyaları dağınıq vəziyyətdədir, evə ötəri nəzər saldıqda müəyyən etmiş ki, əşyalarının bəziləri yerində yoxdurlar, anlamış ki, evdən oğurluq olub, ona görə də zəng vurub bu barədə polisə məlumat vermişdir. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gəlmişlər və onun iştirakı ilə müayinə aparmışlar, müəyyən olmuşdur ki, evindən oğurluq etmiş şəxs və ya şəxslər hasardan aşmaqla əvvəl həyətinə daxil olublar, oradan isə evin pilləkəninn yanında olan şam ağacına dırmaşmaqla ikinci mərtəbədəki açıq eyvana düşüblər, eyvandan yataq otağına açılan qapının üzərindəki dəmir barmaqlıqdan hazırlanmış qoruyucunun qıfıllanmadığından istifadə edərək plastik qapıya güc gəlməklə açıb evin içərisinə daxil olmuşlar. Evdə daimi yaşayış olmadığından oğurlanmış əşyalarının dəqiq çeşidini və sayını sadalamağa çətinlik çəkir, lakin xatırında qalanlardan və evin əşyalarının dağınıqlıq vəziyyətindən qeyd edə bilər ki, evin mənfi birinci mərtəbəsində quraşdırılmış, müşahidə kameralarının qeydə aldıqları videogörüntülərin yazılma mərkəzini təşkil edən, ümumi dəyəri 1500 (bir min beş yüz) manat olan, bir ədəd «AOC» markalı monitor və diviar qurğusu, birinci mərtəbədəki iş otağında divara vurulmuş, dəyəri 17000 (on yeddi min) manat olan, qədim şərq ustalarının əl işi, qızılı iplər və qiymətli daşlarla bəzədilmiş xalça çərçivəsi və üzərində olan şüşə örtüyü sındırılmaqla oğurlanıb, həmin iş otağındakı masanın üzərində saxlanılan təmiz əli işi olan bahalı ağac növündən hazırlanmış bir ədəd 1000 (bir min) manat dəyərində nərdtaxta oğurlanıb, bir ədəd mənzərə təsviri olan 7000 (yeddi min) manat dəyərində əntiq rəsm əsəri birinci mərtəbədəki dəhlizin divarına vurulmuş cərçivədən çıxarılmaqla oğurlanıb, birinci mərtəbədəki qonaq otağında olan servantın rəfindən bir ədəd dəyəri 1000 (bir min) manat olan qırmızı futlyarın içərisində saxlanılan bahalı növ ağacdan hazırlanmış nərdtaxtam və bir ədəd dəyəri 1500 (bir min beş yüz) manat olan bəzəkli mis qab-qacaq dəsti oğurlanıb, birinci və ikinci mərtəbələr arasında olan pilləkənə döşənmiş, 2000 (iki min) manat dəyərində xalis xəzdən olan xalça oğurlanıb, mənfi birinci mərtəbədəki mini-bardan ümumi dəyəri 900 (doqquz yüz) manat olan üç şüşə spirti içkilərim oğurlanıb, mənfi birinci mərtəbədəki pilləkənin altına yığdığımız, dəyəri təxminən 100 (bir yüz) manat olan müxtəlif çeşiddə telefon adaptorları və qulaqçıqları, orada qəhvəyi rəngli futlyarın içərisində saxlanılan 2000 (iki min) manat dəyərində suvenir manqal dəsti oğurlanıb, ikinci mərtəbənin yataq otağındakı və dəhlizindəki paltar dolablarından ümumi dəyəri təxminən 3000(üç min) manat olan bir neçə ədəd «Armani» firmasının istehsalı olan kişi gödəkçələri və köynəkləri, hər birinin dəyəri 9000 (doqquz min) manat olmaqla ümumi dəyəri 18000 (on səkkiz min) manat olan iki ədəd qadın şubaları oğurlanıb. Bununla da ümumilikdə 55000 (əlli beş min) manat məbləğində maddi zərər vurulmuşdur. Cinayət işi üzrə alımış məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil, belə ki, əvvəla, həmin rəydə evindən oğurlanmış iki ədəd qadın şubalarının dəyəri göstərilməyib, sonrasıda ki, hər birini 500-600 manata aldığı «Armani» brendinin köynəklərinin, hər birini 1500-2000 manata aldığı «Armani» brendinin gödəkçələrinin qiyməti 30 (otuz) manat göstərilmişdir, ekspert rəyində göstərilən qiymətlər real bazar qiyməti ilə heç uyğun gəlmir, həmiçinin də digər əşyalarının dəyəri çox aşağı qiymətləndirilmişdir. Bu səbədən də xahiş etmişdir ki, istintaq zamanı vurulmuş maddi zərərin miqdarı hesablanarkən iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 08.02.2021-ci il tarixli 9/5597 saylı rəyi nəzərə alınmasın, cinayət hadisəsi nəticəsində vurulmuş maddi zərərin məbləği kimi məhz ifadəsində göstərilən 55000 (əlli beş min) manat məbləği nəzərə alınsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, Təqsirləndirilən şəxs1 xidməti ərazinin sakini kimi, digər təqsirləndirilən şəxsləri isə hadisə ilə əlaqədar tanımışdır. Təxminən 22.11.2020-ci il tarixdə xidməti ərazisi olan Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, ev 17 ünvanda yerləşən villanın sahibi Zərərçəkmiş şəxs polisə müraciət edərək villada oğurluq baş verdiyini, xeyli sayda bahalı əşyaların oğurlandığını bildirmişdir. Müraciətlə bağlı həmin ünvana yaxın obyekt və evlərdə yerləşdirilmiş video kameralara baxış keçirmişlər və kameraların birində 3 nəfər ağızlarında gigiyenik maskaları olan şəxsin sumka ilə hərəkət etdiklərini müəyyən etmişlər. Görüntü ətrafında apardıqları tədbirlərin nəticəsində müəyyən etmişlər ki, 3 nəfər şəxsdən biri Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs3dur. Təqsirləndirilən şəxs1 polisə dəvət edib görüntünü ona təqdim etdikdə sonuncu özü könüllü olaraq bu şəxslərdən birinin oğlu olduğunu, digər şəxslərin isə oğlunun dostları Bayram və Kənanın olmasını etiraf etmiş, çantada olan əşyaların bir qisminin onun evində gizlədildiyini, digər hissəsinin isə oğlunun anası ilə yaşadığı Zabrat qəsəbəsində gizlədildiyini bildirmişdir. Bu məlumatla əlaqədar Təqsirləndirilən şəxs1la birlikdə oğlunun yaşadığı Zabrat qəsəbəsinə gedərək orada Ayxanla Bayramı saxlayaraq şöbəyə gətirmişlər, Kənana isə zəng edib polisə dəvət etmişlər və sonuncu özü polisə gəlmişdir. Polisdə izahat verən Ayxan bildirmişdir ki, onları oğurluğa atası göndərib, oğurlanan əşyalar da atasının evindədir. Digər pois əməkdaşları Eldarın iştirakı ilə evinə baxış keçirərək orada olan oğurluq əşyalarını götürmüşlər. Eldarın ətrafında apardıqları əməliyyat-axtarış tədbirləri zamanı məlumat almışlar ki, o, narkotik vasitələrin əldə edilməsi, saxlaması, daşıması və satışı ilə məşğuldur. Bu səbəbdən rəhbərliyin qəbul etdiyi qərar əsasında əməliyyat qrupu yaradılmış və 25.11.2929-ci il tarixdə saat 06.30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, ev 161 A ünvanın yaxınlığına gedərək sonuncunu elə yaşadığı məhəllədə saxlayıb 4-cü PŞ-nə gətirmişlər. Orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirən zamanı narkotik vasitə olan heroinə bənzər vasitə aşkar edərək sənədləşdirmişlər. Eldarın arxasınca səhər-səhər getmələrinin səbəbi isə onun səhər saat 07-08 radələrində evdən çıxacağı barədə məlumatı olmuşdur. Eldara oğlunun etdiyi oğurluğa görə heç bir təzyiq və yaxud qanunsuz təzyiq olmamış, yetkinlik yaşına çatmayanlar Ayxan və Bayramın yaxın qohumları Ayxanın anası, Bayramın isə dayısı onlar polis şöbəsinə gətirildikdə onlarla birlikdə gəlmişlər.onlar təsdiq edə bilərlər ki, uşaqların heç birinə qarşı fiziki zor və təzyiq edilməmişdir. Qanuni nümayəndələrin iştirakı ilə Ayxanla Bayram verdikləri izahatlarında cinayətin Təqsirləndirilən şəxs1 təhriki ilə oğurluq cinayətini törətmələrini, oğurlanmış əşyaların Ayxanın atasının evində sonuncunun satıb pulunu vermək üçün Eldara verdiklərini bildirmişlər. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə1 göstərmişdir ki, Şahid2 ifadəsi ilə razıdır, oğlu Ayxan, eləcə də oğlunun dostu Bayram polis şöbəsinə gətirildikləri vaxtdan o və Bayramın dayısı onlarla olmuşlar, bu uşaqların izahatı onların iştirakı ilə alınmış, nə Ayxana, nə də Bayrama heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Oğlu orada oğurluq cinayətini atasının təhriki ilə törətməsini onun yanında bildirmişdir. Əri öz əməllərini ört-basdır etmək məqsədilə törətdiyi cinayəti uşaqların boynuna atmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ərazi sakini kimi, tanıyır. Belə ki, təxminən 22.11.2020-ci il tarixdə xidməti ərazisi olan Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, ev 17 ünvanda yerləşən villanın sahibi Zərərçəkmiş şəxs polisə müraciət edərək villada oğurluq baş verdiyini, xeyli sayda bahalı əşyaların oğurlandığını bildirmişdir. Müraciətlə bağlı həmin ünvana yaxın obyekt və evlərdə yerləşdirilmiş video kameralara baxış keçirmişlər və kameraların birində 3 nəfər ağızlarında gigiyenik maskaları olan şəxsin sumka ilə hərəkət etdiklərini müəyyən etmişlər. Görüntü ətrafında apardıqları tədbirlərin nəticəsində müəyyən etmişlər ki, 3 nəfər şəxsdən biri Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs3dur. Təqsirləndirilən şəxs1 polisə dəvət edib görüntünü ona təqdim etdikdə sonuncu özü könüllü olaraq bu şəxslərdən birinin oğlu olduğunu, digər şəxslərin isə oğlunun dostları Bayram və Kənanın olmasını etiraf etmiş, çantada olan əşyaların bir qisminin onun evində gizlədildiyini, digər hissəsinin isə oğlunun anası ilə yaşadığı Zabrat qəsəbəsində gizlədildiyini bildirmişdir. Bu məlumatla əlaqədar Təqsirləndirilən şəxs1la birlikdə oğlunun yaşadığı Zabrat qəsəbəsinə gedərək orada Ayxanla Bayramı saxlayaraq şöbəyə gətirmişlər, Kənana isə zəng edib polisə dəvət etmişlər və sonuncu özü polisə gəlmişdir. Polisdə izahat verən Ayxan bildirmişdir ki, onları oğurluğa atası göndərib, oğurlanan əşyalar da atasının evindədir. Eldarın iştirakı ilə evinə baxış keçirərək orada olan kladovkada, yəni saxlanc yerindən oğurluq əşyalarını götürmüşlər. Eldarın ətrafında apardıqları əməliyyat-axtarış tədbirləri zamanı məlumat almışlar ki, o, narkotik vasitələrin əldə edilməsi, saxlaması, daşıması və satışı ilə məşğuldur. Bu səbəbdən rəhbərliyin qəbul etdiyi qərar əsasında əməliyyat qrupu yaradılmış və 25.11.2929-ci il tarixdə saat 06.30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, ev 161 A ünvanın yaxınlığına gedərək sonuncunu elə yaşadığı məhəllədə saxlayıb 4-cü PŞ-nə gətirmişlər. Orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirən zamanı narkotik vasitə olan heroinə bənzər vasitə aşkar edərək sənədləşdirmişlər. Eldarın özü həmin maddəni onlara kokos kimi təqdim etmişdir. Eldarın arxasınca səhər-səhər getmələrinin səbəbi isə onun səhər saat 07-08 radələrində evdən çıxacağı barədə məlumatı olmuşdur. Eldara oğlunun etdiyi oğurluğa görə heç bir təzyiq və yaxud qanunsuz təzyiq olmamış, yetkinlik yaşına çatmayanlar Ayxan və Bayramın yaxın qohumları Ayxanın anası, Bayramın isə dayısı onlar polis şöbəsinə gətirildikdə onlarla birlikdə gəlmişlər. Onlar təsdiq edə bilərlər ki, uşaqların heç birinə qarşı fiziki zor və təzyiq edilməmişdir. Qanuni nümayəndələrin iştirakı ilə Ayxanla Bayram verdikləri izahatlarında cinayətin Təqsirləndirilən şəxs1 təhriki ilə oğurluq cinayətini törətmələrini, oğurlanmış əşyaların Ayxanın atasının evində sonuncunun satıb pulunu vermək üçün Eldara verdiklərini bildirmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində iştirak etmiş dayısı X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 bacısı oğlu, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 isə Zabrat qəsəbəsində yaşamaqla Bayramın dostlarıdır. Digər Təqsirləndirilən şəxs1 isə Ayxanın atası kimi tanıyır. Bayramın 26.11.2020-ci il tarixdə qəsəbədə Ayxan və Kənanla birlikdə saxlayıb Binəqədi RPİ-nə aparmışlar. Bayram yetkinlik yaşına çatmadığı üçün digər yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 anası Natəvan xanımla həmin vaxt polis idarəsinə getmiş və Bayramla idarədə keçirilmiş bütün istintaq hərəkətlərində qanuni nümayəndə kimi iştirak etmişdir. Orada Bayram onun iştirakı ilə verdiyi izahat və ifadələrində göstərmişdir ki, birinci dəfə Binəqədi rayonunda olan villadan Ayxanla birlikdə oğurluq edərək az sayda götürdükləri əşyaları Ayxanın atasının yaşadığı Binəqədi rayonundakı evinə aparmış, orada Ayxanın atası əşyaların oğurluq olmasını bildikdə onları tənbeh etmişdir ki, çox az əşya götürmüşlər, təkrarən həmin evə gedib bahalı əşyaları oğurlamalarını tövsiyə etmişdir. Bundan bir gün sonra Ayxanın atası onları, yəni Bayramı, Ayxanı və Kənanı öz evində spirtli içkilər verməklə içizdirmiş və həmin villaya oğurluğa göndərmişdir. İkinci dəfə villadan xeyli sayda əşyalar oğurlayaraq Ayxanın atasının evinə gətirib ona vermişlər. Bayram bu ifadələri polisdə sərbəst və könüllü vermiş, ona qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. O, buna heç imkan da verməzdi. Həmçinin Bayramın özü də ona hər hansı bir təzyiqə görə şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, 25.11.2020-ci il tarixdə səhər saat 07 radələrində Novxanı bağlarında fəhlə işi axtarmaq məqsədi ilə evdən çıxıb metronun Azadlıq stansiyasının qarşısına gələrək oradan avtobusla Novxanı qəsəbəsi istiqamətində getmək üçün dayanacaqda durub avtobus gözləyərkən ona bir nəfər mülki geyimli şəxs yaxınlaşaraq özünü Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşı kimi təqdim etməklə xahiş etmişdir ki, onlar tərəfindən saxlanılmış bir nəfər şübhəli şəxsin üzərinə yaxınlıqda yerləşən Polis Şöbəsinin inzibati binasında keçirəcəkləri baxış zamanı hal şahidi qismində iştirak etsin. O, buna etiraz etməmiş və 4-cü Polis Şöbəsində ona və digər hal şahidinə hüquq və vəzifələri izah edərək polislər tərəfindən saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsində hal şahidləri qismində iştirak etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa özü könüllü surətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümü polis əməkdaşları tərəfindən açılmış, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmiş, Eldarın deməsinə görə həmin maddə narkotik vasitə heroindir, onu özü istifadə edir. Götürülmüş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxışa dair protokol tərtib olunmuş o da həmin protokolu imzası ilə təsdiq etmişdir. Üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs1 qarşı həmin vaxt polislər tərəfindən hər hansı bir təziq və ya təsir göstərilməyib, həmçinin o, ilk dəfə idi ki, baxışda hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.2, 32.3, 177.2.1, 177.2.3, 177.2.4, 32.4, 177.2.1, 177.2.3, 177.2.4, 32.5, 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə törətdikləri cinayət əməllərində təqsirlilikləri özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Binəqədi RPİ-nin rəisinə ünvanlanan 25.11.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 25.11.2020-ci il tarixdə, saat 06:30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı binanın qarşısında saxlanılaraq 4-cü PŞnə gətirilmiş və onun üzərinə keçirilən baxış zamanı əyinində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 25.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, həmin sellofan bükümün içərisinə baxdıqda qəhvəyi rəngli, toz halında olan, spesifik iyə malik, narkotik vasitəyə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bükümdəki maddənin narkotik vasitə “kokos” olduğunu və bir neçə gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Bir ədəd sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütlə möhürlənərək götürülmüş, digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə Zərərçəkmiş şəxs ünvanladığı 20.11.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 20.11.2020-ci il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evinə naməlum şəxs daxil olaraq, evində olan xalça, divara asılmış şəkil və bir neçə çeşiddə müxtəlif bahalı içkilər, qədim və dəyərli gümüş qab-qacaq dəstləri, 1 ədəd qızıl iplərlə toxunmuş və qiymətli daşlarla bəzədilmiş divar xalçası, 1 ədəd tünd qırmızı rəngli futlyarın içində gümüşə oxşar metaldan hazırlanmış manqal dəsti, bir neçə çeşiddə müxtəlif, bahalı geyim əşyaları oğurlanmışdır. Təxmini hesablamasına görə ona 55.000-60.000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 20.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 12 ünvanında yerləşən fərdi həyət evidir. Ev yol kənarında yerləşən iki mərtəbəli daş tikilidir, sot yarım ölçüdə həyətyanı sahəsi var, həyəti hündürlüyü təxminən 3 metr olan daş hasarla əhatə olunur, həyətin giriş qapısı dəmirdəndir, qapının yuxarı hissəsində iki ədəd müşahidə kamerası, üzərində «domofon» tipli elektron qıfılı var, evin arxa hissəsindəki qonşu ilə aralarında olan daş hasarın da üzərində bir ədəd müşahidə kamerası var. Həyətə daxil olduqda giriş qapısı ilə üzbəüz yaşayış evi, sağ tərəfdə oturacaq masası yerləşir. Evin giriş qapısı dəmirdəndir, üzərində «VAZ» tipli qıfılı var, hər iki mərtəbənin pəncərələrinin üzərində qoruyucu dəmir barmaqlıqlar vardır. Evin əşyaları dağınıq vəziyyətdədir, evə daxil olan şəxs və ya şəxslər hasardan aşmaqla əvvəl həyətinə daxil olmuş, oradan isə evin pilləkəninn yanında olan şam ağacına dırmaşmaqla ikinci mərtəbədəki açıq eyvana düşərək, eyvandan yataq otağına açılan qapının üzərindəki dəmir barmaqlıqdan hazırlanmış qoruyucunun qıfıllanmadığından istifadə edərək plastik qapıya güc gəlməklə açıb evin içərisinə daxil olmuşlar. Evin sahibinin deməsinə görə ona 50-60 min manat dəyərində ziyan dəmiş, oğurlanmış əşyaların dəqiq çeşidini və məbləğini yalnız evin əşyalarına baxıb dəqiqləşdiriləndən sonra bildiriləcəkdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxs qismində tutma barədə” 25.11.2020ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “həbs qətimkan tədbirinin seçilməsi haqqında” Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26.11.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barədə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 24.11.2020-ci il tarixli “şahidin qanuni nümayəndəsi qismində tanınması haqqında” qərardan müəyyən olunur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə1, digər yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi dayısı X15 təyin olunmaqla onların iştirakları ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 24.11.2020-ci il tarixdə şahid qismində dindirilmiş, 26.11.2020-ci il tarixdə isə Qanuni nümayəndə1 və X15 müvafiq olaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanuni nümayəndələri təyin olunmaqla ibtidai araşdırma orqanının onlara aid olan bütün prosesual hərəkətlərində iştirak etmişlər. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslərin barəsində “həbs qətimkan tədbirinin seçilməsi haqqında” Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 26.11.2020-ci il tarixli, 4(001)-943/2020, 4(001)-944/2020 və 4(001)-945/2020 saylı qərarlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrinin əvvəli 26.11.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “axtarış aparılması haqqında” 24.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə və mənzilinə birləşik qeyri-yaşayış sahəsinə Təqsirləndirilən şəxs1 özünün icazəsi və iştirakı ilə keçirilmiş baxış zamanı mənzildən bir ədəd oymalı naxışlarla bəzədilmiş nərdtaxta, bir ədəd mənzərə təsviri olan rəsm əsəri, bir ədəd qırmızı futlyarın içərisində nərdtaxta, mənzilə birləşik qeyri yaşayış sahəsindən isə bir ədəd qara rəngli xəz xalça, bir ədəd divar qurğusu, bir ədəd qızılı iplər və qiymətli daşlarla bəzədilmiş xalça, bir ədəd qəhvəyi rəngli futlyarın içərisində manqal dəsti, bir torba müxtəlif çeşiddə telefon adaptorları və qulaqçıqları, bir dəst naxışlı mis qab-qacaq dəsti aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “axtarış aparılması haqqında” 25.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 13 ünvanında yerləşən 2 saylı Maşınqayırma Zavodunun yataqxanasının həyətindəki özbaşına tikili evdə özünün və iş üzrə qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı mənzildən bir ədəd «AOC» markalı monitor, bir torba müxtəlif çeşiddə telefon adaptorları və qulaqçıqları, üç ədəd «Armani» firmasının istehsalı olan kişi köynəkləri və bir ədəd gödəkçə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın könüllü təqdim edilməsi haqqında” 26.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 anası Qanuni nümayəndə1 “Armani Junior” markalı, boz rəngli, «balonka» tipli, qolsuz, görünüşünə və vəziyyətinə görə əvvəllər artıq geyinilmiş kişi gödəkçəsini və “Armani Junior” markalı, ağ-boz rəngli, uzun qol, görünüşünə görə əvvəllər geyinilmiş kişi köynəyini təqdim edərək, həmin geyim əşyalarını oğlu Ayxan həbs olunmamışdan bir müddət əvvəl birlikdə yaşadıqları evə gətirərək hansısa dostu tərəfindən ona pay verildiyni bildirdiyini, oğlunun qolsuz gödəkçəni sonradan Pünhan adlı dostuna pay verdiyini, oğlunun oğlurluq etmsini ona məlum olduqdan sonra gödəkçəni Pünhandan geri alaraq könüllü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın könüllü təqdim edilməsi haqqında” 26.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 atası Natiq Qocayev bir ədəd göy parıltılı rəngli, astarı parıltılı gümüşü rəngli, kapüşonlu, «balonka» tipli, ikincisi isə üstü qara rəngli, astarı mavi rəngli, kapüşonlu, «vetrovka» tipli iki ədəd “Armani Junior” markalı əvvəllər geyinilmiş uzunqol kişi gödəkçələri təqdim edərək həmin gödəkçələri oğlu Kənan həbs olunmamışdan bir müddət əvvəl yaşadıqları evə gətirərək hansısa dostu tərəfindən ona pay verildiyni bildirdiyini göstərərərək könüllü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 29.12.2020-ci il tarixli, 2526 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 29.12.2020-ci il tarixli, 2530 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 22.12.2020-ci il tarixli, 2497 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 22.12.2020-ci il tarixli, 2498 saylı rəyindən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 18.01.2021-ci il tarixli, 138 saylı rəyindən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən periodik istifadə etmə halları olub, lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, onda alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur, həmin asılılıq sindromundan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində spirtli içkilərdən sui-istifadə etməsi ilə əlaqədar qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 25.01.2021-ci il tarixli 200 saylı rəyindən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 25.01.2021-ci il tarixli 202 saylı rəyindən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 25.01.2021-ci il tarixli, 191 saylı rəyindən müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 15.03.2021-ci il tarixli 11/385 saylı rəyindən müəyyən olunur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, əqli və psixi inkişafına görə iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və hadisə barədə düzgün ifadə vermək, hazırda və hadisə zamanı öz hərəkətlərini idarə etmək və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 15.03.2021-ci il tarixli 11/386 saylı rəyindən müəyyə nolunur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, əqli və psixi inkişafına görə iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və hadisə barədə düzgün ifadə vermək, hazırda və hadisə zamanı öz hərəkətlərini idarə etmək və mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.02.2021-ci il tarixli 9/5597 saylı rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatlarına təqdim olunmuş 01 ədəd Koreya istehsalı olan “Skycom” markalı, “SCM-9900” modelli istifadədə olmuş DVD-nin dəyəri 20 manat; 01 ədəd Çin istehsalı olan “AOC” markalı “185LM00019” modelli istifadədə olmuş LCD monitorun dəyəri 80 manat; 01 ədəd müxtəlif naxışlarla bəzədilmiş istifadədə olmuş nərdtaxtanın dəyəri 120 manat; 01 ədəd üzərində “Sehirli İlmələr” yazısı olan qırmızı rəngli qabda müxtəlif rəngli naxışlarla bəzədilmiş nərdtaxtanın dəyəri 250 manat; 01 ədəd Türkiyə istehsalı olan “Kaşmir halı” markalı 100x200 ölçülü qara rəngli yunlu istifadədə olmuş xalçanın dəyəri 150 manat; 01 ədəd qırmızı rəngli çemodanda içərisində at şəkili olan gümüşü rəngli manqal dəsti (suvenir)-in dəyəri 300 manat; 01 ədəd qızılı rəngli istifadədə olmuş suvenir qab dəstinin dəyəri 50 manat; 01 ədəd çin istehsalı olan “Armani Junior” markalı göy rəngli istifadədə olmuş gödəkçənin dəyəri 50 manat; 01 ədəd Vyetnam istehsalı olan “Nike” markalı qara rəngli istifadədə olmuş gödəkçənin dəyəri 30 manat; 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı boz rəngli qolsuz istifadədə olmuş gödəkçənin dəyəri 30 manat; 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı qara rəngli istifadədə olmuş gödəkçənin dəyəri 50 manat; 01 ədəd “Dolce & Gabanna” markalı qolsuz istifadədə olmuş düyməli köynəyin dəyəri 30 manat; 01 ədəd “Armani Junior” markalı ağ-boz rəngli qollu istifadədə olmuş köynəyin dəyəri 35 manat; 01 ədəd “Stefano Ricci” markalı mavi rəngli istifadədə olunmuş qolsuz köynəyin dəyəri 30 manat; 01 ədəd “Stefano Ricci” markalı ağ rəngli istifadədə olunmuş qolsuz köynəyin dəyəri 30 manat; 15 ədəd müxtəlif markalı istifadədə olmuş USB kabellərin ümumi dəyəri 15 manat; 19 ədəd müxtəlif markalı istifadədə olmuş adaptorların ümumi dəyəri 57 manat; 03 ədəd istifadədə olmuş qulaqcıqların ümumi dəyəri 03 manat; 01 ədəd üzərində “Yilangdi” yazıları olan adaptorun dəyəri 05 manat; 01 ədəd üzərində “Televes” yazıları olan antenanın dəyəri 15 manat; 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində Təkəlduz texnikası ilə tikilmiş, üzərində Nəbati naxışlarla işləmə, qara Mahud üzərində qızılı və ipək saplar ilə bədii nəqqaşlıq elementləri ilə bəzədilərək yarımqiymətli (turmalin, firuzə, xrizopal, aydaşı, aqat, əqiq vəs.) işləmələr mövcud olan və kənarları metal saçaqlarla haşiyələnmiş, nadir xalq sənətkarlığı kimi Şərq ölkələrinin birində (Pakistanda) istehsal olunmuş 01 ədəd bədii tikmə xalçanın dəyəri 10000 manat; kətan parça üzərində təbiət şəkli əks olunmuş 01 ədəd əntiq rəsm əsərinin dəyəri 3000 manat müəyyən edilməklə ümumilikdə ekspertiza tədqiqatlarına təqdim edilmiş əşya və predmetlərin dəyəri 14.350 (on dörd min üç yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 25.11.2020ci il tarixli, 6/2586 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd bükümdə təmiz çəkisi 2,213 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmaya təqdim edilməsi və maddi sübutun sahibinə qaytarılması haqqında” 12.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, 01 ədəd Koreya istehsalı olan “Skycom” markalı, “SCM-9900” modelli istifadədə olmuş DVD-i, 01 ədəd Çin istehsalı olan “AOC” markalı “185LM00019” modelli istifadədə olmuş LCD monitor, 01 ədəd müxtəlif naxışlarla bəzədilmiş istifadədə olmuş nərdtaxta, 01 ədəd üzərində “Sehirli İlmələr” yazısı olan qırmızı rəngli qabda müxtəlif rəngli naxışlarla bəzədilmiş nərdtaxta, 01 ədəd Türkiyə istehsalı olan “Kaşmir halı” markalı 100x200 ölçülü qara rəngli yunlu istifadədə olmuş xalça, 01 ədəd qırmızı rəngli çemodanda içərisində at şəkili olan gümüşü rəngli manqal dəsti, 01 ədəd qızılı rəngli istifadədə olmuş suvenir qab dəsti, 01 ədəd çin istehsalı olan “Armani Junior” markalı göy rəngli istifadədə olmuş gödəkçə, 01 ədəd Vyetnam istehsalı olan “Nike” markalı qara rəngli istifadədə olmuş gödəkçə, 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı boz rəngli qolsuz istifadədə olmuş gödəkçə, 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı qara rəngli istifadədə olmuş gödəkçə, 01 ədəd “Dolce & Gabanna” markalı qolsuz istifadədə olmuş düyməli köynək, 01 ədəd “Armani Junior” markalı ağ-boz rəngli qollu istifadədə olmuş köynək, 01 ədəd “Stefano Ricci” markalı mavi rəngli istifadədə olunmuş qolsuz köynək, 01 ədəd “Stefano Ricci” markalı ağ rəngli istifadədə olunmuş qolsuz köynək, 15 ədəd müxtəlif markalı istifadədə olmuş USB kabellər, 19 ədəd müxtəlif markalı istifadədə olmuş adaptorlar, 03 ədəd istifadədə olmuş qulaqcıqlar, 01 ədəd üzərində “Yilangdi” yazıları olan adaptor, 01 ədəd üzərində “Televes” yazıları olan antena, 20ci əsrin sonu 21-ci əsrin əvvəllərində Təkəlduz texnikası ilə tikilmiş, üzərində Nəbati naxışlarla işləmə, qara Mahud üzərində qızılı və ipək saplar ilə bədii nəqqaşlıq elementləri ilə bəzədilərək yarımqiymətli (turmalin, firuzə, xrizopal,aydaşı, aqat, əqiq və s.) işləmələr mövcud olan və kənarları metal saçaqlarla haşiyələnmiş, nadir xalq sənətkarlığı kimi Şərq ölkələrinin birində (Pakistanda) istehsal olunmuş 01 ədəd bədii tikmə xalça, kətan parça üzərində təbiət şəkli əks olunmuş 01 ədəd əntiq rəsm əsəri zərərçəkmiş şəxs X12 tərəfindən öz əşyaları kimi tanınmış və bu əşyalar ona təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “videogörüntüyə baxış keçirilməsi haqqında” 13.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, CD-yə köçürülmüş 01 ədəd 14 saniyyəlik videogörüntüdə üç nəfər arıq bədən quruluşlu cavan oğlanların əllərində iri həcmli çantalar apararaq 18 noyabr 2020-ci il tarixdə saat 22:27 radələrində fərdi yaşayış evləri ilə əhatə olunan ara küçə ilə iti surətlə hərəkət etmələri əks olunub, görüntü orada olan fərdi evlərdən birinin hasarına quraşdırılmış, görüntüdə əks olunan şəxslərin hərəkət istiqamətinə tuşlanmış videokamera tərəfindən qeydə alındığından həmin şəxslər arxa tərəfdən çəkilmişlər və sifətləri videogörüntüyə düşməyib, lakin baxışda iştirak edən təqsirləndirilən şəxslər videogörüntüdə özlərini tanıyıraq bildirmişlər ki, görüntüdə əks olunan üç nəfərdən, irəlidə hərəkət edən qara rəngli şalvar və qısa gödəkçəli, sol çiynində iri idman çantası daşıyan şəxs Təqsirləndirilən şəxs3dur, arxası ilə hərəkət edənlər, hərəkət istiqamətlərində sol tərəfdən olan, sol əlində iri futlyar tipli çanta, sağ əlində isə birlikdə apardıqları iri idman çantasının bir qulpu olan qara rəngli şalvar və ağ rəngli uzun gödəkçəli şəxs Təqsirləndirilən şəxs2dur, sonuncu ilə bərabər sağ tərəfindən hərəkət edən və sol əli ilə birlikdə daşıdıqları çantanın sağ qulpundan tutmuş qara rəngli şalvar və qısa gödəkçəli şəxs isə Təqsirləndirilən şəxs4dir. Baxışda iştirak edən Qanuni nümayəndə1 əlavə etmişdir ki, videogörüntüdə əks olunan ərazini tanıyır, oğlu Ayxanın atası Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığındakı küçədir, həmin küçənin sonunda Təqsirləndirilən şəxs1 evi yerləşir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslərin məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, onlar əvvəllər məhkum olunmamışlar. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsləri xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Təqsirləndirilən şəxs2 atası 2010-cu ildə vəfat etmiş, cinayətləri törətdikləri vaxtda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamışlar. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əməllərini özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda maddi ziyan vurmaqla oğurluq əməli kimi, yəni Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməllərini isə 170.3 və 32.3, 32.4, 32.5, 177.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.02.2021-ci il tarixli, 9/5597 saylı rəyindən müəyyən olunur ki, zərərçəkmiş şəxs X5 ünvan 3 ünvanında yerləşən fərdi evindən təqsirləndiriən şəxslər tərəfindən oğurlanmış və götürülməklə ekspertizaya təqdim edilmiş 01 ədəd Koreya istehsalı olan “Skycom” markalı, “SCM-9900” modelli istifadədə olmuş DVD-nin dəyəri 20 manat; 01 ədəd Çin istehsalı olan “AOC” markalı “185LM00019” modelli istifadədə olmuş LCD monitorun dəyəri 80 manat; 01 ədəd müxtəlif naxışlarla bəzədilmiş istifadədə olmuş nərdtaxtanın dəyəri 120 manat; 01 ədəd üzərində “Sehirli İlmələr” yazısı olan qırmızı rəngli qabda müxtəlif rəngli naxışlarla bəzədilmiş nərdtaxtanın dəyəri 250 manat; 01 ədəd Türkiyə istehsalı olan “Kaşmir halı” markalı 100x200 ölçülü qara rəngli yunlu istifadədə olmuş xalçanın dəyəri 150 manat; 01 ədəd qırmızı rəngli çemodanda içərisində at şəkili olan gümüşü rəngli manqal dəsti (suvenir)-in dəyəri 300 manat; 01 ədəd qızılı rəngli istifadədə olmuş suvenir qab dəstinin dəyəri 50 manat; 01 ədəd çin istehsalı olan “Armani Junior” markalı göy rəngli istifadədə olmuş gödəkçənin dəyəri 50 manat; 01 ədəd Vyetnam istehsalı olan “Nike” markalı qara rəngli istifadədə olmuş gödəkçənin dəyəri 30 manat; 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı boz rəngli qolsuz istifadədə olmuş gödəkçənin dəyəri 30 manat; 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı qara rəngli istifadədə olmuş gödəkçənin dəyəri 50 manat; 01 ədəd “Dolce & Gabanna” markalı qolsuz istifadədə olmuş düyməli köynəyin dəyəri 30 manat; 01 ədəd “Armani Junior” markalı ağ-boz rəngli qollu istifadədə olmuş köynəyin dəyəri 35 manat; 01 ədəd “Stefano Ricci” markalı mavi rəngli istifadədə olunmuş qolsuz köynəyin dəyəri 30 manat; 01 ədəd “Stefano Ricci” markalı ağ rəngli istifadədə olunmuş qolsuz köynəyin dəyəri 30 manat; 15 ədəd müxtəlif markalı istifadədə olmuş USB kabellərin ümumi dəyəri 15 manat; 19 ədəd müxtəlif markalı istifadədə olmuş adaptorların ümumi dəyəri 57 manat; 03 ədəd istifadədə olmuş qulaqcıqların ümumi dəyəri 03 manat; 01 ədəd üzərində “Yilangdi” yazıları olan adaptorun dəyəri 05 manat; 01 ədəd üzərində “Televes” yazıları olan antenanın dəyəri 15 manat; 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində Təkəlduz texnikası ilə tikilmiş, üzərində Nəbati naxışlarla işləmə, qara Mahud üzərində qızılı və ipək saplar ilə bədii nəqqaşlıq elementləri ilə bəzədilərək yarımqiymətli (turmalin, firuzə, xrizopal, aydaşı, aqat, əqiq vəs.) işləmələr mövcud olan və kənarları metal saçaqlarla haşiyələnmiş, nadir xalq sənətkarlığı kimi Şərq ölkələrinin birində (Pakistanda) istehsal olunmuş 01 ədəd bədii tikmə xalçanın dəyəri 10000 manat; kətan parça üzərində təbiət şəkli əks olunmuş 01 ədəd əntiq rəsm əsərinin dəyəri 3000 manat müəyyən edilməklə ümumilikdə 14350 (on dörd min üç yüz əlli) manat təşkil edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.2005-ci il tarixli Qərarın 26-cı bəndinə əsasən, xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq və ya soyğunçuluq cinayəti törətmiş şəxsin əməli tövsif edilərkən AR CMnin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutulmalıdır. Qərarın 28-ci bəndinə görə, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir, talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisinə ünvanladığı 20.11.2020-ci il tarixli ərizəsində evindən oğurlanmış əşya və predmetlər ekspertizaya təqdim edilən əşyaların sayı ilə əsasən eynilik təşkil edir. Ekspertiza həmin əşya və predmetlərin dəyərini 14350 manat məbləğində qiymətləndirmişdir. Ekspertizaya təqdim olunmuş əşyaların dəyəri isə zərərçəkmiş şəxs tərəfindən qiymətləndirilmişdir. Zərərərin ümumi dəyəri 34295 manat təşkil etmişdir. Belə olan təqsirləndirilən şəxslərin oğurluq əməlləri külli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq kimi deyil, xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq kimi, yəni CM-nin 177.2-ci maddəsinə uyğun tövsif edilməlidir. Həmçinin, məhkəmə istintaqında tədqiq edilərək araşdırılmış cinayət işinin materiallarından və məhkəmədə dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 16.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən oğurluqda iştirak etməmişdilər. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında16 noyabr 2020-ci il tarixdə X6 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus 2615 (iki min altı yüz on beş) manat məbləğində əmlakın oğurlanmasına dair epizod onlara qarşı irəli sürülən ittihamından xaric edilməlidir. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri oğurluq cinayət əməli qismən özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış və oğurluq əşyaların təfil verilməsi protokolları və ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Baş vermriş oğurluq cinayətinə öz məsləhətləri, göstərişləri, talanacaq əmlakın sonradan realizəsini təşkil edərək əldə olunacaq pulları aralarında böləcəyinə dair əvvəlcədən verdiyi vədləri ilə bir başa rəhbərlik edərək yetkinlik yaşına çatmayan şəxsləri, o cümlədən, tərbiyə etmək vəzifəsini daşıdığı yetkinlik yaşına çatmayan öz doğma övladını oğurluq cinayətin törədilməsinə cəlb etmiş Təqsirləndirilən şəxs1 həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayaraq daşımış və pols əmkdaşları tərəfindən saxlanılarkən üzərindən 2,213 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən narkotik vasitə «heroin»-nin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15(sıfr tam yüzdə on beş) qram, külli miqdarı isə 2(iki) qram çəkidən başlayır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə «heroin»-nin ümumi xalis çəkisi isə 2,213 qram olmaqla müvafiq Siyahıya əsasən külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə CM-nin 170.2, 32.3, 177.2.1, 177.2.3, 177.2.4, 32.4, 177.2.1, 177.2.3, 177.2.4, 32.5, 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə cəlb etmə əməlində Azərbaycan Respublikası CMnin 170.1-ci maddəsinin dispozisiyası mövcuddur, yəni Təqsirləndirilən şəxs1 18 yaşına çatmış şəxs olaraq yetkinlik yaşına çatmayanları vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsinin dispozisiyası CM-nin 170.1-ci maddəsinin dispozisiyasını əhatə etdiyi üçün, yəni eyni əmllərin yetkinlik yaşına çatmayanı tərbiyyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildiyini nəzərə aldığı üçün Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlu Ayxanı və dostlarını oğurluq törətməyə vadar etməməsi, oğurluq əşyaların yaşadığı evə oğlunun və onun dostlarının ondan gizlin qoymasını, həmin əşyaları satıb əldə edəcəyi pulu Ayxangilə verməyi üzərinə götürməməsi barədə ifadələri həqiqətə uyğun olmayan kimi qiymətləndirilir və cinayət işinin məhkəmədə tədqiq edilmiş materialları ilə tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı şahid və təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 18.11.2020-ci il tarixdə törətdiyi oğurluq cinayət əməlini məhz Təqsirləndirilən şəxs1 təhriki, göstərişi və təşkilatçılığı ilə törətdiklərini bildirmiş, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və B.Bayarmovun ibtidai istintaq zamanı qanuni nümayəndələri olmuş Nətəvan Ələkbərova və Nazim Eyvazovun məhkəmədə verdikləri ifadələri ilə də təsdiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etdikdə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 33-cü maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs1 cinayətin digər işğirakçılarını, o cümlədən doğma oğlunu cinayətə sövq və təhrik edərək oğurluq cinayətini təşkil etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.2003-cü il tarixdə, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.2003-cü il tarixdə anadan olmuş və cinayət əməlini törətdikləri 16 noyabr 2020-ci il və 18 noyabr 2020-ci il tarixə yetkinlik yaşına çatmamışlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə Qəhəman oğlu məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığını, göstərdiklərini cəza təyin edilərək nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmalarını, habelə törətdikləri əməldən səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətkar fəaliyyətə cəlb edilməklə həmin cinayəti onun təhriki və təsiri altında törətmələrini, müsbət xarakterizə olunmalarını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində ona dəymiş ziyanı aradan qaldırılmasını, törətdiyi əməldən səmimi peşma olmasını, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətkar fəaliyyətə cəlb edilməklə həmin cinayəti onun təhriki və təsiri altında törətməsini, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən halla kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 Salman oğluna Azərbaycan Respublikası CM-nin 170.2, 32.3, 177.2.1, 177.2.3, 177.2.4, 32.4, 177.2.1, 177.2.3, 177.2.4, 32.5, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin etdikdə zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı da şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 yetknlik yaşına çatmayanları cinayətkar fəaliyyətə cəlb etməsini, bu xüsusatın ona CM-nin 170.2-ci maddəsi ilə cəza verilməsi nəzərdə tutulan maddədə cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün ağırlaşdıran hal kimi təkrar nəzərə ala bilməz. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1.11-ciı maddəsinə əsasən həmin dövr ölkədə hərbi vəziyyət olduğu üçün bu hal ondarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsində nəzərdə tutulan əməlləri CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsində nəzərdə tutulan əməli az ağır, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli isə ağır cinayətə aiddir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində cəkməlidirlər Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur, həmin asılılıq sindromundan məcburi müalicəyə ehtiyacı vardı vardır. Ərazi narkoloji dispanserində spirtli içkilərdən sui-istifadə etməsi ilə əlaqədar qeydiyyata alınması məsləhət görülür. Məhkəmə oğurluq cinayət əməllərini yetkinlik yaşına çatmayan yaşlarında törətmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, onlarla birlikdə oğurluq cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs4 cəza təyin etdikdə bu şəxslərin cəzasını yüngülləşdirən halları, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə alaraq hesab edir ki, hər üç təqsirlndirilən şəxslər Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə bu şəxslərin islah olunması məqsədinə nail olması mümkündur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olmaqla məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulması nəzərdə tutulur. Məhkəmə həmçinin hər üç təqsirləndirilən şəxsin 26.11.2020-ci il tarixdən həbsdə olduqlarını da nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət əməlini yetkinlik yaşına çatmamış dövürdə törətmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası iki ildən yuxarı müddətə təyin oluna bilməz. Belə olan halda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza müddətləri bitmiş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə CM-nin 52-1.2-ci maddəsinə əsasən məhkumların üzərinə yaşayış yerini saat 22:00-dan növbəti günün saat 06-na kimi tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadıqları Bakı şəhərinin hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini qoymalıdır. “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış üzərində 01 ədəd Koreya istehsalı olan “Skycom” markalı, “SCM-9900” modelli istifadədə olmuş DVD-i, 01 ədəd Çin istehsalı olan “AOC” markalı “185LM00019” modelli istifadədə olmuş LCD monitor, 01 ədəd müxtəlif naxışlarla bəzədilmiş istifadədə olmuş nərdtaxta, 01 ədəd üzərində “Sehirli İlmələr” yazısı olan qırmızı rəngli qabda müxtəlif rəngli naxışlarla bəzədilmiş nərdtaxta, 01 ədəd Türkiyə istehsalı olan “Kaşmir halı” markalı 100x200 ölçülü qara rəngli yunlu istifadədə olmuş xalça, 01 ədəd qırmızı rəngli çemodanda içərisində at şəkili olan gümüşü rəngli manqal dəsti, 01 ədəd qızılı rəngli istifadədə olmuş suvenir qab dəsti, 01 ədəd çin istehsalı olan “Armani Junior” markalı göy rəngli istifadədə olmuş gödəkçə, 01 ədəd Vyetnam istehsalı olan “Nike” markalı qara rəngli istifadədə olmuş gödəkçə, 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı boz rəngli qolsuz istifadədə olmuş gödəkçə, 01 ədəd Çin istehsalı olan “Armani Junior” markalı qara rəngli istifadədə olmuş gödəkçə, 01 ədəd “Dolce & Gabanna” markalı qolsuz istifadədə olmuş düyməli köynək, 01 ədəd “Armani Junior” markalı ağ-boz rəngli qollu istifadədə olmuş köynək, 01 ədəd “Stefano Ricci” markalı mavi rəngli istifadədə olunmuş qolsuz köynək, 01 ədəd “Stefano Ricci” markalı ağ rəngli istifadədə olunmuş qolsuz köynək, 15 ədəd müxtəlif markalı istifadədə olmuş USB kabellər, 19 ədəd müxtəlif markalı istifadədə olmuş adaptorlar, 03 ədəd istifadədə olmuş qulaqcıqlar, 01 ədəd üzərində “Yilangdi” yazıları olan adaptor, 01 ədəd üzərində “Televes” yazıları olan antena, 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində Təkəlduz texnikası ilə tikilmiş, üzərində Nəbati naxışlarla işləmə, qara Mahud üzərində qızılı və ipək saplar ilə bədii nəqqaşlıq elementləri ilə bəzədilərək yarımqiymətli (turmalin, firuzə, xrizopal,aydaşı, aqat, əqiq və s.) işləmələr mövcud olan və kənarları metal saçaqlarla haşiyələnmiş, nadir xalq sənətkarlığı kimi Şərq ölkələrinin birində (Pakistanda) istehsal olunmuş 01 ədəd bədii tikmə xalça, kətan parça üzərində təbiət şəkli əks olunmuş 01 ədəd əntiq rəsm əsəri zərəçəkmiş şəxs X6 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 2,113 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 210 ( iki yüz on) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, X13 və X11 (hesabat arayış cild 3, i/v 262-264), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi6 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi5 Xəli oğlu üçün 252 (iki yüz əlli iki) manat, X13 üçün 240 (iki yüz qırx) manat, X11 üçün 240 (iki yüz qırx) manat pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi1, Müdafiəçi2 üçün hər birinə ayrı-ayrılıqda 560 (beş yüz altmış) manat və Müdafiəçi3 üçün 300 (üç yüz) manat, Müdafiəçi6 üçün isə 240 (iki yüz qırx) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.2, 32.3, 177.2.1, 177.2.3, 177.2.4, 32.4, 177.2.1, 177.2.3, 177.2.4, 32.5, 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 170.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 32.3, 177.2.1, 177.2.3, 177.2.4, 32.4, 177.2.1, 177.2.3, 177.2.4, 32.5, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “25” noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2 və 03-1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 barəsində alkoqolizmdən müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsin əsasən Təqsirləndirilən şəxs3 26.11.2020-ci il tarixdən hökm çıxarılan 20.12.2021-ci il tarixədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs3 cəzasını çəkmiş hesab edilməklə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad olunsun, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin.
3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsin əsasən Təqsirləndirilən şəxs2 26.11.2020-ci il tarixdən hökm çıxarılan 20.12.2021-ci il tarixədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 cəzasını çəkmiş hesab edilməklə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad olunsun, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin.
4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsin əsasən Təqsirləndirilən şəxs4 26.11.2020-ci il tarixdən hökm çıxarılan 20.12.2021-ci il tarixədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını əvvəli Təqsirləndirilən şəxs4 Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın və Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 06-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından azad olunsun, barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 2,113 qram olan narkotik vasitə heroin məhv edilsin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatlarına təqdim olunmuş əşyaların zərərçəkmiş şəxs X6 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 210 ( iki yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi5 Xəli oğlu üçün 252 (iki yüz əlli iki) manat, X13 üçün 240 (iki yüz qırx) manat, X11 üçün 240 (iki yüz qırx) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi1, Müdafiəçi2 üçün hər birinə ayrı-ayrılıqda 560 (beş yüz altmış) manat və Müdafiəçi3 üçün 300 (üç yüz) manat, Müdafiəçi6 üçün isə 240 (iki yüz qırx) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.