Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-963/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin nümayəndəsi “Vəliyev, Bağırov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 1100 manat cərimə cəzasına məhkum edilmiş, 08 avqust 2018-ci ildə cəzasını tam çəkib qurtarmış, Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib cəzası şərti hesab edilib 6 ay sınaq müddəti müəyyən edilmiş, 27 fevral 2020-ci il tarixdə isə sınaq müddəti başa çatmış, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədi ilə şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, o, 2019-cu ilin fevral ayında Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının Balıkəsir rayonunun Burhaniyə qəsəbəsində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra Zərərçəkmiş şəxs3 04 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə özü ilə birlikdə Burhaniyə qəsəbəsinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 06 mart 2019-cu il tarixdən 15 mart 2019-cu il tarixədək həmin qəsəbədə naməlum müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin oktyabr ayında yaşadığı ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs1 ilə danışaraq Türkiyə Respublikasının Balıkəsir rayonunun Burhaniyə qəsəbəsində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra Zərərçəkmiş şəxs1 02 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə özü ilə birlikdə Burhaniyə qəsəbəsinə aparmış, kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra 03 dekabr 2020-ci il tarixdən 2021-ci ilin mart ayının ortalarınadək həmin qəsəbədə naməlum müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, o, təkrarən 2021-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Balıkəsir rayonunun Burhaniyə qəsəbəsində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra 13 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə Burhaniyə qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 15 yanvar 2021-ci il tarixdən 2021-ci ilin mart ayının ortalarınadək həmin qəsəbədə naməlum müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda ünvanı tam bəlli olmayan mənzildə kirayədə yaşayan Zərərçəkmiş şəxs2 ilə "Whatsapp" ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Balıkəsir rayonunun Burhaniyə qəsəbəsində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 18 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə Burhaniyə qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 20 fevral 2021-ci il tarixdən 2021-ci ilin mart ayının ortalarınadək həmin qəsəbədə naməlum müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 Şəmkir rayonunda qonşusu olmuşdur, Samirə ilə uzaq qohumluq münasibətləri olmuşdur. 2019-cu ilin yanvar ayının əvvəllərində maddi ehtiyacları olduğundan özünə iş tapa bilmədiyindən ticarətlə məşğul olmaq üçün Türkiyəyə getmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs1 da qonşu kimi onunla getmək istədiyini bildirmişdir. 24 yanvar 2019-cu il tarixdə Zəhra ilə birlikdə dövlət sərhədini keçərək Türkiyənin Balıkəsir rayonunun Burhaniyə qəsəbəsinə getmişlər. Bir ay orada qalandan sonra Zəhra ilə birlikdə Azərbaycana qayıtmışlar. Zəhra da oradan satmaq üçün az sayda paltarlar almışdır. Azərbaycana qayıtdıqdan sonra başa düşmüşdür ki, bu yolla maddi ehtiyaclarını ödəyə bilməyəcək. Buna görə də qərara gəlmişdir ki, Türkiyəyə fahişəliklə məşğul olmaq üçün getsin. Bundan sonra bir neçə dəfə Türkiyənin Burhaniyə qəsəbəsinə fahişəliklə məşğul olmaq üçün təkbaşına gedib-gəlmişdir. Zərərçəkmiş şəxs1 ilə qonşu olduğu üçün Zəhra onun Türkiyəyə fahişəliklə məşğul olmaq üçün getdiyini bilmişdir. 2020-ci ilin sentyabr-oktyabr aylarında Zəhra onunla əlaqə saxlayıb birlikdə Türkiyəyə fahişəliklə məşğul olmaq üçün getmək istədiyini bildirmişdir. 02 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə dövlət sərhədini Bakı hava limanından keçməklə İstanbul şəhərinə, oradan da avtobusla Burhaniyə qəsəbəsinə getmişlər. Zərərçəkmiş şəxs1 ilk dəfə orada olduğu üçün müştəri tapmaqda Zəhraya köməklik etmiş, yəni müştəriləri Zərərçəkmiş şəxs1 ilə cinsi əlaqədə olmaq istədikdə, onları Zərərçəkmiş şəxs1 ilə görüşdürürmüş. Özü də həmin müştərilərlə cinsi əlaqədə olurmuş. 2021-ci ilin yanvar ayının əvvəllərində Samirə onunla "whatsapp" vasitəsilə əlaqə saxlayaraq fahişəliklə məşğul olduğunu eşitdiyini, Bakı şəhərində birlikdə kirayədə yaşadığı qadınla birlikdə yanına gəlmək istədiklərini bildirmişdir. O, Samirənin gəlməsinə etiraz etməmişdir. 2021-ci ilin yanvar ayının ortalarında Samirə yanına gəlmişdir. O, Samirəyə də müştəri tapmaqda köməklik etmişdir. 2021-ci ilin fevral ayının ortalarında Samirə İstanbul şəhərinə getmişdir. Həmin ərəfələr Zərərçəkmiş şəxs2 ona zəng edərək İstanbula gəldiyini bildirmişdir. O da köməklik məqsədi ilə İstanbul şəhərinə getmiş və oradan Zərərçəkmiş şəxs2 da Burhaniyəyə gətirmişdir. Zərərçəkmiş şəxs2 da onun müştəriləriylə görüşüb cinsi əlaqədə olmağa başlamışdır. Zərərçəkmiş şəxs3 o, Şəmkir rayonundan tanımış və bilmişdir ki, fahişəliklə məşğul olan qadındır. 2019-cu ilin fevral ayının sonlarında o, fahişəliklə məşğul olmaq üçün Türkiyənin Burhaniyə qəsəbəsinə gedərkən Əfsanə də Türkiyəyə gedəcəyini bildirmiş və birlikdə 04 mart 2019-cu il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Burhaniyə şəhərinə getmişlər, orada o, özü üçün fahişəliklə məşğul olmağa başlamış, Əfsanə də həmin vaxt orada fahişəliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxslərin görüşdükləri müştərilərdən pulu o, alırmış. Həmin puldan 50 fazi o, götürmüşdür. 2021-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Türkiyə polisi fahişəliklə məşğul olduqlarına görə saxlamış, səhhətində problemlər olduğu üçün bir neçə gün sonra o da polisə təslim olmuşdur. Onu da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kimi Azərbaycana deportasiya etmişlər. Bundan sonra heç bir zaman Türkiyə Respublikasına getməmişdir. Zərərçəkmiş şəxslərin pasportları özlərində olmuşdur. Zərərçəkmiş şəxslər özləri könüllü gəlmişlər. Onlar nə üçün Türkiyəyə getdiklərini bilmişlər. Zərərçəkmiş şəxsləri müştərilərlə o, görüşdürmüşdür. Pulları da o, alırmış. O, hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin ortalarından Şəmkir rayonundan qonşu kimi tanımışdır. 2019-cu ilin əvvəllərində Gülnarə bildirmişdir ki, Türkiyəyə pal-paltar almaq üçün getmək istəyir. O da qərara gəlmişdir ki, Gülnarə ilə birlikdə getsin. 24 yanvar 2019-cu il tarixdə Gülnarə ilə Türkiyəyə ticarətlə məşğul olmaq üçün getmiş və birlikdə Azərbaycana qayıtmışlar. Bundan sonra Gülnarə ilə münasibətləri daha da yaxınlaşmışdır. 2020-ci ilin oktyabr ayında Gülnarə onu Şəmkir şəhərində Hərbi şəhərcikdə yaşadığı evə dəvət etmişdir. Söhbət edərkən yenidən Türkiyəyə işləməyə getməyi təklif etmişdir. Gülnarəyə inandığı üçün razılıq vermiş və 02 dekabr 2020-ci il tarixdə Gülnarə ilə birlikdə dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir rayonunun Burhaniyə qəsəbəsinə getmişdir. Gülnarə orada kirayə ev tutmuşdur. Sonra bildirmişdir ki, artıq neçə vaxtdır Burhaniyəyə gedib-gəlir, orada tanıdığı bir çox müştərilər var, həmin müştərilərlə onu tanış edəcək, o da həmin müştərilərlə cinsi əlaqədə olub pul qazanacaq. Gülnarəyə etiraz etdikdə onun dediklərinə əməl etməyini bildirmişdir. O, çarəsiz qalıb Gülnarəyə razılıq vermişdir. Gülnarə gün ərzində onu 4-5 nəfər müştərisi ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil edirmiş. Bir müddət sonra Gülnarənin yanına Samirə və Zəhra adlı qadınlar da gəlmişlər. Gülnarə həmin qadınları da onun kimi fahişəliyə cəlb etməyə başlamışdır. 2021-ci ilin mart ayının ortalarında Gülnarə onu və Zəhranı müştəri ilə görüşüb cinsi əlaqədə olmaq üçün hotelə göndərmişdir. Müştəri ilə cinsi əlaqədə olduqdan sonra Türkiyə polisi onları saxlamış və əcnəbilər üçün məntəqəyə aparmışdır. Orada fahişəliklə məşğul olmaqları təsdiqini tapdığı üçün onu və Zəhranı Azərbaycana deportasiya etmişlər. Polisdə olarkən Gülnarə tərəfindən istismar edilməyini bildirməmişdir. Qorxmuşdur ki, Gülnarə Şəmkirdə bunun acığını ondan çıxar. Bundan sonra Gülnarə ilə əlaqə saxlamamışdır. Deportasiya olunduqdan sonra Gülnarənin hansı işlə məşğul olmasından da məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onu müştərilərlə görüşdürəndən sona müştəridən aldığı pulun 50%-ni Gülnarəyə verirmiş, Gülnarə demişdir ki, evin kirayəsinə, işıq puluna və s. xərclərinə lazımdır. Müştəriləri ona təqsirləndirilən şəxs tapırmış. Gün ərzində 5-6 nəfərlə əlaqədə olurmuş. Hər bir müştəridən təxminən 50 lirə alınırmış. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, onun Gülnarəyə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Elşən qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən Şəmkir rayonundan qonşu kimi tanımışdır. 2019-cu ilin əvvəllərində Gülnarə Türkiyə Respublikasına gedib-gəlməyə başlamışdır. Həmin ərəfələr maddi ehtiyacları çox olduğu üçün özünə iş axtardığından Gülnarəyə də bu barədə demişdir. 2019-cu ilin fevral ayı ərzində bir neçə dəfə Gülnarəni yaşadığı evə qonaq çağırmışdır. Gülnarə ona təklif etmişdir ki, onunla Türkiyəyə getsin, orada ona da iş tapar. İşin mahiyyətinin nə olduğunu Gülnarə ona bildirməmişdir. Bildirmişdir ki, iş tapmaqda ona köməklik edəcəkdir. O, Gülnarəylə razılaşmış və 04 mart 2019-cu il tarixdə Gülnarə ilə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Balıkəsir rayonunun Burhaniyə qəsəbəsinə getmişlər. O, ilk dəfə imiş ki Türkiyədə olurmuş. Gülnarə orada kirayə ev tutmuşdur. Növbəti gün Gülnarə ilə söhbət edərkən Gülnarə qadınları fahişəliyə cəlb etməklə məşğul olduğunu bildirmişdir. Gülnarədən ona başqa iş tapmasını xahiş etsə də, Gülnarə onun sözlərinə fikir verməmiş və bildirmişdir ki, başqa çıxış yolu yoxdur, ya razılıq verməlidir, ya da onun əşyalarını çölə atacaq, ondan sonra gedib özünə iş tapar. O da Burhaniyəni tanımadığı üçün razılıq verməli olmuşdur. Bundan sonra 10-12 gün ərzində Gülnarə onu Burhaniyədə müxtəlif kişi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamışdır. Gülnarənin cəmisi 10-15 müştərisi ilə görüşmüşdür. Müştəridən də pulu Gülnarə özü alırmış. Alınan pulun 50%-ni də Gülnarə özü götürmüşdür. Sonra Gülnarəyə bildirmişdir ki, belə həyat tərzi onluq deyil. Bundan sonra, o, Azərbaycana qayıtmağını bildirmişdir. Gülnarə etiraz bildirməmişdir. 17 mart 2019-cu il tarixdə dövlət sərhədini keçməklə yaşadığı Şəmkir rayonuna gəlmişdir. Gülnarə barədə şikayət etmək istəsə də, özünün rüsvay olacağından qorxmuşdur. 25 dekabr 2021-ci il tarixdə onu polis əməkdaşları İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırdıqdan sonra, könüllü olaraq Gülnarə barəsində ərizə ilə müraciət etmişdir. O, işləmək məqsədi ilə Gülnarə ilə getmişdir. Türkiyədə ona Gülnarə bildirmişdir ki, orada qadınları fahişəliyə cəlb etməklə məşğul olur, ona da başqa iş tapa bilməz. Pasportu özündə olmuşdur. İstəsəymiş çıxıb gələ bilərmiş, lakin qaytamağa pulu olmadığından Gülnarənin təklif etdiyi müştərilərlə görüşməyə başlamışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Hal-hazırda onun Gülnarəyə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, 2019-cu ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən "Gəlin Qaya" restoranında xidmətçi işləmişdir. Həmin restorana xidmətçi kimi işləməyə gələn "Arzu" ləqəbli X2 ilə tanış olmuşdur. Ölkədə karantin rejimi ilə bağlı iş yeri bağlandığı üçün o, və Vüsalə işdən çıxmalı olmuşlar. Vüsalə ilə arabir telefon əlaqəsi saxlayırmış. 2020-ci ilin sonlarında Vüsalə ona bildirmişdir ki, Türkiyə Respublikasındadır, orada restoranlar işlədiyi üçün özünə iş tapıb işləyir. Vüsalədən xahiş etmişdir ki, əgər restoranlar açıqdırsa, onun üçün də orada iş tapsın. Bir müddət sonra Vüsalə ona Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Gülnarə ilə telefonda danışarkən Gülnarə Burhaniyə qəsəbəsində yaşadığını, İstanbula gəlsə onu qarşılayıb öz yanına aparacağını və ona iş tapacağını söz vermişdir. O, Gülnarənin yanına getməyə razılıq vermişdir. Özünə təyyarə bileti alıb 18 fevral 2021-ci il tarixdə Bakı hava limanından İstanbula getmiş, İstanbul hava limanında Gülnarə onu qarşılamış və İstanbuldan Balıkəsir şəhərinə, qaldığı evə aparmışdır. Həmin evdə Zəhra və Samirə adlı qadınlar da var imiş. Gülnarə ilə söhbət edərkən Türkiyəyə restoranda işləməyə gəldiyini bildirmişdir. Gülnarə isə Balıkəsirdə qadınları fahişəliyə cəlb etməklə məşğul olduğunu bildirmişdir. O, etiraz edə bilməmişdir. Çünki Gülnarə ona bildirmişdir ki, orada olan iş budur. O, Türkiyəyə gedərkən üzərində az da olsa pulu yox imiş, işləyib yol pulunu düzəltməyə məcbur olmuşdur. Bundan sonra bir ay ərzində Gülnarə onu Balıkəsirdə müxtəlif kişi müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamışdır. Gülnarə Zəhra və Samirəni də onun kimi kişilərlə görüşdürürmüş. Bunun üçün Gülnarə onları "pavyon" deyilən hotel kimi yerə aparırmış, onları bəyənən müştərilər Gülnarə ilə danışıb pulu Gülnarəyə verirmiş, onları da hotelin otaqlarına aparıb cinsi əlaqədə olurmuşlar. 2021-ci ilin mart ayının əvvəllərində Gülnarə onu hotelə müştərilərlə görüşmək üçün göndərmiş, Zəhra da həmin hoteldə imiş. Orada olarkən Türkiyə polisi onu Zəhra ilə birlikdə polis idarəsinə aparmışlar. Bir gün sonra Gülnarəni də polis saxlayıb idarəyə gətirmişdir. Orada Gülnarə tərəfindən istismar edilməyini polisə bildirməmiş, Gülnarənin ona pislik edəcəyindən çəkinmişdir. 10 gün əcnəbilərin toplama mərkəzində qaldıqdan sonra 19 mart 2021-ci il tarixdə Zəhra ilə birlikdə Azərbaycana deportasiya edilmişdir. Bundan sonra onun nə Zəhra, nə də Gülnarə ilə əlaqəsi olmamışdır. X1 onu Təqsirləndirilən şəxs olduğu yerə göndərməsində və onun tərəfindən fahişəliyə cəlb edilməyində hər hansı marağının olması barədə məlumatı yoxdur. Vüsalə sadəcə olaraq ona Gülnarənin mobil telefon nömrəsini vermişdir ki, Gülnarə ona iş düzəltsin. Gülnarə isə onu aldadıb Türkiyə Respublikasına dəvət etmiş və orada kişilərlə görüşüb cinsi əlaqədə olmağa məcbur etmişdir. Müştərilərdən pulu Gülnarə özü alırmış. Onun pasportu özündə olmuşdur. Lakin, onun qayıtmaq üçün pulu olmadığından Gülnarənin təklifi ilə razılaşmalı olmuşdur. Gülnarə müştəridən aldığı pulun hamısını ona vermirmiş, pulun 50%-ni özü götürürmüş. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzaq qohumluq münasibətləri olmuşdur. 2019-cu ildən Gülnarə Türkiyə Respublikasına gedib-gəlməyə başlamışdr. Gülnarənin orada hansı işlə məşğul olduğunu bilməmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində yaşadığı ünvanda olarkən Gülnarə ilə telefonda danışarkən Gülnarə ona bildirmişdir ki, Türkiyənin Balıkəsir rayonunun Burhaniyə qəsəbəsindədir, orada özünə iş tapıb işləyir, təklif etmişdir ki, o da Gülnarənin yanına gəlsin. Həmin vaxt Arzu kimi tanıdığı rəfiqəsi də yanında imiş. Qərara gəlmişlər ki, Gülnarənin təklifinə razılıq versinlər. Arzu bir qədər işləri olduğu üçün ondan bir-iki gün sonra Gülnarənin yanına gedəcəyini bildirmişdir. O, isə 13 yanvar 2021-ci il tarixdə dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Balıkəsir rayonunun Burhaniyə qəsəbəsinə getmişdir. Gülnarə ilə görüşdükdən sonra Gülnarə onu yaşadığı ünvana aparmışdır. Orada o, Gülnarənin yanında bir çox qadınlar olduğunu görüb bir qədər özünü itirmişdir. Gülnarə orada onun üçün iş olmadığını, ən yaxşı işin kişilərlə görüşüb fahişəliklə məşğul olmaq olduğunu bildirmişdir. Həmin vaxt oraya işləməyə getdiyindən qayıtmağa üzərində pul olmamışdır. Məcbur qalıb Gülnarənin təklifi ilə razılaşmışdır. Gülnarə onu müştəriləri ilə görüşdürüb cinsi əlaqədə olmaq üçün müxtəlif ünvanlara göndərməyə başlamışdır. Gün ərzində Gülnarənin 3-4 müştərisi ilə görüşüb cinsi əlaqədə olurmuş. Müştərilərdən pulu Gülnarə özü alırmış. Pulun 50%-ni isə özü götürürmüş. Gülnarənin yanına gəldikdən iki-üç gün sonra Arzu da oraya gəlmişdir. Gülnarənin qadınları fahişəliyə cəlb etdiyini görüb bir-iki gün orada qaldıqdan sonra, dediyinə görə İstanbula getmişdir. Arzunun Gülnarənin müştəriləri ilə görüşüb cinsi əlaqədə olması barədə dəqiq məlumatı olmamışdır. 2021-ci ilin mart ayının ortalarına kimi Gülnarə tərəfindən istismar edilmişdir. Gülnarənin orada fahişəliyə cəlb etdiyi qadınlar Türkiyə polisi tərəfindən tutulduqdan sonra, Gülnarə bildirmişdir ki, Arzunun yanına İstanbula getsin, artıq onu müştərilərlə görüşdürməyəcək. Buna çox sevinərək İstanbul şəhərinə getmişdir. Arzu ilə əlaqə saxlasa da, zənglərinə cavab verməmişdir. Buna görə də 26 mart 2021-ci il tarixdə Azərbaycana gəlmişdir. Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 25 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq tanışı Təqsirləndirilən şəxs onun maddi vəziyyətinin çətinliyindən istifadə edib, işə düzəltmək adı ilə 2019-cu ilə Türkiyəyə apararaq, orada kişilərlə cinsi əlaqəyə girməyə məcbur etdiyini bildirmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 dekabr 2021-ci il tarixli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə onu aldadaraq Türkiyəyə aparıb, orada pasportunu əlindən alaraq, hədə-qorxu gəlib kişilərlə cinsi əlaqəyə girməyə məcbur etmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 17 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq tanışı Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə aldadaraq, Türkiyənin Balıkəsir rayonunda kişilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini bildirmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq tanışı Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə Türkiyəyə dəvət edib, orada kişilərlə cinsi əlaqədə olmağa məcbur etmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru Eldar Qədimovun 05 yanvar 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qadınları Türkiyə Respublikasının Balıkəsir şəhərində insan alverinə məruz qoyması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 98-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Gülnarənin ona Türkiyədə çayçıda işləmək adı ilə çağırdığını, lakin, orada ona kişi müştərilərlə görüşdürəcəyini, bundan pul qazanacaqlarını dediyini, onun da pul müqabilində görüşdüyünü bildirərək, Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, iş tapmaq üçün Türkiyəyə getdiyində, onu Gülnarənin qarşıladığını, onu Bürhaniyə qəsəbəsinə apararaq orada fahişəliklə məşğul etdiyi, müştəridən aldığı pulu da Gülnarə ilə yarıbayarı böldüyünü bildirərək, Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. Cinayət işinin 104-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Gülnarənin ona Türkiyəyə gedərək iş tapmağı təklif etdiyini, Gülnarəylə Türkiyəyə getdikdən sonra, onun fahişəliklə məşğul olduğunu gördüyünü, onun da Gülnarənin müştəriləriylə görüşdüyünü bildirmişdir. Cinayət işinin 107-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, işə düzəlmək üçün Gülnarənin yanına Türkiyəyə getdikdən sonra, Gülnarənin müştəriləri ilə pul müqabilində görüşdüyünü bildirmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 04 mart 2019-cu il tarixdə saat 18:53 dəqiqədə «C02423538» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 17 mart 2019-cu il tarixdə saat 23:12 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 02 dekabr 2020-ci il tarixdə saat 06:57 dəqiqədə «C01693653» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 19 mart 2021-ci il tarixdə saat 20:44 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 13 yanvar 2021-ci il tarixdə saat 10:39 dəqiqədə «C01135758» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 26 mart 2021-ci il tarixdə saat 13:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 18 fevral 2021-ci il tarixdə saat 11:45 dəqiqədə «C03005691» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 19 mart 2021-ci il tarixdə saat 20:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 04 mart 2019-cu il tarixdə saat 18:54 dəqiqədə «C01958742» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 28 mart 2019-cu il tarixdə saat 00:57 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə saat 06:56 dəqiqədə «C01958742» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 27 mart 2021-ci il tarixdə saat 03:21 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 25-26-cı vərəqələrində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, CMnin 66.3-cü maddəsi tətbiq edilməklə 1100 manat cərimə cəzasına məhkum edilmiş, 08 avqust 2018-ci il tarixdə cəzasını çəkərək qeydiyyatdan çıxarılmışdır. Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib cəzası şərti hesab edilib 6 ay sınaq müddəti müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 13 may 2022-ci il tarixli, 373/22 saylı məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 06 ay sınaq müddətinin icrası üçün 18 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmış, 27 fevral 2020-ci il tarixdə isə sınaq müddəti başa çatmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və əməllərində residiv mövcud deyildir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 20 aprel 2022-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 20 aprel 2022-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 20 aprel 2022-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 20 aprel 2022-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, təyin edilməli olan cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, təqsirləndirilən şəxslərin islah olunma məqsədlərini təmin etməlidir. Cinayət işinin 151-152-ci vərəqələrində olan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X3 16 mart 2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimakn tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs iş üzrə 27 aprel 2022-ci il, 04 may 2022-ci il, 11 may 2022-ci il və 13 may 2022-ci il tarixlərə təyin edilmiş məhkəmə iclasları barədə əvvəlcədən xəbərdarlıq olunsa da, üzrlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Şəmkir Rayon Polis Şöbəsinin 23 may 2022-ci il tarixli, 190-16536-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə saxlanılaraq Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın çəkilmə müddəti tutulduğu gündən, yəni 23 may 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-963/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-963/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver