Məhkəmə qərarları › İş №1(101)-964/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-964/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-964/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X16 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-306/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün müddətində hissəsi çəkilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, ünvan 3-cü il tarixli qərarına əsasən barəsində əvvəli 08 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən X6 2-ci mərtəbəsindəki 11 nömrəli mənzildə yüngül və əxlaqsız həyat tərzi keçirməsindən şübhələndiyi doğma qızı Zərərçəkmiş şəxs ilə bu məzmunda aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun əl çantasından 2-ci mobil telefon aşkar etdikdən sonra qızının başqa kişi cinsli şəxslərlə görüşüb ərinə və ailəsinə xəyanət etməsini güman edərək onun bu hərəkətlərini özünün və ailəsinin şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirməkdən ötrü Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə ardıcıl olaraq bir neçə dəfə sifət və baş nahiyəsinə əl ilə zərbələr vurub ölümü ilə səbəbli əlaqəli olan gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan və hər iki gözyuvasıətrafı-burun və çənə nahiyələrinin, sifətin sol yarısının hematomaları kimi canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirərək onu yerə yıxdıqdan sonra təpiklə sifət və bədəninin müxtəlif nahiyələrinə də zərbələr endirib döyərək Zərərçəkmiş şəxs dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan sol gicgah sümüyünün xətti sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, sol təpə-gicgah və alın nahiyələrinin hematoması kimi xəsarətlər yetirdikdən sonra müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmək məqsədi ilə qonaq otağında yerləşən divan üzərində əyləşib huşsuz halda otağın mərkəzi hissəsində, döşəmə üzərində uzanmış vəziyyətdə olan qızına hər hansı köməklik göstərmədən uzun müddət seyr etmiş və nəticədə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə onun ailə üzvləri görüşə gəldiklərində Cəmalə ilə bağlı narahatlıqlarını dilə gətirmiş, sonuncunun düzgün yolda olmadığını və əxlaqsız həyat tərzi sürdüyünü bildirmişdilər. Oğlu Şahmar sonuncu dəfə görüşə gələndə, Cəmalənin davranışlarından bezdiyini və nə etməli olduğunu ondan soruşmuşdu. O isə bu məsələyə qarışmamağı, azadlığa çıxdıqdan sonra bu işlə özü məşğul olacağını demişdi. Azadlığa çıxdıqdan sonra o, Cəmaləni izləməyə başlamış, daha sonra sonuncunun yaşadığı evə gedərək həyat yoldaşı və qayınanası ilə söhbət etmişdi. Kürəkəni ona Cəmalənin iki telefon istifadə etdiyini demişdi. Bu məlumatdan sonra o, Cəmalə ilə danışmış, Cəmalə isə and içərək ikinci telefonun olmadığını iddia etmişdi. Bir dəfə qızını izləyərkən ona zəng etmiş və Cəmalə diş həkimində olduğunu demişdi. O, həmin klinikaya gedərək həkimin otağına daxil olmuş, Cəmalənin düzgün olmayan geyimdə masada oturduğunu görmüşdü. Həkim otaqdan çıxan kimi onların arasında mübahisə düşmüş və o, Cəmaləni döymüşdü. Hadisənin baş verdiyi gün Cəmalə özü onunla əlaqə saxlamış və görüşmək üçün evə gəlmək istədiyini demişdi. O, etiraz etməmiş, Cəmalə evə gəldikdən sonra birlikdə çay içmiş, onun gətirdiyi meyvələrdən yemiş və söhbət etmişdilər. Bir müddət sonra Cəmalə saat 17:00-da Sumqayıtda olmalı olduğunu deyərək getmək istədiyini bildirib. O isə şübhələnərək Cəmaləni özü aparmaq istəmiş, lakin Cəmalə buna razı olmamışdı. Bu zaman mübahisə başlayıb və qonaq otağına keçmişdilər. Cəmalə çantasını götürüb çıxmağa çalışarkən o, sonuncunun çantasını almış və içərisində ikinci telefonu tapmışdır. Telefonun kilidini açmağı tələb etdikdə Cəmalə bundan imtina etmiş, nəticədə o, sonuncunun üz nahiyəsinə 10-15 şillə zərbəsi endirmişdi. Cəmalə yerə yıxılmışdı. Bir qədər sonra oğlu Şahmar evə gəlib Cəmaləni yerdə uzanıqlı vəziyyətdə görmüş və səbəbini soruşduqda, o “ayılanda özü cavab verəcək” demişdi. Ardınca Kəmalə də evə gəlmişdi. Bundan sonra o, evdən çıxıb getmişdi. Daha sonra əmisi oğlu Möhlət ona zəng edərək Cəmalənin öldüyünü bildirmiş və sonuncu ondan xahiş etmişdi ki, onu polisə aparsın. Polisə gedərək törətdiyi hadisəni etiraf edib təslim olmuşdu. Cəmaləni öldürmək niyyətində olmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə günü səhər saatlarında xaş yemək üçün kafeyə getmişdim və orada 100-150 qr spirtli içki olan araq qəbul edib. Cəmalənin əxlaqsızlığı barədə eşidib, əlində sübut olmayıb. Cəmalə həyat yoldaşı ilə yaşayırdı. Yoldaşı boşanmaq barəsində ona heç nə deməyib. Cəmaləni yerdə olan zaman vurmayıb. O, sonuncunu vurarkən yerə yıxılmamışdı. Cəmaləni şillə ilə vurub. Cəmaləni vurmuş və itələyəndə yerə yıxılıb huşu getmişdir. Yaxınlaşanda sağ olduğunu görüb, ancaq burnundan qan gəlirdi. X24 avtomobili çağırmayıb, çağırılmasına etiraz etməyib. Oğlu ilə Kəmalənin evə gəlməyi arasında 5 dəqiqə vaxt olub. Hadisə vaxtı evdə balta və bıçaq olub. Oğlu hadisə günü təsadüfən evə gəlmişdi. Cəmalənin yataqda yatacaq vəziyyətə düşməsini istədiyindən, sonuncunu o qədər döymüşdür. Qızına təcavüz etməyib. Törətdiyi əməldən peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2024-cü il noyabrın 7-də, saat təxminən 07:00 radələrində o, yaşadığı ünvandan çıxaraq işlədiyi şirniyyat sexinə getmişdir. Günorta saat 14:00 radələrində bir neçə dəfə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etməyə çalışmış, lakin balansı olmadığı üçün əlaqə saxlaya bilməmişdir. Daha sonra “WhatsApp” vasitəsilə Yelmarla əlaqə yaratmaq istəmiş, lakin onun “onlayn” olmadığını gördüyü üçün Şahmarın tikdirdiyi yeni evdə ola biləcəyini güman etmişdir. Eyni gün saat 15:00–16:00 radələrində bir neçə dəfə qızı Cəmaləyə zəng etmiş, lakin zənglər cavabsız qalmışdır. Bir gün əvvəl Cəmalə ilə danışarkən sonuncu şənbə günü – xx.xx.2024 tarixinin istirahət günü olduğunu, həmin gün bazarlıq edib onların evinə gələcəyini bildirmişdir. O, zənglərin cavabsız qalmasını Cəmalənin işdə olması və telefon istifadəsinin məhdudluğu ilə əlaqələndirmişdir. Daha sonra balansını artıraraq Yelmara yenidən zəng etmiş, bu dəfə zəng çatsa da cavab verilməmişdir. Saat təxminən 21:00 radələrində Yelmar onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək harada olduğunu soruşmuş və siqaret almasını istəmişdir. O, Yelmarın harada olduğunu və zənglərinə cavab verməməsinin səbəbini soruşduqda, Yelmar yalnız “buralardayam” deməklə kifayətlənmişdir. O, həm Yelmar üçün siqaret almış, həm də Cəmalə üçün bazarlıq edərək taksi ilə yaşadığı ünvana qayıtmışdır. Yolüstü saat təxminən 21:00 radələrində bir neçə dəfə yenidən Cəmaləyə zəng vurmuş, lakin zənglər cavabsız qalmışdır. Daha sonra Cəmalənin qızı Mətanətə zəng edərək anasının harada olduğunu soruşmuşdur. Mətanət həmin vaxt işdə olduğunu, anasının yerindən xəbərsiz olduğunu bildirmişdir. Bir qədər sonra Mətanət ona demişdir ki, Cəmalə həmin gün saat 12:00 radələrində marketə gələrək Bakıya gedəcəyini, Yelmarla görüşüb onun barəsində deyilən xoşagəlməz söz-söhbətlərin səbəbini soruşacağını bildirmişdir. Evinə yaxınlaşdıqda o, oğluna zəng edərək həyətə düşməsini və yüklərə kömək etməsini istəmişdir. Həyətdə Səbuhi onu qarşılamış, yükləri götürərək evə qalxmışdır. Mənzilə daxil olduqda, yataq otağında Cəmaləni arxası üstə uzanmış, üzü-gözü şişmiş və göyərmiş halda görmüşdür. Nə baş verdiyini soruşduqda, Səbuhi anasını atası Yelmarın döydüyünü və bu vəziyyətə saldığını bildirmişdir. O, Yelmarla bu barədə danışmış və səbəbini soruşduqda, Yelmar Cəmalənin ikinci bir mobil telefondan istifadə etdiyini öyrəndiyi üçün onu bu yolla “cəzalandırdığını” demişdir. Cəmaləyə yaxınlaşdıqda, onun ağzından qan gəldiyini və huşsuz vəziyyətdə olduğunu müşahidə etmişdir. Dərhal X21 zəng etmək istəmiş, lakin Yelmar buna imkan verməmiş, Cəmalənin bir müddət sonra ayılacağını demişdir. O, qorxduğu üçün yardım çağırmamış və Cəmalənin ayılmasını gözləmişdir. Daha sonra Yelmar ayaqqabılarını geyinərək evi tərk etmişdir. Cəmalənin əynində qara saroçka, qara şalvar, gödəkçə və rəngarəng idman ayaqqabısı olmuşdur. O və oğlu bir müddət Cəmaləyə yardım göstərməyə çalışmış, sadəcə huşunu itirdiyini və bir qədər sonra ayılacağını düşünmüşlər. Həm qorxduğu, həm də ictimai qınaqdan ehtiyat etdiyi üçün X21 məlumat verməmiş, lakin vəziyyəti yaxın qohumlara bildirmişdir. Bu müddət ərzində o, Cəmalənin ayaqqabılarını çıxarmışdır. xx.xx.2024-cü il tarixində, saat 02:00 radələrində Cəmalənin hələ də ayılmadığını görərək X21 məlumat vermişdir. Hadisə yerinə gələn tibbi yardım əməkdaşları Cəmalənin artıq vəfat etdiyini bildirmiş və dərhal polisə məlumat verilmişdir. Polis əməkdaşları gələnə qədər o, Cəmalənin əynindəki gödəkçə və şalvarı çıxarmış, sonuncuya “birici” adlanan qısa bir şalvar geyindirmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra Cəmalənin meyiti ekspertizaya aparılmışdır. Təqsirləndirilən şəxs 15 oktyabr 2018-ci il tarixində cinayət məsuliyyətinə cəlb edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirildikdən sonra, Cəmalənin həyat yoldaşı Şahid8 və onun anası Müzəyəm Haqverdiyeva tərəfindən Cəmaləyə qarşı təzyiqlər göstərilmiş, barəsində müxtəlif böhtanlar atılmışdır. Bu mübahisələrin əsas səbəbi Cəmalənin yaşadığı ev olmuşdur. Belə ki, Müzəyəm həmin evi digər kürəkəni Nəsimiyə vermək istəmiş, lakin çıxarış olmadığı və Cəmalə evi öz övladları üçün təmir etdirdiyi üçün bu təklifi qəbul etməmişdir. Bu səbəbdən ailədaxili narazılıqlar yaranmış, Cəmalənin barəsində əxlaqsızlıqla bağlı əsassız ittihamlar irəli sürülmüşdür. O isə qeyd edir ki, qızı Cəmalə tərbiyəli, ailəcanlı və işgüzar bir qadın olmuşdur. Barəsində deyilənlər heç bir sübuta əsaslanmamışdır. Həmin böhtanlar Cəmalənin qardaşı Şahmara da çatdırılmış, o da bu barədə Yelmara məlumat vermişdir. Yelmar azadlığa çıxdıqdan sonra Cəmaləni izləməyə, onun barəsində deyilənləri sübut etməyə çalışmışdır. Bir dəfə Cəmalənin diş həkiminə getməli olduğunu öyrənərək onu təqib etmiş, lakin Cəmalə həmin gün evdə olduğunu demişdir. X13 yaşadığı ünvana gedərək onunla mübahisə etmiş və fiziki zorakılıq göstərmişdir. Bu hadisə zamanı evdə Cəmalənin övladları Mətanət və Cəmil də olmuşdur. Cəmalə bu barədə anasına sonradan məlumat vermiş, lakin ailədaxili məsələ olduğu üçün polisə məlumat verilməmişdir. Elşən də Cəmaləyə qarşı dəfələrlə fiziki zorakılıq göstərmiş, bir dəfə onu döyərək qabırğasını sındırmışdır. Bu hadisə ilə bağlı Cəmalə Sumqayıt Şəhər Polis İdarəsinin müvafiq orqanlarına şikayət etmiş, lakin şikayətinin nəticəsi barədə ona hər hansı məlumat daxil olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə günorta saat 14:00 radələrində baş verib. O, axşam saat 21:00 radələrində evə gəlib. O, evə daxil olarkən Cəmalə can verirdi. Yelmar onların X24 xidmətinə zəng etmələrinə icazə verməyib evdən çıxıb getdi. Onlar X24 xidmətinə gec zəng etdi, X24 xidməti gəlmədi. Cəmalə yerdə uzanıqlı vəziyyətdə olub, Səbuhi evə gələndə sonuncunu görüb və yatağa uzadıb. Təqsirləndirilən şəxs qızına təcavüz edib və sonra öldürüb. Qızının paltarlarında təcavüz izlərinə fikir verməyib, lakin sonuncunun şalvarının ön hissəsi açıq vəziyyətdə idi. Təqsirləndirilən şəxs əvvəllər də Cəmaləni döyüb. Sonuncu “Cəmaləni öldürəcəm” deyirdi. Təqsirləndirilən şəxsin fikri Cəmaləni öldürmək idi. Sonuncuya qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Yelmar oğlu ifadəsində göstərmişdir ki, 2024-cü il noyabr ayının 7-də, təxminən saat 10:00 radələrində yaşadığı ünvandan çıxaraq, görüləcək işlərlə bağlı müzakirələr aparmaq məqsədilə Yasamal rayonu ərazisinə yollanmış, orada tanışları ilə görüşərək söhbət etmişdir. Evdən çıxarkən atası Yelmar evdə olmuş, anası Kamilə isə həmin gün səhər saat 07:00 radələrində işlədiyi şirniyyat sexinə getmişdir. Təxminən saat 14:00 radələrində Zabrat qəsəbəsinə qayıtmış və Sabunçu RPİ-nin X26 Şöbəsinin yerləşdiyi küçədə yaşayan xalası Roza Əbdüləzimovanın evinə getmişdir. Orada bir müddət qalıb söhbətləşdikdən sonra saat 22:00 radələrində yaşadığı ünvana dönmüşdür. Evə çatdıqda mənzilin giriş qapısının bağlı olduğunu müşahidə etmiş, qapını döydükdən bir neçə saniyə sonra atası Yelmar qapını açmışdır. İçəri daxil olan evin qonaq otağında bacısı Cəmalənin döşəmə üzərində üzü üstə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, atasından nə baş verdiyini soruşmuş, eyni zamanda dərhal bacısına yaxınlaşaraq sifət nahiyəsinə baxmış və üzündə şişkinlik və göyərmələr olduğunu müşahidə etmişdir. Atası Yelmar bacısı Cəmaləni döydüyünü bildirmiş, səbəbini isə ayıldıqda ondan soruşmağı məsləhət görmüşdür. O, təkid etdikdə, atası Cəmalənin iki mobil telefondan istifadə etdiyinə görə onu döydüyünü bildirmişdir. Daha sonra bacısını qucağına alaraq valideynlərinin yatdığı otağa aparıb çarpayı üzərinə uzatmışdır. Cəmalə hərəkətsiz vəziyyətdə olmuş, nə gözünü açmış, nə də danışmışdır. Ara-sıra diqqətlə qulaq asdıqda xırıltılı nəfəs alma səsləri eşidilmişdir. Bu zaman anası Kamilə atası Yelmara zəng edərək evə gəldiyini, əlində bazarlıq paketləri olduğunu və qarşılanmasını istəmişdir. Yelmar Kamiləni qarşılamaq üçün həyətə göndərmişdir. O da dərhal həyətə düşərək anasını qarşılamış, baş verən hadisə barədə onu narahat etməmək və qorxutmamaq məqsədilə məlumat verməmiş, sadəcə anasının əlindən paketləri alaraq birlikdə evə qalxmışdır. Kamilə evə daxil olduqda, qızının vəziyyətini görərək şoka düşmüşdür. Çünki Yelmar tərəfindən döyülmüş Cəmalə ağır vəziyyətə düşmüş, artıq reaksiya verməmişdir. Lakin ailə üzvləri əvvəlcə sonuncunun sadəcə huşunu itirdiyini və ayılacağını zənn etmişlər. Hadisənin ciddiliyini başa düşdükdən sonra əvvəlcə xalaoğlu Şahid2, daha sonra isə X21 məlumat vermişdir. Saat artıq təxminən 02:00 radələrində X24 əməkdaşları hadisə yerinə gəlmiş və Cəmalənin artıq vəfat etdiyini təsdiq etmişlər. Daha sonra hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilmiş, qohumlar da hadisə yerinə toplaşmışdır. Bir müddət sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış, Cəmalənin meyiti ekspertiza müayinəsi üçün aidiyyəti üzrə aparılmışdır. Oan verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, evə daxil olanda Cəmalə üzü üstə yerdə uzanmışdı. Cəmalənin üzü gözü və başı şişmişdi. Alın nahiyyəsi zərbədən içəriyə doğru batmışdı. Anası ilə evə təxminən eyni vaxtda gəliblər. Cəmalənin paltarları normal vəziyyətdi idi, təcavüz izləri görməyib. Şalvarı tam olaraq əynində idi, lakin ön hissəsi açıq vəziyyət idi. Evdə qan izləri müşahidə etməyib. Cəmaləni yerdən götürüb yataq otağına aparıb və həmin an xırıltılı səs gəlirdi. O, evə gələndən 4-5 saat sonra Cəmalə dünyasını dəyişib. Elə düşünüblər ki, Cəmalə huşunu itirib və özünə gələcək, ona görə də TTY zəng etməyiblər. TTY gələndə Cəmalə artıq dünyasını dəyişmişdi. Şahmar atasına Cəmalənin əxlaqsızlıq etdiyini deyib. Atası Cəmaləni öldürəcəyini deyib. Evdə kəsici alətlər var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü il noyabr ayının 7-də, saat təxminən 20:00 radələrində iş yerindən çıxaraq yaşadığı ünvana qayıtmışdır. Bir müddət evdə qaldıqdan sonra tanışı Səbuhi ilə birlikdə nahar etmiş, daha sonra Səbuhi Zabrat qəsəbəsində yerləşən öz evlərinə yollanmışdır. Təxminən saat 22:00 radələrində Səbuhi telefonla əlaqə saxlayaraq, atası Yelmarın bacısı Cəmaləni döydüyünü bildirmişdir. Bu məlumatı eşitdikdən sonra dərhal yaşadığı evdən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Hadisə yerinə çatdıqda Cəmalənin yataq otağında çarpayı üzərində huşsuz, sifəti şiş və qızarmış vəziyyətdə uzandığını görmüşdür. Həmin an Cəmalədən xırıltılı səslər gəldiyi müşahidə olunmuşdur. O, dərhal xalası Kəmaləyə X21 məlumat verilməsinin vacibliyini bildirmişdir. Kəmalə ilkin olaraq tibbi yardım çağırmaq istədiyini, lakin Yelmarın buna icazə vermədiyini, hadisənin ailə münaqişəsi xarakteri daşıdığını, Cəmalənin ayılacağı və atasından şikayətçi olmayacağı ehtimalını nəzərə aldığını demişdir. Həmin vaxt Yelmar artıq evi tərk etmişdir. Bütün bu deyilənlərə baxmayaraq, o, X21 məlumat vermişdir. Bir müddət sonra ikinci dəfə təcili yardıma zəng edərək məlumat vermiş, lakin yenidən xalasının israrı ilə çağırışın ləğv olunduğunu bildirmişdir. Hadisənin ciddiliyini dərk etdiyindən bu vəziyyətdən narazı qaldığı üçün hadisə yerini tərk edərək yaşadığı ünvana qayıtmışdır. Təxminən saat 03:00 radələrində Səbuhi onunla telefon əlaqəsi saxlayaraq, Cəmalənin ayılmadığını və vəfat etdiyini xəbər vermişdir. Bu xəbəri eşitdikdən sonra dərhal yenidən hadisə yerinə qayıtmışdır. Həmin vaxt artıq bir neçə qonşu da hadisə yerində olmuşdur. Bir qədər sonra X24 əməkdaşları hadisə yerinə gələrək Cəmalənin vəfat etdiyini rəsmən təsdiqləmişdir. Ardınca polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Cəmalənin ölüm faktı təsdiqləndikdən sonra Təqsirləndirilən şəxs zəng edərək sonuncunu baş vermiş hadisə barədə məlumatlandırmış, Cəmalənin öldüyünü bildirmişdir. Yelmar bu xəbərə hər hansı reaksiya verməmiş, sakit dayanmış və bundan sonra telefon əlaqəsi kəsilmişdir. Daha sonra Cəmalənin qızı Mətanətlə əlaqə saxlayaraq, telefonu atası Elşənə verməsini istəmişdir. Mətanət də telefonu atasına vermiş, o, Elşənə Cəmalənin vəfat etdiyini, Yelmar tərəfindən döyülərək qətlə yetirildiyini bildirmişdir. Elşən deyilənlərə inanmasa da, o, vəziyyətin ciddi olduğunu izah edərək, övladlarını da götürüb təcili şəkildə Zabrat qəsəbəsinə gəlmələrini demişdir. Elşən isə hazırda gələ bilməyəcəyini bildirib telefonu söndürmüşdür. Bir müddət sonra Cəmalənin övladları Mətanət və Cəmil hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək qətlə yetirməsinin konkret səbəbi ona məlum olmamışdır. Lakin sonradan məlum olmuşdur ki, Yelmar həbsdən çıxdıqdan sonra Cəmaləni daim izləyib və sonuncunun əxlaqsız həyat tərzi sürdüyünə dair şübhələrə düşüb. Bununla belə, bu barədə hər hansı bir sübut və ya dəlil mövcud olmamışdır. Hadisədən əvvəl Yelmar və Cəmalə arasında əvvəllər də münaqişələr olduğu, hətta bir dəfə Yelmarın Cəmaləni döydüyü məlum olmuşdur. Cəmalə ilə həyat yoldaşı Elşən arasında münasibətlər yaxşı olmamış, onların uzun müddətdir ər-arvad münasibətləri saxlamadığı bilinmişdir. Cəmalənin hər hansı bir şəxslə qeyri-əxlaqi münasibət qurduğu və ya əxlaqsız hərəkətlər etdiyi müşahidə olunmamış, bu barədə foto və ya video kimi hər hansı dəlil mövcud deyil. Eyni zamanda Təqsirləndirilən şəxs belə bir halı müşahidə edib-etmədiyi də ona məlum deyil. O, Cəmaləni namuslu, işgüzar, ailəcanlı və əxlaqlı bir qadın kimi tanımışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, evləri arasında piyada 10 dəqiqəlik məsafə var. Xalasıgilə axşam saat 11-ə işləmiş gəlib. O evə çatanda Cəmalə xırıldıyırdı və Yelmar artıq çıxıb getmişdi. Cəmalənin üzərində təcavüz izləri görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2003-cü ildən etibarən qeyri-rəsmi olaraq birgə ailə həyatı qurmuş və birlikdə yaşamağa başlamışlar. Bu birlikdəlikdən 2004-cü ildə oğulları Cəmil, 2006-cı ildə isə qızları Mətanət dünyaya gəlmişdir. Ailə qurduqları ilk illərdən etibarən ünvan 5 ünvanında yaşamışlar. 2018-ci ilə qədər münasibətləri normal olmuş, ciddi bir problemləri qeydə alınmamışdır. Lakin həmin il Təqsirləndirilən şəxs həbs edildikdən sonra Cəmalə birgə yaşayışın yalnız uşaqlar üçün olduğunu bildirmiş və ər-arvad münasibəti qurmaq istəmədiyini açıq şəkildə ifadə etmişdir. Qarşı tərəf də bu fikrə hörmətlə yanaşaraq müdaxilə etməmişdir. 2019-cu ildən sonra Cəmalə ilə ər kimi ünsiyyətləri kəsilmiş, onun haraya getdiyi və nə ilə məşğul olduğu barədə məlumat verilməmişdir. Məlumata görə, həmin dövrdə Cəmalənin bu qərarı barədə onun qardaşı Şahmar Atakişiyevə də məlumat verilmiş və Şahmar bu barədə atasına – Təqsirləndirilən şəxs danışmışdır. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra bu məsələ ilə bağlı ailəyə gəlmiş və yaranmış vəziyyəti öyrənmişdir. Cəmalə atasının yanında da bu münasibəti təsdiqləmiş və sərbəst yaşamaq istədiyini bəyan etmişdir. 2024-cü il 7 noyabr tarixində ailə başçısı gün ərzində evdə olmuş, təxminən saat 11 radələrində Cəmalə evdən çıxmış, hara getdiyi barədə heç bir məlumat verməmişdir. Ailədə ər-arvad münasibəti qalmadığı üçün bu, sual altına alınmamışdır. Həmin gün harada olduğu ilə maraqlanmamışdır. 2024-cü il 8 noyabr tarixində gecə saat 03:00 radələrində qızları Mətanət xalası oğlu Anarın zəng etdiyini və atası ilə danışmaq istədiyini bildirmişdir. Telefonda Anar, Təqsirləndirilən şəxs Cəmaləni döydüyünü və nəticədə sonuncunun ölü halına düşdüyünü bildirmiş, uşaqlara bu barədə məlumat verilməməsini, sonuncuların təcili şəkildə Bakıya gətirilməsini istəmişdir. Hadisə qarşısında şok keçirmiş və həmin an Bakıya gedə bilməyəcəyini bildirmişdir. Uşaqlara isə analarının vəziyyətinin pis olduğu və Bakıya getmələri lazım olduğu deyildikdən sonra sonuncuları taksi ilə yola salınmışdır. Məlumat həmçinin ailə üzvü olan ana – Müzəyəm Haqverdiyevaya da verilmiş, o da bu xəbəri eşitdikdən sonra halı pisləşmiş, təzyiqi düşmüşdür və dəfinə deyil, yalnız yas mərasiminə qatıla bilmişdir. Təqsirləndirilən şəxs Cəmaləni döyərək öldürməsinin səbəbi məlum deyil. Bu hadisə tərəf üçün gözlənilməz olmuş və ciddi emosional reaksiya ilə qarşılanmışdır. 2018-ci ildən sonra münasibətlərin soyuqlaşması səbəbilə Cəmalənin həyatına qarışılmamış, onun fəaliyyəti izlənilməmişdir. Ailə başçısı gün ərzində işdə olduğundan evdə baş verənlərlə bağlı dəqiq məlumata malik olmamışdır. Cəmalə əvvəllər onun şəxsi işlərinə qarışılmasını istəmədiyini, əks halda polisə müraciət edəcəyini bildiribmiş, bu səbəbdən də həyat tərzinə müdaxilə edilməmişdir. Yelmarın Cəmaləyə qarşı əvvəlki dövrlərdə fiziki zor tətbiq etməsi və ya öldürmək istəməsi halları müşahidə edilməmişdir. Yalnız qızları Mətanətin dediyinə əsasən, 1 noyabr 2024-cü il tarixində Yelmar tərəfindən boğulma cəhdi olmuşdur, lakin həmin hadisə zamanı evdə olmamış, hadisəyə şahidlik etməmişdir. 2019-cu ildə baş verən və qabırğa sınması ilə nəticələndiyi iddia edilən hadisə barədə Cəmalə həmin vaxt evdə yıxıldığını və bu səbəbdən xəsarət aldığını bildirmişdir. Eyni zamanda Müzəyəm Haqverdiyevanın fiziki güc tətbiq etməsi mümkün deyil. Cəmalənin narkotik vasitələrdən və siqaretdən istifadə etdiyi müşahidə etməmişdir. Yalnız bir dəfə evdə spirtli içki qoxusu hiss edilmiş, bu barədə soruşulduqda Cəmalə ətir vurduğunu demişdir. Ailə başçısı və anası Müzəyəm Haqverdiyeva tərəfindən Cəmalə barəsində Şahmar və Təqsirləndirilən şəxslərə əxlaqa zidd hərəkətlərlə bağlı məlumat verilməmişdir. Yalnız Cəmalənin ər-arvad münasibəti istəmədiyi, sərbəst yaşamaq istədiyi bildirilmişdir. Evin satılması məsələsi ilk dəfə Cəmalənin təşəbbüsü ilə gündəmə gəlmişdir. O, əvvəlcə bir otaqlı mənzil istəyib tək yaşamaq niyyətini bildirmiş, daha sonra fikrini dəyişərək iki otaqlı mənzil istəmiş, sonradan isə ümumiyyətlə evin satılmasına qarşı çıxmışdır. Bu səbəbdən evin satışından imtina olunmuşdur və heç bir tərəfdən bu məsələ ilə bağlı Cəmaləyə qarşı ittiham irəli sürülməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Cəmalənin yüngül həyat tərzi sürdüyünü anasına deyib və sonuncu isə ona qarışmamasını, Cəmalənin qardaşlarının bundan məlumatlı olmasını demişdir. Cəmalə 2 telefon işlədirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Sonuncunun qızı Zərərçəkmiş şəxs isə onun əmisi nəvəsi, yaxın qohumudur. Yelmar ailəsi ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsində, Cəmalə isə Sumqayıt şəhərində yaşayırdı. 07 noyabr 2024-cü il tarixində Sumqayıt şəhərində yerləşən “Okean” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmişdi. Təxminən saat 22:00 radələrində evdə olarkən Yelmarın həyat yoldaşı Kamilə ona zəng edib Yelmarın qızı Cəmaləni döydüyünü və ağır vəziyyətə saldığını bildirib. Bu xəbəri eşidən kimi dərhal məsələnin nə yerdə olduğunu öyrənmək üçün Yelmarın yaşadığı ünvana gedib. Oraya çatanda saat təxminən 23:00 idi. Evdə Kamilə, Səbuhi və xalası uşağı Anar da vardı. Cəmalə isə yataq otağında hərəkətsiz vəziyyətdə uzanmışdı. Sonunculardan niyə X21 zəng etmədiklərini soruşanda Kamilə bildirib ki, Yelmar buna icazə verməyib. O, həmçinin əlavə edib ki, Cəmalə epilepsiya xəstəsidir və bir qədər sonra ayılacaq. Həmin şəxslərin heç biri Cəmalənin artıq ölmüş olduğunu bilmirdi, sadəcə sonuncunun ayılacağını düşünürdülər. Bu vəziyyətdən əsəbiləşərək oradan çıxıb evinə qayıdıb. Saat təxminən 01:00 radələrində evdə olub. Təxminən saat 02:00-da Kamilə ona yenidən zəng vuraraq Cəmalənin ayılmadığını və yəqin ki, artıq öldüyünü bildirib. Bundan sonra əsəbi halda Yelmarın istifadə etdiyi, lakin onun adında olan ***-***-**-** nömrəsinə zəng edib. Ona Cəmalənin artıq öldüyünü deyib və Yelmar ona təcili evlərinə gedib vəziyyəti yoxlamağı və Cəmalə doğrudan da ölübsə ona xəbər verməyi tapşırıb. Sonra yenidən Zabratdakı ünvana gedib. Oraya çatanda artıq X24 əməkdaşları gəlmişdi. Dərhal Yelmara zəng edib Cəmalənin öldüyünü deyib. Yelmar isə hazırda Elbəyi adlı qardaşının evində olduğunu, onu götürüb polis şöbəsinə aparmağı istəyib. O, avtomobili ilə Dərnəgüldə yaşayan qardaşı Elbəyigildə olan Yelmarın yanına gedib. Orada Yelmar evdə olub. Ondan Cəmaləyə zərər yetirməsinin səbəbini soruşanda çox pis vəziyyətdə olub, demək olar ki, şokda idi. Sonra sonuncunu maşına mindirib Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinə aparıb və təhvil verib. Polis şöbəsində əməkdaşlar Yelmardan mobil telefonu olub-olmadığını soruşanda sinuncu mobil telefonunun olmadığını deyib. O, Yelmarı təhvil verdikdən sonra polis şöbəsini tərk edib. Yelmarın Cəmaləni qətlə yetirməsinin səbəbini bilmirdi və hadisədən sonra da bu barədə ondan heç nə eşitməyib. Sadəcə olaraq əvvəllər Yelmarla Cəmalə arasında söz-söhbətlərin olduğunu eşitmişdi. Səbəb isə Yelmarın daim Cəmalədən şübhələnməsi, izləməsi, danlaması və səhv bir hərəkət axtarması idi. Cəmalə özü ona bu barədə danışmışdı. O da Cəmaləyə məsləhət vermişdi ki, atasıyla münasibətlərini qaydaya salsın, yoxsa bir gün pis bir hadisə baş verə bilər. O, Yelmarın əvvəllər məhkumluq həyatı yaşadığını və çox əsəbi insan olduğunu bilirdi. Cəmalənin əxlaqsız hərəkət etdiyi, kiminləsə görüşdüyü, narkotik və ya spirtli içki qəbul etdiyinə dair heç bir şahidliyi və sübutu yox idi. Yelmarın da belə faktlara malik olub-olmadığını bilmirdi. O, heç vaxt Cəmaləni belə bir vəziyyətdə görməmişdi. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, - Yelmar gilə birinci dəfə gedəndə saat 11 idi, 2-ci dəfə gedəndə isə saat 3ün yarısı idi. Yelmardan daha əvvəl qızını öldürəcəyi barədə heç nə eşitməyib. Təqsirləndirilən şəxs ona Cəmaləni öldürmək üçün vurmadığını deyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2011-ci ildə X9 ilə rəsmi nikah bağlamışdır. Bu nikahdan 2012-ci ildə Aylin Atakişizadə, 2013-cü ildə Misir Atakişizadə və 2015-ci ildə Sadiq Atakişizadə adlı üç övladı dünyaya gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs Şahmarın doğma bacısı olmuş, Təqsirləndirilən şəxs isə onun atası olmuşdur. Nikahdan sonra təxminən 2-3 il müddətində Sumqayıt şəhərində qaynatası və qaynanası ilə birlikdə yaşamışlar, sonradan isə ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə köçərək orada müstəqil yaşamışlar. Bu köçün səbəbi qaynana və qaynatası ilə münasibətlərdə yaranan narazılıqlar olmuşdur. Şahmar Atakişiyev narkotik vasitələrdən istifadə etdiyi üçün 2021-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ildə azadlığa çıxmışdır. 28 sentyabr 2024-cü ildən etibarən Saray qəsəbəsində yerləşən “Restart” reabilitasiya mərkəzində stasionar müalicə alır. Zərərçəkmiş şəxs Şahid8 ilə rəsmi nikah bağlamış, həmin evlilikdən iki övladı dünyaya gəlmişdir. Onların ailə həyatı Sumqayıt şəhərində keçmiş və əvvəlcə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs müxtəlif cinayət maddələri ilə azadlıqdan məhrum edilmiş, sonuncu dəfə 13 yanvar 2024-cü ildə azadlığa çıxmışdır. Sonuncunun 2018-ci ildən etibarən həbsdə olması ailədə gərginliklərə səbəb olmuşdur. Məlumata görə, Cəmalə və Elşən bir evdə yaşasalar da, ayrı otaqlarda qalaraq ər-arvad münasibəti saxlamamışlar. Yelmar həbsdə olarkən Şahid8 Cəmalənin başqa bir kişi ilə əlaqəsi olduğunu iddia etmiş, mobil telefonundakı mesajları da buna sübut kimi göstərmişdir. Elşən, Cəmalənin “WhatsApp” yazışmalarını öz mobil telefonuna yönləndirdiyini iddia etmişdir. Bu məsələ ailə arasında geniş mübahisəyə səbəb olmuş, lakin Cəmalə ittihamları rədd edərək mesajların saxta olduğunu və Elşən tərəfindən tərtib edildiyini bildirmişdir. Hadisədən sonra ailədəki münasibətlər daha da pozulmuş, Şahmar bacısı Cəmaləyə qarşı şübhəli münasibət sərgiləyərək sonuncunun əxlaqsız həyat tərzi keçirdiyini düşünməyə başlamışdır. Bir dəfə Yelmar hələ həbsdə olarkən Şahmar ona Cəmalənin davranışlarından narahat olduğunu və bacısını cəzalandırmaq istədiyini bildirmiş, Yelmar isə səbirli olmağı və azadlığa çıxdıqdan sonra məsələni özünün həll edəcəyini demişdir. Şahid8 Cəmalənin başqa bir kişi ilə danışığını tutaraq onu döymüş, bu döymə nəticəsində Cəmalənin qabırğası sınmışdır. Cəmalə hadisədən sonra anasının evinə getmiş, xəsarətləri sağaldıqdan sonra yenidən ailəsinin yanına qayıtmışdır. Sonuncunun bu barədə heç bir etiraf etməmiş, əksinə Elşənin şər atdığını bildirmişdir. Yelmar azadlığa çıxdıqdan sonra qızını izləməyə başlamış, qızının kimlərlə görüşdüyünü və həyat tərzini öyrənməyə çalışmışdır. 07 noyabr 2024-cü il tarixində, saat 13:00 radələrində, Cəmalənin övladları Yelmarla əlaqə saxlayaraq niyə məktəbə gəlmədiyini soruşmuşlar. Yelmar evdə olmadığını bildirsə də, sonradan məlum olmuşdur ki, sonuncu evdə olmuşdur. Həmin günün axşamı qaynı Şahid1 ona zəng edərək təcili evlərinə gəlməsini istəmişdir. Səbəbini soruşduqda “orada görəcəksən” deyərək cavab vermişdir. Əlaqələrin gərgin olduğu üçün bu çağırışı əvvəlcə ciddiyə almamışdır. Telefon danışığı zamanı qaynanası Kamilənin yüksək səslə qışqırdığını eşitmişdir. Vəziyyətdən narahat olaraq qonşuluqda yaşayan anasına, Məsməyə zəng etmiş və hadisəni yoxlamağı xahiş etmişdir. Məsmə qardaşı Rafiqi göndərmiş, sonuncu da evə gedərək çarpayıda bir nəfərin uzandığını, içəridən xırıltı səsinin gəldiyini və Yelmarın otaqda dayandığını görmüş, lakin danışıq olmamışdır. Sonra qayıdıb olanları anasına demişdir. Məsmə hadisə yerinə gəldikdə artıq məlum olmuşdur ki, Yelmar günorta saatlarında qızı Cəmaləni döymüş və ağır xəsarətlər yetirmişdir. Bu məlumatı Məsmə sonradan zəng edərək bildirmişdir. Daha sonra Yelmar özü də zəng edərək Cəmaləni döydüyünü etiraf etmiş, səbəb kimi çantasında iki mobil telefon aşkar etdiyini və telefonların kilidini açmadığı üçün cəzalandırdığını göstərmişdir. 08 noyabr 2024-cü il tarixində, saat 02:00 radələrində isə Səbuhi yenidən zəng edərək Cəmalənin öldüyünü bildirmişdir. Hadisə yerinə çatdıqda artıq X24 əməkdaşları orada olmuş və Cəmalənin vəfat etdiyini təsdiqləmişlər. Mərhumun üzü-gözü şişmiş, ağız və burun nahiyəsindən qan axdığı görünmüş, üzəri mələfə ilə örtülmüşdür. Yelmarla Cəmalənin münasibətləri əvvəlcə normal olmuş, lakin Yelmar azadlığa çıxdıqdan sonra Cəmaləyə qarşı daim şübhəli davranmış, sonuncunun həyat tərzi ilə bağlı narahatlıqlarını ifadə etmişdir. X10 babası Yelmarın hadisədən 5-6 gün əvvəl anası ilə mübahisə etdiyini və anasını boğmaq istədiyini demişdir. Yelmarın Cəmaləni öldürmək istəməsinə dair əvvəllər heç bir məlumat olmayıb və belə bir hadisəyə şahidlik etməmişdir. Cəmalə isə dəfələrlə atasından narazı olduğunu, iş yerinə gəldiyini, izlədiyini demiş, lakin həyatı üçün təhlükə olduğunu bildirməmişdir. Cəmalə “öz həyatımdı özüm bilərəm, yaxşı edirəm” deyirdi. Anası Cəmalənin hansı həyat tərzi sürdüyünü bilirdi və arxasında dururdu. Bunu hər kəs bilirdi lakin təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra bildi. Cəmalə 8-9 il idi ki, belə həyat tərzi sürürdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və bu yolla ailəsinə maddi dəstək göstərməyə çalışır. Bundan əlavə, Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən kiçik bir obyekti icarəyə götürərək orada xırda ticarətlə məşğuldur. Mərhum Zərərçəkmiş şəxs təxminən 2024-cü ilin sentyabr ayından etibarən həmin mağazaya axşam saatlarında alış-veriş üçün gələn müştəri kimi tanıyıb. Cəmalə demək olar ki, hər dəfə mağazaya gəlib, adətən saqqız alıb çıxırdı. Hər dəfə gələndə isə sanki sərxoş vəziyyətdə olurdu. Zaman keçdikcə onların arasında münasibət formalaşmağa başlayıb. Cəmalə ona demişdi ki, əvvəllər ailəli olub, hazırda boşanıb, iki övladı var və 14 mərtəbə adlanan ərazidə yerləşən “Aİ-Market”də satıcı işləyir. Bu tanışlıq dövründə onlar bir neçə dəfə kafelərdə oturub çay içmiş, yemək yemişlər, amma aralarında heç bir cinsi münasibət olmayıb. Sonuncu dəfə Cəmalə ilə 05 noyabr 2024-cü il tarixində mağazada görüşüblər. Həmin görüşdə Cəmalə atasının səhhətində problemlər olduğunu, yaxın günlərdə Bakıya gedib atasını ziyarət edəcəyini və sonra yenidən görüşəcəklərini bildirib. Bu görüşdən sonra onu bir daha görməyib. 08 noyabrdan sonra Cəmalədən heç bir xəbər almamışdır. Təxminən 10 və ya 11 noyabr tarixində ona mesaj yazıb sağlam olub-olmadığını soruşub, lakin cavab almamışdır. Sonradan mağazanın yaxınlığında yaşayan şəxslərdən eşidib ki, Cəmalə güya atasının yaşadığı mənzilin yaxınlığında avtoqəza nəticəsində dünyasını dəyişib. Sonuncunun atasının əli ilə öldürüldüyünü isə yalnız rayon prokurorluğundan dəvət aldıqdan sonra bilib. Sorğu zamanı verdiyi izahatda da qeyd edib ki, Cəmalə ilə bir neçə dəfə kafedə oturub söhbət etmiş, o vaxtlarda Cəmalənin spirtli içki içdiyini, amma siqaret çəkdiyini görmədiyini bildirib. Aralarında heç bir cinsi əlaqə olmayıb. Cəmalə özü ona demişdi ki, əvvəllər ailəli olub, lakin sonradan boşanıb. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Cəmalə demək olar ki, hər gün içkili vəziyyətdə gəlib və ondan saqqız alıb evə gedib. Cəmaləni hansısa bir kişi ilə görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ildən etibarən Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən “New Port” restoranında ofisiant (masadar) kimi çalışıb. Restorandakı vəzifəsi əsasən gələn müştərilərə xidmət göstərmək olub. Zərərçəkmiş şəxs da təxminən həmin ildən, yəni 2023-cü ildən tanıyıb. İşdən sonra adətən fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Dəqiq tarixini xatırlamasa da, bir dəfə gecə saatlarında əvvəl tanımadığı bir xanım müştərinin taksi sifarişi verdiyini görüb. Yaxınlaşdıqda onun sərxoş olduğunu anladığını deyib. Həmin xanım ona bildirib ki, içkilidir və təcili olaraq yaşadığı ünvana çatdırılmasını istəyir. Yol boyu onunla söhbət edib və həmin xanımın Zərərçəkmiş şəxs olduğunu öyrənib. Aralarında mehriban dialoq olub və həmin gün mobil nömrələrini mübadilə edərək tanışlıq davam edib. Sonrakı müddətdə bir neçə dəfə Cəmaləni işlədiyi “AL Market”dən götürərək öz avtomobili ilə yaşadığı ünvana aparıb. Həmçinin bir dəfə Sumqayıtda yerləşən “Sea Life” otelində görüşüblər və həmin görüş zamanı könüllü şəkildə cinsi əlaqədə olublar. Cəmalə ilə aralarında mehriban sevgi münasibəti yaranıb. O, Cəmalənin əvvəllər ailəli olduğunu, lakin boşandığını və hazırda iki övladı olduğunu, həmçinin “Al Market”də satıcı işlədiyini bildirib. Cəmalə ilə sonuncu dəfə təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində mesajlaşıblar. Həmin tarixdən sonra sonuncuya mesaj yazsa da, mesajlar getməyib və cavab ala bilməyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən 2024-cü ilin sentyabr ayından etibarən Sumqayıt şəhəri, 21-ci mr, Corat Bağları adlanan ərazidə, yaşadığı ünvanın yaxınlığında olan “Ai-Market”də satıcı kassir olaraq işləməyə başlamış, iş saatı gündəlik olaraq saat 8-də başlamış, həftədə bir gün isə istirahət günü olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 08:00-da hər zamankı kimi iş yerinə getmiş, gündəlik olaraq işləri ilə məşğul olmuşdur. Təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs işlədiyi mağazaya gəlib 25-30 dəqiqə ərzində yanında olmuşdur. Həmin müddət ərzində isə Cəmalə iiə söhbət etmiş, sonuncu hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan babasım Təqsirləndirilən şəxs yaşadığı ünvana gedəcəyini bi İd irm işdirdi. O, anasından nə üçün oraya getdiyini soruşanda isə, bu gün istirahət günü olduğunu, gedib Yelmarla dalaşaraq sonuncuya nə üçün onu tez-tez güddüyünü, özünün uşaq olmadığını, artıq onu sıxma boğmaya salmamağını İstəyəcəyini demişdir O isə Cəmalədən boş verməsini, babasına baş qoşmamasmı xahiş etmiş, Sonuncu bir müddət də yanında qaldıqdan sonra çıxıb getmişdir. Cəmalə getdikdən təxminən 2 saat sonra nəyəsə görə sonuncuya zəng etmiş, lakin anası artıq onun zənginə cavab verməmişdir. Ondan sonra o. bir daha anası ilə əlana saxlamamışdır. Təxminən saat 21 radələrində nənəsi Kamilə istifadəsində olan mobil telefon nömrəsinə zəng edib Cəmalənin harada olduğunu maraqlanmış, o isə sonuncunun yəqin ki, artıq Sumqayıt şəhərində yerləşən evə qayıtdığını düşünüb, çox gümanki evdə olduğunu bildirmişdir. Həmin danışıqdan təxminən 1-2 saat sonra Kamilə yenidən ona zəng edib narahat olmamağını, anasının onlarda, yəni Zabrat qəsəbəsində olduğunu bildirmişdir. O, hadisədən sonra bilmişdir ki, nənəsi ilə danışanda Cəmalə artıq ölmüş, nənəsi sadəcə olaraq o, qorxmasın deyə məlumat verməmişdir Həmin gün iş saatı bitdikdən sonra yaşadığı ünavana gəlmiş, həmin vaxt artıq saat 22:45 radələri olmuş, evdə isə atası, nənəsi və qardaşı olmuşdur Evə çatdıqdan sonra atasıgilə də məlumat verib anasının hazırda Zabrat qəsəbəsində, yəni babasigildə olduğunu bildirmişdir. O, həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, təxminən 2018-ci il tarixdə, Təqsirləndirilən şəxs həbs edildikdən sonra hazırda dəqiq xatırlamadığı tarixdə bilmədiyi səbəbdən atası Elşənlə anası Cəmalə mübahisə edərkən atası anasını əli ilə itələmiş, Cəmalədə də yerə yıxılarkən bel nahiyəsi çarpayıya dəydiyi üçün qabırğası zədələnmişdir Hətta bildiyi qədəri ilə sonra anası xəstəxanaya da apanimışıdır. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Atakişiyeva Kamilə Bəydulİa qızı arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu istintaq zamanı vermiş olduğu ifadələrini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı da eyni xüsusatları bildirmişdir. Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən X7. Həmin yataqxana 3 mərtəbəli olmaqla köhnə tikilidir. Binanın birinci blokundan daxil olub pilləkənlə 2-ci mərtəbəyə qalxıqda təxminən 25-30 metr uzunluğunda dəhliz olduğu görünür. Həmin dəhlizə daxil olub sol tərəfə doğru hərəkət etdikdə 11-ci mənzilin giriş qapısının açıq olduğu aşkar edilir. Həmin qapı dəmir konstruksiya!ıdır. Daxil olduqda evin mərkəzində döşəmə üzərində döşək üzərinə uzadılmış, üzəri isə mələfə ilə örtülmüş meyit olduğu görünür. Həmin mələfə açıldıqda baş və üz nahiyəsində göyərmiş izlər olan qadın cinsli meyit olduğu məlum olur. Həmin meyit Zərərçəkmiş şəxs məxsusdur. Mənzil ümumilikdə 4 otaqdan ibarətdir. Daxil olduqda sağ tərəfdə studiya şəkilli 01 mətbəx otağı vardır. Həmin otağa bitişik 01 ədəd sanitar qovşağı otağı vardır. Meyit başı mətbəx otağı istiqamətində arxası üstə uzadılmışdır. Meyitin ayaqları uzadılan hissədə isə so! tərəfdə Təqsirləndirilən şəxs və arvadının birlikdə qaldıqları yataq otağı, həmin otaqla yanbayan isə Şahid1 Yelmar oğlunun yataq otağı yerləşmişdir. Yataq otaqları və mətbəx otağı arasında isə, yəni meyitin uzadıldığı otaq qonaq otağıdır. Cinayət işinin materiallarında olan “Meyitə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə əynində qara rəngli, yaxası düyməli uzunqol kofta, qara büsqalter, qara və ağ damalı ev şalvarı, göy trusik olan qadın cinsli meyit qoyulmuşdur. Meyitin boynunda sarı metaldan nazik sep, sağ qulağında sarı metaldan sırğa tayı vardır. Meyit üzdən baxdıqda 40-45 yaşlarına uyğun gəlir. Uzanıqlı vəziyyətdə boyunun uzunluğu 150 sm-dir. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin dəri örtükləri solğun rəngdədir, ağız və burun ətrafı qəhvəyimtil rəngdə qurumuş qanlıdır. Meyiti əllə müayinə etdikdə soyuqdur. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 5-8 dəqiqəyə bərpa olunur. Yoxlanılan adi əzələ qruplarında meyit qacıması tam inkişaf etmişdir. Başında 20-25 sm uzunluqda qara saçı var. Sol təpə-gicgah və alın nahiyələrində göyümtül rəngdə hematomafar vardır. Əllə müayinə etdikdə kəllə sümüklərində patoloji hərəkətlilik izlənmir. Göz qapaqları örtülüdür. Bəbəklər bərabər olub, diametri 0,5 sm-dir. Qüzehli qişa qəhvəyi rəngdədir. Göz konyuktivasının selikli qişası zəif qansızmalıdır. Hər iki gözyuvasıətrafı, burun nahiyələri, sifətin sol yarısı və çənə ətrafı nahiyə göyümtül rəngdə hematomalıdır. Burun və ağız dəlikləri qanlıdır, əllədikdə burun və üz skeleti sümükləri tamdır. Ağzı örtülüdür, üst çənədə olan dişləri təbiidir, alt çənədə ön dişləri yerində yoxdur, diş yuvaları hamarlaşmışdır, yanlarda olan dişləri təbiidir. Üst və alt dodağın ön və iç səthlərində göyümtül rəngli qançırlar vardır. Xarici qulaq keçəcəkləri təmiz və zədəsizdir. Boynu düzgün inkişaf etmişdir, dərisi üzərində xəsarət yoxdur, əllədikdə boyun fəqərələri tamdır. Döş qəfəsi simmetrikdir, əllədikdə döş qəfəsi skeleti sümükləri tamdır. Döş vəziləri yarımkürə şəklindədir. Döş qəfəsinin sol yarısının ön-yan səthində, kürək nahiyəsində göyümtül rəngdə qançırlar vardır. Bel nahiyəsində səthi quru, qırmızımtıl rəngli, xətt şəkilli sıyrıqlar vardır. Qarnı döş qəfəsi səviyyəsində yerləşmişdir, əllədikdə dərisi yumşaqdır. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi zədəsizdir. Sağrıları yana çəkdikdə şüayabənzər büküşlər hamarlaşmamışdır, zədəsizdir. Əllədikdə çanaq sümükləri tamdır. Hər iki yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. Sağ bazu oynağının üst səthində, sol bazunun orta 1/3-nin ön səthində, sol saidin arxa səthində eyni xarakterli qançırlar vardır. Hər iki dirsək oynağının arxa səthində eyni xarakterli qançır eyni xarakterli sıyrıqlar vardır. Sol budun yuxarı 1/3-nin ön, sağ budun yuxarı 1/3-nin bayır səthində, hər iki diz oynağının ön səthində və sol baldırın orta 1/3-nin bayır səthində eyni xarakterli qançırlar vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 246 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, sol gicgah sümüyünün xətti sınığı, sol təpə-gicgah, alın hər iki gözyuvasıətrafı-burun və çənə nahiyələrinin, sifətin sol yarısının hematomaları, gövdənin yuxarı və aşağı ətrafların qançır və sıyrıqları müəyyən edildi. Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə kənar şəxs tərəfindən törəmə bilər. Xəsarətləri alarkən zərərçəkmiş və zədə yetirən şəxs bədənin müxtəlif duruş (ayaqüstə, oturaq və s.) vəziyyətlərində ola bilərdi. Dərəcəsinə görə xəsarətlərdən: Sol gicgah sümüyünün sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma, sol təpə-gicgah və alın nahiyələrinin hematoması canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Hər iki gözyuvası ətrafı - burun və çənə nahiyələrinin, sifətin sol yarısının hematomaları canlı şəxslərdə ümumilikdə və ayrıayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə; gövdənin, yuxarı və aşağı ətrafların qançır və sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyinin yumşaq qişalarına və maddəsinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 8-10 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində sidikdə 0,43% qatdığında etil spirti aşkar edilmişdir. Sidikdə metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu, arxa keçəcək və ağız boşluğundan götürülmüş tamponların məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 2827 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ körpücükaltı nahiyəsinin və döş qəfəsinin sağ yarısının qançırları, hər iki diz oynağı nahyəsinin sıyrıqlan aşkar olunmuşdur. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan məhkəmə lifli materiallar ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/5302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edjlmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzəridən aşkar edilmiş qara rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri həmin əşyalar hazırlanma əlamətlərini daşımadığına və onların üzərində fərdi əlamətləri olmadığına görə həmin əşyaların bir-biriləri ilə qarşılıqlı təmasda olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1848 nömrəli rəyindən görünür ki, təqdim edilmiş geyim əşyalarından Cəmiləə Atakişiyevaya məxsus gödəkçənin üzərində rəyin təsviri hissəsində şərh olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən sökülmə zədələridir. Həmin zədə qərarın təsviri hissəsində qeyd olunan şəraitdə yarana bilər. Təqdim edilmiş geyim əşyaları üzərində hər hnası mexaniki zədə aşkar edilmədi. Müvafiq elmi metodika olmadığından qedy olunan zədələrin yaranma vaxtını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə o, məhkəmə-istintaq hərəkətlərinin aparılmasında, öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, irad qəbul etməmək, kobudluq, aqressiv davranışlara meyillilik, inadkarlıq, laqeydlik və s. aşkar olunur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində qəzəb, aqressiya kimi hallar yaranmış, həmin halların yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü ii tarixli, 7454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal- hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən 29 noyabr 2024-cü il tarixli, BKC/LGL-18497/24 nömrəli məktubla əldə edilmiş 01 ədəd DVD-də olan məlumatlara keçirilmiş baxış protokolundan görünür ki, həmin disk ağ rəngli olmaqla üzərində zavod üsulu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə qırmızı rəngdə "xxxx" sözləri və qara rəngli mürəkkəbli qələmlə “18497/2024” rəqəmləri yazılmışdır. 01 (bir) ədəd disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində adları: “Mushteri zenglerinindetallashmasi_MSİSDN_552633039”“Mushterizenglerinindetallashmasi_MSİS DN_552856101”“SMSdetallashmasi_MSİSDN_552633039”,“SMSdetallashmasi_MSİSDN _552856101” “Zenglerin Mexsusluq tarixcheleri_MSİSDN_552633039” “Zenglerin Mexsusluq tarixcheleri_MSlSDN_55285610” olmaqla 06 fayl otduğu aşkar edilir. Həmin fayllardan birincisinə daxil olduqda ********** saylı mobil telefon istifadəçisinin xx.xx.2024cü il, saat 00:00:00-dan, xx.xx.2024-cü il, saat 00:00:00-dək olan müddət ərzində əlaqə saxladığı (çıxan və daxil olan zənglər) şəxslərin əlaqə nömrələri, anten dairəsi məlumatları, danışıq dəqiqələri və konkret tarixləri öz əksini tapmışdır. Həmin məlumatlara baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 11:34:23-də, 11:38:24-də və 11:51:25- də zəng olunduğu və aralarında müvafiq olaraq 19, 40 və 45 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrənin anten dairəsinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü ii tarixdə, saat 12:14;33-də, 13:00:31-də Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng olunduğu və aralarında müvafiq olaraq 25 və 7 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsinin anten dairəsinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü if tarixdə, saat 13:00:41-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng olunduğu və aralarında 33 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsinin anten dairəsinin Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 20:28:17-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən X1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng olunduğu və aralarında 34 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsinin anten dairəsinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 20:41;08-də X1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng olunduğu və aralarında 13 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsinin anten dairəsinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 22:25:50-də Şahid6 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng olunduğu və aralarında 262 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinin anten dairəsinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarix, saat 23:04:17-dən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında müxtəlif saat aralıqlarında bir neçə dəfə danışıq olmuş, sonuncu danışıq isə xx.xx.2024-cü il, saat 02:47:29-daqeydə alınmışdır. Qeydə alınmış danışıqların hər birində Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinin anten dairəsinin Binəqədi rayonu, X8 küçəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 02:49:43-də Şahid2 istifadəsində oian ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng olunduğu və aralarında 12 saniyə ərzində danışıq olduğu, həmin danışıq zamanı isə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefon nömrəsinin anten dairəsinin Binəqədi rayonu, X8 küçəsi ərazisində müşahidə edildiyi öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlərdən başqa cinayət işi üçün digər əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. Həmin fayllardan ikincisinə daxil olduqda ********** saylı mobil telefon istifadəçisinin xx.xx.2024-cü il, saat 00:00:00-dan, xx.xx.2024-cü ii, saat 00:00:00-dək olan müddət ərzində əlaqə saxladığı (çıxan və daxil olan zənglər) şəxslərin əlaqə nömrələri, anten dairəsi məlumatları, danışıq dəqiqələri və konkret tarixləri öz əksini tapmışdır. Həmin məlumatlara baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında yuxarıda göstərilən məlumatlarla eynilik təşkil edən xüsusatlar aşkar edildi. Həmin danışıqlar zamanı isə Zərərçəkmiş şəxs məxsus mobil telefon nömrəsinin anten dairəsi ilk dəfə Novxanı ərazisi, AFF Hotel Aqua park/Absheron ərazisində sonuncu dəfə isə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi ərazisində öz əksini tapmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdə, saat 15;00:32-də, xx.xx.2024-cü il tarixdə, saat 13:54:53-də, xx.xx.2024-cü il tarixdə, saat 12:48:55-də, xx.xx.2024-cü il tarixdə, saat 14:08:59-də və saat 15:51:08~də müxtəlif müddətlərdə danışıq olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində oian ********** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il, saat 12:15:10-dan xx.xx.2024-cü il, saat 19:15:26 aralıqlarında ümumilikdə 8 dəfə, müxtəlif müddətlərdə danışıq olmuşdur. Yuxanda qeyd edilənlərdən başqa cinayət işi üçün digər əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. Həmin fayllardan üçüncüsünə daxil olduqda Təqsirləndirilən şəxs məxsus olan ********** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il, saat 00:00:00-dan, xx.xx.2024-cü il, saat 00:00:00-dək olan müddət ərzində çıxmış sms mətnləri öz əksini tapmışdır. Həmin fayllardan dördüncüsə daxil olduqda Zərərçəkmiş şəxs məxsus olan ********** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il, saat 00:00:00-dan, xx.xx.2024-cü il, saat 00:00:00dək olan müddət ərzində çıxmış və həmin nömrəyə daxil olmuş sms mətnləri öz əksini tapmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 23:09:16-dan etibarən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Şahid4 istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə “Nolar telə bax blokdan çıxart, Deli olmusam axi, Teli ac qurban olum olum qabaginda mən sənə hec vaxt yalan danışmaram, Blokdan cixart evde yigib danisa bilmirəm, Sənə subut edəcəm sistem qosmaga getmisəm, Mən sənsiz ölərəm, Mənə bunu yaşatma eyər xətrim varsa yaninda, Nolar teli ac, Xais edirəm, Pisəm sənsiz, Ölürəm, Heyatım, Mən sənə pis olmamışam, Bu sənə son mesajımdı” məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 21:28:31dən etibarən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə Şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən “evdesen” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 03:24:29~da Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə X5 istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən “sənin də ağzıva soxum” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 22:21:38-də Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə ********** saylı mobil telefon nömrəsindən “məni bloka atmaq nədir sənə göstərəcəm, sənin şəklini hər yerdə maşennik kimi paylaşımm sən göt” məzmunlu mesaj göndərilmişdir. Həmin fayllardan beş və altıncısına daxil olduqda isə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs telefon kitabçasında olan şəxslərin mobil nömrələrinin məxsusluq və anket məlumatları öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan “Azercell Telekom" MMC-dən 28 noyabr 2024-cü il tarixli məktubla əldə edilmiş 01 ədəd DVD-də olan məlumatlara keçirilmiş baxış protokolundan görünür ki, həmin disk ağ rəngli olmaqla üzərində zavod üsulu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə “Verbatim” sözləri və “4.7gb, 16x, 120min” rəqəmləri , mürəkkəbli qələmlə isə “16063” rəqəmləri yazılmışdır. 01 (bir) ədəd disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində “16063”adlı zip fayıl olduğu aşkar edilir. Həmin fayi açıldıqda içərisində adları: “**********39.txt", “abuneciier.xls” və “antena.xls” olmaqla 03 fayl olduğu aşkar edilir. Həmin fayllardan birincisinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə xx.xx.2024cü il, saat 00:00:00-dən, xx.xx.2024-cü il, saat 23:59:59-a qədər olan müddət ərzində əlaqə saxlamış şəxslərin mobil telefon nömrələri və həmin nömrələrlə danışıq dəqiqələri, konkret olaraq tarixləri öz əksini tapmışdır. Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 12:21:37-dən xx.xx.2024-cü il, saat 04:30:13-a dək olan müddət aralığında Şahid3 istifadəsində olan ********** saylı və oğlu Şahid1 Yelmar oğlunun istifadəsində olan ********** saylı mobil telefon nömrələri ilə müxtəlif zaman kəsiyində müxtəlif müddətlərdə danışıqlar etdiyi məlum olur. Bundan başqa, fayllardan ikincisinə daxil olduqda ********** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs, ********** saylı mobil telefon nömrəsinin Şahid1 Yelmar oğluna və ********** saylı mobil telefon nömrəsinin isə Şahid3 məxsus olduğu məlum olmuşdur. Həmin fayllardan üçüncüsünə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə xx.xx.2024cü il, saat 14:34:19-dan, xx.xx.2024-cü il, saat 04:30:13-ə qədər olan müddət ərzində əlaqə saxlamış şəxslərin mobil telefon nömrələri, həmin nömrələrlə danışıq dəqiqələri, konkret olaraq tarixləri və anten dairəsi məlumatları öz əksini tapmışdır. Belə ki, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il, saat 12:21:37dən 22:34:46-a dək Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində, saat 23:03:39-dan xx.xx.2024-cü il, saat 04:30:13-ə dək isə Binəqədi rayonu, Naxçıvani küçəsi ərazisində olmuşdur. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək digər hər hansı xüsusat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Şahid5 məxsus olan “İPHONE 14” markalı mobil telefona keçirilmiş baxış protokolundan görünür ki, həmin telefon qara rəngli olmaqla telefonun ön səthində yuxarı hissədə mərkəzdə 01 ədəd kamera və səs yayıcı mövcuddur. Telefonun arxa səthində yuxarı hissədə, sol tərəfdə 02 ədəd kamera və kameranın yuxarı hissəsində 01 ədəd işıqlandırıcı fənər mövcuddur. Mobil telefonun sağ yan səthində 01 ədəd telefonu kilidə salmaq və kilidi açmaq üçün nəzərdə tutulmuş düymə, sol yan səthində isə 01 ədəd nömrə yuvası və səs tənzimləyən düymələr mövcuddur. Həmin telefonun “Menyu” bölməsində bir sıra proqram tətbiqlərinin olduğu görünür. Həmin tətbiqlərdən “Whatsapp” ani mesajlaşma tətbiqinə daxil olduqda Şahid5 ilə Zərərçəkmiş şəxs məxsus 2 mobil telefon nömrəsi arasında bir sıra yazışmalar olduğu görünür. Həmin mobil nömrələrdən ********** saylı nömrə “X27” adı ilə, ********** saylı nömrə isə “Cemale” adı ilə qeyd edilmişdir. ********** saylı “Cemale” adı ilə qeyd edilmiş nömrə ilə olan yazışmalar açıldıqda, yazışmaların məzmunundan aydın olur ki, Şahid5 ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibəti olmuşdur. Belə ki, yazışmalardan görünür ki, Şahid5 Zərərçəkmiş şəxs “siqaretin qalıb cibimdə, yaxşıda, Cemale Allah haqqi men o deyilem, Cemale cox seyler vare beynimde, prosta indi danisib qanivi qaraltmaq istemirem, Men getdim ayag yoluna geldim gördüm ki, sen soyunmusan, vallah men onu gozİemirdim, ne bilime, qanim cox qaradi, menim meqsedim kimseyle yatmag olsa idi, men pulu verib kimseyle goruserdim, xahiş edirem sennen, mennen enerji almırsansa, meni doğma hesab etmirsense son goyag, and olsun Allaha ciddi deyirem, men seni sehv anlamiram” məzmunlu mesaj yazdığı, Zərərçəkmiş şəxs isə qarşılığında "ölüm qabağında, niye, səni cox isdiyirem, iki baiamincani sən oğulsan 1 denesen” məzmunlu cavab verdiyi məlum olur. Bundan başqa, baxış zamanı hər iki şəxs arasında sevgi münasibətlərini əks etdirən digər yazışmalar olduğu da aşkar edilmişdir. ********** saylı “X27” adı ilə qeyd edilmiş nömrə ilə olan yazışmalardan görünür ki, Şahid5 ilə Zərərçəkmiş şəxs arasında xeyli sayda mesajlaşmalar olmuş, həmin mesajlarda isə Zərərçəkmiş şəxs “üreyim, necesen, neynirsen, niye bu qeder laqeydsen mene niye yazmirsan” məzmunlu mesajlarlar yazmışdır. Bu mesajların məzmunundan aydın olur ki, hər iki şəxs arasında qısqanclıq əlamətləri mövcud olmuşdur ki, bu da özlüyündə aralarında sevgi münasibətinin olmasına dəlalət edir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-306/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən qismən etiraf edilsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Cəmalı Atakişiyevanı öldürmək niyyətinin olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın rəyi və digər sübutlarla ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz. Bundan başqa hadisə yerinə gələn şəxslərin Zərərçəkmiş şəxs nə üçün döyməsi barədə sualına verdiyi “Ayılanda özü deyər” məzmunlu cavabı təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən düşünülmüş olmaqla, cinayət məsuliyyətini yüngülləşdirmək üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə bu qənaətini həmçinin Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyati orqanına (Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, zərər çəkmiş şəxsin başından aldığı xəsarətdən yaranmış təsir sonuncunun ölümü ilə birbaşa səbəbli əlaqəli olmuşdur.) və dəfələrlə (Təqsirləndirilən şəxs ifadəsində zərər çəkmiş şəxsə ümumilikdə 10-15 zərbə yetirdiyini bildirmişdir.) xəsarət yetirməsi ilə əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin baş nahiyəsinə 10-15 zərbə yetirməsi mərhum Zərərçəkmiş şəxs xüsusi ağrılar verməklə Təqsirləndirilən şəxs sonuncunu məhz xüsusi amansızlıqla qəsdən öldürməsini bir daha təsdiq edir. Məhkəmə qeyd edir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 3-cü bəndində qeyd edilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə etmədiklərini, sonuncunun ona qarşı şikayətçi olduğunu, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 12 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-306/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024-cü il tarixə, cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs cəzasının 9 ay 25 gününü çəkmiş, çəkilməmiş hissəsi 1 il 8 ay 5 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-306/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə və 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli pencək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara papaqlı gödəkçə, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara və ağ damalı ev şalvarı, 01 ədəd qara rəngli köynək, 02 ədəd qara və göy rəngli alt paltarları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 264,16 (iki yüz altmış dörd manat on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 15 saat, həmin tarixdən sonra 09 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı 06 (altı) manatdan hesablanmaqla 150 (yüz əlli) manat, 15 (on beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 165 (yüz altmış beş) manat, ümumilikdən 40 (qırx) iş saatı üçün 315 (üç yüz on beş) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-306/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 05 (beş) gün müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 08 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli pencək, 01 ədəd qara rəngli şalvar və 01 ədəd qara rəngli köynək hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara papaqlı gödəkçə, 01 ədəd qara rəngli şalvar, 01 ədəd qara və ağ damalı ev şalvarı, 01 ədəd qara rəngli köynək, 02 ədəd qara və göy rəngli alt paltarları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 264,16 (iki yüz altmış dörd manat on altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı 06 (altı) manatdan hesablanmaqla 150 (yüz əlli) manat, 15 (on beş) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 165 (yüz altmış beş) manat, ümumilikdən 40 (qırx) iş saatı üçün 315 (üç yüz on beş) manat məbləğində vəsait Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar