Məhkəmə qərarları › İş №1(101)-962/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-962/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-962/2024 14.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Mirzəyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Lənkəran rayonu, Liman şəhəri, M.İbadov küçəsi, ev 2-də qeydiyyatda olmaqla ünvan 4-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək daşıyıb saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Mehdi adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 72,813 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, yəni ümumi çəkisi 9,306 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 19,809 qram narkotik vasitə olan tiryəki Bakı şəhərində istintaqla müəyyən edilməmiş yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, daha sonra həmin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 356/48 nömrəli evinə daşıyıb gizlətməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:55-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 445/F nömrəli evin yaxınlığında saxlanılaraq 29 iyun 2023-cü il tarixdə saat 17:51-də evə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 356/48 nömrəli evin qonaq otağında tavanın müvafiq yerində gizlətdiyi əl çantasının və bir ədəd karton qutusunun içərisindən üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı, göy rəngli dərman kapsulları xarici əlamətlərinə, tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram olduğu müəyyən edilməklə, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 19,809 qram olan tünd qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 09 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,470 qram, 0,466 qram, 0,433 qram, 0,451 qram, 0,460 qram, 0,428 qram, 0,424 qram, 0,425 qram, 0,452 qram ümumi çəkisi 4,009 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr, 02 ədəd polietilen torbacıqda olan ümumilikdə 46 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,385 qram, 0,107 qram, 0,089 qram, 0,088 qram, 0,082 qram, 0,091 qram, 0,315 qram, 0,279 qram, 0,120 qram, 0,278 qram, 0,083 qram, 0,268 qram, 0,290 qram, 0,084 qram, 0,094 qram, 0,109 qram, 0,380 qram, 0,352 qram, 0,097 qram, 0,408 qram, 0,112 qram, 0,303 qram, 0,095 qram, 0,256 qram, 0,091 qram, 0,107 qram, 0,362 qram, 0,267 qram, 0,404 qram, 0,092 qram, 0,243 qram, 0,123 qram, 0,253 qram, 0,364 qram, 0,400 qram, 0,104 qram, 0,097 qram, 0,097 qram, 0,103 qram, 0,284 qram, 0,078 qram, 0,387 qram, 0,082 qram, 0,098 qram, 0,405 qram, 0,100 qram olmaqla ümumi çəkisi 9,306 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çantanın içərisində 16 (on altı) ədəd ağ kağız bükülüdə ümumi çəkisi 4,54 qram, 10 (on) ədəd kağız bükülüdə (5 ədəd gümüşü, 5 ədəd qızılı rəngli) ümumi çəkisi 2,85 qram, 19 (on doqquz) ədəd qara rəngli kağız bükülüdə ümumi çəkisi 5,11 qram, 28 (iyirmi səkkiz) ədəd qırmızı rəngli kağız bükülüdə ümumi çəkisi 10,52 qram və 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqa təmiz çəkiləri 3,98 qram, 3,93 qram, 4,07 qram, 3,99 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 38,99 qram narkotik vasitə olan qurudulmuş marixuana, karton qutuda salfet kağızına bükülmüş təmiz çəkisi 33,823 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd siqaret formasında bükülmüş kağız bükülüdə tütün və təmiz çəkisi 0,970 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə 29 iyun tarixində Mərdəkan körpüsünün aşağı hissəsində baş vermişdir. O, meyvə-tərəvəz alarkən 2 nəfər şəxs ona yaxınlaşmış, qolundan tutmuş və ona narkotik vasitə satdığını bildirmişlər. Onu maşına oturtmuş, kiməsə zəng etmişlər, bir müddət sonra ora 2 nəfər də gəlmişdir. Maşında yanında oturan 2 nəfər düşmüş, gələn 2 nəfər biri sağında, biri də solunda oturmuşdur. Əməliyyat tədbiri keçirdiklərini demişlər. Həmin şəxslər ona vəsiqələrini də göstərmişlər, əməliyyatçı olduqlarını görmüşdür. Maşında üst-başını yoxlamışlar. Sonra onu döyə-döyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və yenə döymüşlər. Sonra onu öz evinə gətirmişlər. Qapını özü açmış və əməliyyatçılar evə girmişlər. O özü evin tavanından çantanı çıxarıb, onlara vermişdir. Onun üzərində də, evində də heç nə olmamışdır. Ümumiyyətlə narkotik istifadəçisi olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ittiham aktında adı qeyd edilən şəxsi tanımadığını, evindən çıxan çantanın ona məxsus olmadığını, onun nə çantası olduğunu bilmədiyini, narkotikdən sonuncu dəfə 6-7 il əvvəl, Ukraynada olanda istifadə etdiyini, şəxslərin ona olan qərəzinin səbəbini bilmədiyini, onda marixuana olduğunu, bu günə qədər başqa narkotik vasitədən istifadə etmədiyini, əvvəllər narkotik vasitə istifadə etdiyini, özünü qismən təqsirli bildiyini, evinə birinci əməliyyatçıların girdiyini, 1 saat sonra vəkil və təhqiqatçının da gəldiyini bildirdi. İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ilkin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, 29 iyun 2023-cü il tarixdə, saat 13:55-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi "Hyundai" markalı, **-AC- *** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demiş, o, polis əməkdaşlarına üstündə narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra təqdim edilmiş vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra razılığı əsasında idarə etdiyi "Hyundai" markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobilə çəkiliş aparılmaqla baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra razılığı və təklifi əsasında yaşadığı ünvan 2 ünvana gəlmişlər və baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ondan yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olubolmaması soruşulmuşdur. O, yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirmişdir. Yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib əməkdaşları içəri dəvət etmişdir. Bundan sonra evi baxışa təqdim etmişdir. İlkin olaraq ona yaşadığı ünvanda saxladığını dediyi maddələri könüllü surətdə təqdim etməyi təkif edilmişdir. Bu təklifdən sonra evin 1-ci mərtəbəsində qonaq otağında tavan hissədən müvafiq yeri açaraq 01 ədəd əl çantasını təqdim etmiş və həmin əl çantasının içində "nəşə", "metamfetamin" və "tiryək” adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Həmin əl çantasına baxış keçirildikdə içərisində 04 ədəd kibrit qutusunda və 73 ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd konvalyutda olan üstündə “Preqabalin 150" sözləri yazılmış ümumilikdə 30 ədəd dərman həbləri, 01 ədəd sellofan paketdə narkotik vasitə tiryək, 09 ədəd sellofan bükümdə və 46 ədəd kağız bükümlərdə olan psixotrop maddə metamfetamin olması məlum olmuşdur. Daha sonra yaşadığı ünvandan aşkar edilmiş həmin maddə və vasitələr polis əmkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bunda başqa birinci mərtəbədə yerləşən yataq otağında da narkotik vasitələr saxladığını bildirmişdir. Daha sonra əməkdaşları yataq otağına dəvət edib 01 ədəd karton qutunu təqdim etmişdir. Karton qutuya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Eyni zamanda həmin karton qutuda 03 ədəd üstündə narkotik vasitələrin satışına dair yazıları əks etdirən vərəqlər və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin predmet və kütlələr polis əməkdaşları tərəfindən aşkar edildiyi 01 ədəd karton qutuda qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı ünvana baxış davam etdirilərkən hər hansı əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı yaşadığı ünvandan həm 01 ədəd əl çantasından, həm də 01 ədəd karton qutudan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Mehdi adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin kütlələr üçün ümumilikdə 900 manat pul verməli olduğunu bildirmişdir. Mehdi adlı şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, 01 ədəd əl çantasından aşkar edilmiş psixotrop maddə metamfetaminin hər qramı üçün 35 manat pul verməli olduğunu, qalan maddə və kütlələri isə uzun müddət bundan əvvəl Mehdi adlı şəxsdən aldığı üçün neçəyə almağının yadında olmadığını qeyd etmişdir. Həmçinin o, narkotik vasitə qurudulmuş marixuanadan və psixortop maddə metamfetamindən istifadə etdiyini, eyni zamanda həmin maddə və kütlələri ayr-ayrı şəxslərə də satdığını həmin maddə və kütlələri də satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 71-76, 87-89). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs bildirdi ki, o, həmin ifadəni təzyiq altında verdiyindən məhkəmədə vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının təxirəsalınmaz şəkildə icra olunması üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Nəcəfov İbrahim rəhbərlik etmişdir. Daha sonra Təqsirləndirilən şəxs olması ehtimal olunan Mərdəkan qəsəbəsindəki yaşadığı ünvanın yaxınlığına getmişlər və həmin ünvanın yaxınlığında idarə etdiyi “Hyundai” markalı avtomobilin yanında olan zaman ona yaxınlaşıb özlərini təqdim etmiş və Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə üzərinə şəxsi axtarış, avtomobilinə də baxış keçirilmişdir. Bu zaman heç nə aşkar olunmamışdır. Daha sonra çəkiliş zamanı Elvin özü bildirmişdir ki, narkotik vasitələri Mərdəkan qəsəbəsində yaşadığı evdə saxlayır. Onlar həmin ünvana getmiş və Elvin özü etirazı olmadığını bildirdikdən sonra evə daxil olmuşlar. Ünvanda Elvin onlara 2 mərtəbəli evin 1-ci mərtəbəsinin qonaq otağının tavan hissəsindən bir ədəd çanta təqdim etmişdir. Çantanın içərisindən marixuanaya, metamfetaminə və psixotrop maddələrə bənzər narkotik vasitələr aşkar olunmuşdur. Daha sonra Elvin bildirmişdir ki, 1-ci mərtəbənin yataq otağında da marixuana saxlayır və qutunun içərisində olan marixuananı da onlara təqdim etmişdir. Elvin bildirmişdir ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxsdən 900 manat müqabilində onlayn formada əldə etmiş və həmin narkotik vasitələri satmış, 900 manatı Mehdi adlı şəxsə göndərəcəkmiş. Həmçinin Elvin bildirmişdir ki, həmin narkotik vasitələrdən özü də istifadə etmiş və satışı ilə məşğuldur. Narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsi yaşadığı ünvanın yaxınlığında saxladıqlarını, şəxsi saxlayarkən 3 nəfər olduqlarını, Elvini öz maşını ilə apardıqlarını, bir əməkdaşın da idarənin maşınını sürdüklərini, Elvinin evinə baxış keçirərkən ailə üzvlərinin evdə olduğunu, narkotik vasitələrin gözlə görünən yerdə olmadığını, Elvinin onları özünün təqdim etdiyini, təqsirləndirən şəxsin verdiyi ifadənin yalan olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki, psixi təsir olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qayınanası X5 ifadəsində göstərdi ki, onlar evdə olarkən, oğlu atasına zəng çatmadığını demiş, birdən küçə qapısı açılmış, 7-8 nəfər Elvinin qolundan tutub içəri gətirmişlər. O, çox qorxmuş, Elvinə nə olduğunu soruşmuş, ona narahat olmamasını demişlər. Elvinin hərəkət edə bilməməsindən başadüşmüşdür ki, Elvini çox döymüşlər, İçəri gələnlər burada çəkiliş edəcəklərini, ona çıxıb getməsini demişlər. O, küçədə oturmuşdur. Həmin şəxslər saat 4-də içəri girmişlər, saat 8-ə qədər evdə axtarış etmişlər, sonra Elvini də götürüb çıxıb getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq əlavə şahid X5 bu hadisənin təxminən saat 4, 5-in yarısı baş verdiyini, içəri gələn insanların Elvini çox döydüklərini, ona narkotiki öz üzərinə götürməsini məcbur etdiklərini, evi özünün təmizlədiyini, heç nə görmədiyini, Elvinin sonralar müalicə aldığını, kürəkəninin əvvəl hərbçi olduğunu, qızının dediyinə görə Elvinin narkotik vasitədən istifadə etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda "Elvin" adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də yaşadığı ünvanda saxlaması bildirilir. Müəyyən edilmişdir ki, "Elvin" adlı şəxs xx.xx.1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 13:55-ə ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi "Hyundai" markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə müşayiət altında saxlanıldığı yerdən avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). - şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və onun üstündən hər hansı qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 30-31). - baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat veilmiş, o, buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra həmin şəxsə təklif edilmişdir ki, idarə etdiyi "Hyundai" markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai" markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər saxlamadığını bildirmişdir. Bundan sonra Elvin Şükürovun özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 34-35). - baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baxış keçirilmişdir. Baxış şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirmişdir. Baxış zamanı evin 2 mərtəbədən ibarət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq yaşadığı ünvanda saxladığını dediyi maddələri könüllü surətdə təqdim etməsi təkif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin 1-ci mərtəbəsinə iştirakçıları dəvət edib qonaq otağında tavan hissədən müvafiq yeri açaraq 01 ədəd əl çantasını təqdim etmiş və həmin əl çantasının içində "nəşə", "metamfetamin" və "tiryək" adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Həmin əl çantasına baxış keçirildikdə içərisində 04 ədəd kibrit qutusunda və 73 ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 02 ədəd konvalyutda olan üstündə "pregabalin 150" sözləri yazılmış ümumilikdə 30 ədəd dərman həbləri, 01 ədəd sellofan paketdə narkotik vasitə tiryəkə oxşar maddə, 09 ədəd sellofan bükümdə və 46 ədəd kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş həmin maddə və vasitələr iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən həmin qonaq otağından iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin birinci mərtəbədə yerləşən yataq otağında da narkotik vasitələr saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs qonaq otağına iştirakçıları dəvət edib 01 ədəd karton qutunu təqdim etmiş, karton qutuya baxış keçirildikdə içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Eyni zamanda həmin karton qutuda 03 ədəd üstündə narkotik vasitələrın satışına dair yazıları əks etdirməsi güman edilən vərəqlər və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin predmet və kütlələr aşkar edildiyi 01 ədəd karton qutuda qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan həm 01 ədəd əl çantasından, həm də 01 ədəd karton qutudan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri xx.xx.2023-cü il tarixdə Mehdi adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin kütlələr üçün ümumilikdə 900 manat pul verməli olduğunu, Mehdi adlı şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, 01 ədəd əl çantasından aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələrin hər qramı üçün 35 manat pul verməli olduğunu, qalan maddə və kütlələri isə uzun müddət bundan əvvəl Mehdi adlı şəxsdən aldığı üçün neçəyə almasının yadında olmadığını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan və psixortop maddə metamfetamindən istifadə etdiyini, eyni zamanda həmin maddə və kütlələri ayrayrı şəxslərə də satdığını həmin maddə və kütlələri də satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 38-40). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/947 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə çantanın içərisində 16 (on altı) ədəd ağ kağız bükülüdə ümumi çəkisi 4,54 qram, 10 (on) ədəd kağız bükülüdə (5 ədəd gümüşü, 5 ədəd qızılı rəngli) ümumi çəkisi 2,85 qram, 19 (on doqquz) ədəd qara rəngli kağız bükülüdə ümumi çəkisi 5,11 qram, 28 (iyirmi səkkiz) ədəd qırmızı rəngli kağız bükülüdə ümumi çəkisi 10,52 qram və 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqa təmiz çəkiləri: 1) 3,98 qram, 2) 3,93 qram, 3) 4,07qram, 4) 3,99 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 38,99 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş..." sözləri yazılmış karton qutuda salfet kağızına bükülmüş təmiz çəkisi 33,823 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin karton qutuda iki ədəd siqaret formasında bükülmüş kağız bükülüdə tütün və təmiz çəkisi 0,970 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Tədqiqata təqdim olunmuş kağız paketdə və karton qutuda olan marixuanalar təkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 52-56). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "..Təqsirləndirilən şəxs yaşadığı ünvandan..." sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd çantada üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı və göy rəngli dərman kapsulları xarici əlamətlərinə və tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,150 qramdır) olduğu müəyyən edildi. 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 19,809 qram olan tünd qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 09 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,470 qram, 0,466 qram, 0,433 qram, 0,451 qram, 0,460 qram, 0,428 qram, 0,424 qram, 0,425 qram, 0,452 qram ümumi çəkisi 4,009 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr, 02 ədəd polietilen torbacıqda olan ümumilikdə 46 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,385 qram, 0,107 qram, 0,089 qram, 0,088 qram, 0,082 qram, 0,091 qram, 0,315 qram, 0,279 qram, 0,120 qram, 0,278 qram, 0,083 qram, 0,268 qram, 0,290 qram, 0,084 qram, 0,094 qram, 0,109 qram, 0,380 qram, 0,352 qram, 0,097 qram, 0,408 qram, 0,112 qram, 0,303 qram, 0,095 qram, 0,256 qram, 0,091 qram, 0,107 qram, 0,362 qram, 0,267 qram, 0,404 qram, 0,092 qram, 0,243 qram, 0,123 qram, 0,253 qram, 0,364 qram, 0,400 qram, 0,104 qram, 0,097 qram, 0,097 qram, 0,103 qram, 0,284 qram, 0,078 qram, 0,387 qram, 0,082 qram, 0,098 qram, 0,405 qram, 0,100 qram olmaqla ümumi çəkisi 9,306 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədi. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qaununu ilə təstiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağn edilər psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir (cild 1, iş vərəqi 57-62). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 77-78). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın, avtomobilinə və mənzilinə keçirilmiş baxışın gedişatı qeyd edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, disklərin birindən Təqsirləndirilən şəxs üstündə narkotik vasitələr, psixotrop maddələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində olan 01 ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sol yan cibində olan 01 ədəd "Samsung" markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş "Samsung" markalı mobil telefon və 01 ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 01 ədəd avtomobil açarı, onun özünə geri qaytarılmış, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hazırda idarə etdiyi "Hyundai" markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını bildirsə də, yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr saxladığını və yaşadığı ünvana gedildiyi halda həmın vasitə və maddələri təqdım edə biləcəyini, eləcə də idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Eyni zamanda hazırda yaşadığı ünvanda heç kimin olmadığını və avtomobil açarının üstündə olan göy rəngli predmetin evin qapısını açmaq üçün istifadə olunduğunu bildirmişdir. Digər diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai" markalı, **-AC-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmiş, baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 01 ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd avtomobilin qeyiyyat şəhadətnaməsi aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Mənzilə baxış və əşyaların götürülməsini əks etdirən digər diskdəki görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub olmaması soruşulur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirir. Daha sonra evin giriş hisəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçrilməsinə etirazının olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib iştirakçıları içəri dəvət edir. Təqsirləndirilən şəxs ilkin olaraq yaşadığı ünvanda saxladığını dediyi maddələri könüllü surətdə təqdim etməsi təkif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs iştirakçıları evin 1-ci mərtəbəsinə dəvət edib qonaq otağında tavan hissədən müvafiq yeri açaraq 01 ədəd əl çantasını təqdim edir və həmin əl çantasının içində "nəşə", "metamfetamin" və "tiryək" adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirir. Həmin əl çantasına baxış keçirildikdə içərisində 04 ədəd kibrit qutusunda və 73 ədəd kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr, 02 ədəd konvalyutda olan üstündə "preqabalin 150" sözləri yazılmış ümumilikdə 30 ədəd dərman həbləri, 01 ədəd sellofan paketdə narkotik vasitə tiryəkə oxşar maddə, 09 ədəd sellofan bükümdə və 46 ədəd kağız bükümlərdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş həmin maddə və vasitələr iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs həmçinin birinci mərtəbədə yerləşən yataq otağında da narkotik vasitələr saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs iştirakçıları qonaq otağına dəvət edib 01 ədəd karton qutunu təqdim edir. Karton qutuya baxış keçirildikdə içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilir. Eyni zamanda həmin karton qutuda 03 ədəd üstündə narkotik vasitələrin satışına dair yazıları əks etdirməsi güman edilən vərəqlər və 01 ədəd elektron tərəzi olması müəyyən edilir. Həmin predmet və kütlələr aşkar edildiyi 01 ədəd karton qutuda qablaşdırılıb Azərbaycan Respublikası Daxilı İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan, həm 01 ədəd əl çantasından, həm də 01 ədəd karton qutudan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri xx.xx.2023-cü il tarixdə Mehdi adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin kütlələr üçün ümumilikdə 900 manat pul verməli olduğunu bildirir. Təqsirləndirilən şəxs Mehdi adlı şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, 01 ədəd əl çantasından aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələrin hər qramı üçün 35 manat pul verməli olduğunu, qalan maddə və kütlələri isə uzun müddət bundan əvvəl Mehdi adlı şəxsdən aldığı üçün neçəyə almasının yadında olmadığını qeyd edir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan və psixortop maddə metamfetamindən istifadə etdiyini, eyni zamanda həmin maddə və kütlələri ayr-ayrı şəxslərə də satdığını, həmin maddə və kütlələri də satış və şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirir (cild 1, iş vərəqi 132-133). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5051 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üç ədəd torbada tədqiqatdan sonra qalıq qalan 19,709 qram çəkidə narkotik vasitə tiryək, 72,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10,565 qram çəkidə psixotrop maddə metamfetamin, 28 kapsul güclü təsiredici maddə preqabalin və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 108-109, 110). - cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və mənzilinə keçirilmiş şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 03 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 148-162). - cinayət işindən materialın ayrılması haqqında haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmış və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 164-165). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 170-171). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar, tiryəkin 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, psixotrop maddə metamfetamininə, narkotik vasitələr tiryəkə və qurudulmuş marixuanaya münasibətdə Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmçinin CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə irəli sürülmüş itithamdan birinin Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi ilə bağlı olduğundan, dövlət ittihamçısı qeyd edilən hissədə bəraətverici əsasla (cinayət hadisəsi olmaması əsası ilə) ittihamdan imtina etdiyindən, eləcə də dövlət itithamçısının ittihamdan imtinası qanuni olduğundan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Bundan əlavə çıxışlar mərhələsində dövlət ittihamçısı, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan “bir ədəd karton qutusunun içərisindən üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı, göy rəngli dərman kapsulları xarici əlamətlərinə, tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram” söz ifadəsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı mövqeyini onunla əsaslandırmışdır ki, istər ibtidai istinaq, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, yalnız narkotik vasitə hesab edilən qurudulmuş marixuandan və periodik vaxtlarda güclü təsir edən maddələrdən istifadə etdiyini bildirmişdir. Eyni zamanda iş üzrə məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2023-cü il tarixli, 5051 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması qeyd olunmuşdur. Həmin rəydən də görünür ki, Təqsirləndirilən şəxs “Pregabalin” maddəsindən istifadə edən olmuşdur. Cinayət Məcələssinin 240.1-ci maddəsində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma nəzərdə tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs güclü təsir edən maddələrindən istifadə etdiyi, yaşadığı mənzildən aşkar olunan “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı, göy rəngli dərman kapsulları xarici əlamətlərinə, tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram maddə satışı ilə bağlı hər hansı bir sübut müəyyən edilmədiyindən onunla bağlı ittihamda əks olunan söz ifadəsi xaric edilməlidir. Məhkəmə dövlət ittihamçısının həmin mövqeyini qanini və əsaslı hesab etdiyindən, o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan “bir ədəd karton qutusunun içərisindən üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı, göy rəngli dərman kapsulları xarici əlamətlərinə, tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram” söz ifadəsi çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək aşkar olunmuş maddələrdən yalnız marixuananın ona aid olması, digər narkotiklərin isə ona məxsus olmaması, polislər tərəfindən döyülməsi, nəticədə bütün narkotikləri boynuna götürməsi barədə etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis idarəsində üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, maşınına və evinə baxış keçirilmiş və o, yaşadığı evin qonaq otağının tavanında gizlətdiyi əl çantasından və yataq otağında gizlətdiyi karton qutudan narkotik vasitələri, psixotrop maddəni və elektron tərəzini təqdim etmiş, sorğu zamanı təqdim etdiyi maddələri Mehdi adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin kütlələr üçün ümumilikdə 900 manat pul verməli olduğunu, Mehdi adlı şəxs ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, narkotik vasitə qurudulmuş marixuanadan və psixortop maddə metamfetamindən istifadə etdiyini, eyni zamanda həmin maddə və kütlələri ayrı-ayrı şəxslərə də satdığını bildirmişdir. Şəxsi axtarışın və baxışın nəticəsinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar digər iştirakçılarla yanaşı, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən ondan aşkar edilmiş psixotrop maddənin və narkotiklərin ona məxsus olmasını etiraf etmişdir. Lakin ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə ifadələrini dəyişərək həmin psixotrop maddənin ona aid olmadığını qeyd etmiş və polis idarəsində polis əməkdaşları tərəfindən edilmiş təzyiq altında etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin iddialarına aydınlıq gətirilməsi məqsədilə məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun tibb sanitar hissəsində müayinədən keçirilən zaman bədənində xəsarət aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğundan daxil olmuş 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs saxlanılan zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mənəvi və fiziki təzyiqlərə məruz qalması barədə daxil olmuş məlumatla bağlı həmin prokurorluqda araşdırma aparılmış, araşdırma zamanı həmin faktla bağlı hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlaması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların xırda bükümlərə bükülməsini, narkotikin çəkilməsində istifadə olunan elektron tərəzinin ondan aşkar olunmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı ilkin etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə edərək daşıyıb saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib CMnin 62-ci maddəsi tətbiq edilməklə 200 manat miqdarında cərimə ilə, CM-nin 331.3-cü maddəcilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 341.3-cü maddəsilə təqsirli bilinib CMnin 62-ci maddəsi tətbiq edilməklə 02 (ik) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 200 manat miqdarında cərimə cəzası təyin edilmişdir. xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və o, xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə əlaqədar olarq azad edilmişdir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs tərəfindən 200 manat cərimə cəzası ödənilmişdir (cild 1, iş vərəqi 144-147). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata görə, onun xx.xx.2010-cu il təvəllüdlü Sinan Abdinov adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 28, 96-97, 213-217). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 19,709 qram çəkidə narkotik vasitə tiryək, 72,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10,565 qram çəkidə psixotrop maddə metamfetamin, 28 kapsulu güclü təsiredici maddə preqabalin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və mənzilinə keçirilmiş şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 19,709 qram çəkidə narkotik vasitə tiryək, 72,203 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10,565 qram çəkidə psixotrop maddə metamfetamin, 28 kapsul güclü təsiredici maddə preqabalin və bir ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və mənzilinə keçirilmiş şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 144 (yüz qırx dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar