Məhkəmə qərarları › İş №1(101)-962/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-962/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-962/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı ünvan 3 ünvanındakı binanın qarşısına gəldikdə onun və ailə üzvlərinin tüfeyli həyat tərzi sürməklərinə etiraz edən həmin binanın 9 nömrəli mənzilində yaşayan qonşusu Zərərçəkmiş şəxs onun ögey oğlu Şahid4lə və oğlu Şahid5lə mübahisə etməsini və Zərərçəkmiş şəxs sonuncuları döyməsini görüb mübahisəyə müdaxilə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs onu da yumruqla vuraraq sağlamlığına zərərvurmayan bədən xəsarətləri yetirdikdən sonra o, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək məqsədilə əlində olan ülgücü və küpü olan yastı tiyə tipli deşiçi-kəsici əşya ilə 19 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 3 ünvanındakı binanın qarşısında sonuncunun döş qəfəsinin ön səthinin sol yarısından bir dəfə vuraraq canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamatinə malik olmaqla ölümü ilə birbaşa səbəbli əlaqəli olan, döş qəfəsinin ön səthinin sol yarısından, daxilə-döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara kimi xəsarət yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, səhhəti ilə bağlı hərbi xidmətdə olmamış və fəhləliklə məşğul olmuşdur. Övladları Fyodor və Şiraslan orta məktəbdən sonra təhsillərini davam etdirməmiş və səhhətlərində olan problem ilə əlaqədar hərbi xidmətdə olmamışlar. Onlar 2010-cu ildən ailəlikcə Marinanın anasının evi olan ünvan 3-də yerləşən 10 nömrəli iki otaqlı mənzilə köçmüşlər. Həmin binanın 9 nömrəli mənzilində Zərərçəkmiş şəxs öz arvadı Roza və oğlu ilə yaşamışdır. Onların münasibətləri əvvəllər yaxşı olsa da, sonradan Roza ilə Marinanın arasında məişət zəminində mübahisələri yaranmış, Roza və Vaqif hər iki oğluna pis münasibət göstərmişlər. O, uşaqlıqdan İİ qrup əlildir, əsəb xəstəsidir, heç bir yerdə işləyə bilmir, gününün əksər vaxtını küçələrdəki zibillikdən yararlı əşyaların toplanması ilə məşğul olur. Zibillikdən yeməli ərzaqları evə gətirir, şüşə və dəmir əşyaları isə təhvil verir. Fyodor və Şiraslan isə heç bir yerdə işləməyərək fəhləlik edirlər. 19 dekabr 2021-ci il tarixində saat 22:00 radələrində o, zibil yığıb evə qayıdarkən Vaqifin dəmir dabankeş ilə onun uşaqlarını vurduğunu görmüş, həmin vaxt Fyodor dabankeşi Vaqifdən almış, o, artıq onlar mübahisə edən yerə çataraq Vaqifə uşaqlarından əl çəkməsini demişdir. Bu vaxt Vaqif yumruqla onun sağ gözünün üstündən vurmuş, o da, əsəbiləşib dabankeşi Fyodorun əlindən alıb Vaqifin bədənindən vurmuş, sonra isə elə küçədə tapdığı dəmir parçası ilə Vaqifin döş nahiyəsindən bir dəfə vurmuş və əlindəki həmin dəmir parçasını yerə atmışdır. Vaqif əvvəl dizi üstə yerə yıxılmış, sonra ayağa durub bloka qaçıb girmişdir. Həmin vaxtı o və hər iki oğlu həyətdə qalmış, bir az keçmiş təcili tibbi yardım, daha sonra isə polislər gəlib hər iki oğlunu və onu polisə aparmışlar. O, həmçinin göstərmişdir ki, onun və ailə üzvlərinin Vaqif ilə düşmənçiliyi olmamış, hadisə vaxtı hadisə yerində Vaqif o, və iki oğlu Fyodor və Şiraslan olmuş, cinayət əməli zamanı istifadə etdiyi dəmir parçasını küçələrdən zibil yığanda tapmışdır. O, doğurdan da, Vaqifi vurmuş, lakin sonuncunu öldürmək istəməmiş, o, Vaqifi oğlanlarını qorumaq üçün vurmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs anası Roza xanımla birlikdə yaşamışlar. Zərərçəkmiş şəxs 74 yaşı olmuş, təqaüdçü olmuş və hamı ilə yaxşı münasibətdə olmuşdur. Atası Zərərçəkmiş şəxs yaşadığı binada qonşu olan Təqsirləndirilən şəxs bütün qonşularla mübahisələri olmuşdur. Ona görə Vaqif ilə Ceyhun əvvəldən bir-birindən narazı olublar. 19.12.2021 -ci il tarixdə axşam vaxtı o, öz evində olduğu vaxt saat təxminən 23:00 radələrində anası ona zəng edərək qonşuları Təqsirləndirilən şəxs iki oğlu ilə birlikdə atası Vaqiflə həyətdə, 1-ci girişin qarşısında mübahisə etdiklərini, bu zaman Ceyhunun Vaqifin sinə nahiyyəsinə dəmir alətlə vurduğunu və Vaqifin vəziyyətinin çox pis olduğunu demişdir. O, dərhal anasının evinə gəlmiş, atası üçün çağırılmış təcili tibbi yardımı qarşılamış və atasının yanına aparmışdır. Atası bu zaman danışa bilməmiş, havasının çatmadığını bildirmişdir. Atası təcili tibbi yardım avtomobilinə qoyulub xəstəxanaya aparılmış, o isə öz avtomobili ilə onların arxası ilə getmişdir, lakin yolda atası vəfat etmişdir. O, hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, 19 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs və iki oğlu atası Vaqiflə mübahisə etmiş, həmin vaxt Şiraslanın əlində taxta əşya, atası Vaqifin əlində isə dabankeş olmuş, Ceyhunun oğlu Fyodor atası Vaqifin əlindən dabankeşi almış, Ceyhun da qəfildən əlindəki dəmir bir əşya ilə atası Vaqifə zərbə yetirmişdir. Lakin, Ceyhunun əlindəki alətin konkret olaraq nə olduğunu, yəni bıçaq və ya hansı başqa bir predmet olduğunu görən olmamışdır. O, hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi dəmir iti uclu aləti və ya bıçağı görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuş, onlar ikisi də Bakı şəhərində anadan olub böyümüş, o, Bakı şəhərində İqtisad Universitetini bitirmiş, Bakı Radio Zavodunda dispetçer-mühəndis vəzifəsində işləmiş və 1993-cü ildən təqaüddədir. Əri Vaqif isə orta təhsilli olmuş, müxtəlif yerlərdə sürücü işləmiş və 2003-cü ildən təqaüddədir. O, Vaqif ilə 1966-cı ildə rəsmi nikaha daxil olmuş və ailə qurandan sonra hazırki ünvanda yaşamışlar. Birgə nikahdan iki uşağları - oğlu Fuad və qızı Qalmira anadan olmuş, uşaqları ailəlidir və ailələri ilə ayrı ünvanda yaşayırlar. Əri Zərərçəkmiş şəxs sakit və mehriban adam olmuş, hamı ilə, o cümlədən bütün qonşular ilə normal münasibətləri olmuşdur. Vaqif cavanlıqda boks ilə məşğul olmuş, boks üzrə idman ustası olaraq ölən günə qədər idmanla məşğul olmuş və çox sağlam insan olmuşdur. Yaşadıqları mənzil binanın 1-ci girişinin 3- cü mərtəbəsində yerləşir. Mənzilin yataq otağından və mətbəxindən həyətə baxan pəncərələr vardır. Yaşadıqları binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən 10-cu mənzildə iki oğlu və arvadı ilə birlikdə yaşayan Ceyhungil öz hərəkətləri və davranışları ilə qonşuları narahat etmiş, belə ki, küçədən zibil yığıb evlərinə gətirmiş, it saxlamış, ümumən təmizlik ilə bağlı problemləri olmuşdur. Ceyhun və oğlanları bütün gün ərzində zibilxanalardan dəmir əşyalar, şüşə bankalar yığaraq mənzillərinə gətirib sataraq pul əldə etmişlər. Bundan başqa, Ceyhun və oğlanları gün ərzində yığdıqları bütün dəmir əşyaları və zibilləri binanın girişinə toplayaraq sakinlərə maneələr yaratmışlar. 19.12.2021-ci il tarixdə saat təxminən 22:00 radələrində o və əri Vaqif evdə olmuş, Vaqif yataq otağında olmuş, o, isə qonaq otağında televizora baxmışdır. Həmin vaxt həyətdən səs-küy gəldiyini eşitdikdə Vaqif tez geyinib həyətə düşmüşdür. O, yerindən durmadan Vaqifdən nə baş verdiyini soruşmuş, sonuncu Ceyhunun və iki oğlunun həyətdə səs-küy saldıqlarını, deyəsən skamyanı sındıracaqlarını, bunun qarşısını almaq üçün getdiyini deyib mənzildən çıxmışdır. Bu zaman o, otaqda televizora baxdığı üçün əri Vaqifin necə evdən çıxdığını və əlində nə isə götürüb-götürmədiyini görməmişdir. O, sonra pəncərədən həyətə baxdıqda görmüşdür ki, Ceyhun və yanında iki oğlu əri Vaqiflə sözlə mübahisə edirlər. Sonrakı hadisəni və Ceyhunun qəfildən Vaqifə zərbə yetirməsini o, görə bilməmiş, qonşulardan Leyla Əzizova zəng edib ona demişdir ki, həyətdə dalaşma zamanı Ceyhun əlindəki dəmir alətlə Vaqifə zərbə vurmuş, Vaqifin sinəsindən qan axır. O, X9 və oğlu Fuada zəng etmiş, özü də həyətə düşmüş, Vaqifin blokun girişində yerdə uzandığını və sinəsindən qan axdığını görmüşdür. Bu zaman oğlu, həkimlər və polis əməkdaşları həyətə gəlmiş, Vaqif danışa bilməyərək havası çatmadığını demiş, Vaqif təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılsa da, yolda vəfat etmişdir. Hadisə barədə maraqlananda ona məlum olmuşdur ki, 19.12.2021 -ci il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs və iki oğlu əri Vaqiflə mübahisə etmiş, bu zaman Ceyhun qəfildən əlindəki dəmir bir əşya ilə Vaqifin sinəsinə zərbə yetirmiş, lakin əlindəki alətin konkret nə olmasını, yəni bıçaq və ya hansı predmet olduğunu görən olmamış və bundan sonra Vaqif yerə yıxılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 31 nömrəli binanın 7-ci mənzili binanın 1 -ci girişinin 3-cü mərtəbəsində yaşayır. Qonşuların hamısı ilə münasibətləri normaldır, 10-cu mənzildə Təqsirləndirilən şəxs iki oğlu və arvadı ilə birlikdə yaşamış, onlar çox problemli və bütün qonşuların narazı olduğu ailə olmuşlar. Bütün qonşular dəfələrlə onlara irad bildirsələr də, müsbət nəticə olmamışdır. Binanın 9-cu mənzilində isə mərhum Vaqif arvadı Roza xanımla birlikdə yaşamış, Vaqifin xətrini bütün qonşular çox istəmiş və heç kim ilə problemi olmamışdır. 19 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində evdə televizora baxarkən həyətdə səs-küy eşitmiş və eyvana çıxıb həyətə baxdıqda Ceyhun və iki oğlunun Vaqif ilə mübahisə etdiklərini görmüş, əvvəl Ceyhunun əlində heç bir alət görməmiş, lakin birdən Ceyhun qəflətən əlində olan ucu iti dəmir aləti Vaqifin bədəninə nizə kimi bir dəfə batırmışdır. Hadisə gecə vaxtı olduğundan o, həmin əşyanın bıçaq və ya hansı predmet olduğunu dəqiqliyi ilə görməmişdir. Amma həmin alətin dəmirdən olduğunu, nazik, iki barmaq enində və təxminən 40-50 sm uzunluğunda olduğunu görmüşdür. Bundan sonra Vaqif yerə yıxılmış, o, isə qorxusundan eyvandan içəri keçmişdir. Bir qədər sonra qonşuların səsini eşitmiş, məlum olmuşdur ki, Ceyhun Vaqifi dəmir alətlə vuraraq yaralamış və təcili tibbi yardım avtomobili gələrək Vaqifi xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 31 nömrəli binanın 28-ci mənzilində yaşayır və mənzilin yataq otağından həyətə baxan pəncərə vardır. Təqsirləndirilən şəxs arvadı və iki oğlu ilə birlikdə qonşuluqda yaşamış, onların natəmizliyindən və it saxlamaqlarından bütün qonşular ilə narazılıqları olmuşdur. 19 dekabr 2021-ci il tarixdə saat təxminən saat 22:00 radələrində o, mənzilinin yataq otağında olanda həyətdən səs-küy gəlməsini eşitmiş və pəncərədən həyətə baxdıqda binanın 1-ci girişinin qarşısında Ceyhun və oğlanlarının qonşuları Vaqiflə mübahisə etdiklərini görmüş, dəqiqliyi ilə kimin kimi vurmasını görə bilməsə də, Ceyhunun qəfildən əlini Vaqifə tərəf uzadaraq ona zərbə yetirdiyini görmüşdür. Hadisə gecə vaxtı olduğundan o, Ceyhunun əlindəki əşyanın bıçaq və ya hansı predmet olduğunu dəqiqliyi ilə görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə 15 ildən çoxdur ünvan 2nında yaşayır. Ailəsi atası, anası və ögey qardaşı Fyodrdan ibarətdir. Maddi imkanları zəif olduğundan o və ailə üzvləri küçədə olan məişət tullantılarının yığımı ilə məşğul olaraq 10-15 manat qazanc əldə edirlər. Zərərçəkmiş şəxs qonşuları olsa da, münasibətləri yaxşı olmamışdır. Belə ki, Vaqif dəfələrlə atasına hədə qorxu gələrək onları binadan köçürdəcəyini demişdir. Onların istifadə etmədiyi əşyaları mənzillərinin qapısının qarşısına qoymaqları Vaqifin xoşuna gəlməmişdir. 19 dekabr 2021ci il tarixdə təxminən saat 22:00 radələrində o və qardaşı Fyodor həyətdə olan oturacaqda oturub söhbət etdikləri zaman Vaqif mənzilinin eyvanından qışqıraraq həyəti zibilləməməklərini demiş, bir az keçmiş əlində dəmir dabankeş turaraq həyətə düşüb onların yanına gəlmiş, çatan kimi atasını və anasını söymüşdür. Onlar Vaqifə cavab qaytardıqda isə sonuncu əlindəki dabankeşlə onun sağ qoluna zərbə vurmuş, o, özünü itirmiş, bundan sonra Vaqif onun qardaşı Fyodorun üstünə hücum çəkərək zərbələr endirmiş, Fyodor isə Vaqifin üstünə gedərək əlində olan dabankeşi almışdır. Bu zaman atası Təqsirləndirilən şəxs evə gələrkən onların həyətdə Vaqiflə mübahisələrinin olduğunu görərək onlara yaxınlaşmış və Vaqifə onlardan əl çəkməsini demişdir. Həmin vaxt Vaqif atası Ceyhunu vurmuş, o, həyacanlı olduğundan hadisənin dəqiq necə baş verməsini tam görə bilməsə də, ani olaraq atasının əlindəki nə isə bir yastı dəmir əşya ilə Vaqifin sinəsinə bir zərbə vurduğunu və sonuncunun dizi üstə yerə oturduğunu görmüşdür. Vaqifin sinəsinə zərbəni atası vurmuş, nə o, nə də qardaşı Vaqifi vurmamışlar. Bir qədər sonra isə Vaqif ayağa duraraq yaşadığı mənzilin blokuna girmiş, lakin 1-ci mərtəbədə yıxılaraq yerdə qalmışdır. Səs-küyü eşidən qonşular hadisə yerinə gəlib Vaqifin başına toplaşmış və təcili tibbi yardım çağırmışlar. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları atasını, qardaşını və onu Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 qardaşı Şahid5 ilə eyni məzmunlu ifadə verərək ataları Təqsirləndirilən şəxs dəmir alətlə qonşuları Zərərçəkmiş şəxs sinəsindən vurduğunu təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18.01.2022-ci tarixli, 115 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi ekspertizası zamanı bədənində aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin ön səthinin sol yarısından, daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara və sağ diz oynağı nahiyəsində sıyrıq. Bu xəsarətlərdən döş qəfəsinin ön səthinin sol yarısından, daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir; sağ diz oynağı nahiyəsindəki sıyrıq isə canlı şəxslərdə sağlamlığa zərərvumayan xəsarətlərin əlamətlərinə malikdir və ölümlə səbəbli əlaqəsi yoxdur. Yuxarıda qeyd olunan xəsarətlər həyati olub, ölümün baş verməsindən az əvvəl (dəqiqələrlə ölçülən vaxt vahidi ilə) yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən 19 dekabr 2021 -ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yaralar deşici-kəsici alət və ya əşya, sıyrıq isə küt alət və ya əşya ilə yetirilə bilərdilər. Yaranın xüsusiyyətləri və tibbi-kriminalistik tədqiqatlara əsasən bu yara deşilmiş-kəsilmiş yara olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Təqdim olunmuş dəri parçası üzərində olan yaranın kənarları və ətrafında 3 valentli dəmir ionları aşkar olundu. Zərərçəkmiş şəxs ölümünə səbəb - almış olduğu daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yara nəticəsində baş vermiş kəskin və çoxlu qanitirmə olmuşdur. Mərhumun ölümünün baş vermə müddəti, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir. Özünü müdafiə və qarşılıqlı mübarizə məhfumları hüquqi məhfumlar olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Xəsarətlər yetirilən anda zərərçəkmiş və hücum edən (edənlər) dinamikada (hərəkətdə) olduqları üçün hansı duruş vəziyyətdə olmaqlarını dəqiq müəyyən etmək mümkün deyil. Lakin, xəsarətlər Zərərçəkmiş şəxs bədəninin ön səthində yerləşdiyindən xəsarətlər yetirilən zaman onun özü və xəsarətlər yetirən şəxsin (şəxslərin) əsasən üzbə-üz olması istisna olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Əsas MKŞ-nın 4142/K saylı aktı). Zərərçəkmiş şəxs meyitinin əynindəki paltarlarından yalnız üç düymə köynəyin ön səthinin sol yarısında cırıq - defekt aşkar edilmişdir, qeyd olunan həmin cırıqla - defektlə Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin ön səthinin sol yarısında olan yara biribirinə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-genetik ekspertizasının 17.02.2022-ci il tarixli, 22/148R saylı rəyindən görünür ki, 01 (bir) ədəd tənzif tamponda hadisə yerindən götürülmüş qanabənzər ləkənin insan mənşəli qan nümunəsi olduğu aşkar edildi. Müqayisəli tədqiqat nəticəsində həmin qan nümunəsinin 15 somatik STR üzrə Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Ekspertiza nəticəsində, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd uzunqol köynək üzərində, 01 (bir) ədəd göy rəngli idman şalvarının sol bud nahiyyəsində, 01 (bir) ədəd qara rəngli idman şalvarının sol bud nahiyyəsində, 01 (bir) ədəd tumanın sol bud nahiyyəsində, 01 (bir) cüt ayaqqabının sol və sağ tayı üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olduğu aşkar edildi. Müqayisəli tədqiqat nəticəsində həmin qan nümunələrinin 15 somatik STR üzrə Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) cüt corab üzərində qanabənzər ləkə aşkar edilmədi. Ekspertiza nəticəsində, Təqsirləndirilən şəxs Riza oğlunun hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qəhvəyi rəngli uzunqol gödəkçənin sol qolunda aşkar edilmiş qanabənzər ləkənin insan mənşəli qan nümunəsi olduğu aşkar edildi. Müqayisəli tədqiqat nəticəsində həmin qan nümunəsinin 15 somatik STR üzrə Təqsirləndirilən şəxs özünə məxsus olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qəhvəyi rəngli uzunqol köynək və 01 (bir) ədəd boz rəngli cins şalvar üzərində qanabənzər ləkə aşkar edilmədi. Ekspertiza nəticəsində, Şahid4 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli şalvar üzərində aşkar edilmiş qanabənzər ləkənin insan mənşəli qan nümunəsi olduğu aşkar edildi. Müqayisəli tədqiqat nəticəsində həmin qan nümunəsinin 15 somatik STR üzrə kiçi cinsindən olan naməlum şəxsə məxsus olduğu və Zərərçəkmiş şəxs məxsus olmadığı müəyyən edildi. Şahid4 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd tünd rəngli gödəkçə və 01 (bir) ədəd qara rəngli qısaqol köynək üzərində qanabənzər ləkə aşkar edilmədi. Ekspertiza nəticəsində təqdim edilmiş X1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd uzunqol köynək və 01 (bir) ədəd qara rəngli cins şalvar üzərində qanabənzər ləkə aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X5 Şəxsin 08.01.2022-ci il tarixli, 182 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmayıblar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmlərini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 15 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 28.01.2022-ci il tarixli 48 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixiatriya kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 15.02.2022-ci il tarixli **********8 saylı məktubunda və məktuba edilmiş əlavədə göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə əsasən Təqsirləndirilən şəxs 01.02,2011-ci il tarixdən etibarən “Kəskin debillik dərəcəsində oliqofreniya. Psixopatabənzər davranış” diaqnozu əsasında müddətsiz İİ dərəcə əlilliyi olan şəxs hesab olunur. TSEK-in elektron arayışında Təqsirləndirilən şəxs 04.02.2011-ci il tarixdə “Kəskin debillik dərəcəsində oliqofreniya psixopatabənzər davranış” diaqnozu ilə İİ dərəcəli əlillik təyin olunduğu göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 07.02.2022-ci il tarixli, 304 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs YÜNGÜL KƏMAĞİLLİQ (DEBlLLlK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) (F70) aşkar olunur. Bunu anamnestik məlumatlarerkən yaşlarından psixi inkişafda bir qədər geri qalması, orta məktəbdə bir neçə sinif təhsil alması, hərbi xidmətə yararsız hesab edilməsi, “Oliqofreniya” diaqnozu ilə İİ qrup əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı mülahizələrinin səthiliyi, intellektin aşağı olması, bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müayinə zamanı suallara mahiyyətinə uyğun cavablar verməsi, kifayət qədər məntiqli mühakimələr yürütməsi, kobud yaddaş pozuntuları aşkar etməməsi, cinayət əməlini təsvir edərkən özünü müdafiə etməyə çalışması, istintaq zamanı verdiyi ifadəsində hadisələri ardıcıl şərh etməsi, əməlinin motivini açıqlaması belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə kəmağıllıq əlamətləri yüngül dərəcədə ifadə olunmuşdur. Təqsirləndirilən şəxs kəmağıllıq əlamətləri yüngül dərəcədə ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs Riza oğlunda qeyd olunan yüngül kəmağıllıq anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Riza oğlu ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Riza oğlunda qeyd olunan yüngül kəmağıllıq onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs Riza oğlu anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs qavrama prosesləri normadan aşağıdır, təfəkkürü konkretdir, torpiddir, təhlil- tərkib prosessləri primitivdir, proqnozlaşdırma qabiliyyəti zəif çıxış edir. Mühakimələri səthidir, maraq dairəsi məhduddur. Dünyagörüşü və bilikləri aşağı səviyyədə olmaqla yaş xüsusiyyətlərinə uyğun deyildir. Ola biləcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkir. İnadkarlıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz yüngül kəmağıllıq (debillik dərəcəsində oliqofreniya) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq əlamətləri o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qeyd olunan yüngül kəmağıllıq anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs qeyd olunan yüngül kəmağıllıq onu ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs yüngül kəmağıllıq (debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, hirslilik, primitivlik, emosionallıq, səthilik, tez özündən çıxmaq, höcətlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olduğunu, İİ qrup əlil olduğunu və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzasının təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerində olan qanabənzər ləkədən hopdurularaq götürülmüş nümunə, Zərərçəkmiş şəxs qan nümunəsi və hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd göy idman şalvarı, bir ədəd qara idman şalvarı, bir ədəd qara tursik, bir cüt qara corab və bir cüt ayaqqabı; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd boz rəngli cins şalvarı və bir ədəd qara rəngli gödəkçə, habelə ağız suyu nümunəsi, hadisə zamanı Şahid4 əynində olmuş bir ədəd tünd rəngli gödəkçə, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli şalvar, hadisə zamanı Şahid5 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd qara rəngli cins şalvar məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 180 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerində olan qanabənzər ləkədən hopdurularaq götürülmüş nümunə, Zərərçəkmiş şəxs qan nümunəsi və hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd göy idman şalvarı, bir ədəd qara idman şalvarı, bir ədəd qara tursik, bir cüt qara corab və bir cüt ayaqqabı; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd boz rəngli cins şalvarı və bir ədəd qara rəngli gödəkçə, habelə ağız suyu nümunəsi, hadisə zamanı Şahid4 əynində olmuş bir ədəd tünd rəngli gödəkçə, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli şalvar, hadisə zamanı Şahid5 əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd qara rəngli cins şalvar məhv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar