Məhkəmə qərarları › İş №1(101)-962/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-962/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-962/2025 02.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X17 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsi “Sirius” Vəkil Bürosunun vəkili Zərərçəkmiş şəxs2, müdafiəçi “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X21, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə İran İslam Respublikasının Şiraz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 21:30 radələrində keçmiş arvadı İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 ilə birgə nikahından dünyaya gəlmiş xx.xx.2019-cü il təvəllüdlü övladı X19 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində İİR-nın Tehran şəhəri Bahünər adına Ailə Məhkəməsinin xx.xx.2022-ci il tarixli, **********06827968 nömrəli qərarına əsasən Zərərçəkmiş şəxs1 himayəsində, İİR ərazisində yaşaması üçün sonuncuya təhvil verdikdən sonra, Nərimanov RPİ-nin 17-ci PŞnin təhqiqatçısı Şahid1 Mövlüd oğlunun idarə etdiyi “Hyundai ix35” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında tərcüməçi Asghar Jafarzad, arxa oturacağında ortalarında övladları Vihan Tabaraki olmaqla, Zərərçəkmiş şəxs1 ilə yanaşı əyləşib birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-də aparılan araşdırma ilə əlaqədar həmin polis şöbəsinə qayıdarkən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 75 ünvanının qarşısında avtomobilin dayanmasını və Şahid1la Şahid2 su almaq üçün avtomobildən endiyini görüb, ondan ayrıldıqdan sonra başqa bir kişi ilə nikah münasibətlərinə daxil olmuş keçmiş arvadı Zərərçəkmiş şəxs1 oğlan övladını ondan ayıraraq İİR-na aparması, özünün yeni ailəsinin himayəsində saxlamasına görə qisas motivi ilə qəsdən öldürmək qərarına gələrək törətmək niyyətində olduğu əməlin xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görərək və bunları arzu edərək yaşadığı evdən çıxarkən özü ilə götürdüyü məişət təyinatlı, qatlanan, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəflətən sonuncunun üzərinə hücum edərək avtomobildə olan xx.xx.2019-cü il təvəllüdlü övladı X13 gözü qarşısında xüsusi əzabverici hərəkət olmasını bilərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla ona xüsusi əzab və ağrılar yetirdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr yetirməklə həyat üçün vacib olan magistral damarların (o cümlədən yuxarı arteriya və venası) proyeksiyasında yerləşən boyunun yuxarı şöbəsinin sağ yarısının bayır səthinin, sol gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, alt çənənin sol yarısının, sağ əlin İİ barmağının orta falanqasının ön səthinin deşilmiş-kəsilmiş yaraları, alının sağ yarısının tüksüz hissəsinin, sol qulaq seyvanının sırğalığının səthi deşilmiş-kəsilmiş yaraları, sol əlin İİİ barmağın əsasının iç səthinin, sol əlin İV barmağın dırnaq falanqasının ön səthinin səthi kəsilmiş yaraları, boyunun sol yarısının ön və bayır səthlərinin, alt çənənin sol yarısının, döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqları, sol göz yuvasında qançırı, sol alın təpə nahiyəsinin tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi hematoması-sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətlərini yetirmişdir. Həmin vaxt orada olan Şahid1 Mövlüd oğlu, Şahid3, Şahid4 və Şahid2 avtomobilə yaxınlaşıb qapıları açaraq ona müdaxilə edib hərəkətlərinin qarşısını almaları və həmçinin Zərərçəkmiş şəxs1 digər bıçaq zərbələrindən yayına bilməsi nəticəsində sonuncunu bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək xüsusi amansızlıqla, zərərçəkmişin qanuni hərəkətlərinə görə qisas almaq zəminində qəsdən adam öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ilin sentyabr ayında rəsmi nikaha daxil olmuşlar. Bundan sonra ailə həyatında problemlər yarandığından 2022-ci ildə sonuncu ilə nikahını pozmuşdur. Təqsirləndirilən şəxs ilə olan nikahından xx.xx.2019-cu il tarixdə Şiraz şəhərində hazırda 5 yaşında olan Vihan Tabaraki adlı bir övladı dünyaya gəlmişdir. Uşaq 2 yaşında olduqda aralarında problemlər yarandığı üçün Mehdidən ayrılmaq qərarına gəlmişdir. 2022-ci ilin mart ayında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ayrıldıqdan 1 ay sonra əşyalarını yığmaq məqsədilə birgə yaşadıqları evə getmiş, bu zaman sonuncu onunla işi olduğu üçün həyətə gəldiyini bildirərək həyətə düşməyini istəmişdir. Həyətə gəldikdə sonuncu arxadan ona hücum etmiş və üzərinə huşunu itirməyi üçün dərman vasitəsi vurulmuş dəsmalı ağzının üzərinə tutmuşdur. Təqsirləndirilən şəxs həm də onu zorla sürüyərək binanın avto dayanacağına aparmışdır. Orada avtomobilin qapısının açıq olduğunu və içərisində ədyallar olduğunu görmüş, lakin Təqsirləndirilən şəxs onu hansı məqsədlə və haraya aparacağını bilməmişdir. Bu zaman sonuncunun əlini dişləmiş və ağzına sıxdığı dəsmal yerə düşmüşdür. Daha sonra fürsətdən istifadə edib qışqıraraq ətrafda səs-küy yaratmış, anası və qonşular avto dayanacağa gəlmişdir. Təqsirləndirilən şəxs bunu gördükdən sonra onu buraxmış və maşına oturaraq oranı tərk etmişdir. Həm dərmanın təsirindən, həm də özü qorxduğu üçün halı pisləşdiyi üçün qonşular təcili tibbi yardım xidmətinə və polisə məlumat vermişdir. Bundan sonra xəstəxanaya aparılmış və qanından nümunə götürülmüşdür. Qanından götürülmüş nümunədən məlum olmuşdur ki, həmin dərman keyidici təsirə malikdir. Bu hadisə polislər tərəfindən protokollaşdırılmış və Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Lakin, sonuncu cinayət işi üzrə araşdırmanın uzun zaman tələb etdiyindən istifadə edərək İranı tərk etmişdir. Bu hadisədən əvvəl Təqsirləndirilən şəxs hələ İranda yaşayarkən həftədə 2 dəfə olmaqla uşağı Vihanı atasını görməsi üçün Təqsirləndirilən şəxs yanına aparmış və 2 gündən sonra gəlib sonuncunun anasından uşağını təhvil almışdır. 2022-ci ilin iyul ayında həmişə olduğu kimi uşağı gətirib Təqsirləndirilən şəxs anasına təhvil vermişdir. 2 gün sonra uşağını təhvil almaq üçün getdikdə Mehdinin uşağıda özü ilə götürərək əvvəlcə X11 Şarca şəhərinə, daha sonra isə Dubay şəhərinə getdiyini öyrənmişdir. 2022-ci ilin mart ayında əvvəllər Təqsirləndirilən şəxs ilə birgə yaşadığı evin avto dayanacaq sahəsində baş verən hadisən sonra sonuncu bir neçə dəfə anasına zəng edib onu təhdid edərək, təkrar evlənəcəyi təqdirdə qızını öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs uşağını ölkədən çıxardıqdan sonra 1 il yarım uşağını görə bilməmişdir. Bu müddətdə uşağını axtarmaq üçün bir çox yerə müraciət etsə də, heç bir nəticə olmamışdır. O, 2024-cü ilin mart ayında rəsmi qaydada yenidən ailə həyatı qurmuşdur. xx.xx.2024-cü ildən başlayaraq ona mesaj gəlmiş, mesajda uşağının Azərbaycan Respublikası, Bakı şəhərində olduğu bildirilmiş, uşağı haqqında daha çox məlumatın verilməsi üçün 250 ABŞ dolları məbləğində pul tələb olunmuşdur. Bundan sonra o, polisə müraciət etmiş, həyat yoldaşı Hamid ilə Azərbaycana gəlmiş, tələb olunan 250 ABŞ dolları pul məbləğini ödəmişdir. Bakıya gəldikdən sonra polisə və İran səfirliyinə uşağının itməsi və ona bir nömrədən mesaj gəldiyi barədə məlumat vermişdir. İran səfirliyi ona tərcüməçi və vəkil təyin etmişdir. Polis orqanları onun müraciətini araşdıraraq ona mesaj göndərərək 250 ABŞ dolları pul istəyən ***-***-**-** saylı mobil nömrənin keçmiş əriz Təqsirləndirilən şəxs məxsus olmasını müəyyən etmişdir. Uşaqla bağlı, habelə uşağın ona həvalə olunması barədə bütün sənədləri, İranda polisə etdiyi bütün müraciətlərlə bağlı sənədləri Azərbaycanda polis orqanlarına təqdim etmiş və polis orqanlarının köməyi ilə xx.xx.2024cü ildə Təqsirləndirilən şəxs tutulmuşdur. Polislər Təqsirləndirilən şəxs “Asan Xidmət”-də tutaraq polis şöbəsinə gətirmiş, daha sonra sonuncu uşağın Azərbaycanda olmadığını və illər öncə nənəsi ilə birgə Almaniyaya getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dindirilərkən həmin otağa keçərək 2-3 saat sonra ağlayaraq uşağını görmək istədiyini sonuncudan xahiş etdikdən və polis bunu tələb etdikdən sonra Təqsirləndirilən şəxs uşağın Azərbaycanda onun yaşadığı evdə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı, tərcüməçi, Təqsirləndirilən şəxs, həyat yoldaşı Hamid və özünün iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmək və uşağı götürmək qərarına gəlmişdirlər. Orada sonuncu uşağı vermək istəməmiş, uşağın polisdən qorxduğunu bildirmiş, bu səbəbdən Vihanı birlikdə başa salmaq və geyindirmək üçün ondan tək otağa keçməsini istəmişdir. Həmçinin, onlar evə çatdıqda Təqsirləndirilən şəxs ailəsinə bu barədə xəbər verməli olduğunu bu səbəbdən onlara qapıda gözləmələrini xahiş etmişdir. Güman edir ki, sonuncu bıçağı götürüb gizlətməsi üçün bunu etmişdir. Yataq otağına keçərkən sonuncu otağın qapısını kilidləməyə təkid etmişdir. Bundan əvvəllər də Təqsirləndirilən şəxs bu cür hərəkətləri olduğundan həyat yoldaşı Hamid polis əməkdaşlarına onları yataq otağında tək qoymamasını bildirmişdir. Polis əməkdaşları da müdaxilə edərək qapının bağlanmasına icazə verməmişdir. Evdən çıxdıqda onlar polis əməkdaşının maşınında əyləşmişlər. Maşında özü sol tərəfdə sürücünün arxasında, qucağında uşağı, yanında Təqsirləndirilən şəxs sağ tərəfdə, öndə tərcüməçi və polis əməkdaşı oturmuşdur. Uşaq su istəmiş, bu səbəbdən polis əməkdaşı su alıb gətirmək üçün maşını saxlamış, tərcüməçi ilə birlikdə maşından düşmüş və bu zaman Təqsirləndirilən şəxs ona hücum etmişdir. Həmin vaxt onun diqqəti uşağın üzərində olmuş, qəfildən Təqsirləndirilən şəxs ilk öncə boğaz nayihəsinən başlayaraq bıçaqla vurmağa başlamışdır. Bir qədər sonra aldığı xəsarətlərin ağrısını hiss etdikdən sonra Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu başa düşmüşdür. Sonuncu bıçaqla onun boyun nayihəsinə, çənə nayihəsinə, göz ətrafına, alın nayihəsinə, baş nayihəsinə xəsarətlər yetirmişdir. Hadisə təxminən 1 dəqiqə davam etmiş, lakin zərbələr tez-tez vurulmuşdur. Təqsirləndirilən şəxs ona zərbə yetirərkən onu burada öldürəcəyini bildirmişdir. Sonuncu onun əsasən boyun nayihəsindən vurmağa çalışdığı üçün əlləri ilə boyun nayihəsini qorumağa çalışmış, bu səbəbdən əllərində kəsik xəsarətləri yaranmış və xəstəxanada əlinə tikiş qoyulmuşdur. Hadisə zamanı bütün fikri həyat üçün təhlükəli olan şah damarından zərbə almamağa çalışmaq olmuşdur. Bu zaman o, qışqırmağa başlamış, habelə avtomobili silkəlmişdir. Arxadakı avtomobildə oturan həyat yoldaşı Hamid hadisə baş verdiyini başa düşmüş, bu zaman üzəri bütün qan olduğundan və stresli olduğundan yalnız kənar şəxslərin səslərini eşidə bilmiş və daha sonra polis əməkdaşı, tərcüməçi və yoldaşı Hamidin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs onu buraxdığını başa düşmüşdür. Hadisələr baş verən zaman uşağı Vihan maşında yanlarında olmuş, özünü müdafiə edərkən həm də övladı Vihanı qorumağa çalışmışdır. Sonradan xəstəxanaya aparıldıqda uşağınında üzərinə qan ləkələrinin sıçradığını görmüşdür. Həmçinin bildirmişdir ki, hadisə zamanı hər yer qaranlıq olmuş, lakin soyuq silah kimi bir alət olan bıçağın boğazını və əlini kəsdiyini görmüşdür. 1-2 zərbədən sonra Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu hiss etmiş və əl hərəkətləri ilə ona və uşağına xəsarət yetirməməməsi üçün özünü qorumağa çalışmışdır. O, sonuncuya heç bir xəsarət yetirməmiş, əli boğazında olmuş, sadəcə özünü əl hərəkətləri ilə qorumağa çalışmışdır. Ola bilər ki, özünü müdafiə edərkən əli Təqsirləndirilən şəxs üzünə dəymiş, lakin, sonuncuya xəsarət yetirmək kimi bir niyyəti olmamışdır. Sonuncu bundan əvvəl də dəfələrlə onu öldürməyə cəhd etmiş, qeyd olunan hadisə baş verən zaman da onu bu gecə həyatdan məhrum edəcəyini bildirmişdir. Lakin, polis əməkdaşı müdaxilə etdiyindən Təqsirləndirilən şəxs niyyətini başa çatdıra bilməmişdir. Bu hadisədən əvvəl də Mehdi dəfələrlə qeyd etmişdir ki, əgər evlənərsə onu öldürəcəkdir. Azərbaycanda olarkən anası ona dəfələrlə tapşırmışdır ki, Mehdinin onu öldürmək istəyi yadında olsun və ehtiyyatlı olsun. Həmçinin, keçmişdə Şiraz şəhərində bu məsələ təkrar olmuşdur. Bu hadisə bilərəkdən onu öldürmək məqsədilə törədilmişdir. Evləndikdən 1 ay sonra Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqindən ona mesajlar yazmağa başlamış və bildirmişdir ki, uşağın yerini bilir, o, Azərbaycana gəlməlidir. Təqsirləndirilən şəxs bu yolu onu Azərbaycana gətirərək öldürmək niyyətini həyata keçirməyi üçün seçmişdir. Polis əməkdaşı və yoldaşı Həmidin müdaxiləsi ilə Təqsirləndirilən şəxs onu buraxmışdır. Hal-hazırda psixoloji müalicə alır və sonuncunun onu öldürəcəyindən hər an qorxu keçirir. Sonuncu uşağının gözünün qarşısında onu öldürmək istəmiş və hadisə zamanı onun qanı uşağının üzərinə sıçradığından hazırda uşağını baş vermiş hadisəni unutması üçün psixoloji müalicəyə aparır.

4. Bundan başqa Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobildə Təqsirləndirilən şəxs ona bıçaq zərbələri yetirərkən öldürmək üçün bıçaqla onun boyun nahiyyəsinə vurmağa başlamış, lakin o, bunun qarşısını almaq məqsədiylə əli ilə boynunu qorumuş və bunun nəticəsində əli də kəsilmişdir. Təqsirləndirilən şəxs əlində olan bıçağı necə çıxardığını görməmiş, sonuncu ona xəsarətlər yetirməyə başlayarkən bıçağın onu kəsdiyini bilmişdir. Həmçinin bundan əvvəl də İranda olarkən Təqsirləndirilən şəxs onu öldürməyə cəhd etmiş, o, polisə bu barədə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs uşağını da götürüb ölkədən qaçmışdır. Bundan başqa avtomobildə Təqsirləndirilən şəxs ilə yanaşı oturmasının səbəbi həmin zaman polis əməkdaşının da avtomobildə olması və polis əməkdaşına etimad etməsi olmuş və üz nahiyəsində olan xəsarətlərin izlərinin itməsinin səbəbi onun plastik cərrahiyə əməliyyatı etdirməsi olmuşdur. Bundan əlavə o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və sonuncuya ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 ilə evlənmiş, birgə nikah qurduqdan sonra sonuncu 2019-cu il təvəllüdlü övladı Vihanın oğurlandığını və tapa bilmədiyini bildirmiş və o da Vihanın tapılması üçün axtarmağa kömək etmişdir. Həmin vaxtlarda ***-***-**-** saylı Azərbaycan nömrəsi ilə Seyedeh Beikabadinin “Whatsapp” proqramına Təqsirləndirilən şəxs mesaj yazaraq onların uşağının yerindən məlumatı olduğunu və onlar Azərbaycana gələsə uşağın harada olduğunu deyəcəyini bildirmişdir. Onlar da viza alaraq Azərbaycana gəlmişlər. Həmin gün “Whatsapp” yazışması ilə onlardan uşağın yerinin göstərilməsi ilə əlaqədar olaraq 250 ABŞ doları tələb etmiş və onlar 250 ABŞ dollarını deyilən hesaba köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs telefonu söndürmüş və həmin nömrədən heç bir məlumatları olmamışdır. İİR-nın vətəndaşı olduqları üçün İran Konsolluğuna müraciət etmiş, orada hüquqşünas və tərcüməçi tələb etmişlər ki, rəsmi olaraq müraciət edə bilsinlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində hüquq mühafizə orqanlarına müraciət edərək şikayətlərini bildirib qeydiyyatdan keçirmişlər. xx.xx.2024-cü ildə axşamüstü polis əməkdaşları onlarla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs hazırda polis bölməsində olduğunu deyib bölməyə yaxınlaşmaqlarını istəmişdir. O, Seyedeh xanımla bölməyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görmüşdür. Üz-üzə gəlib söhbət etmiş, polis əməkdaşı da Təqsirləndirilən şəxs dindirmişdir. Bundan sonra sonuncu ilkin olaraq uşağın ümumiyyətlə Azərbaycan ərazisində olmadığını, ölkəni tərk etdiyini bildirmişdir. Bir müddət sonra, Seyedehlə danışdıqda uşağın Azərbaycanda olduğunu bildirmişdir. Polis əməkdaşları və tərcüməçi ilə Təqsirləndirilən şəxs razılığı əsasında uşağı onlara qaytarması üçün Pirşağı qəsəbəsinə getmişlər. Mehdi ilk olaraq evə girmiş, uşağı anasına təhvil verməli olduğunu, Seyedeh xanımın evə gəlməsini və Vihanı anasına verəcəyini bildirmişdir. Bu halda da uşağın polis əməkdaşını görsə qorxacağını, uşağı yataq otağında ananın qucağına təhvil verməyi bildirmişdir. Bundan əvvəl Seyedeh ona məlumat vermişdir ki, keçmişdə bir neçə dəfə Təqsirləndirilən şəxs onu öldürməyə cəhd edib və o da təkrar Təqsirləndirilən şəxs Seyedehi öldürməyə cəhd edəcəyini düşünüb polis əməkdaşına və tərcüməçiyə Təqsirləndirilən şəxs normal insan olmadığını bildirib onları otaqda tək qoymamalarını xahiş etmişdir. Daha sonra uşağı evdən götürmüş və polis idarəsinə qayıtmaq üçün iki maşının yanına gəlmişdir. O, başqa maşında, taksiyə oturmuş, bu biri maşında isə tərcüməçi, polis əməkdaşı, uşaq, Seyedeh, Təqsirləndirilən şəxs maşına oturmuş və iki maşın polis idarəsinə tərəf qayıtmışlar. Yolda Təqsirləndirilən şəxs, Vihan və Seyedeh xanım olan avtomobil dayandığı üçün onların arxasında avtomobili saxlamışdır.Tərcüməçi və polis əməkdaşı marketə tərəf yaxınlaşmış, həmin vaxt maşının yelləndiyini və avtomobildə qeydi adi hərəkətlər olduğunu görmüş, yerə düşdükdə isə, qışqırıq səsi gəldiyini eşitmişdir. Dərhal qapıları açmaq üçün həmin avtomobilə yaxınlaşmış, bu zaman polis əməkdaşları və tərcüməçi də gəlmişlər. Avtomobildən Seyedeh və Vihanın qışqırıq səsləri gəlmiş, avtomobilin qapılarını dərhal açdıqda Seyedehi qapıdan çölə çəkmişdir. Həmin vaxt Seyedehin üzünün qanlı olduğunu görmüşdür. Polis əməkdaşı da Təqsirləndirilən şəxs digər qapıdan çölə çəkmişdir. Bundan sonra yoldaşını və uşağı taksiyə qoyub hadisə yerini tərk edərək, yoldaşını müalicə üçün xəstəxanaya aparmışdır. Həmçinin bildirmişdir ki, qapını açdıqda bıçağın Təqsirləndirilən şəxs əlində olduğunu görmüşdür. Sonuncu Seyedehin saçından tutmaqla bıçağı üzünə vurur və qışqırıq səsi ilə “mən bu gecə sənin həyatına son qoyacam və öldürəcəm səni” bildirmişdir. Polis əməkdaşının digər qapıdan Təqsirləndirilən şəxs çölə çəkdiyini görmüş və onun diqqəti sadəcə Seyedeh xanımda olmuş, onun üzünün qanlı, qeydri-adi vəziyyətdə saçı başının üstündə olmadığını görüb ancaq onları ayırmağı fikirləşmişdir. Digər qapıdan polis əməkdaşının müdaxilə etməsi ilə ayırmışdırlar. Təqsirləndirilən şəxs hansı səbəbdən Seyedehi vurmasını dəqiq bilməmişdir. Lakin, keçmişdə Təqsirləndirilən şəxs törətdiyi əməllərinə görə məlumatı var ki, bir neçə dəfə Seyedehi öldürməyə cəhd etmişdir. Belə ki, sonuncu ona bildirmiş və bununla bağlı İranda polis şöbəsində Təqsirləndirilən şəxs Seyedehin ölümünə cəhd etməsi ilə bağlı iş icraatda olmuş, həmin vaxt da Mehdi Seyedehin huşunu itirməsini, yəni beynini sakitləşdirməyi istəmiş, həmin sənədləri araşdırmaya təqdim etmiş və hadisə baş verdikdən sonra Seyedeh ona bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin içərisində bıçağı çıxardaraq “mən bu gecə səni öldürəcəm” demişdir. Ondan sonra əl hərəkətləri ilə bıçağı boğaz nahiyələrinə yaxınlaşıb vurmuşdur. Seyedehin əli bıçağın bir başa boğazına və damarlarına girməyinin qabağını almaq üçün boğazında olmuşdur. Seyedeh xanımın əlini də də bıçaq kəsmişdir. Bir ana ki, iki ildən sonra uşağı tapmış və göz yaşı ilə uşağı qucaqlamış, lakin uşağın gözü qarşısında Təqsirləndirilən şəxs onu öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs əməlində də göstərir ki, bir neçə dəfə bundan əvvəl Seyedehi öldürməyə cəhd etmiş, hazırkı əməlini də əvvəldən planlaşdırmışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞnin təhqiqatçısı Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs barəsində material daxil olmuş, materialın məzmunu sonuncunun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 azyaşlı oğlu Vihanın Təqsirləndirilən şəxs tərəfindən Seyedehin icazəsi olmadan Azərbaycan Respublikasına qaçırması və sonunuya qarşı dələduzluq etməsi olmuşdur. Belə ki, başqa şəxsi kimi özünü təqdim edərək Seyedehə zəng edərək uşağın yerinin bildiyini və qarşılığında ondan karta 250 ABŞ dollar köçürülməklə pul əldə etmişdir. Lakin həmin mobil nömrə Təqsirləndirilən şəxs adına olsa da, özü bunu təkzib etmişdir. Daha sonra həmin materialla bağlı sonuncu polis şöbəsinə dəvət olunmuş, onunla bərabər Seyedeh də polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında məlum olmuşdur ki, M.R.X14 qəsəbəsində yerləşən kirayədə yaşadığı evdə saxlamışdır. Bununla bağlı ona uşağın məhkəmə qərarı əsasında anasında qalmalı olmasına görə onun İrandan Azərbaycana gətirilməsinin qanunsuz olması bildirilmişdir. Bu səbəbdən də uşaq anasına təhvil verilməlidir. O da heç bir etiraz etmədən uşağı anasına təhvil verəcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Pirşağıda yerləşən evinə getmişlər. Orada uşağı götürdükdən sonra Təqsirləndirilən şəxs uşağı ilə vidalaşacağından eyni avtomobildə getməyi xahiş etmişdir. O da Təqsirləndirilən şəxs uşağın atası olduğu üçün etiraz etməmiş və onlar onun avtomobilinə minmişlər. Sağda Təqsirləndirilən şəxs, ortada uşaq və solda isə Seyedeh, öndə də tərcüməçi Şahid2 oturmuşdur. Avtomobili isə o idarə etmişdir. Birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə qayıdarkən Seyedeh tərcüməçi vasitəsi ilə uşağın su istədiyini bildirmiş və onlarda yolda marketdə su almaq üçün avtomobili saxlamış, o və tərcüməçi avtomobildən düşmüşlər. Bu zaman o, tərcüməçiyə avtomobildə oturmasını, suyu onun alıb gələcəyini bildirsə də avtomobildən düşmüşdür. Onlar avtomobildən bir neçə addım uzaqlaşdıqları zaman uşağın səsini eşitmiş və avtomobilin silkələndiyini görmüşlər. Bu vaxt o təcili avtomobilə qayıtmışdır. Güzgüdən Təqsirləndirilən şəxs Seyedehi tutub sonuncuya bıçaqla vurduğunu görmüşdür. O, həmin vaxt özünü itirmiş, qapını blok etdiyini unutmuş, qapını açmağa cəhd etmişdir. Bu zaman sürücü tərəfdən düyməni basıb qapını açmış, qapını açarkən artıq Təqsirləndirilən şəxs Seyedehə xəsarət yetirmişdi. Sonuncu qolları ilə üzünü, boynunu tutmuşdu. Təqsirləndirilən şəxs də çalışırdı ki, Seyedeh xanımı vursun. O, Təqsirləndirilən şəxs qolundan tutaraq avtomobildən çıxartmışdır. Həmin vaxt sonuncunun əlində dəstəyi sarı rəngdə olan mətbəx bıçağı olmuşdur. Təqsirləndirilən şəxs çıxararkən bıçaq yerə düşmüşdür. Həmin vaxt Seyedeh xanım boğazını tutmuşdu. O, sonuncunun şah damarının kəsilmiş olacağında qorxmuş, sonuncunu və uşağı Həmidin olduğu taksiyə mindirərək Sabunçu xəstəxanasına göndərmişdir. O da Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışdır. Təqsirləndirilən şəxs təhvil verdikdən sonra Seyedeh xanımın vəziyyəti ilə maraqlanmaq üçün Sabunçu xəstəxanasına getmişdir. Orada xəsarətlər barədə məlumat almış, daha sonra hadisəni qeydə alıb araşdırma aparmışdır.

7. Bundan başqa Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs avtomobildən çıxarmağa çalışarkən belə sonuncu Seyedehin üz və boğaz nahiyyələrinə bıçaqla vurmağa cəhd edirdi. Həmin vaxt uşaqları Vihan qorxusundan yerə çökmüş və qışqıraraq ağlayırdı. Həmçinin Təqsirləndirilən şəxs evində olarkən Seyedehin həyat yoldaşı Hamid Təqsirləndirilən şəxs Seyedehlə tək buraxmamalarını onlardan xahiş etmiş, Təqsirləndirilən şəxs Seyedehə zərər yetirə biləcəyini bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞnin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 20 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-də xidmətdə növbədə olduğu zaman Zərərçəkmiş şəxs1 müraciəti əsasında şöbənin təhqiqatçısı Şahid1 icraatında araşdırması aparılan materialla əlaqədar sonuncu Pirşağı qəsəbəsinə gedib Seyedehin övladını təhvil verməli olduqlarını bildirmişdir. Həmin vaxt sonuncu, sonuncunun əri Hamid, Hamidin dostu, Təqsirləndirilən şəxs və tərcüməçi Şahid2 Şahid1 idarə etdiyi avtomobilə əyləşib Pirşağı qəsəbəsinə yola düşmüşlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı Pirişağı qəsəbəsindəki evin həyətinə girmiş, bu zaman Seyedeh Saeedeh xanım uşağını gördükdən sonra qucaqlayıb ağlamağa başlamışdır. O, onlarla bərabər içəri keçməmiş, Hamidin dostu ilə darvazanın yanında onların gəlməyini gözləmişdir. Oradan çıxdıqdan sonra tərcüməçi Şahid2 Şahid1 idarə etdiyi avtomobilin qabaq sağ ön oturacağına, arxa oturacaqda sağ tərəfdə Təqsirləndirilən şəxs, sol tərəfdə Seyedeh xanım, onların arasında isə övladları Vihan oturmuşdur. O isə, Hamid ilə birlikdə onun dostunun avtomobilinə əyləşib yola düşmüdür. Təxminən saat 21:30 radələrində Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində “Hyundai Servis”in yaxınlığında avtomobili saxladığını görüb onlarda avtomobilin arxasında saxlamışdır. Şahid1 avtomobildən düşərək marketə tərəf getmiş, ardınca tərcüməçi Şahid2 da düşüb marketə getmişdir. Bir neçə saniyə sonra Şahid1 avtomobilinin yerində sirkələndiyini görüb dərhal Həmidlə əyləşdikləri avtomobildən düşüb avtomobilə tərəf getmişlər. Bu zaman Fazillə Əsgər də gəlmiş və Fazil avtomobilin qapılarını açıb Təqsirləndirilən şəxs çölə tərəf çəkmiş, həmin vaxt sarı rəngli dəstəyi olan bıçaq yerə düşmüşdür. Dərhal sonuncunu qaçmaması üçün tutub saxlamışdır. Digər tərəfdən isə, Seyedeh Beikabadini və övladını avtomobildən çıxartmışdırlar. Həmin vaxt Seyedeh xanımın özü və boynu qan içərisində olmuşdur. Dərhal Fazil onu Sabunçu xəstəxanasına yola salmışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib qapını bağlamış və bıçağı yerdən götürüb sonuncunu şöbəyə aparmışdır. Seyedeh Təqsirləndirilən şəxs avtomobildə olan zaman sonuncunun qəflətən bıçaq çıxarıb övladının gözü qarşısında bıçaqla onun boğaz, sifət və baş nahiyəsindən bir neçə dəfə bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir.

9. Bundan başqa Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs avtomobildən çıxararkən sonuncunun əlində olan bıçaq yerə düşmüşdür.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, onlar Vihanı götürüb Nərimanov RPİ-nin 17-ci PŞ-nə qayıdarkən Seyedeh uşağın su istədiyini bildirib yolüstü marketdən su almağı xahiş etmiş, Şahid1 və o, su almaq üçün düşmüşlər. Onlar marketə gedərkən anidən avtomobildən qışqırıq səsləri gəldiyini, Vilhanın ağlamasını eşidib tez avtomobilə yaxınlaşmışlar. Bu zaman Şahid1 tez sürücü tərəfdən qapıya yaxınlaşaraq mərkəzi sensor düyməsi vasitəsi ilə avtomobilin qapılarını açmış, Təqsirləndirilən şəxs sağ əlində bıçaq olduğunu, sonuncunun Seyedeh Beikabadinin baş hissəsindən zərbələr vurduğunu, Seyedeh Beikabadinin əlini üzünə və boynunu tutaraq özünü müdafiə etdiyini və üzünün qan içində olduğunu görmüşdür. Qapını açarkəndə Təqsirləndirilən şəxs əlində tutduğu bıçaqla Seyedehi vurmağa davam edirmi. Şahid1 Təqsirləndirilən şəxs avtomobildən çıxararkən sonuncu yıxılmış və sonuncunun əlində olan sarı rəngli dəstəyi olan mətbəx bıçağı yerə düşmüşdür. Bundan sonra Seyedehi taksiyə qoyaraq Sabunçu xəstəxanasına yola salmışdır. Həmid və Seyedeh Azərbaycan dilini bilmədiyi üçün tərcüməçi kimi Nərimanov RPİ-nin 17-ci PŞ-dən çıxaraq tez Sabunçu şəhər xəstəxanasına getmişdir. Orada Seyedeh və Mehdinin uşaqları Vihanın paltarlarının qan içərisində olduğunu da görmüşdür.

11. Bundan başqa Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı Vihan avtomobilin içərisində qorxudan qışqıraraq ağlamış, Seyedehin boynundan şiddətli şəkildə qan axdığı üçün onların paltarları qan içərisində olmuşdur. Həmçinin bildirmişdir ki, o hazırki iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi kimi deyil, tərcüməçi kimi iştirak etmişdir.

12. “X8 – Baku” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 138/21 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü ildə “X23 VİP” klinikasının Təcili Yardım şöbəsinə daxil olmuşdur. Diaqnoz: Sol gicgah, sol çənə, sol göz altı və sağ çənə altı nahiyyələrinin kəsilib-deşilmiş yarası. Sağ alın nahiyyəsinin kəsilib-sıyrılmış yarası. Sol qulaq altı nahiyyənin kəsilib-deşilmiş yarası. Boynunda sıyrılmış yaralar. Sağ əlin 2-ci barmağının kəsilib-çarpılmış yarası (İ cild, i/v 20).

13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 xx.xx.2024-cü il tarixli 529 nömrəli rəyindən görünür ki, İİR-sı vətəndaşı Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, boyunun yuxarı şöbəsinin sağ yarısının bayır səthinin, alt çənənin sol yarısının, sağ əlin İİ barmağın orta falanqasının ön səthinin deşilmiş-kəsilmiş yaralar, alının sağ yarısının tüksüz hissəsinin, sol qulaq seyvanının sırğalığının səthi deşilmiş-kəsilmiş yaraları, sol əlin İİİ barmağın əsasının iç səthinin, sol əlin İV barmağın dırnaq falanqasının ön səthinin səthi kəsilmiş yaraları-deşici- kəsici alətin (alətlərin) ola bilsin bıçağın tiyəsinin təsirindən, boyunun sol yarısının ön və bayır səthlərinin, alt çənənin sol yarısının, döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqlar, sol göz yuvasında qançırı, sol alın təpə nahiyəsinin tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi- hematoması-sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü ildə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (İ cild, i/v 30-32).

14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 xx.xx.2024-cü il tarixli 08/529 nömrəli rəyindən görünür ki, İİR-sı vətəndaşı Zərərçəkmiş şəxs1ndən aşkar edilmiş xəsarətlərdən boyunun yuxarı şöbəsinin sağ yarısının bayır iç səthinin deşilmiş-kəsilmiş yarası həyat üçün vacib olan magistral damarların (o cümlədən yuxu arteriya və venası) proyeksiyasında yerləşmişdir (İ cild, i/v 35-37).

15. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 xx.xx.2024-cü il tarixli 540 nömrəli rəyindən görünür ki, İİR-ın vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarət - sol gözün ağlı qişasının bayır bucağının məhdud sahəli kiçik ölçülü qansızması ilə müşayiət edilən sol göz yuvasının qançırı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü ildə və şəraitdə əmələ gələ bilər sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (İİ cild, i/v 111-113).

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/895 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (İ cild, i/v 120-122).

17. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspetizasının xx.xx.2024-cü il tarixli, 2906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun hərəkətləri Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (İİ cild, i/v 114-117).

18. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilərkən Zərərçəkmiş şəxs1 avtomobil yolunun kənar hissəsini əli ilə göstərərək bildirmişdir ki, həmin yerdə avtomobilin içərisində keçmiş əri Təqsirləndirilən şəxs ona hücum edərək bıçaqla ona xəsarətlər yetirmişdir. Hadisə yeri Z.Bünyadov prospektinin Koroğlu metrostansiyasından üzü 20 Yanvar metrostansiyasına gedən yolun köməkçi yol hissəsində, tuneldə girişdən 50 metr irəlidə sağ tərəfdə yerləşmişdir. Baxış zamanı hadisə yerini müşahidə edən kamera aşkar olunmamışdır (İ cild, i/v 14-15).

19. Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 xəsarət yetirilən zaman Təqsirləndirilən şəxs tərəfindən istifadə edilmiş və hadisə yerində aşkar olunmuş 01 ədəd bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı müəyyən olunmuşdur ki, qeyd olunan bıçağın gümüşü rəngli tiyəsi və taxta materialdan olan açıq qəhvəyi rəngli dəstəyi olmuşdur. Həmçinin bıçağın tiyəsi üzərində tünd qırmızı rəngli ləkələrin olduğu görünür (İ cild, i/v 12-13).

20. 18.10.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Şahid1 ifadəsinin yerində yoxlanılması məqsədilə onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 75 ünvana gedilmiş, sonuncu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir (İİ cild, i/v 93-99).

21. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində olmuş, cinayətin aləti hesab edilən 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov rayon prokurorluğunun maddi sübut otağına təhvil verilmişdir (İİ cild i/v 243-270).

22. Cinayət işi materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 sol gicgah nahiyəsinin, sol gözaltı nahiyəsinin, boyunun yuxarı şöbəsinin sağ yarısının bayır səthinin, alt çənənin sol yarısının deşilmiş-kəsilmiş yaralar, alının sağ yarısının tüksüz hissəsinin, sol qulaq seyvanının sırğalığının səthi deşilmişkəsilmiş yaraları, boyunun sol yarısının ön və bayır səthlərinin, alt çənənin sol yarısının, sol göz yuvasında qançırı, sol alın təpə nahiyəsinin tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması-sıyrıqları xəsarətlərini almışdır (İİİ cildinə əlavə edilmiş).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 29, 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, keçmiş arvadı Zərərçəkmiş şəxs1 ilə təxminən 6 il əvvəl rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü övladları Tabaraki Vihan dünyaya gəlmişdir. Seyedeh ilə 2021-ci ildə İİR-da rəsmi qaydada boşanmış, onlar boşandıqdan sonra uşaqları Vihan keçmiş arvadının yanında qalmışdır. 2022-ci ilin avqust ayında Seyedehə məlumat verərək oğlu Vihanı götürüb Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra 04 ay ərzində “Nizami” metrostansiyasının yaxınlığında yerləşən mənzildə anası Mahrokh Kavousi, bacıları Maryam Tabaraki və Marcan Tabaraki ilə birlikdə yaşamış, sonradan Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı məktəbin yanında yerləşən nömrəsiz fərdi evə köçərək orada yaşamışlar. Bakı şəhərində yaşadığı müddətdə Pirşağı qəsəbəsində yerləşən heyvan yemləri satılan mağazada satıcı işləmişdir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi bitdiyi üçün xx.xx.2024-cü ildə Asan xidmətə müraciət etmiş, bu zaman onu orada polis əməkdaşları saxlayıb Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparmış və orada anasının icazəsi olmadan övladı Vihanı İİR-dan Azərbaycan Respublikasına gətirdiyini bildirmişlər. O da gətirdiyini təsdiq etmiş və yaşadığı ünvana gedib övladını anasına verməyə razılaşmış, onun yaşadığı evə getmişlər. Həmin vaxt Seyedehin yanında Hamid adlı şəxs də gəlmişdir. Onun yoldaşı ilə ayrılmağına səbəb həmin Hamid olmuşdur. Bu zaman hər ikisi onu, anasını və iki bacısını da təhdid və təhqir etmiş, bundan sonra icazəsiz olaraq onun evinə daxil olmuşlar. Anası və bacıları uşağın anasına qaytarılmasına razılıq verməmiş, lakin Seyedeh və Hamid əgər uşağı verməsə onu Kürdəxanı həbsxanasına atdıracaqlarını bildirmişlər. Seyedehin hazırkı həyat yoldaşı Hamid Khoshkholgh ona İranda axtarışda olduğunu bildirmiş, bu sözlərdən sonra sonuncudan qorxmuş və məcbur qaldıqları üçün uşağı anasına verməyə razı olmuşdur. Bundan sonra o, keçmiş həyat yoldaşı, oğlu, bir nəfər polis əməkdaşı və səfirliyin əməkdaşı olan tərcüməçi avtomobilə minərək 17-ci polis şöbəsinə doğru hərəkət etmişlər. Bu zaman avtomobildə o, sağ tərəfdə, Seyedeh sürücünün arxasında, oğlu Vihan Seyedehin qucağında oturmuşdur. Yolda hərəkətdə olarkən Seyedeh onunla danışaraq onu əziyyətə saldığını, Bakı şəhərinə gəlməsi ilə bağlı maddi ziyana düşdüyünü bildirmiş, övladı Vihanı qucağına almaq istəmiş, lakin Vihan ona tərəf getməmişdir. Həmçinin Seyedeh uşağı ondan alacağını bildirsə də, o, Seyedehə məhkəmənin hökmü olmasa uşağı sonuncuya verməyəcəyini bildirmişdir. Bununla bağlı aralarında uşağın ona verilməsi üstündə mübahisə yaranmışdır. Keçmiş həyat yoldaşı Seyedeh uşağı ondan tələb edərkən o da uşağı verməyəcəyini bildirmişdir. Bir müddət yol getdikdən sonra polis əməkdaşı avtomobili saxlamış və tərcüməçi ilə maşından düşmüşlər. Onlar maşından düşdükdən sonra keçmiş həyat yoldaşı ilə yenə də mübahisə etmişdir. Bu zaman Seyedeh sağ dirsəyi ilə onu bir neçə dəfə vurmuş, dirsəyi ilə onu vurduqda optik eynəyi gözündən düşmüşdür. Bu zaman Seyedeh çantadan nəsə çıxardıqdan sonra o, əvvəlkinin sol əlində bıçaq olduğunu görmüş, sonuncu onu bıçaqla vurmaq istəyərkən sonuncunun əlindən tutmuş və bıçağı ondan almaq istəmişdir. Lakin o, bıçağı buraxmamış və onu bıçaqla vurmaq istəmişdir. Bıçağın dəstəyi Seyedehin sol əlində olarkən bıçağın tiyə hissəsi olduqları avtomobilin dam hissəsinə tərəf olmuşdur. Bıçağı Seyedehin əlindən almaq istəyərkən ona müqavimət göstərmiş və bıçağı özünə tərəf çəkmişdir. Həmin mübahisə zamanı bıçağın tiyə hissəsi yuxarı olduğu üçün, ola bilsin ki, bıçağın tiyəsi Seyedehin boğaz və sifət nahiyyəsinə dəymişdir. Bıçağı keçmiş həyat yoldaşının əlindən aldıqdan sonra həmin bıçağı avtomobilin pəncərəsindən küçəyə atmışdır. Həmin vaxtda övladı Vihanı sakitləşdirərək narahat olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşı və Asgər avtomobilə yaxınlaşmış, o, oğlunu qucağında alaraq avtomobildən düşmüşdür. O, Seyedehin yaralanmasını görməmiş və ümumiyyətlə sonuncunun üzərində qan olmamışdır. Daha sonra Vihanı ondan almış və ona qarşı da güc tətbiq edərək avtomobilə mindirərərək polis şöbəsinə aparmışlar. Həmçinin bildirmişdir ki, Seyedehin qeyd etdiyi nömrə məsələsi barəsində heç bir məlumatı olmamış, keçmiş həyat yoldaşı Seyedehi sadəcə instagram vasitəsi ilə izləmiş və onunla heç vaxt əlaqə saxlamamışdır. ***-***-**-** saylı mobil nömrəsi heç vaxt onun istifadəsində olmamışdır, həmin mobil nömrədən kimlərin istifadə etməsi barədə məlumatı olmamışdır. Ümumiyyətlə ona elan edilmiş ittiham keçmiş həyat yoldaşı Seyedehin qurduğu plan əsasında ona verilmişdir.

24. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşağı götürmək üçün evdə olduqları bütün müddət ərzində polis əməkdaşı onun yanında olmuş, onu tək buraxmamışlar.

25. Daha sonra barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

26. Maddə 120.2.4. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, törədildikdə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

27. Maddə 29. Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

28. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

29. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

31. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

32. Maddə 43.3. Xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir.

33. Maddə 52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.

34. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

35. Maddə 63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

36. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

37. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

38. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

39. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

40. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

41. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

42. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

43. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

44. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı

45. Qərarın 8-ci bəndi. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 121.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin president hüququ:

47. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi özünü müdafiə xarakterli ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, fotoşəkillər və digər toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur (hökmün 37-ci bəndi).

49. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla, yəni xx.xx.2019-cu il təvəllüdlü övladları X16 gözü qarşısında çoxlu miqdarda xəsarətlər yetirməklə, sonuncunun anası Seyedeh Beikabadiyə xüsusi əzab verdiyini dərk edərək qəsdən öldürməyə cəhd etmişdir (hökmün 45-ci bəndi). Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Həmin Qərarının 8-ci bəndində “xüsusi amansızlıq” anlayışına aydınlıq gətirilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Seyedeh Beikabadini öldürmək məqsədilə üzərində olan bıçaqla sonuncunun üz və boyun nahiyyələrinə dəfələrlə zərbələr vuraraq, həmin vaxt orada olan xx.xx.2019-cu il təvəllüdlü, yəni 5 yaşlı uşaqları Vihan Tabarakinin gözü qarşısında, baş verənləri onun da gördüyünü və dərk etdiyini bilərək xüsusi amansızlıqla məqsədyönlü şəkildə Seyedeh Beikabadini qəsdən öldürməyə cəhd etməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsini bir daha təsdiq edir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillərdən də açıq aşkar olaraq görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs Seyedeh Beikabadi sol gicgah nahiyəsinin, sol gözaltı nahiyəsinin, boyunun yuxarı şöbəsinin sağ yarısının bayır səthinin, alt çənənin sol yarısının deşilmiş-kəsilmiş yaralar, alının sağ yarısının tüksüz hissəsinin, sol qulaq seyvanının sırğalığının səthi deşilmiş-kəsilmiş yaraları, boyunun sol yarısının ön və bayır səthlərinin, alt çənənin sol yarısının, sol göz yuvasında qançırı, sol alın təpə nahiyəsinin tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsihematoması-sıyrıqları xəsarətlərini almışdır.

50. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxs Seyedeh Beikabadinin çantasından bıçaq çıxararaq ona xəsarət yetirməyə çalışmasını və onun özünü müdafiə edərkən bıçağın Seyedeh Beikabadini yaralamış ola bilməsini, həmin vaxt sonuncunun üzərində heç bir qan izlərinin olmadığı barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, hadisəni müşahidə etmiş və məhkəmə iclasında ifadə verən şahidlərdən Şahid2 və Şahid3 hadisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu, sonuncunun həmin bıçaqla zərərçəkmiş şəxs Seyedeh Beikabadiyə xəsarətlər yetirməsini və sonuncunun boyun nahiyyəsindən aldığı xəsarət nəticəsində şiddətli qan axdığını bildirmişlər. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X20 xx.xx.2024-cü il tarixli 529 nömrəli və xx.xx.2024-cü il tarixli 08/529 nömrəli rəylərindən görünür ki, İİR-sı vətəndaşı Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, boyunun yuxarı şöbəsinin sağ yarısının bayır səthinin, alt çənənin sol yarısının, sağ əlin İİ barmağın orta falanqasının ön səthinin deşilmiş-kəsilmiş yaralar, alının sağ yarısının tüksüz hissəsinin, sol qulaq seyvanının sırğalığının səthi deşilmiş-kəsilmiş yaraları, sol əlin İİİ barmağın əsasının iç səthinin, sol əlin İV barmağın dırnaq falanqasının ön səthinin səthi kəsilmiş yaralarıdeşici- kəsici alətin (alətlərin) ola bilsin bıçağın tiyəsinin təsirindən, boyunun sol yarısının ön və bayır səthlərinin, alt çənənin sol yarısının, döş qəfəsinin ön səthinin sol yarısının sıyrıqlar, sol göz yuvasında qançırı, sol alın təpə nahiyəsinin tüklü hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi- hematoması-sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər və həyat üçün , vacib olan magistral damarların (o cümlədən yuxu arteriya və venası) proyeksiyasında yerləşmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü ildə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (İ cild, i/v 30-32, 35-37). Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir.

51. Bundan əlavə məhkəmə iclasında Müdafiəçi ibtidai istintaq dövründə tərcüməçi qismində dəvət edilmiş və məhkəmə iclasında dindirilmiş İİR-nın Azərbaycandakı səfirliyinin əməkdaşı Şahid2e zərərçəkmiş şəxs Seyedeh Beikabadinin qanuni mənafeyini təmsil edən nümayəndəsi kimi əvvəllər çıxış etməsi və bu səbəbdən də əvvəlkinin tərcümə etdiyi zərərçəkmiş şəxs Seyedeh Beikabadinin xx.xx.2024-cü il tarixli ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş etsə də, məhkəmə iş materiallarını araşdırarkən vəsatətin əsassız olduğu qənaətinə gəlir. Belə ki, istər müdafiəçi tərəfindən, istərsə də çinayət işinin materiallarında həmin halı təsdiq edən mötəbər sübutlarlar təqdim və aşkar edilməmişdir.

52. Həmçinin Müdafiəçi məhkəməyə vəsatət verərək bildirmişdir ki, Nərimanov RPİnin 17-ci PB-nin təhqiqatçısı Şahid1 cinayət prosessində iştirakını istisna edən hal olduğundan onun tərəfindən hazırkı cinayət işi üzrə şahid qismində dindirilə bilməz və onun ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasınının CPM-in 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən aşağıdakılar şahid qismində çağırıla və dindirilə bilməzlər: 95.2.1. azyaşlı olduqlarına, fiziki və psixi pozuntularına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər; 95.2.2. müdafiəçi qismində hüquqi yardım göstərilməsi ilə əlaqədar həmin cinayət prosesinə aid olan məlumatları bilən vəkillər; 95.2.3. cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər; 95.2.4. cinayət təqibi zamanı yol verilmiş nöqsan və vəzifədən sui-istifadə halları, yeni açılmış hallara görə icraatın təzələnməsi və itirilmiş icraatın bərpası halları istisna olmaqla, öz prosessual səlahiyyətlərini cinayət prosesi ilə əlaqədar həyata keçirmiş hakim, prokuror, müstəntiq, təhqiqatçı və ya məhkəmənin iclas katibi; 95.2.5. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər; 95.2.6. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər. Məhkəmə hesab edir ki, Nərimanov RPİ-nin 17-ci PB-nin təhqiqatçısı F.M.X9 uşağının Təqsirləndirilən şəxs alınıb əvvəlkinə təhvil verilməsi ilə bağlı icraatında olan başqa işlə əlaqədar öz vəzifə borcunu yerinə yetirərkən M.R.X2 məxsus avtomobildə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsinin birbaşa görərək iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olduğundan və onun şahid qismində dindirilməsini istisna edən heç bir əsas olmadığından qanunun tələblərinə uyğun olaraq istintaq orqanı tərəfindən şahid qismində dindirilmişdir. Həmçinin məhkəmə iclasında cinayət işinin materialları araşdırılaraq müəyyən edilmişdir ki, Nərimanov RPİ-nin 17-ci PB-nin təhqiqatçısı Şahid1 cinayət hadisənin birbaşa şahidi olmasına baxmayaraq təhqiqatçı qismində xx.xx.2024-cü il tarixdə müvafiq olaraq tərcüməçinin təyin olunması haqqında, tərcüməçinin hüquq və vəzifələrinin izah edilməsi barədə, tərcüməçinin təqdim edilməsi barədə, əşyanın götürülməsi və baxış keçirilməsi haqqında, xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokollar tərtib etmiş, xx.xx.2024-cü il tarixdə Seyedeh Beikabadinin izahatını almış, xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasınının CPM-in 113.3-cü maddəsinin tələblərinə əsasən bu Məcəllənin 109.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda, yəni təhqiqatçı həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə özü-özünə etiraz etməlidir. Həmin Məcəllənin 125.2-ci maddəsinin tələblərinə əsasən cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Schenk İsveçrəyə qarşı» işi üzrə qəbul edilmiş 12 iyul 1988-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsi (art. 6) ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların məqbul olubolmaması ilə bağlı qaydaları müəyyən etmir, bu məsələ əsasən daxili hüquqla tənzimlənməlidir. Məhkəmə prinsipial olaraq və abstrakt şəkildə belə qanunsuz əldə edilmiş sübutların qəbul olunmasının istisna edilməsi zərurəti olmadığını hesab edir. Bu halda cinayət məhkəməsi öz mövqeyini formalaşdırmazdan əvvəl bir sıra sübut elementlərini birgə nəzərə almalıdır. Mübahisəli yazının sübut kimi istifadə olunması ərizəçini ədalətli məhkəmə araşdırması hüququndan məhrum etməmiş və buna görə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini (art. 6-1) pozmamışdır. Məhkəmə qeyd olunan normaların məzmununu nəzərə almaqla Nərimanov RPİnin 17-ci PB-nin təhqiqatçısı Şahid1 tərəfindən aparılan müvafiq istintaq hərəkətlərinin qanunun tələbləri pozulmaqla həyata keçirilməsini nəzərə alır, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin «Schenk İsveçrəyə qarşı» işi üzrə qəbul edilmiş 12 iyul 1988-ci il tarixli qərarının tələblərini və iş üzrə biri-birini təsdiq edən mötəbər sübutların məcmusunu əsas götürməklə hesab edir ki, ibtidai araşdırmanın təhqiqat mərhələsində aparılan əşyanın götürülməsi və baxış keçirilməsi ilə əlaqədar olan prosessual hərəkətlər qanunun tələblərini pozmaqla həyata keçirilsə belə, həmin prosessual hərəkətlərin nəticəsində tərtib olunmuş protokol bıçağın bilavasitə cinayətin predmeti olması faktını təsdiq etməklə ittihamın sübut edilməsində nəzərə alına bilər. Belə ki, qeyd olunan prosessual hərəkətlər daha sonra istintaq orqanı tərəfindən yoxlanılmış və həmin pozuntular aradan qaldırılmışdır.

53. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, əşyanın götürülməsi və baxış keçirilməsi protokolları, fotoşəkilləri, ekspertiza rəylərini və digər sübutları tədqiq edib, araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayətini törətməsi təqsirliliyi sübuta yetirildiyindən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 29, 120.2.4-cü maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır.

54. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 37-ci bəndi).

55. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında on dörd ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur və cinayət etməyə cəhdə görə cəzanın müddəti başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz (hökmün 26, 27 və 35-ci bəndləri).

56. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

57. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsn gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.

58. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsn əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

59. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 165) .

60. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yəni cinayət əməlini 5 az yaşlı övladının gözü qarşısında anasına (zərərçəkmiş şəxsə) çoxlu miqdarda xəsarətlər yetirməklə xüsusi əzab verməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 29, 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.

61. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilməli və əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilməlidir (hökmün 33-cü bəndi).

62. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyi üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 34-cü bəndi).

63. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü ildən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (İ cild i/v 176, 210-214, İİ cild i/v 75-79, 159-163). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

64. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü ildən hesablanmalıdır (hökmün 41-ci bəndi).

65. İş üzrə maddi sübut olan, Nərimanov Rayon Prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 43-cü bəndi).

66. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 36-cı bəndi).

68. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma təyin edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nərimanov Rayon Prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar