Məhkəmə qərarları › İş №1(101)-963/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-963/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-963/2020 12.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1 qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, üzərində daşıma və saxlama cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə şəffaf sellofan büküm halında bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 7,013 qram olan psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımışdır. Abşeron rayon Polis İdarəsinin və Baş Dövlət X17 Yol Patrul Xidməti alayının əməkdaşları xx xxxxx 2020-ci il tarixdə gecə saat 03:00 radələrində Bakı-Sumqayıt avtomobil şossesinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 706 saylı X20 Xidməti postunda epidemiya əleyhinə xüsusi karantin rejimi ilə bağlı yoxlama keçirərkən Təqsirləndirilən şəxs hərəkətdə olan “Reno” markalı avtomobildə yaşayış yerini müvafiq icazə sənədi olmadan tərk edərək epidemiya əleyhinə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə saxlanılmış və Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Orada onun üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,013 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulduğu gün yaşadığı Masallı rayonundan Bakı şəhərinə maşın almaq üçün gəlmişdir. O, Bakı şəhərinə gələrkən üzərində təxminən 4.200 manat məbləğində pul olmuşdur. O, birinci dəfə xx xxxxx 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar icazəsi olmadığı üçün ”Saray” postunda xidmət aparan Şahid1 20 (iyirmi) manat məbləğində pulu “şirinlik” kimi vermiş və Şahid1 həmin gün postu keçməyə ona icazə vermişdir. İkinci dəfə o, xx xxxxx 2020-ci il tarixdə axşam radələrində taksidə “Saray” postunu keçən zaman yenə də Şahid1 orada xidmət aparmış və sonuncu onu tanıdığından onun olduğu maşını saxlamışdır. Şahid1 maşını saxladıqdan sonra onun icazəsinin olub-olmamasını soruşmuş və ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini xahiş etmişdir. O da Şahid1 icazəsinin olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, lakin şəxsiyyət vəsiqəsinin fin kodunu deyə biləcəyimi bildirmişdir. Sonra Şahid1 onu “Saray” postunda yerləşən inzibati binaya dəvət etmişdir. O, inzibati binada Şahid1 şəxsiyyət vəsiqəsinin fin kodunu demiş və Şahid1 elektron portalda yoxlama apardıqdan sonra onun icazəsinin olduğunu görmüşdür. Sonra Şahid1 ona üzərində nə varsa təqdim etməyini bildirmişdir. O da üzərində olan bıçağı, pulu və içərisində “şüşə” və “kakos” kimi tanıdığı narkotik vasitə və limon duzu olan bükümü Şahid1 təqdim etmişdir. O, polislərə yenicə azadlığa çıxdığını bildirmiş və polis əməkdaşlarından ona kömək etmələrini, yəni pul qarşılığında onu sərbəst buraxmalarını xahiş etmişdir. Polislər isə ona bu yaxınlarda narkotik vasitə ilə saxlanılan şəxsdən pul aldıqlarına görə polis əməkdaşının işdən azad olunduğunu və buna görə də ona kömək etməyəcəklərini bildirmişlər. Sonra o, polsilərə başqa cür ona kömək etmələrini, yəni üzərində olan pulun onun anasına çatdırılması üçün onunla eyni məhəllədə yaşayan və “Saray” postunda işləyən Tusi adlı yol polisi əməkdaşına çatdırılmasını xahiş etmişdir. Bundan sonra o, 3.100 manat məbləğində pulu anasına çatdırmaq üçün Bəhruza vermişdir. Bundan başqa, o, 100 manat pulu “şirinlik” kimi Şahid1 özünə vermişdir. O, Şahid1, həmçinin öz ev nömrəsini vermişdir ki, Bəhruz Tusi ilə əlaqə saxlaya bilməyəcəyi təqdirdə onun anası ilə əlaqə saxlasın. O, 3.200 manat məbləğində pulu verdikdən sonra onun üzərində təxminən 470 manat pul qalmışdır. Sonra onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. O, Polis İdarəsinə aparıldıqdan sonra su, siqaret almaq üçün polislərə pul vermişdir. Bundan sonra polislər yerdə qalan 438 manatı onun bacısına vermişlər. Abşeron rayon Polis İdarəsində otaqların birində onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Polislər ondan narkotik vasitəni haradan aldığını soruşmuşlar. O da narkotik vasitəni Sumqayıt şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Lakin polislər ondan ifadəsində narkotik vasitəni Masallı rayonunda tanımadığı şəxsdən aldığını yazmasını demişlər. O da təzyiq altında qalaraq bu barədə izahat yazmışdır. Sonra o, ibtidai istintaq zamanı narkotik vasitəni Masallı rayonunda tanımadığı şəxsdən alması barədə ifadə vermişdir. Lakin o, “şüşə” və “kakosu” Sumqayıt şəhərindən almışdır. Eyni zamanda onun üzərində 7 (yeddi) qram narkotik vasitə olmamışdır. Onun üzərində 1,5 qram şüşə olmuş, 0,5 qram isə kakos olmuşdur. Qalanı isə limon duzu olmuşdur. Lakin ittihamda guya onun üstündə 7 (yeddi) qram metamfetaminin olması göstərilmişdir. Onun üzərində həmin çəkidə “şüşə” olmamışdır. Ona əsassız şəkildə ağır ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron RPİ-nin PPXB-də polis nəfəri işləyir. 2020-ci ilin aprel ayında gecə vaxtı o, xidmət apardığı “Saray” postunda karantin rejimini yoxlayarkən taksi xidməti göstərən bir avtomobil həmin posta yaxınlaşmışdır. O, həmin avtomobili saxlayaraq əvvəlcə sürücünün sənədlərini yoxlamışdır. Sonra o, avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs müvafiq icazə sənədinin və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim edərək Masallı rayonunda qeydiyyatda olduğunu, lakin ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərinə getməsi üçün icazəsi olmadığından o, Təqsirləndirilən şəxs həmin gün geri qaytarmışdır. Bu hadisədən təxminən 3-5 gün keçdikdən sonra o, yenə gecə vaxtı xidmət apardığı “Saray” postunda karantin rejimini yoxlayarkən taksi xidməti göstərən avtomobil posta yaxınlaşmışdır. O, həmin avtomobili saxlayaraq əvvəlcə sürücünün sənədlərini yoxlamışdır. Sonra o, avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs müvafiq icazə sənədinin və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını, lakin sms icazə aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etdikdə, sonuncu ona başqa ad və soyad demişdir. O, həmin adı və soyadı portalda yoxladıqda həmin adın və soyadın başqa şəxsə, yəni təxminən 2000-2005-ci il təvəllüdlü başqa şəxsə məxsus olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından o, Təqsirləndirilən şəxs postda olan inzibati binaya dəvət etmişdir. O, inzibati binada Təqsirləndirilən şəxs yenidən özünü təqdim etməsini bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs pencəyindən bükümə oxşar bir əşyanı çıxarıb gizlətmək istədikdə, o, cəld şəkildə Təqsirləndirilən şəxs qolundan tutmuş və həmin bükümün nə olduğunu sonuncudan soruşmuşdur. Təqsirləndirilən şəxs isə heç nə olmadığını bildirmişdir. O, həmin bükümün içərisində ağ şəffaf rəngdə metamfetaminə oxşar maddə olduğunu anlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs orada olan polislərə pul təklif etmişdir. Onlar isə Təqsirləndirilən şəxs təklifini rədd etmişlər və sonuncunun Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs gəldiyi taksini yola salmalı olduğunu bildirmişdir. Onlar taksi sürücüsünü çağırmışlar və video kameranın müşahidəsi altında Təqsirləndirilən şəxs cibindən 5 (beş) manat pulu çıxararaq taksi sürücüsünə vermişdir. Sonra onlar Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə aparmışlar. X12 Şirnov üçün vəkil dəvət edilmişdir. Polis İdarəsində dəvət edilmiş vəkil polis əməkdaşları tərəfindən tutulmuş Təqsirləndirilən şəxs bükümdə olan narkotik vasitənin sonuncuya məxsus olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da narkotik vasitənin özünə məxsus olduğunu öz vəkilinə bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və o da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə “Saray” postunda digər polis əməkdaşları ilə birlikdə xidmət apararkən taksi xidməti ilə məşğul göstərən “Reno” markalı avtomobil posta yaxınlaşmışdır. Həmin avtomobil onlar tərəfindən saxlanılmış və avtomobildə olan şəxslərin karantin rejimi ilə bağlı icazələrinin olub-olmaması yoxlanılmışdır. “Reno” markalı avtomobili idarə edən sürücünün müvafiq icazəsi olduğundan həmin şəxslə bağlı heç bir problem yaranmamışdır. Lakin onlar avtomobildə olan sərnişindən icazəsinin olubolmadığını soruşduqda, həmin şəxs onlara cavab vermək istəməmiş və onların yanından uzaqlaşmağa cəhd etmişdir. Sərnişin olan şəxs özünü şübhəli apardığından onlar həmin şəxsi Abşeron rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. X11 apardıqları şəxsin adı və soyadı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş vəkilin iştirakı və Təqsirləndirilən şəxs icazəsi əsasında videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyanın olduğu halda təhvil verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni bir neçə gün əvvəl yaşadığı Masallı rayonunda öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı psixotrop maddədən əlavə Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon və 438 manat məbləğində pul aşkarlanmışdır. Aşkarlanmış əşyalar qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o, digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin PPXB-də polis nəfəri kimi xidmət göstərir və onun rütbəsi polis baş serjantıdır. O, xx xxxxx 2020-ci il tarixdə, 02:30-da Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid1, BDYPİ-nin YPXA-nın 1-ci Tağım YPX baş inspektoru, polis baş leytenantı Şahid3, polis serjantı Şahid4 və Şahid5 ilə birlikdə xidmət apararkən “Saray” postunda karantin rejimini yoxladıqda, taksi xidməti göstərən “Reno” markalı avtomobilin posta yaxınlaşdığını görmüşlər. Avtomobil onlar tərəfindən saxlanılaraq sürücünün sənədləri yoxlanılmışdır. Yoxlanış zamanı sürücünün müvafiq icazə sənədinin olması müəyyən edilmişdir. Lakin onlar avtomobildə oturmuş sərnişinin müvafiq icazə sənədinin və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşduqda, həmin şəxs onlara cavab vermək istəmədən oradan uzaqlaşmaq istəmişdir. Həmin şəxs şübhəli olduğu üçün onlar tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. X11 apardıqları şəxsin adı və soyadı Təqsirləndirilən şəxs olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyanın olduğu halda təhvil verməsi təklif olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və həmin şəxsə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Masallı rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan “Samsung” markalı mobil telefon və 438 manat məbləğində nağd pul aşkarlanaraq götürülmüşdür. Aşkarlanmış əşyalar kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, BDYPİ-nin YPXA-nın 1-ci Tağım YPX inspektoru kimi xidmət göstərir və onun rütbəsi polis serjantıdır. O, xx xxxxx 2020-ci il tarixdə, 02:30-da Abşeron rayon Polis İdarəsinin PPXBnin polis nəfəri Şahid1, Şahid2, BDYPİ-nin YPXA-nın 1-ci Tağım YPX baş inspektoru, polis baş leytenantı Şahid3 və polis serjantı Şahid5 ilə birlikdə xidmət apararkən “Saray” postunda karantin rejimini yoxladıqda, taksi xidməti göstərən “Reno” markalı avtomobilin posta yaxınlaşdığını görmüşlər. Avtomobil onlar tərəfindən saxlanılaraq sürücünün sənədləri yoxlanılmışdır. Yoxlanış zamanı sürücünün müvafiq icazə sənədinin olması müəyyən edilmişdir. Lakin onlar avtomobildə oturmuş sərnişinin müvafiq icazə sənədinin və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşduqda, həmin şəxs onlara cavab vermək istəmədən oradan uzaqlaşmaq istəmişdir. Həmin şəxs şübhəli olduğu üçün onlar tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. X11 apardıqları şəxsin adı və soyadı Təqsirləndirilən şəxs olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyanın olduğu halda könüllü təhvil verilməsi təklif olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və həmin şəxsə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Masallı rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan “Samsung” markalı mobil telefon və 438 manat məbləğində nağd pul aşkarlanaraq götürülmüşdür. Aşkarlanmış əşyalar kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, BDYPİ-nin YPXA-nın 1-ci Tağım YPX baş inspektoru kimi xidmət göstərir və onun rütbəsi polis baş leytenantıdır. O, xx xxxxx 2020-ci il tarixdə, 02:30-da Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Şahid1, Şahid2, BDYPİ-nin YPXA-nın 1-ci Tağım YPX inspektoru, polis serjantı Şahid4 və Şahid5 ilə birlikdə xidmət apararkən “Saray” postunda karantin rejimini yoxladıqda, taksi xidməti göstərən “Reno” markalı avtomobilin posta yaxınlaşdığını görmüşlər. Avtomobil onlar tərəfindən saxlanılaraq sürücünün sənədləri yoxlanılmışdır. Yoxlanış zamanı sürücünün müvafiq icazə sənədinin olması müəyyən edilmişdir. Lakin onlar avtomobildə oturmuş sərnişinin müvafiq icazə sənədinin və şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını soruşduqda, həmin şəxs onlara cavab vermək istəmədən oradan uzaqlaşmaq istəmişdir. Həmin şəxs şübhəli olduğu üçün onlar tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. X11 apardıqları şəxsin adı və soyadı Təqsirləndirilən şəxs olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşyanın olduğu halda könüllü təhvil verilməsi təklif olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və həmin şəxsə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Masallı rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan “Samsung” markalı mobil telefon və 438 manat məbləğində nağd pul aşkarlanaraq götürülmüşdür. Aşkarlanmış əşyalar kağız zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki,Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kristal formalı kütləni polis əməkdaşlarına təqdim etmiş və həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman o, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 100 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon və 438 manat məbləğində pul vəsaiti aşkarlanaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 20/702a nömrəli tədqiqat haqqında arayışından (cild 1, iş vərəqə 35) görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və götürülmüş 1 (bir) ədəd sellofanda təmiz çəkisi 7,013 qram olan maddə amfetaminlər qrupuna daxil olan metamfetamindir. Həmin maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2019-cu il tarixli qəbzdən (cild 1, iş vərəqə 44) görünür ki,Təqsirləndirilən şəxs bacısı X8 həmin gün qardaşına məxsus “Samsung” markalı mobil telefonu və 350 manat məbləğində pul vəsaitini ibtidai istintaq orqanından şəxsən təhvil almış və bu barədə qəbzi imzalamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 45-46) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 4(012)-160/2020 saylı qərarından (cild 1, iş vərəqə 68-69) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 79-82) görünür ki,Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Qurtuluş küçəsində yerləşən 7 nömrəli evdə axtarış aparılmış və axtarış zamanı dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 84-85) görünür ki, Şirinov X9 Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan mərum etmə cəzası saxlanılmışdır. Bundan başqa, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 108-110) görünür ki,Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı yeri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/872 nömrəli rəyindən (cild 1, iş vərəqə 136-138) görünür ki,tədqiqata təqdim edilmiş üzərində «…Təqdim etdi : imza Təqsirləndirilən şəxs..» sözləri olan 1 (bir) ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,007 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx xxxx 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»nin siyahısına daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 1706 saylı rəyindən (cild 1, iş vərəqə 89-90) görünür ki,Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 176-182) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7,013 qram çəkidə psixotrop maddə olan metamfetaminin və onun üzərində şəxsi axtarışın aparılmasını əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,957 qram təşkil edən psixotrop maddə olan metamfetaminin saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlanc otağına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 270-273) görünür ki, Təqsirləndirilən şəxs həmin gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş və onun cəzasının çəkilməmiş hissəsi 2 (iki) ay 22 (iyirmi iki) gün təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş arayışdan (cild 1, iş vərəqə 117) görünür ki,Təqsirləndirilən şəxs ailə tərkibi anası X5, bacıları Şirinova Mötəbər Feyruz qızından və X4 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 118) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2018-ci il tarixli Masallı Rayon Məhkəməsinin 1(050)-64/2018 saylı hökmündən (cild 1, iş vərəqə 121-123) görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı müddət cəzadan çıxılmış və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun cəzasının əvvəli xx xxxxx 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntüdəngörünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və o, şalvarının cibindən 1 (bir) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu, həmin maddənin özünə məxsus olduğunu, onu öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və həmin maddənin çəkisini mübahisələndirməmişdir. Həmçinin şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) mobil telefon və cəmi 438 manat məbləğində pul vəsaiti aşkar edilmişdir. Qeyd edilən pul vəsaitindən başqa onun üzərində başqa pul olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X14 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş və müxtəlif vəsatətlər vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən –təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən psixotrop maddə olan metamfetamin əldə etmişdir. Bundan sonra o, külli miqdarda təmiz çəkisi 7,013 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq dövründə bu hissədə ibtidai istintaq orqanı tərəfindən bir neçə dəfə əməliyyat tapşırıqlarının verilməsinə baxmayaraq, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəməTəqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə tutulanadək onun psixotrop maddələri satması, habelə onun tərəfindən satış məqsədi ilə psixotrop maddələrin əldə edilməsi ilə bağlı polis əməkdaşlarının məlumatı olmamış, bununla bağlı hər hansı bir polis orqanına əməliyyat məlumatı daxil olmamış, onun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qanunla müəyyən edilmiş qərar qəbul edilməmiş və əməliyyat qrupu yaradılmamışdır. Başqa sözlə, xx xxxxx 2020-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə onun tərəfindən dövriyyəsi qadağan olunmuş əşyaların əldə edilməsi ilə bağlı heç bir məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 03:00 radələrində Abşeron rayon Polis İdarəsinin və Baş Dövlət X16 Yol Patrul Xidməti alayının əməkdaşları Bakı-Sumqayıt avtomobil şossesinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 706 saylı X20 Xidməti postunda epidemiya əleyhinə xüsusi karantin rejimi ilə bağlı yoxlama keçirərkən həmin vaxt hərəkətdə olan “Reno” markalı avtomobilini saxlamışlar. Həmin avtomobildə sərnişin kimi Təqsirləndirilən şəxs olmuşdur. Polis əməkdaşları tərəfindən avtomobildə olan şəxslərin yaşayış yerini icazə əsasında tərk edib-etməmələri yoxlanılarkən avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs müvafiq icazə olmadan yaşayış yerini tərk etməsi müəyyən edilmişdir. Bundan sonra xüsusi karantin rejiminin qaydalarını pozan şəxs, yəni Şirinov X10 Rayon Polis İdarəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş vəkilin iştirakı və videoçəkilis vasitəsi ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 7,013 qram olan maddəni çıxararaq polis əməkaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni polis əməkdaşlarına təqdim edərkən həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni polis əməkdaşlarına təqdim edərkən həmin maddəni məhz öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən, həmçinin “Samsung” markalı mobil telefon və cəmi 438 manat məbləğində pul aşkar edilmişdir. Qeyd edilən əşyalardan başqa əşya aşkar edilməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Cinayət işi üzrə keçirilmiş tədqiqat və ekspertiza nəticəsində xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümün içərisində olan maddənin 7,013 qram çəkidə psixotrop maddə olan metamfetaminin olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra həmin maddəniüzərində daşıması və saxlaması, aşkar edilmiş psixotrop maddənin cəmi 1 (bir) bükümdə olması, həmin bükümdə olan maddənin təmiz çəkisinin 7,013 qram olması, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin bir neçə dəfəlik istifadə üçün kifayət etməsi, yəni bir neçə dəfəlik doza təşkil etməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bu hallar həm Təqsirləndirilən şəxs ilkin izahatı və ibtidai istintaq zamanı verdiyi ifadələri, həm onun məhkəmə istintaqında verdiyi ifadəsi, həm şahid ifadələri, həm də cinayət işinin sair materialları ilə tam şəkildə təsdiq olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkməsi cinayət işində olan xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin 1706 saylı rəyi ilə təsdiq olunur. Belə ki, həmin rəydən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəydən məlum olur ki, Təqsirləndirilən şəxs digər narkotik vasitələrlə yanaşı, həmçinin psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, yəni narkomaniya xəstəliyi var. Eyni zamanda Şirinov X9 Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən məhkəmə hökmü qanuni qüvvəsini almış və hətta həmin məhkəmə hökmü icra da edilmişdir. Həmin məhkəmə hökmündə də Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulması və həmin xəstəlikdən uzun müddət əziyyət çəkməsi müəyyən edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən dəfələrlə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, həmin vasitə və maddələri kimə satması barədə əməliyyat tapşırıqları verilmişdir. Həmin tapşırıqlara verilmiş cavablardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrinin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Qeyd edilən hallar ona dələlat edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, qeyd edilən çəkidə psixotrop maddə olan metamfetamin uzun müddət narkomaniya xəstələyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik dozasını təşkil etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər (polis əməkdaşları) həm ifadə verərək, həm də cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını nəyinki təsdiq etmişlər, əksinə bu halları təkzib etmişlər. Belə ki, həmin şahidlər ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs tutulduğu andan ondan aşkar edilmiş psixotrop maddə metamfetamini ağrıları olduğu üçün şəxsi istifadəsi üçün əldə etdiyini polislərə bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ona dəlalət edir ki, o, həqiqətən də narkomaniya xəstəliyindən uzun müddət əziyyət çəkən şəxsdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddəni məhz öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında dindirilmiş şahidlər, həmçinin ifadələrində göstərdilər ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onların məlumatı olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisinin (7,013 qram) külli miqdar olması təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək, o cümlədən məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək, bildirmişdir ki, ondan aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Lakin onun həmin psixotrop maddəni satmaq kimi məqsədi olmamışdır. Əksinə o, narkomaniya xəstəsi olduğundan ağrıları olmuş və psixotrop maddə olan metamfetamini məhz öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə onun üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisi ilə razılaşsa da, məhkəmə istintaqında ifadə verərək şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş maddənin çəkisi ilə razılaşmamış və bildirmişdir ki, onun üzərində psixotrop maddə olmuş, lakin həmin maddə 7,013 qram çəkidə olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında onun üzərindən aşkar edilmiş əşyalarla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsindən tamamilə fərqli məzmunda ifadə verərək bildirmişdir ki, onun üzərində “şüşə” və “kakos” adlı narkotik vasitələr olmuş və polis əməkdaşları tərəfindən məhz həmin əşyalar aşkar edilmişdir. Məhkəmə qeyd edilən hissədə Təqsirləndirilən şəxs ifadəsini mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, o, məhkəmə istintaqında bu hissədə fərqli məzmunda ifadə verərək öz məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasını əks etdirən videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun yanında dəvət edilmiş müdafiəçi olmuş, o, şalvarının cibindən 1 (bir) ədəd bükümü çıxararaq həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminin olduğunu və həmin maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, şəxsi axtarış zamanı aşkarlanmış maddənin çəkisini mübahisələndirməmişdir. Bundan sonra həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilmiş və o, ekspertiza rəyi ilə tanış olduqdan sonra da ondan aşkar edilmiş maddənin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ümumiyyətlə onun üzərindən aşkar edilmiş maddənin çəkisini mübahisələndirməmiş və bununla da aşkar edilmiş psixotrop maddənin çəkisi ilə razılaşmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqında onun tutulduğu vaxt üzərində 4.200 manat məbləğində pulun olmasını və polis əməkdaşı olan Şahid1 20 manat və 100 manat məbləğində pulu “şirinlik” kimi verməsini bildirsə də, həmin hallar məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Belə ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 4.200 manat məbləğində pul olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşı olan Şahid1 20 manat və 100 manat məbləğində pulu “şirinlik” kimi verməsi məsələsinə gəldikdə, məhkəmə hesab edir ki, o, belə məzmunlu ifadə verməklə onun cinayət əməlini ifşa edən polis əməkdaşından qisas almaq istəmişdir. Ona görə də məhkəmə bu hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, törətdiyi cinayətdən səmimi peşman olmasını (özünü təqsirli bildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə) və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Şirinov X9 Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyindən və həmin tarixdən sonra qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçmədiyindən, məhkəmə onun əməlində residiv (sadə residiv) müəyyən etmişdir. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, o, həmin gün cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunarkən onun çəkilməmiş cəzası 2 (iki) ay 22 (iyirmi iki) gün təşkil etmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi qəbul edir və qiymətləndirir. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən mütləq qaydada onun əməlində residivin (sadə residiv) olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, ona cəza təyin edilərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalı, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, əvvəlki hökmlə təyin edilmiş, lakin çəkilməmiş cəza, yəni 2 (iki) ay 22 (iyirmi iki) gün müddət hazırki iş üzrə ona təyin ediləcək cəza ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməli və hökmlərin məcmusu qaydasında ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Habelə, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, amnistiya və əfvetmə hüquqi təbiətinə görə humanizm, mütənasiblik prinsipləri və cinayətkarlıqla mübarizə sahəsində konstitusiya dəyərlərinin tarazlığı nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən mərhəmət aktıdır. Bu konstitusiya səlahiyətinin həyata keçirilməsi nəinki siyasi və iqtisadi məqsədə uyğunluqdan, ilk növbədə ədalət və xeyirxahlığa olan inamdan, belə humanist addımın sosial şərtləndirilməsindən irəli gəlir. Bununla belə həmin səlahiyyətlər həyata keçirilərkən Konstitusiyadan irəli gələn insan hüquqlarının birbaşa qüvvəsi, sağlamlıq, mənəviyyat, ictimai asayişin qorunması, təhlükəsizlik və sair dəyərlərə xüsusi diqqət yetirilməlidir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağırcinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni cinayəti törətmiş (Cinayət Məcəlləsinin 234.1-ci maddəsi), həmin cinayət əməlinə görə məhkəmə tərəfindən ona yüngül cəza təyin edilmiş, sonradan o, cəzanın çəkilməmiş hissəsindən məhkəmə qərarı əsasında şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun barəsində məhkəmələr tərəfindən humanist qərarlar çıxarılsa da, o, dövlətin ona göstərmiş olduğu humanist addımlardan və ona göstərilmiş güzəştlərdən heç bir nəticə çıxarmamışdır. Başqa sözlə, o, törətdiyi əməldən nəticə çıxarmamış və islah olunmamış, əksinə cinayət törətməyə daha da meyilli olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə ağır cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxstiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Abşeron rayon Polis İdarəsində saxlanılan və qalıq çəkisi 6,957 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Masallı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 2 (iki) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesablamaq yolu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan və qalıq çəkisi 6,957 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar