Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-964/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, evli, Salyan şəhəri, E.İmanov küçəsi ev 83-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 2-də kirayədə yaşamış barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitələri əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, 13.12.2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən jurnalistlər üçün nəzərdə tutulmuş yeni tikilmiş binanın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 40.388 qram çəkidə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 30,760 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib, həmin tarixdə saat 17:30 radələrində ünvan ünvanda yerləşən «Dünya Market» adlı marketin qarşısında quraşdırılmış «Milli ön» elektron ödəmə sisteminin terminalı vasitəsi ilə İran İslam Respublikasının vətandaşı kimi özünü təqdim edən Baba adlı şəxsin istintaqa nömrəsi məlum olmayan bank kartına 300 manat pul ödəyib, 14 dekabr 2020-ci il tarixdə saat 12 radələrinə kimi özündə saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bül-Bül prospektinin kəsişməsinə qədər daşımış, Səbail rayonu Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 14 dekabr 2020-ci il tarixdə saat 12 radələrində qeyd olunan ünvanda saxlanılaraq Səbail rayon Pİ-nin inzibati binasına aparılmış, həmin gün orada üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 30,760 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş halda daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd açıq vəziyyətdə olan bükümdə təmiz çəkisi 1.801 qram və səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,213 qram, 4,913 qram, 3,101 qram, 4,836 qram, 5,197 qram, 4,978 qram, 4.964 qram və 5.385 qram, ümumi təmiz çəkisi 40,388 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxın bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 13 dekabr 2020-ci il tarixdə saat 16 radələrində onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gizli nömrədən Baba kimi adını bildiyi, özünü ona İran İslam Respublikasının vətandaşı kimi təqdim edən şəxs zəng edib təqribən 30 qram narkotik vasitə olan heroini və 40 qram narkotik vasitə olan qurudulmuş marixuananı 300 manat müqabilində təklif etmişdir. O, həmin şəxsin təklifini qəbul etmişdir. Bundan sonra Baba adlı şəxs yuxarıda qeyd etdiyi narkotik vasitələrin yerini ona bildirmişdir. Həmin tarixdə saat təxminən 17 radələrində o, Bakı şəhəri Səbail rayonu Salyan yolu küçəsində yerləşən jurnalistlər üçün yeni tikilmiş binanın yaxınlığına gedib, orada quraşdırılmış hasarın arxasından şəffav rəngli salafana qoyulmuş, yuxarıda qeyd etdiyi narkotik vasitələri götürüb bu barədə Baba adlı şəxsə telefon danışığı zamanı məlumat vermişdir. Baba adlı şəxs ona zəng vurduqda danışıqları narkotik vasitələri götürənə kimi davam etmişdir. Həmin danışıq zamanı Baba adlı şəxs ona bildirmişdir ki, 20 dəqiqədən sonra onunla təzədən telefon əlaqəsi yaradacaqdır ki, sonuncuya yuxarıda qeyd olunan 300 manatı, təqdim etdiyi hesaba köçürsün. 13.12.2020-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahədə yerləşən «Dünya Market» adlanan marketin qarşısına getmişdir. Həmin ünvanda yerləşən marketin qarşısında olarkən Baba adlı şəxs onunla yenidən telefon əlaqəsi yaradıb həmin 300 manat pulu köçürəcəyi hesabı ona bildirmişdir. O da öz növbəsində Baba adlı şəxsin təqdim etdiyi hesaba özünə məxsus olan 300 manat pulu «Milli Ön» ödəniş sistemi vasitəsi ilə köçürüb oradan uzaqlaşmışdır. 14.12.2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi ilə Bül-Bül prospektinin kəsişməsində hərəkətdə olan zaman üç polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun ad və soyadını soruşmuşlar. O da özünü təqdim edəndən sonra üzərində narkotik maddənin olub-olmadığını soruşarkən bildirmişdir ki, üzərində heçnə yoxdur. Buna baxmayaraq həmin polis əməkdaşları onu Səbail RPİ-nə gətirmişlər. Polis İdarəsində otaqların birində ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə, video çəkliş vasitəsi ilə üzərinə axtarış keçirmişlər. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffav rəngli salafona bükülmüş bükülünün içərisindəki narkotik vasitə olan heroini və gödəkçənin sağ yan cibindən səkkiz ədəd şəffav rəngli salafona bükülmüş, bir ədəd açıq şəkildə olan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin vaxt bükümlərin içərisində nə olduğu soruşulanda o, səmimi olaraq həmin bükümlərin birinin içərisində narkotik vasitə heroin və digərinin içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 3-4 il olar ki, ailə üzvlərindən gizli narkotik vasitə olan marixuananı və narkotik vasitə olan herioini müxtəlif üsullarla könüllü qəbul edir. 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Şahinlə təsadüfən tanış olmuşdur. Tanış olduqdan sonra ona məlum olub ki, Şahin adlı şəxs narkotik vasitə olan «kakos» kimi adını bildiyi heroinin satışı ilə məşqul olur. 20 gün ərzində, yəni 2020-ci ilin noyabr ayının axırından 15.12.2020-ci il tarixinə kimi olan müddət ərzində Şahin adlı şəxsdən iki dəfə narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün almışdır. Birinci dəfə 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri Səbail rayonu 20-ci sahə adlanan ünvanda yerləşən dairənin yaxınlığında 30 manat pulu Şahinə verib bir büküm narkotik vasitə hesab olunan heroini alıb özü istifadə etmişdir. İkinci dəfə isə 2020-ci ilin dekabr ayının əvvəli yuxarıda qeyd etdiyi ünvanın yaxınlığında 30 manat pulu Şahinə verib bir büküm narkotik vasitə hesab olunan heroini alıb özü istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 dekabr 2020ci il tarixdə Səbail RPİ-nin Cinayət-axtarış şöbəsinə Bakı şəhəri Səbail rayonu Z.Əliyeva prospekti ilə Bül-Bül prospektinin kəsişməsinə «Şahin» adlı şəxsin gəlməsi, orada narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, üzərində daşıması və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 14 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu Bakı şəhəri Səbail rayonu Z.Əliyeva prospekti ilə Bül-Bül prospektinin kəsişməsində zahiri əlamətlərinə uyğun gələn «Şahin» adlı şəxsin narkotik vasitələrin qanunsuz üzərində daşıması və qəbulu ilə məşğul olması barədə alınmış məlumat əsasında «Şahin» adlı şəxsin həmin yerdə dayandığını görən zaman yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən şəxsiyyətini soruşduqda bu şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Səbail RPİ-nə getməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Səbail RPİ-nə gətirilmiş, vəkil dəvət olunaraq protokolla hüquq və vəzifələri izah edildikdən sonra Səbail RPİ-nin Təhqiqat Şöbəsinin xidməti otağında, video çəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffav rəngli salafana bükülmüş bükülünü və gödəkçənin sağ yan cibindən səkkiz ədəd şəffav rəngli salafana bükülmüş və bir ədəd açıq şəkildə olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən səkkiz ədəd şəffav rəngli salafana bükülmüş və bir ədəd açıq şəkildə olan bükülünün, eləcə də, həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffav rəngli salafana bükülmüş bükülünün içərisindən aşkar olunmuş maddəllər barəsində sual verildikdə, sonuncu ümumilikdə 8 ədəd şəffav rəngli salafana bükülmüş və 1 ədəd açıq şəkildə olan bükülünün içərisində bitki mənşəli maddə narkotik vasitə olan marixuananı və sol yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd şəffav rəngli salafana bükülmüş bükülünün içərisində isə narkotik maddə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 13.12.2020-ci il tarixdə Bakı şəhərində tanımadığı İran İslam Respublikasının vətandaşı kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün, həmçinin satmaq məqsədi ilə 300 manata aldığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir il olar ki, ailə üzvlərindən gizli narkotik vasitə olan marixuananı müxtəlif üsullarla könüllü qəbul edir. 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində Şahin adlı şəxslə təsadüfən tanış olmuşdur. Tanış olduqdan sonra ona məlum olmuşdur ki, Şahin adlı şəxs narkotik vasitə olan marixuananın satışı ilə məşğul olur. Təxminən 7 gün bundan öncə, yəni 2020-ci ilin dekabr ayının əvvəli Şahin adlı şəxsdən bir dəfə narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün almışdır. 2020-ci ilin dekabr ayının əvvəli Bakı şəhəri Səbail rayonunda yerləşən «Dünya Market» adlanan marketin yaxınlığında 20 manat pulu Şahinə verib iki büküm narkotik vasitə hesab olunan marixuana alıb özü istifadə etmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 ildir ki, narkotik vasitə olan marixuananı çəkərək qəbul edir. Narkotik vasitə olan marixuananı öz istifadəsi üçün almışdır. Son dəfə o, qəbul etdiyi narkotik vasitə marixuananı Şahin adlı şəxsdən almışdır. Narkotik vasitə olan marixuananı aldığı Şahin adlı şəxsi 1 aydır ki, tanıyır. Şahinlə aralarında olan söhbət zamanı o, narkotik vasitə olan marixuananın audəçisi olduğunu sonuncuya dediyi üçün, Şahin narkotik vasitə olan marixuananı ona təşkil edəcəyini, yəni sata biləcəyini deyibmiş. O, Şahinlə bu barədə razılaşmışdır. Bundan sonra o, Şahinin istifadəsində olan ***-***-**-** nömrəsini yazaraq götürmüş, öz mobil telefon nömrəsini də Şahinə bildirmişdir. O, bu söhbətdən bir neçə gün keçdikdən sonra, yəni 03.12.2020-ci il tarixdə ilk dəfə 470 manat pul verib 80 qram qurudulmuş marixuana almışdır. O, Şahindən aldığı həmin marixuananı öz istifadəsi üçün almışdır. Şahindən aldığı həmin marixuananı özü tək çəkmişdir. Şahindən aldığı marixuanadan heç kimə pay kimi, çəkmək üçün, həmçinin sair qaydada verməmişdir. Belə ki, o, Şahindən aldığı həmin marixuananı siqaretin kağızına dolduraraq çəkmək yolu ilə qəbul edirmiş. Bundan sonra o, istəyirmiş ki, ikinci dəfə də Şahindən çəkmək üçün marixuana alsın, Şahinlə telefon əlaqəsi saxlamış, bu barədə Şahinlə danışaraq razılaşmış, lakin bu gün, yəni 15.12.2020-ci il tarixdə yaşadığı evin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq söhbət edib polis işçisi olduqlarını deyərək narkotik vasitə qəbul edib-etmədiyi barədə ondan soruşduqda, o, narkotik vasitə olan marixuana qəbul etdiyini polis əməkdaşlarına bildirmişdir. Bu səbəbdən onu Səbail rayon Polis İdarəsinə gətirmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənov tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 14 dekabr 2020-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Səbail rayonu Zərifə Əliyava küçəsi ilə Bül- Bül prsopektinin kəsişməsində Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail rayon Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi sxtarış və götürmə aparılması haqqında» 14 dekabr 2020-ci il tarixli qərara əsasən Səbail rayon polis idarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffav rəngli salafona bükülmüş bükülünü və gödəkçənin sağ yan cibindən səkkiz ədəd şəffav rəngli salafona bükülmüş, bir ədəd açıq şəkildə olan bükülünü çıxardıb masaının üzərinə qoymuş, səkkiz ədəd şəffav rəngli salafona bükülmüş, bir ədəd açıq şəkildə olan bükülünün içərisində narkotik maddə marexuana olmasını, sol yan cibindən çıxardıb şəffav rəngli salafona bükülmüş masanın üzərinə qoyduğu bükülünün içərsində isə narkotik maddə olan heroin olmasını, onları 2020-ci ilin dekabr ayının 13-də Bakı şəhərində, tanımadığı şəxsdən İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi və satmaq məqsdədi ilə 300 manata almasını, gələcəkdə şəxsi istifadəsi və satmaq məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin bükülülər açıldıqda içərisində yaşıl rəngli, qurudulmuş ota bənzər, spesefik iyə malik olan və gəhvəyi rəngli spesefik iyə malik maddələr aşkar olunmuşdur. Aşkar olunmuş səkkiz ədəd şəffav rəngli salafona bükülmüş, bir ədəd açıq şəkildə olan bükümdəki narkotik vasitəyə bənzər maddə və sol yan cibindən aşkar olunmuş 1 ədəd şəffav rəngli salafona bükülmüş bükümdəki narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 14 dekabr 2020-ci il tarixli 7/860 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs götürülmüş …» sözləri yazılmış kağız paketdə bir ədəd açıq vəzyyətdə təmiz çəkisi 1,801 qram və 08 (səkkiz) ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 1) 5,213 qram, 2) 4,913 qram, 3) 3,101 qram, 4) 4,836 qram, 5) 5,197 qram, 6) 4,978 qram, 7) 4,964 qram və 8) 5,385 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marnxuanadır. Ümumi çəkisi -40,388 qramdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2020-ci il tarixli 6/2714 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs götürülmüş maddi sübut…» və s. qeydlər olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 30,760 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» siyahısına daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının 30 dekabr 2020-ci il tarixli 7/889 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Məhkəmə Ekspertiza Mərkəzi TƏDQİQAT OBYEKTİ №70» ştampı əks olunan paketdə təmiz çəkisi 1,771 qram marexuana və 8 ədəd şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,183 qram, 4,883 qram, 3,071 qram, 4,806 qram, 5,167 qram, 4,948 qram, 4,934 qram və 5,355 qram marexuana xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərərk tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 29 dekabr 2020-ci il tarixli 2537 №-li rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini , ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs əqliintelektual imkanları normaya uyğundur. Başqalarının hiss və yaşantılarına qarşı biganəlik, eqosentrizm, hövsələsizlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilən cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər-hansı dəyişiklik yaranmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 11.01.2021-ci il tarixli 48 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlamaqla daşıması cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxs Emin Məmmədovun himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs Emin Məmmədovun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14.12.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 30,660 qram çəkidə narkotik vasitə heroin və 39,848 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 286,16 manat (iki yüz səksən altı manat on altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. İstintaq zamanı X1 göstərdiyi hüquqi yardıma görə «432» manat ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 30,660 qram çəkidə narkotik vasitə heroin və 39,848 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 286,16 manat (iki yüz səksən altı manat on altı qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. İstintaq zamanı X1 göstərdiyi hüquqi yardıma görə «432» manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-964/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-964/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver